Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-580/2021 03.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2009, 2010, 2011 və 2016-cı il təvəlludlu uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gülüstan küçəsi 6A-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxslə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlayaraq satmışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış heroindən külli miqdarda üç ədəd sellofan torbada hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 508,1 qr., 0,800 qr. və 13,163 qram olmaqla ümumilikdə 522,063 qram və iki ədəd sellofan bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 0,432 qr. və 0,885 qram olmaqla ümumilikdə 1,317 qram psixotrop maddə metamfetamin əldə etdikdən sonra bir ədəd sellofan torbada olan 508,1 qram heroini daşıyıb yaşadığı evdə gizlədib saxlamış, qalan 13,963 qram olan narkotik vasitə heroini və 1,317 qram olan psixotrop maddə metamfetamini 09 fevral 2020-ci il tarixdə X11 internet üzərindən qanunsuz olaraq satmaq barədə razılaşaraq, İbrahim Əliyevin “Whatsapp” sosial şəbəkəsində olan mobil nömrəsinə İmanverdi Hüseynova məxsus **********593017 nömrəli "Kapital Bank" hesab kartını göndərərək, narkotik vasitə və psixotrop maddənin pulunu həmin hesaba yollamasını deyərək, 13,963 qram olan narkotik vasitə heroini və 1,317 qram olan psixotrop maddə metamfetamini Xətai rayonu, Naximov küçəsində yerləşən C.Naxçıvanski adına hərbi litseyin qarşısında olan avtobus dayanacağına daşıyıb, oturacağın altında gizlətdiyini bildirmiş, 09 fevral 2020-ci il tarixdə saat 00:15:37-də İbrahim Əliyev Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindəki “Araz” marketdə yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına 220 manat pul köçürdükdən sonra, narkotik vasitə və psixotrop maddələrin saxlandığı yerə- yəni Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən C.Naxçıvanski adına hərbi litseyin qarşısına gedib orada olan avtobus dayanacağındakı oturacağın altında içərisində külli miqdarda 13,963 qram narkotik vasitə heroin olan siqaret qutusunu və içərisində 1,317 qram psixotrop maddə metamfetamin olan kibrit qutusunu götürüb satış məqsədi ilə üzərində saxlayaraq daşımış, 09 fevral 2020-ci il tarixdə saat 08:30 radələrində Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən şübhəli bilinərək saxlanmış, bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayon Məhkəməsinin hakimi Cavid Hüseynin 13 fevral 2020-ci il tarixli 5(011)-56/2020 saylı qərarına əsasən 13 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında keçirilmiş axtarış zamanı evin otağında yerləşən güzgülü şkafın alt siyirməsində satış məqsədi ilə əldə edərək gizlətdiyi bir ədəd sellofan torbaya bükülmüş təmiz çəkisi- 508,1 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində bu işdən ayrılmış başqa iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş İbrahim Əliyevi tanıyır, onunla birlikdə şərikli pul təşkil edərək tanışları olan Şahbuz adlı İİR-sı vətəndaşının bildirdikləri kartlara pul köçürməklə metamfetamin əldə edib istifadə etmişlər. Şahbuzla alverləri təxminən bir il müddətində baş vermişdir. Belə ki, o, istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahbuzun istifadəsində olan +**********75 nömrəsi ilə Whatsapp vasitəsilə əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddələr əldə etmişdir. Bu prosedur aşağıdakı qaydada keçirilirdi. Şahbuz ona kart nömrəsi atır, o isə həmin karta pul köçürür, sonra Şahbuz ona narkotik vasitəsinin olduğu yeri bildirir, o, da gedib həmin yerdən Şahbuzun göndərdiyi narkotik vasitə və psixotrop maddə metamfetamini götürüdü. İbtidai istintaq zamanı müstəntiq dindirmə protokolunda göstərmişdir ki, guya o, Şahbuzdan aldığı narkotik vasitə və psixotrop maddələri-heroinin qramını 15 manata, metamfetaminin qramını isə 30 manata alıb, heroini 20 manata, metamfetamini isə 40 manata tanımadığı şəxslərə satırmış. O, belə ifadələr verməmişdir. Lakin həmin narkotik vasitə və psixotrop maddələri dostu İbrahim Əliyevlə şərikli istifadə etmişdir. 09 fevral 2020-ci il tarixdə Şahbuzun göstərişinə əsasən X2 nömrəsini bildirmiş və İbrahim həmin karta 220 manat köçürdükdən sonra həmin narkotik vasitə heroini və psixotrop maddənin yerini, yəni Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən hərbi litseyin yaxınlığında avtobus dayanacağının altına qoyulmuş oturacağın fotoşəklini Whatsapp vasitəsilə İbrahimə göndərmiş, İbrahim Əliyevin həmin yerdən iki ədəd sellofan torbada olan heroini və iki ədəd sellofan torbada olan psixotrop maddə metamfetamini götürdüyü zaman tutulduğunu eşitdikdən sonra, polis əməkdaşları tərəfindən tutulmasından ehtiyatlanaraq bir müddət Cəlilabada gedərək orada gizlənmiş, onun Bakı şəhərində yaşadığı Balaxanı qəsəbəsi, Gülüstan küçəsi, 6 A ünvanında 13 fevral 2020-ci il tarixdə iştirakı olmadan Xətai RPİ-nin əməkdaşları axtarış keçirmiş, guya oradan narkotik vasitə və tərəzi aşkar olunmasına dair saxta protokol tərtib etmişlər. Hal şahidləri də polislərin öz adamları olduğu üçün həmin saxta protokolu təsdiq etmişlər. Özünü yalnız Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və həmin əmələ görə peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şamil oğlu oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu kimi tanıyır. Belə ki, hər ikisi Balaxanı qəsəbəsində yaşayırlar. Həmçinin Telmanın atası Yurini də tanıyır, onlarla münasibəti normaldır, heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. 13 fevral 2020-ci il tarixdə axşam təxminən saat 18 radələrində o, məhəlləsində küçədə dayanıb siqaret çəkən zaman bir nəfər şəxs ona yaxınlaşıb polis vəsiqəsini təqdim edərək Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçiriləcəyini həmin axtarış keçirilməsində hal şahidi kimi iştirak etməsini təklif etmişdir. O, bu məsələnin dövləti məsələ olduğunu bilərək polis əməkdaşı ilə birlikdə Yuriy ilə Telmanın yaşadığı Gülüstan küçəsi 6 saylı ünvana gedərək iki otaq və mətbəxdən ibarət olan evdə Telmanın atası Yurinin və digər qonşuları Şahid1 iştirakları ilə mənzilə baxışda iştirak etmişdir. Polis əməkdaşları otaqların birində və mətbəxdə heç bir şey aşkar etməmişlər. Lakin digər otaqda olan şkafın alt siyirməsindən sellofan kisə aşkar edilmiş, həmin kisə açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin spesifik iyə malik olan maddə vardır. Yuriy bildirmişdir ki, bu otaq oğlu Telmana məxsusdur və oğlunun otağından aşkar olunmuş maddədən məlumatı olmamışdır. Polislərin sözlərindən başa düşmüşdür ki, bu maddə nakrotik vasitəsi heroindir. Bundan savayı, Telmanın otağından divar rəfindən kiçik elektron tərəzi aşkar edilmişdir. Sellofan torba və elektron tərəzi polislər tərəfindən qablaşdırılaraq götürülmüşdür. Baxışın nəticələrinə dair tərtib olunmuş protokola Telmanın atası Yuriy, o, digər hal şahidi Azad və polis əməkdaşları imza atmışlar. Orada Telmanın atası Yuriyə qarşı polis əməkdaşları tərəfindən heç bir qanunsuz hərəkət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Nəsrullayeviç ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Onun özü 1959-cu ildə Ukrayna SSRİ-nin Donetsk vilayətində anadan olsa da, uzun illər Azərbaycan Respublikasında yaşamaqla Azərbaycan Respublikası vətəndaşıdır. Uzun müddətdir ki, Azərbaycan Respublikasında yaşadığı üçün Azərbaycan dilini sərbəst bilir və başa düşür, tərcüməçiyə ehtiyacı yoxdur. İbtidai araşdırma zamanı da müstəntiqə sərbəst olaraq Azərbaycan dilində ifadəsini vermişdir. Təqsirləndirilən şəxs onun doğma oğludur. Oğlu heç bir yerdə işləmir, ikisi birlikdə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində yaşayırlar. 13 fevral 2020-ci il tarixdə saat 17:30 radələrində o, sevgiilər günü münasibəti ilə böyük bir hədiyyə alaraq sevdiyi, metropolitendə işləyən xanımla görüşməyə getməyə hazırlaşırdı. Həmin vaxt yaşadığı evinin qarşısında olarkən, bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini Xətai RPİ-nin əməkdaşları olduqlarını təqdim edərək, oğlu Təqsirləndirilən şəxs hal-hazırda harada oması ilə maraqlanmışlar. Oğlunun evdə olmadığını bildirəndən sonra, polis əməkdaşları oğlu Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək, Xətai rayon məhkəməsinin qərarını təqdim edərək evində axtarış edəcəklərini bildirmişlər. O, axtarışa etiraz etmədiyini bildirmiş, bundan sonra qonşuları olan Şahid1 və Şahid2 hal şahidi qismində polislər dəvət edərək onlara hüquq və vəzifələrini izah etdikdən sonra evində axtarış keçirilmişdir. Evləri dəhliz, iki otaq və mətbəxdən ibarət olmaqla onun otağında və mətbəxdə heç bir qanunsuz əşya aşkar edilməmiş, lakin oğluna məxsus otaqdakı güzgülü şkafın alt siyirməsindən bir ədəd şəffaf sellofan kisə aşkarlanmışdır. Həmin kisə açıldıqda içərisində kəskin, spesifik iyə malik olan maddə olmuş, polislərin danışığından bu maddənin heroinə oxşar maddə olduğunu bilmişdir. Həmçinin oğlunun yaşadığı otaqdan rəfdən bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş əşyalarla əlaqədar protokol tərtib olunmuş, həmin protokolu qonşuları Azad, Asif və o özü könüllü olaraq imzalamışlar. Axtarış zamanı ona qarşı heç bir təzyiq və kobud rəftar olmamışdır. Oğlunun narkotik vasitələrdən istifadə etməsindən və yaxud satışı ilə məşğul olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşı Şahid5 oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Telman Ağayevi tanımır. Onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gülüstan küçəsi, ev 6Ada keçirilən axtarışda həmkarları Şahid4 və Şahid6lə birlikdə iştirak etmişdir. Belə ki, 13 fevral 2020-ci il tarixdə həmin ünvana gəldikdə evin qarşısında Telmanın atası Şahid3lə rastlaşmışlar. Təqsirləndirilən şəxs isə onların gəlişini bilərək gizlin qaçıb getmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs qonşularından iki nəfər şəxsi hal şahidi qismində dəvət edərək və Telmanın atası Şahid3 razılığı əsasında evə keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı otaqdan güzgülü şkafın alt siyirməsindən sellofan torbada qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, həmçinin evdəki rəfdən kiçik ölçülü elektron tərəzi aşkar edərək götürmüşlər. Tərtib olunmuş protokola və aşkar olunmuş əşyaların qablaşdırıldığı zərfə hal şahidləri, Şahid3 və onlar imza etmişlər. Axtarış zamanı qanunun tələblərinə riayət olunmuş, Şahid3 qarşı heç bir kobud hərəkət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşı Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Telman Ağayevi tanımır. Onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gülüstan küçəsi, ev 6A-da keçirilən axtarışda həmkarları Şahid4 və Şahid5 ilə birlikdə iştirak etmişdir. Belə ki, 13 fevral 2020-ci il tarixdə həmin ünvana gəldikdə evin qarşısında Telmanın atası Şahid3lə rastlaşmışlar. Təqsirləndirilən şəxs isə onların gəlişini bilərək gizlin qaçıb getmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs qonşularından iki nəfər şəxsi hal şahidi qismində dəvət edərək və Telmanın atası Şahid3 razılığı əsasında evə keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı otaqdan güzgülü şkafın alt siyirməsindən sellofan torbada qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, həmçinin evdəki rəfdən kiçik ölçülü elektron tərəzi aşkar edərək götürmüşlər. Tərtib olunmuş protokola və aşkar olunmuş əşyaların qablaşdırıldığı zərfə hal şahidləri, Şahid3 və onlar imza etmişlər. Axtarış zamanı qanunun tələblərinə riayət olunmuş, Şahid3 qarşı heç bir kobud hərəkət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs üzdən tanımasa da onunla iş birliyi olmuşdur. Onun barəsində olan cinayət işi Təqsirləndirilən şəxs barəsində baxılan işdən ayrılmış işdir. Belə ki, o, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Həqiqətən o, narkotik vasitə olan heroin və metamfetamindən istifadə edirdi. Həmin narkotik vasitələrini aşağıdakı qaydada əldə edirdi. Belə ki, o, təsadüfən öyrənmişdir ki, “Teleqram” sosial şəbəkəsi vasitəsi ilə müəyyən şəxslərlə əlaqə saxlamaqla, onların bildirdiyi karta pul köçürməklə sonuncuların gizlətdiyi müəyyən ünvandan narkotik vasitələri götürməklə istifadə etməsi mümkündür. Bu üsulun onu qane edən tərəfi odur ki, nə o, narkotik vasitəni satanı görmür, nə də ki, satan onu görmür. Bununla belə hər ikisi məqsədlərinə nail olur. Bundan sonra 09 fevral 2020-ci il tarixdə “Teleqram” sosial şəbəkəsi vasitəsi ilə “Balaxanı Bakcell” ləqəbli Təqsirləndirilən şəxs adlı şəxslə Whatsapp sosial şəbəkəsində əlaqə yaratmaqla tanış olmuş, sonuncudan 13,963 qram narkotik vasitə heroin və 1,317 qram psixotrop maddə metamfetamin almaq barədə razılıq əldə etmişdir. “Balaxanı Bakcell” ləqəbli Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə olan metamfetaminə görə ondan ümumilikdə 340 manat pulun karta ödənilməsini istəmişdir. Lakin o, bu qədər pulunun olmadığını bildirərək həmin vasitələrin qiymətini 220 manata endirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Whatsapp vasitəsi ilə ona İmanverdi Hüseynovun adına olan “Kapital Bank” hesab kartını göndərərək 220 manatı ödəmə terminalı vasitəsi ilə həmin hesaba göndərməsini demiş, o da 09 fevral 2020-ci il tarixdə saat 00:15 radələrində yaşadığı Hövsan qəsəbəsində yerləşən “Araz” marketə gedərək, həmin marketdə yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsi ilə İmanverdi Hüseynova məxsus nömrəsini xatırlamadığı, lakin cinayət işinin materiallarında nömrəsi olan “Kapital Bank” hesab kartına 220 manat köçürmüş, pulun ödənməsi barədə qəbzin fotoşəklini Təqsirləndirilən şəxs Whatsapına göndərmişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində heroinlə metamfetaminin olduğu yerin şəkilini çəkib ona göndərmişdir. O, internet üzərindən aldığı narkotik vasitə və psixotrop maddələri götürmək üçün 09 fevral 2020-ci il tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxs onun mobil nömrəsinə göndərdiyi ünvana, yəni Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən C.Naxçıvanski adına hərbi litseyin qarşısına gəlib orada olan avtobus dayanacağındakı oturacağın altındakı bağlamanı götürmüş, bağlamanın içinə baxdıqda orada siqaret qutusunun içində heroin bükümü və kibrit qutusunun içərisində psixotrop maddə metamfetamini görmüş, sonra içərisində narkotik vasitə və psixotrop maddələrin olduğu bağlamanı əynindəki paltonun cibində gizlətmiş və oradan uzaqlaşıb getmək istəyən zaman Xətai rayonu, Naximov küçəsində saxlayan polis maşınından enən polis əməkdaşları ona yaxınlaşaraq özlərini Xətai RPİ-nin əməkdaşları olduqlarıını bildirib onu polis bölməsinə aparmışlar. Polis bölməsinin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı paltosunun sağ yan cibindən həmin narkotik vəsitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ona qarşı heç bir fiziki zor və təzyiqlər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və onun atası Şahid3 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinin sakinləri kimi tanıyır. 13 fevral 2020-ci il tarixdə axşam təxminən saat 18 radələrində o, küçədə dayanıb siqaret çəkən zaman bir polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edərək Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış olacağını, axtarışda hal şahidi qismində iştirak etməyi təklif etmişdir. O, da razılaşmışdır. Ondan başqa daha bir qonşuları Şahid2 Şamil oğlu da axtarışa hal şahidi qismində dəvət olunmuşdur. Evdə Təqsirləndirilən şəxs olmamış, atası Yuriy olmuşdur. Yurinin iştirakı ilə onun oğlu Telmanla yaşadığı iki otaqlı evdə axtarış olmuş, polislər otaqların birində və mətbəxdə heç bir şey aşkar etməmiş, lakin digər çıxışa yaxın otaqda olan şkafın alt siyirməsindən sellofan kisə aşkar edilmiş, həmin kisə açıldıqda içərisində tünd qəhvəyi rəngli, kəskin spesifik iyə malik olan maddə aşkarlanmışdır. Yuriy bu maddəni gördükdə qorxmuş, bildirmişdir ki, bu otaq oğlu Telmana məxsusdur və oğlunun otağından aşkar olunmuş maddə də oğluna məxsusdur. Polislərin sözlərindən başa düşmüşdür ki, bu maddə nakrotik vasitəsi heroinə bənzəyir. Onu da xatırlayır ki, Telmanın otağından divar rəfindən kiçik elektron tərəzi aşkar edilmişdir. Sellofan torba və elektron tərəzi polislər tərəfindən qablaşdırılaraq götürülmüş, orada tərtib olunmuş protokola Telmanın atası Yuriy, o, digər hal şahidi Asif və polis əməkdaşları imza atmışlar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə haqqında” 09.02.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, 09 fevral 2020-ci il tarixdə saat 08:30 radələrində ünvan 6 ünvanın qarşısında X15 özünü şübhəli apardığına görə Xətai RPİ-nin PPX-nin əməkdaşları tərəfindən Xətai RPİ-nin 35-ci PB-nə gətirilmiş, orada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bildindiyinə görə vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli paltonun sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13,163 qram və 0.800 qram; ümumi təmiz çəkisi isə 13,963 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və 1 ədəd kibrit qutusunun içərisində iki ədəd bükümdə təmiz çəkiləri 0,885 qram və 0,432 qram ümumi təmiz çəkisi isə 1,317 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi yəni kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. 10 fevral 2020-ci il tarixli təqsirləndirilən şəxs X11 məxsus bir ədəd "Hoffman" markalı mobil telefona baxış keçirmə protokolundan müəyyən olunur ki, İbrahim Əliyevin telefonundakı "Whatsapp" proqramında olan yazışmalarında "Bakcell Balaxanı" adlı istifadəçi ilə narkotik vasitənin alqı-satqısı barədə 340 manata sövdələşməsi barədə yazışmaları və 08 fevral 2020-ci il tarixli səs-yazıları aşkar edilmişdir. Bu səs yazılarında iranlıya pul göndərib narkotik vasitə alınması barədə danışıqları, həmçinin narkotik vasitənin pulunu X7 məxsus **********593017 nömrəli "Kapital Banka" aid hesab kartına göndərməsi, İbrahim Əliyevin isə həmin bank hesabına ödəmə terminalı vasitəsində 220 manat pul köçürməsi barədə qəbzin şəklinin yollaması müəyyən edilmişdir. X10 narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbələrin Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbə sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış 13.02.2020-ci il tarixli “axtarış” protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında axtarış keçirilmişdir. Axtarış zamanı evdən bir ədəd sellofan torbaya bükülmüş təmiz çəkisi 508,1 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, 14 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsi ilə “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərar qəbul edilmiş, lakin olduğu yer müəyyən olunmadığı üçün həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “tutma” protokolundan müəyyən olunur ki, 08.09.2020-ci il tarixdə, saat 20:00 radələrində Xətai RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və o, tutularaq istintaqa təqdim edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin 09.09.2020-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 sentyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizasının 09 fevral 2020-ci il tarixli, 3355 saylı rəyindən müəyyən olunur ki, İbrahim Əliyevin üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş bir ədəd zərfdəki 01 ədəd “KENT” markalı siqaret qutusunda-02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 13.163 qram və 0,800 qram; ümumi təmiz çəkisi 13,963 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 02 bükümdəki heroin tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Bir ədəd kibrit qutusundakı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,885 qram və 0,432 qram; ümumi təmiz çəkisi 1,317 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. Bükümdəki metamfetaminlər tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Məhkəmədə elan edilib araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizasının 13 fevral 2020-ci il tarixli, 3851 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs mənzilindən götürülmüş”.. sözlər və imzalar olan bir ədəd kağız paketdəki bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi -508,1 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir və bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroinin təmiz çəkisi 508,1 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 508,05 qram. Məhkəmədə elan edilib araşdırılmış Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizasının 14 fevral 2020-ci il tarixli, 3938 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “X5 idarə etdiyi «Mercedes Benz E 320» markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş...”yazısı olan paketdə, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 130,503 qram tünd rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir və bir ədəd bükümdə, təmiz çəkisi 525 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İmamverdi Hüseynovun avtomobilindən götürülmüş heroin, X8 götürülmüş heroinlə (09 fevral 2020-ci il tarixli, 3355 saylı ekspert rəyi) eləcə də Təqsirləndirilən şəxs evindən götürülmüş heroinlə (13 fevral 2020-ci il tarixli, 3851 saylı ekspert rəyi) xarici əlamətərinə və tərkiblərindəki komponentlərə görə eynidir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3143 saylı, 05.11.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair tələbnamədən müəyyən olunur ki, o əvvəllər məhkum olunmamşdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun himayəsində 2009, 2010, 2011, 2016-ci il təvəllüdlü uşaqları var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış X10 Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə, X6 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittihamdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş “Kinlee” markalı elektron tərəzi və ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış 508,02 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq, saxlanması üçün Bakı şəhər Xətai RPİ-də maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 06.12.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş “Kinlee” markalı elektron tərəzi və narkotik vasitə maddi sübut kimi tanınaraq, narkotik vasitənin tədqiqata sərf olunmuş miqdarı nəzərə alınmaqla qalığı, X10 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddələr, X5 idarə etdiyi «Mercedes Benz E 320» markalı **- TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş narkotik vasitələr saxlanılmaları üçün Bakı şəhər Xətai RPİ-də maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” 10.09.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi-8” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefondakı "Whatsapp" programında olan yazışmalarında Təqsirləndirilən şəxs Adil adlı şəxslə narkotik vasitənin alqı-satqısı barədə yazışmaları və səs-yazıları aşkar edilmişdir. Bu yazışmalarında Sahib Müslümova məxsus **********190992 nömrəli və Xalidə İsayeva adlı şəxsə məxsus **********844679 nömrəli "Kapital Banka"aid hesab kartlarının fotoşəkillərinin göndərilməsi, X9 hesab kartına 700 manat, X4 hesab kartına 750 manat pul köçürülməsi barədə qəzblərin şəkillərinin, həmçinin elektron tərəzidə çəkilən narkotik vasitə olan heroinə bənzər kütlələrin fotoşəkillərinin göndərilməsi müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “mobil telefona baxış keçirilməsi haqqında” 10.02.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, ********* nömrəli cinayət işi üzrə 10 fevral 2020-ci il tarixdə təqsirləndirilən şəxs X11 məxsus bir ədəd "Hoffman" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı İbrahim Əliyevin telefondakı "Whatsapp" proqramında olan yazışmalarında "Baksell Balaxanı" adlı istifadəçi ilə narkotik vasitənin alqı-satqısı barədə 340 manata sövdələşməsi barədə yazışmaları və 08 fevral 2020-ci il tarixli səs-yazıları aşkar edilmişdir. Bu səs yazılarında "iranlıya pul göndərib narkotik vasitə alınması barədə danışıqları, həmçinin narkotik vasitənin pulunu X7 məxsus **********593017 nömrəli "Kapital Banka" aid hesab kartına göndərməsi, İbrahim Əliyevin isə həmin bank hesabına ödəmə terminalı vasitəsində 220 manat pul köçürməsi barədə qəbzin şəklinin yollaması müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək internet üzərindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə məşğul olmaları həmçinin Təqsirləndirilən şəxs külli miqdar təşkil edən 508,1 qram olan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq, satış məqsədi ilə yaşadığı evdə saxlaması tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromunarkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 08 sentyabr 2020-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Xətai RPİnin maddi sübutların saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş “Kinlee” markalı elektron tərəzi, narkotik vasitə X10 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddələr, X5 idarə etdiyi «Mercedes Benz E 320» markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş narkotik vasitələr onlar barəsində ayrılmış cinayət işinə aid edilməlidir. İş üzrə ekspertiza xərcləri olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X16, məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsəibtidai istintaqda göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X16 üçün 630 (altı yüz otuz) manat Bakı şəhəri 13 saylı Vəkil Bürosunun nəfinə, məhkəmədə olan müdafəçi Müdafiəçi üçün isə 540 AZN (beş yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş “Kinlee” markalı elektron tərəzi, narkotik vasitə X10 üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddələr, X5 idarə etdiyi «Mercedes Benz E 320» markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş axtarış zamanı aşkar edilərək götürülmüş narkotik vasitələr onlar barəsində ayrılmış cinayət işinə aid edilsin. İş üzrə ekspertiza xərci 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X12 630 (altı yüz otuz) manat pul Bakı şəhəri 13 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 540 AZN (beş yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-580/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-580/2021
03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver