Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-575/2022 25.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X7 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs - (xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 29 avqust 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğlu satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 04 ədəd bükümdə təmiz çəkisi 0,897 qram psixotrop maddə olan metafetamin və külli miqdarda 06 ədəd bükümdə ümumi təmiz çəkisi 10,561 qram narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin və RPİnin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27.08.2021-ci il tarixdə saat 17:30-da ünvan 3 ünvanının qarşısında saxlanılıb Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən xarici görünüşlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,195 qram, 0,214 qram, 0,245 qram və 0,243 qram olmaqla ümumi təmiz çəkisi 0,897 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,457 qram, 2,129 qram, 1,203 qram, 1,211 qram, 1,691 qram, 1,870 qram olmaqla ümumi təmiz çəkisi 10,561 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qsmində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o verilmiş ittihamla özünü təqsirli bilmir. 27.08.2021-ci il tarixdə saat 22-23 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsində yaşadığı 20 nömrəli evdə olarkən iki nəfər mülki geyimdə olan polis əməkdaşları onu evindən götürüb qonşularının gözü qarşısında Suraxanı RPİ-nin 33-cü PB-nə aparmışlar. Həmin polis bölməsində üzərində keçirilmiş axtarış zamanı üzərinə qoyduqları narkotik vasitəni çıxarmış və bu barədə protokol tərtib etmişlər. Ona təyziq göstərərək boynuna qoymuşlar ki, həmin narkotik vasitələr ona məxsus olub. Həqiqətdə isə həmin narkotik vasitələr ona məxsus olmamışdır. O əvvəllər narkotik vasitə marixuana istifadə etmiş, heroin, metamfetamin, kokos istifafə etməmişdir. Onun istifadəsində olan mobil nömrə ********** olmuş, “Whats app” işlətmiş, ancaq vatsap nömrəsini hazırda xatırlamır. O, iran vətəndaşı Əli adlı şəxsi tanımır və ondan da narkotik vasitə almamışdır. Onu polis işçiləri saat 22-23 radələrində evindən aparmışlar, qonşuları da bunu görmüşlər, ancaq hansı qonşuların olduğunu xatırlamır. Onun evində axtarış aparılmamışdır. Edilən təzyiqlərlə bağlı şikayət etməmiş, düşünmüşdür ki, nəticəsi olmayacaqdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadələri məhkəmədə elan olunmuşdur. Təqsirləndirilən şəxs 28 avqust 2021-ci tarixdə şübhəli şəxs qismində və 29 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. 27.08.2021-ci il tarixdə səhər saatlarında əvvəlcədən internet vasitəsilə tanış olduğu İran Respublikası vətəndaşı kimi tanıdığı Əli adlı şəxslə “Whats app” vasitəsilə əlaqə saxlayaraq ona heroin və metamfetamin göndərməsini xahiş etmiş və bu məqsədlə də həmin gün Əlinin ona əvvəlcədən verdiyi bank hesabına 90 manat pul ödəmişdir. Əli həmin maddələri qoyduğu yerin şəklini ona göndərmiş, həmin Suraxanı rayonu ərazisində dəqiq xatırlamadığı ünvana gedərək bir ədəd siqaret qutusunda altı ədəd bükümdə heroin və dörd ədəd bükümdə metamfetamini götürmüşdür. Onları siqaret qutusundan çıxarıb şalvarının cibinə qoymuş, qutunu isə tullamışdır. 27 avqust 2021-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsində yaşadığı 20 nömrəli evin qarşısında olduğu zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılaraq Suraxanı RPİ-nin 33-cü PB-nə aparılmış, həmin polis bölməsində üzərində keçirilmiş axtarış zamanı əynində olan qara rəngli şalvarıın sağ yan cibindən altı ədəd bükümdə narkotik vasitə heroin və dörd ədəd bükümdə psixotrop maddə metamtefamini çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarına həmin bükümlərdən altı ədəd bükümdə narkotik vasitə heroin və dörd ədəd bükümdə psixotrop maddə metamtefamin olduğunu, onları İran Respublikası vətəndaşı kimi tanıdığı Əli adlı şəxsdən onlayn şəkildə əldə etdiyini, heroin üçün 50 manat, metamfetamin üçün isə 40 manat pul ödədiyini bildirmişdir. Bundan sonra həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və iştirakçıların imzası ilə imzalanmışdır. Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman yuxarıdakı ifadələrini inkar edərək üzərindən aşkar edilərək götürülmüş altı ədəd bükümdə narkotik vasitə olan heroin və dörd ədəd bükümdə olan psixotrop maddələrdən yalnız bir ədəd bükümdə narkotik vasitə heroinin ona məxsus olmasını, digər bükümdə olan narkotik vasitə və psixotrop maddənin ona aid olmamasını qeyd etmiş, narkotik vasitələrdən istifadə etsə də, onların satışı ilə məşğul olmamasını bildirmişdir. Digər bükümlərdə olan narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olmasını polis əməkdaşlarının deməsinə görə bildirmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadələrin heç birisini təsdiq etmədiyini, həmin ifadələri təzyiq altında verdiyini bildirmişdir. Məhkəmdə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun ifşa olunması istiqamətində özündən və Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, 27 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saat 17:30 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, V.Xəlilov küçəsində 20 saylı evin yaxşınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özülərini təqdim edib həmin şəxsə narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması və satışında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, sonuncunu Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Polis Bölməsinə getdikdən sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, onun hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra özünün və Şahid2 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən altı ədəd bükümdə narkotik vasitə olan heroin və dörd ədəd bükümdə psixotrop maddə olan metamtefamini çıxarıb təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirilən zaman bükümlərin içərisində nə olduğu, onları haradan, kimdən və hansı qiymətə əldə etməsi barədə soruşulduqda V.Mövümov həmin maddələrdən altı ədəd bükümdə narkotik vasitə heroin və dörd ədəd bükümdə isə psixotrop maddə metamtefamin olduğunu, onları İran Respublikası vətəndaşı kimi tanıdığı Əli adlı şəxsdən onlayn şəkildə əldə etdiyini, heroin üçün 50 manat, metamfetamin üçün isə 40 manat pul ödədiyini bildirmişdir. Bundan sonra həmin bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlər olunmamışdır. Məhkəmədə şahid qismində ifadə vermi Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmdə şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, 20 ilə yaxın müddətdir ki, Valehin atası Sabir kişini tanımış, sonuncu ilə çox vaxt Suraxanı rayonu ərazisində istirahət parkında birlikdə istirahət etmişlər. Valeh həbs olunan gün ət mağazasının qarşısında olarkən 3 nəfər şəxsin Təqsirləndirilən şəxs başından basaraq mikroavtobusa əyləşdirib harasa apardıqlarını görmüşdür. Valehə hər hansı xəsarət yetrilməsini görməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 27 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan əynində olan qara rəngli şalvarının sağ yan cibindən altı ədəd bükümdə narkotik vasitə olan heroin və dörd ədəd bükümdə psixotrop maddə olan metamtefamini çıxarıb təqdim etməsi, təhqiqatçı tərəfindən həmin bükümlərə baxış keçirilən zaman bükümlərin içərisində nə olduğu, onları haradan, kimdən və hansı qiymətə əldə etməsi barədə soruşulduqda V.Mövümovun həmin maddələrdən altı ədəd bükümdə narkotik vasitə heroin və dörd ədəd bükümdə isə psixotrop maddə metamtefamin olduğunu, onları İran Respublikası vətəndaşı kimi tanıdığı Əli adlı şəxsdən onlayn şəkildə əldə etdiyini, heroin üçün 50 manat, metamfetamin üçün isə 40 manat pul ödədiyini bildirməsi, həmin bükümlərin təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılması, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi və üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və materiala əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3756 saylı 28 avqust 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №171” möhür əksi, “....Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar olan zərfdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,195 qram, 0,214 qram, 0,245 qram, 0,243 qram, ümumi təmiz çəkiləri 0,897 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 06 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2,457 qram, 2,129 qram, 1,203 qram, 1,211 qram, 1,691 qram, 1,870 qram, ümumi təmiz çəkiləri 10,561 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5002 saylı 26 noyabr 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs üzərindən...” qeydli zərfdəki 04 ədəd bükümdə olan psixotrop maddə-metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və həmçinin 06 ədəd bükümdə olan ümumi qalıq təmiz çəkiləri 10,461 qram narkotik vasitə-heroin kütlələri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin materiallarına əlavə edilmiş Cinayət işi üzrə təyin edilmiş ambulator məhkəmə-narkoloji ekspertizası keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 4469 saylı 13 noyabr 2021ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,195 qram, 0,214 qram, 0,245 qram, 0,243 qram, ümumi təmiz çəkiləri 0,897 qram psixotrop maddə metamfetamin, 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,457 qram, 2,129 qram, 1,203 qram, 1,211 qram, 1,691 qram, 1,870 qram, ümumi təmiz çəkiləri 10,561 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, ümumi təmiz çəkisi 0,897 qram psixotrop maddə metamfetamin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 0,777 qram və ümumi təmiz çəkisi 10,561 qram heroinin ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan 10,421 qram narkotik vasitə heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 03.10.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05.06.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 17.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 27.11.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi X2 30.08.2021-ci il tarixli 5(010)- 396/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİnin 33-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 avqust 2021-ci il tarixli qərarı qanuni sayılmışdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 27.08.2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Suraxanı rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 29 avqust 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Suraxanı RPİ-də məsul saxlanca verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 10,421 qram narkotik vasitə heroin, 0,777 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 (bir) ədəd maddi sübut kimi tanınmış disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 27 avqust 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 219,80 (iki yüz on doqquz manat, səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 27 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Suraxanı RPİ-də məsul saxlanca verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 10,421 qram narkotik vasitə heroin, 0,777 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 (bir) ədəd maddi sübut kimi tanınmış disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 219,80 (iki yüz on doqquz manat, səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-575/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-575/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver