Məhkəmə qərarları › İş №1(101)-571/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-571/2020

26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-571/2020 26.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 5, mənzil 41-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər cinayət əməlini törətmiş və qanunsuz olaraq soyuq silah əldə edərək üzərində gəzdirmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxxxxx 2019cu il tarixdə saat 23:30 radələrində tanışı Şahid2 məxsus ünvan 2, mənzil 55-də kirayədə yaşayan Şahid1 ilə həmin mənzilə kənar şəxslərin gətirilməsi səbəbindən mübahisəyə başlayıb, həmin binanın liftində Şahid1 vumuş və həmin mübahisəni aydınlaşdırmaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 00:40 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, M.Xiyabani küçəsi, 194 saylı ünvanda yerləşən 286 nömrəli tam orta məktəbin ərazisindəki futbol meydançasının qarşısında Şahid1lə mübahisə edib ondan aralanıb qaçarkən həmin məktəbin giriş-çıxış darvazasının qarşısına gələn Şahid1 qardaşı Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla qəsdən bədəninin müxtəlif yerlərindən vurub ona diafraqma və qaraciyərin zədələnməsi ilə nəticələnmiş, döş və qarın boşluqlarına qanaxma ilə müşayiət olunan döş qəfəsinin plevra boşluğuna nüfuz edən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları kimi dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, onun mərhum əmisi oğlu Nemət Məmmədov 2013-cü ildə vəfat etmişdir. Nemət Məmmədovun arvadı Zemfira öz uşaqları ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 3, mənzil 55-də yaşamışdır. O, hər zaman əmisi oğlu Nemətin ailə üzvləri ilə öz ailə üzvləri kimi maraqlanmış və əlindən gələn köməkliyi sonunculara etmişdir. O, tez-tez Zemfiranın yaşadığı evə getmişdir. Onun yaşadığı mənzillə Zemfiranın yaşadığı mənzil yaxınlıqda yerləşmişdir. Hadisə baş verməmişdən bir neçə gün əvvəl o, Zemfiranın qızının yaşadığı evə getmişdir. Zemfiranın qızı öz ailəsi ilə birlikdə bir otaqlı mənzildə yaşamışdır. O, Zemfiranın qızının yaşadığı evə getdikdə, həmin vaxt orada Zemfiranı və Zemfiranın ikinci qızını öz ailəsi ilə birlikdə orada görmüşdür. O, Zemfiradan niyə bir otaqlı mənzildə hamısının qaldığını soruşduqda, Zemfira ona demişdir ki, “ikinci qızımın ailəsində problem var. Ona görə biz bir müddət hamımız burada yaşayacayıq”. O, Zemfiraya iradını bildirərək demişdir ki, “bu qədər adam bir otaqlı mənzildə necə yaşayacaqsınız? Bundansa öz yaşadığın mənzili ver qızıvın ailəsinə və hamınız orada birlikdə yaşayın”. Bu vaxt Zemfira ona demişdir ki, “mənim pula ehtiyacım var idi. Ona görə də mənzili iki nəfərə öz ailələri ilə birlikdə yaşamaq üçün kirayəyə vermişəm”. Zemfiranın maddi durumu pis olduğundan yaşadığı mənzili kirayəyə verməsi ona çox pis təsir etmişdir. Ona görə də o, Zemfiradan hansı məbləğə mənzili kirayəyə verdiyini soruşmuşdur. Zemfira da demişdir ki, “300 manata danışmışıq. 250 manat veriblər, 50 manatı da bir neçə gündən sonra verəcəklər”. Bu vaxt o, Zemfiraya demişdir ki, “mən gedib onlarla danışaram və pullarını bir-iki günə qaytararam. Sonra gedib mənzildə qızınla birlikdə yaşayarsan”. Zemfira da onunla razılaşmışdır. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə o, Zemfiranın mənzilinə getmişdir. Qapını Zərərçəkmiş şəxs açmışdır. O, mənzilə daxil olmaq istədikdə, əvvəlcə Tural onu içəri buraxmaq istəməmişdir. Sonra o, özünü bank işçisi kimi təqdim etmiş, mənzilin bankda girovda olduğunu və Zemfiranı axtardığını bildirmişdir. Bundan sonra Tural onu içəri buraxmışdır. O, içəri daxil olduqdan sonra Turala bank işçisi olmadığını və Zemfiranın rəhmətlik əri Nemətin əmisi oğlu olduğunu bildirmişdir. O, Turala Zemfiraya ödədikləri pulu 2-3 günə qaytaracağını bildirmiş və sonuncudan Zemfiranın mənzilini tərk etməsini xahiş etmişdir. Tural onunla razılaşmış və demişdir ki, “2-3 günə pulu qaytar, bizdə çıxaq”. Bundan sonra Tural Zemfiranın mobil nömrəsinə zəng etmiş və Zemfiradan onu tanıyıb-tanımadığını soruşmuşdur. Zemfira Turala onu tanıdığını dedikdən sonra o, telefonu Turaldan almış və Zemfiraya Turalla razılaşdığını, 2-3 günə pulu qaytaracağını, Turalgilin də mənzili tərk edəcəklərini bildirmişdir. Bu minvalla da o, mənzili tərk etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Zemfira ona zəng edərək Turalgilin mənzildə suyu açıq qoyduqlarını, Zemfiranın mənzilini və aşağıdaki qonşunun mənzilini su basdığını, habelə bununla bağlı polisə gedəcəyini bildirmişdir. O da Zemfiraya demişdir ki, “Polisə getmə. Mən gedib özüm onların pulunu verəcəm və mənzili geri alacam”. Bir qədər sonra Zemfira ona zəng edərək özünə məxsus mənzildə Turalgilin yanında bir qızın olduğunu bildirmişdir. O da Zemfiraya demişdir ki, “yəqin ki, həmin qız onların bacısıdır”. Həmin gün artıq gec olduğundan o, Zemfiranın mənzilinə getməmişdir. Növbəti gün səhər o, işə getmişdir. O, işə getdikdə, maşınına benzin dolduran vaxt Zemfira ona zəng edərək üzüyünü satdığını bildirmiş və ondan Turalgilin pulunu özünün və ya onun verəcəyini soruşmuşdur. O da Zemfiraya demişdir ki, “İstəyirsən sən ver, istiyirsən mən verim. Amma Turalla mən danışdığımdan, mənim verməyim daha yaxşıdır”. Zemfira da onunla razılaşmışdır. Sonra o, işə getmişdir. O, işdən sonra rayona getmişdir. O, rayondan axşam saat 23.00:23:30 radələrində qayıtdıqdan sonra bir nəfər onun tanışı ona zəng etmiş və ona borclu olan puldan 40 manat pulu qaytarmaq istədiyini bildirmişdir. O da həmin tanışından harada olduğunu soruşmuşdur. Onun tanışı ona yuxarı məhəllədə olduğunu bildirmişdir. O, həmin məhəlləyə getmiş və tanışı ona 40 manat pul vermiş, qalan borcunu da bir neçə gündən sonra verəcəyini bildirmişdir. Bu vaxt Zemfira ona zəng edərək pulu Turalgilə vermək üçün getdiyini, lakin Turalgilin Zemfiraya “Səni tanımırıq, biz Azadla danışmışıq. Qoy Azad gəlsin və məsələni onunla həll edək” dediklərini bildirmişdir. O da həmin vaxt Zemfiranın yaşadığı məhəlləyə yaxın yerdə olduğundan öz maşınını həmin məhəllədə saxlamış və Zemfiragilə getmişdir. Mənzilin qapısını Turalın qardaşı Toğrul açmışdır. Həmin vaxt Tural evdə olmamışdır. O, içəri daxil olduqda, mənzildə tanımadığı yad qızın olduğunu görmüşdür. Eyni zamanda o, masanın üstündə yeyib-içmək görmüşdür. Bu vaxt o, Turalın qardaşı Toğrulun evə qız gətirdiyini başa düşmüşdür. O, Toğruldan nəyə görə evə qız gətirdiyini soruşmuşdur. Toğrul da ona “Qız gətirirəm yaxşı edirəm. Burada nə var ki?” deyə cavab vermişdir. O da Toğruldan “bəs anan bacınla birlikdə burada yaşayacaqdın, niyə evə başqa qız gətirirsən?” soruşmuşdur. Bu vaxt Toğrul yenidən ona qarşı kobudluq etmişdir. O da Toğrula baş qoşmaq istəməmiş və bundan əvvəl Turalla danışdığından Toğruldan Turalın harada olduğunu soruşmuşdur. X26 harada olmasını soruşmaqda məqsədi bundan əvvəl Turalla danışdığından məhz Turalla bu barədə söhbət etməkdən ibarət olmuşdur. Toğrul onunla aqressiv danışdığından o, Turalla söhbət edib pulu sonuncuya vermək istəmişdir. O, Toğruldan Turalın yerini soruşaraq mənzildən köçmə məsələsini Turalla müzakirə edəcəyini demişdir. Toğrul isə ona Turalın qardaşı olduğunu və özü ilə söhbəti davam etdirməyin fərq etmədiyini bildirmişdir. O da Toğrula səhər Turala 250 manat pulu qaytaracağını demiş və suyu qonşuya axıtmaqla yanaşı, evə kənar qız gətirdiyinə görə Toğrula irad bildirmişdir. O, Toğrula irad bildirdikdən sonra Toğruldan mənzili tərk etməsini tələb etmişdir. Lakin Toğrul buna kobud şəkildə etiraz edərək ümumiyyətlə mənzili tərk etməyəcəklərini bildirmiş və onun qolundan yapışaraq həyətə düşüb söhbəti küçədə davam etdirməyi demişdir. O, Toğrulun əlini öz qolundan çəkərək Toğrulla söhbət etmək istəmədiyini bildirmiş və oradan uzaqlaşmaq üçün liftə getmişdir. O, liftə minmişdir. Liftin qapıları bağlanarkən Toğrul iri addımlarla liftə tərəf gəlmiş və qapını aralıyaraq liftə minmişdir. Toğrul liftə daxil olduqdan sonra ona nalayiq sözlər işlətməyə başlamış və “sənin varyoxunu s....” deyərək liftin divarına bir dəfə yumruqla vurmuşdur. Həmin vaxt liftdə ondan və Toğruldan başqa heç kəs olmadığından o, Toğrulun dediyi sözlərin ona ünvanlandığını başa düşmüş və Toğrula bu barədə iradını bildirmişdir. Bu vaxt Toğrul cibindən bıçaq çıxararaq onu vurmaq istəmişdir. O, əvvəllər idmanla məşğul olduğundan cəld şəkildə Toğrulun əlini öz əli ilə saxlamış və cavab olaraq başı ilə Toğrulun sifətinə kəllə zərbəsi vurmuşdur. Bu vaxt liftin işığı sönmüş və o, Toğrulu gövdəsi ilə liftin divarına sıxmışdır ki, Toğrul ona bıçaqla zərbə vura bilməsin. Sonra o, Toğrula demişdir ki, “ayıbdır, bıçağı yığışdır”. Toğrul bu vaxt onun əlindən çıxmaq istəmiş, lakin onun əlindən çıxa bilməyəcəyini görüb bıçağı cibinə qoyacağına söz vermişdir. Sonra lift açılmış və onlar liftdən çıxmışlar. Binanın giriş qapısının qarşısında Toğrul ona demişdir ki, “məni vurduğuna görə səninlə görüşüb məsələni həll edəcəm”. O, görüşmək istəmədiyini Toğrula bildirmiş və nə qədər Toğrulla baş vermiş məsələni sülh yolu ilə həll etməyə çalışsa da, Toğrul onunla razılaşmamış və ona “sən hələ bilmirsən ki, kimə ilişmisən. İndi qardaşımı və dostlarımı çağırıb səninlə məsələni həll edəcəm” demişdir. Bundan sonra o, Toğrula heç nə deməmişdir. Toğrul isə ondan nömrəsini istəmişdir. Lakin Toğrulun üzərində telefon olmadığından Toğrul ondan öz nömrəsinə zəng edərək nömrəsinin düşməsini istəmişdir. O da Toğrulun telefonuna bir zəng atmış və oradan uzaqlaşmışdır. Ağzı quruduğundan o, 286 saylı məktəbin yaxınlığında yerləşən marketə getmiş və oradan su və siqaret almışdır. Orada o, öz tanışı Asifi görmüş və Asif ondan niyə təngə-nəfəs olduğunu soruşmuşdur. O da bir nəfərlə mübahisə etdiyini və buna görə pis olduğunu bildirmişdir. Saat 00:30-da ona tanımadığı şəxs zəng edərək Toğrulun tanışı olduğunu, əslən kürd olduğunu və onunla Toğrul arasında baş vermiş mübahisəni sülh yolu ilə həll etmək üçün görüşmək istədiyini bildirmiş və ondan harada olduğunu soruşmuşdur. O da özünü həmin şəxsə adının Azad olduğunu və “X20” adlanan bazarın yaxınlığında olduğunu bildirmişdir. Həmin şəxs də onun olduğu yerə gələcəyini demişdir. Həmin vaxt o, təsadüfən Toğrulun qardaşı Turalla rastlaşmışdır. Tural ondan hansı səbəbə görə qardaşı Toğrulu vurduğunu soruşmuşdur. O da Turala Toğrulun onu haqsız yerə söydüyünü və liftdə onun üstünə bıçaq çıxardığını demişdir. Bu vaxt onun yanında olan Asif ona və Turala müraciət edərək məsələnin sülh yolu ilə həll etməyi təklif etmişdir. Tural isə bu vaxt Asifə demişdir ki, “Qardaşımgil bizi gözləyir. Gəl gedək onların yanına və orada söhbətimizi davam edək”. Sonra onlar Toğrulgilin yanına getmişlər. Toğrulun yanında onun tanımadığı bir şəxs olmuşdur. Həmin şəxs kürd ləqəbli Nazir adlı şəxs olmuşdur. Onun yanında isə Asif olmuşdur. O, yaxınlıqda yerləşən çayxanaya gedib çay içərək yaranmış narazılığı sülh yolu ilə həll etməyi Toğrulgilə təklif etmişdir. Bu vaxt özünü kürd kimi təqdim edən şəxs cinayət törətdiyinə görə axtarışda olduğunu, cəm halda çayxanada oturacaqları təqdirdə polislərin diqqətini çəkəcəklərini, bununla da problemin yarana biləcəyini ona demişdir. Kürd əsilli Nazir ona məktəbin arxasında olan qaranlıq yerə getməyi demişdir. O da Nazirlə razılaşmış və onlar üçü, yəni Toğrul, Nazir və o, qaranlıq yerə tərəf getmişlər. Onun yanında olan Asif və Tural isə orada qalmışlar. Onlar oradan gedərkən Tural qardaşı Toğrula birazdan onların yanına gələcəyini demişdir. Toğrulla Nazir qabaqda pıçıltı ilə danışaraq getmişlər. O isə Toğrulgilin arxasınca getmişdir. Onlar biraz getdikdən sonra o, orada işığın altında quraşdırılmış kameranın altında dayanıb söhbət etməyi Toğrulgilə təklif etmişdir. Nazir isə narahat olmamağı və dediyi sözün arxasında duraraq sülh yolu ilə məsələni həll edəcəyini ona bildirmişdir. O da Nazirə inanaraq sonuncuya öz minnətdarlığını bildirmişdir. Sonra onlar 286 nömrəli orta məktəbin həyətinə daxil olmuşlar. Onlar məktəbin həyətində yerləşən futbol meydançasının kənarında dayandıqdan sonra Toğrul ondan hansı səbəbə görə liftdə Toğrulu vurduğunu soruşmuşdur. Bu vaxt həm Toğrulun, həm də Nazirin əlləri gödəkçələrinin cibində olmuşdur. O da Toğrula liftdə işlətdiyi sözlərə və onun üstünə bıçaq çıxartdığına görə vurduğunu deyən zaman, Nazir onun sifət nahiyəsinə yumruqla möhkəm zərbə vurmuşdur. Nazirin zərbəsindən sonra o, az qala müvazinətini itirib yerə yıxılacağından sağ əlini yerə dayayaraq özünü tarazlayıb ayağa qalxmışdır. O, ayağa qalxdıqdan sonra Toğrul əlinə qatlanan bıçaq götürüb onun üstünə gəlmişdir. O da Toğrulun onu vurmasından ehtiyat etdiyi üçün qorxmuş və dərhal çevrilib qaçmağa başlamışdır. Toğrul onu bıçaqlamaq istəmişdir. Lakin o, qaçdığından Toğrul onu bıçaqlaya bilməmişdir. O, orada olan pilləkənlərlə məktəbin girişinə doğru qaçmışdır. O, qaçan zaman Toğrul əlindəki bıçağı onun arxasına atmışdır. Həmin bıçağın dəstəyi onun əynindəki gödəkçəyə dəyərək yerə düşmüşdür. Bu səbəbdən nə onun bədəninə, nə də ki, onun əynindəki qalın gödəkçəyə xəsarət və ya zədə yetirilməmişdir. O, dərhal yerə əyilib həmin bıçağı qaldıraraq həmin bıçağı əlinə götürmüş və qaçaraq yoluna davam etmişdir. Toğrul da onun arxasınca qaçmışdır. Nazir isə pilləkənlərin yuxarısında dayanıb onlara baxmışdır. O, məktəbin çöl qapısına çatdıqda, Turalın onun üstünə qaçdığını görmüşdür. Tural onun üstünə qaçarkən Toğrul qışqıraraq Turala demişdir ki, “tez tut onu” və Nazirdən bıçaq istəmişdir. Tural ona çatdıqda, əlini gödəkçəsinin cibindən çıxarmaq istəmişdir. Bu vaxt o, Turalın cibində bıçağın olduğunu və həmin bıçaqla onu bıçaqlamaq istədiyini fikirləşmişdir. Ona görə də o, Turalı qabaqlayaraq sağ əlində olan bıçaqla Turalın bədəninə bir-iki dəfə zərbə endirmişdir. Həmin ərəfədə Toğrul da onlara yaxınlaşdığından o, bıçağı həm Toğrula, həm də Turala tərəf uzatmışdır ki, sonuncular onun əlində bıçağı görüb qorxsunlar və çıxıb getsinlər. Toğrul və Tural biraz arxaya çəkildikdən sonra o, həmin yerdən uzaqlaşmışdır. O, oradan uzaqlaşdıqdan bir müddət sonra çox peşman olmuş və Toğrulun istifadəsində olan mobil nömrəyə zəng edərək Turalı xəstəxanaya aparmaq üçün avtomobil tapıb gələcəyini bildirmişdir. Telefonda onunla danışan şəxs isə artıq yolda olduqlarını və xəstəxanaya getdiklərini ona bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə polislər ona zəng edərək polisə gəlməyini bildirmişlər. O da polislərə qaçmadığını və polisə gələcəyini bildirmişdir. Sonra o, polisə gedib təslim olmuş və hadisə zamanı istifadə etdiyi bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin Zərərçəkmiş şəxslə barışdığını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini, həmin maddə üzrə aşağı həddə cəza təyin edilməsini və Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə barəsində bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən kababxanada kababçı işləyir. Şahid1 onun qardaşıdır. Hadisə baş verməmişdən əvvəl o, qardaşı ilə birlikdə işləmiş və onlar kirayədə yaşamaq üçün ev axtarmışlar. Sonra o, qardaşı ilə birlikdə ünvan 2 ünvanında yerləşən 55 saylı mənzili Zemfira adlı qadından aylıq 300 manata kirayəyə götürmüşdür. Onların arasında əldə edilmiş razılığa əsasən mənzilin bir aylıq kirayə haqqısı 300 manat məbləğində müəyyən edilmişdir. 2019-cu ilin noyabr ayının sonlarında onlar mənzili kirayəyə götürmüşlər və mənzilə köçən gün Zemfiraya 250 manat pulu kirayə pulu kimi vermişlər. Qalan 50 manat pulu isə onlar mənzilə köçdükdən bir neçə gün sonra Zemfiraya verməli olmuşlar. O, mənzili kirayəyə götürdükdə, həmin mənzildə qardaşı və anası ilə birlikdə yaşayacağını Zemfiraya bildirmişdir. Onlar mənzilə xx xxxxxx 2019-cu il tarixdə köçmüşlər. Onlar mənzilə köçdükdən sonra onun dəqiq xatırlamadığı tarixdə mənzilin qapısı döyülmüşdür. Qapını döyən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs Zemfiranın qohumu olduğunu ona bildirmiş, ondan və qardaşı Toğruldan kim olduqlarını soruşmuşdur. Onlar da Azada Zemfiradan mənzili kirayəyə götürdüklərini bildirmişlər. Həmin vaxt Azad bankların birində işlədiyini onlara deyərək onların kirayəyə götürdükləri mənzilin bankda girovda olduğunu və bankdan götürülmüş kreditə görə pul borcunun olduğunu demişdir. Azad bunu dedikdən sonra onların Zemfiraya kirayə haqqı kimi ödədikləri kirayə haqqını üç gün ərzində qaytaracağını demiş və tez bir zamanda ondan mənzildən çıxmağını xahiş etmişdir. O da Azadla razılaşaraq “yaxşı, pulu qaytaranda biz də evdən çıxarıq” demişdir. Sonra Azad onun mobil telefon nömrəsini götürmüşdür. Lakin Azad öz mobil nömrəsini ona verməmişdir. Eyni zamanda onun yanında Azad Zemfiraya zəng etmiş və sonuncudan harada olduğunu soruşmuşdur. Zemfira da yuxarıda qonşuda olduğunu və birazdan gələcəyini demişdir. Azad Zemfiranı biraz gözləsə də, Zemfira gəlməmişdir. Növbəti gün o, işə getmişdir. O, işdə olduğu vaxt Zemfira onun işlədiyi yerə gəlmiş və Azaddan gileylənərək demişdir ki, “mənim Azadla münasibətim pisləşib və onun mənim mənzilimə aidiyyatı yoxdur. Mən özüm bir neçə günə sənin verdiyin pulu qaytaracam, siz də evdən çıxarsınız”. O da Zemfiraya bildirmişdir ki, “mənim üçün fərqi yoxdur, kim pulu qaytaracaq. Kim qaytarırsa qaytarsın bizim pulumuzu, biz də evdən çıxaq”. O, həmin vaxt Zemfiradan Azadın nömrəsini istəsə də, Zemfira ona Azadın nömrəsini verməmişdir. Sonra Zemfira çıxıb getmişdir. Növbəti gün o, işdə, qardaşı Toğrul isə mənzildə olmuşdur. Onun və qardaşı Toğrulun işlədiyi obyektə yaxın yerdə bir qız işləmişdir. Toğrul mənzili təmizlətdirmək məqsədi ilə həmin qızı evə gətirmiş və həmin qız evi yığışdırmışdır. Toğrul qızla evdə olduğu vaxt evdə olan su çənini doldurmaq üçün açmış, lakin bağlamağı unutmuşdur. Su daşdığından onların kirayədə yaşadıqları mənzilin altında olan mənzili su basmış və həmin mənzilin sahibi Zemfiraya onlardan şikayət etmişdir. Zemfira da onların yaşadıqları mənzilə gələrək narazılıq etmiş və onlardan mənzildən çıxmalarını tələb etmişdir. Onlar da kirayə pulunu geri tələb etmişlər və pul qaytarıldıqdan sonra mənzildən çıxacaqlarını bildirmişlər. Eyni zamanda o və qardaşı Toğrul su çəninin daşmasına görə aşağı mərtəbədə yaşayan qonşudan üzr istəmişlər. Bir gündən sonra o, evdə olmadıqda, Azad onların kirayədə yaşadıqları mənzilə gəlmiş və qardaşı Toğrulla sözlü mübahisə etmişdir. Azad və onun qardaşı Toğrul mübahisə etdikdən sonra küçəyə çıxmaq üçün liftə minmişlər. Liftdə onun qardaşı əsəbiləşmiş və liftin divarına yumruqla zərbə vurmuşdur. Toğrulun bu hərəkəti Azadı daha da əsəbiləşdirmiş və onlar küçəyə çıxdıqdan sonra Azad Toğrulun gözünə güclü zərbə vurmuşdur. O, axşam işdən evə getdikdə, qardaşının narahat olduğunu və qardaşının gözünün altının göyərdiyini görmüşdür. O, Toğruldan nə baş verdiyini soruşmuşdur. Toğrul da Azadın onların kirayədə yaşadıqları evə gəldiyini və liftdəki hərəkətinə görə Azadın Toğrulun gözündən vurduğunu bildirmişdir. O, bunu eşitdikdə, Zemfiraya zəng edib baş vermiş hadisəni sonuncuya demiş və Zemfiradan Azadın nömrəsini istəmişdir. O, Zemfiradan Azadın nömrəsini alıb sonuncu ilə görüşüb məsələyə aydınlıq gətirmək istəmişdir. Lakin Zemfira ona Azadın nömrəsini verməmişdir. O, nə qədər Azadın nömrəsini axtarsa da, tapa bilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında o, Toğrulla birlikdə olduğu vaxt Azad Toğrula zəng etmiş və Toğrulu onların kirayədə qaldıqları mənzilə yaxın yerdə yerləşən 286 nömrəli orta məktəbin həyətinə çağırmışdır. O, Azadın Toğrulu məktəbin həyətinə çağırdığını eşitmişdir. Azad zəng edən kimi Toğrul cəld şəkildə 286 nömrəli orta məktəbin həyətinə qaçmışdır. O da bu vaxt Toğrulun arxasınca qaçmışdır. O, 286 nömrəli orta məktəb tərəfə gedərkən yolda, yəni D.Bünyadzadə küçəsi “X20” adlanan ərazidə təsadüfən Azadla rastlaşmışdır. Həmin vaxt Azad tək olmamışdır. Azadın yanında onun tanımadığı bir oğlan da olmuşdur. Toğrul tələsik mənzildən çıxıb Azadın dediyi yerə qaçsa da, həmin vaxt orada olmamışdır. O, Azadı gördükdə, sonuncu ilə salamlaşmışdır. Bu vaxt Azadın yanındakı oğlan ona demişdir ki, “Gəlin məsələni yoluna qoyaq”. Həmin şəxs bunu dedikdən sonra onu kənara çəkərək baş vermiş narazılığa son qoyulmasını ondan xahiş etmişdir. O da elə məsələni yoluna qoymaq üçün gəldiyini həmin şəxsə bildirmişdir. Sonra o və Azadın yanındakı oğlan kənara çəkilmişlər və söhbət etməyə başlamışlar. O, Azadın yanında olan şəxslə söhbət edən zaman Toğrulun onların istiqamətində qaçaraq yaxınlaşdığını görmüşdür. Toğrul Azada yaxınlaşmış və onlar danışmağa başlamışlar. X38 danışa-danışa qaranlıq küçə tərəfə getmişlər. O isə Azadın yanında olan şəxslə danışdığından Toğrulun Azadla nə barədə danışdığını eşitməmişdir. O, Azadın yanında olan oğlanla söhbət edən zaman Azad və Toğrul gözdən itmişlər. Sonra o, Azad və qardaşının arxasınca qaçmışdır. 286 nömrəli orta məktəbin iki girişi var. O, məktəbin həyətinə çatdıqda, birdən Azadla toqquşmuşdur. Toqquşduqdan dərhal sonra Azad onu vurub qaçmışdır. Azad onu vurarkən o, bıçaqla vurulduğunu bilməmişdir. Azad onu bıçaqla vurduqdan sonra qaçıb getmişdir. Azadın onu bıçaqlaması onların toqquşmasından sonra bir neçə saniyə ərzində baş vermişdir. İsti-isti o, heç nə hiss etməmiş və ona görə də Azadın arxasınca qaçmaq istəmişdir. O, bir neçə addım atsa da, özünü pis hiss etmişdir. O, təxminən on addım atdıqdan sonra nəfəsinin çatmadığını görmüşdür. Əvvəlcə o, Azadın onu bıçaqladığını bilməmişdir. Həmin vaxt o, elə bilmişdir ki, Azad onu yumruqla vurmuşdur. Lakin sonradan o, Azadın ona bıçaqla xəsarət yetirdiyini bilmişdir. O, özünü pis hiss etdiyindən daha sonra baş verənləri dəqiq xatırlamamışdır. Lakin hadisə baş verdikdən təxminən 5 dəqiqə sonra o, Toğrulun onun yanına gəldiyini bilmişdir. Toğrul sonra təcili tibb yardıma zəng etmişdir. Onlar orada təxminən 20 dəqiqə gözləsələr də, təcili tibbi yardım gəlməmişdir. Sonra onun qardaşı Toğrul Fərid adlı tanışına zəng etmiş və sonuncudan olduqları yerə gəlməsini xahiş etmişdir. Fərid də Toğrulun sozündən çıxmayaraq onların olduğunu yerə, yəni 286 saylı orta məktəbin yanına gələrək onu xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin Təqsirləndirilən şəxsla barışdığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun maddi imkanı zəif olduğundan 2019-cu ilin noyabr ayında o, özünün yaşadığı ünvan 2 ünvanında yerləşən 55 nömrəli mənzili kirayəyə vermək üçün ev alqı-satqısı ilə məşğul olan dəllallara müraciət etmişdir. Evlərin alqı-satqısı ilə məşğul olan şəxslərdən biri Zərərçəkmiş şəxs onunla tanış etmiş və Turalın kirayəyə mənzil götürmək istədiyini ona bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Tural və Toğrul adlı qardaşlar onun mənzilinə gəlmişlər və mənzili bəyənmişlər. Tural ona mənzildə anası, qardaşı və bacısı ilə birlikdə yaşayacağını bildirmişdir. O da Turalla razılaşaraq mənzilini aylıq 300 manat müqabilində Turala kirayəyə vermişdir. Lakin Tural ona 250 manat pul vermiş və qalan 50 manat pulu da 3-4 gün ərzində verəcəyini bildirmişdir. O, Turalın sözünə yox deməyərək sonuncu ilə razılaşmışdır. O, Turaldan 250 manat pulu aldıqdan sonra mənzilin açarlarını Turala vermiş və qızının yaxınlıqda yaşadığı mənzilinə getmişdir. O, mənzili Turalgilə kirayəyə verdiyi günün səhərisi mənzilindən bir mərtəbə aşağıda yerləşən mənzilin sahibi ona zəng edərək evini su basdığını bildirmişdir. O da bundan narahat olmuş və təcili öz mənzilinə getmişdir. O, mənzilin qapısını döydükdə, qapını Toğrul açmışdır. Həmin vaxt o, mənzildə tanımadığı bir qızın olduğunu görmüşdür. O, qızı görsə də, həmin qızın kim olduğunu Toğruldan soruşmamışdır. Tural ona qardaşı, anası və bacısı ilə kirayədə qalacağını dediyindən o, həmin qızın Turalın və Toğrulun bacısı olduğunu zənn etmişdir. Lakin o, Toğruldan anasının mənzildə olub-olmadığını soruşduqda, Toğrul anasının və bacısının rayonda olduqlarını, yaxın günlərdə Bakı şəhərinə gələcəklərini bildirmişdir. Bundan sonra su çəninin daşması və onun qonşusunun evini su basması ilə bağlı o, Toğrula öz iradını bildirmişdir. Sonra o, Turalın verdiyi 250 manat pulu geri qaytaracağını Toğrula demiş və pulu qaytardıqdan sonra Toğrulgilin onun mənzilindən çıxmasını xahiş etmişdir. Onun Turalgilin verdiyi pulu qaytarmaqda və Turalgili mənzildən çıxarmaqda əsas səbəbi su çəninin daşması nəticəsində qonşusunun mənzilini su basması və Təqsirləndirilən şəxs bir müddət əvvəl onun kirayəyə verdiyi mənzilə gələrək Toğrulla mübahisə etməsi olmuşdur. O, bunu Toğrula dedikdə, Toğrul ona etiraz etməmiş və pulun geri qaytarılacağı təqdirdə evi tərk edəcəklərini demişdir. Növbəti gün axşam radələrində o, Toğrula zəng edərək köçmələri üçün başqa ev tapıb-tapmadıqlarını soruşmuşdur. Toğrul isə artıq evlə bağlı haqq-hesabı onunla deyil, Təqsirləndirilən şəxsla aparacaqlarını ona bildirmişdir. Bundan sonra Tural ona bir neçə dəfə zəng edərək Azadın nömrəsini istəmişdir. Tural, Toğrul və Azad arasında problem olmasın deyə o, Azadın nömrəsini Turala verməmişdir. Bir-iki gündən sonra o, Azadla Tural və Toğrul arasında dava düşdüyünü və dava zamanı Azadın Turala bıçaq zərbəsi vurduğunu eşitmişdir. O, həmin hadisənin şahidi olmamışdır. O, Azadın Turalı bıçaqladığını Azadın qohumlarından eşitmişdir. Onun hadisə barədə başqa məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 01:00 radələrində dostu Şahid3 onun mobil telefonuna zəng edərək Turalın bıçaqlandığını, yaxınlıqda olanlardan heç kəsin avtomobili saxlayıb kömək etmədiyini bildirmiş və onun öz avtomobili ilə Yasamal rayonunda yerləşən “X20” adlanan əraziyə gəlib Turalı xəstəxanaya aparmağını xahiş etmişdir. O da idarə etdiyi ağ rəngli “Hyundai Azera" markalı avtomobillə Ülvinin dediyi ünvana getmişdir. O, həmin ünvana çatdıqda, Turalın qan içində olduğunu görüb qorxmuşdur. Sonra onlar Turalı ona məxsus avtomobilin qabaq oturacağına əyləşdirmişlər və o, Turalı xəstəxanaya aparmışdır. Sonra baş verənlərdən onun xəbəri olmamışdır. Şahid1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 2 ünvanında yerləşən 55 saylı mənzili Zemfira adlı qadından aylıq 300 manat ödəmək şərti ilə kirayəyə götürmüşlər. Həmin evə görə onlar 2019-cu ilin noyabr ayının sonlarında 250 manat pul ödəmişlər və onların 50 manat məbləğində borcları qalmışdır. Onlar mənzili kirayəyə götürən zaman Zemfiraya ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayacaqlarını bildirmişlər. xx xxxxxx 2019-cu il tarixdə onlar həmin mənzilə köçmüşlər. Onlar mənzildə yaşamağa başladıqdan sonra onun dəqiq xatırlamadığı tarixdə Azad adlı şəxs həmin mənzilə gəlmişdir. Azad Zemfiranın qohumu olduğunu deyərək mənzilin bankda girovda olduğunu və Zemfiranın pul borcunun olduğunu onun qardaşı Turala demişdir. Azad bir neçə gün ərzində onların Zemfiraya verdikləri 250 manat kirayə haqqını geri qaytaracağını və onlara mənzildən çıxmaqlarını demişdir. Onun qardaşı Tural da bu təklifə etiraz etməmişdir. Həmin ərəfədə onlar kirayədə yaşadıqları mənzildə olan su çənini bağlamadıqları üçün alt qonşuya su dammışdır. Ona görə də mənzilin sahibi Zemfira mənzilə gəlib onlara öz narazılığını bildirmişdir. O da həmin qonşudan üzrxahlıq etmişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarından etibarən o, qardaşı Turalın işlədiyi kabab evində qardaşına kömək etmişdir. O, axşam saat 20:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən «Naxış» çay evində xadimə və ofisiant işləyən 22-23 yaşlarında, sarışın, orta bədən quruluşlu, adını bilmədiyi, üzdən tanıdığı qızdan 10 manat pulun müqabilində kirayədə yaşadığı mənzildə təmizlik işlərini aparmasını və evi səhmana salmasını xahiş etmişdir. Həmin qız buna etiraz etməmiş və həmin qızın mənzilə getməsi üçün o, mənzilin açarlarını həmin qıza vermişdir. O, özü isə saat 23:00 radələrində qardaşı Turalın yanından çıxıb mənzilin səliqəsinə baxıb xadimənin pulunu verməsi üçün mənzilə getmişdir. O, mənzildə olarkən mənzilin qapısı döyülmüşdür. O, qapını açdıqda, mənzilə bir kişinin gəldiyini görmüşdür. Həmin şəxs ona adının Azad və mənzilin sahibi olduğunu bildirmişdir. Azad mənzildə kənar qızın olduğunu görüb ona irad tutmuşdur. Bundan başqa, Azad onların qonşu mənzilə də su axıtdıqlarına görə sabahısı günü evi tərk etməklərini ondan tələb etmişdir. Azad bu sözləri ona çox kobudcasına dediyindən o, Azadla mənzildə deyil, kənarda söhbəti davam etdirmək adı ilə Azadı küçəyə dəvət etmişdir. Azad da buna etiraz etməmişdir. Sonra onlar birlikdə mənzildən çıxıb binanın 5-ci mərtəbəsindən liftə minmişlər. Onlar liftə daxil olduqdan sonra o, əsəbiləşdiyi üçün liftin divarına bir yumruq zərbəsi vuraraq söyüş söymüşdür. Buna cavab olaraq Azad bir əli ilə onun boğazından tutmuş, digər əli ilə isə onun sol göz nahiyəsinə yumruq zərbəsi vurmuşdur. O da əli ilə gözünü tutmuşdur. Onlar liftdən çıxdıqdan sonra o, Azadın biləyindən tutaraq nəyə görə onu vurmasını soruşmuşdur. Bu vaxt Azad iti addımlarla çıxıb getmək istəmişdir. O isə Azaddan dayanmasını tələb etmişdir. Azad sonra söhbət edəcəyini ona deyərək getmək istəmişdir. O, Azadı saxlayıb özünə məxsus ***-***-**-** saylı mobil nömrəni Azada verib onunla əlaqə saxlamasını və onu vurmasının səbəbi barədə söhbət etmək istədiyini bildirmişdir. Azad çıxıb getdikdən bir müddət sonra saat 01:00 radələrində istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və onu 286 nömrəli tam orta məktəbin yanına dəvət etmişdir. O da razılıq verib həmin ünvana gələcəyini Azada demişdir. Bir neçə dəqiqədən sonra o, sövdələşdikləri ünvana tək çatmış və Azada zəng edərək məktəbin həyətində olduğunu, lakin Azadın orada olmadığını demişdir. Azad Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində “X20" adlanan ərazi tərəfdə olduğunu ona bildirmişdir. Bundan sonra o, həmin ünvana getməyə başlamışdır. O, Azadın dediyi yerə çatdıqda, Azadın onun qardaşı Turalla söhbət etdiyini görmüşdür. O, Azada yaxınlaşmış və Azadı kənarda, yəni məktəbin həyətində söhbət etməyə dəvət etmişdir. Tural isə həmin vaxt onun tanımadığı bir şəxslə söhbət etdiyindən onlara qoşulmamışdır. O, Azadla birlikdə oradan piyada Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, M.Xiyabani küçəsi, 194 saylı ünvanda yerləşən 286 nömrəli tam orta məktəbin həyətində yerləşən futbol meydançasının qarşısına qədər getmişdir. O, orada Azaddan hansı səbəbə görə onu vurduğunu soruşmuşdur. Azad isə liftdə onun söyüş işlətdiyi üçün onu vurduğunu bildirmişdir. O, Azada əsəbiləşdiyi üçün liftə yumruq vurub söyüş söydüyünü, lakin Azadı söymədiyini bildirmişdir. Bu anda o, əli ilə Azadın sinəsinə bir yumruq zərbəsi endirmiş və bu zərbənin Azadın onu vurduğuna görə cavab zərbəsi olduğunu Azada demişdir. Azad bundan sonra çevrilərək həyətdə yerləşən pilləkənlərdən enib qaçmağa başlamışdır. O, Azadın ardınca qışqırıb dayanmasını tələb etsə də, Azad dayanmamışdır. Sonra o, məktəbin ərazisindən çıxmaq istədikdə, qardaşı Turalı görmüşdür. Həmin vaxt Tural halsız vəziyyətdə olduğundan o, Turaldan nəyin baş verdiyini soruşmuşdur. Tural da Azad tərəfindən bıçaqlandığını ona bildirmişdir. Həmin vaxt o, əyilərək yerdən daş götürmüş və oradan qaçan Azadın dalınca atmışdır. O, atdığı daşın Azada dəyib-dəymədiyini görməmişdir. Bundan sonra o, dostu Ülviyə zəng etmişdir. Bir müddət sonra Ülvi onların olduğu yerə gəlmişdir. Həmin ərəfədə Azad ona zəng etmiş və qardaşı Turalla rastlaşdıqda, Tural tərəfindən vurulacağını zənn etdiyindən qardaşı Turalı bıçaqladığını ona demişdir. Sonra Ülvi öz dostları Fərid və Muxtara zəng etmişdir. Fərid öz avtomobili ilə ora gələrək onları götürüb xəstəxanaya aparmışdır. Tibb müəssisəsində onun qardaşı Turala zəruri tibbi yardım göstərilmişdir. Daha sonra Azad ona zəng edərək xəstəxanaya gəlmək istədiyini bildirmişdir. Lakin o, buna etiraz etdiyini Azada demişdir. Azad onların kirayədə yaşadıqları mənzilin sahibi olmadığı üçün həmin mənzilə təmizlik işləri aparmaq üçün gəlmiş qızın kim olmasının Azada aidiyyəti olmamışdır. Onlar mənzili Zemfiradan götürdükləri üçün bu iradı ona Zemfira özü tuta bilərdi. Azad əli ilə onun sifətinə yumruq zərbəsi vurmuşdur. Azad başı ilə onu vurmamışdır. Azad ona öz mobil nömrəsini verməmişdir. Əksinə o, özünə məxsus mobil nömrəni Azada vermişdir. Azad özü ona zəng edərək 286 nömrəli orta məktəb tərəfdə görüş təyin etmişdir. O, Azada sonuncunun mobil nömrəsi onun telefonuna düşdükdən sonra zəng etmişdir. xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında o, Azadla görüşə tək getmişdir. 286 nömrəli orta məktəbin həyətində o, Azadla ikilikdə söhbət edərək sonuncunun sinəsinə bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt onun yanında başqa adam olmamışdır. O, özü Azada yumruq vurmuşdur. Sonradan onun yadına düşmüşdür ki, o, Azada bir deyil, iki yumruq zərbəsi vurmuşdur. Həmin zərbələrdən biri Azadın sinəsinə, digəri isə Azadın sifətinə dəymişdir. O, Azadla qışqıra-qışqıra, yəni yüksək səs tonu ilə danışdığından və Azadı vurduğundan Azad qorxub qaçmışdır. O, həmin anda Azadla Turalın yanında olmadığı üçün Turalın bıçaqlanma anını görməmişdir. Onun üzərində bıçaq olmamış və o, Azada qarşı bıçaq çıxarmamışdır. O, Azadın arxasınca daş atmışdır. Lakin həmin vaxt qaranlıq olduğundan o, həmin daşın Azada dəyib-dəymədiyini görməmişdir. O, ***-***-**-** saylı mobil nömrənin hazırki istifadəçisi olan X15 tanımır. Hadisə günü həmin şəxs onun yanında olmamışdır. xx xxxxxx 2019-cu il tarixli, 1011 nömrəli ekspertiza rəyində onun bədəni üzərində olan xəsarətlərin xx xxxxxx 2019-cu il tarixdə M.Xiyabani küçəsi, 194 saylı ünvanda yerləşən 286 nömrəli orta məktəbin həyətində Azadla ev kirayəsi mövzusunda mübahisə edərkən Azadın vurduğu yumruq zərbəsi nəticəsində alması düzgün qeyd olunmamışdır. O, həmin xəsarəti həqiqətən də almışdır. Lakin o, həmin xəsarəti binanın liftində Azadla etdiyi mübahisə zəminində almışdır. 286 nömrəli orta məktəbin həyətində Azad onu ümumiyyətlə vurmamışdır. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun dostudur və o, Turalı 15 ildən artıq müddətdir ki, tanıyır. Onlar həmyerli olmaqla yanaşı, aralarında yaxın yoldaşlıq münasibətləri olmuşdur. Tural Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, Ə.Əhmədov küçəsində yerləşən kabab evində kababçı kimi işləmişdir. O, hərdən-bir asudə vaxtlarında Turalın işlədiyi yerə gedib vaxtını orada, yəni Turalla birlikdə keçirmişdir. xx xxxxxx 2019-cu il tarixdə axşam radələrində o, ənənəvi olaraq dostu Turalın işlədiyi kababxanaya getmiş və Turalla 10-15 dəqiqə haləhval tutduqdan sonra çıxıb yaşadığı məhəlləyə getmişdir. Daha sonra o, Binəqədi rayonu ərazisinə getmişdir. Bundan 3-4 saat sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə gecə saat 01:00 radələrində Tural özünün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ondan harada olduğunu soruşmuşdur. O da Turala kənarda olduğunu demişdir. Həmin vaxt onun avtomobilinin mühərrik kəmərinə su dolduğundan o, Binəqədi ərazisində yolda qalmışdır. Lakin o, Turalın səsində əzginlik və təlaş duyduğu üçün təkrarən özü Turala zəng etmiş və nəyin baş verdiyini Turaldan soruşmuşdur. Tural da ona bıçaqlandığını demiş və xəstəxanaya çatdırmasını ondan xahiş etmişdir. O da dərhal öz avtomobilini yolun kənarına çəkib saxlamış və “9933” saylı taksi xidmətinə zəng edərək taksi sifariş etmişdir. Təxminən 3-5 dəqiqədən sonra markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı sedan tipli taksi avtomobili onun olduğu yerə gəlmiş və o, həmin taksi ilə Yasamal rayonu ərazisinə gəlmişdir. O, Ə.Əhmədov küçəsinə çatdıqda, yenidən dostu Turala zəng etmiş və Turalın yerini soruşmuşdur. Tural da D.Bünyadzadə küçəsində yerləşən “Əlillər ticarət mərkəzi'’ adlanan ərazidə olduğunu ona bildirmişdir. O, həmin yerə çatdıqda, Turalın yanında Turalın qardaşı Toğrulu və tanımadığı bir neçə şəxsi görmüşdür. O, həmçinin Turalın qarın nahiyəsindən qan axdığını görmüşdür. O, oradan keçən avtomobilləri saxlayıb Turalı tibb müəssisəsinə aparmaq istəsə də, heç kəs avtomobilini saxlamamışdır. O da məcbur olub digər dostu Fəridin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Fəriddən avtomobili ilə gəlməsini və xəsarət almış Turalın xəstəxanaya aparılmasında ona kömək etməyi xahiş etmişdir. Fərid də onun xahişini nəzərə alaraq, özünə məxsus “Hyundai Azera” markalı, **-MB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə öz qardaşı Muxtarla birlikdə hadisə yerinə gəlmişdir. Onlar Turalı qabaq sərnişin oturacağına əyləşdirmişlər. O, Toğrul və Muxtar isə avtomobilin arxa oturacağına əyləşmişlər. Onlar Turalı Respublika Klinik Xəstəxanasına aparmışlar və orada Turala zəruri tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs həmin vaxt kimin tərəfindən bıçaqlandığını onlara deməmişdir. Tural həyəcanlı olduğundan onlar da bu barədə Turaldan heç nə soruşmamışlar. Şahid5 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, üç ilə yaxın müddətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal- 1 ünvanında «Vital Klinika» xəstəxanasının yaxınlığında fəaliyyət göstərən «Naxış» çay evində ofisiant işləmişdir. Zərərçəkmiş şəxs və Şahid1 qardaşları onun işlədiyi çay evinə müştəri kimi gəlmişlər və o, sonuncuları oradan tanımışdır. Sonradan onun Zərərçəkmiş şəxs və Şahid1la səmimi ünsiyyəti yaranmışdır. 2019-cu ilin noyabr ayının sonlarında onun dəqiq yadında qalmadığı tarixdə Toğrul kirayəyə götürdüyü mənzili su basdığı üçün evdə səliqəsəhman yaratmaq lazım olduğunu ona demiş və başqa şəxslərə yaşadığı evi etibar etmədiyi üçün, habelə onların arasında tanışlıq münasibətləri olduğu üçün kirayədə qaldığı mənzili pul müqabilində təmizləməsini ondan xahiş etmişdir. O da buna etiraz etməmişdir. Toğrul kirayədə yaşadığı mənzilin açarlarını saat 20:00 radələrində ona vermiş və mənzilin yerini izah etmişdir. Bundan sonra o, həmin mənzilə getmişdir. O, mənzilə daxil olduqda, həqiqətən də mənzili su basdığını görmüşdür. O, həmin mənzildə bir neçə saat ərzində təmizlik işləri aparmışdır. Saat 23:00 radələrində isə Toğrul mənzilə gələrək otaqların səliqə-səhmanına nəzər yetirmiş və onun zəhmət haqqısını vermişdir. Bir neçə dəqiqədən sonra həmin mənzilin qapısı döyülmüş və mənzilə orta yaşlı, dolu bədən quruluşlu, hündür boylu bir şəxs daxil olmuşdur. Həmin şəxs Toğrula evin su basmasını irad bildirərək yüksək səslə Toğruldan tez bir zamanda mənzili tərk etməsini tələb etmişdir. O, Toğrulla həmin şəxsin arasında olan söhbətə qulaq asmamışdır. Bir neçə saniyədən sonra Toğrul həmin şəxslə birlikdə mənzildən çıxmışdır. Həmin vaxt o, digər otağa keçib özünü səhmana salmış və öz əşyalarını yığıb mənzili tərk etmişdir. Sonra baş verənlərdən onun xəbəri olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, şahidlərin ibtidai istintaq dövründə verdikləri və məhkəmə istintaqında elan olunmuş ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019cu il tarixli götürmə aparılması barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 13-18) görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd uzunqol sviterin sol sinə hissəsində 1 (bir) ədəd və orta gövdə hissəsində 1 (bir) ədəd, ümumilikdə isə 2 (iki) ədəd kəsilmiş-deşilmiş zədə izləri, sviterin qabaq səthi boyunca çoxlu sayda qanabənzər ləkələr, 1 (bir) ədəd qolsuz maykanın sol sinə hissəsində 1 (bir) ədəd və orta gövdə hissəsində 1 (bir) ədəd, ümumilikdə isə 2 (iki) ədəd kəsilmiş-deşilmiş zədə izləri, maykanın qabaq səthi boyunca çoxlu sayda qanabənzər ləkələr mövcud olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şəxsin könüllü gəlib təslim olması barədə protokoldan (cild 1, iş vərəqə 30) görünür ki, xx xxxxxx 2019-cu tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsinə gələrək həmin gün Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini etiraf etmiş və polisə təslim olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli könüllü təqdim edilən əşyanın götürülməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs cinayətin aləti qismində istifadə etdiyi bıçağı polis əməkdaşlarına könüllü təqdim etmiş və həmin bıçaq maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 43) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 45) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 59-63) görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, eləcə də törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yerində əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 81-82) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-975/2019 saylı qərarından (cild 1, iş vərəqə 102-103) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X24- Təcrübi və X13 990 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 164-165) görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər: sağ əlin İİ, İİİ, İV barmaqlarının sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx xxxxxx 2019-cu tarixdə törənməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin olunmur. Göstərilən xəsarətlərin özü tərəfindən, eləcə də yıxılma nəticəsində törənməsi inkar olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X24- Təcrübi və X13 1011 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 167-168) görünür ki, Şahid1 almış olduğu xəsarətlər: sol göz yuvası nahiyəsinin şişkinliyi və qançırı küt əşya təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx xxxxxx 2019-cu tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin olunmur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X24- Təcrübi və X13 928/2019-MTBŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild 1, iş vərəqə 170-173) görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A(İİ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: B(İİİ). Ekspertizaya təqdim edilən və Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd uzunqol sviter və 1 (bir) ədəd mayka üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə, yalnız A antigeni alındı. Belə olan halda bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o cümlədən də ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X24- Təcrübi və X13 620/2019-MTKŞ nömrəli maddi sübutların ekspertizası rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 175-178) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol 1 (bir) mayka və 1 (bir) ədəd poliverin hər birinin öz səthinin sağ yarısında 1 (bir) ədəd, ön səthinin sol yarısında 1 (bir) ədəd dəlib keçən zədə var. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, təqdim edilmiş paltarların (qısaqol mayka və poliver) üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsi təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Paltarların üzərində olan deşilmiş-kəsilmiş zədələrə əsasən demək olar ki, bu zədələrin yetirildiyi anda Zərərçəkmiş şəxs müxtəlif duruş vəziyyətində olmuşdur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan tipli ov bıçağıdır («Kəpənək» formalı) və deşici-kəsici xassəyə malik soyuq silahdır. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 Məhkəmə- Psixiatrik Ekspertizasının 75 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 180-181) görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hazırki psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs, həmçinin ona ittiham elan edildiyi dövrdə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə, o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olununan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli zərərçəkmiş şəxsin ərizəsindən (cild 1, iş vərəqə 162) görünür ki, təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş, bu səbəbdən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X24- Təcrübi və Tədris Birliyinin 31 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 218-220) görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - diafraqma və qaraciyərin zədələnməsi ilə nəticələnmiş, döş və qarın boşluqlarına qanaxma ilə müşayiət olunan döş qəfəsinin plevra boşluğuna nüfuz edən 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları iti-kəsici əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx xxxxxx 2019-cu tarixdə qeyd olunan nahiyələrə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tələbnaməsindən (cild 1, iş vərəqə 154) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tələbnaməsindən (cild 1, iş vərəqə 156) görünür ki, Zərərçəkmiş şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 198) görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası 1943-cü il təvəllüdlü X8, anası 1953-cü il təvəllüdlü X5, bacısı 1976-cı il təvəllüdlü X3, bacısı 1982-ci il təvəllüdlü X2, bacısı 1975-cı il təvəllüdlü X9, arvadı 1991-ci il təvəllüdlü X7, qızı 2013-cü il təvəllüdlü X10, qızı 2016-cı il təvəllüdlü X11 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 199) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 223-242) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4 və 228.4-cü maddələrinə tövsif edilməsi və həmin maddələri ilə ona yenidən ittihamın elan olunması, cinayət hadisəsinin baş verdiyi vaxtın xx xxxxxx 2019-cu il, saat 00:40, cinayət hadisəsinin baş verdiyi yerin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, M.Xiyabanı küçəsi 194 saylı ünvanda yerləşən 286 nömrəli məktəbin giriş-çıxış darvazasının qarşısı hesab edilməsi, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində, eləcə də Şahid1, X22, Şahid3, Şahid4, Aslanov Muxtar Rövşən oğlunun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tövsifedici əlamətləri olmadığından həmin maddə üzrə onların barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid1 və X12 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş və üzərində zədə və qan ləkələri olan paltarların, yəni 1 (bir) ədəd uzunqol sviterin (poliverin) və 1 (bir) ədəd maykanın, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 1 (bir) bıçağın maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc otağına verilməsi, “xxxx” MMC-dən daxil olmuş 1 (bir) ədəd diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi barədə qərardan (cild 1, iş vərəqə 249-251) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə yenidən məzmunda ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-197/2020 saylı qərarından (cild 1, iş vərəqə 327-330) görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətinə, yəni xx xxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 2, iş vərəqə 82) görünür ki, cinayət nəticəsində Zərərçəkmiş şəxs vurulmuş ziyan tamamilə ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2011-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 84) görünür ki, xx xxxxxxx 2011-ci il tarixdə Təqsirləndirilən şəxs ilə X23 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 2, iş vərəqə 90) görünür ki, xx xxxxx 2016-cı il tarixdə X34 qızı doğulmuş, onun anası – Məmmədova Fəridə, atası – Təqsirləndirilən şəxsdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 125- 131) görünür ki, Şahid1 və X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi üzrə cinayət işinin başlanmasının rədd edilməsi, xx xxxxxx 1995-ci il təvəllüdlü Şahid1 və xx xxxxxx 1995-ci il təvəllüdlü X12 əməllərində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsinin tərkibi olduğundan onların barələrində inzibati tədbirin görülməsi üçün qərarın surətinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis bölməsinə göndərilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 159) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X28 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi iki müdafiəçi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, eləcə də məhkəmə istintaqında təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamı və tədqiq edilmiş sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən 55 saylı mənzilin sahibi Şahid2 ilə qohumluq münasibətlərindədir (Şahid2 Təqsirləndirilən şəxs əmisi oğlunun arvadıdır). Şahid2 özünə məxsus 55 saylı mənzili Zərərçəkmiş şəxs və sonuncunun qardaşı Şahid1 aylıq 300 manat müqabilində 2019-cu ilin noyabr ayında kirayəyə vermişdir. Onların arasında əldə edilmiş razılığa əsasən mənzilin bir aylıq kirayə haqqısı 300 manat məbləğində müəyyən edilmiş, həmin məbləğin 250 manatı Zemfiraya birdəfəyə verilmiş, qalan 50 manatı isə Turalgili mənzilə köçdükdən bir neçə gün sonra verilməli imiş. Şahid2 Turalla Toğrula öz mənzilini kirayəyə verərkən Təqsirləndirilən şəxs həmin vaxt mənzilin kirayəyə verilməsində iştirak etməmişdir. Sonradan Təqsirləndirilən şəxs Şahid2 öz mənzilini kirayəyə verməsini öyrənmiş və bu məsələ Təqsirləndirilən şəxs xoşuna gəlməmişdir. Sonuncuların arasında əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs Şahid2 kirayə haqqı kimi aldığı 250 manat pulu Turalgilə qaytarmağı və bunun müqabilində Turalgilin mənzildən çıxmasını təşkil etməsini öz öhdəsinə götürmüşdür. Bu məqsədlə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə Zemfiranın Turalgilə kirayəyə verdiyi mənzilə getmişdir. Həmin vaxt mənzildə yalnız Tural olmuşdur. Azadla Tural ilk dəfə həmin vaxt görüşmüşlər və tanış olmuşlar. Azad Turalla görüşərkən Zemfiranın qohumu olduğunu, Turalgilin Zemfiraya ödədikləri kirayə haqqını 2-3 günə ona qaytaracağını bildirmiş və bunun müqabilində Turaldan mənzildən çıxmalarını xahiş etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla razılaşmış və ödədiyi kirayə haqqının qaytarılması müqabilində Zemfiraya məxsus mənzildən çıxacaqlarına dair söz vermişdir. Həmin vaxt Azadla Tural arasında heç bir narazılıq, sözlü mübahisə və dava-dalaş olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Azadla Tural arasında yuxarıda göstərilənlər barədə razılıq əldə edildikdən bir müddət sonra Zemfira Təqsirləndirilən şəxs zəng edərək Turalgilin onun mənzilində olan su çənini bağlamadıqlarına görə aşağı mərtəbədə yaşayan qonşusunun evini su basdığı, bununla bağlı qonşusunun ona irad bildirdiyini, bundan sonra onun öz mənzilinə getdiyini, orada Turalın qardaşı Toğrula irad bildirdiyini və həmin vaxt mənzildə Toğrulun yanında yad bir qız gördüyünü bildirmişdir. Bundan sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə təxminən gecə saat 23:00 radələrində Təqsirləndirilən şəxs kirayə haqqının geri ödənilməsi müqabilində Turalgildən mənzildən çıxmaqlarını tələb etmək məqsədi ilə yenidən Turalgilin kirayədə yaşadıqları mənzilə getmişdir. Həmin vaxt mənzildə ancaq Toğrul olmuşdur. Tural isə mənzildə olmamışdır. Azad içəri daxil olduqda, mənzildə yad bir qız, habelə masanın üstündə yeyib-içmək görmüşdür. Azad Zemfiranın mənzilində yad bir qızı gördükdə, Toğrulun mənzilə yaxın münasibət üçün həmin qızı gətirdiyini düşünmüşdür. Təqsirləndirilən şəxs Zemfiranın mənzilinə gedərkən orada Şahid1 yanında qızın olması cinayət işinin mübahisəsiz halıdır. Belə ki, həmin vaxt mənzildə qızın olması məhkəmə istintaqında təqsirləndirilən şəxsin verdiyi ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs və Şahid2 ifadələri ilə də tam şəkildə təsdiq olunmuşdur. Bundan başqa, Şahid1 də ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kirayədə yaşadığı mənzilə gələrkən həmin vaxt mənzildə bir qız olmuş və o, həmin qızı mənzildə təmizlik işləri görmək üçün dəvət etmişdir. Şahid1 və Zərərçəkmiş şəxs ifadələrində həmin vaxt mənzildə olan qızın evdə təmizlik işləri ilə məşğul olmaq üçün dəvət etdiklərini göstərsələr də, məhkəmə onların bu hissədə verdikləri ifadələrini inandırıcı hesab etmir. Belə ki, Şahid1 yanında yad qızın olmasını birinci Şahid2 görmüş və bu barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Mənzildə olan qızla Şahid1 arasında olan münasibətin qohumluq münasibəti olmadığı Şahid2 tərəfindən aşkarlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Turalgilin kirayədə qaldığı mənzilə getmiş və o da mənzildə həmin qızı görmüşdür. Təqsirləndirilən şəxs mənzildə yad qızı görməsini Şahid1 də görmüş, lakin həmin qızla bağlı Toğrul heç bir açıqlama verməmişdir. Əksinə Şahid1 Təqsirləndirilən şəxs onların kirayədə qaldıqları mənzilə gecə vaxtı gəlməsinə və faktiki olaraq onlara mane olmasına hirslənmişdir. Məhz bu səbəbdən onların arasında elə mənzildə sözlü mübahisə yaranmışdır. Sözlü mübahisəyə səbəb Təqsirləndirilən şəxs mənzildə olan qızla bağlı Şahid1 irad bildirməsinin qarşılığında Şahid1 Təqsirləndirilən şəxs qarşı sərgilədiyi yersiz və əsassız aqressiv reaksiyası olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxsla Şahid1 arasında sözlü mübahisə baş versə də, Təqsirləndirilən şəxs mübahisəni uzatmaq istəməmiş və Toğruldan qardaşı Turalın harada olmasını soruşmuşdur. Şahid1 Təqsirləndirilən şəxs bu sualına da aqressivlik göstərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oradan uzaqlaşmaq üçün lift tərəfə getmişdir. O, liftə daxil olarkən Şahid1 də onun arxasınca liftə daxil olmuşdur. Həmin vaxt liftdə Təqsirləndirilən şəxs və Şahid1 başqa heç kəs olmamışdır. Liftdə Şahid1 öz aqressivliyini davam etdirərək söyüş söymüş və yumruqla liftin divarına zərbə endirmişdir. Şahid1 liftdə söyüş söyməsi və liftin divarına yumruq vurması Təqsirləndirilən şəxs xoşuna gəlməmiş və mənzildə onların arasında başlanmış sözlü mübahisə həmin vaxt fiziki hərəkətlərlə müşayiət olunan real mübahisəyə çevrilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Şahid1 başı ilə kəllə atmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadəsində Şahid1 liftdə onun üstünə bıçaq çıxarmasını bildirsə də, məhkəmə istintaqında Şahid1 Təqsirləndirilən şəxs üstünə bıçaq çıxarması və Toğrulun Azada xəsarət yetirməyə cəhd etməsi müəyyən edilmədi. Bu səbəbdən də məhkəmə bu hissədə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qəbul edir və qiymətləndirir. Lakin onların arasında liftdə sözlü mübahisənin fiziki hərəkətlərlə müşayiət olunan real mübahisəyə çevrilməsi, yəni Şahid1 əxlaqsız hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs Şahid1 zərbə endirməsi cinayət işinin mübahisəsiz hallarıdır. Məhz liftdə Təqsirləndirilən şəxs Şahid1 zərbə endirməsindən sonra onların arasında yaranmış mübahisə daha da alovlanmış və şiddətlənmişdir. Şahid1 Təqsirləndirilən şəxs ona liftdə zərbə vurmasına görə Təqsirləndirilən şəxsla “haqq-hesab” etmək, yəni Təqsirləndirilən şəxs cəzalandırmaq istəmiş və bu məqsədlə öz nömrəsini Təqsirləndirilən şəxs vermiş, sonuncudan da özünün möbil telefonuna zəng etməsini tələb etməklə Azadın nömrəsini öyrənmək istəmişdir. Bundan sonra onlar bir-birindən aralanmışlar. Təqsirləndirilən şəxsla Şahid1 bir-birindən aralandıqdan sonra Şahid1 Təqsirləndirilən şəxsla “haqq-hesab” etmək, yəni Təqsirləndirilən şəxs cəzalandırmaq üçün köməyə qardaşı Zərərçəkmiş şəxs və tanışı Nazir Quluzadəni çağırmışdır. Belə ki, sonradan Şahid1 tanışı X39 Məmmədovun mobil telefonuna zəng edərək Azadla Toğrul arasında baş vermiş narazılığı sülh yolu ilə həll etmək istədiyini bildirmiş və Azaddan harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs da Nazir Quluzadəyə 286 saylı orta məktəbin yaxınlığında olduğunu bildirmişdir. Onlar görüşmək barədə razılığa gəlmişlər. Görüşün təşəbbüskarı birmənalı olaraq Toğrul X19muşdur. Təqsirləndirilən şəxs Nazir Quluzadə və Şahid1 gəlməsini gözləyərkən həmin yerdə Zərərçəkmiş şəxslə rastlaşmışdır. Onların rastlaşması həm təqsirləndirilən şəxsin, həm də Zərərçəkmiş şəxs məhkəmə istintaqında verdikləri ifadələrlə tam şəkildə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs həmin vaxt orada olmasının səbəbi onun qardaşı Toğrulla Azad arasında liftdə yaranmış narazılığın “həll edilməsi”, başqa sözlə, baş verməsi gözlənilən dava-dalaşda iştirak etmək və Təqsirləndirilən şəxs təkləmək olmuşdur. Bunu təsdiq edən hallar ondan ibarətdir ki, Azadla Tural rastlaşdıqda, onlar əvvəlcə salamlaşmışlar və bundan sonra Tural Azaddan hansı səbəbə görə qardaşı Toğrulu vurduğunu soruşmuşdur. Turalın Azaddan bunu soruşması artıq ona dəlalət edir ki, o, Azadla qardaşı Toğrulun arasında liftdə baş vermiş mübahisədən xəbərdar və məlumatlı olmuş, bu səbəbdən də qardaşına kömək etmək üçün Təqsirləndirilən şəxs olduğu yerə gəlmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs liftdə Şahid1 vurduğuna görə onunla hesablaşmaq məqsədi ilə Şahid1, Zərərçəkmiş şəxs və X29 Məmmədovu görüşə çağırmaları mübahisəsizdir. Bundan başqa, məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Toğrul Azadla görüşmək üçün gedərkən o, Toğrulun arxasınca getmişdir. O, 286 nömrəli orta məktəb tərəfə gedərkən yolda Azadla rastlaşmış və həmin vaxt Azad tək olmamış, Azadın yanında onun tanımadığı bir oğlan da olmuşdur. Toğrul tələsik mənzildən çıxıb məktəb tərəfə qaçsa da, həmin vaxt orada olmamışdır. O, Azadı gördükdə, sonuncu ilə salamlaşmışdır. Bu vaxt Azadın yanındakı oğlan ona demişdir ki, “Gəlin məsələni yoluna qoyaq”. Həmin şəxs bunu dedikdən sonra onu kənara çəkərək baş vermiş narazılığa son qoyulmasını ondan xahiş etmişdir. O da elə məsələni yoluna qoymaq üçün gəldiyini həmin şəxsə bildirmişdir. Zərərçəkmiş şəxs Toğrulla Azad arasında liftdə baş vermiş mübahisədən xəbərdar olması həm də ondan məlum olur ki, Zərərçəkmiş şəxs liftdə baş vermiş hadisəni qardaşı Toğruldan öyrənən kimi Şahid2 bir neçə dəfə zəng etmiş və sonuncudan dəfələrlə Azadın nömrəsini istəmişdir. Lakin Şahid2 baş verə biləcək dava-dalaşdan çəkinərək Azadın telefon nömrəsini Zərərçəkmiş şəxs verməmişdir. Zərərçəkmiş şəxs Şahid2 Təqsirləndirilən şəxs telefon nömrəsini istəməsi həm Zərərçəkmiş şəxs, həm də Şahid2 məhkəmə istintaqında verdikləri ifadələr ilə də təsdiq olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə rastlaşdıqda, Təqsirləndirilən şəxs yanında şəxsiyyəti məhkəmə istintaqında müəyyən edilməmiş şəxs olmuşdur. Bunu həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxs təsdiq etmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə istintaqında ifadə verərək Təqsirləndirilən şəxs yanında olan şəxsin onu kənara çəkərək baş vermiş məsələni sülh yolu ilə həll edilməsini təklif etdiyini, onun isə həmin şəxsə qardaşı Şahid1 gəlməsindən sonra məsələnin həll ediləcəyini dediyini bildirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında, həmçinin müəyyən edilmişdir ki, onlar üçü birlikdə orada olarkən Şahid1 Nazir Quluzadə ilə onların yanına gəlmişdir. Şahid1 və Nazir Quluzadə ora gəldikdən sonra liftdə yaranmış mübahisəni sülh yolu ilə həll etmək adı ilə Təqsirləndirilən şəxs 286 nömrəli məktəbin həyətində yerləşən qaranlıq yerə çəkmişlər. Həmin yerdə Şahid1, Nazir Quluzadə və Təqsirləndirilən şəxs olmuşdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yanında olmuş şəxs həmin vaxt 286 nömrəli orta məktəbin həyətində olmamışlar. Təqsirləndirilən şəxs Şahid1 və Nazir Quluzadə ilə dayanıb liftdə baş vermiş məsələni müzakirə edərkən Nazir Quluzadə qəflətən Təqsirləndirilən şəxs zərbə endirmişdir. Həmin zərbə Təqsirləndirilən şəxs üçün gözlənilməz olmuşdur. Təqsirləndirilən şəxs haqlı olaraq Nazir Quluzadənin ona zərbə endirməsini özünün təklənməsi kimi qəbul etmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs onlardan qaçıb canını qurtarmaq istəmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs oradan qaçarkən Toğrul Məmmədovun onun arxasınca bıçaq atdığını bildirsə də, bu hal məhkəmə istintaqında müəyyən edilmədi. Belə ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış və cinayət işinin materiallarında olan sübutların arasında Təqsirləndirilən şəxs göstərdiyi arqumenti təsdiq edə biləcək sübut, yəni həmin gün onun əynində olan paltara bıçağın atılması nəticəsində hər hansı bir formada izlərin olmasını, bıçağın paltarda iz buraxmasını təsdiq edə biləcək hər hansı sübut mövcud deyil. Bu səbəbdən də məhkəmə hesab edir ki, həmin gün soyuq silah qismində istifadə edilən bıçaq məhz Təqsirləndirilən şəxs özündə olmuşdur. Şahid1lə X29 Məmmədovu təkləmələri, ona qarşı fəal şəkildə zorakılıq etmələri məhkəmə istintaqında araşdırılmış sübutların qiymətləndirilməsi haqqında qərarda da öz təsdiqini tapmışdır. Belə ki, sözügedən qərardan görünür ki, Şahid1 və Nazir Quluzadə həmin gün 286 nömrəli orta məktəbin həyətində Təqsirləndirilən şəxs qarşı qəsdən qərəzli xuliqanlıq hərəkətləri etmişlər və ona görə də onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İbtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Şahid1 və X39 Məmmədova qarşı ictimai yerdə ictimai qaydanı kobud şəkildə pozmaqla qabaqcadan əlbir bir qrup şəxs halında xuliqanlıq cinayətini törətmişlər. Sonradan Şahid1 və Nazir Quluzadə barəsində olan cinayət işinin başlanması barədə qərar ləğv edilmiş və həmin şəxslərin İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilmələri qərara alınmışdır. Göstərilən qərarlardan açıq aşkar görünür ki, Şahid1 və Nazir Quluzadə liftdə baş vermiş mübahisəni sülh yolu ilə həll etmək adı ilə Təqsirləndirilən şəxs görüşə çağırmışlar, onlar Təqsirləndirilən şəxsla görüşərkən orada Zərərçəkmiş şəxs də olmuş, Şahid1 və X39 Məmmədovla görüşdükdən sonra sonuncunu qaranlıq yerə çəkmişlər, orada qabaqcadan əlbir bir qrup şəxs halında Təqsirləndirilən şəxs təkləmişlər və həmin vaxt X39 Məmmədova qəflətən zorakılıq edərək vurmuşdur. Təqsirləndirilən şəxs da baş verənlərdən qorxaraq onların əlindən qaçmışdır. Təqsirləndirilən şəxs qaçarkən Zərərçəkmiş şəxslə üz-üzə gəlmişdir. O, Zərərçəkmiş şəxslə üz-üzə gələrkən Şahid1 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tutmasını bildirmişdir. Təqsirləndirilən şəxs bunu eşitdiyindən və həmin vaxt Zərərçəkmiş şəxs anidən əlini cibindən çıxardığından Zərərçəkmiş şəxs onu vuracağını fikirləşmiş və ona görə də Turaldan cəld tərpənərək üzərində olan bıçaqla ardıcıl olaraq iki dəfə Zərərçəkmiş şəxs zərbə endirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlini cibindən çıxartdıqdan sonra onu vuracağını düşündüyünü və bu səbəbdən də Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə üz-üzə gələrkən və sonuncuya bıçaqla xəsarət yetirərkən Zərərçəkmiş şəxs üstündə bıçaq olmamışdır. Ona görə də Təqsirləndirilən şəxs öz ehtimalları əsasında hərəkət edərək Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs cinayət hadisəsinin baş verdiyi yerə qardaşı Şahid1 kömək etmək, yəni Şahid1lə birlikdə Təqsirləndirilən şəxs təkləmək məqsədi ilə gəlsə də, o, Təqsirləndirilən şəxsla üz-üzə gələrkən onun üzərində bıçaq olmamışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə üz-üzə gələrkən sonuncu Təqsirləndirilən şəxs qarşı zor tətbiq etmək istəsə də, həmin vaxt Zərərçəkmiş şəxs bıçaq olmamışdır. Cinayətin aləti qismində çıxış edən soyuq silah hesab olunan bıçağa gəldikdə, məhkəmə belə nəticəyə gəlir ki, həmin bıçaq məhz Təqsirləndirilən şəxs özünə məxsus olmuşdur. Belə ki, hazırki iş üzrə ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə qərardan, habelə Şahid1 və Nazir Quluzadənin barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cinayət işinin başlanması barədə qərardan görünür ki, onlar Təqsirləndirilən şəxs qarşı qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Həmin qərarlardan onların Təqsirləndirilən şəxs qarşı qərəzli xuliqanlıq etmələri müəyyən edilsə də, onların həmin cinayəti bıçaqdan və ya silah qismində istifadə edilə bilən digər əşyadan istifadə etməklə törətmələri müəyyən edilməmişdir. Onların qabaqcadan əlbir bir qrup şəxs halında Təqsirləndirilən şəxs qarşı xuliqanlıq cinayətini bıçaqdan istifadə etməklə törətmələri halları öz təsdiqini tapmış olsaydı, onların barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 221.3-cü maddəsi ilə cinayət işi başlanmış olardı. Bundan başqa, Toğrulla Nazirin barəsində cinayət işinin başlanması barədə qəbul edilmiş qərarın ləğv edilməsi və onların inzibati qaydada məsuliyyətə cəlb edilmələri də əlavə olaraq ona dəlalət edir ki, həmin şəxslər Təqsirləndirilən şəxs qarşı qərəzli xuliqanlıq hərəkətləri etsələr də, bıçaqdan istifadə etmə halları olmamışdır. Beləliklə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın Təqsirləndirilən şəxs başqa şəxsə məxsus olması məhkəmə istintaqında müəyyən edilmədi. Bundan başqa, Təqsirləndirilən şəxs polis orqanına könüllə gəlib təslim olarkən üzərində məhz cinayətin aləti qismində çıxış etmiş həmin bıçaq olmuş və o, həmin bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi məsələsinə gəldikdə, məhkəmə belə nəticəyə gəlir ki, həmin cinayət əməli məhz şahid qismində çıxış edən Şahid1 əxlaqsız və qanunsuz hərəkətləri, o cümlədən Nazir Quluzadənin və Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri nəticəsində törədilmişdir. Belə ki, Zərərçəkmiş şəxs həmin vaxt orada təsadüfən Təqsirləndirilən şəxsla rastlaşmamışdır. Əksinə Zərərçəkmiş şəxs qardaşı Toğrulla Təqsirləndirilən şəxs arasında liftdə baş vermiş məsələyə görə qardaşı Toğrulla birlikdə Təqsirləndirilən şəxs təkləmək və sonuncunu “cəzalandırmaq” istəmiş, ona görə də həmin vaxt Təqsirləndirilən şəxs olduğu yerə gəlmişdir. Bunu təsdiq edən hallardan biri də ondan ibarətdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs üz-üzə gəldikdə, Şahid1 qardaşı Zərərçəkmiş şəxs “tut onu” demişdir. Şahid1 qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nisbətdə “tut onu” deməsi onu göstərir ki, Zərərçəkmiş şəxs həmin vaxt Şahid1 və Nazir Quluzadə ilə birlikdə hərəkət etmişdir. Əksini məhkəmə istintaqında müəyyən etmək mümkün olmadı. Bundan başqa, Təqsirləndirilən şəxs polis orqanına könüllü gedərək törətdiyi cinayət barədə məlumat vermiş və cinayətin aləti qismində istifadə etdiyi soyuq silah hesab olunan bıçağı təqdim etmiş, habelə həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, o, soyuq silah hesab olunan bıçağı qanunsuz olaraq əldə edərək üzərində saxlamış və daşımışdır. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı belə nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətməsini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona daha ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını mötəbər sübutlar deyil, əksinə ibtidai istintaq orqanının mülahizələri təşkil etmişdir. Ətraflı şəkildə yuxarıda təhlil edilən hallardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməmişdir. Əksinə Toğrul və Zərərçəkmiş şəxs qardaşları Nazir Quluzadə ilə birlikdə Təqsirləndirilən şəxs təklədiklərinə görə Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə cinayət əməlini törətməsi qənaətinə gəlmək mümkün düyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsini müəyyən və təsdiq etmək mümkün olmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin olması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi ilə bağlı əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, onun əməlində Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri də var. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və qeyd edilən cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir. Bundan başqa, Təqsirləndirilən şəxs hər iki cinayət əməlini qəsdən törətmişdir. Onun hər iki cinayət əməli ayrı-ayrılıqda başa çatmış cinayətlərdir, həmin cinayətlərdən biri (Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) cinayətlərin təsnifatına görə ağır cinayət, digəri isə (Cinayət Məcəlləsinin 228.4-cü maddəsi) cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri üzrə təqsirli bilinməlidir və həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, evli və himayəsində 2 (iki) azyaşlı qız uşağının olmasını, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, onun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət əməllərini törətdikdən sonra onun könüllü olaraq polis orqanına gedərək təslim olmasını və cinayətin alətini polis orqanına təqdim etməsini, habelə cavan olmasıını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə), eləcə də təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmçinin, yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində cinayətlərin məcmusu var və ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla onun təqsirli bilindiyi həmin Məcəllənin 126.1 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutun taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan və cinayət hadisəsi baş verən vaxt Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd sviter (poliver) və 1 (bir) ədəd mayka, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq məhv edilməli, “xxxx” MMCdən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxsnaqəti olaraq 3 (üç)il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan və cinayət hadisəsi baş verən vaxt Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd sviter (poliver) və 1 (bir) ədəd mayka, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq məhv edilsin. “xxxx” MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar