Məhkəmə qərarları › İş №1(101)-573/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-573/2020

16.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-573/2020 16.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Telman Qulaməli oğlu sədrliyi Məhkəmə iclas katibi X1 Dövlət ittihamçısı Azərbaycan Respublikası______Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru MALİŞOV RAUF TAHİR Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası ______saylı hüquq məsləhətxanasının vəkili iştirakı ilə açıq məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. İlkin məhkəmə zamanı aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyindən və məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verilməsi müəyyən edildiyindən, cinayət işinin baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, işin materialları ilə tanış olarkən müəyyən olunmuşdur ki, ______ Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsinə əsasən ittiham aktının nəticələrinə dair yekun protokolunun 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kimi kobud pozuntuya yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı kobud prosessual pozuntulara yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 303-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin. Həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Sədrlik edən Telman Hüseynov Hakim Fikrət Qəribov Hakim Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar