Məhkəmə qərarları › İş №1(101)-575/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-575/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-575/2024 02.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X4 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, Müdafiəçi – “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 05 avqust 1987-ci ildə Qazax rayonu Kolxəlfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağstafa rayonu Kolxəlfəli ərazi dairəsi Kolxəlfəli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X9 nömrəsiz evdə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,144 qram narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda 70,67 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1,344 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, onlardan 06 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X9 nömrəsiz evdə 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,729 qram narkotik vasitə heroini və 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,253 qram psixotrop maddə metamfetamini hədiyyə olaraq Şahid4 təmənnasız vermiş, Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şahid4 06 mart 2023-cü il tarixdə saat 22:45-də Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Nizami küçəsində saxlanılıb polis bölməsinə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş tünd göy rəngli cins şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs əldə etdiyi iki ədəd ayrı-ayrılıqda siqaretin sellofanına bükülmüş bükümdə təmiz çəkisi 0,729 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 0,253 qram ağ rəngli kristalik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Şahid4 ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin mənbəyinə dair verdiyi məlumat əsasında əməliyyat tədbirləri davam etdirilərək 07 mart 2023-cü il tarixdə saat 02:00-da Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X9 nömrəsiz evin qarşısında Təqsirləndirilən şəxs 14-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb polis bölməsinə aparılıb şübhəli şəxs qismində tutularaq, yaşadığı mənzildə narkotik vasitə olan heroin, qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin olduğunu bildirdikdən sonra onun yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsi X12 massivində yerləşən nömrəsiz 01 otaqlı evində aparılmış axtarış və götürmə zamanı güzgülü dolabın siyirtməsində saxladığı sellofan torbanın içərisindən 17 ədəd kibrit qutusunda, tərkiblərinə görə eyni olan, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,84 qr, 5,92 qr, 5,10 qr, 3,23 qr, 3,71 qr, 3,77 qr, 4,25 qr, 3,75 qr, 3,78 qr, 5,20 qr, 3,85 qr, 3,50 qr, 2,90 qr, 4,78 qr, 5,02 qr, 3,97 qr və 4,10 qram olmaqla, ümumi təmiz çəkisi 70,67 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd kibrit qutusunun içərisində 06 ədəd şəffaf sellofan və 01 ədəd gümüşü rəngli kağız ümumilikdə 07 ədəd bükümdə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkisi 0,430 qr, 0,258 qr, 0,374 qr, 0,331 qr, 0,275 qr, 0,293 qr, 0,454 qram ümumi təmiz çəkisi 2,415 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə külli miqrdarda heroin, 01 ədəd şəffaf rəngli sellofan və 01 ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,213 qr və 0,878 qram ümumi təmiz çəkisi 1,091 qram olan ağ rəngli kristalik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, məlum hadisə baş verməmişdən bir gün qabaq “Nəsib” adlı şəxs evə narkotik vasitə gətirmişdir. O isə ona evində narkotik vasitə istifadə etdiyi təqdirdə polisə şikayət edəcəyini bildirmişdir. Bu zaman Nəsib onu uşaqları ilə hədələmişdir. Səhəri gün o, narkotik maddəni aldığı şəxsi də evinə gətirmiş və sonuncu əməliyyat müvəkkili “Elçin müəllimin onun dostu olduğunu bildirərək ona heç nə edə bilməyəcəyini” söyləmişdir. Ertəsi gün saat 17:55-də qapı döyülmüşdür. Onun uşağı həyət evinin qapısını açmış və 3 nəfər şəxs daxil olmuşdur. Həmin şəxslər içəri girən kimi ona “nəşəni çıxart” demişlər. Onlar onun oğluna evin altındakı zirzəmidə bankaların arxasından narkotik vasitə çıxarmağını bildirmişlər. Uşaq isə heç nə tapa bilməmişdir. Həmin maddəni həmin şəxslər özləri çıxartmışlar. Bundan sonra onu polis bölməsinə aparmışlar. Polislər ona Azada narkotik maddə verdiyini bildirmişlər. O isə bildirmişdir ki, əgər o narkotik vasitə satırsa, onu niyə kiməsə pay versin? Polislər onun evindən çıxardıqları “nəşə” ni bölməyə aparmışlar. Polislər narkotik maddəni haradan əldə etdiyini soruşduqda o, “Kubinka” ərazisində tanımadığı şəxsin ona atdığını və həmin maddəni götürdüyünü bildirmişdir. Bu cür şəkildə ifadə verməsinə səbəb isə qorxmağı olmuşdur. “Nəsib” adlı şəxs də polislərlə əlbirdir. Belə ki, o müstəntiqə narkotik vasitənin Nəsibə məxsus olduğunu bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o Savalan massivində həyət evində yaşayır. Həmin ünvanda 8 ilə yaxın müddətdir ki, uşaqları Vaqif və Laçınla birlikdə qalır. Azad onlardan bir az uzaq məsafədə yaşayır. Azad onu ancaq üzdən tanıyır. Onların Azadla heç bir yaxın münasibətləri yoxdur. O, Azadın yaşadığı evə getmiş və ona narkotik vasitə satmadığı təqdirdə polislərə nə üçün onun adını verdiyini soruşmuş, sonuncu isə polis əməkdaşları tərəfindən döyüldüyü üçün belə ifadə verdiyini bildirmişdir. Onun Azadla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Polis əməkdaşları onun evində zirzəmidən “nəşə” və qutular, eyni zamanda bükümlər çıxarmışlar. Marixuana “Nəsib” adlı şəxsin olmuşdur. O, Nəsibə narkotik vasitəni onun evinə qoyduğuna görə ondan şikayət edəcəyini bildirdikdə, Nəsib və onun anası onu uşaqları ilə hədələmişlər. Nəsib onun evindən narkotik vasitəni götürdüyünü ona bildirmişdir. Evin zirzəmisi böyük olduğundan o, narkotik vasitə olan marixuananı orada görməmişdir. Onlar narkotik vasitəni Nəsiblə birgə uşaqlar evdə olmayanda həyətdəki otaqda istifadə etmişlər. Narkotik vasitədən nə qədər müddət istifadə etdiyini xatırlamır. Narkotik vasitələrin satışı ilə o deyil, Nəsib məşğul olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, yaşadığı mənzildən aşkar edilib götürülmüş narkotik vasitə heroini, qurudulmuş marixuananı, psixotrop maddə metamfetamini Sərxan adlı tanışının vasitəsi ilə tanış olduğu adını və anket məlumatlarını bilmədiyi şəxsdən Nəsimi rayonu ərazisində yerləşən “Kubinka" adlanan ərazidən 500 manata alıb gələcəkdə özü istifadə etməsi məqsədi ilə yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsi X12 massivində yerləşən evində saxladığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını qeyd edib bildirmişdir ki, yalnız bir dəfə 06 mart 2023-cü il tarixdə bir büküm narkotik vasitə heroin və bir büküm psixotrop maddə metamfetamini tanışı Şahid4 yaşadığı evdə hədiyyə olaraq, heç bir maraq güdmədən vermişdir. 07 mart 2023-cü il tarixdə saat 02 radələrində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edib, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi və satışı ilə məşğul olması barədə məlumat əldə etdiklərini bildirib, birlikdə Sabunçu RPİ-nin 14-cü PB-yə getməyi təklif etmişdirlər. Etiraz etməyib onlarla birlikdə polis bölməsinə getmiş və orada məlum olmuşdur ki, Şahid4 polis əməkdaşları tərəfindən saxlanılmış və üzərinə şəxsi axtarış keçirilən zaman ona hədiyyə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla bağlı polis əməkdaşları ona sual verdikdə o, Azada heroini və metamfetamini hədiyyə verdiyini etiraf etmişdir. Polis bölməsində təhqiqatçı tərəfindən ona polis bölməsinə gətirilməsinin səbəbi, hüquq və vəzifələri izah olunmuş, daha sonra hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunacağı, bununla əlaqədar ona Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkillərin siyahısı təqdim edilmişdir. Siyahını nəzərdən keçirib vəkil X1 tərəfindən hüquqlarının müdafiə edilməsini istəmişdir. Vəkil dəvət olunaraq ona təqdim olunmuş və ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən barəsində şübhəli şəxs qismində tutma haqqında qərar və protokol tərtib olunmuşdur. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə o, vəkilin ona olan etibar və inamını itirməməkdən ötrü vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsini istədiyini deyib, bu barədə ərizə yazmışdır. Təhqiqatçı tərəfindən üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya və predmetin olub-olmaması soruşulduqda o, əynində olmuş qara rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd özünə məxsus “İphone” markalı mobil telefonu çıxarıb təqdim edərək üzərində başqa əşyanın olmadığını bildirmişdir. Bundan sonra üzərinə axtarış keçirilmiş, lakin heç bir qanunla qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid4 verdiyi narkotik vasitələrin və psixotrop maddələrin bir qismini yaşadığı evdə saxlayır. Təhqiqatçı tərəfindən evində axtarış keçirilməsi zərurətinin olduğu ona izah edilmiş, o buna etiraz etmədiyini qeyd edib, evində axtarış keçirilməsinə narazılığının olmaması barədə ərizə yazmışdır. Eyni zamanda ərizə ilə müraciət edərək vəkilin ona olan etibar və inamını itirməməkdən ötrü evində vəkilinin iştirakı olmadan axtarış keçirilməsini xahiş etmişdir. Polis əməkdaşları ilə birlikdə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X12 Massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə gedilmişdir. Evdə saxladığı narkotik vasitələri və psixotrop maddələri təqdim etmək təklif olunduğu üçün evdə olan güzgülü dolabın çəkməcəsində saxladığı 01 ədəd şəffaf sellofanın içərisində olan 17 ədəd kibrit qutusunun içərisindəki marixuananı, 01 ədəd kibrit qutusunun içərsindəki 06 ədəd sellofana və 01 ədəd gümüşü kağız bükümündə ümumilikdə 07 ədəd bükümdə heroini, 01 ədəd gümüşü rəngli və 01 ədəd şəffaf rəngli sellofanda ümumilikdə 02 ədəd bükülüdəki metamfetamini təqdim etmişdir. Təqdim etdiyi kütlələrə təhqiqatçı tərəfindən baxış keçirilib, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa polis əməkdaşları tərəfindən evinə axtarış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Bununla bağlı protokollar tərtib edilmiş, protokolun doğruluğu onun və polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, narkotik vasitələri və psixotrop maddəni bükümlərə bölünmüş vəziyyətdə almış, Şahid4 verdiyi heroini və metmafetamini özü ayırmışdır. Evdə aşkar edilən 02 ədəd bükümdə olan metamfetamini isə özü bükümlərə ayırmışdır ki, gələcəkdə özü istifadə etsin. Tez-tez narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərlə görüşməyin təhlükəli, yəni polis əməkdaşları tərəfindən tutula biləcəyindən ehtiyyat edib sonuncu dəfə külli miqdarda narkotik vasitə almışdır ki, istək yarananda özü istifadə etsin, satmaq məqsədi olmamışdır. (Cild 1, iş vərəqi 221- 223) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin 14-cü PB-də xadimə vəzifəsində çalışır. Əməkdaşlar ondan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və baxış istintaq hərəkətində iştirak etməyi xahiş etmişlər. Bu zaman Təqsirləndirilən şəxs cibindəki telefonu təqdim edərək üzərində hər hansı bir qanunsuz əşya olmadığını, lakin evində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onun da iştirakı ilə Elnarənin yaşadığı mənzilə axtarış və baxış keçirmişlər. Orada Təqsirləndirilən şəxs bir neçə kibrit qutusu və sellofanda kristal şəkilli maddəni könüllü təqdim etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, məlum hadisənin baş verdiyi tarixi və saatı dəqiq xatırlamır. Ancaq onu deyə bilər ki, axşam saat 20-21 radələri olmuşdur. Onun yanında hər hansı bir polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs zor tətbiq edilməmişdir. Elnara Əkbərova evə baxış zamanı narkotik maddələri özü könüllü şəkildə təqdim etmişdir. Kibrit qutusunun içərisində qəhvəyi rəngli maddə olmuş, amma onun nə olduğunu bilmir. Uzun zaman keçdiyi üçün narkotik maddələrin evin hansı otağından aşkar olunduğunu xatırlamır. Təqsirləndirilən şəxs üzərinə bölmədə keçirilən şəxsi axtarış və baxışdan təxminən 20-30 dəqiqə sonra evə gəlmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərindən mobil telefondan başqa heç nə aşkar olunmamışdır. Axtarış və baxış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin 14-cü PB-də əməliyyat müvəkkili vəzifəsində çalışır, polis baş leytenantıdır. 2023-cü ilin mart ayında Şahid4 narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, daşınması və istifadəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında şəxs tərəflərindən saxlanılmış və Sabunçu RPİnin 14-cü PB-nə gətirilmişdir. Bölmədə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman Şahid4 üzərindən aşkar edilmiş maddələri Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Tədbirin davamı olaraq Sabunçu rayonu, Maştağa qəsəbəsi, X9nə gedərək Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. Orada təhqiqatçının otağında üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərindən qanunsuz hər hansı maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmadığını, lakin onu evində saxladığını bildirmişdir. Bundan sonra onun razılığı ilə yaşadığı mənzilə axtarış və baxış keçirilmişdir. Bu zaman narkotik maddəni özü könüllü şəkildə təqdim etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs evindən bir neçə kibrit qutusu qurudulmuş marixuana, metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri evində nə səbəbə saxladığını söylədiyini xatırlamır. Təqsirləndirilən şəxs həmin maddələri Nəsimi rayonu ərazisində tanımadığı şəxsdən əldə etdiyini, narkotik vasitəni Şahid4 satmaq məqsədilə vermədiyini bildirmişdir. Tədbirdə ondan başqa digər əməliyyat müvəkkil Şahid1, təhqiqatçı Firon İsgəndərov və xadimə vəzifəsində çalışan Şahid3 iştirak etmişlər. Təqsirləndirilən şəxs evinə hansı radələrdə getdiklərini xatırlamır. Ancaq səhv etmirsə, axşam saatları olmuşdur. Onlar Təqsirləndirilən şəxs tərəflərindən şübhəli şəxs qismində saxlanılması səbəblərini izah etmişlər. Təqsirləndirilən şəxs onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs mənzilinə keçirilən baxış və axtarış istintaq hərəkətində iştirak etmişdir. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, tərəflərindən əməliyyat yolu ilə xx xxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 2 ünvanında qeydiyyatda olan, Sabunçu rayonu Maştağa qəsəbəsi ünvan 3ş evində yaşayan Şahid4 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə qərəzsiz mənbədən məlumat əldə olunmuşdur. Şahid4 cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərini vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı raportla Sabunçu RPİ-nin 14-cü PB-nin rəisi, polis kapitanı Süleyman Abbasova müraciət edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq rəhbərlik tərəfindən təsdiq olunmuş, ondan və 14-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Şahid4 narkotik vasitələri üzərində saxlayıb daşıması barədə əvvəlcədən məlumatları olduğu və tərəflərindən həmin şəxsin üzərində əməliyyat tədbiri keçiriləcəyi nəzərə alınıb, Sabunçu RPİ-nin 14-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Firon İsgəndərova bu barədə məlumat verilmiş, o da bunu bilərək vəkil bürosu ilə əlaqə saxlayıb müdafiəçi lazım olacağı barədə məlumat vermişdir. Yəni bu tədbirdə müdafiəçi dəvət edilməsinə texniki vaxt itkisinə yol verilməmişdir. Tarixi və saatı əvvəlcədən planlaşdırılmış əməliyyat tədbiri olduğundan qısa bir vaxt ərzində saxlanılıb Sabunçu RPİ-nin 14-cü PB-yə gətirilmiş Şahid4 müdafiəçi ilə təmin edilmişdir. Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid4 06 mart 2023-cü il tarixdə saat 22:45-də Sabunçu rayonu Maştağa qəsəbəsi Nizami küçəsində yaşadığı evin yaxınlığında tərəflərindən saxlanılıb, 14-cü PB-yə getmək təklif edilmişdir. Şahid4 etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Şahid4 bölməyə gətirilib təhvil verilməsi ilə bağlı tərəflərindən raportla rəhbərliyə məruzə edilmişdir. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı Firon İsgəndərov tərəfindən Şahid4 bölməyə gətirilməsinin səbəbi izah olunmuş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına dəvət olunmuş Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X6 təqdim olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şahid4 üzərinə şəxsi axtarışın vəkilin iştirakı olmadan keçirilməsini istəyib bununla bağlı ərizə yazmışdır. Vəkilin iştirakı olmadan Şahid4 üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Şahid4 əynində olmuş tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümü çıxarıb təqdim edərək, bükümün birinin içərisində narkotik vasitə heroin, digərinin isə içərisində psixotrop maddə metamfetamin olduğunu, heroini və metamfetamini 06 mart 2023-cü il tarixdə Maştağa qəsəbəsi X12 Massivi ərazisində yaşayan Təqsirləndirilən şəxs adlı tanışı tərəfindən ona hədiyyə qismində verildiyini, şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmin bükümlərə təhqiqatçı tərəfindən baxış keçirilmiş, müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bundan sonra Şahid4 üzərinə tərəflərindən şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi bükümlərdən başqa üzərində qanunla dövriyyəsi qadağan edilən digər əşya və predmet aşkar edilməmiş və götürülməmişdir.Bundan sonra Şahid4 hədiyyə qismində heroini və metamfetamini vermiş Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyənləşdirilmiş, olduğu yer müəyyən edilərək 07 mart 2023-cü il tarixdə saat 02:00-da Sabunçu rayonu Maştağa qəsəbəsi X9 nömrəsiz evin qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılıb 14-cü PB-yə gətirilmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə gətirilib təhvil verilməsi ilə bağlı bölmənin rəhbərliyinə raportla məruzə edilmişdir. Xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bölməyə gətirilməsinin səbəbləri, hüquq və vəzifələri izah olunmuş, hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunacağı izah edilib, vəkil seçmək üçün Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahını nəzərdən keçirib vəkil Qətibə Nərimanzadə tərəfindən hüquqlarının müdafiə edilməsini istəyib bu barədə ərizə yazmışdır. Vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuş, şübhəli şəxs qismində barəsində tutma haqqında protokol, qərar və digər sənədlər tərtib olunmuş, Elnarəyə üzərində şəxsi axtarış keçirilməsi zərurətinin olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın vəkilin iştirakı olmadan keçirilməsini istəyib bununla bağlı ərizə yazmışdır. Vəkilin iştirakı olmadan Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olmuş qara rəngli cins şalvarın arxa sağ yan cibindən 01 ədəd «İphone 6» markalı mobil telefonu təqdim edib, özünə məxsus olduğunu, üzərində qanunla dövriyyəsi qadağan edilən əşya və predmetin olmadığını bildirdi. Təqsirləndirilən şəxs qadın olduğu nəzərə alınıb üzərinə şəxsi axtarış keçirməsi üçün dəvət edilmiş 14-cü PB-nin xadiməsi Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib bildirmişdir ki, Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini o, hədiyyə qismində Azada vermiş, yaşadığı evdə özü istifadə etməsi üçün adını və anket məlumatlarını bilmədiyi şəxsdən 500 manata alıb saxladığı narkotik vasitə heroini, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini təqdim edə bilər. Bununla da şəxsi axtarış keçirilməsi başa çatdı, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «İphone 6» markalı mobil telefon təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür.Bundan sonra təhqiqatçı Firon İsgəndərovun evində axtarış keçirilməsinə narazılığı olub-olmaması ilə bağlı suala Təqsirləndirilən şəxs heç bir narazılığı və etirazı olmadığını bildirib, narkotik vasitələrin və psixotrop maddələrin olduğu yeri göstərib təqdim edə biləcəyini, bunun üçün onun yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsi X12 massivində yerləşən nömrəsiz evə getmək lazım olduğunu bildirib, vəkilin iştirakı olmadan evində axtarış keçirilməsini xahiş etmişdir. O və şəxsi axtarışda iştirak etmiş şəxslər Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışdırlar. Orada bir daha təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra evə daxil olmuşdurlar. Evdə Təqsirləndirilən şəxs güzgülü dolabın siyirtməsində saxladığı sellofan torbanın içərisindən 17 ədəd kibrit qutusunu, 01 ədəd kibrit qutusunun içərisində 06 ədəd şəffaf sellofana və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümləri, 01 ədəd şəffaf rəngli sellofana və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş 02 ədəd bükümləri təqdim edib, kibrit qutularının içərisindəkilər narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd kibrit qutusunun içərisində 06 ədəd şəffaf sellofana və 01 ədəd gümüşü rəngli kağıza bükülmüş maddələrin narkotik vasitə heroin, 01 ədəd şəffaf rəngli sellofan və 01 ədəd gümüşü rəngli kağız bükümlərdə isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidən 500 manata adını və anket məlumatlarını bilmədiyi şəxsdən gələcəkdə özü istifadə etməsi məqsədi ilə alıb yaşadığı Sabunçu rayonu Maştağa qəsəbəsi X12 massivində yerləşən evində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrə baxış keçirilmiş, müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilmiş, lakin təqdim etdiyi maddələrdən başqa qanunla dövriyyəsi qadağan edilən hər hansı bir əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Qeyd olunanlarla bağlı təhqiqatçı tərəfindən protokollar tərtib edilmiş, protokolun doğruluğu, onun, Təqsirləndirilən şəxs və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. O, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edib, evində saxladığı narkotik vasitələri və psixotrop maddələri təqdim etmişdir. (Cild 1, iş vərəqi 129-132) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid2 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmiş və Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Müdafiə tərəfinin vəsasəti əsasında məhkəmə iclasına şahid qismində dəvət edilərək dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 4-5 il müddətdir ki, tanıyır. Onunla hər hansı ədavət və düşmənçiliyi yoxdur. Narkotik vasitələrdən istifadə etməsi ilə bağlı onun barəsində məhkəmə tərəfindən hökm çıxarılmışdır. Təqsirləndirilən şəxs ona tanışlıqla az miqdarda narkotik vasitə heroini pay vermişdir. O, “Nəsib” adlı şəxsi üzdən tanıyır. Onun Təqsirləndirilən şəxs ilə əlaqəsi olubolmadığını bilmir. O, Elnarənin yanında Nəsibi görməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni özü üçün almışdır. Elnarənin ona narkotik vasitəni təmənnasız vermiş, bunun müqabilində o, Elnarəyə pul verməmişdir. İlk dəfə idi ki, Təqsirləndirilən şəxs ona narkotik vasitə verirmiş. Belə ki, əvvəllər analoji hal baş verməyib, eyni zamanda, ondan pul müqabilində narkotik vasitə almayıb. O, qoyun otarmaqla məşğuldur. O, Elnarəyə bir qonşu kimi bəzən yun verirmiş. O və Təqsirləndirilən şəxs bir-birilərinin narkotik vasitədən istifadə etdiklərindən məlumatlı olmuşlar. O, Elnarədən nə vaxtsa özü üçün narkotik vasitə alacağı təqdirdə onun üçün də narkotik vasitə götürməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Şahid4 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Şahid4 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Sabunçu RPİ-nin 14-cü PB-də əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-7) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 22:45 radələrində Şahid4 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yaşadığı evin yaxınlığında yol kənarında saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şahid4 üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman o əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sigaret sellofanında olan bükülünü təqdim edərək, həmin bükülünün içərisində narkotik maddə heroin və psixotrop maddə metamfetamin olduğunu, bu narkotik vasitələri 06 mart 2023-cü il tarixdə Maştağa qəsəbəsi, Savalan YYM-i ərazisində yaşayan Elnarə adlı qadının ona hədiyyə etdiyini və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş 02 ədəd siqaret sellofan bükülünün içərisindən narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr olması müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılaraq möhürlənmişdir. (Cild 1, iş vərəqə 10-11) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 02:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan y/m-də yaşayan Təqsirləndirilən şəxs müəyyən edilərək Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmişdir. (Cild 1, iş vərəqə 14) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 23-24) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman o əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd iphone markalı mobil telefonu təqdim edərək, üzərində başqa əşyasının olmadığını, lakin, vətəndaş Şahid4 verdiyi narkotik maddələrin bir qismini yaşadığı evdə saxladığını bildirmişdir. (Cild 1, iş vərəqə 33-36) xx.xx.2023-cü il tarixli “Axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan YYM-də yerləşən fərdi evində axtarış keçilmiş, bu zaman Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan güzgülü dolabın çəkməcəsində saxladığı sellofan torbanın içərisindəki kibrit qutularını təqdim edərək, həmin qutularda narkotik maddə marixuana, heroin və metamfetamin olduğunu, onları təxminən 1-2 ay bundan qabaq Nəsimi rayonu ərazisində Kubinka deyilən ərazidən ümumilikdə 500 manata aldığını və öz istifadəsi və kənar şəxslərə hədiyyə etmək niyyəti ilə saxladığını bildirmişdir. Sellofan torbadakı kibrit qutularını açdıqda həmin qutuların 17 ədədində narkotik maddə hesab edilən marixuanaya bənzər qurudulmuş ot kütləsi, 01 ədəd kibrit qutusunda 06 ədəd sellofana və 01 ədəd metallik rəngli kağıza bükülmüş ümumilikdə 07 ədəd bükümdə tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik maddə hesab olunan heroinə bənzər maddə, 01 ədəd şəffaf rəngli və 01 ədəd metallik rəngli ümumilikdə 02 ədəd bükümdə toz kristal şəkilli, şəffaf rəngli, spesifik qoxuya malik psixotrop maddə metamfetamin aşkar edilərək götürülmuşdur. (Cild 1, iş vərəqə 39, 41-42) Məhkəmə bioloji ekspertizasının 07 mart 2023-cü il tarixli 7/345 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş maddi sübut...” yazı və imzalar olan zərfdə 17 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,84 qr, 5,92 qr, 5,10 qr, 3,23 qr, 3,71 qr, 3,77 qr, 4,25 qr, 3,75, qr, 3,78 qr, 5,20 qr, 3,85 qr, 3,50 qr, 2,90 qr, 4,78 qr, 5,02 qr, 3,97 qr və 4,10 qram olmaqla, ümumi təmiz çəkisi 70,67 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. (Cild 1, iş vərəqə 51-54) Məhkəmə kimyəvi ekspertizasının 07 mart 2023-cü il tarixli 6/1380 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №100» dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,430 qr, 0,258 qr, 0,374 qr, 0,331 qr, 0,275 qr, 0,293 qr, 0,454 qram ümumi təmiz çəkisi 2,415 qram olan qəhvəyi rəngli maddə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,213 qr və 0,878 qram ümumi təmiz çəkisi 1,091 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin fərqli narkotik vasitə və psixotrop maddə olduqlarından onlar arasında müqayisəli tədqiqat aparılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in Siyahısına ( Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in Siyahısına ( Siyahı İ) daxildir. (Cild 1, iş vərəqə 55-60) 230050346 nömrəli cinayət işi üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 mart 2023-cü il tarixli 6/1381 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №100» dairəvi möhür əksləri olan “Vətəndaş Şahid4 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,729 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,253 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin fərqli narkotik vasitə və psixotrop maddələr olduqlarından onlar arasında müqayisəli tədqiqat aparılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in Siyahısına ( Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in Siyahısına ( Siyahı İ) daxildir.(Cild 1, iş vərəqə 63-66) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 84-85) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 113-114) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. (Cild 1, iş vərəqə 147) Doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X7 adında 2 azyaşlı övladı vardır. (Cild 1, iş vərəqə 180) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 aprel 2023-cü il tarixli 840 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkməmiş, hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, əməli Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur, törətdiyi əməl barəsində anlaqlı hesab edilməli, hazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. (Cild 1, iş vərəqə 182- 184) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1790 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatordan epizodik istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zaman narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 190-191) xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs əməli AR CM-in 234.1-1ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş, təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokollar və ona əlavə edilmiş CD disklər, ekspert rəyləri, maddi sübut və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 199- 210) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 212-213) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində məlum hadisə baş verməmişdən bir gün qabaq onun tanışı olan və uşaqlar evdə olmayan vaxt birgə narkotik vasitədən istifadə etdiyi “Nəsib” adlı şəxsin onun evinə narkotik vasitə gətirdiyini, Nəsibə evində narkotik vasitə istifadə etdiyi təqdirdə polisə şikayət edəcəyini, Nəsibin onu uşaqları ilə hədələdiyini, Azadın yaşadığı evə gedib ona narkotik vasitə satmadığı təqdirdə polislərə nə üçün adını verdiyini soruşduqda, sonuncu polis əməkdaşları tərəfindən döyüldüyü üçün belə ifadə verdiyini bildirdiyini qeyd etmişdir. Şahidlər Şahid2, Şahid1, Şahid3 isə ifadələrində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı cibindəki telefonu təqdim edərək üzərində hər hansı bir qanunsuz əşya olmadığını, lakin evində narkotik vasitə olduğunu bildirdikdən sonra Elnarənin yaşadığı mənzilə axtarış və baxış keçirilərək oradan narkotik vasitələrin aşkar olunduğunu və Təqsirləndirilən şəxs bir neçə kibrit qutusu və sellofanda kristal şəkilli maddəni könüllü təqdim etdiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı “Şəxsi axtarış və götürmə”nin və “Axtarış və götürmə”nin qeydə alındığı videoçəkilişi əks etdirən 02 (iki) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, “şəxsi axtarış və götürmə” və “axtarış və götürmə” istintaq hərəkətləri Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və xx.xx.2023-cü il tarixli “Axtarış və götürmə aparılması haqqında” protokollarının məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs bir gün qabaq onun tanışı olan “Nəsib” adlı şəxsin onun evinə narkotik vasitə gətirməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu, işin faktiki halları ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış və mənzilinə baxış keçirilməsi, həm də istintaq dövründə eyniməzmunlu ifadə verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs mənzilindən ümumi təmiz çəkisi 70,67 qram qurudulmuş marixuana, 2,415 qram olan narkotik vasitə heroin və 1,091 qram psixotrop maddə metamfetamin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs mənzilindən aşkar edilən narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq olması, sonuncunun mənzilinə axtarış və götürmə keçirilməsinin videogörüntülərini özündə əks etdirən diskdən göründüyü kimi evində narkotik vasitələri saxlaması hallarını birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən onun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, 08 mart 2023-cü il tarixdə ibtidai araşdırmaya prsessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, barəsində Təqsirləndirilən şəxs seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bu səbəbdən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəza müddətindən çıxılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 248 (iki yüz qırx səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 69,82 qram marixuana, 2,065 qram narkotik vasitə heroin, 0,991 psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və mənzildə axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1790 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatordan epizodik istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zaman narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. AR Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 69,82 qram marixuana, 2,065 qram narkotik vasitə heroin, 0,991 psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi və mənzildə axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 248 (iki yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar