Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-571/2024 05.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə 30 sentyabr 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq narkotik vasitələrin internet informasiya ehtiyatlarından istifadə etməklə satış məqsədi ilə şəxsiyyəti məlum olmayan “Əlirza” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 200 AZN müqabilində əvvəlcədən aralarındakı razılığa əsasən müəyyən ünvanlara çatdırmaq üçün onun istifadəsində olan (070) ***-**-** nömrəli mobil telefonun Whatsapp ani mesajlaşma proqramı vasitəsilə göndərilmiş fotoşəkillərə uyğun Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 15 ünvana qoyulmuş külli miqdarda təmiz çəkisi 2010,2 (2kq, 10,2) qram narkotik vasitə heroini götürərək əldə edib daşımaqla saxlamış və onun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 31 mart 2023-cü il tarixində saat 12:35-də Xətai rayonu, Cavanşir küçəsi 15 ünvanının yaxınlığında saxlanılıb ünvan 3şən Xətai RPİ-nin 36-cı polis bölməsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində olan 1 ədəd qara rəngli sellofan torbada üzəri skotçla bağlanmış polietilen bağlamada külli miqdarda təmiz çəkisi 2010,2 (2kq 10,2) qram olan qəhvəyi rəngli, toz şəkilli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və əynindəki boz rəngli gödəkçəsinin şağ yan cibindən (070) ***-**-** nömrəli “İphone” markalı “6” modelli mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. Narkotik vasitə istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Özünü “Əlirza” kimi təqdim edən şəxs onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq ucuz qiymətə marixuana verə biləcəyini bildirmiş, o da razılaşmışdır. Lakin artıq çəkidə narkotik vasitə əldə etməyə maddi imkanı çatmayacağını bildirərək, yalnız təqribən 5 qram miqdarında marixuana istəmişdir. Əlirza başqa bir şəxsin də ondan narkotik vasitə istədiyini, ancaq sonradan narkotiki götürməkdən imtina etdiyini bildirmiş və həmin şəxsə satacağı narkotik vasitəni də ona 5 qram marixuana üçün razılaşdığı qiymətə verəcəyini söyləmişdir. Əlirza narkotik vasitəni Xətai rayonu ərazisində gizlətdiyini və ona gedib götürməsini bildirmişdir. O da narkotik vasitə olan marixuananı götürmək üçün 31 mart 2023-cü il tarixdə həmin əraziyə çatdıqda 4 nəfər polis əməkdaşı onu saxlamış və “Khazar” markalı maşına mindirib polis idarəsinə gətirmişlər. İdarədə ona narkotik vasitələri kuryer qismində daşımaqla məşğul olduğunu bildirdikdə o etiraz etmiş və yalnız nəişə adlanan marixuanadan istifadə etdiyini, narkotik vasitələrin satışını həyata keçirmədiyini bildirmişdir. Polis əməkdaşları sellofan torbanın içərisində təqribən 2 kiloqram narkotik vasitə olan heroini gətirərək boynuna götürməsini tələb etmiş, o. etiraz etdikdə polis əməkdaşları sellofan torbadakı külli miqdarda narkotik vasitələrin guya ona məxsus olması barədə polis əməkdaşlarının tələblərini yerinə yetirməyəcəyi təqdirdə yaşadığı evdən də narkotik vasitələr çıxara biləcəklərini və bu yolla ailə üzvlərini də məsuliyyətə cəlb edəcəklərini bildirərək hədə-qorxu gəlmişlər. O polis əməkdaşlarının təzyiqləri nəticəsində videoçəkiliş aparılarkən narkotik vasitələrin özünə məxsus olmasını bildirmiş, törətmədiyi əməli etiraf etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, heç vaxt psixi xəstəliyi olmamış, heç bir xəstəlikdən müalicə olunmamış və psixi xəstəliklər üzrə heç bir tibb müəssisəsində qeydiyyatda olmamışdır. Əvvəllər Azərbaycan Respublikası CM-in 126 və 177.2.3-cü maddələri ilə barəsində cinayət işinin istintaqı aparılmışdır. Uzun müddətdir ki, narkotik vasitə hesab edilən heroindan istifadə edir. Əvvəllər narkotik vasitə heroini tanımadığı şəxslərdən alırdı. Sonuncu dəfə İran İslam Respublikası vətəndaşı Əlirza adlı şəxsdən aldığını bildirmişdir. 31 mart 2023-cü il tarixdə saat 12 radələrində ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək, ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib, yaxınlıqda olan Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasına aparmışlar. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır, şəxsi axtarış zamanı ona üzərində olan, qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, sağ əlində olan qara rəngli sellofan torbanın içərisindən üzəri skotçla bağlanmış polietilen bağlamada bir ədəd bükümdə narkotik vasitə heroin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərində şəxsi axtarış aparıldıqda əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. O, verilən suallara cavab olaraq əlində aşkar olunmuş kütlənin sosial şəbəkədən tanış olduğu İran islam Respublikasının vətəndaşı “Əlirza” adlı şəxsə məxsus olduğunu və sonuncuya öz istifadəsi üçün və satmaq məqsədi ilə 20 qram miqdarında heroin göndərməsini xahiş etmişdir. Əlirza həmin kütləni Bakı şəhəri, Xətai rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürüb sonuncunun qeyd etdiyi ünvanlara çatdırmağı və qalan hissəsinin götürməsini bildirmişdir. Aralarında telefon vasitəsi ilə danışarkən dediyi ünvana qeyd edilən narkotik vasitəni çatdıracağı halda ona 200 manat pul göndərəcəyini qeyd etmişdir. Əlirza onun istifadə etdiyi (070) ***-**-** mobil nömrəyə öz istifadəsində olan +98 914 *** **** mobil nömrənin Whatsapp ani mesajlaşama proqramı ilə SMS-lər yazaraq, 31 mart 2023-cü İl tarixdə saat 11 radələrində narkotik vasitəni qoyduğu yeri göndərərək oradan narkotik vasitəni götürə biləcəyini bildirmişdir. O, həmin ünvana yaxınlaşıb qeyd olunan maddəni əlinə götürüb hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşmışdır. Təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 2 kq 145 qram olmuşdur. Bundan sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 151 saylı möhürü ilə möhürlənmiş, üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, “Əlirza” adlı şəxsi heç vaxt görmədiyini, onun danışıq səsindən və özünün deməsindən iranlı olduğunu güman etmişdir. Lakin o, “Əlirza”-nm anket məlumatlarını bilmədiyini, Əlirzanın ona yalnız +98 914 *** **** mobil nömrə ilə zəng etdiyini bildirmişdir. Mobil telefonunda olan mətnlərin və səs yazılarının ona aid olduğunu, Əlirzanın göndərdiyi məkan vasitəsi ilə narkotik maddənin olduğu yeri müəyyən etdiyini bildirmişdir (1-ci cild iş vərəqi 59-61). Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin 36-cı polis bölməsinin əməliyyat müvəkkili Şahid1 oğlu ifadəsində göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə Aqil adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatı yoxlamaq məqsədilə əməliyyat qrupu yaradılmış, Xətai rayonu, Cavanşir küçəsi yaxındığında Təqsirləndirilən şəxs saxlayaraq Xətai RPİ-nin 36-cı Polis bölməsinə gətirilmiş, orada Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində olan 1 ədəd qara rəngli sellofan torbada üzəri skotçla bağlanmış bağlamada narkotik vasitə heroin və əynində olan boz rəngli gödəkçəsinin şağ yan cibindən “İphone” markalı “6” modeili mobil telefon aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tiədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 36-cı polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 7 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərarı alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. 31 mart 2023-cü il tarixdə saat 12:30 dəqiqədə ünvan 8 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb onu saxlamaqla, xidməti vəsiqələrini həmin şəxsə göstərib, təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı sorğu etdikdə, həmin şəxs özünü xx.xx.1994-cü ildə Şabran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələri əldə edib istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə bağlı məlumat daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək 36-cı PB-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddələrin və əşyaların olmasına şübhələr olduğundan onu 36-cı PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tərəfindən raport yazıldıqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması bölmənin təhqiqatçısı polis mayoru Aslan Rəhimova həvalə olunmuşdur, təhqiqatçı Aslan Rəhimov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Dövlət hesabına vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra xidməti otaqda videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması başlanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, o, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 iştirak etmişlər. Şəxsi axtarışdan öncə təhqiqatçı Aslan Rəhimov Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli sellofan torbanın içərisində üzəri skotçla bağlanmış polietilen bağlamanı təqdim edərək bildirmişdir ki, o, əvvəlcədən İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı, adının Əlirza olduğunu bildiyi şəxs ilə əvvəlcə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə daha sonra istifadəsində olan mobil nömrənin Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə danışaraq, Əlirzadan həm öz istifadəsi, həm də satmaq məqsədi ilə narkotik vasitə heroin istədiyini bildirmişdir. Lakin Əlirza adlı şəxs ona ünvan 9 ünvanın məkanını göndərərək orada sellofan torbada narkotik vasitə heroin olmasını və həmin heroinin onun dediyi məkana qoyduğu halda ona 200 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan torbanın içərisində üzəri skotçla bağlanmış polietilen bağlama təhqiqatçı Aslan Rəhimov tərəfindən açılmış, həmin bağlamada qəhvəyi rəngli, toz şəkilində narkotik vasitə hesab edilən heroin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı adının Əlirza olduğunu bildiyi şəxs ilə əvvəlcə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə daha sonra istifadəsində olan mobil nömrənin Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə danışaraq Əlirzadan həm öz istifadəsi, həm də satmaq məqsədi ilə narkotik vasitə heroin istədiyini bildirdiyini, lakin Əlirza adlı şəxsin ona ünvan 9 ünvanın məkanını göndərərək orada sellofan torbada narkotik vasitə heroin olmasını və həmin heroini onun dediyi məkana qoyduğu halda ona 200 manat pul verəcəyini bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə saat 12:35-də ünvan 8 ünvanda yerləşən 245 nömrəli tam orta məktəbin yanında, Əlirazanın qeyd etdiyi məkandan həmin maddəni götürən zaman ona yaxınlaşaraq, şübhəli olduğu üçün 36-cı PB-nə aparmışlar. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən 1 ədəd özünə məxsus olan “İphone” markalı 6 modelli mobil telefon aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitə heroin elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı Aslan Rəhimov tərəfindən bir ədəd zərfdə qablaşdırılmışdır. O və digər iştirakçılar zərfin üzərində imza etmişlər (1-ci cild iş vərəqi 59-61). Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Xətai RPİ-nin Narkotikləriə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, şübhəli şəxsin tutulması haqqında 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 20-21); Xətai Rayon Məhkəməsinin 01 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 71-76). Şəxsi axtarış və götürmə haqqında 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 31 mart 2023-cü il tarixdə saat 12:35-də Xətai rayonu, Cavanşir küçəsi, ev 15 ünvanın yaxınlığında saxlanılıb ünvan 10şən Xətai RPİ-nin 36-cı Polis bölməsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində olan 1 ədəd qara rəngli sellofan torbada üzəri skotçla bağlanmış polietilen bağlamada külli miqdarda təmiz çəkisi 2010,2 (2kq 10,2) qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan boz rəngli gödəkçəsinin şağ yan cibindən (070) ***-**-** nömrəli “İphone” markalı “6” modelli mobil telefon aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 30-31). Məhkəmə-kimyəvi ekspertizası üzrə 01 aprel 2023-cü il tarixli 6/1902 nömrəli ekspert rəyinə əsəsən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün N° 151” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2010,2 qram (2kq 10,2qr) qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 1, iş vərəqi 39-43). Məhkəmə-narkaloji ekspertizası üzrə xx.xx.2023-cü il tarixli 3558 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs müayinə olunan zaman narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 98-99). Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq zamanıheç vaxt psixi xəstəliyi olmadığını, heç bir xəstəlikdən müalicə olunmadığını və psixi xəstəliklər üzrə heç bir tibb müəssisəsində qeydiyyatda olmadığını göstərsə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli sorğusuna əsasən Azərbaycan Respubikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» Publik Şəxs «Şabran Rayon Mərkəzi Xəstəxanası» Publik şəxs tərəfindən təqdim olunmuş 7 may 2024-cü il tarixli 18-1/34/2-319/2024 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Nevrasteniya» diaqnozu ilə psixonevroloji kabinetdə dispanser qeydiyyatındadır (2-ci cild). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şabran şəhər Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum olunmuşdur. Şabran rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 4000 manat cərimə cəzası 2 (iki) il müddətə islah işləri cəzası ilə əvəz edilib. xx.xx.2021-ci ildə amnistiya qərarı ilə cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 91-97). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində ittihamda qeyd edilən çəkidə və növdə narkotik vasitə olmaması, yalnız narkotik vasitə olan marixuanadan istifadə etməsi, məhz şəxsi istifadəsi üçün Əlirza adlı şəxsdən 5 qram çəkidə marixuana əldə etmək üçün razılaşması, marixuananı əldə etmək üçün qoyulduğu yerə getdikdə 4 nəfər polis əməkdaşları tərəfindən saxlanılması, polis idarəsində polis əməkdaşları tərəfindən onun baş nahiyyəsinə zərbələr endirilərək fiziki təzyiqlər edilməsi, sellofan torbadakı külli miqdarda narkotik vasitə heroinin guya ona məxsus olması barədə polis əməkdaşlarının tələblərini yerinə yetirməyəcəyi təqdirdə yaşadığı evdən də narkotik vasitələr çıxara biləcəkləri və bu yolla ailə üzvlərini də məsuliyyətə cəlb edəcəkləri ilə hədə-qorxu gəlmələri, polis əməkdaşlarının psixoloji təzyiqləri nəticəsində videoçəkiliş aparılarkən narkotik vasitələrin özünə məxsus olmasını bildirməsi barədə göstərdiklərini işin faktiki hallarına uyğun hesab etmir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən 31 mart 2023-cü il tarixdə üzərinə şəxsi axtarış aparılarkən, aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını və həmin maddələrin satışını təşkil etməsini etiraf etmiş, həmçinin həmin istintaq hərəkətləri zamanı və barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə aparılarkən təqdimata baxan hakimə narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə ifadə verməmişdir. 31 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərində (əlində) aşkar edilən qanunsuz əşya və predmetləri (1 ədəd qara rəngli sellofan torbada üzəri skotçla bağlanmış polietilen bağlamada külli miqdarda narkotik vasitə heroini) npolis əməkdaşlarına könüllü şəkildə təqdim etməsi öz əksini tapmışdır. Təqsirləndirilən şəxs məxsus İphone markalı 6 modelində olan bir ədəd mobil telefona baxış keçirilərkən mobil telefonun üzərində olan (070) ***-**-** mobil nömrə ilə +**********07 mobil nömrə arasında 31 mart 2023-cü il tarixində WhatsApp mobil tətbiqində istifadə edilən SMS və səs yazıları, «Galereya» bölməsində olan şəkillərə baxış keçrilən zaman +98 914 *** **** mobil nömrənin sahibi (070) ***-**-** mobil nömrənin sahibi Təqsirləndirilən şəxs ilə narkotik vasitəni hansı məkana yollaması barədə danışıqları və SMS yazışmalarının olması aşkar edilmişdir; həmin şəxslərin arasında olan səs yazılarında +98 914 *** **** mobil nömrənin sahibi Təqsirləndirilən şəxs səs ismarıcı göndərərək bildirir ki: “Qardaş sən öl tanımıram mən buranı, yazdı atdı dedi gəlsin bura, qardaş çat ora 5 dəqiqənin içərində atdıracam ora nigaran olma, özüm bilirəm nə cür atırlar, gün olar mən 500 qramda mal atıram, nigaran olma şəkildə atdıracam, konumda atdıracam, yazısında atdıracam tələsmə”; bundan sonra +98 914 *** **** mobil nömrənin sahibi ona 4 ədəd şərti olaraq işarələnmiş foto şəkil və narkotik vasitənin gizlədildiyi yerin lokasiya koordinatlarını Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin WhatsApp ani mesajlaşma proqramına göndərmişdir; Təqsirləndirilən şəxs (070) ***-**-** mobil nömrənin ona məxsus olduğunu, həmin mobil nömrənin WhatsApp ani mesajlaşma proqramı vasitəsi ilə +98 914 *** **** mobil nömrə ilə danışarkən həmin səs yazısının ona məxsus olduğunu və həmin nömrənin sahibinə: “Bildime qaqaş, pul problem deyile alınır denən çox atsında 5 qram 10 qram nədi ki, 1 saatın 2 saatın içində yox edəcəm onu axşamüstü İndi yox. Bundan sonra indi durdum, görüm nə edirəm maşın zad məndə vaze yəni xəritə proqramı yoxdur məndə. Bax allaha and olsun sən birinci adamsan ki, mən sənlə iş görürəm haa elə eləki axırı qan qaraçılıq olmasın. Fso qaqa mən oturdum maşına. Yaxşı qaqa yaxşı mən 15-20 dəqiqəyə çatıram ora. 10 dəqiqəyə çatıram haa Həzi Aslanova. Hə bildim bildim sənə konumuda atsın şəkilidə atsın” məzmunda səsli mesajlar göndərdiyini bildirmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumilikdə təmiz çəkisi 2010,2 (2kq 10,2) qram külli miqdar təşkil edir. Cinayət işinin materialları ilə və məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq saxlaması cinayət əməli tam təsdiqini tapmış, lakin həmin əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında və informasiyatelekommunikasiya şəbəkəsindən istifadə etməklə törətməsi öz təsdiqini tapmamışdır və Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlləri ümumi ittihamdan xaric edilməlidir. Məhkəmə zamanı dövlət ittihamçısı da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmiş, Təqsirləndirilən şəxs verilmiş ittihamı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə müdafiə etmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 84.6.9-1-ci maddəsinə görə məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edərkən prokuror şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndlərin çıxarılmasını təklif etmək hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkəmə kollegiyası da dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı CM-in 234.4.4-cü maddəsi üzrə müdafiə etməkdən imtina etməsini qanunun tələblərinə uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamdan dövlət ittihamçısı tərəfindən qanunun tələblərinə uyğun olaraq imtina edildiyindən həmin hissədə CPM-in 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Həmçinin, məhkəmə bir halı da qeyd edir ki, Təqsirləndirilən şəxs qabaqlcadan əlbir olan bir qrup şəxs tərəfindən həmin cinayət əməlini törətməklə ittiham irəli sürülmüşdür. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən, cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hər hansı şəxslə qabaqcadan əlbirliyi, yəni əvvəlcədən razılıq, əlbirliklə nəticəsində əldə olunan və ya əldə olunacaq mənfəətin bölünməsi ilə bağlı sövdələşmə müəyyən olunmamışdır. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Əlirza” ləqəbli şəxs əməliyyat-axtarışları tədbirləri nəticəsində aşkarlanmamamış, həmin şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. “Əlirza” ləqəbli şəxsin soyadı, adı və ya atasının adı, sair anket məlumatları barədə məlumat göstərilmədən, qabaqcadan əlbirlik dəqiq müəyyən edilmədən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan “Əlirza” ləqəbli şəxslə qabaqcadan əlbirliklə bağlı ittiham irəli sürülmüşdür; Məhkəmə hesab edir ki, ittiham həmin hissədə əsaslı deyil. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. İrəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrinə tövsif edilməli, ona irəli sürülmüş ittihamdan Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələrində nəzərdə tutulmuş əməl çıxarılmalıdır. Qeyd olunanlar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş heroini əldə edib daşıyaraq saxlamışdır. Beləliklə məhkəmənin gəldiyi nəticəyə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 15 ünvana qoyulmuş külli miqdarda təmiz çəkisi 2010,2 (2kq, 10,2) qram narkotik vasitə heroini götürərək əldə edib daşımaqla saxlamış və onun narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 31 mart 2023-cü il tarixdə saat 12:35-də Xətai rayonu, Cavanşir küçəsi 15 ünvanının yaxınlığında saxlanılıb ünvan 12n Xətai RPİ-nin 36cı Polis bölməsinə gətirilərək müdafiəçinin iştirakı ilə vädeoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində olan 1 ədəd qara rəngli sellofan torbada üzəri skotçla bağlanmış polietilen bağlamada külli miqdarda təmiz çəkisi 2010,2 (2kq 10,2) qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və əynində olan boz rəngli gödəkçəsinin şağ yan cibindən ***-***-**-** nömrəli “İphone” markalı “6” modeili mobil telefon aşkar edilərək götürülmüşdür.. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın və cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 31 mart 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə kimyəvi ekspertizası üzrə 01 aprel 2023-cü il tarixli, 6/1902 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 2010,2 (2kq 10,2) qram olan narkotik vasitə olan heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2010,0 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 ədəd DVD formatlı disk və SMS mətnlərinin köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 114 (yüz on dörd) manat manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.4-cü maddələri ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 31 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2010,0 qram narkotik vasitə heroin məhv edilsin; Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 ədəd DVD formatlı disk və SMS mətnlərinin köçürüldüyü 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmamasınəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-571/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-571/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver