Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-574/2025 19.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X15 və X ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “M.B.M" Vəkil Bürosunun vəkili Müdafiəçi1, Azərbaycan və rus dilləri üzrə tərcüməçilər – X20 və X4, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 fevral 2025-ci il tarixdə, saat 10:05-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs və qeyrisi gələcəkdə müxtəlif ünvanlara və ya ayrı-ayrı “müştərilərə” çatdırılması üçün şəxsiyyəti müəyyən edilməyən şəxs və ya şəxslər tərəfindən naməlum tarixdə, vaxtda və şəraitdə Bakı şəhəri Suraxanı rayonu Yeni Ramana qəsəbəsi Mərkəzi küçəsi ərazisində yerləşdirilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxil olan külli miqdarda 10105 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qeyrisi ilə birlikdə əldə etmiş, cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs həmin narkotik vasitəni üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra mətndə - BMCMİ) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə, saat 22:30 radələrində yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 5-nin inzibati binasına gətirilmiş və orada 13 iyun 2024-cü il tarixdə, saat 00:14-dən etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman onun sağ əlində saxladığı 1(bir) ədəd sellofan torbanın içərisindən qeyrisi ilə birlikdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ümumi təmiz çəkisi külli miqdarda 10105 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və tərəflərin dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2006-2012-ci illərdə ağlay daş ustası, 2013-2016-cı illər ərzində isə “Aqua Vita” adlı şirkətdə ekspeditor kimi işləmişdir. Hazırkı iş üzrə saxlanılmamışdan əvvəl taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. 11 iyun 2024-cü il tarixdə bibisi oğlu Şahid4 ona zəng edərək sonuncu ilə birlikdə harasa getməyini xahiş etmiş, o da Natiqə taksi kimi gündəlik 25 gediş planını doldurmalı olduğunu, qeyd olunan gediş planını doldura bilməyəcəyi təqdirdə onunla gələ bilməyəcəyini, bu səbəbdən həmin məsələ barədə ona dəqiq söz verə bilmədiyini bildirmişdir. 12 iyun 2024-cü il tarixdə Natiq ona yenidən zəng edərək onunla birlikdə getməsi barədə təkid etmiş, o cümlədən gün ərzində bir neçə dəfə gəlib-gəlməməsinə dair mesajlar göndərmiş, o isə Natiqə yalnız vaxtı olarsa onunla əlaqə saxlayacağını bildirmiş, Natiq isə çox israr elədiyi və yol pulu olmadığını dediyinə görə onunla getməyə razı olmuşdur. Natiq ona bir saata gedib qayıdacaqlarını demişdir. O, taksi sürücüsü kimi gündəlik 25 gediş etməli olduğundan, Natiqə gecə işləyib gediş planını doldura biləcəyini bildirmişdir. Həmin gün axşam saat 21 radələrində idarə etdiyi avtomobillə Ceyranbatan qəsəbəsinə Natiqin yaşadığı evə gedib, onu evindən götürmüş, Natiqə idarə etdiyi avtomobildə GPS sistemi olmasını, sifarişli və ya sifarişsiz hər hansı ünvana getməsindən asılı olmayaraq avtomobil sahibinin onun getdiyi ünvandan məlumatlı olduğunu, bu səbəbdən sifarişsiz onu heç yerə apara bilməyəcəyini izah etmiş, sonuncuya ən yaxın avtomobil o olduğu üçün mobil tətbiq üzərindən taksi kimi sifariş verməsini, bu halda onunla gedə biləcəyini demiş, Natiq də mobil tətbiq üzərindən taksi sifarişi vermişdir. O, sifariş edilən yerə ən yaxın olduğu üçün sifariş ona yönləndirilmiş, o isə sifarişi qəbul edərək Natiqlə birlikdə yola çıxmışdır. Belə ki, sifarişə əsasən gediş haqqı 9 manatdan olmaqla Ramana qəsəbəsinə olan taksi sifarişini qəbul etmişdir. O, yolda Natiqdən nəyə görə başqa taksi sifariş edib getmədiyini soruşduqda sonuncu pulu olmadığını, 9 manat taksi pulunu isə 1-2 gün sonra verəcəyini bildirmişdir. Ünvana çatanda Natiq ona avtomobildə gözləməyini, özünün isə bağlamanı götürüb geri qayıdacağını demiş, lakin Natiq iki dəqiqə keçmədən geri qayıdıb ərazinin qaranlıq olduğundan yaxınlaşıb götürməyə qorxması ilə əlaqədar bağlamanı tapa bilmədiyini, buna görə də bağlamanı onun gedib axtarmağını xahiş etmişdir. Natiqdən bağlamanın içərisində nə olduğunu soruşduqda ustalara məxsus instrumentlər( təmirtikinti alətləri) olduğunu demiş, o da yarımtikiliyə gedib oradakı otağa daxil olmuş, telefonun işığı ilə otağı işıqlandıraraq oradan bağlamanı tapıb götürdükdən sonra üç nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq avtomobilə mindirilmişdir. Polis əməkdaşları ondan götürdüyü bağlamanın içərisində nə olduğunu soruşduqda onlara özünün taksi sürücüsü olduğunu, səhv adamı tutduqlarını bildirmiş, polislər isə həmin bağlamanın içərisində narkotik vasitə olmasını ona izah etmişlər. İdarədə bibisi oğlunun şəxsiyyəti barədə məlumatlara baxdıqda sonuncunun üç dəfə məhkumluğu olması məlum olmuş, polislər ona bibisi oğlunu tapacaqları təqdirdə onu buraxacaqlarını bildirmiş, lakin bir müddət sonra polislər tərəfindən ona fiziki və psixi təzyiqlər göstərilməyə başlanıldığından həmin təzyiqlərə boyun əyərək sonuncuların tələbi ilə videoçəkiliş zamanı götürməyə getdiyi bağlamanın içərisindəki predmetin narkotik vasitə olmasından xəbərdar olduğunu demişdir. Videoçəkiliş qurulmuş ssenariyə uyğun bir neçə dəfə təkrarlanmışdır. O, bir gün müvəqqəti saxlama yerində saxlanıldıqdan sonra istintaq təcridxanasına göndərilmişdir.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, onun polislər tərəfindən saxlanıldığı yerə hansı məqsədlə gedilməsindən əvvəlcədən xəbəri olmamış, bibisi oğlu Natiq ona ümumiyyətlə bu barədə məlumat verməmiş, sadəcə usta alətlərini götürməyə getdiyini demişdir. Getdikləri ünvanda yarımtikili obyekt, habelə yaxınlığında neft buruqları olmuş, ünvana çatanda orada qeyriadi nəsə olmasından şübhələnsə də, obyektin yarımtikili olmasına görə çox da diqqət yetirməmişdir. Natiq əvvəllər dələduzluq əməlinin törədilməsində, o cümlədən narkotik vasitələrin istifadəsinə görə məhkum olunmuşdur. O, yarımtikilidəki otaqdan paketi götürdükdən dərhal sonra polis əməkdaşları tərəfindən saxlanıldığından paketin içərisinə baxmağa imkanı olmamışdır. Yarımtikili ilə avtomobili arasında hasar olmuş, bu səbəbdən tutularkən avtomobilin səsindən Natiqin qaçmağa çalışdığını eşitmişdir. Hazırda Şahid4 polis orqanlarında axtarışdadır. İbtidai istintaq zamanı polislər onun başına vuraraq təzyiq etmiş, lakin üzərində xəsarət izləri olmamış, istintaq təcridxanasına daxil olarkən xəsarətləri qeydə alınmamışdır. O, barəsində qətimkan tədbiri məsələsini həll edən məhkəməyə hazırkı cinayət işi üzrə günahı olmadığını bildirmiş, lakin təzyiqlər barədə nə məhkəməyə, nə də hər hansı digər hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Polislər tərəfindən saxlanılarkən ondan Natiqi ünvana nəyə görə aparması soruşulduqda o, Natiqi aparmaq istəmədiyini, gün ərzində 25 gediş planını doldurmalı olmasını demiş, istintaq orqanı isə onun verdiyi ifadəni təhrif edərək guya 150 manat müqabilində Natiqlə getməyə razılaşdığını qeyd etmişdir. Ünvana Natiqə atılan konum əsasında 45 dəqiqəyə çatmış, yol boyu Natiqlə iş barədə söhbət etmiş, həmin müddət ərzində sonuncu kiminləsə telefonda yazışmış, lakin onun yanında səsli olaraq heç kimlə danışmamışdır. Natiqə ünvan avtomobildə olanda göndərilmiş, ünvana çatdıqdan sonra Natiq avtomobildən düşüb getmiş, daha sonra hasarın yanında gəzib geri qayıtmışdır. Natiq geri qayıtdıqda əlində heç nə olmadığını görüb bu barədə soruşduqda birinci qaranlıq olduğu üçün qorxub geri qayıtdığını demişdir. O, əvvəllər usta işləməsi ilə əlaqədar paketi götürdükdə ağırlığının 10 kiloqram olduğunu təxmin etmişdir. O, ibtidai araşdırma zamanı göstərilən təzyiqlərə görə paketin içərisindəki predmetin narkotik vasitə olduğunu demiş, həqiqəti danışmaq üçün isə məhkəmə iclaslarının başlanmasını gözləmişdir. İstintaq təcridxanasında olarkən hər hansı şikayət etməmişdir. Əvvəllər də taksi kimi fəaliyyətdə olarkən müştərinin oğurluq etməsinə görə polis orqanına çağırılmışdır.
4. Davam edən məhkəmə iclasları zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Əhməd Əkbərov, Şahid3 və Şahid2 tərəfindən ona qarşı hər hansı təzyiq göstərilməmişdir. O, Şahid4 barəsində məlumatı polis əməkdaşlarına özü könüllü olaraq vermiş, lakin ibtidai istintaq zamanı sellofanın içərisində narkotik vasitə olmasını bilməsi barədə ifadəsini təzyiq altında vermişdir. O, Natiqə günlük planı olduğunu, habelə sonda ona 150 manat məbləğində pul mükafatı veriləcəyini demiş, Natiq də ona 150 manat məbləğində pulu özünün verəcəyini bildirmişdir. O, Natiqin israrına, əvvəllər onunla birgə usta kimi işləməsinə, eləcə də yol pulunun olmamasına görə yalnız sifariş əsasında onunla getməyə razı olmuş, bu zaman 25 gediş planını gecə işləyib dolduracağını düşünmüşdür. Natiq avtomobildən düşüb sellofan paketi götürməyə gedərkən hasarın yanına gedib geri qayıtmış, ümumiyyətlə bağlamanı axtarmamış, qaranlıqdan qorxduğunu deyib həmin bağlamanı götürməsi üçün onu göndərmişdir. O, yarımtikilidən sarı rəngli sellofan paketi götürərkən içərisində nəyin olması görünməmiş, sellofanı açıb içərisinə baxmamış, ümumiyyətlə hadisə vaxtı baş verənlər onda hər hansı şübhə yaratmamışdır. O, əvvəllər usta işləmiş, lakin otların arasından götürdüyü sellofan bağlamanın içərisində hava qaranlıq olduğundan hər hansı təmir-tikinti alətinin olubolmaması görünməmişdir. O, sellofan bağlamanı götürən kimi polislər onu saxlamışdır. Natiq əvvəllər onunla birgə usta işləmiş, bu səbəbdən Natiqin təklifindən imtina edə bilməmişdir. Polislər tərəfindən ona verilmiş çayı içdikdən sonra o, məhkəmə-narkoloji ekspertizaya aparılmış və nəticədə qanında narkotik vasitə olması müəyyən edilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə heç vaxt məşğul olmadığını, himayəsində biri azyaşlı və biri yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olduğunu, ailədə yeganə gəlir gətirən şəxsin özünün olduğunu bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etdi.
5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı onun hüquqlarını müdafiə etmiş müdafiəçiləri, o cümlədən qohumları tərəfindən müqavilə bağlanılmaqla hüquqlarını müdafiə etmiş - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç bir ruhiəsəb xəstəliyi yoxdur. 2006-cı ildə X11 ilə ailə həyatı qurmuş, həmin evlilikdən 11 yaşında Simay və 17 yaşında Müjgan adlı övladları vardır. Hazırda Kamran adlı şəxsə məxsus olan “Hyundai Accent” markalı **-CQ-*** nömrəli avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, bibisi oğlu Şahid4 12 iyun 2024-cü il tarixdə axşam vaxtı onunla telefon əlaqəsi saxlayıb onu dediyi ünvana aparmasını xahiş etmiş, o da idarə etdiyi “Hyundai Accent” markalı **-CQ-*** nömrəli avtomobillə həmin gün saat 21 radələrində Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisinə gedərək orada qohumu Şahid4lə görüşmüşdür. Onun bildiyinə görə Şahid4 təxminən 10-15 günə yaxın müddətdir Ceyranbatan qəsəbəsi ərazisində yaşamışdır. Onlar görüşdükdən sonra Şahid4 ona Bakı şəhəri Suraxanı rayonu Yeni Ramana qəsəbəsinə gedib oradan nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana götürüb yenidən yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən yaşadığı ünvana gətirməli olduğunu bildirmişdir. Bunun müqabilində Şahid4 ona 150 manat pul verəcəyini bildirmiş, o da qohumu Şahid4 təklifi ilə razılaşaraq sonuncunu idarə etdiyi “Hyundai Accent” markalı **-CQ-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı rayonu Yeni Ramana qəsəbəsinə aparmışdır. Yolda gedərkən Şahid4 narkotik vasitəni aldığı şəxslə öz telefonu vasitəsilə danışdıqdan sonra həmin şəxs Şahid4 mobil telefonuna narkotik vasitənin qoyulduğu yerin şəklini və konumunu göndərmiş, habelə narkotik vasitənin qoyulduğu yeri telefon vasitəsi ilə Şahid4 izah edib narkotik vasitənin yarım tikilinin arxasında sarı rəngli sellofan torbanın içərisində olduğunu bildirmişdir. Şahid4 də həmin konumu onun mobil telefonuna göndərmiş, o da göndərilən konum üzrə hərəkət edərək həmin gecə saat 22:20 radələrində Bakı şəhəri Suraxanı rayonu Yeni Ramana qəsəbəsi ərazisinə gəlmiş, konumun göstərdiyi ərazidə avtomobili saxlamışdır. Şahid4 göndərilən şəkildən məlum olmuşdur ki, narkotik vasitə yolun kənarında yarım tikili vəziyyətdə olan qeyri-yaşayış sahəsinin arxa hissəsində gizlədilmişdir. Şübhə yaratmamaq üçün o, avtomobili həmin tikilidən aralı məsafədə saxlamış, Şahid4 avtomobildən düşərək narkotik vasitəni götürmək üçün yarım tikiliyə tərəf getmiş, lakin az sonra geri qayıdıb onun yanına gələrək tikilinin arxa tərəfinin qaranlıq olduğu və qorxduğu üçün narkotik vasitəni axtarıb tapa bilmədiyini bildirmişdir. Bundan sonra o, özü narkotik vasitəni götürmək üçün avtomobildən yerə düşmüş və həmin yarım tikilinin yanına yaxınlaşmış, Şahid4 isə həmin vaxtı avtomobildə qalıb onu gözləmişdir. O, yarım tikilinin arxa tərəfinə keçmiş və ərazinin həqiqətən də qaranlıq olduğunu görmüş, buna görə də mobil telefonunun fənərini yandırıb ətrafa baxmış və tikilinin arxa tərəfində yerdə gizlədilmiş sarı rəngli sellofan torba olduğunu aşkar etmişdir. Həmin torbanı götürüb içərisinə baxdıqda sellofan torbanın içərisində üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan torba olduğunu görmüş, sellofan torbadan spesifik iy gəlmişdir. O həmin torbanın içərisində narkotik vasitə olduğuna tam əmin olduqdan sonra sellofan torbanı götürüb geri qayıdıb avtomobilə tərəf piyada hərəkət edən zaman həmin gecə, yəni 12 iyun 2024-cü il tarixdə, təxminən saat 22:30 radələrində ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edib BMCMİ-nin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O artıq yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb əlində saxladığı 1(bir) ədəd sarı rəngli sellofan torbanın içərisində narkotik vasitə olduğunu səmimi etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. Polis əməkdaşları onu tutan zaman qohumu Şahid4 kənardan onları görmüş, bu səbəbdən onun avtomobilini idarə edərək oradan uzaqlaşmışdır. Polis İdarəsinə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilməklə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış və əlində saxladığı sellofan torbaya baxış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı o, əlində saxladığı sarı rəngli sellofan torbanı təqdim edib həmin sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra o, sağ əlində saxladığı sellofan torbanı və əynində olan şalvarının cibindəki “Samsung” markalı mobil telefonunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi sarı rəngli sellofan torba şahidlərin iştirakı ilə açıldıqda torbanın içərisindən üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlama, həmin sellofan bağlamaya baxış zamanı isə torbanın içərisindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin narkotik vasitə bibisi oğlu Şahid4 məxsus olmuş, həmin narkotik vasitəni Şahid4 tapşırığı ilə gedib götürmüş, bunun müqabilində Şahid4 ona 150 manat pul verəcəyini vəd etmişdir. Polis əməkdaşları tərəfindən onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana qablaşdırılmış, qablaşmanın üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, düzgünlüyü özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, törətdiyi cinayət əməlindən çox peşmandır. Polis əməkdaşları tərəfindən saxlanılarkən özünə qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmiş, eyni zamanda özü də polis əməkdaşlarının göstərişlərinə tabe olmaqla sonunculara qarşı hər hansı müqavimət göstərməmişdir. 13 iyun 2024-cü il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsinə Təqsirləndirilən şəxs öz əlyazması ilə əlavə edərək göstərmişdir ki, törətdiyi cinayət əməlini, Şahid4 məxsus olan narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıdığını səmimi olaraq etiraf edir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 48-49; 71-75; 101-106; 173-178; 274-279;).
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 12 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu Yeni Ramana qəsəbəsi ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirində, həmçinin onun üzərində şəxsi axtarış aparılması prosesində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, 12 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə işlədiyi BMCMİ-yə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat onun tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi BMCMİ-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid3 və polis leytenantı Şahid2 daxil edilmişlər. Daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə gecə vaxtı Bakı şəhəri Suraxanı rayonu Yeni Ramana qəsəbəsi ərazisində olacağı bildirilmişdir. Əməliyyat qrupunun üzvləri həmin günü Təqsirləndirilən şəxs olduğu yer barədə əldə etdikləri məlumat üzrə hərəkət edərək 12 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 22:30 radələrində ünvan 3 ünvanının yaxınlığında əlində 1 ədəd sellofan torba olan və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs onlar tərəfindən müəyyən edilərək saxlanılmışdır. O və əməliyyat qrupunun üzvləri xidməti vəsiqələrini göstərməklə həmin şəxsə özlərini təqdim etmiş və həmin şəxsə özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla onu tanış etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və psixotrop maddələr olubolmaması barədə soruşulduqda, Təqsirləndirilən şəxs əlində saxladığı 1 ədəd sarı rəngli sellofan torbanın içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin əlində saxladığı sellofan torbanın içərisində olan narkotik vasitənin onun qohumu Şahid4 məxsus olduğunu, özünün narkotik vasitəni gedib götürməkdə Şahid4 köməklik etdiyini, narkotik vasitəni götürmək üçün həmin ünvana onun idarə etdiyi “Hyundai Accent” markalı **-CQ-*** qeydiyyat nişanlı avtomobillə gəldiklərini və Şahid4 isə həmin yerin yaxınlığında avtomobilin içərisində əyləşib onu gözlədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı **-CQ-*** qeydiyyat nişanlı avtomobilin və Şahid4 olduğu yeri əməliyyat qrupunun üzvlərinə bildirmiş, həmin yerə onlar tərəfindən baxıldıqda avtomobilin və Şahid4 göstərilən yerdə olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığı üçün o, BMCMİ-yə dəvət edilmiş və sonuncu buna etiraz etmədiyi üçün Baş İdarəyə gətirilmişdir. Baş İdarənin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə BMCMİ-nin Təhqiqat Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və onun üzərinə videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmasına etiraz etmədiyini qeyd etmişdir. Şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində saxladığı hər hansı qanunsuz əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs əlində saxladığı sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, sonra isə sağ əlində saxladığı sellofan torbanı və əynindəki şalvarının sağ yan cibində olan “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sarı rəngli sellofan torba şahidlərin iştirakı ilə açıldıqda torbanın içərisindən üzəri yapışqan lentlə bağlanmış qara rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamaya baxış zamanı bağlamanın içərisindən yaşıl rəngli, ot şəkilli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin bibisi oğlu Şahid4 məxsus olduğunu, Şahid4lə birlikdə gedib həmin narkotik vasitəni götürdüyünü və narkotik vasitəni gedib götürməkdə Şahid4 köməklik etdiyi üçün sonuncunun ona 150 manat pul verəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əlində saxladığı sellofan torbadan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə təhqiqatçı tərəfindən aşkar olunduğu sellofan torbada qablaşdırılmış, qablaşmanın üzərində qeydiyyat aparılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung” markalı mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra şəxsi axtarış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-CQ-*** qeydiyyat nişanlı avtomobil 14 iyun 2024-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri Suraxanı rayonu Yeni Ramana qəsəbəsi ərazisində “Buta Palace” restoranının arxa hissəsində yerləşən “OBA” marketin yaxınlığında sahibsiz vəziyyətdə, açarları üzərində və qapıları açıq vəziyyətdə müəyyən edilərək istintaq orqanına təhvil verilmişdir. Həmin günü avtomobilə müstəntiq tərəfindən baxış keçirilmiş, lakin avtomobildən narkotik vasitə və psixotrop maddə, eləcə də iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və sair maddələr aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, polis idarəsinə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmişdir. Eləcə də Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarına qarşı heç bir təzyiq və zorakılıq hərəkətləri edilməmişdir. Hazırda Şahid4 tutulması istiqamətində əməliyyataxtarış tədbirləri davam etdirilir.
9. Verilən suallara cavab olaraq şahid Ə.R.Əkbərov ifadəsinə əlavə edərək göstərdi ki, Şahid4 barəsində məlumat Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onlara məlum olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra həmin torbanın Şahid4 məxsus olduğunu, sonuncu ilə birlikdə “Hyundai Accent” markalı, **-CQ-*** qeydiyyat nişanlı avtomobillə həmin yerə gəldiklərini, Şahid4 avtomobildə olduğunu bildirdi. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib aydınlaşdırana kimi müəyyən zaman keçmiş, daha sonra Təqsirləndirilən şəxs Şahid4 avtomobildə gözlədiyini bildirdiyi yerə yaxınlaşdıqda isə artıq orada nə avtomobil, nə də hər hansı şəxsin olmadığını görmüşlər. Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin birinciyə məxsus olması barədə məlumatları məhz Təqsirləndirilən şəxs onlara bildirdikdən sonra bilmişlər. Əvvəlcədən onlarda Şahid4 haqqında hər hansı məlumat olmamışdır.
10. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında üç nəfərdən ibarət əməliyyat qrupu yaradıldıqdan sonra Laçının olması ehtimal olunan Suraxanı rayonu Ramana qəsəbəsi ərazisinə getmiş, orada zahiri əlamətlərinə görə sonuncuya bənzər şəxsə yaxınlaşıb anket məlumatlarına dair dəqiqləşdirmələr aparmışlar. Bundan sonra Təqsirləndirilən şəxs əlində saxladığı sellofan paketdə narkotik vasitə olduğunu, həmin narkotik vasitənin qohumu Şahid4 məxsus olduğunu, ünvana sonuncu ilə birlikdə gəldiyini, bunun müqabilində Natiqin ona 150 manat pul verəcəyini, habelə Natiqin hazırda onu maşında gözlədiyini bildirmiş, lakin Laçının qeyd etdiyi yerə baxış keçirmək üçün getdikdə nə qohumunu, nə də maşını orada olmamışdır. Hadisədən iki gün sonra, yəni 14 iyun 2024-cü il tarixdə Laçının bildirdiyi avtomobil Suraxanı rayonunda yerləşən “Buta” restoranının arxasındakı “Oba” market tərəfdə qapısı açıq vəziyyətdə açarları üzərində aşkar edilməklə Baş İdarəyə gətirilmişdir. Onlarda Şahid4 barəsində əvvəlcədən məlumat olmamışdır.
11. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və şahidlər Şahid1 və Şahid3lə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə, saat 22:30-da BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq həmin İdarəyə gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ondan 1 (bir) ədəd sellofan bağlamada satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ümumi təmiz çəkisi külli miqdarda 10105 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi faktına görə BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi polis polkovnik-leytenantı X8 tərəfindən 13 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
14. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 12 iyun 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BMCMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BMCMİ-nin rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin İdarənin əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə, saat 22:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmişdir (Cild 1, i.v. 5-9;).
15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 5(010)- 497/2024 nömrəli qərarından görünür ki, BMCMİ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 12 iyun 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuna uyğun hesab edilmişdir (Cild 1, 187-190;).
16. “Şübhəli şəxsin tutulması haqqında” 12 iyun 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin Təhqiqat Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı polis mayoru X21 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X25 və tərcüməçi X3 iştirakı ilə həmin tarixdə, saat 23:45-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri bildiyi dildə ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 12 iyun 2024-cü il tarixdə, saat 22:30 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 22-27;).
17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 iyun 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə tərcüməçi X3 və müdafiəçi X16 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 00:14-dən 00:31-dək onların, eləcə də BMCMİ-nin Təhqiqat Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş təhqiqatçısı polis mayoru X21 tərəfindən həmin Baş İdarənin əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid1, Şahid3 və polis leytenantı Şahid2 iştirakı ilə BMCMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, 12 iyun 2024-cü il tarixdə, saat 22:30 radələrində BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində Baş İdarəyə gətirilmiş, orada sonuncuya paltarında, əşyalarında, bədənində və ya əlində saxladığı sarı rəngli sellofan paketin içərisində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində olan sarı rəngli sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirərək həmin sellofan paketi masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon cihazını çıxardaraq masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim olunan həmin bükülü təhqiqatçı tərəfindən açılaraq içərisinə keçirilən baxış zamanı bağlamanın içərisində üzəri şəffaf rəngli yapışqanla bağlanmış 1(bir) ədəd qara rəngli sellofan bağlamanın olduğu aşkar edilmiş, həmin qara rəngli sellofan bağlamanın içərisində spesifik qoxuya malik tünd yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bir ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyətinə malik ola biləcək içərisində ***-***-**-** mobil telefon nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüş, bundan başqa heç bir digər əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisindəki maddənin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitələri bibisi oğlu Şahid4 tapşırığı əsasında sonuncunun onun mobil telefonuna göndərdiyi məkana (Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi) gedərək əldə etdiyini, həmin kütləni Şahid4 təhvil verəcəyi tədqirdə sonuncunun ona 150 manat pul ödəyəcəyinə dair söz verdiyini, həmçinin sözügedən ünvana Şahid4lə birgə gedərək, sonuncunun narkotik vasitənin yerləşdirildiyi ünvandan bir qədər aralıda ona məxsus avtomobilin içərisində gözlədiyini, lakin polis tərəfindən saxlanıldığı üçün Natiqin hazırda harada olması barədə məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti BMCMİ-nin inzibati binasında, xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması, həmin videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə həmin tarixdə, saat 00:38-dən 01:11-dək protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 37-42;).
18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 iyun 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 17 dəqiqə 49 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs və müdafiəçisi X16 iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 43;).
19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-bioloji ekspertizasının” 13 iyun 2024-cü il tarixli, 3-16-16-2- 7/977 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazıları və imzalar olan sarı rəngli sellofan bağlamadakı 1 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 10105 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 10105 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq çəkisi – 10104,8 qram. Aparılmış tədqiqatın dəyərinin 78 (yetmiş səkkiz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 55-58;).
20. “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” 13 iyun 2024-ci il tarixli qərardan görünür ki, BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi polis polkovnik-leytenantı X8 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v. 81-82;).
21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 4(005)- 805/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 12 iyun 2024cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək bibisi oğlunun zəng edib onunla getməsini xahiş etdiyini, daha sonra bibisi oğlu ilə birgə yolda olarkən narkotik vasitəni götürməyə getdiklərini anladığını bildirərək barəsində verilmiş təqdimat və vəsatətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda müdafiəçi X25 Təqsirləndirilən şəxs barəsində verilmiş təqdimat və vəsatətin təmin edilməməsini xahiş etmişdir (Cild 1, i.v. 115-119;).
22. “Maddi sübut hesab edilməsi haqqında“ 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkisi 10104,8 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilməklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1; i.v. 128-129).
23. BMCMİ-nin rəis müavini polis polkovniki Müzəffər Məmmədovun 14 iyun 2024-cü il tarixli raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Accent” markalı, **-CQ-*** dövlət qeydiyyat nişanlı avtomobil 14 iyun 2024-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri Suraxanı rayonu Yeni Ramana qəsəbəsi ərazisində “Buta Palace” restoranının arxa hissəsində yerləşən “Oba” marketin yaxınlığında sahibsiz vəziyyətdə, açarları üzərində və qapıları açıq vəziyyətdə müəyyən edilərək BMCMİ-nin inzibati binasının həyətinə yerləşdirilmişdir. Şahid4 yerinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir (Cild 1, i.v. 141;).
24. “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilmiş müvafiq qərar əsasında həmin tarixdə, saat 18:15-dən 18:40-dək BMCMİ-nin İstintaq İdarəsinin baş müstəntiqi polis polkovnikleytenantı X8 tərəfindən həmin idarənin əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid1, Şahid3 və Şahid2, habelə 2 nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi **-CQ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Accent” markalı avtomobilə baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı “Hyundai Accent” markalı **-CQ-*** qeydiyyat nişanlı avtomobilin salon hissəsindən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, həmin avtomobilin qeydiyyat şəhadətnaməsi və avtomobilə dair verilmiş elektron etibarnamə aşkar edilmişdir. Baxış zamanı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək maddələr, əşyalar, predmetlər aşkar olunmamışdır. “Hyundai Accent” markalı **-CQ-*** qeydiyyat nişanlı avtomobilə baxış gündüz vaxtı, təbii işıqlandırma şəraitində keçirilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 18:55-dən saat 19:18-dək protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 142-143; 145-150;).
25. X17 tərəfindən verilmiş 15 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, birinci tərəfindən “Hyundai Accent” markalı **-CQ-*** qeydiyyat nişanlı avtomobili təhvil almışdır (Cild 1; i.v. 151-152;).
26. “Mobil telefona baxış keçirilməsi barədə” 15 iyun 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, müstəntiq Mirata Seyidov tərəfindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ona məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara istintaq zamanı baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonun yaddaşında “Whatsapp” proqram təminatının “Söhbətlər” bölməsində adı “Baliqdodaq” kimi qeyd edilmiş Şahid4 məxsus olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda danışıqlar aparıldığı müəyyən edilmişdir. Belə ki, 12 iyun 2024-cü il tarixdə, saat 18:58-də Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Qaqa neyniyirsən, hansı tərəflərdəsən, çox uzaqlara getmə də, zakazı bərilərə götür” məzmunlu səsli ismarıc göndərmişdir. 12 iyun 2024-cü il tarixdə, saat 19:52-də Şahid4 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə “Qaqa gəlirsən, hansı tərəfdəsən, yavaş-yavaş keç bəri” məzmunlu səsli ismarıc göndərmiş, həmin tarixdə saat 19:52-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** nömrədən Şahid4 istifadəsində olan ***-***-**-** nömrəyə cavab olaraq “Hardasan” məzmunlu yazılı ismarıc göndərmiş, həmin tarixdə saat 19:52-də Şahid4 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə cavab olaraq “Evdə, sən?” məzmunlu yazılı ismarıc göndərmiş, həmin tarixdə saat 22:11də Şahid4 istifadəsində olan ***-***-**-** nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə ərazinin koordinatlarını göstərən “Konum” göndərmişdir. Həmin “Konuma” daxil olan zaman konumun narkotik vasitənin gizlədildiyi Bakı şəhəri Suraxanı rayonu Yeni Ramana qəsəbəsi ərazisinin koordinatlarını göstərdiyi məlum olmuşdur (Cild 1, i.v. 154-157;).
27. BMCMİ-nin rəis müavini polis polkovniki Müzəffər Məmmədovun həmin İdarənin İstintaq İdarəsinin rəisi polis polkovniki Rəhman Kərimova ünvanlanmış 5 iyul 2024-cü il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və Şahid4 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı əldə edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 yerinin müəyyən edilərək istintaqa təqdim etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs və Şahid4 əldə etdikləri külli miqdarda narkotik vasitənin mənbəyinin, onların digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, əvvəllər narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (Cild 1, i.v. 191;).
28. Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 24 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayış, müvafiq şəxsiyyət vəsiqələrindən və xasiyyətnamədən, habelə “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X12, 2007-ci il təvəllüdlü qızları Müjgan Mustayeva və Simay Mustafayeva ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 4E saylı evin 27 saylı mənzilində qeydiyyatda olmaqla yaşamışdır. Yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində 124 saylı MKİS-nə heç bir şikayət daxil olmamışdır (Cild 1, i.v.192-194).
29. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin VMAS elektron məlumat sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Şahid4 1 iyul 1987-ci ildə Laçın rayonu Bülövlük kəndində doğulmuş, Abşeron rayonu Ceyranbatan qəsəbəsi 147 saylı peşə litseyinin yataqxanasında qeydiyyatda olmaqla əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 9 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3(üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda barəsində Abşeron Rayon Polis İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə istintaq aparılır (Cild 1,198-200;).
30. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 15 iyul 2024-ci il tarixli qərarlardan görünür ki, Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmişdir (Cild 1, i.v. 204-205; 207-208;).
31. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli, 54/217453/24 nömrəli məktubdan görünür ki, Şahid4 ********* nömrəli cinayət işi üzrə 18 iyul 2024-cü il tarixdə 102661/2024 nömrəli axtarış işi açılmış, sonuncunun saxlanılaraq məsuliyyətə cəlb olunması üçün Suraxanı Rayon Polis İdarəsinin bütün şəxsi heyəti təlimatlandırılmaqla yanaşı axtarış işi Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinə həvalə edilmişdir (Cild 1, i.v.218;).
32. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 20 iyul 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 iyul 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v. 219-220;).
33. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinın 2 nömrəli X7 tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli, 1/2843 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stansionar müalicə üçün həmin xəstəxanaya müraciət etməmişdir (Cild 1, i.v. 225;).
34. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinın “Respublika Psixatriya Xəstəxanası” X35 tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli, 9457 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicə almamışdır (Cild 1, i.v 229;).
35. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 14 iyun 2024-cü il tarixli, 4262 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə 10 il əvvəl ilk dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə etməyə başlamışdır (Cild 1, i.v. 230- 231;).
36. “Məhkəmə-kimyəvi ekspertizasının” 4 iyul 2024-cü il tarixli, 2096/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunəsinin tərkibində tiryək qrupuna aid olan alkaloid və fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), aşkar edilməmişdir (Cild 1, i.v. 233-235;).
37. “Canlı şəxsin ekspertizasının” 13 iyun 2024-cü il tarixli, 350/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı 12-14 iyun 2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmiş, onun bədən səthində aşkar edilmiş sağ dirsək oynağı nahiyəsinin çapığı müayinədən 1-1.5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduğu üçün onun əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığına zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Belə ki, bu hallar fərdi xüsusiyyətlərə uyğun xüsusi əlamətlər kimi də qiymətləndirilə bilər (Cild 1, i.v 236-239;).
38. “Sübutların qiymətləndirilməsi haqqında” 21 avqust 2024-cü il tarixli qərardan və müvafiq məktubdan görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməklə ona həmin maddələrlə yenidən ittiham elan olunması, Şahid4 və qrupun digər üzvlərinin barəsində, eləcə də aşkar edilmiş külli miqdarda narkotik vasitənin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması, 13 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 10104,8 qram narkotik vasitə qurudulmuş marixuananın maddi sübut qismində tanınmaqla BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsinin və “Hyundai Accent” markalı **-CQ-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X9 qaytarılmasının nəzərə alınması, aşkar edilərək götürülmüş 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun maddi sübut qismində tanınmaqla saxlanılması üçün BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır (Cild 1, i.v. 240-251;).
39. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 23 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (Cild 1, i.v. 256- 259;).
40. “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 28 avqust 2024-cü il tarixli protokoldan görünür ki, müstəntiq Mirata Seyidov tərəfindən "xxxx" MMC-dən daxil olmuş, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 13 iyul 2023-cü il tarixdən 13 iyul 2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 281-282;).
41. “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 1 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Şahid4 və qrupun digər üzvlərinin barəsində, eləcə də aşkar edilmiş külli miqdarda narkotik vasitənin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılaraq həmin cinayət işinə ********* nömrəsi verilməklə ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir (Cild 1, i.v. 283-284;).
42. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq M.M.Seyidov tərəfindən 9 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 10 sentyabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.297-306;).
43. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
44. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin 3134/2-12886/2024 nömrəli, 25 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən axtarışı elan olunmuş Şahid4 tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır (Cild 2;).
45. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 3-13-6/2-10853/2024 nömrəli, 21 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, Şahid4 barəsində axtarış işi açılaraq icra olunması Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilməklə tutulması istiqamətində əməliyyataxtarış tədbirləri davam etdirilir (Cild 2;).
46. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin 3-13-54-2/2- 239/25 nömrəli, 10 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilərək 102661/24 nömrəli axtarış işi açılmış, 1 iyul 1983-cü il təvəllüdlü Şahid4 yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 147 saylı lisey yataqxanasına 31-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili polis kapitanı X13 iştirakı ilə baxış keçirilmiş, lakin axtarışda olan Şahid4 həmin ünvanda aşkar edilməmişdir (Cild 2;).
47. “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan, AA5571003 və AZE12827852 seriya nömrəli şəxsiyyət vəsiqələrindən və iş materiallarında olan digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs X12 ilə birgə nikah münasibətlərində olmaqla himayəsində 12 iyul 2013-cü il təvəllüdlü Simay Mustafayeva adlı bir azyaşlı və 12 iyul 2007-ci il təvəllüdlü Müjgan Mustafayeva adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır (Cild 1, i.v. 192-194; 227; Cild 2;).
48. Bakı Avrasiya Universiteti tərəfindən təqdim edilmiş 7 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki X10 həmin universitetinin Filologiya fakultəsində tərcümə (ingilis dili) ixtisası üzrə əyani şöbəsinin İ kursunda TTK-nın fondu hesabına sosial TTK ilə təhsil alır (cild 2).
49. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” X35n nəzdində 1 saylı Bakı DOST Mərkəzi tərəfindən təqdim edilmiş 4 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən əmək müqaviləsi aşkar edilməmişdir (Cild 2).
50. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 5196/2024 saylı məhkumun tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə həmin təcridxanaya gətirilmiş və tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13-14-cü bəndlərində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs sağ dirsəyin bayır səthində köhnə çapıq toxuma aşkar edilmiş, halhazırda şikayəti yoxdur. Qeyd edilən kitabçanın 17-ci bəndində göstərilmişdir ki, deməsinə görə 1 ay marixuana istifadə etdiyini bildirir(Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
51. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
53. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
54. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
55. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə düzgün tövsif edilmişdir.
56. Belə ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.
57. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir.
58. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 10105 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarından təxminən 2021 dəfə, külli miqdarından isə təxminən 20 dəfədən artıq olması, qeyriləri ilə qabaqcadan əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair razılaşmasına dair mobil telefonundan aşkar edilmiş səsli və mətn yazışmalar, habelə narkotik vasitənin qoyulduğu yerin koordinatının göndərilməsi, onun törədilmiş əməllərin faktiki tərəflərini ətraflı təsvit edən qismən etirafedici ifadələri və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
59. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
60. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
62. Hökmün 61-ci bəndində qeyd edilən qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır....Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
63. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, aşkar olunmuş narkotik vasitənin ona deyil, qohumu Şahid4 məxsus olması, polislər tərəfindən saxlanıldığı ünvana narkotik vasitə götürmək üçün getmələrindən xəbərinin olmaması, ümumiyyətlə sellofan paketi götürərkən içərisində nə olduğunu bilməməsi, Şahid4 ona həmin sellofan paketin içərisində ustalara aid tikintidə istifadə olunan alətlər olmasını bildirməsi, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığından ibtidai istintaq zamanı sellofan paketin içərisində narkotik vasitə olmasından xəbərinin olmasına dair etirafedici ifadələr verməsi, şəxsi axtarış və götürmə istintaq hərəkətinin bir neçə dəfə videoçəkiliş aparılmaqla həyata keçirilməsi, Şahid4 ona xahiş etdiyi ünvana getməsi müqabilində 150 manat verəcəyini vəd etməməsi ilə bağlı verdiyi ziddiyyətli ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir.
64. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
65. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 14-15, 17-18, 21, 37 və 50-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı məhkəmə nəzarəti qaydasında 12 iyun 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində qətimkan tədbiri məsələsinə qapalı məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən, Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ittiham üzrə özünü tam təqsirli bilmişdir.
66. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfi təkidlə təqsirləndirilən şəxsin götürməyə getdiyi sellofan paketin içərisindəki predmetin narkotik vasitə olduğundan xəbərsiz olduğunu, həmin hissədə etirafedici ifadələri polis əməkdaşlarının təzyiqləri nəticəsində deməsini bildirmişlər. Halbuki, hökmün 17-18-ci bəndində də göstərildiyi kimi Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçının dəfələrlə “aşkar edilmiş sellofan paketin içərisində narkotik vasitə olduğunu bilirdinizmi?” sualına sərbəst olaraq ətraflı izah verərək bibisi oğlu Şahid4 ona 150 manat pul təklif etməsi qarşılığında atdığı konum əsasında narkotik vasitəni götürməyə getdiyini bildirmiş, hökmün 21-ci bəndində qeyd edildiyi kimi barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilərkən qapalı məhkəmə iclasında ona ittiham olunan cinayət əməllərinə dair hər hansı etiraz bildirməmişdir.
67. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
68. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
69. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
70. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.
71. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
72. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
73. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
74. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
75. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
76. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinin tələbinə əsasən himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, 45 yaşında olmaqla əvvəllər qəsdən törədilmiş hər hansı cinayət əməlinə görə məsuliyyətə cəlb olunmamaqla məhkumluğunun olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailədə yeganə gəlir gətirən şəxs olmaqla övladının ödənişli əsaslarla ali təhsil almasını, məhkəməyədək icraat zamanı cinayət hadisəsi haqqında ətraflı məlumat verməklə ibtidai araşdırma orqanı ilə əməkdaşlıq etməsini, özünü təqsirli bildiyi əməlinə münasibətdə peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
77. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.
78. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın orta həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
79. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
80. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
81. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
82. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
83. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 12 iyun 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
84. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2024-cü il tarixdən hesablanmalıdır.
85. Məhkəmə hökmün 35-36-cı bəndlərində qeyd edilən ekspertiza rəylərini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
86. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
87. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 10104,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkiliş zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 1 (bir) ədəd, "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd, ümumilikdə 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
88. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
89. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
90. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak müəyyən edilməmişdir.
91. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
92. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
93. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 12 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 10104,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 2 (iki) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.