Məhkəmə qərarları › İş №1(101)-579/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-579/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-579/2022 28.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçilər - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi, 3 fevral 1986-ci il tarixdə Tərtər rayonu, İsmayılbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir; belə ki, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 “KİA RİO” markalı avtomobili orta bazar qiymətindən aşağı qiymətdə alışım təşkil etdikdən sonra qazandığı etibardan sui-istitadə edib 2020-ci ilin mart və aprel ayının əvvəllərində ona bankın problemli kreditlər şöbəsində işləyən tanışı olduğunu və həmin şəxsin vasitəsi ilə kredit ödənişində problemi olan avtomobillərin qısa müddət ərzində hərrac yolu ilə ucuz qiymətə alıb adma rəsmiləşdirə biləcəyini bildirib onu inandıraraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirməmək və özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla həmin dövrdə bankm girovunda olan “X13”, '‘Hyundai Elantra” və “Hyundai Accent” markalı avtomobilləri qısa müddət ərzində girovdan çıxarıb orta bazar qiymətindən aşağı qiymətə onun adma rəsmiləşdirəcəyini yalan vəd verib aldadaraq 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində olan daş bazarı ilə üzbəüz yerləşən “Qəşəm” adlı kafedə 20.060 manat, ünvan 3 ünvanında yerləşən “Altes plaza” binasının qarşısında 13.500 manat, Bakı şəhəri, Yasamal rayonu, metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığında 1000 manat, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzində 1000 manat, 2020-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri. Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzində 5.000 manat və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Xəyal” adlı restoranının qarşısında 3.000 manat olmaqla, Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 43.560 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir; bundan sonra o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin mart ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda tanışı Zərərçəkmiş şəxs4 bankm problemli kreditlər şöbəsində işləyən tanışı olduğunu və həmin şəxsin vasitəsi ilə kredit ödənişində problemi olan avtomobillərin qısa müddət ərzində hərrac yolu ilə ucuz qiymətə alıb adma rəsmiləşdirə biləcəyini bildirib onu inandıraraq üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirməmək və özgənin əmlakım əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs4 bankm girovunda olan “Hyundai Elantra” və 2017-ci il buraxlışlı “Toyota Camry” markalı avtomobilləri qısa müddət ərzində girovdan çıxarıb orta bazar qiymətindən aşağı qiymətə onun adına rəsmiləşdirəcəyini yalan vəd verib aldadaraq 08 mart 2020-ci il və 12 mart 2020-ci il tarixlərdə hissə-hissə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid parkında 12600 manat pulu, 14 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu. İnşaatçılar metrosunun yaxınlığında 14000 manat olmaqla, Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 26600 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə onun etibarından sui- istifadə və aldatma volu ilə ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir; bundan sonra o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin mart ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda tanışı Zərərçəkmiş şəxs1 bankın problemli kreditlər şöbəsində işləyən tanışı olduğunu və həmin şəxsin vasitəsi ilə kredit ödənişində problemi olan avtomobillərin qısa müddət ərzində hərrac yolu ilə ucuz qiymətə alıb adma rəsmiləşdirə biləcəyini bildirib onu inandıraraq Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 23 ünvanında yerləşən “Amay” ticarət mərkəzinin yerləşdiyi binada iki otaqlı mənzili 45000 manat qiymətində və bankm girovunda olan “Hyundai Elantra” və “KiA” markalı avtomobilləri cəmi 15100 manat qiymətində girovdan çıxarıb onun adına rəsmiləşdirəcəyini yalan vəd verərək aldadıb üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla özünə inandırdıqdan sonra Vüqar Xəiilovdaıı 2020-ci ilin mart ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda hissə-hissə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi. İnşaatçılar metrosunun yaxınlığında və sonuncunun işlədiyi Səbail rayonu. Bayıl qəsəbəsi, Salyan şosessi 1 ünvanında yerləşən avtomobil təmiri sexində 45000 manat pulu, 2020-ci ilin may aymda istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda sonuncunun işlədiyi Bakı şəhəri, Səbail rayonu. Bayıl qəsəbəsi, Saly an şosessi 1 ünvanında yerləşən avtomobil təmiri sexində 15100 manat olmaqla Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 60100 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə onun etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir; bundan sonra o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 22 iyul 2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs3 bankın problemli kreditlər şöbəsində işləyən tanışı olduğunu və həmin şəxsin vasitəsi ilə kredit ödənişində problemi olan 2017-ci il buraxlışlı “Hyundai Elantra” markalı avtomobili girovdan çıxarmaqla 13000 manat pul müqabilində qısa müddət ərzində hərrac yolu ilə adma rəsmiləşdirə biləcəyini yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirməmək və özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla özünə inandırdıqdan sonra həmin tarixdə ünvan 7 ünvanında yerləşən '‘X17” biznes mərkəzinin qarşısında adı çəkilən biznes mərkəzində banka ödəyəcəyi adı ilə Zərərçəkmiş şəxs3 13000 manat pulu onun etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir; bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda qrup üzvləri arasında cinayətkar razılaşmaya əsasən onunla vahid niyyətlə hərəkət edən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 Əliheydəı* oğluna 10880 manata bərabər 6400 ABŞ dollar pulu borc kimi bir həftə ərzində geri qaytaracağına, həmin müddətdə pulu verə bilməyəcəyi təqdirdə özünə məxsus “Mersedes” markalı avtomobili Zərərçəkmiş şəxs1 mülkiyyətinə verəcəyinə yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakım əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs1 işlədiyi Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Salyan şosessi 1 ünvanında yerləşən avtomobil təmiri sexində həmin dövrün məzənnəsi ilə 10880 manat təşkil edən 6400 ABŞ dollar pulu onun etibarından sui-istifadə və aldatma yolu ilə ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir; bundan sonra o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin iyul ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda tanışı Zərərçəkmiş şəxs5 bankın problemli kreditlər şöbəsində xalası oğlunun işlədiyini və həmin şəxsin vasitəsi ilə ləğv olunmuş şirkətin mülkiyyətində olan avtomobillərin hərraca çıxarılmasını və hərrac yolu ilə 17000 manat qiymətində 2013-cii il buraxlışlı ‘"Hyundai” markalı avtomobili 7000 manata qiymətinə onun adma rəsmiləşdirəcəyinə yalan vəd verərək aldadıb üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakım əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla özünə inandırdıqdan sonra 2020-ci ilin iyul və avqust aylarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda vahid niyyətlə hissə-hissə Azər İskəııdərovun 8050 manat pulunu sonuncunun yaşadığı ünvan 8 ünvanın qarşısında ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 Şahin oğlu qabaqcadan əlbir olan bır qrup şəxs halında etibardan sui-istifadə və aldatma etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir; belə ki, Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 maddi durumunun pis olduğunu və ayrı-ayrı şəxslərə pul borcu olduğunu bildiyi halda Təqsirləndirilən şəxs1 pullarını tələb edən şəxslərə borcun bir qismini ödəməkdən ötrü aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2020-ci ilin yay aylarında istintaqa dəqiq məlıım olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs1 10880 manata bərabər 6400 ABŞ dollar pulu borc kimi bir həftə ərzində geri qaytaracağına, həmin müddətdə pulu verə bilməyəcəyi təqdirdə özünə məxsus mersedes markalı avtomobili Zərərçəkmiş şəxs1 mülkiyyətinə verəcəyinə yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Bakı şəhəri, Səba il rayonu. Bayıl qəsəbəsi ərzazisində Zərərçəkmiş şəxs1 10880 manata bərabər 6400 ABŞ dollar pulu alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 Şahin oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuşdur. Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında ofis icarəyə götürüb işlədir. Arabil avtomobil alveri ilə məşğul olur. Zərərçəkmiş şəxs2 tanıyır. Əvvəllər qonşu olmuşlar. Münasibətləri həmişə yaxşı olub. Ramin üçün 2020-ci ilin mart ayında ucuz qiymətə 2009-cu il buraxlışlı “Kia Km’ markalı avtomobil almışdır. Avtomobilin bazar qiyməti 10000 manat olduğu halda o, həmin avtomobili Ramin üçün 4700 manata almışdır. Ona görə də, Ramin ona inanırmış. Maddi vəziyyəti pis olduğuna və borcları çox olduğuna görə Raminə yalandan demişdir ki, bankın girovunda “Land cruiser toyota” markalı avtomobil vardır, kredit borcları çox olduğuna görə 20000 manat qiymətində hərrac yolu ilə onun adma sənədləşdirə bilər. Ramin də, ona inanmışdır.Raminə demişdir ki, pulu “Altes” plazada yerləşən bankda İşləyən dostuna verəcək, 15 gün müddətində avtomobili girovdan çıxarıb adına sənədləşdirər. Ramin 20060 manat pulu Binəqədi rayonu, Sulutəpə qəsəbəsində “Qəşəm” adlı kafedə ona vermişdir. Ramin özü orada olduğuna görə onu oraya çağırmışdır. Ramini inandırmaq üçün onunla birlikdə 111 Altes” plazanın qarşısına getmişdir. Ramin demişdir ki, avtomobildə onu gözləsin, o. binaya daxil olub pulu ödəyib qayıdır. Ramin də, idarə etdiyi avtomobildə onu gözləmişdir. O, binaya daxil olub yarım saat orada gözləmişdir. Sonra avtomobilə qayıtmışdır. Raminə həmin ərəfələrdə yalandan demişdir ki, bankın girovunda olan 20000 manat qiymətində “Hyunday Elan tra" markalı avtomobili iki həftə ərzində 15500 manat qiymətində ona sata bilər. Ramin də, razılaşmışdır. İlk olaraq 13500 manat pulu “Altes” plazanın qarşısında ona vermişdir. O, da, onu inandırmaq üçün binaya yalandan girib çıxmışdır. Qalan 1000 manatı “Meyvəli” ticarət mərkəzində Ramin ona vermişdir. Qalan 1000 manatını isə Ramin qardaşı Vüsal vasitəsilə ona göndərmişdir. Ramin ona inandığı üçün 2020-ci ilin aprel ayının əvvəllərində demişdir ki, bankın girovunda olan 11000 manat qiymətində “İ-İyunday Accent” markalı avtomobili 1 ay ərzində 8000 manat qiymətində ona sata bilər. Digər avtomobilləri də, 1 ay ərzində onun adına sənədləşdirəcəyinə söz vermişdir. Karaıttin rejimini bəhanə gətirib vaxtı uzadırmış. Ramin 5000 manat pulu meyvəli ticarət mərkəzində, qalan 3000 manat pulu isə Lökbatan qəsəbəsində “Xəyal” restoranının qarşısında ona vermişdir. O, da, pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, Ramindən dələduzluq yolu ilə 43560 manat pulu ələ keçirmişdir. 19000 manat ona pul qaytarmışdır. Zərərçəkmiş şəxs2 ona inandığı üçün əvvəlcədən planlaşdırmışdır ki, ondan bir neçə dəfə avtomobil adına sənədləşdirmək adı ilə pul alsın; Zərərçəkmiş şəxs4 tanıyır. Nadiri Şahid1 vasitəsilə tanımışdır. 2020-ci ilin mart ayında Zərərçəkmiş şəxs4 yalandan demişdir ki, bankın problemli kreditlər şöbəsində Ruslan adlı dostu işləyir, dostunun vasitəsilə bankın girovunda olan avtomobilləri hərrac yolu ilə ucuz qiymətə onun adma sənədləşdirə bilər. Nadirə bildirmişdir ki, hazırda bankın girovunda “Hyunday Elantra” markalı avtomobil vardır, həmin avtomobili 12600 manat müqabilində iki həftə ərzində onun adına sənədləşdirə bilər. Həmin avtomobilin kredit borcları çox olduğu üçün bankın hərraca çıxaracağım bildirmişdir. Nadir də, razılaşmışdır. Nadir iki dəfəyə Yasamal rayonu, Hüseyn Cavid parkında ona 12600 manat pul vermişdir. O, yalandan Nadirə demişdir ki, pulu bankda işləyən dostu Ruslana verər. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 2020-ci ilin aprel ayının ortalarında yalandan Nadirə demişdir ki, bankın girovunda olan 40000 manat qiymətində “Toyota Caıııry” markalı avtomobili hərrac yolu ilə 14000 manat müqabilində onun adma sənədləşdirə bilər. Nadir də, inanmışdır. 14000 manat pulu Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığındakı kirayələdıyi ofisində ona vermişdir. O, Nadiri inandırmaq üçün bildirmişdir ki, pulu “Altes” plazada bankda işləyən Ruslana verər və Nadirlə “Altes” plazanın qarşısına getmişdir. Nadirə demişdir ki. onu avtomobildə gözləsin. Plazanın yerləşdiyi binaya daxıl olub 20-25 dəqiqə orada gözlədikdən sonra avtomobilə geri qayıtmış və Nadirə yalandan bildirmişdir ki, 14000 manat pulu Ruslana vermişdir. Nadirə bildirmişdir ki, 10 gün ərzində avtomobili hərrac vasitəsilə ona verər. Ondan aldığı pulu da, şəxsi ehtiyaclarına xərcləmişdir. O, Zərərçəkmiş şəxs2 ucuz qiymətə “Kia Rio” markalı avtomobil satdığını Nadir bilirmiş. O, əvvəlcədən fikirləşmişdir ki, Nadir ona inanacaq, ayrı- ayrı vaxtda onun adma avtomobillər sənədləşdirmək adı ilə pul alsın. Birdəfəlik bu qədər məbləğdə pulu ondan istəsəydi bəlkə də, verməzdi. Ona görə fikirləşmişdir ki, “Hyunday”' markalı avtomobili onıın adma sənədləşdirmək adı il pul aldıqdan sonra yenidən başqa markalı avtomobil vermək adı ilə pul alacaqdır; Zərərçəkmiş şəxs1 onun qonşusudur. Onunla münasibəti həmişə yaxşı olub. Dəfələrlə ondan borca pul istəmişdir. Vüqar ona borca pul vermişdir. O, da, pulunu qaytarmışdır. 2020-ci ilin təxminən mart ayında adını xatırlamadığı tanış makler ona demişdir ki, “Amay” ticarət mərkəzinin yerləşdiyi binada iki otaqlı bankın girovunda mənzili təcili satılır. O, ondan həmin mənzilin neçəyə satıldığım soruşmuşdur. Makler demişdir ki, 60000 manata satılır. Mənzilin hansı bankın girovunda olduğunu ona deməmişdir. O, isə Vüqara demişdir ki, amay ticarət mərkəzində iki otaqlı mənzil 45000 manata təcili satılır. Vüqar da, ona inanmışdır. Ona bildirmişdir ki, mənzilin alıb sonra çox baha qiymətə satmaq olar. Vüqara söz vermişdir ki, 1 ay ərzində mənzili onun adma sənədləşdirir. Vüqar 45000 manat pulu hissə-hissə ona Lökbatan qəsəbəsində vermişdir. Lakin öyrənmişdir ki, “Amay” ticarət mərkəzinin yerləşdiyi binada mənzil satılmır, lakin bu barədə Vüqara deməmişdir. Borcları olduğu üçün həmin pulla borclarını vermişdir. Fikirləşmişdir ki, makler kimi bir neçə mənzil və qeyri-yaşayış sahəsi satıb Vüqarın pulunu verər. Vüqar isə deyirmiş ki, pandemiya ilə əlaqədar mənzili girovdan çıxarmaq yubanır. Vüqar da, ona inanırmış. 2020-ci ilin may-iyun aylarında Vüqara demişdir ki, bankın girovunda olan “Kia” və “Hyunday” markalı avtomobilləri onun üçün 15100 manat qiymətində girovdan çıxarıb adına sənədləşdirə bilər. Həqiqətən də, Fikri var imiş ki, Vüqar üçün bankın girovundan avtomobil çıxarıb ona versin. Lakin maddi ehtiyacları çox olduğuna görə Vüqardan bu adla pul istəməyə məcbur imiş. Vüqar da, ona 15100 manat pulu işlədiyi sexdə vermişdir. Həmin pulu maddi ehtiyaclarına xərcləmişdir. 2020-ci ilin təxminən iyun-iyul aylarında onun başqa borcları olduğuna görə borclu olduğu şəxslər ondan pullarını tələb edirmişlər. Hətta yaşadığı evinə qədər gəlib ailə üzvlərini narahat edirmişlər. Ona görə də, ona təcili 6400 ABŞ dollar pul lazım imiş ki, borclu olduğu evinə gəlib ailə üzvlərini narahat edən şəxsin pulunu qaytarsın. O, həmin şəxsdən borc pulu sələmə götürmüşdür. Başqa heç kəsdən borc pul ala bilmədiyi üçün Vüqardan borc pııl almaq istəyirmiş. Həmin ərəfədə o, İnşaatçılar metrosunun yaxınlığındakı ofisə gedəndə görmüşdür ki, dostları Təqsirləndirilən şəxs2 və Aqşin oradadır. Zərərçəkmiş şəxs1 da, ondan pulunu almaq üçün oraya gəlib. Rüstəm demək olar ki, həmişə onunla gəzirmiş. Avtomobili olmadığı üçün Rüstəm onu gəzdirirmiş. O, da, Rüstəmə həmişə pul verirmiş. Rüstəm də, bilirmiş ki, onun başqalarına borcu vardır. Rüstəm bilirmiş ki, ona təcili 6400 ABŞ dollar pul lazımdır. Ona görə də, Rüstəm Vüqardan ofisdə xahiş etmişdir ki, ona 6400 ABŞ dollar borca versin, ona zamindir. Doğrudur, ofisdə satışda bir neçə mənzil var imiş. Satsaydı əlində pul olarmış. Vüqar demişdir ki, “Elçinin mənə borcu var, Elçinə pul verə bilmərəm”. O, da, Vüqara deyirmiş ki, narahat olmasın bu dəfə də ona pul versin, o, bütün pulları qaytarar. Vüqar isə demişdir ki, o, ona inanmır, lakin Rüstəm zamin olduğuna görə pul verər. Rüstəm Vüqara demişdir ki, sonuncu ona pul versin, bir həftə ərzində zamindir ki, pulu qaytaracaqdır. Onu əsasən iki borclu sıxdığına görə Vüqar 2100 ABŞ dollar pulu onun və Rüstəmin xahişi ilə həmin şəxsə ödəmişdir. Eləmin şəxs Əfqan adlı şəxsdir. Vüqar onun iştirakı ilə Əfqandan onun üçün 2100 ABŞ dollar borca pul götürmüşdür. Qalan 4300 ABŞ dollar pulu isə Vüqar videoçəldlişlə Rüstəmə verəcəyini, çəkilişdə isə pulun 6400 ABŞ dollar məbləğində olduğunu deyəcəyini bildirmişdir. O, və Rüstəm razılaşmışlar. Vüqar işlədiyi Səbail rayonu, Bayıl qəsəbəsindəki avtomobil təmiri sexinin qarşısında idarə etdiyi avtomobildə 4300 ABŞ dollar pulu Rüstəmə videoçəkilişlə vermişdir. Rüstəm razılaşdığı kimi pulu Vüqardan təhvil almış və pulu ayın 20-dək qaytaracağım bildirmişdir. Vüqar 6400 ABŞ dollar pulu Rüstəmin sözünə görə vermişdir. Vüqar pulu Rüstəmə verəndə avtomobildə Aqşin və o, arxa oturacaqda, sükan arxasında Vüqar və sağ tərəfdə isə Rüstəm əyləşmişdir. Rüstəm avtomobildən düşdükdən sonra pulu ona vermişdir. O, da, borcunun bir hissəsini qaytardıqdan sonra yerdə qalan təxminən 200 ABŞ dollar pulu Rüstəmə sonuncunun idarə etdiyi avtomobildə ona vermişdir Doğrudur, Rüstəm ona əvvəlcədən deməmişdir ki, Vüqardan alacağı puldan zamin durduğuna görə ona verməlidir. Ancaq Rüstəm yaxşı bilirmiş ki, onun borcları çoxdur. Vüqardan aldığı pulu ən azından 2-3 ay ərzində geri qaytarmaq iqtidarında deyil, buna baxmayaraq Rüstəm özü Vüqara demişdir ki, bir həftə ərzində o, pulu qaytarar. Halbuki, o, Rüstəmə deməmişdir ki, Vüqara desin ki, bir həftə və ya on gün ərzində o, pulu qaytaracaqdır. O, Rüstəmlə Vüqardan pulu almağa gedəndə Rüstəm ona demişdir ki, təklikdə Vüqara söz verib ki, bir həftə ərzində o, pulu qaytaracaqdır. O, da, Rüstəmə demişdir ki, satışda olan daşınmaz əmlak tez satılsa verər. Konkret Rüstəmə müddət deməmişdir ki, pulu həmin vaxta qədər qaytarar. Rüstəm bundan əvvəl ona demişdir ki, ona pul versin ki, avtomobilini dəyişsin, '‘Ford fucsion” markalı avtomobil alsın. O, da, Rüstəmə vəd vermişdir ki, satış olsa ona kömək edər. Ona görə Rüstəm onun işlərinə görə canfəşanlıq edirmiş. İşləri yaxşı getmədiyinə görə Vüqardan aldığı pulları ona qaytara bilməmişdir. Vüqar onu sıxdığına görə ona məcbur qalıb yalan vədlər verirmiş. Vüqarın istintaqa təqdim etdiyi səslər ona məxsusdur; Zərərçəkmiş şəxs3 tanıyır. Emin qonşusu olmuşdur. Münasibəti yaxşı olmuşdur. 2020-ci ilin iyul ayında maddi vəziyyəti pis olduğuna görə Eminə yalandan bildirmişdir ki, bankın girovunda olan 2017-ci il buraxlışlı 25000 manat qiymətində “Hyunday Elantra” markalı avtomobili hərrac yolu ilə onun adma 13000 manat qiymətində sənədləşdirə bilər. Emin avtomobilin bu qədər ucuz olduğunu soruşanda o, Eminə demişdir ki, avtomobilin kredit borcu olduğu üçün hərrac yolıı ilə ucuz satılır. Emin də, ona inanmışdır. Emini inandırmaq üçün bildirmişdir ki, pulu Nəsimi rayonundakı “X17” biznes mərkəzində yerləşən banka verəndən sonra avtomobili 1 saat ərzində girovdan çıxarıb ona verər. Emin və dostu ilə birlikdə biznes mərkəzinin qarşısına getmişlər. Emindən 13000 manat pulu orada almış və onu inandırmaq üçün həmin biznes mərkəzinə daxil olub orada 1 saata yaxın gözləmiş və sonra avtomobilə geri qayıtmışdır. Yalandan bildirmişdir ki, pulu banka ödəmişdir. Emin ondan tələb etmişdir ki, avtomobili ona göstərsin. O, isə bildirmişdir ki, avtomobil Babək prospektində qarajdadır. Təkidlə bildirmişdir ki, qaraja getsinlər. O, isə Eminə demişdir ki, oıılarıqaraja buraxmazlar. Onlar oradan ofisə getmişlər. Emin ondan şübhələndiyi üçün ofisdə onu qoyub getmişdir. Pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Eminin istintaqa təqdim etdiyi səs yazısı ona məxsusdur; Zərərçəkmiş şəxs5 tanışıdır. Əvvəllər birlikdə aşbaz işləmişlər. Azərdə həmişə pul olduğu üçün o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə 2020-ci ilin iyul ayında Azərin mobil nömrəsinə zəng vurub ona demişdir ki, hərracda ucuz qiymətə avtomobil olsa ona deyər, alsa sonradan satıb yaxşı qazanc götürə bilər. Azər də, razılaşmışdır. Azərə demişdir ki, bir neçə bankın problemli kreditlər şöbəsində tanışları var, bankın girovunda olan avtomobilləri çox ucuz qiymətə almaq olar ya da bank avtomobili hərraca çıxaranda almaq olar. Həmin ərəfədə Azərə demişdir ki, 2013-cü il buraxlışlı “Hyundai Elantra” markalı avtomobili adım xatırlamadığı şirkət 7000 manata satır. Həqiqətən də, belə bir avtomobil satılırmış. Azər demişdir ki, həmin avtomobili almaq istəyir. Azər 7200 manat pulu ona hissə-hissə vermiş, vaxtında pulu vermədiyi üçün həmin avtomobili ala bilməmişdir. Pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Azər ona pulu qaytara bilmədiyi üçün ondan ona dəymiş əlavə ziyanıda hesablayaraq ümumilikdə 8050 manat istəyir. Halbuki, o, Azərə 7200 manat borcludur. Törədiyi cinayət əməllərindən səmimi peşimandır. Yuxarıda göstərdiyi şəxslərdən başqa heç kəsə qarşı dələduzluq etməmişdir. Borcları çox olduğuna görə məcburiyyət qarşısında qalıb yalan danışmışdır. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Elçin qonşusu, eyni zamanda dostu olmuşdur, Elçin ev alqı-satqısı işi ilə məşğul olur. Bəzən də, avtomobil alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin yay aylarında Elçinin borcları yarandığı üçün borc verən şəxslər Elçinə zəng vurub borclarını ondan tələb edirmişlər, hətta həmin şəxslər Elçinə borcu verməyəcəyi təqdirdə evinə gələcəkləri ilə hədələyirmişlər. Elçin də, pul tapa bilmirmiş ki, borcları qaytarsın. Elçinin Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında daşınmaz əmlakın alqı-satqısı ofisi işlədirmiş. Həmin ərəfələrdə o, Elçinin ofisində olanda Vüqar oraya gəlmişdir. Vüqarla Elçinin arasında pul məsələsi var imiş. Elçinin borclu olduğu şəxslər Elçindən təkidlə pulunu tələb etdikləri üçün və arvadı xəstə olduğu üçün Elçin Vüqardan onun yanında 6100 manat borca pul istəsə də, Vüqar Elçinə borca pul verməmişdir. Vüqar demişdir ki, ona verməli olduğu pul verməsə ona pul verən deyil. Elçinin evinə borclu olduğu bir qadın gəlib onu təhdid edirmiş. Elçin də, ofisdə ondan xahiş etmişdir ki. Vüqardan onun üçün borca pul götürsün. Elçin ona demişdir ki, 4300 ABŞ dollar pul lazımdır ki, onu sıxan borc sahibinə versin, bir həftə ərzində qaytarar. O, də, Vüqardan xahiş etmişdir ki, 4300 ABŞ dollar pulu ona versin, bir həftə ərzində qaytarar. Vüqar da, demişdir ki, əgər o, Elçinə zamin dursa pul verə bilər. Vüqar demişdir ki, pulu ona verər və ondan alar. O, da, Vüqara söz vermişdir ki. Elçindən pulu alıb ona verər. Ofisdən çıxan kimi Vüqarın işlədiyi Səbail rayonu Bayıl qəsəbəsindəki avtomobil təmiri sexinə getmişlər. O, Elçin və dostu Aqşinlə Vüqarın işlədiyi sexə getmişlər. Vüqara məxsus ağ rəngli “Hyunday Sontafe” markalı avtomobildə əyləşmişlər. Vüqar sükan arxasında, o, ön oturacaqda, Elçin və Aqşin arxa oturacaqda əyləşmişlər. Vüqar demişdir ki, 4300 ABŞ dollar pulu videoçəkilişlə verəcək, ancaq Elçin ona borcundan 2100 ABŞ dollar pulu qısa müddət ərzində verməyi söz verdiyi üçün videoçəkilişdə deyəcək ki, ona 6400 ABŞ dollar pul verir. Elçin də, ona demişdir ki, o, videoçəkilişdə Vüqardan 6400 ABŞ dollar pul almağı təsdiqləsin, bir həftə ərzində pulu qaytaracaq. Vüqar da, mobil telefonla ona pul verməyi çəkmiş, videoçəkiliş zamanı Vüqar 4300 ABŞ dollar pulu 6400 ABŞ dollar pul kimi deyib ona vermiş və ayın 20-dək pulu geri qaytarmalı olduğunu demişdir. O, da, razılaşmışdır. O, da, 4300 ABŞ dollar pulu videoçəkilişdən sonra Elçinə vermişdir. Hətta çəkilişdən sonra Vüqara demişdir ki, Elçin pulu qaytarmasa idarə etdiyi “mersedes” markalı, ** VG *** qeydiyyat nişanlı avtomobili ona verər. Lakin Elçin pulu qaytara bilməmişdir. Vüqarın dediyinə görə o, pulu Nazim adlı tanışından almışdır. Nazim pulunu istəyir, ondan avtomobilini ona verməyini istəmişdir ki, Nazim görsün ki, avtomobilini pul əvəzinə girov götürmüşdür. O, da, avtomobili Vüqara vermişdir. Həmin günün axşamı avtomobili ondan götürmüşdür. Elçin onun Vüqardan aldığı puldan 1500 manat pulu Vüqara qaytarmışdır. Qalan pulu qaytara bilməmişdir. Sonradan bilmişdir ki, Elçin Vüqardan 60000 manatdan artıq pul almışdır. O, Vüqardan Elçin üçün pul alanda Elçinin Vüqara bu qədər pul borclu olduğunu bilmirmiş. O, Elçinə verdiyi pulu geri alıb Vüqara qaytaracağına söz verir. Elçin ona demişdir ki, Vüqarla birgə komersiya işi görüblər. Vüqar bu işə pul qoyduğu üçün pulunu ondan istəyir. Ona təqdim olunmuş səs yazılarma qulaq asmışdır. Səs yazılarında səs onun səsidir. Səs yazısında o, Vüqara deyir ki, ona borclu olduğu 12000 manatdan 1500 manatını qaytarmış, qalan pulu da, qaytaracaqdır. Vüqar 6400 ABŞ dollar pulun faizi kimi 1000 manat pulu aldığı Nazimə verdiyi üçün 6400 ABŞ dollardan əlavə 1000 manat da, hesablamışdır. Ona görə də, Vüqarın sözünə görə o, ona deyir ki, 12000 manat verməlidir. Doğrudur, o, izahatında səhvən Vüqarın ona 4300 ABŞ dollar deyil, 4000 ABŞ dollar verdiyini göstərmişdir. Əslində ona 4300 ABŞ dollar pul vermişdir. O, Elçinin Vüqara qarşı dələduzluq edəcəyini əvvəlcədən bilməmişdir. Doğrudur o, Elçinin ayrı-ayrı şəxslərə xırda borcları olduğunu bilirmiş, lakin külli miqdarda borclu olduğunu bilmirmiş. Fikirləşmişdir ki, Elçin pul tapıb Vüqarın pulunu verər. Elçinin dediyinə görə makler kimi obyekt satmalıdır, satışdan ona pul veriləndən sonra Vüqarın pulunu verər. Ona görə də, o. Elçinə zamin durmuşdur. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, o, 34 ilə yaxındır ki, avtomobil rəngsazı işləyir. 25 ilə yaxındır ki, Bayıl qəsəbəsi, Salyan şosessi 1 iinvanmda yerləşən avtomobil təmiri sexində rəngsaz işləyir. Buna qədər Nizami rayonunda rəngsaz işləmişdir. VÖEN-im vardır. X5 2020-ci ilin fevral ayında ona demişdir ki, Bakı şəhərində təcili ucuz evlər olanda maklerlər ona məlumat verirlər. Ona təklif etmişdir ki, qiyməti çox aşağı olan təcili satılan ev olanda o, ona pul versin, o, da, alsın, sonra baha qiymətə satacaqdır. O, da, razılaşmışdır. Bundan başqa Elçin bildirmişdir ki, bankın problemli kreditlər şöbəsində dostu işləyir, bankın girovunda olan və kredit borcu çox olan avtomobilləri hərrac yolu ilə dostunun vasitəsilə ucuz qiymətə ala bilər. O, da, ona demişdir ki, pul tapa bilsə ona deyər. 2020-cı ilin mart ayında Elçin ona ***-***-**-** mobil nömrəsi ilə zəng vuraraq demişdir ki, Xətai rayonunda yerləşən "Amay” ticarət mərkəzinin binasında iki otaqlı mənzil ucuz qiymətə satılır. Bunun üçün 45000 manat pul lazımdır. Elçin onu inandırıb bildirmişdir ki, mənzilin qiyməti bahadır, sadəcə olaraq təcili satdığı üçün çox aşağı qiymətə satır. Elçin Yasamal rayonunda Daşınmaz əmlakın alqı-satqı ofisi icarəyə götürüb işlədirmişdir.Yəni maklerlik fəaliyyəti ilə məşğul olur. O, Elçinin sözlərinə inanmışdır. Çünki, bundan əvvəl Elçin 17000 manat qiymətində “Hyunday Elantra” markalı avtomobili tanıdığı şəxsə 10000 manata satmışdır. Ona görə də o, Elçinə inanırmış və Əzizəni də, inandırmış. Əzizə pulu ona 61000 manatı 20 gün ərzində hissə-hissə borc kimi vermişdir. O, da, birinci dəfə 10000 ABŞ dolları pıılu işlədiyi sexdə, ikinci dəfə 6000 ABŞ dolları onun Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən ofisində, qalan pulları Lökbatan qəsəbəsində “Xəyal” restoranının qarşısında Elçinin idarə etdiyi “Kia Optima” markalı avtomobilə sonuncuya vermişdir. Elçin söz vermişdir ki, 1 ay ərzində evi onun adma sənədləşdirəcək. Lakin Elçin vəd verdiyi kimi evi onun adma sənədləşdirməmişdir. Görmüşdür ki, Elçin mənzili sənədləşdirməmişdir. O, ondan pulu təkidlə geri istəmişdir. Elçin ona Whatsappla video göndərmişdir. Videoda Elçin ona əlində miqdarını bilmədiyi dollar tutub deyir ki, pulun bır hissəsini düzəldib, iş görür, istəyirsə pulun faizi kimi pulu ondan götürsün sahibinə versin. O, isə demişdir ki, ya evi onun adma sənədləşdirsin, ya da verdiyi pulu qaytarsın. O, bir həftə ərzində Elçinə zəng vursa da. Elçin zənglərinə cavab verməmişdir. Sonra onun yaşadığı binanın qarşısında Elçinlə görüşmüşdür. Elçin demişdir ki, pandemiyaya görə ev işi alınmır və pulıı da xərcləmişdir. 2020-ci ilin may-iyun ayında Elçindən pulunu təkidlə tələb etdiyi üçün Elçin ona əvvəllər etdiyi təklifi yenidən bildirib demişdir ki, bankın girovunda “Hyunday Elantra” və “Kia” markalı işlənmiş avtomobil vardır, o, həmin avtomobilləri 15100 manat qiymətində alıb ona verə bilər, o, da, baha qiymətə satar. Onda pul olmadığı üçün Nazimdən 15100 manat borc pul almış və Nazimə demişdir ki, Elçin onun üçün bankın girovundan iki ədəd avtomobil çıxarıb ona verəcəkdir. 2020-ci ilin yay aylarında Elçin ona zəng vurub onu Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında yerləşən “daşınmaz əmlakların alqı-satqı sı” ofisi nə çağırmışdır ki, guya pul ona verəcək. O, da, Elçinin ofisinə getmişdir. Elçin ofisdə imiş. Bundan başqa Elçinin yanında üç nəfər tanıdığı şəxs var imiş. Məmin üç nəfərdən ikisi Elçinə verdikləri pulu tələb edirmişlər. Elçinin dostu, eyni zamanda qonşusu Rüstəm ona demişdir ki, borc sahibləri Elçim sıxırlar, o, bir az ona möhlət versin, hətta ondan xahiş etmişdir ki, onun üçün borca 6400 ABŞ dollar pul tapsın, həmin pulla Elçinin borclarının bir hissəsini verəcək. O, Rüstəmə demişdir ki, Elçin ona 61000 manat pul verməlidir, hələ də, pıılu verməmişdir. Rüstəm ona demişdir ki, pulu ona verir, bir həftə ərzində pulu qaytara bilməsə idarə etdiyi “mersedes” markalı avtomobili ona verəcəkdir. O. da, Rüstəmlə qonşu olduğuna görə inanmışdır. Rüstəm də, orada ona demişdir ki, onun evinə borc sahiblərinin getməsi ayıbdır, Elçinin arvadı onun arvadının rəfiqəsidir, borc sahibləri Elçinin evinə gedəndə nalayiq ifadələr işlədə bilərlər, münaqişə yarana bilər. O, Elçinə demişdir ki, ona pul verə bilməz, nə də ki, kimdənsə onun üçün borc götürə bilməz. Rüstəm də, bilmişdir ki, Elçinin ona və başqalarına borcları vardır. O, Elçinə pul verməkdən imtina etdiyi üçün Rüstəm ondan xahiş etmişdir ki, 6400 ABŞ dollar ona versin, Elçinə zamindir, Elçin pulu qaytarmasa o, bir həftə ərzində qaytaracaq. Elçindən borcunu tələb edənlərdən biri tanışı Əfqan imiş. Əfqan onun xahişi ilə Elçinə 20 gün ərzində geri qaytarmaq şərtilə 2100 ABŞ dollar pul borc vermişdir. Elçin isə 2 ay keçməsinə baxmayaraq pulu vermirmiş. Ona görə də, o, Nazimdən 6400 ABŞ dollar pul borc almışdır. Həmin pulun 2100 ABŞ dollar pulunu Rüstəmin sözünə görə Elçinin borcunu, yəni 2100 ABŞ dollar pulu Əfqana vermişdir. Qalan 4300 ABŞ dollar pulu isə avtomobilində video çək ili şiə Rüstəmə vermişdir. Ona görə videoçəkilişdə Rüstəmə 6400 ABŞ dollar pul verdiyini bildirir ki, 2100 ABŞ dollar pulu da. Rüstəmin xahişi ilə Elçinin borclu olduğu Əfqana vermişdir. Çünki, Əfqan Elçinin evinə gedirmiş. Rüstəm ona 6400 ABŞ dollar pulu qaytaracağına vəd vermişdir. Sadəcə olaraq o, 2100 ABŞ dollar pulu Rüstəmə əlbəl pul verməmişdən əvvəl Əfqana verdiyi üçün Rüstəmə qalan 4300 ABŞ dollar pulu vermişdir. Avtomobildə Elçin və Səxavət var imiş. Avtomobilin yamnda isə qonşusu Aqşin dayanmışdır. Rüstəm videoçəkilişdə söz vermişdir ki, bir həftə ərzində pulu qaytarmasa avtomobilini ona verəcəkdir. Aradan bir həftə keçdikdən sonra pıılu ona Rüstəm qaytarmamışdır. 15 gün sonra isə Rüstəmi sexə çağırmış və bildirmişdir ki, pul aldığı Nazim avtomobili istəyir. Rüstəm avtomobilin açarını ona versə də, sonradan qaytarıb demişdir ki, bir ay ərzində pıılu çatdırsın. Lakin Rüstəm pıılu qaytarmamışdır. O, Rüstəmin avtomobilini ondan geri alsın, fikirləşmişdir ki, etdiyi qanunsuz hərəkətdir, buna görə də, avtomobili Rüstəmə qaytarmışdır. Elçin Rüstəmlə birlikdə ona qarşı dələduzluq edərək 6400 ABŞ dollar pulu ələ keçirmişlər. 2020-ci ilin iyulavqust aylarında onun təkidi ilə Elçin ona 61000 manat pulu 1 ay ərzində ona geri qaytaracağı barədə qəbz yazıb vermişdir. Lakin indiyədək Elçin pulunu qaytarmamışdır. Yalnız Rüstəm ona aldığı puldan cəmi 1500 manat vermişdir. Həmin pulu da, Elçin ona vermişdir ki, ona versin. Nazim ona verdiyi 6400 ABŞ dollar pulu kimdənsə faizə götürmüşdür. Elçin dəfələrlə onunla telefonda danışanda ona yalan vəd verib bildirir ki, bankdan kreditə pul götürüb ona verəcəkdir. Hətta Elçin ona bir dəfə zəng vuraraq yalandan demişdir ki, ona hesab kodu verir, “Bank of Baku”-nun filialannda öyrənə bilərsə yoxlasın, həmin hesab kodunda 83000 ( səksən üç min) manat pul vardır. Ona demişdir ki, əgər bank fılialanndan hər hansı biri həmin hesabdan pul çıxarmağa razılıq versələr onunla birlikdə banka gedib pulu çıxaracaq və onun pulunu tam ödəyəcək. Elçinlə danışdıqlarını diktofonla yazmışdır. Eləmin ərəfələrdə Elçin onu guya banka aparmaq adı ilə Bakı şəhərində Türkiyə Səfirliyinin yaxınlığındakı tanımadığı bir 5 mərtəbəli qeyriyaşayış binasının qarşısına aparmışdır. O, avtomobildə gözləmişdir, Elçin isə binaya daxil olmuşdur. Bir neçə dəqiqədən sonra Elçin avtomobilə qayıdıb ona kağız parçasında dörd rəqəmdən ibarət şifrə verib demişdir ki, kod hesab kodudur, pul bu hesabdadır, sabah “Kapital Bank"- ın filiallarından birindən pulu çıxarıb ona verərər. Sonra onlar ayrılmışlar. Sabahsı gün Elçin zənglərinə cavab verməmiş və onu bir daha görməmişdir. Ona verdiyi kodu yoxlayanda ona demişlər ki, bu kod hesab kodu deyil, danışıq kartının sonuncu rəqəmləridir. Elçin ondan gizlənir, yalnız onunla telefonda danışır. Onun Rüstəmə və Elçinə pul verməyini təsdiq edən videoçəkilişləri və onların səs yazıları vardır. Ona qarşı Elçin və Rüstəm dələduzluq edərək pullarını ələ keçirmişlər. Elçin ondan 6400 ABŞ dollar pul borc istəyəndə o, verməmişdir. Rüstəm ondan xahiş etdiyi üçün və pulu bir həftə ərzində qaytaracağına söz verdiyi üçün o, Rüstəmə pul vermişdir. Rüstəm bilirmiş ki, Elçinin ona və başqalarına borcları vardır və pulu verə bilməyəcəkdir, buna baxmayaraq ona demişdir ki, pulu verməsə idarə etdiyi avtomobili ona verəcəkdir. Məhz buna görə razılıq vermişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1ıı uşaqlıq illərindən tanıyır. Atası Mübarizi də, tanıyır. Qonşularıdır. Elçin daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olurmuş. Onunla münasibəti 2020-ci ilin əvvəllərində yaranmışdır. Təqsirləndirilən şəxs1 2020-ci ilin mart ayının əvvəllərində ona demişdir ki, bankın hərraca çıxardığı 10000 manat qiymətində “Kia Rio" markalı avtomobili ona 5750 manata sata bilər. O, da, razılaşmışdır. O, isə Lökbatan qəsəbəsində Elçinə 5750 manat pul vermişdir. X18 markalı, ** SV *** qeydiyyat nişanlı avtomobili onun adm sənədləşdirmişdir. Avtomobil etibarnamə ilə Elçinin adma imiş. Bundan sonra, yəni mart ayının əvvəllərində Elçin ona demişdir ki, bankın hərraca çıxardığı 40000 manat qiymətində “Laııd crmser" markalı avtomobili 20000 manat qiymətində onun üçün 15 gün müddətində ala bilər. Bildirmişdir ki, bankın problemli kreditlər şöbəsində Ruslan adlı dostu işləyir, avtomobillərin girovdan çıxarılmasına o, köməklik edir. O, da, Elçinə inanıb razılaşmışdır. Çünki, faktiki olaraq Elçin ona 10000 manat qiymətində Kia markalı avtomobili 5750 manata satmışdır. Onun etibarım qazanmışdır. Ona avtomobilin şəkillərini də, göndərmişdir. O, 20060 manat pulu Binəqədi rayonu, Sulutəpə qəsəbəsində daş bazarı ilə üzbəüz “Qəşəm” kafesində Elçinə vermişdir. Elçin bildirmişdir ki, pulu bankda işləyən Ruslan adlı şəxsə verəcəkdir. İdarə etdiyi avtomobillə oradan birbaşa Elçinlə “Atles” plazanın qarşısına getmişdir. Elçin bildirmişdir ki, bank Atles plazada yerləşir, pulu Ruslana verib gəlir, onunla getməyini istəməmişdir. Bildirmişdir ki, onu avtomobildə gözləsin, Ruslan ona deyib ki, tək gəlsin, yanında heç kəs olmasın. Bundan başqa Elçin bildirmişdir ki, binanın girişində mühafizəçilər onu binaya qoymazlar. O. da. avtomobildə gözləmişdir. Elçin “Atles" plazaya daxil olmuşdur. Yarım saat sonra avtomobilə qayıtmış və bildirmişdir ki, pulu Ruslana vermişdir. Bildirmişdir ki, 2 lıəftə ərzində hər iki avtomobili adına sənədləşdirəcəkdir. İstintaqa verdiyi ifadəsində isə Elçinə avtomobilə görə əlavə 7000 manat pul verdiyini doğru göstərməmişdir. 7000 manat pulu verdiyini ona görə göstərmişdir ki, 20060 manat pulun bir hissəsini tanışından borca sələmə götürmüşdür. Elçin ona avtomobil vermədiyi üçün və pulunu qaytarmadığı üçün faiz pul şişib. Ona görə əlavə 7000 manat pulu ondan aldığı göstərmişdir. İkinci dəfə həmin ərəflərdə, yəni mart ayında Elçin ona demişdir ki. bankın girovunda olan 20000 manat qiymətində ağ rəngli hyunday elantra markalı avtomobili oııun üçün 15500 manat qiymətində 2 həftə ərzində ala bilər. O, da, Elçinə inanmışdır. 13500 manat pulu Nəsimi rayonunda yerləşən “Atles" plazaıım qarşısında idarə etdiyi mersedes markalı ** SC *** dövlət nömrə nişanlı avtomobildə Elçmə vermişdir. Elçin bildirmişdir ki, pulu Atles plazada yerləşən bankda işləyən Ruslana verəcəkdir. Elçin avtomobildən düşüb həmin binava daxil olmuşdur. Təxminən 1 saat sonra Elçin geri qayıtmışdır. Elçin ona demişdir ki, pulu Ruslana vermişdir. Bildirmişdir ki, maksimum 2 həftə ərzində hər iki avtomobili adına sənədləşdirəcəkdir. Elçin vəd verdiyi vaxtda avtomobilləri ona vermədiyi üçün bəhanə gətirib bildirmişdir ki, pandemiya ilə əlaqədar bankda yubanma vardır, 1 ay ərzində avtomobillər ona veriləcəkdir. Qalan 2000 manat pulu isə 2020-ci ilin aprel ayının əvvəllərində Lökbatan qəsəbəsində meyvəli bazarında Elçinə vermişdir. Həmin pulun 1000 manatını qardaşı Vüsal vasitəsilə, 500 manatını Təqsirləndirilən şəxs2 və 500 manatım Nadirin vasitəsilə Elçinə vermişdir. Onlar da, pulu meyvəli bazarında Elçinə veriblər. Bundan sonra 2020-ci ilin aprel ayının əvvəllərində Elçin ona təklif etmişdir ki, bankın girovunda olan 1 1000 manat qiymətində ‘Tİ yunday Accenf, markalı avtomobili onun üçün 8000 manat qiymətində ala bilər. O, da, Elçinə inanıb 5000 manat pulu Lökbatan qəsəbəsində meyvəli bazarında Elçinə vermişdir. Qalan 3000 manat pulu isə Lökbatan qəsəbəsində 28 may küçəsində yerləşən “ Xəyal” restoranının qarşısında Elçinə vermişdir. Lakin Elçin vəd verdiyi heç bir işi görməmişdir. Elçin avtomobilləri onun adma 1 ay müddətində sənədləşdirəcəyinə söz vermişdir. Karantin rejimini bəhanə gətirib müddəti uzadırmış. O, da. Elçinə inanmışdır. Elçin avtomobillərin hansı bankın girovunda olduğunu ona demirmiş. Aprel ayında ona aydın olmuşdur ki, Elçin onu aldadaraq 43560 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Elçin nə pulunu qaytarırmış, nə də, avtomobilləri ona vermişdir. O, Elçinə bildirmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə onun barəsində şikayət edəcəkdir. Elçinin evinə mütamadi gedib pulunu tələb etdiyi üçün Elçin 2020-ci ıliıı iyun ayında ona 15000 manat qaytarmışdır. Sonra da, 4000 manat ona pul vermişdir. Qalan pulları verməmişdir. Gizlənməyə başlamışdır. Elçin ondan başqa tanıdığı Nadir, Emin və Vüqarı da, aldadıb pullarım ələ keçirmişdir. O. Ruslan adlı şəxsi görməmiş və telefonla danışmamışdır. Elçindən dəfələrlə tələb etmişdir ki, Ruslanı onunla görüşdür. Lakin hər dəfə Elçin bəhanə gətirərək onu Ruslanın yanma aparmırmış. Başa düşmüşdür ki, Elçin Ruslan adlı şəxsi özündən uydurmuş, belə bir tanışı yoxdur. Yalandan Elçin “Atles” plazaya daxil olub orada yarını saat və ya 1 saat hardasa gözləyib çıxıb gəlirmiş. İstifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr vardır. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qonşusu olmuşdur. Elçini daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan makler kimi tanıyırmış. Onunla münasibətləri həmişə yaxşı olub. Arabir görüşüb yemək də, yemişlər. 22 iyul 2020-ci il tarixdə Elçin ona təklif etmişdir ki, bankın girovunda 2017-ci il buraxlışlı '‘Hyundai Elantra” markalı avtomobili onun adma 13000 manat müqabilində sənədləşdirə bilər. Avtomobilin orta bazar qiymətinin isə 25000 manat olduğunu demişdir. O, da, Elçinə inanmışdır. Avtomobilin hansı bankın girovunda olduğunu ona deməmişdir. O, da, Elçinə inandığı üçün avtomobilin hansı bankın girovunda olduğunu soruşmamışdır. O, 13000 manat pulu evdən götürüb Elçinlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Point Plaza” -nın qarşısına getmişlər. Elçin bildirmişdir ki, banlan ofisi plazada yerləşir, pulu bankda göstərəcək ki, avtomobilin girovdan çıxarılması işinə başlansın. O, da, pulu Elçinə onun idarə etdiyi “Kia Optima” markalı avtomobildə sonuncuya dostu Emin Bayramovun yanında vermişdir. Elçin ona demişdir ki, onu avtomobildə gözləsin, bankda pulu göstərib gələcəkdir. Elçin plazaya daxil olmuşdur. Təxminən 20-25 dəqiqədən sonra Elçin avtomobilə geri qayıtmış və demişdir ki, 13000 manat pulu avtomobilin girovdan çıxarılmasına görə ödəmişdir. O, həmin vaxt hər ehtimala qarşı Elçindən xəbərsiz mobil telefonunun diktofonunu yandırıb danışıqlarını qeydə almağa başlamışdır. Elçin demişdir ki, 40-45 dəqiqə ərzində avtomobil girovdan çıxarıb adına sənədləşdiriləcəkdir və həmin vaxta qədər onun Yasamal rayonunda yerləşən ofisində gözləsinlər. O, isə Elçinə demişdir ki, o, avtomobili görməmiş, burdan gedən deyil, ya da pulunu qaytarsın. Elçin isə demişdir ki, narahat olmasın, avtomobili görüb, avtomobil saz vəziyyətdədir, avtomobil Babək prospektində banka məxsus qarajdadır. O, Elçinə demişdir ki, onda gedib qarajda baxsınlar. Elçin isə ona demişdir ki, onları oraya buraxmayacaqlar. Onlar ofisə getmişlər. Lakin avtomobili onun adına sənədləşdirmədiyi üçün başa düşmüşdür ki, Elçin onu aldadır, Elçindən tələb etmişdir ki, pulu kimə veribsə ondan alaq. Elçin kiməsə zəng vurmaq adı ilə ofisdən çıxmış, lakin Kiçin ofisdə qayıtmamışdır. Elçinin istifadəsində olan 051 - ***-**-** saylı mobil nömrəyə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng vururmuş. Hər dəfə ona deyirmiş ki, bu gün sabah onunla görüşüb pulu verəcəkdir. Lakin hər dəfə də, onu aldadırmış. Ondan qaçırmış. O, “Point Plaza”-ya getmişdir, orada ümumiyyətlə bank olmadığım öyrənmişdir. Elçin ondan aldığı pulu heç kəsə vermədiyi, özü üçün xərclədiyini başa düşmüşdür. Elçin ondan başqa bir neçə şəxsi aldadaraq pullarını ələ keçirmişdir. Elçinin avtomobilin bankın girovundan çıxarıb ona verəcəyinə dair və ondan bu adla 13000 manat pul aldığının etirafına dair səs yazısı onda vardır və səs yazısını istintaqa təqdim edə bilər. Elçin qonşusu Zərərçəkmiş şəxs1 da, aldadıb pullarını ələ keçirmişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2020-ci ilin mart ayının əvvəllərindən tanıyır. İş yoldaşı, eyni zamanda dostu Şahid1 vasitəsilə Elçini tanımışdır. Elçin bankın girovunda olan 12000 manat qiymətində “Kia Rio” markalı avtomobili 6000 manata Vüsala həmin ərəfələrdə satmışdır. O, görmüşdür ki, Elçin bankın girovunda olan avtomobili girovdan çıxara bilər. O, da, Elçinə demişdir ki, ucuz qiymətə avtomobil olsa ona desin. 2020- ci ilin mart ayının əvvəllərində Elçin ona demişdir ki, bankın girovunda olan 22000 manat qiymətində “Hyunday Elantra” markalı avtomobili girovdan çıxarıb ona 12600 manat qiymətində sata bilər. Bankın problemləri kreditlər şöbəsində Ruslan adlı dostu var, onun vasitəsilə avtomobilləri dəyər-dəyməzə girovdan çıxarır. Hansı bank olduğunu deməmişdir. Elçin ona vəd vermişdir ki, bundan başqa bankın girovunda bir neçə avtomobil var, həmin avtomobilləri onun üçün girovdan ucuz qiymətə çıxara bilər. O, da, Elçinə inanmış və razılaşmışdır. Elçinə demişdir ki, ucuz qiymətə iki avtomobil olsa belə pul tapıb verə bilər. 08 mart 2020-ci il tarixdə Yasamal rayonu, Hüseyn Cavid parkında 11000 manat pulu dostu Vüsalın iştirakı ilə Elçinə vermişdir. 12 mart 2020-ci il tarixdə isə həmin parkda qalan 1600 manat pulu vermişdir. Elçin demişdir ki, 2 həftə ərzində avtomobili adma sənədləşdirər. Elçin avtomobilin şəkillərini ona istifadəsində olan ***-***-**-** mobil nömrəsinə “Whatsapp’Ma göndərmişdir. Lakin avtomobili ona göstərməmişdir. Aradan iki həftə keçdikdən sonra Elçin ona demişdir ki, pandemiya ilə əlaqədar bankın girovunda olan avtomobillər yenidən qiymətləndirildiyi üçün məsələ hələlik yubanır, ancaq narahat olmasın, uzağı bir ay ərzində avtomobili adma sənədləşdirər, 14 aprel 2020-ci il tarixdə Elçin ona demişdir ki, bankın girovunda olan 40000 manat qiymətində 2017-ci il buraxlışh “Toyota camry” markalı avtomobili ona 24 aprel 2020-ci il tarixdə 14000 manat qiymətində verə bilər. Hətta ona avtomobilin şəkillərini də, göndərmişdir. O, da, Elçinə inanmışdır. 14000 manat pulu Elçinin Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında yerləşən ofisində sonuncuya vermişdir. Elçinlə idarə etdiyi avtomobillə Yasamal rayonu, İsmayıl Qutqaşmlı küçəsində yerləşən “Atles” plazanm yerləşdiyi binanın qarşısına getmişlər. Elçin ona demişdir ki, onu avtomobildə gözləsin, pulu plazada mənzildə yaşayan bankın işçisi Ruslana verib gəlir. O, da, avtomobildə Elçini gözləmişdir. Təxminən 20 dəqiqə sonra Elçin avtomobilə qayıtmış və bildirmişdir ki, pulu Ruslana vermişdir. Lakin Elçin onu aldatmış. Elçin ona avtomobil verməmiş və pulunu da, qaytarmamışdır. Hər dəfə onunla danışanda ondan vaxt istəyirmiş. Elçinin ondan ümumilikdə 26600 manat pul almasını etiraf etməsinə dair səs yazısı vardır. Elçin ondan başqa Vüsalın qardaşı Zərərçəkmiş şəxs2 də, aldadaraq pullarını ələ keçirmişdir. Raminə də, yalan vəd verib ki, guya bankın girovunda olan avtomobilləri ucuz qiymətə çıxarıb ona salacaqdır. O, və Ramindən başqa da, bir neçə şəxsi Elçin aldatmışdır. Elçinin pulu Ruslan adlı şəxsə verib-vermədiyini deyə bilər. O, Ruslanı adlı şəxsi görməmiş və onunla danışmamışdır. O, Elçindən dəfələrlə tələb etmişdir ki, əgər pulu Ruslan adlı şəxsə veribsə Ruslanı ona göstərsin, o, Ruslandan alıb. Elər dəfə bəhanə gətirərək söhbətdən yayınırmış. Həmişə deyirmiş ki, pulları Ruslana verib bir neçə gün ya avtomobili ona verəcək ya da pulu qaytaracaqdır.Təqsirləndirilən şəxs1 barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işinin istintaqının aparıldığını və onun törətdiyi dələduzluq cinayətlərinə görə həbs olunduğunu eşidib onun barəsində şikayət etmək qərarına gəlmişdir. Bu vaxta kimi ona yalan vədlər verdiyi üçün və ondan möhlət istədiyi üçün o, onun barəsində əvvəllər şikayət etmirmiş. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2009-cıı ilin təxminən qış fəslində hərbi xidmətdən yeni qayıtdıqdan sonra Bakı şəhəri Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Fincan” kafesində aşbaz işləyərkən həmçinin aşbaz işləyən Lökbatan qəsəbə sakini Elçin adlı şəxslə tanış olmuşlar. Onun avtomobili olmadığından o,Elçinin idarə etdiyi Opel Vektra markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə gedib gəlirmişlər. Münasibətləri normal olmuşdur. Təxminən 1 ilə yaxın birlikdə işlədikdən sonra ona digər yerdə yüksək maşı olan iş təklif olunduğundan o, həmin yerdə işdən çıxaraq başqa yerdə aşbaz işləməyə getmişdir. Bundan sonra onun Elçin ilə əlaqəsi kəsilmişdir. 1-2 dəfə xeyir işləri görüşü olmuşdur. 2020-ci ilin yay aylarında pandemiya olan dövürdə təxminən iyul ayında Elçin 051- 425-12 12 saylı nömrədən istifadəsində olan 055 *** ** ** nömrəli mobil telefonuna zəng edərək hərracda olan avtomobillərin ucuz qiymətə təşkil etməsini ona fürsət bildirərək ona görüş təyin etmişdir. Sabahsı günü Lökbatan qəsəbəsində Elçinin yaşadığı binanın yaxınlığında onun idarə etdiyi dövlət qeydiyyat nömrəsi yadında qalmayan “İCia Optima” markalı avtomobildə ikilikdə görüşmüşlər. Elçin ona adını çəkmədiyi xalası oğlunun hansısa bankda problemli kreditlər şöbəsində işləməsini, hansısa şirkətin bağlanması bu səbəbədən də, şirkət 40 ədəd avtomobillərini geriyə qaytarmasını və həmin hərracda olan avtomobillər arasında dövlət qeydiyyat nömrəsini bildirmədən 2013-cü il buraxılışlı Hyundai markalı avtomobili 7000 manata ona təşkil edəcəyim bildirmişdir. Həmin zaman Hyundai markalıavtomobillərın orta bazar qiyməti 17000 manata imiş. Bu səbəbədən də o, Elçinlə razılaşmışdır. Lakin həmin zaman əlində o məbləğdə pulu olmadığından Elçinə hazırda pul verə bilmədiyini bildirmişdir. Elçiıı də, ona əlində nə qədər pul varındırsa verməyini bildirmişdir. Əks halda o, həmin hərracda olan avtomobili digər şəxs alacağı halda ıtirəcəyii bilmişdir. Bu səbəbdən də o, 2500 manat borca pul taparaq təxminən 2 gün sonra yaşadığı Bakı şəhəri, Qaradağ rayonu. Lökbatan qəsəbəsi, massiv 2 keçid-3, ev 31 qarşısında Elçinin idarə etdiyi həmin dövlət qeydiyyat nömrəsi yadında qalmayan Kia Optima markalı avtomobildə ikilikdə vermişdir. Verdiyi pullar 50 və 100 manat əskinazlardan ibarət olmuşdur. Elçin qalan pulun hələlik özü verəcəyini, yerdə qalan pulu isə tapıb ona verəcəyini bildirmişdir. Elçindən ayrıldıqdan sonra təxminən 2-3 gün ərzində özünə məxsus Mercedes Beıız C 200 markalı ** RX *** dövlət qeydiyyat nişanlı avtomobili təcili olaraq dəyər dəyməzinə yəni 10500 manata özü aldığı halda -Turbo.az saytında 6900 manata satmış və həmin zaman 4500 manat pulu yaşadığı evin qarşısında Elçinə vermişdir. Elçin də pulları sayaraq qəbul etmiş və ona narahat olmumağını 4-5 gün ərzində həmin ona vəd etdiyi Hyundai markalı avtomobili təşkil edəcəyini ona bildirmişdir. Həmin zaman Elçin ona fasiləsiz gələn zənglərə cavab verərək artıq pulların onda olmasını və tez bir zamanda gətirəcəyini bildirmişdir. Eyni zamanda da Elçin ona həmin hərracda olan avtomobilin pulunu ondan istədiklərini bildirmişdir. Bundan sonra nəinki, 4-5 gün təxminən bir ay keçsə də Elçin dediyinə əməl etməmiş, hər dəfə mobil telefon vasitəsi və ya görüşəndə ona yalan vədlər verərək guya həmin Hyundai markalı avtomobilin qiyməti 7000 manat yox 7800 manat imiş və sənədləşmə işi üçün əlavə pul lazım olmasını bildirib ondan əlavə pul istəmişdir. Əks halda verilən pulların batacağını bildirmişdir. O, da, məcburiyyyət qarşısında qalaraq təxminən 2020-ci ilin avqust ayında yaşadığı evin qarşısında ikilikdə 800 manat Elçinə pul vermişdir. 2-3 gün sonra Elçin ondan 500 manat istəsə də o, əlavə Elçinə 250 manat pul vermişdir. Elçin də tez bir zamanda həmin Hyundai markalı avtomobili hərracdan çıxardaraq onun üçün təşkil edəcəyini bildirsə də onu aldatmış və Elçinə verdiyi cəmi 8050 manat pulu geri qaytarmamışdır. Bundan sonra o. Elçindən pulu istədikdə sonuncu bu gün sabah deyərək ona gözləməyi bildirmişdir. O. avtomobilin harada olmasını soruşanda Elçin ona həmin avtomobilin guya Nobel prospektində duracaqda olmasını, sənədləşmə prosesini getməsini və həmin avtomobili ona göstərməyəcəklərini bildirmişdir. Belə ki, bundan sonra Qarabağ uğrunda müharibə başladığından o, könüllü olaraq xx.xx.2020-ci il tarixdə cəbhəyə yola düşmüşdür. Elçinin onu aldatmasına görə anası Ağabacı şikayət ərizəsi yazmışdır. Elçin yalan vədlərinə dair onun keçmiş mobil telefonunda whatsapp proqramında səs, əl yazma SMS-ləri və onun üçün hərracdan guya təşkil etdiyi dövlət qeydiyyat nömrəsi olmayan gümüşü rəngli Hyundai markalı avtomobilin foto şəkilini göndərsə də həmin mobil telefonu cəbhədə sınaraq yararsız vəziyyətə düşdüyündən mobil telefonu tullamalı olmuşdur. Anası Ağabacı 102 xidmətinə, ərizəsində, izahatında Elçinin ondan 9200 manat almasını təxmini göstərmişdir. Odur ki, ifadəsini əsas götürülməsini xahiş edir. Elçin ondan cəmi 8050 manat pul almışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 böyük qardaşıdır. Təqsirləndirilən şəxs1 çoxdan tanıyır. Əvvəllər bir məhəllədə qalmışlar. Elçinin mərhum qardaşı Vüsalla yaxın münasibəti olub. 2015-cı ildən bəri Elçini görmürmüş. 2020-ci ilin fevral ayının sonlarında Elçinin mərhum anasının qırx mərasimində iştirak edirmiş. Elçinin mərhum anası ilə anası 288 saylı orta məktəbdə müəllimə işləmişdir. O, anasına görə qırx mərasiminə getmişdir. Orada söhbət zamanı Elçin demişdir ki, “VTB” bankın problemli kreditlər şöbəsində Ruslan adlı tanışı var, onun köməkliyi ilə bankda hərraca olan avtomobilləri ucuz qiymətə ala bilər. O, da, həmin ərəfələrdə qardaşı Rəşadət üçün avtomobil almaq istəyirmiş. Cəmi 5000 manat pulu var iıııiş. Elçinə demişdir ki, cəmi 5000 manat pul tapa bilərlər. Həmin tarixdə axşam saatlarında “Kia Rio” markalı avtomobilin şəkillərini ona göndərmişdir. Bildirmişdir ki, 6000 manata ala bilər. O, da, qardaşı Raminlə məsləhətləşmiş və onunla razılaşmışdır. Elçin Yasamal rayonunda yerləşən Altes plazanın qarşısında 6000 manat pulu Ramindən almış və bildirmişdir ki, pulu dördüncü mərtəbədə Ruslan adlə şəxsə verəcək. 08 mart 2020-ci il tarixdə Elçin avtomobili Raminin adma sənədləşdirmişdir. Həmin vaxt Ramin həmin avtomobilin kimin adına olduğunu bilməmiş və Elçin bu barədə ona deməmişdir. Sonradan öyrənmişdir ki, Elçin həmin avtomobili Sumqayıt şəhərində bir qadından 11000 manat satın almışdır. Etibar qazanmaq üçün avtomobili onlara ucuz qiymətə verib ki, onlar onun növbəti yalanlarına manıb pul versinlər. Elçin avtomobilin buraxılış ilinin 2008 olduğunu desə də, avtomobilin qeydiyyat şəhadətnaməsində buraxılış ili 2006 göstərilmişdir. Bundan sonra Binədəqi rayonu, Sulutəpə qəsəbəsində daş bazarı ilə üzbəüz qohumlarına məxsus “Qəşəm” kafesində Elçin onun yanında Raminə bildirmişdirdi ki, bankın hərraca çıxardığı 40000 manat qiymətində “Land cruiser” markalı avtomobili 20000 manat qiymətində onun üçün ala bilər. Ramin də, razılaşmışdır. Ramin ilk olaraq tərəddüd etmişdir. Lakin Elçin davamlı olaraq Raminə zəng vurub deyirmiş ki, bu işə başı ilə cavabdehdir, şansı əldən qaçırmasın, Ruslan adlı şəxslə milyonluq iş gördüyünü deyirmiş. Ramin də, razılaşmışdır. Ramin onun iştirakı ilə 20060 manat pulu Sulutəpə qəsəbəsində daş bazarı ilə üzbəüz “QəşənY kafesində Elçinə vermişlər. Elçin demişdir ki, pulu Yasamal rayonunda yerləşən Altes plazada dördüncü mərtəbəsində Ruslan adlı şəxsə verəcək. Ramin də, Elçinlə birlikdə həmin ünvana getmişdir. X14 demişdir ki, avtomobildə gözləsin. Ramin də, Elçinin avtomobilində gözləmişdir. Həmin ərəfələrdə Elçin Raminə bildirmişdir ki, bankın girovunda olan 20000 manat qiymətində ağ rəngli hyunday elantra markalı avtomobili onun üçün 15500 manat qiymətində ala bilər. Ramin də, 13500 manat pulu Elçmə '‘Altes” plazanın yerləşdiyi binanın qarşısında vermişdir. Qalan 2000 manatdan 1000 manatı Ramin ona vermişdir ki, Elçinə versin. O, 1000 manat pulu elmlər metrosunun yaxınlığında Elçinə vermişdir. Qalan 1000 manat pulu isə Təqsirləndirilən şəxs2 və əvvəllər iş yoldaşı olan Zərərçəkmiş şəxs4 vasitəsilə Elçinə göndərmişdir. Elçin Raminə söz vermişdir ki, Land cruiser və Hyunday Elantra markalı avtomobillərin hər ikisini eyni vaxtda 27 mart 2020-ci il tarixdə təhvil verəcək. 2020-ci ilin mart ayının sonlarında Elçin pandemiya ilə əlaqədar məhkəmələrin bağlı olduğunu bəhanə gətirərək avtomobilləri məhkəmə qərarı ilə bankın girovundan hələlik çıxara bilməyəcəyini bildirmişdir. Çünki, Elçin demişdir ki, avtomobilləri məhkəmə qərarı əsasında girovdan çıxarıb hərrac olmadan satır. Hətta Elçin demişdir ki, əgər pulları qaytarsa onun külli miqdarda pulları batacaqdır. Raminə bildirmişdir ki, 2 həftə ərzində hər iki avtomobili ona verəcək. 2020-ci ilin aprel ayının əvvəllərində Elçin Raminə demişdir ki, bankın girovunda olan 11000 manat qiymətində ‘‘Hyunday Accent” markalı avtomobili onun üçün 8000 manat qiymətində ala bilər. Hər üç avtomobili aprel ayının ortalarına kimi ona verəcək. Ramin də, 5000 manat pulu Lökbatan qəsəbəsində meyvəli bazarında Elçinə vermişdir. Qalan 3000 manat pulu isə Lökbatan qəsəbəsində 28 may küçəsində yerləşən “ Xəyal” restoranının qarşısında Elçinə vermişdir. Lakin Elçin vəd verdiyi heç bir işi görməmişdir. Ramin uzun müddətdən sonra Elçindən təkidlə cəmi 19000 manat pul ala bilmişdir. Elçin Zərərçəkmiş şəxs4 da, aldadaraq onun üçün bankın girovundan “Hyunday Elantra” və “Toyota Camry” markalı avtomobilləri çıxarıb onun adma sənədləşdirəcəyi adı ilə ümumilikdə 26600 manat pulunu almış və hələ də qaytarmamışdır. Belə ki, Nadir 08 mart 2020-ci il tarixdə Yasamal rayonu, Hüseyn Cavid parkında 11000 manat pulu onun iştirakı ilə Elçinə vermişdir. İkinci dəfə isə aprel ayında Elçin Nadirdən 14000 manat pul almışdır. Elçin eyni qaydada Nadiri özü ilə inandırmaq üçün “Altes” plazanm yerləşdiyi binanın qarşısına aparmış, guya həmin pulu problemli kreditlər şöbəsində işləyən Ruslan adlı şəxsə verəcəkdir. Onlar sonradan öyrənmişlər ki, Elçinin dediyi yerdə, yəni binanın dördüncü mərtəbəsində ümumiyyətlə bank yoxdur, həmin mərtəbədə Uber taksi şirkətinin ofisi yerləşir və Ruslan adlı şəxs də, orada işləmir. Yalnız birinci mərtəbədə bank yerləşir və həmin bankda da, Ruslan adlı şəxs işləmir. Elçin Ramin, Nadir və Vüqara qarşı dələduzluq edərək pullarını ələ keçirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, özünə məxsus “mersedes 190" markalı, 10-ŞH-937 dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Qaradağ rayonu. Lökbatan qəsəbə sakini Zərərçəkmiş şəxs1 onun dostudur. 2020-ci ilin yay aylarında Vüqar ona demişdir ki, qonşusu Rüstəm ondan 6400 ABŞ dollar borca pul istəyir, lakin onda o qədər pul yoxdur. Vüqar ondan xahiş etmişdir ki, ona 6400 ABŞ dollar pul versin, o, da, Rüstəmə versin. Vüqarın dediyinə görə Rüstəm pulu bir həftə ərzində qaytaracaqdır, qaytarmayacağı təqdirdə idarə etdiyi mersedes markalı avtomobili ona verəcəyini söz vermişdir. O, da, yaşadığı evin həyətindəki iki otaqlı evini satdığı üçün pulu saxlayırmış. Buna görə də, o. Vüqarın işlədiyi Bayıl qəsəbəsindəki avtomobil təmiri sexinə getmişdir. Vüqara 6400 ABŞ dollar pulu borc vermişdir. Vüqar Rüstəmə 6400 ABŞ dollar pulu verəndə həmin anı mobil telefonla videoya çəkmişdir. Həmin kadrda Rüstəm söz verir ki, bir həftə ərzində pulu geri qaytaracaqdır. Lakin Rüstəm bir həftə ərzində pulu qaytarmamışdır. Bundan əvvəl isə Vüqar ona demişdir ki, qonşusu ev alqı-satqısı ilə məşğul olan Elçin ondan “Amay” ticarət mərkəzinin binasında iki otaqlı mənzili almaq adı ilə 61000 manat pul alıb, lakin nə mənzili ona verib, nə də ki. pulu qaytarır. Elçin ona təklif edib ki, bankın girovunda olan iki avtomobili 15100 manat qiymətində bankdan ala bilər. Vüqarda pul olmadığı üçün ondan borca 15100 manat pul istəmişdir. O, da, 15100 manat pulu Vüqarın işlədiyi yerdə ona vermişdir. Elçin də, onun yanında imiş. Elçin qara rəngli “passat” markalı avtomobillə oraya gəlmişdir. O, Elçinlə söhbəti etməmişdir. X15 söz verdiyi kimi bankın girovundan avtomobillər çıxarmamış və pulu da, qaytarmamışdır. Rüstəm də, pulu qaytarmamışdır. Vüqarın dediyinə görə Rüstəm ondan aldığı pulu Elçinə verib. Rüstəm pulu qaytara bilməyəcəyi təqdirdə avtomobilini Vüqara verməyi öhdəsinə götürdüyü üçün Vüqar avtomobili təxminən 6-7 ay əvvəl Rüstəmdən alıb sexinin yanında qoymuşdur ki, ona versin. Rüstəm də, demişdir ki, avtomobili satıb pulunu götürsün, qalan pulu qaytarsın. Rüstəm ona etibarnamə verəcəyinə söz vermişdir. O, Vüqarın yanına getmişdir. Rüstəm də, orada imiş. Avtomobili götürmək istəyirmiş ki. Rüstəmin ona verəcəyi etibarnamə əsasında avtomobilini 6400 ABŞ dollar pulunu götürsün. Lakin həmin vaxt Rüstəmin qardaşı Ramalın dostu əvvəllər tanımadığı Amil oraya gəlib ona söz verdi ki, avtomobili satmasın, Rüstəmə geri qaytarsın, axşama qədər Elçindən zorla 6000 manat pul alıb ona verəcəkdir, qalan pulu da, Rüstəmə geri qaytarmaq üçün vaxt verər. O, da, Amilin sözünə inanmış və avtomobili Rüstəmə qaytarmışdır. Lakin Amil söz verdiyi kimi həmin gün 6000 manat pulu ona verməmişdir. Yalnız 3 gün sonra Elçin Vüqara 1500 manat pul vermişdir ki, ona versin. Vüqar da, 1500 manat pulu ona vermişdir (1-ci cild iş vərəqi 59-60). Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan 23 oktyabr 2021-ci il taixli üzləşdirmə protkolundan görünür ki, Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq etmişdir (1-ci cild iş vərəqi 222-224). İşdə olan 08 may 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq etmişdir (1-ci cild iş vərəqi 71-72). İşdə olan 23 oktyabr 2021-ci il tarixli üzləşdirmə protkolundan görünür ki, Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini təsdiq etmişdir (1-ci cild iş vərəqi 227-229). İşdə olan 06 noyabr 2021-ci il tarixli üzləşdirmə protkolundan görünür ki, Zərərçəkmiş şəxs4la Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiklərini təsdiq etmişdir (1-ci cild iş vərəqi 258-260). İşdə olan 23 oktyabr 2021-ci il tarixli üzləşdirmə protkolundan görünür ki, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər ikisi ifadələrində göstərdiklərini təsdiq etmişlər (1-ci cild iş vərəqi 230- 232). İşdə olan 02 fevral 2021-ci il tarixli telefon danışları və «Whatsapp» səs yazılarına dair bir ədəd fləşkartın götürülməsi və baxış keçirilməsi haqqında protkoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi telefon danışıqlarına dair bir ədəd flaşkarta baxış keçirilmiş, flaşkartda bir ədəd videofaylı vardır. 20200810 152419 saylı favlda 41 saniyəlik videoçəkilişdən görünür ki, Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildə sükan arxasında, Təqsirləndirilən şəxs2 ön oturacaqda, Təqsirləndirilən şəxs1 və Aqşin adlı şəxs arxa oturacaqda oturmuşlar. Zərərçəkmiş şəxs1 əlində məbləği bilinməyən xeyli sayda ABŞ dollarını tutub Təqsirləndirilən şəxs2 deyir: “Gör sənə nə deyirəm, hamımız burda şahidik, mən Rüstəm sənə 6400 ABŞ dollar pul verirəm, ayın 20-də axşam saat 5-dək 6400 ABŞ dollar pulu səndən alacam”. Zərərçəkmiş şəxs1 pulu Təqsirləndirilən şəxs2 verir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 bildirir: “pulu aldın Rüstəm?”, Rüstəm bildirir: “Pulu aldım”. Vüqar təkrar olaraq Rüstəmə bildirir: “ ay m 20-də pulu səndən alacağam”. Rüstəm də, Vüqara öz təşşəkürünü bildirir. Flaşkartdakı 15 ədəd telefon danışıqlarına və Whatsapp səs yazılarma dair səs yazısı vardır. Həmin danışıqlarından 3 dəfə Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs2, 3 dəfə Zərərçəkmiş şəxs1la Ramal Bağırov, 7 dəfə Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs1, 1 dəfə Zərərçəkmiş şəxs1la Mübariz Arzumanov, 1 dəfə Təqsirləndirilən şəxs2la Şahid2 arasında arasında baş tutmuşdur. Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs2 arasında telefon danışığının və Whatsapp səs yazının məzmunu aşağıdakı kimidir: AUD ********* WA009 saylı faylda Whatsapp səs yazısı Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 göndərilmişdir. Səs yazısının müddəti 38 saniyədir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 bildirir ki, Nazimdən götürdüyü 12000 manat pulu, həftənin axırı ya da bir həftə ərzində qaytaracaq və Vüqardan razılıq etməklə təşəkkürünü bildirir. Vüqardan xahiş edir ki, Nazimə bu barədə desin. AUD ********* WA0025 saylı faylda telefon danışığının müddəti 2 dəqiqə 59 saniyəlikdir. Telefon danışığında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 pul aldığım etiraf edir. Vüqar Rüstəmə bildirir ki, o, pulu bir həftəlik ona vermişdir. Rüstəm də, Vüqarın dedikləri ilə razılaşır. Rüstəm bildirir ki, gedib Elçindən pulu zorla alıb ona qaytaracaqdır. Vüqar üçün dua edir. AUD ********* WA0005 saylı faylda Whatsapp səs yazısının müddəti 28 saniyədir. Səs yazısım Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 göndərmişdir. Səs yazısında Təqsirləndirilən şəxs2 bildirir ki, “ Ay Vüqar dayı 1500 manat burda, 1500 manat pulu verirəm sənə, yerdə qalan borcum sənə 10500 manatdır. 1500 manat pulu apar Nazimə dayıya ver və ona deki, mənim borcumdan çıxsın, qalan pulu hissə-hissə verəcəm”. Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs2 qardaşı Ramal Bağırov arasında telefon danışığı AUD ******* WA0022 saylı fayldadır. Telefon danışığının müddəti 3 dəqiqə 37 saniyəlikdir. Telefon danışığının qısa məzmunu ondan ibarətdir ki, Ramal Bağırov qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 pul almasını etiraf etməklə yanaşı, pulu Elçindən zorla alıb qaytaracağım vəd verir. AUD 20201121 WA0003 saylı faylda Whatsapp səs yazısı vardır. Səs yazısının müddəti 38 saniyədir. Səs yazısının məzmunu: "'Vüqar Nazimin mobil nömrəsi məndə yoxdur, buyruq kimi çıxmasın, pis başa düşmə, mən sən fərqi yoxdur, hamımız çalışırıq ki, Rüstəmin borc söhbəti bağlansın. Özün Nazimlə danış, 1500 manat pul verilib, onu çıxsın Rüstəmin pulundan, qalanı da, görərək inşallar həl edərəik, miimkünatyı yoxdur, daha burda ağır söhbətlər gedir artıq” .AUD 20201121 WAQ004 saylı faylda Whatsapp səs yazısı vardır. Səs yazısının müddəti 45 saniyədir. Səs yazısının məzmunu: "‘Salam Vüqar, nə var nəy yox, Vüqar Elçin 1500 manat pulu verdi də yəqin ki. Pulıı apar ver Nazimə. X16 pulundan çıxsın, qalan pulu da, canlarından çıxardıb verərik, Rüstəm onsuz da, yenə gecə onların bloklarında yatacaqdır, pulun qalanını da, inşallah həll edərik”. Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs1 arasında telefon danışıqları və Whatsapp səs yazılan 7 ədəd fayldadır. AUD 20201211 WA0000 saylı faylda Whatsapp səs yazısının müddəti 28 saniyədir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 səs göndərir. Səs yazısının məzmunu: “ Qardaş axşamın xeyir, necəsən, nə var nə yox, mən işlərin üstündəyəm, Allahın köməkliyi ilə hər şey yaxşı olar, evə görə götürdüyümüz 61 min pul bilirsən də batdı, lakin belə problem yoxdur, mən özüm sənə həmin pulu verəcəm. Özün nə edirsən? Nə var nə yox?” AUD 20201215 WA0002 saylı faylda Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs1 arasında baş tutmuş telefon danışığıdır. Telefon danışığının müddəti 4 dəqiqə 40 saniyədir. Telefon danışığının qısa məzmunu: Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 xahiş edir ki, ona vaxt versin, Nazimdən aldığı, eləcə də, evə görə aldığı pulu qaytaracaqdır. Rüstəmə vəd vermişdir ki, işi alınsa onun avtomobilini satıb pulun üstünə 10 min manat qoyub daha yaxşı avtomobil alsın. Elçin Vüqardan pulun qaytarılması üçün 10-15 gün möhlət istəyir. Vüqar Elçinə deyir ki, onsuz da, “Amay”- dan mənzil alan deyilsən, pulu qaytar. Elçin də, razılaşır. AUD ********* WA0003 saylı faylda telefon danışığının müddəti 7 dəqiqədir. Telefon danışığının qısa məzmunu: Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bildirir ki, ona hesab kodu göndərir, “Bank of Baku” bankının filiallarında tanışı varsa kodu yoxlasın, həmin hesabda 83 min manatdan yuxarı pul vardır, tanışı bankdan pulu çıxarda bilirsə çıxartsın. Pulu çıxara bilsə 2 saat ərzində Bakıda olacaqdır. Öyrənsin ki, Bakıda hansı filial işləyirsə o, həmin filiala yaxınlaşsın, həmin pulla Nazimlə arvadın pulunu ödəyər, başqaların pulunu hələ verə bilməyəcəkdir.” AUD 20210116 WA0007 saylı faylda telefon danışığının müddəti 4 dəqiqə 14 saniyədir. Telefon danışığının qısa məzmunu: Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 xahiş edir ki, həftənin üçüncü gününə kimi ona möhlət versin, üçüncü günə kimi bütün pulları qaytaracaq, pulları qaytarmayan şərəfsizdir. Arvadın 61000 manat, Rüstəmin 10500 manat və Nazimin 15000 manat pulunu həftənin 3-cü ya da 4-cü günü tam qaytaracaqdır. AUD 20210202 WA007 saylı faylda Whatsapp səs yazısının müddəti 28 saniyədir. Səs yazısının məzmunu: “ Vüqar sabah saat uzaqbaşı 6-ya kimi gəlib sənə 500 manat verərəm, anam qəbri haqqı mən iş görən adamam, gələn həftənin 5-ci gününə kimi mən sənə 9000 manat pulu verəcəm”. AUD 20210202 WA0008 saylı faylda telefon danışığının müddəti 53 saniyədir Telefon danışığının qısa məzmunu: Vüqar Elçinə bildirir: “Elçin bayaq atan mənimlə danışdı, atana görə mən durdum, mən sənə nə qədər pul vermişəm? pulları təmənnasız vermişəm. Elçin bildirir: aramızda 20400 ABŞ dollar və 39000 manat pul söhbəti vardır, inşallah ki, 7-8 günə həli edərəm, atam da, səninlə danışıb sənə söz verib, pulu təmənnasız vermisən”. AUD 20210202 WA0009 saylı faylda telefon danışığının müddəti 2 dəqiqə 05 saniyədir. Telefon danışığının qısa məzmunu: Vüqar Elçinə bildirir: “Elçin öz aramızda sən bilirsən ki, pul mənim deyil, uzatmaq lazım deyil, camaatdan alıb ev almaq adı ilə və bankda iş görmək adı ilə sənə vermişəm, sən də, ləngiməyə görə karaııtini atmısan ortaya, pul sahibləri də, pullarını məndən istəyir. Eleç nə lazım deyil. Pulları qaytar camaatın pullarım qaytarım. Elçin Vüqara bildirir: “Özün gördün ki, hər şey yaxşıdı idi, bu ka ran tin bizi yıxdı sürüdü bütün pulları uzaqbaşı ay yarıma, bu gün ayın 20-si idi, ay yarıma toplayıb tam şəkildə sənə verərəm. Vüqar Elçinə bildirir: Cammatm pulunu mən sənə vermişəm sən deyirsən ki, pul sən mənə təmmansız vermisən, sən pulu necə götürmü sən məndən, pulun üstünə faiz söhbəti olubmu? Elətta sən dedin ki, pulu gecikdirdiyimə görə üstünə pul qoy, mən dedim ki, pulun faizi lazım deyil” Elçin Vüqara bildirir: Doğrudur, faiz söhbəti olmayıb, ona görə səni çox istəyirəm də, sənin oğlanhğm bəs edir” Şahid2la Təqsirləndirilən şəxs2 arasında telefon danışığı 1 ədəd fayldadır. AUD 20201119 WA0002 saylı faylda telefon danışığının müddəti 3 dəqiqə 42 saniyədir. Telefon danışığının məzmunu: Şahid2: Salam qa qaTəqsirləndirilən şəxs2: Salam Nazim dayı, nə təhərsən? Şahid2: Sağlığın, nə oldu qaqa pul? Təqsirləndirilən şəxs2; Nazim dayı narahat olma, sabah maksimum saat 1- kimi gələrəm oraya Allahın köməkliy ilə Şahid2: Gəlməyini neynirəm, ghələsən e pul nə olar? Təqsirləndirilən şəxs2:Pulla gələcəm, pulu Vüqar dayıya verəcəm, Vüqar dayı da, sənə verəcək. Şahid2: Pislik edib pulu verməmişik ki, sənə qardaş? Təqsirləndirilən şəxs2:Yo yo yo Nazim dayı! Allah balavı saxlasın sənin də, Vüqarın dayının da. Siz nə lazımdı eləmiş iz. Mən də, əlimdən nə gəlirsə onu da sabah edərəm, başqa yolu yoxdur. Şahid2: Hər şeyi qoyaq qırağa, sən pul alanda bilmirdin ki, pulu kimə verirsən? Təqsirləndirilən şəxs2: Allaha and olsun, balamın canı bilmirdim, mən pulu alıb verdim, mən bilsəydim ki, bunun bu qədər borcu var, mən pulu verməzdim. Mən alıb verəndən sonra bunun borcları çıxdı, mən bilsəydim ki, bunun bu qədər borcu var balamın canı mən yaxın durmazdım. Bidəııə dedilər ki, bir dənə qancıx var, bunun ona borcu var, elə bil ki, onun evinə gedəcək. Elçinin yoldaşı qabağıma çörək qoyduğu üçün, Allaha and olsun ki, fikirləşdim ki, onun arvadım saçlarını yolar. Ona görə ona bacı kimi baxdığım üçün mən bunu etmişəm. Elçin mənə dedi ki, sabah həll olunar. Mən də, pulu alıb Vüqara verəcəm. Şahid2: Rüstəm birdən sabah pul çatmasa nə olar? Təqsirləndirilən şəxs2: Nazim dayı pul çatmasa, mən gələcəm ora, Vüqarın yanına, Vüqar nə məsələhət bilsə o olacaq. Şahid2: Məsləhət qardaşı odur ki, ya mənim pulum sabah verilməlidir. Təqsirləndirilən şəxs2: Yo, veriləcək. Şahid2: Vüqara sözümü demişəm, sonuncu dəfə möhlət vermişəm. Demişəm Vüqar ya mənim pulumu versin, ya da, rüstəm qardaş avtomobilini mənə etibarnamə ilə ver, gedib avtomobili Vüqara rənglətdirim. Təqsirləndirilən şəxs2: Mən də, onun üçün deyirəm, Nazim dayı sabah gələcəm Vüqar dayının yanma, Vüqar nə məsləhət bilsə belə də, olacaqdır. 100 faiz sabah pulu Vüqara verəcəm, Vüqar da, sənə verəcək. X6 Xəlilov arasında telefon danışığı 1 ədəd fayldadır. AUD 20210202 WA0004 saylı faylda telefon danışığının müddəti 2 dəqiqə 42 saniyədir. Telefon danışığının qısa məzmunu: X7 Xəlilova bildirir ki, oğlu Elçinin əvəzinə ona söz verir ki, pul bir həftədən sonra ona çatacaqdır. Maksimum 7 ya da 8 günə pul çatar (1-ci cild iş vərəqi 9-12). İşdə olan 27 oktyabr 2021-ci il tarixli CD diskin götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs1la olan danışığına dair bir ədəd CD diskə baxış keçirilmiş, CD diskdə bir ədəd faylı vardır, faylda 19 dəqiqə 56 saniyəlik səs yazısı vardır. Səs yazışma qulaq asıldı. Müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 onun adma bankın girovunda olan avtomobili sənədləşdirmək adı ilə 13000 manat pul aldığını etiraf edir, Zərərçəkmiş şəxs3 Elçindən tələb edir ki, ona verəcəyi avtomobili ona göstərsin. Elçin deyir ki, avtomobil “Fəhlə” prospektində ( 8 noyabr prospekti) qarajdadır, avtomobili görüb, avtomobili bank onun adma sənədləşdirir, sonra onun adma sənədləşdirər. Emin Elçindən tələb edir ki, əgər avtomobili ona göstərmirsə pulunu qaytarsın. Elçin də, deyir ki, pulu artıq işi düzəldən şəxsə verib, geri ala bilməz. Emin və yanındakı şəxs Elçinə bildirirlər ki, “ sən dedin ki, pulu verən kimi avtomobili bizə göstərirsən və sonradan avtomobili sənədləşdirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinə gedirik”. Elçin deyir ki. avtomobili ona artıq göstəriblər, onlara göstərməzlər, avtomobil saz vəziyyətdədir, avtomobilin girovdan çıxarılmaq üçün 40 dəqiqə vaxt lazımdır, gedib ofisdə gözləsinlər. Emin də deyir ki, ofisə getmək lazım deyik gedib avtomobilin yanında gözləsinlər. Elçin də öz növbəsində Eminə deyir ki, əgər pulunu istəyirsə, avtomobili başqasının adına sənədləşdirər, pulu ona ofisdə verəcəkdir. Ofisə çatdıqdan bir neçə dəqiqə onra Elçin avtomobilə qayıdır, Emin isə ondan haraya getdiyini soruşur, Elçin deyir ki, məllimlə görüşür, 5 dəqiqəyə qayıdır. Zərərçəkmiş şəxs3 bildirdi ki, səs yazısını Təqsirləndirilən şəxs1 13000 manat pulu verdiyi gün, yəni 22 iyul 2020-ci il tarixdə sonuncunun idarə etdiyi “Kia Optima” markalı avtomobildə mobil telefonun diktofonu ilə qeydə almışdır (1-ci cild iş vərəqi 247). İşdə olan 29 oktyabr 2021-ci il tarixli CD diskin götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 istintaqa təqdim etdiyi Təqsirləndirilən şəxs1la olan telefon danışığına dair bir ədəd CD diskə baxış keçirilmiş, CD diskdə bir ədəd faylı vardır. Favlda 2 dəqiqə 38 saniyəlik səs yazısı vardır. Səs yazışma qulaq asıldı. Səs yazısında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 onun adma avtomobil sənədləşdirmək adı ilə 26600 manat pul aldığını etiraf edir. Səs yazısında eyni zamanda Zərərçəkmiş şəxs2 də, bu adla pul aldığını etiraf edir.Elçin Nadirə bildirir ki, ayın sonuna qədər aldığı pulun müəyyən bır hissəsini ona qaytaracaqdır. Zərərçəkmiş şəxs4 bildirdi ki, səs yazısını 26 avqust 2021-ci il tarixdə istifadəsində olan 055- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq danışan zaman qeydə almışdır (1-ci cild iş vərəqi 254). İşdə olan 05 dekabr 2021-ci il tarixli telefon danışıqlarına baxxış keçirilməsi haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində aranan və arayan nömrələrin siyahısının və abonentlərin şəxsiyyətləri barədə məlumatın, sms- lərin mənilərini, qeyd olunan mobil nömrələrlə ilə aparılan danışıqların qeydə alındığı inzibati ərazi vahidi (şəhər (rayon) qəsəbə, kənd, küçə, şosse və s. inzibati ərazi vahidləri qeyd olunmaqla) barədə məlumatlar məhkəmə qərarı əsasında "xxxx" MMC-dən ələ keçirilmişdir. Elər iki mobil nömrə Təqsirləndirilən şəxs1 adınadır. Hər iki mobil nömrəyə daxil olan və çıxan zənglərə baxış zamanı müəyyən edildi ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-**, X1 istifadəsində olan ***-***-**-** və 055-450- 36-30, Zərərçəkmiş şəxs3 Ramıs oğlu istifadəsində olan ***-***-**-** və Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrələrlə cinayətin törədildiyi ərəfələrdə, ondan əvvəl və sonra mütamadi olaraq Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında danışıqlar baş vermişdir. Eləcə də, qeyd olunan mobil nömrələrlə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında mütamadi olaraq danışıqlar müəyyən edildi. Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri arasında aşağıdakı məzmunda sms mətnləri aşkar edilmişdir: xx/xx/2020,22:39:38,**********08,**********12,Elcin meni firladinda xx/xx/2020,22:40:08,**********08,**********12,Sene bagislamavacam xx/xx/2020,22:40:20,**********08,**********12,Esebden yata xx/xx/2020,22:40:27,**********08,**********12, Bilmırem xx/xx/2020,22:40:40,**********08,**********12,Sennen danisacam xx/xx/2020,22:40:46,**********08,**********12, Evbi xx/xx/2020,22:40:59,**********08,**********12,Yoxdu xx/xx/2020,22:41:15,**********08,**********12,Sen ozune edirsen xx/xx/2020,02:15:46,**********12,**********08,Qaqa vallah yox billah yox ne fırlatmaq xx/xx/2020,22:33:46,**********08,**********12,Hardasan xx/xx/2020,22:33:46,**********08,**********12,Hardasan xx/xx/2020,19:11:04,**********08,**********12,Bir bele pulu vemisen osduraga basirsan xx/xx/2020,00:53:17,**********15,**********08.Qaqa ozum olum varim Milyon temasidi Allaha and olsun 10 gune goreceksen neler olur xx/xx/2020,01:03:17,**********15,**********08,qaqa men bu boyda zulum çekdim sence niye bilirdim axiri eladi indi hersey hell olanda deyırsen bele eleyecem sen seher 10 bayılda ol emanet sene verim gedim xx/xx/2020,19:34:29,**********15,**********08,Qaqa o ev var idie pandemiyadan sora inşallah alır biraz səbirli ol xx/xx/2020,19:34:30,**********15,**********08, hamsi yoluna düşəcək biraz sıxıntı yarandı ama arxayın ol duzelece xx/xx/2020,19:47:29,**********15,**********08,işim alman kimi maşmı satıb ona yaxşı maşın alacaydim alınmadı xx/xx/2020,19:47:29,**********15,**********08,rustemede pis olmamisam vallah oda mene o pulu götürəndə bilirdiki xx/xx/2020,19:47:29,**********15,**********08,işim alman kimi maşım satıb ona yaxşı maşın alacaydim almıııadı xx/xx/2020,20:52:22,**********15,**********08,Qaqa birde nazimin 15000 düzəldim verecem yaxşı ***-***-**-** saylı mobil nömrəsinin istifadəçisi ilə kiçin Arzumanovun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında aşağıdakı məzmunda sms mətnləri aşkar edilmişdir: xx/xx/2020,16:07:49,**********76,**********12,eyeceksen bu faizde olan adam.Tapmuwamda poxu.Niye uzadirsan.Seher saat 9-da men ozum gelecem ag ciceyimin qabagiııa gedek yaxsi?Daniwdim yaxsi? 07/1072020,16:07:49,**********76,**********12, Elcin danisdim seher saat 10-da dedim geleceyik.Dedi iki gundu deyirseıı gozleyirik.Meni camaatin yaııiııda rüsvay elemisen.Sonra buda atkaz elese tapa bilm xx/xx/2020,16:07:49,**********76,**********12,Elcin danisdim seher saat 10-da dedim geleceyik.Dedi iki gundu deyirsen gozleyirik.Meni camaatin yaninda rüsvay elemisen.Sonra buda atkaz elese tapa bilm xx/xx/2020,17:20:15,**********76,**********12,Elciıı bir cavab yazda bilim xx/xx/2020,11:18:43,**********76,**********12,Elcin hardasan mehlenizdeyik.Tez tel ac. xx/xx/2020,11:24:58,**********76,**********12, Ala sen sikine sarimisan.Goturde poxunu.Deyirem mehlenizdeyik.Hardasan sen.Seııe yerde tapdim yenede fırlatdin.Cix pulu ver.Elcin senol alemi qatacam.Ele xx/xx/2020,11:24:59,**********76,**********12,eleme polis getirsin seni.Biabirciliq eleme.Sene xowlugnan deyirem.Sene gore ble evimde bu deq dava gedir .Cix ortaya.Varyoxıın sikim pissi veziyvet xx/xx/2020,11:33:51,**********76,**********12,Elcin cixda mehlene gelirik.Sen uje doğurdan ag eledin varyoxuna lenet.Ala sen nece adamsan.Sen pulu bele rahat yeye bilersen.Sen indi goreceksen. 10/2020,19:27:18,**********76,**********12,Elcin salanı.Elcin sennen soz daniwdim.Dedim ki,veziyvet pisdi.Dedin 2-ci gun olmasa masinin acarini verecem.Ne bilim masiııi satacam.lndi adboy verirseıı.Q xx/xx/2020,19:27:18,**********76,**********12,Elcin salam.Elcin sennen soz daniwdim. Dedi m ki, veziyvet pisdi. Dedin 2-ci gun olmasa masinin acarini verecem.Ne bilim masiııi satacam.lndi adboy verirseıı. xx/xx/2020,19:27:19,**********76,**********12, ardas sen problem axtarirsan.Elcin varvoxunu sikiııı bu isin axiri poxdu.Day uje vaxt denıe.Sonra problem boyuk olacaq Allah haqqi xx/xx/2020,19:27:19,**********76,**********12,ardas sen problem axtarırsan.Elcinvaryoxunu sikiııı bu isin axiri poxdu.Day uje vaxt denıe.Sonra problem boyuk olacaq Allah haqqi xx/xx/2020,14:40:46,**********76,**********12,Elcin sen meni ele salmisan?0 boyda soyus qoydun dedin 3-cu sendedi.Buğun dedin poçtdan gotur seher.Saat uje 3-du.Sikine sarimisan?Seııin o soyuwune gore dozdum xx/xx/2020,14:45:39,**********76,**********12,Ala goturde poxıınu.Ozunu qoymusan uje gic yerineye.Soyuw qoyan sen idin.Dedin 3-cu gun.Duııen dedin seher.Cavab ver telfonuva.Sen uje hecne girmir deyeseıı.. xx/xx/2020,14:54:34,**********76,**********12,Soyuwe qoz qoymadin he?Busanda.Menden iırcime.Seni evinden cixartmaq mene borc olsun.5 wikayet erizesi buğun veriler.Sabah rahat evden de cixarsan cavabda xx/xx/2020,14:54:35,**********76,**********12, verersen.Gorersen atmaq fırlatmaq nece olıır.Ele elemeki varyoxunu sikim qapina cekiliw getizdirim butun bina gorsun.Sen goreceksen Elcin.Men neyniyecem. ***-***-**-** saylı və digər mobil nömrələrinin istifadəçiləri ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri arasında aşağıdakı məzmunda sms mətnləri aşkar edilmişdir: xx/xx/2020,21:24:39,**********64,**********12,Sene demiwdim buğun axirinci olsun meni firladirsan sen xx/xx/2020,11:25:53,**********35,**********12/Noldu ay cirig saat 10 da cagirirdin xx/xx/2020,11:25:53,**********35,**********12,Noldu ay cirig saat 10 da cagirirdin xx/xx/2020,11:46:06,**********35,**********12.dunn dedin 12 də pul sendedi indi telefonu acmirsan sen ocey ağını xx/xx/2020,11:54:13,**********35,**********12,Qehbe qehbe hərəkət eleme kişi ol soyuk soymusen 2 gundu pulu catdi xx/xx/2020,ll:54:13,**********35,**********12,Qehbe qehbe hərəkət eleme kişi ol soyuk soymusen 2 gundu pulu catdi xx/xx/2020,13:22:13,**********35,**********12,Elcin buğun mene pul vermesen gelecem dalinca men gozdemirem uje gel axsam elmlere xx/xx/2020,12:14:04,**********75,**********12,Ay insan ay muselman ac bu zibili bir kelme soz de kecen heftenin 6ci gunımden bun sabah salmisan.and ola allaha elediyin ne kiwi hereketidi be arvad.arv xx/xx/2020,12:14:04,**********75,**********12,Ay insan ay muselman ac bu zib 4/10/2020,18:07:44,**********05,**********12,senen pul gozeuyurenı xeberin olsun mene pulsuz goruwsen sene yaxwi olmayacaq xx/xx/2020,18:07:44,**********05,**********12,senen pul gozeuyurem xeberin olsun mene pulsuz goruwsen sene yaxwi olmayacaq xx/xx/2020,18:35:17,**********05,**********12,gotvu silcdirsen ne edirsen ed mene bu gun pulsuz goruwme xx/xx/2020,18:39:16,**********05,**********12,bilki pusuz goruwek sene yaxwi olmuyacaq xx/xx/2020,11:35:54,**********45,**********12,Elcin uje qoyun oynayirsan senin kecen kewmiwini sikecem qevpe saat 11 demiwdim inside telfonu baglayirsan here nzmusuz qeyretin namusun olsun xx/xx/2020,14:58:30,**********35,**********12,Elçin mən sənə inanmıram ardiq 1 aydi her gün eyni sözü deyirsen ax xx/xx/2020,09:49:55,**********06,**********15,Elcin salam. Soz vermişdin ki, 2-ci gun geleceksen. Niye mecbur edirsen ki, qapini polis doysun? xx/xx/2020,09:49:55,**********06,**********15,Elcin salam. Soz vermişdin ki, 2-ci gun geleceksen. Niye mecbur edirsen ki, qapini polis doysun? Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** saylımobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri arasında aşağıdakı məzmunda sms mətnləri aşkar edilmişdir: xx/xx/2020,17:14:12,**********73,**********12,Elcin menim pulumu sabaha qeder tap ver sabaha pulum çatmasa men uje polise gedecem sen nece aydi 1 qepik bele vermemisen mene 34000 manat puldan sabaha xx/xx/2020,17:14:13,**********73,**********12,menim pulumu qaytar xx/xx/2020,12:58:05,**********73,**********15,Kagizda yuxardan sexsiyyet vesiqevi kopyala altinan bulari yazarsan xx/xx/2020,12:58:16,**********73,**********15, Mən fılankəsov filankəs sexsiyyetivin dannilari Zərərçəkmiş şəxs4 Əlihe xx/xx/2020,12:58:17,**********73,**********15,ydər oğluna 26600 manat həm rəqəm həm soz ilə yazarsaıı borc almışam xx/xx/2020,12:58:17,**********73,**********15,05 yanvar 2021 ci il tarixində borcumu qaytaracam. Bu sözləri yazan xx/xx/2020,12:58:18,**********73,**********15,da kənardan mənə heç bir təsir təyziq olunmayıb. Tam sərbəst öz ira xx/xx/2020,12:58:19,**********73,**********15,dəmlə yazmışam. Altdan imza at oz adivi familyavi qabagina yaz Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri arasında aşağıdakı məzmunda sms mətnləri aşkar edilmişdir: 20,12:22:44,**********12,**********59,Qaqa nə oldu xx/xx/2020,12:23:45,**********59,**********12,Hele aliıımir xx/xx/2020,12:38:04,**********12,**********81,Deyirem birdefede yığanda cavab verde nə olar xx/xx/2020,13:48:50,**********12,**********59,Qaqa varyoxuna lenet üstündə 2000 pul verirəm xx/xx/2020,13:49:30,**********12,**********59,Bidene Hell ele çox pisdi veziyyet quran lıakki men maşınları Hell e xx/xx/2020,13:49:30,**********12,**********59, lemisem bugunde getdim danışdıq tam arxayın xx/xx/2020,13:49:30,**********12,**********59,Bidene Hell ele çox pisdi veziyyet quran hakki men maşınları Elell e xx/xx/2020,14:56:59,**********59,**********12,Men seni on degige gözleyecem sonra bantizmle isini hell edersen X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri arasında aşağıdakı məzmunda sms mətnləri aşkar edilmişdir: xx/xx/2020,10:59:15,**********85,**********12,Elcin menim 13000 maııatim uzagi 2 saat erzinde çatmasa seninle devlet mesqul olacaq elim yesdedi xx/xx/2020,11:03:11,**********12,**********85,Yığ mene görüm xx/xx/2020,11:03:47,**********85,**********12,Birazdaıı lazimi orqanlardan sene yigacaqlar xx/xx/2020,11:04:23,**********12,**********85,Ala xəstə Hell olub yığ görüm məni " xx/xx/2020,11:04:56,**********85,**********12,Hell olub getir pulu basqa söhbet lazim deyil vse xx/xx/2020,09:44:26,**********85,**********12,Elcin men gozduyurem bu gun fırlada bilmiyeceysen xx/xx/2020,12:52:37,**********85,**********12,8 deyqeden sonra gelib pulumu vrdin verdin vermedin meni genclikde gizdııyurler xx/xx/2020,11:24:52,**********85,**********12,12 kimi vaxtiıı var eger 500 manati catdira bilmirsense demeli 13000 e hec soz gede bilmez gor onnan sonra ne olurda xx/xx/2020,11:26:19,**********12,**********85,Xeste sene söz dedim axı mən delisen 12 yox saat 2 üçün yarsi yaxsi xx/xx/2020,11:27:36,**********85,**********12,E dalbayib sen meni dolamisan?saat 12 daniwmiwiq men hele seher sehere deyirdim sen dedin 12 ucun xx/xx/2020,18:18:37,**********85,**********12,Elcin Allaha and olsun sabah saat 12 de pul mende olmasa bu defe hec qulaq asmiyacam bax o tek olan Allaha and olsun xx/xx/2020,21:14:29,**********85,**********15,Sene daha sozum yoxdu,senki ele and verdin indide bele eliyirsen senin kimisine ne elesen polojnadi bunnan sonra mene hec kes yiqmasin sene gore 22/1272020,15:24:24,**********85,**********15,Ne peyser uwaqsaıı ala senlüutanirsan hec anamin qebri qardawimin qebri deyib indi bele eliyirsen senin yerin ele dord divardie ges orda aqliıı gelsin baw xx/xx/2020,15:24:25.**********85,**********15.iva werefsiz Sms mətnlərinə baxış zamanı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ifadələrində göstərdikləri kimi Təqsirləndirilən şəxs1 onlara qarşı dələduzluq edərək pullarını ələ keçirməsi faktı tam təsdiqini tapdı. SMS mətnlərindən görünür ki. Təqsirləndirilən şəxs1 onlara yalan vədlər verir, söz verdiyi vaxtda üzərinə götürdüyü öhdəliyi icra etməyəndə zərərçəkmiş şəxslərin haqlı etirazlarına cavab olaraq onlardan ayrı-ayrı vaxtlarda möhlət istəyir. Buna baxmayaraq adı ilə zərərçəkmi şəxslərə və pul aldığı başqa şəxslərə vəd verdiyi işi görmür və aldığı pulları da qaytarmır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 26660 manat, Zərərçəkmiş şəxs3 13000 manat pulu dələduzluq yolu ilə ələ keçirməsi birbaşa tərəflər arasında sms mətnlərində əks olunmuşdur. Belə ki, 18/1 1/2020,10:59:15-də Zərərçəkmiş şəxs3 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istiladəsiııdə olan ***-***-**-** saylı mobil nömrəyə bu məzmunda sms göndərir:Elcin nıeııiııı 13000 manatim uzagi 2 saat erzıtıde çatmasa seııiııle devlet ınesqul olacaq elim yesdedi. Elçin isə həmin tarixdə cavabında ona bu məzmunda sıııs göndərir: “Ala xəstə Hell olub yığ görüm məni” Zərərçəkmiş şəxs4 xx/xx/2020 saat 12:58:16-da istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə bu məzmunda sms göndərir: “Mən fılankəsov filankəs sexsiyyetivin dannilari Zərərçəkmiş şəxs4 26600 manat həm rəqəm həm soz ilə yazarsan borc almışam” 2-ci cild iş vərəqi 53- 57). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 24 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (1ci cild iş vərəqi 135). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 21 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (1-ci cild iş vərəqi 221). İşdə olan notarial qaydada təsdiqlənmiş Zərərçəkmiş şəxs3 04 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindən ona qarşı iddiası və tələbi yoxdur. İşdə olan notarial qaydada təsdiqlənmiş Zərərçəkmiş şəxs4 04 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindən ona qarşı iddiası və tələbi yoxdur. İşdə olan notarial qaydada təsdiqlənmiş Zərərçəkmiş şəxs2 04 fevral 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindən ona qarşı iddiası və tələbi yoxdur. İşdə olan notarial qaydada təsdiqlənmiş Zərərçəkmiş şəxs1 03 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindən ona qarşı iddiası və tələbi yoxdur. İşdə olan zərərçəkmiş şəxs X3 03 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindən ona qarşı iddiası və tələbi yoxdur. İşdə olan notarial qaydada təsdiqlənmiş Zərərçəkmiş şəxs1 03 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyan tam ödənildiyindən ona qarşı iddiası və tələbi yoxdur. İşdə olan 28 iyun 2022-ci il tarixli 7006 №-li bank qəbzindən görünür ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləği olan 10.880 manatın 25%-ni təşkil edən 2.720 manat pulu dövlət büdcəsinə ödəmişdir. İşdə olan 28 iyun 2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləği olan 10.880 manatı zərərçəkmiş şəxs tam ödədiyindən və həmin məbləğin 25%-ni təşkil edən 2.720 manat pulu dövlət büdcəsinə ödədiyindən cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. İşdə olan 18 may 2022-ci il tarili qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan olunmuşdur (1-ci cild iş vərəqi 75). İşdə olan 28 avqust 20221-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 28 avqust 2021-ci il tarixdə saxlanılaraq Qaradağ RPİ-nin 10-cu polis bölməsinə gətirilmişdir (1-ci cild iş vərəqi 181). İşdə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarıdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 2 ay 20 gün mddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 avqust 2021-ci iltarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 218-221). İşdə olan 06 dekabr 2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 06 dekabr 2021-ci il tarixdə tutulmuşdur (2-ci cild iş vərəqi 95). İşdə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində hbəs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalından azad edilmişdir (2-ci cild iş vərəqi 117-124). İşd ə olan 08 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (2-ci cild iş vərəqi 125). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə və təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən 15.3. qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs1 törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən – 7 (yeddi) il 6 (altı) aydan artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzədə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən hallar Təqsirləndirilən şəxs1 barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədəmüvafiq, həm də mümkün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halların olması – himayəsində 2 azyaşlı uşaqlarının olması, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cəzasını ağırlaşdıran halların olmaması, həmçinin zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, təqsirini etiraf etməsi və əməlindən peşman olması Təqsirləndirilən şəxs1 şəxsiyyətinin ictimai təhlükəli olmamasını göstərir, həmçinin ona təyin ediləcək cəzanın real icra edilməsinin onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bilməsi də təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini mümkün edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübüt etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 18 avqust 2021-ci il tarixdən 28 iyun 2022-ci il tarixədək həbsdə olduğu 10 ay 10 gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, һabelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halları nəzərə alaraq barəsində törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında alternativsiz olaraq nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) təyin edilməsini, 18 avqust 2021-ci il tarixdən 28 iyun 2022-ci il tarixədək həbsdə olduğu 10 ay 10 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmasını, ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın şərti tətbiq olunmasını, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsini yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilməsini, davranışı ilə islah olunmasını sübut etməyi və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləği olan 10.880 manatı zərərçəkmiş şəxsə tam ödədiyindən və həmin məbləğin 25%-ni təşkil edən 2.720 manat pulu dövlət büdcəsinə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 17.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübutlar, ekspertiza xərcləri və mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 18 avqust 2021-ci il tarixdən 28 iyun 2022-ci il tarixədək həbsdə olduğu 10 ay 10 gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 4 (dörd) il 1 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza - 4 (dörd) il 1 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 məhkəmənin iclas zalında həbsdən dərhal azad olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya Şöbəsinə həvalə edilsin və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq onun üzərinə qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutların, ekspetiza xərclərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar