Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-577/2022 19.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 10 : 10 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi - atası Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2004-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal İqtisadiyyat” fakultəsinin “İnformasiya təhlükəsizliyi” ixtisasının dövlət sifarişli əyani təhsil üzrə 1-ci kurs tələbəsi, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi ev 7, mənzil 58 -də qeydiyyatda olmaqla yaşayan (şəxsiyyətini təsdiq edən sənəd №-AA*******, FİN-xxxxxxx) barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı Şahid3 24 may 2021-ci il tarixdə Şahid1 ilə aralarında baş vermiş mübahisə nəticəsində nalayiq ifadələrə məruz qalmaqla döyülməsini aydınlaşdırmaq üçün “İnstaqram” sosial şəbəkəsində Şahid1la əlaqə saxlayaraq qarşılıqlı razılaşma əsasında 29 may 2021-ci il tarixdə Nəsimi rayonu Azər Əliyev küçəsində yerləşən 9 saylı yaşayış binasının qarşısında görüş təyin edib, həmin gün saat 22 radələrində tanışı Səfərov Əli Rəvan oğlu və Şahid3 ilə birlikdə qeyd olunan ünvanın qarşısında Şahid1 və sonuncu ilə gəlmiş Zərərçəkmiş şəxs və Hüseyn adlı şəxslə görüşüb mübahisənin səbəbini aydınlaşdıran zaman, Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan onun sifət nahiyyəsindən yumruqla vuraraq yerə yıxdığına görə sonuncudan qisas almaq niyyəti ilə üzərində olan zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici ucu deşici xassəyə malik olan soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı turist bıçağını çıxarıb həmin bıçaqla bir dəfə qəsdən Zərərçəkmiş şəxs sinə nahiyəsindən vuraraq ona döş qəfəsinin ön səthinin daxilə nüfuz edən və pnevmohemotoraksla, yəni plevra boşluğuna havanın və qanın toplanması ilə müşayiət olunan 1 ədəd deşilmişkəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə 31.01.2022-ci il tarixdə qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə1 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid3 və Şahid2 onun qonşusudur. Şahid1 və X1 Nəsirovu döydüyünü və Şahid1 Şahid3 anasının ünvanına nalayiq söyüşlər söydüyünü, ona görə də Şahid3 Şahid1 vurmaq istədiyini ona bildirmişdir. Şahid3 döyülməsi barədə dostları Şahid2 da məlumatı olduğunu, Şahid2 Şahid1 axtarırmış, onlar Şahid1 “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tapmış, Şahid1 görüşə dəvət etmiş, Şahid1 “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə onların və Şahid3 ünvanına nalayiq sözlər demişdir. O, dostlarına Şahid1 “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə görüşə razı saldığını bildirmişdir. 29 may 2021-ci il tarixdə saat 22 radələrində o, dostu Şahid2 və Şahid3la birlikdə Nəsimi rayonu Azər Əliyev küçəsinə Şahid1 yaşadığı evin yaxınlığına getmiş, ora gedərkən o, üstündə bıçaq götürmüş, Şahid1 ora sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs və Hüseyn adlı şəxslə birlikdə gəlmişdir. Söhbət zamanı Şahid3 Şahid1 24 may 2021-ci il tarixdə aralarında baş vermiş dalaşma zamanı Şahid1 onu döyməyi və söyməyin səhv hərəkət olduğunu bildirmiş, bu zaman qəflətən Şahid1 Şahid3 yumruqla vurmuş, bundan sonra o, Şahid3 qarşısına keçmiş, həmin vaxtı Şahid1 tanışı Zərərçəkmiş şəxs ona tərəf gələrək onun başına yumruqla vurmuş, o da Zərərçəkmiş şəxs yumruq və təpiklə vurmağa başlamış, bir-birilərinə yumruq və təpik vurmuşlar, sonra dalaşaraq yerə yıxılmışlar, yerdə olan zaman da Zərərçəkmiş şəxs onu vurmaqda davam etmiş, Zərərçəkmiş şəxs gücü çatmadığı üçün əynində olan şalvarın sağ yan cibində saxladığı bıçağı çıxardaraq Zərərçəkmiş şəxs qarın nahiyəsinə tərəf vurmuş, lakin Zərərçəkmiş şəxs hərəkət etdiyinə görə bıçaq onun sinə nahiyəsinə dəymiş, Zərərçəkmiş şəxs bıçaq zərbəsindən sonra yerə yıxılmışdır. O, etdiyi hərəkətə çox pis olmuş, Zərərçəkmiş şəxs yaxınlaşıb “sənə lazım idi dalaşmaq, məni vurmaq” demiş, daha sonra Zərərçəkmiş şəxs kömək edib yerdən qaldıraraq daşa söykənmişdir. Daha sonra o, “103” təcili tibbi yardım zəng etmişdir. Həmin vaxtı Şahid2 ona yaxınlaşıb əlindəki bıçağı ondan alıb Hüseyn adlı şəxsin üstünə getmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs üst-başının qanlı olduğu görüb özünü pis hiss etmiş və oradan uzaqlaşıb yaşadığı evə tərəf getmişdir. Məhkəmədən zərərçəkmiş şəxslə barışmasının, Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci kurs tələbəsi olmasının nəzərə alınaraq, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 29 may 2021-ci il tarixdə saat 17 radələrində Nəsimi rayonu, Həsən Əliyev küçəsində tanışı Şahid1 yaşadığı evin yaxınlığında gəzən zaman Şahid1la rastlaşmışdır. O, onunla görüşüb bir qədər söhbət etdikdən sonra yaxınlıqda olan futbol meydançasına getmiş, 30-40 dəqiqə futbol oynadıqdan sonra orada bir neçə saat gəzmişdir. Həmin vaxtı saat 22 radələrində atası ona zəng vurub harada olduğunu soruşmuş və təcili evə gəlməyini bildirmiş, o da oradan evə tərəfə yola düşmüşdür. Şahid1 evinin yaxınlığından keçərkən bir daha Şahid1la rastlaşmış, ona yaxınlaşıb söhbət etmiş, sonra Rüfət Hüsenovla gəzərək bir neçə dəqiqədən sonra tanımadığı üç nəfər şəxs onlara tərəf gələrək onlara yaxınlaşmışlar. Onlar onun məlumatı olmadığı hadisə ilə bağlı danışmış, sonra mübahisə yaranmış, həmin vaxtı gözlənilmədən dava-dalaş başlanmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs ilə dalaşmış, dalaşma zamanı yerə yıxılıb yerdən qalxmışlar Təqsirləndirilən şəxs onu bıçaqla vurmuş, həmin an sinəsinin sol nahiyəsində yanğı hiss etmiş və halı pisləşmiş, nəfəs ala bilməmiş, əlini sinəsinə vuraraq qan olduğunu görmüşdür. Bundan sonra yerdə oturmuş, bir neçə dəqiqə yerdə qalmış, sonra Təqsirləndirilən şəxs əlində bıçaq görmüş və Təqsirləndirilən şəxs onu bıçaqla vurduğu ona məlum olmuşdur. Sonra Təqsirləndirilən şəxs ona kömək etmək istəmiş, lakin o, Emilin ona köməklik etməyinə imtina etmişdir. Bundan sonra o, ayağa qalxmış, bir qədər yeriyərək yola tərəf çıxıb taksiyə minib getmək istəmiş, lakin yeriyə bilməmiş, yerdə oturmuş, onu tanımadığı şəxslər xəstəxanaya aparmışlar. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət, tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Şahid3 və Təqsirləndirilən şəxs təxminən bir neçə ildir ki, tanımış, onunla dostluq münasibətləri vardır. 24 may 2021-ci il tarixdə Şahid3 işlədiyi Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Bibəri” adlanan restorana gedib orada Şahid3la görüşüb söhbət edərkən, sonuncunun dodaq nahiyəsinin yaralandığını görmüş, Şahid3dən nə baş verdiyini soruşmuş, Şahid3 turnikdə idman hərəkətləri edən zaman aralarında mübahisə yarandığını bu səbəbdən də Şahid1 və Nihad Əliyev onu döydüklərini bildirmişdir. O da Şahid1 “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə Rüfətlə əlaqə saxlamış, Dünyamin Nəsirovu hansı səbəbə görə vurduğunu soruşub aralarında mübahisə etmiş və qərarlaşdırmışlar ki, aralarında olan söhbətin həll yolu onların görüşməyidir. O, bu məsələdən dostları Təqsirləndirilən şəxs da məlumatı olduğunu, həmçinin Təqsirləndirilən şəxs da Şahid3 vurmasının səbəbini izah etməsi üçün Şahid1 görmək istədiyini bildirmişdir. O, Şahid3 ona zəng edərək Rüfətin Şahid3la söhbəti həll etmək üçün çağırdığını bildirmişdir. O, sakitliklə mübahisəyə son qoymaq üçün Rüfətlə görüşməyi qərarlaşdırmış, 29 may 2021-ci il tarixdə saat 22 radələrində Şahid3 və Təqsirləndirilən şəxsla birlikdə Nəsimi rayonu Azər Əliyev küçəsində Şahid1 çağırdığı yerə getmiş, Şahid1 ora Zərərçəkmiş şəxs və Hüseyn adlı şəxslərlə gəlmişdir. O, Rüfətdən Şahid3 hansı səbəbə görə vurduğunu və nalayiq söyüşlər söydüyünü soruşduqda Şahid1 da Şahid3 cavabında “sən məni vurmuşdun və söymüşdün–deyə mən də sənin etdiklərini sənə elədim” – deyərək Şahid3 yaxınlaşmış və həmin vaxtı dalşama baş vermişdir. Dalaşma zamanı Şahid3 qaçmış, Zərərçəkmiş şəxsla, Təqsirləndirilən şəxs üstünə hücum etmiş, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs biri-birləri ilə tutaşmış, biri-birlərini yumruq və təpiklə vurmuşlar. O, Hüseyin adlı şəxslə dalaşmış, dalaşma zamanı Hüseyn onu o, da Hüseyni vurmuş, Hüseynin əlində bıçaq görmüş, Hüseyn bıçaqla sol əlinə vurmuş, o, Hüseyndən uzaqlaşıb Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Təqsirləndirilən şəxs bıçağı almış və həmin vaxtı Zərərçəkmiş şəxsın üstü qanlı yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, Hüseynə tərəf getmiş, Hüseyni vurmaq istəmiş, Rüfət onu qarşısına çıxmış Hüseyni vurmağa qoymamış, onu yumruqla vurmuşdur. Rüfət çevrilib getmək istəyərkən o, bıçaqla Rüfətin sağ budunun yuxarı hissəsinə vurmuş, Rüfət bıçaq zərbəsindən yerə yıxılmışdır. Bundan sonra o, oradan uzaqlaşıb qaçıb gedərkən yolda Təqsirləndirilən şəxs aldığı bıçağı yerə tullamış, oradan da yaşadığı binanın qarşısına getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahid2 və Təqsirləndirilən şəxs onun qonşusu olmuş, bir məhəllədə yaşamışlar, münasibətləri yaxşı olmuş və dostluq etmişlər. 24 may 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Nəsimi rayonu H.Əliyev küçəsində yerləşən turnikdə dartınmağa və paralel qol idman qurğularında məşq etməyə getdiyini, orda tanış olduğu Şahid1 və X3 da idman etdiyini görmüşdür. O da onlarla birlikdə idman edərkən Şahid1 paralel qolda fənd etdiyini və həmin fəndi etməyi bacarıb bacarmadığını ondan soruşmuş, bu zaman o, Şahid1 həmin fəndi edə bilmədiyini demiş, Şahid1 da onun dediyini məsxərə kimi başa düşmüş və orada olan Şahid1 Nihad Əliyevlə birləşərək onu yaxınlıqda olan binanın künc hissəsinə söhbətə çağırmış, söhbət zamanı Şahid1 Nihad Əliyevlə birləşib onunla dalaşmışlar. Onlar biri birlərinə nalayiq söyüşlərdən istifadə etmiş, sonra da o, oradan uzaqlaşıb getmişdir. O, həmin günü Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Bibəri” adlanan restoranında olan zaman Şahid2 ora gəlmiş onun dodaq nahiyəsinin yaralandığını gördükdə Şahid2 ondan nə baş verdiyini soruşmuşdur. O da Şahid1 Nihad Əliyevlə birlikdə onu döydüklərini söyləmişdir. Sonra o, Şahid1 tanışları vasitəsi ilə tapmış, Şahid1 və Şahid2 “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, ondan üzür istəməsini tələb etmiş, lakin Şahid1 üzr istəməmişdir. Bir müddət sonra Şahid1 ona yazaraq 29 may 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Azər Əliyev küçəsi 9 №-li binanın yaxınlığına aralarında olan mübahisəni aydınlaşdırmaq üçün tək gəlməsini demiş, o da həmin ünvana Təqsirləndirilən şəxs və Şahid2la getmişdir. O, baş vermiş mübahisəni aydınlaşdıran zamanı Şahid1 ora Zərərçəkmiş şəxs və Hüseyn adlı şəxslərlə gəldiyini bildirmişdir. O, Rüfətə onu vurmaqda düz etmədiyini, üzr istəməsini demiş, Rüfət də ondan üzr istəmədiyini bildirərək onun üstünə gəlmiş, ona yumruq atmış, yumruq onun başına dəymiş, həmin vaxtı dava-dalaş başlamış, o, dalaşmadan qorxub oradan qaçaraq uzaqlaşıb yaşadığı binanın qarşısına getmişdir. Məhkəmədə ifadəsi elan edilmiş şahid və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur, 29 may 2021-ci il tarixdə saat 21 radələrində yaşadı evə gəlmiş, həyat yoldaşından Turalı soruşmuş, Turalın həyətdə olduğunu bildirmişdir. O, Turalın mobil nömrəsinə zəng etmiş, onu evə çağırmış, Tural da evə tez gələcəyini söyləmiş, lakin, Tural gəlmədiyinə görə o, narahat olmuş, həmin günü saat 22 radələrində bir daha Turala zəng etmiş, lakin Tural telefona cavab verməmişdir. Uzun zənglərdən sonra tanımadığı şəxs ona cavab vermiş, ona təcili “Ximqaradok” deyilən yerə gəlməsini Turalın bıçaqla vurulduğunu yerdə yıxılmış vəziyyətdə olduğunu söyləmişdir. O da təcili deyilən yerə getmiş, Turalin yıxılmış vəziyyətdə halının özündə olmadığını, Turalın cavab verə bilmədiyini, təcilə yardıma zəng etmiş, hadisə barədə söyləmiş, bir neçə dəqiqədən sonra təcili yardım gəlmiş, Turalı xəstəxanaya aparmışdır. Sonradan ona məlum olmuşdur ki, oğlu Tural dalaşma zamanı Emil tərəfindən bıçaqla vurlumuşdur. Məhkəmə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 24.05.2021-ci il tarixdə yaşadığı evin yaxınlığında tanışı Əliyev Nihad Mayis oğlu ilə turnikdə idman edən zaman Şahid3 turnikdə idman etməyə başlamışdır. Şahid3 turnikdə hərəkət göstərmiş və həmin hərəkəti etməsini ona bildirmiş, ondan sonra Şahid3 onun etdiyi hərəkətinə gülmüş bu səbəbdən də onlar dalaşmışlar. Həmin vaxtı Şahid3 ona nalayiq söyüş söymüş, sonra da biri-birlərindən aralaşaraq oradan yaşadığı evə getmişdir. Həmin günü “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə Şahid3 ona mesaj yazmış və onu dalaşdıqları yerə görüşə çağırmışdır. O da Şahid3 mesaj yazaraq ayrı vaxtı görüşəcəklərini bildirmiş, “instaqram” vasitəsi ilə Şahid3 dostu Şahid2 da onu görüşə çağırmışdır. O, 29 may 2021ci il tarixdə saat 17 radələrində Şahid3 mesaj yazaraq onu dostları ilə birlikdə söhbətə çağırmış, onlar görüşlərini əvvəl dalaşdıqları yerə, yəni Nəsimi rayonu Azər Əliyeev küçəsinə təyin etmişlər. O, yaşadığı məhəllədə olan zaman təsadüfən dostu Hüseyn gəlmiş, Şahid3la aralarında söhbəti olacağını, Şahid3 dostları ilə gələcəyini demiş, Hüseyn də ona söhbət zamanı onu tək qoymayacağını demişdir. Həmin günü saat 22 radələrində əvvəllər yaxın münasibətdə olduğu tanışı Zərərçəkmiş şəxs onların məhəlləsinə gəlmiş, onlar söhbət etdiyi zaman, Şahid3 ona zəng edib onu Nəsimi rayonu Azər Şahid2 küçəsinə binanın tininə çağırmış, o da Zərərçəkmiş şəxs və Hüseynlə birlikdə Nəsimi rayonu Azər Şahid2 küçəsinə getmiş, bir neçə dəqiqə keçdikdən sonra ora Şahid3 Şahid2 və Təqsirləndirilən şəxsla birlikdə gəlmişdir. O, Şahid3 söyüş söyməyinin açıqlama verməsini demiş, Şahid3 da onun dostu X3 onu vurduğu üçün söyüş söydüyünü bildirmişdir. O, Şahid3 üzr istəməsini söyləmiş, Şahid3 da ondan üzr istəməyini tələb etdiyi üçün aralarında mübahisə yaranmış, mübahisə zamanı Şahid3 onun üstünə gəlmiş, o da Şahid3 sifətinə yumruq vurmuşdur. Şahid3 qaçaraq oradan uzaqlaşaraq getmiş, həmin vaxtı Təqsirləndirilən şəxs onun qarşısına çıxmış, o da onu yumruqla vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs qarşısına keçmiş, dalaşma baş vermişdir. O, həmin vaxtı Şahid2 ilə Hüseynin dalaşdığını görmüş, onları aralamış, Şahid2 Təqsirləndirilən şəxs yaxınlaşıb bıçağı ondan alıb Hüseynin üstünə gəlmişdir. O da Şahid2 qarşısına çıxaraq Hüseyni vurmağına imkan verməmiş, həmin vaxtı o, Hüseynin də əlində bıçaq görmüş, Şahid2 ilə Hüseynin bir-birlərini bıçaqla vuracaqlarından qorxduğu üçün onları aralamış, həmin zaman Şahid2 bıçaqla onun sağ arxa yan hissəsindən vurmuş, o, bıçağın zərbəsindən yerə yıxılmış, Şahid2 onu orada qoyub getmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Nəsimi rayonu Həsən Əliyev küçəsi 1D mənzil 6-da yaşayır, 29 may 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı evin eyvanından həyətə baxan zaman bir nəfər şəxs eyvanın altında səkidə uzanmış vəziyyətdə olduğunu, həmin şəxsin üstü qanlı olduğunu görmüş və o, bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat vermişdir, o, həmin vaxtı orada səs küy eşitməmiş, dava-dalaşmanı görməmişdir. İş materiallarında olan, Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin 14.06.2021-ci il tarixli 462 №-li ekspertiza rəyin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət-döş qəfəsinin ön səthinin daxilə nüfuz edən və pnevmohemotoraksla (plevra boşluğuna havanın və qanın toplanma, müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir, törənmə müddəti onun tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 29.05.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş yara cərrahi müdaxilə zamanı işləndiyindən, həmçinin yaranın xarakteri və yara kanalının dərinliyi tibbi sənəddə göstərilmədiyindən həmin yaranın ekspertizaya təqdim edilmiş bıçağın təsirindən yetirilib-yetirilməməsi haqqında konkret fikir söyləmək mümkün deyildir. Bu məsələnin həlli üçün Zərərçəkmiş şəxs hadisə anında əynində olan paltarın xüsusi tibbi-kriminalistik müayinəsinin aparılması məqsədə uyğundur. (cild 01, iş vərəqə 218-220) AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik Hüquqi Şəxsin kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının Təqsirləndirilən şəxs barəsində 17.06.2021-ci il tarixli 1297 saylı rəyin yekun hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir pisixi xəstəliyin əlamətləri aşkarlanmır, hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, o, ünsiyyətçillik, emosianallıq tənqid və təhqirə qarşı həssaslıq, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətə malikdir. Əqli-intellektual inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilmədi. Əqli-intellektual imkanları normaya uyğundur. O, psixi inkişaf xüsusiyyətlərinə uyğun olaraq qərarın təsviri hissəsində qeyd edilmiş hadisə zamanı yaranmış şəraiti adekvat olaraq qavramaq, öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. (cild 01, iş vərəqə 249-251) Məhkəmə Ekspertiza Mərkəzin balistik və trasoloji ekspertizasının 13.07.2021-ci il 3/1196 №-li rəyin nəticə hissəsində göstərilmişdir ki, “Tədqiqata təqdim edilən 01 (bir) bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır və soyuq silah hesab edilmir.” (cild 02, iş vərəqə 5-8) İş materiallarında olan 29.05.2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yerinə baxış zamanı Nəsimi rayonu Həsən Şahid2yev küçəsi 1 D ünvanda səkinin üzərində qan izləri olan götürülmüş bir ədəd bıçaq Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin bıçağı tanıyıb göstərərək 29 may 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Azər Əliyev küçəsində Zərərçəkmiş şəxs Elxan oğlunu vurduğu bıçaq olduğunu bildirmişdir. (cild 01 iş vərəqə 179-180) İş materiallarında olan 19.08.2021-ci il tarixli tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, 29.05.2021-ci il tarixdə hadisə yerinə baxış zamanı Nəsimi rayonu Həsən Şahid2yev küçəsi 1 D ünvanda səkinin üzərində qan izləri olan götürülmüş bir ədəd bıçaq Şahid2 tanınmaya təqdim edilmiş, Şahid2 bıçağı tanıyıb göstərərək 29 may 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Azər Əliyev küçəsində Təqsirləndirilən şəxs aldığı bıçaq olduğunu bildirmişdir. (cild 02, iş vərəqə 12-13) İş materiallarında olan 17.07.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı onlar ifadələrində göstərdiklərini təsdiq etmişlər. (cild 01, iş vərəqə 243-245) İş materiallarında olan 31.07.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı Şahid3 ilə Şahid1 arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı onlar ifadələrində göstərdiklərini təsdiq etmişlər. (cild 02, iş vərəqə 01-02) Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26.08.2021-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 2, iş vərəqə 19) İş materiallarında olan, Azərbaycan Dövlət İqtisad Universitetinin 24 yanvar 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal İqtisadiyyat” fakultəsinin “İnformasiya təhlükəsizliyi” ixtisasının dövlət sifarişli əyani təhsil üzrə 1-ci kurs tələbəsidir və 4 illik təhsil müddətini 05.07.2025-ci il tarixədək bitirməsi nəzərdə tutulur. İş materiallarında olan Texniki-Humanitar Lisey tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 01, iş vərəqə 234) İş materiallarında olan yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş 11.04.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənilmiş, onunla barışmışlar və ona qarşı şikayət, tələbləri yoxdur. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, AR CM-in 59.1.2-ci maddəsinə əsasən cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, tələbə olmasını, müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün olmadığından, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. AR CM-in 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan hesablanmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vərəqə 57-58) İş materiallarında olan 31.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilərək, o, həbsdən azad edilmişdir. (cild 01, iş vərəqə 165-167) Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30.05.2021-ci il tarixdən 31.05.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilərək, o, dərhal məhkəmə iclası zalından həbsə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin maddi sübutların saxlanma yerində saxlanılan 01 ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 64 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 19 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. AR CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 19 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclası zalından həbsə alınsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Nəsimi RPİ-nin maddi sübutların saxlanma yerində saxlanılan 01 ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-577/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-577/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver