Məhkəmə qərarları › İş №1(101)-576/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-576/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-576/2024 09.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi, Bakı şəhəri 35 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sabunçu rayonu, ünvan 2 fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 17 fevral 2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu “Koroğlu” metrostansiyasının çıxışının qarşısında fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Daewoo Gentra” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomombilinə müştəri qismində minib Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 73 ünvanına gələrək orada guya tanışından pul almaq adı ilə avtomobildən aşağı enib taksi sürücüsündən tanışı gələnədək onu gözləməsini xahiş etmiş, bir qədər avtomobilin ətrafında dövrə vurduqdan sonra sürücünün diqqətini yayındırmaq üçün sonuncunu aldadaraq avtomobilinin arxa sağ təkərinn boşalmasını bildirib onun avtomobildən aşağı enməklə arxa sağ tərəfinə keçməsinə nail olmuş və həmin vaxt fürsətdən istifadə edib qəfildən avtomobilin qabaq sol qapısını açaraq avtomobilin salonundan sürücü Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 500 maat dəyərində “Redmi Note 11” markalı mobil telefon cihazını üzərindəki 10 manat dəyərində sim kart və 5 manat dəyərində danışıq balansı ilə birlikdə götürüb qaçmaqla açıq talayıb ümumilikdə zərərçəkmiş şəxsə 515 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə 08 mart 2023-cü il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında fəaliyyət göstərən “Sərham market”in qarşısında yerləşən "xxxx" ASC-yə aid bankomatdan təqaüd pulunu alan Zərərçəkmiş şəxs2 izləyərək onun bankomatdan pul çıxaran digər qadınla söhbətinə qulaq asıb bir neçə gün əvvəl həmin ərazidə pul itirməsini öyrənərək təqaüd pulunu çıxardıqdan sonra arxasınca getmiş, yolda əlverişli məqam taparaq Zərərçəkmiş şəxs2 yaxınlaşıb barəsində bir qədər əvvəl əldə etdiyi məlumatdan istifadə etməklə sonuncunun itirdiyi pulun guya yaxınlıqda yaşayan xalası tərəfindən tapılmasını bildirmiş və həmin pulu onunla birlikdə xalasıgilə gedərək təhvil almasını təklif etməklə Zərərçəkmiş şəxs2 aldadaraq ünvan 4 ünvanında yerləşən “Akkordun Binaları” yaşayış kompleksindəki yaşayış binasının girişinə aparıb yuxarı mərtəbəsindəki qeyri-yaşayış hissəsinədək qalxmasına nail olmuş, orada guya xalasının evdə olmadığını bildirməklə Zərərçəkmiş şəxs2 bankomatdan çıxartdığı təqaüd pulunu bir daha onun yanında saymasını məsləhət görmüş, həmin vaxt sonuncu onun əmlakını ələ keçirmək niyyətinin olduğunu anlayaraq həyat və sağlamlığına zərər vurmaması üçün özü çantasından pullarını çıxarıb üzərindən bir hissəsini ona vermək istədikdə qəfildən ovucundakı 327 manat məbləğində pulunu bütövlükdə götürüb qaçmaqla açıq talayaraq təkrar soyğunçuluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,4 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi nömrəsiz fərdi evin qarşısınadək daşımış, Zərərçəkmiş şəxs2 qarşı törətdiyi soyğunçuluq cinayət hadisəsində şübhəli bilindiyinə görə 13 mart 2023-cü il tarixdə saat 20 radələrində həmin ünvanda Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq gətirildiyi ünvan 5 ünvanında yerləşən Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 3,032 qram və 0,068 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 3,4 qram olan qəhvəyi rəngli tozşəkilli, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni soyğunçuluqda təqsirli bildi və ifadəsində göstərdi ki, o, taksi şoferinə yaxınlaşaraq maşınının cərimə meydançasına düşdüyünü, “8ci kilometr” bazarına getməli olduğunu, taksi şoferinə 10 manat verəcəyini bildirmişdir. O, “8-ci kilometr” bazarına gəldikdə şoferə onu gözləməsini, geri gələcəyini bildirmişdir. Taksi şoferinin telefonunu bibisigilə zəng etmək üçün götürmüşdür. Qayıdanda taksi şoferini tapa bilməmişdir. O, telefonu bibisinə vermiş, bibisi də Nizami rayon Polis İdarəsində telefonu təhvil vermişdir. İkinci epizodla bağlı Zərərçəkmiş şəxs2 əlində pulu olduğunu görmüş, Bakıxanov qəsəbəsində arxasınca getmiş və Dostunu dayandırıb pulu saymasını bildirmişdir. Dostu pulu saydıqdan sonra pulu götürüb qaçmışdır. Narkotiklə bağlı isə anası ilə evdə olan zaman qapı döyülmüş, bu zaman anası döyənin kim olduğunu soruşmuşdur. Bu zaman 5 polis əməkdaşı qapını qıraraq içəri daxil olmuşlar və onu 13-cü Polis bölməsinə gətirmişlər. Onu bölmədə döyüb asmışlar. Üzərindən 0,3 qram narkotik vasitə aşkar olunsa da, bir neçə qramı da polis əməkdaşları əlavə etmiş, ona da hədə-qorxu gəlmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrdən 1 ildir ki, istifadə etdiyini, 0,3 qram narkotik vasitəni öz istifadəsi üçün tanımadığı şəxsdən Sabunçu rayonu ərazisində aldığını, saat 10-11 radələrində saxlanıldığını, tutulan zaman evdə anası və qardaşı Rövşənin olduğunu, ona qarşı evdə fiziki zorakılıq tətbiq olunduğunu, onu bölmədə döydüklərini, təzyiq altında olduğunu, onu evdəkilərlə qorxutduqlarını, məcbur olub üzərinə qoyulanlarını qəbul etdiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, hadisə baş verən günü təqaüdünü almağa getmişdir. Həmin gün təqaüdünü Bakı şəhərində “Sərham market”in yanından almışdır. O, 327 manat aldıqdan sonra həmin pulu çantasına qoymuş və Bakıxanov tərəfdən öz yolu ilə getmişdir. O, yolda öz-özünə az təqaüd alması barədə şikayətlənmiş, bu zaman arxadan bir oğlanın gəldiyini görmüşdür. Oğlan gəlib ona yaxınlaşaraq dünən pul itirdiyini soruşmuş, o, da bir gün əvvəl həqiqətən pul itirdiyini bildirmişdir. Oğlan nə qədər itirib-itirmədiyini soruşan zaman o da 27 manat itirdiyini bildirmişdir. Oğlan ona xalasının onun itirdiyi pulu tapdığını demiş, o da pul itirməsini hardan bildiyini, həmçinin xalasının pulu necə tapdığını fikirləşmişdir. Sonra oğlana getməli olduğunu, pulu özünə götürməsini bildirmişdir. Oğlan isə birlikdə getməyi təklif etmişdir. Oğlan onu “Sərham market”in yaxınlığında olan 9 mərtəbəli binaya apararaq onu ayaqla 9-cu mərtəbəyə çıxarmışdır. Çıxdıqdan sonra oğlan ondan nə qədər pul aldığını soruşmuşdur. O da pulu çıxardaraq saymağa başlamışdır. Oğlanın onu aldadacağını düşünməmişdir. O, pulu sayanda oğlan pulu onun əlindən onun iradəsi olmadan, həmçinin heç bir xəsarət yetirmədən alıb qaçmışdır. Onu oradan tanıyan insanlar oğlan qaçdıqdan sonra nə baş verdiyini soruşduqda o da oğlanın pulunu götürüb qaçdığını bildirmişdir. Hadisədən sonra onun halı pisləşmişdir. Sonra mağaza işçiləri 102-yə zəng vurub olanları danışmışdır. Daha sonra polislər gələrək baş vermiş hadisə barədə soruşmuş, narahat olmamasını, pulu götürüb qaçanı tapacaqlarını bildirmişlər. Daha sonra müstəntiq onu çağırıb ifadəsini almış, o da hadisəni olduğu kimi danışmışdır. O, oğlanı şöbədə görən zaman oğlan özü gəlib ona yaxınlaşaraq pulunu oğurlayanın o olduğu, onu bağışlamasını xahiş etmişdir. Sonra müstəntiq də ona bağışlamasını semiş, o da bağışladığını bildirmişdir. Daha sonra baş müstəntiq İlqar onu çağıraraq 327 manat pulunu ona geri qaytarmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ona dəymiş ziyanın tamamilə ödənilməsi, təqsirləndirilən şəxslə barışması barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, taksi sürücüsü kimi “Koroğlu” metrostansiyasının yaxınlığında sürücülük edərkən Elşən ona yaxınlaşıb maşınının cərimədə olduğunu, onu “8-ci kilometr” qəsəbəsinə aparmağını, oradan pul götürəcəyini, cəriməni ödədikdən sonra pulunu verəcəyini bildirmişdir. O, oğlanı əvvəldən taksi sürücüsü kimi tanıdığına görə, kömək etməli olduğunu fikirləşmişdir. Onlar “8-ci kilometr” qəsəbəsinə getmiş, “Diqlas”ın qarşısında, bazarın yaxınlığında dayanmışlar. Oğlan maşından düşdükdən sonra kimisə gözləməyə başlamışdır. Elşən aradabir zəng edib, telefonda kiminlə isə mübahisə edərək qışqırıb tez gəlməsini bildirmişdir. Bu hərəkətləri onu aldatmaq üçün etdiyini başa düşməmişdir. O da oğlana getmələrini demiş, Elşən ona bir az gözləməsini bildirmişdir. Elşən onun fikrini yayındırmaq üçün maşının arxasına keçərək ona maşının arxa çarxının buraxdığını bildirmişdir. O da birdən doğurdan da çarxa nəsə olacağını düşünərək maşından enmişdir. O, maşından düşərək çarxa baxan zaman heç nə olmadığını görmüşdür. O, çarxa baxanda Elşən də onun yanında olmuşdur. Sonra Elşən əsgi olubolmamasını soruşmuş, o da maşının qabağında olduğunu və götürməsini bildirmişdir. Elşən gedib əskini götürüb əllərini silmiş, əskini yerinə qoyanda telefonunu götürüb qaçmışdır. O, Elşənin telefonunu götürüb qaçdığını özü görmüşdür. O, kor-peşman halda maşınını sürərək “Koroğlu”ya qayıtmışdır. Öz telefonu olmadığı üçün oradakılardan birindən telefon alaraq 102-yə zəng etmiş, baş verənləri danışmış, ona 24-cü Polis bölməsinə getməsini bildirmişlər. O, 24-cü Polis bölməsinə getmiş və hadisəni olduğu kimi danışmışdır. Sonra polislər gələrək “Diqlas”ın kamerası vasitəsilə telefonunu götürənin kim olduğunu tapmışlar və sonra ona zəng edib Nizami rayon Polis İdarəsinə gəlməsini bildirmişlər. O, polis idarəsinə gəldikdə ona telefonun tapıldığını, telefonun müqaviləsinin lazım olduğunu bildirmişlər. O, telefonun müqaviləsini idarəyə gətirmiş onun şəkillərini çəkib, nüsxəsini çıxardıqdan sonra onun telefonunu qaytarmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ibtidai isintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, hal-hazırda təqsirləndirilən şəxs barəsində şikayətinin olmadığını, ona dəymiş zərərin ödənildiyini bildirdi. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışması, ona dəymiş ziyanın tam olaraq ödənilməsi, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 08 mart tarixində 13-cü Polis şöbəsinin inzibati ərazisində yaşlı bir qadına qarşı soyğunçuluq hadisəsi baş vermiş, onlar da hadisənin video görüntülərini götürmüşlər. Soyğunçuluq edən şəxsi tapmaq üçün ərazidə axtarışlar aparmışlar. Həmin hadisədən 4-5 gün sonra onlar həmin şəxsi, yəni Elşəni Bakıxanov ərazisində görmüş, yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar ilk öncə şəxsin anket məlumatlarını dəqiqləşdirmək istəsələr də, Elşənin özünü çox şübhəli apardığını, hətta qaçmaq istədiyini gördükdən sonra sonuncunu maşına əyləşdirmişlər. Onunla birgə bu əməliyyatda əməliyyat müvəkkilləri Nicat Kərimov və Sənan iştirak etmişlər. Onlar Elşəni maşında polis şöbəsinə aparan zaman Elşən özü qadına qarşı soyğunçuluq etdiyini etiraf etmişdir. Elşəni polis şöbəsinə gətirdikdən sonra inzibati otaqların birində təhqiqatçıya təhvil vermişlər və Elşənə üzərinə baxış keçirəcəklərini, əgər qanunsuz nəsə olduğu halda təqdim etməsini bildirmişlər. Elşən özü üzərində narkotik vasitə olduğunu söyləmiş və həmin narkotik vasitəni təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə heroin olmuşdur. Həmin narkotik vasitə sənədləşdirilmiş, möhürlənərək ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, Elşəni 08 mart tarixdə törətdiyi soyğunçuluq hadisəsindən 5-6 gün sonra küçədə saxladıqlarını, Elşəni bölməyə axşam saatlarında gətirib birbaşa təhqiqaçıya təhvil verdiklərini, Elşənin onlara narkotik vasitə istifadəçisi olduğunu deməsini, narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirdiyini, iki büküm narkotik vasitə təqdim etdiyini xatırladığını, Elşənə qarşı heç bir psixi və fiziki təsir edilmədiyini, Elşənin könüllü təqdim etdiyi narkotik vasitənin çəkisini artırmadıqlarını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid2 göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Günlərin birində o, evdə oturan zaman Elşən ona zəng etmiş və toydan çıxarkən zəng etmək üçün dostundan telefon aldığını, amma sərxoş olduğu üçün yadından çıxararaq onda qaldığını və evə gətirdiyini bildirmişdir. Elşən ondan atasının işdə olduğu və onun bölmənin yanında qaldığı üçün mobil telefonu ona taksi ilə göndərməcəyini demiş və ondan aparıb 24-cü Polis bölməsinə verməsini xahiş etmişdir. Onun heç nədən xəbəri olmamışdır. O da telefonu göndərməsini söyləmişdir. Taksi gəlmiş və o, telefonu götürüb 24-cü Polis bölməsinə getmişdir. Orada əməliyyatçı Zöhrab adlı şəxsə yaxınlaşmış, qardaşının “Neft Daşları”nda işdə olduğunu və qardaşı oğlunun telefonu ona verdiyini söyləmiş və telefonu kimə verməli olduğunu soruşmuşdur. Onu Nəriman adlı şəxsin yanına göndərmişlər. Nəriman ondan bunun necə olduğunu soruşmuş, o da necə baş verdiyini danışmış, amma Nəriman başqa-başqa ifadələr yazmışdır. Sonra onu bölməyə çağırmışlar. Orada onun ifadəsini oxumuşlar və o, başqa cür danışdığını, nə yazılıbsa onun yazdığını, onun altdan qol çəkdiyini söyləmişdir. İzahat verib çıxıb gəlmişdir. Nəriman ifadəsini səhv yazmış, amma o, idarədə təzədən ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid4 göstərmişdir ki, ***-***-**-** nömrəli sim kart ona məxsusdur, təxminən bir ildir ki, istifadə edir. 08 avqust 2023-cü il tarixdə saat 17:48-də həmin nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə də məhz o, zəng vuraraq cinayət hadisəsi barədə məlumat vermişdir. Belə ki, həmin tarixdə o, ünvan 7 ünvanında yerləşən “Rahat market”in giriş hissəsində fəaliyyət göstərən, qardaşı Elşənin icarəyə götürüb işlətdiyi ətir dükanında qardaşının əvəzindən satıcı qalmışdır. Orada olarkən marketin qapısını bir nəfər əvvəllər tanımadığı yaşlı bir qadın açaraq içəri həyacanlı şəkildə daxil olaraq bildirmişdir ki, ona qarşı soyğunçuluq törədilib, bir nəfər tanımadığı cavan oğlan onu aldadaraq yaxınlıqdakı yaşayış binasının giriş blokuna salaraq yuxarı mərtəbəyə qaldırıb və orada bankomatdan yenicə çıxartdığı 327 manat məbləğində təqaüd pulunu əlindən dartıb alaraq qaçmışdır. Ondan xahiş etmişdir ki, özü mobil telefon işlətmədiyi üçün hadisə barədə polisə o, zəng vurub məlumat versin. O da həmin qadını sakitləşdirərək xahişi ilə 102 Xidmətinə zəng vurmuşdur. Bir qədər sonra verdiyi məlumat əsasında ora Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları gəlmişlər və həmin yaşlı qadını soryu-sual edərək özləri ilə aparmışlar. Sonradan baş verənlərdən onun məlumatı olmamışdır. Həmin vaxt qeyd etdiyi qadının bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri görməmiş, qadının özü də ona bu barədə bir söz deməmişdir (cild 2, iş vərəqi 93-96). Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, mart ayının 30-u evdə oturarkən qapı döyülmüş və polislər qapını sındırıb içəri girmişlər. Polislər oğlu Elşəni döymüş və ayaqyalın şəkildə aparmışlar. O, sonra maşına tərəf qaçmış və qapının örtülü olduğunu, oğlunun arxada oturduğunu, 4-5 nəfərin onu sıxışdırdığını görmüşdür. Oğlu ağrıyanda nədənsə istifadə etmişdir, amma nə istifadə etdiyini bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid X6 hadisənin axşamüstü olduğunu, saatı dəqiq xatırlamadığını, evdə oğlanları və onun olduqlarını, 2 nəfər şəxsin içəri girdiyini, ümumi 4-5 nəfər olduqlarını, onların heç nə demədiklərini, Elşəni döyüb apardıqlarını, polislərin evi axtarırdıqlarını, lakin heç nə aşkar edilmədiyini, Elşən ağrıdığını, ona müalicə lazım olduğunu dediyini, Elşən ağrısının kəsməsi üçün nəsə iylədiyini, oğlunun soyğunçuluq etməsi ilə bağlı məlumatının olmadığını bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin Elşənin ata-anası onun həyət evində kirayədə yaşamışlar. 13 mart tarixində pəncərədən çölə baxan zaman 4-5 nəfər şəxsin həyətə doluşduğunu, qapıya çıxanda qapının sındırıldığını görmüş, onlardan kim olduqlarını soruşanda onlar polis olduqlarını bildirmişlər və Elşənin əlini qandallayıb aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq şahid X5 hadisənin onların ünvanında baş verdiyini, Elşənin gödəkçəsiz olduğunu, ayağına fikir vermədiyini, polislərin Elşəni dartadarta aparırdıqlarını, deyilənə görə Elşənin əlində nəşə tutduqlarını, bu barədə sonradan eşitdiyini, ailəvi yaxınlıqlarının olmadığını, Elşənin onların həyətinə qonaq gəlib-getdiyini, qapının qırılması ilə bağlı heç yerə şikayət etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində vətəndaş Zərərçəkmiş şəxs2 qarşı törədilmiş soyğunçuluq hadisəsi ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan hadisənin törədilməsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi B.Bünyadov küçəsində kirayədə yaşayan Elşən adlı şəxs şübhəlidir. 13 mart 2023-cü il tarixdə saat 20:00 radələrində həmin şəxsi yaşadığı ünvanın yaxınlığında müəyyən edib ona yaxınlaşdıqda həmin şəxs polis əməkdaşlarından qaçmağa cəhd göstərsə də saxlanılmış və 13-cü Polis bölməsinə gətirilmişdir. Polis bölməsində müəyyən olunmuşdur ki, saxlanılan həmin şəxs xx.xx.1990-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsili, Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2.2-ci maddələri ilə məhkum olunmuş, ünvan 8 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, nömrəsiz evdə kirayə yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs2 qarşı törətdiyi soyğunçuluq hadisəsini səmimi etiraf edərək özünün həmin hərəkətlərini narkotik vasitələrin aludəçisi olması, hadisə vaxtı narkotik vasitə əldə etməsi üçün pula kəskin ehtiyacı yaranması ilə izah etmiş, hazırda da üzərində narkotik vasitə olmasını bildirmişdir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli spesifik iyə malik maddələri çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 02 ədəd bükümdə olan maddələrin narkotik vasitə olan “kakos” olduğunu və öz istifadəsi üçün adını və ünvanını bilmədiyi şəxsdən Suraxanı rayonu, Bülbülə qəsəbəsindən 40 manata alıb şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 02 ədəd bükümlərdəki narkotik vasitəyə bənzər maddə bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayat təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (cild 1, iş vərəqi 23-24). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1553 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş maddə....” yazı və imzalar olan zərfdə 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,032 qram və 0,368 qram olmaqla, ümumi çəkisi 3,400 qram qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 88,81 (səksən səkkiz manat 81 qəpik) manat təşkil edir (cild 1, iş vərəqi 31-35). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialın cinayət işinə birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 şikayət ərizəsi əsasında toplanmış xx.xx.2023-cüil tarixli, HK-1-535 nömrəli təhqiqat materialı, icraatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaqı davam etdirilmişdir (cild 1, iş vərəqi 44-45). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bakıxanov qəsəbəsi, Y.Əlivev küçəsi, “Bravo” marketin yanı Zərərçəkmiş şəxs2 “Akkordun Binaları”nın yanında bankomatdan 327 manat təqaüd pulunu çıxarmasını, bu zaman bankomata yaxınlaşan bir nəfər şəxsin onu aldadaraq 9-cu mərtəbəyə çıxardığını, vətəndaş çantasında olan pulu çıxarıb saydıqda sonuncunun 327 manat pulu onun əlindən aldığını və onu itələyərək qaçdığını bildirmişdir (cild 1, iş vərəqi 49). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş vətəndaş Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:00- 18:00 radələrində Bakıxanov qəsəbəsində “Akkordun Binaları” kimi tanınan ərazidən bankomatdan pul çıxarmaq istəyərkən tanımadığı şəxs ona yaxınlaşaraq ona məxsus 7 manat pulu dünənki tarixdə tapdığını demiş, həmin pulu ona geri qaytarmaq adı ilə “Akkordun Binaları”nda yaşayan xalasının evinə dəvət etməsini deyib aldadaraq binanın 9cu mərtəbəsinə aparmış, orada əlində olan 327 manat pulu məcburi şəkildə əlindən alaraq onu itələyib qaçmışdır. Həmin şəxsin müəyyən olunaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 1, iş vərəqi 50). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəllərdən görünür ki, hadisə yeri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, “Sərham market”in qarşısında olan “Beynəlxalq Bank”a məxsus bankomatın yaxınlığıdır. Marketin qarşısı şüşədən yığılmışdır. Bundan əlavə küçə tərəfdən pul ödəmə terminalları və bankomat yerləşdirilmişdir. Vətəndaş Zərərçəkmiş şəxs2 qeyd edilən bankomatdan təqaüdünü çıxaran zaman tanımadığı şəxsin onu aldatmış və yolun əks istiqamətində binanın daxilində əlində olan pulunu alaraq qaçmışdır. Hadisə ilə bağlı iş üçün əhəmiyyət kəsb edən fotoşəkillər çəkilərək materiala əlavə olunmuşdur. Bundan əlavə baxışa dair protokol tərtib olunmuşdur. İştirakçılara ucadan oxunmuş, irad və təklif daxil olmamış, imzalarla təsdiqlənmişdir (cild 1, iş vərəqi 51- 52). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 67-68). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 180.1 və 234.1-1-ci maddələrinə tövsif edilmiş və cinayət işinin ibtidai istintaqı həmin maddələrlə davam etdirilmişdir (cild 1, iş vərəqi 80-81). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-1-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 83-84). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ziyanın ödənilməsi haqqında protokoldan görünür ki, müstəntiq Elşən Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-1-ci maddələri ilə istintaq edilən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs atası Abit Allahverdiyev tərəfindən iş üzrə Zərərçəkmiş şəxs2 dəymiş 327 (üç yüz iyirmi yeddi) manat maddi ziyanın zərərçəkmiş şəxsə ödənilməsi üçün Bakı şəhəri, Sabunçu RPİ-nin İstintaq şöbəsinin 306 nömrəli xidməti iş otağında təhvil almışdır (cild 1, iş vərəqi 113). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Bədəlov Rəsul, xx.xx.2017-ci il təvəllüdlü Bədəlov Natiq, xx.xx.2018-ci il təvəllüdlü Bədəlova Zəhra adlı uşaqları vardır (cild 1, iş vərəqi 115). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işlərinin birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-1-ci maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaq davam etdirilmişdir (cild 1, iş vərəqi 116-117). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 Sabir oğlu “8-ci km bazarı”nın qarşısında idarə etdiyi “Daewoo” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşən sərnişinin onun “Redmi” markalı telefonunu avtomobildən götürərək qaçmasını bildirmişdir (cild 1, iş vərəqi 125). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 11 ünvanda, keçmiş “Diqlas” ticarət mərkəzinin qarşısından keçən avtomobil yolunda, yolun kənarında dayanarkən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Daewoo Gentra” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilə müştəri qismində minən, adını bilmədiyi şəxs, avtomobilin salonunda olan ona məxsus “Redmi Note 11” markalı **********19369 imei kodlu, 500 manat dəyərində mobil telefonunu götürərək qaçmış, həmin şəxsin arxasınca səslənsə də, o dayanmadan qaçaraq yaxınlıqda olan “Lotos” ticarət mərkəzinə daxil olmuşdur (cild 1, iş vərəqi 126). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəldən görünür ki, ünvan 11 ünvanda yerləşən boş sahənin qarşısında olan Qara Qarayev prospekti boyunca keçən asfalt örtüklü, iki tərəfli hərəkət istiqaməti, üç hərəkət zolağı olan avtomobil yolunun sağ tərəfində səkiyə yaxın hissədir. Zərərçəkmiş şəxs1 həmin yeri təqdim edərək xx.xx.2023-cü il tarixdə onun idarə etdiyi avtomobilə müştəri qismində olan naməlum şəxsin avtomobildən ona məxsus mobil telefonu götürərək qaçmasını bildirmişdir. Hadisə yerini birbaşa görən videomüşahidə cihazı yoxdur (cild 1, iş vərəqi 128-129). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid5 xx.xx.2023-cü il tarixdə Nizami RPİnin 24-cü Polis bölməsinə təqdim etdiyi mobil telefona baxış keçirilmiş, baxış keçirilən mobil telefon “Redmi Note 11” markalı **********19369 və **********19377 imei kodlu, üst tərəfi bütov şəkildə qara rəngli ekran olan, arxa tərəfi mavi rəngli mobil telefon olmuş, həmin mobil telefonda ilkin baxışdan heç bir zədə izi müəyyən edilməmiş, mobil telefon işlək vəziyyətdə olmuş, həmin mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən Şahid5 götürülmüşdür (cild 1, iş vərəqi 133). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 138). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə naməlum şəxs tərəfindən qaçırılmış “Redmi Note 11” markalı mobil telefonu, işlək vəziyyətdə müstəntiq Xəlil Atakişiyevdən təhvil almış, heç bir narazılığı olmamışdır (cild 1, iş vərəqi 152). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, xx.xx.2023-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 24-cü PŞ-nə ərizə ilə müraciət edərək, ünvan 12 ünvanda özünün idarə etdiyi “Daewoo Gentra” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilinə tanımadığı şəxsin müştəri qismində əyləşərək ona məxsus dəyəri 500 manat olan “Redmi Note 11” markalı mobil telefonunu götürərək qaçmasını bildirmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləti nəticəsində baş vermiş soyğunçuluq hadisəsini xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs törətdiyi müəyyən olunmuş və həmin şəxs xx.xx.2023-cü il tarixdə analoji cinayət hadisələri törətdiyinə və qanunsuz olaraq narkotik vasitələdən istifadə etdiyinə görə Sabunçu RPİ-si tərəfindən saxlanılmışdır (cild 1, iş vərəqi 153, 154). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 17 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən talanmış, bibisi Şahid5 tərəfindən xx.xx.2023-cü il tarixdə Nizami rayon Polis İdarəsinin 24-cü Polis bölməsinə təqdim edilmiş bir ədəd “Redmi Note 11” markalı mobil telefon cihazı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən və cinayətin birbaşa obyekti olduğundan maddi sübut kimi tanınmışdır (cild 2, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 3,400 qram ümumi təmiz çəkidə olan narkotik vasitə heroin cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən və cinayətin bir başa predmeti olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübuların saxlanc anbarına təhvil verilmişdir (cild 2, iş vərəqi 19, 20). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü PB-nın əməkdaşları tərəfindən döyülməsi ilə bağlı rayon prokurorluğunda araşdırılan 213-C-23 nömrəli material üzrə əməldə cinayət hadisəsi olmadığı müəyyən edildiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir (cild 2, iş vərəqi 46). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, CD-də videokamera vasitəsi ilə çəkilmiş, üzərində tarixi və saatı əks olunmayan “VİDEO_TS” adlı “DVD VOB File (.VOB)” tipli 12,0 KB (12 288 bayt) həcmli 06 dəqiqə 59 saniyyə müddətli videogörüntüdə xidməti otağa dörd nəfər mülki geyimli şəxslərin daxil olmaları, masa arxasında ayaq üstə dayanmış polis kapitanı rütbəli şəxsin çəkiliş başlayan zaman özünü təqdim edib Sabunçu RPİ-nin 13-cü PB-nin təhqiqatçısı Azər Əhmədov olmasını bildirərək, otağa daxil olan şəxslərdən özlərini təqdim etmələrini xahiş edir, əvvəlcə polis əməkdaşları özlərini təqdim edərək Sabunçu RPİ-nin 13-cü PB- nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 olmalarını deyirlər, daha sonra saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olmasını təsdiq edir. Təhqiqatçı polis əməkdaşlarına müraciət edərək şəxsin Polis bölməsinə gətirilməsinin səbəbini soruşur, əməliyyat müvəkkili Şahid1 bildirir ki, ünvan 13 ünvanında “Akkordun Binaları” adlanan ərazidə Zərərçəkmiş şəxs2 qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Elşən adlı şəxs kirayə yaşadığı Bəşir Bünyadov küçəsində müəyyən edilərək tərəflərindən saxlanılarkən qaçmağa cəhd etmiş, lakin buna nail ola bilməyərək tutularaq 13-cü Polis bölməsinə gətirilmiş, Polis bölməsində törətdiyi cinayət əməlini etiraf edərək narkotik vasitələr istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs müraciət edərək ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, müdafiəçisinin iştirakı olmadan videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağını elan etməklə buna münasibətini soruşur, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdə təhqiqatçı ona təklif edir ki, üzərində saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etsin. Görüntünün 01-ci dəqiqə 29-cu saniyəsində Təqsirləndirilən şəxs sağ əlini əynindəki göy rəngli cins şalvarının sağ yan piston cibinə salaraq oradan iki ədəd, biri bir qədər böyük, digəri isə bir qədər kiçik ölçülü şəffaf sellofan bükümləri çıxarıb qarşısındakı masanın üzərinə qoyur, təhqiqatçı polis əməkdaşlarından xahiş edir ki, saxlanılan şəxsin üzərini bir daha yoxlasınlar, əlavə yoxlanış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin künc hissələrini qayçı ilə kəsib açmaqla içərilərindəki tünd qəhvəyi rəngli tozşəkilli kütlələri aşkar edərək saxlanılan şəxsdən həmin kütlələrin nə olmasını, nə vaxt, haradan, nə məqsədlə, neçəyə əldə etməsini soruşur, Təqsirləndirilən şəxs bildirir ki, həmin bükümlərdəki kütlələr “kakos” adlanan narkotik vasitədir, onları öz şəxsi istifadəsi üçün Bülbülə qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 40 manata almışdır. Bundan sonra təhqiqatçı təqdim olunan bükümlərin maddi sübut əhəmiyyəti kəsb etməsini bildirərək onları götürüləcəyini və qablaşdırılacağını elan etməklə ağ kağızdan hazırlanmış zərfi götürüb aşkar olunmuş 02 ədəd sellofan bükümləri həmin zərfin içərisinə qoyaraq yapışqanla qapağını yapışdırıb üzərini möhürləyərək iştirakçıların imzaları ilə təsdiq edir. Bundan sonra təhqiqatçı heç bir şikayətin daxil olmadığını bildirərək videoçəkilişin dayandırılmasını elan edir. Videogörüntüyə keçirilən baxışda iştirak etmiş Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin özü olmasını təsdiq etsə də, həmin videogörüntüdə əks olunanların polis əməkdaşları tərəfindən saxtalaşdırılmış və uydurma senari əsasında çəkildiyini, reallıqda həmin vaxt onun üzərində iki bükümdə külli miqdarda deyil, cəmi bir bükümdə 0,368 qram çəkidə narkotik vasitə olduğunu bildirir, videoçəkilişdə əks olunan ikinci böyük bükümdəki külli miqdarda narkotik vasitənin polislər tərəfindən videoçəkiliş başlanmazdan əvvəl onun üzərinə əlavə qoyulduğunu, polislərin əvvəlcədən göstərdikləri təzyiq və işgəncələri altında videoçəkilişdə bu cür danışıb rəftar etməsini bildirmişdir (cild 2, iş vərəqi 51-52). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin istintaq materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin 13-cü PB-də şübhəli şəxs qismində saxlanılarkən Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxlanılan külli miqdarda narkotik vasitənin aşkar olunaraq götürülməsi hadisəsinin videogörüntüsü əks olunmuş 01(bir) ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (cild 2, iş vərəqi 53). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, şahidlər Şahid3, Şahid2 və Şahid1 ifadələrində göstərdiyi xususatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək istintaq orqanına verdikləri ifadələrini bir daha təsdiq etmiş, təqsirləndirilən şəxs qarşı heç bir psixloloji və fiziki təziq göstərmədiklərini bildirmişlər (cild 2, iş vərəqi 63-71). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsin tanınması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs2 ona qarşı soyğunçuluq etmiş şəxsin bəstə boylu, orta bədən quruluşlu, göy gözləri, danışıq tərzi və ləhcəsi ilə onun xatirində yaxşı qaldığını bildirmiş, həmin əlamətlərə əsaslanaraq qarşısında dayanmış dörd nəfər şəxsi diqqətlə nəzərdən keçirərək Təqsirləndirilən şəxs qarşısında dayanaraq sonuncunu göstərib tanıdığını, özünə qarşı cinayət əməlini törətmiş şəxsin həmin şəxs olduğunu təsdiq etmişdir (cild 2, iş vərəqi 72-74). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ziyanın ödənilməsi haqqında protokoldan və fotoşəkildən görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə təqsirləndirilən şəxsin ailə üzvləri tərəfindən istintaq orqanına təqdim edilmiş 327 (üç yüz iyirmi yeddi) manat məbləğində pul Sabunçu RPİ-nin İstintaq şöbəsində xidməti otağında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 təhvil verilmişdir (cild 2, iş vərəqi 91-92). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2193 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomanya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 100-101). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xususatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək istintaq orqanına verdiyi ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs onu aldadaraq ona məxsus “Redmi Note 11” markalı mobil telefonunu avtomobilin ön sol qapısını açıb salondan götürərək qaçdığını, arxasınca səslənsə də, Təqsirləndirilən şəxs ona məhəl qoymayaraq qaçıb gözdən itdiyini bildirmişdir (cild 2, iş vərəqi 107-110). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 qarşı törədilmiş soyğunçuluq hadisəsinin bəzi fraqmentləri qeydə alınmış 07 ədəd videogörüntülərə iş üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, CD-yə köçürülmüş, hadisə yerinin ətrafında, küçədə, binanın həyətində və giriş blokunun birinci mərtəbəsində quraşdırılmış videomüşahidə kameraları tərəfindən qeydə alınmış 07 ədəd qısa müddətli videogörüntülərdə Təqsirləndirilən şəxs havanın işıqlı vaxtında Zərərçəkmiş şəxs2 arxasınca küçə ilə piyada hərəkət edərək onu izləməsi, daha sonra onu öz arxasınca hündürmərtəbəli yaşayış binasının həyəti istiqamətində aparması, birlikdə binanın giriş blokuna daxil olaraq pilləkənlə yuxarı qalxmaları, Təqsirləndirilən şəxs qaçaraq pilləkənlərlə aşağı düşməsi, qaçaraq binanın həyətindən çıxması və küçə ilə avtomobillərin arası ilə qaçıb hadisə yerindən uzaqlaşması açıq aydın əks olunur. Videogörüntülərə keçirilən baxışda iştirak edən təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs videogörüntülərdə əks olunan şəxsin özü olmasını, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən “Akkordun Binaları” adlanan yaşayış kompleksinin ərazisində Zərərçəkmiş şəxs2 qarşı törətdiyi soyğunçuluq hadisəsinin videogörüntüləri olmasını təsdiq edərək həmin videogörüntülərə dair heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir (cild 2, iş vərəqi 111). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 qarşı törədilmiş soyğunçuluq hadisəsinin bəzi fraqmentləri qeydə alınmış 07 ədəd videogörüntülər əks olunan bir ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır (cild 2, iş vərəqi 112). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi və material ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə material ayrılaraq araşdırmanın davam etdirilməsi məqsədilə 13-cü PB-nə göndərilməsi qərara alınmışdır (cild 2, iş vərəqi 113-129). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə müdafiələri vasitəsi ilə suallar vermiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmış və o, ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs saxlanılarkən üzərində ittiham aktında göstərilən narkotikdən daha az olması, polislərin ondan aşkar edilənin üstünə əlavə narkotik qoymaları, polis əməkdaşları tərəfindən döyülməsi və psixi təzyiqlərə məruz qalması, bunun nəticəsində narkotiki boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş, onun yazılı razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynindəki şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 02 ədəd bükümdə olan maddələrin narkotik vasitə olan “kakos” olduğunu və öz istifadəsi üçün adını və ünvanını bilmədiyi şəxsdən Suraxanı rayonu, Bülbülə qəsəbəsindən 40 manata alıb şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Buna baxmayaraq, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq təcridxanasına daxil olarkən tibb-sanitar hissəsində müayinədən keçirilən zaman sol baldırın ön səthində, sol dizaltı nahiyəsində, sağ baldırın içəri tərəfində və sağ diz nahiyəsində sarımtılbənövşəyi rəngli, qarnının ön səthində, belinin hər iki yan tərəfində sarımtıl rəngli qançır izləri, hər iki dirsək nahiyəsində isə qərtməkli yara xəsarətləri aşkar olunması barədə qeyd aparılması müəyyən olunmuşdur. Həbs olunmuş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin xəsarətləri həbs olunan zaman almışdır. Cinayət işinin 2-ci cild 46-cı vərəqinə tikilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən döyülməsi ilə bağlı rayon prokurorluğunda araşdırılan 213-C-23 nömrəli material üzrə əməldə cinayət hadisəsi olmadığı müəyyən edildiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Sabunçu rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı əsassız və qanunsuz olduğundan rədd edilmiş, iş üzrə yenidən araşdırma aparılması üçün iş materialları Sabunçu rayon prokurorluğuna göndərilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin prokurorluqda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması faktı ilə bağlı əlavə araşdırma aparılmış, əlavə araşdırma nəticəsində prokurorluq o qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncəyə, habelə işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qoyulmamışdır. Bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə məhkəmədə göstərdiyi xüsusatlar iş üzrə şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan digər sübutlarla tam təkzib olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə görə, bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 234.1-1-ci maddələrilə təqsirli bilinməli və o, ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə təqsirli bilinib 1800 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.11 bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 111-112). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edir. Təqsirləndirilən şəxs soyğunçuluq cinayətini 1950-ci il təvəllüdlü, qoca yaşlı Zərərçəkmiş şəxs2 qarşı törətməsini məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, onlarla barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci və 59.1.13-cü maddələrinə, həbsdə saxlama yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi 180.2.2 və 234.1-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində CM-in 180.2.2-ci maddəsinə münasibətdə Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən hallar mövcuddur. Bununla yanaşı, təqsirləndirilən şəxsin əməlində CM-nin 61.1.7-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal olduğuna görə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2023-cü şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunşu Rayon Məhkəməsinin qərarı ilə barəsində 15 mart 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 mart 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 14, 103-106; cild 2, iş vərəqi 83- 88). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 13 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübuların saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,3 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarışın görüntülərini əks etdirən 01 ədəd CD disk, Zərərçəkmiş şəxs2 qarşı törədilmiş soyğunçuluq hadisəsinin fraqmentləri qeydə alınmış 07 ədəd videogörüntülər əks olunan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd “Redmi Note 11” markalı mobil telefon cihazının Zərərçəkmiş şəxs1 qaytarıldığı nəzərə alınmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 88,81 (səksən səkkiz manat 81 qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 234.1- 1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs aşkar olunaraq götürülərək Sabunçu rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,3 qram narkotik vasitə heroin məhv edilsin. - Təqsirləndirilən şəxs aparılmış şəxsi axtarışın görüntülərini əks etdirən 01 ədəd CD disk, Zərərçəkmiş şəxs2 qarşı törədilmiş soyğunçuluq hadisəsinin fraqmentləri qeydə alınmış 07 ədəd videogörüntülər əks olunan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; - 01 ədəd “Redmi Note 11” markalı mobil telefon cihazının Zərərçəkmiş şəxs1 qaytarıldığı nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 88,81 (səksən səkkiz manat səksən bir qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar