Məhkəmə qərarları › İş №1(101)-570/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-570/2021

07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-570/2021 07.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər: Bakı şəhər 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1, Bakı şəhər 5 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxx 1975-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə, xx xxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin inspektoru vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətsizlik, habelə xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxs üçün birbaşa yolla digər şəxs vasitəsilə külli miqdarda maddi neməti vahid niyyətlə rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 03 oktyabr 2017-ci il tarixli, 1344/ş nömrəli əmrlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilib 04 may 2020-ci il tarixədək həmin vəzifədə işləməklə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidməti rəisinin 20 iyun 2017-ci il tarixli əmrilə təsdiq edilmiş funksional vəzifə təlimatına əsasən, şöbənin ümumi iş fəaliyyətini təşkil etmək, tabeli əməkdaşların qanunçuluğa və icra intizamına riayət etmələrinə, onların peşəkarlıq səviyyəsinin artmasına nəzarət etmək, şöbənin əməkdaşlarının vəzifə təlimatlarına uyğun olaraq görəcəkləri işləri müəyyənləşdirmək, şöbənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün tələb olunan materialları xidmətin şöbələrindən və tabeli struktur bölmələrindən tələb etmək, öz səlahiyyətləri daxilində və qanunvericiliyə müvafiq olaraq tabeli əməkdaşların həvəsləndirilməsi və tənbeh edilməsi barədə xidmət rəisinə təklif etmək, müəyyən olunmuş qaydada şöbənin əməkdaşlarının məzuniyyətə göndərilməsini təmin etmək, şöbənin fəaliyyətini təşkil etmək üçün iş planının təsdiq edilməsi, şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşımaq və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 25 iyun 2018-ci il tarixli, 0794/ş nömrəli əmrlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin 26 iyul 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X16in təhlükəsiz istismarına nəzarət” Qaydalarının 3-cü bəndinə əsasən gəmidə yük və sərnişingötürmə normalarının pozulduğu, gəmini idarə edən şəxsin sürücülük vəsiqəsinin olmadığı, icazə olmadan qadağan olunmuş ərazilərdə gəminin idarə edildiyi, üzmə qaydaları və sərnişinlərin təhlükəsizliyi təmin olunmadığı, habelə “X16ə texniki nəzarət” Qaydalarının 3.3-cü bəndinə əsasən, kiçik həcmli gəminin texniki vəziyyətinə “qismən yararlı” qiymət verildikdə, üzmə təhlükəsizliyini təmin etmək üçün dalğanın hündürlüyü, üzmə rayonu, mühərrikin gücü, yük götürmə qabiliyyəti, sərnişin götürmə qabiliyyəti və yelkənlərin sahəsi üzrə qoyulmuş məhdudiyyətlərə əməl edilmədiyi halda X5 və X13 Xidmətinin rəisinin 20.06.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi haqqında Əsasnamə”nin 3 və 4-cü bəndlərinin tələblərinə görə göstərilən pozuntuların aşkar edilməsi və qarşısının alınması üçün tədbirlər görülməməsi, həmin şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 311 və digər maddələri ilə məsuliyyətə cəlb edilməmələri, eləcə də bu kimi qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması və göz yumulması müqabilində özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün, birbaşa yolla sonuncu vasitəsilə maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitini xidməti ərazilərində və Bakı şəhərinin istintaqla dəqiq müəyyən edilməyən ayrı-ayrı yerlərində çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından, o cümlədən, 2018-ci ilin noyabr, dekabr, 2019-cu ilin yanvar, noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral aylarında Şahid2 1 ədəd qayığına görə cəmi 7 ay üçün 3.500 manat, 2019-cu ilin mart, aprel, oktyabr, noyabr və dekabr aylarında Şahid3 2 ədəd bayda tipli qayığına görə aylıq 1.000 manat olmaqla, cəmi 5 ay üçün 5.000 manat, 2019-cu ilin dekabr ayında Şahid1 Xudamurd oğlundan 1 ədəd qayığına görə 300 manat istəməklə alıb, həmçinin, eyni niyyətlə, 2019-cu ilin dekabr ayında Şahid4 1 ədəd qayığına görə 1 aylıq 500 manat məbləğində pul vəsaitini istəmiş, lakin sonuncu tərəfindən həmin pul vəsaiti verilməməklə, ümumilikdə 4 şəxsdən vahid niyyətlə külli miqdarda maddi nemət olan cəmi 9.300 (doqquz min üç yüz) manat məbləğində pul vəsaitini 2018-ci ilin noyabr ayından 2020-ci ilin mart ayınadək xidməti ərazilərində və Bakı şəhərinin istintaqla müəyyən edilməyən ayrı-ayrı yerlərində şəxsən özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla sonuncu vasitəsilə istəyib, 3 şəxsdən vahid niyyətlə külli miqdarda maddi nemət olan cəmi 8.800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaitini 2018-ci ilin noyabr ayından 2020-ci ilin mart ayınadək xidməti ərazilərində və Bakı şəhərinin istintaqla müəyyən edilməyən ayrı-ayrı yerlərində özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün sonuncu vasitəsilə birbaşa yolla rüşvət qismində alaraq sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, həmin əməlləri ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə, həmçinin dayanacaq bazalarından və qurğularından istifadə zamanı insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətsizlik, habelə xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özü və üçüncü şəxs üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti vahid niyyətlə rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 25 iyun 2018-ci il tarixli, 0794/ş nömrəli əmrlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilib 18 may 2020-ci il tarixədək həmin vəzifədə işləməklə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidməti rəisinin 20 iyun 2017-ci il tarixli əmrilə təsdiq edilmiş funksional vəzifə təlimatına əsasən, kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün istifadə olunan bazaların istifadə olunması qaydalarını tənzimləyən normativ hüquqi aktlara əməl olunmasına nəzarəti təşkil etmək, kiçikhəcmli gəmilərin istismarı qaydalarına əməl olunmasına nəzarət etmək, bu qaydaların, üzmə təhlükəsizliyi və ətraf mühitin mühafizəsinə aid digər norma və tələblərin pozulmasını aşkar etmək və qarşısını almaq, inzibati xətalar haqqında protokol tərtib etmək, öz səlahiyyətləri daxilində kiçikhəcmli gəmilərin öz təyinatı üzrə istismar olunmasına nəzarət etmək, su hövzələrində həyata keçirilən patrul xidmətində iştirak etmək, şöbənin xidməti fəaliyyətinə nəzarət etmək, xidmətin fəaliyyəti ilə əlaqədar rəhbərliyin əmr və göstərişlərini yerinə yetirmək, kiçikhəcmli gəmilərin hərəkət təhlükəsizliyinin təmin olunması üçün gəmi sahibləri tərəfindən tədbirlər görülməsinə nəzarət etmək, kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısını almaq, insanların su obyektlərində təhlükəsizliyini təmin etmək məqsədilə əhali arasında maarifləndirmə işi aparmaq, xidmətin fəaliyyəti ilə əlaqədar rəhbərliyin əmr və göstərişlərini yerinə yetirmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 03 oktyabr 2017-ci il tarixli 1344/ş nömrəli əmrlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin 26 iyul 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X16in təhlükəsiz istismarına nəzarət” Qaydalarının 3-cü bəndinə əsasən gəmidə yük və sərnişingötürmə normalarının pozulduğu, gəmini idarə edən şəxsin sürücülük vəsiqəsinin olmadığı, icazə olmadan qadağan olunmuş ərazilərdə gəminin idarə edildiyi, üzmə qaydaları və sərnişinlərin təhlükəsizliyi təmin olunmadığı, habelə “X16ə texniki nəzarət” Qaydalarının 3.3-cü bəndinə əsasən, kiçik həcmli gəminin texniki vəziyyətinə “qismən yararlı” qiymət verildikdə, üzmə təhlükəsizliyini təmin etmək üçün dalğanın hündürlüyü, üzmə rayonu, mühərrikin gücü, yük götürmə qabiliyyəti, sərnişin götürmə qabiliyyəti və yelkənlərin sahəsi üzrə qoyulmuş məhdudiyyətlərə əməl edilmədiyi halda X5 və X13 Xidmətinin rəisinin 20.06.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi haqqında Əsasnamə”nin 3 və 4-cü bəndlərinin tələblərinə görə göstərilən pozuntuların aşkar edilməsi və qarşısının alınması üçün tədbirlər görülməməsi, həmin şəxslərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 311 və digər maddələri ilə məsuliyyətə cəlb edilməmələri, eləcə də bu kimi qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması və göz yumulması müqabilində özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün, birbaşa yolla şəxsən maddi nemət olan müxtəlif məbləğlərdə pul vəsaitini xidməti ərazilərində və Bakı şəhərinin istintaqla dəqiq müəyyən edilməyən ayrı-ayrı yerlərində şəxsən çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından, o cümlədən, 2018-ci ilin noyabr, dekabr, 2019-cu ilin yanvar, noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral aylarında Şahid2 1 ədəd qayığına görə cəmi 7 ay üçün 3.500 manat, 2019-cu ilin mart, aprel, oktyabr, noyabr və dekabr aylarında Şahid3 2 ədəd bayda tipli qayığına görə aylıq 1.000 manat olmaqla, cəmi 5 ay üçün 5.000 manat, 2019-cu ilin dekabr ayında Şahid1 Xudamurd oğlundan 1 ədəd qayığına görə 300 manat istəməklə alıb, həmçinin, eyni niyyətlə, 2019-cu ilin dekabr ayında Şahid4 1 ədəd qayığına görə 1 aylıq 500 manat məbləğində pul vəsaitini istəmiş, lakin sonuncu tərəfindən həmin pul vəsaiti verilməməklə, ümumilikdə 4 şəxsdən vahid niyyətlə külli miqdarda maddi nemət olan cəmi 9.300 (doqquz min üç yüz) manat məbləğində pul vəsaitini 2018-ci ilin noyabr ayından 2020-ci ilin mart ayınadək xidməti ərazilərində və Bakı şəhərinin istintaqla müəyyən edilməyən ayrı-ayrı yerlərində şəxsən özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla istəyib, 3 şəxsdən vahid niyyətlə külli miqdarda maddi nemət olan cəmi 8.800 (səkkiz min səkkiz yüz) manat məbləğində pul vəsaitini 2018-ci ilin noyabr ayından 2020-ci ilin mart ayınadək xidməti ərazilərində və Bakı şəhərinin istintaqla müəyyən edilməyən ayrı-ayrı yerlərində özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün şəxsən birbaşa yolla rüşvət qismində alaraq sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, həmin əməlləri ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının kiçikhəcmli gəmilərin təhlükəsiz hərəkətinə, həmçinin dayanacaq bazalarından və qurğularından istifadə zamanı insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2017-ci ildən 2020-ci ilin may ayının 4-dək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin rəisi vəzifəsində işləmişdir, vəzifəsi xidməti ərazisindən dənizə çıxan qayıqların texniki şəhadətlərinin olub-olmamasını, qayıqların üzərində qeydiyyat nömrəsinin olub-olmamasını yoxlamaq və nəzarət etməkdən ibarət olmuşdur, bundan əlavə hər üzmə vasitəsi ildə bir dəfə Xidmətin Texniki Nəzarət Şöbəsində texniki baxışdan keçir və mülkiyyətçiyə texniki talon verilir, rəhbəri olduğu şöbə təlimatlara uyğun olaraq, ərazi üzrə Sumqayıt şəhərindən Mərdəkan qəsəbəsindən keçməklə Qaradağ rayonu ərazisinə kimi dəniz sahilini əhatə edir və həmin ərazidə X16in təhlükəsiz istismarına nəzarət edir, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdikləri yalandır, sonuncu hər hansı məbləğdə ona pul verməmişdir, hər hansı bayda sahibindən pul tələb edərək almamışdır və bununla əlaqədar heç kimə göstəriş verməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2009-cu ildən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində fəaliyyətə başlamış, Nazirliyin X16 üzrə X1 Nəzarət şöbəsində inspektor kimi işləmiş, 07 noyabr 2016-cı il tarixdə müvafiq sərəncamla FHN-nin X16 üzrə Dövlət Müfəttişliyi ilə X9 Xidməti birləşərək Nazirliyin tabeliyində X16ə nəzarət və X13 Ximdəti yaradılmış, xidmətin bir çox sahələrə nəzarət edən şöbələri vardır, xidmətin şöbələri bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərmiş, hər bir üzmə vasitəsi olan şəxsə mütləq qaydada gəmi bileti verilmiş, hər üzmə vasitəsi ildə bir dəfə Xidmətin Texniki təminat şöbəsində texniki baxışdan keçir və mülkiyyətçiyə üzmə vasitəsinə dair texniki talon verilir, üzmə vasitələrini idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi xidmətin təşkili şöbəsi tərəfindən təqdim edilmişdir. Onun fəaliyyət göstərdiyi Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsi isə ərazi üzrə Sumqayıt şəhərindən Mərdəkan qəsəbəsindən keçməklə Qaradağ rayonu ərazisinə kimi dəniz sahilini əhatə etmiş, qeyd edilən sahillərdə X16in təhlükəsiz istismarına nəzarət etmişdir. Yeni xidmət yaradılandan sonra, yəni 2016-cı ildən vəzifə təlimatı üzrə hər gün idarəyə gəlib müvafiq tapşırıqlar aldıqdan sonra əraziyə çıxmış və ərazi üzrə sahilboyu üzmə vasitələrinə baxış keçirib təhlükəsizlik qaydalarına əməl edilməsi vəziyyətini yoxlamış, ilk zamanlar sadəcə təlimatlar üzrə işini qurmuş və hər hansı neqativ halları görmürmüş. Lakin, 2019-ci il başladıqdan sonra öz işini görən zaman artıq bir sıra uyğunsuzluqlar aşkar edərkən balıqçılar tərəfindən ona bildirilmişdir ki, əvvəllər də onların əməkdaşları ilə “görüşülüb” və qeyd edilən vəziyyət mümkünsə davam etsin, bu barədə Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Daha sonra ona həm balıqçıların deməsi ilə, həm də idarədəki söhbətlərdən aydın olmuşdur ki, balıqçılardan müəyyən pul vəsaitləri alınır və onların üzmə vasitələri üzrə hər hansı bir uyğunsuzluq barədə sənəd tərtib edilmir. 2019-cu ilin mart ayından etibarən bir çox hallarda rəisi Təqsirləndirilən şəxs1lə birlikdə sahilboyu ərazilərə getmişlər, sonuncu avtomobildə qalmış və o, razılığa əsasən bayda sahibləri olan Edik adlı şəxsdən, həmçinin Xalis, Hüseyn və Rövşəndən müəyyən kiçik zərflər alırmış, həmin zərfləri də dərhal əgər rəisi Təqsirləndirilən şəxs1 onunla gəlmişdirsə elə maşında, əks halda idarədə təqdim etmişdir. Ona sonradan məlum olmuşdur ki, hər bayda sahibi bir bayda üçün 500 manat pul verirmiş, bayda sahiblərindən Edik adlı şəxsdə 2 ədəd, Xalisdə 2 ədəd, Hüseyndə 2 ədəd və Rövşəndə 1 ədəd olmaqla, cəmi 7 ədəd bayda olmuşdur. O, zərflərin içində olan pul məbləğlərini saymamış, orada nə qədər pul olduğunu bilməmiş, sadəcə balıqçılardan eşitdiyinə görə hər bayda üçün onlar 500 manat pul verirlərmiş və bu pul il üzrə əsasən işlənilən 5 ay, yəni mart, aprel, oktyabr, noyabr və dekabr ayları üçün verirlərmiş. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin Edik adlı Şahid4 2019-cu ilin dekabr ayında Təqsirləndirilən şəxs1 tapşırığı ilə aylıq 500 manatı tələb etsə də, Edikin həmin pulu verməkdən imtina etdiyi üçün ala bilmədiyini, Xalisin isə cəmi 1 dəfə 300 manat pul verdiyini bildirmişdir. 2020-ci ilin başlanğıcından işlər ciddi şəkildə zəif olduğundan hər hansı bir şəxsdən zərf almamış, bununla bağlı artıq mart ayından etibarən də dənizdə tutulanlar və müəyyən digər hadisələr baş verdiyindən ümumiyyətlə balıqçılarla “görüşülməmişdir”. O, həmçinin 15.05.2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək “Sənə deyib də nə isə, yəni ki, görməmişəm, almamışam, verməmişəm, bilmirəm” sözlərinin cavabında onun “Hə o texniki baxışla zadla bağlı. Lalam, koram, karam” məzmunlu cavab verməyi haqqında bildirmişdir ki, Təqsirləndirilən şəxs1 həmin vaxt ona zəng edərək qeyd edilən formada ifadələr işlədərək xidmət zamanı baş verənləri heç kimə danışmamağı tapşırmışdır. O, həmçinin Təqsirləndirilən şəxs1 alınmış pullardan ona ayda bir dəfə 50 manat benzin pulu verdiyini bildirdi. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri aşağıdakı dəlillərlə tam sübuta yetirilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2 ədəd baydası var, onlardan birini Elşad və Ramin adlı balıqçılarla şərikli qaydada almışdır. O, dənizdə fəaliyyət göstərmək üçün FHN-nin Rəhman adlı əməkdaşının ondan aylıq 300 manat pulu rüşvət qismində tələb etdiyini, Rəhmanın ona pulu verməyəcəyi halda, qayığın texniki problemləri, habelə dənizdə 3 mil məsafəni keçdiklərinə görə cərimələyəcəyini bildirdiyini, bu səbəbdən həmin pulu verməyə məcburən razılıq verdiklərini, cəmi bir dəfə, 2019-cu ilin dekabr ayında Rəhmana bu məqsədlə 300 manat pul verdiyini, pulu Sumqayıt şəhərində dəniz kənarında Rəhmana təqdim etdiyini, bununla əlaqədar, o, özünə məxsus istintaqa təqdim etdiyi qara rəngli kitabçada qeyd etdiyini bildirmişdir. Həmin məbləğdən başqa o, Fövqəladə Hallar Nazirliyinin hər hansı əməkdaşına, o cümlədən Rəhmana və ya onun rəisi Təqsirləndirilən şəxs1 pul verməmiş, verdiyi 300 manatdan başqa ondan FHN-nin əməkdaşları tərəfindən hər hansı məbləğdə pul tələb etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayından Bakı şəhəri, Məşğulluq Mərkəzində baş mütəxəssis vəzifəsində işləyir, lakin həmin vaxta kimi Elmin adlı Sumqayıt şəhər sakininə məxsus baydalarda işləmişdir. Elminin 2 ədəd baydası var, həmin qayıqlar dənizə Sumqayıt şəhəri ərazisindən çıxır, qayıqlar X8 adına olsa da, onları qayıqların kapitanları etibarnamə əsasında idarə etmişlər. Elmin həmçinin onun qaynatası Hüseyn Həsənovun yaxın dostunun oğlu olub və bütün dövlət orqanlarının da bu barədə məlumatı olmuşdur. Hüseyn Həsənov Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini olduğu üçün hamı həmin qayıqların Hüseyn Həsənovun qayıqları olduğunu düşünmüş, amma həmin qayıqlar reallıqda Elmin Məhəmmədə məxsus olmuşdur. 2019-cu ildə işsiz olduğu üçün qayıqların idarə edilməsi ilə o, məşğul olmuşdur. Bütün dövlət orqanları ilə danışıqları o aparmışdır. 2019-cu ilin mart, aprel, oktyabr, noyabr və dekabr aylarında FHN-nin Rəhman adlı əməkdaşına hər bayda üzrə 500 manat olmaqla, 2 ədəd bayda üçün 1.000 manat, cəmi 5.000 manat pul vermiş, həmin pulu hər ayın axırı və ya növbəti ayın əvvəli təqdim etmişdir. O, qayıqların vaxtlı-vaxtında texniki baxışdan keçsələr də, onlarda sonradan müəyyən texniki və təhlükəsizlik problemlərinin yarandığını, FHN əməkdaşlarının, o cümlədə Rəhmanın qayıqlar dənizə çıxmamış həmin problemləri aşkar edərək qayığın dənizə çıxmasına maneəçilik törətdiyini, hətta qayıqların dənizə çıxmaqlarına icazə vermədiklərini bildirmişdir. Belə ki, bəzən qayıqda dənizə çıxan balıqçılarda sürücülük vəsiqəsi və ya jiletkanın olmadığını, lakin aylıq haqq müqabilində FHN-nin əməkdaşının buna göz yumduğunu, pul verilmədiyi halda, FHN əməkdaşının ya cərimə etdiyini, ya da dənizə çıxmağa icazə vermədiyini bu səbəbdən də, məcbur qalıb həmin məbləğdə pulu Rəhmana verdiyini, onun pulu kimə verməsi barədə məlumatının olmadığını göstərmişdir. Şahid3 pul məbləğini Təqsirləndirilən şəxs2 Sumqayıt şəhərində dəniz kənarında təqdim etdiyini qeyd etmişdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 20 ildir ki, fərdi qaydada usta kimi evlərin təmiri ilə məşğul olur, 2016-cı ildə balıqçılıqla məşğul olmaq qərarına gəlib, bunun üçün 1 ədəd plasmas 1 matorlu qayıq almış, lakin həmin qayıqla balıqçılıq etməmiş, təxminən 1 il sonra baş etibarnamə ilə satmış, bundan sonra 2017-ci ildə “Proqress-4” tipli qayıq almış, lakin bir müddət sonra həmin qayığı da satmış, təxminən 2018ci ildə bayda tipli qayıq almış və 2018-ci ilin noyabr ayından balıqçılıqla məşğul olmağa başlamış, 2-3 ay işlədikdən sonra həmin qayıq yararasız hala düşmüşdür. 2019-cu ildə 3 ədəd bayda və 1 ədəd taxta qayıq almışdır. Hal-hazırda 3 ədəd bayda və 1 ədəd taxta qayığı var, taxta qayığın sənədləri hazır olmadığından istifadə etmir, bayda tipli qayıqların isə cəmi birindən istifadə edir, həmin qayıq 3 ədəd “Yamaha 250” markalı motorla təchiz edilib, həmin qayıqla 2019-cu ilin sentyabr ayından 2020-ci ilin may ayınadək balıqçılıqla məşğul olub, qayıqlarını Sumqayıt şəhəri, Bahar qəsəbəsində icarəyə götürdüyü ərazidə saxlayır. Şahid2 FHN-nin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin Rəhman adlı əməkdaşının balıqçılıqla məşğul olduğu ərazidə ona yaxınlaşaraq, bu fəaliyyətlə məşğul olmaq üçün həmin şöbəyə aylıq 500 manat pul ödəməli olduğunu bildirdiyini, o da məcburən 2018-ci ilin noyabr ayından 2019-cu ilin yanvar ayları üzrə hər ay 500 manat olmaqla cəmi 1.500 manat və 2019-cu ilin noyabr 2020-ci ilin aprel ayları üzrə 4 dəfə 500 manat pulu Rəhmana verdiyini, bəzi aylarda gəliri az olduğu üçün Rəhmana pul vermədiyini, ümumilikdə Təqsirləndirilən şəxs2 cəmi 3.500 manat pul verdiyini, həmin pulu qayıqların saxlanıldığı ərazidə əlbəəl təqdim etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, artıq 10 ilə yaxındır ki, balıq kürüsünün satışı ilə məşğul olur, 2019-cu ilə kimi balıqçılıqla məşğul olmamışdır, halhazırda özünə məxsus iki ədəd qayığı var, onlarda birinin bort nömrəsi ASA 2099, digərinin bort nömrəsi isə 2103-dür, 2019-cu ilin noyabr ayında baydalardan birincisini Dağıstan Respublikasından hal-hazırda adını xatırlamadığı şəxsdən alaraq təmir etdirmiş, 29 noyabr 2019-cu il tarixdə isə FHN-nin müvafiq qurumlarında qeydiyyatdan keçəndən sonra ona texniki talon və gəmi bileti verilmişdir. Digər qayığını isə 2020-ci ilin mart ayında aldığını və 21 aprel 2020-ci il tarixdə onu da qeydiyyatdan keçirərək texniki talon və gəmi bileti aldığını bildirmişdir. Şahid4 həmin qayıqların sənədlərini almaq üçün heç kimin ondan dövlət rüsumundan başqa pul tələb etmədiyini bildirmişdir. O, 2019-cu ilin dekabr ayında FHN-nin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin Rəhman adlı inspektorunun ona yaxınlaşaraq aylıq 500 manat pul verməli olduğunu, əks halda qayıqda olan nasazlıqlarla əlaqədar onu cərimələyəcəyini bildirdiyini, lakin ona təzə fəaliyyətə başladığı üçün tələb edilən pulu verə bilməyəcəyini dediyini, bu səbəbdən pulu verməyi yubadaraq yekunda vermədiyini bildirmişdir. O, Rəhmanın bundan sonra ondan bir daha pul tələb etmədiyini qeyd etmişdir. Cinayət işinin 1-ci cildinin 180-182-ci vərəqlərində olan CD diskə baxış keçirilməsi haqqında olan 15 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 (A1) məxsus ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 (A2) istifadəsində olmuş ***-***-**- ** mobil nömrəsi arasında yazışmalar müəyyən edilmişdir. Həmin yazışmalarda aşağıdakılar qeyd edilmişdir: 02-07-2018 : A1 - Salam reis Ruxberi hell etdim. qaldi merdekan oda sabah saat 12 de gedib gotrcem 29-09-2018 : A1 - Salam reis hami ile danismisam kim hazir olsa gedib gotrecem 29-09-2018 : A1 - Coxsu bugun tor atamaga gedibler sabaha birsi gune hazir edecekler hazir olanlari gedib hell edecem 29-09-2018 : A1 - Axsaminiz xeyir reis hovsandan da 3 neferi hell eledim sabah da novxani buzovna hell edcem qalanlari hazir deyirler hele ayin 5 ne hazirlayacaqlar 01-10-2018 : A1 - Salam reis axsaminiz xeyir olsun sabah artiom teref saat 9-10 dan sora cixacaqlar Sizin sabaha isiniz varsa ozum aedim yoxdursa bir yerde gedek hem qarsilayaq sudan gelenleri hemde senetseverlerle gorusum 03-10-2018 : A1 - Salam reis sabahiniz xeyir olsun reis men hovsandayam burdakilari hell edim sizin bir gosterisiniz varsa edim. A2 - Həll elə mənə de 31-10-2018 : A1 - Reis erazide hec kim yoxdu sakitcilikdi novxani menteqesindeyik heleki heckimde imkan yoxdu 3-4 gune duzledecekler basqa gosterisiniz var? 01-11-2018 : A1 - Salam reis sabahiniz xeyir olsun. reis usaqlarin hem benzinide yoxdu saxladim getmesinler nardarana ozum cixacam telefonla hazir olanlari hell edim. Sabah artioma aparacam hem tedbirimiz var hemde qalan senetleri hell edim. 06-11-2018 : A1 - Sabahiniz xeyir olsun reis men Asan xidmetdeyem.burdaku islerimu hell edim cixcam eraziye sizinde vaxtiniz olsa sumqayita kamerinin altina gedib bir bas cekerisiz gorsunler.o teref bir az aglasirlar ki hecne yoxdu. 13-11-2018 : A1 - Sabahiniz xeyir olsun reis menim bankla bagli islerim var onlari hell edirik hell edim gunortadan sora kupcaya getmeliyem verim hazirlayim sabaha insalalh eraziye cixcam yarimciqlarla bagli 28-11-2018 : A1 - Reyzin qayiq zeng vurdu dansdim ayin 30 da gorusecem 04-12-2018 : A1 - Sabahiniz xeyir olsun reis men idareye gedirem protokolumuz var onu verim ordan da gedcem hazir olan senetleri gotrum 05-12-2018 : A1 - Salam reis men uygun gorurusuzse men buzovna ile Bilgeh gedim gotrum saat 11 ucun saat 12 de bankda olmaliyam bankdan saat 1 kimi cixacam insallah cixim gelim novxaniya 17-12-2018 : A1 - Salam sabahiniz xeyir olsun reis necesiz yigimdan bize catani gotrub fexredinin yanina girdim cixdim her sey yolundadir.menim 4 dene protokolum var onlari yazim cixacam insallah.imkan edek elete teref gedek sabahdan bir elet birde nardaran teref qalibdi 29-01-2019 : A1 - Sabahiniz xeyir olsun reis Dunen 2 nefer baydalardan getirdi Bugun seher seher 2 nefer getirtmisik Obedden sora Ruxber gelecek Qaldi Hesen birde Xalis Onlarida fexi dedi vaxtin deycem cagiraq 01-02-2019 : A1 - Fexi zeng etmisdi ki gelen olacaq bugun dedim baydalar gelenden sora gelecekler bir ruxber busun getmelidi 01-02-2019 : A1 - Hesenle birazdan daniscam gorum hardadi onunla gorusek birde baydlar bu gun qayitmalidirlar siz isinizi bitirsez o terfe gederdik hemde butun baydalara yerinde baxaq gorek hansi bayda hansinin yanindadir. A2 - Yaxşı 05-02-2019 : A1 - Reis axsaminiz xeyir olsun hesenden basqa obiri baydalari hell etdim fexiye dedim sabah gedcem idareye ordan da naradranla elaqe saxlayacam gedek ora yada gelek novxaniya ordan gedek nasosnuya 12-02-2019 : A1 - Fexreddin zeng etmisdi ki reise deyib artiom terefe hele deymeyin men ozum deyecem 03-03-2019 : A2 - Ala bildin topaldan? A1 - Beli goturudum. Hamısını həll etdim 06-03-2019 : A2 - Amma boş durma da telefonla işivi məsələləri çalış həll elə A1 - Bas uste edecem.hazir olanlar olan kimi zeng edecem size imkaniniz olsa gedib goturersiz A2 - Oldu 16-04-2019 : A1 - Salam reis men nasosnu sumqayit hamisna baxdim baydalar sudadir isleyirler Ruxber, Huseyin 2 eded Xalis, Rovsen neftcallali 5 dene bayda isleyib A2 - Özün nəzarət elə 30-04-2019 : A1 - Reis men balacalardan bir azin hell etmisem boyukler ayin 4 ne kimi hell edecekler 28-05-2019 : A1 - Baliqlari verdin 12 dene 7 kilo 10 densi kutum 600-700 qramliq 2 denesi balaca kifal 10-10-2019 : A1 - Sabahiniz xeyir olsun reis hava yaxsdi bugun cixaq eraziye insallah saat 9 ucun ele cixaq ki qarsilayaq sudan gelende 17-10-2019 : A1 - Vacib deyildi nasosnudaidim qayiqlari yola saldum seher tezden indi de qarsiladim bombos hamisi....teze baslayan bsydalarla gorsdum ayin axiri insallah hamisile gorsecem 01-11-2019 : A1 - Sabahiniz xeyir olsun...Reis necesiz? Dunen bugun ozum yigib narahat etmedim..erazini telefonla hell edirem kulekden sora insalah hamsini hell edeceyik.. 08-11-2019 : A1 - Salam reis sabahiniz xeyir olsun...Reis sizde uygun gorurusuzse siz kameranin altina gedesiz xalis sumqayitdadir baydalarin yaninda huseyinin birde ozununku ondan goturesiz..mende bibiheybbete gedim ordan cixib gelerem novxani terefe... 04-12-2019 : A1 - Sabahinz xeyir olsun reis men dunen zenglerle islemisem bugun cixaq saat 11 de gorusek nasosnuya gedek baydalarin hec biri telefon gotrumur...balacalar da kuleklerden sora gorusecekler..2-3 gunun icinde 05-12-2019 : A1 - Sabahinz xeyir olsun reis bugun hem hava yoxdu hemde gorusen sabaha insalah boyuklerden 3 ile goruseceyik .men yenede telefondayam A2 - Oldu Rəhman 19-12-2019 : A1 - Salam reis bu edikgil meni emmeli Basli yordular...gelib cixmisam sumqayita cixib deyir bugun pul duzelde bilmedik sabah sunortaya ancaq hell ederik...4600 pulumiz var A2 - Olsun qalsin sabaha 20-12-2019 : A2 - Nə is gorursen? A1 - Hemin adami gozleyrem gelir emaneti versin A2 - oldu A1 - Gorusdum reis nehayetki goturdum 27-12-2019 : A1 - Salam reis xalisden 1 denesin gotrudum..qalanlari bos gelib birisigune huseyin muellim baydasi gelcek 1 de o verecek A2 - Oldu 07-01-2020 : A1 - Reis sebrli olun bu atabalani gozleyirem bailiqqlarin satsinlar kilenti gozleyirler... 14-01-2020 : A1 - Salam sabahiniz xeyir olsun reis men cixmisam erazdiyem bilgeh istiqametinde qaliqlarla elaqeli gorum ne hell edirem hell edim insallah elaqe saxlayacam. Cinayət işinin 1-ci cildinin 16-18-ci vərəqlərində olan baxış keçirilməsi haqqında 14 may 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 tərəfindən istintaqa könüllü şəkildə təqdim edilmiş qara rəngli kitabçanın 23-cü səhifəsində onun tərəfindən Təqsirləndirilən şəxs2 rüşvət qismində verilmiş 300 manat məbləğində pul “Fövqəladə - 300m” olaraq qeyd edilmişdir. Cinayət işinin 1-ci cildinin 209-210-cu vərəqlərində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin inspektorunun fəaliyyətində müəyyən edilmiş qanun pozuntuları ilə əlaqədar aparılmış araşdırmanın nəticəsinə dair 16 noyabr 2020-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, balıq ovlamalarına şəraitin yaradılması ilə əlaqədar 2019-2020-ci illər ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin rəisi Təqsirləndirilən şəxs1 və həmin şöbənin inspektoru Təqsirləndirilən şəxs2 tərəfindən balıq ovlamalarına şəraitin yaradılması ilə əlaqədar 3 nəfərdən ümumilikdə 8.800 manat alınmışdır. Cinayət işinin 1-ci cildinin 136-137-ci vərəqlərində olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və X13 Xidmətinin 15 iyul 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Fövqəladə Hallar nazirinin 03 oktyabr 2017-ci il tarixli 1344/Ş nömrəli əmri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, 04 may 2020-ci il tarixli 0534/Ş nömrəli əmri ilə isə onun fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmişdir. Cinayət işinin 1-ci cildinin 136-137-ci vərəqlərində olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və X13 Xidmətinin 15 iyul 2020-ci il tarixli məktubundan görünür ki, Babayev X7 Hallar nazirinin 25 iyun 2018-ci il tarixli 0794/Ş nömrəli əmri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, 18 may 2020-ci il tarixli 0566/Ş nömrəli əmri ilə isə onun fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmişdir. Cinayət işinin 1-ci cildinin 150-152-ci vərəqlərində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidməti rəisinin 20 iyun 2017-ci il tarixli əmrilə təsdiq edilmiş funksional vəzifə təlimatına əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin inspektorunun kiçikhəcmli gəmilərin və onların dayanacağı üçün istifadə olunan bazaların istifadə olunması qaydalarını tənzimləyən normativ hüquqi aktlara əməl olunmasına nəzarəti təşkil etmək, kiçikhəcmli gəmilərin istismarı qaydalarına əməl olunmasına nəzarət etmək, bu qaydaların, üzmə təhlükəsizliyi və ətraf mühitin mühafizəsinə aid digər norma və tələblərin pozulmasını aşkar etmək və qarşısını almaq, inzibati xətalar haqqında protokol tərtib etmək, öz səlahiyyətləri daxilində kiçikhəcmli gəmilərin öz təyinatı üzrə istismar olunmasına nəzarət etmək, su hövzələrində həyata keçirilən patrul xidmətində iştirak etmək, şöbənin xidməti fəaliyyətinə nəzarət etmək, xidmətin fəaliyyəti ilə əlaqədar rəhbərliyin əmr və göstərişlərini yerinə yetirmək, kiçikhəcmli gəmilərin hərəkət təhlükəsizliyinin təmin olunması üçün gəmi sahibləri tərəfindən tədbirlər görülməsinə nəzarət etmək, kiçikhəcmli gəmilərin istismarı zamanı qəzaların qarşısını almaq, insanların su obyektlərində təhlükəsizliyini təmin etmək məqsədilə əhali arasında maarifləndirmə işi aparmaq, xidmətin fəaliyyəti ilə əlaqədar rəhbərliyin əmr və göstərişlərini yerinə yetirmək və digər səlahiyyətləri vardır. Cinayət işinin 1-ci cildinin 150-152-ci vərəqlərində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidməti rəisinin 20 iyun 2017-ci il tarixli əmrilə təsdiq edilmiş funksional vəzifə təlimatına əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidmətinin Bakı şəhəri və Abşeron rayonu üzrə kiçikhəcmli gəmilərə nəzarət şöbəsinin rəisinin şöbənin ümumi iş fəaliyyətini təşkil etmək, tabeli əməkdaşların qanunçuluğa və icra intizamına riayət etmələrinə, onların peşəkarlıq səviyyəsinin artmasına nəzarət etmək, şöbənin əməkdaşlarının vəzifə təlimatlarına uyğun olaraq görəcəkləri işləri müəyyənləşdirmək, şöbənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün tələb olunan materialları xidmətin şöbələrindən və tabeli struktur bölmələrindən tələb etmək, öz səlahiyyətləri daxilində və qanunvericiliyə müvafiq olaraq tabeli əməkdaşların həvəsləndirilməsi və tənbeh edilməsi barədə xidmət rəisinə təklif etmək, müəyyən olunmuş qaydada şöbənin əməkdaşlarının məzuniyyətə göndərilməsini təmin etmək, şöbənin fəaliyyətini təşkil etmək üçün iş planının təsdiq edilməsi, şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşımaq və digər səlahiyyətləri vardır. Cinayət işinin 1-ci cildinin 162-164-cü vərəqlərində olan Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinin 16 iyul 2007-ci il tarixli əmri ilə təsdiq edilmiş “X16in təhlükəsiz istismarına nəzarət” Qaydalarının 3-cü bəndinə əsasən gəmidə yük və sərnişingötürmə normalarının pozulduğu, gəmini idarə edən şəxsin sürücülük vəsiqəsinin olmadığı, icazə olmadan qadağan olunmuş ərazilərdə gəminin idarə edildiyi, üzmə qaydaları və sərnişinlərin təhlükəsizliyi təmin olunmadığı hallarda gəmilərin istismarı qadağan edilir. Həmin tarixli qərarla təsdiq edilmiş “X16ə texniki nəzarət” Qaydalarının 3.3-cü bəndinə əsasən, kiçik həcmli gəminin texniki vəziyyətinə “qismən yararlı” qiymət verildikdə, üzmə təhlükəsizliyini təmin etmək üçün dalğanın hündürlüyü, üzmə rayonu, mühərrikin gücü, yük götürmə qabiliyyəti, sərnişin götürmə qabiliyyəti və yelkənlərin sahəsi üzrə məhdudiyyətlər qoyulur. Cinayət işinin 1-ci cildinin 153-161-ci vərəqlərində olan Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidməti haqqında Əsasnamənin 3 və 4-cü bəndlərində şöbənin kiçikhəcmli gəmilərin və onların dayanacaq bazalarının istifadəsi zamanı dövlət və texniki nəzarəti həyata keçirmək, kiçikhəcmli gəmilərin dayanacaq bazalarında insanların təhlükəsizliyi ilə bağlı tələblərə əməl olunmasına nəzarət etmək, kiçikhəcmli gəmilərin və onların dayanacaq bazalarından istifadə qaydalarına əməl olunmasına nəzarət edir, həmin qaydaların üzmə təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə aid digər norma və tələblərin pozulmasının aşkar edilməsi və qarşısının alınması üçün tədbirlər görmək, kiçikhəcmli gəmilərin dayanacaq bazalarında gəmilərin yerləşdirilmə normalarını, istismar təhlükəsizliyi üçün şərtləri və texniki tələbləri müəyyən etmək və digər vəzifələri, habelə kiçikhəcmli gəmilərin istismarına qadağa qoymaq, onları dayanacaqlara və uzunmüddətli saxlanmaya yerlərinə yerləşdirmək, təhlükəsizlik və mühafizə qaydalarının tələblərinə cavab verməyən, gəmilərin hərəkətinə və üzməsinə təhlükə yaradan, kiçikhəcmli gəmilərin dayanacaq bazalarının istismarı və istifadəsini qadağan etmək və digər hüquqları müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 50-ci vərəqində olan X5 və X13 Xidmətinin 01 dekabr 2020-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutduqları vəzifələr dövlət qulluğunun xüsusi növüdür. Cinayət işinin 1-ci cildinin 213-234-cü vərəqlərində olan sübutların qiymətləndirilməsi haqqında 20 noyabr 2020-ci il tarixli qərara əsasən Şahid1 tərəfindən istintaqa könüllü şəkildə təqdim edilmiş qara rəngli kitabça üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Yuxarıda qeyd edilən CD diskə baxış keçirilməsi haqqında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 (A1) məxsus ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 (A2) istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında yazışmaların məzmunu ilə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətsizlik, habelə xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özləri üçün külli miqdarda maddi neməti vahid niyyətlə rüşvət qismində istəməklə alməları, vəzifəli şəxslər kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri bir daha sübuta yetir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, mütəxəssis rəylərini və işdə olan digər sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməli və onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 94-95-ci vərəqlərində olan 21 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 97-98-ci vərəqlərində olan Bakı Hərbi Məhkəməsinin 21 may 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 may 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 2-ci cildinin 31-32-ci vərəqlərində olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin 24 noyabr 2020-ci il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmamışdır. Cinayət işinin 2-ci cildinin 45-ci vərəqində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X5 və X13 Xidməti tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Cinayət işinin 2-ci cildinin 46-cı vərəqində olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 30.09.2011-ci il təvəllüdlü X4 adlı bir nəfər azyaşlı uşaq var. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu Abbas Abdullayev 2017-ci ildə suda boğularaq ölmüş, onun 18.06.2016-cı il təvəllüdlü 1 nəfər azyaşlı uşağı qalmışdır. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 anası X6 ağır xəstədir və sonuncu Təqsirləndirilən şəxs1 himayəsindədir. Himayəsində bir nəfər azyaşlı uşağın olması, əvvəllər məhkum olunmaması, iş yeri üzrə müsbət xarakterizə olunması CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallardır. Cinayət işinin 1-ci cildinin 193-cü vərəqində olan olan şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 16.06.2008-ci il təvəllüdlü X12 adlı 1 nəfər azyaşlı uşaq var. Cinayət işinin 1-ci cildinin 192-ci vərəqində olan “xxxx” MMC tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində bir nəfər azyaşlı uşağın olması, cinayətin açılmasına və onun cinayətin digər iştirakçısının ifşa olunmasına fəal köməklik etməsi, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması CM-nin 59.1.4, 59.1.10 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən CM-nin 308.2-ci maddəsinə münasibətdə cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətmələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsləin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslərin təqsirli bilindiyi CM-in 308.2-ci maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi nəzərdə tutulmuşdur. İttiham olunduğu əməllər qulluq mövqeyindən istifadə etməklə ilə əlaqədar olduğundan təqsirləndirilən şəxslərə müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 uzun müddət Fövqəladə Hallar Nazirliyində qüsursuz xidmət etməsini, himayəsində azyaşlı uşağının olmasını, anasının ağır xəstəlikdən əziyyət çəkməklə onun himayəsində olmasını, oğlu Abbas Abdullayevin 2017-ci ildə suda boğularaq ölməsi və onun 18.06.2016-cı il təvəllüdlü 1 nəfər azyaşlı uşağının qalması, Təqsirləndirilən şəxs2 isə iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı kimi həmin cinayətin açılmasına fəal kömək etməsini, onun da himayəsində 1 nəfər azyaşlı uşağın olmasını hər iki şəxsə münasibətdə müstəsna hallar kimi nəzərə alaraq hesab edir ki, hər iki təqsirləndirilən şəxsə təqsirləndirildikləri maddələrdə müəyyən edilmiş əsas olan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilə bilər. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhəkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs1 21 may 2020-ci il tarixdən həbsdə saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və barəsində “həbs” qətimkan tədbiri seçilməli və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaqla, cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hər iki təqsirləndirilən şəxs onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumu rejimli cəzaçəkmə müəssisəsində çəkməəlidir. Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, maddi sübut olan qara rəngli kitabça cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMnin 308.2-ci maddəsi ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına, CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3 və 66.4-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları tam toplamaq, əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 2 (iki) il rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2020-ci ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMnin 308.2-ci maddəsi ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları tam toplamaq, əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 2 (iki) il rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 07 iyul 2021-ci ildən hesablansın, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin, və o, məhkəmə iclas zalında həbsə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan qara rəngli kitabça cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hğkmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar