Məhkəmə qərarları › İş №1(101)-570/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-570/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-570/2024 21.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X3-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə başqa mənbədən bir ədəd bükümdə külli miqdarda, yəni təmiz çəkisi 21,761 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlayıb, daşımış və o, 30 mart 2023-cü il tarixdə saat 00:20 dəqiqədə Bakı şəhəri, Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3 Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək orada onun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən bir ədəd polietilen bükümdə qablaşdırılmış təmiz çəkisi 21,761 qram miqdarında üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, polis əməkdaşları deputat Fazil Mustafaya sui-qəsd edilməsi hadisəsi ilə bağlı Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsindən ona zəng etdilər. Onun telefonu üzərində deyildi. Həmin gün polis əməkdaşları saat 12:00-13:00 radələrində yenidən zəng edərək onu Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə çağırmışlar. O, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə getmişdir. Orada polis əməkdaşları ondan iranlı şəxslərlə hər hansı bir ünsiyyətinin olub-olmamasını soruşmuşdur. Bu zaman o, iranlı şəxslərlə dini görüşlərdə birgə iştirakını xatırlamışdır. O, 29- 30 mart 2023-cü il tarixidə saxlanılmışdır. Bu zaman onun üzərindən iyiyrmi bir qram qram narkotik vasitə heroin aşkar edilmişdir. O, polis əməkdaşlarına narkotik vasitə ilə bağlı hər hansı bir əlaqəsinin olmadığını demişdi. O, narkotik vasitə istifadəçisi deyildir. Polis əməkdaşlarının ona qarşı olan qərəzlərinin səbəbini bilmir. O nə narkotik vasitə istifadə etmiş, nə də narkotik vasitə satmışdır. Ona polis əməkdaşları tərəfindən təzyiq olunduğuna görə məcbur qalıb narkotik vasitəni qəbul etmişdir. O, təmirçi işləyir. Ortalama aylıq 400-500 manat maaş alır. Bu maaşdan əlavə başqa hər hansı gəliri yoxdur. O, Suraxanı rayonunda yaşayır. İttihamda göstərilən tarixdə onun evdə olduğunu evdəki şəxslər bilirdilər. Narkotik vasitənin rəngi və növü barədə hər hansı məlumatı yoxdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, təxminən bir ay olmuşdur ki, narkotik vasitənin “kakos” kimi tanıdığı heroin növündən istifadə etmişdir. O, narkotik vasitə aludəçisi deyildir. Mütəmadi olaraq narkotik vasitə əldə etmiş və əhval-ruhiyyəsi yaxşı olsun deyə qəbul etmişdir. O, narkotik vasitə heroini doldurma yolu ilə istifadə etmişdir. Narkotik vasitəni isə tanımadığı şəxslərdən pulla almışdır. 29 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsində olmuşdur. Hövsan qəsəbəsində üzdən tanıdığı və şifahi olaraq narkotik vasitə istifadə etməsini bildiyi şəxsi görmüşdür. Həmin şəxsə yaxınlaşıb narkotik vasitə lazım olmasını bildirib istəmişdir. Həmin şəxs ona nə qədər narkotik vasitə lazım olmasını soruşmuş, o da sonuncuya bildirmişdir ki, çox lazımdır ki, bir müddət istifadə edə bilsin. Həmin şəxs də narkotik vasitə heroin olmasını bildirib 600 manat pul istəmişdir. O da razılaşmış və sonuncu ilə Hövsan qəsəbəsində kimsəsiz bir yerə getmişdir. Orada həmin şəxs ona bir ədəd şəffaf sellofan büküm vermiş və o, həmin şəxsə 600 manat pul vermişdir. Şəffaf sellofan bükümü açıb baxmış və içərisində narkotik vasitə heroin olmasını görmüşdür. Bundan sonra oradan uzaqlaşıb yaşadığı ev istiqamətində getmişdir. 30 mart 2023-cü il tarixdə saat təxminən 00:20 dəqiqə olmuşdur ki, Xətai rayonu, Neapol küçəsi 26 ünvanın qarşısından keçən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ- nin 35-ci PB-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib şəxsiyyəti barədə onu- sorğu sual edib 35-ci PB-nə dəvət etmişlər. O da heç bir etiraz etməmiş və onu polis bölməsinə aparmışlar. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Ona üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. O, gizlətməyin mümkünsüz olmasını fikirləşib əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanı çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Ona həmin maddənin nə olması və haradan əldə etməyi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddə narkotik vasitə heroindir, narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 600 manata almışdır. Aşkar edilmiş narkotik vasitə heroin elektron tərəzi ilə çəkilmiş və çəkisi 24,20 qram müəyyən edilmişdir. Bundan başqa üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və axtarışda iştirak edən şəxslər imza edərək təsdiq etmişlər. 30 mart 2023-cü il tarixdə təhqiqatçı üzərindən aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair ekspert rəyi ilə onu tanış etmiş, ona məlum olmuşdur ki, üzərindən aşkar edilmiş heroinin miqdarı 21,761 qramdır.O, üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış və kimlərəsə narkotik vasitə satmamışdır.O, üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa heç bir yerdə hər hansı bir növ narkotik maddə saxlamamışdır. Onun, narkotik maddələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilib-becərilməsinin qadağan olunması barədə məlumatı olmuşdur. Onun üzərində narkotik vasitə heroin olmağı və gəzdirməyi barədə heç kimin məlumatı olmamışdır. O, narkotik vasitəni aldığı şəxs haqqında heç bir məlumata sahib deyildir. Həmin şəxsi tanımamışdır. Həmin şəxsi yalnız üzdən tanımış və şifahi olaraq sonuncunun da narkotik vasitə istifadə etməsini bilmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs ximəti vəzifəsinin icrası ilə əlaqədar tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Təxminən mart ayının sonu daxil olmuş məlumata əsasən, Xətai Rayon polis idarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru Şahid2 və Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin sahə rəisi Şahid3la birlikdə ünvan 2 ünvanında Təqsirləndirilən şəxs saxlayaraq Xətai Rayon polis idarəsinin 35-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxsə heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. O, Təqsirləndirilən şəxs evində olmamışdır. Hadisə günündən əvvəl İlham polis bölməsinə dəvət olunmayıb. Məlumata əsasən, əməliyyat tədbiri həyata keçirilib. Narkotik vasitənin miqdarı 20 qramdan çox idi. Narkotik vasitənin növü səhv etmirsə heroin idi. Hadisə olan tarixi dəqiq xatırlamır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru Şahid2 və Xətai RPİ-nin 35-ci PB-nin sahə rəisi Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Mahir və İslam birlikdə məlumat əsasında həmin gün saat 00:20 radələrində ünvan 2 ünvanına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə İlhamın əlamətləri ilə üst- üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxxxx 1975- ci ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar İlhama narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. İlham da buna etiraz etmədikdən sonra sonuncunu PB-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Zakir Bəhrəmova təhvil vermişlər. Zakir Bəhrəmov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl İlhama üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. İlham da əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən 600 manata aldığını bildirmişdir. Sonra İlhamın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. İlhamın üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 24.20 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə İlhamın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və İlham tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru Şahid2 və Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə gecə saatlarında ünvan 2 ünvanında Təqsirləndirilən şəxs saxlayaraq Xətai Rayon polis idarəsinin 35-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirmişdir. İlhamın üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı təqiq yadında qalmasa da təxminən 23-24 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsə heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. İlham narkotik vasitənin özünə məxsus olduğunu dedi. Əməliyyatda iştirak etmək səlahiyyəti olan şəxslər iştirak edib. Hadisə olan tarixi dəqiq xatırlamır. Səhv etmirsə, 29 mart 2023-cü il tarixində gecə saatlarında baş vermişdir. Tərəflərindən bölmə rəhbərliyinə raportla məruzə olunduqdan sonra əməliyyat tədbiri həyata keçirtmişlər. İfadələrinə başqa əlavəsi yoxdur. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır. Onunla heç bir ədavəti və yaxınlığı yoxdur. Xidmətdə olduqları zaman Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə rəisi Şahid3la birlikdə ünvan 2 ünvanında Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə tərəflərindən saxlanaraq Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirlənidirilən şəxslə söhbət zamanı üzərində narkotik vasitə olduğunu bildirdi. Təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə bölmədə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilərkən şalvarının sağ cibindən narkotik vasitəni çıxararaq stolun üstünə qoydu. Narkotik vasitə ağ rəngli idi. Hadisə olan tarix dəqiqliyi ilə yadında deyil, təxminən 2023-cü il, mart ayı idi. Təqsirləndirilən şəxsə heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. İlhamın narkotik vasitəni kimdən alması barədə məlumatları yoxdur. Həmin ərazidə oğurluq hadisəsi olduğuna görə İlhamı şübhəli şəxs qismində saxlamışlar. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunmuş ifadələrində şahidlər Şahid3 və Şahid2 ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə verib onun ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 30 mart 2023-cü i tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 30 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Xətai RPİ-nin 35-ci PB-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmiş və həmin maddənin qablaşdırma ilə birlikdə ümumi çəkisinin 24,20 qram olması aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli, 6/1827 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Rəhimov l.imza..” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi- 21,761 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 21,761 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 21,661 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, polis əməkdaşları onu Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə çağırıb, orada onun üzərindən iyirmi bir qram narkotik vasitə olan heroin aşkar edilmişdir. O, polis əməkdaşlarına narkotik vasitə ilə bağlı hər hansı bir əlaqəsinin olmadığını demişdir. O, narkotik vasitə istifadəçisi deyildir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ittihamın inkarına yönələn ifadələri araşdırılarkən onun həmin ifadələrində bəyan etdiyi halları təsdiq edən sübut müəyyən olunmadı, əksinə onun bu iddiaları iş üzrə ilkin yoxlama materialları, şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri və şahidlərin işin faktiki hallarına uyğun verdikləri ifadələri, ekspert rəyləri, maddi sübutlarla və işin faktiki halları ilə təkzib olundu. Əksinə onun saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid2 və Şahid1 onun ifadələrində göstərdiyi halları təkzib etdilər. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığını qeyd edir. O isə bəyanatlarında iddia etdiyi halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüququna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmədə Təqsirləndirilən şəxs tutulması halları müzakirə olunarkən onun polis bölməsinə əməliyyat mənbəsindən daxil olmuş əməliyyat məlumatı əsasında saxlanılıb gətirilməsi, o, saxlanılana qədər onu saxlayan polis əməkdaşlarının onunla hər hansı münasibətlərinin olmaması müəyyən olundu. Məhkəmənin qənaətinə görə məhkəmədə araşdırılmış ittihamedici sübutlar Təqsirləndirilən şəxs məhkəmədə ifadələrində göstərdiyi halları inkar edir. Bu səbəbdən də, məhkəmə, Təqsirləndirilən şəxs ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı vermiş olduğu qismən etirafedici ifadələrini əsas götürür. Çünki onun ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi halların cinayət işinin faktiki hallarına və məhkəmədə araşdırılmış sübutlara qismən uyğun olması müəyyən olundu. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs ittihamı inkar etməyə yönələn ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyini, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib qanunda nəzərdə tutulmuş qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 55 (əlli beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin təqsirləndirilən şəxs Hüseynov Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş ilkin təmiz çəkisi 21,761 qram olan narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi 21,661 qram çəkidə narkotik vasitə heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 01 ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs barəsində DİN- nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 30 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub, 31 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə də barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi ibtidai istintaq zamanı qismən etirafedici ifadələr verməsi və himayəsində bir azyaşlı uşağının olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona ilk dəfə qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkolojı ekspertizasının 07 iyun 2023-cü il tarixli, 3554 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 ( beş ) il 06 ( altı ) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 30 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 55 (əlli beş) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21,661 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar