Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-575/2021 29.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X2 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi 42-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, «Zəli gölü» adlanan ərazidə ünvansız fərdi yaşayış evində yaşamış, 15 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 yanvar 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir ondan ötrü ki, o, 03 yanvar 2020-ci il tarixdə, saat 05:30-06:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, 8-ci döngədə yerləşən nömrəsiz fərdi yaşayış evində tanışları – baxılan cinayət işi üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə birlikdə olarkən sonucuların Zərərçəkmiş şəxs1 məxsus «Samsunq J5» markalı mobil telefonun 2019-cu ilin dekabr ayının 20-də sonuncunun idarə etdiyi “Renault” markalı avtomobildən onun, yəni Təqsirləndirilən şəxs tərəfindən oğurladığını ehtimal edərək mobil telefon aparatının qaytarılmasını həmin tarixdən etibarən təkidlə ondan tələb etdiklərinə, Təqsirləndirilən şəxs isə iradları qəbul etmədiyinə görə göstərilən səbəbdən şəxsi münasibətlərin pozulması zəminində yuxarıda göstərilən ünvanda aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər ikisini qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək, bu niyyətini həyata keçirmək məqsədi ilə mənzilin qonaq otağında əvvəlcə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruqla zərbə vurduqdan sonra istintaq zamanı müəyyənləşdirilməmiş bıçaqla onun arxa nahiyəsinə də bir dəfə vuraraq xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1 mənzilin yataq otağına qaçdıqdan sonra Təqsirləndirilən şəxs həmin bıçaqla mənzilin qonaq otağında olan Zərərçəkmiş şəxs2 də həyat üçün mühüm əhəmiyyəti olan başın alın və hər iki bud nahiyələrinə deşilmiş-kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sağ təpə nahiyəsinin yarası və bədəninin müxtəlif nahiyələrinə sıyrıqlardan ibarət olan sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağına keçib əlindəki həmin bıçaqla Zərərçəkmiş şəxs1 vurmağa davam edərək sonuncunun bədəninin müxtəlif nahiyələrinə: sol diz oynağı nahiyəsinin arxa və arxa-iç səthinin oynaq kapsulunun kəsilməsi və oynaqda hərəkət məhdudluğu ilə fəsadlaşan 1 ədəd dəlib-keçən deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, sol bazu nahiyəsinin 2 ədəd deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin 3 ədəd deşilmiş-kəsilmiş yarası, sağ əlin 1 ədəd dəlib-keçən deşilmiş-kəsilmiş yarası, sol bud nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ bud nahiyəsinin 1 ədəd deşilmişkəsilmiş yarası, sol diz oynağı nahiyəsinin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ diz oynağı nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası, sağ baldır nahiyəsinin 3 ədəd deşilmiş-kəsilmiş yaraları və sağ ayağın 1 ədəd deşilmiş-kəsilmiş yarasından ibarət olmaqla dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid çoxsaylı ümumilikdə 17 ədəd xəsarət yetirərək hadisə yerini tərk etmiş, lakin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hadisə vaxtı ona aktiv müqavimət göstərdiklərindən, eləcə də onların vaxtında tibb müəssisəsinə çatdırılıb ixtisaslı tibbi yardım göstərilməklə həyatları xilas edildiyindən Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə iki şəxsi öldürməyə yönəlmiş cinayətkar niyyətini başa çatdıra bilməyərək iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni onun zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 – iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etməsi öz təsdiqini tapmamış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03 yanvar 2020-ci il tarixdə, saat 05:30-06:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, 8-ci döngədə yerləşən nömrəsiz fərdi yaşayış evində tanışları – baxılan cinayət işi üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəvəti ilə birlikdə zərər çəkmiş Zərərçəkmiş şəxs1 evində olarkən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sonuncuya məxsus «Samsunq J5» markalı mobil telefonun 2019-cu ilin dekabr ayının 20-də Zərərçəkmiş şəxs1 idarə etdiyi “Renault” markalı avtomobildən onun, yəni Təqsirləndirilən şəxs tərəfindən oğurladığını ehtimal edərək elə həmin tarixdən etibarən mobil telefon aparatının qaytarılmasını təkidlə ondan tələb etdiklərinə, 03 yanvar 2020-ci il tarixdə isə mobil telefon tələbinin Təqsirləndirilən şəxs qarşı təhqirlərlə müşahidə olunmasına görə, ona qarşı telefon tələbinə dair iddiaları və təhqirləri qəbul etməyən Təqsirləndirilən şəxslə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 arasında şəxsi münasibətlərin pozulması zəminində yuxarıda göstərilən ünvanda aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs ona qarşı olunan əsassız irad və təhqirlərin qisasını almaq niyyəti ilə mənzilin qonaq otağında əvvəlcə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruqla zərbə vurmuş, sonra hadisənin baş verdiyi ünvanda masanın üzərində olan, texniki göstəriciləri və təyinatı müəyyənləşdirilməmiş bıçaqla onun arxa nahiyəsinə də bir dəfə vuraraq xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1 mənzilin yataq otağına qaçdıqdan sonra Təqsirləndirilən şəxs həmin bıçaqla mənzilin qonaq otağında onun üstünə gələn zərər çəkmiş Zərərçəkmiş şəxs2 başın alın və hər iki bud nahiyələrinə deşilmiş-kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sağ təpə nahiyəsinin yarası və bədəninin müxtəlif nahiyələrinə sıyrıqlardan ibarət olan sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş və bundan sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağına keçib əlindəki həmin bıçaqla zərər çəkmiş Zərərçəkmiş şəxs1 vurmağa davam edərək xüsusi amansızlıqla, o cümlədən zərər çəkən Zərərçəkmiş şəxs1 ağır iztirablar verməklə onun bədəninin müxtəlif nahiyələrinə - sol diz oynağı nahiyəsinin arxa və arxa-iç səthinin oynaq kapsulunun kəsilməsi və oynaqda hərəkət məhdudluğu ilə fəsadlaşan bir ədəd dəlib-keçən deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, sol bazu nahiyəsinin iki ədəd deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin üç ədəd deşilmiş-kəsilmiş yarası, sağ əlin bir ədəd dəlib-keçən deşilmişkəsilmiş yarası, sol bud nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ bud nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sol diz oynağı nahiyəsinin ön səthinin bir ədəd deşilmişkəsilmiş yarası, sağ diz oynağı nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası, sağ baldır nahiyəsinin üç ədəd deşilmiş-kəsilmiş yaraları və sağ ayağın bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət olmaqla dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid çoxsaylı - ümumilikdə 17 ədəd xəsarət yetirərək hadisə yerini tərk etmişdir. Yəni Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurmaya görə Azərbaycan Respublikası CM-nin 128-ci, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə az ağır zərər vurmaya görə Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi, həmin ittihamın qərəzli və qeyri-obyektiv olduğunu bildirərək məhkəməyədək icraat mərhələsində verdiyi ifadələrinə uyğun ifadə verərək göstərdi ki, orta təhsilli olmaqla idmanla məşğul olmuş, hərbi xidmətdən sonra işləri ilə bağlı müəyyən müddət Ukrayna Respublikasında yaşamış və ya ora gedib gəlmiş, 9 il idmanın güləş növü ilə məşğul olmuşdur. 2014-cü ildə Kəmalə Cəfərova ilə qeyri-rəsmi ailə həyatı qurmuş və birgə nikahlarından 3 və 5 yaşlarında iki nəfər azyaşlı uşaqları vardır. Atası Şahid2 şirniyyat hazırlamaqla məşğul olduğundan son illərdə o da atasına kömək edib hazırlanan məhsulları satış üçün müxtəlif mağazalara paylamaqla məşğul olmuşdur. Ailənin gəlir yeri şirniyyat istehsalı və satışı olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, işdə adı şahid kimi keçən Şahid1 2007-ci ildən tanımışdır. Belə ki, həmin vaxtlarda o, şəxsi avtomobili ilə Ramini bir neçə dəfə yolda piyada dayanan görüb götürmüş, söhbət əsasında onun «Zəli gölü» adlanan əraziyə yaxın yerləşən fermada yaşadığını öyrənmişdir. Bundan sonra Raminlə hər görüşəkən aralarında ancaq salam-sağol olmuş, sonuncu ilə münasibəti son 2-3 ay ərzində isə daha da mehribanlaşmışdır. Son vaxtlar bir-biri ilə tez-tez əlaqə saxlayıb görüşmüşlər. Elə həmin ərəfələrdə iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da tanımışdır. Ramazanın təqribən 34-35 yaşı, Muradxanın isə təqribən 26-27 yaşı olmuşdur. Onların hər ikisi ilə münasibəti yaxşı olmuş, aralarında heç vaxt mübahisə, narazılıq, ədavət olmamışdır. 2019-cu ilin noyabr ayının axırlarında Zərərçəkmiş şəxs1 ona zəng edərək hal-əhval tutmuş, onlara tərəf gəldiyini deyib, ondan qapıya çıxmağı istəmişdir. O, da razılaşıb az sonra həyət darvazasının qarşısına çıxdıqda Muradxanın Ramazanla birlikdə gəldiyini görmüşdür. Onlarla darvazanın qarşısında bir qədər söhbət etmiş və söhbət əsnasında Muradxan ona «xəbərin var, Ramini “nakazat” eləmişik, videoya çəkmişəm, qoşum bax» sözlərini demişdir. O, Muradxana videonun onunçün maraqlı olmadığını demiş, ondan Raminə qarşı belə hərəkət etməsinin səbəbini soruşmuşdur. X11rşı söyüş söydüyünü və buna görə Ramini döyüb videosunu çəkdiyini bildirmişdir. Videonun onunçün maraqlı olmadığını, ona göstərməməsini, baxmaq istəmədiyini təkrarən Muradxana demişdir. Bu söhbətdən sonra Muradxanla Ramazan çıxıb getmişlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, bundan sonra onun Muradxana, Ramazana və Raminə qarşı münasibəti dəyişməsə də, onlarla az-az görüşməyə çalışmışdır. Muradxan və Ramazanla sonuncu görüşdən sonra Şahid1 təqribən 3 gün müddətində dayanmadan ona zəng etmiş, lakin Muradxan və Ramazanla aralarında olan «video» söhbətindən xəbərdar olmaması üçün o, Raminin zənglərinə cavab verməmişdir. Təxminən 2-3 gün sonra yaşadıqları məhəllədə Raminlə tam təsadüfən görüşmüş və söhbət zaman Ramin ona Ramazanla Muradxanın ona qarşı haqsızlıq etdiklərini, Muradxanın ona əl atdığını bildirmişdir. Ramin Muradxanın ona göstərdiyi videoya baxdığını fikirləşdiyi üçün o, Raminə «mən heç bir videoya baxmamışam, mənə sizin söhbət maraqlı deyil» cavabını vermiş və Raminlə ayrılmışlar. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, 20 dekabr 2020-ci il tarixdə Muradxan ona zəng edərək hal-əhval tutduqdan sonra onunla elə-belə görüşmək istədiyini bildirmiş, onun olduğu yerlə maraqlanmışdır. O, Muradxana Biləcəridə olduğu dəqiq yeri demiş, bir qədər sonra isə Muradxan onun yanına, Biləcəri qəsəbəsində yerləşən «Ağ dükan» kimi tanınan yerə gəlmişdir. Muradxanla görüşdükdən sonra onlar razılaşıb Muradxanın idarə etdiyi «Renault» markalı avtomobillə tanışı Şahid5 ilə birlikdə "xxxx" stadionun yaxınlığında yerləşən Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkən sonuncunun qardaşı Rafiqin yanına getmişlər. Onlar müalicə müəssisəsində Rafiqlə görüşən vaxt Muradxan onu çöldə öz avtomobilində gözləmişdir. Rafiqlə görüşdən çıxdıqdan sonra o, Rasimdən ayrılmış və Muradxanla birlikdə Ramazanın yanına getmək istəmişlər. Onlar yolda, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə olarkən Muradxanın idarə etdiyi avtomobilin “dinamo”-sunun “remen”-i qırılmış və buna görə avtomobili hərəkət etdirmək mümkün olmamış, odur ki, avtomobili bir kənarda saxlayıb, Muradxanla birlikdə remen almaq üçün yaxınlıqda olan mağazalara getmişlər. Lakin onlar remen tapa bilməyib geri avtomobilə qayıtmış, Muradxan Ramazana zəng edərək maşının remeninin qırıldığını, DSK tərəfdə qaldıqlarını demişdir. Ramazanın isə Muradxana «nömrəsini de, mən alım gətirim» sözlərini deməsini o, eşitmişdir. Muradxan da Ramazana hansı nömrəli remen lazım olmasını demişdir. Bundan sonra o, Muradxanla birlikdə yenidən mağazalara baxmış, avtomobil üçün uyğun bəlkə başqa «remen» tapa biləcəklərini fikirləşmiş, lakin uyğun remen tapa bilməyib təkrarən geri qayıtmışlar. Onlar avtomobilə əyləşən zaman Muradxan ona «telefonumu maşında zaryatkaya qoymuşdum, indi yerində yoxdur, mənim telefonum səndədir?» sualını vermişdir. Həqiqətən Muradxanın telefonundan xəbəri olmadığından o, Muradxana cavab olaraq onun telefonunun onda olmadığını demişdir. O, Muradxanın ümumilikdə mobil telefonunun olmasını, onun yanında həmin mobil telefondan istifadə etməsini bilsə də, telefonun dəqiq markasını bilməmişdir. Bundan sonra Muradxan onun telefonu ilə Ramazana zəng edərək ona telefonunun yoxa çıxdığını bildirmiş və tez gəlməsini tapşırmışdır. Muradxanın bu danışığından telefonun itməsində sonuncunun ondan şübhələndiyini hiss etmişdir. Bir qədər keçdikdən sonra, artıq havanın qaralan vaxtı Ramazan da ora gəlmiş, sonuncu gəldikdən sonra hər üçü, yəni Muradxan, Ramazan və o, yaxınlıqda yerləşən tanımadıqları mağazalardan birinə yaxınlaşaraq avtomobildən telefon oğurlandığını bildirmiş və təhlükəsizlik kamerasına baxmaları üçün şərait yaradılmasını xahiş etmişlər. Onlar hər üçü kamera görüntülərinə baxsalar da, hava qaranlıq olduğundan kamera görüntülərində heç nə müşahidə etmək mümkün olmamışdır. Belə olduqda hər üçü, yəni o, Muradxan və Ramazan sonuncunun kirayə tutduğu Binəqədi şossesində yerləşən evinə getmişlər. Evdə olan vaxt Ramazan ondan və Muradxandan telefonun necə, hansı şəraitdə itməsini soruşmuşdur. Həmin vaxt o, telefonun itməsində yenə də ondan şübhələndiklərini hiss edib soruşmuş, cavab almadıqda növbəti gün kameralara baxdırmaq qərarına gəlmişlər. Səhəri gün o, Muradxan və Ramazan birlikdə Muradxanın telefonunu itirdiyi əraziyə, yəni DSK yolu adlanan əraziyə getmişlər. Həmin ərazidə olarkən tanımadığı sexlərdən birinə yaxınlaşaraq telefon oğurlandığını, kamera görüntülərinə baxmaq istədiklərini demişlər. Bui şin çox vaxt aparacağını, daha vacib işlərinin olduğunu fikirləşib Ramazanla Muradxana evdə işinin olduğunu deyib getmiş və kamera görüntülərinə baxdıqdan sonra nəticəsini ona bildirmələrini xahiş etmişdir. O, evə getdikdən təqribən 1-2 saat sonra Ramazana zəng edib kamera görüntülərinə baxıbbaxmamaları ilə maraqlanmış, Ramazan kamera görüntülərində heç nə görünmədiyini demiş, həm də ona “Nizami, bu necə ola bilər, telefon necə itə bilər?” sualını vermişdir. Bu sual yenə də şübhələri onun üzərinə gətirdiyinə görə o, Ramazana polisə şikayət etmələrini təklif etmişdir. Onun Ramazanla bu danışığından sonra Muradxanın atası və anası onların evinə gəlib valideynlərinə yalandan “Nizami kameraya düşüb, telefonu o, götürüb, deyin gətirib telefonu versin, istəmirik ki, aramızda narazılıq olsun» sözlərini deyib getmişlər. Həmin vaxt o, evlərində olmamış, Muradxanın valideynlərinin onlara gəlib etdiyi söhbətləri atası ona demişdir. O, atasına onların ona şər-böhtan atdıqlarını demiş, telefonun itməsi ilə bağlı baş verənləri atasına danışmış, atasına and içib Muradxanın telefonundan xəbərinin olmadığını demişdir. Bu söhbətlərdən sonra o, evdə olmayan vaxt Muradxanın anası onlara gəlmiş, atasına guya onun (t/şəxs Təqsirləndirilən şəxs) DSK yolunda olan sexlərə gedib guya kamera görüntülərini göstərdikləri ilə bağlı onlarla dalaşdığını bildirmişdir. Bu barədə ona atası danışdıqda, o, yenə də haqqında deyilənləri qəbul etməmiş, Muradxanın anasının yalan danışdığını demişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, dəqiq tarixini xatırlamadığı günlərin birində Muradxan, Ramazan və onun tanımadığı daha bir nəfər o, evdə yatdığı vaxtda yenə də onun yaşadığı evə gəlib atası ilə söhbət etmiş «Nizamiyə deyin, gətirib telefonu versin, bu söhbət belə olmayacaq» sözlərini demiş və çıxıb getmişlər. Həmin vaxt o, evdə yatdığı üçün Muradxanla görüşə bilməmiş, sonuncu ilə Ramazanın və daha bir nəfərin onların evə gəldiyini və telefonu tələb etmələrini növbəti gün atası ona demişdir. Bundan sonra o, Ramazana «Hələ ki, dostuq, qardaşıq, öz yerində. Amma axırıncı dəfə olsun ki, mənə zəng çatmırsa, bivaxt qapıma gəlirsiz» məzmunlu sms göndərmiş, lakin Ramazan isə ona cavab verməmişdir. Bu smsdən sonra bir müddət sakitlik olmuş, lakin 2019-cu ilin dekabr ayının sonlarında Muradxan başqa bir mobil nömrədən onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək əvvəlcə hal-əhval tutmuş, sonra isə harada olduğunu soruşmuş və görüşüb dərdləşmək istədiyini bildirmişdir. O, Muradxana hələlik başının qarışıq olduğunu demiş, vaxt olduqda görüşəcəklərinə söz vermişdir. 02 yanvar 2020-ci il tarixdə Muradxan ona zəng edərək onunla görüşmək istəmişdir. Lakin o, Muradxangillə görüşmək istəmədiyindən o, başqa işləri olduğunu, bir azdan özünün onları yığacağını demişdir. Bundan sonra həmin gün, yəni 02 yanvar 2020ci il tarixdə saat 17.50-də Zərərçəkmiş şəxs1 onun istifadəsində olan mobil telefon nömrəsinə «Noldu nizi bes yigirdin seni gozduyurem» məzmunlu mesaj göndərilmiş təkidlə onunla danışmaq istəmiş, onu təkidlə görüşə dəvət etmişdir. Saat təqribən 22 radələrində Muradxan təkrarən ona zəng etmiş, harada olması ilə maraqlandıqda o, sonuncuya evdə olduğunu demişdir. Muradxan ona Ramazanla onu götürməyə gələcəklərini demiş, saat təqribən 22-23 radələrində gəlib onu yaşadığı evdən götürmüş və üçü birlikdə Muradxangilə getmişlər. Muradxanın evi həyət evi olmuşdur. Onlar hər üçü birlikdə evə keçmiş, təxmini xatırladığına görə Muradxanın yaşadığı evdə təbii qaz limiti bitdiyindən o, Muradxanla sonuncuneun həyətlərinə çıxıb qaz sayğacına yaxınlaşmış və 1 manatlıq kredit götürmüşlər. Həmin vaxtı hava qaranlıq olduğundan Muradxan sayğacın üzərindəki düyməni görə bilməsi üçün öz telefonun işığı ilə sayğacın üzərinə işiq salmış və yükləmişdir. Ramazan yemək yemiş, elə həmin vaxt aralarında yenə də telefon söhbəti başlamış və Muradxan ona «Nizami, telefon hanı, biz elə bilirdik ki, sən telefonla gəlmisən?» kimi bir sual vermişdir. Suala konkret cavab verib telefonun onda olmadığını demişdir. Bir neçə saat ərzində Ramazanla Muradxan telefon mövzusundan əl çəkməmiş, xoşagəlməz söhbət davam etmiş, hətta Muradxan ona “sən telefonu götürüb, Raminə vermisən” kimi sözlərlə onu ittiham etmişdir. O, isə belə bir halın olmadığını, onun telefonundan xəbərinin olmadığını demiş, bu söhbətə son qoymağı xahiş etmişdir. Bu mövzuda söhbət aparılarkən Muradxanın əlində bir, Ramazanın əlində isə iki bıçaq olmuş, söhbətin gedişatında onların hər ikisi gah bıçaqları masaya qoyur, gah da əllərində tutaraq nümayiş etdirir, sanki bununla ona hədə-qorxu gəlmişlər. Bir neçə saat ərzində söhbət aparılarkən o, dəfələrlə telefonun onda olmadığını, Muradxanın telefonunu o götürmədiyini desə də, onlar yenə öz fikirlərində qalmış, telefonun onda olduğunu bildirib, telefonu gətirib verməsini tələb etmişlər. Söhbət vaxtı Ramazan ona Raminin tərəfini tutmasını deyib telefonu gətirməsini ondan tələb etmişdir. Ramazan və Muradxanla demək olar ki, səhərədək yalnız telefon barədə söhbət etmişlər. Muradxan təkrar-təkrar telefonu ondan tələb etmiş, ona «Nizami necə yəni yoxdu, telefonu doğmalısan» sözlərini dedikdə, artıq o, problem olacağını anlamış ona görə də Muradxana yalandan telefonun yaşadığı evdə olduğunu bildirmiş, gedib evdən gətirəcəyini demişdir. Bundan sonra o, artıq 03 yanvar 2020-ci il tarixdə saat 04-05 radələrində Muradxanın evindən çıxıb piyada evlərinə getmiş və qayıtmaq niyyəti olmamışdır. “Sabah yadlarından çıxar, bir də bu məsələyə qayıtmazlar” kimi bir fikirlə Muradxanın evinə qayıtmamışdır. Bununla məsələni sakitləşdirmək istəmiş, şişməsini istəməmişdir. Lakin az sonra Ramazan ona zəng etmiş, “hardasan, niyə gəlmədin?” deyə maraqlanmışdır. O, Muradxan evdəkilərin yatdığını demiş, onlar oyandıqdan sonra telefonu gətirəcəyini bildirmişdir. Lakin Ramazan telefonda onu aldatmış, münasibətlərinin olduğunu, telefonun onda olmadığını artıq başa düşdüklərini, kişi kimi söhbət etmək istədiklərini demiş və onlara getməyi istəmişdir. O, həqiqətən də Muradxangilin telefonun onda olmadığını başa düşdükləri qənaətinə gəlmiş və Muradxangilə qayıtmışdır. Muradxangilə qayıtdıqdan sonra evə daxil olan kimi arxadan qapını bağlanmış, lakin qapının kim tərəfindən bağlandığını yadında saxlamamışdır. Muradxan təkrarən həmin mövzuya qayıtmış və ona «axı sən söyüş söymüşdün ki, telefonu mən götürməmişəm, indi də deyirsən telefon məndədir, bu neçə olur?» sualını vermiş və əlavə olaraq «telefon səndədir, doğ» sözlərini ona demişdir. O, Muradxanın sözünü özünə təhqir kimi qəbul etmiş, artıq dözə bilməmiş, onun bu sözlərindən bərk əsəbləşmişdir. Həmin vaxt Ramazanın əlində iki bıçaq olmuş, onlardan biri açıq, digəri isə açılıb-qatlanan olmuşdur. Muradxanın əlində isə bıçaq görməmişdir. Muradxanla Ramazan hər ikisi onun üstünə gəldikdə o, onu öldürə biləcəklərini fikirləşmişdir. Həmin vaxt o, masanın üstündə başqa bir bıçaq olduğunu görmüşdür. Muradxan ondan əvvəl stola yaxınlaşıb bıçağı götürmək istədikdə, o, Muradxanı yumruqla vurmuş, sonuncu yıxıldıqda, onaların ona qarşı alçadıcı hərəkətlər edəcəyini və ya onu öldürəcəklərini düşünüb stolun üstündəki bıçağı tez götürmüşdür. Həmin vaxt bıçağı götürdükdən sonra Muradxan başqa otağa qaçmaq istəmişdir. O, uzun müddətli təhqirlərdən sonra əsəblərini cilovlaya bilməmiş və onun özünün bıçağı ilə bir dəfə Muradxanın arxa nahiyəsindən vurmuşdur. Həmin vaxt Ramazan əlində tutduğu bıçaqla onun üzərinə gəlmiş və bıçaqla onu vurmaq istəmişdir. Lakin o, Ramazana badalaq vurmuş, sonuncu divanın üzərinə yıxılmış və dərhal qalxaraq onu bıçaqla vurmağa cəhd etmişdir. Lakin o, Ramazanı qabaqlayıb onun xatırlamadığı nahiyəsindən bıçaqla yüngülcə vurmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Ramazanı yaraladıqdan sonra Muradxan yataq otağına keçdiyindən o, sonucunun arxası ilə keçib Muradxanın ayaq nahiyələrindən yüngül zərbələrlə bıçaqla vurub əsəbi-əsəbi ona «sən özün işi bu yerə gətirdin» demişdir. Elə həmin vaxt evin zal hissəsindən Raminin səsinin gəldiyini, Raminin Ramazanı söydüyünü eşitmiş, lakin Ramazanın Raminə nəsə deməsini eşitməmişdir. Muradxan yataq otağında ondan yayınmaq məqsədilə çarpayının üstünə çıxıb digər tərəf keçdiyindən o, həmin vaxt haradan götürdüyünü xatırlamadığı külqabını Muradxanın dalınca atmış, lakin həmin külqabının sonuncuya dəyib dəymədiyini görməmişdir. Çarpayının başına fırlanıb Muradxana çatıb onu tutmuş, onun üzərində qan görmüş, Muradxanla Ramazanında dayandıqlarını və ona hücum etmək niyyətində olmadıqlarını görüb o da əl saxlamış, heç birini vurmamışdır. Bundan sonra bir əli ilə Muradxanın paltarının boynunun arxasından, digər əli ilə isə şalvarının arxasından qayışından tutub onu evin zal otağına gətirmişdir. Zal otağında Ramazanın divanda oturduğunu, Raminin isə ondan təxminən 1-2 metr aralıda ayaq üstə dayandığını görmüşdür. Raminin və ya Ramazanın əlində hər hansı əşya və ya bıçaq görməmişdir. O, Raminin hadisə yerinə necə gəlib çıxdığını o, bilməmişdir. Muradxanı zal otağının orta hissəsinə buraxmış, Muradxanı təhqir edib ona «bunu istəyirdin?» sualını verib, «sənə görə oldu hər şey» sözünü demiş və elə həmin vaxt Muradxangilin xəstəxanaya getmək istədikləri təqdirdə, avtomaşının açarlarını axtarmamaları üçün masanın üzərində müxtəlif şeylərin arasında olan maşın açarları götürüb Zərərçəkmiş şəxs1 üstünə atmış, həkimə getmələrini tövsiyyə etmişdir. Bundan sonra o, Raminə çıxıb getmələrini təklif etmiş və Raminlə birlikdə Muradxanın evindən çıxmışlar. Evdən çıxdıqdan sonra o, Raminə atası ilə əlaqə saxlamasını, gəlib Muradxangili xəstəxanaya aparmalarını deməsini tapşırmışdır. Muradxanın evindən çıxdıqdan sonra hətta o, xoşagəlməz hadisəyə görə özünün atası ilə üz-üzə gəlmək istəməmiş, ona görə də öz atasına zəng edib Muradxanla Ramazanı vurduğunu, özünün gedib polisə təslim olacağını demiş və Muradxanla Ramazanı xəstəxanaya aparmalarını demişdir. Təqsirləndirilən şəxs ifadə verərkən arayış verib göstərdi ki, onun nə Muradxanı və nə də Ramazanı öldürmək və ya onlara ağır xəsarət yetirmək niyyəti olmamışdır. O, uzun müddət peşəkar idmanla məşğul olduğundan insan həyatı üçün təhlükəli orqanları çox yaxşı bilmiş və ona görə də onlara həyat üçün təhlükəli olan orqanlardan xəsarət yetirməmiş və ya ağır xəsarət yetirməmişdir. X22 öldürmək üçün bütün imkanları olmuş, bunun üçün şərait olmuş, ona konkret olaraq heç kim mane olmamışdır. Muradxanla Ramazan ona qarşı heç bir müqavimət göstərməmişlər. Belə ki, onun məqsədi onları yaralamaq olmuş, bununla da onları cəzalandırmaq istəmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, Muradxan və Ramazan onu Muradaxana məxsus telefonu maşından oğurlamaqda əsassız günahlandırmış, o, Muradxanın telefonunu oğurlamadağını dəfələrlə bildirməsinə baxmayaraq, Ramazanla Muradxan telefonu onun oğurladığını iddia edərək, telefonu qaytarmasını tələb etmiş, bununla bağlı aralarında bir neçə dəfə narazılıq olmuşdur. Hətta dostu Ramin də bir neçə dəfə ona Muradxanın telefonunun oğlurlanması ilə əlaqədar Muradxanla Ramazanın onu da çox narahat etmələri barədə ona şikayətlənmişdir. O, Raminlə dostluq etmiş, münasibətləri yaxşı olmuş, o, Muradxapnı Raminə görə onu tanımışdır. Muradxanın telefonla Ramini videoya çəkməsinin düzgün hərəkət olmadığını ona deyib iradlarını bildirdiyindən və Raminin tərəfini saxladığından Muradxan telefonla bağlı onun üstünə şər atmaq, tanıdığı şəxslərin yanında onu alçaltmaq istəmişdir. O, dost malına heç vaxt göz tikməmiş, telefonun yoxa çıxması iddia olunan gün o, Muradxanla birlikdə olmuş, onların hər ikisinin mobil telefonu olmuş, onun Muradxanın telefonununda gözü olmamışdır. Muradxanla Ramazan öz hərəkətləri ilə onu ailə üzvlərinin yanında az qala gözdən salmış, o, özünün şərəf və ləyaqətini təhqir olunmuş kimi qəbul etmişdir. Oğurluqda günahlandırlmasını, alçaldılmasını özünə çox ağır təhqir hesab etmişdir. Bütün bununla yanaşı o, yenə də məsələnin böyüməməsinə çalışmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, Muradxanın evindən çıxdıqdan sonra səhər 08 radələrində öz evinə gedərək hər kəsin yatdığını görüb telefonunu evin içərisində xatırlamadığı istiqamətdə tullamışdır. Həkimlərin hadisədən məlumat tutmalarından sonra polisin avtomatik olaraq hadisədən məlumatlı olacaqlarını, onu axtaracaqlarını gözəl dərk etmiş, gedib polisə təslim olacağını atasına və Raminə bildirmiş, sadəcə qorxduğu üçün sonra polisə getmək barədə fikrindən daşınmışdır. Həyətdə zivədən asılmış özünə məxsus paltarları götürüb evdən çıxmışdır. Şavlarına qan bulaşdığından o, şalvarını dəyişmək istəmişdir. Lakin zivədən götürdüyü şalvarı çox geyindiyindən və tam qırışmış vəziyyətdə olmaqla geyinilməsi mümkün olmadığından hadisə vaxtı əynində olan şalvarı daha münasib bilmiş və Ramindən onu yumasını xahiş etmişdir. Müvəqqəti şalvarı dəyişib qanlı şalvarı Raminə vermiş, axşamüstü 4 yol qəbiristanlığının yanında görüşmələrinə razılaşılmış və DSK yolunda ayrılmışlar. Ramindən ayrıldıqdan sonra Biləcəri qəsəbəsində olmuş, hmin günü saat 18-19 radələrində Raminlə 4 yol qəbiristanlığının yanında görüşmüş, sonuncu ona şalvarını verib, nə edəcəyini ondan soruşduqda o, cavabında Raminə, Biləcəriyə gedəcəyini, daha sonra gedib polisə təslim olacağını demişdir. O, Ramindən ailəsilə əlaqə saxlaya bilməsi üçün telpefon, cibində pulu olmadığından özünə siqaret pulu istəmişdir. Ramin ona kimdənsə pul almalı oluduğunu, pulu alıb qayıdacağını bildirmiş, ona Biləcəridə olmağı tapşırıb getmişdir. Üzərində telefonu olmadığından Raminlə 1-2 saat sonra Biləcəri qəsəbəsində yerləşən «Red Black» çay evində görüşəcəklərinə razılaşaraq ayrılmışlar. Təxminən 1-2 saat sonra «Red Black» çay evinə getsə də, Raminin gəlmədiyini görüb, şəhərin mərkəzinə tərəf getmişdir. Lakin tutulacağından qorxduğu üçün polisə gedib təslim olmamış, 14 yanvar 2020-ci il tarixədək təqribən 12 gün gecələr küçələrdə yatmış, ordaburda gününü keçirtmiş, 14 yanvar 2020-ci il tarixdə axşam saatlarında Zabrat qəsəbəsində yaşayan bacısının evinə getmiş, bacısı isə onun ata-anasına zəng edərək onun gəldiyini xəbər vermişdir. Bundan sonra atası-anası bacısının evinə gəlmiş, onlar görüşmüş və növbəti gün isə o, könüllü olaraq gedib polisə gedib təslim olmuşdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərdi ki, hadisənin gedişatında Raminin səhər vaxtı Muradxangilə necə gəldiyini o, bilməmiş, ona özünün və ya qeyrisinin zəng edib ora gəlməsini tapşırmasını xatırlaya bilməmişdir. Raminin telefon barədə söhbətlərdən məlumatı olmuş, Muradxangilin təkidlə onunla görüşmək istəmələrini bilmiş və onu bu görüşdən yayındırmağa çalışmışdır. Ramin hətta hadisədən əvvəl onun istifadəsində olan mobil telefona «onnarnan goruwma piratlatka quracacaxlar mene nece qurdular agilli ol qonagim var» məzmunlu mesaj yazmış, məqsədi onun Ramazan və Muradxanla görüşməsini istəməməsi olmuşdur. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cəzalandırmaq məqsədilə onların bədəninin müxtəlif nahiyələrindən, əsasən arxa nahiyyələrindən vurmuş, hadisənin şokunda olduğundan onları öndən vurduğunu xatırlaya bilməmişdir. Muradxanla Ramazanı öldürmək və ya onlara ağır bədən xəsarəti yetirmək kimi bir niyyəti olmamışdır. Belə ki, evdə onları öldürməyə tam imkanı olmuş, niyyətini sonadək başa çatdırmağa ona kimsə mane olmamışdır. Hadisə vaxtı Ramazanla Muradxan ona xəsarət yetirə bilməmiş, sadəcə hadisənin gedişatında Muradxanın arxasınca yataq otağına qaçarkən baldırı harasa dəyib zədələnmişdir. O, Muradxanın istifadəsində olan, istintaq mərhələsində «Samsunq J5» markalı olduğunu öyrəndiyi mobil telefonu o, oğurlamamış, Raminlə bağlı olan görüntülərin sonuncuya məxsus mobil telefonda və ya ayrı-ayrı şəxslərə olduğunu o, dəqiqliklə bilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 17 yanvar 2020-ci il tarixli istintaq hərəkəti protokolu elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən sərbəst ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh 87-90). Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edib mahiyyəti üzrə göstərdi ki, iş üzrə şahid kimi keçən Şahid1 uşaq yaşlarından tanısa da, münasibətləri hadisədən təqribən 2-3 il əvvəl yaranmışdır. Onunla münasibətləri daim yaxşı olmuş, onunla aralarında heç vaxt narazılıq olmamışdır. Zərər çəkmiş Zərərçəkmiş şəxs2 isə Raminə görə tanımışdır. Belə ki, Ramazan əvvəllər 14 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkmiş və onunla azadlığa çıxdıqdan sonra tanış olmuş, onunla münasibəti yaranmışdır. Ramazan narkoman olmuş, ailəsi olmamış, arada Masazır qəsəbəsində qardaşı Ağabba ilə yaşamışdır. Lakin Ağabba ailəli olduğundan Ramazan çox vaxt onlarda qalmamış, gündəlik ya onlarda, ya tanışı Samirə adlı qadının evində və ya harda düşdü yaşamışdır. Ramazan düşmənli olduğundan üzərində daima biriki bıçaq gəzdirmişdir. Bir müddət sonra Raminin şəxsi məqsədləri üçün digər şəxslərdən istifadə etməyə çalışdığını görüb onunla münasibəti bir qədər soyumuşdur. Lakin o, Ramazanla tez-tez əlaqə saxlamış və görüşmüşdür. Baxılan iş üzrə Təqsirləndirilən şəxs də hadisədən təxminən 3 ay qabaq, yəni 2019-cu ilin noyabr ayında onunla Ramin tanış etmiş, Nizami ilə də münasibəti yaxşı olmuş, aralarında narazılıq, ədavət və ya düşmənçilik olmamışdır. Nizaminin yaşadığı ev onun yaşadığı evdən bir qədər yuxarıda, «Vulkan dağı» adlanan ərazinin yaxınlığında yerləşmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, hadisədən təxminən 2 ay əvvəl Raminin ondan istifadə etməyə çalışdığına, həmçinin telefonda onu təhqir etdiyinə görə Ramingilin yaşadığı məhəlləyə getmiş və orada Raminlə aralarında sözlə mübahisə entmişdir. Həmin mübahisədən sonra Ramini nə görmüş və nə də onunla əlaqə saxlamışdır. Nizami ilə isə ancaq aralarında salam-sağol olmuş, Nizami ona bəzən müraciət edib, onun istifadəsində olan “Renault Tondar” markalı avtomobili idarə etməklə həkimə aparması üçün istəmiş, o, da Nizamiyə etiraz etməmiş və özünə məxsus maşını idarə etməsi üçün ona vermişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində o, Nizami ilə birgə sonuncunun təklifi ilə "xxxx" stadionun yaxınlığında yerləşən «Central» kimi tanınan cəzaçəkmə müəsissəsinə getmişlər. Nizaminin deməsinə görə həmin cəzaçəkmə müəssisəsində onun hansısa qohumu cəza çəkmişdir. O, həmin vaxt çöldə özünə məxsus “Renault Tondar” markalı avtomaşında Nizamini gözləmiş və sonuncu görüşdən çıxdıqdan Nizami ilə birlikdə evinə tərəf hərəkət etməyə başlamışlar. DSK yolunda olan zaman avtomobilin dinamosunun remeni qırılmış, buna görə mühərriki işə salmaq mümkün olmamışdır. O, avtomobilini yolun kənarında saxlayıb, Nizami ilə birlikdə maşından düşmüş və hər ikisi ayrı-ayrılıqda yaxınlıqda olan mağazalardan remen axtarmağa başlamışlar. O, həmin vaxt özünə məxsus “Samsung J5” markalı olan, 300 manat dəyərində mobil nömrəsini xatırlamadığı «Android» tipli mobil telefonunu maşında qoymuşdur. Nə Nizami, nə dəki o, avtomobili üçün remen tapa bilməmiş, birlikdə maşına qayıtmışlar. O, telefonunun maşında olmadığını görmüş və Nizamidən telefonunun harada olduğunu soruşmuşdur. Nizami isə cavab olaraq söyüş söyərək telefonunun onda olmadığını, görmədiyini bildirmişdir. Bundan sonra o, Nizaminin telefonu ilə Ramazanın 055 913-92-99 mobil telefon nömrəsinə zəng etmiş, Ramazana idarə etdiyi maşının remeninin qırıldığını, yolda qaldıqlarını bildirmiş, telefonunun da oğurlandığını demişdir. Ramazan ondan remenin kodunu soruşmuş, lakin o, remeninin kodunu bilmədiyi üçün deyə bilməmişdir. Bundan sonra o, avtomobili işə salmış və asta sürətlə hərəkət etdirməklə məhəllələrinə getmişlər. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında daha sonra göstərdi ki, telefonunun yoxa çıxması ilə əlaqədar Ramazanla söhbət edərkən sonuncu telefonun Nizami tərəfindən oğurlandığını əminliklə bildirmiş və nəyin bahasına olursa-olsun həmin telefonu Nizamidən tutub almaq lazım olduğunu bildirmişdir. Həm Ramazanın deməsindən və həm də Nizami ilə birlikdə cəzaçəkmə müəssisəsinə gedib qayıdarkən yanlarında ikisindən başqa heç kim olmadığından telefonun Nizami tərəfindən götürülməsindən şübhələnmişdir. Telefonla bağlı məsləni aydınlaşdırmaq məqsədilə Nizamiyə bir neçə dəfə zəng etsə də, sonuncu onun telefon zənglərinə cavab verməmişdir. Bir neçə dəfə onun valideynləri, bir neçə dəfə isə o, özü Nizaminin yaşadığı evə getmiş, sonuncu evdə olmadığından onun ailə üzvləri ilə söhbət edərək Nizaminin onun telefonunu gətirib qaytarmasını demişlər. Həmin mobil telefonda onun ailsəsinə məxsus foto və videoçəklişlər olduğundan o, təkidlə telefonun qaytarılmasını tələb etmişdir. Telefonu elə də qiymətli olmadığından və bir telefona görə Nizami ilə münasibətlərini pozmaq istəmədiyindən o, polisə şikayət etməmiş, Nizaminin özünün telefonu qaytaracağını fikirləşmişdir. Lakin o, Nizami ilə görüşə bilməmiş, sonuncu da telefonunu qaytarmamışdır. Zərərçəkmiş şəxs1 daha sonra ifadəsində göstərdi ki, 02 yanvar 2020-ci il tarixdə axşam saatlarında evdə olan zaman Nizaminin xatırlamadığı mobil telefon nömrəsinə istifadəsində olan 055 388-94-93 mobi telefon nömrəsindən zəng etmiş və sonuncu bu dəfə onun zənginə cavab vermişdir. Danışıq zamanı ondan harada olduğunu soruşduqda Nizami evdə olduğunu demişdir. O, Nizamiyə görüşmək istədiyini demiş, sonuncu razılaşaraq gəlib onu evdən götürməyi xahiş etmişdir. Həmin vaxt Ramazan onun evində olduğundan onlar yaşadığı evdən çıxaraq özünə məxsus «Renault» markalı avtomobillə Ramazanla birlikdə Nizamigilin evinə tərəf getmiş və sonuncunu yaşadığı evdən götürmüşlər. Yaxınlıqda olan kafelərdə yer tapmadıqlarından, həmçinin Ramazanla o, ac olduqlarından Nizamiyə onlara evə getməyi təklif etmiş, yemək yeyib söhbət edəcəklərini bildirmişdir. Nizami onlarla razılaşaraq təklifi qəbul etmiş və birlikdə onun yaşadığı evə getmişlər. Saat 22-23 radələrində evə çatdıqdan sonra Nizami onun avtomobili ilə gedib onlara dovğa, çörək almış, həmçinin qaz sayğacının plastik kartına 1 manat kredit götürmüş, Nizami evə qayıtdıqdan sonra o, plastik kartda olan pulu qaz sayğacına köçürmüşdür. Bundan sonra hər üçü evdə oturub çörək yemişlər. Nizaminin onun avtomaşınından götürmüş olduğu mobil telefonla bağlı aralarında olan söhbət zamanı Nizami ona məxsus telefonu götürdüyünü etiraf edərək telefonu evdən götürüb gələcəyini demişdir. O, Nizamiyə ona məxsus maşınla gedib evindən telefonu gətirməyi demiş, Nizami evdən onun maşını ilə çıxmışdır. Nizami getdikdən sonra deyəsən Ramazan Nizamiyə zəng etmiş, harda qaldığını soruşmuşdur. Nizami isə «evdəkilər yatıb, səhərə yaxın gedib telefonu gətirərəm» sözlərini demişdir. Ramazan ona “bizim qardaşlığımız və mehribançılığımız olub, telefonun səndə omadığını başa düşürük” demiş və Nizamiyə qayıdıb gələməsini tapşırmışdır. Nizami 2-ci dəfə gəldikdən sonra Ramazanla Nizaminin söhbətləri düz gəlməmiş, Ramazan ona “telefonu doğ” demiş, o, isə Nizaminin ünvanına söyüş söymüş, «hazırda da telefon sənin evindəkilərdədir» sözlərini demişdir. Bundan sonra Nizami yumruqla onu vurmuşdur. Nizami onu vuran kimi o, yerə yıxılmış, qalxıb Nizamiyə tərəf getdikdə Nizami onun evində masanın üzərində olan mətbəx bıçağını götürüb onu vurmuşdur. O, Nizaminin əlində bıçağı görüb qorxudan müqavimət göstərə bilməmiş və yataq otağına qaçmışdır. Bundan sonra Nizami onun arxasınça gəlib ayaq nahiyələrindən bıçaqla bir neçə dəfə vurmuşdur. Nizami onu bıçaqla vurub dayanmış, onu bıçaqlayan vaxt «bu işi bu vəziyyətə sən gətirdin, mənim ünvanıma söyüş söydün, mən də səni belə cəzalandırdım» sözlərini demişdir. Nizami onu vurduqdan sonra evin qonaq otağına keçmiş, o, da uzandığı çarpayıdan qalxıb qonaq otağına keçmiş və orada Ramazanı qonaq otağında olan divanın üzərində oturmuş vəziyyətdə görmüşdür. Nizami onu ilk dəfə vurarkən o, yataq otağına qaçdığımdan Ramazanla Nizaminin arasında hər hansı dava-dalaş olduğunu, Nizaminin Ramazanı vurduğunu görməmişdir. Bundan sonra Nizami masanın üzərindən ona məxsus avtomaşının açarını onun üstünə atıb xəstəxanaya getmələrini demiş və çıxıb getmişdir. Həmin vaxt Raminin onun evində olubolmamasına fikir verməmiş, Nizaminin Raminlə və ya qeyrisi ilə çıxıb getdiyini o, xatırlaya bilməmişdir. Nizami getdikdən sonra o, gedib yataq otağında çarpayıda uzanmış və orada huşunu itirmişdir. Bundan sonra nə baş verdiyini bilməmiş ayılanda özünü xəstəxanada görmüşdür. Ramazandan və Nizamidən heç bir məlumatı olmamışdır. Amma sonralar Ramazan 2020-ci ilin mart ayında təkrarən tutulmuş və avqust ayında o, Bakı İstintaq Təcridxanasında özünü asaraq intihar etmişdir. Ramazanın intihar etməsinin baxılan iş üzrə olan hadisə ilə heç bir əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs1 daha sonra ifadəsinin davamında göstərdi ki, hadisə vaxtı onun evində masanın üzərində yalnız bir ədəd mətbəx bıçağı olmuşdur ki, Nizami onlara qarşı həmin bıçaqdan istifadə etmişdir. Belə ki, hələ Nizaminin onlara gəlişinədək Ramazanla o, yemək yemiş və bıçaq masanın üzərində qalmışdır. Hadisənin əvvəlində Nizami onu ilk dəfə yumruqla vurmuş, o, Nizaminin üstünə getdikdə isə Nizami masanın üzərindən həmin bıçağı götürüb onları vurmuşdur. Evəd başqa bıçaq olmamışdır. Lakin ifadəsinin əvvəlində göstərdiyi kimi, hadisə vaxtı Ramazanın üzərində iki ədəd bıçaq olmuşdur. Amma Ramazanın həmin bıçaqları çıxarıb-çıxarmamasını o görməmişdir. Nizami peşəkar idmanla məşğul olduğundan fiziki cəhətdən güclü olmuşdur və eyni vaxtda hər ikisinə müqavimət göstərə bilmək imkanı olmuşdur. Lakin Ramazan özü narkotik vasitə aludəçisi olduğundan o, fiziki cəhətdən çox zəif olmuşdur. Nə o özü və nə də Ramazan Nizamiyə müqavimət göstərə bilməmişlər. Hadisə vaxtı Raminin onun evində olduğunu xatırlaya bilməmişdir. Nizaminin onların hər ikisini öldürmək imkanı olsa da, bunu etməmişdir. Xəstəxanada özünə gəldikdən sonra xəstəxanaya necə çatdırılması ilə maraqlandıqda, valideynlərindən hadisədən sonra Nizaminin hadisə barədə öz valideynlərinə və Raminin valideynlərinə məlumat verdiyini, Raminin atasının isə onun valideynlərini hadisə yerinə gətirməsini və bu yolla onun xəstəxanaya aparıldığını öyrənmişdir. Hazırda Nizami və onun ailəsi ilə o, barışmış, onun Nizamiyə qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Hadisədən bir müddət sonra, yəni xəstəxanadan çıxdıqdan sonra o, oğurlanmış telefonunu tapmış, lakin tam yararsız hala düşdüyündən istifadə etməmiş, deyəsən zibilliyə atmışdır. Məhkəmə baxışı zamanı iş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəmə istintaqına aid ifadələri elan edilməklə tədqiq olundu. Zərərçəkmiş şəxs1 tədqiq olunan həmin ifadələrində xəstəxanadan çıxandan sonra Nizami tərəfindən oğurlandığını iddia etdiyi telefonunu və daha bir telefonunu tapdığını göstərmiş, lakin yararsız vəziyyətə düşdüyündən istifadə etməyib zibilliyə tulladığını bildirmişdir. Zərərçəkmiş şəxs1 tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, telefonunun yoxa çıxması ilə əlaqədar yaxınlıqda olan mağazanın kamerasına baxmaq istədikdə Nizami kameranı onlara göstərən tanımadığı şəxslə mübahisə etmiş və bu mübahisəyə görə həmin şəxs onlara kamera görüntülərini göstərməmişdir. Telefonunun oğurlanmasından şübhələnməsindən bir gün sonra telefonunun yoxa çıxdığı əraziyə gedərək «qapı-pəncərə sexi»nin kamera görüntülərinə baxmış, kamera görüntüsünə baxan zaman hadisə vaxtı Nizaminin sağa-sola boylanaraq onun avtomobilinə yaxınlaşdığını və onun telefonunu maşından götürərək yaxınlıqda olan zavoda getdiyini müşahidə etmişdir. O, bu görüntüləri telefonunun kamerasına çəkmişdir. Ən nəhayət, Zərərçəkmiş şəxs1 tədqiq olunan həmin ifadələrində Raminə dair videogörüntülərin, həmçinin Nizaminin sağa-sola boylanaraq onun avtomobilinə yaxınlaşıb telefonunu maşından götürməsi, yaxınlıqda olan zavoda tərəf getməsi barədə videogörüntülərin faktiki onun telefonunda olmadığını, silindiyini bildirmiş, vileogörüntüləri götürmüş olduğu «qapı-pəncərə sexi»nin yerini xatırlamadığı göstərmiş, videogörüntüləri və «qapı-pəncərə sexi»nin yerini istintaq orqanına göstərməkdən imtina etmişdir (iş vərəqə: cild İ, səh. 81-86, 166-170. cild İİ, səh. 169-176). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları Zərərçəkmiş şəxs1 üzünə qarşı bir daha təsdiq etmiş, sonuncu isə məhkəməyədək sərbəst ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təkrarən demişdir (iş vərəqə: cild İİ, səh. 229-234). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitersiar Xidmətinin 25.09.2020-ci il tarixli, 1774 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 20.12.2019-cu il tarixdə Şahid5 ilə birgə Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan X20 ilə qısa müddətli görüşdə olmuşdur (iş vərəqə: cild İİ, səh. 264). Məhkəməyədək icraat mərhələsində iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla dindirilmiş 06 avqust 2020-ci il tarixdə vəfat etmiş Zərərçəkmiş şəxs2 ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmişdir. Mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, hadisədən təxminən 5-6 ay qabaq azad edilmişdir. Azadlıqda olarkən taksisiçilik fəaliyyəti ilə məşğul olaraq ailəsinin maddi ehtiyaclarını ödəmişdir. Nizamini 3-4 il əvvəl tanımış, onunla münasibətləri normal olmuşdur. Aralarında heç vaxt problem narazılıq və ya ədavət olmamışdır. Muradxanı isə həbsdən çıxandan sonra tanımış, onunla dostluq münasibətində olmuşdur. Ramini isə 3-4 il əvvəl həmyerlisi kimi tanımış, amma sonuncu ilə sıx münasibəti olmamışdır. Bildiyi qədərilə Nizami, Muradxan və Raminin də özləri arasında münasibətləri normal olmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, xatırlamadığı günlərin birində Muradxan ona zəng edərək maşınının remeninin qırıldığını, yolda qaldığını ona demiş və o, Muradxanın avtomaşını üçün remen alıb aparmışdır. Bundan sonra 02 yanvar 2020-ci il tarixdə Muradxanla görüşmüş, sonuncunun idarə etdiyi avtomobillə bir qədər Bakı şəhərində gəzdikdən sonra dönər alıb Muradxanla sonuncunun yaşadığı evə getmişlər. Muradxanla dönər yeyib dovğa içmişlər. Taksiçilik fəaliyyəti ilə məşğul olduğundan və çox yorğun olduğundan o, Muradxanın evində yatmışdır. Bir neçə saat yatdıqdan sonra başına dəyən zərbədən ayılmış, lakin otaq qaranlıq olduğundan onu kimin vurduğunu görə bilməmişdir. Ayağa durmaq istədikdə huşunu itirib, Muradxanın evinin zal otağında olan divanın üstünə yıxılmışdır. Sonra isə Muradxanın zarıltı səsini eşidib onun səsi gələn tərəf sürünə-sürünə getmiş, Muradxanı qan içərisində görüb huşunu itirmişdir. Bundan sonra xəstəxanada ayılmış, onu və Muradxanı kimin vurduğunu görməmişdir. Hadisə olan günü Nizamini gördüyünü xatırlasa da, Muradxangilin evində nə Nizamini, nə də Ramini görməmişdir. Muradxanla onu neçə nəfərin vurması haqqında məlumatı yoxdur. Hadisə günü nə onun, nə də Muradxanın üstündə bıçaq olmamışdır. 02 yanvar 2020-ci il tarixdə Muradxanın evində özlərindən savayı kimsə olmamışdır. O, Nizamilə telefon barəsində ümumiyyətlə söhbət etməmişdir. KTM-də özünə gəldikdə bıçaqlandığını bilmişdir. Hadisənin neçə baş verdiyini xatırlaya bilməmişdir. Nizami ilə Muradxan arasında sonuncunun mobil telefonunun itməsinə görə mübahisənin olduğu barədə məlumatı olmamışdır (iş vərəqə: cild İ, səh. 249-253). Məhkəmə baxışı zamanı dindirilən Zərərçəkmiş şəxs2 hüquqi varisi X12 ifadəsində göstərdi ki, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 onun qardaşı olmuş, sonuncunun 06 avqust 2020-ci il tarixdə Bakı İstəintaq Təcridxanasında ölməsi ilə əlaqədar o, istintaq orqanı tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. O, özü ailəli olmaqla 3 uşaq atasıdır, ailəsi ilə birlikdə Masazır qəsəbəsində yaşamaqdadır. Ramazanın ailəsi olmadığından o, onunla birlikdə Masazır qəsəbəsində, bəzən isə dostları ilə yaşamışdır. Ramazanın, həmçinin məhəllədə qonuşuluqda yaşayan Samirə adlı qadınla əlaqəsi olmuş və qeyri-rəsmi onunla da yaşamışdır. Onların valideyinləri Naxçıvan MR-da yaşayırlar. Ramazan arada fərdi qaydada taksilik fəaliyyəti ilə məşğul olmuş, bəzi vaxtlarda isə onun işlərində köməklik etmiş, onun daimi iş yeri olmamışdır. Ramazan əvvəllər Azərbaycan Respublikası CM-nin 177 və 228-ci maddələri ilə məhkum olunmuş, sonuncu dəfə 2019-cu ildə azad edilmişdir. Ramazanın əlaqə saxladığı şəxslərdən Muradxan, Cahangir və Ramin adlı şəxsləri tanımış, həmin şəxslərlə sıx əlaqəsi olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Ağabba Ağabbayev ifadəsinin davamında göstərdi ki, Ramazanın 03 yanvar 2020-ci ildə bıçaqlanmasını və bununla bağlı Kliniki- Tibbi Mərkəzə (KTM-ə) yerləşdirilməsini hazırda xatırlamadığı şəxs ona zəng vurub məlumat verdiyindən o, KTM-ə getmiş və orada sonuncu ilə söhbət edib baş vermiş hadisənin mahiyyətini soruşmuş, lakin Ramazan onu kim vurduğunu ona deməmişdir. Hətta Ramazan həmin ərəfədə orada olan polis əməkdaşlarına da kimin onu vurduğunu deməmişdir. Ramazan əsəbi olduğundan o, artıq Ramazanın üstünə getməmişdir. Hadisənin Ramazanın dostu Muradxanın evində baş verdiyini hadisə vaxtı Ramazanın və Muradxanın hər ikisini bıçaqlandığını ordan-burdan eşitmiş, lakin onların kim tərəfindən bıçaqlanmasını bilməmişdir. Nizami Feyzullayev adlı şəxsi tanımamış, onun qardaşı Ramazanla nə əlaqəsinin olmasını bilməmişdir. Qardaşının bıçaqlanmasının səbəblərini bilməmişdir. Ramazan ilə dostu Şahid1 arasında mübahisə olması və həmin mübahisənin ümumi dostları olan Muradxan tərəfindən telefonla lentə alınması barədə məlumatı olmamışdır. Onların münasibəti səmimi və yaxın olmuşdur. Ramazan ümumiyyətlə işləri barədə ona bir söz deməmiş, onun narkotik vasitə və ya psixatrop maddələrdən istifadə etməsi barədə dəqiq məlumatı olmasa da, onun hərəkətlərindən şübhələnmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Ağabba Ağabbayev ifadəsinin yekununda göstərdi ki, Ramazan sonuncu dəfə 2020-ci ilin mart ayında tutulmuş və Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Ramazan 06 avqust 2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasında özünü asaraq öldürmüşdür. Ramazanın bıçaqlanması və xəsarət alması ilə bağlı onun heç kimə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, sərbəst güləş idman növü ilə məşğul olmuş, dəfələrlə Azərbaycan Respublikası birinciliyini qazanmışdır. 2008-ci ildə ailə qurmuş və bu nikahdan 2 övladı vardır. Baxılan iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qonşuları kimi tanımışdır. Muradxan ondan yaşca kiçik olsa da, Ramazan onunla həmyaşıd olmuşdur. Eşidib bildiyinə görə Ramazan əvvəllər dəfələrlə məhkum olunmuş, Muradxanın isə məhkumluğu olmamışdır. Ramazan və Muradxanla münasibətləri həmişə yaxşı olmuşdur. Baxılan iş üzrə Təqsirləndirilən şəxs isə hadisədən təqribən 12-13 il əvvəl tanımış, sonuncu ilə münasibətləri əvvəllər bir o qədər sıx olmasa da, sonradan Nizami ilə dostluqları möhkəmlənmişdir. Nizami də onlarla qonşuluqda yaşamış, onda olan məlumata görə Nizami də əvvəllər məhkum olunmamışdır. Şahid qismində dindirilən Şahid1 ifadəsinin davamında göstərdi ki, 2019-cu ilin dekabr ayının əvvəlində, dəqiq xatırlamadığı tarixlərin birində Ramazanla onun arasında sonuncunun narkotik vasitələrdən istifadə etməsinə irad bildirməsi ilə bağlı sözlü mübahisə olmuş və həmin vaxt onlar qarşılıqlı olaraq bir- birinə yüngülcə əl-qol atmışlar. Həmin hadisəni Muradxan öz istifadəsində olan mobil telefonla lentə almış, hətta Muradxanla Ramazan bu barədə Nizami ilə də danışmış, ona da demişlər. O, özü də Nizami ilə danışan vaxt sonuncuya Muradxanın onu lentə aldığını bildirmişdir. Muradaxanın mobil telefonunun sonuncunun Nizami ilə birlikdə olduqları vaxt itdiyini o, sonradan eşitmişdir. Bundan sonra da Muradxan Nizamidən şübhələnmiş və həmin vaxtdan sonra onların arasında mübahisələri olmuşdur. Lakin o, Nizami ilə Muradxan arasında olan söhbətə müdaxilə etməmiş və qarışmamışdır. Eyni zamanda Nizamiyə mesaj göndərib ona Muradxan və Ramazanla görüşməməsini tövsiyə etmişdir. Sonuncu dəfə Nizami ona istifadəsinə olan 055 391-92-93 mobil telefon nömrəsindən 02.01.2020-ci il tarixdə saat təqribən 19 radələrində zəng etmiş və Nizami ilə öz məhəllələrində görüşmüşlər. Görüş vaxtı Nizami ona Muradxanın ondan əl çəkmədiyini, bu gün bir neçə dəfə ona zəng edib görüşmək istədiyini demişdir. Nizamidən nə məsələ olduğunu soruşduqda, onların arasında telefon söhbətinin hələ də davam etdiyini öyrənmişdir. Belə ki, Muradxan onun mobil telefonunu Nizaminin götürdüyünü iddia etmiş və həmin telefonu Nizamidən geri istəmişdir. O, özü bu barədə Nizamidən soruşduqda sonuncu Muradxanın yalan dediyini, sonuncunun onu alçaltmaq və ləkələmək istədiyini demiş, elə həmin gün Muradxanla görüşəcəyini demişdir. Hətta 24 dekabr 2019-cu il tarixdə Ramazan onun istifadəsində olan mobil telefona «Telefonu getir ver, senol oldurerem, ilisme» məzmunlu mesaj göndərmişdir. Belə ki, Ramazanla onun arasında olan mübahisəni Muradxan istifadəsində olan mobil telefonla lentə aldığından Ramazan Muradxanın telefonun oğurlanmasını Nizamiyə onun sifariş etdiyini və telefonun onda olduğunu fikirləşmişdir. Lakin o, Ramazanla danışıb Muradxanın telefonunun onlarda olmadığını demişdir. Nizami dəfələrlə Muradxanla görüşməkdən yayınsa da, sonuncu ondan əl çəkməmiş, Ramazanla birlikdə mütəmadi olaraq Nizami ilə əlaqə saxlayaraq sonuncunu görüşə dəvət etmişlər. Şahid qismində dindirilən Şahid1 ifadəsinin davamında göstərdi ki, özünə məxsus avtomaşını satmaq üçün Ramazanın tanışı və ailə kimi qeyri-rəsmi yaşadığı Samirə adlı qadından Ramazının razılığı ilə 200 manat borca pul almış, həmin pulu onlara maşını satandan sonra qaytarmağa söz vermişdir. Maşının satılması bir az gecikdiyindən o, pulu qaytarmağı yubatmışdır. Ona görə də Ramazan ona mesaj göndərməklə Samirəyə çatası pulu istəmişdir. Samirə isə onun həmin pulu Ramazana verməməsini xahiş etmişdir. Odur ki, əlinə pul düşdüyü təqdirdə Samirənin borcunu qaytarmağı fikirləşmişdir. 02 yanvar 2020-ci ildə Ramazanın istifadəsində olan mobil telefon nömrəsinə mesaj göndərib, guya şəhərdə olmadığını bildirmiş və növbəti gün şəhərdə onunla görüşüb pulu verə biləcəyi barədə ona sms göndərmişdir. Samirəyə olan borcunu qaytara bilməsi üçün 02 yanvar 2020-ci ildə gecə onunla eyni məhəllədə yaşayan və qəssab işləyən tanışı Turaldan borca pul istəmiş, göndərdiyi sms-ə uyğun pulu qaytarmaq istəmişdir. Artıq 02 yanvar 2020-ci il tarixdən 03 yanvar tarixə keçən gecə, səhərə yaxın Turaldan onun mobil ngmrəsinə mesaj daxil olmuş, sonuncu ona gəlib pulu götürməyi sms göndərmişdir. Həmin saatlarda Tural oyaq olmuş, ət mağazalarında mal-heyvan kəsməklə məşğul olmuşdur. O isə itbaz olduğundan səhərlər Turalın yanına gedib ondan itlərinə heyvan leşləri götürmüşdür. Turaldan daxil olan sms-ə görə o, Turalın dükanına gedib ondan cəmi 70 manat pul götürmüş, Ramazanın Muradxangildə ola biləcəyini fikirləşib Səmyəyə çatdırması üçün 70 manat pulu Ramazana verə bilməsi üçün Muradxangilə getmişdir. Belə ki, Ramazanın daimi yaşayış yeri olmadığından o, çox vaxt Muradxanla birgə yaşamışdır. Muradxan və Ramazanla arasında ciddi mübahisə olmayıb. O, Muradxangilin həyət darvazasından içəri daxil olduqda evin işıqlarının yanılı olduğunu, içəridən səs-küy gəldiyini eşidib evə daxil olmuş və Ramazanın Muradxangilin evinin zal otağında divanın üzərində uzanıqlı halda olduğunu görmüşdür. X26 çağırmamış, tam təsadüfən Ramazanın Muradxangildə olduğunu fikirləşib pulu çatdırması üçün onlara getmişdir. Lakin hadisə baş verdiyindən o, pulu Ramazana verməmişdir. Həmin vaxt o, Ramazanın arxa tərəfinin qanlı olduğunu görüb, dərhal sonuncuya yaxınlaşmış və Ramazandan nə baş verdiyini soruşmuşdur. Ramazan onu təhqir edərək Nizaminin onu vurduğunu demişdir. O, da Ramazanı eyni söyüşlə təhqir edərək nə səbəbə onu söydüyünü, həmçinin Nizami ilə Muradxanın harada olduğunu soruşmuşdur. Ramazan yenidən onu təhqir etmiş və Muradxanla Nizaminin yataq otağında olduğunu demişdir. Elə həmin vaxt Nizaminin Muradxanın arxa tərəfindən paltarından tutaraq gətirib zal otağına atdığını görmüşdür. Nizaminin əlində bıçaq olsa da, o, həmin bıçağın ölçüsünə və formasına fikir verməmişdir. Həmin vaxt Nizami Muradxana tərəf üzünü tutub «sən elədin, bu haqq hesab sənə görə oldu» sözlərini demişdir. Muradxanla Ramazanın vəziyyəti normal olmuş, sonuncular sərbəst hərəkət edə bilmiş, evdə qan izləri olsa da, onların ciddi xəsarət almalarını ehtimal etməmişdir. O, X7 bıçaqla vurduğunu görməmiş, Nizaminin sonuncuları öldürmək niyyətinin olmasını hiss etməmişdir. Əksinə Nizami masanın üzərində olan avtomobil açarını götürüb Muradxanın üstünə atmış və ona maşınla həkimə getməyi təklif etmişdir. Nizami ilə o, Muradxanın evindən çıxdıqdan sonra Nizami ona polisə gedib təslim olacağını demiş, həmçinin «mənim telefonum işləmir, sən atana zəng elə, de ki, gedib Muradgilə (burada: Zərərçəkmiş şəxs1) kömək etsinlər». Odur ki, o, dərhal, saat təqribən 08:30 radələrində arvadı Suraya məxsus 055 937 77 51 mobil telefon nömrəsinə zəng edərək ona Nizaminin, Muradxanla Ramazanı vurduğunu bildirmiş və evə gələ bilməyəcəyini demişdir. İlkin ifadəsində arvadı Suranı bu məsələyə qatmaması üçün yalandan atasına zəng etdiyini desə də, əsil həqiqətdə atasından qorxduğu üçün ona zəng etməmiş, baş vermiş hadisəni arvadı Suraya deyib atasına çatdırmasını demişdir. O, Suraya məlumat verdikdən bir-iki dəqiqə sonra sonra atası Ayaz ona zəng etmiş, o, atasına Nizaminin, Muradxanla Ramazanı yaşadıqları evdə vurduğunu demiş, Nizaminin gedib polisə təslim olacağını bildirmişdir. O, həmçinin atasına Muradxanla Ramazanın yaralı olduqlarını, onları qan apara biləcəyini deyib, Muradxanın atası Rüstəmi hadisə yerinə aparmağı xahiş etmişdir. Atası hadisənin neçə baş verməsi soruşub, onun orada nə işinin olduğunu soruşaraq onu təhqir etdikdə, o, telefonu söndürmüşdür. Nizami özü də öz atasına zəng edib hadisə barədə məlumat vermiş, Ramazanla Muradxanın həkimə aparılmalarına kömək göstərmələrini xahiş etmişdir. Bundan sonra o, evlərinə tərəf getsə də, atasının onu görüb daha da əsəbləşəcəyini, səhhətinə pis təsir edəcəyini fikirləşib qorxmuş, evlərinə keçməyib məhəllənin baş tərəfində dayanmışdır. Bir az sonra Nizami onun yanına gəlib şalvarını ona verərək qanlı olduğunu demiş, yuduzdurmağı xahiş etmişdir. O, etməyib şalvarı ondan götürmüşdür. Bundan sonra o, evlərinə getmiş, Nizami ilə ayrılarkən «4 yol qəbristanlığı»nın yanında görüşəcəklərinə razılaşmışlar. Evlərində heç kim olmadığından və Nizaminin şalvarı qanlı olduğundan o, özü şalvarı yuyub qurutmuşdur. Axşam tərəfi yaşadığı evdən çıxaraq Nizamilə razılaşdıqları yerə getmiş, görüşərkən şalvarını Nizamiyə vermişdir. Şahid1 ifadəsinin yekununda göstərdi ki, o, hadisədən sonra Nizaminin üstündə pulu olmadığından sonuncu ondan siqaret pulu istəmişdir. Həmin vaxt qəssab Turaldan almış olduğu 70 manat pul onun üstündə olmuş, lakin həmin pulu Samirəyə mütləq qaytarmalı olduğundan Nizamiyə verməmişdir. O, Nizamiyə birindən pul alacağının olduğunu, alıb qayıdacağını bildirib getmiş, lakin polis əməkdaşlarının onu da tuta biləcəklərindən qorxaraq Nizami ilə təkrar görüşdən yayınmış, hadisə yerində olduğundan, Nizaminin qanlı şalvarını yuduğundan o, özünün də tuta bilməsindən qorxmuş, polislərin Nizamini axtardığını yəqin edib Bakıdan çıxıb getmiş və əlaqələrini kəsərək rayonda gizlənmişdir. Ona görə də hadisə barəsində o, dərhal polisə məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolu elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, üzləşmə zamanı Şahid1 və təqsirləndirilən Təqsirləndirilən şəxs hər ikisi üzləşməyədək sərbəst ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı bir daha təsdiq etmişlər (iş vərəqə: cild İİİ, səh. 113-118). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş məhkəmədə dindirilən Şahid1 arvadı X13 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, sonuncu tədqiq olunan həmin ifadəsində Şahid1la oxşar məzmunlu ifadə verib onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİİ, səh. 42-44). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə baxışında iştirakı mümkün olmadığından sonuncunun şahid ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edildi. Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, Nizamini, Muradxanı və Ramazanı oğlu Şahid1 tanışları kimi tanımışdır. Ramin evlidir və iki övladı var. Muradxan onunla qonşuluqda yaşamış, Ramazan isə yaşadığı evə gəlib-gedən adam olmuşdur. Eşidib bildiyinə görə oğlu Raminin Ramazan və Muradxanla münasibəti əvvəllər normal olsa da, son zamanlar pisləşmişdir. Onların münasibətlərinin pisləşməsinə səbəb isə Muradxan Ramazan və Ramin arasında mübahisələri olmuş, lakin mübahisənin səbəbini o, bilməmişdir. Şahid4 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, hadisə ilə əlaqədar Raminin arvadı, yəni onun gəlini Sura Raminin ona zəng edərək Nizaminin Muradxanı və Ramazanı evdə döydüyünü bildirdiyini ona demişdir. O, Raminə zəng edib yoldaşına belə məlumat verməsinin səbəbini soruşmuş və sonuncu ona cavabında «Nizami Muradxanı və Ramazanı evlərində vurub, birdən onları qan aparar, Rüstəmi apar ora» sözlərini demişdir. O, da Ramini təhqir etmiş, onun Muradxangildə nə işinin olduğunu soruşmuşdur. Ramin cavabında ona səhər-səhər Turalın yanına leş götürmək üçün getdiyini və tam təsadüfən Muradxanın evinə keçib baş vermiş hadisənin şahidi olduğunu bildirmişdir. Ramindən hadisənin tam təfərrüatı barədə məlumat ala bilməmiş, lakin Ramin ona Nizaminin polisə gedib təslim olacağını demişdir. Şahid4 tədqiq olunan həmin ifadəsinin davamında daha sonra göstərmişdir ki, hadisə günü səhər Nizaminin atası Rafiq də məhəlləyə gəlib onunla görüşmüş, sonuncu da ona «oğlum Nizami Muradxan və Ramazanla dalaşıb onlara xəsarət yetirib, Muradxanın atası Rüstəmi apar ora, birdən Muradxanı qan aparar» sözlərini demişdir. Nizaminin atası Rafiq özü ora getməyə ehtiyat etmişdir. Rafiq hadisənin tam təfərrüatı barədə ona deməmiş, oğlu Nizaminin polisə gedib təslim olacağını o da ona demişdir. Bundan sonra o, öz avtomabili ilə Muradxanın atası Rüstəmin işlədiyi fermaya gedib sonuncuya Raminin ona zəng edib Nizamilə Muradxanın evdə dalaşdığını dediyini bildirmiş, Rüstəmi götürüb evlərinə düşürtmüş, lakin evə keçməmişdir. Belə ki, həmin vaxt kiçik oğlu Eminin yol-nəqliyyat hadisəsi törətdiyini eşidib onun yanına getmiş və Eminin yanına çatdıqda elə də ciddi bir hadisə olmadığını, yalnız avtomobillərin toqquşduğunu görüb geri qayıtmışdır. Rüstəmin evinə çatdıqda orada olan tanımadığı şəxslərdən biri X16 X18 (TTYS-ın) avtomaşını ilə xəstəxanaya aparılmalarını demiş, ona hər ikisinin səhhətinin normal olduğunu bildirmişdir. Bundan sonra o, oğlu Raminin harada olması ilə maraqlansa da, onu tapa bilməmiş, Raminin istifadəsində olan 055 966-71-81 mobil telefon nömrəsinə dəfələrlə zəng etsə də, telefon söndürüldüyündən ona zəng çatmamışdır. Hadisənin səhəri günü, yəni 04 yanvar 2020-ci il tarixdə Rüstəm və Şölə ilə görüşüb Muradxanın yanına getmiş, sonuncu ilə söhbət əsasında Muradxan ona Raminlə onun heç bir probleminin olmadığını demiş, hadisə vaxtı onu Nizaminin vurduğunu, Ramin sonradan evə gəldiyini və Ramazanla çöldə söhbət etdiyini bildirmişdir. Muradxandan aralarında dava dalaşın yaranma səbəbini soruşduqda sonuncu ona bir söz deməmiş, aralarında olanın öz problemləri olduğunu, bu məsələyə heç kimin qarışa bilməyəcəyini demiş, habelə Nizaminin onun maşınından telefonunu götürdüyünü, kameraya düşdüyünü bildirmiş və telefonunu qaytarmasını istəmişdir. Daha sonra Şahid4 tədqiq olunan ifadəsində göstərmişdir ki, xəstəxanadan çıxdıqdan sonra o, həmin gün Rüstəmlə birlikdə Nizaminin yaşadığı evə getmiş, orada Rafiqə, yəni Nizaminin atasına Nizaminin Muradxanın telefonunu qaytarmasını demiş, Rüstəm isə «telefonu qaytarın, şikayətçi olmayaq» sözlərini demişdir. Rafiq Nizamini tapa bilmədiyini bildirmiş, Nizamini taparsa telefonu alıb verəcəyini demişdir. Bundan sonra o, Ramazanın istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək onunla danışmış, Ramazandan nə səbəbə belə bir hadisənin baş verməsini soruşmuşdur. Ramazan cavabında Muradxanla Nizami arasında telefona görə mübahisə olduğunu və sonda Nizami Muradxanla onu üzərində olan bıçaqla vurduğunu, Raminin isə hadisədən sonra evə gəldiyini demiş, Raminin hadisə vaxtı onlara bir şey etmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh. 36-37, 131-134, cild İİİ, səh. 56-59). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs atası Şahid2 İslam oğlu ifadəsində göstərdi ki, oğlu Nizami olmaqla sakit təbiətli biri olmuş, uzun illər idmanın güləş növü ilə məşğul olmuşdur. Muradxanı və Ramini oğlu Nizaminin tanışları kimi tanımış, Ramazanı isə yalnız bir dəfə görmüş, adları çəkilən şəxslərlə oğlu Nizaminin münasibətlərinin dərəcəsini bilməmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, hadisədən bir neçə gün əvvəl dəqiq xatırlamadığı günlərin birində Muradxanın atası Rüstəm və anası Şölə onların evinə gəlmiş onun oğlu Nizaminin Muradxanın telefonunu götürdüyünü bildirmiş və həmin telefonu qaytarmasını tələb etmişlər. Muradxanın özü də bir neçə dəfə onlara gəlmiş və hətta söhbət əsasında ona guya telefonu götürərkən Nizaminin kameraya da düşdüyünü demişdir. Muradxan ona heç bir kamera görüntüsü təqdim edə bilməmişdir. Oğlu Nizaminin belə bir hərəkətə yol verməyəcəyinə əmin olduğundan onlara oğlu Nizami barəsində polisə müraciət etmələrini təklif etmişdir. Lakin onlardan heç biri nədənsə polisə də şikayət etməmişlər. Şahid2 ifadəsinin davamında daha sonra göstərdi ki, 03 yanvar 2020-ci il tarixdə saat təqribən 08:45 radələrində oğlu Nizami onun 050 452-25-80 mobil telefon nömrəsinə zəng etmiş, aralarında xeyli danışıq olmuşdur. Danışıq zamanı Nizami ona hadisə barədə, yəni Ramazanla Muradxanı sonuncunun evində bıçaqla vurduğunu bildirmiş, gedib onlara baş çəkməyi xahiş etmiş və gedib polisə təslim olacağını demişdir. O, da Nizamiyə eyni yolu göstərmiş, yəni gedib polisə təslim olmasını məsləhət bilmişdir. Muradxangilin evi ilə onların evi arasında təxminən 2 kilometrə qədər məsafə olmuşdur. O, şəkər xəstəsi olduğumdan və ayaq barmaqlarında gedən proseslərə görə barmağı kəsildiyindən və buna görə çətinliklə yeridiyindən o, Raminin atası Ayazgilə getmiş, sonuncu ilə məhəllədə görüşüb ona baş vermiş hadisəni qısaca danışmış və təcili Muradxangilə gedib onlara kömək etmələrini xahiş etmişdir. Ayazın deməsinə görə artıq hadisə barədə oğlu Ramin ona məlumat vermiş və hətta gedib yaralılara kömək etməyi də tapşırmışdır. Raminin atası Ayaz kişi isə Muradgilə getmiş, orada baş vermiş hadisəni öyrənmiş, ona Muradxanla Ramazanın xəsarət almalarını, lakin həyati təhlükələrinin olmadığını demişdir. Həmin günü polis bölməsinə çağırılarkən qorxduğundan hadisə barədə ətraflı məlumat verməmişdir. Bundan sonra oğlu Nizaminin telefon nömrəsinə dəfələrlə zəng etsə də, ona zəng çatmamış, Nizaminin olduğu yeri bilməmişdir. Təxminən 14 yanvar 2020-ci il tarixdə qızı ona zəng edərək Nizaminin onlarda olduğunu demiş və ona görə də o, arvadı ilə birlikdə qızının evinə getmişdir. Nizamilə orada görüşmüş, hadisənin telefona görə baş verdiyini öyrənmiş və sonuncuya könüllü olaraq polisə gedib təslim olmasını tapşırmışdır. Arvadı ilə birgə qızının evini tərk edərkən Nizamiyə polisə təslim olmasını bir daha tapşırmışdır. Bundan sonra isə Nizami özü könüllü olaraq polisə gedib təslim olmuşdur. Şahid2 ifadəsinin yekununda göstərdi ki, Ramazanla Muraxanı xəstəxanaya o, aparmasa da, onların xəstəxana xərclərini o özü çəkmişdir. Hadisənin telefon üstündə baş verdiyini sonradan eşitmişdir. Hələ hadisədən əvvəl o, oğlu Nizamidən Muradxanın telefonu barədə dəfələrlə soruşmuş, lakin Nizami Muradxanın ona böhtan atdığını, Muradxanın telefonunu oğurlamadığını bildirmişdir. Oğlu Nizami üzərində heç vaxt bıçaq və ya iti uclu hər hansı əşya gəzdirməmiş, heç vaxt məhkum olunmamışdır. Muradxan hadisə barədə sonradan ona danışmış və Nizaminin heç bir günahının olmadığını ona demişdir (iş vərəqə: cild İ, səh. 156-159, cild İİİ, səh. 78-80). Məhkəmə baxışı zamanı qanunla ona verilmiş hüquqlarından istifadə etməklə oğlunun – Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina edən Şahid3 məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, oğlu Nizami övladlarının sonbeşiyi olmuş, ailəlidir, onlarla birlikdə yaşamışdır. Nizami fərdi qaydada atası ilə birlikdə şirniyyat bişirib satmaqla məşğul olmuşdur. Nizami uzun illər idmanın güləş növü ilə məşğul olmuş, sakit təbiətli bir adam olmuşdur. Muradxanı və Ramini oğlu Nizaminin tanışları kimi tanımış, lakin onların münasibətlərinin necə olması barədə dəqiq məlumatı olmamışdır. Şahid3 tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, xatırlaya bilmədiyi günlərin birində Muradxanın valideynləri Rüstəm və Şölə, həmçinin bir neçə dəfə Muradxanın özü onlara gələrək Nizaminin Muradxana məxsus telefonu götürdüyünü bildirmiş və Nizaminin həmin telefonu qaytarmasını istəmişlər. Söhbət əsasında onlar Nizaminin kameraya düşdüyünü də demişlər. Belə olan halda o, həyat yoldaşı Rafiqlə birgə onlara Nizaminin oğurluq etməsinə dair kamera görüntüləri olduğu təqdirdə polisə müraciət etmələrini təklif etmişlər. Lakin onların heç biri, nədənsə polisə şikayət etməmişlər. Nizami isə Muradxanın telefonunu götürmədiyini bildirmiş, Muradxanın oğlu Nizamini onu telefonun maşından oğurlaması ilə bağlı şərlədiyini bildirmişdir. Nətta Nizami bu mövzudan əsəbləşmiş, Muradxanın onu şərləməsinin səbəbldərini izah edə bilməmişdir. Şahid3 daha sonra tədqiq olunan ifadəsində göstərmişdir ki, 02 yanvar 2020-ci il tarixdə gecə vaxtı Nizami evdən getmiş, lakin onun hara və kimlə getməsini o, bilməmişdir. Nizaminin həyat yoldaşı Kəmalə 2019-cu ilin dekabr ayının sonlarında yeni il bayramını qeyd etməkdən ötrü uşaqları ilə birlikdə anasıgilə getmiş, bayramı orada qeyd etmişdir. Növbəti gün, yəni 03 yanvar 2020-ci il tarixdə, təxminən günortadan sonra əri Rafiqdən Nizaminin hadisə törətdiyini eşitmişdir. lakin onun qorxub narahat olmaması üçün Rafiq dəqiqliklə ona bir söz deməmişdir. Nizaminin hadisə günü səhər evə gəlməsini, paltar götürməsini o, görməmiş, hadisə barədə heç nə bilməmişdir. Elə həmin gün Muradxanın anası Şölə onlara gəlmiş, Nizaminin hadisə vaxtı Muradxanı və Ramazanı evlərində bıçaqla vurduğunu onun sözlərindən öyrənmişdir. Şölənin deməsinə görə guya Nizaminin Muradxanın telefonunu oğlurlamasına görə Muradxanın yaşadığı evdə onların arasında mübahisə düşmüş və Nizami cinayət hadisəsini törətmişdir. O, sonuncu dəfə Nizamini 14 yanvar 2020-ci ildə qızının evində görmüş və orada atası Nizamiyə polisə gedib təslim olmasını bildirmişdir. Nizamidən hadisəni törətməsi səbəblərini soruşsa da, Nizami onun sualına cavab verməmiş və növbəti Nizaminin polisə gedib təslim olduğunu öyrənmişdir (iş vərəqə: cild İİİ, səh. 119-122). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs arvadı X9 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, şahid Kəmalə Cəfərova şahid – qaynanası Şahid3 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin göstərmişdir ki, 2019-cu ilin dekabr ayının sonlarında yeni il bayramını qeyd etməkdən ötrü uşaqları ilə birlikdə anasıgilə getmiş, bayramı orada qeyd etmişdir. 03 yanvar 2020-ci il tarixdə də anası gildə olarkən qaynanası Həcərin sözlərindən əri Nizaminin cinayət törətdiyini və evə gəlmədiyini öyrənmişdir. Lakin hadisənin tam təfərrüatını qaynanası ona deməmişdir. Nizamilə əlaqə saxlamaq istəsə də, sonuncunun istifadəsində olan mobil telefona zəng çatmamışdır. Nizam ilə sonuncu dəfə istifadəsində olan 070 630 66 16 mobil telefon nömrəsilə 02 yanvar 2020-ci il tarixdə gecə saatlarında danışmış, həmin danışıqda Nizami ondan hal-əhval tutub uşaqları soruşmuş, lakin ondan sonra Nizami ilə əlaqəsi olmamışdır. Amma Nizaminin hadisə günü Muradxanın evində olduğunu, aralarında telefona görə mübahisəsi olduğunu və Muradxanın Nizamini bezdirməsi səbəbindən Nizaminin Muradxannı bıçaqla vurduğunu sonradan öyrənmişdir. Nizami hər dəfə telefon mövzusuna görə yayınmağa çalışsa da, Muradxan ondan əl çəkməmiş və sonda da telefona görə həmin hadisə baş vermişdir (iş vərəqə: cild İİİ, səh. 129-132). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 atası X3 ifadəsi məhkəmə istintaqının gedişatında elan edilməklə tədqiq edilmişdir. Şahid Rüstəm Rüstəmov tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, arvadı Şölə ilə birlikdə Binəqədi rayonu ərazisində yerləşən «Zəli» gölünün ətrafında malqara saxlamaqla məşğul olmuşdur. Oğlu Muradxan ailəli olub boşanmış və fərdi qayadada taksi sürücülüyü ilə məşğul olmuşdur. Muradxan özünün tanışları olan Ramin, Nizami və Ramazan adlı şəxslərlə sıx əlaqə saxlamışdır. O, Nizamini və Ramini daha əvvəldən tanımışdır. Ramazanla isə Muradxan son zamanlar tanış olmuş, sonuncu da, bildiyinə görə subay olmuş və Muradxanla mütəmadi əlaqə saxlamışdır. Şahid Rüstəm Rüstəmov tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 03 yanvar 2020-ci ildə səhər saatlarında o, fermada olarkən Raminin atası Ayaz onların fermasına gəlib ona Nizaminin Muradxanı və Ramazanı Muradxanın evində bıçaqla vurduğunu bildirmiş, onları həkimə aparmaq lazım olduğunu deyib onu gəldiyi maşınla Muradxanın yaşadığı evə aparıb onu məhəllədə düşürmüş və özü çıxıb getmişdir. Evə daxil olduqda Ramazanı ayaq üstə, Muradxanı isə qonaq otağında çarpayıda uzanmış vəziyyətdə görmüşdür. Ramazandan nə baş verdiyini soruşanda, sonuncu çox danışmamış, qısaca olaraq Nizami ilə aralarında mübahisə olduğunu və sonuncunun onları bıçaqladığını demişdir. Həmin vaxtı o, onların arasında mübahisənin Muradxanın telefonuna görə olduğunu təxmini anlamışdır. Belə ki, hələ hadisədən bir neçə gün əvvəl Muradxan özünə məxsus telefonun Nizami tərəfindən 2019-cu ilin dekabr ayında oğurlandığını demiş, hətta buna görə o, və arvadı bir neçə dəfə Nizamigildə olub onun valideynlərinə Nizaminin Muradxanın telefonunu oğurladığını desələr də, Nizami telefonu götürdüyünü danmışdır. Uşaqların biri-biri ilə münasibətləri olduğundan onlar oğurluq barədə polisə müraciət etməmişlər. Şahid Rüstəm Rüstəmov tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, TTY həkim briqadası yaşadığı evə gəlib Muradxanla Ramazanı xəstəxanaya aparmışdır. Həmin vaxt onlar onlar evdə olmuş, Muradxan qonaq otağında uzanmış vəziyyətdə olmuş, Ramazan isə ayaq üstə gəzişmişdir. TTY həkim briqadasına kimlərin məlumat verməsindən onun xəbəri olmamışdır. Xəstəxanada baş vermiş hadisənin səbəbləri barədə Muradxanla söhbət edərkən sonuncu yaşadıqları evdə Nizami ilə görüşmələrini, götürülmüş telefon barədə evdə Nizami ilə söhbət etmələrini, Nizaminin əvvəlcə telefonun onda olmadığını bildirdiyini, sonra isə telefonun evdə olduğunu deyib gətirməyə getməsini, sonra isə evdəkilərin yatmış vəziyyətdə olduğunu deyib telefonu gətirə bilməyəcəyini deyib geri qayıtdığını, Muradxanın ondan telefonu verməməsinin səbəbərini soruşduqda aralarında mübahisə düşdüyünü və Nizaminin üzərində olan bıçaqla Muradxanla Ramazanı vurduğunu danışmışdır(iş vərəqə: cild İİİ, səh. 37-40). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş X10 ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, şahid Şölə Mikayılova şahid X3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə sonuncu ilə oxşar məzmunlu ifadə vermişdir (iş vərəqə: cild İ, səh. 33-35, 136-138. Cild 2, səh. 256- 258, cild İİİ, səh. 37-40). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində baxılan iş üzrə Təqsirləndirilən şəxs uşaqlıqdan tanıdığını, Nizaminin həm onun özü və həm də onun digər qardaşları ilə dostluq münasibətində olduğunu bildirmiş, 2019-cu ilin dekabr ayında, xatırlamadığı günlərin birində Nizami ilə birlikdə Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkən qardaşı Rafiqlə görüşmək üçün getdiyini, X6 tanışının maşını ilə getdiyini təsdiq etmiş, maşını idarə edən şəxsi şəxsən tanımadığını, Nizaminin kimlərisə bıçaqla vurduğunu onun tutulmasından sonra eşidib bildiyini göstərmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, şəxsiyyət vəsiqəsində adı Səmayə olaraq qeyd edilsə də, onu tanıyanlar arasında Samirə kimi çağrılmışdır. Mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs2 ilə 2016-cı ilin əvvəlində tanış olmuş və qeyri-rəsmi ər-arvad münasibətində olmuşlar. Ramazan Cahangir, Muradxan, Ramin, Nizami və Zamiq adlı şəxslərlə dostluq etmiş, aralarında səmimi əlaqələri olmuşdur. Ramazanla bir yerdə yaşasa da, o, şəxsi işləri barədə ona heç nə danışmamışdır. Şahid6 ifadəsinin davamında göstərdi ki, 2019-cu ilin dekabr ayında eşitdiyinə görə Ramazanın Nizami və Raminlə əlaqələri soyumuş, Raminlə Ramazanın arasında mübahisələri olmuşdur. Lakin o, mübahisənin səbəbini bilməmişdir. Daha sonra eşitdiyinə görə Nizami Muradxanın avtomaşınından onun telefonunu oğurlamış və guya bu barədə Nizami ilə bu barədə bir neçə dəfə söhbət etsələr də, Nizami Muradxanın telefonunu oğlurlamasını etiraf etməmişdir. Həmin ərəfələrdə Raminlə Ramazının arası dəymiş və əlaqələri olmamışdır. Ramazanın Raminlə mübahisə etmələrinin səbəblərini o, bilməmiş, maraqlandıqda isə Ramazan ona «sənə aid olan işlər deyil, sən bu işlərə qarışma» cavabını vermişdir. Bundan əvvəl isə münasibətlərin yaxşı olduğu vaxtlarda, yəni 2019-cu ilin sentyabr və ya oktyabr ayında maşınında nasazlığı olduğuna görə Raminə təmir üçün borca 200 manat pul vermişdir. Həmin puldan 100 manatını Ramin qaytarmış, qalan 100 manatı isə qaytarmamışdır. Ona görə də Ramazan arada Raminlə əlaqə saxlayıb onun pulunu Ramindən istəmişdir. Belə ki, istifadəsində olan 055 536 98 90 mobil telefon nömrəsini hadisədən sonra bəzi vaxtlar istifadə üçün Ramazana vermişdir. Şahid6 ifadəsinin davamında daha sonra göstərdi ki, 03 yanvar 2020-ci il tarixdə o, Ramazanın bıçaqlamasını eşitmiş, onun yanında xəstəxanaya getmiş, hadisənin necə baş verməsini ondan soruşduqda, Ramazan Nizamilə gecə vaxtı evdə olan zaman mübahisələri olmuş və Nizami Muradxanla onu bıçaqlamışdır. Lakin nə Muradxanın və nə də Ramazanın Nizamidən şikayətləri olmamışdır. Hadisə barədə Muradxandan heç nə soruşmamış, Ramazan Muradxana hadisə barədə nəsə danışmasına imkan verməmişdir. Amma bildiyinə görə onların arasında mübahisənin əsas səbəbi Nizaminin Muradxana məxsus mobil telefonun oğurlaması olmuşdur. Sonuncu dəfə Ramazan tutulandan sonra 06 avqust 2020-ci il tarixdə Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanıldığı kamerada özünü asaraq öldürmüşdür. Şahid6 ifadəsinin yekununda göstərdi ki, Ramazanla ilk tanış olduğunda onu tam tanımadığından onunla əlaqə saxlamışdır. Lakin onun sonralar avranın biri olduğunu görmüşdür. Ramazanla tanışlıqdan sonra sonuncu 2017 və 2019-cu illərdə oğurluğa görə məhkum olmuşdur. Ramazanın narkotik maddələrdən istifadə etdiyini bilsə də, onun yanında istifadə etməmişdir. Ramazanın üzərində açılıb qatlanan dəstəyi qara və ya qəhvəyi rəngli olan bıçaq gəzdirdiyinin şahidi olmuşdur. Ramazanın ailə üzvlərindən kimsə onunla əlaqə saxlamamış, Ramazanın gündəlik yaşamağa evi olmamış, ya dostlarının evində, ya da maşında yatmışdır. Qardaşı Ağabba öz ailəsi ilə birgə yaşadığı üçün onlarda yaşamamışdır. Ramazanın hərdən bir Muradxanın evində gecələdiyini də eşitmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən X27 ifadəsində göstərdi ki, 2018-ci ildən qəssabxanada qəssab kimi işləyir. Şahid1 bir məhəllə uşağı kimi tanımışdır. Qəsəbədə hər kəs Ramini itbaz kimi tanımışdır. Nizamini, onun atası Rafiqi, Muradxanı məhəllə sakinləri kimi, Ramazanı isə Ramin vasitəsilə tanımış, lakin sonuncu ilə sıx əlaqəsi olmamışdır. Ramazan çox vaxt Muradxanla birgə olmuş, onun nə işlə məşğul olmasını bilməmişdir. Nizami, Muradxan və Raminlə məhəllə uşaqları kimi əlaqəsi olmuş və biri-birilərilə mehriban olmuşlar. Sonradan eşitdiyinə görə Ramazanla Ramin arasında mübahisə olmuş, lakin mübahisənin səbəbi ona bəlli olmamışdır. Muradxanla Nizaminin əlaqələri barədə dəqiq məlumatı olmamış, lakin eşitdiyinə görə onların arasında telefon mübahiəsi olmuşdur. Şahid Tural Quliyev ifadəsinin davamında göstərdi ki, Ramin itbaz olduğundan hər gün səhər-səhər onun işlədiyi qəssabxanaya gələrək itləri üçün leş aparmışdır. 02 yanvar 2020-ci il tarixdə isə Ramin gecə vaxtı ondan borca 70 manat pul istəmiş, Ramazana verəcəyi olduğunu demiş, o, da Raminə verməsi üçün atası Akifdən çətinliklə pul almışdır. Belə ki, Ramin əvvəllər də ondan borca pul alıb gec qaytardığından Akif ona borca pul verməyinə narazılıq etmişdir. Lakin səhər saatlarında, yəni artıq 03 yanvar 2020-ci il tarixdə Ramin gəlib 70 manat pulu qəssabxanada ondan götürmüşdür. Raminə gecə ona mesaj yazdığını, zəng etsə də, zəng çatmadığını dedikdə, sonuncu telefonun zaryatkasının (burada: enerjisinin) bitdiyini bildirmiş, səhəri telefonu açanda mesajın daxil olduğunu görən kimi qəssabxanaya gəldiyini demişdir. Həmin günü Ramin itləri üçün leş aparmamış, yalnız pulu götürüb tələsik getmiş, 1-2 günə qaytaracağına söz versə də borcu qaytarmamış və o, hadisədən sonra o, Ramindən pul istəməmişdir. O, Raminin hara getdiyini bilməmişdir. Həmin gün saat təqribən 09-10 radələrində Raminin atası Ayaz qəssabxanaya gəlib Raminin yerini ondan soruşduqda, o, sonuncuya Ramini səhər tezdən gördüyünü demişdir. Onun hər hansı hadisədən xəbəri olmadığından, o, Ayazdan Ramini nə səbəbə axtardığını soruşmamış, Ramin gecə evdə qalmadığını və ona görə də atasının onu axtardığını fikirləşmişdir. Qonşuluqda yaşayan Murdaxanı və Ramazanı Nizaminin bıçaqla həmin gün vurması ona sonradan məlum olmuşdur. Hadisə günü o, səhər-səhər Muradxangilin evinin yaxınlığında olmuş olsa da, ümumiyyətlə şübhəli bir hadisənin baş verməsinin şahidi olmamışdır. Ramin özü onun yanına səhər tək gəlmiş, onun hərəkətlərində hər hansı şübhə hiss etməmişdir. Bir müddət Nizami və Ramin məhəllədə görünməmişlər. Muradxan xəstəxanadan çıxandan sonra da, sonuncu ilə görüşsə də, ona hadisə barədə bir söz deməmiş, Muradxandan soruşduqda isə o, həmin hadisəni xatırlamaq istəmədiyini demişdir. Belə ki, Ramin bir müddət hadisədən sonra məhəllədə görünməmişdir. X8 vurduğu gün Raminin də Muradxangildə olduğunu, təsadüfən hadisənin şahidi olduğunu öyrənmişdir. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, Şahid7 məhkəmədə şahid kimi ifadə vermiş X27 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİİ, səh.126-128). İş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş, lakin adı məhkəməyə dəvət olunan şəxslərin siyahısına əlavə edilməmiş Zərərçəkmiş şəxs1 bacısı X15 ifadəsində hadisənin şahidi olmadığını, qardaşının bıçaqlandığını sonradan eşitdiyini, hadisənin səbəblərini bilmədiyini, səbəblərini soruşduqda, Muradxanın ona «qadınsan, öz işlərinlə məşğul ol, sənə aid olan işlər deyildir» cavabını verdimyini, hətta ana-atasına olanlar barədə dəqiq məlumat vermədiyini bildirmiş, qardaşı Zərərçəkmiş şəxs1 mənfi xarakterizə edərək onun tüfeyli həyat tərzi keçirən, edilən tənbehlərdən nəticə çıxarmayan bir şəxs olduğunu qeyd etmişdir (iş vərəqə: cild İİ, səh. 236-238). Məhkəməyədək icraat mərhəlsində iş üzrə şahid qismində dindirilmiş TTYS-nın həkimi Şahid10 fadəsi elan edilməklə tədqiq olunmuşdur. Şahid10 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 03 yanvar 2020-ci il tarixdlə, saat 09:27-də səhər növbəsində olarkən «103» xidmətinə Binəqədi rayonu, Binəqədi şossesində Muradxan və Ramazan adlı şəxslərin bıçaqla xəsarətləndirilmələri barədə məlumat daxil olmuş və tibbi briqada olaraq məlumat əsasında qeyd edilən ünvana getmişlər. Ramazan adlı şəxs ayaq üstə olmaqla otaqda gəzişmiş, Muradxan isə qonaq otağında divanda uzanıqlı olmaqla huşsuz vəziyyətdə olmuşdur. Evdə, həmçinin Muradxanın atası və anası da olmuşlar. Evin girişi, qonaq və yataq otağları qanlı vəziyyətdə olmuşdur. Həm Muradxan və həm də Ramazan xəsarət aldıqlarından onların hər ikisini TTY maşını ilə xəstəxanaya aparmışlar. Lakin Ramazan xəstəxanaya getmək istəməmiş, nəyisə gizlətməyə çalışmışdır. O, Ramazandan bir neçə dəfə nə baş verdiyini soruşsa da, sonuncu onun suallarına cavab verməmişdir. Muradxan huşu özündə olmadığına görə ümumiyyətlə onun suallarını cavablandırmamışdır (iş vərəqə: cild İİİ, səh. 1-4). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhər Təcili və Təxirəsalınmaz TYS Publik Hüquqi şəxsin 26.08.2020-ci il tarixli, 349 saylı məlumat xarakterli məktubundan görünür ki, 03.01.2020-ci il tarixdə, saat 09:27-də Binəqədi rayonu, Binəqədli şossesi ünvanından Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bıçaqlanma səbəbi ilə çağırışları olmuşdur(iş vərəqə: cild İİ, səh. 189-193). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 22.02.2020-ci il tarixli, 280 saylı rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: - sol bazu nahiyəsinin 2 ədəd deşilmiş-kəsilmiş yaraları; - qarın nahiyəsinin 3 ədəd deşilmiş-kəsilmiş yaraları; - sağ əlin 1 ədəd dəlib-keçən deşilmiş-kəsilmiş yarası; - sol bud nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası; - sağ bud nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası; - sol diz oynağı nahiyəsinin ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası; - sol diz oynağı nahiyəsinin arxa və arxa-iç səthinin oynaq kapsulunun kəsilməsi və oynaqda hərəkət məhdudluğu ilə fəsadlaşan 1 ədəd dəlib-keçən deşilmiş-kəsilmiş yarası; - sağ diz oynağı nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası; - sağ baldır nahiyəsinin 3 ədəd deşilmiş-kəsilmiş yaraları; - sağ ayağın 1 ədəd deşilmiş-kəsilmiş yarası. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, aşkar olunan 17 ədəd (onlardan 2-si dəlib-keçən yaradır) deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün KTM-ə gətirildiyi 03.01.2020-ci il tarixdə, saat 10.30-dan bir neçə saat əvvəl əmələ gəlmişdirlər, qərarda göstərilən 02.01.2020-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd oluna xəsarətlərdən sol diz oynağı nahiyəsinin arxa və arxa-iç səthinin oynaq kapsulunun kəsilməsi və oynaqda hərəkət məhdudluğu ilə fəsadlaşan 1 ədəd dəlibkeçən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, digər deşilmiş-kəsilmiş yaralar isə dərəcəsinə görə həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq, həmin xəsarətlərin zərər çəkmiş şəxsin təsvir etdiyi şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilməsini demək mümkündür (iş vərəqə: cild İ, səh. 198-201). Məhkəməyədək icraat mərhələsində ekspert qismində dindirilmiş MTE və PA X31 Şəxsin rəis əvəzi vəzifəsini icra edən Şahid11 məhkəmə-tibbi ekspertizasının 22.02.2020ci il tarixli, 280 saylı rəyi üzrə gəlinmiş nəticələri ifadəsində bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİİ, səh. 60-62). Bundan başqa, məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunan məhkəmətibbi ekspertizasının 18 mart 2020-ci il tarixli, 473 saylı rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 bədənində başın alın və sağ təpə nahiyələrində kəsilmiş yaralar, hər iki bud nahiyələrində deşilmiş-kəsilmiş yaralar, bədəninin müxtəlif nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd edilən xəsarətlərdən başın alın və sağ təpə nahiyəsindəki kəsilmiş yaralar kəsici kənara malik olan iti alətin (əşyanın) təsirindən, hər iki bud nahiylərindəki deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin təsirindən, bədən səthindəki sıyrıqlar isə bərk küt əşyanın (əşyaların) təsirindən onun X32 daxil olduğu və qərarda göstərilən 03.01.2020-ci il tarixdə törənmişdirlər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Tədqiq olunan həmin rəydən daha sonra göbrünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş kəsilmiş və deşilmiş-kəsilmiş yaralar qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (iş vərəqə: cild İ, səh. 254-256). Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq olunan təkrar məhkəmə-tibb və məhkəmə kriminalistik ekspertizasının 01.10.2020-ci il tarixli, 404/2020 saylı rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - sol bazu, qarın, sağ əl, hər iki bud, oynaqda hərəkət məhdudluğu ilə fəsadlaşan oynaq kapsulunun kəsilməsi ilə müşayət olunan sol diz oynağının, sağ diz oynağının, sağ baldırın, sağ ayağın çoxsaylı deşilmiş-kəsilmiş yaraları, (cəmi 17 ədəd, onlardan 2-si dəlib-keçəndir) deşici-kəsici alətin təsirindən qərarda göstərilən tarixdə, yəni 02.01.2020-ci ildə əmələ gələ bilərdilər və onlardan sol diz oynağı nahiyəsinin arxa və arxa-iç səthinin oynaq kapsulunun kəsilməsi və oynaqda hərəkət məhdudluğu ilə fəsadlaşan 1 ədəd dəlib-keçən deşilmişkəsilmiş yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, digər deşilmiş-kəsilmiş yaralar isə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Tədqiq olunan həmin rəyin qeyd hissəsindən görünür ki, xəsarətlərdən qarının ön divarında məmə xətti üzrə qabırğa qövsündən təxminən 6 sm aralıda yerləşən yaranın kanalının istiqaməti soldan sağa, yuxarıdan aşağı olmaqla qalça darağında qurtamışdır. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 istər ilkin məhkəmə tibbi müayinəsi, istərsə də xəstəxanada həkim tərəfindən müayinə edilərkən bədən səthində küt mexanizmdən əmələ gələ bilən xəsarətlər aşkar edilməmişdir. Zərərçəkmiş şəxs1 xəsarətləri alarkən həmlə edənə münasidətdə müxtəlif duruş vziyyətlərində ola bilərdi. Xəsarətlərin sayına, xarakterinə və lokolizasiyasına görə onların şəxsin özü tərəfindən yetirilməsi mümkün deyildir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlərdən başın alın və sağ təpə nahiyələrinin kəsilmiş, hər iki budun deşilmiş-kəsilmiş yaraları kəsici və deşici- kəsici xüsusiyyətlərə malik olan alətin (alətlərin), bədəninin müxtəlif nahiyələrinin sıyrıqlari isə bərk küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən tarixdə, yəni 02.01.2020-ci il törənmişlər. Başın alın nahiyəsinin kəsilmiş və hər iki budun deşilmiş-kəsilmiş yaraları dərəcələrinə görə istər ayrıayrılıqda istərsə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sağ təpə nahiyəsinin yarası və sıyrıqların hər biri isə ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 xəstəlik tarixində yerli statusda başda kəsilmiş yaralar olması qeyd edilsə də, son klinik diaqnozda bu xəsarətlər səhvən “kəllə tağının əzilmiş yarası” kimi qeyd edilmişdir. Zərərçəkmiş şəxs2 xəsarətləri alarkən həmlə edənə münasidətdə müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə onların şəxsin özü tərfindən yetirilməsi inandırıcı deyildir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, hər iki şəxsə (Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2) yetirilmiş deşilmiş-kəsilmiş yaralar cərrahi işlənməyə məruz qaldığından bu yaraların eyni bıçaqdan törədilib-törədilməməsi haqqında verilmiş suala hadisə vaxtı onların əynində olmuş paltarların tibbi-kriminalistik müayinəsi nəticəsində müəyyən edilməlidir. Küt mexanizmdən əmələ gəlmiş sıyrıqları yetirən əşyanın xüsusiyyətləri dəridə əks olunmadığından onların konkret olaraq hansı küt əşya ilə yetirilməsi barədə birmənalı fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus paltonun, sviterin və köynəyin sol-yan nahiyəsində iki ədəd; paltonun, sviterin və köynəyin ön hissəsinin sol-aşağı nahiyəsində bir ədəd; paltonun, sviterin və köynəyin sol qolunun yuxarı-bayır nahiyəsində bir ədəd; paltonun sol qolunun yuxarı-bayır nahiyəsində bir ədəd; sviterin və köynəyin sol qolunun yuxarı-içəri nahiyəsində bir ədəd, qara rəngli şalvarın arxa hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd, şalvarların sol ayağının ön-orta nahiyəsində bir ədəd; şalvarların sol ayağının arxa-orta nahiyəsində iki ədəd; şalvarların sol diz nahiyəsində bir ədəd; şalvarların sağ ayağının arxa-orta nahiyəsində bir ədəd; şalvarların sağ ayağının ön hissəsinin orta-içəri nahiyəsində bir ədəd; şalvarların sağ ayağının ön hissəsinin orta-bayır nahiyəsində bir ədəd; şalvarların sağ ayağının arxa-aşağı nahiyəsində iki ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus şalvarın sağ ayağının arxa hissəsinin yan-yuxarı nahiyəsində bir ədəd və şalvarın sol ayağının arxa-yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus paltarlarda aşkar olunmuş deşilmiş-kəsilmiş zədələri yetirən alət təqdim edilmədiyinə görə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus paltarlarda aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin eyni və ya müxtəlif konstruktiv xüsusiyyətlərə malik alətin, alətlərin (bıçağın, bıçaqların) təsirindən törənib- törənməməsi haqqında dəqiq fikir söyləmək mümkün olmadı (iş vərəqə: cild İİİ, səh. 19-26). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 17.01.2020-ci il tarixli, 112 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs bədən səthində sağ baldırın səthi əzilmiş yarası bərk küt əşyanın təsirindən müayinədən 2-3 həftə əvvəl əmələ gəlmişdir və sağlamlığa zərərə vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət qərarda göstərilən tarixdə 03.01.2020-ci il tarixdə həmin nahiyəyə bərk küt əşya ilə vurulan zərbə nitcəsində və yaxud həmin nahiyənin bərk küt əşyaya zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdi (iş vərəqə: cild İ, səh. 182-184). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-trasoloji ekspertizasının 24.02.2020-ci il tarixli, 1829 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, bağlamasının üzərində Təqsirləndirilən şəxs məxsus olduğu barədə qeydlər edilmiş bir ədəd şalvarın və bir ədəd köynəyin səthində zədə aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş, bağlamasının üzərində Zərərçəkmiş şəxs2 məxsus olduğu barədə qeydlər edilmiş bir ədəd papağın və bir ədəd köynəyin səthində zədə aşkar edilməmişdir. Bağlamasının üzərində Zərərçəkmiş şəxs2 məxsus olduğu qeydləri edilmiş şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterdikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar aiddir. Bu zədələr öndən arxaya istiqamətdə, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərə olmaqla yetirilmişdir. Bundan başqa, təqdim edilmiş bağlamasının üzərində Zərərçəkmiş şəxs1 məxsus olduğu barədə qeydlər edilmiş paltonun səthində zədə aşkar edilmədi. Bağlamasının üzərində Zərərçəkmiş şəxs1 olduğu barədə qeydlər edilmiş cins şalvarın, şalvarın, puloverin, köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Bu zədələr öndən arxaya istiqamətdə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Ən nəhayət, təqdim edilmiş bağlamasının üzərində Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olduğu barədə qeydlər edilmiş geyim əşyalarının səthində fiziki qüvvənin təsirindən yaranmağa xarakterik izlər aşkar edilmədi (iş vərəqə: cild İ, səh. 204-209). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-lifli ekspertizasının 21.02.2020-ci il tarixli, 1830 nömrəli rəyində göstərilmişdir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 şalvarlarının üzərindən tapılmış göy rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiq olunan həmin rəydən görünür ki, təqsirləndiridlən şəxs Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış qara rəngli pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs geyim paltarlarının üzərindən Zərərçəkmiş şəxs2 geyim paltarlarının tərkib lifləri aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 192-197). Daha sonra məhkəmə istintaqı zamanı iş üzrə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 04.05.2020-ci il tarixli, 304/2020 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 ABO sistem üzrə qan qrupu O/İ/, X1 ABO sistemi üzrə qan qrupu O/İ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A/İİ/ olduğu müəyyən edilmişdir. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs1 məxsus iki ədəd şalvar, vodolazka, kofta, palto, Zərərçəkmiş şəxs2 məxsus şalvar, köynək, günlüklü papaq üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni, əksər ləkələrdə həmçinin alfa,beta aqqlyutininləri alındı. Beləliklə, bu qan ləkələri 0alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X4 məxsus ola bilər. Ləkələrdə Təqsirləndirilən şəxs qanının olması ABO sistemi ilə inkar olunur. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs məxsus cins şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A və H antigenləri alındı. Beləliklə, həmin qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər/onun qanında müşayiətçi H antigeni olduğu təqdirdə/. Ləkələrdə O/İ/ qruplu zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X1 qanlarının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus qısaqol mayka üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı (iş vərəqə: cild İİ, səh. 63-69). Bundan başqa, məhukəmə istintaqı zamanı elan edilməklə tədqiq oldunan məhkəmə-ambulator psixiatrik və məhkəmə psixoloji ekspertizasının 09.09.2020-ci il tarixli, 1767 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda, yəni tədqiqat aparılan dövrdə hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs tədqiqat zamanı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2lə və Zərərçəkmiş şəxs1 ona şər ataraq telefonun oğurlanmasında günahlandırdıqları və Ramazanla Muradxanın eyni səbəbdən onun üzərinə çox gəlmələri səbəbindən əsəbiləşərək cinayət hadisəsini törətdiyini bildirmişdir. Tədqiq olunan rəyin məhkəmə-psixoloji ekspertizasına dair hissədən görünür ki, aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür vəs.), intellektinin normaya uyğun olması müəyyən olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə konfliktə meyilli şəxs olduğu müəyyən edilir. Emosional sferasında emosional oyanıq, qıcığa qarşı həssaslıq, hövsələsizlik müşahidə edilir. Təqsirləndirilən şəxs əqli və pisixi inkişaf xüsusiyyətləri normaya uyğun olduğundan o, qərarın təsviri hissəsində qeyd edilən əməli törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək, adekvat olaraq qavramaq, onları idarə etmək, ona qarşı edilən hərəkətləri dərk edərək təsvir etmək, həmçinin baş vermiş hadisələri yadda saxlayaraq bu, barədə düzgün məlumat vermək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs inadkarlıq, hövsələsizlik, emosional reaksiyalara meyillilik, hirslilik, konfliktə meyillilik kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Belə qənaətə gəlinir ki, cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional sferasında hirslilik, emosional oyanıqlıq yaranmış, həmin halın yaranması onun fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (iş vərəqə: cild İİİ, səh. 10-13). Ən nəhayət, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasının 27.10.2020-ci il tarixli, 17/388270 saylı məktubundan görünür ki, Bakı İstintaq Təcridxanasında həbs saxlanılan Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sağlam həyat tərzi keçirmiş, hər-hansı bir şəxslə narazılığı, münaqişəsi, və ya düşmənçiliyi olmamışdır. Alınmış məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 özünün tanışı Ramin adlı şəxsin vasitəsilə tanımışdır. Cinayət hadisəsi zamanı 03.01.2020-ci il tarixdə Təqsirləndirilən şəxs onunla söhbətə gələn Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la elə Muradxanın evində görüşmüşdür. Görüş zamanı onlar arasında Muradxanın mobil telefonunun guya Təqsirləndirilən şəxs tərəfindən oğlurlanması ilə əlaqədar mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə Zərərçəkmiş şəxs1 aldığı bıçaqla Ramazana və Muradxana bir neçə yerdən bıçaq zərbələri endirərək onlara xəsarət yetirmişdir. Tədqiq olunan həmin məktubdan görünür ki, cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs tək olmuş, onun cinayət hadisəsini törətməsində qeyrilərinin təhrikçiliyi və ya sifarişi olmamış, hadisə şəxsi münasibətlər zəmnində baş vermişdir (iş vərəqə: cild İİİ, səh. 86). Beləliklə, məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə edilən tövsiyələrə uyğun olaraq, baxılan işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları, yəni təqsirin xarakteri və dərəcəsini, təqsirləndirilən və zərər çəkmiş şəxsin hadisədən əvvəlki münasibətlərini, cinayətin məqsədini, motivini və törədilmə üsulunu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışlarını hərtərəfli, tam və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsi ilə, yəni Təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə iki şəxsi öldürməyə yönəlmiş cinayətkar niyyətini başa çatdıra bilməyərək iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmə cinayətinə ixtisaslaşdırarkən səhvə yol verilmiş, Təqsirləndirilən şəxs hərəkətlərinə düzgün hüquqi qiymət verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı araşdırılan və qiymətləndirilən mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs qəsdən adam öldürmə, o cümlədən iki şəxsi öldürmə cinayətini törətmək niyyətində olmamış, belə bir cinayət törətməyə cəhd etməmiş, yəni o, Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini deyil, zərər çəkmiş şəxslərin təşəbbüsü ilə başlanan və ona qarşı zərər çəkmiş şəxslər tərəfindən yol verilən qanunsuz hərəkətlərin təsiri altında zərər çəkmiş şəxslərdən qisas almaq məqsədilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə az ağır zərər vurmuş və bununla da zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 münasibətdə Azərbaycan Respublikası CM-nin 128-ci, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 münasibətdə isə Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmunundan və cinayət işinin materiallarından göründüyü kimi, məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla, o cümlədən ağır iztirablar verməklə onun qəsdən sağlamlığına az ağır zərər vurma cinayətini törətməsini təsdiq edən yetərli və mötəbər sübutların, o cümlədən Təqsirləndirilən şəxs özünün, zərər çəkmiş şəxslərin özlərinin və şahidlərin ifadələrinin, Təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşmədə dindirmə protokollarının, məhkəmə-tibb ekspertizalarının müvafiq rəylərinin, həmçinin işin hallarına uyğun sair sənədlərin əldə olunmasına baxmayaraq, əldə olunan həmin sübutlara düzgün hüquqi qiymət verilməmiş, Təqsirləndirilən şəxslə hər iki zərər çəkmiş şəxs arasında sonuncuların qanunsuz əməlləri ucbatından baş vermiş qarşılıqlı mübahisə nəticəsində Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq yol verilən qəsdən sağlamlığa yüngül və qəsdən sağlamlığa az ağır zərər vurma əməli, sonuncu tərəfindən qəsdən iki şəxsi öldürməyə cəhd etməyə yönəlmiş ictimai təhlükəli hərəkət kimi qiymətləndirilmiş, bu zamanı cinayətin məqsədi, motivi və törədilmə üsulu, o cümlədən cinayət hadisəsi baş verərkən təqsirləndirilən və zərər çəkmiş şəxslərin psixoloji vəziyyətləri təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamda öz əksini tapmamış, işin faktiki halları düzgün qiymətləndirilməmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la birlikdə sonucunun evində olarkən Zərərçəkmiş şəxs1 məxsus mobil telefonun onun idarə etdiyi avtomobildən 20 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğurlanması ehtimalına görə həmin tarixdən etibarən qeyd olunan mobil telefonun zərər çəkmiş Zərərçəkmiş şəxs1 və onun valideynləri, həmçinin zərər çəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs qaytarması təkidlə tələb edildiyindən və Təqsirləndirilən şəxs həmin tələbi və ona edilən iradları qəbul etmədiyindən təqsirləndirilən şəxslə zərər çəkmiş şəxslər arasında münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər ikisindən qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu niyyətini həyata keçirmək məqsədi ilə mənzilin qonaq otağında əvvəlcə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə yumruqla zərbə vurduqdan sonra istintaqa məlum olmayan bıçaqla onun arxa nahiyəsinə də bir dəfə vuraraq xəsarət yetirmiş, Zərərçəkmiş şəxs1 mənzilin yataq otağına qaçdıqdan sonra Təqsirləndirilən şəxs həmin bıçaqla mənzilin qonaq otağında olan Zərərçəkmiş şəxs2 də həyat üçün mühüm əhəmiyyəti olan başın alın və hər iki bud nahiyələrinə deşilmiş-kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sağ təpə nahiyəsinin yarası və bədəninin müxtəlif nahiyələrinə sıyrıqlardan ibarət olan sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağına keçib əlindəki həmin bıçaqla Zərərçəkmiş şəxs1 vurmağa davam edərək sonuncunun bədəninin müxtəlif nahiyələrinə - sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bir ədəd, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid daha 16 ədəd - ümumilikdə 17 ədəd xəsarət yetirərək hadisə yerini tərk etmiş, lakin zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hadisə vaxtı ona aktiv müqavimət göstərdiklərindən, eləcə də onların vaxtında tibb müəssisəsinə çatdırılıb ixtisaslı tibbi yardım göstərilməklə həyatları xilas edildiyindən Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə iki şəxsi öldürməyə yönəlmiş cinayətkar niyyətini başa çatdıra bilməyərək iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə baş vermiş cinayət hadisəsinin motivləri ilə bağlı qeyd edir ki, 20 dekabr 2019-cu il tarixədək zərər çəkmiş Zərərçəkmiş şəxs1 istifadəsində mobil telefon olması təsdiq olunsa da, (bunu Təqsirləndirilən şəxs özü də ifadəsində təsdiq edir) həmin telefon aparatının məhz «Samsunq J5» markalı olmasını zərər çəkmiş Zərərçəkmiş şəxs1 özündən başqa qeyrisi təsdiq etməmiş, həmin telefon aparatının rəngi, fərdi əlamətləri, dəyəri müəyyənləşdirilməmiş, qeyd olunan mobil telefon aparatının real olarqa oğurlanıboğurlanmaması dəqiqləşdirilməmişdir. İrəli sürülən ittihamın məzmunundan görünür ki, qaytarılması tələb olunan mobil telefon aparatının Təqsirləndirilən şəxs tərəfindən oğurlanması özü belə, ehtimallara əsaslanmış, lakin qeyd olunan ehtimallara baxmayaraq, markası və s. rekvizitləri müəyyənləşdirilməmiş mobil telefon aparatı Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs1 özü və qeyriləri, o cümlədən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən təkidlə tələb olunmuş, hətta sonuncu - hadisə günü zərər çəkmiş şəxslər Təqsirləndirilən şəxs mobil telefonu tələb edərkən ona qarşı «telefon sənin ailəndədir», «telefon səndədir, doğmalısan» kimi qeyri-etik ifadələr işlətmiş və hətta bıçaq nümayiş etdirmişlər. Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat mərhələsində verdiyi ifadələrində telefonunun oğurlanması ilə əlaqədar telefonun yoxa çıxdığı əraziyə gedərək həmin ərazidə yerləşən «qapı-pəncərə sexi»nin kamera görüntülərinə baxdığını, kamera görüntüsünə baxan zaman hadisə vaxtı Nizaminin sağa-sola boylanaraq onun avtomobilinə yaxınlaşdığını və onun telefonunu maşından götürərək yaxınlıqda olan zavoda getdiyini müşahidə etdiyini, həmin görüntüləri telefonunun kamerasına çəkdiyini göstərsə də, o, həmin görüntüləri heç kimə, o cümlədən hüquq-mühafizə orqanlarına və ya sonradan istintaq orqanına təqdim etməmiş, «qapı-pəncərə sexi»nin yerini belə, istintaq orqanına göstərməkdən imtina etmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat mərhələsində, həmçinin məhkəmə baxışı zamanı verdiyi ifadələrində xəstəxanadan çıxdıqdan sonra oğurlandığını bildiyi həmin telefonunu tapdığını, lakin yararsız vəziyyətə düşdüyündən istifadə etməyib zibilliyə tulladığını göstərməklə bilavasitə özünə məxsus mobil telefonunun oğurlanması ehtimalı ətrafında mövcud olan ziddiyyətləri daha da dərinləşdirmişdir. Baş vermiş cinayət hadisəsinin motivləri ilə bağlı Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, Muradxanın telefonunun yoxa çıxması iddia olunan gün o, Muradxanla birlikdə olmuş, onların hər ikisinin istifadəsində özlərinə məxsus mobil telefon olmuşdur. O, dost malına heç vaxt göz tikməmiş, onun Muradxanın telefonununda gözü olmamışdır. Muradxanın telefonla Ramini videoya çəkməsinin düzgün hərəkət olmadığını ona deyib iradlarını bildirdiyindən və Raminin tərəfini saxladığından Muradxan telefonla bağlı onun üstünə şər atmaq, tanıdığı şəxslərin yanında onu alçaltmaq istəmişdir. Muradxanla Ramazan öz hərəkətləri ilə onu ailə üzvlərinin yanında az qala gözdən salmış, o, özünün şərəf və ləyaqətini təhqir olunmuş kimi qəbul etmişdir. Oğurluqda günahlandırlmasını, alçaldılmasını özünə çox ağır təhqir hesab etmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qisas almaq məqsədilə qəsdən öldürmək niyyətinə gəldikdə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamın məzmununda hadisə vaxtı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə aktiv müqavimət göstərmələri, eləcə də onların vaxtında tibb müəssisəsinə çatdırılıb ixtisaslı tibbi yardım göstərilməklə həyatlarının xilas edilməsi və məhz bu səbəbdən Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə iki şəxsi öldürməyə yönəlmiş cinayətkar niyyətini başa çatdıra bilməyərək iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd göstərdiyi göstərilmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Lakin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nəinki, birbaşa və ya dolayı qəsdlə əhatə olunan iki şəxsi öldürməyə cəhd etmiş, o, zərərçəkmiş şəxslərə ağır bədən xəsarəti yetirmək niyyətində belə olmamış və bunları arzu belə etməmişdir. O, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 öldürmək, yəni onları həyatdan məhrum etmək üçün kifayət qədər imkana malik olmuş, bunun üçün alət və şərait olmuş, niyyətini başa çatdırmaq üçün ona konkret olaraq heç kim mane olmamış, zərər çəkmiş şəxslər ona qarşı heç bir müqavimət göstərməmişlər. Zərər çəkmiş şəxslərə yetirilmiş bədən xəsarətlərindən yalnız biri - zərər çəkmiş Zərərçəkmiş şəxs1 sol diz oynağı nahiyəsinin arxa və arxa-iç səthinin oynaq kapsulunun kəsilməsi və oynaqda hərəkət məhdudluğu ilə fəsadlaşan 1 ədəd dəlib-keçən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, hər iki zərər çəkmiş şəxsdə olan digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər olmuş, hətta zərər çəkmiş Zərərçəkmiş şəxs2 sağ təpə nahiyəsinin yarası və bədəninin müxtəlif nahiyələrinə olan sıyrıqların sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, 20 dekabr 2019-cu il tarixdən başlayaraq cinayət hadisəsinin baş verdiyi 03 yanvar 2020-ci il tarixədək oğurlandığı ehtimal olunan zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus mobil telefon ətrafında aparılan danışıqlar zamanı Təqsirləndirilən şəxs heç bir qeyri-qanuni hərəkətə yol verməmiş, dözümlülük göstərib, özünün də göstərdiyi kimi, xoşagəlməz nəticələrə gətirib çıxarmaması üçün məlum mövzuda danışıqlardan yayınmışdır. Hadicədən əvəvl, 02 yanvar 2020-ci il tarixədə, saat təqribən 22-23 radələrində o, yaşadığı evdə olarkən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təşəbbüsü ilə Təqsirləndirilən şəxslə zərər çəkmiş şəxslər arasında görüş təşkil edilmiş, razılaşdıqdan sonra Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 sonuncunun idarə etdiyi avtomaşınla təqsirləndirilən şəxsin ünvanına gedib onu götürmüş və Təqsirləndirilən şəxs avtomaşınla cinayət hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs1 məxsus evə aparılmışdır. Məhz bundan sonra oğurlanması ehtimallara əsaslanan, zərər çəkmiş Zərərçəkmiş şəxs1 məxsus mobil telefon ətrafında aparılan danışıqlar davam etdirilmiş, Təqsirləndirilən şəxs həmin mobil telefonun tələb olunması artıq təhqirlərlə, bıçaq nümayişi ilə müşaiyət olunmaqla kulminasiya nöqtəsinə çatdırılmış və nəticədə zərərçəkmiş şəxslərin təşəbbüsü və sonuncuların qanuncuz hərəkətlərinin təsiri nəticəsində baxılan iş üzrə cinayət hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun nə Muradxanı və nə də Ramazanı öldürmək və ya onlara ağır xəsarət yetirmək niyyəti olmamışdır. O, uzun müddət peşəkar idmanla məşğul olduğundan insan həyatı üçün təhlükəli orqanları çox yaxşı bilmiş və ona görə də onlara həyat üçün təhlükəli olan orqanlardan xəsarət yetirməmiş və ya ağır xəsarət yetirməmişdir. X22 öldürmək üçün bütün imkanları olmuş, bunun üçün şərait olmuş, ona konkret olaraq heç kim mane olmamışdır. Muradxanla Ramazan ona qarşı heç bir müqavimət göstərməmişlər. Onun məqsədi Muradxanla Ramazanı yaralamaq olmuş, onları bu üsulla cəzalandırmaq istəmişdir. Hadisədən sonra xəstəxanaya getmək istədikləri təqdirdə, avtomaşının açarlarını axtarmamaq üçün masanın üzərində müxtəlif şeylərin arasında olan həmin açarları götürüb Zərərçəkmiş şəxs1 üstünə atmış, həkimə getmələrini tövsiyyə etmiş və Şahid1la birldikdə hadisə yerindən çıxıb getmişdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs1 özü də məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs peşəkar idmanla məşğul olduğundan fiziki cəhətdən güclü olmuşdur və onun eyni vaxtda onların hər ikisinə fiziki güc tətbiq etmək imkanı olmuşdur. Ramazan narkotik vasitə aludəçisi olduğundan fiziki cəhətdən çox zəif olmuş, nə o özü və nə də Ramazan Nizamiyə müqavimət göstərə bilməmişlər. Nizaminin onların hər ikisini öldürmək imkanı olsa da, bunları etməmişdir. Hadisədən dərhal sonra Təqsirləndirilən şəxs ona qarşı söyüşlər etdiklərinə və özlərinin bu həddə gətirib çıxardıqlarına görə onları cəzalandırdığını demiş və hadisədən sonra ona məxsus avtomaşının açarlarını onun üstünə atıb, həkimə getmələrini bildirərək evi tərk etmişdir. İş materiallarından göründüyü və məhkəmə baxışı zamanı müəyyən edildiyi kimi, ibtidai istintaq orqanı zərər çəkmiş şəxslərin hərəkətlərinə, yəni cinayət hadisəsinin məhz zərər çəkmiş şəxslərin təşəbbüsü ilə başlanılmasına və onların qanunsuz hərəkətlərinin təsiri nəticəsində törədilməsinə hüquqi qiymət verməmişdir. Qeyd olunan konkret haldan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaxın və hətta doğma şəxslərin ifadələri ilə hər iki zərər çəkmiş şəxsin tüfeyli həyat tərzi keçirmələri, Zərərçəkmiş şəxs2 əvvəllər dəfələrlə məhkum olunmuş və narkotik vasitələrdən istifadə edən şəxs olması, düşmənli olması ilə əlaqədar mütəmadi olaraq üzərində iki ədəd bıçaq gəzdirməsi təsdiq olunmuşdur. Zərər çəkmiş şəxslərə yetirilən bədən xəsarətlərinin sayına, xarakterinə və lokalizasiyasına gəldikdə isə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 bədən səthində başın alın və hər iki bud nahiyələrinə deşilmiş-kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəarəti olduğu müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı başın alın nahiyyəsində müəyyən olunan bu xəsarəti əsassız olaraq həyat üçün mühüm əhəmiyyəti olan xəsarət kimi dəyərləndirmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs1 almış olduğu bədən xəsarətlərindən yalnız biri, yuxarıda qeyd olunduğu kimi sol diz oynağı nahiyəsinin arxa və arxa-iç səthinin oynaq kapsulunun kəsilməsi və oynaqda hərəkət məhdudluğu ilə fəsadlaşan bir ədəd dəlib-keçən deşilmişkəsilmiş yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid olsa da, 3 ədəd qarın nahiyəsində, 11 ədəd isə aşağı ətraflarda müəyyən olunan xəsarətlər dərəcəsinə görə yüngül zərər vurmaya aid olan xəsarətlər olmuş, həyat-səhhət üçün təhlükə mənbəyi olmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hadisədən sonra, hadisə yerindən birlikdə çıxdığı Şahid1 hadisə barədə atasına məlumat verməyi və zərərçəkmiş şəxslərin xəstəxanaya aparılmasına kömək etməyi xahiş etmiş və eyni xahişlə öz atasına hadisə barədə məlumat vermişdir. Məhz bundan sonra Şahid1 atası özünə məxsus avtomaşınla zərər çəkmiş Zərərçəkmiş şəxs1 atasını hadisə yerinə çatdırmış və sonuncu zərər çəkmiş şəxslərin TTY vasitəsilə xəstəxanaya çatdırılmasını təşkil etmişdir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yetirilmiş bədən xəsarətləri üsuluna görə kəsici-deşici, ucu batıcı xassəyə malik alətlə, o cümlədən bıçaqla yetirilməyə xarakterikdir. Lakin məhkəməyədək icraat mərhələsində cinayətin aləti olmuş kəsici-deşici, ucu batıcı xassəyə malik olan həmin alət, o cümlədən bıçaq aşkar edilib götürülməmiş, üzərində ixtisaslaşdırılmış tədqiqat aparılmamışdır. Təqsirləndirilən şəxs ifadəsində hadisə zamanı istifadə etdiyi alətin mətbəx bıçağı olduğunu, həmin bıçağı hadisənin gedişatında Zərərçəkmiş şəxs1 evində olan masanın üzərindən götürdüyünü göstərmiş, həmçinin qeyd olunan bu faktı məhkəmədə dindirilərkən zərər çəkmiş Zərərçəkmiş şəxs1 özü də ifadəsində təsdiq edib, hadisədən əvvəl Ramazanla yemək yediklərini və cinayətin aləti olmuş həmin bıçağın yeməkdən sonra masanın üzərində qaldığını bildirmişdir. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki və hadisədən sonrakı münasibətlərinə hüquqi qiymət verərək qeyd edir ki, zərər çəkmiş və təqsirləndirilən şəxslər hadisədən əvvəl bir-biri ilə yaxın münasibətdə olmuş, tez-tez görüşmüş, tərəflər arasında münaqişəli vəziyyət barədə hadisə gününədək hüquqmühafizə orqanlarında ərizə-şikayət və ya hər hansı təqsirləndirici material olmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs hadisədən sonra da baş vermiş hadisənin nəticələrinə biganə qalmamış, zərər çəkmiş şəxslərin tibbi yardım ala bilmələri üçün konkret hərəkətlər etmiş, ən nəhayət, zərər çəkmiş şəxslərlə Təqsirləndirilən şəxs arasında barışıq əldə olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iki şəxsi öldürməyə cəhdə görə, yəni Azərbaycan Respublikası CMnin 29,120.2.7-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Lakin iş üzrə təqsirləndirilən şəxs Vasif Zəkiyevin barəsində ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə az ağır zərər vurmaya görə həmin Məcəllənin 127.2.2-ci maddəsinə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurmaya görə həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci və 128-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə təqsirə görə cinayət məsuliyyəti və cəza məsələsini müzakirə edərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurmaya görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə baxmayaraq o, mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs2 hüquqi varisi ilə barışıq əldə etmişdir və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də məhkəmə bununla bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Lakin məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2ci maddəsi ilə nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu həmin maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsinin işdə olan əməliyyat-sorğu arayışından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, Binəqədi Rayon Polis İdarəsi 15 yanvar 2020-ci il tarixli, ***-**** nömrəli məktubu ilə Təqsirləndirilən şəxs könüllü olaraq Binəqədi RPİ-ə gəlib təslim olmuşdur. Daha sonra məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə cinayət hadisəsi məhz zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təşəbbüsü və onların qanunsuz hərəkətlərinin təsiri nəticəsində törədilmişdir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır (iş vərəqə: cild İ, səh. 3, 40, 142-143, 163). Qeyd olunanlardan başqa, məhkəməyə ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs2 hüquqi varisi X12 Təqsirləndirilən şəxs ilə barışdılarını, sonuncuya qarşı heç bir şikayət və tələblərinin olmadığını, onlara vurulan maddi zərərin tam aradan qaldırıldığını bildirmişlər. Eyni məzmunlu notarial qaydada təsdiq olunmuş ərizəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 atası Sultan Ağabbayev də məhkəməyə təqdim etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, baş vermiş cinayət hadisəsini zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanunsuz hərəkətlərinin təsiri altında törətməsini həmin Məcəllənin 59.1.8-ci maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, əvvəllər məhkum olunmamasını, saxlanıldığı istintaq təcridxanasından müsbət xarakterizə olunmasını və tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin: - 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; - 59.1.8-ci maddəsinə əsasən cinayətin zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi; - 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması; - 59.1.12-ci maddəsinə əsasən isə zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə olunması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, himayəsində azyaşlı uşaqlarının olmasını, onun baş vermiş cinayət hadisəsini zərər çəkmiş şəxslərin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, könüllü gəlib təqsirini boynuna almasını, zərər çəkmiş şəxslə və mərhum zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, saxlanıldığı istintaq təcridxanası üzrə müsbət xarakterizə olunmasını və tutduğu əməldən səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsinin sanksiyası çərçivəsində nisbətən aşağı həddə, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağı nəzərə alınmalı və o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, könüllü olaraq Binəqədi RPİ-yə təslim olmuş Təqsirləndirilən şəxs 15 yanvar 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 yanvar 2020-ci il tarixdə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 15 yanvar 2020-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Binəqədi rayon prokurorluğunda saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus bir ədəd papaq, bir ədəd köynək və bir ədəd şalvar, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus bir ədəd palto, bir ədəd cins şalvar, bir ədəd pulover, bir ədəd köynək və iki ədəd kosmetik çubuq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 169 (yüz altmış doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ona təyin edilən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 15 yanvar 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut - Binəqədi rayon prokurorluğunda saxlanılan, Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus bir ədəd papaq, bir ədəd köynək və bir ədəd şalvar, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus bir ədəd palto, bir ədəd cins şalvar, bir ədəd pulover, bir ədəd köynək və iki ədəd kosmetik çubuq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 169 (yüz altmış doqquz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-575/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-575/2021
29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver