Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-579/2023 17.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Pro- Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli,fərdi əməklə məşğul olan, Şuşa rayonu, Malıbəyli kəndində pasport qeydiyyatında olan və Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 450 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni külli miqdarda təmiz çəkisi 4,261 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 19 iyul 2022-ci il tarixdə saat 11:50-da X14 7-ci Polis Bölüyünün əməkdaşları tərəfindən aparılan xidmət zamanı onları görüb özünü şübhəli apardığından Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 4,261 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə istintaqı yolu ilə hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1–ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, onun əməlində cinayət tərkibi müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, “1878” yükdaşıma xidmətləri göstərən şirkətdə evakuator sürücüsü vəzifəsində çalışmışdır. Əvvəllər taksi sürücüsü qismində də fəaliyyət göstərmişdir. Narkotik vasitələrdən yalnız 1- 2 dəfə marixuna istifadə etmiş, heroin, metamfetamin qətiyyən qəbul etməmişdir. Heroini ilk dəfə bölmədə ona üzərinə götürməsi üçün veriləndə görmüşdür. Marixuanadan istifadə etdiyi üçün qanında izləri aşkar edilmiş, özü də ekspertə etiraf etmişdir ki, həmin növdən istifadə edir. Lakin analizlər nəticəsində də məlum olmuşdur ki, narkotik vasitə istifadəçisi deyildir. Tutulduğu gün gecə saatlarında polis əməkdaşları ona “Əfsun” şadlıq sarayının qarşısında şəxsi maşınla yaxınlaşaraq üzərində nə olduğunu soruşmuş, o isə əyinlərindəki formadan ona yaxınlaşan şəxslərin polis əməkdaşı olduğunu başa düşdüyündən etiraz etmədən üstünün yoxlanılmasına icazə vermiş, üstündən heç nə aşkar edilməmişdir. Cibində olan hər şey tək-tək nəzərdən keçirilmiş, hətta telefonuna baxmaq istəmişlər lakin o etiraz etmişdir. Polis əməkdaşları ona yaxınlaşarkən adı ilə müraciət etməmiş, təqsirləndirilən şəxsin özündən adı və soyadı soruşulmuş, sonuncu müvafiq sualları cavablandırdıqdan sonra da bildirdiyi məlumatlar hər hansı vasitə ilə yoxlanılmamışdır. Bundan sonra sonuncuya “burda nə edirsən?” sualı verilmiş, təqsirləndirilən şəxs verilmiş sualı cavablandıraraq bildirmişdir ki, qonaq gəlmişdir. Lakin sonra özü qorxaraq qaçmaq istəmiş, qaçarkən polislər onu tutaraq polis bölməsinə aparmışdır. Polis bölməsinə aparılarkən qoluna qandal da taxılmış, belə ki sonradan dostundan polis əməkdaşı təqsirləndirilən şəxsin hansı idman növü ilə məşğul olması barədə suallar verərək bildirmişdir ki, sonuncunun qoluna qandalı zorla taxmışlar. Hadisə yerindən qorxaraq qaçmasının səbəbi məhz “narkotiklə yükləmə halları” barədə eşitdiyi söz-söhbətlər olmuşdur. Polis bölməsində döyülmüş, videoçəkiliş aparılacağı barədə məlumat verilmiş, videoçəkiliş zamanı cibindən narkotik vasitə çıxarmalı olduğu bildirilmiş və cibinə qoyması üçün narokotik vasitə verilmişdir. Çəkiliş zamanı də məhz həmin narkotik vasitəni təqdim etmişdir. Narkotik vasitə heroinin istifadəçisi deyildir və satışı ilə məşğul olmur. Polis bölməsində möhkəm döyüldüyünə görə iki ay qabırğasının ağrısından yata bilməmiş, lakin nə döyülməsi ilə bağlı müvafiq orqanlara, nə də səhhətinin pozulması ilə əlaqədar xəstəxanaya müraciət etməmişdir. İttiham edildiyi əmələ görə müvafiq maddənin sanksiyasında 3 ildən 8 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğunu bilsə də qanından narkotik çıxmamasını, əməlində satış faktının aşkar edilməməsini düşünərək döyülərək “yüklənməsi” barədə heç bir dövlət orqanına müraciət etməmişdir. Hal-hazırda heç bir xəsarəti yoxdur.Hadisə günü evinə qonaq getdiyi şəxs də Qarabağ qazisi olmaqla narkotik istifadəçisi deyildir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair müvafiq olaraq 18 iyul və 19 iyul 2022-ci il tarixli protokollar elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs elan edilərək tədqiq edilən 18 iyul 2022-ci il tarixli şübhəli şəxs qismində dindirilmə protokolundan görünür ki, o ilk dəfə verdiyi ifadəsində 18 iyul 2022-ci il tarixdə saat 11:00 radələrində əvvəllər tanıdığı İldırım adlı şəxsin ona zəng vuraraq Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi , Mədən küçəsində yerləşən “Əfsun ” şadlıq sarayının yaxınlığında ona məxsus narkotik maddəni götürməsini demiş və narkotik vasitəni haradan götürməsi üçün “Əfsun” şadlıq sarayının qarşısında dayanacağın rəsmini “Whats up” nömrəsinə atmış və həmin yerə gedən zaman polis əməkdaşları ona yaxınlaşmış və polis bölməsinə dəvət etmişlər. İfadə verərkən o, narkotik vasitələrdən istifadə etmədiyini, ona pul lazım olduğu üçün İldrımın təklifi ilə razı olduğunu, taksi fəaliyyəti ilə məşğul olduğu üçün İldırımın ona taksi kimi 20 manat vəd etdiyini, 20 manat pulu İldırımın ona narkotik vasitəni Xırdalana çatdırarkən verəcəyini, həmin şəxsin Xırdalanda kirayədə yaşadığını, əvvəllər sonuncunun təqsirləndirilən şəxsə belə təkliflər irəli sürməməsini bidirmişdir. Təqsirləndirilən şəxs elan edilərək tədqiq edilən 19 iyul 2022-ci il tarixli şübhəli şəxs qismində təkrar dindirilmə protokolundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, bir müddətdir narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni bir neçə dəfə Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Bu ilin iyun ayının ortalarında sosial şəbəkədə İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Bir dəfə də həmin İran İslam Respublikası vətəndaşından onlayn vasitəsi ilə heroin alıb istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında sosial şəbəkədə İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayıb ondan xahiş etmişdir ki, ona bir qədər heroin versin. Onun dediyi hesaba 30 manat pul köçürtmüşdür. Sonra İran vətəndaşı ona Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki «Əfsun» şadlıq sarayının yaxınlığından heroini götürə biləciyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə deyilən yerə gəlib orada zibil qutularının yaxınlığına qoyulan heroini götürmüş və evinə getmişdir. Narkotik vasitə heroini üzərində saxlayıb gəzdirmişdir ki, ehtiyac olanda qəbul etsin. xx.xx.2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə getmişdir. İşlərini qurtarıb evə qayıtmaq üçün Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığındakı dayanacaqda dayanmışdır.Orada xidmət aparan polis əməkdaşlarını görmüşdür. Polis əməkdaşlarının da ona baxmasını görmüşdür. Polis əməkdaşlarının ona baxdıqlarını görəndə dayanacaqdan getmək istəmişdir. Oradan aralanan zaman polis əməkdaşları ona yaxınlaşıb ondan sənədələrinin olub- olmamasını soruşmuşlar. Sənədələrinin üzərində olmadığını bildirib, adının Vüsal olduğunu və Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşadığını demişdir. Polis əməkdaşları onu Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparmışlar. Başqa yolu olmadığı üçün üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Polis bölməsində xidməti otaqda ona şübhəli şəxsin hüquq və vəzifləri izah olunmuş, hüquqlarının müdafiə olması üçün vəkil də dəvət olunmuş, həmçinin ona üzərində videoçəklişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra ona təklif olnmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də əldə edilib saxlanması və daşınması qanunla qadağan olunmuş hər hansı bir vasitə, maddə, əşya və alət varsa təqdim etsin. Əynində olan boz rəngli şalvarımın sol yan cibindəki bir ədəd «Nokia», bir ədəd «Samsung» markalı mobil telefonlarını və sağ yan cibindən isə bir ədəd içərisində narkotik vasitə heroin olan sellofan bükümü çıxarıb polislərə təqdim etmişdir. Təqdim etdiyi sellofan bükümünün içərisində narkotik vasitə heroin olduğunu demişdir. Polis əməkdaşları təqdim etdiyi heroini götürüb bir ədəd zərfə qoyub zərfi möhürləmiş və üzərində axtarışı davam etdirmişlər. Lakin, üzərindən başqa heç nə aşkar olunmamışdır. Üzərindən bir ədəd sellofan bükümündə kütlə götürülməsi barədə polislər tərəfindən protokol tərtib olunmuş və protokolun məzmunu ilə tanış olub protokolu imzalamışdır. Səmimi olaraq bildirmişdir ki, üzərindən aşkar olunan heroini xx.xx.2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşından onlayn vasitə ilə 30 manat almış və öz istifadəsi üçün üzərində saxlayıb daşımışdır. Narkotik vasitə aldığı İran İslam Respublikası vətəndaşının şəxsiyyəti və yaşadığı ünvan barədə heç bir məlumatı yoxdur. Etdiyi əməlindən peşmandır. Narkotik vasitəni öz istifadəsi üçün alaraq əldə edib saxlamış və üzərində gəzdirmiş ki, lazım olanda özü qəbul etsin. Təhqiqat zamanı qorxduğu və həyəcanlı olduğu üçün yalandan İldırım adlı şəxsin sifarişi ilə həmin narkotik vasitəni Qaraçuxur qəsəbəsindən götürüb, Xırdalan şəhərinə aparmalı olduğunu bildirmişdir. Əslində isə məsuliyyətdən yayınmaq üçün belə demişdir. Narkotik vasitənin satışı ilə məşğul olmur, yalnız özü qəbul edir. Heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Narkotik vasitəni çox miqdarda ona görə almışdır ki, hər dəfə lazım olanda narkotik vasitə tapa bilmir. Ona görə də çox miqdarda almışdır ki, lazım olanda istifadə edə bilsin. 19 iyul 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində təkrar dindirilməsi zamanı qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı elan olunan etirafedici ifadələrinə münasibət bildirən Təqsirləndirilən şəxs göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən döyüldüyünə görə qeyd olunan məzmunda ifadə vermiş, videoçəkiliş zamanı ümumiyyətlə narkotik vasitə istifadəçisi olmadığını, satışını həyata keçirmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X14 7- ci polis bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ifadə verərək bildirmişdir ki, digər əməkdaşlarla xidmət apardığı zamanı Əfsun Şadlıq sarayının yaxınlığında bir şəxsin ağaclar olan sahədən avtobus dayanacağı və əks istiqamətdə hərəkət etdiyini gördüklərindən, sonuncu onlarda hərəkətləri ilə şübhə yaratmış və bu səbəbdən həmin şəxsə yaxınlaşmış, şəxs polis əməkdaşlarını görən kimi özünü itirmiş, belə ki, şəxsə kim olduğu, burda nə işlə məşğul olduğu, narkotik vasitə istifadəçisi olub-olmaması soruşulmuş, sonuncu isə verilən suallara cavab verə bilməmiş və onu polis bölməsinə dəvət etmişlər. Narkotik vasitəylə bağlı sonuncuya ona görə suallar verilmişdir ki, dəfələrlə həmin ərazidə narkotik vasitə aşkar edilmişdir. Bölmədə sonradan çəkiliş zamanı məlum olmuşdur ki, üzərindən narkotik vasitə aşkar edilib. Şəxs özünü şübhəli apardığına görə bölməyə təhvil verildiyi üçün raport də eyni məzmunda yazılmışdır. Bölməyə dəvət edilməzdən əvvəl üzərində kəsici deşici alətlərin olub –olmamasının müəyyən edilməsi üçün tərəflərindən əllə üstdən yoxlanılarkən şəxsin üstündə, cibində düyün, büküm olması hiss edilməmişdir. Təqsirləndirilən şəxs həyəcanlı olduğu üçün avtomobilə otuzdurulub bölməyə aparılarkən qabaqlayıcı tədbir kimi yanında əməkdaş otuzdurulmuş, qolundan tutmuşdur. Əllərinə qandal taxılmamış, lakin hər iki tərəfində polis əməkdaşı oturmaqla qolundan tutduğu üçün həmin şəxsin saxlanıldığı andan polis bölməsinə təhvil verilənədək əlini cibinə salıb narkotik vasitəni atmaq üçün imkana sahib olmamışdır. Bölməyə gətirildikdən sonra təqsirləndirilən şəxs təhqiqatçıya deyil, raport yazılaraq növbətçi hissəyə təhvil verilmişdir. Təhqiqatçının otağına hansı qaydada daxil olmağından isə xəbərləri olmamışdır. Növbətçi hissəyə təhvil verildikdən sonra Vüsal artıq sərbəst olmuş, əlini qolunu hərəkət etmək imkanına malik olmuşdur. Adətən şübhəli şəxsləri bölməyə təhvil verdikdən sonra müvafiq yazı-pozu işləri vaxt aparır deyə, bölmənin həyətində gözləyirlər. Bu səbəbdən təqsirləndirilən şəxsi bölməyə təhvil verdikdən 30-60 dəqiqə sonra onları şəxs barəsində videoçəkiliş aparılması üçün yenidən bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs üçün müdafiəçi dəvət olunmuş, hüquqları izah edilməklə videoçəkilişlə üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Çəkiliş zamanı təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni özü təqdim edərək bildirmişdir ki, narkotik vasitə istifadəçisi deyildir, həmin narkotik vasitəni dostuna vermək məqsədilə əldə etmişdir. Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, xx.xx.2022-ci il tarixdə polis nəfərləri, Şahid2 və Şahid3 ilə birlikdə Suraxanı rayon, Qaraçuxur qəsəbəsi Mədən küçəsində xidmət apardıqları zaman saat 11:50 radələrində «Əfsun» şadlıq sarayının qarşısında bir nəfər cavan oğlanın onları görüb özünü şübhəli apararaq oradan uzaqlaşmaq istəməsi diqqətlərini çəkmiş, yaxınlaşıb sənədlərini tələb etdikdə o, özünü Vüsal kimi təqdim etmiş və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşadığını bildirmişdir. Həmin şəxsin hərəkətləri şübhə yaratdığına görə Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə dəvət etmişlər. Polis Bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs Polis bölməsinə şübhəli şəxs kimi gətirilməsi barədə raportla məruzə etdikdən sonra həmin şəxsin şəxsiyyəti müəyyən edilərək xx.xx.1991-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olan və Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, ev 450-də yaşayan Təqsirləndirilən şəxs olduğu dəqiqləşdirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs də səmimi olaraq üzərində narkotik vasitə olduğunu və ona görə onlardan uzaqlaşmaq istədiyini, həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edildikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd «Nokia», bir ədəd «Samsung» markalı mobil telefon, sağ cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir.Sellofan kəsiyi büküm açılıb baxıldıqda aydın olmuşdur ki, bükülünün arasında narkotik vasitə heroin vardır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun özünün təqdim etdiyi bir bükümdən əlavə heç nə aşkar edilib götürülməmişdir. Həmin kütlə bir ədəd zərfə qablaşdırılıb zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və protokolun məzmunu ilə tanış olub protokolu imzalamışdır. Məhkəmə iclasında Şahid1 verdiyi ifadələr ilə iş materiallarında olan Təqsirləndirilən şəxs oğurluq hadisələri ilə əlaqədar tutularaq bölməyə gətirilməsi barədə raport və ifadələri arasında ziddiyyəti hadisənin və müvafiq raportun imzalanmasından uzun müddət keçməsi ilə izah etməyə çalışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X14 7-ci polis bölüyünün polis nəfəri, polis serjantı Şahid2 bildirmişdir ki, müvafiq sahədə səhər saatlarında xidmət aparılarkən Əfsun şadlıq sarayının yanında sağa-sola hərəkət etməklə polis əməkdaşlarında şübhə yaratdığı üçün təqsirləndirilən şəxsə yaxınlaşmış, sonuncudan harada yaşaması, üzərində şəxsiyyət vəsiqəsi olubolmaması aydınlaşdırlarkən sonuncu həyəcanlanaraq suallara cavab verərkən düşünməyə başlamışdır. Təqsirləndirilən şəxsə verilən ilkin sual şəxsiyyət vəsiqəsinin olub-olmaması barədə olmuş, sonuncu isə vəsiqəsini təqdim edə bilməmişdir. Sonra harada yaşadığı soruşulmuş, sonuncu Suraxanıda yaşadığını bildirsə də ünvanı açıqlaya bilməmişdir. Sağa-sola baxmaqda ifadə olunan hərəkətləri sonuncunun narkotik vasitə axtarması ilə bağlı polis əməkdaşlarında şübhə yaratmışdır. Şəxsi təhlükəsizliklərini təmin etmək üçün təqsirləndirilən şəxsin “üstü-başı” tərəflərindən yoxlanılmamışdır, belə ki, yaranmış zərurətlə bağlı yaranacaq təhlükənin qarşısını almaq üçün əvvəldən təchiz olunduqları silah, qaz balon və s.alətlərdən alətlər istifadə olunur. Şəxs saxlandıqdan sonra tərəflərindən şəxsin qeyd edilən şübhəli hərəkətləri barədə raport yazılmış və təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyən edilməsi üçün bölməyə təhvil verilmişdir. Lakin şəxsiyyəti müəyyən edildikdən sonra üzərində narkotik vasitə aşkar edilmişdir deyə sonuncu sərbəst buraxılmamışdır. Növbətçi hissədə təqsirləndirilən şəxsi onlardan təhqiqatçı təhvil almış, təhvil alınan zaman əlini cibinə salmağa, kiməsə zəng etməyə cəhd etməmiş, tabesizlik göstərməmişdir. Təhqiqatçı ilə otağa tək və ya başqa şəxslərlə getməsi barədə məlumatı yoxdur. Şəxsi axtarış zamanı şəxsin üzərindən narkotik vasitə çıxmasının şahidi olmuşdur. Həmin zaman təqsirləndirilən şəxs bildirmişdir ki, nə narkotik istifadəçisi deyil, nə də satışı ilə məşğul olmamışdır, taksi xidməti kimi başqa şəxsə çatdırmaq məqsədilə əldə etmişdir. Şahid verilən sualları cavablandırarkən həmçinin bildirmişdir ki, növbətçi hissəyə təhvil verilən zaman təqsirləndirilən şəxsin cibləri boşaldılmış, çəkiliş növbətçi hissədə həyata keçirilmişdir. Məhkəmə iclasında Şahid2 elan edilərək ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, Şahid2 və Şahid3 ilə birlikdə Suraxanı rayon, Qaraçuxur qəsəbəsi Mədən küçəsində xidmət apardıqları zaman saat 11:50 radələrində «Əfsun» şadlıq sarayının qarşısında bir nəfər cavan oğlanın onları görüb özünü şübhəli apararaq oradan uzaqlaşmaq istəməsi diqqətlərini çəkmiş, yaxınlaşıb sənədlərini tələb etdikdə o, özünü Vüsal kimi təqdim etmiş və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşadığını bildirmişdir. Həmin şəxsin hərəkətləri şübhə yaratdığına görə ondan nə üçün həyacanlı olmağı soruşulmuşdur. Təqsirləndirilən şəxs də səmimi olaraq üzərində narkotik vasitə olduğunu demişdir. Ona görə də Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə dəvət etmişlər. Polis Bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs Polis bölməsinə şübhəli şəxs kimi gətirilməsi barədə raportla məruzə etdikdən sonra həmin şəxsin şəxsiyyəti müəyyən edilərək xx.xx.1991-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olan və Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, ev 450-də yaşayan Təqsirləndirilən şəxs olduğu dəqiqləşdirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilib videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edildikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd «Nokia», bir ədəd «Samsung» markalı mobil telefon, sağ cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun özünün təqdim etdiyi bir bükümdən əlavə heç nə aşkar edilib götürülməmişdir. Həmin kütlə bir ədəd zərfə qablaşdırılıb zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və protokolun məzmunu ilə tanış olub protokolu imzalamışdır. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyəti Şahid2 hadisələrin üstündən uzun müddət keçməsi ilə əlaqələndirdi. Məhkəmə iclasında şahid qismində dindirilərək ifadə verən X8 bildirmişdir ki, hadisə Suraxanı rayonunda işləyərkən gecə növbəsində baş vermişdir. Hadisənin üzərindən vaxt çox keçdiyinə görə təxmini xatırladığı qədər hadisə Əfsun şadlıq sarayının ətrafında baş vermişdir. Xidməti vəzifələrini yerinə yetirərkən təqsirləndirilən şəxsin özünü şübhəli apardığını, ağacın dibində nəsə axtardığını müşaiyət etmişlər. Həmin vaxt üç nəfər olmuşlar. Ona yaxınlaşaraq özlərini təqdim etmiş, sonuncu əvvəlcə kimisə gözlədiyini bildirmiş, sonra müxtəlif bəhanələr gətirmiş, telefonunu onlara göstərmək istəməmişdir. Elə oradaca biraz sorğu sual etdikdə zakladka yolu ilə əldə edəcəyi narkotik vasitəni axtardığını bildirmişdir. Telefonuna baxış keçirilərkən ona göndərilən şəkildə bükümün ağac tərəfdə olması görünmüşdür. Telefonun fənəri ilə axtarılarkən həmin büküm tapılaraq Təqsirləndirilən şəxs götürməsi üçün verilmişdir. Vüsal narkotik vasitəni özü göstərmiş, müvafiq ünvana çatdıracağanı bildirmişdir. Narkotik vasitəni onlar götürsə də videoçəkiliş zamanı Vüsal onun özünə məxsus olduğunu qeyd etmişdir. Bükümü Vüsala verərək cibinə qoyması, bölmədə təhvil verməsi bildirilmişdir. Ağacın dibində narkotik götürülərkən videoçəkiliş həyata keçirilməmiş, həmin narkotik vasitəni Vüsal növbətçi hissədə onların yanında təqdim etmişdir. Bükümü götürdükdən sonra təqsirləndirilən şəxsin bölməyə aparılması təklif edilmişdir. Qaçmağa cəhd etməsi bütün bu proseslərdən əvvəl olmuş, qaça bilmədiyini dərk etdikdən sonra telefonunu çıxarıb onlara göstərmişdir. Təqsirləndirilən şəxs onlardan qaçmağa cəhd etmiş, qaçarkən heç bir yerə çıxışı olmayan yerə girdiyindən yıxılmışdır. Bölməyə gətirilənə qədər üzərindəki paltarlarda hər hansı söküntü və s. müşahidə etməmişlər. Onlara müqavimət göstərmədiyindən şəxsə zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs onlardan qaçmaq istədiyinə görə qoluna qandal vurularaq bölməyə gətirilərək növbətçi hissədə növbətçiyə təhvil verilmişdir. Bölməyə gətirilərkən üzərindəki narkotik vasitəni çıxararaq növbətçi hissəyə təqdim edərək bildirmişlər ki, şəxsin üzərində narkotik vasitə aşkar edilmişdir. Bölməyə daxil olduqda üzərində olan hər şeyi telefon,kartı çıxararaq təhvil vermişdir. Səhv etmirsə telefon “Samsung” markalı telefon olmuşdur. Təhvil verildikdən sonra raport yazılmış və tərəflərindən imzalanmışdır. Raportun məzmununda hadisənin necə olduğu təsvir edilmişdir. Vüsalı bölməyə təhvil verdikdən sonra əraziyə qayıtmış, həmin gün yenidən bölməyə qayıtmamışlar. Yalnız səhər yenidən bölməyə qayıdaraq Vüsalın üzərində aparılan şəxsi axtarış zamanı iştirak etmişdir. Şəxs bükümü videoçəkiliş həyata keçirilərkən yenidən çıxardaraq təqdim etmışdır. Videoçəkiliş zamanı təhqiqatçı iştirak etsə də müdafiəçi olmamışdır. Videoçəkiliş zamanı çıxarılan büküm onların təhvil verdiyi büküm olmuşdur. Bükümü açmadıqlarına görə içərisindəkinin nə olmasını bilməmişdir. Şahid3 məhkəmə iclasında elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, o Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadələr verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə polis nəfərləri, Şahid2 və Şahid3 ilə birlikdə Suraxanı rayon, Qaraçuxur qəsəbəsi Mədən küçəsində xidmət apardıqları zaman saat 11:50 radələrində «Əfsun» şadlıq sarayının qarşısında bir nəfər cavan oğlanın onları görüb özünü şübhəli apararaq oradan uzaqlaşmaq istəməsi diqqətlərini çəkmiş, yaxınlaşıb sənədlərini tələb etdikdə o, özünü Vüsal kimi təqdim etmiş və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşadığını bildirmişdir. Həmin şəxsin hərəkətləri şübhə yaratdığına görə Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə dəvət etmişlər. Polis Bölməsinə gəldikdən sonra Təqsirləndirilən şəxs Polis bölməsinə şübhəli şəxs kimi gətirilməsi barədə raportla məruzə etdikdən sonra həmin şəxsin şəxsiyyəti müəyyən edilərək xx.xx.1991-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olan və Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, ev 450-də yaşayan Təqsirləndirilən şəxs olduğu dəqiqləşdirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs də səmimi olaraq üzərində narkotik vasitə olduğunu və ona görə onlardan uzaqlaşmaq istədiyini, həmin narkotik vasitəni təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edildi. Videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edildikdən sonra üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd «Nokia», bir ədəd «Samsung» markalı mobil telefon, sağ cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir.sellofan kəsiyi büküm açılıb baxıldıqda aydın olmuşdur ki, bükülünün arasında narkotik vasitə heroin vardır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, amma onun özünün təqdim etdiyi bir bükümdən əlavə heç nə aşkar edilib götürülməmişdir. Həmin kütlə bir ədəd zərfə qablaşdırılıb zərf möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və protokolun məzmunu ilə tanış olub protokolu imzalamışdır. Şahidin ibtidai istintaq dövründə verdiyi ifadələri ilə məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyyət müəyyən edilərkən o, əvvəlcə ibtidai istintaq dövründə dindirilmədiyini, daha sonra isə ifadəsini oxumadan imza etdiyini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilən X2 dostu olduğunu, tutulduğu saatı dəqiq deyə bilməsə də 2022-ci il tarixdə 17 iyuldan 18 iyula keçən gecə saat 3-4 radələrində sonuncunun tutulması ilə əlaqədar bölməyə gəldiyini, Vüsalın ailə üzvlərinə özünün xəbər etdiyini bildirmişdir. O həmçinin qeyd etmişdir ki, polis əmməkdaşlarından biri ondan Təqsirləndirilən şəxs qoluna qandal vura bilmədiklərindən onun hansı idman növü ilə məşğul olması barədə sual vermiş, polis əməkdaşlarına Təqsirləndirilən şəxs vurub-vurmamaları barədə verdiyi sualı isə “ öz ucbatından olub” deyə cavablandırmışlar. Daxili İşlər Nazirliyinin 7-ci Polis bölməsinin polis nəfərləri tərəfindən tərtib edilən 18 iyul 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə səhər saat 11:50 radələrində xidmət aparılarkən Mədən küçəsi, Əfsun Şadlıq sarayının yaxınlığında bir nəfər şəxs şübhəli hərəkətləri ilə diqqət cəlb etmiş, həmin şəxsdən kim olduğu və harada yaşaması halı müəyyənləşdirilərkən özünü Vüsal kimi təqdim etmiş və Ramanıda yaşadığını bildirmişdir. Şəxs oğurluq hadisələrində şübhəli şəxs kimi 32-ci bölməyə dəvət olunmuş və saat 12:00 radələrində növbətçiyə təhvil verilmişdir. Polis bölməsində isə sonuncu üzərində narkotik vasitə saxladığını bildirmişdir (Cild 1, iş vərəqə 5-6). Bundan başqa, məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması Suraxanı rayon Polis İdarəsinin X14 əməkdaşları Şahid1, Şahid2 və Şahid3, həmçinin Təqsirləndirilən şəxs iştirakları ilə Suraxanı Rayon Polis İdarəsinin 32-ci bölməsində saat 13 :20-dən, saat 13-30-a dək olan müddətdə, yəni 10 dəqiqə müddətində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru Məmməd Əliyev tərəfindən şəxsi axtarış və götürmə aparılması haqqında 18 iyul 2022-ci il tarixli qərara əsasən icra olunmuşdur. Həmçinin protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti “İphone 8” markalı mobil telefondan istifadə olunmaqla videoçəkilişin Şahid1 tərəfindən həyata keçirilməsi bildirilmiş,ona Cinayət-Prosessual Məcəlləsinin 19-cu, 20-ci, 26-cı, 90-cı maddələri ilə nəzərdə tutulmuş hüquqları izah edilmiş, bundan sonra şəxsi axtarış keçirilməzdən əvvəl barəsində çıxarılan qərarla tanış edilmiş, ona üzərində qanunsuz əşyalar, narkotik vasitələr olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuş, o, əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd «Nokia», bir ədəd üzərində «Samsung» markalı mobil telefon və sağ cibindən isə bir ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə olan bükülünü çıxarıb təqdim etmiş, təqdim etdiyi bir ədəd bükülünün arasında narkotik vasitə heroin olduğunu, özünün taksi sürücüsü olduğunu, heroini İldırım adlı şəxsin sifarişi ilə Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının qarşısında dayanacaqdan götürüb Xırdalan şəhərinə aparmalı olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı 01 ədəd DVD formatlı diskə yüklənmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri nümayiş olunarkən isə müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin təhqiqatçısı Məmməd Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində Suraxanı Rayon Polis İdarəsinin X14 əməkdaşları Şahid1, Şahid2 və Şahid3 iştirakları ilə şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş, iştirakçılar elan edilmiş, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları təqdim etmiş, ona üzərində qanunla qadağan olunan əşyaları təqdim etmək təklif edilmiş, sonuncu əynindəki boz rəngli şalvarının sol yan cibindən bir ədəd «Nokia», bir ədəd üzərində «Samsung» markalı mobil telefon və sağ cibindən isə bir ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə olan bükülünü çıxarıb təqdim etmiş, təqdim etdiyi bir ədəd bükülünün nə olması soruşulduqda o, verilmiş suallara “kakosdu heroindi nədi” məzmunda cavab vermiş, narkotik vasitələrdən istifadə etmədiyini, özünün taksi sürücüsü olduğunu, heroini İldırım adlı şəxsin sifarişi ilə Qaraçuxur qəsəbəsi, Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının qarşısında dayanacaqdan götürüb Xırdalan şəhərinə aparmalı olduğunu bidlirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə əlaqədar qeydə alınmış əlaqədar videogörüntülərin nümayişi zamanı, həmçinin müəyyən edilmişdir ki, nümayiş olunan videogörüntülərlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair 18 iyul 2022-ci il tarixli protokolun məzmunu arasında ziddiyyətlər də mövcuddur. Belə ki, şəxsi axtarış və götürmə aparılmasına dair 18 iyul 2022-ci il tarixli protokolda şəxsi axtarışın saat 13:20-də başlanıb, saat 13:30-da başa çatması, yəni 10 dəqiqə müddətində istintaq hərəkətinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamazdan əvvəl onun şəxsi axtarış aparılması barədə qərarla tanış edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi, şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilməsi və həmin protokolun ucadan oxunmaqla imzalanması göstərilsə də, reallığı və obyektivliyi videogörüntülərdə ehtiva olunan şəxsi axtarış və götürmə prosesi cəmi 6 dəqiqə davam etmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs şəxsi axtarış aparılması barədə qərarla tanış edilməsi öz əksini tapmamışdır. Bundan başqa, videogörüntülərdə iş üzrə ibtidai istintaq dövründə ifadə vermiş şahidlərin dediyi kimi Vüsal Əlizadədən aşkar edilərək götürülmüş şübhəli maddə ümumiyyətlə açılmamış, həmçinin bükümün içində başqa bükümlərin olub-olmaması müəyyənləşdirilməmişdir. Bundan başqa videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş telefonlardan biri «Samsung» markalı mobil telefon sınmış, təqsirləndirilən şəxsin əynindəki mavi rəngli köynəyin yaxalığı cırılmış vəziyyətdə olmuşdur. Sonuncu həmin telefonun əvvəldən sındığını, düzəltdirmək üçün üstündə daşıdığını bildirsə də, yaxalığının cırıq olmasının səbəbləri barədə ümumiyyətlə ona sual verilməmişdir. Şəxsin üzərindən aşkar edilən narkotik vasitənin qablaşdırılaraq qoyulduğu konvertin isə üzərində cinayət prosesi iştirakçılarının adının əvvəlcədən yazılması açıqaydın müşahidə olunmuşdur. Bundan başqa videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, müvafiq istintaq hərəkətinin videoçəkilişi protokolda göstərildiyi kimi “İphone 8” markalı mobil telefon vasitəsilə deyil, “Samsung” markalı telefon vasitəsilə aparılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 18 iyul 2022-ci il tarixli baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs yazılı razılığına əsasən həmin tarixdə onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsi, Şuşa şəhərciyi 450 ünvanına hal şahidləri X4 və X1 iştirakları ilə baxış keçirilmiş, qanunla qadağan olunmuş maddə və əşya aşkar edilməmişdir (Cild 1, iş vərəqə 33-39). Cinayət işi materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 18 iyul 2022-ci il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,261 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 4,211 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 48- 50). Cinayət işi materiallarına əlavə edilmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilmiş 20 iyul 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş üzərində 055 207-18-90 saylı mobil nömrəsi olan “Nokia” markalı mobil telefona baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən zənglər, SMS yazışmalar və ya şəkillər aşkar edilməmişdir (Cild 1, iş vərəqə 90-91). 20 iyul 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş üzərində mobil nömrəsi olmayan “Samsung” markalı mobil telefona baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən zənglər, SMS yazışmalar və ya şəkillər aşkar edilməmişdir (Cild 1, iş vərəqə 92-93). 01 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, əməliyyat tapşırığına əsasən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması, saxlaması barədə Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuş, satışı ilə məşğul olması barədə məlumat daxil olmamış, lakin narkotik vasitələrin aldığı şəxsi, eləcə də “İldırım” adlı şəxsin sifarişi ilə götürüb ünvana çatdırması faktı öz təsdiqini tapmamış, “İldırım” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (Cild 1, iş vərəqə 125). 09 avqust 2022-ci il tarixli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC aşkar olunub, MTD(- ), MOP(-), BZO(-), COC(-) aşkar olunmamışdır. Deməsinə görə 6 aydır ki, arabir düşəndə marixuanadan siqaretə doldurub çəkməklə məşğul olur. Hal-hazırda X5 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, iş vərəqə 126-127). 10 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərara əsasən Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 4.261 qram nakrotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,211 qram təşkil edən narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Eyni qərarla həmçinin Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut qismində tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (Cinayət işi cild 1, səh 133-147). Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 4,261 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda heroin narkotik vasitəsini əldə etməklə daşıması və 18 iyul 2022-ci il tarixdə, saat 12:50 radələrində Suraxanı Rayon Polis İdarəsinin X14 əməkdaşları tərəfindən oğurluq hadisələrində şübhəli kimi 32-ci bölməyə dəvət olunması, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd «Nokia», bir ədəd üzərində «Samsung» markalı mobil telefon və sağ cibindən isə bir ədəd içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə olan bükülünün aşkar edilərək götürülməsi, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və “X19 və Azadlıqları haqqında” Avropa Konvensiyasının konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən sadalanan Qanununların və Avropa Konvensiyasının tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, Təqsirləndirilən şəxs qanunsuz olaraq azadlıqdan məhrum edilmiş, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları tərəfindən həm məhkəməyədək icraat mərhələsində, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ağır cinayət törətməkdə ittiham olunmaları ilə bağlı bilə-bilə yalan ifadələr verilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saat 11:50 radələrində Mədən küçəsi, Əfsun Şadlıq sarayının yaxınlığında özünü şübhəli apardığına görə oğurluq hadisələrində şübhəli şəxs kimi 32-ci polis bölməsinə dəvət olunaraq saat 12:00 radələrində növbətçiyə təhvil verilməsi, polis bölməsində xx xxxxxxxx 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə olan heroin saxladığını bildirməsi barədə 18 iyul 2022-ci il tarixli raport, şəxsi axtarış nəticəsində onun üzərindən ittihamda göstərilən miqdarda narkotik vasitə heroinin götürülməsi barədə məhkəməyə təqdim olunan sübut, o cümlədən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə tərtib olunan 18 iyul 2022-ci il tarixli qərar və müvafiq olaraq eyni tarixli protokol, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduqları ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin videogörüntüləri yükləndiyi DVD diskə baxış keçirilməsi haqqında protokol və həmin videgörüntünun təqsirləndirilən şəxsin üzərində olan narkotik vasitəni təqdim etməklə verdiyi izahatı hissəsində, Suraxanı rayon Polis İdarəsinin 32-ci bölis bölməsinin inzibati ərazisində xidmət edən X14 əməkdaşları Şahid1 ibtidai istintaq dövründə, o cümlədən məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin əllərinə qandal vurulmaması, bölmənin həyətində gözləmələri, bu səbəbdən təqsirləndirilən şəxsi bölməyə təhvil verdikdən 30-60 dəqiqə sonra onları şəxs barəsində videoçəkiliş aparılması üçün yenidən bölməyə dəvət olunmaları, bölmədə sonradan çəkiliş zamanı təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilməsi, şəxs özünü şübhəli apardığına görə bölməyə təhvil verildiyi üçün raportun da eyni məzmunda yazılması barədə, Şahid2 ibtidai istintaq dövründə, o cümlədən məhkəmə iclası zamanı müvafiq sahədə səhər saatlarında xidmət aparılarkən təqsirləndirilən şəxsin saxlanması, şəxsi axtarış zamanı şəxsin üzərindən narkotik vasitə aşkar edilməsinin şahidi olması haqqında verdiyi ifadələri, Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadələri reallığı əks etdirmir. Odur ki, qeyd olunan sübutlar mötəbər sübutlar kimi qəbul edilə və qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.39-cu maddəsinə əsasən tutulma dedikdə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığının qısa müddətə məhdudlaşdırmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılması başa düşülür. Cinayət-Prosessual Məcəlləsinin 148.1-ci maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Şəxsin cinayət törətməsinə bilavasitə şübhə yaranması şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalanması, zərər çəkmiş, yaxud hadisəni görən digər şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin həmin şəxs tərəfindən törədilməsini birbaşa göstərməsi, şəxsin bədənində, üstündə, paltarında və ya istifadə etdiyi digər əşyalarda, yaşayış yerində, nəqliyyat vasitəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini göstərən aşkar izlər müəyyən olunması hallarını ehtiva edir. Şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduqda isə o, həmçinin hadisə yerindən, yaxud cinayət prosesini həyata keçirən orqandan gizlənməyə cəhd göstərməsi, daimi yaşayış yeri olmaması və ya başqa ərazidə yaşaması, şəxsiyyətinin müəyyən edilməməsi səbəblərindən tutula bilər. Tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs tutulması üçün cinayət törətməsinə bilavasitə şübhə yaranması ilə bağlı cinayət-prosessual qanunvericilikdə sadalanan əsaslar olmamışdır. O cümlədən onun barəsində narkotik vasitə əldə etməsi, saxlaması, daşıması barədə, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən hər hansı əməliyyat məlumatı əldə edilməmişdir. Şəxsin tutulması üçün əsas olan 18 iyul 2022-ci il tarixli raportda isə göstərilən hallar iş materialları ilə təkzib olunur. Belə ki, raportda Təqsirləndirilən şəxs “oğurluq hadisələrində şübhəli kimi” növbətçi hissəyə təhvil verilməsi bölmədə isə sonuncu üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasını bildirməsi qeyd edilsə məhkəmə istintaqında dindirilərkən Şahid1 və Şahid2 ifadə verərək Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyən edilə bilməməsi, yəni yaşayış yeri və s. ilə əlaqədar məlumat verə bilməməsi, eləcə də sağa-sola çox baxdığından narkotik vasitə axtarması, Şahid3 isə şəxsin hərəkətlərinin məhz narkotik vasitə axtarması ilə əlaqədar(ağacın dibində nə isə axtarması, sağa-sola baxması) onlarda şübhə yaratması səbəbindən şübhəli şəxs qismində bölməyə gətirildiyini bildirmişlər. Cinayət işi materiallarına əlavə edilmiş şahidlərin dindirilmə protokollarından isə görünür ki, hər üç şahid ibtidai istintaqda ifadə verərkən təqsirləndirilən şəxsin şəxsiyyəti, yaşadığı yer barədə dəqiq məlumatların verdiyini, lakin hərəkətləri ilə bağlı şübhə yaratdığı üçün bölməyə gətirildiyi, polis bölməsində şübhəli şəxs kimi gətirilməsi barədə rəhbərliyə raportla məruzə edilməsindən sonra təqsirləndirilən şəxsin şəxsiyyətinin müəyyən edilməklə verdiyi məlumatlarının doğruluğu təsdiqləndikdən sonra polis bölməsində onlara üzərində narkotik vasitə olduğunu etiraf etdiyini göstərmişlər. Halbuki, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünü şübhəli apardığına görə bölməyə təhvil verildiyi üçün raportun də eyni məzmunda yazıldığını bildirən Şahid1 bölməyə dəvət edilməzdən əvvəl təqsirləndirilən şəxsin üzərində kəsici deşici alətlərin olub –olmamasının müəyyən edilməsi üçün tərəflərindən əllə üstdən yoxlanılarkən şəxsin üstündə, cibində düyün, büküm olmasının hiss edilmədiyini, bölmədə sonradan çəkiliş zamanı üzərindən narkotik vasitə aşkar edilməsinin şahidi olduğunu, şəxsin saxlanılması zamanı bölməyə gətirilməzdən əvvəl üzərinin yoxlanması halını inkar edən və təqsirləndirilən şəxsin sağa-sola baxmaqla onlarda narkotik vasitə axtarması ilə bağlı şübhə doğuran hərəkətləri ilə bağlı raport yazıldığını qeyd edən Şahid2 isə təqsirləndirilən şəxsin yalnız çəkiliş zamanı üzərindən narkotik vasitə aşkar edildiyini bildirsə də məhkəmə istintaqı zamanı verilmiş sualları cavablandırarkən növbətçi hissəyə təhvil verilən zaman təqsirləndirilən şəxsin ciblərinin boşaldılmasını, üzərində telefon və narkotik vasitə aşkar edilməsini, Şahid3 isə Əfsun Şadlıq sarayının yaxınlığında ağacın dibindən tapdıqları narkotik vasitəni Təqsirləndirilən şəxs cibinə qoyduqlarını, onu bölməyə təhvil verərkən sonuncunun üzərində olan hər şeyin o cümlədən narkotik vasitənin çıxarılmasını, şəxsi axtarış zamanı isə üzərindən məhz həmin narkotik vasitənin aşkar edildiyini, təqsirləndirilən şəxsi növbətçi hissəyə təhvil verərək getdiklərini bildirməklə təqsirləndirilən şəxslə aralarında sonuncunun onlara üzərində narkotik vasitə olması məzmununda söhbət aparılması xüsusatını qeyd etməmişlər. Bundan başqa raportda Təqsirləndirilən şəxs saat 11:50 radələrində Mədən küçəsi, Əfsun Şadlıq sarayının yaxınlığında özünü şübhəli apardığına görə oğurluq hadisələrində şübhəli şəxs kimi 32-ci polis bölməsinə dəvət olunması göstərilsə də iş üzrə məhkəmə iclasında ifadə vermiş şahidlər Vüsal Qənbərov və Elçin Hüseynov təqsirləndirilən şəxsin polis bölməsinə gətirilməsi üçün əlinə qandal vurulması halını təsdiq etmişlər. “Dəvət olunma” anlayışının “bir hərəkəti könüllü etməyə çağırış” kimi anlaşıldığı nəzərə alındığı təqdirdə şəxsin əlinə qandal vurularaq növbətçi hissəyə gətirilməsi heç də onun raportda göstərildiyi kimi bölməyə dəvət edilməsi halı ilə üst-üstə düşmür. Məhkəmə onu da qeyd edir ki, şübhəli şəxsin tutulması haqqında qərarın əvvəlində onun tutulması üçün əsasın raportdakı məlumatların olduğu göstərilsə də, ikinci abzasında əməliyyat axtarış fəaliyyyətinin məlumatlarına əsasən sübut əhəmiyyətinə malik ola biləcək əşyaların, yəni narkotik vasitələrin Təqsirləndirilən şəxs olmasına güman etməyə kifayət qədər əsaslar olduğundan üzərində şəxsi axtarış keçirilməsinə zərurət yarandığı qeyd edilmişdir. Lakin iş materiallarında şəxsin üzərində narkotik vasitə olmasına dəlalət edən hər hansı məlumatın əldə edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərara, habelə bu tədbirlərin qanuni hesab edilməsi barədə məhkəmə qərarına rast gəlinmir. Bundan başqa həm cinayət işi materiallarına əlavə edilmiş 18 iyul 2022-ci il tarixli raportdan, həm də şəxsi axtarış və götürmə haqqında eyni tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2023-cü il tarixdə saat 11:50 radələrində saxlanılmış, saat 12:00 radələrində Suraxanı rayon Polis Bölməsinə gətirilmiş, 12:40 radələrində şübhəli şəxs qismində tutulması qərara alınmış, şəxsi axtarış və götürmə haqqında eyni tarixli protokoldan isə görünür ki, 13:20-də şəxsin üzərinə baxış keçirilmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs həmin halları təkzib edərək gecə tutulması, səhərə kimi polis bölməsində saxlanılması, yalnız səhər üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilməsi barədə verdiyi ifadəsi Şahid3 tərəfindən təsdiq edilmişdir. Belə ki, məkəmə iclasında Şahid3 ifadə verərkən bildirmişdir ki, hadisə gecə vaxtı, gecə növbəsində öz xidməti vəzifələrini icra edərkən baş vermiş, təqsirləndirilən şəxsi növbətçi hissəyə təhvil verib getmiş, həmin gün bir daha növbətçi hissəyə qayıtmamışlar. Yalnız ertəsi gün səhər Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində iştirak etmək üçün bölməyə gəlmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs anten məlumatlarının müəyyən edilməsi məqsədilə məhkəmə qərarına əsasən "xxxx" MMC-nin müşaiyət məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 055-207-18 -90 saylı mobil telefon nömrəsinin 16 iyul 2022-ci il saat 00:00 tarixindən 19 iyul 2022-ci il saat 00:00 tarixinədək olan olduğu yerin əhatə dairəsi (location) ilə bağlı məlumatları özündə əks etdiən CD diskə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs olduğu yerə dair məlumat onun həqiqətən də ən son 18 iyul 2022-ci il tarixdə, saat 00:40 radələrində “Əfsun” şadlıq sarayının ətrafında olmasına dəlalət etməsi təqsirləndirilən şəxsin məhkəmə iclasında gece saatlarında tutulması barədə ifadəsini təsdiq edir. (Göstərilən disk Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il 00:40 dəqiqdən sonra və 19 iyul 2022-ci i tarixdə harda olması ilə əlaqədar məlumatları özündə əks etdirmir.) Bundan başqa məhkəmə iclasında ifadə verən digər şahidlər Şahid1 və Şahid2 bildirmişlər ki, təqsirləndirilən şəxs tərəflərindən növbətçi hissəyə təhvil verildikdən sonra onun əlini-qolunu sərbəst hərəkət etmək imkanı olmuş, üzərinə şəxsi axtarış keçirilənə qədər harada və kimlərin nəzarətində saxlanılmasından xəbərləri olmamışdır ki, bu da həmin halların Təqsirləndirilən şəxs barəsində baxış keçirilənədək üzərində olan narkotik vasitədən “xilas olmaq” imkanlarına şərait yaratdığı təqdirdə sonuncunun həmin narkotik vasitələri üzərində saxlaması xüsusatının inandırıcı hal kimi qəbul edilərək qiymətləndirilməsini istisna edir. Təqsirləndirilən şəxs məhkəməyə qədər icraat dövründə əvvəlcə “İldırım adlı şəxsin sifarişi ilə 20 manat müqabilində həmin narkotik vasitəni Qaraçuxur qəsəbəsindən götürüb, Xırdalan şəhərinə aparmalı olduğu”( şəxsi axtarış keçirilməsi zamanı və 18 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində dindirilərkən) daha sonra “əslində məsuliyyətdən yayınmaq üçün belə deməsini, narkotik vasitənin satışı ilə məşğul olmamasını, yalnız özünün qəbul etməsini, hər dəfə lazım olanda narkotik vasitə tapa bilmədiyindən narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından çox miqdarda əldə etməsi” məzmununda verdiyi ifadələri arasıdakı ziddiyyətlərlə əlaqədar isə məhkəmə kollegiyası bildirir ki,hər iki ifadəsindəki xüsusatlar həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı toplanaraq tədqiq edilmiş sübutlarla inkar olunur. Belə ki, əvvəla ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş “Nokia” və “Samsung” markalı mobil telefonlara baxış keçirilmiş və müvafiq baxış protokollarda iş üçün əhəmiyyət kəsb edən hallara rast gəlinmədiyi göstərilmişdir. Halbuki təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə dair videogörüntüləri özündə əks etdirən DVD diskə baxış keçirilərkən görünmüşdür ki, “Samsung” telefonun üz səthinin sınıq vəziyyətdə olmuş, telefonun işlək vəziyyətdə olub-olmaması isə yoxlanılmamışdır. Həmin telefona baxış istintaq hərəkəti keçirildikdən sonra isə telefon müvafiq qaydada qablaşdırılaraq maddi sübut qismində tanınmadan müvafiq qəbz alınmaqla təqsirləndirilən şəxsin özünə qaytarıldığından “Samsung” markalı mobil telefona baxış” protokolunun mötəbərliliyinin(iş üzün əhəmiyyət kəsb edən məlumatların həqiqətən aşkar edilməsi və ya edilməməsi barədə məlumatların) ümumiyyətlə yoxlanılaraq qiymətləndirilməsi mümkün olmamışdır (Cild 1, səh 94). Digər tərəfdən əməliyyat tapşırığına əsasən həyata keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticələrinə dair təqdim edilmiş məktubda “İldırım” adlı şəxsin, eləcə də təqsirləndirilən şəxsin narkotik vasitələri aldığı şəxsin(İran İslam Respublikasının vətəndaşının) şəxsiyyətinin müəyyən edilməsinin mümkün olmaması, təqsirləndirilən şəxsin “İldırım” adlı şəxsin sifarişi ilə narkotik vasitəni götürüb ünvana çatdırması faktının öz təsdiqini tapmaması göstərilmişdir. Həmçinin müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olan 055 -207-18-90 saylı mobil telefon nömrəsinə 01 yanvar 2022-ci il tarixindən 18 iyul 2022ci il tarixinədək daxil olan və həmin nömrədən edilən zənglərin siyahısını, smslərin mətnlərinin, nömrələrin sahiblərinin şəxsiyyəti və yaşadıqları ünvanları barədə məlumatların məzmununu özündə əks etdirən, "xxxx" MMC-nin müşaiyət məktubu ilə daxil olmuş CD diskə baxış keçirilməsi zamanı “zənglərin məxsusluq dərəcəsi” adlanan fayl qovluğu ilə İldırım adlı şəxsin mövcudluğu müəyyən edilməmiş, “zənglərin detallaşması” adlı qovluqda isə İran İslam Respublikasının mobil operatorlarına məxsus nömrəyə, habelə Təqsirləndirilən şəxs tutulduğu gün üstündən aşkar edilən narkotik vasitənin əldə edilməsinə yönələn məzmunda sms-ə rast gəlinməmişdir. Təqsirləndirilən şəxsdən götürülmüş sidik nümunəsində yalnız THC aşkar edilməsi, onun tərəfindən kannabinoidlərdən istifadə etmə halları olması məzmununda verilmiş müvafiq ekspertiza rəyi ilə də Təqsirləndirilən şəxs hər dəfə lazım olanda narkotik vasitə tapa bilmədiyindən üzərindən aşkar edilən narkotik vasitə heroini çox miqdarda əldə etməsi barədə ibtidai istintaq dövründə verdiyi ifadəsi inkar olunur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq dövründə həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələri təkzib edərək bölmədə döyülməsi səbəbindən həm üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitənin ona məxsus olduğunu bildirdiyini, həm də müvafiq dindirmə protokollarına imza etdiyini göstərmişdir. Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə bununla bağlı hesab edir ki, təqsirləndirilən şəxsin 18 iyul 2022-ci il tarixində polis tərəfindən pis rəftara məruz qoyulduğunu cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD disk kifayət edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən DVD diskə baxış zamanı müşaiyət edilmişdir ki, üz nahiyyəsinin sağ tərəfində qızartılar olmuş, köynəyinin yaxalığının sol tərəfi cırılmış, telefonu isə sındırılmışdır. 10 aprel 2004-cü il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Layıcov Azərbaycana qarşı Qərarının 45-ci bəndində göstərilir ki, hər bir halda məhkəmə ərizəçi qaçmağa səy göstərdiyi üçün ona qarşı güc tətbiqinin əsaslı olduğu və həddini aşmadığı ilə bağlı Hökumətin arqumentini qəbul edə bilməz. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizəçinin həbsi və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda qaçmağa səy göstərdiyi və ya həbs zamanı polisə müqavimət göstərdiyi ilə bağlı hər hansı qeyd yoxdur. Bundan əlavə, ərizəçinin polisə qarşı zor işlətdiyi və ya həbsi zamanı, yaxud sonradan onlar üçün təhlükə yaratdığı və bunun da ona qarşı güc tətbiq edilməsini tələb etdiyi heç yerdə göstərilməmişdir. İbtidai istintaq dövründə iş üzrə dindirilmiş şahidlər Yusif Abbaszadə və Şahid1 təqsirləndirilən şəxsin onların diqqətindən yayınması, olduğu yerdən uzaqlaşmağa çalışmasını bildirsələr də nə sonuncunun qaçması, nə qaçarkən yıxılması, nə də yıxılarkən xəsarət almasıni bildirməmişlər. Yalnız Şahid3 məhkəmə iclasında ifadə verərkən təqsirləndirilən şəxsin onlardan qaçarkən quma yıxıldığını vurğulasa da sonuncunun bölməyə aparılanadək üzərində hər hansı xəsarət, paltarında söküntü müşahidə etmədiyini göstərmişdir. Bundan başqa iş üzrə tərtib olunmuş raportda da təqsirləndirilən şəxsin qaçması, qaçmağa cəhd edərkən yıxılması ilə əlaqədar hallar öz əksini tapmamış, təqsirləndirilən şəxsin bölməyə gətirilməmişdən əvvəl üzərində xəsarətlərin olması, köynəyinin sökük olması kimi hallar barədə hər hansı akt tərtib edilməmiş və imzalanmamışdır. Bundan başqa iş üzrə şahid qismində ifadə verən Vüsal Qənbərov təqsirləndirilən şəxs yıxıldıqdan sonra onun telefonunu əlindən aldıqlarını, telefonun ekran şəklində dini yazılar olduğunu bildirmiş və qeyd olunan hal təqsirləndirilən şəxs tərəfindən təsdiq olunmuşdur. Bu hal isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs şahidlərin bildirdiyi kimi onlardan qaçmaqa cəhd edərkən yıxılsa belə telefonu həmin vaxt saz vəziyyətdə olmuşdur. Həmin telefonun üz səthinin sonradan hansı vəziyyətdə sınması barədə isə iş materiallarında hər hansı məlumata rast gəlinməmişdir. Göründüyü kimi şəxsin azadlığının məhdudlaşdırılması zamanı istintaq orqanı tərəfindən cinayət prosessual qanunvericiliyin tələbləri pozulmuş, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq əsassız məhdudlaşdırılmış, tutulması dərhal sənədləşdirilməmiş, hüquq və vəzifələri barədə ona məlumat verilməmiş və o, iki günə yaxın qanunsuz olaraq Suraxanı Rayon Polis Bölməsində saxlanmış, etirafedici ifadələr alınması üçün fiziki təzyiqə məruz qalmışdır. Bundan başqa 18 iyul 2022-ci il tarixli raporta, təqsirləndirilən şəxs və şahid ifadələrinə, şübhəli şəxsin tutulması haqqında qərara və protokola, mənzilə baxış keçirilməsi haqqında protokola, cinayət işinin başlanılması haqqında qərara əsasən şəxsin həmin tarixdə Suraxanı rayon Polis İdarəsinin 32-ci polis Bölməsinə gətirilməsi öz əksini tapsa da, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar və ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs 19 iyul 2022-ci il tarixdə tutularaq üzərindən narkotik vasitə aşkar edilməsi göstərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixli raporta əsasən həmin tarixdə səhər saat 11:50 radələrində xidmət aparılarkən Mədən küçəsi, Əfsun Şadlıq sarayının yaxınlığında bir nəfər şəxs şübhəli hərəkətləri ilə diqqət cəlb etdiyinə, oğurluq hadisələrində şübhəli şəxs kimi 32-ci bölməyə dəvət olunaraq saat 12:00 radələrində növbətçi hissəyə təhvil verilməsi, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 4,261 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsinə əsaslı şühələr vardır və məhkəmə baxışı nəticəsində qeyd olunan şübhələrin aradan qaldırılması mümkünsüz olmuşdur. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutların qanunsuz yolla əldə olunması qənaətinə gələrək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əleyhinə toplanmış sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr vardır və bu sübutlar cinayət təqibi üzrə mötəbər dəlillər kimi qiymətləndirilə bilməz və Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim olunan sübutların toplanması zamanı yol verilmiş pozuntular, o cümlədən “şəxsi axtarış aparılması və götürmə barədə” protokolların tərtibi zamanı yol verilmiş pozuntular, “şəxsi axtarış aparılması və götürmə barədə” protokollarla şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntüləri arasında müəyyən olunan ziddiyyətlər, ibtidai istintaq və məhkəmə baxışı mərhələsində şahid qismində dindirilmiş Şahid2, Şahid1 və Şahid3 bir-biri ilə uyğun gəlməyən ifadələri, Şahid1 təqsirləndirilən şəxsin bölməyə gətirilməzdən əvvəl üzərinin, ciblərinin üstdən yoxlanılması, lakin sonuncun üzərində hər hansi büküm olmasını hiss etməmələri, Şahid2 təqsirləndirilən şəxsin növbətçi hissəyə təhvil verilərkən ciblərinin boşaldılması, Şahid3 təqsirləndirilən şəxsin axtardığı narkotik vasitəni özlərinin tapması və sonuncunun cibinə qoyması barədə ifadələri habelə təqsirləndirilən şəxsin tutulma vaxtının həqiqətən 18 iyul 2022-ci il tarixə gecə saatlarına təsadüf etməsi, məhkəmə narkoloji ekspertiza rəyi Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin (tutularkən üzərində narkotik vasitə olmaması, döyülməsi səbəbindən ona verilmiş narkotik vasitəni təqdim etməsi, müvafiq protokollara imza etməsi)həqiqətə uyğun olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2, 125.2.1 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət Məcəlləsinin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğuncəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, 18 iyul 2022-ci il tarixdə X12 şübhəli şəxs qismində tutulmuş, 20 iyul 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermək haqqında” qətimkan tədbiri seçilmiş və o, X7 azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onların haqqında seçilmiş “polisin nəzarəti altına vermək haqqında” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülməsi iddia olunan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,211 qram çəkidə heroin narkotik vasitəsi ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan miqdarda narkotik vasitə heroini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli; Təqsirləndirilən şəxs barəsində «şəxsi axtarış və götürmə» aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ ilə bağlı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-1-ci maddəsi ilə bəraət verildiyindən cinayət işi üzrə 19 iyul 2022-ci il tarixli, 6/3886 saylı məhkəməkimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 81 (səksən bir manat) manat Təqsirləndirilən şəxs aid edilməməlidir. Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, onun hüquqlarının müdafiəsi məhkəmənin hazırlıq iclası zamanı 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülməsi iddia olunan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,211 qram təşkil edən heroin narkotik vasitəsi ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra qeyd olunan miqdarda narkotik vasitə heroini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin; - Təqsirləndirilən şəxs barəsində «şəxsi axtarış və götürmə» aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 –ci maddəsi ilə bəraət verildiyindən cinayət işi üzrə 19 iyul 2022-ci il tarixli, 6/3886 saylı məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 81 (səksən bir manat) manat Təqsirləndirilən şəxs aid edilməsin. Məhkəmə mərhələsində göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi1 üçün 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-579/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-579/2023
17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver