Məhkəmə qərarları › İş №1(101)-575/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-575/2020

30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-575/2020 30.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BakıAğır Cinayətlər Məhkəməsinin hakimləri: sədrlik edən: Xankişiyev Mirzə Aslan oğlu, hakimlər: Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi AllahverdiyevTofiqƏbdürəhim oğlu və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştiraklarıilə xx.xx.1962-ci ildə Fizuli rayonu, Qaçar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, Yeni Yaşayış sahəsində yaşamış, barəsində həs qətimkan tətbiri seçilməklə hazırda AR Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, yeni yaşayış sahəsində yerləşən nömrəsiz fərdi yaşayış evində olarkən qudası, yəni gəlini Zərərçəkmiş şəxs atası Şahid1la həmin gün həyətdə qarşılaşarkən onun evinə gəlməməsini deməsi ilə əlaqədar ailəvi Zərərçəkmiş şəxs onun həmin hərəkətinə əsəbi halda etiraz edərkən, ona əvvəllər də Zərərçəkmiş şəxs ilə dəfələrlə mübahisə etməsi ilə əlaqədar ona qarşı qərəzli olduğundan, aralarında yaranmış mübahisə zamanı şəxsi münasibətlərin pozulması zəminində, qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, cinayətkar niyyətini həyata keçirmək məqsədilə yaşadığı evin təsərrüfat mallarının yığıldığı yerdən baltanı götürdüyü zaman Zərərçəkmiş şəxs evin həyətinə qaçsa da, o, sonuncunu təqib edib evin həyətində tutmuş, Zərərçəkmiş şəxsnm onu öldürməməsinə dair yalvarışlarına məhəl qoymayaraq, müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək sonuncuya xüsusi iztirablar və ağrılar verdiyini dərk və arzu edərək əlindəki balta ilə Zərərçəkmiş şəxs baş və boyun nahiyələrinə çoxsaylı zərbələr vurub, sonuncuya boynun arxa səthinin, sağ kürəküstü nahiyənin, sağ bazunun aşağı üçdə birinin arxa səthinin kəsilmiş yaraları kimi canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmanın əlamətlərinə malik və sağ gicgah, təpə, ənsə sümüklərinin açıq, çoxsaylı, kiçik qəlpəli sınıqları və kəllə əsası sümüklərinin sınıqları ilə müşaiyət olunan başın çapılmış yaraları, habelə ölümünə səbəb olan başın yumşaq toxumalarının iç səthinin, baş-beyin toxumasının, beyin qişalarının geniş qansızmaları, baş-beyin toxumasının əzilməsi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurma əlamətlərinə malik xəsarətlər yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, oğlu Elməddin təxminən 13 il bundan əvvəl Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, Elmədddin ailə həyatı quran zaman o, cəzaçəkmə müəssisəsində olmuşdur. O, cəzaçəkmə müəssisəsində cəza çəkən zaman Cəmilənin onun arvadı Gülbəniz ilə mübahisə etdiyini eşitmiş, Cəmilə Gülbənizin həmin evdə yaşamasına imkan verməmişdir. Cəzaçəkmə müəssisəsindən çıxandan sonra yaşadığı evə gəlmiş və ailə üzvlərinin hamısına bundan sonra mehriban münasibət saxlamaları, aralarında heç bir mübahisə, dava-dalaş olmaması barədə tapşırmışdır. Təxminən 1 ay Cəmilə yaxşı münasibət saxlasa da, sonra mübahisə etməyə başlamışdır. 2016-cı ildə Cəmilə ona və arvadına azad yaşamaq istədiyini, heç bir işinə qarışmamalarını və onlarla eyni evdə yaşamaq istəmədiyini demişdir. 2016-cı ildə Cəmilə onun barəsində Xəzər rayon polis idarəsinin 2-ci polis şöbəsinə şikayət edərək guya Cəmiləni döydüyünü bildirmişdir. Halbuki, Cəmiləni heç vaxt döyməmişdir. Polis şöbəsində araşdırma aparıldıqdan sonra Cəmilə şikayət ərizəsini geri götürdüyünə görə araşdırma dayandırılmışdır. Bundan sonra bir neçə gün Cəmilə onunla yaxşı münasibət saxlasa da, sonradan yenidən mübahisə etməyə başlamışdır. 2017-ci ildə Cəmilə onun barəsində yenidən 2-ci polis şöbəsinə şikayət edərək Cəmilənin başına kül qabı ilə vurduğunu bildirmişdir. Lakin, Cəmilə sonradan polis şöbəsinə verdiyi ərizəni dəyişdirərək arvadı Gülbənizin Cəmiləni kül qabı ilə vurduğunu bildirmişdir. Həmin material polis şöbəsində araşdırılaraq Xəzər rayon məhkəməsinə göndərilmiş və məhkəmə arvadı Gülbənizə 300 manat cərimə cəzası vermişdir. Halbuki nə o, nə də arvadı Gülbəniz Cəmiləyə heç bir fiziki zor tətbiq etməmişlər, Cəmiləyə xəsarət yetirməmişlər. Daha sonra 2017-ci ildə Gülbəniz bildirmişdir ki, yaşadıqları evdən mobil telefonun yaddaş kartını tapmışdır. Həmin yaddaş kartında Cəmilənin tanımadıqları kişi ilə intim videosu vardır. Həmin vaxt, Cəmilənin oğlundan boşanması barədə qərara gəlmiş və bu barədə oğlu Elməddinə deyərək arvadının əxlaqsız həyat tərzi keçirməsini bildirmişdir. Oğlu həmin yaddaş kartına baxaraq arvadının intim videosunu görmüş və boşanacağını bildirmişdir. Oğlu ilə gəlininin boşanma prossesi zamanı oğlu boşanma barədə məhkəməyə verdiyi şikayət ərizəsini geri götürmüş və arvadının əxlaqsız həyat tərzi keçirməsi ilə razılaşdığını bildirmişdir. Cəmilənin atası Fərhada qızının əxlaqsız həyat tərzi keçirməsini dedikdə Fərhad “qızım məndən çıxıbdır” deyə bildirmişdir. Bundan sonra 2017-ci ildə Cəmilə ilə eyni evdə yaşamağın mümkün olmadığını görüb arvadı Gülbəniz ilə Xəzər rayonu, Şüvəlan qəsəbəsində ev kirayələyərək orada yaşamışlar. Təxminən 2 il, 2019-cu ilin iyun ayının sonlarınadək həmin evdə yaşamışlar. Sonradan maddi vəziyyəti yaxşı olmadığına görə kirayə pulunu ödəyə bilməmiş və evə köçmək qərarına gəlmişdir. Ona görə də həmin evə gedərək oğlu və gəlini ilə həmin evdə arvadı ilə birlikdə yaşayacağını demişdir. Cəmilə əli ilə evin bir otağını göstərərək orada yaşayacaqlarını bildirmişdir. Cəmilə ilə təkrar mübahisə edəcəklərini fikirləşib 2019-cu ilin iyul ayında Xəzər rayon İcra və Probasiya şöbəsinə müraciət edərək onu arvadı ilə birlikdə yaşadığı evə köçürmələrini bildirmişdir. Lakin, Cəmilə sonradan yenə həmin evdə yaşamaqlarına mane olduğuna görə təkrar İcra və Probasiya şöbəsinə müraciət edərək arvadı ilə həmin evə köçürülmələrini bildirmişlər. 2019-cu ilin iyul ayında məhkəmə sənədi əsasında İcra və Probasiya şöbəsinin əməkdaşı o və arvadı həmin evə yerləşdirilmişdir. Bir neçə gün sonra xəstəliyi ilə əlaqədar xəstəxanaya müraciət edərək təxminən yeddi gün xəstəxanada müalicə olunmuşdur. Xəstəxanadan geri qayıdarkən evin iki hissəyə bölündüyünü, bir tərəfdə arvadının, digər tərəfdə isə gəlini ilə oğlunun yaşadıqlarını görmüşdür. xx xxxxxxxx 2019- cu il tarixdə, təxminən saat 18 radələrində evdə stulda oturan zaman Gülbəniz işdə, Niyaməddin Binə qəsəbəsində olmuş, Cəmilə isə üç övladı ilə birlikdə yaşadıqları otaqda olmuşdur. Həmin gün, təxminən saat 18 radələrində evin həyətinə çıxan zaman Cəmilənin atası Fərhadı evin qarşısında görmüş və ona demişdir ki, “sənə deməyiblər ki, bu evə gəlmə”, Fərhad qızının yaşadığı evə gəldiyini bildirmişdir. Az sonra, otaqda oturan zaman Cəmilə hücumla otağa daxil olub qəzəblə ona “sənin mənim atamla nə işin var, o, bu gündən bu həyətdə yaşayacaqdır” deyə bildirmiş və əlini stola zərblə vurmuş, daha sonra ona sillə atmış, lakin, əlini Cəmilənin silləsinin qarşısına verdiyi üçün sillə ona dəyməmişdir. Həmin vaxt, hirslənmiş və stoldan ayağa qalxaraq evdən çıxmış, Cəmilə hirsləndiyini görüb yaşadığı otaqda qapını içəridən bağlamışdır. Qapını açmasını tələb etmiş, lakin açmamışdır. O, əsəbləşib əl damından baltanı götürmüş, Cəmilə pəncərədən baltanı görüb “ata polisləri çağır, mən bunu aparıb pazdatdıracam” deyə qışqırmışdır. Lakin həyətdə heç kim olmadığından Cəmilənin bu sözlərini heç kim eşitməmişdir. Cəmilənin bu sözündən hiddətlənərək, habelə Cəmilənin bütün etdiyi əxlaqsız hərəkətlərinin gözünün qabağında canlanmasını yada salaraq, eyni zamanda qonşuların və bütün tanışların yanında ailəsinin şərəfinin alçaldılmasına dözə bilməyərək daha da hirslənmiş və həyət tərəfdən yaşadığı otağın pəncərəsinə yaxınlaşaraq əli ilə pəncərəyə vurub şüşəni sındırmış və bunun nəticəsində şüşə parçası əlisi kəsmişdir. Cəmilə pəncərənin şüşəsini sındırdığını görüb otağın qapısını açaraq evdən çıxıb həyət darvazasına tərəf qaçan zaman Cəmilənin qarşısına çıxmış və Cəmilə geri dönərək evin həyətində olan bağa tərəf qaçanda, Cəmiləyə arxadan çataraq həyətin ortasında əli ilə çiyin nahiyəsindən tutub əlində olan balta ilə Cəmiləni vurmağa başlamış və bu zaman Cəmilə yerə yıxılmışdır. Hirsindən Cəmiləyə neçə zərbə vurduğu yadında qalmamış, sonra həyətdəki paltarasılan ipin üzərindən uşaq mələfəsini götürüb baltanı həmin mələfəyə bükərək həyət darvazası istiqamətində gedərkən evin içərisinə baxmış və nəvələrinin evin içərisində televizora baxdıqlarını görmüşdür. Küçəyə çıxdığı vaxt darvazanın yaxınlığında küçədə Fərhadı görmüş, Fərhada, “dincəldin?, get meytini təhvil al” demiş və yolüstü taksi avtomaşını ilə kürəkəni Pərvizin onu polis idarəsinə aparması üçün Mərdəkan qəsəbəsində yaşayan qızı Muxəsgilə getmişdir. Orada Pərvizə və qızı Muxəsə Cəmiləni balta ilə vurduğunu deyib polisə təslim olmağa getdiyini demiş və Pərvizin əvvəllər polis işçisi olduğunu nəzərə alaraq ondan onu polis idarəsinə aparmasını xahiş etmişdir. Bundan sonra qızı Muxəslə halallaşıb gəldiyi taksi ilə Pərvizlə birlikdə Xəzər rayon polis idarəsinə getmişdir. Polis idarəsinin növbətçi hissəsinə yaxınlaşaraq etdiyi hərəkətlər barəsində məlumat vermiş, könüllü təslim olmağa gəldiyimi demiş və əlindəki baltanı polisə təqdim etmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özifadəsindənbaşqaməhkəmə iclasında dindirilmiş zərərçəkmişin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs mənim doğma bacımdır. Cəmilə təxminən 13 il bundan əvvəl Təqsirləndirilən şəxs oğlu ilə ailə həyatı qurub, birgə nikahlarından dörd oğlan övladları olmuşdur, Cəmilənin əri ilə münasibətləri yaxşı olsa da, qayınatası Təqsirləndirilən şəxsla və qayınanası Şahid3 ilə münasibətləri yaxşı olmamışdır. Cəmilə ilə danışan zaman qayınanasının və qayınatasının Cəmiləni ərindən boşandırmaq istədiklərini demişdir. Onun yaşadığı ev Cəmilənin yaşadığı evin yaxınlığında yerləşir. Mütəmadi olaraq Cəmilə ilə mobil telefon əlaqəsi saxlamışdır. X11 yaşadığı evin yaxınlığındakı obyektdə mühafizəçi işləmiş və mütəmadi olaraq Cəmilənin yaşadığı evə gedib-gəlmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə atası xəbər vermişdir ki, bacısı Cəmilə qaynatası Firdovsi tərəfindən öldürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2006-cı ildə Cəmilə ilə ailə həyatı qurmuş, o, evlənən zaman atası Firdovsi cəzaçəkmə müəssisəsində olmuşdur. Cəmilə ilə ailə həyatı qurduqdan sonra bir müddət münasibətləri yaxşı olsa da, sonradan Cəmilə ayrı yaşamaq istədiyini, valideyinlərinin onun işinə qarışmamağını bildirmişdir. Firdovsi cəzaçəkmə müəssisəsindən çıxandan sonra Cəmilə təxminən bir ay yaxşı münasibət saxlasa da, sonradan tək və azad yaşamaq istədiyini bildirmiş və atası ilə anası evdən çıxıb başqa evdə kirayə yaşamışlar. Həmin vaxta kimi bir neçə dəfə Cəmiə atası və anasandan polis idarələrinə şikayət etmişdir. 2017-ci ildə evdə tapılan yaddaş kartında Cəmilənin əxlaqsız görüntüləri üzə çıxmışdır. Atası boşanmaqlarını tələb etmişdir. Lakin o, ailəsindən razı oduğunu bildirib boşanmamışdır. Atasıgil iki il kirayədə yaşadıqdan sonra maddi vəziyyətləri yaxşı olmadığından evə qayıtmışlar. Yenədə Cəmilə ilə aralarında mübahisələr başlamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə, evdə hadisə baş verdiyini öyrənmiş, yaşadığı evə gələn zaman Cəmilənin atası Firdovsi tərəfindən öldürüldüyünü öyrənmişdir. Sonra ona məlum olmuşdur ki, həmin gün təxminən saat 18 radələrində Firdovsi yaşadığı otaqdan evin həyətinə çıxan zaman Cəmilənin atası Fərhadı evin qarşısında görüb evə gəlməməsini dedikdə, Fərhad qızının yaşadığı evə gəldiyini demiş, sonra Cəmilə hücumla atasının yaşadığı otağa daxil olub atasına sillə atıb, həmin vaxt atası hirslənərək evdən çıxıb qapının qarşısındakı otağa girib balta götürərkən Cəmilə atasının hirsləndiyini görüb evin qapısının içəridən bağlamış, atası otağın pəncərəsini vurub şüşəni sındırıb, Cəmilə pəncərənin şüşəsinin sındığını görüb otağın qapısını açaraq evdən çıxıb həyətə qaçan zaman atası Cəmiləni tutaraq balta ilə baş nahiyəsinə zərbələr vurub Cəmiləni öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşuluğunda yaşamışdır. Belə ki, Zərərçəkmiş şəxs qayınatası Firdovsi ilə, əzəldən qonşu olmuşlar. Zərərçəkmiş şəxs ilə hələ Cəmilənin əri Şahid2la ailə həyatı qurmazdan əvvəl tanış olmuş və Cəmilə ilə aralarında münasibət olmuş, bir neçə dəfə görüşmüşlər. 2004-cü ildə o və Elməddin hərbi xidmətə getmişlər. Hərbi xidmətdən bir müddət Elməddindən gec qayıtmış, qayıdanda isə artıq Eləməddinin Cəmilə ilə ailə həyatı qurmasını öyrənmişdir. Bundan sonra Cəmilə ilə heç bir işi olmamışdır. Lakin, Cəmilə mütəmadi olaraq hələ, subay olan vaxtlarda onu narahat etməyə başlamış və görüşmək, münasibət saxlamağa təkid etmişdir. O, Cəmilə ilə bir neçə dəfə Elməddinlə ailə qurandan sonra görüşmüş, sonradan isə Cəmiləyə əl çəkməsini desə də, Cəmilə əl çəkməmiş, evlənəndən sonra isə arvadına və ailə üzvlərinə onunla görüşməyi barədə deyəcəyi ilə hədələmişdir. Bu səbəbdən də tez-tez mobil telefonuna zəng vurub onu evinə çağırmış, getməyəcəyi təqdirdə ailə üzvlərinə bildirəcəyini demişdir. Cəmilə həyətlərindən onun evinin damına daş atıb həyətə çıxmağını və Cəmiləgilə getməyini tələb etmişdir. Hadisə günü eşitmişdir ki, Təqsirləndirilən şəxs Cəmiləni balta ilə vurub öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Müzəffər oğlu göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə, təxminən saat 18 radələrində Cəmilə ilə qonşuluqda yaşayan Səbinə onunla mobil telefonla əlaqə saxlayıb Səbinəgilə getməsini demişdir. O, həmin vaxt Səbinənin yaşadığı evə getmiş və orada çay içdikdən sonra Səbinə sellofanın içərisində bir neçə ədəd yumurta verərək həmin yumurtaları Cəmilənin yaşadığı evə aparıb verməyini demişdir. Yumurtaları Səbinədən alıb Cəmilənin yaşadığı evə gedib Cəmiləni evin qapısından bir neçə dəfə çağırdıqdan sonra Cəmilə həyətə çıxmış və həmin yumurtaları Cəmiləyə verib geri qayıtmışdır. Geri qayıdıb Firdovsinin yaşadığı otağın qarşısından keçən zaman Firdovsi yaşadığı otaqdan həyətə çıxmış və ona demişdir ki, evə gəlməsin. O, Firdovsiyə qızının yaşadığı evə gəldiyini deyərək həmin həyətdən çıxmışdır. Həyətdən çıxan zaman Firdovsinin arxası ilə nə danışıb-damşmaması barədə heç nə eşitməmişdir. Daha sonra iş yerinə getmiş və bir neçə dəqiqə sonra Cəmilə həmin köşkə gəldiyi zaman Firdovsinin az öncə ona dediyi sözləri Cəmiləyə demiş, Cəmilə də ona Firdovsini başa salacağını demiş, o, Cəmiləyə Firdovsi ilə mübahisə etməməsini deyərək Elməddinə bu barədə məlumat verməsini bildirmişdir. Daha sonra Cəmilə yaşadığı evə getmiş və təxminən 10-15 dəqiqə sonra köşkdə oturan zaman Firdovsinin əlində balta ilə yaşadıqları evin həyət darvazasından çıxdığını görmüş və Firdovsi ona “dincəldin, get təhvil al” deyə bildirmişdir. O, nə olduğunu başa düşməyərək həmin vaxt yanına yaxınlaşan qızı Səbinənin əri Rasim Bayramovla həyətə daxil olduqda Cəmilənin meyitini evin həyətində, uşaqlarını isə yaşadıqları evdə televizora baxan formada görmüşdür. Bundan sonra təcili tibbi yardıma zəng vurub həkimləri çağırmışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator X1 xx xxxxxxx 2019-cu il tarixli, 2540 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur, o, alkoqolizm xəstəliyindən əzab çəkmir, alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin (çətənə) qəbulundan yaranan psixi və davranış pozuntusu - narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 1142 nömrəli, canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər-sağ əlin kəsilmiş yaraları kəsici təsirə malik əşya (ola bilsin şüşə parçası) təsirindən törənmiş, törənmə müddətləri onun 26 saylı X5 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2019-cu il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərər vurmaya aiddirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 121 nömrəli meyitin ekspertizası rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlər: başın yumşaq toxumalarının iç səthinə, baş beyin toxumasına, beyin qişalarına geniş qansızmalar, baş-beyinin əzilməsi; sağ gicgah, təpə, ənsə sümüklərinin açıq, çoxsaylı, kiçik qəlpəli sınıqları və kəllə əsası sümüklərinin sınıqları ilə müşaiyət olunan başın 7 ədəd çapılmış yaraları; boyunun arxa səthinin 1 ədəd, sağ kürəküstü nahiyyənin 1 ədəd, sağ bazunun aşağı üçdə birinin arxa səthinin 1 ədəd kəsilmiş yaraları (cəmi 3 ədəd kəsilmiş yaralar); Qeyd olunan xəsarətlərdən - başın yumşaq toxumalarının iç səthinin, baş-beyin toxumasının, beyin qişalarının geniş qansızmaları, baş-beyin toxumasının əzilməsi; sağ gicgah, təpə, ənsə sümüklərinin açıq, çoxsaylı, kiçik qəlpəli sınıqları və kəllə əsası sümüklərinin sınıqları ilə müşaiyət olunan başın çapılmış yaraları; boyunun arxa səthinin, sağ kürəküstü nahiyyənin, sağ bazunun aşağı üçdə birinin arxa səthinin kəsilmiş yaraları çapıcı təsirə malik alətin (ola bilsin baltanın) kəsici və kəsici- çapıcı təsirindən, ölümdən az əvvəl törənmişlər, həyatidirlər, törənmə müddətləri qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən - başın yumşaq toxumalarının iç səthinin, baş- beyin toxumasının, beyin qişalarının geniş qansızmaları, baş-beyin toxumasının əzilməsi; sağ gicgah, təpə, ənsə sümüklərinin açıq, çoxsaylı, kiçik qəlpəli sınıqları və kəllə əsası sümüklərinin sınıqları ilə müşaiyət olunan başın çapılmış yaraları istər birlikdə, istər ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurma əlamətlərinə malikdirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Boyunun arxa səthinin, sağ kürəküstü nahiyyənin, sağ bazunun aşağı üçdə birinin arxa səthinin kəsilmiş yaraları, istər birlikdə, istər ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqələri yoxdur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başından almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beyinin yumşaq qişasına geniş qansızmalar, baş beynin əzilməsi olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü meyitin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar olunmuş xəsarətlərdən çapılmış və kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş balta təsirindən törənə bilərdilər. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar olunmuş xəsarətlər qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitində uşaqlıq yolundan və arxa keçəcəyindən götürülmüş tamponlarda spermatozoidlər aşkar edilməmişdir (məhkəməbioloji müayinə rəyi № 9/165, xx.xx.2019). Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 2382/K, xx.xx.2019). Məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks məhkəmə-tibbi bioloji, məhkəmə-tibbi kriminalistik və məhkəmə soyuq silah ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 494-MTKŞ/2019 nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jaketin arxa səthində üç ədəd, köynəyin arxa səthində üç ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr küt ucu və iti kənarı olan hər hansı bir çapıcı xassəyə malik alətin (alətlərin) təsirindən törənə bilərdi və bu zədələrin ekspertizaya təqdim edilmiş baltanın ülgücünün və eyni konstruktiv xüsusiyyətlərə malik digər baltanın təsirindən törənə bilməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus finka, tuman və büzqalter üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş balta zavod üsulu ilə hazırlanmış təsərrüfat -məişət təyinatlıdır və soyuq silah hesab edilmir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks məhkəmə-tibbi bioloji, məhkəmə-tibbi kriminalistik və məhkəmə soyuq silah ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 738/2019-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu A(İİ)~dir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ABO sistemi üzrə qan qrupu A(İİ)-dir. Ekspertizaya təqdim olunmuş balta, Zərərçəkmiş şəxs məxsus köynək, jilet, şalvar (finka), bustqalter, tuman üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız A antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə A(İİ) qruplu bir şəxsə, həmçinin Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər hadisə zamanı sonuncunun bədənində qanaxma ilə müşayiət olunan xəsarət olubsa). Məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 1979 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılarına zərər yetirməsi təhlükəsi müəyyən edilmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Aparılmış eksperimental-psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs idrak proseslərinin tədqiqi zamanı ixtiyari yaddasaxlamasının, emosional və assosiativ yaddaşın kifayət qədər aktiv olduğu, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi müəyyən edilsə də, təfəkkürünün ümumiləşdirmə və təhliletmə, proqnozlaşdırma proseslərində normadan kənaraçıxma hallarına tsadüf olunmamaqla, intellektual imkanlarının ümumilikdə normaya uyğun olduğu müəyyən edilir. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, emosional reaksiyalara meyillilik aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmışdır. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Beləliklə, məhkəmə iclasında dindirilmişzərərçəkmişin hüquqi varisinin ifadəsi, şahidlərinifadələri, habelə cinayət işinin materiallarıüzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilənşəxsinittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsüf edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1992-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayon xalq məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 226-1 maddəsinin birinci hissəsi; 55-ci maddələri ilə narkomaniyadan məcburi müalicə olunmaqla 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 1992-ci il tarixli Amnistiya qərarının 8-ci maddəsinin “A” bəndinə əsasən azad olunmuşdur. xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhəri, Əzizbəyov rayon xalq məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 147-ci maddəsinin 3-cü hissəsi ilə əmlakı müsadirə olunmaqla 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər məhkəməsinin xx xxxxxx 1994-cü il tarixli qərarı ilə xx xxxxxxxx 1994-cü il tarixli hökm dəyişdirilib Azərbaycan Respublikası CM-in 147-ci maddəsinin 3-cü hissəsi həmin məcəllənin 147-ci maddəsinin 2-ci hissəsinə tövsif edilərək cəzası 4 ilə endirilmişdir. xx xxxxx 2006-cı il tarixdə X12 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 150.3.3; 29,149.3.3; 66.3; 93.1.4-cü maddələri ilə 15 il azadlıqdan məhrum edilmiş, xx xxxx 2006cı il tarixdə Apellyasiya Məhkəməsinin qərarı ilə ACDİÜ AR Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü dəyişdirilib, cəzası 11 ilə endirilmiş, xx xxxxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusiilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqdan gündən 08 il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış, lakin, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.3-cü maddəsinə əsasən xüsusi ilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən xüsusi ilə ağır cinayətin törədilməsi əməldə cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs yenidən qəsdən xüsusi ilə ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.3-cü maddəsinə əsasən cinayətin xüsusilə təhlükəli residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təslim olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Azərbaycan Respublikasının Cinayət Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəzatəyinedilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinəəsasəntəyinedilmiş cəzaxüsusirejimli cəzaçəkməmüəssisəsindəçəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Xəzər rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 1 ədəd boz rəngli, qısaqol, öndən düyməli jilet, 1 ədəd üzərində qara qəngli naxışları olan ağ rəngli, qolsuz köynək, 1 ədəd sağda və solda cibləri olan, boz rəngli şalvar(finka), 1 ədəd üzərində qırmızı rəngli naxışları olan ağ rəngli tuman, 1 ədəd qara rəngli büstqalter, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd balta məhv edilməlidir. Zərərçəkmiş şəxs məxsus 1 ədəd “SAMSUNG SM-G531 H/DS" markalı mobil telefon bacısı X4, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “NOKİA” markalı mobil telefon isə arvadı Şahid3 qaytarılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsinona 16 (onaltı) il müddətinəazadlıqdan məhrum etmə cəzasıtəyinedilsin. Cəzasınıxüsusi rejimli cəzaçəkmə müəssisəsindəçəksin. Cəzaçəkmə müddətinin əvvəli23sentyabr 2019-cuil tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinəəsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi möalicə təyin edilsin vəəraziözrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xəzər rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 1 ədəd boz rəngli, qısaqol, öndən düyməli jilet, 1 ədəd üzərində qara qəngli naxışları olan ağ rəngli, qolsuz köynək, 1 ədəd sağda və solda cibləri olan, boz rəngli şalvar (finka), 1 ədəd üzərində qırmızı rəngli naxışları olan ağ rəngli tuman, 1 ədəd qara rəngli büstqalter, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd balta məhv edilsin. Zərərçəkmiş şəxs məxsus 1 ədəd “SAMSUNG SM-G531 H/DS" markalı mobil telefon bacısı X4, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “NOKİA” markalı mobil telefon isə arvadı Şahid3 qaytarılsın. Hökmdən, elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar