Məhkəmə qərarları › İş №1(101)-576/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-576/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-576/2025 17.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X15 və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1990-cı ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Qubadlı rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla Binəqədi rayonu, Çiçək qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Mədəl oğlu salış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama, daşıma və satma barədə adı istintaqa “Dinara” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək iki ədəd kisədə qablaşdıraraq saxladıqları külli miqdarda 15715 qram çəkidə qurudulmuş marixuananı və üzərlərində “F/M40” yazısı həkk olunmuş tərkibində narkotik vasitə metadonuıı təsir maddəsinin ümumi miqdarı 24 qram təşkil edən külli miqdarda ümumilikdə 600 ədəd bozumtul-qəhvəyi rəngli dərman həblərini deyiləcək yerlərə yerləşdirmək üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkoliklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 05 iyun 2024-ciü il tarixdə saat 21:30-da yuxanda qeyd olunan ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin inzibati binasına gətirilib orada həmin gün saat 23:10-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində və sol tərəfində yerə qoyub saxladığı iki ədəd qara rəngli kisələrin içərisindən ümumilikdə iyirmi dörd ədəd bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 575 qram, 510 qram, 515 qram, 510 qram, 520 qram, 560 qram, 530 qram, 565 qram, 810 qram, 545 qram, 505 qram, 520 qram, 580 qram, 505 qram, 535 qram, 520 qram, 530 qram, 1015 qram, 550 qram, 1040 qram, 1050 qram, 1025 qram, 600 qram, 1100 qram, ümumi təmiz çəkisi 15 kiloqram 715 qram olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 60 ədəd konvolyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 600 ədəd olan üzərində 'T/M40” yazısı həkk olunmuş tərkiblərində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 24 qram təşkil edən külli miqdarda bozumtul-qəhvəyi rəngli dərman həbləri aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitələrin qurudulmuş marixuana növündən istifadə etmişdir. X19 Respublikası vətəndaşı olan bir qız ona kilolarla narkotik vasitənin götürməyi təklif etmiş, o razı olmamışdır. Sonra həmin iranlı ona 200 qram narkotik vasitəni qoyduğunu, həmin narkotik vasitəni götürərərk dediyi yerə qoymalı olduğunu demişdir. O, sonuncu ilə razılaşmış və taksi ilə dediyi yerə getmişdir. Taksidən düşüb ətrafa göz gəzdirmiş, narkotik vasitənin yerini tapmağa çalışdıqda, ağ rəngli maşın dayandığını görmüşdür. Bundan sonra həmin maşından bir neçə nəfər mülki geyimli şəxs düşmüşdür. Həmin şəxslər onun üzərinə qaçdığından o, qaçmağa başlamışdır. Qatar yoluna çıxıb dəmir tor hasarı aşaraq qaçmışdır. Mülki geyimli şəxslər onun arxasınca keçə bilməmişdir. Lakin qarşıdan gələn bir nəfər şəxs onu tutmuş və döyərək maşına aparmışdır. Polis əməkdaşları onun telefonu ilə iranlı ilə yazışmışlar. Sonra onu iranlıya “götürmüşəm iki meşoku, bunları nə edim” məzmunlu səsli mesaj atmağa məcbur etmişlər. Tutulmamışdan öncə ona deyilən yerdə 14 kiloqram narkotik vasitə olduğunu bilməmişdir. Ümumiyyətlə yazışmalarında 14 kiloqram narkotik vasitədən söhbət getməmişdir. Sellofan torbada metadon həblərinin olduğunu idarədə olarkən öyrənmişdir. Döyülməsi ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərdi ki, təxminən 4-5 ay əvvəl ona “Dinara” kimi özünü təqdim edən bir şəxs “Vhatsapp” mobil tətbiqi üzərində yazaraq tanışlıq verib İran İslam Respublikasının vətəndaşı olduğunu bildirib narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu və bu işdə özünə kömək edərək pul qazanmağı təklif etmişdir. O, tutulmaqdan qorxduğuna görə ilk əvvəl “Dinara”-nın təklifini rədd etmiş, lakin həmin şəxslə ünsiyyətini saxlamaqda davam etmişdir. Lakin son günlər hədsiz dərəcədə maddi sıxıntı yaşadığına görə risk edib bir qədər pul qazanımağı düşünərək məcbur qaydada həmin şəxsin təklifini qəbul etməli olmuşdur. “Dinara” ona demişdir ki, xeyli sayda və çəkidə narkotik vasitələri vardır, lakin hamısını bir yerdə, bir nəfər şəxsdə cəmlənməsinə imkan verə bilməz, belə ki, həmin bir nəfər şəxs tutulsa bütün “mal”-ı bata bilər. Ona görə də, həmin “mal”-ı bir-birini tanımayan bir neçə nəfər arasında özlərindən xəbərsiz qaydada paylaşdırıb saxlayır. Ona demişdir ki, göndərdiyi təxminən 14 kiloqram çəkidə olan nəşəni gizlədilmiş yerdən götürüb bir, uzağı iki gün özündə saxlasın və sonra özünün ona bildirdiyi zamanda deyilən ünvana aparıb yerləşdirməlidir ki, göndərdiyi adam gəlib götürsün. Buna görə də, “Dinara” ona 1 kq nəşə verəcəkdi. O isə artıq narkotik istifadə etmədiyinə görə və pula ehtiyacı olduğuna görə həmin 1 kiloqram nəşəni 1500 manat nağd pulla əvəzləşdirməyi xahiş etmiş, “Dinara” da onunla razılaşmışdır. Beləliklə, tutulduğu gün, yəni 05 iyun 2024-cü il tarixdə axşam saatlarında “Dinara” onunla əlaqə saxlayaraq bildirmişdir ki, Qara Qarayev deyilən əraziyə getmək lazımdır. Deməsinə görə 14 kiloqram çəkidə nəşə göndərmişdir. Bundan sonra o, yaşadığı Çiçək qəsəbəsindən çıxaraq “manatlıq” yol taksilərindən birini saxlayıb 20 yanvar metrosu istiqamətinə getmişdir. Orada düşərək həmin yerdə dayanan taksi sürücülərinin birinə yaxınlaşmışdır. Həmin şəxs elə o, tutulan zaman orada olan və adını araşdırma zamanı Kəramət olduğunu bildiyi şəxs olmuşdur. Kəraməti əvvəllər tanımamış, həmin gün təsadüfən rastlaşıb tanış olmuşdur. Üzərində olan xırda nağd pulu əvvəlki taksiyə verdiyinə görə nağd pulu olmamışdır. Lakin bank hesabında cəmi 16 manat pulu qalmışdır. Ona görə də, o, Kəramətdən onu həmin yerdən 16 manata müqabilində “Qarayev”-ə aparıb, sonradan isə yaşadığı ünvana, yəni Çiçək qəsəbəsinə apara biləcəyini soruşub razılaşdıqdan sonra “Qarayev” istiqamətində yola düşmüşlər. Yol boyu o, arada “Dinara” ilə danışırmış, “Dinara” ona deyilən yerə çatanda dəqiq konumla şəkil göndərəcəyini demişdir. Qarayevdə onlar “Sevinc” kinoteatrının arxa tərəfinə çatanda o, “Dinara”-dan konum göndərməsini istəmişdir. “Dinara” ona həmin yerin konumunu və əlavə olaraq kolluqda gizlədilmiş iki ədəd kisənin görüntüsünü yollamışdır. Konum nədənsə onun telefonunda açmarmış, çox güman müvafiq mobil tətbiqi olmadığından telefonu dəstəkləməmişdir. Ona görə o, həmin konumu Kəramətə ata biləcəyini soruşub razılığını aldıqdan sonra sonuncuya yolamışdır ki, dəqiq həmin yerə getsin. Beləliklə, onlar gedib konuma uyğun olan ünvana çatmışlar. O, Kəramətə yalandan həmin yerə özünə məxsus olan əşyaları götürmək üçün getdiyini demişdir. Əsl həqiqəti, yəni ora nəşə dalınca getdiyini həmin şəxsə bildirməmişdir. Ona görə də, Kəraməti bir qədər konum göstərən yerdən aralıda saxlatdırıb özü tək olaraq lazım olan yerə getmişdir. Kəramətə isə həmin yerdə maşında onu gözləməyi demişdir. İlk əvvəl maşından çıxıb tək olaraq oraları fırlanmış, lakin həmin yeri tapa bilməmişdir. Geri qayıdıb həmin yerin harada ola biləcəyini Kəramətdən soruşmuş və sonuncu yenidən konuma baxaraq piyada yollarının ola biləcəyini deyib maşından düşərək ona təxmini işarələrlə həmin ünvanın ola biləcəyi istiqamətləri ətrafa boylana-boylana təxmin edib ona bir yeri işarə etmiş və özü də onunla bir qədər irəli gəlmişdir. O da irəliləyərək “Dinara”-nın şəkildə ona yolladığı darvazanı görüb tanımış və Kəramətə artıq ünvanı tapdığım bildirib onu gözləməsini, özünün də “veşləri” götürüb gələcəyini demişdir. Kəramət geri çönüb getmiş, o isə həmin darvazanın qarşısına gələrək orada şəkildə işarələnmiş kolluqda həmin iki ədəd kisəni tapıb birini çiyninə atıb, digərini isə əlində saxlayaraq oradan maşına tərəf getməyə başlamışdır. Bu vaxt ki, bir neçə nəfər şəxsin ona tərəf gəldiyini görmüş və polislər olduğunu bilmişdir. Ayağında elektron nəzarət cihazının olduğuna görə tutulub daha ağır cəzaya məhkum olunmaqdan qorxaraq oradan qaçıb yayınmaq istəmişdir. Lakin bunu edə bilməmişdir. Belə ki, orada olan dəmir hasarlardan birinə dırmaşmaq istəmiş, lakin hasarın tikanlı məftilə dolandığını görməmiş və əlləri ilə hasara dırmaşan zaman tikanlı məftil hər iki ovcuna batmış və o, ağrıdan müvazinətini itirib geriyə doğru aşaraq sol tərəfi ilə yerdə olan dəmir borunun üzərinə yıxılmış və həmin nahiyədən xəsarətlər almışdır. Həmin yerdən götürüb getdiyi kisələri də götürüb onlarla polis şöbəsinə yollanmışdır. Bundan başqa, həmin vaxt onu gözləyən sürücüsü Kəramət də idarə etdiyi avtomobillə birlikdə şöbəyə aparmışlar. Şöbəyə çatanda o, müdafiəçi ilə təmin edilmişdir. Şöbədə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın videoçəkiliş əsasında aparılması barədə ona məlumat verilmiş və o, buna heç bir etiraz etməmişdir. Bundan sonra üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və o, həmin vaxt bir qədər öncə qeyd etdiyi ünvandan götürdüyü həmin iki ədəd kisəni təqdim etmiş və içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Daha sonra üzərinə axtarış keçirilmiş, üstündən bir ədəd mobil telefon, alışqan və siqaret qutusu aşkar edilmişdir. Bundan sonra həmin kisələr ayrılıqda olaraq açılmış, içərisindən iyirmi dörd ədəd sellofan bağlamalarda yaşıl rəngli qurudulmuş ot formasında nəşəyə xas olan iyli maddə, bir ədəd sellofanın içərisində isə ayrıca olaraq 60 ədəd listdə ümumilikdə 600 ədəd metadon həbləri aşkar edilmişdir. Nəşəyə oxşar maddələr elektron tərəziyə qoyularaq çəkilmiş və ümumi çəkisinin təxminən 16 kiloqramdan çox olması məlum olmuşdur. Bundan sonra təqdim etdiyi kisələrdən aşkar edilmiş maddələr həblərlə birlikdə qablaşdırılaraq götürülmüş, o da həmin qablaşmaların üzərində imza etmişdir. Ona iş üzrə əhəmiyyət kəsb etdiyi izah olunaraq mobil telefonu götürülmüşdür. Şifahi sorğu zamanı o, həmin kisələrdə olan maddələri “Dinara” adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə deyilən ünvana taksi ilə gələrək götürdüyünü və “Dinara”-nın ona verəcəyi 1500 manat pulun müqabilində həmin narkotik maddələri bir gün özündə saxlayaraq sonradan müəyyən ünvanlara aparıb yerləşdirəcəyini bildirmişdir. Taksi sürücüsünün bu işlərindən məlumatının olmadığını bildirmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Bundan sonra ondan narkotik maddələrin gizlədildiyi yerə gəlmiş olduğu taksi maşını olan Kəramət tərəfindən idarə olunan avtomobildə hər hansı qanunsuz maddə olub-olmaması soruşulan zaman o, maşında heç bir maddə olmadığını bildirib maşına videoçəkilişlə keçiriləcək baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni ilə də Kəramət də buna etiraz etməmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı iştirak edən şəxslərin, yəni vəkilinin, polis əməkdaşlarının və Kəramətin iştirakı ilə sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı qanunsuz heç bir maddə və predmet aşkar edilməmişdir. Bu barədə ayrıca protokol tərtib edilərək tərəflərindən imzalanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi işi ilə əlaqədar tanımış, ədavəti və düşmənçiliyi yoxdur. Miryusif Seyidovun rəhbərliyi ilə ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar 05 iyun 2024-cü ildə axşam saat 23 radələrində Nizami rayonuna getmişlər. Nizami rayonu Qara Qaryev prospektində dəmir yolunun kənarında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra 25-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə müdafiəçinin iştirakı ilə sonuncunun əlindəki torbalara baxış keçirilərkən həmin torbada metadon və marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Dinara adlı İranlı qadın vasitəsilə əldə etdiyini, həmin narkotik vasitəni aparıb əvəzinə pul alacağını demişdir. Saxlanılan zaman Vüsala qarşı heç bir təzyiq edilməmişdir. Saxlanılarkən Vüsalın əlində xəsarət olmuş, sonuncu həmin xəsarəti hadisədən əvvəl aldığını bildirmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi işi ilə əlaqədar tanımış, ədavəti və düşmənçiliyi yoxdur. Onun rəhbərliyi ilə Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 05 iyun 2024-cü ildə axşam saat 22:00 radələrində Nizami rayonunda Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra 25-ci polis bölməsinə aparmışlar. Bölməyə aparılan zaman sonuncunun əlində iki ədəd sellofan torba olmuşdur. Bölmədə Vüsalın əlindəki torbalara baxış keçirilən zaman torbaların içindən təxminən bükümlər şəklində 17 kiloqram marixuana və 60 ədəd listdə metadon həbləri aşkar edilmişdir. Təqdim edilən sellofan torbalar qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri Dinara adlı İranlı qadın vasitəsilə əldə etdiyini, narkotik vasitəni özündə saxladıqdan sonra deyilən yerə qoyması üçün bir kilqoram marixuana və ya 1500-2000 manat pul alacağını bildirmişdir. Saxlanılan zaman Vüsal Məhhərrəmov onlardan qaçmağa cəhd göstərmiş, qaçan zaman əli daşa dəyərək əzilmişdir. Sonuncuya qarşı hər hansı fiziki və psixoloji təzyiq edilməmişdir. Həmçinin Vüsal saxlanılarkən yanında bir nəfər taksi sürücüsü də olmuş, lakin sürücünün hadisədən xəbəri olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi işi ilə əlaqədar tanımış, ədavəti və düşmənçiliyi yoxdur. 2024-cü ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs barəsində əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs saxlanılaraq 25-ci polis bölməsinə aparılmışdır. Bölməyə aparılan zaman Vüsalın əlində iki ədəd sellofan torba olmuşdur. Bölmədə Vüsalın əlindəki torbalara baxış keçirilmiş, torbaların içindən narkotik vasitələr aşkar edildi. Daha sonra sellofan torbalar qablaşdıraraq sənədləşmə işləri aparıldıqdan sonra ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İranlı qadın vasitəsilə əldə etdiyini, onun “zakladkası” ilə məşğul olduğunu bildirmişdir. Vüsal saxlanılarkən yanında bir nəfər taksi sürücüsü də olmuş, lakin sürücünün hadisədən xəbəri olmamışdır. Tərəflərindən Vüsala qarşı heç bir təzyiq edilməmişdir. İbtidai istnitaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 20 Yanvar-Koroğlu-Ramana istiqamətlərində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxsi 20 Yanvar metrostansiyasının yaxınlığında avtomobilinə əyləşən müştəri kimi tanımışdır. Əvvəlcə Vüsal onun avtomobilinə əyləşmiş, sonra 1 nəfər gəlmiş və getmişdir. 10-15 dəqiqə sonra başqa müştəri gəlməmişdir. Vüsal ona Qarayevə gedib əşyaları götürdükdən sonra Xocəsənə qayıdacaqlarını demişdir. O, Vüsaldan 20 manat istəmişdir. Sonuncu ona 16 manatının olduğunu demişdir. Qara Qarayevə çatdıqda Vüsal taksidən düşüb bir dəfə getmiş, məkanı tapa bilmədiyi üçün qayıtmışdır. Sonra o, məkanı Vüsala göstərmişdir. Yolu Vüsala göstərdikdən sonra qayıtmaq üçün yolu dönmüş, döndükdən sonra Vüsalın əlində bağlama görmüşdür. Geriyə qayıdandan sonra polis əməkdaşlar onu tutmuşlar. Maşına əyləşən zaman Vüsalın əlində yalnız telefon olmuşdur. Polislərin Vüsalı necə saxladığını görməmişdir. Sonuncunun polislərdən qaçmasının şahidi olmamışdır. Hadisə zamanı 7-8 nəfər polis əməkaşı olmuşdur. Hadisə yerində Vüsalın əlində kisə görməmişdir. Polislər kisələri avtomobilin yük yerinə qoymuşlar. 05 iyun 2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxx 1990-cı ildə Qubadlı rayonunda anadan olmuş, əvvəllər məhkum olunan, Qubadlı rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla Binəqədi rayonu, Çiçək qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq külliq miqdarda narkotik vasitələrin və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir. (Cild 1 i.v. 5) 06 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs sərnişini olduğu Toyota Prius markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. (Cild 1 i.v. 36) 06 iyun 2024-cü il tarixli ərizədən görünür ki, Şahid4 idarə etdiyi Toyota Prius markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. (Cild 1 i.v. 37) 05 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin gün saat 22:40-da (faktiki tutulma 21:30-da) Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 23) Nizami Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarından görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis mayoru X5 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 05 iyun 2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. 07 iyun 2024-cü il tarixli Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimata baxılarkən özünü təqsirli bilərək üzərindən aşkar edilən narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini, qeyd edilən ünvana qoyacağı halda 1500 manat məbləğində pul əldə edəcəyini bildirmişdir. Maddi ehtiyacı olduğu üçün bu yola əl atdığını, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. (Cild 1 i.v 112-115) 05 iyun 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhərinin Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 05 iyun 2024-cü il tarixdə ünvan 3 ünvanının yaxınlığında iki ədəd kisə ilə birlikdə saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nin İnzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı təqdim etdiyi iki ədəd kisədən iyirmi dörd ədəd bağlamalarda ümumilikdə 15 kiloqram 715 qram külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 600 ədəd üzərində “T7M40” yazısı həkk olunımış tərkibində narkotik vasitə metadbnıın təsir maddəsinin ümumi miqdarı 24 qram təşkil edən külli miqdarda dərman həbləri aşkar edilərək götürülmüşdür. (Cild 1 i.v. 32-33) 06 iyun 2024-cü il tarixli avtomobilə baxış və götürülmə aparılması haqqında protokoldan görünür ki, Toyota Prius markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman iş üzrə əhəhmiyyət kəsb edəcək hər hansı əşya aşkar edilməmişdir. (Cild 1 i.v. 38-39) 26 iyul 2024-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Redmi” markalı mobil telefonun “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqinin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı onun “z aaa. nn” kimi qeyd edilmiş şəxslə aşağıdakı məzmunda mesajlar göndərilmişdir: A: Catiram, konum at, Səkil at B: Ay vusal atacamdaaa, cat sonraaa A: Catiram, gözlətmə məni, “yəni taksi gözləməyəcək uzaq başı 5-10 dəqiqə gözləyəcək başa düşdün? ” (səs yazısı) B: Nə qədər yolun var, 10 dəqiqə qalanda de atım A: Çatdım, burdayam... B: Alır səbrli ol A: Dayanmışam gözləyirəm Allaha and olsun B: Vüsal, qadan alaram qardaş, sən Allah mal sənə əmanət olur haa, sən Allah məni burada öldürərlər yəni mah verməsəm onlara, 14 kilo versən bunlara 1 kilo da mən sənə verərəm, məni pis vəziyyətdə qoymarsan ha, Vüsal A: "Yaxşı da burada durmuşam nə edim indi mən? Narahat olma, elə şey olar? Ayıb olar ki daha ” (səs yazısı) B: Yaxşı, dayan atım A: At B: (konum koordinatlarını yollayır) A: şəkil at B: (iki ədəd işarələnmiş yerin və torbaların fotogörüntülərini yollayır) A: Ok B: Nə qədər yolun var ora Vüsal? A: "Gözlə bir saniyə gözlə bir dənə ” (səs yazısı) B: Nə qədər yolun var? Niyə cavab vermirsən? Gözləyirəm deyirəm yəni bilim də...Vüsal Nə oldu, Alooo, Mənə cavab ver də ürəyim partlatı burada...(çoxsaylı cavabsız zənglər)...Vüsal sənə demədim ki mənə cavab ver, bu nə işdi? 5 dəqiqə yolun qaldı amma sən cavab vermirsən...Vüsal...bir cavab ver də...götürdün? A: "Götürdüm də, gedirəm evə, iki meşokdu nə edim bunu? Saxlayım?” (səs yazısı). 29 iyul 2024-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 29 iyul 2024-cü il tarixli protokoldan görünür ki Təqsirləndirilən şəxs ***-***-**-** saylı GSM nömrənin abunəçisinə xx.xx.2023-cü il tarixdə “Qaqaş menem, Mehman, ata, nolar atırsan pul mene olureme lomkadan pul tapa bilmirem ... nolar at xeber eləde mene cox pisem” mətnli mesaj yazması məlum olmuşdur. (Cild 1 i.v. 159-161) Məhkəmə-kimyəvi ekspertizasının 06 iyun 2024-cü il tarixli 3-16-16/2-6/3137 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün №7” möhür əksi olan 01 ədəd polietilen bağlamada 60 ədəd konvolyutda hər birində 10 ədəd olmaqla ümumi sayı: 600 ədəd üzərində ‘T/M 40” yazısı həkk olunmuş bozumtul-qəhvəyi rəngli dərman həblərinin tərkibində təsirediei maddəsinin miqdarı 24,0 qram (üzərindəki göstəricilərinə əsasən 01 ədəd həbdə 0,04 qram) olan narkotik vasitə metadon müəyyən edildi, metadonlar kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. (Cild 1 i.v. 55-56) Məhkəmə-kimyəvi ekspertizasının məhkəmə-bioloji ekspertizanın 06 iyun 2024-cü il tarixli 3-16-16-2-7/919 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan qara rəngli polietilen torbadakı 14 (on dörd) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 575 qram, 510 qram, 515 qram, 510 qram, 520 qram, 560 qram, 530 qram, 565 qram, 810 qram, 545 qram, 505 qram, 520 qram, 580 qram, 505 qram və qara rəngli polietilen torbadakı 10 (on) ədəd sellofan torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 535 qram, 520 qram, 530 qram, 1015 qram, 550 qram, 1040 qram, 1050 qram, 1025 qram, 600 qram, 1100 qram olan bitki mənşəli kütlələr narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi təmiz çəkisi- 15715 qramdır. (Cild 1 i.v. 61-62) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4358 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə 2019-cu ildən narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Narkotik vasitə olan metadon həblərindən daxilə qəbul etməklə istifadə edib. Onda müayinə zamanı opiodlərin və psixostiıuulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.. (Cild 1 i.v. 165- 166) Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1 i.v. 160) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 330/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol əlin ovuc səthinin cırılmış səthi yarası və sıyrıqları, qarının ön divarının sıyrığı, sol dizin ön səthinin sıyrıqları, sol saidin ön səthinin cızıqları aşkar edilmiş, qeyd edilən xəsarətlər küt təsir mexanizminə malik əşya (alət) ilə yetirilmişdir, törənmə müddətlərinə görə sol əlin, qarının ön divarının və sol dizinzədələri müayinədən bir gün əvvələ uyğun gəlir, qaçaraq məftil çıxıntıları olan hasardan aşmaq istəyərkən yııxılması zəminində yarana bilərdilər, sol saidin ön səthinin cızıqları müayinədən 5-6 gün əvvələ uyğun gəlir, özü tərəfindən yetirilməyə xarakterikdir, həm ümumilikdə, həm də ayrııayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. (Cild 1 i.v. 168-170) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (Cild 1 i.v. 131) Bakı Şəhər İcra və Probsiya İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablanmış və Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının 5 ay 22 gün hissəsini çəkməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2024cü il tarixdə təcridxanaya gətirilmiş və ilkin tibbi müayinədən keçirilmiş, ilkin tibbi müayinə zamanı sağ əlin arxa səthində 8-9 sm ölçüdə, sol ön səthində 1-2 sm ölçüdə iki ədəd, sol diz oynağının ön bayır səthində 1-2 sm ölçüdə iki ədəd üzəri sıyrılmış üzəi qərtməkli yaralar, qarının sol nahiyəsində 7-8 sm ölçüdə bir ədəd sarımtıl rəngli qançır müşahidə olunmuşdur. 11 iyun 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus ekspertiza tədqiqatından sonra qalıq qalmış 15712,6 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və tərkibində narkotik vasitə metadon olan 580 ədəd həblər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. (Cild 2 i.v. 124-125) 24 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X7, 15 oktyabr 2015-ci il təvəllüdlü qızı X4 və 09 yanvar 2020-ci il təvəllüdlü oğlu X10 ilə ünvan 5 ünvanında məskunlaşmışdır. (Cild 2 i.v. 133) Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında məskunlaşmış, o, yaşadığı ərazidə məişətcə qüsursuzdur, yüksək əxlaqi keyfiyyətlərə, ictimi yerlərdə yükdək davranış qaydalarına malikdir. Ərazi dairəsinin nümunəvi sakinidir. Azərbaycan Respublikası ordusunda nümunəvi xidmət etmişdir. (Cild 2 i.v. 134) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə əlində olan iki ədəd bağlamada “nəşə” və metadon adlı dərman həblrinin olduğunu bildirmişdir. Bundan sonra əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 ədəd qara rəngli “Redmi” markalı mobil telefon, 01 ədəd siqaret qutusu və 01 ədəd alışqan təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamalara baxış keçirilmiş və birinci bağlamada 19 ədəd sellofan bükümdə qurudulmuş marixuana, ikinci bağlamada 60 ədəd listdə, hər listdə 10 ədəd olmaqla ümumilikdə 600 ədəd metadon həbi və 05 ədəd sellofan bağlamada qurudulmuş marixuana olması müəyyən edilmişdir. Bağlamalar tərəzidə çəkilmiş və bağlamalardan birinin ümumi çəkisi 8.350 qram, digərinin ümumi çəkisi 8300 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən axtarış keçirilmiş və hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilən qurudulmuş marixuana və metadon həbləri üç ədəd bağlamada ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq aşkar edilmiş kütlələrin ona məxsus olduğunu, sosial şəbəkələr vasitəsilə tanış olduğu “Dinara” adlı İİR vətəndaşından əldə etdiyini, sonuncu ilə “WhatsApp” təbiqi vasitəsilə əlaqə saxladığını, nömrəsinin mobil telefonunda “z a n” kimi qeyd olunduğunu, nömrəsinin “+98” ilə başladığını, narkotik vasitələri onunla məkan paylaşıldıqdan sonra iranlı şəxsin qoyduğu yerdən götürdüyünü bildirmişdir. Bundan başqa o, “Dinara” adlı iranlının həmin narkotik vasitələri bir gün saxladıqdan sonra özünün qərarı ilə başqa yerə qoyacağını və buna görə 1500 manat pul və ya 1 kiloqram qurudulmuş marixuana verəcəyini demişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ilk dəfə narkotik vasitə əldə etdiyini, narkotik vasitə əldə etməsindən heç kəsin xəbəri olmadığını, onunla birlikdə bölməyə aparılan şəxsin taksi sürücüsü olduğunu, onu əvvəllər tanımadığını, 20 Yanvarda onun idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektinə gəldiyini, X17 bağlama götürmək üçün getdiyini, sonuncunun həmin bağlamanın içində olan əşyadan xəbəri olmadığını, Nizami rayonuna gedib qayıtması üçün 16 manat vercəyini, həmin pulu kart vasitəsilə ödədiyini bildirmişdir. O, həmçinin istifadəsində olan bank kartına narkotik vasitələrin dövriyyəsindən əldə edilən pul vəsaitinin köçürülmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri götürdükdən sonra qaçarkən yıxılması nəticəsində aldığını, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yarMədətmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci siyahısının 109.1-ci bəndinə əsasən - təmiz halda 500 (beş yüz) qramdan 50000 (əlli min) qramadək çəkidə qurudulmuş marixuana, 11-ci bəndinə əsasən 1,6 (bir tam onda altı) qramdan 160 (yüz altmış) qramadək çəkidə narkotik vasitə metadon külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı, Şahid4 idarə etdiyi Toyota Prius markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi zamanı CPM-nin 236-cı maddələrinin tələblərinə də riayət edilmişdir. Belə ki, 05 iyun 2024-cü il tarixli şəxsi axtarış və baxış videoçəkilişlə aparılmış və şəxsi axtarış zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində olan marixuana və metadon həblərini könüllü təqdim etmişdir. O, məhkəmə baxışı zamanı narkotik vasitə istifadəçisi olduğunu bildirsə də, 200 qram narkotik vasitəni almaq üçün getdiyini, narkotik vasitəni götürməmiş polis əməkdaşları tərəfindən saxlanıldığını, qaçmağa cəhd etdiyi üçün sonuncular təəfindən döyüldüyünü və bu səbəbdən şəxsi axtarış zamanı aşkar edilən narkotik vasitələri boynuna götürdüyünü və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirərək ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hissədə razılaşmayaraq qeyd edir ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Polis Bölməsinə aparıldıqdan sonra orada müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üzərində olan iki ədəd bağlamada olan qurudulmuş marixuana və metadon həblərini təqdim etmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. İbtidai istintaqın sonrakı mərhələlərində də, həmçinin barəsində həbs qətimkan tədibiri seçilməsi məsələsinə baxılarkən məhkəmədə polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı heç bi fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı o da qeyd edilməlidir ki, sonuncu 05 iyun 2024-cü il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmış, 06 iyun 2024-cü il tarixdə barəsində məhkəmə-tibbi ekspertizası keçirilməsi barədə qərar qəbul edilmiş və ekspertizadan keçirilmişdir. Ekspertiza zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarından qaçaraq məftil-bizvari çıxıntılar olan hasardan yapışıb tullanmaq istəyərkən əllərinin ovuc səthinin cırıldığını, qarın sahiyəsinin sıyrıldığını bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 330/MEŞ saylı ilə onun üzərindən aşkar edilən xəsarətlərdən sol əlin ovuc səthinin cırılmış səthi yarası və sıyrıqları, qarının ön divarının sıyrığı, sol dizin ön səthinin sıyrıqlarının məftil və çıxıntıları olan hasardan aşmaq istəyərkən yarana bilməsi, digər xəsarətlərin müayinədən 5-6 gün əvvələ uyğun gəlməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs xəsarətləri ilə bağlı həmçinin qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları sonuncunun qaçmağa cəhd edərkən əlindən xəsarət aldığını, digər Şahid4 Vüsalın əlində xəsarət olduğunu gördüyünü bidirmişdir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən marixuana və metadon aşkar edilməsi ilə bağlı məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi deyil, ibtidai istintaq zamanı vermiş olduğu xx.xx.2024-cü il, 07 iyun 2024-cü il və 03 sentyabr 2024-cü il tarixli ifadələri daha mötəbər və inandırıcı hesab edilməlidir. İstintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokolları, şahidlərin ifadələri və işdə olan digər sübutlarla də dəstəklənmişdir. Həmçinin hazırki iş üzrə görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitələrin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitəni təqdim etmişdir. Bundan başqa o, barəsində həbs qətimkan tədbiri seçiləsi barədə təqdimata baxılarkən özünü təqsirli bilərək üzərindən aşkar edilən narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini, qeyd edilən ünvana qoyacağı halda 1500 manat məbləğində pul əldə edəcəyini, maddi ehtiyacı olduğu üçün bu yola əl atdığını, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitələrin iki ayrı müxtəlif növdə olması, həmin narkotik vasitələrdən qurudulmuş marixuananın ayrı-ayrı bükümlərə ayrılması (iyirmi dörd ədəd ayrı bükümdə), həmin narkotik vasitənin satış üçün hazır vəziyyətə gətirilməsi, onun satış məqsədinə təsdiq edən haldır. Təqsirləndirilən şəxs ifadəsindən də aydın olur ki, o, İran vətəndaşından 1 kq marixuana və ya 1500 manat müqabilində narkotik vasitəni götürərək başqa yerə qoyacağını bildirmiş və bu da Təqsirləndirilən şəxs qacanc güddüyünu təsdiq edir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən qurudulmuş marixuana və metadon həbləri şəxsi istifadə üçün müəyyən edilmiş miqdardan dəfələrlə çox olmuşdur ki, bu da onun narkotik vasitələri satış məqsədilə əldə etməsinə dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən də aydın olur ki, o, İran İslam Respublikası vətəndaşı olan “Dinara” adlı şəxslə “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqə saxladığını, sonuncunun həmin narkotik vasitələri bir gün saxladıqdan sonra özünün qərarı ilə başqa yerə qoyacağını və buna görə 1500 manat pul və ya 1 kiloqram qurudulmuş marixuana verəcəyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və “Dinara” adlı İran vətəndaşından götürməklə faktiki olaraq narkotik vasitəni əldə etmə, daşıma və saxlama ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli qərarına göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Ona görə də, təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun cəzasının çəkilməmiş hissəsi nəzərə alınmaqla, əvvəlki məhkumluğunda qalan cəzanın çəkilməmiş hissəsi şəxsə yeni təyin ediləcək cəzaya qismən birləşdirilməli və təyin ediləcək cəza yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Odur ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilməli və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş lakin çəkilməmiş, 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü 1 (bir) günə bərabər tutulmaqla 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə kimi hesablanmaqla hazırki cinayət işi üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməli və üzərində saxlanılacaq cəzanın əvvəli 05 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 15712,6 qram narkotik vasitə qurudulmuş marixuana və 23,2 qram olan metadon həbləri məhv edilməli, 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs (razılığı olduğu halda yaxın qohumlarına) qaytarılmalı, 04 (dörd) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizalarına sərf edilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Məhkəmə mərhələsində göstərilmiş 65 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi üçün vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 390 (üç yüz doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 aprel 2022-ci il hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş, lakin çəkilməmiş 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə kimi hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki cinayət işi üzrə ona təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində hökmlərin məcmusu qaydasında 07 (yeddi) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 05 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 15712,6 qram narkotik vasitə qurudulmuş marixuana və 23,2 qram olan metadon həbləri məhv edilsin, 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs, razılığı olduğu halda yaxın qohumlarına qaytarılsın, 04 (dörd) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxanılsın. İş üzrə məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizalarına sərf edilmiş 138 (yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi ödənilməsi üçün “Fides” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 390 (üç yüz doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar