Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-574/2020 05.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştiraklarıilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Neftçilər küçəsi 15-də qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirləndirilməsinədaircinayətişinəaçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərək yol hərəkəti qaydalaranı pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 20:50 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, yəni Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarına əsasən xx xxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırıldığı halda idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel-Astra” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Maştağa qəsəbəsi istiqamətindən Buzovna qəsəbəsi istiqamətində Abşeron küçəsi ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saatdan yüksək, 60-70 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu qaydalara riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq Buzovna-Maştağa yolunun 3-cü kilometrliyində “Dostlar” kafesinin qarşısında yolun sağ tərəfindən sol tərəfinə yolu iti yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs təpə nahiyəsinin, sol qaşın əzilmiş yaraları, ənsə nahiyəsinin, burunun, sol almacıq nahiyəsinin, sağ kürək nahiyəsinin, boyunarxası nahiyənin, sağ və sol dizin sıyrıqları, sol budun, sol baldırın qançırları, kəskin daxili qanitirmə ilə müşayiət olunan qara ciyərin və dalağın cırılmaları, sol baldır sümüklərinin qapalı, qəlpəli, yerdəyişən sınıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, təpə sümüyünün xətti sınığı ilə muşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik xəsarətləri yetirməklə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində piyadanı vurduqdan sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən idarə etdiyi avtomobil ilə yol-nəqliyyat hadisəsi yerindən qaçmış, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirlibilərəkifadəsindəgöstərdiki, o, 2015-ci ildə “BC” kateqoriyalı sürücülük vəsiqəsi almışdır. Etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 20 radələrində həmin avtomobil ilə yaşadığı Maştağa qəsəbəsi istiqamətindən Xəzər rayonu, Abşeron küçəsi ilə Buzovna qəsəbəsi istiqamətində saatda təxminən 30-40 km sürətlə yolun orta hissəsi ilə hərəkət etmiş, “Dostlar” kafesinin qarşısına çatdıqda təxminən 3-4 metr məsafədən görmüşdür ki, onun hərəkətdə olduğu yolun sağından soluna bir nəfər orta yaşlı kişi iti yerişlə 2-3 metr gedib təxminən 3 saniyə dayanmışdır. O, avtomobilin əyləcini basmağa imkan tapa bilmədiyindən avtomobili sağdan sola çəkmiş, lakin hadisənin qarşısını ala bilməmiş və idarə etdiyi avtomobilin qabaq sağ yan tərəfi ilə həmin yolun ortasında dayanmış piyadanı vurmuş, zərbənin təsirindən həmin piyada olan şəxs avtomobiln ön kapotuna və ön görmə şüşəsinə dəyərək yerə düşmüş, o, həmin vaxt qorxduğundan avtomobili hadisə yerində saxlamayaraq oradan uzaqlaşıb Maştağa qəsəbəsinə gedib avtomobili məhəllələrin arasında saxlamışdır. Hadisənin ertəsi gün avtomobilin ön görmə şüşəsini özü dəyişmiş, xx xxxxxx 2019-cu il tarixdə isə o, Xəzər Rayon Polis idarəsinin 2-ci Polis şöbəsinə dəvət edildikdə başa düşmüşdür ki, hadisənin onun tərəfindən törədilməsini artıq polis əməkdaşları bilmişlər. Hadisə zamanı avtomobildə Maştağa qəsəbəsində yaşayan tanışı Şahid olmuşdur. İdarə etdiyi “Opel- Astra” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxx 2019-cu il tarixdə tanışı X3 etibarnamə əsasında almış və həmin avtomobil ona məxsusdur. Belə ki, həmin avtomobili alan zaman baş etibarnamənin rüsumu 23 manat olduğundan öz aralarında olan razılığa əsasən rüsümü 11 manat olan avtomobili idarə etmək üçün etibarnamə əsasında almışdır. Törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə dəymiş maddi ziyan onun özünə aiddir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, sürücülük hüququnun məhkəmə tərəfindən məhdudlaşdırıldığını hadisədən əvvəl bilməmişdir, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsi üçün məhkəməyə müraciət etməmiş, cərimə edilməyindən və cərimələrin ödənilməsindən onun xəbəri yoxdur. İbtidai istintaq zamanı hadisə anında avtomobili 60-70 km/saatla sürdüyü barədə ifadəsini təsdiq etmir. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəmədə ifadəsində göstərdi ki, o, 2007-ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan 2 qız və 1 oğlan övladları vardır. xx xxxxxx 2019-cu il tarixdə saat 22:30 radələrində evdə olan zaman ona məlumat verilmişdir ki, yaşadığı evin yaxınlığında əri Zərərçəkmiş şəxs yolu keçərkən avtomobillə vurulmuşdur. Əvvəlcə əri Zərərçəkmiş şəxs ölmədiyini ona demişlər. Lakin sonradan ona bildirmişlər ki, əri Zərərçəkmiş şəxs hadisə yerində ölmüş və meyiti morqa aparılmışdır. Ertəsi gün isə Zərərçəkmiş şəxs meyiti evə gətirilmiş və həmin günü dəfn edilmişdir. Təqsirləndirilən şəxslə barışmış, əri Zərərçəkmiş şəxs ölümü ilə bağlı heç kimdən şikayəti və tələbi yoxdur. Şahidməhkəmədə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə Maştağa qəsəbəsində yaxın ünvanlarda yaşamaqla, onunla birlikdə sifariş əsasında evlərdə təmir işləri görmüşlər. Təqsirləndirilən şəxs “Opel Astra” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və o, boş vaxtlarında həmin avtomobil ilə taksi kimi fəaliyyət göstərir. xx xxxxxx 2019-cu il tarixdə axşam saat təxminən 19 radələrində Təqsirləndirilən şəxsla Zabrat qəsəbəsində təmir işləri gördükləri evdən çıxaraq Malikin avtomobilini yuduzdurmaq məqsədi ilə Buzovna qəsəbəsinə gələrkən avtomobili Təqsirləndirilən şəxs idarə etmiş, o, avtomobildə qabaqda sağ tərəfdə əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobili Maştağa qəsəbəsi istiqamətindən Xəzər rayonu Abşeron küçəsi ilə Buzovna qəsəbəsi istiqamətində saatda təxminən 60-70 km/saat sürətlə yolun orta hissəsi ilə idarə etmiş, “Dostlar” kafesinin qarşısına çatdıqda hərəkətdə olduqları yolun sağından soluna bir nəfər orta yaşlı kişinin iti yerişlə 2-3 metr gedib təxminən 3 saniyə dayandığını görmüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin əyləcini basmağa imkan tapa bilmədiyindən avtomobili sağdan sola çəkmiş, lakin hadisənin qarşısını ala bilməmiş və Malik idarə etdiyi avtomobilin qabaq sağ yan tərəfi ilə həmin yolun ortasında dayanmış piyadanı vurmuş, zərbənin təsirindən həmin piyada olan şəxs avtomobiln ön kapotuna və ön görmə şüşəsinə dəyərək yerə düşmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt qorxduğundan avtomobili hadisə yerində saxlamayaraq oradan uzaqlaşıb Maştağa qəsəbəsinə gedib avtomobili hansısa məhəllələrin arasında saxlamışdır. O, özü də qorxduğundan və həyəcanlı olduğundan çıxıb evinə getmiş, Təqsirləndirilən şəxs isə hara getməsindən xəbəri olmamışdır. O, həmin hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında, baxış keçirilməsi haqında protokolları, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş sxemdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi “Dostlar” kafesinin qarşısıdır. Yolun örtüyü asfalt örtüklüdür, üfüqidür və yaşdır, eni 12 metr, hərəkət zolaqlarının sayı 1, hərəkət hissəsinin eni 6 metrdir. 1 piyada vurulmuş, şinlərin izləri yoxdur (cild 1, iş vərəqi 5-10). Xəzər Rayon Polis idarəsinin 2-ci Polis şöbəsinin xx.xx.2019-cu il tarixli, 057-19247 saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətmiş naməlum sürücü Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 17). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş sxem və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən xx xxxxxx 2019cu il tarixdə Opel-Astra markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Xəzər rayonu ərazisində Buzovna-Maştağa yolunun 3-cü kilometrliyində “Dostlar” kafesinin qarşısında yolun sağ tərəfindən sol tərəfinə yolu keçən piyadanı vurduğu yeri göstərərək istintaqa verdiyi ifadəsini, o cümlədən hadisə vaxtı avtomobili 60-70 km/saat sürətlə idarə etdiyini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 49-57). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il il tarixli, 149 nömrəli rəyindən görünür ki:
1. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər - təpə nahiyəsinin, sol qaşın əzilmiş yaraları; ənsə nahiyəsinin, burunun, sol almacıq nahiyəsinin, sağ kürək nahiyəsinin, boyunarxası nahiyənin, sağ və sol dizin sıyrıqları; sol budun, sol baldırın qançırları; kəskin daxili qanitirmə ilə müşayiət olunan qara ciyərin və dalağın cırılmaları; sol baldır sümüklərinin qapalı, qəlpəli, yerdəyişən sınıqları; başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar; təpə sümüyünün xətti sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2019-cu il tarixə hərəkətdə olan avtomaşının qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərində malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər;
2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş-beyin toxumasına və beyin qişalarına geniş qansızmalar olmuşdur;
3. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 10-12 saat əvvəl baş vermişdir;
4. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,17% qatılığında etil spirti aşkar edilmişdir. Rəsmi cədvəl üzrə bu miqdar etil spirti sağkən yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə uyğundur. Narkotik maddələr və güclü təsiredicələr aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı №2969/K, xx.xx.2019) (cild 1, iş vərəqi 120-125). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 31111 nömrəli rəyindən görünür ki: 1.2. “Opel Astra” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobiln sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğünsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saatdan yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.
3. Təqdim edilmiş gödəkcənin, jaketin, maykanın, şalvarın üzərində olan zədələr, izlər öz formasına, quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk (küt) predmetlə kontaktda olması, sürtünməsi o, cümlədən nəqliyyat vasitəsinin vurması, vurub atması nəticəsində yaranması mümkündür. Aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil edir (cild 1, iş vərəqi 130-134). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/84 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən sürücü Təqsirləndirilən şəxs “Opel Astra” markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (cild 1, iş vərəqi 218-221). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2019-cu il tarixli, 31109/31110 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd polietilen bükümdə olan 01 ədəd gödəkçənin, 01 ədəd jaketin, 01 ədəd şalvarın, 01 ədəd maykanın, 01 ədəd alt geyim şalvarının, 01 ədəd alt tumanın səthində avtonəqliyyata məxsus lak boya sürtünməsi izləri və ya mikrohissəciklər yoxdur. Tədqiqata təqdim edilmiş geyim paltarlarının üzərində avtonəqliyyata məxsus sürtgü materiallarının izləri yoxdur. Aparılmış tədqiqatın dəyəri 104,16 (yüz dörd manat on altı qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 126-129). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında xx.xx.2019-cu il tarixli protokoldan, “xxxxxxxxxxxxxxxx” MMC-nin aktından və əlavə edilmiş fotocədvəldən görünür ki, “Opel-Astra” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən tam saz vəziyyətdədir (cild 1, iş vərəqi 44-48). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş avtomobilə aid sənədlərdən və sürücülük vəsiqəsinin surətindən görünür ki, “Opel-Astra” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur, onun tərəfindən notarial qaydada xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək idarə etmək etibar edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə 10 il müddətə AD118487 nömrəli “BC” kateqoriyalı sürüçlük vəsiqəsi verilmişdir (cild 1, iş vərəqi 18-19, 24). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 016-118280-1219 saylı məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə AD118487 nömrəli “BC” kateqoriyalı sürüçülük vəsiqəsi verilmişdir və o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sürücülük hüququndan məhrum edilmişdir (sürücülük vəsiqəsi təqdim edilməyib) (cild 1, iş vərəqi 103). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Sabunçu RPİ DYPŞ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ilin müxtəlif tarixlərində yol-hərəkət qayda pozuntularına yol verdiyi üçün üzərinə tərtib edilmiş inzibati protokollar əsasında tətbiq edilmiş cərimə məbləğini ödəmədiyi barədə dəfələrlə məlumatlandırılmasına baxmayaraq qanunla müəyyən edilmiş 3 ay ərzində cərimə məbləğini ödəmədiyindən Sabunçu RPİ DYPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə uyğun olaraq inzibati protokol tərtib edilmiş toplanmış sənədlər aidiyyəti üzrə baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir (cild 1, iş vərəqi 189). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(008)- 1576/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə sürücülük hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır (cild 1, iş vərəqi 192-193). Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(008)-1576/2019 saylı qərarından və məhkəməyə təqdim edilmiş əlavə sənədlərdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən xx xxxxxx 2019-cu il tarixdə, yəni hadisədən 1 gün sonra verilmiş vəsatətə baxaraq ona tətbiq edilmiş cəriməni və müvafiq dəbbə pulunu dövlət nəfinə tam şəkildə ödədiyi üçün vəsatəti təmin etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(008)-1576/2019 saylı qərarının icrasına xitam vermişdir (cild 1, iş vərəqi 196-197; cild 2, iş vərəqi 53-56). İşdə olan ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X5 həmin iş üzrə ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 105). Ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X2 xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli ərizələrindən görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur (cild 1, iş vərəqi 117; cild 2, iş vərəqi 44). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs hadisə baş verərkən əynində olmuş 1 ədəd şalvar, bir ədəd qara rəngli kəmər, 1 ədəd qara rəngli finka, 1 ədəd qara rəngli trusik, 1 cüt qara rəngli corab, 1 ədəd gödəkçə, 1 ədəd jaket iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Xəzər RPİ-yə verilmişdir (cild 1, iş vərəqi 135-136, 270). CinayətişinəəlavəedilmişAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 118). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-cu il tarixli arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 100). Cinayətişinəəlavəedilmiş xarakterizəedici sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 102). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri AzərbaycanRespublikasıCinayət Məcəlləsinin Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair xx xxxxxxxx 2014cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli xx xxxxxx 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” x xxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 37-ci maddəsinin İV hissəsində göstərilmişdir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: - nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; - zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; - hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hadisə anında avtomobili 30-40 km/saatla sürdüyü, sürücülük hüququnun məhkəmə tərəfindən məhdudlaşdırıldığını hadisədən əvvəl bilməməsi, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsi üçün məhkəməyə müraciət etməməsi, cərimə edilməsindən və cərimələrin ödənilməsindən onun xəbərinin olmaması barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin bu məqamla bağlı ifadələrini qəbul etməyərək hesab edir ki, onun bu ifadələri özünün ibtidai istintaqda sərbəst dindirilərkən və hadisə yerinə çıxarılarkən verdiyi, hadisə anında avtomobili 60-70 km/saatla sürməsi barədə ifadələri, təqsirləndirilən şəxsin hadisə anında avtomobili 60-70 km/saatla sürməsi barədə Şahid məhkəmədə verdiyi ifadəsi, Təqsirləndirilən şəxs 2019-cu ilin müxtəlif tarixlərində yol-hərəkət qayda pozuntularına yol verdiyi üçün üzərinə tərtib edilmiş inzibati protokollar əsasında tətbiq edilmiş cərimə məbləğini ödəmədiyi barədə dəfələrlə məlumatlandırılması barədə Bakı şəhəri Sabunçu RPİ DYPŞ-nin məktubu, Təqsirləndirilən şəxs tərəfindən xx xxxxxx 2019-cu il tarixdə, yəni hadisədən 1 gün sonra Sabunçu Rayon Məhkəməsinə verilmiş vəsatət, ona tətbiq edilmiş cəriməni və müvafiq dəbbə pulunu dövlət nəfinə tam şəkildə ödəməsini təsdiq edən Sabunçu Rayon Məhkəməsinin məhkəməyə təqdim etdiyi sənədlərlə tam təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərək yol hərəkəti qaydalarını pozmaqla xx xxxxxx 2019-cu il tarixdə idarə etdiyi “Opel-Astra” markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Maştağa qəsəbəsi istiqamətindən Buzovna qəsəbəsi istiqamətində Abşeron küçəsi ilə hərəkətdə olan zaman Buzovna-Maştağa yolunun 3-cü kilometrliyində “Dostlar” kafesinin qarşısında yolun sağ tərəfindən sol tərəfinə yolu keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər nəticəsində baş vermiş ölümünə səbəb olması, habelə yol-nəqliyyat hadisəsi törədib hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alan şəxsə yardım göstərmədən hadisə yerindən qaçması kifayət qədər sübuta yetirilir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, həmin maddələrlə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-ProsessualMəcəlləsinin 44.1cimaddəsinintələbinəgörə, məhkəməbaxışıgedişindətədqiqolunmuşsübutlarınməcmusunaəsasəntəqsirləndirilənşəxsi ncinayətdətəqsirimüəyyənedilərsə, məhkəməittihamhökmüçıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası hədlərində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz müddətə azalıqdan məhrum etmə cəzası, 264-cü maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, 264-cü maddəsinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixdə həbs qətimkan tədbiri seçmiş, həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmış və hökm çıxarılanadək fasiləsiz həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 33, 81-85, 178-179, 291-292). Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarını əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələrinin sanksiyalarında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-də saxlanılan, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş Zərərçəkmiş şəxs hadisə baş verərkən əynində olmuş 1 ədəd şalvar, bir ədəd qara rəngli kəmər, 1 ədəd qara rəngli finka, 1 ədəd qara rəngli trusik, 1 cüt qara rəngli corab, 1 ədəd gödəkçə, 1 ədəd jaket təyinatını itirdiyindən məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəməyol-nəqliyyat hadisələri ekspertizası ilə əlaqədar 200 (iki yüz) manat, əlavə məhkəmə-yolnəqliyyat hadisələri ekspertizası ilə əlaqədar 50 (əlli) manat və materialların məhkəmə ekspertizası ilə əlaqədar 104,16 (yüz dörd manat on altı qəpik) manat, cəmi 354,16 (üç yüz əlli dörd manat on altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin197, 198, 344-347, 349, 351-353, 356, 358, 384-385-cimaddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 264-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaq və toplanmış əlavə cəzanı toplanmış əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-də saxlanılan 1 ədəd şalvar, bir ədəd qara rəngli kəmər, 1 ədəd qara rəngli finka, 1 ədəd qara rəngli trusik, 1 cüt qara rəngli corab, 1 ədəd gödəkçə, 1 ədəd jaket məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 354,16 (üç yüz əlli dörd manat on altı qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu(Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı ApellyasiyaMəhkəməsinəapellyasiyaşikayətivəapellyasiyaprotestiveriləbilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.