Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-578/2020 11.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru X1, müdafiəçi – “Ədalət” Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından suiistifadə etməklə və ona qızıl zinyət əşyalarını satıb qısa zaman ərzində pulunu gətirəcəyinə dair yalan vəd verib aldadaraq, 2017-ci ilin sentyabr ayının sonlarında Nərimanov rayonu, Təbriz küçəsi 106A ünvanında yerləşən “Metropark” ticarət mərkəzinin arxasında Zərərçəkmiş şəxs üzərində hər biri 6 (altı) karat olmaqla dörd ədəd yaşıl rəngli iri ölçülü zümrüd qaşları olan boyunbağıdan və üzərində bir ədəd 6 (altı) karatlı yaşıl rəngli iri ölçülü zümrüd qaşı olan qızıl qolbaqdan ibarət, ümumilikdə 24 karat brilliant qaşlarla əhatə olunmuş, ümumi çəkisi 113 qram 750 əyarlı, 56.440 (əlli altı min dörd yüz qırx) manat dəyərində ağ rəngli qızıl dəstini alaraq ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı Vüsal Mehrəliyev yazılı vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə AzərbaycanRespublikasıCPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələblərinin pozulduğunu bildirmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayətişiüzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasını və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon X8 Şöbəsinin müstəntiqi, polis baş leytenantı X5 tərəfindən yol verilən kobud qanun pozuntularına görə barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib tərəflərin fikirlərini dinləyərək və dövlət ittihamçısı tərəfindən verilmiş yazılı vəsatətinin dəlillərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Ona görə də ********* nömrəli cinayətişiüzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materiallarından görünür ki, cinayət işi Suraxanı rayon prokuroru baş ədliyyə müşaviri Rəhim Əliyev tərəfindən xx xxxxxx 2015-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılaraq ibtidai istintaqın davam etdirilməsi üçün Suraxanı RPİ- nin İstintaq Şöbəsinə göndərilmişdir. xx xxxxxx 2019-cu il tarixdə həmin cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğu tərəfindən Nərimanov rayon prokurorluğu vasitəsilə Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı xx xxxx 2020-ci il tarixdə tərtib edilməklə xx xxxx 2020-ci il tarixdə təsdiq edilib, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 289.2.3-cü maddəsinə əsasən, ittiham aktının giriş hissəsində barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat - cinayət işinin nə vaxt, hansı əsasla və kimin tərəfindən başlandığı, iş üzrə nə vaxt, kimin tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kimin tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kimin tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi göstərilməlidir. Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş ittiham aktı aşağıda qeyd edilən hissələrdə cinayət prosessual qanunvericiliyin imperativ tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası CPM-nin 46.2-ci maddəsinə əsasən, cinayət işinin başlanması üçün səbəb törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. Cinayət işi üzrə tərtib edilmiş ittiham aktının giriş hissəsində göstərilən xüsusata əməl olunmayaraq qeyd edilmişdir ki, “cinayət işinin başlanmasına əsas və səbəb X7 tanışı Elxan adlı şəxslə birlikdə vətəndaş X6 məxsus BMW 745 markalı avtomobili, eləcə də 10.000 (on min) ABŞ dolları pulu alıb, avtomobilin dəyəri olan 15.000 (on beş min) ABŞ dolları pulu və 10.000 (on min) ABŞ dolları pulu bir ay ərzində ödəyəcəyinə dair yalan vəd verib vədinə əməl etməməsi barədə Ş.Ə.Qəhrəmanovun ərizəsi əsasında toplanmış materiallar olmuşdur”. Bundan əvvəl isə ittiham aktında qeyd edilmişdir ki, cinayət işi fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmışdır. Məlum olduğu kimi ittiham aktının giriş hissəsində bir halda cinayət işinin toplanmışmaterial üzrə, digər halda isə fakta görə başlanılması barədə bir-birinə zidd əsaslar qeyd edlmişdir. Halbuki, CPM-nin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. İttiham aktının giriş hissəsinində qeyd edilən mətnin məzmununda müvafiq məlumat və həmin məlumat əsasında toplanmış materiallarda, o cümlədən fakta görə cinayət işinin başlanması üçün əsas qismində çıxış edən cinayətin əlamətlərinə kifayət qədər işarə edən heç bir dəlilə istinad olunmamışdır. Bu isə ona dəlalət edir ki, cinayət işinin başlanılması səbəbi və əsası ilə bağlı ittiham aktının giriş hissəsində göstərilənlər cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bundan başqa, ittiham aktının giriş hissəsində iş üzrə nə vaxt, kimin tərəfindən, kimin barəsində ittihamın irəli sürülməsi, nə vaxt, kimin tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, eləcə də nə vaxt, kimin tərəfindən və hansı əsasla cinayət işi üzrə icraatın dayandırılmasına dair cinayət-prosessual qanunvericiliyin tələblərinə də düzgün əməl edilməmişdir. Belə ki, ittiham aktının giriş hissəsində xx xxxxxx 2020-ci il tarixdə cinayət işi üzrə icraatın CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılması, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-in əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilməsi, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında qərarın qəbul edilməsi, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi ilə bağlı ittihamın elan olunması qeyd olunmuşdur. CPM-nin 53.1.2-ci maddəsində - təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda cinayət təqibi üzrə icraatın dayandırılmasına yol verilməsi nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu, xx xxxxxx 2020-ci il tarixdə onun təqsirləndirilən şəxs qismində cəlb edildiyi və həmin tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham elan edildiyi halda, xx xxxxxx 2020-ci il tarixdə cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yerin müəyyən olunmaması səbəbi ilə dayandırılması başa düşülən və aydın deyil. Başqa sözlə, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində çıxış etmədiyi və bu statuslara malik olmadığı halda cinayət işi üzrə icraatın təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yerin müəyyən olunmaması səbəbi ilə dayandırılması (CPM-nin 56.1.2-ci maddəsi) CPM-nin tələblərinə ziddir və həmin tələblərlə qətiyyən uzlaşmır. CPM-nin 289.4-cü maddəsinə əsasən, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir. Eləcə də, CPM-nin 223.3.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti, CPM-nin 223.4-cü maddəsinə əsasən, həmin qərarın nəticə hissəsində şəxsin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsi göstərilməlidir. Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın mətnindən, eləcə də məzmunundan aydın görünür ki, CPM-nin 223.3.2 və 289.4-cü maddələrinin tələbləri pozulmuşdur. İttiham aktının təsviri-əsaslandırıcı və nəticə hissəsində cinayət hadisəsinin baş vermə vaxtı ziddiyətli olmaqla cinayət işinin faktiki halları ilə uyğun gəlmir. Təqsirləndirilən şəxsə verilmiş ittihamın məzmununda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus olan əmlakı 2017-ci ilin sentyabr ayının sonlarında etibardan sui-istifadə etmə və aldatma yolu ələ keçirdiyi müəyyən olunur. Lakin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində qızıl dəstini 2017-ci ilin sentyabr-oktyabr aylarında Təqsirləndirilən şəxs verdiyini, Şahid3 ifadəsində qızıl dəstinin Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs təxminən avqust-sentyabr aylarında verildiyini, Şahid2 isə ifadəsində qızıl dəstinin Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs təxminən sentyabr-oktyabr aylarında verildiyini bildirmişlər. Azərbaycan Respublikası CM-nin 223.1-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. Hazırkı cinayət işi üzrə ilkin sübutların məcmusunda isə hadisənin baş vermə vaxtı və tarixi təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın təsviri əsaslandırıcı hissəsində göstərilən vaxt və tarixlə ziddiyət təşkil edir. Göstərilənlərdən başqa, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda cinayət prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə cinayətin nəticəsi tam göstərilməmişdir (ümumi çəkisi 113 qram 750 əyarlı, 56.440 (əlli altı min dörd yüz qırx) manat dəyərində olan ağ rəngli qızıl dəsti). Cinayət işinin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində onun Təqsirləndirilən şəxs verdiyi qızıl dəstinin üzərində hər biri 6 karat olmaqla 4 ədəd yaşıl rəngli iri ölçülü zümrüd, çoxsaylı xırda ölçülü brilliant qaşları olan 750 əyarlı ağ rəngli qızıl boyunbağıdan və üzərində bir ədəd 6 karatlı yaşıl rəngli iri ölçülü zümrüd qaşı, kənarları çoxsaylı xırda ölçülü brilliant qaşları ilə əhatə olunmuş 750 əyarlı ağ rəngli qızıl qolbaqdan ibarət olduğunu göstərmişdir. Qolbaq və boyunbağıda olan ağ qızılın çəkisi isə 113 qramdan ibarət olmuşdur. Həm qolbağın, həm də boyunbağının üzəri ümumilikdə 24 karat brilliant qaşlarla əhatə olunmuşdur. İfadədən göründüyü kimi Zərərçəkmiş şəxs məxsus olması iddia edilən qızıl dəstinin 113 qram ağ qızıldan, 30 karat zümrüd daşlardan (boyunbağı hissə - hər biri 6 karat 4 ədəd yaşıl rəngli iri ölçülü ümumilikdə 24 karat, qolbaq-6 karat), 24 karat brilliant qaşlardan (boyunbağı və qolbağın üzərində olanlar birlikdə götürülməklə) ibarətdir. Yuxarıda göstərilən qızıl dəstin göstəricilərinə baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın təsvirində cinayətin predmeti qismində çıxış edən qızıl dəstinin çəkisi düzgün müəyyən edilməmiş, qızıl dəstinin çəkisinin hesablanması zamanı yalnız üzərində olan ağ qızılın çəkisi nəzərə alınaraq, qızıl dəstinin digər elementləri olan qiymətli daşların- 30 karat zümrüd və 24 karat brilliantın kütləsi nəzərə alınmamışdır. Karat qiymətli daşların çəkisinin ölçülməsində istifadə olunan çəki vahidi olmaqla, 1 karat 0.2 qrama bərabərdir. Odur ki, qeyd olunan xüsusat ittihamnın məzmununda qızıl dəstinin çəkisinin əks olunması zamanı nəzərə alınmalı idi. Göstərilənlərə əsasən ittiham aktında istintaq orqanının Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilən cinayətin predmeti hesab olunan “ümumi çəkisi 113 qram 750 əyarlı, 56.440 (əlli altı min dörd yüz qırx) manat dəyərində ağ rəngli qızıl dəsti” ilə bağlı qənaəti iş üzrə sübutların həqiqi məzmunundan irəli gələn, faktlar əsasında əldə olunmuş nəticə kimi qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən əməlin dələduzluq cinayəti əməli kimi sayılması üçün təqsirkarın zərərçəkmiş şəxsə məxsus olmuş və real şəkildə mövcud olmuş əmlakının ələ keçirilməsi tələb olunur. Dələduzluq cinayəti nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi zərər ələ keçirilmiş əmlak hesabına gözlənilən artım və ya qazancda deyil, məhz mövcud olan əmlak kütləsinin ələ keçirilmiş əmlak hesabına azalmasında (malik olduğu əmlakdan məhrum edilməsində) ifadə olunur. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs zərgərlik məhsullarının alqı-satqısı ilə məşğul olmaqla fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğul olmuşdur. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində sahibkarlıq fəaliyyətinə anlayış verilmişdir. Belə ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından, və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 33.200 (otuz üç min iki yüz) ABŞ dolları məbləğində qızıl dəstini satmaq üçün vermişdir. Belə olan halda, zərərçəkmiş şəxsə vurulmuş zərər baxımından cinayətin predmeti olan əmlakın zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə satılması nəticəsində əldə edəcəyini ümid etdiyi gəlir (və ya razılaşmaya əsasən almalı olduğu əmlak hesabına artımı, qazancı) çıxılmaqla əmlakın dəyərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. İstintaq zamanı zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin məbləğinin aydınlaşdırılması kontekstində, o cümlədən həmin maddi zərərin əməlin hüquqi tövsifində oynadığı rol baxımından əhəmiyyətini nəzərə alaraq, iş üzrə cinayətin predmeti qismində çıxış edən qızıl dəstinin dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməmiş, zərərin məbləği yalnız zərərçəkmiş şəxsin mülahizəsi əsas götürməklə qiymətləndirilmiş, həmçinin qeyd olunan zərərin müəyyən edilməsi zamanı zərərçəkmiş şəxsin qeyd olunan predmetin satılması nəticəsində əldə edəcəyini ümid etdiyi artımın, qazancın nəzərə alınıbalınmaması qeyd olunmamışdır. Cinayət-Prosessual Məcəllənin 139.0.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 264.2-ci maddəsinin tələbinə görə təhqiqatçi, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, mütəxəssis və cinayət prosesinin digər iştirakçılarının xüsusi biliklərə malik olması cinayət təqibi orqanını müvafiq hallarda ekspertizanın təyin edilməsi zərurətindən azad etmir. Bu hissədə məhkəmə hesab edir ki, cinayətin predmeti qismində çıxış edən qızıl dəstinin qiyməti obyektiv və mötəbər sübutlarla, o cümlədən müvafiq ekspertiza rəyi ilə təsdiq olunmalı və predmetin qiyməti ilə bağlı bütün qeyri-müəyyənliklər aradan qaldırılmalı idi. Lakin ibtidai istintaqı həyata keçirən müstəntiq qeyd edilən məsələ ilə bağlı qeyri-müəyyənlikləri aradan qaldırmamışdır. Bundan başqa, CPM-in 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) kimi hüququ var. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə görə təqsirkar şəxsin təmin edilən minimal müdafiə hüquqları arasında şəxsin nədə ittiham olunduğunu bilməsi hüququ var. Bu hüquq cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar sırasına daxildilər, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə xx xxx 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə xx xxxxxx 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə xx xxxxxx 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə xx xxxxxx 1985-ci il tarixli qərarları). Cinayət işi üzrə dindirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək Rauf adlı şəxs Naibədən ayrıldıqdan sonra o, Raufun dostu olduğundan Zərərçəkmiş şəxs Raufdan və ondan intiqam almaq istədiyinə görə ona qarşı da yalan ifadələr verdiyini, Zərərçəkmiş şəxs dediklərinin tamamilə yalan olduğunu, qeyd edilən ərəfədə “Metropark” ticarət mərkəzinin yanında Naibə ilə görüşmədiyini, həmçinin Naibənin ifadəsində qeyd etdiyi şəxslərin orada olmadığını, Naibənin dediyi adamları görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı faktiki olaraq təkzib etmiş və mübahisələndirmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs ifadəsi ittiham aktına əlavə edilmiş və cinayət işi materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərarın nəticə hissəsində sübut növü kimi qəbul etmişdir. CPM-nin 289.3.2-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar göstərilir. O cümlədən təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamı təkzib edərək ifadəsində 2017-ci ilin avqust-sentyabr aylarında “Metropark” ticarət mərkəzinin yanında Naibə ilə görüşmədiyini, həmçinin Naibənin də ifadəsində qeyd etdiyi şəxslərin (Şahid3 və Şahid2) orada olmadığını qeyd etsə də, qeyd olunan xüsusatların təkzibi ilə əlaqədar sübutların əldə olunması istiqamətində araşdırma aparılmamış, həmin hal ittiham aktında formal olaraq zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə protokolları ilə ziddiyyət təşkil etdiyindən və təkzib olunduğundan, sonuncunun göstərilən maddə üzrə məsuliyyətdən yaxa qurtarması üçün özünü müdafiə etməsi kimi qiymətləndirilmiş və vəsatət kimi qəbul olunub rədd edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən istintaq zamanı ifadəsində göstərilən dəlillər özüözlüyündə istintaq orqanından onlara ciddi yanaşmağı, iş üzrə mühüm əhəmiyyət kəsb etməsi kontekstində dəlillərin əsaslı olub-olmamasını yoxlamağı və bu araşdırmanın nəticələrini, dəlillər haqqında mülahizələrini qərarın (vəsatətə baxılması haqqında) təsviri əsaslandırıcı hissəsində əks etdirməyi tələb edirdi. Çünki təqsirləndirilən şəxsin gətirdiyi dəlillərin əsaslı olması təsdiq edildiyi halda, ibtidai istintaqın və onun nəticələrinin şübhə altına alınmasını qaçılmaz edə bilərdi. Lakin iş materiallarına əlavə edilmiş vəsatətin rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan göründüyü kimi istintaq orqanı təqsirləndirilən şəxsin ifadəsində göstərilən (vəsatət kimi qəbul edilmiş) dəlilləri kifayət qədər müzakirə etməmiş, onların (2017-ci ilin avqust-sentyabr aylarında “Metropark” ticarət mərkəzinin yanında Naibə ilə görüşməməsi, həmçinin Naibənin də ifadəsində qeyd etdiyi Şahid3 və Şahid2) orada olmamasını əsaslı olubolmamasını yoxlamamış, qərarın təsviri-əsaslandırıcı hissəsində kifayət qədər əsas gətirmədən, gəldiyi nəticənin motivlərini əks etdirməyən 1 (bir) cümlə ilə vəsatətin rədd edilməsinin zəruriliyi nəticəsinə gəlmişdir. Halbuki, CPM-in 289.3.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Qeyd olunan hal təqsirləndirilən şəxsin müdafiə hüququnun məhdudlaşdırılmasına səbəb olmuş kobud pozuntu kimi qiymətləndirilməlidir. Yuxarıda sadalanan bu hallar ittihamın mahiyyətinə toxunan hallar olmaqla bərabər təqsirləndirilən şəxsin təqsirliliyi və əməllərinin tövsifi məsələsinə də birbaşa təsir göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda, həmçinin, nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-in 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittihamın cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmaması onun özünü müdafiə üsul və vasitələri seçməsinə, yəni müdafiə hüququnun pozulmasına səbəb olur. Cinayət-prosessual qanunvericiliyin və Avropa Konvensiyasının qeyd olunanlarla bağlı tələblərinə əməl edilməməsi təqsirləndirilən şəxsin müdafiə hüququnu pozur. Yuxarıda göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289-cu maddəsinin tələblərinə uyğun deyil, eləcə də məhkəməyədək icraat zamanı yol verilmiş qanun pozuntuları ümumilikdə təqsirləndirilən şəxsin müdafiə hüququnu kobud şəkildə pozmuş və göstərilən hallar məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması) kobud qanun pozuntuları hesab edilirlər və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-in 289-cu maddəsində nəzərdə tutulan qaydada ittiham aktının tərtibi ilə bağlı ən ilkin tələblərin pozulması, həmin maddənin ən ümumi tələbləri olaraq ittiham aktında göstərilməli olan məsələlərin düzgün göstərilməməsi, ittiham aktının həmin maddəyə uyğun tərtib edilməməsi və bunların nəticəsində Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması özü-özlüyündə cinayət işinin ibtidai istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsini ehtiva edir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İrəli sürülmüş ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi, təqsirləndirilən şəxsin nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməməsi, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün düzgün dəlillər irəli sürməsini çətinləşdirir ki, bu da onun müdafiə hüququnun pozulmasına səbəb olur. Qanunla qeyd edilən hallar mövcud olduqda, CPM-in 303-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi zəruridir. Məhkəməyədək icraat zamanı bir sıra qanun pozuntularına yol verildiyindən AzərbaycanRespublikasıCPM-nin303.3.1 və 303.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək onlara dair aşağıdakı nəticələrə gəlmişdir: - Məhkəməyə daxil olmuş cinayət işinə baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ciddi əsaslar vardır. -Aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Məhkəmə yuxarıda qeyd edilmiş halları və dəlilləri məcmu halda nəzərə alaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3-cü maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, dövlət ittihamçısı tərəfindən verilmiş yazılı vəsatət təmin edilməli, ibtidai istintaq zamanı yol verilmiş pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5., 303.1, 303.2, 303.3.1, 303.3.6-cı maddələrini rəhbər tutub məhkəmə qərara aldı:
1. Dövlət ittihamçısı X3 tərəfindən verilmiş vəsatət təmin edilsin.
2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntusuna yol verildiyindən bu pozuntunun aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov rayon prokuroruna qaytarılsın.
3. Qərarın surəti dövlət ittihamçısına, zərərçəkmiş şəxsə, təqsirləndirilən şəxsə və müdafiəçiyə göndərilsin.