Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-576/2023 18.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1998-ci ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Oğuz rayonu, Xaçmaz Ə/D, Xaçmaz kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, ünvan 1-də kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa İran İslam Respublikasının vətəndaşı Rza adı ilə məlum olan şəxslə internet informasiya ehtiyatlarından istifadə etməklə narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində və xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində ümumilikdə ayrı-ayrı bağlamlarda təmiz çəkiləri külli miqdarda – 710,940 qram narkotik vasitə heroin, külli miqdarda – 361,215 qram psixotrop maddə metamfetamin və AR-sı ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə külli miqdarda 3,96 qram metadon tərkibli 99 ədəd həb preparatlarını əldə edib, külli miqdarda narkotik vasitə heroinin 10,940 qramını 01 ədəd şəffaf sellofan bükümdə, psixotrop maddə olan metamfetaminin 11,215 qramını 01 ədəd şəffaf sellofan bükümdə üstündə saxlamaqla, yerdə qalan narkotik vasitələri, psixotrop maddələri və dərman həblərini icarə yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən evinə daşıyaraq evin girişindən sol tərəfdə yerləşən yataq otağındakı çarpayının üzərində olan 01 ədəd qutunun içərisində gizlədərək qanunsuz saxlamış, onun qanunsuz hərəkətləri barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı, xx.xx.2022-ci il tarixdə saat 12:10-da o, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılıb, ünvan 2 ünvanda yerləşən DİN-in BNMİ-nin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməkdə aparılan şəxsi axtarış və götürmə zamanı, əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən külli miqdarda 01 ədəd şəffaf sellofana bükülmüş 10,940 qram narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofona bükülmüş külli miqdarda – 11,215 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yazılı razılığı əsasında yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən evində xx.xx.2022-ci il tarixdə saat 15:30-da keçirilən baxış və götürmə zamanı, sonuncunun evin giriş girişindən sol tərəfində yerləşən yataq otağındakı çarpayının üzərində olan 01 ədəd qutunun içərisindən çıxarıb təqdim etdiyi təmiz çəkiləri külli miqdarda –700 qram narkotik vasitə heroin, külli miqdarda – 350 qram psixotrop maddə metamfetamin, külli miqdarda 3,96 qram üzərində “F/M40” yazısı həkk edilmiş metadon tərkibli 99 ədəd həbb preparatları, 02 ədəd üzərində üzərində narkotik vasitə heroinin izləri olan üzərlərində “line xtreme” və “QZ-161” yazılı elektron tərəzilər və 01 ədəd narkotik vasitə və psixtrop maddələrin satışının qeydə alındığı dəftər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkomandır, tutulmamışdan bir ilə yaxın müddət metamfetamin istifadə etmişdir. O, subaydır, anası və bacısı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, ünvan 1-də yaşayır. xx.xx.2022-ci il tarixdə yaşadığı evin yaxınlığındakı marketə siqaret almaq üçün getmiş, siqaret alıb qayıdan zaman BNMİ-nin əməkdaşları ona yaxınlaşaraq ondan narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından şübhələndiklərini bildirərək evinə baxış keçirəcəklərini demişlər. O, buna etiraz etməyərək bu əməkdaşlarla birlikdə yaşadığı mənzilə getmişdir. Orada üzərinə və evinə baxış keçirmişlər, baxış zamanı üzərindən bir paçka siqaret qutusu və 20 qəpik pul aşkar olunmuş, evdən isə qanunsuz heç bir əşya aşkar olunmamışdır. Bundan sonra poislər onu baş idarəyə aparmış, orada onu qorxuzaraq şalvarının cibinə iki büküm qoyaraq həmin bükümləri özünə məxsus bükümlər kimi təhqiqatçıya təqdim etməsini demişlər. Bunu etmədiyi halda üzərinə daha çox nakrotik qoyacaqları ilə hədələmişlər. Lakin ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən vəkil dəvət edilərək videçəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmiş, aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən polislərin verdiyi külli miqdarda 01 ədəd şəffaf sellofana bükülmüş 10,940 qram narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofona bükülmüş külli miqdarda -11,215 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Polislərin təzyiqlərindən qorxaraq üzərindən aşkar olunan maddələrin ona məxsus olduğunu bildirmişdir. Onu idarəyə aparan zaman 3 nəfər polis əməkdaşları onun yaşadığı evdə qalmışlar. Bundan sonra onun razılığı ilə yaşadığı evə gedərək baxış keçirilmiş, baxış zamanı yataq otağındakı çarpayının üzərində olan 01 ədəd qutunun içərisindən çıxarıb təqdim etdiyi təmiz çəkiləri külli miqdarda –700 qram narkotik vasitə heroin, külli miqdarda – 350 qram psixotrop maddə metamfetamin, külli miqdarda 3,96 qram üzərində “F/M40” yazısı həkk edilmiş metadon tərkibli 99 ədəd həbb preparatları, 02 ədəd üzərində üzərində narkotik vasitə heroinin izləri olan üzərlərində “line xtreme” və “QZ-161” yazılı elektron tərəzilər və 01 ədəd narkotik vasitə və psixtrop maddələrin satışının qeydə alındığı dəftər aşkar edilərək götürülmüşdür. Sorğu zamanı qanunsuz əşyaları Ramiz adlı tanışından aldığını bildirmiş, hansı ki, Ramiz artıq həbsdədir. Əlavə olaraq bildirir ki, onu saxlayan zaman nə üzərindən, nə də evindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. İbtidai istintaq zamanı polislərdən qorxaraq həmin maddələrin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə bağlı tanımışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat ona daxil olmuşdur. Həmin məlumatla əlaqədar müvafiq qərar qəbul edilrək əməliyyat qrupu yaradılmış, o və həmkarı Vasif Bədəlov qrupa daxil edilməklə qrupun rəhbəri özü olmuşdur. Keçirdikləri tədbir zamanı 10 oktaybr 2022-ci il tarixdə saat 12:10-da Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədən onlarla birlikdə idarəyə gəlmiş, orada onu barəsində araşdırma aparılması üçün baş təhqiqatçı Nəcəf Aburşuya təhvil vermişdir. Baş təhqiqatçı X9 Cəbrayıllıin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da könüllü olaraq əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 02 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş və bu bükümlərin birində heroin, digərində isə metamfetamin olduğunu bildirərək həmin qanunsuz əşyaları də Bundan sonra baş təhqiqatçı Nəcəf Aburşu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlamış və Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən ona məxsus 01 ədəd mobil telefon və 01 ədəd açar, əynindəki tünd göy rəngli şalvarın sol arxa cibindən 01 ədəd pul qabının içərisində oan məxsus 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd şəxsiyyət vəsiqəsi, 04 ədəd plastik bank kartı və 01 ədəd 10 manatlıq əskinas aşkar edilmişdir. 01 ədəd açar və 10 manatlıq pul əskinası iş üzrə sübut əhəmiyyəti daşımadığından Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxsndan üzərində aşkar edilmiş 02 ədəd bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümün içərisində narkotik vasitə olan heroin və digər 01 ədəd bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddə olan bükümləri Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yolun kənarından sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Rza adlı şəxsin qoyması və ona istiqamət verərək götürüb əldə etdiyini bildirmişdir. Həmin bükümlər qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxışa dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzası ilə təsdiq edilmişdir. Bundan sonra təhqiqatçı Nəcəf Aburşu Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitə və psixotrop maddələr saxlaması barədə soruşduqda, Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə saxlamasını bildirmişdir. Bundan sonra baxışın iştirakçıları Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvana yollanmışlar. Orada qapını öz açarı ilə açan Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri saxladığı yeri, yəni mənzilin girişinin sol tərəfində yerləşən yataq otağındakı çarpayının üzərindəki 01 ədəd qutunu təqdim etmişdir. Baxış və götürmə zamanı həmin qutunun içərisində 01 ədəd sellofon torbada psixotrop maddə metamfetamin, 01 ədəd sellofon bağlamada narkotik vasitə heroin, 99 ədəd Metadon həbi, 02 ədəd elektron tərəzi və 01 ədəd narkotik vasitələrin və psixotrop maddələrin qeydiyyatının apardığı dəftər aşkar edilmişdir. Həmin narkotik vasitə və psixotrop maddələrin çəkisi müəyyən edilməsi üçün elektron tərəziyə qoyulmuş və elektron tərəzidə 01 ədəd bağlamada narkotik vasitə olan heroinin çəkisi 756 qram və 01 ədəd sellofon torbada psixotrop maddə metamfetaminin çəkisi 397 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda digər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsin yaşadığı ünvanda aşkar edilmiş narkotik vasitələr qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Baş təhqiqatçı Nəcəf Aburşu Təqsirləndirilən şəxs yaşadığı ünvana aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri haradan əldə etməsi barədə soruşduqda, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yolun kənarına qoyması və sonuncunun istiqamət verməsi əsasında əldə etməsini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı istər onun, istərsə də digər həmkarı tərəfindən heç bir fiziki və ya psixi zor tətbiq edilməmiş, bütün qanunsuz əşyaları Təqsirləndirilən şəxs özü təqdim etmişdir. Xatırladığı qədər Xancanın üzərindən baxış zamanı götürülmüş «Redmi» markalı telefonda narkotik vasitə və digər qanunsuz əşyaların dövriyyəsi ilə bağlı yazışmalar və fotoşəkillər olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə yalnış ifadə vermişdir. Belə ki, həm üzərinə, həm də yaşadığı ünvana baxış vəkilin iştirakı və videoçəkiliş aparılması ilə keçirilmiş, həmin görüntülərdən aydın görünür ki, baxışda o və həmkarı Vasif Bədəlov iştirak edir. Baxış zamanı Xancan özünü səmimi aparmış, hətta evinə baxış keçirilən zaman ağlayırdı. Ona qarşı heç bir fiziki zor tətbiq olunmamış, üzərinə və evinə heç nə qoyulmamışdır. Əlavə etmək istəyir ki, Xancan elə öz blokunun qabağında narkotik vasitələrin satışı ilə məşğul olurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tədbirlə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şahid əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur. Tədbirlə əlaqədar yaranmış əməliyyat qrupuna onu da daxil etmişlər və o Şahidlə birlikdə 10 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Babək prospektində saxlamış, onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə apararaq təhqiqatçıya təqdim etmişlər, sonuncu isə vəkil dəvət edərək vəkilin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Xancan özü, könüllü olaraq şalvarının cibindən 2 büküm çıxararaq bükümlərdən birində heroin, digərində isə metamfetamin olduğunu, həmçinin yaşadığı ünvanda da bu əşyalardan olduğunu bildirmiş, bunların hamsının bir iranlıdan əldə etdiyini demişdir.Xancanın üzərində aşkar olunan bükümlər qablaşdırılaraq sənədləşdirildikdən sonra Xancan öz razılığı ilə yaşadığı Babək prospektində ki evinə gedib vəkilin iştirakı və videoçəkiliş aparılmaqla baxış keçirmişlər, Xancan yataq otağındakı çarpayının üzərində olan qutunun içərisindən bir ədəd bükümdə heroin, bir ədəd bükümdə metamfetamin, metadon həbləri, iki ədəd tərəzi və narkotiklərin dövriyyəsini əks etdirən dəftərçəsini təqdim etmişdir. Bütün bu əşyalar qablaşdırılmış, protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Xancana qarşı istər saxlanıldığı, istərsə də üzərinə və evinə baxış keçirilən zaman heç bir zor və ya təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdirki, təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2022-ci il tarixdə oğlu Xancanla evdə idilər. Xancan saat 11 radələrində evdən mağazaya siqaret almaq üçün çıxmış, onun tez qayıdacağını düşünərək qapını bağlamamışdır. Bir azdan Xancan 5-6 nəfərin müşaiyyəti ilə evə gəlmiş və ona demişdir ki, «ana qorxma, məni narkotikə görə tutublar». Polislər evin bütün otaqlarını axtarmış, bundan sonra 2 nəfər Xancanı harasa aparmış, 3 nəfər isə evdə qalmışdır. Evində qalan 3 nəfərə çay vermiş, dönər yedizdirmişdir. Onlardan Xancanın hara aparılmasını soruşduqda ona bir söz deməmişlər. Polis əməkdaşları onun evindən heç bir şey aşkar etməmişlər. Xancanı isə evə 5-6 saat sonra qaytarıb gətirmişlər. Lakin bu dəfə oğlunu aparan 2 nəfər polis əməkdaşlarının yanında Nəcəf müəllim və vəkil omuşdur. O, oğlunun narkoman olmasını bilməmişdir, ola bilsin ki, onun adına olan telefon nömrəsi oğlunda olmuşdur. Lakin o, öz telefonunda başqa nömrə işlədir. Oğlunun evə hansısa qanunsuz əşya gətirməsini, blokun qarşısında kiməsə nəisə satmasını görməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Narkotiklətlə Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması məlumatı daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «əməliyyat-axtarış tədbirlərintin həyata keçirilməsi haqqında» qərardan və Baş Narkotiklətlə Mübarizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, həmin tarixdə əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 oktyabr 2022-ci il tarixdə, saat 12:10 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) bükümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə metafetaminə bənzər və 01 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmişdir.Şəxsi axtarış davam etdirilərək əynində olan şalvarın sol yan cibindən, 01 (bir) ədəd açar, 01 (bir) ədəd “Redmi markalı” mobil telefon, əynində olan həmin şalvarın sol arxa cibindəki pul qabının içindın sonuncuya məxsus sürücülük və şəxsiyyət vəsiqələri, **********55927, **********112395, 0027545, ******* nömrəli bank kartları və 10 (on) AZN pul aşkar olundu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, ərazisində gizlədilən yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, 02 (iki) aydır narkotik vasitələrin dövriyyəsini təşkil edib təxminən 2000 (iki) min AZN pul qazandığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini, 050 *** ** ** nömrələrini işlətdiyini, əlavə olaraq Xətai rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən ondan aşkarlanmış kütlələr qablaşdırılmış və 01 (bir) ədəd “Redmi” markalı mobil telefon, sonuncuya məxsus sürücülük və şəxsiyyət vəsiqələri, bank kartları sübut əhəmiyyət kəsb etdiyindən götürülmüş, digər əşyalar və pul sonuncuya geri qaytarılmışdır. Baxışa dair protokol iştirakçılara ucadan oxunmuş, əlavələr və qeydlər verilməmiş, iştirakçılar tərəfindən öz imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanına baxış keçirilməsinə Təqsirləndirilən şəxs tərəfindən etiraz edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mənzilə baxış keçirilməsi haqqında” xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanına baxış keçirilən ona edilən təklifdən sonra həmin mənzilin girişindən sol tərəfində yerləşən yataq otağındakı çarpayının üzərində olan 01 (bir) ədəd qutunu təqdim etmişdir. Həmin qutunun içindən 01 (bir) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 01(bir) bükümdə, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər, 99 (doxsan doqquz) ədəd metadon həbinə bənzər kütlələr, 02 (iki) ədəd elektron tərəzi və narkotik maddələrin dövriyyəsi ilə bağlı qeydlər aparılan 01 (bir) ədəd dəftər aşkar olunmuşdur. Ona verilən suallara cavab olaraq yaşadığı mənzildən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, aşkar olunan dəftərə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı qeydlər apardığını bildirimiş və protokol iştirakçılara ucadan oxunmuş, əlavələr və qeydlər verilməmiş, iştirakçılar tərəfindən öz imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi xx.xx.2022-ci il tarixli izahatından, eyni tarixli şübhəli şəxs qismində verdiyi ifadəsindən və xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində ifdadəsindən müəyyən olunur ki, o bir ilə yaxın olan müddət ərzində metamfetamin istifadə edir, 2022-ci ilin may ayında “Rza” adlı İİR-nın vətəndaşından onlayn əlaqə yaradılaraq sonuncunun göndərdiyi narkotik vasitə və psixotrop maddələri qəbul edərək müəyyən yerlərə qoymasına görə bu əşyaların hər kiloqramına görə 500 manat pul alacağına dair razılıq əldə etmiş və 2 ay ərzində Rzanın göndərdiyi qanunsuz narkotik vasitə və psixotrop maddəlləri Rzadan əldə edib müəyyən yerlərə qoymaqla kuryerlik etmiş, bunun müqabilində pul qazanmışdır. Sonuncu dəfə, 03 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Babək prospektində yolun kənarından Rzanın göndərdiyi selofan torbanı götürüb yaşadığı ünvan 1-ə aparmış, özünə məxsus yataq otağında çarpayının üzərindəki qutunun içərisinə qoymuşdur ki, Rza zəng edib ünvan bildirdikdə torbada olan vasitə və maddələri həmin ünvana çatdırsın. xx.xx.2022-ci il tarixdə saxlanılmış, saxlanıldığı zaman üzərində olan bir büküm heroini və bir büküm metamfetamini polis idarəsində baxış zamanı təqdim etmiş, həmçinin yaşadığı ünvanda da qanunsuz əşyaların olmasının bildirərək həmin ünvana baxış keçirilməsinə etiraz etməmiş, evinə baxış keçirilmiş və o çarpayının üzərində olan qutudan heroin və metamfetamin bükümləri, metadon həbləri, 02 ədəd elektron tərəzi və bir ədəd narkotik vasitə və psixotrop maddələrin satışını qeydə aldığı dəftəri təqdim etmişdir. Saxlanılan zaman və üzərinə, evinə baxış zamanı ona qarşı heç bir zor və ya təzyiq olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanmaqla 04 ay həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/5844 saylı rəyindən müəyyən olunurki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün №7”-li dairəsi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı və imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 10,940 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 ədəd bükümdə təmiz çəkisi 11,215 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün “7”-li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş” yazısı və imzalar olan qutudakı: - 01 ədəd bağlamada təmiz çəkisi 700 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - 01 ədəd bağlamada təmiz çəkisi 350 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazıranmış psixotrop maddə metamfetamindir, - Üzərində “Methadon 40” markalanma göstəricisi konvalyutdakı, ümumi 99 ədəd üzərlərində “F/M40” yazısı həkk edilmiş həblər metadon tərkibli dərman preparatdır və 99 həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 3,96 qramdır (konvalyutların üzərindəki qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Həblər xarici əlamətlərinə və təsiredici maddəsinin miqdarına görə eynidirlər, - 02 ədəd tərəzinin üzərində heroinin izləri vardır. İz şəklidə olduğu üçün, heroinin təmiz çəkisi və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı məzildən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 710, 940 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 361,215 qram təşkil edir və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına, metadon “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudaşdırılan vasitələr”-in İİ siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6470 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətlərin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanına baxış zamanı aşkar olunmuş ona məxsus dəftərə baxış keçirilmişdir. Dəftərin üzərində “İngilis və rus dilləri üçün lüğət dəftəri və s. Yazıları vardır və dəftər göy rənglidir. Dəftərin orta vərəqlərinə baxış keçirərkən xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyi narkotik vasitə və psixtrop maddələri müxtəlif tarixlərdə ayrı-ayrı qramlara bölməsi müəyyən edilmişdir. Bu növ mətnləri 05 ədəd vərəqədə öz əksini tapmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin dəftərdə qeyd olunan tarixlərdə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsdən aldığı narkotik vasitə və psixotrop maddələrin çəkisini yazmasını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı ondan aşkar olunmuş “Redmi” markalı mobil telefona baxış zamanı “Fotoqraflar” bölməsində 19 ədəd müxtəlif yol kənarlarının, dalanların, yaşayış binalarının tinlərinin, parkların və əsas avtomobil yollarının kənarlarının şəkillərinin olması müəyyən edildi. Həmin şəkillərə münasibətdə baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin şəkillərin ona “Whatsapp” tətbiqi vasitəsi ilə onun nömrəsinə İran İslam Respublikası vətəndaşı Rza tərəfindən göndərməsini söyləyərək bildirmişdir ki, həmin fotoşəkillər vasitəsi ilə Rza narkotik vasitələri hara qoymasını göstərmişdir, Təqsirləndirilən şəxs isə həmin narkotik vasitələri qeyd olunan ünvanlardan götürərək Rza adlı şəxsin istiqamət verdiyi başqa ünvanlara çatdıraraq narkotik vasitələrin satışı ilə məşğul olmasını bildirmişdir.Bundan sonra “Redmi” markalı mobil telefonda olan Təqsirləndirilən şəxs mənsub ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçirilən “Whatsapp” tətbiqinə baxış keçirən zaman Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə bu tətbiq vasitəsi ilə “Rza” adı ilə qeyd edilmiş +**********50 saylı mobil nömrəyə pulun göndərilməsi ilə bağlı qəbz şəkilini ataraq psixotrop maddə olan metafetamini satmasını və əldə etdiyi pulu bank hesabına göndərməsi barədə səs yazısı göndərimişdir.Baxışda iştirak edən Təqsirləndirilən şəxs ***- ***-**-** saylı mobil nömrənin “Vhatsapp” tətbiqində olan səs yazısının özünə məxsus olduğunu və +**********50 saylı mobil nömrənin sahibi həmin narkotik vasitə və psixotrop maddələri onlayn yolla əldə etdiyi İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin olmasını bildirmişdir, baxışla bağlı tərtib olunan protokol müdafiəçisinin iştırakı ilə ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** və ***-***-**-** baxış keçirilmişdir. ***-***-**-** saylı mobil nömrəyə daxil və xaric olmuş sms mətnlərinə baxış keçirilmiş, lakin iş üzrə maddi sübut əhəmiyyətli hal aşkar edilməmişdir. ***-***-**-** saylı mobil nömrədə isə -**********94 saylı mobil nömrədən “Yeke oglansan.duzgunlukden danisirsan son pulu vurmusam at cixim gedim”, “Qaqa birkelme yaz veya ac.atmrisansa halal xos edek eybiyox birinci deyilki itki verirem.durum piyada gedim xarabama” və -**********02 saylı mobil nömrədən “Atdım pulu qaqa” sms mətnləri aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd olunan nömrənin anası Aynurə Cəbrayılovanın adına olmasını bildirərək, həmin nömrəyə daxil olan sms mətnlərinin tanımadığı şəxslərin ondan narkotik vasitə və psixitrop maddə istəmələri barədə sms mətnləri olduğunu bildirmişdir, son olaraq protokol müdafiəçisini iştırakı ilə ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş qalıq çəkisi 710,640 qram narkotik vasitə heroin, 360,915 qram psixotrop maddə metamfetamin, qalıq 90 ədəd metadon tərkibli həblər və 02 ədəd elektron tərəzi Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD-R formatlı disk, Azercell” MMC-dən daxil olmuş 01 ədəd CD- R fomratlı disk, 01 ədəd “Redmi” markalı mobil telefon, 04 ədəd bank kartları və 01 ədəd dəftər maddi sübut maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edlmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(011)-626/2022 saylı qərarından müəyyən olunur ki, «əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 102-28376-1222 saylı xx.xx.2022-ci il tarixli 101- 35875-1222 saylı xx.xx.1997-ci il tarxili “Əməliyyat Tapşırığı”-na cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbə müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənəddən, hərbi biletin surətindən, “Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən” daxil olmuş məlumatdan və Elektron Məhkəmə sistemində sorğu edilərək əldə edilmiş məlumatdan müəyyən olunur ki, o 2014-cü il tarixdə Oğuz RMX-Poliklinika şöbəsində “Göz almasının subatrofiyası” (zədələnmədən sonra) diaqnozu ilə qeydiyyatdadır, dinc dövrdə hərbi xidmətə yararsızdır və üçüncü dərəcə əlildir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış «cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs dair ********* saylı cinayət işinin materiallarından başqa cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq zamanı verdiyi özünün və şahidlərin verdiyi ifadələri üzərinə şəxsi axtarış keçirilməsi və mənzilə baxış keçirilməsi protokolları, diskə və mobil telefona baxış protokolları, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, maddi sübutlar, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı saxlanılarkən nə üzərində, nə də ki mənzilində qanunsuz heç nə olmaması, polis əməkdaşları tərəfindən təziqlərdən qorxaraq ondan aşkar olunan narkotik vasitə və psixotrop maddələri özünə məxsus olmasını bildirməsi barədə ifadələri, məhkəməyədək verdiyi ifadələri, əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə və mənzilinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş DVD-R diskdəki görüntülərlə, aşkar olunan dəftər və 02 ədəd elektron tərəzi ilə, telefonda olan fotoşəkillərlə, “Whatsapp” tətbiqində olan sms səsli mətn və sms mətnlərlə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə törətdiyi əməli tam sübuta yetirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə İran İslam Respublikası vətəndaşı olan Rza adlı şəxslə internet informasiya ehtiyatlarından istifadə etməklə əldə etməsi tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış bütün sübutlara və işin obyektiv hallarına qiymət verməklə belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə düzgün olaraq tövsif etmiş və Təqsirləndirilən şəxs bu maddələrlə cəza təyin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı erdiyi ifadəsini həqiqətə uyğun olmayan, tədqiq olunmuş mötəbər sübutlarla təkzib olunan ifadə kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi və əməllərini təsdiq etdiyi ifadələrini həqiqi, işin hallarına uyğun ifadələr kimi qiymətləndirməklə həmin ifadələri sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 10 oktyabr 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 710,640 qram narkotik vasitə heroin, 360,915 qram psixotrop maddə metamfetamin, qalıq 90 ədəd metadon tərkibli həblər və 02 ədəd elektron tərəzi məhv edilməli, cinayət işinin materiallarəna əlavə edilmiş üzərinə və mənzilə baxışa aid 02 ədəd DVD-R formatlı disk, Azercell” MMC-dən daxil olmuş 01 ədəd CD-R fomratlı disk, 01 ədəd “Redmi” markalı mobil telefon, 04 ədəd bank kartları və 01 ədəd dəftər cinayət işində saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı "Narko«ik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkamanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilə bilməz. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dört) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla 38 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi1 üçün isə 256 AZN (iki yüz əlli altı) pul 38 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 710,640 qram narkotik vasitə heroin, 360,915 qram psixotrop maddə metamfetamin, qalıq 90 ədəd metadon tərkibli həblər və 02 ədəd elektron tərəzi məhv edilsin, cinayət işinin materiallarəna əlavə edilmiş üzərinə və mənzilə baxışa aid 02 ədəd DVD-R formatlı disk, Azercell” MMC-dən daxil olmuş 01 ədəd CD-R fomratlı disk, 01 ədəd “Redmi” markalı mobil telefon, 04 ədəd bank kartları və 01 ədəd dəftər cinayət işində saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 114 (yüz on dört) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi1 üçün 256 AZN (iki yüz əlli altı manat) pul 38 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-576/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-576/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver