Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-578/2025 05.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X5-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X3, müdafiəçi “De Fendo” Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx.xx.1999-cu ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, , əvəllər məhkum olunmamış, İsmayıllı rayonu Gidəyli kəndində qeydiyyatda olub Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Stansiya Qala adlanan ərazidə kirayənişin yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilib, Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə yerləşən “Oba” marketin qarşısında olan avtobus dayanacağında özündə olan soyuq silah hesab edilməyən məişət təyinatlı «kəpənək» tipli cib bıçaqdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə acıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək ictimai yer hesab olunan həmin avtobus dayanacağında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə riayət etməyərək ətrafdakı şəxslər üçün aşkar surətdə əhəmiyyətli dərəcədə laqeydlik göstərərək özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək nalayiq sözlər ifadə edərək söyüşlər söymüş və xuliqanlıq niyyətilə ictimai qaydalara qarşı açıq etinasızlıq qöstərərək özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik və əxlaq normalarını kobud sürətdə pozma zəminində dava salmış və özündə olan soyuq silah hesab olunmayan məişət təyinatlı «kəpənək» tipli cib bıçağı ilə Zərərçəkmiş şəxs2 bir neçə dəfə bədənin müxtəlif yerlərindən və Zərərçəkmiş şəxs1 2 əllərindən vuraraq yaralamış, həmçinin onları yumruq-təpiklə vurmuş, nəticədə Zərərçəkmiş şəxs1 sağ və sol əlin solğun qırmızımtıl-çəhrayımtıl rəngli, çapıq toxumaları kəsilmiş yara izləri və sağ dizin çəhrayımtıl rəngli dəri sahəsinin əzilmiş yara izi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs2 isə sağ yanağın, sol dirsəyin sıyrıqları və sağ əlin səthi kəsilmiş yaraları ilə müşayiət olunan istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər, döş qəfəsinin sol yarısının yan səthinin və sağ kürəkaltı nahiyyələrin daxilə (plevra boşluğuna) nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər və xuliqanlıq niyyəti ilə döş qəfəsinin sol yarısının yan səthinin daxilə (plevra boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnib həyatı üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərər vurmaya səbəb olan xəsarət yetirərək silaah qismində istifadə oluunan əşyadan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, hadisə 16 may 2024-cü il tarixində baş verib. O, işdən evə qayıdarkən, B1 saylı marşurut avtobusunda Zərərçəkmiş şəxs1 onun ayağını tapdaladı, avtobusun qabaq tərəfindən arxa tərəfinə keçdi. Sonra Zərərçəkmiş şəxs1 gəlib yanında dayandı, daha sonra yenidən onun sağ ayağımı tapdaladı. O da Süleymana irad bildirmişdir ki, onun üzərinə çıxır, Süleyman da ona arxa tərəfə keçmək istədiyini bildirdi. O da Süleymana bildirdi ki, “keçmək istəyirsənsə, de kənara çəkilim sonra keç, üzərimdən keçmək istəyirsən?”. Bu səbəbdən Zərərçəkmiş şəxs1la aralarında mübahisə yarandı. Sonra Süleymanla o, dayanacaqda düşərkən, Süleymanın qardaşı Fərid və izahatda adlarını bildirdiyi şəxslər orada gözləyirdilər. Fəridlə aralarında mübahisə oldu, Fərid ünvanına aid olmayan nalayiq ifadə işlətdi. Sonra da o, üzərində olan kəpənək bıçağı onları qorxutmaq məqsədi ilə cibindən çıxartmışdır. Onun həmin şəxsləri öldürmək niyyəti olmamışdır. O, özünü müdafiə etmək məqsədi ilə bıçağı çıxarmışdır. O, Zərərçəkmiş şəxs1 ayağına qəsdən basıb-basmadığını bilmir. Süleyman ondan üzr istəməmişdir. Birinci dəfə tapdalayanda heç nə demədi. Onun 25 yaşı, Süleymanın isə 18 yaşı var. O, avtobusda Süleymandan harada yaşamasını soruşmuşdur. Avtobusda Süleyman ona sərt cavab verdi, o da fikirləşmişdir ki, düşəndə cavab verər. O, dayanacaqda düşəndə Süleymanın qardaşı Fərid və dostları orada idi. Aralarında mübahisə oldu, Fərid söyüş söydü. Söyüş birbaşa ona aid deyildi. Onun söydüyü tərzdə cavab vermişdir. Sonra Fərid onun qolundan tutaraq, kənara çəkmək istəmişdir. O, Fəridə dava-dalaşa ehtiyac olmadığını bildirmişdir, lakin dava düşəcəyini, onların sayı çox olduğunu görüb, geri çəkilərək bıçağı çıxartmışdır. Sol tərəfində olan şəxs onu yumruqla vurdu. Sonra da onu vurmağa başlamışlar. O da bunun qarşılığında onlardn birini bıçaqla vurdu. Neçə dəfə vurduğunu bilmir. Fərid onun üzərində olduğuna görə, Fəridi yerdən vurmuşdur. O, Fəridi arxadan vurmamışdır. Onlar dörd nəfər idilər. Sonra bıçağı onun əlindən aldılar. Üst-başı qanlı olmuşdur. həm öz qanı, həm də Fəridin qanı idi. O onsuz da həmin dayanacaqda düşəcəkdi, ikisi də orada yaşayırdılar. Süleyman düşdü, o da arxasınca düşmüşdür. Fəridlə söhbət etdilər, Fərid onun qolundan tutub kənara çəkmək istədi, o isə getməmişdir. Sonra Fərid söyüş söydü, o da Fəridin söydüyü tərzdə cavab vermişdir. Ona birinci zərbəni kimin vurduğunu xatırlamır. Onun üzərində yüngül xəsarətlər olub. Onu yumruq və təpiklə vurmuşdular. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Süleymanın onun ayağını qəsdən basmağını bilmir. Dava Fəridin təşəbüsü ilə başlamışdır. Fərid onu adam olmayan yerə aparmaq istəyirdi, o isə getməmişdir. Bilirdi ki, getsə dava düşəcək. O elə güman edir ki, Fəridi Süleyman zəng edərək çağırmışdır. Digər iki nəfəri tanımır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, hazırda yuxarıda göstərdiyi ünvanda tək yaşayır. xx.xx.2024-cü il tarixdə o, saat 20 radələrində tək şəhərdən işdən «Q l»-№-li avtobusla işdən qayıdırdı. Avtobusda gələn zaman onun bir nəfər, sonralar adını bildiy Zərərçəkmiş şəxs1 ayağını tapdalamışdı və o, Süleymana heç bir söz demədən yerini dəyişərək avtobusun arxasına keçmişdi. Təxminən bir dəqiqədən sonra Süleyman gəlib yenə onun sağ tərəfində dayanmışdı. Bir neçə saniyədən sonra Süleyman yenidən sol ayağını onun sağ ayağının üstünə qoyaraq ayağını tapdalamışdı. O, üzünü sağa çevirərək Süleymana bildirmişdi ki, «üstümə çıxırsan, qaqaş». Süleyman ona demişdi ki, «keçim də». O, cavab olaraq Süleymana demişdi ki, «keçmək istəyirsən, de, yol verim, daha üstümə niyə çıxırsan?» və «nə isə» deyib sifətini avtobusun pəncərəsinə tərəf çevirmişdi. Süleyman özündən razı şəkildə ona cavab vermişdi ki, «ba, belə». Süleyman bu ifadəni işlətdikdən sonra o, əsəbləşib Süleymandan soruşmuşdu ki, «sən harada düzəcəksən?». Süleyman ona cavab vermişdi ki, «Qalada». O, Süleymandan sonruşmuşdu ki, «stansiya Qalada?» və Süleyman cavab vermişdi ki, «hə, stansiya Qalada». O, yenidən üzünü avtobusun şüşəsinə tərəf çevirib Süleymana heç bir şey deməmişdi. O, musiqiyə qulaq asmaq üçün qulaqçığı qulağına taxmışdı. Həmin an Süleyman kiməsə mobil telefonla zəng vurmuşdu. O, eşitmişdi ki, Süleyman zəng vurduğu şəxsə deyir ki, «orda gözləyərsiniz». Daha sonra Süleyman danışığı qurtarmışdı. Avtobus gəlib «stansiya Qala» deyilən yerə çıxmışdı. Avtobusdan əvvəl Süleyman düşmüşdü, sonuncunun arxasınca isə o, yerə düşmüşdü. O, yerə düşəndə görmüşdü ki, avtobus dayanacağında onları artıq 3 nəfər gözləyir. O, avtobusda ağaymı tapdılayan Süleymana müraciət edərək demişdi ki, «neçə yaşın var, qaqaş?». Səhv etmirsə Süleyman ona cavab vermişdi ki, 17 yaşı var. O, Süleymana bildirmişdi ki, «mənim isə 25 yaşım var, bizim burada bir-birimizə artıq hərəkət etməyin yeri yoxdur, sən yaşca məndən balacasan». Həmin vaxt dayanacaqda dayanan 3 nəfər onlara yaxınlaşmışdılar. Həmin 3 nəfərdən biri, sonralar adını bildiyi Fərid Zərərçəkmiş şəxs1 yaxınlaşaraq demişdi ki, «nə olub, qaqaş?» O, Süleymanın əvəzinə cavab vermişdi ki, «heç nə, söhbət edirik». Fərid onun sol qolundan tutmaq istəyərək demişdi ki, «gəl gedək qırağa söhbət edək». O, Fəridə demişdi ki, «davaya ehtiyac yoxdur». Fərid ona demişdi ki, Süleyman onun qardaşıdır. O, Fəridə cavab vermişdi ki, «lap yaxşı». Bundan sonra Fərid demişdi ki, «mənim ' qardaşımın xətrinə dəyənin var-yoxunu …». O, Fəridə cavab vermişdi ki, «mənimdə xətrimə dəyənin mən var-yoxunu …». Sonra Fərid qarşısında duraraq ona bildirmişdi ki, «qardaşım nəsə etməyib sənə, elə bil ki, mən etmişəm», sonra isə əlavə etmişdi ki, «zor ….». Bunu Fərid deyən zaman onun qarşısında üzbəyz dayanmışdır. Sonradan adlarını bildiyi Süleyman Fəridin solunda, Süleymanın solunda Fariz, Fəridin sağında isə Zaur dayanmışlar. O, bir az geri çəkilmiş və əlimi sağ arxa cibinə atmışdı, oradan üstündə olan bıçağı çıxardıb açmışdı. Həmin anda Fəridin sağ tərəfində duran Zaur onun sol qolundan tutaraq dartmış və nəticədə o, Fəridlə Sülemanın arasından təxminən 2 metr qabağa getmişdi, lakin yıxılmayaraq onlara tərəf çevrilmişdi. Həmin an onlarda ona tərəf çevrilmişdilər. Bu vaxt Zaur onun sifətinin sol tərəfindən yumruqla vurmuşdu. O, əlində olan bıçaqla Fəridin sol ayağına vurmaq istəmişdi. Lakin bıçaq Fəridin bədəninin sol tərəfinə dəymişdi. Fərid onun sinə nahiyyəsindən yumruq və ya təpiklə vurmuş, nəticədə o, kürəyi üstə yıxılmışdı. Lakin, bıçaq həmin vaxt onun əlində idi. Həmin vaxt Fərid onun üstündə, Zaur, Süleyman və Fariz isə ayaqüstə ətrafında onu yumruq-təpiklə vurmağa başlamışlar. Fariz bir neçə dəfə təpiklə onun sol qılçasına, Süleyman isə sol qoluna vurmuşdular. O, yerdə uzanıqlı vəziyyətdə olaraq əlindəki bıçağı onların ayaq hissələrinə batırmağa çalışırdı ki, onların əllərindən çıxa. Həmin vaxt bıçaq bir neçə dəfə Fəridə dəyərək onu yaralamışdı. Eyni zamanda bıçaq həmçinin Süleyman onu yumruqla vuran zaman sonuncunun əllərinidə yaralamışdı. Onun əlindən bıçağı almaq üçün Zaurda yumruqlarla bədəninin müxtəlif yerlərinə vururdu, sonra isə qolunu dartmış və o, bıçağı əlindən buraxmışdı. Zaur bıçağı götürmüşdü. Həmin vaxt onlar onu vurmaqlarını davam etdirirdilər. Ətrafa təxminən 20 nəfər toplaşmışdı. Sonra onu döyən 4 nəfər onu ayağa qaldırmışdılar və yolun qarşı tərəfinə keçirmişdilər. Zaur onu zorla tünd rəngli «Jiquli» avtomaşınına oturtmaq istəyirdi. Onlar avtomaşının qapısım açmışlar və çalışmışlar ki, onu avtomaşına oturtsunlar. Lakin, o, avtomaşının qapısını bağlayaraq avtomaşına oturmamışdı. Sonra onu döyənlərə o, demişdi ki, «mən təkəm, siz isə çox. Əgər dalaşmaq istəyirsinizsə mən zəng edim və adam çağırım, sonra yenə dalaşaq». Sonra ətrafa yığışanlardan bir-iki nəfər onu kənara çəkərək demişdilər ki, «sən çıx get». O, da üzü yaşadığı evə tərəf gedəndə Fərid, Süleyman, Zaur və Fariz, həmçinin digər tanımadığı 5-6 nəfər onun qabağım kəsib demişdilər ki, «hara gedirsən, Fəridin atasına demişik, gəlir». Onu yenidən həmin avtomaşına oturtmaq istəmişdilər. Lakin, o, avtomaşına oturmaqdan imtina etmiş və demişdi ki, piyada Fərid gilə gedək. Həmin vaxt Fəridin əynində olan köynək sol tərəfdən qanlı idi. O, ətrafda olanlara təklif etmişdi ki, Fərid üçün X16 çağırsınlar. Onlar bu söhbəti edə-edə Fərid gilin evilərinin darvazasının yanma çatmışlar. Sonra Fəridin atası çölə çıxmış və əsəbləşərək ona qışqırmışdı ki, «öldürəcəyəm!». Bundan sonra o, bir az Fərid gilin həyətlərində gözləmişdi. Daha sonra X16 və bir nəfər polis əməkdaşı gəlmişdi. Polis əməkdaşı onun ətrafında olan şəxslərdən ona məxsus bıçağı götürmüş və onu 1-ci Polis şöbəsinə gətirmişdi. O, üzərində gəzdirdiyi bıçağı bir il bundan əvvəl «20 Yanvar» metrosunun yanında bir köşdən 15 manata almışdı və məişətdə istifadə edirdi. Həmin bıçağı o, üstündə hərdən bir gəzdirirdi. Onun hal-hazırda həmin köşkün yeri yadından çıxıb və buna görədə köşkün yerini göstərə bilmir. Hadisə zamanı ətrafa yığışam şəxsləri o, tanımır. Baş vermiş münaqişə «Stansiya Qala» adlanan yerdə təxminən 30-40 dəqiqə davam etmişdir. Həmin vaxt ətrafa çoxlu sayda adamlar yığışmışdır. O, əvvəllər Fəridi, Süleymanı, Zauru və Farizi tanımamış və onlarla heç bir münasibəti olmamışdır. Fərid, Süleyman, Zaur və Fariz onu döyən zaman o, bıçaqla özünü qorumağa çalışırdı və həmin vaxt bıçaq Süleymanında əllərini yaralamışdır. O, yaşadığı evə getmək üçün «Q-l» avtobusundan «Stansiya Qala» dayanacağından sonrakı dayanacaqda düşməli idi. O, «Stansiya Qala» adlanan dayanacaqda düşmüşdü ki, Süleymanı tənbeh etsin. O, Zərərçəkmiş şəxs2 özünü müdafiə etmək məqsədi ilə bıçaqla vurmuşdur. Onun Fəridi öldürmək məqsədi olmamışdır. Münaqişə zamanı Fərid, Süleyman, Zaur və Fariz onu əlləri və ayaqları ilə vurmuşlar. Lakin, o, zərbələrdən özünü qorumağa çalışdığından bəzi zərbələr onun bədəninə çox güclü dəyməmişdir və buna görədə onların izləri bədənində qalmamışdır. Buna görə də, ekspert müayinəsi zamanı onun bədənində ancaq rəydə göstərilən xəsarətlərin izləri aşkar edilmişdir.. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onu hadisə vaxtı tanımışdır. 16 may 2024-cü il tarixdə universitetdən evə gəlirdi. Avtobus dolu olduğuna görə Səyyadın qəflətən ayağını tapdalamışdır. O, ayağını tapdaladığına görə Səyyaddan üzr istəmişdir. Səyyad ondan harada düşəcəyimi soruşmuş, o isə “Stansiya Qala”-da düşəcəyini bildirmişdir. O, dayanacaqda düşmüş, Səyyad da düşmüşdür. O, dərsdən gec gəldiyinə görə, adətən qardaşı Fərid onu qarşılamağa gəlirdi. Həmin gün qardaşı və dostları Zaur və Fariz də gəlmişdilər. Səyyad onu arxadan çağırmış, o da Səyyada “buyur” demişdir. Həmin vaxt qardaşı yaxınlaşdı, nə baş verdiyini soruşdu, o isə hadisəni danışmışdır. Səyyad onun qardaşı ilə biraz söhbət etdi, sonra söyüş söydü. Fərid də Səyyada söyüş söymə gəl kənara dedi. Qaradşının Səyyadı kənara çəkmək istəməsi davaya təşəbbüs deyildi. Səyyadın ucadan söyüş söyməsi idi. Səyyad isə geri çəkilərək, cibindən bıçağı çıxardıb, Fərdi vurdu. Sonra Səyyadın əlindən yerdə bıçağı alıb atasının maşınına atmışdır. Sonra təcili yardım çağırdılar. Sonra isə bir qonşuları Səyyadı atasının yanına apardı. Atası da Səyyadı polisə təhvil verib. Hadisə yerində Səyyad, o, qardaşı və iki nəfər qardaşının dostu olub. Birinci söyüşü kimin söydüyünü xatırlamır. Əksər hallarda qardaşı onu qarşılamağa gəlirdi. Təqsirləndirilən şəxslə barışmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı göstərmişdir ki, o, hazırda yuxarıda göstərdiyi ünvanda aillələri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə o, saat 20 radələrində tək şəhərdən Uneversetdən «Q l»-№li avtobusla evə qayıdırdı. Avtobusda gələn zaman o, sonralar adını bildiy Təqsirləndirilən şəxs ayağım tapdalamışdı. Buna səbəb həmin avtobusa çoxlu adamların minməsi idi. Bu zaman həmin Səyyad adlı şəxs “qaqaş asta ol üstümə çıxırsan” ifadəsini işlətmişdi. O, da bu zaman “bağışlayın üzür istəyirəm, arxaya keçmək isdəyirəm” deyə ona bildirmişdi. Bu zaman Səyyad “ə sən harda düşəcəksən” sualını vermişdi. O, isə “Stansiya Qala” cavabını vermişdi. Bu zaman Səyyad üzünü pencərəyə doğru döndərmişdi, o, isə olduğu yerdə dayanmışdır. Həmin səxsdən qorxduğu üçün stansiya Qala dayancağma az qalmış qardaşı Fəridə yığmışdı. Fərid telefonu götürərkən «hardasan qaqaş?» sualını vermişdi. O isə stansiya Qala dayancağına çatdığını demişdi. Avtobus dayancağa çatdığı zaman saxlamış, qapılarını açmış və o, yerə düşmüşdü. Bu zaman Səyyad adlı şəxsdə həmin dayancaqda yerə düşmüşdü. Avtobusun əks istiqaməti ilə hərəkət edən zaman Səyyad onu çağırmışdı. O, isə geriyə dönərək «buyur səni eşidirəm» demişdi. Səyyad “sənin qaqaş necə yaşın var” sualını vermişdi. O isə 17 cavabını vermişdi. Bu zaman Səyyad ona “25 yaşım var” cavabını deyərək ondan böyük olduğunu, burda sözü özünün dediyini və burda onun sözünün keçdiyini demişdi. Bu zaman qardaşı Fərid onlara yaxınlaşaraq ona “qaqaş nə olub” sualını vermişdi. O isə “qaqaşın avtobusda səhvən ayağını tapdalamışam” cavabını vermişdi. Fərid Səyyaddan soruşmuşdu ki, o Səyyadın ayağım ayaqladığına görə Səyyaddan üzr istəmişdir, ya yox? Səyyad cavab vermişdi ki, “bəli, istəyib”. Belə olduqda Fərid Səyyaddan soruşdu ki, “indi problem nədir?” X14 cavab verdi ki, “yox, niyə ayaqlayıb mənim ayağıma?” Fərid Səyyaddan qardaşına görə üzr istəmişdi. Lakin, Səyyad Fəridə cavab vermişdi ki, “sən kimsən ki, məndən üzr istəyirsən? Mənim xətrimə dəyənin var-yoxunu, bacısını və nəslini …” ifadəsini işlətmişdi. Qardaşı da Səyyada söyüşlə danışmamağını bildirmişdi və onlar çevrilib getmək istəyən zaman Səyyad “siz nə deyirsiz əəəə” deyərək belindən bıcaqı çıxardıb sağ əlində tutaraq qardaşının kürəyindən vurmuşdu. Fərid Səyyada tərəf çevrilib görmüşdü ki, Səyyadın əlində bıçaq var və buna görə Səyyadı yumluqla sinəsindən vurmuşdu. Səyyad yerə yııxılmışdı və Fərid onun üstünə cuman zaman Səyyad yenidən sağ əlində olan bıçaqla Fəridin sağ qoltuqaltından 2 dəfə vurmuşdu. Həmin vaxt ətrafa kənar şəxslər yığışmışdı. Onlar Səyyadın əlindən bıçağı almağa çalışırdılar. Lakin Səyyad bıcaqı buraxmırdı. Bu zaman Zaur adlı «Stansiya Qalada» maşın ustası kimi tanıdığı şəxs qaçaraq ora gəlmişdi. Zaur Səyyadın əlindən bıçağı almışdı. Sonra ətrafa yığışanlar Fəridi və Səyyadı aralaşdırdılar. Fəridin kürəyindən və qoltuqaltından qan axırdı. Ümumiyyətlə orada adamlar çox idi. Daha sonra hamı ordan dağılıb öz işlərinə getdi. Səyyadı onlar «Vaz 2106» markalı maşına mindirmək isdəyirdilər, ancaq sonuncu minməyərək harasa getməyə başlamışdı. Bu zaman kimsə atasına zəng vurmuşdur. Onlar da Səyyadı saxlayaraq atasına təhvil vermişlər. Atası Səyyadı götürərək onların həyətə aparmış, ordanda polis əməkdaşına məlumat vermişdi. Onlar TTY əməkdaşları çağıraraq qardaşını X10 aparmışlar. Hal-hazırda qardaşının müalicəsi davam etdirilir. Səyyad düzgün ifadə vermir. Söyüş söyən Səyyad olmuşdur. Fərid Səyyadı təhqir etməmişdir, əksinə, o, Səyyadın ayağını avtobusda bilmədən ayaqladığına görə qardaşı onun əvəzimə Səyyaddan üzr istəmişdir. Lakin, Səyad Fəridin üzr istəməyini qəbul etməyərək «gör, indi mən sənə nə edəcəyəm» deyərək üstlərinə bıçaq çəkmiş və Fəridi birinci dəfə kürəyindən, sonra isə iki dəfə sol qoltuğundan vurmuşdur. Səyyad Fəridi kürək nahiyyəmdən bıçaqla vurduqdan sonra Fərid ona tərəf çevrilib onu yumruqla sinə nahiyyəsindən vurmuş və Səyyad yerə yıxılmışdır. Səyyadı yerə yıxılana kimi sifətindən heç kim vurmamışdır. Eyni zamanda Səyyad Fəridi sağ tərəfindən bıçaqla vurmamışdır. Səyyad Fəridi kürək nahiyyəmdən və sol qoltuq hissəsindən vurmuşdur bıçaqla. Fərid Səyyadı sinəsindən vurub yerə yııxdıqdan sonra onun üstünə cummuş və həmin vaxt yerdə onu Fərid vurmuşdur və eyni zamanda Səyyad Fəridi iki dəfə bıçaqla sol qoltuğundan vurmuşdur. X6rdan məhləyə tərəf qaçmışdır. Məhlədə onlar Səyyadı tutub maşına mindirmək istəmişlər, lakin Səyyəd avtomaşına minməyib və onlar Səyyadı öz darvazaya kimi piyada aparmışlar. O, ilkin ifadəsini verərkən hadisənin təsuratı altında olduğundan həyacanlı idi və buna görə də ifadəsində yanlışlıqlara yol vermişdir. Hal-hazrda o, düzgün ifadə vermişdir və xahiş edir ki, indi verdiyi ifadəsi əsas kimi götürülsün. Hadisə təxminən 8-10 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onu hadisə vaxtı tanımışdır. 16 may 2024-cü il tarixdə qardaşı Süleyman avtobusda olarkən zəng edib, onu qarşılamağını bildirdi. O, qardaşını qarşılamağa gedərkən yolda Zaur əmi və Farizlə qarşılaşmışdır. Maşınları xarab olduğuna görə, Zaur əmi onu dayanacağa aparmağı təklif etmiş, o da razılaşmışdır. Qardaşı avtobusdan düşən zaman kiminsə, qardaşının qolundan tutduğunu görmüşdür. O, yaxınlaşıb Səyyaddan nə olduğunu soruşmuşdur. Səyyad qardaşının onun ayağını tapdaladığını bildirdi, o da Səyyaddan iki dəfə üzr istəmişdir. Səyyad bildirdi ki, “Süleyman niyə ayağımı tapdalayıb, kordu?” O, Səyyada kənara keçməyi təklif etdi, Səyyad isə razılaşmadı. Sonra Səyyad geri çəkilib bıçaq çıxartdı, o geri dönən vaxt, Zaur əmi Səyyadı tutdu, bıçağın ucu onun kürəyinə dəydi. Sonra ətrafdakı insanlar onları ayırdılar, Səyyad çıxıb getdi. Təqsirləndirilən şəxslə barışmışdır, şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, yuxarıda göstərilən ünvanda valideynləri və qardaşı Süleymanla bir yerdə yaşayır. Özü fərdi əməklə məşğul olur və əvvəllər məhkum olunmamışdır. Hadisə barədə aşağıdakıları göstərə bilər: 16 may 2024-cü il tarixdə saat 19 radələrində atası onu avtomaşın ustasının stansiya Qalada olub-olmamasmı öyrənmək üçün Stansiya Qalaya göndərmişdi, belə ki, onlara məxsus avtomaşın nasaz ivəziyyətdə idi və ustalar yerində olsa onlar həmin avtomaşını itələyib ustanın yanma aparmalı idiləər. O, stansiya Qalada olan zaman görmüşdü ki, ustalar yerlərində yoxdurlar. Həmin gün saat təxminən 20 radələrində dərsdən qayıdan qardaşı Süleyman ona zəng etmişdi və bildirmişdi ki, avtobusda gələn zaman bilmədən bir nəfərin ayağını ayaqlamışdır və üzr istəmişdir. Lakin həmin şəxs Süleymandan əl çəkməyərək sonuncuya demişdir ki, “düş yerə, mən səni başa salaram”. O, Süleymana demişdi ki, “gəl stansiya Qalaya və məndə gəlirəm oraya”. Bir azdan sonra X9 gəlmişdi və Süleyman avtobusdan düşmüşdü. Həmin vaxt onun yanında Zaur əmi və Fariz vardır. Süleymanın arxasınca avtobusdan həmçinin bir nəfər, sonradan adını bildiyi Təqsirləndirilən şəxs düşmüşdü. O, Süleymanla Səyyada yaxınlaşmışdı və soruşmuşdu ki, “nə baş verib?” Səyyad ona cavab vermişdi ki, Süleyman onun ayağını avtobusda ayaqlayıb. O, Səyyaddan soruşmuşdu ki, “Süleyman onun ayağını ayaqladığına görə ondan üzr istəyib, ya yox?” Səyyad cavab vermişdi ki, “bəli, istəyib”. Belə olduqda o, Səyyaddan soruşmuşdu ki, “indi problem nədir?” Lakin Səyyad ona cavab vermişdi ki, “yox, niyə ayaqlayıb mənim ayağımıı?” Belə olduqda o, bir böyük qardaş kimi Səyyaddan Süleymana görə üzr istəmişdi. Lakin, Səyyad ona cavab vermişdi ki, “sən kimsən ki, məndən üzr istəyirsən? Gör sənə nə edəcəyəm?” Bundan sonra o, sağa tərəf çevrilmişdi və hiss etmişdi ki, arxadan kürəyindən ona nəsə dəymişdi. O, yenidən Səyyada tərəf çevrilib görmüşdü ki, Səyyadın əlində bıçaq var və buna görə Səyyadı yumluqla sinəsindən vurmuşdu. Səyyad yerə yııxılmışdı və o, Səyyadın üstünə cuman zaman Səyyad yenidən onu sağ əlində olan bıçaqla sağ qoltuqaltından 2 dəfə vurmuşdu. Onları hadisə yerinə yığışan şəxslər aralamışdılar. Onları aralayanların arasında Zaur, Elşən, Süleyman və Fariz vardır. Qalan adamlar onun yadında deyil. Sonra onu Zaur öz maşınına mindirib öz evlərinə tərəf gətirməyə başlamışdı. Səyyad isə həmin vaxt onların məhlələrinə tərəf qaçırdı. Onlarm məhlələrində Səyyadı qonşulardan Anar, Elşən və İbrahim tutmuşdular və atası Telmana təhfıl vermişdilər. Sonra onlarm məhlələrinə X16 gəlmişdi və onu xəstəxanaya aparmışdılar. Səyyad düzgüün ifadə vermir. O, Səyyadı təhqir etməmiş və nədə qardaşı Süleymana bəraət qazandırmamışdır. Əksinə, o, qardaşı Süleyman Səyyadın ayağını avtobusda bilmədən ayaqladığına görə qardaşı Süleymanın əvəzinə Səyyaddan üzr istəmişdir. Lakin, Səyad onun üzr istəməyini qəbul etməyərək «gör, indi mən sənə nə edəcəyəm» deyərək üstünə bıçaq çəkmiş və onu birinci dəfə kürəyindən, sonra isə iki dəfə sol qoltuqaltından vurmuşdur. Səyyad onu kürək nahiyyəsindən bıçaqla vurduqdan sonra o, Səyyada tərəf çevrilib sonuncunu yumruqla sinə nahiyyəsindən vurmuşdur və Səyyad yerə yıxılmışdır. Səyyadı yerə yıxılana kimi sifətindən heç kim vurmamışdır. Eyni zamanda Səyyad onu sağ tərəfindən bıçaqla vurmamışdır. Səyyad onu kürək nahiyyəsindən və sol qoltuq hissəsindən vurmuşdur bıçaqla. O, Səyyadı sinəsindən vurub yerə yııxdıqdan sonra Səyyadın üstünə cummuuşdu və həmin vaxt yerdə o, Səyyadı vurmuşdur və eyni zamanda Səyyad onu iki dəfə bıçaqla sol qoltuqaltından vurmuşdur. Yerdə olan zaman o, Səyyadı yumruqlarla vurmuşduur. X6rdan məhləyə tərəf qaçmışdır. Məhlədə onlar Səyyadı tutub maşına mindirmək istəmişlər, lakin Səyyəd avtomaşına minməyib və onlar Səyyadı evlərinin darvazasına kimi piyada aparmışlar. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona tqsirlndiriln şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onu hadisə vaxtı tanımışdır,lakin özü hadisənin şahidi olmamışdır. O, usta işləyir, böyük oğlu Fərid də ona köməklik edir. Hadisə günü Fərid kiçik oğlu Süleymanı qarşılamağa getdi. Bir müddət sonra ona dedilər ki, Süleyman avtobusda kiminsə ayağını tapdalayıb, həmin şəxs Süleymanın arxasınca düşüb. Həmin şəxs dayanacaqda oğlu Fəridi bıçaqlayıb. Sonra həmin şəxsi qonşular onların evlərinə gətirdilər, o da həmin şəxsi polisə təhvil vermişdir. Onun övladları heç vaxt söyüş söyməzlər, onlara elə tərbiyyə verməmişdir ki, söyüş söysünlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, o, hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Qala massivində fərdi yaşayış evində həyat yoldaşı və 2 oğlu ilə bir yerdə yaşayır. Özü fəri qaydada ustalıq fəaliyyəti ilə məşğul olur. Özü əvvələr məhkum edilməmişdir. 16 may 2024-cü il tarixdə saat 19 radələrində o, həyətində işləyirdi və böyük oğlu Zərərçəkmiş şəxs2 göndərmişdi ki, özünə məxsus «VAZ-2106» markalı avtomaşın işləmədiyindən görsün ustalar gəlibsə həmin avtomaşını itələyib ustaların yanma aparsınlar. Fərid getdikdən sonra o, həyətdə öz işəri ilə məşğul olmağa başlamışdı. Həmin vaxt təxminən saat 20 radələrində onun mobil telefonuna qonşusu - meyvə-tərəvəz satan Elşən zəng edərək bildirmişdi ki, oğlu Fərid bıçaqla vurulub stansiya Qalada «Oba» marketin qarşısında, vuran adam isə qaçıb onların məhlələrinə tərəf. Həmin oğlunu vuran şəxsi onunla fəhlə kimi işləyən Zaur və digər qonşular tutub saxlayıblar. O, məhlədən çıxıb stansiyaya tərəf qaçan zaman görmüşdü ki, qonşulardan Elşən və digər yadında qalmayanlar tutub həmin şəxsi saxlayıblar, Fəridi isə qonşular Zaurun avtomaşınına mindirib məhləyə gətiriblər. Eləmin vaxt qonşulardan kimsə X12 zəng vurmuşlar ki, Fəridə Tibbi yardım göstərilsin. O, Fəridi vurmuş şəxsi bir-iki dəfə sillə ilə vurub sahə inspektoru Pərvizə zəng etmişdi və hadisə barədə məlumat vermişdi. Bir neçə dəqiqədən sonra X16 avtomaşını və sahə inspektoru Pərviz gəlmişdilər. Fəridi Tibbi yardım avtomaşınına mindirmişlər. Eyni zamanda Fəridi bıçaqla vuran şəxsi o, sahə inspektoru Pərvizə təhfil vermişdi və sonra qonşusu Anarın avtomaşını ilə Tibbi Yardım avtomaşının arxasınca xəstəxanaya getmişdi. Fəridi tibbi yardım avtomaşını Sabunçu xəstəxanasına aparmışdır və orada əməliyyat etmişdilər. Sonra o, evə qayıdan zaman kiçik oğlu Süleymandan soruşmuşdu ki, hadisə necə baş verib. Kiçik oğlu Süleyman Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci kurs tələbəsidir. Süleyman ona söyləmişdi ki, 16 may 2024-cü il tarixdə dərsdən çıxıb «Q-l» avtobusu ilə yaşadıqları Qala qəsəbəsinə qayıdan zaman avtobusda bir nəfərin bilmədən ayağım ayaqlamış və üzr istəmişdir. Lakin, həmin şəxs Süleymanı təhqir etmişdir. Lakin, həmin şəxs Süleymandan əl çəkməmiş və soruşmuşdur ki, harada düşəcək. Süleyman ona cavab vermişdir ki, Qala stansiyasında «Oba» marketin yanında. Süleyman həmin şəxsdən qorxaraq qardaşı Fəridə zəng etmişdir. X9 çatan zaman Süleyman həmin avtobusdan düşmüş və həmin vaxt həmin şəxsdə avtobusdan düşərək Süleymana hədə-qorxu gəlməyə başlamışdır. Bu vaxt Süleymana qardaşı Fərid yaxınlaşmış və həmin şəxslə söhbət etməyə başlamışdır. Fərid Süleymanın əvəzində həmin şəxsdən üzr istəmiş, lakin həmin şəxs Fəridin üzr istəməsindən qane olmayaraq söyüş söyüb və sonra Fəridi arxadan bıçaqla vurmuşdur. Hadisəyə yığışmış şəxslər Fəridi vuran şəxsi saxlamaq üçün onu tutmuşlar və əlindən bıçağı almışlar. Sonra ona məlumat vermişlər. Qeyd etmişdir ki, sonralar ona məlum olmuşdu ki, Fəridi bıçaqla vuran şəxs Təqsirləndirilən şəxsdur. Şahid3 ifadələrində göstərdi göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxsləri tanıyır, qonşularıdır. O, evdə idi, səs-küy eşitmiş və çölə çıxmışdır. Səyyadı tutub, qonşusu Telmanın həyətinə gətirdiklərini görmüşdür. Sonra polis əməkdaşı və X16 maşını gəldi. Səyyadı polis əməkdaşı apardı. O, hadisə yerində olmamış və hadisəni görməmişdir. Təqsirləndirilən şəxsin əlində bıçaq görməmişdir. Hadisə barədə qonşulardan eşitmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, o, hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Qala massivində fərdi yaşayış evində həyat yoldaşı və 2 övlədı ilə bir yerdə yaşayır. Özü Xəzər rayonu Mənzil Kommunal Təsərrüfat Birliyində fəhlə işləyir. Özü əvvələr məhkum edilməmişdir. 16 may 2024-cü il tarixdə saat 20 radələrində o, evdə olan zaman həyətdə səs-küy eşitmişdi. O, həyətə çıxanda görmüşdü ki, qonşusu Telman səs-küy salır. O, Telmandan soruşmuşdu ki, nə baş verib. Telman ona demişdi ki, «uşağı bıçaqlayıblar», yəni Telmanın oğlu Fəridi bıçaqlayıblar. O, Telmanın dalınca getmişdi və tini dönəndə görmüşdü ki, Telman bir nəfərin əlindən tutub gətirir. Telman həmin şəxsi öz həyətinə gətirmişdi. Sonra polisə və Tibbi yardıma zəng etmişdi. Bir azdan sonra Telmanın həyətinə Tibbi yardım və polis əməkdaşı gəlmişdilər. Fəridi Tibbi yardım avtomaşınına yerləşdirmişdilər, polis əməkdaşı isə həmin Fəridi bıçaqla vurmuş şəxsi Telmandan təhfil alıb polisə aparmışdı. Qeyd etmişdir ki, o, görmüşdü ki, Fəridin əynində olan köynəyin sol qoltuq altı və kürəyi qanlı idi. Həyətdə olan zaman o, kimdənsə eşitmişdi ki, Fərid üç dəfə bıçaqla vurulmuşdur. Fəridlə həmin şəxsin aralarında baş vermiş münaqişə nəyə görə baş verməsindən onun heç bir məlumatı yoxdur. Eyni zamanda o, həyətdə eşitmişdi ki, Fəridlə həmin şəxsin aralarında münaqişə stansiya Qala ərazisində yerləşən «Oba» market yaxınlığında baş vermişdir. Həmin münaqişədə daha kimlər iştirak etməsindən onun məlumatı yoxdur və bu haqda heç kimdən maraqlanmamışdır. Qeyd etmişdir ki, Fəridi bıçaqla vurmuş şəxsi o, ani olaraq polis avtomaşına mindirilən zaman görmüşdü və sonuncunun üzərində hər-hansı bir xəsarət olub-olmamasını dəqiq deyə bilmir, çünki həmin vaxt hava qaranlıq idi. Bildirmişdir ki, həmin vaxt həyətə çoxlu adamlar yığışmışdır, o, onların kim olmalarına fikir vermədiyindən orada kimlərin olmasını bilmir. Şahid1 ifadələrində göstərdi ki, göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onu hadisə vaxtı tanımışdır, zərərçəkmiş şəxsləri tanıyır, qonşularıdır. O, maşınını təmir etdirirdi, qonşusu Telmanın oğlu Fərid ona yaxınlaşaraq, maşınlarını təmir etdirməkdə kömək etməyini xahiş etdi. Maşınını təmir etdirib, qurtardıqdan sonra Fəridlə getdilər, yolda Fərid ona bildirdi ki, “əmi, avtobuslar gəlir gözlə, qardaşımı da götürək”. O, dayanacaqdan kənarda maşını saxlamışdır. Fərid düşüb, qardaşını gətirməyə getdi. Bündvn sonra o, görmüşdür ki, Fəridgili mübahisə edirlər, o da maşından düşüb, onları ayırmağa getmişdir. Gördü ki, Səyyad yerə yıxılmışdı. Fərid də üstə idi, Səyyad yerdən Fəridi bıçaqla vurdu. O, Səyyadın əlindən bıçağı alıb onları ayırmışdır. Səyyadın Fəridə bıçaq vurduğunu görmüşdür. Bıçaq Fəridə dəymişdi. O, Səyyadın qolundan tutub, yerə yıxı vəonun əlindən bıçağı almışdır. O bıçağı Səyyad Fəridi vurandan sonra almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəi təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, o, hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Bağlar massivi, fərdi yaşayış evində həyat yoldaşı və 4 uşağı ilə ilə bir yerdə yaşayır. Onun 1 qızı və 3 oğlu vardır, onlar azyaşlıdırlar. Özü fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olur. Özü əvvələr məhkum edilmişdir. Məhkumluğu yol hərəkəti əlehinə olan cinayt törətdiyinə görə olmuşdur. O, Zərərçəkmiş şəxs2 1 il müddətdir ki tanıyır. Onun əsas tanışlıqı Fəridin atası Telmanla olmuşdur. O, Telmanla 5-6 il olar ki, tanışdır. O, Telmanla fərdi qaydada usta fəaliyyəti ilə məşğul olurlar. xx.xx.2024-cü il tarixdə idarə etdiyi **-FL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nasaz olduğu üçün onu təmir etdirməyə Qala qəsəbəsində yerləşən adım bilmədiyi maşın ustasının yanına aparmışdı. O, nəqliyyat vasitəsini təmir etdirib həmin yerdən çıxmışdı. Bu zaman yolda Fəridi görmüşdü, onunla salamlaşıb haləhvalını soruşmuşdur. Bu zaman Fərid ona atası Telmanın onu axtardığını demişdi. Nə məsələ olduğunu soruşduqda atasının maşının xarab olması və maşını ustaya aparmaqda köməklik göstərməsini xaiş etdiyini bildirmişdi. O, Fəridə maşına oturmasını, birlikdə onlara gedə biləcəklərini demişdi. Bu zaman yolun qıraqmda Fəridin dostu Farizin dayandığını görmüşlər. Maşını itələməkdə onlara kömək etsin deyə, Farizin yanında saxlamışdı. Farizə Fəridin atasının maşınının xarab olmasını, maşını itələməkdə onlara kömək göstərməsini bildirdikdə Fariz onlara etiraz etməyib maşının axra oturacaqma əyləşmişdi. Onlar maşında hərəkət edən zaman Fəridə zəng gəlmişdi. Fərid qardaşı Süleymanla danışıb sonuncunun da Qala dayancağına çatdığını ona bildirmişdi. Fərid ona «əgər imkan varsa qardaşım Süleymanında dayancaqdan götürək» deyə xaiş etmişdi. O da «problem yoxdur, qoy Süeyman da gəsin» deyib idarə etdiyi «Vaz-2106» markalı nəliyyat vasitəsini dayancaqdan 20 metr qabada saxlayıb Süleymanın gəlməsini gözləmişlər. 5-6 dəqiqədən sonra Süleyman ictimai nəqliyyat vasitəsindən yerə düşərək onun idarə etdiyi nəqliyyat vasitəsinə yaxınlaşmış və arxa qapını açaraq əlində olan sumkanı arxa oturacaqın üstünə qoyaraq qardaşını çağırmışdı. Bu zaman Fərid maşından düşüb Süleymanla birlikdə söhbət edə-edə dayancaqa yaxınlaşmışlar. Onun maşını işlək vəziyyətdə orta güzgüdən arxaya baxırdı. Fariz də maşında onun yanında idi. Bu zaman güzgüdən bir daha baxdığı zaman tanımadığı şəxs ilə Fərid və Süleyman nə isə danışdığını görmüşdü. O, Farizə “get bax gör nə danışılar” deyə onların dalınca göndərmişdi. Bir iki dəqiqədən sonra güzgüdən baxdığı zaman söhbətin şiddətləndiyini görüb özü də maşından düşüb ora yaxınlaşmışdı. Yaxınlaşdığı zaman onların bir biri ilə mübahisə etdiyini görmüşdü. Onlara yaxınlaşaraq nə baş verdiyini soruşduqda, onlar hadisəni başdan danışıb ona başa salmışdılar. Bu zaman o, tanımadığı, sonradan adının Səyyad olduğunu öyrəndiyi şəxsə «ayıbdır, o səndən balacadır, niyə belə edirsən» demişdi. Səyyad isə ona «sən bu işə qarışma, bu məsələ sənlik deyil» demişdi. O, isə bu uşaqların onun qardaşının balaları olduğunu, onunda onların əmisi olduğumu demişdi. Mübahisə dahada şiddətlənmişdi. Səyyad belindən bıcaqı çıxardaraq uşaqların üstünə yelləməyə başlamışdı. Səyyad birinci olaraq Fəridin qol altı nahiyyəsindən bir ədəd bucaq zərbəsi vurmuşdu. Bu zaman o, Səyyadıı əlinin dalı ilə vurmuşdu. Daha sonra Səyyadın qolundan tutaraq sonuncunu üstünə çəkib yerə yıxmışdı. Səyyad yerə yıxıldığı zaman Fərid və Fariz onun yerdə üstünə atılmışdılar. Bu zaman Səyyad yerdə idi. Fərid Səyyadın üstündə olduğu üçün Fəridə altdan yuxarı aşağıdanda bir-iki zərbə endirmişdi. O, Səyyad yerdə olarkən sonuncunun əlini burub əlindən bıcaqı almışdı. Daha sonra Səyyadı ayağa qaldırıb idarə etdiyi nəqliyyat vasitəsinə oturdub Polis Şöbəsinə təhvil vermək istəmişdi. Ancaq Səyyad oturmamışdı. Bu zaman Səyyadın əlindən tutub maşına oturmasını və polis şöbəsinə gedəcəklərini demişdi. Ancaq Səyyad onun əlindən çıxaraq qaçmaqa başlamışdı. O, Fəridin yanma gələrək sonuncunu maşına oturdub xəstəxanaya aparmaq istəmişdir. Bu zaman Fərid Səyyadın arxasınca nəlayiq ifadələr işlədirdi. Bu zaman Fəridi maşına əyləşdirək istəmişsədə Fərid əyləşməmişdi. Fərid Səyyadın arxasınca yolu keçib söhbət etməyə başlamışdı. Bu əsnada Fəridin atası Telmana zəng vurub evə gəlməsini və onu vuranıda gətirib polisə təhvil verəcəyini bildirmişdi. O, maşına minib Fəridgilin evinə gedib orda gözləməyə başlamışdı. Maşında o, tək idi. Telman polis əməkdaşına məlumat verərək Səyyadı onlara təhvil vermişdi. Tanımadığı kimsə TTY əməkdaşlarına məlumat verərk Fəridi X10 apardılar. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, o, hazırda yuxarıda göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə o, saat 20 radələrində iş yerindən yaşadığı ünvana qayıdırdı. Bu zaman yaşadığı ünvanın yaxınlığında çoxlu nəqliyyat vasitələrinin yığıldığını görmüşdü. O, nəqliyyat vasitəsini saxlayıb yerə enmişdi. Ətrafda olan şəxslərdən burda nə baş verdiyini soruşduğu zaman onlar ona qonşusu olan və uzun müddətdir ki, tanıdığı Telman adh qonşusunun oğlu Fəridi kiminsə bıcaqladığını söyləmişdilər. Bu zaman çoxlu adamlar yığılan yerə o, da yaxınlaşmışdır. Fəridin ayaq üstə dayandığını və sonuncunun sol tərəfindən qan axdığını görmüşdü. Fəridi bıcaqlıyan sonradan adının Səyyad olduğunu bildiyi şəxsdə orda idi. Həmin şəxs onların yanlarından çıxıb uzaqlaşmaq isdəyirdi. Həmin an orda hadisələr ani baş verdiyindən o, Səyyadın qaçmaması və polis əməkdaşlarına təhvil verməklərinə görə Səyyadın qolundan tutaraq sonuncunu Telman kişiyə təhvil vermək üçün Səyyadı Fəridgilin yaşadığı ünvana aparmağa başlamışlar. Onun yanında olan şəxslərin adı onun yadında qalmamışdır. Bu zaman Səyyad onlarla gəlmək istəməyərək əllərindən qurtulub qaçmaqa çalışırdı. Onlar isə Səyyadı buraxmayıb Fəridin atasına təhvil vermişlər. Telman kişi Fəridi və Səyyadı yaşadığ ünvanın həyətinə salmışdı. Telman kişi hamım bayıra çıxardaraq Səyyada heç kimin əl vurmamasını qətiyyətlə tapşırmışdı. Telman polis əməkdaşı Pərviz müəlimə zəng vuraraq oğlunu bir nəfər şəxsin bıcaqladığını və onu həyətdə tutub saxladığını sonuncuya bildirmişdi. Bir müddət keçdikdən sonra X16 maşını gələrək Fəridi xəstəxanaya aparmışdı. Bir necə dəqiqədən sonra isə Pərviz adh polis əməkdaşı gələrək Telmanın həyətinə daxil olmuşdu. O Səyyadı və Fəridə xəsarət yetirdiyi bıcaqı Telmandan təhvil alaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə aparmışdı, Telman Anar ilə birlikdə X10 yollamışdır. O, da onların arxasınca öz şəxsi avtomobili ilə X10 yollanmışdı. Həkimlər Fəridə tibbi yardım göstərməyə başlamışdılar. Suallara cavab olaraq Şahid4 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs hər hansı bir xəsart yetirməmişdir. Onun yanında Təqsirləndirilən şəxs başqa hər hansı bir şəxs xəsarət yetirməmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 ibtidai istintaq zamanı göstərmişdir ki, o, hazırda Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Qala massivi, Dəmiryolçular küçəsində fərdi yaşayış evində valideynləri ilə bir yerdə yaşayır. O, Zərərçəkmiş şəxs2 məhlələrindən tanıyır və münasibətləri yaxşıdır. 16 may 2024-cü il tarixdə saat 20 radələrində o, stansiya Qala adlanan ərazidə yerləşən marketə gəlmişdi. Bu vaxt o, görmüşdü ki, Zaur əmi ilə Farid stansiya Qalada yerləşən profılaktoriyadan çıxdılar və o, onlara yaxınlaşıb onlarla görüşmüşdür. Zaur əmi ona demişdi ki, Fəridin atası Telman əminin maşını xarab olub və həmin maşını itələməyə köməklik etsin. O, razılaşmışdı və Zaur əminin maşınına oturmuşdu. Bu vaxt Fəridə zəng gilmişdi və o, görmüşdü ki, zəng edən Fəridin qardaşı Süleymandır. Qeyd etmişdir ki, o, Süleymanıda tanıyırdı, lakin onunla Fəridlə olduğu kimi şirin münasibəti yox idi. Fərid onlara demişdi ki, qardaşı Süleymanda gəlir universitetdən, elə onuda götürək və gedək. Sonra stansiya Qalaya «Q- l»-№-li avtobus gəlmişdi. Avtobusdan sərnişinlər və o, cümlədən Süleymanda çıxmışdı. Eyni zamanda Süleymanın arxasınca bir nəfər saqqalı şəxsdə çıxmışdı. Həmin şəxs Süleymanla nəsə mübahisəli söhbət etməyə başlamışdı. Həmin vaxt Süleyman əlində olan gödəkçəsini və digər hansısa əşyanı yerə qoymuşdu. Həmin vaxt Fərid onların söhbətlərini görürdü və buna görə də, maşından düşüb Süleyman və həmin şəxsə tərəf getmişdi, onunla Zaur əmi isə qalmışlar maşında. Qeyd etmişdir ki, həmin vaxt avtomaşınla Süleymanın və həmin şəxsin arasında təxminən 20 metri olardı. Fərid Süleymanla həmin şəxsin yanına yaxınlaşdıqdan təxminən 2 dəqiqə sonra Zaur əmi ona demişdi ki, «Get onların yanına, gör nə oldu». O, avtomaşından düşüb Fərid, Süleyman və həmin şəxsə yaxınlaşmışdı. Onlar həmin vaxt öz aralarında söhbət edirdilər və Fərid onun üstünə qışqırmışdı ki, «gəlmə». O, yenidən maşına Zaur əminin yanma qayıtmıışdı. O, Zaur əminin maşınının yanma çatanda görmüşdü ki, həmin saqqallı şəxs arxaya çəkilərək sağ əli ilə öz arxa tərəfindən bıçaq çıxardıb Fərid və Süleymana tərəf yelətməyə başladı. Həmin vaxt Süleyman qorxusundan geri çəkilmişdi, Fərid isə böyrü üstə yerə yıxılmışdı. Fərid yerdə olan zaman həmin saqqalı şəxs Fəridin üstünə cummuşdu və bıçaqla Fəridin kürəyindən vuran zaman o, və Zaur əmi bir yerdə onlara çatmışlar. Zaur əmi ilə o, onlara çatan zaman Zaur əmi həmin şəxsin qolundan tutaraq bıçağı onun əlindən almışdı. Həmin vaxt ətrafa çoxlu adamlar yığışmışdı. Fərid və həmin şəxs yerdən qalxmışdılar. Həmin şəxs qaçmağa başlamışdı, Fəridin isə həmin vaxt əynindəki köynəyin sol qoltuqaltı nahiyyəsi və kürək nahiyyəsi qanlı idi. Zaur əmi Fəridi maşınına oturtmuşdu və Telman əmiyə zəng etmişdi. Qeyd etmişdir ki, həmin saqqallı şəxs onların məhlələrinə tərəf qaçırdı və məhlədə məhlə camahatı onu tutub saxlamışdılar. Onlar məhləyə çatanda görmüşdülər ki, Telman əmi qaça-qaça onlara tərəf gəlir, həmin saqqalı şəxsi məhlə camahatı tərəfindən tutulub saxlanılır. Telman əmi hamıya tapşırdı ki, həmin saqqallı şəxslə heç kimi işi olmasın. Sonra məhləyə əvvəl X16 maşım gəldi, daha sonra isə polis əməkdaşı. Fəridi Tibbi yardım maşını apardı xəstəxanaya, həmin şəxsi isə polis əməkdaşı apardı. Qeyd etmişdir ki, bıçağı dava vaxtı Zaur əmi almışdı həmin şəxsin əlindən, ancaq sonra bıçaq kimdə olmasını və kimə verilməsini o, görməmişdi. Sonralar ona məlum olmuşdu ki, həmin saqqalı şəxsin adı Səyyaddır. O, hadisədən əvvəl Səyyadı tanımamış və onunla heç bir münasibəti olmamışdır. Suallara cavab olaraq Şahid5 bildirmişdir ki, Süleymanla Fəridin və Səyyadın aralarından olan söhbətdən Səyyadın Fəridi bıçaqla vurmasına kimi təxminən 8-10 dəqiqə davam etmişdir. Dava vaxtı o, həyacanlı olduğundan kimlərin orada olmasına fikir verməmiş və onun yadında deyil, orada kimlər vardır. O, Fəridlə Səyyadın aralarında olan söhbəti eşitməmiş və bilmir ki, onlar bir-birinə söyüş söymüşlər və ya yox. O, yenə təkrar edir ki, Səyyad Süleymanla söhbət edən zaman onlara Fərid yaxınlaşmışdır, başqa heç kim olmamışdır. Sonra o, Zaur əminin maşınından düşüb onlara yaxınlaşmaq istərkən Fərid onun üstünə qışqırmışdı ki, «gəlmə». Həmin vaxt Fəridin yanında başqa heç kim olmamışdır. Səyyad düzgün ifadə vermir, belə ki, Səyyad bıçağı çıxartdıqdan sonra bıçağı Fəridin üstünə yeriyərək yelləməyə başlamışdır və həmin vaxt bıçaq Fəridin sol qoltuq hissəsinə dəymişdir. Fərid yenədə arxaya çəkilən zaman ayağı dolaşmışdı və yerə yıxılmışdı və həmin zaman Səyyad Fəridin üstünə cumaraq onu yenidən kürək nahiyyəsindən bıçaqla vurmuşdur. Sonra Zaur əmi Səyyadın əlindən bıçağı almışdı və onlar ikisidə ayağa durmuşdular. Səyyad onların məhlələrinə tərəf qaçmışdı. O, məhlədə Telman əminin Səyyadı sillə ilə vurmasını görməmişdir. O, görüyünü söyləmiş və yenədə göstərmişdir ki, Səyyad əvvəl bıçağı yellədəndə bıçaq Fəridin qoltulaltına dəymişdir. Bundan sonra Fərid geri çəkilən zaman yıxılmışdır və Səyyad Fəridin üstünə cumaraq Fəridi yenidən kürəyindən bıçaqla vurmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş: Üzləşdirmə zamanı zərərçəkimiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Şahid1 ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişlər. «İfadənin yerində yoxlanılması» haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, «Stansiya Qala» adlanan ərazidə yerləşən «Oba» marketin qarşısında olan avtobus dayanacağına gələrək göstərmişdir ki, 16 may 2024- cü il tarixdə o, «Q-l»-№-li avtobusda gələrkən onun ayağını bir neçə dəfə sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 tapdalamışdır və bu zəmində aralarında mübahisə yaranmışdır. Həmin gün saat 20 radələrində avtobus «Stansiya Qala adlanan ərazidə dayanacaqda gələrək dayandıqa avtobusdan əvvəl Zərərçəkmiş şəxs1, sonra isə o, düşmüşdür. O, avtobusdan düşdükdə görmüşdür ki, avtobus dayanacağında onları 3 nəfər, sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs1 qardaşı Zərərçəkmiş şəxs2, Şahid1 oğlu və Şahid5 dayanıblar. O, Zərərçəkmiş şəxs1la dayanacaqda söhbət edən zaman həmin 3 nəfər onlara yaxınlaşmışlar və Zərərçəkmiş şəxs2 onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs2 onu söymüşdür. O, Zərərçəkmiş şəxs2 söyüşlə cavab verdikdə onlar 4-də onun üstünə cummuşlar. O, özünü müdafiə etmək üçün üzərində olan bıçağı çıxardıb onlara tərəf yelləməyə başlamışdır. Həmin vaxt Zaur onun sifətinin sol tərəfindən yumruqla vurmuşdu. O, əlində olan bıçaqla Fəridin sol ayağına vurmaq istəmiş, lakin bıçaq Fəridin bədəninin sol tərəfinə dəymişdi. Fərid onun sinə nahiyyəsindən yumruq və ya təpiklə vurmuş, nəticədə o, kürəyi üstə yıxılmışdı. Lakin, bıçaq həmin vaxt onun əlində idi. Həmin vaxt Fərid onun üstündə, Zaur, Süleyman və Fariz isə ayaqüstə ətrafında onu yumruq-təpiklə vurmağa başlamışdılar. Fariz bir neçə dəfə təpiklə onun sol qılçasına, Süleyman isə sol qoluna vurmuşdular. O, yerdə uzanıqlı vəziyyətdə olaraq əlindəki bıçağı onların ayaq hissələrinə batırmağa çalışırdı ki, onların əllərindən çıxsın. Həmin vaxt bıçaq bir neçə dəfə Fəridə dəyərək onu yaralamışdı. Eyni zamanda bıçaq həmçinin Süleyman onu yumruqla vuran zaman Süleymanın əllərimdə yaralamışdı. Mənim əlindən bıçağı almaq üçün Zaurda yumruqlarla bədəninin müxtəlif yerlərinə vururdu, sonra isə qolunu dartmış və o, bıçağı əlindən buraxmışdı. Zaur bıçağı götürmüşdü. Həmin vaxt onlar onu vurmaqlarını davam etdirirdilər. Ətrafa təxminən 20 nəfər toplaşmışdı. Sonra onu döyən 4 nəfər ayağa qaldırdılar və yolun qarşı tərəfinə keçirdilər. Burada, «Oba» marketin qarşısında onu Zaur və Fərid jiquli avtomaşınına oturtmaq istəmişlər. Həmin vaxt o, görmüşdür ki, Fəridin son tərəfdən köynəyi qanlıdır. O, avtomaşına oturmamış və yaşadığı ünvana tərəf getməyə başlamışdır. Sonra onu saxlayıb Fəridin atasına təhfıl vermişlər və sonuncu onu həyətinə apararaq polisə məlumat vermişdir. Sonra polis əməkdaşı gəlmiş və onu 1-ci PŞ-nə aparmışdır. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş protokola əlavə ediləcəkdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1422-№-li rəyindən görünür ki: Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətidiyi əməl dövvründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətidiyi əməl dövvründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətidiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-nin 21.3 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 492-№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol dirsəyin, sol sağrının, sol dizin sıyrıqları küt əşya (əşyalar) tərəfindən törənmiş, törənmə müddətləri onun məhkəmətibb müayinəsindən 2-3 əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə bunlar istər birlikdə, istərsədə ayrı-ayrılıqda dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 496-№-li rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yarısının yan səthinin daxilə (plevra boşluğuna) nüfuz edən 1 ədəd, döş qəfəsinin sol yarısının yan səthinin və sağ kürəkaltı nahiyyələrin daxilə (plevra boşluğuna) nüfuz etməyən 2 ədəd deşilmiş- kəsilmiş yaraları; sağ əlin səthi kəsilmiş yaraları deşici-kəsici təsirə malik əşyanın (alət (ola bilsin bıçaq)) deşici-kəsici və kəsici təsirindən; sağ yanağın, sol dirsəyin sıyrıqları isə küt aşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X13” X17 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən: döş qəfəsinin sol yarısının yan səthinin daxilə (plevra boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya; döş qəfəsinin sol yarısının yan səthinin və sağ kürəkaltı nahiyyələrin daxilə (plevra boşluğuna) nüfuz etməyən 2 ədəd deşilmişkəsilmiş yaraları istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; sağ yanağın, sol dirsəyin sıyrıqları və sağ əlin səthi kəsilmiş yaraları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə bunlar istər birlikdə, istərsədə ayrı-ayrılıqda dərəcələri təyin edilmir.
2. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Məhkəmə-tibbi-krminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 241/2024-MTKŞ nömrəli rəyindən görünür ki, 1.1.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus sviter və qara rəngli maykanın ön səthinin sol nahiyəsində hərəsinə bir ədəd, arxa səthinin sol nahiyəsində hərəsinə bir ədəd, arxa səthinin orta nahiyəsində hərəsinə bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdi, ülgücü və küpü olan yastı tiy tipli, deşici- kəsici alətin (alələrin) təsirindən, o sümlədən eksperizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin tərsirindən törənmişlər. 2.Eksperizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus boz rəngli mayka, idman şalvarı və corab üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmayıb. 3.Ekspertizaya təqdim edilmiş üç ədəd dəsmal üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. 4.Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı, “kəpənək” tipli cib bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim edilmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd sviter və 1 ədəd qara rəngli mayka maddi sübut əhəmiyyəti kəsb etdiyindən onlar maddi sübut kimi tanınmış və saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 352/2024-MTBŞ - №- li rəyindən görünür ki: 1.Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu Abeta/İİ/-dir (axtarışvəmiqəsinin kserosurətinə əsasən.) 2.Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2məxsus iki ədəd mayka, finka, sviter, bıçaq üzərində olan ləkəlrdə insan qanı aşkar edildi. Bu ləkələərdə qanın qrup göstəricisi ABO sistemi üzrə təsdiq olunduqda yalnız “A” antigeni alındı. Aqqlyutinin isə alınmadı. Bu qan ləkələri ABO sistemi üzrə A beta /İİ/ qruplu şəxsə, o sümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Məhkəmə-tibbi-krminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 241/2024-MTKŞ -№-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus sviter və qara rəngli maykanın ön səthinin sol nahiyəsində aşkar edilmiş hərəsində bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısında olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə; maykanın arxa səthinin sol nahiyəsində iki ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədəninin sağ kürəkaltı nahiyəsində olan iki ədəd deşilmiş-kəsilmiş yarası ilə nisbi üst-üstə düşməməsi, maykanın yerdəyişməsi (yuxarı qalxması, aşağı düşməsi, sağa-sola çevrilməsi və s.) ilə izah oluna bilər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 807-№-li rəyindən görünür ki: 1 .Zərərçəkmiş şəxs1 üzərində aşkar edilmiş xəsarətlər - sağ və sol əlin solğun qırmızımtıl-cəhrayamtıl rəngli, çapıq toxumaları kəsilmiş yara izləri olub kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)); sağ dizin çəhrayımtıl rəngli dəri sahəsi əzilmiş yara izi olub küt əşya təsirindən törənmiş, törənmə müddətiləri onun məhkəmə-tibbi müayinəsindən 2 ay əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. 2 .Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə yerləşən “Oba” marketin qarşısında olan avtobus dayanacağında baş vermiş münaqişə zamanı istifadə etmiş olduğu zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı, “kəpənək” tipli soyuq silah hesab olunmayan cib bıçağı iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən, həmin bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Xəzər RPİnin saxlanc yerinə təhvil verilmişdir. “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar 16 may 2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, «Stansiya Qala» adlanan ərazidə yerləşən «Oba» marketin qarşısından keçən yolun digər tərəfindən yerləşən avtobus dayanacağında baş vermiş münaqişənin videogörüntüləri köçürülmüş 2 ədəd videodisklərə baxış keçirmişdir. Həmin 2 ədəd disk şərti olaraq 1 və 2 nömrələri ilə nömrələnmişdir. 1-№-li diskə baxış zamanı məlum olmuşdur ki, həmin diskdə 4 ədəd videofayl vardır. Həmin videofayllar «TŞ7-030 1 -2024-05- 16_19h30min00s000ms, TŞ7-030 1- 2024- 05-16_20h00min00s000ms, TŞ7-030 2-2024-05-16_19h30min00s000ms, TŞ7-030 3-2024-05- 16_19h30min00s000ms»-№-lidir. TŞ7-030 l-2024-05-16_19h30min00s000ms -№-li videofayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin videofaylda videogörüntülər saat 19:30:01-də başlayır, saat 19:59:58-də qurtarır. Baxış zamanı həmin videogörüntüdə iş üzrə əhəmiyyət kəsb edən görüntü aşkar edilməmişdir. TŞ7-030 l-2024-05-16_20h00min00s000ms -№-li videofayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin videofaylda videogörüntülər saat 19:59:58-də başlayır, saat 20:59:58-də qurtarır. Videogörüntülərə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 1) .Saat 19:59:58-də «Oba» marketin qarşısında olan yolun əks tərəfindəki avtobus dayanacağında 1 ədəd qara və 1 ədəd qırmızı rəngli «Jiquli» avtomaşınları dayanmışdır. Qara avtomaşının sağ tərəfində 1 nəfər şəxs dayanmışdır. 2) .Saat 20:00:27-də yolların kəsişməsindən avtobus dayanacağı istiqamətində «Ql»-№-li avtobus dönür. 3) .Saat 20:02:19-da dayanacaqda 1 qara rəngli «jiquli» avtomaşın və onun arxasnda2 nəfər şəxs dayanmışdır. 4) .Saat 20:06:21-də avtobus dayanacağında qara rəngli «jiquli» avtomaşının ətrafında 7-8 nəfər vardır, onların mübahisə etmələri görünür. 5) .Saat 20:06:31-də dayanacaqda olan 7-8 nəfər öz aralarında dartışırlar. 6) .Saat 20:08:29-da qara rəngli «jiquli» avtomaşını «Oba» marketin qarşısındadır və avtomaşının ətrafında 7-8 nəfər vardır, mübahisə edirlər. 7) .Saat 20:10:25-də qara rəngli «jiquli» avtomaşını «Oba» marketin qarşısından hərəkətə gəlir. 8) .Saat 20:12:29-da «Oba» marketin qarşısında xarici avtomaşının arxasına 7-8 nəfər dayanıb. Bundan sonra videogörüntüdə iş üzrə əhəmiyyət kəsb edən görüntü aşkar edilməmişdir. TŞ7-030 2-2024-05-16_19h30min00s000ms -№-li videofayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin videofaylda videogörüntülər saat 19:30:00-da başlayır, saat 19:59:58-də qurtarır. Baxış zamanı həmin videogörüntüdə iş üzrə əhəmiyyət kəsb edən görüntü aşkar edilməmişdir. TŞ7-030 3-2024-05-16_19h30min00s000ms -№-li videofayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin videofaylda videogörüntülər saat 19:30:00-da başlayır, saat 19:59:58-də qurtarır. Baxış zamanı həmin videogörüntüdə iş üzrə əhəmiyyət kəsb edən görüntü aşkar edilməmişdir. 9) №-li disk kompyuterə daxil edildikdən sonra məlum olmuşdur ki, həmin diskdə 2 ədəd videofayl vardır. Həmin videofayllar «TŞ7-030 2-2024-05- 16_20h00min00s000ms, TŞ7-030 3-2024- 05-16_20h00min00s000ms»-№-lidir. TŞ7-030 2-2024-05-16_20h00min00s000ms -№-li videofayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin videofaylda videogörüntülər saat 20:00:00-da başlayır, saat 20:59:58-də qurtarır. Baxış zamanı həmin videogörüntüdə iş üzrə əhəmiyyət kəsb edən görüntü aşkar edilməmişdir. TŞ7-030 3-2024-05-16_20h00min00s000ms -Nq-U videofayla baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin videofaylda videogörüntülər saat 20:00:00-da başlayır, saat 20:59:59-da qurtarır. Videogörüntülərə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: İj.Saat 20:00:00-da «Oba» marketin qarşısında olan yolun əks tərəfindəki avtobus dayanacağında 1 ədəd qara və 1 ədəd qırmızı rəngli «Jiquli» avtomaşınları dayanmışdır. Qırmızı rəngli avtomaşının arxa tərəfində 3 nəfər, qara rəngli avtomşmın sağ tərəfində 1 nəfər şəxs dayanmışlar. 10) Saat 20:00:03-də avtobus dayanacağına «Q-l»-№-li sərnişin avtobusu gəlir və avtobusdan sərnişinlər düşür və minir. 11) Saat 20:01:20-də qırmızı rəngli «jiquli» avtomaşını dayanacaqdan çıxıb gedir, həmin vaxt qara rəngli avtomaşının yanında olan 1 nəfər şəxs avtobusun sağ böyründə dayanan 2 nəfər şəxsə yaxınlaşır. 12) Saat 20:01:36-da «Q-l»-№-li avtobus dayanacaqdan çıxır, həmin 3 nəfər şəxs qara jiqulinin arxa tərəfində söhbət edirlər. 13) Saat 20:04:57-də avtobus dayanacağına növbəti «Q-l»-№-li sərnişin avtobusu gəlir və avtobusdan sərnişinlər düşür və minir. 14) Saat 20:05:28-də «Q-l»-№-li avtobus dayanacaqdan çıxır, dayanacaqda 7-8 nəfər şəxs var və onların aralarında dayanacaqda dayanmış qara rəngli «jiquli» avtomaşının arxa tərəfində münaqişə baş verib. 15) Saat 20:06:11-də avtobus dayanacağında münaqişə edənlər və onların yanlarında olan şəxslər dayanacaqda dayanmış qara rəngli «jiquli» avtomaşının sağ tərəfinə keçirlər. 16) Saat 20:06:28-də avtobus dayanacağında münaqişə edən şəxsləri onların yanlarında olan şəxslər ayırırlar. 9)Saat 20:06:48-də avtobus dayanacağında münaqişə edənləri aralaşdırırlar və ağ rəngli köynək geyinmiş 1 nəfər şəxs digər 1 nəfər şəxsin qolundan tutaraq «Oba» marketə tərəfə gəlirlər. 17) .Saat 20:07:10-da avtobus dayanacağında dayanmış qara rəngli «jiquli» avtomaşınına 2- 3 nəfər oturur və qara rəngli «jiquli» avtomaşını avtobus dayanacağından çıxır. 18) .Saat 20:07:15-də «Oba» marketin qarşısında qolundan tutulan şəxs getmək istəyir, ağ rəngli köynək geyinmiş 1 nəfər şəxs həmin qolundan tutulan şəxsi buraxmır. 19) .Saat 20:07:20-də qara rəngli «jiquli» avtomaşını «Oba» marketin qarşısında olan həmin 2 nəfərin yanma gəlib dayanır. 20) .Saat 20:07:31-də qara rəngli «jiquli»-dən sürücü düşür, ağ rəngli köynək geyinmiş 1 nəfər şəxsin yanma yaxınlaşır və onunla dartışır, sonuncunu jiquli avtomaşınına tərəf dartır. 21) .Saat 20:07:44-də qara rəngli «jiquli»-nin qarşısına 7-8 nəfər toplaşır. 22) .Saat 20:07:53-də qara rəngli «jiquli» avtomaşının sağ tərəfində dartışdırılan şəxs «Oba» marketin qarşısından getmək istəyir, lakin 1 nəfər şəxs ona yumruq ataraq vurmaq istəyir. 23) .Saat 20:08:12-də dartırılan 1 nənəfr şəxsi qara «jiquli»-nin sağ tərəfində dartırlar, həmin vaxt orada 6-7 nəfə vardır. 24) .Saat 20:08:47-də həmin 6-7 nəfər şəxslər qara «jiquli»-nin arxa tərəfinə keçirlər. 25) .Saat 20:09:07-də dartışan şəxslər qara giqulinin sağ tərəfinə keçirlər. 26) .Saat 20:10:32-də qara «jiquli» avtomaşını «Oba» marketin qarşısında öz yerini dəyişir. 27) .Saat 20:ll:57-də qara rəngli «jiquli» avtomaşınına bir neçə şəxs oturur və avtomaşın «Oba» marketin qarşısından gedir. 28) .Saat 20:13:16-da münaqişədə iştirak edən şəxslər «Oba» marketin qarşısından dağışnııırlar. Bundan sonra videogörüntüdə iş üzrə əhəmiyyət kəsb edən görüntü aşkar edilməmişdir. 16 may 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, “Stansiya Qala” adlanan ərazidə yerləşən “Oba” marketin qarşısında olan avtobus dayanacağında baş vermiş münaqişənin 2 ədəd videodiskə köçürülmüş videogörüntüləri iş üzrə sübut əhəmiyyəti daşıyır, həmin 2 ədəd videodisk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur.
Məhkəmənin hüquqi qiymətləndirməsi:
Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilərək göstərdi ki, o, özünü müdafiə məqsədi ilə bıçaqdan istifadə etmişdir. Bıçağa əl atmasına səbəb qarşı tərəfin sayca çox olması və zərərçəkmiş şəxs Fəridin söyüş söyməsi olmuşdur. O, özünü Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilir, həmin əməli də özünü müdafiə etmək üçün törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs bu ifadələrini iş üzrə dindirilmiş zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə, həmçinin, ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1422-№-li, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 492-№-li, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 496-№-li, məhkəmə-tibbikrminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 241/2024- MTKŞ-№-li, məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 352/2024-MTBŞ- №-li, məhkəmə-tibbi-krminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli 241/2024-MTKŞ-№-li və məhkəmə- tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 807- №-li rəyləri və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla qarşılıqlı təhlil edərək qeyd edir ki, onun bu ifadələri öz müdafiəsinə yönəlmiş, faktiki əsası olmayan ifadələr kimi nəzərə alınmalıdır. Çünki o, yuxarıda təsvir olunan ictimai təhlükəli əməlin baş verməsinin təşəbbüskarı olmuşdur. Zərərçəkmiş şəxs1 avtobusda sərnişinlərin sıxlığı səbəbindən təsadüfən təqsirləndirilən şəxsin ayağını ayaqlamışdır. Buna görə də etik normalara uyğun təqsirləndirilən şəxsdən üzr istəmişdir. Təqsirləndirilən şəxs bu üzrxahlığı qəbul etməyib, sonuncunun yaşını öyrənib, onun harada avtobusdan düşəcəyini soruşub, öz hərəkətləri ilə yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs1 qoxu hissi yaratmışdır. Sonuncu da təqsirləndirilən şəxs tərəfindən ona fiziki zorakılıq ediləcəyindən qorxaraq qardaşı, hazırkı iş üzrə zərərçəkmiş şəxs cəlb olunmuş Zərərçəkmiş şəxs2 məlumat verib, qardaşından onu avtobus dayanacağında qarşılamağı xahiş etmişdir. Zərərçəkmiş şəxs2 də qardaşını qarşılamaq üçün avtobus dayanacağına gələndə Təqsirləndirilən şəxs Süleymanla aqressiv danışdığını görüb nə baş verdiyi soruşub, Süleymandan Təqsirləndirilən şəxs aqressivlik səbəbini izah edib, ondan üzr istədiyini, təqsirləndirilən şəxsin onun üzürxahlığını qəbul etməyib, onu münaqişəyə cəlb etmək istədiyini qardaşına danışmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 özünün Süleymanın böyük qardaşı olduğunu bildirib baş vermiş təsadüfi ayaqbasmaya görə ondan iki dəfə üzr istəmişdir. Təqsirləndirilən şəxs isə onun da üzxahlığını qəbul etməyib, qeyri-etik sözlər işlətmişdir. Zərərçəkmiş şəxs2 isə qardaşı Süleyman ilə oradan getmək istəyərkən Təqsirləndirilən şəxs arxadan Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirmişdir. Sonuncu ona kənar əşyanın dəydiyini hiss edib geri döndükdə, Təqsirləndirilən şəxs əlində açıq vəziyyətdə bıçaq oğlunu görüb, özünü müdafiə etmək üçün bıçağı onun əlindən almaq üçün ona qarşı qanunla yol verilən hədlərdə hərəkətlər edib onu yerə yıxıb bıçağı əlindən almağa cəhd edərkən sonuncu ona daha iki bıçaq zərbəsi endirmişdir. O, bu əməlləri ictimai yerdə çoxsaylı insanların əhatəsində özünün üstünlüyünü nümayiş etdirmək üçün ictimai qaydaları və hamı tərəfindən tanınan birgə yaşayış qaydalarını pozaraq və ətrafındakı adamlara hörmətsizlik edərək ucadan soyüş söyməklə törətmişdir. Onu bu əməlləri törətməyə sövq edən hər hansı səbəb olmamışdır. O, özü bu hərəkətləri özünün üstünlüyünü nümayiş etdirmək üçün törətmişdir. Onun müdafiəyə ehtiyacı olmamışdır. Hadisədən qabaq və ya hadisə vaxtı zərərçəkmiş şəxslər onu nə sözlə hədələmiş, nə də belə hədəni əks etdirən hərəkət nümayiş etdirmişlər. Bu səbəbdən də onun özünü müdafiə etməyə səbəb və zərurət olmamışdır. Buna görə də məhkəmə, Təqsirləndirilən şəxs törətədiyi əməli özünü müafiə etmək məqsədi ilə törətməsi haqqındakı iddiasını faktiki əsası olmayan və işin faktiki hallarına uyğun olmayan özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmə gəldiyi bu qənaətlə bağlı qeyd edir ki, məhkəmə, Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığını qeyd edir. O isə bəyanatlarında iddia etdiyi halları təsdiq edən sübut təqdim etmədi. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsi qənaətinə gəlib, onun təqsirli bilinməsini və onun əməlinin Azərbaycan Respublikası CMnin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd sviter və 1 ədəd qara rəngli mayka, həmçinin Təqsirləndirilən şəxs münaqişə zamanı istifadə etmiş olduğu zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı, “kəpənək” tipli soyuq silah hesab olunmayan cib bıçağı maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, 02 ədəd videodisk cinayət işinin materiallarına əlavə etmişdir. Məhkəmə, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd sviter və 1 ədəd qara rəngli mayka, həmçinin Təqsirləndirilən şəxs münaqişə zamanı istifadə etdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı, “kəpənək” tipli soyuq silah hesab olunmayan cib bıçağı istehlak dəyəri olmayan əşyalar kimi məhv edilməsini, 02 ədəd videodiski cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “De Fendo” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 90 (doxsan) saat hüquqi yardım göstərilməsi və bu səbəbdən ona 540 (beş yüz qırx) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini təmin edib təqsirləndirilən şəxsin həmin ödəmədən azad olunmasını əsaslı sayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi cinayət əməlinin törədilmə üsul və şəraiti barəsində qismən etirafedici ifadələr verib cinayətin üstünün açılmasında iştirak etməsi, zərərçəkmiş şəxslərlə barışması və əvvəllər məhkum olunmaması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub 18 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində həbs qətimkan tədbiri seçilib hazırki vaxtadək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə bu halı Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın onun tərəfəindən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 17 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Dövlət büdcəsinin vəsaiti hesabına məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “De Fendo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 540 ( beş yüz qırx ) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiə xərcindən azad olunsun. İş üzrə maddi sübut kimi kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd sviter və 1 ədəd qara rəngli mayka, həmçinin Təqsirləndirilən şəxs münaqişə zamanı istifadə etdiyi “kəpənək” tipli soyuq silah hesab olunmayan cib bıçağı istehlak dəyəri olmayan əşyalar kimi məhv edilsinlər. 02 ədəd videodisk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Novruz Kərimov
Hakimlər: Rasim Sadıxov
Leyla Əsgərova-Məmmədova