Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-571/2021 29.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Tofiq qızının və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 5, Х.İsmayılov küçəsi, ev 38-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs 04 sentyabr 2020-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Seymur Orucov küçəsində yerləşən «Heydər Əliyev» adına parkda alkoqollu içki olan pivə içən tanımadığı Zərərçəkmiş şəxs pivə istəyib alaraq bir qədər içdikdən və yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə düşdükdən sonra Zərərçəkmiş şəxs ona yenə pivə verməsini bildirərkən, sonuncu onu tanımadığını bildirərək pivə verməkdən imtina etdikdən sonra bununla bağlı aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ona ünvanına ucadan nalayiq ifadələr işlətməməsi barədə haqlı irad tutmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan özünü Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, aralarında yaranmış mübahisəni zor tətbiq edərək həll etmək iqtidarında olduğunu nümayiş etdirmək üçün Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə üzərində gəzdirdiyi soyuq silah hesab olunmayan məişət təyinatlı qatlanan tipli cib bıçağını cibindən çıxarıb Zərərçəkmiş şəxs üzərinə hücum edərək həmin bıçaqla sonuncunun boyun, qarının ön səthi və bel nahiyələrinə zərbələr endirərək qalxanvari vəzin kapsulasının və boyun venalarının zədələnməsi ilə müşayiət olunan, yetirilən an həyat üçün təhlükəli olan boyun nahiyəsinin kəsilmiş yarası kimi 1 ədəd sağlamlığa ağır zərər vurmaya aid xəsarət, qarının ön səthində 1 ədəd və sol bel nahiyəsində 1 ədəd daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yaraları kimi sağlamlığa yüngül zərərvurmaya aid cəmi 2 ədəd xəsarətlər yetirmiş və həmin vaxt huşunu itirərək yerə yıxılmış Zərərçəkmiş şəxs çoxlu qan itirdiyini görüb tezliklə öləcəyini düşünərək xəsarətlər yetirməyi dayandıraraq oradan bir qədər aralı parkın mərkəzinə doğru getmiş, az sonra bir qədər özünə gələn Zərərçəkmiş şəxs ona yaxınlaşaraq xəsarət yetirməsinin səbəbini soruşduqda isə, qəsdən öldürməklə bağlı niyyətini başa çatdırmaq, eləcə də orada olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə yaratdığı mübahisə və söydüyü söyüşlərlə ətrafdakı şəxslərin narahatlığına səbəb olaraq öz üzərində gəzdirdiyi bıçağı bir daha tətbiq edib Zərərçəkmiş şəxs sol əlinin arxasına bıçaqla bir dəfə zərbə endirərək ona həmin nahiyədə kəsilmiş yara kimi sağlamlığa yüngül zərərvurmaya aid 1 ədəd əlavə xəsarət yetirmiş və həmin vaxt Zərərçəkmiş şəxs bir daha huşunu itirərək yerə yıxıldığını və çoxlu qan itirdiyini görüb yenə də tezliklə öləcəyini düşünərək əlavə xəsarətlər yetirməyib hadisə yerindən qaçıb getmiş, hadisə vaxtı parkda olanların çağırışı ilə gəlmiş X8 briqadası tərəfindən Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyinə görə həyatının xilas olması səbəbindən o, sonuncunu qəsdən öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Atası Bayram 2010-cu ildə qayınatası Tofiqi öldürdüyünə görə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Anası Validə isə Lökbatan qəsəbəsində Mənzil İstismar İdarəsində xadimə işləyir. O, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 288 nömrəli tam orta məktəbin 6-cı sinfinə kimi təhsil almış, sonra ailəsinin maddi durumu ilə əlaqədar məktəbə getməmiş və fərdi əməklə məşğul olmuşdur. O, Lökbatan qəsəbəsi ərazisində zibilliklərdən plasmas qablar yığaraq müxtəlif mağazalara təhvil verib əvəzində pul almışdır. Ara-sıra yaşadığı evin yaxınlığında yerləşən «Heydər Əliyev» adına parka gedərək orada tüfeyli həyat tərzi keçirərək parkda gecələyən İsmayıl adlı şəxsə yemək, siqaret aparmışdır. 04 sentyabr 2020-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdən çıxıb həmin İsmayıla pul vermək üçün «Heydər Əliyev» parkına getmiş və orada əvvəllər bir-iki dəfə gördüyü, lakin adını əvvəllər bilmədiyi, sonradan adının Oleq olduğunu bildiyi şəxsin bir nəfər tanımadığı ağsaqqal kişi ilə pivə içdiyini görmüşdür. Həmin şəxslərə yaxınlaşaraq İsmayıl adlı şəxsi soruşmuş, ağsaqqal kişinin yanında olan Oleq onun soruşduğu İsmayıl adlı şəxsin ünvanına nalayiq ifadələrlə işlədərək təhqir etmişdir. Bundan sonra o, ona türmədə olduğunu bildirərək lotular haqqında danışmağa başlamış, həmin vaxtı Oleq ona «lotu Quli də yaxşı oldu öldü» sözlərini demişdir. O, Oleqdən lotu Qulini nə üçün təhqir etdiyini soruşduqda, Oleq lotu Qulinin «cındır olduğunu, elə sən də onun tayısan, üzdən iraqsan» sözlərini demişdir. Həmin vaxt Oleqin yanında oturan ağsaqqal kişi sonuncuya rus dilində «suka otstan» sözlərini deyərək xırda addımlarla parkın çıxışı istiqamətinə getmişdir. O, isə həmin vaxt Oleqi parkın qırağına çağırmış, nə üçün lotu Qulini söydüyünü soruşmuş, Oleq ona yenə də «lotu Quli üzdən iraqdır, cındırdı» sözlərini demişdir. Bundan sonra Oleqin işlətdiyi söyüşlərdən əsəbiləşərək əynində olan qara rəngli şalvarın sağ yan cibindən qatlanan bıçağı çıxarıb sağ əlində tutaraq Oleqin boğaz nahiyəsinə bir dəfə zərbə endirmişdir. Daha sonra Oleq onun üzərinə gəlməyə başlamış və o, sağ əlində olan bıçaqla Oleqin sol qarın nahiyəsinə də bir dəfə zərbə endirmiş, sonra isə parkdan çıxıb 4 saylı doğum evinə tərəf getməyə başlamış və arxa tərəfə çönüb baxdıqda Oleqin yerə yıxıldığını görmüşdür. Təxminən 20 dəqiqə parkın yanında gözlədikdən sonra X8 Təxirəsalınmaz Stansiyasının həkimlərinin gələrək Oleqi X8 avtomobili ilə apardıqlarını görmüşdür. Bundan sonra parkın yanına tərəf gəlmiş və həmin vaxt orada olan polislər onu tutmuş, həmin mübahisə ümumilikdə 15-20 dəqiqəyə yaxın müddətdə baş vermiş, üzərində olan bıçaq qara rəngli, iki tiyəli, açılıb-bağlanan olmuşdur. Həmin vaxtı onun Oleqi öldürmək məqsədi olmаmış, özünə məxsus bıçaqla ona zərbələr vuranda hirsli olmuş, onun ölməsini istəməmişdir. Zərərçəkmiş şəxs bıçaqla xəsarətlər yetirməkdə məqsədi onu qorxutmaq, yaralamaq olmuş, həmin vaxt ətrafda bir-iki nəfər tanımadığı şəxslər olsa da, hadisəni törətdikdən sonra həmin şəxslər oradan çıxıb getmişlər. Həmin vaxt onların yaxınlığında 1-2 nəfər kişi olmuş, Oleqi təkrarən bıçaqla vurmağına heç kim və heç nə mane olmamışdır. Oleqə bıçaq zərbəsi endirən zaman onun hansı nahiyəsinə bıçaqla vurmağını fikirləşməmiş, Oleqə bıçaqla vurmamışdan əvvəl ona yumruq və təpiklə vuraraq və yaxud da hər hansı digər formada fiziki zor tətbiq edərək hər hansı xəsarət yetirməmişdir. Oleqlə sözlə mübahisə etmiş, həmin vaxt Oleq də ona hər hansı fiziki zor tətbiq edərək xəsarət yetirməmişdir. Hadisə baş verdikdən sonra Oleqin yerdə qanlı vəziyyətdə uzandığını görmüş, lakin Oleqin ölüb-ölməməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Oleqə bıçaqla boğazına xəsarət yetirən zaman atası orada olmamış, Oleq həmin vaxt tək olmuşdur. Hadisə baş verərkən onun əynində qara rəngli qısaqol köynək, qara rəngli parça şalvar, Zərərçəkmiş şəxs əynində isə narıncı rəngli köynək olmuş, lakin onun əynində olan şalvarını xatırlamır. Onun yetkinlik yaşına çatmamasının nəzərə alınaraq, barəsində mümkün qədər aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 14B, mənzil 38-də ailəsi ilə birlikdə yaşamışdır. 15 yaşı olanda atası Sabir yaşamaq üçün Rusiya Federasiyası, Dağıstan Respublikası, Kasumkent kəndinə getmiş, 2-3 il əvvəl Dağıstandan qayıtmış və Lökbatan qəsəbəsində tək yaşayır. O, heç bir yerdə işləmir, оna xəsarət yetirən Təqsirləndirilən şəxs da hadisədən əvvəl tanımamışdır. 04 sentyabr 2020-ci il tarixdə, təxminən saat 20 radələrində yaşadığı evdən çıxıb atası Sabirin yaşadığı evə getmiş, аtası ilə yolda görüşüb bir az söhbət etmiş, sonra qəsəbədə yerləşən mağazaların birindən spirtli içki olan pivə alaraq atası ilə birlikdə Lökbatan qəsəbəsində yerləşən «Heydər Əliyev» adına parka gedərək orada tikilən daş məhəccərin üzərində oturaraq öz aralarında söhbət edə-edə pivə içməyə başlamışlar. Təxminən saat 22-23 radələrində atası onunla sağollaşaraq getmiş və bir az gəzib evə gedəcəyini demişdir. Atası Sabirin yanından getməsindən bir neçə dəqiqə sonra tanımadığı bir nəfər cavan oğlan ona yaxınlaşaraq İsmayıl adlı şəxsin оnа pul borcu olduğu üçün axtardığını, həmin şəxsi tanıyıb-tanımadığını soruşmuşdur. O da həmin şəxsə soruşduğu İsmayılı tanımadığını demiş, sonra həmin cavan oğlan ondan xahiş etmiş ki, ona pivə versin. O, mağazadan aldığı 1 litrlik plasmas qabda olan pivəni həmin şəxsə vermiş, sonuncu da onun oturduğu yerdən bir az aralıda oturaraq pivə içməyə başlamış və pivəni içib qurtardıqdan sonra yenə pivə içmək istədiyini demişdir. O da həmin şəxsə onu tanımadığını demiş və yanından durub getməsini xahiş etmiş, lakin İsmayıl adlı şəxs oturduğu yerdən duraraq, daş məhəccərin arxa hissəsinə keçmiş və onu yanına çağırmışdır. O, oturduğu yerdən ayağa qalxaraq arxa tərəfə keçmiş və оnu çağıran şəxsə «nə istəyirsən məndən» sözlərini deyərək çıxıb getməsini bildirmişdir. Həmin vaxt onu çağıran İsmayıl cibindən bıçaq çıxararaq anidən оnun boğazına və qarın nahiyəsinə xəsarətlər yetirmiş, onun boğaz və qarın nahiyəsindən qan axdığından o, taqətdən düşüb yerə yıxılmışdır. Bir neçə dəqiqə sonra özünə gəldikdə parkın ortasında quraşdırılan fontanın yanında onu bıçaqla xəsarət yetirən İsmayılın sağ əlində bıçaqla dayandığını görmüş və dərhal İsmayıla tərəf gedərək nə üçün onа bıçaqla xəsarət yetirdiyini soruşmuşdur. O, İsmayıla yaxınlaşıb əlindəki bıçağı almaq istəyən zaman, İsmayıl bıçaqla onun əlinin üst hissəsini kəsərək ona xəsarət yetirmişdir. Həmin vaxt çoxlu qan itirdiyi üçün huşunu itirərək yerə yıxılmış, özünə gəldikdə isə artıq xəstəxanada olduğunu bilmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olmasını bildirərək, onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Tofiq qızı ifadəsində göstərdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 5, X.İsmayılov küçəsi, ev 38-də ailə üzvləri ilə birlikdə yaşayır. 2002-ci ildə qeyri-rəsmi olaraq Bayram Əliyevlə ailə həyatı qurmuş, birgə nikahdan 2003-cü ildə İsmayıl adlı oğlu və 2006-cı ildə Samirə adlı qızı dünyaya gəlmişdir. 2010-cu ildə əri Bayram Əliyev оnun atası Tofiqi öldürdüyünə görə 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını 13 saylı cəzaçəkmə müəssisəsində çəkir. Bundan sonra Eldəniz Hüseynovla tanış olmuş və qeyri-rəsmi olaraq ər-arvad kimi bir evdə yaşamağa başlamış, 2016-cı ildə birgə nikahdan Dəniz adlı qız övladı olmuşdur. 2020-ci ilin yanvar ayının sonlarında qeyri-rəsmi yaşadığı Eldənizlə də ayrılmış və Lökbatan qəsəbəsi, massiv 1, ev 17-də yaşamağa başlamış təxminən 5 ildir ki, Mənzil İstismar İdarəsində xadimə işləyir. Oğlu Həsənov X2 qəsəbəsində yerləşən 288 nömrəli tam orta məktəbin 6-cı sinfinə kimi təhsil almış, sonra fərdi işlərlə məşğul olmaqla müxtəlif yerlərdə fəhlə kimi işləmiş, bəzən isə müxtəlif yerlərdən plasmas qablar yığıb satmışdır. 04 sentyabr 2020-ci il tarixdə oğlu İsmayıl dostunun ad günü olduğunu və bu səbəbdən evə gəlməyəcəyini bildirmiş, 05.09.2020-ci il tarixdə, saat 09 radələrində istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməkdaşı kimi özünü təqdim edən şəxs zəng edərək onu polis bölməsinə dəvət etmiş və oğlu İsmayılın bir nəfərlə dalaşdığını demişdir. Lökbatan qəsəbəsində yerləşən 10-cu polis bölməsinə getdikdə оrada оnа məlum olmuşdur ki, oğlu İsmayıl «Heydər Əliyev» adına parkda tanımadığı Oleq adlı şəxsə bir neçə bıçaq xəsarətləri yetirmişdir. Oğlu İsmayıldan hansı məqsədlə Oleqə bıçaqla xəsarət yetirdiyini soruşmuş, oğlu isə Oleqi söyüş söydüyü üçün bıçaqla vurduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1980-cı il tarixdə Lubov Aibova ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahdan üç övladı olmuşdur. Oğlu Оleq Yaqibekov 10 avqust 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. О, 1997-ci il tarixdə üzərində partlayıcı maddə gəzdirdiyinə görə Azərbaycan Respublikasının CM-нin 220-ci maddəsi ilə təqsirli bilinərək Qaradağ rayon məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək 5 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkmişdir. 2000-ci il tarixdə cəzasını çəkib bitirdiyi üçün azadlığa buraxılmış, sonra Lubov ilə hər gün sözlə mübahisə etdiyi üçün tək yaşamağa başlamışdır. 2002-ci il tarixdə atası Teymur vəfat etdiyi üçün atasının yaşadığı Dağıstan MR, Stalski rayonuna getmiş və bir müddət orada yaşamışdır. 2018-ci il tarixdə anası Qelinin gözləri tutulduğu üçün bacısı Jalə anaları Qelini özünün yaşadığı Bakı şəhərinə gətirmiş və anası bacısı birlikdə yaşamağa başlamışdır. Bir il tək Stanlski rayonunda yaşadıqdan sonra Bakı şəhərinə gəlmiş və Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşamağa başlamışdır. Lubov ilə ayrı yaşamağına baxmayaraq hər üç övladı ilə yaxşı münasibəti olmuş və tez-tez yaşadığı qəsəbənin yaxınlığında görüşmüşlər. 04 sentyabr 2020-ci il tarixdə kirayədə yaşadığı evə gedərkən yolda oğlu Oleq ilə rastlaşmış və Oleqlə bir az söhbət etdikdən sonra Oleq ona parka gedərək pivə içməyi təklif etmişdir. Oleq mağazadan pivə almış və ikisi Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Heydər Əliyev» adına olan parka getmiş, həmin vaxt saat 21-22 radələri olduğundan parkın içərisində təxminən 3-4 nəfər kişi olmuşdur. Oleqə bir az gəzib evə gedəcəyini demiş və Oleqlə sağollaşıb yanından ayrılmış, Oleq isə parkda bir az oturacağını, pivəni içib yekunlaşdırdıqdan sonra evə gedəcəyini bildirmişdir. Yolda olan zaman anasını görmək üçün bacısı Jalənin yaşadığı evə getmək qərarına gəlmiş və yarı yoldan dönərək parkın içinə girərək orada olan fontanın yanından keçən zaman oğlu Oleqin parkın içində olan skamıyada oturduğunu, boğaz və qarın nahiyələrindən qan gəldiyini görmüş və dərhal Oleqə yaxınlaşmışdır. Həmin vaxt Oleqin yanında təxminən 3-4 nəfər kişi yığışmış, yanına yığışan şəxslərdən X8 stansiyasına zəng etmələrini xahiş etmiş, təxminən 5 dəqiqə sonra TTYS-nın həkimləri gələrək oğlu Oleqi xəstəxanaya aparmışlar. Oraya yığışan kişilərdən oğluna kimin xəsarət yetirdiyini soruşmuş, həmin şəxslər isə ona bir nəfər cavan oğlanın bıçaqla parkın içində oğlu Оleqə xəsarət yetirərək çıxıb getdiyini bildirmişlər. Bundan sonra bacısı Jalənin yaşadığı evə getmiş və oğlu Oleqin bıçaqlandığını bacısına demişdir. Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində bərbər işləyir və ailəsi ilə birlikdə hava almaq üçün ara-sıra yaşadığı qəsəbədə yerləşən «Heydər Əliyev» adına parka gedir. 04 sentyabr 2020-ci il tarixdə işdən çıxıb evinə getmiş və saat 22 radələrində oğlu Cəmil ilə birlikdə «Heydər Əliyev» adına parka gedərək orada gəzməyə başlamışlar. Bir qədər gəzdikdən sonra oğlu Cəmil parkın yuxarı hissəsində bir kişinin boğazından qan axdığını demiş, onlara əks istiqamətdə olan tərəfə baxdıqda orad 3-4 kişinin dayandığını görmüş, lakin kimdənsə qan axdığını görməmişdir. Təxminən 8-10 metr orada ayaq üstə dayanan kişilərə tərəf addımladıqda həqiqətən də bir kişinin boğazından qan gəldiyini görmüş və dərhal onlara tərəf yaxınlaşmışdır. Оrada bir kişinin boğazından qan gəldiyini və üzərində olan qara rəngli qısa qol köynəyin qanа bulaşdığını görmüşdür. O, dərhal DİN-nin 102 xidmətinə zəng vurаraq Lökbatan qəsəbəsində yerləşən «Heydər Əliyev» adına parkda bir nəfər şəxsin boğazının kəsilməsi barədə məlumat vermişdir. Sonra oğluna idarə etdiyi avtomobildən dəsmal gətirməsini bildirmiş, оğlu maşından dəsmalı gətirdikdə onunla boğazı kəsilmiş kişinin boğaz nahiyəsinə qoyaraq əlilə tutmasını bildirmişdir. Həmin vaxt xəsarət almış kişinin sağ əlinin üst hissəsinin də kəsildiyini görmüşdür. Bir neçə dəqiqə sonra oraya X8 Stansiyasının həkimləri gəlmiş və xəsarət almış kişini xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 04 sentyabr 2020-ci il tarixdə işdən çıxıb Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində kirayədə yaşadığı evə gеtmiş, şam yeməyini yedikdən sonra gəzmək üçün Lökbatan qəsəbəsində yerləşən «Heydər Əliyev» adına parka gəzməyə çıxmışdır. Həmin vaxt saat 22-23 radələri olduğu üçün parkın içərisində təxminən 4-5 nəfər orta yaşlı kişilərin olduğunu görmüşdür. Parkın içərisində dairəvi şəkildə piyada hərəkət edən zaman parkın ortasında quraşdırılmış fontanın yanında bir nəfər cavan oğlanın əlində bıçaqla dayandığını, təxminən 2-3 dəqiqə vaxt ərzində parkın digər istiqamətindən bir nəfər orta yaşlı kişinin boğazından qan gələgələ fontana tərəf yaxınlaşdığını, həmin vaxt əlində bıçaqla dayanan cavan oğlanın boğazından qan gələn orta yaşlı kişiyə yaxınlaşaraq sonuncunun əl nahiyəsindən xəsarət yetirdiyini və qaçaraq parkın çıxışı istiqamətinə getdiyini görmüşdür. O, xəsarət alan şəxsə yaxınlaşan zaman orada olan 2-3 nəfər orta yaşlı kişilər xəsarət alanı ayağa qaldıraraq parkın içində olan skameykada oturtmuşlar. Orada bir nəfər DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, təxminən 2-3 dəqiqə sonra X8 Stansiyasının həkimləri gələrək xəsarət alan şəxsi xəstəxanaya aparmış, bundan sonra o, dərhal öz yaşadığı evə getmişdir. Xəsarət alan Oleqə yaxınlaşan zaman sonuncunun yanında 2-3 nəfər kişi olmuş, təxminən 4-5 dəqiqə sonra isə oraya bir nəfər yaşlı kişi yaxınlaşmış və Oleqə «oğlum səndən qan axır, səbirli ol, skoru gəlir» sözlərini demiş, həmin kişi xəsarət alan Oleqin atası olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Təcrübi və Tədris Birliyinin 05 sentyabr 2020-ci il tarixli 612 saylı rəyindən görünür ki, Yaqibekov Оlег Sabiroviçdə hemorragik şok, qalxanvari vəzin kapsulasının və boyun venalarının zədələnməsi ilə müşayiət olunan boyun nahiyəsinin kəsilmiş yarası, sol əlin arxası nahiyənin kəsilmiş yarası, qarnın ön səthinin və sol bel nahiyəsinin daxilə nüfuz etməyən kəsilmiş - deşilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər iti kənara və iti uca malik əşya (ola bilsin bıçaq) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi 04.09.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcələrinə görə hemorragik şokla, qalxanvari vəzin kapsulasının və boyun venalarının zədələnməsi ilə müşayiət olunan boyun nahiyəsinin kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, digər xəsarətlər isə ayrı-ayrılıqda, eləcə də ümumilikdə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (cild 01, iş vərəqə 42-44) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 X6 487-MTKŞ/2020-ci il saylı, 09 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək fraqmentinin ön səthində bir ədəd kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə hər hansı bir iti kənarı olan alətlə törənə bilərdi və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin kəsici kənarı ilə (ülgüclə) və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində zədə və zədə izləri aşkar edilməmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. (cild 01, iş vərəqə 213- 217) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 X6 28.10.2020-ci il tarixli, 754/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu: A-/İİ/-дир. Ekspertizaya təqdim edilən bıçaq və Zərərçəkmiş şəxs oğluna məxsus köynək üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrin AB0 sistemi üzrə qrupu təyin edildikdə yalnız A antigeni alınmışdır. Beləliklə bu qan ləkələri AB0 sistemi üzrə A-(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 01, iş vərəqə 209-212) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik X4 Hüquqi Şəxsinin 14.10.2020-ci il tarixli, 2045 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda primitiv şəxsdə xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İntelektualаmnestik imkanları normaya uyğun olduğundan o, iş üzün əhəmiyyətli hallar düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Qıcığa qarşı həssaslıq, səthilik, inadkarlıq, kobudluq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək psixi-emosional vəziyyətdə olmamış, hərəkət və davranışını tənzimləmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (cild 01, iş vərəqə 237- 239) İş materiallarında olan 05.09.2020-ci il tarixli, 2/6821 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar olunmuşdur. (cild 01, iş vərəqə 15) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, 04.09.2020-ci il tarixdə baş vermiş hadisə vaxtı özündəki bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməklə məqsədinin həmin şəxsi qəsdən öldürmək deyil, yalnız qorxutmaq olması barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun deyil və öz məsuliyyətini yüngülləşdirməyə yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər sənədlərlə tam təkzib olunmuşdur. Belə ki, 15 oktyabr 2020-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı da tam təsdiq etmişdir. (cild 01, iş vərəqə 180-183) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmədə verdikləri və digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 6-8ci bəndlərində qeyd edilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 29,120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 sentyabr 2020-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 186) Qaradağ RİHB-nin Lökbatan qəsəbəsi nümayəndəliyindən daxil olmuş 20.10.2020-ci il tarixli, 779 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır, аilə üzvləri - anası 1986-cı il təvəllüdlü, Qanuni nümayəndə Tofiq qızı, bacısı 2006-cı il təvəllüdlü X1 ibarətdir. (cild 01, iş vərəqə 190) Qaradağ RİHB-nin Lökbatan qəsəbəsi nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır, barəsində həmin nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. (cild 01, iş vərəqə 192) Qaradağ rayonu 19 saylı Birləşmiş Şəhər Xəstəxanasından daxil olmuş 21.11.2020-ci il tarixli, 639 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 18 yaşı tamam olmadığı üçün, xəstəxananın psixatrik kabinetində qeydiyyatda olub-olmaması haqqında heç bir məlumat yoxdur. (cild 02, iş vərəqə 01) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, hadisəni yetkinlik yaşına çatmadığı dövrdə törətməsini və hazırda da yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının yetkinlik yaşına çatmayan şəxslərə on ildən çox olmayan müddətə təyin edilməsi nəzərdə tutulmuşdur. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarın 9-cu bəndinin 2-ci abzasında qeyd edilir ki, cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-in 63.2 və 63.3-cü maddələri ilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 10-cu bəndinin 1-ci abzasına əsasən, yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində CM-in 63, 66 və 67-ci maddələrinin müddəalarına uyğun cəza təyin edilərkən nəzərə alınmalıdır ki, başa çatmış cinayətə görə cəzanın müddəti və ya miqdarı CM-in 85-ci maddəsində nəzərdə tutulan həddən yuxarı ola bilməz. Yetkinlik yaşına çatanadək cinayət törətmiş şəxs barəsində cinayətlərin və hökmlərin məcmusu üzrə cəza təyin edərkən qəti cəza 10 il müddətinə azadlıqdan məhrum etmədən çox olmamalıdır. Belə hallarda, habelə yetkinlik yaşına çatmayanların təqsirli bilindiyi CM-in müvafiq maddəsinin aşağı həddi 10 ildən yuxarı azadlıqdan məhrum etmə cəzası nəzərdə tutduqda 10 il azadlıqdan məhrum etmə cəzası təyin edərkən CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 nömrəli Qərarının 12-ci bəndinin 4-cü abzasına əsasən, yetkinlik yaşına çatmayanlara cinayətə hazırlığa və ya cəhdə görə cəza təyini zamanı AR CM-in 63.2 və 63.3-cü maddələri tətbiq edilərkən, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddi kimi CM-in 85-ci maddəsində nəzərdə tutulan müddətlər əsas götürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna xüsusilə ağır və az ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 108 manat 46 qəpik (yüz səkkiz manat qırx altı qəpik) pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Qaradağ rayon prokurorluğunun arxivinə verilmiş 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək fraqmenti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 05 sentyabr 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 4(002)-114/2020 saylı qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 108 manat 46 qəpik (yüz səkkiz manat qırx altı qəpik) pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - Qaradağ rayon prokurorluğunun arxivinə verilmiş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək fraqmenti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. məhkəmənin hakimi: Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-571/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-571/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver