Məhkəmə qərarları › İş №1(101)-576/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-576/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-576/2022 15.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov XN0 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri N2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx xxxxxxxx N986-cı il tarixdə Qazax rayonu, Muğanlı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, NN6-NN8-ci illərdə Silahlı Qüvvələrdə zabit kimi xidmət etmiş, hazırda fərdi əməklə məşğul olur, əvvəllər məhkum olunmuş (Gəncə Hərbi Məhkəməsinin N mart NN8-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 8 iyun NN8-ci il tarixli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin N mart NN8-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində 6 ay sınaq müddəti müəyyən edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmiş və 8 dekabr NN8-ci il tarixdə sınaq müddəti başa çatmış), məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, ev 9, mənzil NN-də qeydiyyatda olmaqla hazırda Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4, mənzil 3-də yaşayır və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2, N78.2.4 və 32.4,3N2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə NN-ci ilin iyul ayının əvvəllərində tanışı Şahid3 özünü guya Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevin yavəri, mayor XN qohumu olmaqla onlarla lazımi kadr məsələlərini həll edən şəxs kimi təqdim edərək Şahid3 xalası oğlu, ehtiyatda olan hərbi qulluqçu ŞahidN 5.000 manat məbləğində pulunu həmin vəzifəli şəxsə özünün vasitəsi ilə rüşvət verməyə təhrik edərək, yəni həmin vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar ŞahidN yenidən zabit kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sıralarına hərbi xidmətə bərpa edilməsi üçün 5.000 manat pulun guya Toğrul Carçıyevə çatdırılması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nəzarət-buraxılış məntəqəsində xidmət edən qulluqçulara verməsini tapşıraraq ŞahidN aldıb etibarından sui-istifadə edərək 6 iyul NN-ci il tarixdə sonuncuya məxsus özgənin əmlakı olan 5.000 manat məbləğində pulu həmin NBM-nin yaxınlığındakı ünvan N ünvanında götürüb ələ keçirməklə əmlak sahibinə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə NN-ci ilin iyul ayının əvvəllərində tanışı Şahid3 özünü guya Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, generalleytenant Kərim Vəliyevin yavəri, mayor XN qohumu olmaqla onlarla lazımi kadr məsələlərini həll edən şəxs kimi təqdim edərək Şahid3 tanışı, ehtiyyatda olan hərbi qulluqçu Şahid2 7.000 manat məbləğində pulunu həmin vəzifəli şəxsə özünün vasitəsi ilə təkrarən rüşvət verməyə təhrik edərək, yəni həmin vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 yenidən zabit kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sıralarına hərbi xidmətə bərpa edilməsi üçün maddi nemət olan 7.000 manat pulun guya Toğrul Carçıyevə verəcəyi adı ilə N7 sentyabr NN-ci il tarixdə ünvan 2 ünvanının qarşısında Şahid2 almaqla aldadıb etibarından sui-istifadə edərək sonuncuya məxsus özgənin əmlakı olan 7.000 manat məbləğində pulunu ələ keçirərək əmlak sahibinə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə N2N-ci ilin yanvar ayının əvvəllərində tanışı Şahid6 özünü guya Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək buna inandırıb Şahid6 tanışı Zərərçəkmiş şəxs yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə mülki işçi kimi xidmətə qaytaracağına dair yalandan vəd edərək vahid niyyətlə əhatə olunan qəsdlə NN yanvar N2N-ci il tarixdə ünvan 3 ünvanının qarşısında N.500 manat, N2 yanvar N2N-ci il tarixdə isə həmin ünvanda N.000 manat, ümumilikdə özgənin əmlakı olan 2.500 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2, N78.2.4 və 32.4,3N2.2-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, NN-ci ilin iyul ayının əvvəllərində tanışı Şahid3 xalası oğlu, ehtiyyatda olan hərbi qulluqçu ŞahidN yenidən zabit kimi ordu sıralarına hərbi xidmətə bərpa olunmasını xahiş etmişdir. O da söhbət zamanı Rəşadı xidmətə Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevin yavəri, mayor XN vasitəsi ilə bərpa edəcəyimi vəd edib aldadaraq 5.000 manat məbləğində pulun guya bu işin həlli üçün Toğrul Carçıyevə veriləcəyini bildirmişdir. Rəşadın zabit kimi xidmətə bərpa olunacağı barədə yalan vəd verərək bu işi təşkil və təmin edəcəyinə inandırıb razılığını almaqla 6 iyul NN-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşən Şəxsi Heyət Baş idarəsinin nəzarət buraxılış məntəqəsinin yaxınlığında ŞahidN səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə əvvəlcədən razılaşdırılmış 5.000 manat məbləğində pulunu almağa nail olmuşdur. Bu zaman ŞahidN və Şahid3 tam inandırmaq üçün işi belə təşkil etmişdir ki, onlar guya Toğrul Carçıyevə çatdırmaq üçün XNN Baş idarəsinin nəzarət buraxılış məntəqəsinin postda xidmət edən əməkdaşına verib çıxıb getmişlər. O da bunu uzaqdan müşahidə edərək postun yanına yaxınlaşıb pulu götürmüşdür. Həmin 5.000 manat pulu öz ehtiyaclarına xərcləmiş, heç kimə verməmişdir. Toğrul Carçıyevin isə bundan xəbəri olmamışdır. Onun ŞahidN hər hansı işə bərpa və ya qəbul olunma məsələsini həll etmək üçün real imkanı və səlahiyyəti olmamışdır. Bunu edə bilmədiyi üçün yüksək vəzifəli şəxslərin adlarını çəkmişdir ki, inam yaratsın. NN-ci ilin sentyabr ayının əvvələrində Şahid3 tanışı, ehtiyyatda olan hərbi qulluqçu Şahid2 da yenidən zabit kimi hərbi xidmətə bərpa edəcəyini vəd etmişdir. Yenə hər hansı işə bərpa və ya qəbul olunma məsələsini həll etmək üçün real imkana və səlahiyyətə malik olmadığı halda, danışıq zamanı bu məsələni Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevin yavəri, mayor XN vasitəsi ilə 7.000 manat məbləğində pulun verilməsi müqabilində həll olunacağını yalandan demişdir. Beləliklə, buna inandırıb razılığı almaqla N7 sentyabr NN-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən Respublika Neyrocərrahiyyə xəstəxanasının yaxınlığında Şahid2 7.000 manat məbləğində pul almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək həmin pulu ələ keçirmişdir. Bundan başqa, N2N-ci ilin yanvar ayının əvvəllərində tanışı Şahid6 ilə danışan zaman sonuncu tanışı Zərərçəkmiş şəxs haqqında məlumat verərək həmin şəxsin N nömrəli hərbi hissədən ştat ixtisarı ilə əlaqədar çıxarıldığını və iş yerinə geri qayıtmaq arzusunda olduğunu bildirib bu məsələdə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Bundan sonra o, Şahid6 zəng edərək onu aldadıb bu işi danışdığını və razılıq aldığını, lakin bu işin həlli üçün 3.500 manat pulun tələb olunduğunu, pulu verdikdən sonra isə Zərərçəkmiş şəxs bir-iki ay ərzində işə çıxacağını söz vermişdir. Bu zaman həmin pulu rüşvət kimi hər hansı bir vəzifəli şəxsə verməyin lazım olduğunu deməyib, heç kimi rüşvət verməyə təhrik etməmiş və hər hansı bir vəzifəli şəxsin bu məsələni həll edəcəyini bildirməyib adını çəkməmişdir. Bir müddət sonra Şahid6 zəng edərək Zərərçəkmiş şəxs cəmi 2.500 manat miqdarında pul vermək imkanında olduğunu demişdir. O onunla razılaşmışdır, çünki bilmişdir ki, heç kimə pul verməyəcək. Bununla da sonradan Şahid6 ona zəng edərək artıq pulun hazır olduğunu dediyindən, razılıq əsasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “NEW YORKER” mağazasının qarşısında hər üçü görüşmüşlər. Görüş zamanı eyni qaydada Zərərçəkmiş şəxs Müdafiə Nazirliyində vəzifəli tanışlarının olduğunu, 2.500 manat miqdarında pulu verdikdən təxminən bir-ik ay sonra işə çıxacağını, narahat olmamasını deyib özünə inandırmış və həmin pulu götürmüşdür. Zərərçəkmiş şəxs pulu Şahid6 uzatdıqda sonuncu pulu alıb dərhal həmin yerdə tam şəkildə ona təqdim etmişdir. Bu məsələdə sonuncunun heç bir maddi marağı olmamışdır. Zərərçəkmiş şəxs ilə danışanda da onu kimə isə rüşvət verməyə təhrik etməmiş və onun işini həll edəcəyi barədə ümumi xarakterli vəd verərək heç bir vəzifəli şəxsin adını çəkməyib kimə isə rüşvət vermək lazım olduğunu deməmişdir. Bundan sonrakı tarixlərdə həm Şahid6, həm də Zərərçəkmiş şəxsla danışıqlar zamanı guya işin qısa müddətə düzələcəyini bildirmişdir. Daha sonra müxtəlif yalanlar uydurmaqla vaxt qazanmağa çalışmış, onlar pulu geri tələb etməyə başladıqda guya pulu vəzifəli tanışına verdiyini və geri ala bilmədiyini deyib qısa müddətə qaytaracağına söz versə də, söz-söhbət olmasın deyə Səyyadın pulunu Fərhad qaytarmışdır. O isə Fərhada borclu qalaraq istintaq Xətai rayon prokurorluğunda aparılan dövrdə Fərhadın 2.500 manatını qaytarmışdır. Bundan başqa, istintaq dövründə həmçinin Şahid2 4.000 manat pulunu və ŞahidN N.500 manat pulunu qaytarmışdır. ŞahidN həmin N.500 manatını “Million” sistemi vasitəsi ilə N4.N2.N2N-ci il tarixdə Rəşadın xalası oğlu Şahid3 hesabına köçürmüş və buna dair qəbzin surətini könüllü olaraq istintaqa təqdim etmişdir. ŞahidN aldadaraq 5.000 manat məbləğində pulunu almışdır. 5.000 manat pulu öz ehtiyaclarına xərcləyib heç kimə verməmişdir. Şahid2 işinin XN vasitəsi həll olunacağını yalandan demişdir. Şahid6 Zərərçəkmiş şəxs işinin həlli üçün 3.500 manat lazım olduğunu bildirmişdir. Şahid2 7.000 manat məbləğində pul almışdır. İstintaq dövründə Şahid6 2.500, Şahid2 4.000 manat pulunu və ŞahidN N.500 manat pulunu qaytarmışdır. X6 ilə tanışlığı yoxdur. Zərərçəkmiş şəxslə barışmış və əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2, N78.2.4 və 32.4,3N2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla da təsdiq olundu. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, N nömrəli hərbi hissənin mülki işçisi Mahir Əliyarov sinif yoldaşı olduğundan tez-tez əlaqə saxlamışdır. NN-ci ilin axırlarında və ya N2N-ci ilin yanvar ayının əvvələrində sonuncu ilə danışıqlarının birində iş yerinin olmadığını, xidmət yerinə qayıtmaq istədiyini, bu məsələni həll etmək imkanında olan hər hansı tanışının olub-olmamasını soruşmuşdur. M.Əliyarov maraqlanıb məlumat verəcəyini demişdir. Növbəti danışıqlarda sonuncu gəmi yoldaşı Şahid6 bir nəfər Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, eşitdiyinə görə, həmin şəxsin Müdafiə Nazirliyində müəyyən vəzifədə çalışdığını və müəyyən işlərə, o cümlədən onun N nömrəi hərbi hissəyə mülki işçi kimi geri qayıtmağına kömək edə biləcəyini bildirmişdir. M.Əliyarov həmçinin istədiyi halda danışıq aparmağı üçün Şahid6 nömrəsini verə biləcəyini demişdir. Bu sözləri eşitdikdə özünün danışıq aparmasını xahiş etdiyindən, bir müddət sonra M.Əliyarov zəng edərək Şahid6lə danışdığını, sonuncunun isə bununla bağlı Təqsirləndirilən şəxs məlumat verdiyini, Təqsirləndirilən şəxs sözlərinə əsasən təxminən 3.500 manat məbləğində pulun vasitəsilə vəzifəli tanışlarına verilməsi müqabilində işin həll olunmasının mümkün olmasını qeyd etmişdir. Bu sözləri eşitdikdə həmin miqdarda pulunun olmadığını, yalnız N00-2500 manat miqdarında pulu düzəldib təqdim edə biləcəyini söyləmişdir. Növbəti gün M.Əliyarov eyni qaydada Şahid6lə danışdığını, sonuncunun Təqsirləndirilən şəxs zəngi əsasında həmin şəxsin 2.500 manat pulun qarşılığında işi düzəltməyə vəd verdiyini, bu işi təxminən bir-iki ay ərzində həll edə biləcəyini bildirmişdir. NN yanvar N2N-ci il tarixdə şəxsi ehtiyatında olan N.500 manat pulu götürüb M.Əliyarovla əlaqə saxladıqda sonuncu Şahid6 mobil nömrəsini vermişdir. Danışıq aparıb tanışlıq verməklə artıq işə düzəlməyi üçün tələb olunan pulun bir hissəsinin hazır olduğunu, növbəti günlərdə digər hissəsini də təqdim edəcəyini demişdir. Bununla da həmin gün axşam saatlarında “Əhmədli” metrostansiyası yaxınlığında Şahid6 və Təqsirləndirilən şəxslə görüşmüşdür. Sonuncunu ilk dəfə görmüşdür. N.500 manat pulu və sənədləri Şahid6 təqdim etdikdə sonuncu eyni məqamda həmin pulu Təqsirləndirilən şəxs vermiş və qısa danışıq zamanı Təqsirləndirilən şəxs bir daha Müdafiə Nazirliyində müəyyən vəzifədə, xatırladığına görə, Maliyyə şöbəsində çalışdığını, geniş əlaqələrinin olduğunu və işimi bir-iki ay ərzində həll edəcəyini, N nömrəli hərbi hissəyə mülki işçi kimi işə çıxacağını vəd etmişdir. Növbəti gün Şahid6 yenidən zəng vurub pulun qalan hissəsini hazırladığını demişdir. Sonuncu vaxtının olmadığını bildirib Təqsirləndirilən şəxs mobil nömrəsini deyib özünün əlaqə saxlamağını bildirmişdir. Təqsirləndirilən şəxslə danışıq və razılıq əsasında N2 yanvar N2N -ci il tarixdə axşam saatlarında “Əhmədli” metrostansiyası yaxınlığında görüşüb pulun qalan hissəsini, yəni N.000 manat pulu ona şəxsən vermişdir. Bundan sonrakı danışıqları Təqsirləndirilən şəxslə aparmış və mütəmadi olaraq işinin nə yerdə olduğunu soruşmuşdur. Sonuncu narahat olmamağını, artıq pulun lazımi şəxslərə çatdırıldığını və qısa zamanda işinin düzələcəyini, səbr etməyini bildirmişdir. Təqsirləndirilən şəxs vəd etdiyi müddət bitikdə isə artıq pulunu geri tələb etməyə başlamışdır. Sonuncu müxtəlif bəhanələr gətirməklə vaxt uzatmağa çalışmışdır. Bu vəziyyəti görüb pulu tanışlıq münasibəti qurduğu şəxslər, yəni Mahir Əliyarov və Şahid6 tələb etmişdir. Onlar isə bu məsələdə heç bir maraqlarının olmamalarını və pul almadıqlarını demişlər. Şahid6 dəfələrlə Təqsirləndirilən şəxslə danışıq aparıb sərt şəkildə pulu qaytarmasını tələb etsə də, bu bir nəticə verməmişdir. Bununla da Şahid6 və Mahir Əliyarova qarşı əsəbi olduğundan, yəni Təqsirləndirilən şəxslə tanış etdiklərinə görə sonuncu onu aldadaraq pulunu ələ keçirdiyindən, Təqsirləndirilən şəxs tutulduğu halda, ümumiyyətlə, pulunu qaytarmayacağını fikirləşdiyindən N2N-ci ilin iyul ayında hər üçünün barəsində ümumi qaydada şikayət etmişdir. Daha sonra Şahid6 öz imkanı hesabına ona 2.500 manat miqdarında pulu tam olaraq geri qaytarmışdır. Təqsirləndirilən şəxs onun işimi konkret kimin vasitəsilə həll edəcəyini, pulun hansı vəzifəli şəxsə çatacağını bildirməmişdir. Onu Nəsrəddinin pulu özünə götürəcəyi və ya nə isə edəcəyi yox, sadəcə işinin alınması maraqlandırmışdır. Nəsrəddin də ona konkret vəzifəli şəxsin adını çəkməmişdir. Təqsirləndirilən şəxs guya Müdafiə Nazirliyinin Maliyyə Şöbəsində zabit kimi işlədiyini, həmçinin çoxsaylı vəzifəli tanışlarının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs hər zaman mülki paltarda olmuş, onu heç vaxt hərbi geyimdə görməmişdir. Sonradan eşitdiyinə görə, Şahid6 işdən kənar vaxtlarda fərdi qaydada “taksi” fəaliyyətilə məşğul olan zaman N.M.Mirzəyevlə tanış olmuşdur, münasibətlərinin hansı səviyyədə olduğunu və birgə hər hansı bir iş görmələrini dəqiq bilməmişdir. Şahid6 və M.Əliyarovun bu məsələdə heç bir maraqları və ya əlbirlikləri olmamışdır. İşi alınmadıqda pulunu da ona Fərhad qaytarmışdır. Sadəcə əvvəl əsəbi olduğundan onlar barəsində şikayət vermişdir. Fikrincə, Təqsirləndirilən şəxs müəyyən miqdarda gəlir əldə etmək üçün onu aldadaraq ümumilikdə 2.500 manat miqdarında pulunu ələ keçirmiş, şəxsi məqsədləri üçün xərcləmiş, heç kimə rüşvət verməmişdir. O və ya Şahid6, habelə Mahir Əliyarov tərəfindən sözügedən məsələ üçün pul və ya digər maddi nemət qismində rüşvət vermə təklif olmamışdır. Şahid6 Təqsirləndirilən şəxslə danışdıqda konkret kimə rüşvət verilməsi müqabilində işin həll olunacağı barədə danışıq olmamışdır. Əvvəllər N nömrəli hərbi hissədə mülki işçi olmuşdur. NN yanvar N2N-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Əhmədli” metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs Şahid6 iştirakı ilə N.500 manat, N2 yanvar N2N-ci il tarixdə isə eyni ərazidə təklikdə şəxsən N.000 manat pul vermişdir. Nəsrəddinə pulu rüşvət kimi verməmişdir. Təqsirləndirilən şəxs onun işini konkret kimin vasitəsilə həll edəcəyini, pulun hansı vəzifəli şəxsə çatacağını bildirməmişdir. Maddi ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş ŞahidN ifadəsində göstərmişdir ki, N09-cu ilin aprel ayında Ordu sıralarından tərxis olunaraq ehtiyata buraxıldıqdan sonra təxminən N0 ildən artıq müddətdə kiçik sahibkarlıqla məşğul olmuşdur. NN-ci ilin iyun ayında işlərində müəyyən çətinliklər olduğu üçün yenidən Ordu sıralarında işləmək barədə düşünmüş və bu məqsədlə bir neçə dəfə Müdafiə Nazirliyinə rəsmi olaraq müraciət etmiş, lakin ixtisasına uyğun vakant yerin olmaması kimi cavablar verilmişdir. Bundan sonra NNci ilin iyul ayının əvvəllərində N nömrəli hərbi hissədə polkovnik-leytenant hərbi rütbəsində xidmət edən xalası oğlu Şahid3 Müdafiə Nazirliyində işləyən tanışlarının ola biləcəyini və vasitələrlə ona köməklik oluna bilinəcəyini düşünərək sonuncu ilə əlaqə saxlamışdır. Danışıq zamanı Ordu sıralarına qayıtmaq arzusunda olduğunu bildirib ona kömək edə biləcək tanışlarının olub-olmadığını soruşmuşdur. Şahid3 maraqlanıb xəbər edəcəyini demişdir. Bundan bir neçə saat sonra Şahid3 zəng edərək Müdafiə Nazirliyinin İnspeksiya İdarəsində işləyən tanışı Təqsirləndirilən şəxslə danışdığını, sonuncunun nazir müavini, general-leytenant Kərim Vəliyevin köməkçisi Toğrul Carçıyevlə qohum olduğunu və sözlərinə əsasən vasitəsilə vəzifəli tanışlarına 5.000 manat pul verilməsi müqabilində işi həll edə biləcəyini demişdir. Şahid3 Təqsirləndirilən şəxslə daha ətraflı danışmaq üçün sonuncunun ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrini bildirdiyindən “WhatsApp” proqramı təminatından istifadə edərək Təqsirləndirilən şəxs zəng edib danışmışdır. Həmin vaxt sonuncu deyilənləri təkrar edərək ona qısa müddətdə 5.000 manat pulu, hərbi biletimi çatdırmağı tapşırmışdır. Habelə pulu verdikdən sonra təxminən NN-ci ilin sentyabr ayının sonu və ya oktyabr ayının əvvəllərində hərbi xidmətə bərpa olunacağım barədə söz vermişdir. Bundan 4-5 gün sonra şəxsi ehtiyyatında olan puldan 5.000 manat pulu hazır edərək Təqsirləndirilən şəxs məlumat verdikdən sonra razılıq əsasında 5 iyul NN-ci il tarixdə Bakı şəhərinə yola düşərək 6 iyul NN-ci il tarixdə səhər saatlarında Şahid3la görüşmüşdür. Sonuncu Təqsirləndirilən şəxs zəng edərək pulu vermək istədiklərini dedikdə Təqsirləndirilən şəxs başqa yerdə olduğunu və pulu şəxsən götürə bilməyəcəyini, lakin Toğrul Carçıyevlə əvvəlcədən danışdığı üçün Şəxsi Heyət Baş İdarəsində sonuncunun tapşırığı əsasında idarənin 3 nömrəli nəzarət buraxılış məntəqəsində hansısa hərbi polis nümayəndəsinin onları qarşılayacağını və pulu, o cümlədən müəyyən sənədlərin surətini zərfdə həmin şəxsə vermələrini tapşırmışdır. Bundan sonra Şahid3la birlikdə təxminən saat NN-N2 radələrində həmin İdarəyə gedərək nəzarət buraxılış məntəqəsinə yaxınlaşmışlar. Məntəqədə növbətçi və ya köməkçi olan adını və soyadını xatırlamadığı hərbi geyimdəki bir nəfər hərbi qulluqçuya yaxınlaşıb Toğrul müəllimin yanına gəldiklərini dedikdə həmin şəxs sonuncunun hazırda xidmət yerində olmadığını və bu məsələdən xəbərinin olduğunu, pul verməli olduqlarını və həmin pulu özünün qəbul edəcəyini bildirmişdir. Daha sonra nəzarət buraxılış məntəqəsindən içəri keçərək məntəqədə yerləşən istirahət otağına aparmış və zərfdə olan pulu və ayrıca olan sənədləri qəbul edib birlikdə dolabçaya qoymuşdur. Hətta həmin şəxs pulu dolabçaya qoyarkən dolabçada olan bir neçə ağ və sarı rəngli zərfi göstərərək başqalarının da pul gətirdiklərini demişdir. Bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxslə əlaqə saxlayıb işi ilə bağlı maraqlandıqda sonuncu pulun Toğrul Carçıyevə çatdığını, narahat olmamağını bildirmişdir. NN-ci ilin sentyabr ayının əvvəllərində və ortalarında bir neçə dəfə Təqsirləndirilən şəxslə əlaqə saxlayıb işin nə yerdə olduğunu maraqlandıqda sonuncu zabitlər üçün nəzərdə tutulmuş kursun başladığını və kurs bitdikdən sonra ona xəbər edəcəyini, əvvəllər zabit olduğu üçün kursda iştirak etməyinə ehtiyac olmadığını demişdir. Daha sonra isə Vətən müharibəsinin başladığını, vəziyyətin qarışıq olduğunu, hazırda kursun yarımçıq dayandırıldığını qeyd etmişdir. Bundan sonrakı müddətlərdə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməklə vaxtı uzatmışdır. Bu səbəbdən N2N-ci ilin yanvar ayından pulunun qaytarılmasını tələb etmiş, lakin bu bir nəticə verməmişdir. Şahid3 da Təqsirləndirilən şəxs zəng etdikdə sonuncu eyni sözləri təkrar etmişdir. Şahid3 xalası oğlu olduğundan sadəcə ona köməklik etmək istəmişdir, onun Təqsirləndirilən şəxslə əlbirliyinin, maddi və sair marağının oduğunu, habelə onu aldatmaq niyyətində olduğunu düşünmür. Sonradan Təqsirləndirilən şəxs Şahid2 adlı şəxsi də aldatmaqla pulunu ələ keçirdiyini və onu rüşvət verməyə təhrik etdiyini eşitmişdir. Təqsirləndirilən şəxs danışıq zamanı özünü guya Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevin yavəri, mayor XN qohumu kimi təqdim edərək həmin qohumuna özü vasitəsi ilə 5.000 manat məbləğində pulun verilməsi müqabilində onun zabit kimi xidmətə bərpa olunacağı barədə yalan vəd verərək inandırıb razılığını almaqla onu vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. 6 iyul NN-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yerləşən Şəxsi Heyət Baş idarəsinin nəzarət buraxılış məntəqəsinin yaxınlığında ondan səlahiyyətli vəzifəli şəxsə rüşvət vermək adı ilə əvvəlcədən razılaşdırılmış 5.000 manat məbləğində pul almış, lakin verdiyi vəd üzrə heç bir hərəkət etməyərək pulunu aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində xalası oğlu Şahid3 heç bir iştirakı olmamışdır, Təqsirləndirilən şəxs Ayazı da onun kimi aldadıb öz sözlərinə inandırmışdır. Eyni zamanda araşdırma zamanı ona məlum olmuşdur ki, general-leytenant Kərim Vəliyevin və onun yavəri, mayor XN bu işdə iştirakları olmamışdır, Təqsirləndirilən şəxs onları aldatmaq üçün qeyd edilən vəzifəli şəxslərin adından istifadə etmişdir. Təqsirləndirilən şəxs ilə xalası oğlu Şahid3 vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona 5.000 manat məbləğində maddi ziyan vurulmuşdur. XNN Baş İdarəsinin NBM-də təqdim etmişdir. Verdiyi pulu tələb etdikdə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirmişdir. Ona dəymiş maddi ziyandan 3.000 manat ödənilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, NN8-ci ilin fevral ayından Silahlı Qüvvələrin Baş Kliniki hospitalında həkim-nefroloq vəzifəsində mülki işçi kimi çalışır. Oğlu Təqsirləndirilən şəxs NN6-cı ilin avqust ayından Silahlı Qüvvələrdə zabit kimi xidmət etməyə başlamış, ilk olaraq Şəmkir rayonunda, daha sonra digər hərbi hissələrdə xidmət etmişdir. NN8-ci ilin iyul-avqust ayında isə Ordu sıralarından tərxis olunmuşdur. N27 nömrəli hərbi hissənin zabiti, mayor Şahid2 və N nömrəli hərbi hissənin zabiti, polkovnik-leytenant Şahid3 NN-ci ildə oğlu Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməllərindən sonra tanımışdır. Şahid2la görüşü olmuş, Şahid3la isə yalnız mobil telefon vasitəsilə danışmış, ŞahidN, ümumiyyətlə, tanımır. X2 əvvəlcədən tanımasa da, barəsində eşitmişdir. Bu şəxslərin hər hansı biri ilə aralarındada qohumluq və ya düşmənçilik münasibətləri olmamışdır. Əvvəllər çalışdığı Nevrologiya bölməsinin rəisi vəzifəsini icra etmiş, tibb xidməti baş leytenantı Maya Axundova ona zəng edərək oğlu Təqsirləndirilən şəxs barəsində şikayət olduğunu deyib şikayətçi olan vətəndaşla görüşmək üçün onu N nömrəli müalicə korpusunun qarşısına çağırmışdır. Həmin yerə gəldikdə orada M.Axundovanın həyat yoldaşı, mayor Toğrul Carçıyevin və sonradan Şahid2 olmasını bildiyi şəxsin olduğunu görmüşdür. Danışıq zaman Şahid2 bildirmişdir ki, tanışı polkovnik-leytenant Şahid3 vasitəsilə Təqsirləndirilən şəxslə tanış olmuş, oğlu ona guya Müdafiə Nazirliyində hansısa şöbədə baş leytenant hərbi rütbəsində xidmət etdiyini, Toğrul Carçıyevlə qohum olduğunu və sonuncu vasitəsilə müəyyən vəzifəli şəxslərə 7.000 manat pul verilməsi müqabilində xidmətə bərpa etdirə biləcəyini vəd etmiş, NN-ci ilin sentyabr ayında isə həmin pulu ondan almış, lakin işini düzəltməmiş və pulu qaytarmaqdan yayınmışdır. O bu sözləri eşitdikdən sonra mayor T.Carçıyevlə qohumluq münasibətlərinin olmadığını, ümumiyyətlə, oğlu Təqsirləndirilən şəxslə NN8-ci ilin ortalarından, yəni sonuncu Ordu sıralarından tərxis olunduqdan sonra münasibət saxlamadığını, harada olmasını bilmədiyini, qanuni qaydada şikayət edib məsələnin araşdırılmasını təmin etməklərini və pulun oğlundan geri alınmasını söyləmişdir. Daha sonra sağollaşaraq ayrılmışlar. Bu hadisədən bir neçə gün keçdikdən sonra Şahid3 istifadəsində olan mobil nömrəyə zəng edərək oğlu Təqsirləndirilən şəxs şikayət etməyə başlayıb Nəsrəddinin əvvəlcədən verdiyi vədlərə inanaraq onu xalası oğlu və tanışı Şahid2la tanış etdiyini, oğlunun guya Müdafiə Nazirliyində hansı şöbədə baş leytenant hərbi rütbəsində xidmət etdiyini, Toğrul Carçıyevlə qohum olmasını və sonuncu vasitəsilə müəyyən vəzifəli şəxslərə 5.000 və 7.000 manat pul verilməsi müqabilində müvafiq olaraq Şahid2 və xalası oğlunun işlərini düzəldəcəyinə inandırdığını, həmin pulları NN-ci ilin iyul və sentyabr aylarında aldığını, lakin onların işlərini düzəltmədiyini və və pullarını qaytarmadığını demişdir. O, Şahid3 sözlərini eşitdikdə Şahid2 dediklərini təkrar etmiş, həmçinin polkovnik-leytenant hərbi rütbəsində olduğunu bildikdə oğlunun onu və tanışlarını necə aldatmasını bilmədiyini söyləmişdir. ŞahidN və mayor Şahid2 işlərinin həll olunması üçün Təqsirləndirilən şəxs hansı miqdarda pulu harada vermələri, həmçinin bu halla bağlı hər hansı bir şahidin olub-olmamasının təfərrüatlarını bilməsə də, eşitdiyinə görə, oğlu Təqsirləndirilən şəxs NN-ci ilin iyul ayında ŞahidN 5.000 manat, həmin ilin sentyabr ayında Şahid2 7.000 manat pul almışdır. Bu hadisələrin şahidlərinin olubolmamasını, pulların harada verilməsi bilmir. Oğlu Təqsirləndirilən şəxs həmin məsələ ilə əlaqədar kiminlə danışıq aparmasını, kimin vasitəsilə ŞahidN işini həll edəcəyini deməsini bilmir. Təqsirləndirilən şəxs ŞahidN və mayor Şahid2 işlərinin düzəlməsi üçün verilən 5.000 və 7.000 manat miqdarda pulun tam olaraq ona çatacağı və ya hər hansı bir şəxslə bölgü aparacağı barədə heç bir məlumatı yoxdur, lakin Şahid2 və Şahid3 eşitdiyinə görə, Təqsirləndirilən şəxs guya Müdafiə Nazirinin sabiq müavini, general-leytenant Kərəm Vəliyevin köməkçisi, mayor X6 ilə əvvəlcədən danışmasını, sonuncudan razılıq almasını və qeyd olunan pulların sonuncu vasitəsilə vəzifəli şəxslərə çatacağını onlara bildirmişdir. Bu halın həqiqət olub-olmamasını dəqiq bilmir. Oğlu Təqsirləndirilən şəxs mayor Toğrul Carçıyevlə hər hansı bir tanışlığı və ya münasibətinin olub-olmaması haqda məlumatı yoxdur. Toğrul Carçıyevin həyat yoldaşı Maya Axundova müəyyən müddət onun xidmət üzrə rəisi olsa da, bu kimi məsələlərlə bağlı sonuncuya və ya həyat yoldaşı, mayor T.Carçıyevə müraciəti olmamışdır, eləcə də oğlu Təqsirləndirilən şəxs də bununla əlaqədar ondan heçnə xahiş etməmişdir. Oğlu Təqsirləndirilən şəxs məhz mayor Toğrul Carçıyevlə müəyyən işlərinin həll edilməsi ilə bağlı danışıq aparmasını və adları çəkilən şəxslərdən aldığı pulları sonuncuya çatmasını deməsinin səbəbi bilmir. Onun, ümumiyyətlə, qeyd olunan məsələlərdən əvvəlcədən məlumatı olmamış, Təqsirləndirilən şəxs bu işlə bağlı hər hansı bir şəxslə əlbir olub-olmaması haqda heç nə bilməmişdir. Oğlu Təqsirləndirilən şəxs ŞahidN və mayor Şahid2 aldadaraq pullarını ələ keçirməsinin səbəbi, həmçinin həmin pulu hansı məqsədlər üçün xərcləməsi barədə dəqiq məlumatı yoxdur, pulu özünə götürdüyü halda ola bilsin ki, şəxsi məqsədləri üçün xərcləmişdir. ŞahidN və mayor Şahid2 hərbi xidmətə yenidən qəbul olunmaları ilə bağlı Təqsirləndirilən şəxs müraciət edildikdə sonuncunun hansı şəkildə bu işin həll olunmasına köməklik göstərmək fikrində olması, həmçinin ŞahidN və Şahid2 tərəfindən sözügedən məsələ üçün pul və ya digər maddi nemətin rüşvət qismində təklif olunması haqda da məlumatı yoxdur, yəni kimin ilk olaraq pulla bu işin həll olunmasını təklif etməsini bilmir. Əvvəllər Təqsirləndirilən şəxs bu kimi işlərlə məşğul olub-olmaması, hər hansı bir şəxsi Müdafiə Nazirliyinə və ya digər dövlət orqanına işə düzəldib-düzəltməməsi haqqında heç bir məlumatı yoxdur, belə halların şahidi olmamışdır və bu barədə eşitməmişdir. Şahid3 xalası oğlu ŞahidN oğlu Təqsirləndirilən şəxs 5.000 manat pul verməsini demişdir. Həmin pulun Şəxsi Heyət Baş İdarəsinin nəzarət buraxılış məntəqəsində xidmət aparan növbətçiyə təhvil verilməsini eşitmişdir. Oğlu Təqsirləndirilən şəxs SHXÇDX-nin Ağstafa rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmasını, NN8-ci ildə tərxis olunduqda isə “zabitin şəxsi vəsiqəsi”ni həmin Xidmətin Bakı şəhəri Xətai rayonu İdarəsinə təqdim etməli olmasını xatırlayır, lakin təhvil verib-verməməsini bilmir. Şahid2 ərizələrində onun barəsində göstərilənlər həqiqətə uyğun deyil, oğlunun bu kimi sözlərdən istifadə etməsinə inanmır, fikrincə, Şahid2 oğlu Təqsirləndirilən şəxs hərəkətlərindən əsəbiləşdiyindən bu kimi yalanları ərizəsində qeyd etmişdir. Şahid2 oğlunun ona Müdafiə Nazirliyində hansısa şöbədə baş leytenant hərbi rütbəsində xidmət etdiyini, Toğrul Carçıyevlə qohum olduğunu və sonuncu vasitəsilə müəyyən vəzifəli şəxslərə 7.000 manat pul verilməsi müqabilində xidmətə bərpa etdirə biləcəyini dediyini bildirmişdir. Oğlunun ŞahidN və mayor Şahid2 aldadaraq pullarını ələ keçirməsinin səbəbi, həmçinin həmin pulu hansı məqsədlər üçün xərcləməsi barədə dəqiq məlumatı yoxdur. Oğlunun bu əməllərindən məlumatı olmamışdır. Törədilən cinayat əməli nəticəsində maddi ziyan dəymiş şəxslərin pulları müəyyən qədər geri qaytarılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid6 ŞahidN ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid2 və Şahid5 ibtidai araşdırma orqanına verdikləri ifadələrdən görünür ki, onlar ŞahidN ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 2, iş vərəqə N-9 və 99-N03). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini əyani şəkildə yerində göstərib təsvir etmiş, onun göstərdiklərinin istintaq zamanı toplanmış digər sübutlarla uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur (cild 3, iş vərəqə N22-N27). Cinayət işinin materiallarında olan arayışdan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin N2 mart N2N-ci il tarixli 4/270 saylı rəyindən görünür ki, bu səs yazıları Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən onunla və Şahid3 ilə apardığı danışıqları əks etdirir. İş üzrə təyin olunaraq keçirilmiş məhkəməfonoskopik ekspertizasının N2 mart N2N-ci il tarixli 4/270 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş N ədəd “ZYKLEN” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Ekspertizaya təqdim olunmuş N ədəd “ZYKLEN” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiq hissədə verilmiş yazılı mətnlərində “Kİ” kimi işarə edilmiş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “K2” kimi işarə edilmiş diktorun səsi və nitqi Şahid2, “КЗ” kimi işarə edilmiş diktorun səsi və nitqi Şahid3 məxsusdur. Həmin ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs telefonla sərbəst şəkildə Şahid2 ilə danışarkən guya onun işi ilə məşğul olduğu görünüşü yaradıb bu barədə həmçinin demişdir ki, “...uşaqların əziz cam. itin oğludu aldadan, səni otuzduracam posta...Bir kişi yalandan uşaqlarının canına nə təhər and içər?...ölənlərin goruna and olsun, Toğrulun səhvidir (Guya verdiyi rüşvət müqabilində məsələni həll edən Toğrul Carçiyevi nəzərdə tutur)... Sən Bakıda da olsan, Şəkidə də olsan, sənin əmrin veriləcək...Qardaş, həll eləyib verəcəyəm...Ay Mustafa, vallah Quran haqqı, hələ heç bir əmr verilməyib...Adamlar var ki, müəyyən yerdəyişmələr olmalıdır, daxildən daxilə, Bakı korpusu. Hələ heç nə yoxdur, bir səbrin olsun da...Bilirəm ki, o həll edəcək. Ayə, genə deyirəm e Mustafa, ən uzağı adam ölməyib ki, əmanətinizi geri alacağam da. Sən elə əsirsən ki, elə bil trilyonnan ev boyda pul vermisən. Cəmi 7 min puldu, o da onun dalına keçəsi deyil...” Beləliklə, həmin ekspertiza rəyi ilə Təqsirləndirilən şəxs tərəfindən təkrarən rüşvət verməyə təhrik etməklə etibarından sui-istifadə edib aldadılaraq özgəyə məxsus pulu ələ keçirib dələduzluq etməsi təsdiqini tapmışdır (cild N, iş vərəqə 64-65 və N50-N62). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi” haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs Şahid2 rüşvət verməyə təhrik etməklə etibarından suiistifadə edib aldadılaraq 7.000 manat məbləğində pulunu dələduzluq yolu ilə, habelə ŞahidN rüşvət verməyə təhrik edilməklə etibarından sui-istifadə etməklə aldadılaraq 5.000 manat məbləğində pulunu dələduzluq yolu ilə, həmçinin Zərərçəkmiş şəxs etibarından suiistifadə etməklə aldadılaraq NN yanvar N2N-ci il tarixdə N.500 manat və N2 yanvar N2N-ci il tarixdə N000 manat, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2.500 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktları tam təsdiqini tapmışdır (cild N, iş vərəqə N7-N9, 2N5-2N7, 24N-245, cild 2, iş vərəqə N04-N07 və 250-25N). Cinayət işinin materiallarından görünür ki, iş üzrə əldə olunmuş səs yazıları, danışıqlar və telefon məlumatları yazılmış N0 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 3, iş vərəqə N66-N9N). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin N mart NN8-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 8 iyun NN8-ci il tarixli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin N mart NN8-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmiş və 8 dekabr NN8-ci il tarixdə sınaq müddəti başa çatmışdır (cild N, iş vərəqə NN5). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.N-ci maddəsinin tələbinə əsasən cinayət törətməyə görə şərti məhkum edilmiş şəxslər barəsində məhkumluq sınaq müddəti başa çatdıqda ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti barəsində tətbiq edilmiş sınaq müddəti N oktyabr NN8-ci il tarixdə başa çatdıqdan sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.N-ci maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2, N78.2.4 və 32.4,3N2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild N, iş vərəqə 69-70). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam olaraq ödənildiyindən zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 4). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam olaraq ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N.N3-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.N-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.N.8, 59.N.N0-59.N.N3-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.N-ci maddəsinə əsasən ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2 və N78.2.4-cü maddələri ilə təyin olunacaq cəzanın müddəti və ya həcmi həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs oğunun törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2, N78.2.4 və 32.4,3N2.2-ci maddələri ilə tövsif etməklə yanaşı, onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində N sentyabr N2N-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 3, iş vərəqə 22-23). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N5.3 və N5.4-cü maddələrinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “az ağır” və “ağır” cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.N.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli N5 fevral N22-ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 300 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan N0 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-N-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N97, N98, 344-349, 35N-354, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2, N78.2.4 və 32.4,3N2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.2 və N78.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,3N2.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli N5 fevral N22-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 300 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan N0 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan N (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən N (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar