Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-576/2020 06.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, subay, əvvəllər məhkum olunmuş (Xəzər rayon məhkəməsinin x xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş), məhkumluğu ödənilməmiş, ünvan 1 mənzil 26-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.9-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində ünvan 1 mənzil 26 ünvanında yerləşən yaşadığı evdə anası Şahid1 məxsus “Redmi” markalı mobil telefonda müxtəlif videolara baxaraq asudə vaxtını keçirərkən anasının iş yoldaşı Zərərçəkmiş şəxs “WhatsApp” proqramına mesaj gəldiyini görüb həmin proqrama daxil olaraq sonuncunun onun anası Şahid1 qarşı nalayiq ifadələr işlətməsini görüb bundan qəzəblənərək Zərərçəkmiş şəxs qisas almaq üçün əlverişli məqam gözləmiş və xx xxxxxx 2019-cu il tarixdə saat 1 radələrində ünvan 1 mənzil 26 ünvanında yerləşən yaşadığı evdə mətbəxdə istifadə etdikləri məişət təyinatlı mətbəx bıçağı ilə silahlanıb Zərərçəkmiş şəxs olduğu otağın işıqlarının söndüyünü görüb həmin otağa daxil olaraq sonuncunun yatdığına əmin olub ona müqavimət göstərmək və özünü müdafiə etmək iqtidarında olmamaqla onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs əlindəki bıçaqla zərbələr endirərək sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğuna görə dərəcəsi təyin edilməyən sağ və sol bazunun qançırları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə yüngül dərəcəli zərərvurmaya aid döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən 5 ədəd, sol bazunun 1 ədəd, sağ bazunun 2 ədəd deşilmiş-kəsilmiş yaraları, təpə nahiyəsinin 1 ədəd, sol əlin 2 ədəd, sağ əlin 2 ədəd kəsilmiş yaraları (cəmi 13 ədəd), həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid hemorragik şok və sol tərəfli hemopnevmatoraksla nəticələnmiş döş qəfəsinin arxa səthinin sol plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirmiş, lakin həmin vaxt anası Şahid1 və qardaşı Şahid2 otağa daxil olaraq ona mane olmaları və Zərərçəkmiş şəxs 3 saylı X2 çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyərək təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.9-cu maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2 ildir ki, tanıyır. Belə ki, Zərərçəkmiş şəxs anasının işlədiyi şirkətdə işləmiş və anası ilə birlikdə şirkətə gedən zaman Şahini görmüş və onunla tanış olmuşdur. Şahinin həmin şirkətdə nə ilə məşğul olduğunu bilməmişdir. Şahin bildiyinə görə Biləsuvar rayonunda yaşamış və arabir işi ilə əlaqədar Bakı şəhərinə gəlmişdir. Bakıya gəldiyi vaxtlar Şahin bir neçə dəfə onların evində qalmışdır. Gecə yatanda o və anası bir otaqda, Şahin və qardaşı Pənah isə birlikdə digər otaqda qalmışlar. Şahin onlara 2019-cu ilin iyun ayından gəlib-getməyə başlamışdır. Anası hər dəfə əvvəlcədən Şahinin bir neçə gün gəlib onlarda qalacağını və evi təmiz saxlamalarını bildirmişdir. O, mobil telefon işlətmədiyindən lazım olduqda anasının telefonundan istifadə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində anasının telefonunu götürüb internetdə müxtəlif videolara baxan zaman “WhatsApp“ proqramına mesaj gəlmişdir. O, mesaj yazanın Şahin olduğunu görmüş və həmin vaxt Şahinin anasına qarşı “cındır”, “tryapka”, “cəhənnəm ol cındır”, “qudurmusan”, “qara qancıq” kimi nalayiq sözlər yazdığını görmüşdür. O, çox əsəbləşsə də, bu haqda anasına bir söz deməmişdir. Şahinin Suraxanı rayonu, Əmircan qəsəbəsində kirayə evdə qaldığını bilmişdir. Şahinin qaldığı evə gedib onun cəzalandırmaq qərarına gəlmişdir. Mesajları oxuyan zaman evdə anasından başqa heç kim olmamışdır. O, anasına həyətə düşdüyünü deyib artıq evdən çıxmağa hazırlaşarkən anası ona getməməyini və Şahinin gəlib onlarda qalacağını demişdir. O da Şahini evdə gözləmək qərarına gəlmişdir. Bir müddət sonra qardaşı Pənah da evə gəlmişdir. Saat 1 radələrində Şahin onların evinə gəlmişdir. Anası yatmağa hazırlaşmış və o, qardaşı Pənaha anasının yanına gedib yatmağını bildirmişdir. Şahin isə digər otaqda yerinə uzanmış, o da bir neçə dəqiqə sonra mətbəxdə istifadə etdikləri bıçağı götürüb Şahinin olduğu otağa daxil olmuş və qapını örtmüş, ancaq açarla bağlamamışdır. Şahinə həmin mesajlarla bağlı suallar verməyə başlamış və ondan anasına niyə təhqiredici sözlər yazdığını soruşmuşdur. Şahin özünə bəraət qazandırıb yerindən ayağa qalxmaq istəyərkən onun boyun və bədən nahiyələrinə bıçaqla bir neçə zərbə vurmuşdur. Şahin həmin zərbələrdən qabağa doğru əyildikdə onun kürək nahiyəsindən də bir neçə zərbə endirmişdir. Bu vaxt səs-küyə anası və qardaşı digər otaqdan gəlmişlər. Anası niyə belə hərəkət etdiyini soruşduqda ona Şahinin təhqiredici mesajlarına görə belə etdiyini demişdir. Anası da Şahinin səhv etdiyini, onu bağışlamağını deyərək qanaxmasını dayandırmağa çalışmışdır. Şahinin huşu özündə olmuş, otaqda gəzərək onu vurmamağını ondan xahiş etmişdir. O, anasına su vermiş, sonra da təcili tibbi yardıma zəng etmiş və bıçağı da otağa qoyaraq evdən çıxıb “Neftçilər” metrosu istiqamətində getmişdir. Səhərə kimi gəzmiş və təslim olmaq barədə düşünmüşdür. Saat 15 radələrində taksofon ilə anasının mobil telefonuna zəng edib Şahinin vəziyyətini soruşan zaman anası polis bölməsində olduğunu demişdir. Bundan sonra telefonu Heydər adlı polis əməkdaşı götürmüş və harada olduğunu ondan soruşmuşdur. O da artıq təslim olmaq qərarına gəlmiş və həmin polis əməkdaşına Nizami rayon İcra Hakimiyyətinin yanında olduğunu və gözlədiyini demişdir. Bir müddət sonra Heydər adlı polis əməkdaşı gəlib onu Xəzər RPİ-nin 3-cü PB-nə aparmışdır. Şahin anasına “WhatsApp“ proqramında təhqiredici mesajlar yazdığına görə ona bıçaqla xəsarət yetirmişdir. Şahinə neçə bıçaq zərbəsi vurduğunu xatırlamır və onu öldürmək fikri olmamışdır. Könüllü olaraq polis əməkdaşı ilə polis bölməsinə getmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin zərərçəkmiş şəxsi öldürmək fikrinin olmaması ilə bağlı hissəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin həmin hissəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində Zərərçəkmiş şəxs onun anasına təhqiredici sözlər yazması onu qəzəbləndirdiyindən Şahini öldürmək qərarına gəldiyini bildirmişdir (cild 1, iş vərəqə 70-72). Həmin ifadədən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin hallarına uyğun olduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə 3 saylı ŞKX-da Zərərçəkmiş şəxs məhkəmətibbi müayinə edərkən onda çoxsaylı deşilmiş-kəsilmiş yaralar aşkar edilmişdir. Həmin xəstənin döş qəfəsinin arxa səthinin sol plevra boşluğuna daxilə nüfuz edən 1 ədəd, döz qəfəsinin arxa səthinə daxilə nüfuz etməyən 5 ədəd deşilmiş-kəsilmiş yaraları, sol və sağ bazu və baş nahiyələrində, eləcə də, sol və sağ əlində deşilmiş-kəsilmiş və kəsilmiş yaralar aşkar edilmişdir. Müayinə zamanı Zərərçəkmiş şəxs deməsinə görə tanışı Şahid1 evində sonuncunun oğlu Təqsirləndirilən şəxs qəflətən ona bıçaqla vuraraq çoxsaylı xəsarətlər yetirmişdir. Hadisə haqqında məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən, eləcə də, döş qəfəsinin arxa səthində çoxsaylı deşilmiş-kəsilmiş yaraların olmasını nəzərə alaraq demək olar ki, Zərərçəkmiş şəxs uzanıqlı və döş qəfəsinin arxa səthinin Təqsirləndirilən şəxs doğru olan vəziyyətdə həmin xəsarətlərin yetirilməsi daha inandırıcıdır. Tərtib etdiyi rəydə zərərçəkmiş şəxsə yetirilən xəsarətlərdən birinin ağır xəsarət olduğunu bildirmişdir. Hadisə zamanı yetirilən xəsarətlərdən görünür ki, xəsarət yetirilən zaman zərərçəkmiş şəxs uzanıqlı vəziyyətdə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Xəzər RPİ-nin 3-cü PB-də sahə rəisi işləyir. Xidmət etdiyi ərazi Binə qəsəbəsini əhatə edir. xx xxxxxx 2019-cu il tarixdə 3 saylı ŞKX-dan çoxsaylı bıçaq xəsarətləri ilə kişi cinsli şəxsin xəstəxanaya daxil olması barədə məlumat gəlmişdir. Həmin şəxs Zərərçəkmiş şəxs olmuşdur. Polis əməkdaşları xəstəxanaya gedərkən Binə sakini Şahid1 həmin xəstənin yanında görmüşlər və X4 bıçaqladığını bildirmişdir. Bundan sonra Sevinci bölməyə gətirmişlər və o sonuncudan Muradın harada olduğunu soruşduqda o, Muradın mobil telefon işlətmədiyini, ancaq bir dəfə ona taksofondan zəng etdiyini demişdir. O, Sevinc ilə birlikdə Muradın zəng etməyini gözləməyə başlamışdır. Həmin gün günorta saatlarında Sevincin telefonuna zəng gəlmişdir. Sevinc telefona cavab verərkən o, zəng edənin Murad olduğunu bilib telefonu götürmüş və ona qaçmağın mənasız olduğunu və təslim olmağın daha yaxşı olacağını bildirmişdir. Murad da gizlənmək niyyətinin olmadığını və Nizami rayon İcra Hakimiyyətinin qarşısında gözlədiyini demişdir. O, dərhal maşına minib oraya getmiş və Muradı götürüb bölməyə gətirmiş, sonra isə prokurorluğa təhvil vermişdir. Yolda olarkən Muraddan hansı səbəbə görə Şahini bıçaqladığını soruşduqda o, Şahin anasını təhqir etdiyinə görə onu bıçaqladığını demişdir. Şahinin Murad tərəfindən bıçaqlanmasını polis əməkdaşlarına Muradın anası Sevinc demişdir. Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunan şəxsdir. Təqsirləndirilən şəxs könüllü olaraq onunla polis bölməsinə gəlmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Ramil qızı ifadəsində göstərmişdir ki, 2009-cu ildə “Vivasan” sağlamlıq mərkəzində işləyəndə Zərərçəkmiş şəxs tanımışdır. Tanışlıqdan bir müddət sonra Şahin zəng edib “LNS” şirkətində iş olduğunu bildirmiş və o, həmin vaxtdan şirkətin mallarının satışı ilə məşğul olmağa başlamışdır. Şahin də onun kimi bir işçi olmuşdur. Həmin vaxtdan etibarən Şahinlə işlə əlaqədar “WhatsApp” proqramında yazışmışlar. Onlar həm də bölgələrə dəfələrlə əşyalar aparıb satmışlar. Şahin ilə həmişə iş münasibətində olmuşdur. Oğlu Murad ilk dəfə Şahini ofislərində görmüş, onların münasibətləri yaxşı olmuşdur. Son vaxtlar Şahin bir neçə dəfə gəlib onların evində qalmışdır. Belə ki, Şahin bir dəfə Rusiyadan gələndə qalmağa yeri olmadığından onların evlərinə gəlmiş, uşaqlar da evdə olmuş və heç vaxt Şahinin gəlməyinə etiraz etməmişlər. X6 rayonunda kirayə ev tutmuşdur. xx xxxxxx 2019-cu il tarixdə işlə əlaqədar Biləsuvara getmiş, Şahin isə Qusar rayonunda olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında evə gəlmişdir. Həmin axşam Şahin yazanda onun da Bakıda olduğunu öyrənmişdir. Şahin ondan evdə çörək olub-olmadığını soruşduqda ona pulunun qalmadığını demişdir. Şahin də pul gətirəcəyini bildirmiş və saat 1 radələrində yaşadıqları evə gəlmişdir. Şahin gələndə həm Murad, həm də Pənah evdə olmuşlar. Artıq gec olduğundan Şahin onların evlərində qalası olmuşdur. O, yorğun olduğundan otağına keçib yatmışdır. Adətən Murad onunla bir otaqda, Pənah ilə Şahin isə digər otaqda yatmışlar. Yuxuya getmiş, sonradan Pənah onun yatdığı otağa gəlib yatmışdır. Bir müddət sonra səs-küy eşitmiş və Pənah ilə çıxıb digər otağa getmişlər. Digər otağa daxil olan zaman Şahinin çarpayının yanında qışqırdığını, Muradın isə əlində bıçaq olduğunu görmüşdür. Dərhal Şahini yerdən qaldırmış, sonuncunun paltarı qana bulaşmışdır. Murad yerində dayanmış və o, onun üstünə qışqırmağa başlamışdır. Sonra Muradı kənara çəkmiş və təcili tibbi yardıma zəng vurmağını demişdir. Murad Şahinə “niyə anamı söymüsən?” ifadəsini işlətmiş, Şahin isə Murada heç bir cavab vermədən sadəcə təcili tibbi yardım çağırmağı demişdir. Şahinin huşu özündə olsa da, qan itirmiş, o da yaranı tutub qanaxmanı dayandırmağa çalışmışdır. Həmin ərəfədə Murad artıq evdən çıxıb getmişdir. Bir müddət sonra təcili tibbi yardım gəlmiş və Şahini 3 saylı ŞKX-na aparmışlar. Murad Şahini onu təhqir etdiyi üçün bıçaqlamışdır. Otağa daxil olan zaman Muradın əlində bıçaq olmuşdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına verdiyi ifadədən görünür ki, o, 3-4 ildir ki, Şahid1 tanıyır. Belə ki, iş elanı ilə bağlı görüşmüşlər və əlaqələri yaranmışdır. Sonradan “Lifenetworksystem” şirkətində işləməyə başlamış və işi şirkətin məişətdə istifadə olunan əşyalarını satmaqdan ibarət olmuşdur. Satılan əşyalardan müəyyən məbləğdə xeyir götürmüş və bu haqda Sevincə də danışmışdır. Sevinc də həmin işlə məşğul olmağa başlamışdır. Sevinc həmin vaxtlar evli olmaqla iki uşağı olmuş, ancaq eşitdiyinə görə Sevincin əri alkoqol aludəçisi olduğundan Sevinc uşaqları ilə birlikdə Suraxanı rayonu, Ramana qəsəbəsində anasının evində, əri isə Xəzər rayonu, Binə qəsəbəsində yaşamağa başlamışlar. Təxminən bir il əvvəl Sevincin əri ölmüş və Sevinc uşaqları ilə birlikdə Binə qəsəbəsində olan evə köçmüşdür. Sevincin uşaqlarını anaları ilə birlikdə şirkətə gələn zaman görmüşdür. Sevincin uşaqları Murad və Pənah ilə heç vaxt problemi və mübahisəsi olmamışdır. O, bir neçə dəfə Sevincin evində qalmışdır. Ümumiyyətlə, Sevincin evində 3-4 dəfə qalmış və həmişə Sevincin uşaqları da evdə olmuşlar. Evində qalsa da, onun Sevinc ilə heç bir yaxın və intim münasibəti olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə o, işlə əlaqədar Qusar rayonuna getmiş, Sevinc isə həmin gün Biləsuvar rayonunda olmuşdur. Gecə saatlarında o, Bakıya qayıtmış, Sevinc də öz evinə gəlmişdir. O, Sevincdən evlərində çörək, çayın olub-olmadığını soruşmuş və pul vermək üçün Sevincin evinə gəlmişdir. Saat 1 radələrində evə gəlmiş və Sevincin uşaqları evdə olmuşlar. Sevinc yorğun olduğundan yatmağa getmiş, Pənah da anası ilə həmin otağa getmişdir. O isə digər otaqda uzanmış və üzü divara tərəf olmuşdur. Uzanarkən otağın qapısı açıq olmuş və işıqları söndürmüşdür. Az sonra qəflətən kürək nahiyəsinə bir neçə dəfə iti alətin batdığını hiss etmişdir. Üzünü çevirəndə xəsarət yetirən şəxsin Murad olduğunu görmüşdür. Murad otağa daxil olanda xəbəri olmamış, çünki yuxuya getmişdir. Kürək nahiyəsindən əlavə baş və hər iki qol nahiyələrindən də bıçaq xəsarətləri almışdır. Muradın yetirdiyi bıçaq zərbələrinə görə qışqırdığından səs-küyə digər otaqdan Sevinclə Pənah gəlmiş və Pənah otağın işıqlarını yandırmışdır. Həmin vaxt o, zərbələrin ağrısından yerə yıxılmışdır. Sevinc Muraddan niyə belə hərəkət etdiyini soruşmuş, həmin vaxt qan itirdiyindən vəziyyəti ağırlaşdığına görə Muradın nə cavab verdiyini xatırlamır. Muradın hansı səbəbdən onu bıçaqladığını bilməsə də, çox güman ki, Murad onun Sevincə yazdığı təhqiramiz məsajları görüb əsəbləşdiyindən onu öldürmək qərarına gəlmişdir (cild 1, iş vərəqə 100-106). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadədən görünür ki, o, Şahid1 Ramil qızının ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 111-114). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri əyani şəkildə göstərərək törətdiyi cinayət əməlini etiraf etmişdir (cild 1, iş vərəqə 77-81). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tanınma istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi bıçağı tanımışdır (cild 2, iş vərəqə 5- 8). Cinayət işinin materiallarından görünür ki, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir (cild 2, iş vərəqə 13-16). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli 2/2020-MTBŞ nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi B-alfa /İİİ/. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəriciləri B alfa /İİİ/ (axtarış vəsiqələrinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs şalvarı və jileti, Zərərçəkmiş şəxs alt köynəyi, iki ədəd mələfə və bıçaq üzərində olan ləkələrdə kişi cinsinə mənsub insan qanı aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız B antigeni alınmışdır. Həmin qan ləkələri B alfa /İİİ/ qruplu şəxsə, o cümlədən, Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olmuşdursa) məxsus ola bilər. Təqdim olunmuş Təqsirləndirilən şəxs alt şalvarının və alt köynəyinin üzərində qana şübhəli ləkə aşkar edilməmişdir (cild 1, iş vərəqə 165-169). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli 654/2019-MKTŞ nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus alt köynəyin ön sol yuxarı nahiyəsində 2 ədəd, ön sağ yuxarı nahiyəsində 1 ədəd, sağ qolun ön yuxarı səthində 1 ədəd, arxa sağ yuxarı nahiyəsində 1 ədəd və arxa sağ nahiyəsində 1 ədəd dəlib keçən zədələr aşkar edilmişdir. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli alətin (alətlərin) təsirindən törənmiş və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qolsuz gödəkcə (jilet), şalvar, alt köynək və alt şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilməmişdir (cild 1, iş vərəqə 171-174). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx xxxxxx 2020-ci il tarixli 29 nömrəli rəyinə əsasən məhkəmə-psixiatriya ekspertizası üzrə: Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs intellektual-amnestik imkanları normaya uyğundur. Fərdi-psixi və şəxsi keyfiyyətlərində həssaslıq, tez təsirlənmək, özünə qarşı hörmət tələb etmək, inadkarlıq, kinlilik kimi xüsusiyyətlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs psixoloji vəziyyətinə görə cinayət hadisəsini törətməzdən əvvəl və sonra öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməzdən əvvəl və hadisə zamanı psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt (güclü ruhi həyəcan) vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 176-178). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin x xxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 1, iş vərəqə 158; cild 2, iş vərəqə 18-22). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.4-cü maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilən zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin x xxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə residiv müəyyən edilən zamanı nəzərə alınmır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinin x xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin x xxxxx 2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının xx xxxxxx 2019-cu il tarixə kimi 5 (beş) ay 17 (on yeddi) gününü çəkmiş və çəkilməmiş 1 (bir) il 6 (altı) ay 9 (doqquz) gün cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki,könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir.Könüllü gəlib təqsirini boynuna alma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, könüllü gəlməsindən və törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır. Könüllülük özü-özlüyündə şəxsin öz hərəkətlərinə şüurlu şəkildə yanaşması ilə bağlı olduğundan, bu zaman onun iradəsinə zidd hər hansı formada məcburi xarakter daşıyan hərəkətlər yolverilməzdir. Bu isə cinayət prosesini həyata keçirən orqanın üzərinə könüllülüyün məcburi olmamasının hərtərəfli araşdırılması vəzifəsini qoyur. Hər bir halda “könüllülük” məsələsi ciddi araşdırılmalı və könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar. Könüllü gəlib təqsirini boynuna alma haqqında ərizə yazılı və ya şifahi ola bilər. Şifahi ərizə zamanı CPM-in 204.2-ci maddəsində göstərilmiş qaydada ayrıca protokol tərtib edilməlidir. Protokol və yazılı ərizə, ərizəni verən və onu qəbul edən şəxs tərəfindən imzalanmalıdır.Eyni zamanda, bu qaydaya riayət edilməməsi nəticəsində könüllü gəlib təqsirini boynuna alan şəxsin haqqında rəsmiləşdirmənin aparılmaması aşkar edildikdə, könüllü gəlib təqsirini boynuna almanın mövcud olub-olmaması faktı cinayət prosesini həyata keçirən orqanlar tərəfindən icraatlarında olan cinayət işində və ya cinayət təqibi ilə bağlı digər materiallarda olan sübutlar əsasında araşdırılıb müəyyən edilməlidir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs və Şahid4 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir təsir və təzyiq olmadan könüllü şəkildə olduğu yeri polis əməkdaşına bildirmiş, istintaq və təhqiqat orqanından yayınmaq imkanı olmasına baxmayaraq polis əməkdaşlarının gəlməsini gözləyərək özünü onlara təqdim etmiş, daha sonra könüllü olaraq polis əməkdaşı ilə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü PB-nə gəlmişdir. Məhkəmə həmin halı könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinəəsasənTəqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna aldığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən onlara təyin ediləcək olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. MəhkəmətəqsirləndirilənşəxsTəqsirləndirilən şəxstəyinediləcəkazadlıqdanməhrumetməcəzasınınhəddiiləbağlıməsələnimüzakirəedərkən “Məhkəmələrtərəfindəncinayətcəzalarınıntəyinedilməsitəcrübəsihaqqında” AzərbaycanRespublikasıAliMəhkəməsiPlenumunun xx xxxx 2003cüiltarixliQərarındagöstərilənbirsıratövsiyələridənəzərəalmışdır. Beləki, adıçəkilənPlenumQərarının 9-cubəndindəgöstərilmişdirki, cəzalar Cinayət Məcəlləsinin 63.2 və 63.3-cü maddələri ilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni, cinayətə hazırlığa görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, AzərbaycanRespublikasıCinayət Məcəlləsinin29, 120.2.9cumaddəsindənəzərdətutulmuşazadlıqdanməhrumetməcəzasınınsonhəddi20 (iyirmi)ilolduğundanhəmincinayətitörətməyəcəhdəgörəazadlıqdanməhrumetməcəzasınınmü ddətiCinayət Məcəlləsinin 63.3-cümaddəsinəəsasən 20 (iyirmi) ilindörddəüçündən, yəni15 (on beş) ildən artıqolabilməz. EynizamandaAzərbaycanRespublikasıCinayət Məcəlləsinin 60cımaddəsinintələbinəəsasəntəqsirləndirilənşəxs Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCinayət Məcəlləsinin29, 120.2.9-cumaddəsi ilətəyinediləcəkazadlıqdanməhrumetməcəzasınınsonhəddi 15 (on beş) ilindörddəüçündən, yəni 11 (on bir) il 3 (üç) aydan artıqolabilməz. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.9-cu maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa iş materiallarında olan Xəzər rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 85-86). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinin tələbinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Məhkəmə hesab edir ki, Xəzər rayon məhkəməsinin x xxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 6 (altı) ay 9 (doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1 maddələrinin tələblərinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 9 (doqquz) ay 4 (dörd) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə əsasənona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayətlər” sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və Xəzər rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd qolsuz gödəkcə (jilet), şalvar, alt köynəyi və alt şalvarı, Zərərçəkmiş şəxs məxsus 1 ədəd alt köynəyi, hadisə yerindən götürülmüş 2 ədəd örtük və 1 ədəd bıçaq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən dəyəri olmadığı üçün məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “İphone 6” markalı mobil telefon onun özünə qaytarılmalıdır. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.9-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Xəzər rayon məhkəməsinin x xxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 6 (altı) ay 9 (doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1 maddələrinə əsasən 9 (doqquz) ay 4 (dörd) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Xəzər rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd qolsuz gödəkcə (jilet), şalvar, alt köynəyi və alt şalvarı, Zərərçəkmiş şəxs məxsus 1 ədəd alt köynəyi, hadisə yerindən götürülmüş 2 ədəd örtük və 1 ədəd bıçaq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən dəyəri olmadığı üçün məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “İphone 6” markalı mobil telefon onun özünə qaytarılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-576/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-576/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver