Məhkəmə qərarları › İş №1(101)-58/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-58/2023

03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-58/2023 03.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi - Nümayəndə1, müdafiəçi - Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə 7 oktyabr 1986-cı il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvəllər məhkum olunmamış, "xxxx" MMC-nin rəhbəri vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir; belə ki, o, qardaşı Şahid4 adından 24 avqust 2012-ci tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər idarəsi tərəfindən qeydiyyata alınmaqla ********** nömrəli X5 Nömrəsi (VÖEN) verilmiş, hüquqi ünvanı ünvan 3 həmin dövrdən 9 sentyabr 2014-cü il tarixədək MMC-nin direktoru vəzifəsində işləməklə və həmin tarixdə cinayətdən xəbərsiz olan qardaşı Şahid4 formal olaraq MMC-nin direktoru təyin edilməsini təmin edib 1 oktyabr 2014-cü il tarixdən direktor müavini vəzifəsini yerinə yetirib faktiki olaraq MMC-yə rəhbərliyi özü həyata keçirməklə, 24 avqust 2012-ci tarixdə təsdiq olunmuş Nizamnaməyə əsasən Cəmiyyətin adından qərarlar qəbul etmək, onu təmsil etmək, etibarnaməsiz fəaliyyət göstərmək, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, Cəmiyyətə məxsus əmlakın qorunub saxlanılması, pul vəsaitinin təyinatı üzrə istifadə olunmasına nəzarət etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını dövlət vəsaitini vahid qəsdlə talamaq məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması ilə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 892.645,69 manat (səkkiz yüz doxsan iki min altı yüz qırx beş manat altmış doqquz qəpik) pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilməklə və həmin protokol əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış 19 iyul 2016-cı il tarixli T.F-013/16 nömrəli işlərlə (mallar və xidmətlər) bağlı satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq Nazirlik tərəfindən 14 mart 2017ci il tarixdə MMC-nin "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləşən Abşeron filialında olan AZ10MUGA**********00019AZM19 saylı hesabına köçürülmüş 226.943,82 manat (iki yüz iyirmi altı min doqquz yüz qırx üç manat səksən iki qəpik (ƏDV ilə birlikdə 267.793,71 manat (iki yüz altmış yeddi min yeddi yüz doxsan üç manat yetmiş bir qəpik)), 10 iyul 2017-ci il tarixdə "xxxx" ASC-nin ünvan 6 ünvanında yerləşən 4 saylı filialında olan AZ22GUNA******************** saylı hesabına köçürülmüş 38.575,60 manat (otuz səkkiz min beş yüz yetmiş beş manat altmış qəpik (ƏDV ilə birlikdə 45.519,22 manat (qırx beş min beş yüz on doqquz manat iyirmi iki qəpik)) və 29 dekabr 2017-ci il tarixdə "xxxx" ASCnin ünvan 7 ünvanında yerləşən Baş ofisində olan AZ94MUGA**********00179AZM00 saylı hesabına köçürülmüş 490.959,97 manat (dörd yüz doxsan min doqquz yüz əlli doqquz manat doxsan yeddi qəpik (ƏDV ilə birlikdə 579.332,76 manat (beş yüz yetmiş doqquz min üç yüz otuz iki manat yetmiş altı qəpik)) olmaqla, ümumilikdə 756.479,39 manat (yeddi yüz əlli altı min dörd yüz yetmiş doqquz manat otuz doqquz qəpik (ƏDV ilə birlikdə 892.645,69 manat (səkkiz yüz doxsan iki min altı yüz qırx beş manat altmış doqquz qəpik)) məbləğində pul vəsaitindən 29.950 manatını (iyirmi doqquz min doqquz yüz əlli) tikinti materiallarının alınması üçün 14 mart 2017-ci il tarixdə 214784 nömrəli məxaric orderinə imza edib "xxxx" MMC-nin "xxxx" ASC-nin Abşeron filialında olan AZ10MUGA**********00019AZM19 saylı hesabından nağd şəkildə məxaric etməklə, eləcə də, eyni məqsədlə 596.273,90 manatını (beş yüz doxsan altı min iki yüz yetmiş üç manat doxsan qəpik) ayrı-ayrı ödəniş tapşırıqları əsasında müxtəlif hüquqi şəxslərin hesabına köçürməklə, o cümlədən 15 mart 2017-ci il tarixdə həmin hesabdan 34.040 (otuz dörd min qırx) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ07AVRA******************** saylı, həmin tarixdə eyni hesabdan 121.150 (bir yüz iyirmi bir min bir yüz əlli) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ51VTBA**********4873AZN001 saylı, 10 iyul 2017-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASC-nin 4 saylı filialında olan AZ22GUNA******************** saylı hesabından 18.160 (on səkkiz min bir yüz altmış) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-də olan AZ90BBTB******************** saylı, 5 yanvar 2018-ci il tarixdə "xxxx" MMC-nin "xxxx" ASCnin Baş ofisində olan AZ94MUGA**********00179AZM00 saylı hesabından 13.000 (on üç min) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-nin Promo filialında olan AZ85BBTB******************** saylı, həmin tarixdə eyni hesabdan 34.980 (otuz dörd min doqquz yüz səksən) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" QSC-nin Binəqədi filialında olan AZ19ACAB******************** saylı, 8 yanvar 2018-ci il tarixdə eyni hesabdan 67.259,60 manat (altmış yeddi min iki yüz əlli doqquz manat altmış qəpik) pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ82ATAZ******************** saylı, həmin tarixdə eyni hesabdan 28.202,15 manat (iyirmi səkkiz min iki yüz iki manat on beş qəpik) pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ18PAHA40060AZNHCO190046462 saylı, 10 yanvar 2018-ci il tarixdə eyni hesabdan 15.000 (on beş min) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ31AİİB******************** saylı, həmin tarixdə eyni hesabdan 6.285,35 manat (altı min iki yüz səksən beş manat otuz beş qəpik) pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan AZ98NİCB**********0001A40060 saylı, həmin tarixdə eyni hesabdan 46.306,80 manat (qırx altı min üç yüz altı manat səksən qəpik) pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan AZ03NİCB**********0001A40060 saylı, 12 yanvar 2018-ci il tarixdə eyni hesabdan 28.600 (iyirmi səkkiz min altı yüz) manat pul vəsaitini "xxxx" MMCnin "xxxx" ASC-nin Mərkəzi filialında olan AZ86MUGA**********03654AZM03 saylı, 15 yanvar 2018-ci il tarixdə eyni hesabdan 30.000 (otuz min) manat pul vəsaitini "xxxx" MMCnin "xxxx" ASC-də olan AZ40AZF********************1 saylı, həmin tarixdə eyni hesabdan 49.700 (qırx doqquz min yeddi yüz) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASCdə olan AZ90BTBB******************** saylı, həmin tarixdə eyni hesabdan 19.605 (on doqquz min altı yüz beş) manat pul vəsaitini “X42” MMC-nin "xxxx" QSC-nin Xırdalan filialında olan AZ34ACAB******************** saylı, 16 yanvar 2018-ci il tarixdə eyni hesabdan 15.510 (on beş min beş yüz on) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" QSC-nin Binəqədi filialında olan AZ19ACAB******************** saylı, 18 yanvar 2018-ci il tarixdə eyni hesabdan 51.480 (əlli bir min dörd yüz səksən) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan AZ52NİCB**********0001A40060 saylı, 22 yanvar 2018-ci il tarixdə eyni hesabdan 16.995 (on altı min doqquz yüz doxsan beş) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-nin AZ90BBTB******************** saylı hesabına köçürməklə və həmin hüquqi şəxslərdən qeyd edilən dəyərdə tikinti materialları alıb həmin tikinti materiallarının bir hissəsini müqavilə üzrə nəzərdə tutulan işlərin görülməsinə sərf edib əksər hissəsini isə özünün borclarının əvəzinə ayrı-ayrı şirkətlərə və şəxslərə verməklə, habelə 130.255,49 (bir yüz otuz min iki yüz əlli beş manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaitini MMC-nin vergi, sosial sığorta ödəmələri və bank xərcləri üzrə istifadə edib, müqavilədə nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq, Lənkəran rayonu Digah kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 16.849,41 manat, Lənkəran rayonu Nərimanabad kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 16.410,63 manat, Lənkəran rayonu Bürcəli kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 35.047,76 manat, Lənkəran rayonu Siyar kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 17.488,17 manat, Lerik rayonu Əliabad kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 80.615,05 manat, Lerik rayonu Küsəkəran kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 57.415,50 manat, Lerik rayonu Noda kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 80.615,05 manat, Lerik rayonu Cangəmirən kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 19.025,32 manat, Yardımlı şəhərində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 79.744,21 manat, Masallı şəhərində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 19.168,95 manat, Masallı şəhərində inşa edilmiş digər 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 19.098,15 manat, Astara rayonu Hamuşan (Kijəvə) kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 57.415,50 manat və Astara rayonunda inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 16.180,97 manat dəyərində, ümumilikdə 515.074,67 manat (beş yüz on beş min yetmiş dörd manat altmış yeddi qəpik) dəyərində işləri yerinə yetirməyib, ayrılmış vəsaitin cəmi 241.404,72 manatını (iki yüz qırx bir min dörd yüz dörd manat yetmiş iki qəpiyini) müqavilə üzrə nəzərdə tutulan işlərin görülməsinə sərf edib, 14 mart 2017-ci il tarixdən 22 yanvar 2018-ci il tarixədək olan dövr ərzində həmin işlərin tamamlanması üçün zəruri olan və Nazirlik tərəfindən ayrılaraq faktiki rəhbərlik etdiyi Cəmiyyətin bank hesablarına köçürülməklə ona etibar edilmiş cəmi 515.074,67 manat (beş yüz on beş min yetmiş dörd manat altmış yeddi qəpik) pul vəsaitini bank hesabından nağd şəkildə çıxarmaqla, ayrı-ayrı hüquqi şəxslərdən aldığı tikinti materiallarını digər şəxsi məqsədləri üçün istifadə etməklə, habelə MMC-nin hazırkı müqavilə ilə bağlı olmayan öhdəliklərinin icrasına yönəltməklə öz qulluq mövqeyindən istifadə edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurub mənimsəməklə talamış, əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.4 və 308.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, ifadəsini yazılı formada məhkəməyə təqdim edərək göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə rəhbəri olduğu "xxxx" MMC arasında bağlanmış tender müqaviləsi əsasında hesabına köçürülmüş bütün pul vəsaitini ona həvalə edilmiş 13 yaşayış evlərinin təmir-tikinti işlərinə xərcləmiş, bütün ödənişlər və xərcləmələr ancaq nağdsız formada bank hesablaşmaları qaydasında aparılmış, dövlət tərəfindən "xxxx" MMC-nin bank hesablarına köçürülmüş cəmi 756.479,39 manat pul məbləğindən bir manat da olsun mənimsəməmiş, onunla Əmək və Əhalinin Sosial Müdafiəsi arasında münasibətlər mülki xarakterli olmuş, Nazirliyə onun borcu qalmamış, əksinə Nazirliyin digər tenderlər üzrə ona 157.000 manat məbləğində borcu qalmışdır. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq edilmiş ifadəsində də ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə təqsirli bilməyərək göstərmişdir ki, "xxxx" MMC xx.xx.2012-ci il tarixdə 11 saylı Ərazi Vergilər Departamentində qeydiyyata alınmış və müəssisəyə ********** nömrəli VÖEN verilmişdir. xx.xx.2012-ci il tarixdən "xxxx" MMC-nin direktoru işləmiş, müəssisəni qardaşı Şahid4 təsis etsə də, sonuncu xx.xx.2014-cü il tarixdən müəssisəyə direktor təyin olunmuş, bundan sonra xx.xx.2014-cü il tarixdən direktor müavini işləyərək faktiki olaraq bütün işlər onun tərəfindən görülmüş və görülən işlərə də rəhbərlik etmişdir. MMC-nin hüquqi ünvanı ünvan 8arında təmir-tikinti işlərini həyata keçirmişdir. 2014-cü ilin noyabr ayında dostu Madər Quliyev vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin direktoru Natik Əzizovu tanımış, 2014-cü ilin noyabr ayının əvvəllərində Madərlə birlikdə Natikin iş otağında görüşən zaman sonuncu Şəhid ailələrinə və Qarabağ müharibəsinin əlillərinə dövlət tərəfindən Respublikanın regionlarında fərdi yaşayış evlərinin tikintisini ona həvalə edəcəyini və bağlanacaq müqavilənin şərtlərinə uyğun olaraq avans və işlər görüldükcə digər ödənişlərin həyata keçiriləcəyini bildirmişdir. "xxxx" MMC ilə Nazirlik arasında 2014-cü ilin noyabr ayının 28-i Ağstafa və Füzuli rayonlarında ümumi məbləği 732.639 manat məbləğində cəmi 12 evin tikintisi barədə müqavilə bağlanmış, 2014-cü ilin dekabr ayında Natik ona əlavə olaraq Beyləqan rayonunda da tikinti işləri vermiş və bu barədə müqavilə bağlanmışdır. Beyləqan rayonunda evlərin tikilməsi ilə əlaqədar müqavilə dostu Ruhlan Qurbanova məxsus "xxxx" MMC ilə bağlanmış, ancaq yenə də bütün işləri onun tərəfindən görülmüşdür. Müqavilənin şərtlərinə görə həmin evlərin tikintisi 6 ay müddətində, yəni 2015-ci ilin may ayında başa çatmalı olsa da, Nazirlik tərəfindən ödənişlər gecikdirildiyindən və tikinti işlərini dayandırmaq mümkün olmadığından tikinti işləri davam etdirilmiş, fəhlələrin əmək haqları və tikinti işləri üçün tələb olunan mal-materiallar şəxsi vəsaiti hesabına alınmış, işlərin görülməsini təsdiq edən forma-2 aktları tərtib olunsa da, Nazirlik tərəfindən ödənişlər vaxtından çox daha sonralar ödənilmişdir. "xxxx" MMC ilə bağlanılan müqavilənin dəyəri 354.000 manat olmuş, Beyləqandakı 6 evin tikintisi 2016-cı ilin may ayında tam şəkildə başa çatmış, evlər təhvil-təslim edilsə də, Nazirliyin həmin 6 evə görə ona 97.000 manat borcu qalmışdır. Beyləqan, Ağstafa və Füzuli rayonlarında tikilən evlərin hər birinə Nazirliyin rəhbərliyi tərəfindən order sənədi verilmiş, üzləşmə aktlarına əsasən Nazirliyin ona 108.000 manat borcu olduğu göstərilsə də, bank sənədləri ilə bu məbləğ 157.000 manat olmuşdur; 19 iyul 2016-cı il tarixdə Masallı, Lerik, Astara, Yardımlı və Lənkəran rayonlarında cəmi 13 fərdi yaşayış evinin tikintisi barədə ümumilikdə 892.645,69 manat məbləğində "xxxx" MMC ilə Nazirlik arasında müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən tikinti işlərinin 16 ay müddətinə başa çatdırılması nəzərdə tutulmuşdur. 2017-ci ilin mart ayından başlayaraq bu işlərin görülməsinə görə 892.645,69 manat pulun hamısı hissə-hissə "xxxx" MMC-nin bank hesabına köçürülmüş və pul MMC-nin hesabında olmuşdur. 2018-ci ilin aprel ayında müqavilədə nəzərdə tutulmuş 13 evdən 11-ni tam şəkildə tikib qurtarmış, ancaq Nazirlik əvvəlki müqavilədən qalan 157.000 manat borcu ona ödəməmiş, dəfələrlə həmin pulu onlardan tələb etsə də, həmin pul ona ödənilmədiyi üçün qalan 2 evin tikintisini tam başa çatdırmamış, evlərin təxminən 30.000 manat məbləğində işi qalmışdır. Sabiq nazir Səlim Müslümovun rəhbərliyi dövründə Masallı, Lerik, Astara, Yardımlı və Lənkəran rayonlarında qeyd olunan 13 evin tikintisi zamanı forma 2 aktları tərtib olunaraq imzalanmış, lakin yeni nazir təyin olunduqdan sonra dəfələrlə gördüyü işlərə görə baxış keçirilməsi və forma 2 aktı tərtib olunmasını tələb etsə də, Nazirliyin vəzifəli şəxsləri həmin sənədin tərtib olunmasından imtina etmiş və "xxxx" MMC tərəfindən 480.000 manat məbləğdə işlərin yerinə yetirilməməsi barədə prokurorluğa müraciət olunmuşdur. Qeyd olunan müqavilə üzrə Masallı şəhərində 2 ev, Lənkəran rayonunda 4 ev, Astara rayonunda 1 ev, Yardımlı rayonunda 1 ev, Lerik rayonunda 1 evin tikinti işləri başa çatdığından bununla əlaqədar Nazirliklə MMC arasında yerinə yetirilmiş işlərin qəbulu aktı olan forma 2 yazılaraq qarşılıqlı imzalarla təsdiqlənmişdir. Forma 2 aktları onun tərəfindən imzalanmış və MMC-nin möhürü vurulmaqla təsdiqlənmişdir. Bir sıra işləri isə Nazirliyin ona olan borcunu qaytarmaması səbəbindən tam olaraq yerinə yetirməmişdir; 19 iyul 2016-cı il tarixli işlər üzrə satınalma müqaviləsi və digər sənədlərdə Şahid4 adı olan qrafalarda qardaşı imza etmiş, forma 2 sənədlərində adı yazılan yerlərə isə onun tərəfindən imza çəkilmişdir. xx.xx.2016-cı il tarixli işlər üzrə satınalma müqaviləsi, həmin tarixli müqavilənin xüsusi şərtləri, müqavilənin xüsusi şərtlərinə əlavə, xx.xx.2016-cı il tarixli işlər üzrə satınalma müqaviləsinə edilmiş xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavədə "xxxx" MMC adından olan imzaları qardaşı Şahid4 icra etmiş, xx.xx.2017-ci il tarixli müqaviləyə dəyişiklik edilməsi barədə müqavilədə adının qarşısında olan imza, xx.xx.2017-ci il tarixli 579.332,76 manat, 2017-ci ilin mart ayında 267.793,71 manat və xx.xx.2017-ci tarixli 45.519,21 manat vəsaitin ödənilməsi barədə olan hesab fakturalarda “rəhbər” qrafalarındakı imzalar, həmin tarixli elektron qaimələrdə, elektron vergi hesab fakturalarında “Alışanlı” soyadından əvvəlki imzalar ona məxsus olmuş və bu sənədlərə "xxxx" MMC-yə məxsus möhür vurulmuşdur. xx.xx.2017-ci il tarixli 214784 nömrəli məxaric orderində onun adı yazılmış, imzalar qrafasındakı birinci imza ona məxsus olmuş, bu pulu tikinti materialları almaq məqsədilə bankdan almışdır. MMC-yə faktiki olaraq rəhbərlik etdiyi üçün möhür də daim onda olmuş və zəruri sənədlərin möhürlənməsində istifadə etmişdir. Fərdi yaşayış evlərinin tikintisinə özü rəhbərlik və nəzarət etmişdir. Lerik, Yardım, Masallı, Astara və Lənkəran rayonlarında fərdi yaşayış evlərinin tikilməsi üçün tenderdə qalib gəlmək üçün heç kimə hər hansı məbləğdə pul və ya başqa maddi nemət verməmiş, rəsmi olaraq digər şirkətlərlə birlikdə tenderdə iştirak edib ən uyğun variantı təklif etdiyi üçün qalib gəlmişdir; 19 iyul 2016-cı il tarixli işlər üzrə satınalma müqaviləsi üzrə ilkin olaraq xx.xx.2017ci il tarixdə 226.943,82 manat məbləğində vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "xxxx" ASC-nin Abşeron filialında olan **********00019AZM19 nömrəli, xx.xx.2017-ci il tarixdə 38.575,60 manat məbləğində vəsait Cəmiyyətin "xxxx" ASC-nin 4 saylı filialında olan ******************** nömrəli, xx.xx.2017-ci il tarixdə 490.959,97 manat isə "xxxx" ASC-də olan **********00179AZM001 nömrəli hesabına ƏDV-siz olaraq köçürülmüşdür. 226.943,82 manat məbləğin 297,52 manatı qarantiya məktubunun faizinə silinmiş, xx.xx.2017-ci il tarixdə armatur alınması üçün 34.040 manat, 121.150 manat məbləğində vəsait "xxxx" MMC-dən inşaat materialları və mətbəx mebellərinin alınmsına, səyyar vergi yoxlamasının sanksiyasına görə 24.936 manat, mənfəət vergisinə görə 15.907 manat məbləğində pul köçürmə yolu ilə hesabdan hesaba transfer edilmişdir. xx.xx.2017-ci il tarixdə köçürülmüş 38.575,60 manat məbləğində vəsait kafel və metlax alınması üçün sərf olunmuş, pulun bir hissəsi əmək haqqından tutulan gəlir vergisinə, bir hissəsi vergi sanksiyasının ödənilməsinə sərf edilmişdir. xx.xx.2017-ci il tarixdə köçürülmüş 490.959,97 manat məbləğində vəsaitin 25.968,60 manatı xx.xx.2017-ci il tarixdə əmək haqqı, 129,84 manatı bunun faizi, 1780 manatı gəlir vergisi, 2,67 manat bunun faizi, 4844,40 manatı aylıq əmək haqqından 22 faiz DSMF-yə köçürmə, 7,27 manat bunun faizi, 660,60 manat işçilərlə bağlı 3 faiz DSMF ödənişi, 1 manat bunun faizi, zəmanət məktubuna əsasən 451,08 manat faiz pulu isə banka köçürülmüşdür. xx.xx.2018ci il tarixdə 13.000 manat pul vəsaiti xx.xx.2018-ci il tarixli müqavilə əsasında mətbəx mebelinin alınması, 34.980 manat pul vəsaiti xx.xx.2018-ci il tarixli müqavilə əsasında taxta alınması, 67.259,60 manat xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən mal-materialın alınması, 28.202,15 manat xx.xx.2018-ci il tarixli müqavilə əsasında sement alınması, 15.000 manat pul vəsaiti xx.xx.2017-ci il tarixli müqavilə əsasında mal-materialın alınması, 6285,35 manat məbləğində pul vəsaiti xx.xx.2018-ci il tarixli 030030 nömrəli müqavilə əsasında material alınması, 46.306,80 manat məbləğində pul vəsaiti xx.xx.2018-ci il tarixli 029569 nömrəli müqavilə əsasında material alınması, 28.600 manat məbləğində pul vəsaiti xx.xx.2018-ci il tarixli 174498 nömrəli müqavilə əsasında elektrik mallarının alınması, 30.000 manat pul vəsaiti xx.xx.2018-ci il tarixli müqavilə əsasında mal-material alınması, 49.700 manat, 19605 manat, 15510 manat, 51480 manat, 16.995 manat məbləğində pul vəsaitləri mal-material alınması üçün hesabdan hesaba köçürülmüşdür. "xxxx" MMC barəsində səyyar vergi yoxlaması keçirilərək xx.xx.2017-ci il tarixli aktla rəsmiləşdirilmiş, aktla yoxlanılan dövr xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixədək olan dövrü əhatə etmiş, Ağstafa və Füzuli rayonlarında aparılan fərdi evlərin tikintisinə görə vergiyə ödəmədiyi səyyar vergi yoxlamasının sanksiyasına görə 24936 manat, mənfəət vergisinə görə 15907 manat məbləğində pul sonradan onun razılığı ilə Lənkəran, Lerik, Yardımlı, Masallı və Astara rayonlarənda tikiləcək evlərə görə ödənilmiş pul vəsaitindən ödənilmişdir. "xxxx" MMC "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən (əvvəlki adı “X42” MMC olub) müxtəlif inşaat materialları almış, alınan materialların əsas hissəsi evlərin tikintisinə sərf edilmiş, tikintisi başa çatmamış evlərin materiallarını isə əvvəlki tikinti işlərinin aparılmasına görə olan borclarının əvəzinə ayrı-ayrı şirkətlərə və şəxslərə vermiş, lakin həmin şirkətləri və şəxslərin kimliyini xatırlamamışdır (3-cü cild iş vərəqi 91-102, 244-246, 4-cü cild iş vərəqi 37-40, 5-ci cild iş vərəqi 17-23, 130-133, 256-262, 7-ci cild iş vərəqi 237-240). Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əməlləri nəticəsində qanuni mənafelərini təmsil etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 515.074,67 manat ziyan dəymiş, ziyandan əvəzləşdirmə qaydasında 81.085,81 manat Nazirliyə ödənilmişdir. Qalan ziyanın ödənilməsi barədə mülki iddialarını məhkəməyə təqdim etmişlər və mülki iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətində Tikintiyə nəzarət şöbəsinin aparıcı mühəndisi Şahid1 ifadə verərək göstərmişdir ki, o, "xxxx" MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlanmış müqavilə əsasında tikilmiş 13 evə baxış keçirilməsində Nazirliyinin tapşırığı ilə iştirak etmiş, baxış zamanı tikilmiş evlərdə bir sıra qüsurları aşkar etmiş, vurulmuş ziyanları hesablayaraq bu barədə cədvəllər tərtib etmişdir. Onunla birlikdə həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətində Tikintiyə nəzarət şöbəsində mühəndis işləyən Şahid2 da iştirak etmiş və sonuncu ilə həmin cədvəlləri birlikdə tərtib etmişlər. Dövlət ittihamçısının vəsatəti əsasında məhkəmədə verdiyi ifadəsi tam və dolğun olmaması səbəbindən Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, həmin ifadəsində Şahid1 göstərmişdir ki, 19 iyul 2016-cı il tarixdə Masallı, Lerik, Astara, Yardımlı və Lənkəran rayonlarında cəmi 13 ədəd fərdi yaşayış evinin tikilməsi barədə tenderdə "xxxx" MMC qalib gəldiyi üçün MMC ilə Nazirlik arasında T.F-013/16 nömrəli işlər (mallar və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Masallı rayonunda 2 ev, Lənkəran rayonunda 4 ev, Yardımlı rayonunda 1 ev, Astara rayonunda 2 ev, Lerik rayonunda isə 4 ədəd 3 otaqlı fərdi yaşayış evinin 892.645,69 manata tikilməsi barədə MMC ilə razılığa gəlmiş, "xxxx" MMC qeyd olunan rayonlarda tikinti quraşdırma işlərini yerinə yetirməyi və işlərin müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda aşkar olunmuş qüsurların aradan qaldırılmasını öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin direktoru və təsisçisi sənəd üzərində Şahid4 olsa da, işlərə faktiki rəhbərlik və nəzarəti Təqsirləndirilən şəxs həyata keçirmişdir. Müqavilə üzrə 1 ədəd üç otaqlı fərdi yaşayış evinin tikintisi üçün ƏDV daxil olmaqla 68.665,05 manat vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur. Müqavilə şərtlərinə əsasən MMC 16 ay müddətinə bu müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib tikinti quraşdırma işlərini sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməyi, müqavilənin icrası ilə əlaqədar olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra imzalamağı öhdəsinə götürsə də, müqavilədə nəzərdə tutulmuş müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə təhvil verilməmişdir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evlərinin tikinti işlərinin başa çatdırılmalıdır. Buna görə də qeyd olunan tikintilərə yerində baxış keçirmək üçün Nazirliyin rəhbərliyinin tapşırığı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətində Tikintiyə nəzarət şöbəsində mühəndis işləyən Şahid2 5 oktyabr 2020-ci il tarixdən 8 oktyabr 2020-ci ilədək qeyd olunan 5 rayona ezam edilmişlər. Həmin müddət ərzində Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evlərinə yerində baxış keçirilmiş və qeyd olunan fərdi yaşayış evlərinin hər birinə münasibətdə tamamlama işlərinin başa çatdırılması üçün tələb olunan vəsaitə dair xərclər smetası tərtib edilmişdir. Belə ki, baxış zamanı müəyyən edilmişdir ki, Lənkəran rayonu Digah kəndində X8 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 16.849,41 manat, Lənkəran rayonu Nərimanabad kəndində X15 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 16.410,63 manat, Lənkəran rayonu Bürcəli kəndində X16 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 35.047,76 manat, Lənkəran rayonu Siyar kəndində X30 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 17.488,17 manat, Lerik rayonu Əliabad kəndində X17 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 80.615,05 manat, Lerik rayonu Küsəkəran kəndində Şahid9 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 57.415,50 manat, Lerik rayonu Noda kəndində X25 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 80.615,05 manat, Lerik rayonu Cangəmirən kəndində X18 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 19.025,32 manat, Yardımlı şəhərində X9 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 79.744,21 manat, Masallı şəhərində Şahid8 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 19.168,95 manat, Masallı şəhərində Əkbərov Mirzə üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 19.098,15 manat, Astara rayonu Hamuşan (Kijəvə) kəndində X19 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 57.415,5 manat, Astara rayonunda X23 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün 16.180,97 manat, cəmi 515.074.67 manat məbləğində vəsait tələb olunur. Bu barədə hər bir fərdi yaşayış evi üzrə tələb olunan işlərin adı, ölçü vahidi, miqdarı, dəyəri qeyd edilməklə cədvəllər tərtib edilmişdir. Lerik rayonu Əliabad kəndində X17 üçün inşa edilməsi nəzərdə tutulmuş və həmin rayonun Noda kəndində X25 üçün inşa edilməsi nəzərdə tutulmuş 3 otaqlı fərdi yaşayış evlərinin yalnız bünövrəsi betonlanmış, həmin işlər tamamilə keyfiyyətsiz icra edildiyindən bünövrələr hazırda tamamilə yararsız vəziyyətdədir. Ona görə də həmin evlərin tamamilə yenidən tikilməsi məqsədə uyğundur. Yardımlı şəhərində X9 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikintisi çox keyfiyyətsiz icra edildiyindən həmin evin yükgötürən divarlarında üfüqi və şaquli xəttlər şəklində dərin çatlar əmələ gəldiyindən həmin evdə yaşamaq insan həyatı üçün təhlükəlidir, yəni həmin ev qəzalı vəziyyətdədir. Ona görə də həmin evin sökülərək yenidən inşa edilməsi məqsədə müvafiqdir (7-ci cild iş vərəqi 128-133). Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Tikilməkdə olan Obyektlərin Müdiriyyətində Tikintiyə nəzarət şöbəsində mühəndis işləyən Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 2010-cu ildən 2018-ci ilin dekabr ayına kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Tikilməkdə olan X2 nəzarət şöbəsində apacıcı mütəxəssis vəzifəsində işləmişdir. Aparıcı mütəxəssis kimi vəzifəsi obyektlərdə görülmüş işlərə baxış keçirmək, tikilərək təhvil verilmiş obyektlərin hesabatlarını forma-2 sənədləri əsasında qəbul etmək və layihə smeta sənədlərinə uyğun tikilməsini yoxlamaqdan ibarət olmuşdur. ƏƏSMN-nin sifarişləri əsasında tikintilər layihə smeta sənədlərinə uyğun görülmüş, tikintilərin aparılması üçün layihə smeta sənədləri Nazirliyin sifarişi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” institunu tərəfindən hazırlanmış, həmin X3 Baş Ekspertiza idarəsinin rəyi əsasında Nazirliyin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən tikintinin ehtimal dəyəri müəyyənləşdirilmiş, bundan sonra tender və kotirovka üsulu ilə sifarişlər verilərək tikinti aparılmasına başlanılmışdır. Podratçı işləri gördükdən sonra Nazirliyə bu barədə məlumat vermiş, texniki nəzarətçinin iştirakı ilə tikintiyə baxış keçirilib görülmüş işlərin həcmi barədə forma-2 sənədi yazılmış, bəzən də podratçı özü görülmüş işlərin həcmi barədə məlumat vermiş və sonradan texniki nəzarətçi həmin işləri yoxlamaq üçün tikintiyə baxış keçirmişdir. Yekunda görülmüş işlərin həcmi barədə forma-2 sənədi tərtib olunmuş, podratçı, texniki nəzarətçi, yəni mütəxəssis, texniki nəzarət şöbəsinin və Layihə smeta sənədlərinə nəzarət şöbəsinin müdirləri həmin sənədi təsdiqləmişlər. "xxxx" MMCnin direktoru və təsisçisi Şahid4 olsa da, işlərə faktiki rəhbərlik və nəzarəti Təqsirləndirilən şəxs həyata keçirmiş və təqdim olunan forma-2 sənədlərini Təqsirləndirilən şəxs, bəzən də qardaşı imzalayaraq MMC-nin möhürü ilə möhürləyib təsdiqləmişlər. 19 iyul 2016-cı il tarixdə Masallı, Lerik, Astara, Yardımlı və Lənkəran rayonlarında cəmi 13 ədəd fərdi yaşayış evinin tikilməsi barədə tenderdə "xxxx" MMC qalib gəldiyi üçün MMC ilə Nazirlik arasında işlər (mallar və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Masallı rayonunda 2 ev, Lənkəran rayonunda 4 ev, Yardımlı rayonunda 1 ev, Astara rayonunda 2 ev, Lerik rayonunda isə 4 ədəd 3 otaqlı fərdi yaşayış evinin cəmi 892.645,69 manata tikilməsi barədə MMC ilə razılığa gəlmiş, "xxxx" MMC qeyd olunan rayonlarda tikinti quraşdırma işlərini yerinə yetirməyi və işlərin müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda aşkar olunmuş qüsurların aradan qaldırılmasını öhdəsinə götürmüşdür. Müqavilə üzrə 1 ədəd üç otaqlı fərdi yaşayış evinin tikintisi üçün ƏDV daxil olmaqla 68.665,05 manat vəsaitin xərclənməsi nəzərdə tutulmuşdur. Bu müqavilə ilə "xxxx" MMC tərəfindən görülmüş işlərin həcminin forma-2 sənədləri ilə iş həcmləri cədvəllərinə və layihə smeta sənədlərinə uyğunluğu onun tərəfindən podratçının iştirakı ilə yoxlanılmış, görülmüş işlərin həcmi barədə forma-2 sənədləri tərtib edilmiş, o və yuxarıda qeyd etdiyi şöbə müdirləri tərəfindən həmin sənəd imzalanmışdır. Müqavilə 19 iyul 2016-cı il tarixdə bağlanıb 16 ay ərzində bu işlərin görülməsi nəzərdə tutulsa da, müqavilədə nəzərdə tutulmuş müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs tərəfindən işlər tam həcmdə təhvil verilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən sonradan görülmüş işlər təhvil verilmədiyi üçün işlədiyi dövrdə sonradan həmin obyktlərə baxış keçirməmiş, "xxxx" MMC tərəfindən sonra qeyd olunan rayonlarda hansı işlərin görülməsi, hansı həcmdə işlərin qalması, eləcə də ƏƏSMN-nin "xxxx" və "xxxx" MMC-yə hansı miqdarda borcunun olması barədə məlumatı olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, 2017-ci ildən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərək müəssəsinin fəaliyyətinə rəhbərlik və nəzarət edir. MMC ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərmiş, cəmiyyət armaturların topdan satışı ilə məşğul olub məhsulları “Baku steel company”dən alaraq satışını həyata keçirmişdir. "xxxx" MMC-nin rəhbəri Tural və ya Şahid4 şəxsən tanımamış, onlarla hər hansı münasibəti olmamış, bu müəssisəni müştəri kimi tanımışdır. Belə ki, 2017-ci ilin mart ayında "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs işlədiyi müəssisəyə gələrək armatur almaq istədiyini söyləmiş, bundan sonra müqavilə hazırlanıb təqdim olunmuş, həmin müəssisənin rəhbəri kimi Təqsirləndirilən şəxs tərəfindən imzalanıb cəmiyyətin möhürü ilə möhürləndikdən sonra 40 ton armaturun alınması üçün 34.040 manat pul rəhbərlik etdiyi MMC-nin "xxxx" ASC-də olan hesabına köçürülmüş və qaimə əsasında alqı-satqı aparılmışdır. Pul MMC-nin hesabına köçürülməmişdən əvvəl elektron vergi hesab fakturası yazılmış, sonradan "xxxx" MMC tərəfindən pul rəhbəri olduğu cəmiyyətin hesabına köçürülmüş və armaturlar müştəriyə təhvil verilmişdir. xx.xx.2017-ci il tarixli 678664 nömrəli qaimə faktura əsasında 40 ton armatur Təqsirləndirilən şəxs təhvil verilmiş və qaimə həmin MMC-nin möhürü ilə möhürlənmişdir. Bu müqavilə üzrə faktiki olaraq satışlar həyata keçirilərək məhsullar müştəri tərəfindən alınmış, alınmış məhsulların harada və hansı şəraitdə istifadə olunması barədə xəbəri olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, 07 yanvar 2019-cu il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsində işləsə də, bundan əvvəl də müəssəsinin fəaliyyətinə özü rəhbərlik və nəzarət etmişdir. "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Bu MMC-nin təsisçisi və direktoru Şahid4 olsa da, işlərə faktiki rəhbərliyi və nəzarəti Təqsirləndirilən şəxs etmiş, kafel, metlax və taxta materialların alınması ilə sonuncu özü məşğul olmuş, lakin MMC ilə imzalanan xx.xx.2017-ci il tarixli müqaviləni Turalın qardaşı Ülvi imzalamışdır. Müqavilə əsasında "xxxx" MMC-yə xx.xx.2017-ci il tarixdə 18.160 manat dəyərində metlax tava və kafel, xx.xx.2018-ci il tarixdə 1 dəfə 49.700 manat dəyərində taxta, kafel və metlax, həmin günü ikinci dəfə 16.995 manat dəyərində taxta satılmışdır. Bu mallar hamısı Təqsirləndirilən şəxs tərəfindən rəhbərlik etdiyi MMC-dən alınmış, alqı-satqı ilə bağlı razılaşma protokolları əvvəlcədən tərtib olunsa da, "xxxx" MMC tərəfindən rəhbərlik etdiyi şirkətə pul vəsaitləri sonradan daxil olduğu üçün bununla bağlı elektron qaimələr də malların satıldığı tarixlərdə tərtib olunmuşdur. xx.xx.2018-ci il tarixdə iki dəfə satışın həyata keçirilməsi də ayrı-ayrı razılaşma protokolunun olması ilə əlaqədar olmuşdur. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X20 ifadə verərək göstərmişdir ki, o, şəhid qardaşıdır və Təqsirləndirilən şəxs tərəfindən Astara rayonunun Seləkəran kəndində anası X10 adına dövlət tərəfindən nəzərdə tutulmuş sosial proqram çərçivəsində ev tikilmiş və ona təhvil verilmişdir. Həmin evin təməli 2017-ci ilin may ayında qoyulmuş, işlər 2018-ci ildə yekunlaşmışdır, ev tam şəkildə tikilmiş, yarımçıq heç bir iş qalmamış, ev tam təmirli olmuş, Təqsirləndirilən şəxs özü evi tam yoxladıqdan sonra çıxıb getmiş, evdə mətbəx mebeli, otaqların divar kağızları (oboyu), qapısı, elektrik piltəsi olmuşdur, Turlan Alışanlınını fəaliyyətindən tam razı qalmışdır. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X31 ifadə verərək göstərmişdir ki, Lənkəran rayonunun Digah kəndindəki ev Sosial Müdafiə Nazirldiyi tərəfinin sifarişi əsasında Təqsirləndirilən şəxs tərəfindən şəhid ailəsi olan qızı X11 üçün tikilmiş və ev onlara tam şəkildə təhvil verilmişdir. Həmin ev il yarıma tikilmiş, bir müddət, yəni cəmi 3 ay ərzində tikinti dayandırılmış, sonra isə davam etdirilib 2018-ci ildə başa çatdırılmışdır. Ev tam təmirli olmuş, tikintinin keyfiyyətindən tam razı qalmışlar, Təqsirləndirilən şəxs və onun gördüyü işdən narazıçılıqları və şikayətləri olmamışdır. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X21 ifadə verərək göstərmişdir ki, Masallı şəhərinin Şəhriyar küçəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinn sifarişi ilə "xxxx" MMC tərəfindən şəhid ailəsi olduğuna görə tikilmişdir. Təqsirləndirilən şəxs tərəfindən tikilmiş ev tam hazır vəziyyətdə ona təhvil verilsə də, Nazirlik tərəfindən ev ona təhvil verilməmişdir, ev tam təmirlidir və heç bir problemi yoxdur, evin keyfiyyətindən və Təqsirləndirilən şəxs işindən tam razıdırlar. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmşidir ki, Lerik rayonunun Küsəkəran kəndində yaşayır. Oğlu 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüşdür. Bu səbədən dövlət tərəfindən onun üçün ev tikilmiş, lakin evin tikintisi yarımçıq qalmışdır, evin damı olsa da, qapı və pəncərələri qoyulmamışdır, evin tikildiyi Küsəkəran kəndi ucqar dağ kəndidir, həmin kəndə mal-materialın daşınması çox çətin başa gəlir, Təqsirləndirilən şəxs həmin evi tikərkən sonuncunun çox əziyyət çəkdiyinin şahidi olmuşdur, ev yarımçıq tikilsə də Təqsirləndirilən şəxsı gördüyü işdən narazı deyil, sonuncuya qarşı şikayəti də yoxdur. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, "xxxx" MMC xx.xx.2012-ci il tarixdə 11 saylı Ərazi Vergilər Departamentində qeydiyyata alınmış və müəssisəyə ********** nömrəli VÖEN verilmişdir. MMC-nin təsisçisi və direktoru Şahid4 olmuş, cəmiyyətin hüquqi ünvanı ünvan 9 bütün işlərə Təqsirləndirilən şəxs rəhbərlik və nəzarət etmiş, eyni zamanda müəssisənin fəaliyyəti ilə bağlı mühüm qərarlar sonuncu tərəfindən qəbul edilmişdir. Cəmiyyət Bakı şəhəri və Respublikanın regionlarında təmir tikinti işlərini həyata keçirməklə məşğul olmuşdur. 2014-cü ilin sentyabr ayından MMC ilə xidmət müqaviləsi bağlayaraq mühasib kimi müəssisəyə xidmət göstərmiş, mühasib kimi vəzifəsi müəssisənin fəaliyyəti ilə bağlı vergi hesabatları, DSMF ödənişlərini tərtib etmək və təqdim etməkdən, eyni zamanda müəssisəsinin gəlir və xərclərini hesablamaqdan ibarət olmuşdur. 2014-cü ilin noyabr ayında "xxxx" MMC-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən kotirovka üsulu vasitəsi ilə Ağstafa və Füzuli rayonlarında şəhid ailələri və Qarabağ müharibəsinin əlilləri üçün fərdi evlərin tikilməsi barədə təklif göndərilmiş, bu təklif əsasında Nazirliklə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixdə işlərin satınalması müqaviləsi imzalanmış, müqavilə əsasında Ağstafa və Füzuli rayonlarında ümumi dəyəri 732639 manat məbləğində cəmi 12 evin tikintisi nəzərdə tutulmuşdur. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-cü ilin dekabr ayında Beyləqan rayonunda fərdi yaşayış evlərinin tikilməsi üçün kotirovka üsulu ilə "xxxx" MMC-yə təklif göndərilmiş, Təqsirləndirilən şəxs bu MMC-nin adından da Beyləqan rayonunda şəhid ailələri və Qarabağ əlilləri üçün evlər tikmiş, tikilən evlər təhvil verilsə də, Nazirliyin "xxxx" MMC-yə 60.000, "xxxx" MMC-yə isə 97.000 manata yaxın borcu qalmışdır. "xxxx" MMC tərəfindən Beyləqan rayonunda tikilən fərdi yaşayış evlərini Təqsirləndirilən şəxs tikdiyindən həmin pullar Turala çatmalı olsa da, Nazirlik tərəfindən pul verilməmişdir. Beyləqan, Ağstafa və Füzuli rayonlarında tikilən evlərin hər birinə Nazirliyin rəhbərliyi tərəfindən order sənədi verilmiş, nazirliyin üzləşmə aktlarına əsasən bu iki MMC-yə birlikdə 108.000 manat borcu olduğu göstərilsə də, bank sənədləri ilə bu məbləğ 157.000 manat olmuşdur. 19 iyul 2016cı il tarixdə Masallı, Lerik, Astara, Yardımlı və Lənkəran rayonlarında cəmi 13 ədəd fərdi yaşayış evinin 892.645,69 manat məbləğində vəsaitlə tikilməsi barədə "xxxx" MMC ilə nazirlik arasında müqavilə bağlanmış, müqavilənin şərtlərinə əsasən tikinti işlərinin 16 ay müddətinə başa çatdırılması nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin "xxxx" ASC-də AZ22GUNA******************** nömrəli hesabı olmuş, xx.xx.2017-ci il tarixdə qeyd olunan hesaba Nazirlik tərəfindən 267.793,71 manat, xx.xx.2017-ci il tarixdə 45.519,21 manat, xx.xx.2017-ci il tarixdə 579.332,76 manat pul köçürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan rayonlarda evlər tikilmiş, tikinti aparıldıqca forma-2 sənədləri tərtib olunaraq görülən işlər barədə Nazirliyə məlumat verilmişdir. Sonradan Nazirliyin rəhbərliyi dəyişdiyindən tikilən işlər barədə forma-2 sənədləri tərtib edilməmiş və Təqsirləndirilən şəxs da Nazirlikdən ona olan borcunu ala bilmədiyindən tikinti işlərini yarımçıq saxlamışdır. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid12 ifadə verərək göstərmişdir ki, o, "xxxx" TT-in de-yure mülkiyyətçisidir, lakin faktiki olaraq həmn şirkətin sahibi və direktoru Təqsirləndirilən şəxs olmuşdur. "xxxx" TT-nin bütün işlərinə Təqsirləndirilən şəxs şəxsən özü rəhbərlik etmişdir, şirkətin heç bir yarımçıq işi qalmamışdır, bütün işləri tam başa çatdırılsa da, Əmək və Əhalinin Sosial Müdafiə Nazirlyin tərəfindən Təqsirləndirilən şəxs gördüyü işlər üçün 80.000 manat pul ödənilməmişdir. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında ekspert qismində dinlənilmiş 08 yanvar 2021-ci il tarixli 10/3930 saylı məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyini vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-texniki ekspertizaları şöbəsinin aparıcı eksperti X22 göstərmişdir ki, 08 yanvar 2021-ci il tarixli 10/3930 saylı məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyini o tərtib etmiş, rəydə göstərilənləri təsdiq edir, həmin rəyi təqdim olunmuş cinayət işinin materialları və mütəxəssisin rəyi əsasında vermişdir, tədqiqat obyektinlərinə - Təqsirləndirilən şəxs tikdiyi evlərə baxılmasında, mütəxəssis rəyinin tərtib edilməsində iştirak etməmişdir, rəyində göstərdiyi müxtəlif tikinti obeyktlərinə uyğun rəqəmlər mütəxəssis rəyində göstərilən rəqəmlərlə eynilik təşkil edirdir, rəyi tərtib edərkən 2020-ci ilin dekabr ayında bazar qiymətləri ilə tutuşdurmuş və qiymətlər uyğun gəlmişdir. Məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında ekspert qismində dinlənilmiş 04 dekabr 2019-cu il tarixli 27509 saylı məhkəmə tikinti-texniki ekspkertizası üzrə ekspert rəyini vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis texniki ekspertizaları şöbəsinin aparıcı eksperti X12 göstərmişdir ki, 04 dekabr 2019-cu il tarixli 27509 saylı məhkəmə tikinti-texniki ekspkertizası üzrə ekspert rəyini o tərtib etmiş, həmin rəylə Təqsirləndirilən şəxs tərəfindən görülmüş işlərə xərclənən pul məbləğini müəyyən etmiş, həmin məbləği smeta sənədləri əsasında müəyyən etmiş, tədqiqat obyekti olan Təqsirləndirilən şəxs tikdiyi evlərə baxış keçirilməsində iştirak etməmiş, müstəntiqə evlərə baxış keçirmək istədiyini bildirərkən müstəntiq ona evlərə mütəxəssislərin artıq baxış keçirdiyini, onun baxışa getməsinə ehtiyac olmadığını bildirmiş, Təqsirləndirilən şəxs tərəfndən 13 fərdi yaşayış evinin tikintisi üçün 543.355,91 manat pul xərcləndiyini, tikintisi başa çatmamış evlər üçün alınmış və istifadə edilmədən ambarda saxlanılan tikinti materiallarının dəyərinin 22.935,0 maant olmasını müəyyən etmişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin, əlavə şahidlərin ifadələri və ekspert dinləmələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan "xxxx" MMC-nin nizamnaməsindən görünür ki, müəssisə xx.xx.2012-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergi İdarəsində ********** nömrəsi ilə qeydiyyatdan keçmişdir. MMC-nin direktoru cəmiyyətin adından vəkalətsiz fəaliyyət göstərmək, cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, cəmiyyətin adından əqdlər bağlamaq, rəsmi sənədləri imzalamaq, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifəsindən azad etmək, vəzifə maaşlarını müəyyən etmək və s. səlahiyyətlərə malikdir (3-cü cild iş vərəqi 99-102). İşdə olan "xxxx" MMC-nin direktoru Şahid4 ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli T.F-013/16 nömrəli işlər (mallar və xidmətlər) üzrə satınalma müqaviləsindən görünür ki, nazirlik LOT-3 üzrə Masallı rayonu üzrə 2 ədəd, Lənkəran rayonu üzrə 4 ədəd, Yardımlı rayonu üzrə 1 ədəd, üç otaqlı fərdi yaşayış evinin tikintisi işlərinin satın alınması üçün icraçıya 1 ədəd üç otaqlı fərdi evin tikintisi üçün ƏDV daxil olmaqla 68.665,50 manat, Astara rayonu üzrə 2 ədəd fərdi yaşayış evinin tikinti işlərinin satın alınması üçün icraçıya 1 ədəd üç otaqlı fərdi yaşayış evinin tikintisi üçün ƏDV daxil olmaqla 68.665,07 manat olmaqla 13 ədəd fərdi yaşayış evi üçün ümumilikdə 892.645,69 manat məbləğində icraçının tender təklifini qəbul etmişdir. Həmçinin müqavilədən görünür ki, MMC bu müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib tikinti quraşdırma işlərini sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməyi, müqavilənin icrası ilə əlaqədar olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra imzalamağı öhdəsinə götürmüş, icraçının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə öhdəliklərdən azad etməmiş, icraçı tərəfindən yerinə yetirilmiş işlər müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda aşkar olunan qüsurların müqavilədə göstərilən qaydada aradan qaldırılmasına təminat vermişdir (1-ci cild iş vərəqi 13-23). İşdə olan ödəniş tapşırığından, hesab faktura və vergi hesab fakturalarından görünür ki, 14 mart 2017-ci il tarixdə ƏƏSMN-dən "xxxx" MMC-nin "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləşən Abşeron filialında olan AZ10MUGA**********00019AZM19 saylı hesabına 226.943,82 manat (ƏDV ilə birlikdə 267.793,71 manat), 29 dekabr 2017-ci il tarixdə "xxxx" ASC-nin ünvan 7 ünvanında yerləşən Baş ofisində olan AZ94MUGA**********00179AZM00 saylı hesabına 490.959,97 manat (ƏDV ilə birlikdə 579.332,76 manat) və 10 iyul 2017-ci il tarixdə "xxxx" ASC-nin ünvan 6 ünvanında yerləşən 4 saylı filialında olan AZ22GUNA******************** saylı hesabına 38.575,60 manat (ƏDV ilə birlikdə 45.519,22 manat) olmaqla, ümumilikdə 756.479,39 manat (ƏDV ilə birlikdə 892.645,69 manat) məbləğində pul vəsaiti köçürülmüşdür (1-ci cild iş vərəqi 35- 54). İşdə olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "xxxx" MMC arasında fərdi evlərin tikintisi işlərinin satınalınması məqsədilə imzalanmış 19 iyul 2016-cı il tarixli T.F- 013/16 nömrəli müqavilənin şərtlərinə əsasən "xxxx" MMC 892.645,69 manat dəyərində tikinti-quraşdırma işlərinin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. "xxxx" MMC-nin hesablaşma hesabına və ƏDV hesabına köçürülmüş məbləğlərin cəmi 892.645,69 manat olmuşdur (4-cü cild iş vərəqi 51-81). İşdə olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, "xxxx" MMC-nin "xxxx" ASC Abşeron filialında olan AZ10MUGA**********00019AZM19 saylı hesabına 14 mart 2017-ci il tarixdə 226.943,82 manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin 4 saylı filialında olan AZ22GUNA******************** saylı hesabına 10 iyul 2017-ci il tarixdə 38.575,6 manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin baş ofisində olan AZ94MUGA**********00179AZM00 saylı hesabına 29 dekabr 2017-ci il tarixdə 490.959,97 manat olmaqla 756.479,39 manat vəsait köçürülmüşdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "xxxx" MMC-nin ƏDV hesabına 14 mart 2017-ci il tarixli 226.943,82 manat məbləğində olan köçürməyə görə 40.849,89 manat, 10 iyul 2017-ci il tarixli 38.575,6 manat məbləğində olan köçürməyə görə 6.943,61 manat, 29 dekabr 2017-ci il tarixli 490.959,97 manat məbləğində olan köçürməyə görə 88.372,79 manat olmaqla ümumilikdə 136.166,29 manat vəsait ƏDV olaraq köçürülmüşdür. Hesablaşma hesabına və ƏDV hesabına köçürülmüş məbləğlərin cəmi 892 645.69 manat olmuşdur. "xxxx" MMC-nin "xxxx"ASC Abşeron filialında olan **********00019AZM19 saylı hesabından müxtəlif hesablara ayrı-ayrı təyinatlar üzrə 226.942,09 manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin 4 saylı filialında olan AZ22GUNA******************** saylı hesabından müxtəlif hesablara ayrı-ayrı təyinatlar üzrə 38.575,60 manat, "xxxx" MMC-nin "xxxx" ASC-nin baş ofisində olan AZ94MUGA**********00179AZM00 saylı hesabından müxtəlif hesablara ayrı-ayrı təyinatlar üzrə 490.959,97 manat olmaqla hər üç hesaba ümumilikdə 756.477,66 manat vəsait köçürülmüşdür. "xxxx" MMC tərəfindən həyata keçirilmiş bütün köçürmələr bank tərəfindən istintaqa təqdim olunmuş ödəniş tapşırıqlarına əsasən müəyyən edilmişdir (5-ci cild iş vərəqi 212-216). İşdə olan Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə nəzarət X13 Ekspertiza Baş İdarəsinin mühəndisi Abdin Babayev tərəfindən xx.xx.2019-cu il tarixinə tərtib olunmuş Astara, Lerik, Yardımlı, Lənkəran və Masallı rayonlarında 13 ədəd bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evlərinin tikinti quraşdırma həcminə və dəyərinə dair arayışdan görünür ki, qeyd olunan layihə üzrə Lənkəran rayonu Bürcəli kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində qaz təchizatı və mətbəx mebeli quraşdırılması, Astara rayonu Kijəbə qəsəbəsində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində döşəmə tavalarının tikinti işləri, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni və hasardan ibarət olan tikinti işləri, Lerik rayonu Noda kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində kürsü divarları və tumbalar, beton kəmərlər, döşəmə tavaları, örtük konstruksiyası, xarici və daxili divarlar, arakəsmələr, qapıüstü atmalar, taxta örtük, terrasın dəmir konstruksiyası, dam örtüyü, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, terrasa yoxuş pilləkəni, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni və hasardan ibarət olan tikinti işləri, Əliabad kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində kürsü divarları və tumbalar, beton kəmərlər, döşəmə tavaları, örtük konstruksiyası, xarici və daxili divarlar, arakəsmələr, qapıüstü atmalar, taxta örtük, terrasın dəmir konstruksiyası, dam örtüyü, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, terrasa yoxuş pilləkəni, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni, hasar və sair işlərdən ibarət olan tikinti işləri, Küsəkəran kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində döşəmə tavalar, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, terrasa yoxuş pilləkəni, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni, hasar və sair işlərdən ibarət olan tikinti işləri, Cəngəmiran kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində qaz təchizatı, mətbəx mebeli, şambo və sair işlərdən ibarət olan tikinti işləri və Yardımlı şəhərində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində döşəmə tavası, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni və hasardan ibarət olan tikinti işləri yerinə yetirilməmişdir(3-cü cild iş vərəqəi 180- 238). İşdə olan Astara, Lerik, Yardımlı, Masallı və Lənkəran rayonlarında olan 13 ədəd fərdi yaşayış evlərinə baxış protokollarından görünür ki, layihə üzrə Lənkəran rayonu Bürcəli kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində qaz təchizatı və mətbəx mebeli quraşdırılması, Astara rayonu Kijəbə qəsəbəsində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində döşəmə tavalarının tikinti işləri, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni və hasardan ibarət olan tikinti işləri, Lerik rayonu Noda kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində kürsü divarları və tumbalar, beton kəmərlər, döşəmə tavaları, örtük konstruksiyası, xarici və daxili divarlar, arakəsmələr, qapıüstü atmalar, taxta örtük, terrasın dəmir konstruksiyası, dam örtüyü, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, terrasa yoxuş pilləkəni, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni və hasardan ibarət olan tikinti işləri, Əliabad kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində kürsü divarları və tumbalar, beton kəmərlər, döşəmə tavaları, örtük konstruksiyası, xarici və daxili divarlar, arakəsmələr, qapıüstü atmalar, taxta örtük, terrasın dəmir konstruksiyası, dam örtüyü, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, terrasa yoxuş pilləkəni, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni, hasar və sair işlərdən ibarət olan tikinti işləri, Küsəkəran kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində döşəmə tavalar, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, terrasa yoxuş pilləkəni, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni, hasar və sair işlərdən ibarət olan tikinti işləri, Cəngəmiran kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində qaz təchizatı, mətbəx mebeli, şambo və sair işlərdən ibarət olan tikinti işləri və Yardımlı şəhərində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində döşəmə tavası, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni və hasardan ibarət olan tikinti işləri yerinə yetirilməmişdir (3-cü cild iş vərəqi 116-179). İşdə olan məhkəmə tikinti-texniki ekspkertizası üzrə 04 dekabr 2019-cu il tarixli 27509 saylı ekspert rəyindən görünür ki, Astara, Lənkəran Yardımlı, Lerik və Masallı rayonlarında 13 fərdi yaşayış evinin tikintisi üçün "xxxx" MMC ətərəfindən görülmüş tikinti quraşdırma işlər üzrə nəzarət ölçülərinin nəticələrinə dair mütəxəssis tərəfindən rətib edilmiş arayış və rəy və rəyə əlavə olunmuş smetada göstərilən aparılmış tikinti quraşdırma işlərinin orta bazar qiymətlərinə uyğun oaraq ümumi dəyəri 543.355,91 manat və podratçı şirkət tərəfindən tikintisi başa çatmamış evlər üçün alınmış tikinti materiallarının dəyəri 22.935,0 manat məbləğində müəyyən olunmuşdur (5-ci cild iş vərəqi 126-127). İşdə olan məhkəmə tikinti-texniki ekspertizası üzrə 8 yanvar 2021-ci il tarixli 10/3930 nömrəli ekspert rəyindən görünür ki, Lənkəran rayonu Digah kəndində X8 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 16849,41 manat, Lənkəran rayonu Nərimanabad kəndində X15 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 16410,63 manat, Lənkəran rayonu Bürcəli kəndində X16 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 35047,76 manat, Lənkəran rayonu Siyar kəndində X30 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 17488,17 manat, Lerik rayonu Əliabad kəndində X17 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 80615,05 manat, Lerik rayonu Küsəkəran kəndində Şahid9 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 57415,50 manat, Lerik rayonu Noda kəndində X25 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 80615,05 manat, Lerik rayonu Cangəmirən kəndində X18 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 19025,32 manat, Yardımlı şəhərində X9 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 79744,21 manat, Masallı şəhərində Şahid8 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 19168,95 manat, Masallı şəhərində Əkbərov Mirzə üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 19098,15 manat, Astara rayonu Hamuşan (Kijəvə) kəndində X19 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 57415,50 manat, Astara rayonunda X23 üçün inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin başa çatdırılması üçün hazırki bazar qiymətlərinə uyğun olaraq 16180,97 manat məbləğində vəsaitin tələb olunduğu müəyyən edilmişdir (7-ci cild iş vərəqi 203-207). İşdə olan müdafiə tərəfinin vəsatəti əsasında qəbul edilən məhkəmənin 22 oktyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş komisyon məhkəmə-tikinti-texniki ekspertizası üzrə 27 aprel 2022-ci il tarixli 10/6081 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış işlərlə (mallar və xidmətlər) bağlı 9 iyul 2016-cı il tarixli T.F- 013/16 №-li satınalma müqaviləsi üzrə "xxxx" MMC tərəfindən aparılmış tikinti-təmir işlərinin dəyəri ayrı-ayrılıqda aşağıdakı kimi müəyyən olunur: -Lənkəran rayonu Digah kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərnin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 60346,2 manat (ƏDV-siz) və həmin evin layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 10280,76 (ƏDV-siz) manat müəyyən olunur. -Lənkəran rayonu Nərimanabad kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərnin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 60346,2 manat (ƏDV-siz) və həmin evin layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 9888,92 (ƏDV-siz) manat müəyyən olunur. -Lənkəran rayonu Bürcəli kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərnin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 54965,97 manat (ƏDV-siz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 27674,49 (ƏDVsiz) manat müəyyən olunur. -Lənkəran rayonu Siyavar kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərnin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 60346,2 manat (ƏDV-siz) və həmin evin layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 11621,49 (ƏDV-siz) manat müəyyən olunur. Lerik rayonu Əliabad kəndində inşa olunmalı 3 otaqlı fərdi yaşayış evi inşa olunmamışdır. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərnin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 5321,39 manat (ƏDV-siz) və həmin evin layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyərT683T7,,2 (ƏDV-siz) manat müəyyən olunur. Lerik rayonu Noda kəndində inşa olunmalı 3 otaqlı fərdi yaşayış evi inşa olunmamışdır. Lakin aparılmış tikinti-təmir işləri, ilə smeta sənədlərnin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki,-inşa'edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 5321 ,39 man at (ƏDV-siz) və həmin evin layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 68317,2 (ƏDV-siz) manat müəyyən olunur. Lerik rayonu Xüsəkaran kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərnin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 27169,86 manat (ƏDV-siz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 48657,2 manat müəyyən olunur. Lerik rayonu Cangəmirən kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərnin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 51416,32 manat (ƏDV-siz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 13742,47 (ƏDVsiz) manat müəyyən olunur. -Masallı şəhərində inşa edilmiş (Şahid8) 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərnin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 60346,2 manat (ƏDV-siz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 12349.88 (ƏDVsiz) manat müəyyən olunur. -Masallı şəhərində inşa edilmiş (X21) 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərnin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 60346,2 manat (ƏDV-siz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 12349.88 (ƏDVsiz) manat müəyyən olunur. -Astara rayonu, Hamuşan (Kijəvə) kəndində inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərnin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 24557,47 manat (ƏDV-siz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 48657,2 (ƏDV-siz) manat müəyyən olunur. -Astara rayonunda (şəhərində) (X23) inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərnin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 60346,2 manat (ƏDV- siz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 9842,99 (ƏDV-siz) manat müəyyən olunur. -Yardımlı rayonunda inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur. Lakin aparılmış tikinti-təmir işləri ilə smeta sənədlərnin arasında uyğunsuzluq olduğu müəyyən olunur. Belə ki, inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinə dair aparılmış tikinti-təmir işlərinin dəyəri 43494,52 manat (ƏDV-siz) və həmin evdə tamamlanma və layihə üzrə yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri 67579,84 (ƏDVsiz) manat müəyyən olunur. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 27 aprel 2022-ci il tarixli ekspert rəyi ilə tanış olduqdan sonra həmin rəylə razılaşmamış, məhkəməyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin iştirakı ilə təkrar məhkəmə-tikinti texniki ekspertizasının təyin edilməsi barədə vəsatət təqdim etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə1 vəsatəti qismən təmin edilmiş, iş üzrə komisyon məhkəmə-tikinti texniki və mühasibatlıq ekspertizası təyin edilmişdir. İşdə olan komisyon məhkəmə-tikinti texniki və mühasibatlıq ekspertizası üzrə 14 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, adları çəkilən obyektlərin həmin dövrdə mövcud olan sərbəst bazar qiyməti ilə yerinə yetirilmiş iş həcmlərinin dəyəri 574.324,12 manat (ƏDV-siz) məbləğində müəyyən edilmişdir. Həmin işlərin görülməsi üçün Azərbaycan Respublikası Əmək Sosial Müdafiəsi Naziriyi tərəfindən "xxxx" MMC-yə ümumilikdə ƏDV-siz 756.479,4 manat məbləğində vəsait köçürüldüyü nəzərə alınmaqla, ayrı-ayrı tikinti obyektləri üzrə faktiki olaraq yerinə yetirilməyən iş həcmi 182.155.28 manat (ƏDV-siz) məbləğində müəyyən edilir. İşə olan 01 iyul 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixli müqavilə əsasında 18160 manat dəyərində 1636 m2 metlax tava və kafel xx.xx.2017-ci il tarixdə 764299 nömrəli, 49700,41 manat dəyərində 23,5 m3 uzununa mişarlanmış taxta, 1427,26 m2 keramik plitə (fasad), 1135,9 m2 metlax və 1504 m2 kafel xx.xx.2018-ci il tarixdə 607421 nömrəli, 16995,16 manat dəyərində 80,5 m3 uzununa mişarlanmış taxta xx.xx.2018-ci il tarixdə 607392 nömrəli qaimə əsasında "xxxx" MMC-yə satılmışdır (4-cü cild iş vərəqi 123-125 və 61-63). İşdə olan 04 yanvar 2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə əsasında 34980 manat dəyərində 106 m3 taxta 013772 nömrəli, 15510 manat dəyərində 517 ədəd 1525x1525x18 mm ölçüsündə yapışqanlı faner 270911 nömrəli qaimə əsasında "xxxx" MMC-yə satılmışdır (4-cü cild iş vərəqi 126-131 və 5-ci cild iş vərəqi 67-74). İşdə olan 05 yanvar 2017-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2017-ci il tarixli müqavilə əsasında 121150 manat dəyərində 52 ədəd taxta qapı, 1200 m2 pol taxtası, 195 m3 taxta, 260 m3 plastik qapı 326949 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilə əsasında 13000 manat dəyərində 26 p/m mətbəx mebeli 104728 nömrəli qaimə əsasında "xxxx" MMC-yə satılmışdır (4-cü cild iş vərəqi 116-122, 136-140 və 5-ci cild iş vərəqi 79-80). İşdə olan 31 yanvar 2018-ci il tarixli 671614 nömrəli qaimədən görünür ki, "xxxx" MMC tərəfindən 15000 manat dəyərində 50 m3 taxta əsasında "xxxx" MMC-yə satılmışdır (5-ci cild iş vərəqi 84-85). İşdə olan 16 oktybar 2017-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən əsasında 28202,15 manat dəyərində 1 ton sement 021459 nömrəli qaimə əsasında "xxxx" MMC-yə satılmışdır (4-cü cild iş vərəqi 132-135). İşdə olan 04 yanvar 2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC (əvvəlki adı “X42” MMC) tərəfindən 10465 manat dəyərində 250 ədəd “Fiber termoyap” markalı 25 kqlıq, 250 ədəd “Fiber smart” markalı 25 kq-lıq, 250 ədəd “Fiber hidro” markalı 25 kq-lıq keramika yapışdırıcısı 247178 nömrəli, 9140 manat dəyərində 150 ədəd “Fiber” markalı 25 kq-lıq, 200 ədəd “Fiber mega” markalı 25 kq-lıq keramika yapışdırıcısı, 200 30 kq-lıq gips astar, 450 ədəd 30 kq-lıq üz yaxma, 450 ədəd 30 kq-lıq astar yaxma, 300 ədəd 30 kq-lıq birbaşa astar 247096 nömrəli qaimə əsasında "xxxx" MMC-yə satılmışdır (4-cü cild iş vərəqi 145-147). İşdə olan 11 yanvar 2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən 28600 manat dəyərində 2600 m2 divar kağızı 174498 nömrəli qaimə əsasında "xxxx" MMC-yə satılmışdır (5-ci cild iş vərəqi 156-160). İşdə olan 15 mart 2017-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən əsasında 34040 manat dəyərində 40 ton armatur 678664 nömrəli qaimə əsasında "xxxx" MMC-yə satılmışdır (5-ci cild iş vərəqi 165-167). İşdə olan 08 yanvar 2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən 67259,61 manat dəyərində 29 ton 50 diametrlik boru, 13,2 ton 10 mm-lik şveller, 8 ton polimer örtüklü yastı prokat 039417 nömrəli qaimə əsasında "xxxx" MMC-yə satılmışdır (4cü cild iş vərəqi 141-144). İşdə olan 15 yanvar 2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən 30.000 manat dəyərində mal material 244074 nömrəli qaimə əsasında "xxxx" MMC-yə satılmışdır (4-cü cild iş vərəqi 155-157). İşdə olan 05 yanvar 2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən 27066 manat dəyərində kombi, radiator və onun aksesuarları 029569 nömrəli, 19240 manat dəyərində elektrik işıqlandırma qurğuları ******* nömrəli qaimə əsasında "xxxx" MMC-yə satılmışdır (4-cü cild iş vərəqi 151-154). İşdə olan 05 yanvar 2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən 6285,35 manat dəyərində sanitar texniki məmulatlar "xxxx" MMC-yə satılmışdır (4-cü cild iş vərəqi 148-150). İşdə olan 214474 nömrəli məxaric orderindən görünür ki, xx.xx.2017-ci il tarixdə tikinti materiallarının alınması məqsədilə 29950 manat dəyərində pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən nağd qaydada məxaric edilmişdir( 4-cü cild iş vərəqi 194). İşdə olan 13 mart 2017-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsi yoxlanılmış, yoxlama zamanı cəmiyyətin Ağstafa və Füzuli rayonlarında müharibə veteranları və şəhid ailələri üçün 3 otaqlı fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olması müəyyən olunmuşdur. Yoxlama zamanı cəmiyyətin büdcəyə çatası vergilərin ümumilikdə 17586,41 manat, əlavə dəyər vergisinin 1680,07 manat, mənfəət vergisinin 15906,34 manat məbləğində azaldılması müəyyən olunmuş və cəmiyyətə xx.xx.2017-ci il tarixli qərarla 26154,52 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir (2-ci cild iş vərəqi 268-288). İşdə olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 18 dekabr 2019-cu il tarixli məktubdan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2016-cı il tarixdə Masallı, Lerik, Yardımlı, Astara və Lənkəran rayonlarında cəmi 13 ədəd fərdi yaşayış evinin tikintisi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında cəmiyyətin hesabına köçürülmüş pul vəsaitinin bir hissəsi həmin şirkətin faktiki rəhbəri Təqsirləndirilən şəxs mənfəət vergisinə və səyyar vergi yoxlaması nəticəsində tətbiq olunmuş maliyyə sanksiyasına ödədiyi haqqında məlumatlar əldə olunmuşdur. Bundan əlavə, köçürülmüş vəsaitin müəyyən hissəsinə Təqsirləndirilən şəxs tərəfindən 13 hüquqi şəxsdən tikinti materialları aldığı, habelə əvvəlki borcların əvəzləşdirildiyi müəyyən olunmuşdur (5-ci cild iş vərəqi 221-222). İşdə olan 04 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərər çəkmiş şəxs qismində tanınmışdır (5-ci cild iş vərəqi 86) İşdə olan 16 dekabr 2019-cu il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, "xxxx" MMC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli T.F-013/16 nömrəli işlər (mallar və xidmətlər) üzrə satınalma müqaviləsi, mal-materialların alqı-satqısı barədə "xxxx" MMC ilə bağlanmış xx.xx.2017, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017 və xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017, "xxxx" MMC (əvvəlki adı “X42” MMC) ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018 və "xxxx" MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələr, 764299, 607421, 607392, 013772, 270911, 326949, 104728, 671614, 021459, 247178, 247096, 174498, 678664, 039417, 244074, 029569, ******* nömrəli qaimələr, xx.xx.2017-ci il tarixli 214474 nömrəli məxaric orderi, xx.xx.2017-ci il tarixli **********, 100122757, xx.xx.2017-ci il tarixli **********, **********, 10.7.2017-ci il tarixli **********, ********** nömrəli ödəniş tapşırıqları və digər bank sənədləri öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi nəzərə alınaraq maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (5-ci cild iş vərəqi 219-220). Maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş qeyd edilən bütün sənədlərdən (satınalma müqavilələli, qaimələr, məxsaric orderləri, ödəniş tapşırıqları və digər bank sənədləri) görünür ki, Təqsirləndirilən şəxs tikinti-təmir işlərində istifadə olunan materialları nağdsız formada alınmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 dekabr 2019-cu il tarixli **********3 nömrəli məktubunda göstərilmişdir ki, iş üzrə dəymiş ziyandan əvəzləşdirmə qaydasında 81.085,81 (səksən bir min səksən beş manat səksən bir qəpik) ödənilmişdir (5-ci cild iş vərəqi 134-144). İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 10 oktyabr 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon məhkəməsinin 19 sentyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 315.1-ci maddəsi ilə təqsirli bilinərək ona 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza 2 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmuşdur (4-cü cild iş vərəqi 6-7). Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.1-ci maddəsinə əsasən barəsində sonuncu hökm üzrə müəyyən edilmiş sınaq müddəti başa çatdığından məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı 27 noyabr 2019-cu il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 97-100). Beləliklə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talaması, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 308.2-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə kollegiyası ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 179.4 və 308.2-ci maddələri ilə tövsif edilmiş əməli həmin Məcəllənin 179.3.2-ci maddəsi ilə tam əhatə edildiyindən, həmin maddə ilə (179.3.2-ci maddə) tövsif edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi həmin Məcəllənin 179-cu madədəsinə münasibəttə xüsusi norma olduğundan ittihamdan çıxarılmaqla xaric edilməlidir). Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü madəsi ilə tövsif edilərkən əməlin tövsifedici əlaməti kimi zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın xüsusilə külli miqdar təşkil edən 515.074,67 manat məbləğində pul vəsaiti əsas götürülmüşdür. İş materialları əsasında, o cümlədən tikilən 13 yaşayış binasına baxış keçirilməklə aparılmış komissiyon tikinti-texniki ekspertiza üzrə verilmiş 8 yanvar 2021-ci il tarixli 10/3930 nömrəli ekspert rəyindən görünür ki, xüsusilə külli miqdar təşkil edən və ittihamın əsası olan 515.074,67 manat məbləğində pul vəsaiti binaların təmir-tikinti işlərinə yönəldilməmiş (yəni mənimsənilən) məbləğ pul vəsaiti deyil - həmin binalarla bağlı təmirtikinti işlərinin başa çatdırılması üçün əlavə tələb olunan ümumi vəsaitdir. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanın məbləğini qeyd edilən üsulla müəyyən etməkdə haqlı olmamışdır, belə ki, 515.074,67 manat Təqsirləndirilən şəxs tərəfindən faktiki mənimsənilən pul məbləği (işlərin görülməsindən yayındırılan məbləğ) deyil, işlərin başa çatdırılması üçün tələb olunan məbləğdir. Məhkəmə çəkişmə prinsipini rəhbər tutaraq Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirilyinə vurulan maddi ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə qarşı tərəflərin, yəni müdafiə, və ittiham (zərərçəkmiş şəxsin nümayəndəsi) tərəflərinin vəsatətləri və dəlilləri əsasında təkrar olaraq komisyon məhkəmə-texniki–tikinti ekspertizaları təyin etmiş və son olaraq komisyon məhkəmə-tikinti texniki və mühasibatlıq ekspertizası üzrə 14 noyabr 2022-ci il tarixli ekspert rəyi ilə qeyd edilən obyektlərin həmin dövrdə mövcud olan sərbəst bazar qiymətləri ilə yerinə yetirilmiş iş həcmlərinin dəyəri 574.324,12 manat, ayrı-ayrı tikinti obyektləri üzrə faktiki olaraq yerinə yetirilməyən iş həcminin ümumi məbləği isə 182.155.28 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs tenderin şərtlərinə əsasən ona etibar edilmiş 756.479,4 manat məbləğində pul vəsaitindən 574.324,12 manatını təmir-tikinti işlərinin görülməsinə xərcləmiş, qalan 182.155.28 manat pul vəsaiti isə onun tərəfindən təmir-tikinti işlərinə yönəldilməmiş (xərclənməmiş) pul vasaiti kimi müəyyən edilmişdir, 182.155.28 manat pul vəsaitinin 22.925,0 manatı isə ambarda saxlanılan mal qalığının dəyəri kimi müəyyən olunmuşdur. Məhkəmə eyni zamanda hazırki iş üzrə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aralarında olan digər müqavilə üzrə ("xxxx" MMC ilə Nazirlik arasında bağlanmış tender müqaviləsi üzrə) Nazirliyin "xxxx" MMC-yə olan 81.085,81 manat məbləğində borcu hesabına "xxxx" MMN-nin borcunun əvəzləşdirilməsi ilə ödənilməsini əsaslı hesab etmir, həmin pul məbləğinin Nazirliklə Təqsirləndirilən şəxs faktiki rəhğərlik etdiyi "xxxx" MMC arasında olan mülki xarakterli münasibətlərə aid edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən təmir-tikinti işlərinə yönəldilməmiş (xərclənməmiş) 182.155,28 manat məbləğində pul vəsaitindən - 22.925 manat məbləğində mal qalığının dəyərini çıxdıqdan sonra təmir-tikinti işlərinə yönəldilməmiş pul vəsaiti 159,230,28 manat məbləğində, yəni külli miqdarda müəyyən edlir və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin tövsifedici əlaməti olduğundan, Təqsirləndirilən şəxs əməli həmin maddə ilə (179.3.2) tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Bundan əlavə, məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əlavə olaraq Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə ittiham edilməsini də maddi normaların müddəalarına uygun hesab etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti məhz vəzifəli şəxs olmalı və həmin vəzifəli şəxs öz vəzifəsinin yerinə yetirilməsi ilə bağlı ona etibar edilmiş özgə əmlakını talamaqla zərərçəkmiş şəxsə ziyan vurmalıdır. İş üzrə Təqsirləndirilən şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi olmaqla vəzifəli şəxs kim ona etibar edilmiş əmlakı mənimsəyərək talamışdır və zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin obyektiv tərəfi vəzifəli şəxsin hərəkət və ya hərəkətsizliyi nəticəsində ayrıayrı şəxslərin və ya dövlətin hüquq mənfelərinə mühüm ziyan vurmasından ibarətdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi olaraq ona etibar edilmiş əmlakı mənimsəməklə Əmək və X14 Nazirilyinə maddi ziyan vuraraq zərərçəkmiş şəxsin qanunla qorunan mülkiyyət hüququna qarşı cinayət əməlini törətmişdir və bununla da onun cinayət əməlinin Cinayət Məcəlləsinin həm 179-cu maddəsi (ümumi norma), həm də 308-ci maddəsi ilə (xüsusi norma) tövsif edilməsi maddi qanunun müddəalarına uyğun deyildir, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 179.3.2-ci madəsi ilə tam əhatə olunduğundan həmin Məcəllənin 308.2-ci maddəsi ittihamdan xaric olunmalıdır. Bundan əlavə «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 23-cü maddəsinə əsasən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-in 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-in 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Məhkəmə hesab edir ki, qeyd edilən Ali Məhkəmənin Plenum qərarının 23-cü maddəsinin tələbləri öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş vəzifəli şəxslərin əməllərinin tövsif olunması zamanı da nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə tərəfindən ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs ayrılmış 756.479,39 manat (yeddi yüz əlli altı min dörd yüz yetmiş doqquz manat otuz doqquz qəpik) pul vəsaitinin cəmi 241.404,72 manatını (iki yüz qırx bir min dörd yüz dörd manat yetmiş iki qəpiyini) müqavilə üzrə nəzərdə tutulan işlərin görülməsinə sərf etməsi barədə gəldyi nəticənin işin materiallarına, o cümlədən ekspert rəylərinə uyğun olmadığını müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən ona etibar edilmiş 756.479,4 (ƏDV-siz) manat məbləğində pul vəsaitindən 574.324,12 manatını (ƏDV-siz) təmir-tikinti işlərinin görülməsinə xərcləməsi "xxxx" MMC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli T.F-013/16 nömrəli işlər (mallar və xidmətlər) üzrə satınalma müqaviləsi, mal-materialların alqı-satqısı barədə "xxxx" MMC ilə bağlanmış xx.xx.2017, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017 və xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017, "xxxx" MMC (əvvəlki adı “X42” MMC) ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018 və "xxxx" MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələr, 764299, 607421, 607392, 013772, 270911, 326949, 104728, 671614, 021459, 247178, 247096, 174498, 678664, 039417, 244074, 029569, ******* nömrəli qaimələr, xx.xx.2017-ci il tarixli 214474 nömrəli məxaric orderi, xx.xx.2017-ci il tarixli **********, 100122757, xx.xx.2017-ci il tarixli **********, **********, 10.7.2017-ci il tarixli **********, ********** nömrəli ödəniş tapşırıqları və digər bank sənədləri, təmir-tikintisi aparılmış 13 yaşayış binasına yerində baxış keçirilməsi ilə tərtib edilmiş ekspert rəyləri ilə təsdiq olunur. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx.xx.2019-cu il tarixli rəyi ilə təsdiq olunmuşdur ki, "xxxx" MMC tərəfindən bütün pul köçürmələri bank tərəfindən istintaqa təqdim olunmuş ödəniş tapşırıqlarına əsasən həyata keçirilmişdir. Beləliklə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır; belə ki, o, qardaşı Şahid4 adından 24 avqust 2012-ci tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər idarəsi tərəfindən qeydiyyata alınmaqla ********** nömrəli X5 Nömrəsi (VÖEN) verilmiş, hüquqi ünvanı ünvan 11aradıb həmin dövrdən 09 sentyabr 2014-cü il tarixədək MMC-nin direktoru vəzifəsində işləməklə və həmin tarixdə cinayətdən xəbərsiz olan qardaşı Şahid4 formal olaraq MMC-nin direktoru təyin edilməsini təmin edib 01 oktyabr 2014-cü il tarixdən direktor müavini vəzifəsini yerinə yetirib faktiki olaraq MMC-yə rəhbərliyi özü həyata keçirməklə, 24 avqust 2012-ci tarixdə təsdiq olunmuş Nizamnaməyə əsasən Cəmiyyətin adından qərarlar qəbul etmək, onu təmsil etmək, etibarnaməsiz fəaliyyət göstərmək, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, Cəmiyyətə məxsus əmlakın qorunub saxlanılması, pul vəsaitinin təyinatı üzrə istifadə olunmasına nəzarət etmək və sair vəzifələri icra edən məsul vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş və öhdəsində olan özgə əmlakını - dövlət vəsaitini vahid qəsdlə talama məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Masallı rayonunda 2 ədəd 3 otaqlı, Lənkəran rayonunda 4 ədəd 3 otaqlı, Astara rayonunda 2 ədəd 3 otaqlı, Lerik rayonunda 4 ədəd 3 otaqlı və Yardımlı rayonunda 1 ədəd 3 otaqlı olmaqla, ümumilikdə 13 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikinti işlərinin satınalması İlə bağlı keçirilən tenderdə həmin MMC-nin adından iştirak edib nəzərdə tutulan işləri əlavə dəyər vergisi (ƏDV) daxil olmaqla 892.645.69 (səkkiz yüz doxsan iki min altı yüz qırx beş manat altmış doqquz qəpik) manat pul vəsaiti hesabına yerinə yetirməklə bağlı təklif verdikdən sonra tender komissiyasının 24 iyun 2016-cı il tarixli protokoluna əsasən qalib elan edilməklə və həmin protokol əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə "xxxx" MMC arasında bağlanmış 19 iyul 2016-cu il tarixli T.F-013/16 nömrəli işlərlə (mallar və xidmətlər) bağlı satınalma müqaviləsi üzrə 16 ay müddətinə həmin işlərin yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına ayrılaraq Nazirlik tərəfindən 14 mart 2017-ci il tarixdə MMC-nin "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləşən Abşeron filialında olan AZ10MUGA**********00019AZM19 saylı hesabına köçürülmüş 226.943,82 (iki yüz iyirmi altı miıı doqquz yüz qırx üç manat səksən iki qəpik) manat (ƏDV ilə birlikdə 267.793,71 (iki yüz altmış yeddi min yeddi yüz doxsan üç manat yetmiş bir qəpik) manat), 10 iyul 2017-ci il tarixdə "xxxx" ASC-nin ünvan 12 ünvanında yerləşən 4 saylı filialında olan AZ22GUNA******************** saylı hesabına köçürülmüş 38.575,60 (otuz səkkiz min beş yüz yetmiş beş manat altmış qəpik) manat (ƏDV ilə birlikdə 45.519,22 (qırx beş min beş yüz on doqquz manat iyirmi iki qəpik) manat) və 29 dekabr 2017-ci il tarixdə "xxxx" ASC-nin ünvan 7 ünvanında yerləşən Baş ofisində olan AZ94MUGA**********00179AZMOO saylı hesabına köçürülmüş 490.959,97 (dörd yüz doxsan min doqquz yüz əlli doqquz manat doxsan yeddi qəpik) manat (ƏDV ilə birlikdə 579.332,76 (beş yüz yetmiş doqquz min üç yüz otuz iki manat yetmiş altı qəpik) manat) olmaqla, ümumilikdə 756.479,39 (yeddi yüz əlli altı min dörd yüz yetmiş doqquz manat otuz doqquz qəpik) manat (ƏDV ilə birlikdə 892.645,69 (səkkiz yüz doxsan iki min altı yüz qırx beş manat altmış doqquz qəpik) manat) məbləğində pul vəsaitindən 29.950 (iyirmi doqquz min doqquz yüz əlli) manatını tikinti materiallarının alınması üçün 14 mart 2017-cİ il tarixdə 214784 nömrəli məxaric orderinə imza edib "xxxx"MMC-nin "xxxx" ASC-nin Abşeron filialında olan AZ10MUGA**********00019AZM19 saylı hesabından nağd şəkildə məxaric etməklə, eləcə də, eyni məqsədlə 596.273,90 (beş yüz doxsan altı min iki yüz yetmiş üç manat doxsan qəpik) manatını ayrı-ayrı ödəniş tapşırıqları əsasında müxtəlif hüquqi şəxslərin hesabına köçürməklə, o cümlədən 15 mart 2017-ci il tarixdə həmin hesabdan 34.040 (otuz dörd min qırx) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ07AVRA******************** saylı, həmin tarixdə eyni hesabdan 121.150 (yüz iyirmi bir min yüz əlli) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ51VTBA**********4873AZN001 saylı, 10 iyul 2017-ci il tarixdə "xxxx"MMC-nin "xxxx" ASC-nin 4 saylı filialında olan AZ22GUNA******************** saylı hesabından 18.160 (on səkkiz min yüz altmış) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-də olan AZ90BBTB******************** saylı, 05 yanvar 2018-ci il tarixdə "xxxx"MMC-nin "xxxx" ASC-nin Baş ofisində olan AZ94MUGA**********00179AZMOO saylı hesabından 13.000 (on üç min) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-nin Promo filialında olan AZ85BBTB******************** saylı, həmin tarixdə eyni hesabdan 34.980 (otuz dörd min doqquz yüz səksən) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" QSC-nin Binəqədi filialında olan AZİ9ACAB******************** saylı, 08 yanvar 2018-ci il tarixdə eyni hesabdan 67.259,60 (altmış yeddi min iki yüz əlli doqquz manat altmış qəpik) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ82ATAZ******************** saylı, həmin tarixdə eyni hesabdan 28.202,15 (iyirmi səkkiz min iki yüz iki manat on beş qəpik) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-də olan AZ 18PAHA40060AZNHCO190046462 saylı, 10 yanvar 2018-ci il tarixdə eyni hesabdan 15.000 (on beş min) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ31AİİB40060Ü1944********** saylı, həmin tarixdə eyni hesabdan 6.285,35 (altı min iki yüz səksən beş manat otuz beş qəpik) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan AZ98NİCB**********0001A40060 saylı, həmin tarixdə eyni hesabdan 46.306,80 (qır altı min üç yüz altı manat səksən qəpik) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan AZ03NİCB**********0001A40060 saylı, 12 yanvar 2018-ci il tarixdə eyni hesabdan 28.600 (iyirmi səkkiz min altı yüz) manat pul vəsaitini "xxxx" MMCnİn "xxxx" ASC-nin Mərkəzi filialında olan AZ86MUGA**********03654AZM03 saylı, 15 yanvar 2018-ci il tarixdə eyni hesabdan 30.000 (otuz min) manat pul vəsaitini "xxxx" MMCnin "xxxx" ASC-də olan AZ40AZF********************1 saylı, həmin tarixdə eyni hesabdan 49.700 (qırx doqquz min yeddi yüz) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASCdə olan AZ90BTBB******************** saylı, həmin tarixdə eyni hesabdan 19.605 (on doqquz min altı yüz beş) manat pul vəsaitini “X42” MMC-nin "xxxx" QSC-nin Xırdalan filialında olan AZ34ACAB******************** saylı, 16 yanvar 2018-ci il tarixdə eyni hesabdan 15.510 (on beş beş yüz on) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" QSC-nin Binəqədi filialında olan AZ19ACAB******************** saylı, 18 yanvar 2018-ci il tarixdə eyni hesabdan 51.480 (əlli bir min dörd yüz səksən) manat pul vəsaitini "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialında olan AZ52NİCB**********000İ A40060 saylı, 22 yanvar 2018-ci il tarixdə eyni hesabdan 16.995 (on altı min doqquz yüz doxsan beş) manat pul vəsaitini "xxxx" MMC-nin Bank "xxxx" ASC-nin AZ90BBTB******************** saylı hesabına köçürməklə və həmin hüquqi şəxslərdən qeyd edilən dəyərdə tikinti materialları almaqla, habelə 130.255,49 (bir yüz otuz min iki yüz əlli beş manat qırx doqquz qəpik) manat məbləğində pul vəsaitini MMC-nin vergi, sosial sığorta ödəmələri və bank xərcləri üzrə istifadə edilməsi nəzərə alınmaqla, ayrı-ayrı rayonlarda fərdi yaşayış evlərinin tam və ya qismən tikilməsinə, o cümlədən, Masallı şəhərində 2 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisinə 120.691,4 manat (yüz ikirmi min altı yüz doxsan bir manat dörd qəpik), Lənkəran rayonu Nərimanabad-1 kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisinə 60.346,2 manat (altmış min üç yüz qırxaltı manat iki qəpik), Digah kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisinə 60.346,2 manat (altmış min üç yüz qırxaltı manat iki qəpik), Siyavar kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisinə 60.346,2 manat (altmış min üç yüz qırxaltı manat iki qəpik), Bürcəli kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin qismən tikintisinə 54.965.97 manat (əlli dörd min doqquz yüz altmış beş manat doxsan yeddi qəpik), Astara şəhərində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisinə 60.346,2 manat (altmış min üç yüz qırxaltı manat iki qəpik), Astara rayonu Kijəbə qəsəbəsində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin qismən tikintisinə 24.557,47 manat (iyirmi dörd min beş yüz əlli yeddi manat qırx yeddi qəpik), Lerik rayonu Noda kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin qismən tikintisinə 5.321,39 (beş min üç yüz iyirmi bir manat otuz doqquz qəpik), Əliabad kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin qismən tikintisinə 5.321,39 (beş min üç yüz iyirmi bir manat otuz doqquz qəpik), Küsəkəran kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin qismən tikintisinə 27.169,86 (iyirmiy yeddi min yüz altmış doqquz manat səksən altı qəpik), Cəngəmiran kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin qismən tikintisinə 51.416,32 ( əlli bir min dörd yüz on altı manat otuz iki qəpik), Yardımlı şəhərində 1 ədəd 3 otaqlı fərdi yaşayış evinin qismən tikintisinə 43.494,2 manat (qırx üç min döod yüz doxsan dörd manat iki qəpik) ümumilikdə 574.324,12 manat (beş yüz yetmiş dörd min üç yüz iyirmi dörd manat on iki qəpik), eyni zamanda tikintisi başa çatmamış evlər üçün 6 dəst kombi, 56 ədəd panel radiator, 20 ədəd daxili qapı, 350 kvadratmetr istilik izolyasiyası və penoplast lövhələr, 7 dəst uıətbəx üçün mebel avadanlığı, 2,5 ton armatur, 350 kvadratmetr metal kirəmit lövhə, 20 kvadratmetr əhəngdaşı, 16 kubmetr otsep-çınqıl qarışığı, 1,5 kubmetr taxta və 5 ədəd metal giriş qapısının alınmasına 22.935 (iyirmi iki min doqquz yüz otuz beş) manat olmaqla məbləğində pul vəsaitini xərcləmiş, müqavilədə nəzərdə tutulan müddətin bitməsinə baxmayaraq, qeyd edilən fərdi yaşayış evlərindən Lənkəran rayonu Bürcəli kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində qaz təchizatı və mətbəx mebeli quraşdırılması, Astara rayonu Kijəbə qəsəbəsində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində döşəmə tavalarının tikinti işləri, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni və hasardan ibarət olan tikinti işləri, Lerik rayonu Noda kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində kürsü divarları və tumbalar, beton kəmərlər, döşəmə tavaları, Örtük konstruksiyası, xarici və daxili divarlar, arakəsmələr, qapıüstü atmalar, taxta örtük, terrasın dəmir konstruksiyası, dam örtüyü, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, terrasa yoxuş pilləkəni, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni və hasardan ibarət olan tikinti işləri, Əliabad kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində kürsü divarları və tumbalar, beton kəmərlər, döşəmə tavaları, örtük konstruksiyası, xarici və daxili divarlar, arakəsmələr, qapıüstü atmalar, taxta örtük, terrasın dəmir konstruksiyası, dam örtüyü, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək İşləri, terrasa yoxuş pilləkəni, qapı və pəncərələr, elektrik işləri, isitmə, İsti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni, hasar və sair işlərdən ibarət olan tikinti işləri, Küsəkəran kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində döşəmə tavalar, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, daxili və xarici bəzək işləri, terrasa yoxuş pilləkəni, qapı və pəncərələr, elektrik işləri, isitmə, isti, soyuq su təchizatı və kürəbənd sistemi, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni, hasar və sair işlərdən ibarət olan tikinti işləri, Cəngəmiran kəndində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində qaz təchizatı, mətbəx mebeli, şambo və sair işlərdən ibarət olan tikinti işləri və Yardımlı şəhərində 1 ədəd 3 otaqlı fərdi yaşayış evində döşəmə tavası, döşəmələr, mətbəx arakəsməsinin quraşdırılması, qaz təchizatı, mətbəx mebeli, şambo, polietilen su çəni və hasardan ibarət olan tikinti işlərini yerinə yetirməyib 14 mart 2017-ci il tarixdən 22 yanvar 2018-ci il tarixədək olan dövr ərzində həmin işlərin tamamlanması üçün zəruri olan və Nazirlik tərəfindən ayrılaraq faktiki rəhbərlik etdiyi Cəmiyyətin bank hesabına köçürülməklə ona etibar edilmiş 159.230,28 manat (yüz əlli doqquz min iki yüz otuz manat iyirmi səkkiz qəpik) manat pul vəsaitini bank hesabından nağd şəkildə çıxarmaqla, ayrı-ayrı hüquqi şəxslərdən aldığı tikinti materiallarını digər şəxsi məqsədləri üçün istifadə etməklə, habelə MMC-nin hazırkı müqavilə ilə bağlı olmayan öhdəliklərinin icrasına yönəltməklə öz qulluq mövqeyindən istifadə edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vahid qəsdlə külli miqdarda ziyan vurub mənimsəməklə talamışdır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı cinayət törətməməsi, ona etibar edilmiş əmlakı mənimsəməməsi barədə verdiyi ifadələrinə tənqidi yanaşır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası 179.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını təqirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların müəyyən edilməməsi, onlun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla pereventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi, onun qanuna tabe olan insana çevrilməsini, yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin edərkən, eyni zamanda həmin Məcəllənin 46.2-ci maddəsinin tələblərini rəhbər tutaraq ona dövlət və özünü idarətemə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəzanın da təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə ona müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə kollegiyası Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı həbs olunduğu 27 noyabr 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən müəddətə dövlət və özünün idarətmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının tutulduğu 27 noyabr 2019-cu il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - 16 dekabr 2019-cu il tarixli qərarla "xxxx" MMC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli T.F-013/16 nömrəli işlər (mallar və xidmətlər) üzrə satınalma müqaviləsi, mal-materialların alqı-satqısı barədə "xxxx" MMC ilə bağlanmış xx.xx.2017, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017 və xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017, "xxxx" MMC (əvvəlki adı “X42” MMC) ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018 və "xxxx" MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələr, 764299, 607421, 607392, 013772, 270911, 326949, 104728, 671614, 021459, 247178, 247096, 174498, 678664, 039417, 244074, 029569, ******* nömrəli qaimələr, xx.xx.2017ci il tarixli 214474 nömrəli məxaric orderi, xx.xx.2017-ci il tarixli **********, 100122757, xx.xx.2017-ci il tarixli **********, **********, 10.7.2017-ci il tarixli **********, ********** nömrəli ödəniş tapşırıqları cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri – məhkəmə-texniki-tikinti ekspertizaları üzrə tədqiqatın dəyəri cəmi 650 (altı yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 515.074,67 manat məbləğində mülki iddianı nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyan məhkəmə istintaqı zamanı cəmi 159,230,28 manat müəyyən edildiyindən, verilmiş mülki iddia qismən təmin edilməli və 159.230,28 manat məbləğində pul vəsaiti (faktiki vurulmuş ziyan) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respubilkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ödənilməlidir. 22.925 manat dəyərində mal qalığı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçirilməlidir. Məhkəmə eyni zamanda hazırki iş üzrə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 81.085,81 məbləğində pulun aralarında olan digər tender müqavilələri üzrə ("xxxx" MMC və "xxxx" MMC ilə Nazirlik arasında bağlanmış digər müqavilələr üzrə) Təqsirləndirilən şəxs yaranmış borc hesabına əvəzləşdirilməsi yolu ilə ödənilməsini əsaslı hesab etmir, həmin pul vəsaitinin Nazirliklə Təqsirləndirilən şəxs faktiki rəhbərlik etdiyi» Ağrıdağ» MMC və "xxxx" MMC arasında olan mülki xarakterli münasibətlərə aid edir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət və özünün idarətmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 noyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - 16 dekabr 2019-cu il tarixli qərarla "xxxx" MMC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış xx.xx.2016-cı il tarixli T.F-013/16 nömrəli işlər (mallar və xidmətlər) üzrə satınalma müqaviləsi, mal-materialların alqı-satqısı barədə "xxxx" MMC ilə bağlanmış xx.xx.2017, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017 və xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017, "xxxx" MMC (əvvəlki adı “X42” MMC) ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2017, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018, "xxxx" MMC ilə bağlanmış xx.xx.2018 və "xxxx" MMC ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilələr, 764299, 607421, 607392, 013772, 270911, 326949, 104728, 671614, 021459, 247178, 247096, 174498, 678664, 039417, 244074, 029569, ******* nömrəli qaimələr, xx.xx.2017-ci il tarixli 214474 nömrəli məxaric orderi, xx.xx.2017ci il tarixli **********, 100122757, xx.xx.2017-ci il tarixli **********, **********, 10.7.2017-ci il tarixli **********, ********** nömrəli ödəniş tapşırıqları cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxs Azərbaycan Respubilkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülki iddiası qismən təmin edilsin, 159.230,28 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respubilkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ödənilsin. 22.925 manat dəyərində mal qalığı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçirilsin. İş üzrə məhkəmə məsrəfi - məhkəmə-texniki-tikinti ekspertizaları üzrə tədqiqatın dəyəri cəmi 650 (altı yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar