Məhkəmə qərarları › İş №1(101)-580/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-580/2020

02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-580/2020 02.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, 1 (bir) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, həbs olunanadək “xxxx” tibb mərkəzində direktor müavini vəzifəsində işləmiş, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 29, mənzil 49-da qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, digər şəxsi qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, xx xxxxxx 2020-ci il tarixdə saat 06:00 radələrində ünvan 1 ünvanında yerləşən və əmək müqaviləsinə əsasən orada direktor müavini vəzifəsində işlədiyi “xxxx” tibb mərkəzində ümumi vəziyyəti öyrənmək və gözətçinin yerində olmasını yoxlamaq məqsədilə, həmin tibb mərkəzinə gələrək tibb mərkəzinin qapısını və pəncərələrini döymüş, içəridən heç kimin gəlmədiyini görüb tibb mərkəzinin şəhərlərarası telefonuna zəng etmiş, lakin telefon zənglərinə də heç kimin cavab vermədiyini görüb bundan narahat olaraq ayağı ilə tibb mərkəzinin ümumi zalına açılan pəncərəsini sındıraraq içəri daxil olmuşdur. Bundan sonra o, əvvəlcə gözətçilərin istirahət otağı kimi istifadə etdikləri otağa baxmış, lakin orada heç kimin olmadığını gördükdən sonra tibb mərkəzinin birinci mərtəbəsində yerləşən stomatoloq otağına daxil olduqda, tibb mərkəzində qeyri-rəsmi usta işləyən, lakin tibb mərkəzində rəsmi mühafizəçi işləyən Şahid4 xahişi ilə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində gözətçi qismində Şahid4 əvəz edərək tibb mərkəzində qalan Zərərçəkmiş şəxs və istintaqa şəxsiyyəti məlum olmayan qadını görmüşdür. O, Zərərçəkmiş şəxs və sonuncunun yanında qadını gördükdə, Zərərçəkmiş şəxs əynindəki şalvarı səliqəyə salırmış, qadın isə otaqda olan divanın üzərində paltarlarını geyinirmiş. O, bunu gördüyü üçün onların cinsi əlaqədə olduqlarından şübhələnmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qapını açmamasını düşünərək sonuncuya tibb mərkəzində əxlaqsızlıq etməsinə dair iradlarını bildirdikdə, aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sinəsindən əli ilə vurub ünvanına nalayiq ifadələr işlətməsindən sonra o, hiddətlənərək qisas almaq niyyətilə qəsdən öldürmək məqsədi ilə sağ əli ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə çoxsaylı zərbələr vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən sağ körpücük nahiyəsinin iki ədəd qançırları, sağ üst göz qapağının şişkinliyi və sıyrığı, sol qaşüstü nahiyənin və sol gözətrafı yumşaq toxumalarının qançırları, üst və alt dodaqların iç səthinin qançırları, sol bazu oynağının ön səthinin sıyrıqları və ölümə səbəb olan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid baş beyinin sağ ənsə payının yumşaq qişasına qansızma, beyinciyin yumşaq qişasına və toxumasına qansızmalar, uzunsov beyinə yayılmış qansızmalarla müşayiət olunan sağ almacıq nahiyəsinin qançır-şişkinlik və sıyrıqları kimi xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsi, yəni sonuncunu qəsdən həyatdan məhrum etməsi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər və obyektiv sübutlarla aşağıda şərh olunan qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər Qəbələ şəhərində yerləşən istirahət mərkəzlərinin birində olmalı imiş. xx xxxxxx 2019-cu il tarixdə o, Qəbələ şəhərinə getmişdir. Hadisədən əvvəl o, uzun müddət xaricdə yaşadığından və ailə üzvləri ilə birlikdə bayram keçirmədiyindən Yeni il bayramını ailəsi ilə birlikdə qeyd etmək üçün nahardan sonra Qəbələ şəhərindən Bakı şəhərinə gəlmişdir. Axşam təxminən saat 20:00 radələrində o, evə çatmışdır. O, bir qədər dincəldikdən sonra saat 23:00 radələrində ailəlikcə yemək yemişdir. O, Yeni il bayramını qarşıladıqdan sonra təxminən saat 01:00 radələrində evdən çıxmış və şəxsi münasibətdə olduğu qadınla görüşmüşdür. Həmin şəxs əşyalarını yığdıqdan sonra onlar birlikdə rayona qayıtmalı imişlər. Onun telefonunun zaryadkası olmadığından o, tibb mərkəzinin yanından keçdikdə, sürücüyə avtomobili saxlamasını, tibb mərkəzindən zaryadkanı götürüb gələcəyini bildirmişdir. O, avtomobildən düşüb tibb mərkəzinə getmişdir. O, qapını döymüş, lakin qapını açan olmamışdır. Gözətçinin qapını açması üçün o, tibb mərkəzinin ***-**-** şəhərlərarası nömrəsinə zəng etmişdir. Lakin şəhər telefonuna cavab verən olmamışdır. O, 5-7 dəqiqə gözləmiş, lakin heç kim qapıya yaxınlaşmamışdır. O, həmin gün Namiqin gözətçi qalacağını bilmişdir. O, qapının açılmamasını gördükdə, ya Namiqə nəsə olduğunu, ya da Namiqin bayram günü olduğundan tibb mərkəzində heç kəsin olmamasından istifadə edərək evə getdiyini düşünmüşdür. Bundan sonra o, tibb mərkəzinin ümumi giriş qapısının yanında olan balaca pəncərəni ayağı ilə qıraraq içəri daxil olmuşdur. O, içəri daxil olduqdan sonra sol tərəfdə olan qapını açmışdır. Sonra o, həmin qapıdan sağda mühafizəçilərin dincəldiyi otağın qapısını açmışdır. O, həmin qapını açdıqda, stomatoloq otağının içərisində Murazı və sonuncunun yanında bir qadın olduğunu görmüşdür. Qadın təxminən 50-55 yaşlarında olmuşdur. O, qadına əli ilə işarə edib otaqdan çıxıb getməsini bildirmişdir. Qadın da heç bir söz demədən çıxıb getmişdir. Bu vaxt Muraz onun üzərinə gəlmiş və nə baş verdiyini soruşmuşdur. Muraz onun üzərinə gəldikdə, o, əli ilə Murazın gicgah nahiyəsinə 1 (bir) dəfə möhkəm vurmuş və sonuncudan öz otağının açarını istəmişdir. O, Muraza zərbə vurduqdan sonra sonuncu duruxmuşdur. Zərbədən sonra Muraz yerə yıxılmamışdır. Həmin vaxt Muraz ayaq üstə olmuşdur. Muraz ona otağın açarını verdikdən sonra o, Muraza əşyalarını yığıb klinikanı tərk etməsini bildirmişdir. Sonra o, otağına qalmış və zaryadkanı götürmüşdür. O, pəncərədən içəri daxil olduğuna görə şüşə onun əllərini və ayaqlarını kəsmişdir. Ona görə o, əllərini yuyub qanını təmizləmişdir. Sonra o, aşağı düşmüşdür. O, aşağı düşdükdə, klinikanın çöl qapısının yenə bağlı olduğunu, açarların da qapının üzərində olduğunu görmüşdür. Həmin vaxt o, elə bilmişdir ki, Muraz çıxıb getmişdir. Sonra o, qapını açıb çölə çıxmış, onu gözləyən sürücüyə və xanıma 2 (iki) dəqiqəyə gələcəyimi bildirmişdir. Sonra o, yenidən klinikaya daxil olmuş və Murazı qadınla gördüyü otağa daxil olmuşdur. O, otağa daxil olduqda, Murazın üzü üstə yerə uzandığını görmüşdür. O, tez yaxınlaşıb Murazı arxası üstə çevirmiş və sonuncudan nə olduğunu soruşmuşdur. Muraz isə ona cavab verməmişdir. Həmin vaxt Murazın dodağında şiş olmuşdur. O, Murazın vəziyyətinin pis olduğunu görüb sonuncunun köynəyinin yaxasını cırıb ürəyini masaj etməyə başlamışdır. Lakin bu vaxt o, Murazın əllərinin göyərməyə başladığını görmüşdür. Sonra o, Murazı otaqda olan divana uzatmış və üstünü örtmüşdür. Həmin vaxt artıq Muraz ölmüşdür. Sonra o, çölə çıxmış və mühafizə xidmətinin rəisi Mübarizə zəng vuraraq sonuncudan tibb mərkəzinə gəlməyini istəmişdir. O, Mübarizlə danışdıqdan sonra onu gözləyən sürücüyə və xanıma işi olduğuna görə getmələrini demişdir. Bir neçə dəqiqədən sonra Mübariz gəlmişdir. Mübariz klinikaya arxa qapıdan daxil olmuşdur. Mübariz içəri daxil olan vaxt o, çöl qapının yanındakı pəncərənin şüşələrini zibil qabına yığmışdır. O, Mübarizin klinikaya daxil olduğunu görmüş, lakin Mübariz otaqda Murazı gördükdən sonra qorxub qaçmışdır. O, Mübarizin nə zaman klinikanı tərk etməsini görməmişdir. Bundan təxminən 30-40 dəqiqə keçdikdən sonra onun qardaşı İsaq atasının idarə etdiyi avtomobillə klinikaya gəlmişdir. Qardaşı İsaq gəldikdən sonra ondan nə baş verdiyini soruşmuşdur. O da İsaqa Murazı vurduğunu demişdir. Lakin o, İsaqı Murazın olduğu otağa daxil olmağa qoymamış və qardaşına Murazın öldüyünü demişdir. İsaq ondan Murazın necə öldüyünü soruşduqda, o, Murazı 1 (bir) dəfə əli ilə vurduğunu, sonra otağına qalxdığını, otağa qalxıb düşdükdən sonra Muraza baxdıqda, sonuncunun öldüyünü demişdir. O, İsaqa atasına zəng vurmasını demişdir. Qardaşı İsaq da atasına zəng vurmuş, lakin telefonda baş vermiş hadisə barədə İsaq atasına heç nə deməmişdir. Atası klinikaya taksi ilə gəlmək istəmişdir. Lakin o, atasının gecə taksi tapa bilməyəcəyini qardaşına bildirmişdir. Sonra o, qardaşı ilə birlikdə evə getmişdir. O, evə çatana yaxın atasının yolda dayandığını görmüşdür. Sonra onun atası onların olduğu avtomobilə əyləşmiş və nə baş verdiyini soruşmuşdur. O da atasına Murazı əli ilə vurduğunu və Murazın öldüyünü demişdir. Onlar klinikaya qayıdanda o, Polis bölməsinə qayıtmaqlarını bildirmişdir. Onun atası əvvəl onunla razılaşmış, sonra isə klinikaya getməli olduqlarını və Muraza özünün baxacağını bildirmişdir. Çünki o, həmin vaxt həyəcanlı olduğuna görə atası bəlkə də Murazın ölmədiyini düşünmüşdür. Sonra onlar üçü birlikdə klinikaya getmişlər. Onlar klinikaya çatdıqda, atası Muraza baxmış və sonuncunun öldüyünü görmüşdür. Atası Muraza baxdıqdan sonra atasıgil polisə zəng etmişlər. Lakin o, atasının polisə hansı məlumat verdiyini bilməmişdir. Sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və onu Polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin bildirmişdir ki, o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 124-cü maddəsinə tövsif edilməsini və həmin maddə üzrə aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, yəniZərərçəkmiş şəxs qəsdən öldürmək niyyətinin olmaması və sonuncunu qəsdən öldürməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında ona irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi, yəniZərərçəkmiş şəxs qəsdən öldürmək niyyətinin olmaması və sonuncunu qəsdən öldürməməsi ilə bağlı verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətinin olmaması və sonuncunu qəsdən öldürməməsi ilə bağlı ifadəsində göstərdiklərinin yalan və həqiqət olmaması müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunlu ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi güdmüşdür. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, onun əri Zərərçəkmiş şəxs təxminən 7-8 il olar ki, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “xxxx” tibb mərkəzində gözətçi kimi işləmişdir. Muraz xasiyyətcə çox mülayim, sakit, səbrli, mehriban, eləcə də ailəcanlı adam olmuşdur. Onların ailəsində heç vaxt söz-söhbət olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə Muraz səhər evdən çıxaraq “xxxx” tibb mərkəzinə getmişdir. Həmin gün təxminən saat 12:00 radələrində Muraz evə qayıtmış və bayramı evdə keçirəcəyini ona demişdir. Tibb mərkəzinin rəhbərliyi Muraza evə gedib bayramı keçirmək üçün 50 manat pul vermişdir. Həmin gün təxminən saat 16:00 radələrində Mübariz Murazın mobil telefonuna zəng edərək tibb mərkəzinə çağırmışdır. O, Murazdan işə niyə getdiyini soruşmuşdur. Muraz da ona bildirmişdir ki, “Mubariz mənə zəng edib deyib ki, bugün Namiq gözətçi kimi qalmalı idi. Lakin sən gəl, Namiqi əvəz elə”. Əslində həmin gecə gözətçi Namiq olmalı imiş. X27 demişdir ki, “Gecə sən qal. Namiq latın qrafikalı əlifbanı bildiyinə görə növbəti gün o, gələr və tibb mərkəzinə gələcək işçilərlə bağlı yazıları yazar”. Halbuki 01 yanvar tarixi bayram günü olduğuna görə tibb mərkəzinə heç bir işçi gəlməyəcəkdi. Bundan sonra Muraz ona işə çağırıldığını, gecə tibb mərkəzində Namiqin əvəzinə gözətçi qalacağını və evə xx xxxxxx 2020-ci il tarixdə gələcəyini deyib getmişdir. O, 31 dekabr günü axşam vaxtı bir neçə dəfə Murazlə mobil telefonla əlaqə saxlamış və hətta onlar bir-birini bayram münasibəti ilə də təbrik etmişlər. Həmin vaxt Muraz ona hər hansı bir şübhəli söz deməmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə səhər saat 11:00-12:00 radələrinə qədər Muraza dəfələrlə zəng vursa da, Murazın telefonu sönülü olmuşdur. O, tibb mərkəzinə də zəng vurmuş, lakin tibb mərkəzində də telefona cavab verən olmamışdır. O, Muraza dəfələrlə zəng etdikdən sonra Murazın telefonuna bir nəfər polis cavab verərək onun kim olduğunu soruşmuşdur. O da həmin şəxsə Murazın arvadı olduğunu demişdir. O, həmin şəxsə bunu dedikdə, telefona cavab verən şəxs ondan Murazın işlədiyi yerə gəlməyini xahiş etmişdir. Bundan sonra o, Murazın başına hadisə gəlməsindən şübhələnmişdir. O, “xxxx” tibb mərkəzinə gəldikdə, ona Murazın gecə saatlarında tibb mərkəzində vəfat etməsi məlum olmuşdur. Sonradan ona və onun ailə üzvlərinə Murazın əslində öz əcəli ilə ölmədiyi, tibb mərkəzinin direktor müavini Təqsirləndirilən şəxs tərəfindən döyülərək öldürüldüyü barədə məlumat verilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində, həmçinin təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X12 qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, “xxxx” klinikasında təsərrüfat işləri ilə məşğul olur. Həmin klinikanın gecə mühafizəçisi Namiq olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Muraz və Namiq işdə olduqları vaxt onun yanında həmin gün gecə növbəsində Murazın qalması barədə razılaşmışlar. O da Namiqlə Murazın razılaşdığını görüb klinikada gecə növbəsində Murazın mühafizəçi kimi qalmasına etiraz etməmişdir. Muraz təsərrüfat işləri üzrə usta işlədiyindən həmin gecə də qalıb həmin işləri görməli imiş. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona gecə vaxtı zəng edərək təcili klinikaya gəlməyini demişdir. O, klinikaya getdikdə, klinikanın qapısının sol tərəfində olan pəncərənin sındığını görmüşdür. Sonra o, klinikaya daxil olmuşdur. O, içəriyə daxil olduqda, birinci mərtəbədə Həsəni görmüşdür. Həmin vaxt Həsən çox əsəbi və gərgin olmuşdur. Həsən ona gecə klinikaya gəldikdə, qapını heç kimin açmadığını, bu səbəbdən mühafizəçiyə nəsə olduğunu düşündüyündən klinikanın qapısının sol tərəfində olan pəncərəni sındıraraq içəri daxil olduğunu və içəri daxil olduqda isə Murazın yanında qadın olduğunu gördüyünü, ona görə də Muraza bir dəfə sillə vurduğunu bildirmişdir. O, həmin vaxt Həsənin dediklərindən qorxmuş və Murazın harada olduğunu Həsəndən soruşmadan klinikadan çıxıb getmişdir. O, klinikadan çıxıb tez klinikanın müdiri Şahid2 zəng vuraraq Həsənin Murazla dalaşdığını bildirmiş və bundan sonra yaşadığı evə getmişdir. Hadisə barədə onun başqa məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, “xxxx” tibb mərkəzində mühafizəçi işləyir. Zərərçəkmiş şəxs “xxxx” tibb mərkəzində təmir işləri ilə məşğul olmuşdur. Bəzən onun işi olduqda, Muraz gecə növbəsində gözətçi kimi onu əvəz etmişdir. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 08:00 radələrində Muraz işə gəlmişdir. O, Muraza 2 gün dalbadal gecə növbəsində mühafizəçi kimi qaldığını və bundan yorulduğunu bildirmişdir. Bundan sonra o, Murazdan həmin gün gecə növbəsində qalmasını xahiş etmişdir. Muraz onunla razılaşmış və ona onsuzda həkimlərdən birinin otağında təmir işləri görməli olduğundan gecə növbəsində qalıb onu əvəz edə biləcəyini bildirmişdir. Həmin vaxt onların yanında “xxxx” tibb mərkəzində mühafizə xidmətinin rəisi işləyən Şahid1 da olmuşdur. O, xx xxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində işə getdikdə, tibb mərkəzində 2 (iki) nəfər polis əməkdaşlarının şəkil çəkdiklərini görmüşdür. O, polis əməkdaşlarından nə baş verdiyini soruşduqda, sonuncular ona Murazın gecə yatıb səhər durmadığını demişlər. Hadisə barədə onun başqa heç bir məlumatı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020ci il tarixli raportdan (cild 1, iş vərəqə 211) görünür ki, Şahid2 “xxxx” tibb mərkəzi MMC-nin şəhərlərarası ***-***-**-** nömrəsindən zəng edərək tibb mərkəzində işləyən 50-52 yaşlı Muraz adlı şəxsin ürək çatışmamazlığından vəfat etdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 3-9) görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 16 ünvanında yerləşən “xxxx” tibb mərkəzinin birinci mərtəbəsində yerləşən stomatoloq otağında baş vermiş və həmin otaqda yerləşən divanda Zərərçəkmiş şəxs meyiti aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 12-17) görünür ki, meyitə baxış zamanı Zərərçəkmiş şəxs əynində qəhvəyimtil rəngdə üzərində ağ rəngdə kvadrat şəklində naxışları olan, pambıq materialdan 1 (bir) ədəd qısaqol mayka, cins materialdan hazırlanmış, üzərində qara rəngdə dəri materialdan kəməri olan 1 (bir) ədəd şalvar, qara rəngdə qarışıq materialdan 1 (bir) ədəd tuman, qarışıq materialdan qara rəngdə 1 (bir) cüt corab olmuşdur. Meyit kişi cinsinə aid olmuş, boyunun uzunluğu 162 sm-dir, düzgün bədən quruluşlu, kafi köklükdədir. Meyitin bədən səthi ümumiyyətlə solğundur, əllədikdə soyuqdur. Meyit qacıması çeynəmə əzələlərində yaxşı, digər qrup əzələlərdə isə zəif inkşaf etmişdir. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşmişdir, çəhrayımtıl-bənövşəyi rəngdədir, uzunluqları 2-3 sm-ə qədərdir, alın təpə nahiyəsində seyrəkdir. Gözlər göz qapaqları ilə örtülüdür, buynuz qişaları parlaqdır, yoxladıqda tamdır, hər iki burun dəlikləri və xarici qulaq keçəçəkləri sərbəstdir, ifrazat yoxdur. Ağzı dodaqlarla örtülüdür, üst və alt çənədə təbii dişləri yoxdur, protez dişləri var. Dili ağız boşluğunda sərbəst yerləşmişdir. Boyu bədəninə uyğun inkişaf etmişdir, döş qəfəsi silindrik formada olub, simmetrikdir, qabırğalar əllədikdə tamdır. Onurğa sütunu düzgün quruluşdadır. Qarnı qabırğa qövsü səviyyəsində yerləşmişdir. Xarici cinsiyyət üzvləri düzgün inkşaf etmişdir, dəyişiksizdir, kişi tiplidir. Xayalıqda iki ədəd eyni oval formada yumşaq elastik konsistensiyalı üzəriləri hamar xayalar vardır. Meyitin xarici müayinəsi zamanı bədən səthində aşağıdakı xəsarətlər aşkar edilmişdir: 1) sağ almacıq nahiyəsində şişkinlik halında əzilməsi-hematoma vardır ki, bu hematomanın səthində sıyrıqlar, 2) sağ gözün üst qapağının bayır bucağında sıyrıq, 3) sağ körpücük sümüyü nahiyəsində qançır, 4) sol göz yuvasının ətraf yumşaq toxumalarında qançır, 5) üst və alt dodaqlar şişkindir, üst və alt dodaqların iç səthlərində qançırlar, 6) alının sol yarısının qaşüstü nahiyəsində qançır, 7) sol çiyin qurşağında 5 (beş) ədəd sıyrıqlar vardır. Bədən səthində başqa xəsarət və xəsarət izi aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 20-21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törədilməsi ilə bağlı şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 33-34) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 1/14 saylı protokoldan (cild 1, iş vərəqə 57) görünür ki,həmin gün Təqsirləndirilən şəxs ayıq olmuş, lakin onun sidiyində sərxoşluq əlamətləri olmadan narkotik vasitələrdən istifadə aşkarlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 05 nömrəli rəyindən (cild 1, iş vərəqə 68-69) görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yarısının ön səthinin və sağ əlin ovuc səthinin qançırları, sağ əlin İİ-İİİ barmaqların orta falanqasının arxa səthlərinin, sağ topuq nahiyəsinin iç səthinin səthi kəsilmiş yaralarından ibarət olmuşdur. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol yarısının ön səthinin və sağ əlin ovuc səthinin qançırları küt əşyanın (əşyaların), sağ əlin İİ-İİİ barmaqların orta falanqasının arxa səthlərinin, sağ topuq nahiyəsinin iç səthinin səthi kəsilmiş yaraları isə kəsici əşyanın (əşyaların), ola bilsin sınmış şüşə qəlpələrinin iti kənarının təsirindən törənmişdir, qərarın təsviri hisəsinə qeyd olunan xx xxxxxx 2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli götürmə aparılması və baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 61- 62) görünür ki, baxış və götürmə aparılması zamanı MTE və PA Birliyinin Nərimanov rayon şöbəsindən Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd gödəkçə, 1 (bir) ədəd tuman, 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd köynək maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 74-75) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 91-96) görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 16 ünvanında yerləşən “xxxx” tibb mərkəzində Zərərçəkmiş şəxs ilə mübahisə edib sonuncunu yumruq zərbələri ilə vurduğu yeri, eləcə də törətdiyi cinayətin üsulunu və mexanizmini əyani şəkildə hadisə yerində göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 111-113) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli “DVR” qurğusuna baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 123-124) görünür ki, həmin gün “xxxx” tibb mərkəzində olan qurğuya baxış keçirilmiş, baxış vaxtı qurğunun işlək vəziyyətdə olması, lakin qurğuda yaddaşın olmaması və ona görə də qurğuda hər hansı görüntünün olması aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli bildirişdən (cild 1, iş vərəqə 158) görünür ki, Şahid1 “xxxx” tibb mərkəzi MMC-də təsərrüfat müdiri vəzifəsində işləyir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli bildirişdən (cild 1, iş vərəqə 159) görünür ki, Şahid2 “xxxx” tibb mərkəzi MMC-də direktor vəzifəsində işləyir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli bildirişdən (cild 1, iş vərəqə 160) görünür ki, Təqsirləndirilən şəxs “xxxx” tibb mərkəzi MMC-də direktor müavini vəzifəsində işləyir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli bildirişdən (cild 1, iş vərəqə 161) görünür ki, Şahid3 “xxxx” tibb mərkəzi MMC-də kompüter üzrə mütəxəssis vəzifəsində işləyir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli bildirişdən (cild 1, iş vərəqə 198) görünür ki, Şahid4 “xxxx” tibb mərkəzi MMC-də mühafizəçi vəzifəsində işləyir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 228) görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan **********4076 mobil nömrəsinə xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində olan məlumatlara baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal müəyyən edilməmişdir. Onun nömrəsində iş üçün əhəmiyyət kəsb edən sms yazışma aşkar edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında hadisədən əvvəl telefon danışığı olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X9 cavab məktubundan (cild 1, iş vərəqə 240-256) görünür ki,“xxxx” tibb mərkəzi MMC-nin şəhərələrarası ***-***-**-** nömrəsindən xx xxxxxx 2020-ci il tarixdə saat 10:59-da Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 tələbnaməsindən (cild 1, iş vərəqə 271) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 257) görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs xxxx” tibb mərkəzi MMC-yə gəldikdən sonra tibb mərkəzinin şəhərlərarası ***-***-**-** nömrəsindən ***-***-**-** şəhərlərarası telefon nömrəsinə 1 (bir) dəfə zəng etmiş və onun zəng etdiyi nömrə Zərərçəkmiş şəxs yaşadığı evin şəhərlərarası telefon nömrəsi olmuşdur. Eyni zamanda “xxxx” tibb mərkəzi MMC-nin şəhərlərarası ***-***-**-** nömrəsindən xx xxxxxx 2020-ci il tarixdə saat 10:59-da Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 01 nömrəli meyitin ekspertizası barədə rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 275-280) görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdaki xəsarətlər aşkar edilmişdir: 1) baş beyinin sağ ənsə payının yumşaq qişasına qansızma, beyinciyin yumşaq qişasına və toxumasına qansızmalar, uzunsov beyinə yayılmış qansızmalarla müşayiət olunan sağ almacıq nahiyəsinin qançır-şişkinlik (5.5x5 sm ölçüdə) və sıyrıqları (3x1,5 sm və 4x0,2 sm ölçülərdə), 2) sağ körpücük nahiyəsinin 2 (iki) ədəd qançırları (2x1 sm və 1,5x1 sm ölçülərdə); 3) sağ üst göz qapağının şişkinliyi və sıyrığı, 4) sol qaşüstü nahiyənin (3.5x1 sm ölçüdə) və sol gözətrafı yumşaq toxumalarının (6x5 sm ölçüdə) qançırları, 5) üst və alt dodaqların iç səthinin qançırları (3x2 sm, 3.5x3 sm ölçülərdə), 6) sol bazu oynağının ön səthinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub zərərçəkmiş şəxsin ölümündən az əvvəl küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx xxxxxx 2020-ci il tarixdə müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni əllə vurulma nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən baş beyin, beyinciyə və uzunsov beyinə qansızmalarla müşayiət olunan sağ almacıq nahiyəsinin qançır-şişkinliyi və sıyrıqları həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir, digər xəsarətlər isə həm ümumilikdə, həm də birlikdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb qapalı kəllə beyin travması, baş beyinin ənsə payına, beyinciyə, uzunsov beyinə qansızmalar olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 6-12 saat əvvələ uyğun gəlir, bu da meyit əlamətləri ilə öz təsdiqini tapır. Zərərçəkmiş şəxs xəsarətlər qısa zaman fasiləsində yetirildiyindən onların yetirilmə ardıcılığını müəyyən etmək mümkün deyil. Zərərçəkmiş şəxs ölümü qeyd olunan xəsarətləri aldıqdan sonra saniyələrlə ölçülər qısa bir zaman kəsiyində baş vermişdir. Xəsarətlər yetirildikdən sonra mərhum sərbəst hərəkət etmək və müqavimət göstərmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan xəsarətləri alarkən bədənin ön səthi xəsarət yetirən şəxs tərəf olmaqla müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturmuş, uzanmış və s.) ola bilərdi. Zərərçəkmiş şəxs meyitinin üzərindəki xəsarətlərin qarşılıqlı mübarizə və özünü müdafiə xarakterli olması sualları məhkəmə-tibbi ekspertizası məvhumu deyil. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Elmi-Təcrübi və Tədris Birliyi” X28 maddi sübutların ekspertizası barədə 42/MTBŞ-2020 saylı rəyindən (cild 2, iş vərəqə 7-12) görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A beta/H(İİ)-dir. Təqsirləndirilən şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu : O(İ)-dır. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, mayka və gödəkçə üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda, A və H antigenləri alındı. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə A/H/(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Belə olan halda ləkələrdə Təqsirləndirilən şəxs qanının olması inkar olunur. Zərərçəkmiş şəxs məxsus alt tumanı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, mayka üzərində spermaya şübhəli hər hansı bir ləkə, alt tumanı və gödəkçə üzərində spermatozoidlər aşkar olunmadı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 01 nömrəli maddi sübutların ekspertizası barədə 23/2020 MTKŞ saylı rəyindən (cild 2, iş vərəqə 15-17) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ nahiyəsində 1 (bir) ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin həmin nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin öndən bağlandığı İİ, İV, V, Vİ və Vİİ düymələr yerində yoxdur. Bu düymələrin yerində olmaması onlara küt qüvvə tətbiq etməklə qopub düşmələri ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka, tuman və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə-tibbi bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdaki kimi qiymətləndirmək olar: a) köynəyin sol qolunun çiyin hissəsinə yaxın sahədə qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar, b) gödəkçənin sağ qolunun sərbəst kənarına yaxın sahədə, maykanın ön hissəsinin sol qoltuqaltı nahiyəsində olan qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətlilik) kontakt nəticəsində əmələ gəlmişdir, c) köynəyin ön hissəsinin sol-aşağı nahiyəsində 3 (üç) ədəd uzunsov formalı, şalvarın sağ ayağının diz nahiyəsində 2 (iki) ədəd nisbi-düz və qeyri-düz dairəvi formalı fasilələrdə yerləşən qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər, bəzilərini isə qanın öz ağırlığı ilə aşağıya doğru axıntıları əmələ gətirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası haqqında 291 nömrəli rəyindən (cild 2, iş vərəqə 47-49) görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı, intellektual imkanları yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Ümumilikdə ünsiyyətçil olmaqla adaptivdir. Özünə qarşı hörmət tələb etmək, çılğınlıq, hövsələsizlik, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması situasiya fonunda xarakterik xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Rahimli X7 hadisəsini törədərkən güclü ruhi həyəcan(fızioloji affekt) vəziyyətində olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 Şəxsin Ambulator X3 463 nömrəli rəyindən (cild 2, iş vərəqə 43-45) görünür ki,Təqsirləndirilən şəxs müayinə zamanı alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs alkoqolizm xəstəliyindən əzab çəkmir. Onun alkoqolizm xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin cavabından (cild 2, iş vərəqə 51) görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs “xxxx” tibb mərkəzinə tək gəldiyi müəyyən edilsə də, hadisədən əvvəl onun Zərərçəkmiş şəxs yanında gördüyü qadının şəxsiyyətini dəqiqləşdirmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 54-75) görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs sol göz nahiyəsinə sağ əli ilə yalnız bir dəfə vurmasını, onun Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması barədə göstərdikləri dəlillər özünü müdafiə, daha ağır məsuliyyətdən yaxa qurtarması kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə yeni məzmunda ittihamın elan edilməsi, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmaması səbəbindən bu hissədə cinayət təqibinin rədd edilməsi, 1 (bir) ədəd gödəkçənin, 1 (bir) ədəd köynəyin, 1 (bir) ədəd maykanın, 1 (bir) ədəd şalvarın və 1 (bir) ədəd alt tumanının maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Nərimanov rayon prokurorluğuna verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında qərardan (cild 2, iş vərəqə 81-82) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizələrdən (cild 2, iş vərəqə 281-282) görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X12 Təqsirləndirilən şəxs ilə barışmış, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 2, iş vərəqə 37) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2010-cu il tarixdə təsdiq edilmiş nizamnamənin surətindən (cild 1, iş vərəqə 140-147) görünür ki, “xxxx” tibb mərkəzi MMC-nin təsisçisi Şahid2dur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2012-ci il tarixli icarə müqaviləsinin surətindən (cild 1, iş vərəqə 154-157) görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X31 küçəsi, 16 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bir hissəsi icarəyə verən Azərbaycan Beynəlxalq Universiteti tərəfindən icarəçi “xxxx” MMC-yə aylıq 2000 manat icarə haqqı müqabilində icarəyə verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2016-cı il tarixli 087930 saylı lisenziyanın surətindən (cild 1, iş vərəqə 137) görünür ki,“xxxx” tibb mərkəzi MMC-yə özəl tibb fəaliyyəti ilə məşğul olmağa icazə verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 2, iş vərəqə 38) görünür ki, xx xxxxxxx 2016-cı il tarixdə Rahimli Əli anadan olmuş, onun atası Təqsirləndirilən şəxs, anası Əliyeva Leyladır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X23 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, məhkəmə istintaqında həmin sübutları, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirmişlər və bununla bağlı müxtəlif vəsatətlər vermişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, yəni Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, hadisə baş verən gün, yəni xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 06:00 radələrindəTəqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 16 ünvanında yerləşən və orada direktor müavini vəzifəsində işlədiyi “xxxx” tibb mərkəzinə getmişdir. O, tibb mərkəzinə getdikdən sonra tibb mərkəzinin qapısını və pəncərələrini döymüş, lakin qapını açan olmamışdır. Bundan sonra o, tibb mərkəzinin şəhərlərarası telefonuna zəng etmiş, lakin telefon zənglərinə də cavab verən olmamışdır. Təqsirləndirilən şəxs bunu gördükdə, ayağı ilə tibb mərkəzinin ümumi zalına açılan pəncərəsini sındırmış və həmin pəncərədən tibb mərkəzinin içərisinə daxil olmuşdur. O, içəri daxil olduqdan sonra orada heç kəsi görməmişdir. Sonra o, tibb mərkəzinin birinci mərtəbəsində yerləşən stomatoloq otağına daxil olmuş və həmin otaqda tibb mərkəzində qeyri-rəsmi qaydada işləyən Zərərçəkmiş şəxs və sonuncunun yanında tanımadığı bir qadını görmüşdür. Rahimli X2 üçün nəzərdə tutulmuş otaqda Murazı və sonuncunun yanında olan qadını görməsi təqsirləndirilən şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs yanında olmuş qadının şəxsiyyəti müəyyən edilməmişdir. Bu hissədə ibtidai istintaq orqanı tərəfindən ibtidai istintaq dövründə araşdırma aparılsa da və əməliyyat orqanı tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, Zərərçəkmiş şəxs yanında olan qadının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin bu hissədə ifadəsində göstərdiklərini istisna edən hər hansı bir sübut əldə edilib cinayət işinin materiallarına əlavə edilmədiyindən, qeyd edilən məsələ üzrə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini məhkəmə mötəbər sübut kimi qəbul edir. Eyni zamanda xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə “xxxx” tibb mərkəzində gecə növbəsində həmin mərkəzin mühafizəçisi Şahid4 qalmalı olduğu halda, əvvəlcədən əldə edilmiş razılığa əsasən gecə növbəsində mərhum Zərərçəkmiş şəxs qalmışdır. Qeyd edilən hal cinayət işinin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs tibb mərkəzinin stomatoloq otağına daxil olduqda və orada Zərərçəkmiş şəxs yanında tanımadığı qadını gördükdə, Zərərçəkmiş şəxs həmin qadınla cinsi əlaqədə olduğunu, bununla da Zərərçəkmiş şəxs onun ailəsinin rəhbərlik etdiyi tibb mərkəzində əxlaqsızlıq etdiyini düşünmüşdür. Bu səbəbdən də Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sözlü mübahisə baş vermişdir. Onların arasında sözlü mübahisəyə səbəb Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tibb mərkəzində əxlaqsızlıq etdiyinə görə sonuncuya bildirdiyi irad olmuşdur. Zərərçəkmiş şəxs isə öz növbəsində təqsirləndirilən şəxsin iradına etiraz etmişdir. Nəticədə də onların arasında sözlü mübahisə yaranmış və daha sonra həmin sözlü mübahisə fəal hərəkətlərlə müşayiət olunan real dava-dalaşa çevrilmişdir. Bunun nəticəsində Rahimli X6 Muraz Həmzə oğlunun baş nahiyəsinə çoxlu sayda möhkəm zərbələr vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz çoxlu sayda zərbələr endirməsi cinayət işinin materiallarında olan ekspertiza rəyi ilə tam şəkildə təsdiq olunmuşdur. Belə ki, xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 01 nömrəli meyitin ekspertizası barədə rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində çoxlu sayda, yəni: - baş beyinin sağ ənsə payının yumşaq qişasına qansızma, beyinciyin yumşaq qişasına və toxumasına qansızmalar, uzunsov beyinə yayılmış qansızmalarla müşayiət olunan sağ almacıq nahiyəsinin qançır-şişkinlik (5.5x5 sm ölçüdə) və sıyrıqları (3x1,5 sm və 4x0,2 sm ölçülərdə), - sağ körpücük nahiyəsinin 2 (iki) ədəd qançırları (2x1 sm və 1,5x1 sm ölçülərdə); - sağ üst göz qapağının şişkinliyi və sıyrığı, - sol qaşüstü nahiyənin (3.5x1 sm ölçüdə) və sol gözətrafı yumşaq toxumalarının (6x5 sm ölçüdə) qançırları, - üst və alt dodaqların iç səthinin qançırları (3x2 sm, 3.5x3 sm ölçülərdə), - sol bazu oynağının ön səthinin sıyrıqları kimi xəsarətlər aşkar edilmişdir. Yuxarıda göstərilən xəsarətlərdən görünür ki, mərhum Zərərçəkmiş şəxs baş və üz nahiyəsinə məhz çoxlu sayda zərbələr endirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək mərhum Zərərçəkmiş şəxs gicgah nahiyəsinə 1 (bir) dəfə zərbə endirdiyini bildirsə və etiraf etsə də, sonuncunun başına və üzünə çoxlu sayda zərbə endirdiyini inkar etmişdir. Təqsirləndirilən şəxsin əli ilə vurduğu 1 (bir) zərbəsi nəticəsində Zərərçəkmiş şəxs ekspertiza rəyində göstərilmiş xəsarətləri alması inandırıcı və ağlabatan deyil. Belə ki, törədilmiş cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs aldığı xəsarətləri, həmin xəsarətlərin yetirildiyi yerləri, xəsarətlərin ölçülərini və xarakterini nəzərə alaraq, məhkəmə belə hesab edir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona əli ilə yetirdiyi 1 (bir) zərbə nəticəsində - baş beyinin sağ ənsə payının yumşaq qişasına qansızma, beyinciyin yumşaq qişasına və toxumasına qansızmalar, uzunsov beyinə yayılmış qansızmalarla müşayiət olunan sağ almacıq nahiyəsinin qançır-şişkinlik (5.5x5 sm ölçüdə) və sıyrıqları (3x1,5 sm və 4x0,2 sm ölçülərdə), sağ körpücük nahiyəsinin 2 (iki) ədəd qançırları (2x1 sm və 1,5x1 sm ölçülərdə), sağ üst göz qapağının şişkinliyi və sıyrığı, sol qaşüstü nahiyənin (3.5x1 sm ölçüdə) və sol gözətrafı yumşaq toxumalarının (6x5 sm ölçüdə) qançırları, üst və alt dodaqların iç səthinin qançırları (3x2 sm, 3.5x3 sm ölçülərdə), sol bazu oynağının ön səthinin sıyrıqları kimi xəsarət ala bilməzdi. Qeyd edilən xəsarətlərdən görünür ki, Zərərçəkmiş şəxs həmin xəsarətləri onun başına və üz nahiyəsinə endirilmiş zərbələr nəticəsində almışdır. Başqa sözlə, əl ilə vurulmuş bir zərbə nəticəsində zorakılığa məruz qalmış şəxsin üst və alt dodağından tutmuş sağ üst göz qapağınadək, habelə sol qaşüstü nahiyəyədək, sol gözətrafı nahiyəyədək, baş beyinin sağ ənsə payınadək xəsarət alması həm nəzəri, həm də praktiki cəhətdən mümkün deyil.Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs cəmi bir dəfə zərbə (mərhumun gicgahından) vurmuşdur. Lakin ekspertiza rəyinə diqqət yetirdikdə, məlum olur ki, Zərərçəkmiş şəxs bir yerdən deyil, baş və üz nahiyələrindən (üst və alt dodağından, sağ üst göz qapağından, sol qaşüstü nahiyəsindən, sol gözətrafı nahiyəsindən, baş beyinin sağ ənsəsindən və digər yerlərindən) çoxlu sayda ciddi xəsarətlər almışdır. Bu isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxslə dalaşmış və nəticədə sonuncunun müqavimətini qıraraq çoxlu sayda zərbələr endirmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxslə dalaşaraq sonuncuya çoxlu sayda zərbə endirməsi, həmçinin məhkəmə istintaqında dindirilmiş Şahid1 ifadəsi ilə də təsdiq olunur. Belə ki, Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra ona zəng etmiş və sonuncudan tibb mərkəzinə gəlməsini istəmiş, o, tibb mərkəzinə getdikdə isə tibb mərkəzinin qapısının sol tərəfində olan pəncərənin sındığını görmüş, sonra o, içəri daxil olmuş, birinci mərtəbədə Həsəni görmüş və həmin vaxt Həsən çox əsəbi və gərgin olmuşdur. Həsən onu gördükdə, gecə klinikaya gəldiyini, qapını heç kimin açmadığını, bu səbəbdən də tibb mərkəzinin qapısının sol tərəfində olan pəncərəni sındıraraq içəri daxil olduğunu və içəri daxil olduqda, Murazın yanında qadın gördüyünü, ona görə də Muraza 1 (bir) dəfə sillə vurduğunu bildirmişdir. O da həmin vaxt Həsənin dediklərindən qorxmuş və Murazın harada olduğunu Həsəndən soruşmadan klinikadan çıxıb getmişdir. O, klinikadan çıxıb tez təqsirləndirilən şəxsin atası Şahid2 zəng vuraraq Həsənin Murazla dalaşdığını bildirmişdir. Şahid1 özü-özlüyündə Həsənlə Murazın dalaşdığını bilə bilməzdi. Məhkəmə belə nəticəyə gəlir ki, Şahid1 Təqsirləndirilən şəxs gördükdə, sonuncu ona Zərərçəkmiş şəxslə dalaşdığını demiş və o, baş vermiş hadisədən qorxaraq tibbi mərkəzindən çıxıb getmişdir. Həmin arada o, təqsirləndirilən şəxsin atasına zəng edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə dalaşdığını bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərək əsl həqiqəti gizlətmiş, yəni Zərərçəkmiş şəxs baş və üz nahiyələrinə çoxlu sayda deyil, əksinə 1 (bir) zərbə endirməsini bildirməklə özünün qanunsuz hərəkətlərinə haqq qazandırmaq və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz qəsdən öldürmək niyyətinə gəldikdə, məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs onun valideynlərinin və özünün işlədiyi yerdə əxlaqsız hərəkətlər etməsi barədə düşünməsi ona həddən çox pis təsir etmiş və o, özünü sanki təhqir olunmuş kimi hiss edərək özündən maddi cəhətdən asılı olan Zərərçəkmiş şəxs acıq çıxmaq, başqa sözlə, Zərərçəkmiş şəxs hərəkətlərinə görə qisas almaq istəmişdir. Əksini, yəni Təqsirləndirilən şəxs özündən yaşlı olan Zərərçəkmiş şəxs baş və üz nahiyələrinə çoxsaylı zərbələr endirməsini izah etmək mümkün deyil. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məhz qəsdən öldürmək niyyətinin olması onun məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsi ilə də təsdiq olunur. Belə ki, o, məhkəmə istintaqında sərbəst şəkildə ifadə verərək Zərərçəkmiş şəxs onlara məxsus tibb mərkəzində əxlaqsız hərəkətlər etməsinin, Zərərçəkmiş şəxs onun iradı qarşılığında cavab qaytarmasının ona çox pis təsir etdiyini bildirmiş və bunun nəticəsində Zərərçəkmiş şəxs gicgahından bir dəfə zərbə endirdiyi bildirmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə belə nəticəyə gəlir ki,Rahimli X6 Muraz Həmzə oğluna bir zərbə deyil, əksinə çoxlu sayda zərbələr endirmiş və bununla da sonuncunun əxlaqsız hərəkətlərinə görə qisas almaq istəmişdir. Lakin bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs onlara məxsus tibb mərkəzində qadınla cinsi əlaqədə olaraq əxlaqsızlıq etməsini düşünsə və zənn etsə də, məhkəmə istintaqında Zərərçəkmiş şəxs tibb mərkəzində cinsi əlaqədə olması öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA Elmi-Təcrübi və Tədris Birliyi” X28 maddi sübutların ekspertizası barədə 42/MTBŞ-2020 saylı rəyindən görünür ki, cinayət hadisəsi baş verən vaxt Zərərçəkmiş şəxs əynində olan köynək, şalvar və mayka üzərində sperma ləkələri, eləcə də ona məxsus alt tumanı və gödəkçə üzərində spermatozoidlər aşkar olunmamışdır. Bu isə ona dəlalət edir ki, Zərərçəkmiş şəxs cinayət hadisəsi baş verməmişdən əvvəl cinsi əlaqədə olmamışdır. Başqa sözlə, hər hansı əsas olmadan Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs tibb mərkəzində qadınla cinsi əlaqədə olmasını güman edərək Zərərçəkmiş şəxs irad bildirmiş, sonra onun iradı qarşılığında sözlü mübahisə baş vermiş və sözlü mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qisas almaq istəyib sonuncuya çoxlu sayda zərbələr endirərək Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Tibb nəzəriyyəsinə görə: insanın ölümü fizioloji və patoloji (bioloji) ola bilər. Fizioloji ölüm çox qocalıqla əlaqədar olaraq, orqanizmin təbii inkişafının sonu olaraq maddələr mübadiləsinin başa çatması, həyati proseslərin tədricən sönməsi nəticəsində baş verən ölümdür. Fizioloji ölüm cinayət-hüquqi mənada əhəmiyyət kəsb etmir. Patoloji (bioloji) ölüm kənar zorakı təsirlər, o cümlədən orqanizmdəki xəstəlik nəticəsində baş verir. Patoloji ölümə həm də adam öldürmə əməlləri daxildir. Ona görə də ancaq patoloji (bioloji) ölüm cinayət-hüquqi əhəmiyyət kəsb edir. Cinayət hüququ nəzəriyyəsinə görə: qəsdən adam öldürmə cinayəti maddi tərkibli olduğu üçün törədilən əməllə (hərəkət və ya hərəkətsizlik) baş verən nəticə arasında səbəbli əlaqə olmalıdır. Əgər səbəbli əlaqə müəyyən edilməzsə, təsadüfi şərait zəminində ölümün baş verməsi qəsdən adam öldürmə sayıla bilməz. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 01 nömrəli meyitin ekspertizası barədə rəyinə görə mərhum Zərərçəkmiş şəxs aldığı xəsarətlər xx xxxxxx 2020-ci il tarixdə müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni əllə vurulma nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs ölümünə səbəb qapalı kəllə beyin travması, baş beyinin ənsə payına, beyinciyə, uzunsov beyinə qansızmalar olmuşdur. Zərərçəkmiş şəxs ölümü qeyd olunan xəsarətləri aldıqdan sonra saniyələrlə ölçülər qısa bir zaman kəsiyində baş vermişdir. Xəsarətlər yetirildikdən sonra mərhum sərbəst hərəkət etmək və müqavimət göstərmək iqtidarında olmamışdır. Yuxarıda göstərilənləri, cinayət işinin materiallarında mərhum Zərərçəkmiş şəxs xroniki xəstəlikdən və sair xəstəlikdən əziyyət çəkməsini, onun məhz xəstəlik nəticəsində ölməsini, eləcə də Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxslə üzüzə gələrkən və təmasda olarkən sağ olduğunu, onun məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş xəsarətlərdən sonra saniyələrlə ölçülən qısa zaman içərisində öldüyünü nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs çoxlu sayda zərbələr vuraraq qəsdən öldürmüş, yəni zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli, 03 saylı qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə yanaşı, 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Sözügedən qərarın 4-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və Cinayət Məcəlləsinin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməli həqiqətən də törədildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilməli və o, qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməlidir. Rahimli X7 Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmiş və həmin cinayət əməli başa çatmış cinayətdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 (doqquz) ildən 14 (on dörd) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ali təhsilli olmasını, subay olsa da 1 (bir) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddələrindəə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən - Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində göstərilən cinayət əməli cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 Şəxsin Ambulator X3 463 nömrəli rəyinə görə - müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə cinayət işi üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Nərimanov rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd gödəkçə, 1 (bir) ədəd tuman, 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd köynək məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə üzrə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Nərimanov rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd gödəkçə, 1 (bir) ədəd tuman, 1 (bir) ədəd şalvar və 1 (bir) ədəd köynək məhv edilsin. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar