Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-579/2024 12.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X6 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, X3 və Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları - Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İsintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tanışı X9 və şəxsiyyəti istintaqa «Əhməd» kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitənin və psixotrop maddənin İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmələrinə dair sövdələşib, bu barədə razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bundan sonra şəxsiyyəti istintaqa «Əhməd» kimi məlum olan şəxs istintaqa məlum olmayan üsullarla Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə 02 ədəd bükümdə ümumi təmiz çəkisi 4118,1 qram ( 4kq 118,1 qr) olan narkotik vasitə heroini, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 805,4 qram olan psixotrop maddə metamfetamini və 01 ədəd kisədə təmiz çəkisi 10.105 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə Azərbaycan Respublikasının ərazisinə göndərmiş, bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində qeyd olunan külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı ünvanda saxlamış, bir büküm psixotrop maddəni Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 64, mənzil 179-da kirayə yaşayan X1 üçün vermiş və xx.xx.2023-cü il tarixdə, saat 18:00-da Xəzər RPİ-nin X2 əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən nömrəsiz fərdi evinin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Xəzər RPİ-nin inzibati binasına gətirilmiş və orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış, baxış və götürmə aparılarkən Dövlət ittihamçısı1 üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir maddənin olmadığını, lakin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən nömrəsiz fərdi evində narkotik maddə saxladığını bildirmiş, bundan sonra qeyd olunan evə baxış, axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman evin əlavə yataq otağı kimi istifadə edilən otağındakı dolabın üst gözündən 1 (bir) ədəd kisədə olmaqla təmiz çəkisi 10.105 qram, yəni külli miqdar təşkil edən və bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, evin digər yataq otağında olan çarpayının döşəyinin altından ayrı- ayrılıqda çəkiləri 3009,4 qram və 1108,7 qram olmaqla təmiz çəkisi - 4118,1 qram, yəni külli miqdar təşkil edən, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, qəhvəyi rəngli, tozşəkilli maddə halında olan 02 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 520,3 qram, yəni külli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, daha sonra özünün yönləndirməsi əsasında əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 16 mart 2023-cü il tarixdə saat 21:35-də X5 yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 64, mənzil 179 ünvanında təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkəti keçirilərkən evin yataq otağındakı dolabın üst gözündən 01 ədəd bükümdə təmiz çəkisi 285,1 qram, yəni külli miqdar təşkil edən, ağ rəngli kristallardan ibarət olmaqla Dövlət ittihamçısı1 yaşadığı evdən götürülmüş psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, məlum hadisə baş verməmişdən qabaq 5-6 ay olardı ki, Mərdəkan qəsəbəsində kirayədə qalırdı. Əhmədlidə yerləşən “Qəbələ” restoranını dostu İlham işlədirdi. O da həmin restoranda nəzarətçi vəzifəsində işləmişdir. 16 mart 2023-cü il tarixdə təxminən saat 10-11 radələrində restoranın bazarlığını etmiş və üstündən təxminən 1 saat keçməmiş 3-4 nəfər mülki geyimli polis əməkdaşları restorana daxil olaraq onun adını soruşmuş və onunla söhbət etmək istədiklərini bildirmişlər. Həmin şəxslər restoranda oturan kimi cibindən telefonları və yaşadığı mənzilin açarını götürmüşlər. Həmin vaxt evdə heç kəs olmamışdır. Belə ki, 16 mart 2023-cü il tarixdə onun kiçik övladı dünyaya gəlmiş və onunla əlaqədar ailəsi xəstəxanada olmuşdur. Polislər ondan dostu İlhamı soruşmuşlar. O isə İlhamın həmin restoranı işlətdiyini, hal-hazırda isə Yevlaxda bacısının dəfnində iştirak etməsi ilə əlaqədar Bakıda olmadığını bildirmişdir. Polislər onda narkotik vasitə olduğunu bildirərək avtomobildə şahid 1 nəfər xanımın olduğunu demişlər. Bundan sonra onlar restorandan çıxaraq maşına minmişlər. O qabaqda əyləşmiş, daha 1 nəfər polis əməkdaşı arxa qapını açaraq avtomobildə əyləşmişdir. Daha sonra onlar bölməyə getmişlər. Polis İdarəsində ona cərəyan verəcəklərini və yalançı şahidlər gətirəcəkləri ilə onu qorxutmuşlar. O müharibə iştirakçısıdır, döyüş vaxtı başından travma almış və bu səbəbdən ağrıya dözə bilməyəcəyini bilmişdir. Ona görə o, polis əməkdaşlarına hansı sənədlərə desələr onun imza edəcəyini bildirmişdir. İttiham aktında yazılanlardan yalnız üstündə olan telefonlarının markaları düzgün yazılmış, qalan heç nə ona aid olmamışdır. Onun cibində cəmi 01 büküm “nəşə” olmuşdur. Polis əməkdaşları tərəfindən gündüz tutulmuş, videoçəkiliş isə gecə olmuşdur. O, videoçəkiliş zamanı polislərin ona dediyi sözləri təkrarlamışdır. Polis əməkdaşları evdə qarderoba qutu yerləşdirmişlər, qabağına isə uşaqların məktəbli çantalarını qoymuşlar. Həmin qutuda qara rəngli ot olmuşdur. Bundan əlavə o biri otaqda döşəyin altından polislər nəsə çıxarmışlar. Aşkar olunan maddələr ona məxsus olmamışdır. Onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı hər hansı telefon danışığı və şahid yoxdur. Polis əməkdaşları dostu İlhamın da kirayə qaldığı evində qarderoba psixotrop maddə olan metamfetamin qoymuşlar. O, dostu İlhamın tutulmaması üçün həmin maddənin də özünə məxsus olduğunu bildirərək boynuna götürmüşdür. Polis əməkdaşları evə baxış və axtarış keçirən vaxt İlham həmin evdə olmamışdır. Onlar əvvəlcə mənzilin qapısını sındırmaq istəmişlər, o isə buna imkan verməmişdir. Bundan sonra onlar evin kirayəşinini taparaq qapını açmışlar. Polislər özləri evi axtarmış və psixotrop maddə tapdıqlarını bildirmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o ancaq “nəşə”dən istifadə etmişdir. O, 1 saylı Psixiatriya Xəstəxanasında müalicə almışdır. Ağdərə 703-də döyüşmüş və medalları vardır. Polisin ona qarşı olan qərəzli münasibətinin səbəbini bilmir. Müharibədən gələndən sonra 1 ay ərzində ata-anasını itirmişdir. Özü ailə başçısıdır, himayəsində 3 övladı var. O, narkotik maddələri boynuna götürdüyü üçün polislər tərəfindən döyülməmişdir. O iş materialları ilə tanış olmamış, ancaq göstərdikləri sənədlərə imza etmişdir. Pul qabısının içində 02 (iki) manat pul, içərisində 80 (səksən) manat pul olan 01 ədəd veteranlıq kartı, 01 ədəd digər kart və 02 ədəd mobil telefonu olmuşdur. O, İlham haqqında polislərə heç nə deməmişdir. İlham onunla eyni rayonda yaşamış və onların yaxın münasibətləri olmuşdur. İlham narkotik vasitədən istifadə etmir, lakin onun “nəşə” çəkdiyini bilmişdir. O, daha sonra polislər tərəfindən təzyiqlərə məruz qalmayacağını bildiyindən sənədləri imzalamaqdan imtina etmişdir. Məhkəmə iclas zalında tərəflərin razılığı ilə tədqiq və elan olunmuş ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən bir neçə ay olar ki, narkotik vasitələrə aludə olmuş və arada bir öz şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən pul müqabilində narkotik vasitə alıb istifadə etmişdir. Bir neçə müddət olar ki, sosial şəbəkədə Əhməd adlı İran vətəndaşı ilə tanış olmuşdur. Həmin İran vətəndaşı ona istifadə etməyi üçün pulsuz narkotik vasitə verəcəyini, lakin bunun müqabilində özü ilə işləməyi təklif etmişdir. Belə ki, həmin şəxs ona narkotik vasitə verəcəkmiş, o isə həmin narkotik vasitəni həmin şəxsin deyəcəyi müxtəlif ünvanlara qoyacaqmış. O da həmin şəxsin bu təklifi ilə razılaşmışdır. Tutulmamışdan bir neçə gün əvvəl Əhməd adlı həmin İran vətəndaşından 02 ədəd bükümdə narkotik vasitə heroin, 02 ədəd bükümdə bükümdə psixotrop maddə metamfetamin və 01 ədəd kisədə narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin maddələrdən 01 ədəd bükümdə psixotrop maddə metamfetamini tanışı İlham adlı şəxsə vermişdir ki, evində saxlasın. Digər bükümləri və kisəni isə özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən nömrəsiz fərdi evində saxlamışdır. Daha sonra isə Əhməd adlı İran vətəndaşının həmin maddələr ilə bağlı ona verəcəyi təlimatı gözləmişdir. Sonuncu dəfə 16 mart 2023-cü il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən nömrəsiz evinin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Xəzər RPİ-nə dəvət etmişlər. 6 polis əməkdaşları ilə birlikdə könüllü olaraq RPİ-nə gəlmişdir. İdarədə dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Müstəntiq tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmamış əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olmadığını, lakin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən nömrəsiz fərdi evində narkotik maddə olduğunu bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış davam etdirilmiş, bu zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, sol yan cibindən isə 01 ədəd “Nokia’' markalı mobil telefon aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilən zaman isə üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin üzərindən aşkar olunmuş 01 ədəd “Samsung” markalı və 01 ədəd “Nokia” markalı mobil telefonlar müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Əzizbəyov küçəsində yerləşən nömrəsiz fərdi evinə baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl ona sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o evdə əlavə yataq otağı kimi istifadə edilən otaqdakı dolabın üst gözündən 1 (bir) ədəd kisədə olan açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra həmin kütlə qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Sonra evin digər hissələrinə baxış keçirilmişdir. Baxış zamanı evin digər yataq otağında olan çarpayının döşəyinin altından 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Daha sonra həmin kütlələr də qablaşdırılıb möhürlənmiş və üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilən zaman isə evində başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Baxış zamanı ona verilən suallara cavab olaraq təqdim etdiyi bükümlərin özünə məxsus olduğunu, həmin bükümlərin hamısını İran islam Respublikası vətəndaşı “Əhməd” adlı şəxsin vasitəsilə deyiləcək ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında Əhməd adlı İran vətəndaşının ona istifadə etməyi üçün narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, yaşadığı evdə narkotik maddələr və psixotrop maddə saxlamağı barədə özündən başqa heç kimin xəbərinin olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini və verilən suallara səmimi və doğru cavablar verdiyini bildirmişdir. Baxış zamanı qeyd etməsə də müstəntiq tərəfindən izahatı alınarkən İlham adlı şəxsə də saxlaması üçün bir büküm psixotrop maddə metamfetamin verdiyini və İlhamın yaşadığı evi göstərə biləcəyini demişdir. Daha sonra Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsində yerləşən İlhamın yaşadığı ünvanı polis əməkdaşlarına göstərmişdir. Sonradan öyrənmişdir ki, polis əməkdaşları İlhamın yaşadığı həmin ünvanda axtarış aparan zaman onun İlhama verdiyi bir büküm psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, lakin axtarış aparılan zaman İlham evdə olmamışdır. (Cild 1, iş vərəqi 83-85) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş polis əməkdaşı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, 16 mart 2023-cü il tarixdə Dövlət ittihamçısı1 barəsində alınmış əməliyyat məlumatı əsasında qrup təşkil edilmişdir. Bundan sonra onun olduğu yeri müəyyən edərək Namiqin yaşadığı Mərdəkan qəsəbəsi ərazisi yaxınlığına yollanmışlar. Özlərini təqdim edərək Dövlət ittihamçısı1 də şəxsiyyətini müəyyənləşdirdikdən sonra onu Xəzər RPİ-yə dəvət etmişlər. Orada üzərinə şəxsi axtarış və baxış keçirilsə də qanunsuz hər hansı bir predmet aşkar edilməmişdir. Bu zaman o, yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra müstəntiqlə birgə həmin mənzilə baxış keçirmək üçün getmişlər. Bu zaman evdən narkotik vasitələrə bənzər maddələr aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat qrupunun rəhbəri olmuşdur. Daxil olmuş əməliyyat məlumatı Dövlət ittihamçısı1 külli miqdarda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Əməliyyat məlumatının narkotik vasitələrin satışı və ya istifadəsi ilə bağlı olduğunu dəqiq xatırlamır. Dövlət ittihamçısı1 tək, evinin yaxınlığında saxlamışlar. Dövlət ittihamçısı1 evinə narkotik vasitə qoymamışlar. Dövlət ittihamçısı1 tərəflərindən fiziki və ya psixi təsir və təzyiq olmamışdır. Dövlət ittihamçısı1 onlara müqavimət göstərməmiş və özünü sakit aparmışdır. Dövlət ittihamçısı1 üzərinə şəxsi axtarış və mənzilinə baxış istintaq hərəkətlərində iştirak etmişdir. Qeyd olunan istintaq hərəkətləri videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Əməliyyata Şahid2, Şahid1 və o olmaqla 3 nəfər getmişlər. Dövlət ittihamçısı1 üzərindən telefon və mənzilindən metamfetaminə bənzər maddə aşkar edilmişdir. Dövlət ittihamçısı1 İlhamın dostu olduğunu, İlhama narkotik vasitə verdiyini, həmçinin, evində narkotik maddə olduğunu da Xəzər RPİ-də onlara bildirmişdir. Dövlət ittihamçısı1 onların artıq hər şeydən məlumatlarının olduğunu bilmiş və bu səbəbdən hər şeyi etiraf etmişdir. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər RPİ-nin NMB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsi daşıyır. 16 mart 2023-cü il tarixdə saat 18:00-da alınmış əməliyyat məlumatı əsasında iş yoldaşı, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və onun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yaşadığı ünvanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş və bu barədə onlar tərəfindən polis idarəsinin rəisinin adına raport yazılmışdır. Polis idarəsinə gətirməzdən əvvəl onlar artıq həmin şəxsin anket məlumatlarını və yaşayış yerini müəyyən etmişlər. Lakin polis İdarəsində həmin şəxsin anket məlumatları bir daha yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1986cı il tarixdə Bərdə şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, M.Rəsulzadə küçəsi ev 76-da qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur. Həmin şəxsin üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Xəzər RPİ-nin NMBnin əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Müstəntiqin bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, bu zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd "Samsung” markalı mobil telefon, sol yan cibindən isə 01 ədəd “Nokia” markalı mobil telefon aşkar edilmişdir. Şəxsi axtarış davam etdirilən zaman isə üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra müstəntiq şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlayıbsaxlamaması barədə sual vermişdir. Suala cavab verən şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən nömrəsiz fərdi evində narkotik maddə olduğunu bildirmişdir. Daha sonra müdafiəçi şübhəli şəxsə ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olub-olmamasını və ifadəsini səmimi verib-vermədiyini soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə ifadəsini səmimi verdiyini və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Daha sonra müstəntiq istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs barəsində keçirilən şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş “Samsung S9+” markalı mobil telefon vasitəsilə onun tərəfindən aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdən sonra özünün yönləndirməsi əsasında yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən nömrəsiz fərdi evinə yollanmışlar. Orada müdafiəçinin, onun, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən Təqsirləndirilən şəxs yaşadığı həmin evdə baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zamanı əvvəlcə müstəntiq şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən nömrəsiz fərdi evdə narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olubolmamasını, əgər varsa könüllü surətdə təqdim etməsini təklif etmişdir. Müstəntiqin bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs evdə əlavə yataq otağı kimi istifadə edilən otaqdakı dolabın üst gözündən 1 (bir) ədəd kisəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq təqdim etdiyi kisənin içərisində narkotik vasitə olduğunu, həmin kisəni İran islam Respublikası vətəndaşı “Əhməd” adlı şəxsin vasitəsilə deyiləcək ünvana qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında həmin İran vətəndaşının ona istifadə etməsi üçün narkotik vasitə olan qurudulmuş marixuana verdiyini bildirmişdir. Şübhəli şəxsin təqdim etdiyi kisənin içərisinə müstəntiq tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan sonra müstəntiq şübhəli şəxsə evdə narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əlavə əşyaların olub-olmamasını, əgər varsa könüllü surətdə təqdim etməsini təklif etmişdir. Müstəntiqin bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs evin digər yataq otağında olan çarpayının döşəyinin altından 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq təqdim etdiyi bükümlərin də içərisində narkotik vasitə və psixotrop maddə olduğunu, həmin bükümləri də İran islam Respublikası vətəndaşı “Əhməd” adlı şəxsin vasitəsilə deyiləcək ünvana qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona istifadə etməsi üçün narkotik vasitə olan qurudulmuş marixuana verdiyini bildirmişdir. Daha sonra şübhəli şəxsin təqdim etdiyi bükümlərin içərisinə müstəntiq tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı 02 ədəd bükümlərin içərisində qəhvəyi rəngli, tozşəkilli maddə halında olan narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd bükümün içərisində ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş, lakin hər hansı bir narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və sənədlər aşkar edilmədiyindən müstəntiq istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Həmçinin qeyd etmişdir ki, Dövlət ittihamçısı1 evində keçirilən istintaq hərəkəti zamanı videoçəkiliş “Samsung S9+” markalı mobil telefon vasitəsilə onun tərəfindən aparılmışdır. Evə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs onlar tərəfindən idarəyə gətirilmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq Dövlət ittihamçısı1 izahatı alınan zaman Dövlət ittihamçısı1 bir neçə gün bundan əvvəl tanışı İlham adlı şəxsə evində saxlaması üçün bir büküm psixotrop maddə şüşə (metamfetamin) verdiyini, İlhamın Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən bina evində yaşadığını və həmin evi polis əməkdaşlarına göstərə biləcəyini demişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yönləndirməsi əsasında İlham adlı şəxsin yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 64 nömrəli binaya yollanmışlar. Orada olan zaman Təqsirləndirilən şəxs İlham adlı şəxsin evinin mənzil 179-da olduğunu bildirərək həmin mənzilin yerini göstərmişdir. Bundan sonra onlar təxirəsalınmaz qaydada ev yiyəsi X10 razılığı və iştirakı əsasında, həmçinin onun, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Anar Əliyevin qohumu X4 iştirakı ilə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən İlham adlı şəxsin yaşadığı qeyd edilən həmin evdə videoçəkilişlə təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zamanı müstəntiqin sorğu-sualı əsasında ev yiyəsi X18 özünü təqdim edərək özü barəsində iştirakçılara məlumat vemiş və ünvan 5 ünvanın özünə məxsus olduğunu, lakin hazırda kirayəyə verdiyini, və kirayənişinin evdə olmadığını demişdir. Müstəntiq ev yiyəsi X12 özünə məxsus olan ünvan 5 ünvana daxil olmağa icazə verib-vermədiyini soruşmuşdur. Ev yiyəsi X18 isə evə daxil olmağa icazə verdiyini və heç bir etirazının olmadığını bildirmiş və evin qapısını açarla açmışdır. Evə daxil olan zaman müstəntiq ev yiyəsi Anar Əliyevə evdə axtarış və götürmə aparılacağını elan edərək etirazının olub olmamasını soruşmuşdur. Ev yiyəsi Anar Əliyev isə evdə istintaq hərəkətinin keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Daha sonra evdə axtarış aparılmışdır. Axtarış aparılan zaman evin yataq otağındakı dolabın üst gözündən 01 ədəd bükümdə olmaqla içərisində spesifik iyə malik kristallik maddələrdən ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bu barədə ev yiyəsi Anar Əliyevə sual verilərkən sonuncu həmin evin özünə məxsus olduğunu, lakin özünün yaşamadığını, kirayəyə verdiyini, bu səbəbdən də aşkar olunmuş maddədən xəbərinin olmadığını bildirmişdir. Daha sonra evin digər hissələrinə baxış keçirilmiş, baxış zamanı evdə başqa narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədiyindən müstəntiq aşkar olunmuş maddənin ekspertizaya göndərilməsi üçün qablaşdırılıb götürüləcəyini bildirmiş və istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Həmçinin qeyd etmişdir ki, həmin evdə keçirilən istintaq hərəkəti zamanı videoçəkiliş “Samsung S9+” markalı mobil telefon vasitəsilə Xəzər RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən aparılmışdır. (Cild 1, iş vərəqi 145- 149) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və Şahid1 ifadələrində məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu və Şahid3 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Namiq adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Xəzər RPİ-də əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 18:00-da Təqsirləndirilən şəxs Xəzər rayonu, Mərdəkan qəsəbəsində saxlanılaraq Xəzər rayon Polis İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 10) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 11, 21) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olmadığını, lakin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən nömrəsiz həyət evində narkotik maddə olduğunu bildirir, daha sonra onun üzərinə şəxsi axtarış davam etdirilir, bu zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd Samsung markalı, sol yan cibindən isə 01 ədəd Nokia markalı mobil telefon aşkar edilir və üzərindən əlavə olaraq qanunla qadağan olunmamış hər hansı bir əşya və ya predmet aşkar edilmir. (Cild 1, iş vərəqə 27, 29-30) xx.xx.2023-cü il tarixli “Evə baxış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən nömrəsiz fərdi evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evdə əlavə yataq otağı kimi istifadə edilən otaqdakı dolabın üst gözündən 1 ədəd kisədə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, sonra evin digər hissələrinə baxış keçirilmiş, digər yataq otağında olan çarpayının döşəyinin altından 02 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlələr qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin özünə məxsus olduğunu, həmin bükümlərin hamısını İİR vətəndaşı “Əhməd” adlı şəxsin vasitəsilə deyiləcək ünvanlara qoymaq məqsədilə əldə etdiyini, gördüyü işin qarşılığında sonuncunun ona istifadə etmədi üçün narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, yaşadığı evdə narkotik vasitə və psixotrop maddələr saxlaması barədə özündən başqa heç kimin xəbəri olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini və verilən suallara səmimi və doğru cavablar verdiyini bildirmişdir. (Cild 1, iş vərəqə 32, 34-35) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs “İlham” adlı şəxsə narkotik vasitə verdiyini, həmin şəxsin də evinin Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 64, mənzil 179 ünvanında olduğunu bildirərək əyani olaraq həmin mənzilin yerini göstərmişdir. (Cild 1, iş vərəqə 40-41) xx.xx.2023-cü il tarixli “Təxirəsalınmaz axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, “İlham” adlı şəxsin yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 64, mənzil 179 ünvanında axtarış keçirilmiş, axtarış və götürmə zamanı evin yataq otağındakı dolabın üst gözündən 01 ədəd bükümdə olmaqla içərisində spesifik iyə malik kristallik maddələrdən ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmişdir. İstintaq hərəkəti zamanı X12 aşkar olunmuş maddə barədə sual verilərkən sonuncu həmin evin ona məxsus olduğunu, lakin özünün yaşamadığını və kirayəyə verdiyini, bu səbəbdən də aşkar olunmuş maddədən xəbərinin olmadığını bildirmişdir. (Cild 1, iş vərəqə 43, 46-47) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 64, mənzil 179 ünvanından aşkar olunmuş psixotrop maddə metamfetaminə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs ona təqdim olunan kütləni nəzərdən keçirərək, bildirmişdir ki həmin kütlə bir neçə gün bundan əvvəl tanışı İlham adlı şəxsə evində saxlaması üçün verdiyi bir büküm şüşə, yəni metamfetamindir və həmin bükümü də İİR vətəndaşı “Əhməd” adlı şəxsin vasitəsilə deyiləcək ünvanlara qoymaq məqsədilə əldə etdiyini, görəcəyi işin qarşılığında sonuncunun ona istifadə etməsi üçün narkotik vasitə olan qurudulmuş marixuana verəcəyini bildirmişdir. (Cild 1, iş vərəqə 48) Məhkəmə-bioloji ekspertizasının 17 mart 2023-cü il tarixli 7/403 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində: “ Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 01 ədəd kisədə...” yazıları və imzalar olan 01 (bir) ədəd ağ rəngli sintetik torbadakı təmiz çəkisi 10105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild 1, iş vərəqə 53-56) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 mart 2023-cü il tarixli 6/1640 saylı rəyindən görünür ki; Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N43” dairəvi möhür əksi olan 4(dörd) ədəd bağlamada, - üzərində “vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə " yazısı və imzalar olan qara rəngli polietilen bağlamadaki təmiz çəkisi 3009,4 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadaki təmiz çəkisi 1108,7 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - üzərində “vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə” yazısı və imzalar olan bağlamadaki şəffaf polietilen torbada təmiz çəkisi 520,3 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - üzərində “ünvan 6 ünvanından aşkar edilmiş maddə.” yazısı və imzalar olan bağlamadaki şəffaf polietilen bükümdə təmiz çəkisi 285,1 qram ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 4118,1 qram ( 4kq 118,1 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən və ünvan 7 ünvanından aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 805,4 qram təşkil edir və həmin metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətinə görə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin ''Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in İ siyahısına daxildirlər. (Cild 1, iş vərəqə 58-64) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 73-75) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(003)-150/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 92-98) Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı xx.xx.2012-ci il təvəllüdlü X13, xx.xx.2017-ci il təvəllüdlü X19 və xx.xx.2023-cü il təvəllüdlü X14 adlı uşaqları vardır. (Cild 1, iş vərəqə 114, 116) İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarında olan Travma haqqında arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Tərtər-Ağdərə istiqamətində “mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, davranış pozuntusu, depressiv sindrom.Retroqrad amneziya.Sefalik sindrom” xəsarətini almışdır. “Axtarış elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 barəsində axtarış elan edilmişdir. (Cild 1, iş vərəqə 134-135) Xətai rayon Polis idarəsi tərəfindən məhkəmənin yazılı sorğusuna verilmiş 13 dekabr 2023-cü il tarixli 3-13-55/2-48267 saylı cavab məktubundan görünür ki, Xəzər RPİ-nin İŞdə aparılmış istintaq zamanı 08 aprel 2023-cü il tarixdə X5 barəsində axtarış elan olunmuşdur.İ.Məmmədov tutularaq istuntaqa təqdim edilənədək işin icraatı 02 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalıdır.Hazırda İ.Məmmədovun tutulması istiqamətində əməliyyataxtarış tədbirləri davam etdirilir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3622 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 160-161) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış, evə baxış və götürmə haqqında”, təxirəsalınmaz axtarış və götürmə aparılması haqqında protokollar, diskə baxış protokolları, ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 162-175) “Təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavələr edilərək ona yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunlu ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 188-189) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 16 iyul 2023-cü il tarixdən 05 avqust 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur .(Cild 1, iş vərəqə 105) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən özünü təqsirli bilməyərək, ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, aşkar edilmiş narkotik vasitələri polis əməkdaşları tərəfindən onun boynuna qoyulduğunu və ona qarşı psixoloji təzyiqlər olunduğu üçün sənədlərə qol çəkdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclaslarında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbini polis əməkdaşları tərəfindən ona psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 20-12/585 və xx.xx.2023-cü il tarixli 20-12/606 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkarlanmamışdır. Xəzər Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 45/2-23347/23 nömrəli məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirilən zaman bədənində xəsarət aşkar edilməmişdir. Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli C-522/23 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də polis bölməsində hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməməsi müəyyən edilmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda məhkəmə iclasında dindirilmiş şahidlər öz ifadələrində Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, öz evindən və İlham adlı şəxsin evindən aşkar edilmiş narkotik vasitələri polis əməkdaşları tərəfindən onun boynuna qoyulduğunu və ona qarşı psixoloji təzyiqlər olunduğu üçün sənədlərə qol çəkdiyini bildirmişdir. Şahidlər Şahid2, Şahid1 və Şahid3 isə ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələri öz evində saxladığını və bir bükümünün isə tanışı İlham adlı şəxsə evində saxlaması üçün verdiyini etiraf etdikdən sonra onun özünün yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən nömrəsiz fərdi evinə və İlham adlı şəxsin yaşadığı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 64, mənzil 179 ünvanında yerləşən mənzilə baxış keçirilərək narkotik vasitələri aşkar etdiklərini və onlar tərəfindən Dövlət ittihamçısı1 qarşı hər hansı fiziki və ya psixi təzyiq və təsir olunmadığını bildirmişlər. Məhkəmə istintaqı zamanı Müdafiəçi məhkəməyə yazılı vəsatət verərək bildirmişdir ki, iş materiallarında göstərildiyi kimi təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə saat 18:00-da Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında tutulduğu göstərilmişdir. Lakin Dövlət ittihamçısı1 öz ifadəsində 16 mart 2023-cü il tarixdə saat 12:00 radələrində Qəbələ restoranının yaxınlığında tutulduğunu bildirmişdir. Odur ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı1 və iş üzrə şahid N.Həsənovun istifadəsində olan mobil nömrələrin 16 mart 2023-cü il tarixdə anten dairələrinin müəyyən edilməsi üçün müvafiq mobil operatorlarına sorğu verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin xüsusatın araşdırılması üçün müdafiəçi tərəfindən verilmiş vəsatəti təmin edərək müvafiq sorğular göndərmiş və cavabları alınaraq iş materiallarına əlavə edilmişdir. Lakin həmin anten məlumatlarında müdafiəçinin vəsatətində qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmə, evə baxış və götürmə təxirəsalınmaz axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 03 (üç) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə, evə baxış və götürmə, təxirəsalınmaz axtarış və götürmə istintaq hərəkətləri Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında”, xx.xx.2023-cü il tarixli “təxirəsalınmaz axtarış və götürmə aparılması haqqında”, xx.xx.2023-cü il tarixli “Evə baxış və götürmə aparılması haqqında” protokolların məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı vəsatətlə müraciət edərək, cinayət təqibini istisna edən hallar aşkar olunduğunu bildirməklə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmişdir. Məhkəmə, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə elan edilmiş ittihamın məhkəmə baxışı zamanı ittihamdan imtina edən dövlət ittihamçısının həmin mövqeyini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü və 314.2-ci maddələrinə uyğun hesab etmiş, bu səbəbdən də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam vermişdir. Ona görə də məhkəmə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq tədqiq edilmiş sübutlar məcmusuna əsasən Təqsirləndirilən şəxs qarşı yalnız Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə gəldiyi nəticəni şərh etməyi və əsaslandırmağı zəruri hesab edir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaqın ilkin mərhələsi zamanı verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs evindən və X5 yaşadığı evdən aşkar edilən narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin və qurudulmuş marixuananın şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, onun istintaq zamanı verdiyi etirafedici ifadələrini, narkotik vasitələri satış məqsədi ilə əldə etməsi kimi halları birgə qiymətləndirərək hesab edir ki, Dövlət ittihamçısı1 külli miqdarda narkotik vasitə və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs evinə baxış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə və psixotrop maddənin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələri satış məqsədi ilə əldə etməsini, həmçinin narkotik vasitələri İlham adlı tanışına saxlaması üçün verməsinə dair ilkin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrıayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, X8 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 3 (üç) azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, müharibə iştirakçısı olması və müharibə zamanı travma almasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Xəzər rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 16 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Xəzər rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 10104,8 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 3009,2 qram narkotik vasitə heroin, 1108,5 qram narkotik vasitə heroin, 520,1 qram psixotrop maddə metamfetamin, 284,9 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış, evə baxış, təxirəsalınmaz axtarış və götürmə aparılması görüntülərini özündə əks etdirən 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə hesab edir ki, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 570 (beş yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1-1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkiləri 10.104,8 qram qalmış narkotik vasitə-qurudulmuş marixuana, 3009,2 qram və 1108,5 qram narkotik vasitə-heroin, 520,1 qram və 284,9 qram psixotrop maddə-metamfetamin məhv edilsin, şəxsi axtarış, evə baxış, təxirəsalınmaz axtarış və götürmə aparılması görüntülərini özündə əks etdirən 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 192 (yüz doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 570 (beş yüz yetmiş) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-579/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-579/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver