Məhkəmə qərarları › İş №1(101)-579/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-579/2021

03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-579/2021 03.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Quba rayonu, Birinci Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 234.1-ci maddələri təqsirli bilinərək, CM-nin 66.3 və 66.5-ci maddələri tətbiq olunmaqla 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq, psixotrop maddəni və külli miqdarda narkotik vasitələri əldə edərək daşımış, saxlamış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 6,831 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, çətənə bitkisindən kustar üsulla hazırlanmış 400,515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, psixotrop maddə hesab olunan 0,074 qram metamfetamini və xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış 0,536 qram narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı ünvan 2 ünvanına gətirərək narkotik vasitələr heroin və qurudulmuş marixuananı hissələrə bölmüş, heroinin bir hissəsini və metamfetamini üzərində, qalan narkotik vasitələri yaşadığı evdə saxlamış, xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində heroindən bir bükümdə 0,032 qramını yaşadığı evinin qarşısında 8 (səkkiz) manat məbləğində pul müqabilində tanışı Şahid4 satmış, xx.xx.2020-ci il tarixdə saat 14:50-də Quba RPŞ-nin əməkdaşları tərəfindən yaşadığı evin qarşısında saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sol yan cibində olan “Sobranie” markalı siqaret qutusunun içərisindən hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,050; 0,072; 0,041; 0,060; 0,050; 0,056; 0,046; 0,094; 0,044; 0,028; 0,037; 0,049 qram təşkil edən 12 ədəd müxtəlif rəngli kağız bükümlərdə ümumi təmiz çəkisi 0,627 qram olan narkotik vasitə heroin, 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,074 qram olan psixotrop maddə metamfetamin, həmin vaxt yaşadığı evə baxış keçirilərkən mətbəxdəki soyuducunun qapısının içəri tərəfindəki rəfindən hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 6,126 və 0,046 qram təşkil edən 2 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 6,172 qram olan külli miqdarda narkotik vasitə heroin, 1 ədəd kağız bükümdə narkotik vasitə olan 0,536 qram tiryək, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,181 və 0,334 qram təşkil edən 2 ədəd kağız bükümdə ümumi təmiz çəkisi 0,515 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və soyuducunun üzərindəki dəmir qabın içərisindən sellofan torbaya bükülmüş vəziyyətdə təmiz çəkisi 400 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 14 radələrində yaşadığı evin qarşısındakı küçəyə çıxıb siqaret çəkdiyi vaxt polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitədən qanunsuz istifadə etməsi və üzərində saxlaması ilə bağlı şübhəli olduğunu deyərək üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, həmin şəxsi axtarışın kamera çəkiliş vasitəsi ilə qeydə alınacağını demişlər. Bundan sonra polis əməkdaşları üzərində olan əşyaları çıxarıb avtomobilin baqaj hissəsinin üzərinə qoymağı təklif edilmişdir. O, da, əynində olan qara rəngli şalvarın ciblərindən müxtəlif əşyaları, həmçinin şalvarın sol yan cibindən çıxardığı 1 ədəd göy rəngli "Sobranie” markalı siqaret qutusunu çıxarıb yanında olan avtomobilin baqaj hissəsinin üzərinə qoymuş, sol yan cibindən çıxarıb qoyduğu “Sobrenie” siqaret qutusunun içinə açılıb baxıldıqda qutunun içindən 13 ədəd kiçik bükülülər aşkar olunmuş, həmin bükülülərdən biri açılıb baxıldıqda bükülünün içindən boz rəngli toz şəkilli kütlənin olduğu aşkar olunmuş, bu barədə ondan soruşulduqda həmin bükülünün içində və digər bükülülərdə narkotik vasitə olduğunu və onları xx.xx.2020-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən aldığını və özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükülülər onun iştirakı ilə elektron tərəzidə çəkilərək kütlənin ümumilikdə çəkisi 2 qram təşkil etmişdir. Həmin kütlə qablaşdırılaraq götürülmüş, sonradan ona yaşadığı evində də, narkotik vasitə olub-olmaması barədə soruşulduqda o, evində də, narkotik vasitə saxladığını bildirib, soyuducunun qapısında olan rəfdən 5 ədəd kiçik bükülüdə saxladığı narkotik vasitələri çıxarıb masanın üzərinə qoymuş, həmin bükülülər açılıb baxıldıqda 2 ədəd bükülüdə ağ-sarımtıl formalı toz şəkilli, digər iki bükülüdə yaşıl rəngli ota bənzər bir ədəd bükülüdə isə qara rəngli kütlələrin olması müəyyən edilmişdir. Bu barədə ondan soruşulduqda o, iki ədəd bükülüdə olan kütlənin narkotik vasitə sayılan heroin, digər iki ədəd bükülüdə olan kütlələrin narkotik vasitə sayılan marixuana və bir ədəd bükülüdə olan qara rəngli kütlənin isə tiryək olduğunu və onları bir gün əvvəl, yəni xx.xx.2020-ci il tarixdə Bakı şəhərindən tanımadığı şəxsdən bir ədəd tiryəki isə bir həftə əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən ümumilikdə 200 manata aldığını bildirərərk etiraf etmişdir. Həmin kütlələr də, elektron tərəzidə çəkilmiş, heroin olan kütlələrin çəkisi 8,2 qram, marixana olan kütlələrin çəkisi 1,3 qram, tiryək olan kütlənin çəkisi isə çəkildikdə 0, 5 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin soyuducunun üzərində də, dəmir qabda narkotik vasitə saxladığını polis əməkdaşlarına bildirmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 405,3 qram olması müəyyən olunmuşdur. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən damarına vurmaqla istifadə etmiş, narkotik vasitə sayılan marixuanadan isə siqaretə doldurmaqla istifadə etmiş, bunun üçün evində elektron tərəzi və şpiris də, saxlamış, evində masanın üzərində olan bir ədəd elektron tərəzi və bir ədəd istifadə olunmuş bir qramlıq şpirisin də, onun olmuş, həmin şpirisdən xx.xx.2020-ci il tarixdə heroinn adlanan narkotik vasitədən vurmaqla istifadə etmiş, üzərinə şəxsi axtarış keçirilən zaman bir qədər həyəcanlı olduğundan üzərindən aşkar olunmuş 13 ədəd bükümlərdən birində psixotrop maddə hesab olunan metamfetamin olması barədə məlumat vermək yadından çıxmış, evində saxladığı narkotik vasitə olan heroindən tanışı Quba şəhər sakini Şahid4 xx.xx.2020-ci il tarixdə saat təxminən 15:30 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evinin qarşısında 8 manata satmış, istifadəsində 070-224- 22-54 mobil nömrəsi olmuş və Əlidən başqa heçkimə hər hansı narkotik vasitə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,Quba Rayon Polis Şöbəsində işləyir. Quba şəhər sakini Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitəni Ərəstun adlı şəxsdən aldığını dediyindən Təqsirləndirilən şəxs ətrafında onun, Quba RPŞ-nin TQnın təhqiqatçısı Şahin Məmmədovun, CAB-ın baş əməliyyat müvəkkili Şahid2, CAB-ın əməliyyat müvəkkili Şahid3 və KTQ-nın baş inspektor kriminalisti Fuad İslamovun iştirakları ilə əməliyyat tədbirləri keçirilmiş və bu tədbirlər nəticəsində xx xxxxxxxx 2020-ci il tarixdə saat 14;50-də narkotik vasitə əldə edib saxlamaqda, istifadə etməkdə və satmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən evinin qarşısında saxlanılmış, əvvəlcə təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanıldığını bildirdikdən sonra qrupun üzvləri o cümlədən vəkilinin iştirakları ilə Ərəstunun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində olan əşyaları çıxararaq təqdim etməsini xahiş etdiyindən Təqsirləndirilən şəxs ciblərindən çıxardığı əşyaları, o cümlədən əynində olan tün göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu yanında olan mavi rəngli avtomobilin baqaj hissəsinin üzərinə qoymuş, təhqiqatçı siqaret qutusunun içinə baxdıqda içindən müxtəlif rəngli kağızlara bükülmüş bükümlər aşkar etmiş, bükümlər təhqiqatçı tərəfindən sayıldıqda ümumi sayı 13 ədəd təşkil etmiş, təhqiqatçı bükümlərdən birini açaraq içindəkinin nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda Təqsirləndirilən şəxs həmin bükülünün içindəkinin heroin olduğunu demiş, həmin bükümün içində qəhvəyi rəngli toza bənzər kütlə olmuş, müdafiəçi Rafiq Əskərov həmin bükümlərin Təqsirləndirilən şəxs məxsus olub-olmaması barədə soruşduqda Təqsirləndirilən şəxs bükümlərin hamısının özünə məxsus olduğunu, Bakı şəhərindən tanımadığı bir şəxsdən aldığın bildirmiş, bundan sonra isə X10 Dadaşovdan polis əməkdaşlarından hər-hansı narazıçılığının olubolmaması barədə soruşduqda Təqsirləndirilən şəxs polis əməkdaşlarından heç bir narazıçılığının olmadığını qeyd etmişdir. Daha sonra təhqiqatçının istəyi ilə Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və başqa hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 13 ədəd bükülülər elektron tərəzidə çəkildikdə kütlələrin hamısının birlikdə çəkisi 2 qram təşkil etmiş, daha sonra qeyd olunan kütlələr təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qoyularaq zərfin üzərində qeydlərini apardıqdan sonra saxlanılan şəxsə və müdafiəçiyə imza etdirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs bu bükülülərdən evində də, olub-olmaması barədə soruşduqda Təqsirləndirilən şəxs evində də, həmin bükülülərdən olduğunu etiraf etmiş və təhqiqatçının sorğusuna əsasən evində də, axtarış keçirilməsinə heç bir etiraz etmədiyindən Təqsirləndirilən şəxs və adları qeyd olunan digər iştirakçılarla birlikdə həmin yerin yanında olan Təqsirləndirilən şəxs evinə daxil olmuşlar. Təqsirləndirilən şəxs evinə daxil olunduqda təhqiqatçı həmin evdə Təqsirləndirilən şəxs tək yaşayıb- yaşamaması barədə soruşmuş və Təqsirləndirilən şəxs da, həmin evdə tək yaşadığını bildirmişdir. Bundan sonra təhqiqatçı narkotik vasitələri harada saxlaması barədə soruşduqda Təqsirləndirilən şəxs evdə olan soyuducunun qapısını açmış və soyuducunun qapısının içəri tərəfdə olan rəfində bükülüləri göstərərək narkotik vasitələri orada saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükülüləri soyuducunun rəfindən çıxararaq otaqda olan masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin bükülülər açıldıqda bükülülərdə toza bənzər, ota bənzər və başqa bir preslənmiş qara kütlələr aşkar edilmişdir. Təhqiqatçı həmin kütlələrin nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda Təqsirləndirilən şəxs həmin kütlələrin heroin, marixuana və tiryək olduğunu etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs soyuducunun üzərindəki dəmir qabın içindən bir ədəd böyük göy rəngli sellofan torbanı çıxararaq içində marixuana saxladığını etiraf etmişdir. Göy rəngli torbanın içindən isə bir ədəd şəffaf sellofanın içində ota bənzər kütlə aşkar edilmişdir. Təhqiqatçı onu haradan aldığını soruşduqda, Təqsirləndirilən şəxs Bakı şəhərindən aldığını bildirmişdir. Təhqiqatçı bu qədər marixuananı nəyə görə saxladığını soruşduqda Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evindən aşkar edilmiş kütlələrdən iki ədəd toz şəkilli (özünü deməsinə görə heroin) kütlələr birlikdə elektron tərəzidə çəkilərək çəkisi ümumilikdə 8.2 qram təşkil etmişdir. Tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisi 0.5 qram, iki ədəd qurudulmuş marixuanaya bənzər kütlələrin isə çəkiləri ümumilikdə 1.3 qram təşkil etmişdir. Bundan sonra soyuducunun üzərindən aşkar edilmiş böyük kütlə də, elektron tərəzidə çəkildikdə çəkisi 405.3 qram təşkil etmişdir. Daha sonra qeyd olunan kütlələr təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfə qoyularaq zərfin üzərində qeydlərini apardıqdan sonra saxlanılan şəxs və müdafiəçi imza etmişlər. Bundan sonra təhqiqatçı otaqda olan jurnal masasının üzərinə baxdıqda həmin masanın üzərindən bir ədəd qara rəngli kiçik ölçülü elektron tərəzi aşkar edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin tərəzidən nə məqsədlə istifadə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin elektron tərəzidən narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Bundan əlavə həmin masanın üzərindən bir ədəd 1 qramlıq istifadə olunmuş şpiris aşkar edilmişdir. Qeyd olunan bir ədəd şpiris və bir ədəd elektron tərəzi də, təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 Alovşah oğlunun dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, 1 ildən çox olmuşdur ki, düşəndə narkotik vasitə olan heroindən i neksiya yolu ilə istifadə etmiş, Quba şəhər sakini Ərəstun adlı şəxsi bir neçə aya yaxındır ki, tanımış, əvvəllər Ərəstunla aralarında heç bir ədavət və düşmənçilik olmamış, Ərəstunun heroindən istifadə etməsini bilmiş, xx.xx.2020- ci il saat 15:00 radələrində Quba şəhər bazarında Ərəstunu görərək ağrıları olduğu üçün narkotik vasitə olan heroin istəmiş, Ərəstun ona bir büküm heroini 10 manata satdığını bildirmiş və bundan sonra o, Ərəstunla birlikdə sonuncunun yaşadığı ünvana ünvan 4 ünvanında yerləşən evinə getmiş, Ərəstun evə girdikdən sonra bir ədəd gümüşü rəngdə olan kağız bükümü saat təxminən 15:30 radələrində evinin qarşısında ona vermiş, bükülünün içinə açıb baxdıqda içərisində qəhvəyi rəngdə toz şəkilli kütlə aşkar etmiş, daha sonra o, Ərəstuna həmin kütləyə görə 10 manat pul verərək yaşadığı ünvana gəlmişdir. Həmin kağız bükülünü gələcəkdə istifadə etmək məqsədilə “Prima” markalı siqaret qutusunun üzərində olan şəffaf rəngli sellofanın içərisinə qoymuş və həmin siqaret qutusunu əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində həmin bükülüdən istifadə etmək üçün Quba şəhəri SMU adlanan 30-cu məhəlləyə gəlmiş, həmin küçədə olarkən Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onun narkotik vasitələri üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Sonra o, üzərində olan əşyaları çıxarıb təqdim etməsini istədiklərindən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir qutu “Prima” markalı siqaret qutusunu təqdim etmiş, siqaret qutusunun üzərində olan şəffaf sellofanın arasında bir ədəd gümüşü rəngli kağız büküm aşkar olunmuşdur, həmin kağız bükülü polis əməkdaşları tərəfindən açıldıqda içərisində qəhvəyi rəngində toz şəkilli narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, sorğu zamanı həmin kağız bükülüdə nə olduğu ondan soruşulduqda, hər şeyi etiraf edərək həmin kağız bükülünün içərisində olan kütlənin heroin olduğunu demişdir. Həmin bir ədəd kağız bükülü elektron tərəzidə çəkilmiş və tərəzinin ekranında 0.02 rəqəmləri yazılmışdır. Sonra həmin bir ədəd kağız bükülü ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur. O və həmin vaxt onun hüquqlarını müdafiə edən vəkili soyadlarının qarşısında imza etmişlər. Sonra polis əməkdaşları bu barədə araşdırma aparılması üçün onu Quba rayon polis şöbəsinə dəvət etmişlər. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini özü istifadə etməsi üçün Quba şəhər sakini, “qaynaqçı Ərəstun” kimi tanıdığı şəxsdən 10 manata almış, bir aydan çoxdur ki, hər hansı mobil telefon işlətməmiş, Ərəstundan aldığı narkotik vasitədən özü istifadə etməyə macal tapmamış, SMU 30 ünvanında bir tünlük yer tapıb həmin nartkotik vasitədən istifadə etməyi planlaşdırmış və Ərəstunu 5-6 ay müddət tanımasına baxmayaraq sonuncudan ilk dəfədir ki, narkotik vasitə almışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid5 ifadəsindən görünür ki, Quba şəhər sakini Təqsirləndirilən şəxs Quba şəhər sakini kimi tanısa da, Ərəstunla heç bir münasibəti olmamış, Ərəstun haqqda bildiyi tək şey Ərəstunun avtomobil qaynaqçısı olması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunması olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 00:45-də tanışı Şahid4 özünün mobil telefonu olmadığından ondan mobil telefonu istəmiş və o, da, öz mobil telefonunu zəng etməsi üçün Əliyə vermiş, özü heç vaxt Ərəstuna zəng etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Quba RPŞ-nin NMQ-un baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 xx xxxxxxxx 2020-ci il tarixli raportundan görünür ki, Quba şəhəri, Vaqif küçəsi, ev 91-də yaşayan, xx.xx.1977-ci il təvəllüdlü Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və üzərində gəzdirməsi barədə Quba RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 21-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 08.09.20-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 25-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2020-ci il tarixli şəxsi axtarışın keçirilməsi barədə protokoldan görünür ki, Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılan zaman ona üzərində olan əşyaları çıxarıb təqdim etməsi bildirilmiş, Şahid4 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir qutu “Prima” markalı siqareti çıxararaq təqdim etmiş, həmin siqaret qutusunun çöl üzünə örtülmüş şəffaf rəngli sellofanın arasında bir ədəd gümüşü rəngli kağız bükülü aşkar olunmuşdur. Həmin kağız bükülü açıldıqda içərisində qəhvəyi rəngli toz şəklində narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Sorğu zamanı Şahid4 üzərindən aşkar olunmuş bir ədəd kağız bükümdə olan kütlənin narkotik vasitə olan heroin olduğunu və həmin kütləni bir gün bundan əvvəl Quba şəhər sakini “Ərəstun” adlı şəxsdən aldığını bildirmişdir. Həmin bükülü zərfə qoyulub qablaşdırılaraq, möhürlənmişdir. Şəxsi axtarış zamanı “Sony” markalı kamera ilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 49-cu vərəqəsində olan Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, narkotik vasitələri qanunsuz üzərində saxlaması ilə bağlı olaraq yaşadığı evə baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 50-51-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində narkotik vasitənin olub-olmadığı soruşulmaqla üstündə olan əşyaları verməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 18 manat bir manatlıq pul əskinaslarını, iki ədəd ağ və qara rəngli alışqan, bir qutu “Sobraniya” siqareti, maska, sol cibindən ev və avtomaşın açarları, bir qutu “Sobranie” siqareti, arxa sol cibindən əl dəsmalı və 3 ədəd tibb maskasını çıxarıb təqdim etmişdir. Həmin “Sobranie” siqaretini siqaret qutuları açılıb baxıldıqda qutunun içindən 13 ədəd siqaret kağızına bükülmüş kiçik bükülülər, digər siqaret qutusunun içindən isə 4 ədəd siqaret aşkar olunmuşdur. Həmin bükülülərdən birini açıb baxdıqda bükülünün içində boz rəngli toz formalı kütlənin olduğu müəyyən edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs soruşduqda, o, həmin və digər bükülünün içində olan kütlənin narkotik vasitə sayılan heroin olduğunu və onu bir gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını və özü istifadə etməsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evində narkotik vasitənin olub-olmadığı soruşulduqda, sonuncu evində də narkotik vasitəni saxladığını bildiridyindən onun iştirakı ilə evə baxış keçirilmiş və baxış zamanı evdə olan soyuducunun qapısında olan rəfindən 5 ədəd kağıza bükülmüş kiçik bükülünü çıxarıb onlarında narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülülər açılıb baxıldıqda iki ədəd bükülüdə ağsarımtıl formalı toz şəkilli, digər iki bükülüdə yaşıl rəngli otabənzər kütlə, digər bükülüdə isə qara rəngli kütlənin olduğu müəyyən edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs iki ədəd bükülüdə narkotik vasitə heroin, digər iki ədəd bükülüdə narkotik vasitə marixuana və digər bükülüdə isə tiryək olduğunu və həmin tiryəki bir gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin kütlələr də qablaşdırılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs soyuducunun üzərində dəmir qabda da narkotik vasitə saxladığını bildirərək, həmin qabın içində sellofan torbada olan kütlənin narkotik vasitə sayılan marixuana olduğunu bildirmişdir. Həmin kütlə də qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdə stolun üzərində bir ədəd “AOSAİ” markalı elektron tərəzi və bir ədəd istifadə olunmuş 1 qramlıq şpris aşkar olunmuş və sorğu zamanı sonuncu şprisdən özünə narkotik vasitə vurmaq üçün istifadə etdiyini, elektron tərəzinin isə özündə olan narkotik vasitələri çəkib hissələrə ayırmaq üçün istifadə etdiyini bildirmişdir. Həmin tərəzi və şpris maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Panasonik” markalı video-kamera ilə çəkiliş aparılmışdır. Cinayət işinin 58-60-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırlmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 7/601 №-li ekspert rəyindən görünür ki, üzərində <<vət. Təqsirləndirilən şəxs yaşadığı...>> sözləri yazılmış zərfdə təmiz çəkisi 400,0 qram və üzərində <<vət.Təqsirləndirilən şəxs üzərindən...>> sözləri yazılmış zərfdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,181 qram və 0,334 qram olan kütlələr, tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin 61-67-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1821 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Şahid4 üzərindən aşkar olunaraq götürülmüş” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,032 qram boz rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxsTağı oğlunun üzərindən aşkar olunan 13 ədəd büküm ...” yazısı olan 1 N-li zərfdəki 13 (on üç) ədəd, onlardan 12 (on iki) ədəd müxtəlif rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,627 qram boz rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,074 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metafetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxsTağı oğlunun evindən aşkar olunan 2 ədəd büküm .... ” yazısı olan 2N-li zərfdə 2(iki) bükümdə təmiz çəkisi 6,126 qram və 0,046 qram, ümumi təmiz çəkisi 6,172 qram boz rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunan 1 ədəd büküm....” yazısı olan 4 N-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,536 qram tünd qəhvəyi rəngli qətrana bənzər maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxsTağı oğlunun evindən götürülmüş bir ədəd istifadə olunmuş şpris...” yazısı olan zərfdəki bir ədəd 1 ml şprisin içərisində narkotik vasitə olan heroinin izləri vardır. Şprisdə heroin iz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün olmadı. Vət. Təqsirləndirilən şəxs üzərində və evindən götürülmüş heroinlərin ümumi təmiz çəkisi 6,799 qramdır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs üzərində və evindən götürülmüş heroinlər, vət. Şahid4 üzərindən götürülmüş heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Heroin və tiryək xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Cinayət işinin 77-78-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid4 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, “...Ərəstunun heroindən istifadə etməsini bilirdim. xx.xx.2020-ci il saat 15 radələrində Quba şəhər bazarında Ərəstunu gördüm və ağrılarım olduğu üçün ondan narkotik vasitə olan heroin istədim və o, mənı bir büküm heroini 10 manata satdığını bildirmiş və onunla birlikdə yaşadığı evə getdikdə, o evə girdikdən sonra bir ədəd gümüşü rəngdə olan kağız bükümü mənə verdi, o kütləyə görə mən ona 10 manat pul verdim... .” Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs həmin heroini Şahid4 10 manata deyil 8 manata satdığını bildirmişdir. Buna görə də məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 112-113-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə və evinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində narkotik vasitənin olub-olmadığı soruşulmaqla üstündə olan əşyaları verməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 18 manat bir manatlıq pul əskinaslarını, iki ədəd ağ və qara rəngli alışqan, bir qutu “Sobraniya” siqareti, maska, sol cibindən ev və avtomaşın açarları, arxa sol cibindən əl dəsmalı və 3 ədəd tibb maskasını çıxarıb təqdim etmişdir. Həmin “Sobranie” siqaret qutuları açılıb baxıldıqda qutunun içindən 13 ədəd siqaret kağızına bükülmüş kiçik bükülülər, digər siqaret qutusunun içindən isə 4 ədəd siqaret aşkar olunmuşdur. Həmin bükülülərdən birini açıb baxdıqda bükülünün içində boz rəngli toz formalı kütlənin olduğu müəyyən edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs soruşduqda, o, bükülünün içində olan kütlənin narkotik vasitə sayılan heroin olduğunu və onu bir gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını və özü istifadə etməsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evində narkotik vasitənin olub-olmadığı soruşulduqda, sonuncu evində də narkotik vasitə olduğunu etiraf etmiş və evinə axtarış keçirilməsinə heç bir etiraz etmədiyindən onun iştirakı ilə evə baxış keçirilmiş və baxış zamanı evdə olan soyuducunun qapısında olan rəfindən 5 ədəd kağıza bükülmüş kiçik bükülünü çıxarıb onlarında narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülülər açılıb baxıldıqda iki ədəd bükülüdə ağ-sarımtıl formalı toz şəkilli, digər iki bükülüdə yaşıl rəngli otabənzər kütlə, digər bükülüdə isə qara rəngli kütlənin olduğu müəyyən edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs iki ədəd bükülüdə narkotik vasitə heroin, digər iki ədəd bükülüdə narkotik vasitə marixuana və digər bükülüdə isə tiryək olduğunu və həmin tiryəki bir gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin kütlələr də qablaşdırılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs soyuducunun üzərində dəmir qabda da narkotik vasitə saxladığını bildirərək, həmin qabın içində sellofan torbada olan kütlənin narkotik vasitə sayılan marixuana olduğunu bildirmişdir. Həmin kütlə də qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdə stolun üzərində bir ədəd “AOSAİ” markalı elektron tərəzi və bir ədəd istifadə olunmuş 1 qramlıq şpris aşkar olunmuş və sorğu zamanı sonuncu şprisdən özünə narkotik vasitə vurmaq üçün istifadə etdiyini, elektron tərəzinin isə özündə olan narkotik vasitələri çəkib hissələrə ayırmaq üçün istifadə etdiyini bildirmişdir. Həmin tərəzi və şpris də götürülmüşdür. Cinayət işinin 130-131-ci vərəqələrində olan Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 5(027)-101/2020 saylı əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında qərarından görünür ki, Quba RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 xx xxxxxxxx 2020ci il tarixli qərarı əsasında keçirilmiş baxış əməliyyat-axtarış tədbiri qanunauyğun hesab edilmişdir. Cinayət işinin 158-160-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş CD diskə baxış keçirilmiş və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə dair məlumatlarda: Təqsirləndirilən şəxs 0.032 qram narkotik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə saat 15:30 radələrində, yaşadığı ünvan 2 ünvanında yerləşən evinin qarşısında 8 (səkkiz) manat məbləğində pul müqabilində tanışı Şahid4 satan zaman istifadəsində olan ***-***-**-** mobil nömrəsi həmin saatlarda həqiqətən yaşadığı evin əhatəsində aktiv olmuşdur. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər məlumat aşkar edilməmişdir. Cinayət işinin 161-ci vərəqəsində olan Quba RPŞ-nin NMQ-un baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 xx xxxxxxx 2020-ci il traixli raportundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 153-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Quba RPŞ-in İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 xx xxxxxxx 2020-ci il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərarından görünür ki, cinayət işi üzrə icraata Şahid4 dair hissədə xitam verilmişdir. Cinayət işinin 203-204-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Quba RPŞ-in İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X3 xx xxxxxx 2020ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək üçün ********* nömrəli cinayət işindən faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilmişdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin verdiyi ifadələrini məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs həmin ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını ayrıayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edir, verilmiş ittihama uyğundur, cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Metamfetaminin» 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. Narkotik vasitə olan “tiryəkin” 0,5 qramı şəxsi istehlak miqdarından artıq, 50 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 125-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 147-151-ci vərəqələrində olan Quba Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 1999-cu il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək, əməli CM-nin 93-3-cü maddəsinin 2-ci hissəsinə tövsif edilib, cəzası 02 ilə endirimiş, cəzasının sonu ilə azad olunmuş; cinayət işinin 182-ci vərəqəsində olan Quba Rayon Məhkəməsinin xx xxxxx 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 %-i dövlət hesabına tutulmaqla, 08 ay müddətə islah işləri cəzasına məhkum edilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; cinayət işinin 141-146cı vərəqələrində olan Quba Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 234.1-ci maddələri təqsirli bilinərək, CM-nin 66.3 və 66.5-ci maddələri tətbiq olunmaqla 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 166-cı vərəqəsində olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə qızı X4 və oğlu X6 daxildirlər. Cinayət işinin 167-ci vərəqəsində olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 184-cü vərəqəsində olan Quba Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 4095 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi X1 Şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. Narkoloji kabinetdə xx.xx.2011-ci il tarixdən Tiryək narkomaniyası diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin 185-186 vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 2801 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 45-ci vərəqəsində olan xx xxxxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 105-109-cu vərəqələrində olan Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 4(027)-50/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Quba Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş psixotrop maddə və narkotik vasitələrin ekspert tədqiqatından sonrakı qalıqları, yəni, 400,455 qram qurudulmuş marixuana, 6,659 qram heroin, 0,044 qram psixotrop maddə metamfetamin, 0,486 qram tiryək, 0,002 qram heroin, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş bir ədəd 1 qramlıq şpiris və bir ədəd qara rəngli elektron tərəzi məhv edilməli, şəxsi axtarış protokollarına əlavə edilmiş 2 ədəd DVD disk və “xxxx” MMC-dən daxil olmuş bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 186 (yüz səksən altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Quba Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş psixotrop maddə və narkotik vasitələrin ekspert tədqiqatından sonrakı qalıqları, yəni, 400,455 qram qurudulmuş marixuana, 6,659 qram heroin, 0,044 qram psixotrop maddə metamfetamin, 0,486 qram tiryək, 0,002 qram heroin, Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş bir ədəd 1 qramlıq şpiris və bir ədəd qara rəngli elektron tərəzi məhv edilsin. Şəxsi axtarış protokollarına əlavə edilmiş 2 ədəd DVD disk və “xxxx” MMC-dən daxil olmuş bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 186 (yüz səksən altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar