Məhkəmə qərarları › İş №1(101)-572/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-572/2024

16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-572/2024 16.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1975-ci ildə Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin motorçu vəzifəsində işləmiş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 164F saylı bağ evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 fevral 2024-cü il tarixdə, saat 16:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, məlum olmayan tarixdə və vaxtda satış məqsədi olmadan ümumi təmiz çəkisi 4,853 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 8 aprel 2023-cü il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Güney Azərbaycan küçəsində saxlanılaraq Xəzər Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş 1 (bir) ədəd bükümdə 4,853 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 8 aprel 2023-cü il tarixdə, təxminən saat 14:00 radələrində idarə etdiyi avtomobillə marketə gedərkən bir neçə nəfər ona yaxınlaşaraq avtomobildən enməyini tələb etmişlər. Onlardan kim olduqlarını soruşduqda sonuncular polis əməkdaşı olmalarını bildirərək tutulma səbəbini idarədə öyrənə biləcəyini bildirmişlər. Polis əməkdaşları idarədə ondan İran İslam Respublikasında olub-olmamasını soruşduqda o, 2015-ci ildə Məşhəd şəhərinə ziyarətdə olmasını bildirdikdən sonra ona “Dindar olduğun üçün tutulmalısan, əgər qeyd etdiyimiz sənədlərə qol çəkməsən, deputat Fazil Mustafanın güllələnməsində ittiham olunacaqsan” demişlər. Ona məxsus avtomobil idarəyə aparılmış, onların dedikləri ilə razılaşmadığı halda Fazil Mustafanın güllələnməsində istifadə olunmuş silahın onun avtomobilindən çıxarılmasını əks etdirən videoçəkilişin aparılacağını, üzərinə narkotik vasitə yerləşdirilərək məhkəmənin yekun qərarına əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyini bildirmişlər. O, terrorçuluqla ittiham olunacağından qorxduğu üçün məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır.

3. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, 8 aprel 2023-cü il tarixdə, təxminən saat 14:00 radələrində “Xəzər” marketin yanında saxlanılsa da, ittiham aktında tutulma yeri “İbo” marketin yanı, saat isə 16:30 olaraq sənədləşdirilmişdir. Həm “Xəzər”, həm də “İbo” market Mərdəkan ərazisində yerləşir, lakin həmin marketlər arası məsafə təxminən 700-800 metrdir. O, 3 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, saxlanılarkən həyat yoldaşı və oğlu yanında olmuş, lakin Xəzər Rayon Polis İdarəsinə tək aparılmış, bu zaman üzərində “Bakcell” mobil operatoruna məxsus ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Ona videoçəkiliş zamanı narkotik vasitəni ilk dəfə əldə etməsi, lakin istifadə etməyə imkanı olmadan yaxalanmasını deməsi tələb edilmişdir. Bu cür ifadə verməsinə isə onun heç vaxt narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməməsi səbəbindən analiz zamanı qanında narkotik vasitə aşkarlanmayacağı ilə bağlı olmuşdur. O, üzərində narkotik vasitə və ya psixotrop maddə olmaması ilə bağlı hər hansı bir dövlət qurumuna və ya sair şəxsə müraciət etməmişdir. O, çoxsaylı islam dininə etiqad edən dindar şəxslərin, yəni namaz qılıb oruc tutan şəxslərin onun kimi narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində ittiham olunaraq tutulduğunu eşitdiyindən bu barədə hər hansı şikayət etməmişdir.

4. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, polis əməkdaşları ona qarşı fiziki zorakılıq və ya pis rəftar göstərməsələr də, ona psix təsir və təzyiqlər göstərməklə tərtib edilmiş sənədləri imzalamasını tələb etmişlər. İbtidai istintaqın sonrakı mərhələsində onun hüquqlarını müdafiə etməsi məqsədi ilə qohumları tərəfindən məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi2lə müqavilə bağlanmışdır. Həmin müdafiəçinin iştirakı ilə 21 iyun 2023-cü il tarixli verdiyi ifadəsində vəkilinə ona qarşı psixi təsir və təzyiq olması, məcbur qalaraq polis əməkdaşlarının onun üzərinə qoyduqları psixotrop maddə metamfetaminin özünə məxsus olmasına dair ifadə verməsi ilə bağlı heç nə deməmişdir. Həmin ifadəni verərkən ona hər hansı təzyiq olmamış, lakin müdafiəçisi Müdafiəçi2 bu barədə hər hansı məlumat verməmişdir. Polis əməkdaşı Şahid2 onun saxlanılmasında iştirak etməsini xatırlamır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və hər hansı cinayət əməli törətməməsini nəzərə alaraq barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə 8 aprel 2023-cü il tarixdə verdiyi izahat, 9 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində və 10 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitə və psixotrop maddə istifadə etməmiş, son vaxtlar psixotrop maddə istifadə etmək fikrinə düşmüşdür. “Şüşə” deyilən psixotrop maddə metamfetamin əldə etmək məqsədi ilə 7 aprel 2023-cü il tarixdə, axşam saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsinə getmişdir. Belə ki, həmin ərazidə narkotik vasitə və psixotrop maddə əldə etməyin mümkün olduğunu eşitmişdir. Orada təsadüfən rastlaşdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 100 manata 1 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş psixotrop maddə metamfetamin alıb əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyaraq yaşadığı Mərdəkan qəsəbəsində yerləşən evində imkan olanda istifadə etmək məqsədi ilə evə gəlmişdir. Lakin vaxt tapıb həmin psixotrop maddədən istifadə edə bilməmişdir. 8 aprel 2023-cü il tarixdə, saat 16:30 radələrində yaşadığı evin yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqları bildirmiş və onu Xəzər Rayon Polis İdarəsinə dəvət etmişlər. O da heç bir etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xəzər Rayon Polis İdarəsinə gəlmişdir. Polis idarəsində xidməti otaqlardan birində polis əməkdaşları dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa, təqdim etməyini bildirmişlər. Həmin vaxt o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyduğu 1 (bir) ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamini təqdim etmişdir. Eyni zamanda sorğu zamanı o, baş verənləri olduğu kimi danışmışdır. Bundan sonra həmin maddə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 32-33; 46-48; 57- 59;).

6. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı da hüquqlarını müqavilə əsasında müdafidə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili, Müdafiəçi2 iştirakı ilə 21 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməklə 8 aprel 2023-cü il tarixdə verdiyi izahat, 9 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində və 10 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə vermişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq göstərmişdir ki, ona qarşı polis idarəsinə gətirilərkən və polis idarəsində olarkən hər hansı fiziki güc və ya zor tətbiq edilməmişdir (Cild 1, i.v. 100-101;).

7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

9. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin (bundan sonra mətndə - Xəzər RPİ-nin 1-ci PŞ) cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 8 aprel 2023-cü il tarixdə “Eldar” adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, məlumat dəqiqləşdirilərək Eldar adlı şəxsin xx xxx 1975-ci ildə Beyləqan rayonu, Yeni-Mil qəsəbəsində anadan olmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 164 F saylı bağ evində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məlumatda həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Güney Azərbaycan küçəsində yerləşən “İbo” marketin yaxınlığında olduğu bildirilmişdir. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs ifşa etmək məqsədi ilə digər polis əməkdaşı Şahid2 ilə birlikdə 8 aprel 2023-cü il tarixdə, saat 16:20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Güney Azərbaycan küçəsinə yollanmışdır. Orada müşahidələr aparmağa başlamış və saat 16:30 radələrində Təqsirləndirilən şəxs qeyd olunan küçədə yerləşən “İbo” marketin yaxınlığında müəyyən etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək sonuncuya Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları olduqlarını bildirib polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etməyib onlarla birlikdə Xəzər RPİ-nə getmişdir. Xəzər RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla İdarə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinova həvalə edilmiş və Təqsirləndirilən şəxs müstəntiqə təqdim olunmuşdur. Baş müstəntiq Neman Şirinov Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsindən ötrü müdafiəçi dəvət etmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra baş müstəntiq Neman Şirinov 8 aprel 2023-cü il tarixdə, saat 18:10-da Təqsirləndirilən şəxs, dəvət olunmuş müdafiəçi Namiq Mustafayevin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş 1 (bir) ədəd bükümü təqdim edərək psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümün içərisindən ağ kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz digər əşya və predmet aşkar olunmamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 1 (bir) ədəd bükümdə olan psixotrop maddə metamfetamini 7 aprel 2023-cü il tarixdə, axşam saatlarında Suraxanı rayonu ərazisində tanımadığı şəxsdən 100 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd bükümdə olan maddə içi boş ağ rəngli zərfə qoyulmuş, zərf möhürlənərək üzərində müvafiq qeydlər aparılmış və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Qeyd olunanlarla bağlı baş müstəntiq Neman Şirinov tərəfindən müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir.

10. Verilmiş suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı psixi və ya fiziki təzyiq, o cümlədən pis rəftar göstərilməmişdir. Onlara daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin və psixotrop maddələrin daşınması və qəbulu ilə bağlı olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair konkret olaraq hər hansı məlumat daxil olmamışdır. Raportda Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Xəzər RPİ-nin 1-ci PŞ-yə aparılması qeyd olunsa da, sonuncu saxlanıldıqdan sonra tərəflərindən birbaşa olaraq Xəzər RPİ-nə aparılmışdır. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi ilə bağlı rəhbərliyə məlumat verilmiş, lakin həmin əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılması ilə bağlı məhkəməyə müraciət edilib-edilməməsini xatırlamır.

11. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, Şahid1 əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarın qanuniliyinin yoxlanılması üçün məhkəməyə müraciət edib-etməməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs qarşısında saxlanıldığı “İbo” marketin əvvəlki adı “Xəzər” market olmuşdur.

12. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 8 aprel 2023-cü il tarixdə bazarlıq etmək üçün övladı və əri Eldar ilə birlikdə sonuncunun idarə etdiyi avtomobillə “Xəzər” marketə getmişlər. Əri Eldar idarə etdiyi avtomobili marketin qarşısında saxlamış, uşağı marketə getdikdən sonra bir nəfər mülki geyimli şəxs avtomobilin şüşələri açıq vəziyyətdə olarkən onlara yaxınlaşaraq özünün polis əməkdaşı olduğunu bildirib ərinə avtomobildən enməyini demişdir. Əri avtomobildən hansı səbəbdən enməli olduğunu soruşduqda həmin şəxs ərini zorla çölə çıxarmağa çalışmışdır. Daha sonra avtomobilə digər polis əməkdaşları da yaxınlaşmış, sonuncular avtomobilin qapısını açaraq ərini çölə doğru dartmışlar. O bu hadisəni görüb qorxaraq qışqırmış, həmin vaxt əri telefonla kiməsə zəng edərək ona kömək etməsini istəmiş, lakin polis əməkdaşları Eldarın əlindən mobil telefonunu almışlar. Polislərdən ərinin saxlanılmasının səbəbini soruşduqda ona narahat olmamasını bildirmişlər. Polislər ərini avtomobilə əyləşdirdikdə onlarla birlikdə getmək istədiyini bildirmiş, lakin polis əməkdaşları ona imkan verməmişlər. Uşağı marketdən çıxdıqdan sonra avtomobilə əyləşib motoru işə salmağa çalışdıqda avtomobilin açarının olmadığını görmüşdür. Bundan sonra hadisə yerində olan şəxslərdən birinin onlar üçün çağırdığı taksi avtomobili ilə 1-ci Polis Şöbəsinə gedərək növbətçi hissəyə yaxınlaşmış, orada rəisə zəng edildikdən sonra ona ərinin həmin polis şöbəsinə gətirilmədiyini demişlər. Əri Təqsirləndirilən şəxs aparılarkən avtomobilinə baxış keçirilməmişdir. Polislərdən açarı tələb etmiş, lakin açarı ona verməmişlər. Əri saxlanılarkən polislər onun qollarından tutaraq gödəkçəsinin ciblərinə baxmış, ərinin telefonu və avtomobilinin açarını götürmüşlər. O, baş verən hadisə ilə bağlı hər hansı dövlət, hüquq-mühafizə və sair orqana və ya şəxsə şikayət etməmişdir. Belə ki, onun əri narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. Qaynı ilə polis idarəsinə getdikdə müstəntiqlə görüşmüş, sonuncu ona əri Eldarın artıq narkotik vasitə və psixotrop maddə istifadəçisi olmasını, habelə ağrıları olduqda narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməsini etiraf etdiyini bildirmişdir. Müdafiəçi ilə müqavilə bağladıqdan sonra Eldarın narkotik vasitə və ya psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımaqda ittiham olunduğunu öyrənmişdir. Polislər avtomobildə silah olduğundan açarın onlarda qalacağını, lakin sənədləri götürməyə icazə verdiklərini bildirmişlər. Əri hadisədən əvvəl "xxxx" MMC-də motorçu işləmişdir.

13. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

14. “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” qərardan görünür ki, 8 aprel 2023-cü il tarixdə, saat 16:30 dəqiqədə Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman ondan şəffaf rəngli sellofan kəsiyinə bükülmüş 1 (bir) ədəd bükümdə 4,853 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktına görə Xəzər RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnikleytenantı Şirinov Neman Babaşah oğlu tərəfindən 9 aprel 2023-cü il tarixdə, saat 16:00da Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v.1;).

15. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 8 aprel 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Xəzər RPİ-nin rəisi, polis polkovniki Əli İbrahimov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v. 3-10).

16. Bakı Şəhəri, Xəzər Rayon Məhkəməsinin 14 aprel 2023-cü tarixli qərarından görünür ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin Cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və Xəzər RPİ-nin rəisi, polis polkovniki Əli İbrahimov tərəfindən təsdiq edilmiş 8 aprel 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qeyd edilən qərarın qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılması məqsədi ilə digər sənədlərin təqdim edilməməsi səbəbindən qanuni hesab edilməmişdir (Cild 2).

17. Bakı Şəhəri, Xəzər Rayon Məhkəməsinin 4 iyul 2023-cü tarixli qərarından görünür ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin Cinayət-axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və Xəzər RPİ-nin rəisi, polis polkovniki Əli İbrahimov tərəfindən təsdiq edilmiş 8 aprel 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və bu barədə təqdim edilmiş materiallar hər hansı əməliyyataxtarış tədbiri keçirilməməsi və 48 saat tələbinin pozulması əsası ilə geri qaytarılmışdır(Cild 2).

18. “Şübhəli şəxsin tutulması haqqında” 8 aprel 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən 8 aprel 2023-cü il tarixdə, saat 16:30-da Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Güney Azərbaycan küçəsində yerləşən “İbo” marketin yaxınılığında saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş, həmin tarixdə, saat 17:30-da Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Şirinov Neman Babaşah oğlu tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili, müdafiəçi X2 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulma haqqında protokol tərtib edilmişdir (Cild 1, i.v. 12;22;).

19. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 8 aprel 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 18:10-dan saat 18:30-dək Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı N.B.Şirinov tərəfindən həmin şöbənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1 və polis leytenantı Şahid2 iştirakı ilə Xəzər RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində müstəntiq tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona müstəntiq tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü təqdim edərək həmin bükümün içərisindəki kütlənin “şüşə” deyilən psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 7 aprel 2023-cü il tarixdə, axşam saatlarında Suraxanı rayonu ərazisində 100 manat müqabilində tanımadığı şəxsdən son zamanlarda özünü əsəbi hiss etdiyindən sakitləşmək məqsədilə şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü açdıqda həmin bükülünün içərisindən kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin olması aşkar edilmiş, həmin maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan müstəntiq tərəfindən 1 (bir) ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ”Zərflər üçün” olan 43 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya maddələr aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə gündüz vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Protokolda şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir (cild 1, i.v. 29-31).

20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 8 aprel 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 5 dəqiqə 34 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq N.A.Əliyev tərəfindən baxış keçirilməsinə dair müvafiq olaraq 15 may 2023-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 83;)

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/2075 saylı, 9 aprel 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 43“ dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,853 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi 4,853 qram, tədqiqata cəmi sərf edildi 0,05 qram, qalıq 4,803 qram. Aparılmış tədqiqatın dəyərinin 65 (altmış beş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 37-41;).

22. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 50-55;).

23. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli 8 aprel 2023-cü il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək, barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etdi.”(Cild 1, i.v. 64-66;).

24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 13 aprel 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v. 74).

25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 baş direktoru tərəfindən verilmiş 24 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v. 75).

26. Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Habil Həsənovun həmin İdarənin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinova ünvanladığı 5 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən olunması istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (Cild 1, i.v.76).

27. “Cinayət işinin icraata qəbul olunması haqqında” 10 may 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X5 tərəfindən cinayət işi həmin tarixdə icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 81).

28. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 2 iyun 2023-cü il tarixli, 3406 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v.88-89).

29. “Sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4,853 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 1 (bir) ədəd “DVD-R” formatlı disk maddi sübut qismində tanınmış, tədqiqatlardan sonra qalıq çəkisi 4,803 qram olan psixotrop maddə metamfetaminin məhkəmənin yekun qərarı ilə təyinatı məsələsi həll edilənədək Xəzər RPİ-də saxlanılması və 1 (bir) ədəd diskin isə cinayət işi materiallarında saxlanılması, habelə ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılması qərara alınmışdır (Cild 1, i.v. 102-106).

30. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq N.A.Əliyev tərəfindən 8 iyul 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 15 iyul 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.112-116;).

31. Müdafiə tərəfinin vəsatəti əsasında verilmiş sorğuya cavab olaraq Xəzər RPİ-nin 1ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Habil Həsənovun 7 dekabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 1-ci PŞ-nə gətirilməmişdir (Cild 2,).

32. Müdafiə tərəfinin vəsatəti əsasında verilmiş sorğuya Xəzər RPİ-nin xidmət üzrə rəis müavini, polis kapitanı Azər Məmmədovun 18 dekabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 8 aprel 2023-cü il tarixdə, saat 16:50-də Xəzər RPİyə gətirilərək “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabında 91 nömrə ilə qeydiyyata alınaraq istintaq şöbəsinə təhvil verilmişdir (Cild 2).

33. Müdafiə tərəfinin vəsatəti əsasında verilmiş sorğuya əsasən "xxxx" MMC tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs 7 sentyabr 2014-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək "xxxx" MMC-də motorçu peşəsində işləmiş, işlədiyi dövr ərzində vəzifə təlimatına uyğun öz vəzifə borcunu yerinə yetirərək heç bir pozuntuya yol verməmişdir. Təqsirləndirilən şəxs bir neçə gün işə gəlməyərək bu barədə işəgötürənə heç bir məlumat verməmiş, bununla bağlı işəgötürən tərəfindən müvafiq aktlar tərtib edilmiş və daha sonra işəgötürən tərəfindən işçinin bu əməlinə əmək qanunvericiliyinə uyğun olaraq hüquqi qiymət verilmişdir (Cild 2).

34. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan aydın olur ki, Təqsirləndirilən şəxs himayəsində 8 mart 2007-ci il təvəllüdlü qızı Aynur və 21 noyabr 2005-ci il təvəllüdlü oğlu Ağaəli Süleymanlı adlı iki uşağı vardır (Cild 2).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

35. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

36. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

38. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

39. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

40. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

41. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.

42. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır.

43. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.

44. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 29-cu bəndində göstərilmiş qərarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” sübuta yetirlməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin əməlində “satış məqsədinin” olmadığını təsdiq edir.

45. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarına istinad etmişdir. Həmin qərarda göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

46. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır.

47. Plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

48. Halbuki, istintaq orqanı Təqsirləndirilən şəxs verdiyi ittihamda və cinayət təqibi ilə bağlı topladığı materiallarda təqsirləndirilən şəxs tərəfindən psixotrop maddələri satacağı istehlakçı ilə razılığın əldə edilməsi, psixotrop maddələrin çəkilib çoxsaylı xırda bağlamalara bükülməsi, həmçinin onda tərəzinin və digər vasitələrin olması ilə bağlı ümumiyyətlə heç bir dəlil və sübut gətirməmişdir.

49. Bundan başqa, istintaq orqanı hökmün 29-cu bəndində göstərilmiş qərarda təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən “...başqa sübutlarla yanaşı nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin külli miqdarda olması onun psixotrop maddəni satış məqsədi ilə qazanc əldə etmək niyyətinin olmasına dəlalət edir.” cümlələri ilə öz gəldiyi nəticəni əsaslandırmağa çalışsa da, faktiki olaraq mövcud olmayan sübutlara istinad edib əsassız qənaətə gəlmişdir.

50. Başqa sözlə, istintaq orqanı təqsirləndirilən şəxsin əməlində CM-in 234.4.3-cü maddəsinin tərkibinin olması qənaətinə gələrkən, yalnız psixotrop maddənin külli miqdarda olmasına istinad etsə də, özü özlüyündə yalnız bu əlamət “satış məqsədinin” qeyd-şərtsiz sübutu kimi əsas götürülə bilməz.

51. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış istintaq hərəkəti aparılarkən, habelə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini, həmin maddəni hər hansı şəxsə satmaq, hədiyyə və ya pay vermək niyyətinin olmadığını göstərmişdir. İstintaq orqanının sübut qismində istinad etdiyi istintaq hərəkətlərinin protokolları, şahid ifadələri, ekspert rəyləri, maddi sübutlar və digər sənədlərdə də, təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər heç bir sübut və dəlil yoxdur və həmçinin hər hansı belə bir sübut məhkəmə baxışında da, ittiham tərəfindən təqdim edilməmişdir.

52. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və ittiham tərəfinin şahidləri olan polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrindən də göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatı olsa da, onun üzərindən aşkar edilmiş predmetlərin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır.

53. Məhkəmə, ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, şəxsin üzərində aşkar edilmiş psixotrop maddənin miqdarının yalnız şəxsi istehlak miqdarından artıq və ya külli miqdarda olması, digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir.

54. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

55. Lakin məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarda və iş materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir.

56. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir.

57. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.

58. Hökmün 45-ci bəndində qeyd edilmiş Ali Məhkəmə Plenumun Qərarının 14-cü bəndinə əsasən satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır.

59. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

60. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

61. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

62. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

63. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

64. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir.

65. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

66. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

67. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının müddəaları baxımından da əsaslı hesab edir.

68. Belə ki, “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində də Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.

69. X8 Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.

70. “Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair Brayton Bəyannaməsi”nin 7-ci bəndində qeyd edilmişdir ki, “Milli səviyyədə Konvensiyanın müddəalarının tam həyata keçirilməsi üzv dövlətlərdən qanun pozuntularının qarşısını almaq üçün effektiv tədbirlərin görülməsini tələb edir. Bütün qanunvericilik və siyasətin inkişafı, həmçinin dövlət qulluqçuları tərəfindən öz xidməti vəzifələrinin icrası elə səviyyədə olmalıdır ki, bu Konvensiyanın müddəalarının tam icrasına imkan versin. Üzv dövlətlər Konvensiyanın müddəalarının mümkün pozulması hallarının qarşısını almaq üçün hüquqi müdafiə vasitələrini təmin etməlidirlər. Milli məhkəmələr və tribunallar Konvensiyanı və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnu nəzərə almalıdırlar. Bütün bu tələblər məcmu halda Konvensiyanın müddəalarının pozulması hallarının qarşısını ala bilər. Bu isə məhkəməyə əsaslı müraciətlərin sayının azalmasına gətirib çıxarmaqla iş yükünün də kəmiyyətinin aşağı düşməsinə səbəb olacaqdır”.

71. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

72. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-1-ci maddəsinin tərkib əlamətlərinə uyğun gəldiyini qeyd edərək, onun əməlinin CMin 234.1-1-ci maddəsi ilə tövsif edilməsini qanuni və ədalətli hesab edir.

73. Qeyd olunanlarla bağlı məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir.

74. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.

75. Həmin Məcəllənin 234.1-1-ci maddəsi isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

76. Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

77. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli Qərarının müddəalarını da rəhbər tutur.

78. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində hər hansı psixotrop maddə olmaması, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aşkar edilmiş psixotrop maddənin polis əməkdaşları tərəfindən ona verilməsi, polis əməkdaşları tərəfindən tutularkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirildiyi vaxtadək psixi, mənəvi təsir və təzyiqlərə məruz qalması, terrorçuluqda ittiham olunacağından qorxduğu üçün törətmədiyi əməlini boynuna götürməsinə dair ilkin ifadə və izahatlar verməsi, sonradan qohumları tərəfindən müqavilə bağlanmış və məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə edən vəkilə bu barədə heç nə bildirməməsi, ittihamda göstərilən vaxtda və şəraitdə deyil, başqa vaxt və şəraitdə saxlanılması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun CM-in 234.1-1-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

79. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

80. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ilkin dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən, barəsində məhkəmə nəzarəti qaydasında həbs qətimkan tədbiri seçilərkən, sonradan qohumları tərəfindən bağlanılmış müqavilə əsasında məhkəmə icraatında da hüquqlarını müdafiə etmiş müdafiəçinin iştirakı ilə əlavə olaraq dindirilərkən və digər istintaq hərəkətləri həyata keçirilərkən hər hansı bir fiziki, psixi təzyiqə və zorakılığa, pis rəftara məruz qalmasını bildirməmişdir. Hökmün 19-20 və 23-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

81. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

82. Eyni zamanda, məhkəmə müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə bağlı qeyd edir ki, Şahid3 Təqsirləndirilən şəxs yaxın qohumu olmaqla verdiyi ifadəsində göstərdiyi halları sonuncu nə məhkəmə, nə də məhkəməyədək icraat zamanı göstərməmişdir. Belə ki, Şahid3 ifadəsində əri Təqsirləndirilən şəxs saxlanılarkən pis rəftara, zorakılağa məruz qalmasını bildirsə də, həmin hallar hər hansı mötəbər sübutla o cümlədən E. Süleymanovun özünün istər məhkəmədə, istərsə də məhkəməyədək icraat zamanı verdiyi ifadələri qeyd edilməmişdir. Bundan başqa, Şahid3 ifadəsində gah əri E. Süleymanovun əlindəki mobil telefonun sonuncunun kiməsə kömək etmək üçün zəng edərkən avtomobildə polis əməkdaşları tərəfindən dərhal alınmasını, gah da sonradan Təqsirləndirilən şəxs avtomobildən düşdükdən sonra polis əməkdaşları tərəfindən üzərinin axtarılaraq mobil telefonun götürüldüyünü göstərmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallarla əlaqədar Şahid3 ifadəsinə təndiqi yanaşılmalı və həmin ifadədə göstərilənlər hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından rədd edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs ifadəsində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı deyil, məhz özünün dini görüşləri ilə bağlı həbs olunmasını iddia etməsi, hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, ittiham olunduğu ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıdığından iş üzrə tədqiq edilmiş mötəbər sübutlarla tam inkar edilir.

83. Qeyd edilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

84. CPM-in 137-ci maddəsinin tələbinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

85. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən, CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.

86. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hökmün 85-ci bəndində qeyd edilən qərarında göstərilən tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyədək icraat zamanı toplanılmaqla cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş hökmün 15-ci bəndində qeyd edilmiş (“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 8 aprel 2023-cü il tarixli qərar və bu barədə müvafiq materiallar (Cild 1, i.v 3-10)) cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyindən həmin materiallar sübut qismində qiymətləndirilərək təqsirləndirilən şəxs E.S.Süleymanova verilmiş ittiham üzrə onun əməlinin sübuta yetirilməsində nəzərə alına bilməz.

87. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

88. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

89. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.

90. Eyni zamanda, məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan digər sübutlarla Təqsirləndirilən şəxs CM-in 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi mübahisəsiz olaraq sübuta yetirilir.

91. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

92. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

93. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

94. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

95. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

96. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs hazırda 16 yaşında olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, sonuncu iş yeri üzrə müsbət xarakterizə olunmasını, narkomaniya xəstəliyindən əziyyət çəkməməsini, şəxsiyyətini, ailə vəziyyətini və məhkəmə icraatı zamanı davranışını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

97. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

98. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

99. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

100. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

101. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 8 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 8 aprel 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 12; 22; Cild 2)

102. Məhkəmə, CPM-in 353.4.8-ci əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 8 aprel 2023-cü il tarixdən hesablanmalıdır.

103. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

104. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 4,803 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş görüntüləri özündə əks etdirən 1 (bir) ədəd DVD disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

105. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

106. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

107. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

108. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

109. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

110. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 8 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 4,803 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar