Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-572/2023 16.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1987-ci il mayın 02-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməmiş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, ev 23 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və külli miqdarda narkotik vasitəni əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib şəxsiyyəti istintaqa məlum olmayan Mehdi adlı şəxslə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girmiş, 2022-ci il avqustun 03-də sonuncudan Bakı şəhəri Binəqədi rayonunun ərazisində satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə 1.091,009 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 435,802 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, 167 ədəd külli miqdarda narkotik vasitə metadon həbini əldə edib daşımaqla yaşadığı evdə saxlamış, 2022-ci il avqustun 05-də Mehdi adlı şəxslə əvvəlcədən aralarında olan razılaşmaya əsasən qeyd olunan narkotik vasitənin və psixotrop maddənin bir hissəsini evindən götürərək müəyyən olunmuş yerdə gizlətmək üçün üstündə saxlayıb saat 15:30 radələrində ünvan 1 ünvanın yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanmaqla ünvan 2 ünvanda yerləşən həmin idarənin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf polietilen bükümdə 6,009 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf polietilen bükümdə 10,802 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldükdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən evə baxış keçirilən zaman həyətin anbarındakı taxta konstruksiyalı stolun altındakı qara çantanın içərisindən bir ədəd şəffaf polietilen bükümdə 1.085 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd şəffaf polietilen bükümdə 425 qram çəkidə, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 6,68 qram olan bir həbdə 0,04 qram olmaqla, külli miqdarda narkotik vasitə 167 ədəd metadon həbi və üzərində heroin izləri olan iki ədəd elektron tərəzi aşkarlanıb götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilməklə ifadəsində 2022-ci il avqustun 05-də saat 15:30-da polis əməkdaşlarının yaşadığı evə daxil olaraq onu uşaqlarının gözü qarşısında tutub Baş Narkotiklərlə Mübarizə İdarəsinə apardıqlarını, orada döyməklə təhqir etdiklərini və yenidən yaşadığı ünvana gətirdiklərini, ittiham olunduğu predmetləri onun cibinə qoymaqla hədə-qorxu gələrək nə deməli olduğunu izah etdiklərini, bu vaxt övladlarının evdə olmadıqlarını, evdə tutularkən onun üzərində psixotrop maddə metamfetamin olmayıb sadəcə Mehdi adlı şəxsdən şəxsi istifadəsindən ötrü əldə etdiyi 9-10 qram narkotik vasitə heroin olduğunu, tərəzini aldıqlarının çəkisi yoxlamaq üçün saxladığını, polislər tərəfindən ona qarşı tətbiq edilən fiziki zorakılığa dözməməklə digər maddələrin də özünə məxsus olduğunu boynuna alaraq ibtidai istintaqdakı sənədlərə qol çəksə də bu barədə heç bir rəsmi orqana müraciət etməyib şikayət etmədiyini göstərdi. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Binəqədi rayonunun ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün onun rəhbərliyi ilə idarənin baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradıldığını, 2022-ci il avqustun 05-də saat 15 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, 23 ünvanında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etməklə sonuncunun yuxarıda qeyd edilən məsələ ile məşğul olmasında şübhələndiyini bildirərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etdikləri həmin şəxsin üzərində videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən sonuncuya üstündə qanunla qadağan olunmuş əşya varsa, təqdim etməyi təklif olunduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, bir ədəd açarı, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini və 30 manat pulu, sol yan cibindən iki ədəd bükümü çıxarıb içərisindəki narotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikası vətəndaşı olan Mehdi adlı şəxsin vasitəsi ilə tutulmamışdan iki-üç gün əvvəl sonuncunun göstərişi ilə Bakı şəhəri Binəqədi rayonunun ərazisində qabaqcadan təyin edilmiş yerdən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində adı çəkilən şəxsin ona 350-400 manat pul verəcəyini, yaşadığı ünvanda da narkotik olduğunu bildirdiyini, həmin evə Təqsirləndirilən şəxs razılığı əsasında videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən sonuncunun evin anbarında taxta konstruksiyalı stolun alt hissəsində olan qara rəngli çantanın içərisindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroini, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini, 167 ədəd narkotik vasitə metadon həbini, bir ədəd dəftərçəni və iki ədəd elektron tərəzini təqdim etməklə göstərilən kütlələri İran İslam Respublikası vətəndaşı olan Mehdi adlı şəxsin vasitəsi ilə tutulmamışdan iki-üç gün əvvəl sonuncunun tapşırığı ilə Bakı şəhəri Binəqədi rayonunun ərazisində qabaqcadan təyin edilmiş yerdən deyilən ünvanlara qoymaq niyyəti ilə əldə etdiyini, bunun əvəzində sözü gedən şəxsin ona 350-400 manat pul verəcəyini, saxlanarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı zorakılıq tətbiq olunmadığını bildirdiyini, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd «Samsung» markalı mobil telefonun və bir ədəd şəxsiyyət vəsiqəsinin götürüldüyünü, bir ədəd açarın və 30 manat pulun Təqsirləndirilən şəxs qaytarıldığını, aşkarlanan digər predmetlərin qablaşdırıldıqdan sonra üzərlərinin iştirakçılar tərəfindən imzalandığını göstərdi. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis polkovnik-leytenantı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 Şahid1 ilə uyğun ifadə verdi. İş üzrə əlavə şahid qismində dindirilən X6 ifadəsində 2022-ci il avqustun 05-də saat 15:30 radələrində əri Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı ünvan 3 ünvandakı evin qapısı döyüldükdə əvvəlcə Məhərrəmin əmisi qızı X2, sonuncunun ardınca isə heç bir sənəd təqdim etmədən polis əməkdaşlarının içəri daxil olaraq Aynurənin qolunu burub sonuncunu, onu və övladlarını mətbəxə salmaqla mobil telefonlarını aldıqlarını, polislərin bu zaman yataq otağında yatan Məhərrəmin qolundan tutaraq sonuncunu yarımçılpaq vəziyyətdə qonaq otağına apardıqlarını, bir qədər sonra qayını X11 onlara gələndə polis işçilərinin sonuncunu da eyni qaydada saxlayıb qonaq otağına saldılarını, Aynurə ürək xəstəsi olduğundan vəziyyəti pis olsa da polislərin təcili tibbi yardım çağırmağa icazə vermədiklərini göstərdi. İş üzrə əlavə şahid qismində dindirilən X5 və X11 Təqsirləndirilən şəxs müvafiq qaydada əmisi qızı və qardaşı olduqlarını bildirərək əlavə şahid X6 ilə analoji ifadə verdilər. Məhkəmə iclasında elan olunub tədqiq olunan X7 ibtidai istintaqda şübhəli şəxs qismində verdiyi izahatda Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini etiraf edərək təqsirləndirilən şəxs qismindəki ifadəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməklə 2022-ci il avqustun 05-də saat 15:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, ev 23 ünvanının yanında piyada hərəkət edən vaxt iki nəfər mülki geyimli şəxsin yaxınlaşdığını, özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhələndiyini bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etdiyini, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, bir ədəd açarı, bir ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini və 30 manat pulu, sol yan cibindən iki ədəd bükümü çıxarmaqla içərisindəki narotik vasitə heroini və psixotrop maddə metamfetamini beş ay tanıdığı İran İslam Respublikası vətəndaşı olan Mehdi adlı şəxsin vasitəsi ilə tutulmamışdan iki-üç gün əvvəl sonuncunun göstərişi ilə Bakı şəhəri Binəqədi rayonunun ərazisində qabaqcadan təyin edilmiş yerdən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində adı çəkilən şəxsin ona 350-400 manat pul verəcəyini, yaşadığı ünvanda da narkotik olduğunu, həmin evə onun razılığı əsasında videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış keçirilərkən evin anbarında taxta konstruksiyalı stolun alt hissəsində olan qara rəngli çantanın içərisindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroini, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini, 167 ədəd narkotik vasitə metadon həbini, bir ədəd dəftərçəni və iki ədəd elektron tərəzini təqdim etməklə həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan Mehdi adlı şəxsin vasitəsi ilə tutulmamışdan iki-üç gün əvvəl sonuncunun tapşırığı ilə Bakı şəhəri Binəqədi rayonunun ərazisində qabaqcadan təyin edilmiş yerdən deyilən ünvanlara qoymaq niyyəti ilə əldə etdiyini, bunun əvəzində sözü gedən şəxsin ona 350-400 manat pul verəcəyini bildirdiyini, saxlanarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zorakılıq tətbiq olunmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 36-37 və 65-68). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2022-ci il avqustun 05-də tərtib etdiyi raportlardan, həmin idarənin eyni tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından, Ə252-008-22 №-li əməliyyat qrupunun yaradılması haqqında əmrindən, habelə 008-7716-1222 №-li və 008-7717-1222 №-li məktublarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonunun ərazisində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olmasına dair daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, adı çəkilən şəxs 2022-ci il avqustun 05-də saat 15:30 radələrində ünvan 3 ünvanın yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanaraq idarənin inzibati binasına gətirilmiş, qeyd olunan qərar Bakı şəhərinin Binəqədi Rayon Məhkəməsinə və Bakı şəhərinin Binəqədi Rayon Prokurorluğuna göndərilmişdir (1-ci cild, iş vərəqi 4-10). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2022-ci il 05 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 17:00-da Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun arvadı X4 xəbər vermək hüququ təmin edilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 21). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2022-ci il 05 avqust tarixli və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 12 oktyabr tarixli protokollardan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncu əynindəki şalvarın sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefonu, bir ədəd açarı, şəxsiyyəti vəsiqəsini və 30 manat pulu, sol yan cibindən iki ədəd bükümü çıxarıb təqdim etməklə içərisindəki narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Mehdi adlı İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə 2-3 gün əvvəl Bakı şəhəri Binəqədi rayonunun ərazisindən sonuncunun deyəcəyi yerlərə qoymaq üçün götürdüyünü, müqabilində 350- 400 manat gəlir əldə edəcəyini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş, bir ədəd açar və 30 manat pul Təqsirləndirilən şəxs qaytarılmaqla «Samsung» markalı mobil telefon və şəxsiyyəti vəsiqəsi götürülmüş, bükümlərdəki maddələr qablaşdırılmış, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə istintaqda və məhkəmədə baxış keçirilərkən qeyd olunanlar müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 30-31 və 122-123). İş materiallarındakı 2022-ci il 05 avqust tarixli ərizədən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi eyni tarixli, habelə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 12 oktyabr tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs razılığı əsasında videoçəkilişlə müdafiəçinin iştirakı ilə sonuncunun yaşadığı ünvan 3 evə baxış keçirilən zaman Təqsirləndirilən şəxs həyətin anbarındakı taxta konstruksiyalı stolun altında olan qara çantanın içərisindən iki ədəd bükümü, 167 ədəd metadon həbini, bir ədəd dəftərçəni və iki ədəd elektron tərəzini çıxarıb təqdim etməklə bükümlərdəki narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Mehdi adlı İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə 2-3 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisindən sonuncunun deyəcəyi yerlərə qoymaq üçün götürdüyünü, müqabilində 350-400 manat gəlir əldə edəcəyini, polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq tətbiq edilmədiyini bildirmiş, aşkarlanan predmetlər götürülmüş, iştirakçılar tərəfindən şikayət, təklif və ya protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə istintaqda və məhkəmədə baxış keçirilərkən qeyd olunanlar müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 32, 34-35 və 120-121). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 06 avqust tarixli 6/4211 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №7» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr» yazısı və imzalar olan paketdəki bir ədəd bükümdə təmiz çəkisi 6,009 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 10,802 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...» yazısı olan bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 1.085 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 425 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində «Methadone 40» markalanma göstəricisi olan konvalyutdakı ümumi 167 ədəd olub üzərində «F/M40» yazısı həkk olunmuş həb metadon tərkibli dərman preparatıdır; həmin həblərdə metadon təsiredici maddəsinin ümumi miqdarı 6,68 qram (konvalyutların üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qr metadon) olmaqla xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidir; iki ədəd tərəzinin üzərində heroinin izləri olsa da iz şəkildə olduğu üçün heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olubolmamasım müəyyən etmək mümkün deyildir; Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ümumi təmiz çəkiləri müvafiq qaydada 1.091,009 qram və 435,802 qram təşkil etməklə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir; narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və narkotik vasitə metadonun tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 1.090,709 qram, 435,502 qram və 162 həb təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 43-45). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 06 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus, içərisində ***-***-**-** saylı mobil nömrə olan «Samsung» markalı mobil telefona baxış vaxtı «WhatsApp» proqramında zənglərin silinməsi aşkarlanmışdır (1-ci cild, iş vərəqi 52). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 07 avqust tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.ci və 234.4.3.-cü maddələrinə tövsif olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilən sonuncuya qeyd olunan maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 53-54 və 57-58). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2022-ci il 07 avqust tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il avqustun 05-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 83-87). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il avqustun 27-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 95). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun 2022-ci il 17 sentyabr tarixli qərarından görünür ki, Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında toplanan material üzrə izahatı alınan Təqsirləndirilən şəxs 2022-ci il avqustun 05-də tanımadığı iranlıdan 0,5 qram çəkidə psixotrop maddə metemfetaminin şəxsi istifadəsi üçün alıb evdə saxlaması ilə bağlı gətirildiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis əməkdaşları tərəfindən döyülməsini göstərsə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 izahat verərək özlərinin, yaxud digər polis işçilərinin Təqsirləndirilən şəxs zor tətbiq etməyib xəsarət yetirmədiklərini, sonuncu ona qarşı hər hansı zor tətbiq olunmadığını tədqiqatçıya bildirdiyindən hazırda qeyd etdiklərinin şər və böhtan xarakterli olduğunu, Təqsirləndirilən şəxs 2022-ci il avqustun 07-də həbs olunub aparıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında dərhal müayinə olunarkən bədənində heç bir xəsarət izi aşkar olunmadığını, məsuliyyətdən yaxa qurtarmaq üçün özü-özünə sonradan xəsarət yetirdiyini, sonuncunun üzərindən və yaşadığı evdən aşkar edilən narkotik vasitələrinin çəkisinin müvafiq ekspertiza rəyi ilə müəyyən edildiyini bildirmişlər. Məhkəmə-tibbi ekspertizasının 2022-ci il 16 sentyabr tarixli 1945 saylı rəyinə əsasən Bakı İstintaq Təcridxanasının 2022-ci il avqustun 17-də keçirdiyi baxış zamanı aşkarlanan sağ qasıq nahiyəsində kiçik ölçülü tünd bənövşəyi rəngli qançır və bel nahiyəsində şişkinlik bərk küt əşyanın təsirindən 2022-ci il 17 avqust tarixdən 3-4 gün əvvəl törənə bilərdi, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin Bakı İstintaq Təcridxanasında olduğu dövrlərə uyğun gəldiyindən cinayət işinin başlanması rədd edilmiş, sonuncuya həmin qərardan narazı olduğu halda şikayət etmək hüququ və qaydası izah olunmuşdur (1-ci cild, iş vərəqi 107-109). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 12 oktyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs evindən aşkar olunan bir ədəd dəftərçəyə baxış keçirilərkən içində 50 ot, 50 k, 80 k, 5k5P sözlərinin və hərflərinin yazılması müəyyən olunmuş, dəftərçə qablaşdırlaraq götürülmüşdür (1-ci cild, iş vərəqi 124). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəməpsixiatrik ekspertizasının 2022-ci il 05 sentyabr tarixli 2369 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 126-127). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 20 avqust tarixli 4613 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamaqla məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 128-129). İş materiallarındakı Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2022 -ci il 19 sentyabr tarixli arayışdan və eyni tarixli 1815 №-li xasiyyətnamədən, habelə AZE seriyalı 11085123 №-li, AZE seriyalı 11085124 №-li şəxsiyyət vəsiqələrinin və AZ seriyalı 508922 №-li nikah haqqında şəhadətnamənin kserosurətlərindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, ev 23 ünvanında qeydiyyatda olmaqla yaşayan, X6 ilə nikahından 2010-cu il 31 iyul təvəllüdlü X8 və 2012-ci il 18 fevral təvəllüdlü X9 adlı iki övladı olan Təqsirləndirilən şəxs barəsində heç bir əks məlumat daxil olmamışdır (1-ci cild, iş vərəqi 138-139 və 141- 143). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 30 noyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə 2022-ci il 01 dekabr tarixli cinayət işinin ayrılması və icraata qəbul olunması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilən ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndi tətbiq olunmamış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən olunması məqsədi ilə, eləcə də sonuncunun evində aşkar olunmuş dəftərçə ilə tərtib etdiyi 2022-ci il 06 avqust tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə cinayət işi ayrılmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və narkotik vasitə metadonun tədqiqatdan sonrakı müvafiq qaydada 1.090,709 qram, 435,502 qram və 162 həb qalıqları, iki ədəd elektron tərəzi saxlanılması üçün idarənin saxlancına təhvil verilmiş, iki ədəd DVD-R diskinin cinayət işinin materillarına əlavə olunması nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 148-155 və 157- 159). Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2023-cü il 15 aprel tarixli 3-16-17/38/2-2528/2023 №-li məktubu ilə daxil olan 8678/2023 №-li tibb kitabçasının kserosurətindən görünür ki, 2022-ci avqustun 08-də keçirilən baxış zamanı Təqsirləndirilən şəxs zədə almadığını bildirməklə bədənində yeni zədə izi aşkarlanmamışdır, məktubun özündən isə və ona əlavə olunmuş 2022-ci il 17 avqust tarixli məlumatın, habelə eyni tarixli ərizənin kserosurətlərindən Təqsirləndirilən şəxs 2022-ci il avqustun 17-də müayinə olunarkən sonuncunun sağ qasıq nahiyəsində kiçik ölcülü tünd bənövşəyi rənli qançır, bel nahiyəsində şişkinlik qeyd ediməsi, Təqsirləndirilən şəxs ilk dəfə həbs olunması ilə əlaqədar ağrılar kəskin olmadığı üçün xəsarətlərini bildirmədiyini, hazırda ağrılar kəskinləşdiyinə görə xəsarətlərin olduğunu bildirdiyini göstərməsi müəyyən edilir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, Bakı şəhəri Binəqədi Rayon Prokurorluğunun yoxlama apardığı zaman izahatında tanımadığı bir iranlıdan 0,5 qram psixotrop maddə metamfetamin alıb saxladığı, məhkəmə iclasındakı ifadəsində isə üzərində Mehdi adlı şəxsən aldığı 9-10 qram narkotik vasitə heroin olması, onun polis əməkdaşları tərəfindən döyülməsi barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, göstərdikləri, məsələn, sözü gedən izahatda və ifadədə həmin maddələrin növü və çəkisi, satıcısı barəsində məlumatların fərqli olması, onda narkomaniya xəstəliyi aşkar olunmadığı halda qeyd edilən maddələri şəxsi istifadəsi üçün əldə etməsi işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla ağır cinayətə görə cinayət məsuliyyətindən mümkün qədər yayınmaq niyyəti ilə yalan ifadələr verməsi qənaətinə gəlir. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2022-ci il avqustun 05-də saxlanıb istintaqa cəlb edilmiş, müvafiq olaraq onunla bağlı istintaq hərəkətləri həyata keçirildikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, 2022-ci il avqustun 08-də müayinə olunarkən üzərində heç bir xəsarət aşkarlanmamışdır. Lakin məhkəmə-tibbi ekspertizasının 2022-ci il 16 sentyabr tarixli 1945 saylı rəyində Bakı İstintaq Təcridxanasının 2022-ci il avqustun 17-də keçirdiyi baxış zamanı aşkarlanan sağ qasıq nahiyəsində kiçik ölçülü tünd bənövşəyi rəngli qançır və bel nahiyəsində şişkinlik bərk küt əşyanın təsirindən 2022-ci il 17 avqust tarixdən 3-4 gün əvvəl törənə bilməsi qeyd edilmişdir. Qeyd edilən qərarın mübahisləndirilməsi üçün Təqsirləndirilən şəxs məhkəmə tərəfindən şərait yaradılsa da, o və müdafiəçisi həmin qərarı mübahisləndirməkdən imtina etmişlər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının CPM-nin 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Göründüyü kimi, şəxsin cinayət təqibini istisna edən qərarlar ləğv edilmədiyi halda məhkəmə üçün də məcburi qüvvəyə malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Minelli İsveçrəyə qarşı» işi üzrə 1983-cü il 25 mart tarixli qərarının 30-cu paraqrafına görə, təqsirsizlik prezumpsiyası cinayət təqibinin nəticəsindən asılı olmayaraq, yalnız ittihamın mahiyyətinə baxışı deyil, bütövlükdə cinayət mühakimə icraatını tənzimləyir. "X12rşı" işi üzrə 2013-cü il 12 iyul tarixli qərarının 94-cü paraqrafına görə, hər hansı başqa icraat çərçivəsində çıxarılan bəraət və ya işə xitam verilməsi haqqında qərara əməl olunması üçün bu müdafiə (yəni, təqsirsizlik prezumpsiyası) mövcud olmasaydı, 6-cı maddənin 2-ci bəndində nəzərdə tutulan təminatların (yəni, təqsirsizlik prezumpsiyasının) nəzəri və xəyali olması riski yaranardı. Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qeyd edilən hallar Təqsirləndirilən şəxs tutularkən, onunla bağlı müvafiq istintaq hərəkətləri həyata keçirilərkən hər hansı zor, fiziki və ya psixi təsirə məruz qalmadığını, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə ifadələrində göstərdiklərinin obyektiv gerçəkliyi əks etdirdiyini təsdiq edir. Məhkəmə iş üzrə əlavə şahidlər X3 əri olan, X2 qohumu olan və X10 qardaşı olan Təqsirləndirilən şəxs barəsində verdikləri ifadələrə sonuncunun vəziyyətini yüngülləşdirmək məqsədi daşıması kimi qiymət verir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini fiziki zor altında verməsi barədə ifadələrinə qiymət verməklə hesab edir ki, bunlar məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və yuxarıda qeyd edildiyi kimi həmin şəxsin öz maraqlarına əsaslanaraq vəziyyətinin yüngülləşdirilməsinə nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, narkotik vasitə metadon şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 1,6 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tətqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs izahatı, təqsirləndirilən şəxs qismindəki ifadəsi, maddi sübutların mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu, qeydiyyat və yaşayış yeri üzrə barəsində şikayət daxil olmamasını, ailə vəziyyətini işdə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və narkotik vasitə metadonun tədqiqatdan sonrakı müvafiq qaydada 1.090,709 qram, 435,502 qram və 162 həb qalıqları, iki ədəd elektron tərəzi məhv edilməli, iki ədəd DVD-R diskinin cinayət işinin materillarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 90 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 540 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il avqustun 05-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il avqustun 05-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 540 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və narkotik vasitə metadonun tədqiqatdan sonrakı müvafiq qaydada 1.090,709 qram, 435,502 qram və 162 həb qalıqları, iki ədəd elektron tərəzi məhv edilsin, iki ədəd DVD-R diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Rasim Sadıxov
Məhkəmə qərarları › İş №1(101)-572/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-572/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver