Məhkəmə qərarları › İş №1(101)-573/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-573/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-573/2025 24.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun üzvü Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-478/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamaqla daşıyaraq Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir.

İşin faktiki halları

2. İttiham aktına görə, Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdə, axşam saatlarında şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq sonuncunun Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Ələt magistral yolunun 49-cu kilometrliyində, Bakı şəhəri istiqamətində yolun sağ tərəfində yerləşən "xxxx" şirkətinə məxsus avtomobil qarajının yaxınlığında külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, tiryək və metadon olması, həmin narkotik vasitələrin 500 manat pul müqabilində oradan götürülüb Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində ona deyiləcək ünvana çatdırması barədə təklifini qəbul edib həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda müxtəlif növ narkotik vasitə əldə edib saxlayaraq daşımaq məqsədi ilə həmin gün saat 21 radələrində “Uber Taksi” şirkətindən taksi sifariş edib Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Salyan magistral yolunun 49-cu kilometrliyinə gələrək ona nişan verilən yerdə yolun kənarında sellofan torbada olan 04 ədəd sellofan bağlamada külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 1320,00 qram, 1510,00 qram, 1430,00 qram, 1109 qram olmaqla ümumi təmiz çəkisi 5369,00 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 244,477 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 01 ədəd qutuda hər birində 10 ədəd həb olmaqla 10 ədəd blister kəsiyində olan ümumilikdə 100 ədəd həbin hər birinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla ümumi təmiz çəkisi 4,0 qram narkotik vasitə olan metadonu əldə edib daşıyaraq kənarda saxlatdırdığı taksi avtomobilinə yaxınlaşarkən 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək həmin polis bölməsinə gətirildikdən sonra qeyd edilən bölmənin xidməti otağında müdafiəçisinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əlində olan qara rəngli sellofan torbanın içərisində olan 04 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1320 qram, 1510 qram, 1430 qram, 1109 qram olmaqla, ümumi təmiz çəkisi 5369 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 244,477 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 01 ədəd qutuda hər birində 10 ədəd həb olmaqla, 10 ədəd blister kəsiyində olan ümumilikdə 100 ədəd həbin hər birinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla, ümumi təmiz çəkisi 4,0 qram narkotik vasitə olan metadon aşkar olunaraq götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Şəxsi axtarış və götürmə haqqında tərtib olunmuş xx.xx.2024-cü il protokol və ona əlavə olunmuş diskdən, həmin diskə baxış keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs konüllü olaraq üzərində və əlində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya olduğu təqdirdə, masanın üstünə qoyması təklif edildikdə, Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki tünd göy rəngli şalvarın sağ yan cibində olan “Samsung Galaxy A70” markalı mobil telefonu təqdim etdikdən sonra əlindəki qara rəngli sellofan torbanı könüllü şəkildə təqdim etmiş, həmin sellofan torbanın içərisində 04 ədəd qablaşdırılmış qara rəngli sellofan torbalarda olan tünd yaşıl rəngli, kəskin qoxulu, spesifik iyə malik qurudulmuş otabənzər kütlə, 01 ədəd qutuda qablaşdırılmış 100 ədəd qəhvəyi rəngli həb və 01 ədəd şəffaf rəngli sellofan torbaya bənzər tünd qəhvəyi rəngli tiryəkə bənzər kütlə aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin torbanı Nizami rayonu, Keşlə qəsəbəsinə aparması müqabilində 500 manat pul alacağını bildirmişdir.

4. Təqsirləndirilən şəxs aşkar olunmuş həmin kütlələr qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 223 saylı möhürü ilə möhürlənib götürülmüşdür. (cild 1, iş vərəqi 34-35; 83).

5. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/242 saylı rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi...” sözləri olan qara rəngli polietilen bağlamadakı 04 (dörd) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1320,0 qram, 1510,0 qram, 1430,0 qram, 1109,0 qram olmaqla, ümumi təmiz çəkisi 5369,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Ümumi çəkisi 5369 qramdır. Qeyd: 0,8 qram (hər bağlamadan 0,2 qram) tədqiqata sərf edildikdən sonra 5368,2 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78 manat təşkil edir. (cild 1, iş vərəqi 52-53)

6. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/892 saylı rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqat obyekti üzərində AR DİN “Arayışlar üçün № 223” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələr...” və s. soyadlar, imzalar olan 01 ədəd bağlamadakı 01 ədəd bükümdə təmiz çəkisi 244,447 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, blister kəsikləri üzərində “F/M40” yazısı həkk olunmuş 100 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletinin tərkibində təsiredici maddəsinin miqdarı 4,0 qram olan (01 tabletdə 0,04 qram) olan narkotik vasitə-metadon müəyyən edilmişdir; - Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. - Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. - Qeyd: Tiryəkin təmiz çəkisi 244,477 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 244,277 qram qalıq qalmışdır. Metadon 100 tablet olmuş, 05 tablet təqdiqata sərf edildikdən sonra 95 tablet qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. (cild 1, iş vərəqi 56-57)

7. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/374 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: - Tədqiqata təqdim edilmiş üzərində “İştirak etdilər 1) Məmmədov Elməddin imza... 7) Əlizadə Vüal imza...” yazı və imzalar olan ağ rəngli sintetik torbada 4 (dörd) ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli polietilen bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkisi 1155,0 qram, 1315,0 qram, 1265,0 qram və 1160,0 qram olmaqla, ümumi çəkisi 4895,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. - Tədqiqata təqdim edilmiş üzərində “İştirak etdilər 1) Məmmədov Elməddin imza... 7) Əlizadə Vüal imza...” yazı və imzalar olan ikinci ağ rəngli sintetik torbada 3 (üç) ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli polietilen bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkisi 1135,0 qram, 1090,0 qram və 1260,0 qram olmaqla, ümumi çəkisi 3485,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazılrnamış narkotik vasitə-marixuanadır. - Qeyd: Marixuananın ümumi çəkisi 8380,0 qram olmuş, 0,35 qram tədqiqata sərf edildikdən sonra 8379,65 qram qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat təşkil edir. (cild 1, iş vərəqi 146-147)

8. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili X7 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 13 fevral 2024-cü il tarixdə 11-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Bakı-Ələt yolunun Bakı istiqamətində Qobustan qəsəbəsi ərazisində yerləşən "xxxx" ASCyə məxsus qarajın yaxınlığında əlindəki qara sellofan bağlama ilə saxlanılaraq polis bölməsinə gətirilmiş, 14 fevral 2024-cü ildə saat 00:30 radələrində həmin polis bölməsində təhqiqatçı tərəfindən müdafiəçisinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs üzərindəki şalvarın yan cibindən 01 ədəd mobil telefon, əlindəki 01 ədəd qara rəngli sellofan bağlamanın içərisindən isə 04 ədəd qara sellofana bükülmüş bükümlər şəklində narkotik tərkibli maddələr qurudulmuş marixuana, 100 ədəd qəhvəyi rəngdə metadon həbi və sellofana bükülmüş tiryək olmuş, sorğu zamanı Təqsirləndirilən şəxs aşkarlanmış həmin narkotik tərkibli maddələri İran İslam Respublikasının vətəndaşının göstərişi ilə Nizami rayonu, Keşlə qəsəbəsi ərazisinə aparması müqabilində 500 manat pul alacağını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş həmin narkotik tərkibli maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid Ülvi İsmayılov həmçinin bildirmişdir ki, saxlanılarkən Təqsirləndirilən şəxs tək olmuş, ətrafında heç kim olmamış, Təqsirləndirilən şəxs gəldiyi “Toyota Prius” markalı avtomobildə isə sonuncudan başqa sürücü və 2 nəfər şəxs də olmuş, Təqsirləndirilən şəxs hər hansı müqavimət göstərmədən könüllü şəkildə polis bölməsinə getmiş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi təsir göstərilməmiş, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərindən aşkarlanmış narkotik tərkibli maddələri etiraf etmiş, Təqsirləndirilən şəxs saat 22:00 radələrində saxlanılmış, avtomobilin içərisində olan digər şəxslər polis bölməsinə dəvət edilmiş, Təqsirləndirilən şəxs avtomobilin içərisində yox, çöldə saxlanılmış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləmiş, həmin ifadəsində olan imzalar ona məxsus olmuşdur.

9. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş X9 şahid X2 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Təqsirləndirilən şəxs üzərindən ittihamda qeyd edilən sayda və növdə narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə tiryək və narkotik vasitə metadon həbinin aşkarlandığını bildirdi.

10. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru X1 ifadəsində göstərmişdir ki, 13 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı həmin polis bölməsinə gətirilmiş, o, orada təhqiqatçı tərəfindən müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxışın aparılmasının videoçəkilişini həyata keçirmişdir. Videoçəkilişin aparılmasına hər hansı etiraz olmadığı müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış aparılarkən sonuncu əynindəki cins şalvarın cibindən 01 ədəd “Samsung” markalı mobil telefon və əlindəki qara rəngli sellofan bağlamadan 04 ədəd qara sellofanda qurudulmuş marixuana, 01 ədəd qutudan 100 ədəd metadon həbi və şəffaf sellofandan isə tiryək adlı narkotik tərkibli maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı 500 manat müqabilində İran İslam Respublikasının vətəndaşının göstərişi əsasında narkotik tərkibli maddələri Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisinə aparmasını öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik tərkibli maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid Anar Xalıqverdiyev həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkar olunan predmetləri təqdim etmiş, hər şeyi könüllü şəkildə etiraf etmiş, polis bölməsində Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi təsir göstərilməsinin şahidi olmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləmiş, həmin ifadədəki imzalar ona məxsus olmuş, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir.

11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, taksi sürücü kimi fəaliyyət göstərdiyindən, gəldiyi sifariş əsasında “AL market”-adlı mağazanın yanına gedib sifariş etmiş şəxsə zəng etdikdə, həmin şəxs ona 1 dəqiqə ərzində gələcəyini söyləmişdir. Bir müddət keçdikdən sonra 2 nəfər gəlib idarə etdiyi avtomobilə əyləşmiş, yoldan isə 1 nəfəri də götürüb Qaradağ rayonu ərazisinə getmişlər. Taksidə əyləşən şəxslərdən biri ona qarşıdan dönməsini, bunun müqabilində əlavə “hörmət” edəcəyini, yəni pul verəcəyini söylədiyindən, o da qarşıdan dönüb dalana girmiş və bu vaxt həmin şəxslərdən biri ona pul götürüb dərhal qayıdacaqlarını, onun isə orada gözləməsini demiş, həmin şəxslərdən biri avtomobildən düşdükdən bir neçə dəqiqə sonra polis əməkdaşları yaxınlaşıb onları saxlamışdır. Şahid2 həmçinin bildirmişdir ki, o, “Toyota Prius” markalı avtomobili idarə edir. Təqsirləndirilən şəxs taksidə arxa oturacaqda əyləşmiş, sonuncu avtomobildən düşmüş, polis əməkdaşları ona yaxınlaşıb məsələni izah etdikdə, o, sifariş əsasında taksi sürücüsü olduğunu söyləmiş, onun həmin şəxslərin narkotik tərkibli maddə əldə etməyə getdikləri barədə məlumatı olmamış, avtomobil dayanmış vəziyyətdə olarkən polis əməkdaşları onlara yaxınlaşmış, həmin şəxslərdən biri avtomobildən düşdükdən ən çoxu 1 dəqiqə sonra polis əməkdaşları yaxınlaşmış, Təqsirləndirilən şəxs avtomobildən çox uzaqlaşmamış, hava qaranlıq olduğundan Təqsirləndirilən şəxs avtomobildən hansı məsafədə olduğunu xatırlamamış, daha sonra polis bölməsinə aparılmış, orada bir müddət qaldıqdan sonra buraxılmış, Təqsirləndirilən şəxs saxlanılarkən əlində qara rəngli sellofanın olub-olmamasını xatırlamamış, Təqsirləndirilən şəxs pəncərədən çıxarılıb-çıxarılmadığı yadında qalmamış, polis əməkdaşlarından birinin arxadakı şəxslərdən birinin ağzına silah tuşladığını eşitmiş, lakin bunu görməmiş, Qaradağ postunu keçdikdən sonra qabaqdan geriyə istiqamətdə dönərək dalana girib dayanmış, Təqsirləndirilən şəxs ona gözləməsini, gələcəyini demiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilib-keçirilmədiyini xatırlamamışdır.

12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Vətən müharibəsində iştirak edərkən ağır dərəcəli kontuziya aldığından, Maştağa qəsəbəsində yerləşən psixiatr xəstəxanasında sinir xəstəlikləri ilə bağlı qeydiyyatdadır. O, Təqsirləndirilən şəxs ilə eyni məhəllədə böyüdüyündən, sonuncunu uşaqlıqdan tanıyır. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ona Bakı şəhəri, Qaradağ rayonuna getməyi təklif etmiş və demişdir ki, orada onun dərmanını verəcəkdir. Bu səbəbdən, Təqsirləndirilən şəxslə həmin ünvana yollanmış, yolda mağazaya düşüb özlərinə yemək üçün məhsullar almışlar. Taksi ilə “Qaradağ postu”-nu keçib geriyə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşlarından biri silah götürüb onun ağzına tuşlamışdır. Polis əməkdaşları hətta taksi şoferinə belə sillə vurmuşdur. Orada olan Vüsal adlı polis əməkdaşı qışqıraraq Təqsirləndirilən şəxs orada olduğunu demiş, bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs döymüşlər. Təqsirləndirilən şəxs hətta o dərəcə döyülmüşdür ki, avtomobil sağ-sola tərpənmiş, daha sonra Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə aparılmışlar. Şahid1 həmçinin bildirmişdir ki, müstəntiqə ifadə verərkən hər şeyi danışmış, Təqsirləndirilən şəxslə Keşlə qəsəbəsində görüşüb taksi sifariş vermiş, Qaradağ rayonuna reseptlə ona qanuni şəkildə yazılan psixi dərman vasitələrini əldə etmək üçün axşam saatlarında getmiş, taksidə 4 nəfər olmuş, Babək də onlarla birgə getmiş, o, avtomobildə arxa oturacaqda, Təqsirləndirilən şəxs isə qarşıda əyləmiş, Təqsirləndirilən şəxs avtomobildən heç vaxt düşməmiş, sonuncu zorakılıqla avtomobildən düşürülmüş, o, narkotik tərkibli maddənin istifadəçisi olmamışdır.

13. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Belə ki, Şahid1 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində qonşusu Təqsirləndirilən şəxs ondan 200 manat borc pul istəmiş və Qaradağ rayonuna gedib orada pul aldıqdan sonra götürdüyü 200 manat puldan əlavə olaraq 100 manat da pul qaytaracağına dair söz vermişdir. O, Eminə kömək etmək üçün yaşadığı evdə olan “Samsung” markalı televizoru “Neftçilər” metrostansiyasının yaxınlığında lombarda girov qoyub aldığı 200 manat pulu Eminə verdikdən sonra sonuncu ilə getməyə razılaşmışdır. Həmin gün saat 20:30-20:40 radələrində Təqsirləndirilən şəxs mobil telefonundakı tətbiq vasitəsilə taksi çağırmış və taksi sürücüsü yaxınlaşıb yaşadıqları küçədən götürmüşdür. O, səhhətində problem olduğu üçün dostu Babəkin də onlarla birgə getməsi üçün sonuncuya zəng etmiş və birlikdə gedib qayıtmasını xahiş etmişdir. Babək razılaşdıqdan sonra taksi ilə sonuncunu Keşlə qəsəbəsində yerləşən “Monte-Karlo” adlı restoranın qarşısından götürüb Qaradağ rayonu istiqamətində yola düşmüşlər. Lökbatan dairəsinə çatdıqda Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə götürməyə gedir. Qaradağ postunun yaxınlığında narkotik vasitəni götürüb hara isə aparacaq, buna görə veriləcək puldan onun borcunu verəcəkdir. Səngəçal qəsəbəsində yerləşən yol polisi postunu bir qədər keçdikdən sonra Emin avtomobili yoldan bir qədər aralı bir yerə sürdürərək yerə düşmüşdür. Bir qədər keçmiş Təqsirləndirilən şəxs iki nəfər mülki geyimdə şəxslərlə avtomobilə yaxınlaşdığını və həmin şəxslərin polis əməkdaşları olmasını öyrənmişdir. Polis əməkdaşları onları polis bölməsinə dəvət etmişlər. O, polis bölməsində izahat verərək hadisəni olduğu kimi danışmışdır. O, narkotik vasitə və ya psixotrop maddələrin istifadəsi və ya dövriyyəsi ilə məşğul olmur, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı barədə əvvəlcədən Eminlə razılaşmamışdır. Eminin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatı da olmamış, yalnız Lökbatan dairəsinə çatanda Eminin narkotik dalınca getdiyini bilmişdir. Emin ondan borc aldığı 200 manatdan əlavə 100 manat pulun 40 manatını lombarda xərclərinə görə, 60 manatı isə dərmanlar almaq üçün yardım verəcəyinə söz vermişdir.

14. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, həmin ifadədə dedikləri qeyd edilməmiş, müstəntiq onun əvəzinə yazmış, həmin ifadədə qeyd olunanlar doğru deyil.

15. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 zəng etdikdən sonra sonuncu ilə birgə dərman əldə etmək məqsədilə taksiyə əyləşdikdə avtomobildə Təqsirləndirilən şəxs görmüş, o, sonuncu və Şahid1la birgə Qaradağ rayonu ərazisinə getmişlər. Oradakı "xxxx" ASC-nin inzibati binasının yaxınlığına çatdıqda taksi sürücüsü avtomobilin hərəkətini dayandırmış, həmin polis əməkdaşları yaxınlaşıb avtomobili saxlamışdır. Polis əməkdaşları onları düşürüb polis bölməsinə aparmış və Təqsirləndirilən şəxs tutulmuşdur. Şahid3 həmçinin bildirmişdir ki, Şahid1 onun tanışıdır. Şahid1 ona zəng edərkən NZS qəsəbəsində yerləşən evində olmuş, sonuncu ona zəng edib dərman və pul vəsaiti götürməli olduğunu dediyindən, o, “Monte Karlo” şadlıq sarayının yanına getmiş, orada olan zaman Şahid1 taksi ilə gələrək onu oradan götürmüşlər. Avtomobildə o, Təqsirləndirilən şəxs, Şahid1 və Cavid adlı taksi sürücüsü olmuşdur. Təqsirləndirilən şəxs taksidən düşmək istədikdə, o, zavodun yanında avtomobili saxlamamağı söylədiyindən, avtomobildən düşməmiş, polis əməkdaşlarının əlində Təqsirləndirilən şəxs fotoşəkli olmuş, hətta o və Təqsirləndirilən şəxs səhv salmışlar. Təqsirləndirilən şəxs onlardan ayrı şəkildə polis bölməsinə aparılmış, o, həmin yerə narkotik tərkibli maddə əldə etmək üçün getdiklərini bilməmiş, ona sakitləşdirici dərman almaq üçün getdikləri deyilmiş, polis əməkdaşları onların hamısına zor tətbiq etmiş, hətta Şahid1 qarşı silah tuşlamışlar. Saxlanılarkən Təqsirləndirilən şəxs əlində qara rəngli sellofan bağlama olmamış, həmin bağlamanı polis əməkdaşının əlində görmüşdür.

16. Şahid3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Belə ki, Şahid3 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20-21 radələrində qonşusu Şahid1 Emin adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsindən ona zəng vurub pul götürmək üçün Qaradağ rayonuna getdiyini bildirmiş və onun da gəlməsini xahiş etdikdə, Pərvizin səhhətində problem olduğunu bildiyi üçün razılaşmışdır. Buna görə də, yaşadığı Keşlə qəsəbəsindəki “Monte-Karlo” adlı restoranın qarşısında Pərvizi gözləyərkən sonuncunun Cavid adlı şəxsin avtomobilində gəldiyini görmüş və avtomobilə əyləşib Qaradağ postu istiqamətində hərəkətə başlamışlar. Həmin vaxt o, ön oturacaqda, Eminlə Pərviz isə arxa oturacaqda əyləşmişlər. Qaradağ postuna çatdıqda taksi sürücüsü Cavid çatdıqlarını bildirdikdə Emin Cavidə körpünün üstündən fırlanıb şəhər istiqamətində avtomobili saxlamasını söyləmişdir. Cavid şəhər istiqamətinə fırlandıqdan sonra Emin Cavidə yoldan çıxıb ara küçəyə sürməsini, yaxınlıqda yerləşən "xxxx"ın idarəsinin yanından dönməsini bildirmişdir. O, irəlidə yol olmadığını, hara gəldiklərini soruşduqda Emin və Pərviz ona bu barədə heç nə deməmişlər. Bundan sonra yolun kənarında Cavid avtomobili saxlamış, Emin maşından düşmüş, bir qədər sonra polis əməkdaşlarının Emini saxladıqlarını görmüşdür. Daha sonra isə polis əməkdaşları avtomobilə yaxınlaşıb onları da polis bölməsinə dəvət etmişlər. O, polis bölməsində izahat verərək hadisəni olduğu kimi danışmışdır. O, nə narkotik vasitədən istifadə edir, nə də satışı ilə də məşğul olur. O, yalnız Pərvizin yanında gedib-gəlmək üçün razılaşmışdır. Emin adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmamışdır. O, Eminin narkotik götürməyə getdiyini bilməmişdir.

17. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, həmin ifadədə yazılanları təsdiq etmir. Həmin ifadəni oxumadan imzalamışdır, imzalar isə ona məxsusdur.

18. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 ildən bəri arada bir psixotrop maddə olan metamfetamin qəbul edir. Sonuncu dəfə tutulmazdan bir ay əvvəl metamfetamindən istifadə etmişdir. Təxminən 5-6 ay əvvəl ona “Whatsapp” mobil tətbiqi vasitəsilə “+98-***-***-**-**” saylı mobil nömrədən mesaj yazıb özünü “Əsgər” adı ilə təqdim etmiş İran İslam Respublikası vətəndaşı ilə tanış olduqdan sonra sonuncunun 3 dəfə ayrı-ayrı vaxtlarda ona müxtəlif yerlərə qoyaraq şəklini atdığı miqdarını və tərkibini bilmədiyi narkotik vasitələri o, həmin şəxsin dediyi ünvanlara aparıb qoymuşdur. Hər dəfə narkotik vasitələrin daşınması üçün 100 və ya 200 manat pul almışdır. xx.xx.2024-cü il tarixdə Əsgər ona “Whatsapp” mobil tətbiqi vasitəsilə “+98-***-***-**-**” saylı mobil nömrədən mesaj yazıb Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən Qaradağ postunu keçdikdən sonra yolun kənarında narkotik vasitə qoyulduğunu, həmin narkotik vasitəni götürüb Nizami rayonu, Keşlə qəsəbəsində göndərəcəyi ünvana çatdırmağı və bunun müqabilində ona 500 manat pul verəcəyini bildirdiyindən, həmin gün saat 20-21 radələrində Pərviz adlı məhəllə uşağı yaşadığı evin yaxınlığında olarkən, sonuncuya vaxtı olduğu təqdirdə, özü ilə birlikdə Qaradağ rayonuna getməsini xahiş edərək oradan pul götürəcəyini söylədikdə Pərviz onunla razılaşmışdır. O, mobil telefonunda olan “Yango” taksi proqramı vasitəsilə taksi sifariş vermiş, taksi avtomobili məhəllədə onları götürdükdən sonra Pərviz onun mobil telefonu ilə dostu Babəkə zəng vuraraq sonuncunu da birlikdə getməyə razılaşdırdığı üçün yolüstü götürmüşlər. Yolda olarkən o, Pərvizə Qaradağ postunun yanında narkotik vasitə götürüb digər yerə qoyaraq bunun qarşılığında pul alacağını söyləmiş, saat 22 radələrində Qaradağ postuna çatanda Əsgərin ona atdığı yerə sürmək üçün taksi sürücüsünə avtomobili döndərib üzü Bakı şəhəri istiqamətində sürməsini bildirmişir. Taksi sürücüsü körpüdən dönərək yolun sağ tərəfində "xxxx" şirkətinə məxsus obyektin yanında avtomobili saxlamış, o, avtomobildən düşüb Əsgərin ona şəkil göndərdiyi yerdən bağlamanı götürmüşdür. Bu zaman mülki geyimdə olan, özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər onu saxlayıb özlərini təqdim edərək ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib avtomobildə olan şəxslərlə birlikdə polis bölməsinə dəvət etdiklərindən, polis əməkdaşları ilə birlikdə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə gəlmişlər. Polis bölməsinin inzibati binasında Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim edilmişdir. Bundan sonra üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxışdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş, o, videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazı olmadığını bildirdikdən sonra üzərinə baxış keçirilmişdir. Həmin vaxt ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulduqda, o, əlində olan qara rəngli sellofan torbanı və əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində olan qara rəngli “Samsung Galaxy A70” markalı mobil telefonu masanın üstünə qoyaraq, həmin qara rəngli sellofan torbada miqdarını və növünü bilmədiyi narkotik vasitə olduğunu, həmin torbanı Qobustan qəsəbəsindən götürüb Nizami rayonu, Keşlə qəsəbəsinə aparmaq müqabilində Əsgər adlı şəxsdən 500 manat alacağını bildirmişdir. Həmin torba açılarkən içərisində 4 ədəd qara rəngli sellofan bağlamada tünd yaşıl rəngli ota oxşar bitki, 1 ədəd qara rəngli sellofan bağlamada qara rəngli tiryəkə bənzər maddə, 1 ədəd qutuda isə hər birində 10 ədəd dərman həbi olan 10 list metadon həbi aşkarlanmış, bundan başqa üzərində heç nə aşkar edilməmişdir. Qara rəngli sellofan torbada aşkar edilərək götürülmüş maddələr qablaşdırılıb möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər imza etmişlər. O, yaşadığı mənzildə və ya başqa yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamış, yalnız bir neçə dəfə pul müqabilində Əsgər adlı şəxsin narkotiklərini sonuncunun dediyi yerlərdən götürüb söylədiyi digər ünvanlara çatdırmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, 11-ci Polis Bölməsinə gətirilərkən və üzərinə baxış keçirilərkən ona fiziki və ya psixi zorakılıq tətbiq edilməmişdir.

19. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, 487/24 nömrəli əmrə və raporta əsasən etimad doğuran, qərəzsiz mənbədən xx.xx.1989-cu il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Müşfiq oğlunun qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və əldə edərək üzərində saxlaması barədə məlumat daxil olduğundan, onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin əməliyyat müvəkkilləri X8 və X5 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:00-da Bakı şəhəri, Qaradağ rayonu, Ələt-Bakı magistral yolunun Qobustan qəsəbəsi ərazisindən keçən hissənin yolun sağ çiyində yerləşən "xxxx" ASC-nin qarajının yaxınlığında saxlanılaraq 11-ci Polis Bölməsinə gətirilmişdir. (cild 1, iş vərəqi 3; 4-5; 6; 10)

20. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqi 14, 25)

21. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 04 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1320,0 qram, 1510,0 qram, 1430,0 qram və 1109 qram olmaqla, ümumi təmiz çəkisi 5369,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 244,477 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 01 ədəd qutuda hər birində 10 ədəd həb olmaqla, 10 ədəd blister kəsiyində olan ümumilikdə 100 ədəd həbin birində 0,04 qram olmaqla, ümumi təmiz çəkisi 4,0 qram narkotik vasitə metadon maddi sübut kimi tanınmış, marixuananın tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 5368,2 qram, tiryəkin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 244,277 qram, metadonun 95 tabletdə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. (cild 1, iş vərəqə 98-99)

22. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 ədəd ağ rəngli sintetik torbada 4 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1155,0 qram, 1315,0 qram, 1265,0 qram və 1160,0 qram olmaqla, ümumi çəkisi 4895,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə marixuana və ikinci ağ rəngli polietilen bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1135,0 qram, 1090,0 qram, 1260,0 qram olmaqla, ümumi çəkisi 3485,0 qram olmaqla kustar üsulla hazırlanmış narkotik vasitə marixuana maddi sübut hesab edilmiş və həmin marixuananın tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 8379,65 qram hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 161-162).

23. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Cinayəti könüllü etiraf etmə” və “Baxış keçirilməsi barədə” protokollardan görünür ki, Təqsirləndirilən şəxs aparılmış əməliyyat xarakterli söhbətlər nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, H.Məmmədov 9 küçəsində yerləşən binanın zirzəmisində təmizlik işləri apararkən 2 ədəd ağ rəngli ağzı bağlı kisəni görüb içərisinə baxdıqda içərisində təxminən 10 kiloqramdan artıq narkotik vasitə hesab edilən qurudulmuş marixuananı gördüyünü və heç kimin əlinə keçməsin deyə içərisində narkotik vasitələr olan ağ rəngli kisələri zirzəminin içərisində görünməyən yerdə divarın kənarına qoyduğunu etiraf etmiş, onun dediyi ünvana baxış zamanı müvafiq kisələr aşkarlanıb qablaşdırıldıqdan sonra ekspertizaya göndərilmişdir (cild 1, iş vərəqi 133; 137-139).

24. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1286 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 164- 165).

25. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3181 nömrəli rəyinə əsasən, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir (cild 1, iş vərəqi 231-232).

26. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin köçürüldüyü 01 ədəd DVD disk, 01 ədəd “Samsung Galaxy A70” markalı mobil telefon, ***-***-**-** saylı mobil nömrə ilə aparılmış yazışmaların köçürüldüyü 01 ədəd CD disk, şahidlər Şahid3 və Şahid2 ifadələrinin yerində yoxlanılması istintaq hərəkətinin köçürüldüyü 02 ədəd CD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (cild 2, iş vərəqi 48-65).

27. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət təqibi üzrə icraatın ayrılması haqqında” qərara əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək üçün hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqə 91-92)

28. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli telefon məlumatlarına baxış keçirilməsi haqqında protokola əsasən, Təqsirləndirilən şəxs istifadəsində olmuş “+994-50-769-23-69” saylı mobil nömrə ilə müxtəlif mobil nömrələrin istifadəçiləri arasında narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsinə aid edilə biləcək mesajların olması müəyyən olunmuşdur (cild 2, iş vərəqə 12-16).

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

29. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 13 fevral 2023-cü il tarixdə, saat 20 radələrində tanımadığı İran İslam Respublikasının vətəndaşına mobil telefon vasitəsilə mesaj yazaraq sonuncudan narkotik vasitə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan “Preqabalin” istəyib həmin şəxsə 100 manat məbləğində pulu onlayn yolla göndərdikdən sonra həmin şəxs də ona Qaradağ rayonunda yerləşən "xxxx"-ın yaxınlığına getməsini söyləmişdir. O, həmin tarixdə dostu ilə birlikdə “Bolt” tətbiqi vasitəsilə taksi sifariş verərək İranlı şəxsin onun mobil telefonuna göndərdiyi ünvana getmiş, çatdıqdan sonra avtomobilin içərisində olarkən qoyulmuş sellofan torbanın hədsiz dərəcədə böyük olduğunu görmüş, taksidən düşmədən taksi sürücüsünə geri dönməyi söylədikdə 3 nəfər polis əməkdaşı avtomobili saxlayaraq onu 11-ci Polis Bölməsinə aparmışlar. 11-ci Polis Bölməsində polis əməkdaşlarının onu təhdid etməsi nəticəsində videoçəkilişdə həmin sellofan torbanın ona məxsus olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, aptekdə preqabalin reseptlə satıldığından, sonuncudan həmin predmeti almış, xəstəliyi olduğuna görə reseptlə ala bilməmiş, həmin şəxsə saat 20 radələrində yazdıqdan sonra sonuncu saat 22 radələrində narkotik vasitəni götürməsi ilə bağlı onunla əlaqə saxlamış, həmin şəxslə aralarında heç bir danışıq olmamış, vəd edilməmiş və qəbul etməmiş, sellofanı gördükdə şübhələnmiş, 100 manat pulu “E-manat” tətbiqi vasitəsilə göndərmiş, həmin şəxsin mobil nömrəsini xatırlamamış, Pərviz adlı dostu ilə həmin ünvana getmiş, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin əməkdaşlar sellofanı gedib götürmüş, polis əməkdaşları təhdid etdiklərinə görə ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə vermiş, polis əməkdaşları onu sillə ilə vurmuş, Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarət görünməmiş, barəsində həbs qətimkan tədbiri seçilən zaman ona qarşı yüngül fiziki təsir edildiyini deməmiş, ibtidai istintaq zamanı verdiyi ifadədəki imzalar ona məxsus olmuşdur.

30. Şahid Ü.Ə.İsmayılov məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanılmasında 10 nəfərə yaxın polis əməkdaşı iştirak etmişdir.

31. Şahid A.M.Xalıqverdiyev məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, saxlanılmasında Anar Xalıqverdiyev də iştirak etmiş, avtomobildə o da əyləşmişdir.

32. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-8079/2024 nömrəli məktubuna əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12ci qrafasında “Zədə almadığını bildirir” qeydi, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “sol körpücük altı və sol döş nahiyəsində (c/ə) köhnə çapıqlar var” qeydi yazılmışdır.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

33. CM-in 234.4.1 və 234.4.3. maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

34. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

35. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

36. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

37. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

38. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

39. Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.

40. Maddə 68.1.1-1. Azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur.

41. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

42. Maddə 15.4, 18.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

43. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

44. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

45. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

46. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

47. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

48. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

49. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

50. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

51. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

52. Maddə 329.1. Şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir.

53. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

54. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə qurudulmuş marixuananın təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar, narkotik vasitə tiryəkin təmiz halda 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qram və ondan artıq miqdarı külli miqdar, narkotik vasitə metadonun təmiz halda 0,02 qrama qədəri şəxsi istehlak miqdarı, 1,6 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

55. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).

56. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

57. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

58. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

59. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

60. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

61. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

62. Qərarın 25-ci bəndi. CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndində narkotik vasitələri, psixotrop maddələri və prekursorları, habelə 240-cı maddəsinin qeydinin 2-ci bəndində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələri könüllü surətdə təhvil vermə dedikdə, həmin vasitələrə (maddələrə) real surətdə istədiyi kimi sərəncam vermə imkanına malik olan şəxsin bu vasitələri (maddələri) hakimiyyət nümayəndəsinə hər hansı motivlə olursa-olsun, lakin öz iradəsinə uyğun olaraq təhvil verməsi başa düşülməlidir. Şəxsin hər hansı bir əmələ görə, hətta narkotik vasitələrin və ya psixotrop maddələrin (güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayət əməlinin törədilməsində şübhəli olduğuna görə tutulması və yaxud ona münasibətdə bu və ya digər istintaq hərəkətinin aparılması faktı özü-özlüyündə CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinin və ya 240-cı maddəsinin qeydinin 2-ci bəndinin tətbiqini istisna edən hallar kimi nəzərdən keçirilməməlidir. Məsələn, xuliqanlıq etməsi ilə əlaqədar tutulmuş şəxsin evində, başqa məkanda narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə) saxlaması barədə məlumat verib səlahiyyətli şəxsə həmin vasitəni (maddəni) təqdim etməsi və ya narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətdə şübhəli bilindiyinə görə tutulmuş və ya belə şübhə ilə əlaqədar evində və ona aid həyətyanı sahədə axtarış aparılan şəxsin öz təşəbbüsü ilə və ya sorğu-sual zamanı üstündə və ya yaşadığı (müvəqqəti qaldığı) yerdə aşkar olunan narkotik vasitələrdən başqa cinayət təqibini həyata keçirən orqana məlum olmayan (yalnız şübhəliyə bəlli olan) digər məkanda (meşədə, başqalarına məxsus və ya sahibsiz tikililərdə, inşaat sahələrində, ona aid olmayan boş ərazilərdə və s. bu kimi yerlərdə) narkotik vasitə (psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddələri) saxladığını bildirib həmin predmetləri təhqiqatın, ibtidai istintaqın aparılması həvalə edilmiş və ya digər səlahiyyətli şəxsə təqdim etməsi, bu hərəkətlər də şəxsin öz əməllərinə tənqidi münasibətini əks etdirdiyindən, eyni zamanda cinayət təqibini həyata keçirən orqanın aşkar etmək ehtimalı olmayan (lakin tutulmuş olsa da, həmin şəxsin sərəncamında qalmaqla onun tərəfindən müəyyən yollarla və yaxud azad edildikdən sonra idarə edilməsi imkanı itirilməyən) narkotik vasitənin (psixotrop maddənin, prekursorun, güclü təsir edən və ya zəhərli maddənin) qanunsuz dövriyyədən çıxarılmasını təmin edən davranış olduğundan, CM-in 234 və 240-cı maddələrinin qeydlərində nəzərdə tutulmuş stimullaşdırıcı normaların təsiri altına düşən hallar kimi nəzərdən keçirilməlidir. Belə hallarda, habelə narkotik vasitənin və ya psixotrop maddənin (onların prekursorlarının), eləcə də narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli məddələrin bir hissəsini satdığı, qalan hissəsini isə qeydlərə uyğun qaydada könüllü təhvil verdiyi halda, şəxs tamamilə deyil, müstəsna olaraq könüllü təqdim etdiyi narkotik vasitəyə (psixotrop maddəyə, prekursora, güclü təsir edən və ya zəhərli maddəyə) görə cinayət məsuliyyətindən azad olunmalıdır. CM-in 234cü maddəsinin qeydinin 1-ci bəndinin mənasına görə narkotik vasitəni və ya psixotrop maddəni, onların prekursorlarını könüllü təhvil vermiş və yaxud bu predmetlərlə əlaqədar olan cinayətlərin açılmasında və ya qarşısının alınmasında, onları törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs müvafiq əməlləri narkotik vasitəni (psixotrop maddəni, prekursoru) satmaq məqsədi ilə və ya belə məqsəd olmadan törətməsindən asılı olmayaraq cinayət məsuliyyətindən azad edilir.

63. Qərarın 12-ci bəndi. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

64. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

65. Qərarın 26-cı bəndi. CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

66. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

67. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1ci və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.

68. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.

69. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi”-ni göstərməklə kifayətlənmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində İran İslam Respublikasının vətəndaşından narkotik vasitə almaq üçün getməsini bildirsə də, onların qabaqcadan əlbirliyi, mənfəət əldə etməklə bağlı razılaşması, əldə ediləcək gəlirin bölüşdürülməsi ibtidai istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.

70. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.

71. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024cü il tarixli telefon məlumatlarına baxış keçirilməsi haqqında protokola (cild 2, iş vərəqi 12- 16) əsasən, Təqsirləndirilən şəxs istifadəsində olmuş “+994-50-769-23-69” saylı mobil nömrə ilə müxtəlif mobil nömrələrin istifadəçiləri arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaların olması müəyyən edilmişdir.

72. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “+994-50-769-23-69” saylı mobil nömrəyə xx.xx.2024-cü il tarixdə saat 04:50:15-də “+994-55-944-10-02” saylı mobil nömrədən Ay d...acda bu teleni .wey lazımdı mene”, həmin tarixdə saat 09:45:11-də “ene wey lazımdı niye bele mənə qarşı hərəkət eliyirsen. Ay emin niye bele meni incidirsen. Sən gecədən deyirəm mənə yarım d”, həmin tarixdə saat 09:47:29-da “ene wey lazımdı niye bele mənə qarşı hərəkət eliyirsen” məzmununda, xx.xx.2024-cü il tarixdə saat 18:49:30-da “+994-70-850-82-02” saylı mobil nömrədən “Qaqa daşın ya kola var 10luq birb soz de”, həmin tarixdə saat 22:45:31-də “Qaqa neynirsen gelmisen qaqa nese alindi das isdiyirdim bir söz yazda qaqa sen canin gozduyurem” məzmununda, xx.xx.2024-cü il tarixdə saat 17:18:13-də “+994-55-460-36-52” saylı mobil nömrədən “1000 qalor 200de baci ogluya verirem 800 qalır sen zaqazvi ele seher didyin kimi” məzmununda, xx.xx.2024-cü il tarixdə saat 21:29:45-də “+994-70-850-82-02” saylı mobil nömrədən “Qaqa neynirsen das var qaqa bir cavab ver bilim” məzmununda, “+994-51-616-26-45” saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə saat 11:20:37-də “Qaqa kubik var?”, xx.xx.2024-cü il tarixdə saat 21:38:58-də “Qaqa kubik ist?y?n var yig meni” məzmununda mesajların yazılması müəyyən edilmişdir.

73. Habelə, Təqsirləndirilən şəxs istifadəsində olmuş “+994-50-769-23-69” saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə saat 10:31:02-də “Salam qaqa necesen? Salamatciliqdi. Emanet istesen tanış uşaq gece ağartı daşın ve kolasin götürüb Eger lazim olsa mene xeber edersen. Sagol isin avand olsun qaqa” məzmunda mesajın yazılması müəyyən edilmişdir.

74. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı narkotik vasitələri satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Göründüyü kimi, müxtəlif şəxslər fərqli vaxtlarda “şey”, “daş”, “kola”, “kubik” adı altında (eyni vaxtda müxtəlif növ) narkotik vasitə və ya psixotrop maddə göndərmək üçün Təqsirləndirilən şəxs ilə razılığa gəlmişdir. Belə ki, təqsirləndirilən şəxsin müxtəlif şəxslərlə fərqli vaxtlarda narkotik vasitə və psixotrop maddələrin satışına dair yazışmaların mövcudluğu, həmin şəxslərin təqsirləndirilən şəxsdən narkotik tərkibli maddə istəməsinə dair mesajların göndərilməsi, həmin yazışmaların mətni təsdiq edir ki, təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır.

75. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayaraq daşıdığı narkotik vasitə qurudulmuş marixuananın 5369,0 qram, yəni şəxsi istehlak miqdarından təxminən 1073,8 dəfədən, külli miqdarından isə təxminən 10,738 dəfədən, narkotik vasitə tiryəkin 244,477 qram, yəni yəni şəxsi istehlak miqdarından təxminən 488,95 dəfədən, külli miqdarından isə təxminən 4,889 dəfədən, narkotik vasitə metadonun 4,0 qram, yəni şəxsi istehlak miqdarından təxminən 20 dəfədən, külli miqdarından isə təxminən 2,5 dəfədən artıq olması, narkotik vasitələrin çoxlu bükümlərdə olması, narkotik vasitələrin növ müxtəlifliyi, narkotik vasitə və psixotrop maddənin satışına dair mesaj mətnlərinin mövcudluğu, istifadə etmədiyi halda narkotik vasitə qurudulmuş marixuana, tiryək və metadonu əldə etməsi və cinayət işinin materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

76. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

77. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitələrin növü qadağan olunmuş əşya olduğundan və miqdarları qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

78. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə aşkar edilmədiyini, 3 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlanmış müxtəlif növdə narkotik vasitələrin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı fiziki və psixoloji təsir göstərildiyini, döyüldüyünü bildirmişdir.

79. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

80. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

81. Belə ki, məhkəmə baxışında şəxsi axtarış və götürmə istintaqı hərəkəti zamanı videoçəkilişə baxdıqda görünür ki, videoyazı fasiləsiz aparılmış, hər hansı kəsintiyə yol verilməmiş, təqsirləndirilən şəxs könüllü şəkildə müvafiq bağlamalarda narkotik vasitələri çıxarıb təqdim etmiş, təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra qablaşdırılmış predmet ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur. Habelə, cinayət işinin materialları və şahidlərin ifadələrinə əsasən, təqsirləndirilən şəxsin 3 nəfər polis əməkdaşı tərəfindən saxlanılması, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkarlanmış müxtəlif növdə narkotik vasitələrin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ona qarşı fiziki və psixoloji təsirin göstərilməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

82. Analoji dəyərləndirmədən çıxış edərək məhkəmə şahidlər Şahid1 və Şahid3 məhkəmə iclaslarında verdikləri ifadələrini həmin şəxslərin təqsirləndirilən şəxsin tanışı olduqlarından həmin ifadələri müdafiə xarakterli ifadə kimi qəbul etməklə həqiqətə uyğun olmayan və Təqsirləndirilən şəxs müdafiəsi məqsədilə verilmiş ifadə kimi dəyərləndirir.

83. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

84. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən 13 fevral 2024-cü il tarixdə miqdarda müxtəlif növ narkotik vasitə əldə edib saxlayaraq daşımaq məqsədi ilə həmin gün saat 21 radələrində “Uber Taksi” şirkətindən taksi sifariş edib Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Salyan magistral yolunun 49-cu kilometrliyinə gələrək ona nişan verilən yerdə yolun kənarında sellofan torbada olan 04 ədəd sellofan bağlamada külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 1320,00 qram, 1510,00 qram, 1430,00 qram, 1109 qram olmaqla ümumi təmiz çəkisi 5369,00 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 244,477 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 01 ədəd qutuda hər birində 10 ədəd həb olmaqla 10 ədəd blister kəsiyində olan ümumilikdə 100 ədəd həbin hər birinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla ümumi təmiz çəkisi 4,0 qram narkotik vasitə olan metadonu əldə edib daşıyaraq kənarda saxlatdırdığı taksi avtomobilinə yaxınlaşarkən 13 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək həmin polis bölməsinə gətirildikdən sonra qeyd edilən bölmənin xidməti otağında müdafiəçisinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əlində olan qara rəngli sellofan torbanın içərisində olan 04 ədəd qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1320 qram, 1510 qram, 1430 qram, 1109 qram olmaqla, ümumi təmiz çəkisi 5369 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 244,477 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 01 ədəd qutuda hər birində 10 ədəd həb olmaqla, 10 ədəd blister kəsiyində olan ümumilikdə 100 ədəd həbin hər birinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla, ümumi təmiz çəkisi 4,0 qram narkotik vasitə olan metadon aşkar olunaraq götürülmüşdür.

85. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

86. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

87. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. (hökmün 34; 35; 36; 37-ci bəndləri)

88. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, ailə vəziyyətini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

89. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

90. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-478/2023 nömrəli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməklə üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinin 08 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 1(007)-478/2023 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il 08 (səkkiz) ay 08 (səkkiz) gününü çəkməmişdir.

91. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaratmır. (hökmün 42-ci bəndi)

92. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

93. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-478/2023 nömrəli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni 02 (iki) il 08 (səkkiz) ay 08 (səkkiz) azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, hazırki iş üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən toplanmaqla ona hökmlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmalıdır (hökmün 39-40-cı bəndləri).

94. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 38-ci bəndi).

95. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə barəsində 15 fevral 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25, 106-109, 219-224, cild 2, iş vərəqə 7-9, 133). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 41; 47; 48-ci bəndləri).

96. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

97. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

98. İş üzrə maddi sübut olan, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, xx.xx.2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 5,368,2 qram narkotik vasitə qurudulmuş marixuana, 244,277 qram narkotik vasitə tiryək və 95 tabletdə metadon, habelə Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi və xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış istintaq hərəkəti zamanı aşkarlanmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 8379,65 qram narkotik vasitə marixuana məhv edilməlidir. Digər maddi sübut – xx.xx.2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk, şahidlər Şahid3 və Şahid2 ifadələrinin yerində yoxlanılması istintaq hərəkətinin köçürüldüyü 02 ədəd CD disk, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 5599 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Samsung Galaxy A 70” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalıdır (hökmün 21; 22; 26-cı bəndləri).

99. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. (hökmün 24-cü bəndi)

100. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 262 (iki yüz altmış iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

101. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-478/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 08 (səkkiz) ay 08 (səkkiz) gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsi tətbiq edilməklə, 01 (bir) il 04 (dörd) ay 04 (dörd gün) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına qismən toplanılmaqla ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti, yəni hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, xx.xx.2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 5,368,2 qram narkotik vasitə qurudulmuş marixuana, 244,277 qram narkotik vasitə tiryək və 95 tabletdə metadon, habelə Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi və xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış istintaq hərəkəti zamanı aşkarlanmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 8379,65 qram narkotik vasitə marixuana məhv edilsin. xx.xx.2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk, şahidlər Şahid3 və Şahid2 ifadələrinin yerində yoxlanılması istintaq hərəkətinin köçürüldüyü 02 ədəd CD disk, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 5599 nömrəli məktubuna əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Samsung Galaxy A70” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 262 (iki yüz altmış iki) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar