Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-571/2023 05.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X1, Novruzova Ülviyyə Şəmsəddin qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 avqust 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni, təmiz çəkisi 2,413 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində nömrəsiz evin yaxınlığına qədər daşımış, 27 avqust 2022-ci il tarixdə, saat 16 radələrində özünü şübhəli apardığına görə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinnin (bundan sonra: RPİ, PŞ) əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq ünvan 2nçu RPİ-nin 12-ci PŞ-nə aparılmış, PŞ-də onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 2,413 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda marixuana narkotik vasitəsini əldə edib saxlaması və üzərində daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi araşdırılan mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, ifadəsində göstərdi ki, o, maşın ustası olmuş, iş yeri olan qarajında işləmişdir. O, həm də narkoman olmuş, ona görə də metadon suyu içmişdir. Metodan içənlər isə heç vaxt kakosdan, yəni heroindən istifadə etməmişdir. O, tutulana kimi narkotik vasitələrdən kakos da, patı da, dərman da istifadə etmişdir. O, istifadə etdiyi narkotiki özü almamış, usta işlədiyi üçün hərdən gələn narkomanlardan ona da vermişlər. Bəzən də narkaloji dispanserə gedən zaman hərədən orada üzərində narkotik olan uşaqlara pul verib onlardan narkotik almışdır. Metadon suyu içməyə başladıqdan sonra isə işləyə bilməsi üçün aradabir istifadə etmişdir. Sonuncu dəfə onu Əmrah əməliyyatçı saxlamış, onu narkotikə görə polis bölməsinə aparmış, ona “sən onsuz da narkomansan, nə desək sənə yaraşandır, nə desək qəbul etməlisən” demişdir. Bölməyə gedərkən yolda ona yalandan oğurluqları boynuma götürəcəyini demiş, imzalaması üçün gedib sənədləri gətirməsini istəmişdir. Əmrah gedib gələnə kimi o, bölmədən qaçmışdır. Buna görə o, qarajında işləyən zaman Əmrah, Bəxtiyar və başqa bir əməliyyatçı onu saxlanılmışdır. 27 avqust 2022-ci il tarixdə saxlanıldıqdan sonra Əmrah onu döyə-döyə bölməyə aparmışdır. Bölmədə onun üzərindən bir dənə balaca bükümdə “şüşə” kimi tanıdığı maddə çıxmışdır. Həmin büküm narkotik istifadə etdiyi vaxtlardan yadından çıxıb onun üzərimdə qalmış, üzərimdə narkotik olmasından xəbəri olmamışdır. Video çəkiliş zamanı o, üzərindən çıxan balaca narkotik vasitə ilə razılaşmışdır. Əmrah da, bölmədəki başqa polislər də hamısı ona təzyiq göstərmiş, hər şeyi boynuna götürmək ondan tələb olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, sənədləşməyə əsasən guya o, narkotikin 2,4 qramını 30 manata Vüqar adlı şəxsdən özünün istifadəsi üçün almışdır. Lakin o, Vüqar adlı şəxsi tanımamış, ondan heç bir narkotik vasitə almamışdır. Qeyd olunan qiymətə heç İrandan o qədər narkotik alınması mümkün deyildir. Onun üzərində bildirdiyi kimi, kiçik bir bükümdə “şüşə” kimi bildiyi narkotik vasitə olmuşdur. Amma videoçəkilişdən əvvəl stolun üzərində olan narkotik vasitə ona verilmiş, götürüb cibinə qoyması təklif olunmuş, videoçəkiliş olacağı bildirilmişdir. O da həmin vaxt narokotik təsiri altında olduğundan gedib götürmüş və cibinə qoymuş və videoçəkilişdə çıxarıb təqdim etmişdir. Cibinəç qoyduğu narkotik çox olmuş və ona aid olmamışdır. Videoçəkiliş zamanı vəkili olsa da, özündə olmadığından narkotikin ona aid olmaması barədə vəkilə məlumat verə bilməmiş, savadsızlığından təqdim olunan sənədlərə imza etmişdir. Hazırda əməlindən səmimi peşimandır və faktiki düşdüyü vəziyyətə görə özünü qınamaqdadır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, bundan əvvəl də o, narkotikə görə saxlapnılmış, onda da üzərinə 1 qram narkotik qoyulmuş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Həmin vaxt prokuror onu buraxmışdır. Həmin iş rayon Məhkəməsinə göndərilsə də, sonralar o, sağalmadığından həmin məhkəməyə getməmişdir. Odur ki, bildiyinə görə məhkəmə onun barəsində axtarış vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə sonuncunun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs cinayət işinin ibtidai istintaqı mərhələsində verdiyi ifadəsi elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4-5 ilə yaxındır ki, “kokos” kimi tanıdığı narkotik vasitə heroindən gündəlik istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitə heroini Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində Vüqar adlı şəxsdən almışdır. Sonuncu dəfə 26 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi ərazisində üzdən tanıdığı, adının Vüqar olduğunu və soyadını bilmədiyi şəxsdən 30 manata istifadəsi üçün bir ədəd sellofan bükümdə “kokos” kimi tanıdığı narkotik vasitə heroini almış, həmin heroinin bir qismini istifadə etmiş, bir qismini isə həmin bükümdə üzərində saxlamışdır. 27 avqust 2022-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadazadə küçəsi ilə piyada yaşadığı evə gedərkən həmin küçədə yerləşən nömrəsiz fərdi evin qarşısında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuş və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində narkotik vasitə heroin olduğundan tez bir zamanda oradan yayınmaq istəsə də, polis əməkdaşları buna imkan verməmiş, polis əməkdaşları onun üzərində narkotik vasitə heroinin olmasından şübhəli olmuşlar. Buna baxmayaraq özünü çox şübhəli aparmamış, bəlkə sərbəst buraxarlar deyə, düşünmüşdür. Lakin polis əməkdaşları onu sorğu sual etmiş, polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, eləcə də narkotik vasitələrin istifadəsində şübhəli olduğunu demiş, onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə getmək təklif olunmuşdur. O, səs-küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 12-ci PŞ-nə getmişdir. PŞ-də onun şəxsiyyəti müəyyən olunduqdan sonra otaqların birində, polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi qadağan edilmiş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında, gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və PŞ-nə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş və videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuşlar. O da müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bundan sonra polis əməkdaşı üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində “kokos” kimi tanıdığı narkotik vasitə heroini olan bir ədəd şəffaf rəngli sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda, o, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, 26 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində Vüqar adlı şəxsdən 30 manata istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində narkotik vasitə heroin bükümü qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolu imzalamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 27 avqust 2022-ci il tarixdə, saat 16:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə xidmət apararkən, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısı ilə tanımadıqları kişi cinsindən olan bir nəfərin – baxılan iş üzrə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün onlar ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduqlarını demiş, sonuncudan şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Lakin Təqsirləndirilən şəxs üzərində heç bir sənədinin olmadığını bildirmiş və onlardan yayınmağa çalışmışdır. Onlar Lütvü bir qədər söhbət etdikdən sonra sonuncunun narkotik vasitənin təsiri altında olması, eləcə də üzərində qanunla əldə edilməsi, saxlanması, daşınması qadağan edilən maddə, əşya və narkotik vasitə olması ilə bağlı onlarda şübhə yaranmışdır. Bu səbəbdən də onlar Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmiş, sonuncu onlarla razılaşmış və onlar Lütvünü gətirib polis şöbəsinə təhvil vermişlər. Polis şöbəsində həmin şəxsin xx xxxx 1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi ilə bağlı raportla şöbənin rəhbərliyinə məruzə olunmuş, raport üzrə araşdırmanın aparılması 12-ci PŞ-nin baş təhqiqatçısı Ruslan Əsədova həvalə edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, sonuncuya şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək ona dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X3 gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Lütfü Abbasova üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Lütvünün təqdim etdiyi həmin büküm təhqiqatçı Ruslan Əsədov tərəfindən açıldıqda içərisindən qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin “kokos” kimi tanıdığı heroin narkotik vasitəsi olduğunu, 26 avqust 2022-ci il tarixdə Ramana qəsəbəsi ərazisində üzdən tanıdığı, adının “Vüqar” olduğunu bildiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə o, 4-5 il ərzində narkotik vasitələrdən istifadə etmişdir. Daha sonra Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində narkotik vasitəyə şübhəli maddə olan bir ədəd büküm təhqiqatçı tərəfindən qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iştirakı təmin edilməyən Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Şahid1 tədqiq edilən həmin ifadəsində məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» 27 avqust 2022-ci il tarixli protokoldan görünür ki, protokol tərtib olunan həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş müşayiəti ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmiş, təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümün içərisində «kakos» kimi tanıdığı narkotik maddə olduğunu, həmin bükümün içərisindəki «kakos»un onun özünə məxsus olmasını, həmin «kakos»u 26 avqust 2022-ci il tarixdə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində üzdən tanıdığı Vüqar adlı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını və 4-5 il ərzində narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 (bir) ədəd bükümdə təqdim etdiyi narkotik vasitəyə şübhəli maddə götürülərək boş zərfə qoyulmaqla qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 159” saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Bundan sonra tərtib olunan protokol və şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 26-28). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəməyədək icraat mərhələsində iş üzrə şəxsi axtarış və götürmə götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» 27 avqust 2022-ci il tarixli protokolun məzmununa uyğundur və diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir (iş vərəqə: 83). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə götürmə aparılması haqqında» və “DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokolların məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir (iş vərəqə: 28). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 28 avqust 2022-ci il tarixli, 6/4590 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ...” yazı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,413 qram, olan qəhvəyi rəngli, maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 2,413 qr., tədqiqta sərf edildi - 0,05 qr., qalıq - 2,363 qr. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (iş vərəqə: səh. 33-38). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 6942 nömrəli rəyindən görünür ki, təqsirləndirildən şəxs Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 99-100). Məhkəmə baxışı zamanı tədqiq olunan materiallarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 2,413 qram təşkil edən, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,363 qram heroin narkotik vasitəsi və axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 (bir) ədəd «DVD» formatlı disk iş üzrə maddi sübut kimi tanınmış, qalıq çəkidə narkotik vasitə maddi sübut kimi saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, «DVD» formatlı bir ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 80-81). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, cinayət işinin ibtidai istintaqı mərhələsində Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitənin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən araşdırma aparılması üçün material ayrılmışdır (iş vərəqə: 102-106). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 2,413 qram təşkil etmişdir ki, qeyd olunan miqdar «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün ixtisaslaşdırılmışdır və Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi qeyri-etirafedici ifadələrini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 93). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2016 və 2019-cu il təvəllüdlü iki nəfər azyaşlı uşaqları vardır (iş vərəqə: 63). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, əvvəllər məhkum olunmadığını, onun tutduğu əməldən səmimi peşimanlığını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəldi ki, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan sanksiyanın aşağı həddində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu və barəsində həbs qətimkan tədbirinin seçilməklə məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanıldığı 27 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs baxılan iş üzrə 27 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 avqust 2022-ci il tarixədə müvafiq məhkəmə qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra o, qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində olan ambulator məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli, 6942 nömrəli rəyinə münasibət bildirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,363 qram heroin narkotik vasitəsi məhv edilməlidir. - Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 55,0 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 27 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,363 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi və götürmə aparılması prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 55,0 (əlli beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-571/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-571/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver