Məhkəmə qərarları › İş №1(101)-580/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-580/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-580/2025 04.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokurorları Dövlət ittihamçısı, X4, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “De Fendo” Vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkil Müdafiəçi3, Zərərçəkmiş şəxs oğlunun iştirakları ilə məhkəmə,, Təqsirləndirilən şəxs1, xx xxx 1997-ci ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olan, Cəbrayıl rayonu, Sarıcalı ərazi dairəsinin, Əmirvarlı kəndində pasport qeydiyyatında olub, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, məktəbli küçəsində yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilməklə 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-in 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə , Təqsirləndirilən şəxs2, 15 avqust 2006-cı ildə Bakı şəhərindən anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkum olunmamış, Xankəndi şəhərində pasport qeydiyyatında olub, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 on səkkiz yaşına çatmış şəxs olmaqla, özgənin əmlakını ələ keçirmək məqsədi ilə yetkinlik yaşına çatmayan tanışı xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 quldurluq etməklə əldə edəcəkləri qazancı bərabər qaydada öz aralarında böləcəkləri barədə vədlər verib onu cinayətkar fəaliyyətə, o cümlədən cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etməklə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın niyyəti ilə planlaşdırdıqları kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 yanvar 2024-cü il tarixdə saat 20:25 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsində fəaliyyət göstərən «Zeytun-272» adlı aptekə daxil olaraq üzərində gəzdirdiyi oyuncaq tapançanı silah qismində istifadə edərək həmin tapançanı aptekdə əczaçı işləyən Zərərçəkmiş şəxs üstünə tərəf tuşlayaraq Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək ondan aptekin kassasında olan pulları tələb edərək quldurluq etmiş, lakin həmin vaxtı aptekə müştəri daxil olmasını görərək Elvi Əhmədov ilə birlikdə hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, həbs olunmamışdan qabaq telefon mağazası işlətişdir. Bəzi müştərilərin telefonlarını təmir etdikdən sonra onların telefonlarını, ya kuryer vasitəsi ilə göndərir, ya da özü aparıb təhvil verirdi. Hadisə olan gün Elmi mağazaya gəlmişdi. Əmircan qəsəbəsində bir müştəri var idi, o, Elmi ilə birlikdə həmin müştərinin telefonunu aparıb, müştəriyə verib sonra aptekə daxil olmuşdur. Orada o, telefonla danışa-danışa ağrıkəsici dərmanları əczaçıya yığdırmışdır. Bir dərman var idi, əczaçı bildirdi ki, həmin dərmanı resseptsiz verə bilməz. O, həmin dərmanın nəyə görə resseptsiz verilmədiyini deyinə-deyinə aptekdən çıxıb getmişdir. Sonra polis əməkdaşları onu axtarışa veriblər. Onun nənəsinin Yasamal rayonunda yaşadığı evə polis əməkdaşları gedib, onu axtarıblar. Nənəsi bu barədə ona xəbər verdikdən sonra ***-**-** saylı mobil nömrəsindən 102 qaynar xəttinə zəng edərək, onu hansı polis idarəsindən axtardıqlarını və nəyə görə axtardıqlarını soruşmuşdur. O, aptekdə silah istifadə etməmişdir, silah ona aid deyil, o, əczaçını hədələməmişdir. Aptekdən dərmanları almamışdır. O, əczaçını tanımır. Aptekdən heç nə aparmamış, kassaya əl vurmamış, ümumiyyətlə piştaxtaya yaxınlaşmamışdır. O, aptekə daxil olanda əlində telefon olub.. Telefonun markası «iphone 14 pro max» idi. O, aptekdə dərmandan əlavə heç nə tələb etməmişdir. O, aptekə gedən vaxt Elmi maşında olub. Taksi gözləyirdi, o taksidən düşüb aptekə gedib qayıtmışdır. Elmi aptekə girməyib. İbtidai istintaq zamanı məhkəmədə elan olunmuş məzmunlu ifadə verməyib. Protokoldakı imza ona məxsus deyil. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı göstərmişdir ki, Səbail Rayon Məhkəməsinin 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddədəri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 2023-cü ilin 10 noyabr tarixində cəza müddəti başa çatdığı üçün azadlığa buraxılmışdır. O, Təqsirləndirilən şəxs2 tanıyır. Elminin xalası Günel ilə qeyri rəsmi olaraq ər arvad münasibətində yaşayır və arada Elmi, anası və xalasının yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən sosial evdə onlarla birlikdə yaşayır. 17 yanvar 2024-cü il tarixdə saat təxminən 15 radələrində Elmiyə şəhərə getməyi təklif etmişdir. Elmi onunla ilə razılaşmış və onun ilə birilkdə evdən çıxaraq 28 may metrostansiyası tərəfə getmişdir. Həmin vaxtı onun üzərində uşaq üçün nəzərdə tutulmuş qara rəngli oyuncaq tapança olmuşdur. O, həmin tapançanı evdən çıxanda götürərək şalvarının arxa hissəsində kəmərə keçirtmişdir. Onun pulu olmadığı üçün həmin oyuncaq tapançanı üzərində gəzdirməkdə məqsədi hansısa obyektə daxil olub həmin tapançanı göstərib pul əldə etmək olmuşdur, lakin bu barədə Elmiyə heç bir söz deməmişdir. Onlar şəhərdə biraz gəzdikdən sonra F.Aİİahverdiyev Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan Rza adlı şəxsin ona 200 manat borcu olduğunu xatırlamışdır. Büna görə də istifadəsində olan mobil nömrənin «Whatchap» sosial şəbəkəsi vasitəsilə Rzaya yazaraq ondan 200 manat pulunu istəmişdir. Rza ona hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsindəki evində olmasını demiş və ondan Əmircan qəsəbəsinə gəlməsini xahiş etmişdir. Həmin vaxtı o və Elmi «Malakan» bağının yanında olduğundan orada dayanmış taksiyə əyləşmiş və Elmi ilə birlikdə Suraxanı rayonu Əmircan qəsəbəsinə gəlmişdirlər. O, Rzaya «Whatchap» sosial şəbəkəsi vasitəsilə yazaraq hazırda Əmircanda olduğunu bildirmişdir. Rza ona hazırda pulunun olmamasını, buna görə də görüşə bilməyəcəyini bildirmişdir. O, bərk əsəbləşdiyi üçün Rza ilə «Whatchap» sosial şəbəkəsi vasitəsilə mübahisə edərək onu nə üçün buraya gətirməsi barədə soruşmuşdur. Sonra isə onun Rza ilə əlaqəsi kəsilmişdir. Saat təxminən 20:20 radələrində hava qaranlıq olduğundan o, Elmiyə şəhərə qayıtmaq lazım olduğunu bildirmişdir. Elmi ilə birlikdə Əmircan qəsəbəsində fəaliyyət göstərən «Zeytun-272» adlı aptekin qarşısından keçən zaman o, Elmiyə hazırda üzərində pul olmamasını, buna görə də aptekə daxil olub kassada olan pulları götürəcəyini bildirmişdir. Elmi ona heç bir söz deməmiş və o, Elmi ilə birlikdə aptekə daxil olmuşdur, həmin vaxtı aptekdə iki nəfər müştəri və bir nəfər şüşənin arxasında dayanmış təxminən 30-35 yaşlı satıcı əczaçı olmuşdur. Həmin iki müştəri çıxdıqlan sonra o, həmin əczaçıdan adını xatırlamadığı dərman istəmiş, əczaçı şüşəli olan piştaxtanın arxasından dərmanı vermək istəyən zaman o, əynində olan şalvarının arxa hissəsində şalvarının kəmərinə keçirtdiyi oyuncaq tapançanı çıxardaraq əczaçının üzərinə tərəf tutmuş və ondan kassada olan pulları tələb etmişdir. Həmin vaxtı Elmi onun yanında dayanaraq onun hərəkətlərinə tamaşa etmişdir. Əczaçı qorxduğundan qışqırmağa başlamış və ona tuşlanmış silahı aşağı endirməsini xahiş etmişdir. Həmin vaxtı aptekə kənar şəxs daxil olmuş və bu vaxtı əczaçı ucadan qışqırmağa başlamışdır. O və Elmi qaçaraq apteki tərk edərək oradan uzaqlaşmış və Əmircan qəsəbəsindən avtobusa əyləşmişdirlər. Elmi Koroğlu metrostansiyasında, o isə 20 yanvar metrostansiyasında avtobusdan düşmüşdür. Bu hadisədən sonra o, Elmi ilə əlaqə saxlamamışdır. 29 yanvar 2024-cü il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşları tərəfindən Suraxanı RPl-nin 31-ci PŞ-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 tanıyır, Fərid onun xalası ilə qeyri-rəsmi evli olub, Zərərçəkmiş şəxs tanımır. Fərid ona dedi ki, “gedək telefonları müştərilərə qaytaraq”. Onlar taksi ilə getmişdilər, Fərid taksidən düşüb, aptekə getdi, o isə taksidən düşmədi, aptekdə olanlardan xəbəri olmayıb. Sonra Fərid əsəbi halda gəlib, taksiyə mindi və sürücüyə maşını sürməyini bildirdi. İbtidai istintaq zamanı ifadə verərkən 16 yaşı tamam olmuşdu. İfadənin yerində yoxlanılması haqqında protokolu oxumamışdır. Cinayət işi iki müstəntiqin icraatında olmuşdur. Birinci müstəntiq onu şahid qismində çağırmışdı. Sonrakı müstəntiq ondan üç min manat pul istədi. Telefon dükanından Fəridlə birlikdə çıxmışlar. Fəridlə birlikdə telefonu müştəriyə vermək üçün Əmircan qəsəbəsinə getmişlər. Əmircan qəsəbəsinə taksi ilə getmişlər, qayıdarkən başqa taksi sifariş verdilər. Taksini o, «Bolt» tətbiqi vasitəsi ilə sifariş vermişdi. Taksini Suraxanı rayonundan “Tarqovu” ərazisinə sifariş vermişdi. İbtidai istintaq zamanı üzləşdirmə protokolunda olan ifadəni və qətimkan tədbiri seçilərkən verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanıyır. Fərid onun xalası olan Günel ilə qeyri rəsmi olaraq ər arvad münasibətində yaşayır. Fərid və xalası Günel onlar ilə birilikdə yaşayırlar. 17 yanvar 2024-cü il tarixdə saat təxminən 15 radələrində onlar evdə olan vaxtı Fərid ona şəhərə getməyi təklif etmişdir. O, Fərid ilə razılaşmış və onun ilə birlikdə evdən çıxaraq 28 may metrostansiyası tərəfə getmişdir. O, Fərid ilə birlikdə şəhərdə biraz gəzdikdən sonra Fərid ona Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan tanışı olduğunun, gedib onunla görüşmək zərurətinin olduğunu bildirmişdir. O, Fərid ilə birlikdə Malakan bağının yanında dayanmış markasını bilmədiyi taksiyə əyləşmiş və Suraxanı rayonu Əmircan qəsəbəsinə gəlmişdir. Fərid həmin şəxs ilə telefonda danışsada onunla görüşə bilməmişdir. Saat təxminən 20:20 dəqiqə radələrində hava qaranlıq olduğundan Fərid şəhərə qayıtmaq lazım olduğunu demişdir. Fərid ilə birlikdə Əmircan qəsəbəsində fəaliyyət göstərən «Zeytun-272» adlı aptekin qarşısından keçəndə Fərid ona aptekə daxil olub dərman alacağını bildirmişdir. Fərid aptekə daxil olmuş, o, isə aptekin qarşısında siqaret çəkərək Fəridi gözləmişdir. Fərid aptekə daxil olmuş, o isə aptekin içərisinə daxil olaraq qapının yanında dayanmışdır . Həmin vaxtı aptekdə iki nəfər müştəri, bir nəfər isə şüşənin arxasında dayanmış təxminən 30-35 yaşlı satıcı əczaçı olmuşdur. Həmin iki müştəri çıxdıqdan sonra Fərid həmin əczaçıdan adını xatırlamadığı dərman istəmiş, əczaçı şüşəli olan piştaxtanın arxasından dərmanı vermək istədikdə Fərid ani olaraq əynində olan şalvarının arxa hissəsində şalvarının kəmərinə keçirtdiyi tapançanı çıxardaraq əczaçının üzərinə tərəf tutmuş və ondan kassada olan pulları tələb etmişdir. Əczaçı qorxduğundan qışqırmağa başlamış və Fəriddən ona tuşlanmış silahı aşağı endirməyi xahiş etmişdir. Bu vaxtı əczaçı ucadan qışqırmağa başlamışdır. O Fəriddən bir neçə metr aralıda dayanıb Fəridin hərəkətlərinə tamaşa etmişdir. Həmin vaxtı aptekə kənar şəxs daxil olmuş bu vaxtı əczaçı ucadan qışqırmağa başlamışdır. O və Fərid qaçaraq apteki tərk edərək oradan uzaqlaşmış və Əmircan qəsəbəsindən avtobusa əyləşmişdirlər. O, Koroğlu metrostansiyasında avtobusdan düşmüşdür. Bu hadisədən sonra o, Fərid ilə əlaqə saxlamamışdır. 30 yanvar 2024cü il tarixdə Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməkdaşları tərəfindən Suraxanı RPİ-nin 31-ci PŞ-nə dəvət olunmuşdur. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır. Aptekə daxil olan müştərilərin üzlərinə baxmır. Hadisə 2024-cü ilin yanvar ayında baş verib. Bir nəfər dərmanları yığdırdı, sonra əli ilə nə isə çıxartdı, o, silah olduğunu zənn edib qorxmuşdur. Sonra o, qışqırmışdır. Həmin şəxs də qaçıb getmişdir. Həmin şəxs ondan əvvəl gələn müştərilərin aldığı dərmanları yığdırırdı. Quldurluq edən şəxs əli ilə nə isə çıxartdı, o, silah olduğunu zənn etmişdir. Həmin şəxsin əlində qara rəngli nə isə var idi. Həmin şəxs kassadakı puldan istəmişdir. O həmin şəxsə pul verməmişdir. Yığdığı dərmanların dəyəri 10-15 manat olardı. Həmin şəxs heç nə götürmədi. O qışqırdığından həmin şəxs qaçıb, getdi. Quldurluq edən şəxsin üzünü görməmişdir. Həmin şəxsin üzündə tibbi maska var idi. Quldurluq edən şəxs tək idi. Başqa müştərilər gələndə həmin şəxs gözləyirdi. Quldurluq edən şəxs dərmanların adını çəkirdi, o da həmin dərmanları yığmışdır. Həmin şəxsin yığdırdığı dərmanlar güclü təsiredici dərmanlar deyildi. Həmin şəxsin əlində olan əşyanı tapançaya oxşatmışdır. İbtidai istintaq zamanı ona silaha oxşar əşyalar göstərməyiblər. Aptekə müştərilər də daxil olurdu, quldurluq hadisəsi zamanı aptekdə neçə nəfər olduğuna fikir verməmişdir. Hadisə zamanı neçə nəfərin maskalı olduğunu bilmir, həmin vaxt qrip xəstəliyi yayıldığından müştərilər də tibbi maskadan istifadə edirdilər. Hadisə barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müdiriyyət məlumat vermişdi. Hadisə barədə müdriyyətə isə o, məlumat vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxslərdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, o, 2023-cü ilin sentyabr ayından Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsində fəaliyyət göstərən «Zeytun-272» adlı apektdə əczaçı işləyir. Onun işi aptekə müraciət edən şəxslərə dərman satmaqdan ibarət olmuşdur. 17 yanvar 2024-cü il tarixdə saat 16:00 dəqiqədə o, işlədiyi aptekə getmiş və öz işi ilə məşğul olmağa başlamışdır. Saat 20:25 dəqiqədə təxminən 30 yaşlarında olan iki nəfər şəxs aptekə daxil olmuşdur. Həmin şəxslərin sifətlərində tibbi maskalar olmuşdur. Həmin vaxtı aptekdə digər müştərilərdə olmuşdur. O, müştərilərə şüşədən olan piştaxtanın arxasından xidmət edir. Müştərilər aptekdən çıxdıqdan sonra həmin şəxslər ona yaxınlaşaraq soyuq dəyməyə aid dərmanlar istəmişdirlər. O, onlara soyuq dəyməyə aid olan dərmanlar gətirərək pihtaxtanın qarşısına qoymuşdur. Dərmanların pulunu hesablayıb onlara demək istədikdə həmin şəxslərdən biri ani olaraq onun üzərinə silah tutaraq aptekin kassasında olan pulları tələb etmişdir. Digər şəxs isə həmin şəxsin yanında dayanıb ona baxırdı. O, bərk qorxduğundan özünü itirmiş və həmin şəxsə kassada pulun olmamasını demişdir. Həmin şəxs silahı ona tərəf tutaraq ondan kassada olan pulları təkrar olaraq tələb etmişdir. O, kassaya yaxınlaşaraq pulları götürüb onlara vermək istəyəndə həmin vaxtı aptekə müştəri daxil olmuş və o, ucadan qışqıraraq kömək istəmişdir. Bu vaxtı həmin şəxslər aptekdən qaçararq oradan uzaqlaşmışdırlar. O, mobil telefon vasitəsilə aptekin müdürü Seymur Durmuşova zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Seymur Durmuşov aptekə gəlmiş və o, bu barədə Seymura danışmışdır. Sonra Seymur DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Sonra Suraxanı RPlnin 31-ci PŞ-nin əməkdaşları aptekə gəlmişdirlər. O, baş vermiş hadisə barədə Suraxanı RPl-nin 31-ci PŞ-nə rəsmi ərizə ilə müraciət etmişdir. Şahid X11 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır. Məhkəmə-xətşünaslıq ekspertizasının 17 fevral 2025-ci il tarixli 4/28 №-li ekspert rəyi onun tərəfindən verilib. Ekspertiza rəyinin 4cü səhifəsində olan, şəkil 1-3-də olan imzaların hər üçü eyni şəxsə aiddir. İmzanın hər hansı hissəsinin vizual olaraq dəyişdirilməsi, imzanın həmin şəxs tərəfindən imzalanmadığını sübut etmir. Şəxsin gələcəkdə ondan imtina etmək məqsədi ilə imzasını vizual olaraq dəyişdirməsi, imzanın həmin şəxs tərəfindən icra olunmaması nəticəsinə gəlməyə əsas vermir. O, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 imzasını dəyişdirməyə cəhd etməkdə məqsədinin nə olduğunu demək məcburiyyətində deyil. “A” hərfinin 1-ci elementinin başlanğıc hissəsinin icrasında hərəkət uzadılmaqla mürəkkəbləşdirilmişdir. Ümumi əlamətlər dedikdə, imzaya aid olan əlamətlər, yəni onun vərdişi, sürəti, əlaqəsi, bitmə nöqtəsi nəzərdə tutulur, xüsusi əlamətlər imzanın ayrı-ayrı hissələrinə aid olan əlamətlərdir. “Tədqiq olunan imzalar orta yüksək yazı vərdişi və sürəti ilə icra olunmuşdur”- burada tədqiq olunan imzalar, ibtidai istintaq sənədlərinə aid imzalardır. O, təsdiq edir ki, cinayət işində olan Təqsirləndirilən şəxs1 aid edələn bütün imzalar onun tərəfindən icra olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş: “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etməklə bildirmişdir ki, 17 yanvar 2024-cü il tarixdə Elmi ilə birlikdə aptekə daxil olmuşdur, həmin vaxtı aptekdə iki nəfər müştəri və bir nəfər şüşənin arxasında dayanmış təxminən 30-35 yaşlı satıcı əczaçı olmuşdur. Həmin iki müştəri çıxdıqlan sonra o, həmin əczaçıdan adını xatırlamadığı dərman istəmiş, əczaçı şüşəli olan piştaxtanın arxasından dərmanı vermək istəyən zaman o, əynində olan şalvarının arxa hissəsində şalvarının kəmərinə keçirtdiyi oyuncaq tapançanı çıxardaraq əczaçının üzərinə tərəf tutmuş və ondan kassada olan pulları tələb etmişdir. Həmin vaxtı Elmi aptekin içərisində olmuşdur. Əczaçı qorxduğundan qışqırmağa başlamış və ona tuşlanmış silahı aşağı endirməsini xahiş etmişdir. Həmin vaxtı aptekə kənar şəxs daxil olmuş və bu vaxtı əczaçı ucadaq qışqırmağa başlamışdır. O və Elmi apteki tərk edərək qaçaraq oradan uzaqlaşmışdır. “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs2 ifadəsində göstərmiş olduğu xüsusatları bir daha təsdiq etməklə bildirmişdir ki, 17 yanvar 2024-cü il tarixdə Fərid ilə birlikdə Əmircan qəsəbəsində fəaliyyət göstərən «Zeytun-272» adlı aptekə daxil olmuşlar, həmin vaxtı aptekdə iki nəfər müştəri, bir nəfər isə şüşənin arxasında dayanmış təxminən 30-35 yaşlı satıcı əczaçı olmuşdur. Həmin iki müştəri çıxdıqdan sonra Fərid həmin əczaçıdan adını xatırlamadığı dərman istəmiş, əczaçı şüşəli olan piştaxtanın arxasından dərmanı vermək istədikdə Fərid ani olaraq əynində olan şalvarının arxa hissəsində şalvarının kəmərinə keçirtdiyi tapançanı çıxardaraq əczaçının üzərinə tərəf tutmuş və ondan kassada olan pulları tələb etmişdir. Əczaçı qorxduğundan qışqırmağa başlamış və Fəriddən ona tuşlanmış silahı aşağı endirməyi xahiş etmişdir. Bu vaxtı əczaçı ucadan qışqırmağa başlamışdır. O, Fəriddən bir neçə metr aralıda dayanıb Fəridin hərəkətlərinə tamaşa etmişdir. Həmin vaxtı aptekə kənar şəxs daxil olmuş bu vaxtı əczaçı ucadaq qışqırmağa başlamışdır. O və Fərid qaçaraq apteki tərk edərək oradan uzaqlaşmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhəkəmə Psixiatrik X10 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 419 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsidə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Maddi sübuta baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi və hadisə zamanı istifadə etdiyi qara rəngli silah oyuncaq silahdır. Silahın darağına baxış keçirildi və darağın boş olması müəyyən edildi. Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi və hadisə zamanı istifadə etdiyi qara rəngli silah oyuncaq silah maddi sübut qismində tanınmışdır. Məhkəmə-xətşünaslıq ekspertizasının 17 fevral 2025-ci il tarixli 4/28 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş; cinayət işinin 1-ci cildinin 22-ci vərəqəsindəki xx.xx.2024-cü il tarixli ərizədə “İmza:” qrafasındakı imza; 26-cı vərəqəsindəki “Vəkilərin siyahısının təqdim edilməsi haqqında” protokolda “İmza” qrafasındakı imza; 29-cu vərəqəsindəki “Müdafiəçinin təqdim edilməsi barədə” protokolda “İmza” qrafasındakı imza; 30-31-ci vərəqəsindəki “Tutma haqqında” protokolda “İmza” qrafasındakı imza; 32-33-cü vərəqələrindəki “Şübhəli şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında” bildirişdə Şübhəli şəxsin adından olan imzalar; 34-cü vərəqəsindəki “Şübhəli şəxsə etiraz hüququnun izah edilməsi haqqında” protokolda “Şübhəli şəxs” qrafasındakı imza; 35-37-ci vərəqələrində olan 29 yanvar 2024-cü il tarixli izahatda Təqsirləndirilən şəxs1 adından olan imzalar; 52-ci vərəqəsindəki “Əşyanın könüllü təqdim edilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs1” yazılarının qarşısındakı imza; 78-79-cu vərəqələrindəki xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs qismində cəlb etmək barədə Qərarda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 80-81-ci vərəqələrindəki Bildirişdə “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 82-84-cü vərəqələrindəki xx.xx.2024-cü il tarixli Protokollarda və bildirişdə “Təqsirləndirilən şəxs” qrafasındakı imzalar; 85-87-ci vərəqələrindəki Təqsirləndirilən ş Təqsirləndirilən şəxs1 adından olan imzalar; 90-cı vərəqəsindəki 31 yanvar 2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 105-107-ci vərəqələrindəki 01 fevral 2024-cü il tarixli X8 Allahverdiyevin adından olan imzalar; 216-cı vərəqəsində olan 04 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 217-218-ci vərəqəsində olan 05 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokolda Təqsirləndirilən şəxs1 adından olan imzalar; 231-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 234-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; cinayət işinin 1-ci cildinin 20-ci vərəqəsindəki 31 iuyl 2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 21-ci vərəqəsindəki 31 iyul 2024-cü il tarixli ərizədə Təqsirləndirilən şəxs1 adından olan imza; 22-23-cü vərəqəsindəki 31 iyul 2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 25-27-ci vərəqələrindəki bildirişdə Təqsirləndirilən şəxs1 adından olan imzalar; 28-29-cü vərəqəsindəki 31 iyul 2024-cü il tarixli protokolda təqsirləndirilən şəxsin adından olan imzalar; 30-31-ci vərəqəsindəki 31 iyul 2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 32-33-cü vərəqələrindəki təqsirləndirilən şəxsin dindirilməsi haqqında Protokolda Təqsirləndirilən şəxs1 adından olan imzalar; 37-ci vərəqəsindəki 31 iyul 2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 38-ci vərəqəsindəki 31 iyul 2024-cü il tarixli X5 adından olan imza; 39-40-cı vərəqəsindəki 31 iyul 2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 42-ci vərəqəsindəki 31 iyul 2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar; 43-44-cü vərəqəsindəki 31 iyul 2024-cü il tarixli X2 adından olan imzalar; 45-ci vərəqəsindəki 31 iyul 2024-cü il tarixli Bildirişdə “Təqsirləndirilən şəxs” qrafalarındakı imza; 46-cı vərəqəsindəki 31 iyul 2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar; 47-49-cü vərəqələrindəki təqsirləndirilən şəxsin dindirilməsi haqqında Protokolda Təqsirləndirilən şəxs1 adından olan imzalar — 74-76-cı vərəqələrində olan 16 avqust 2024-cü il tarixli Qərarda “Təqsirləndirilən şəxs” qrafalarındakı imza; 78-ci vərəqəsindəki 16 avqust 2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 79-80-cı vərəqəsindəki Bildirişdə “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 81-ci vərəqəsindəki 16 avqust 2024-cü il tarixli Bildirişdə “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 82-ci vərəqəsindəki 16 avqust 2024-cü il tarixli Protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 83-85-ci vərəqəsindəki 16 avqust 2024-cü il tarixli Təqsirləndirilən şəxsin dindirilməsi protokolunda Təqsirləndirilən şəxs1 adından olan imzalar; 111-113-cü vərəqəsindəki 26 avqust 2024-cü il tarixli qərarda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 115-ci vərəqəsindəki 26 avqust 2024-cü il tarixli protokolunda Təqsirləndirilən şəxs1 adından olan imzalar; 116-118-ci vərəqəsindəki 28 avqust 2024-cü il tarixli bildirişlərdə “Təqsirləndirilən şəxs” qrafasındakı imzalar; 119-cu vərəqəsindəki 28 avqust 2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 120-122-ci vərəqəsindəki 28 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunda Təqsirləndirilən şəxs1 adından olan imzalar; 143-ci vərəqəsindəki 29 avqust 2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza; 144-cü vərəqəsindəki 29 avqust 2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza – Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Məhkəmənin hüquqi qiymətləndirməsi: İstintaq orqanı yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-in 170.3, 181.2.1 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 əməllərini isə Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələri i ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Verilən ittiham üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad olunan əməllərdə onların təqsirliliyinin sübuta yetirilməsi üçün Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayanı vədlər vermə vasitəsi ilə cinayətkar fəaliyyətə, o cümlədən cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmə məqsədi ilə, silah qismində istifadə edilən əşya tətbiq edərək, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etməsi, Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs ilə birlikdə özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə edilən əyşa tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etməsi sübut edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 məhkəmədə ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ittihamda nəzərdə tutulan quldurluq əməlini törətmədiyini, Təqsirləndirilən şəxs2 cinayətkar fəaliyyətə cəlb etmədiyini, üzərində silah qismində istifadə oluna biləcək əşya olmadığını, Təqsirləndirilən şəxs2 da anoloji ifadə verərək ittihamda nəzərdə tutulan cinayət əməlini törətmədiyini, Təqsirləndirilən şəxs1 tərəfindən cinayətkar fəaliyyətə cəlb edilmədiyini göstərdi. Məhkəmə məhkəmədə araşdırılmış sübutlar əsasında hesab edir ki, Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayanı vədlər vermə vasitəsi ilə cinayətkar fəaliyyətə, o cümlədən də, cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmə məqsədi ilə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmədə, Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs ilə birlikdə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmədə təqsirli bilinməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxslərin özlərinin və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini və məhkəmədə elan olunub araşdırılmış digər sübutları nəzərə alıb təqsirləndirilən şəxslərin məhkəmədə verdiyi ifadələrinin şübhələrlə müşahidə olunduğu qənaətinə gəlir. Həmin şübhələri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xeyrinə həll etmək üçün sübut müəyyən olunmadı. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da məhkəməyə belə sübut təqdim etmədilər. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməməsi, aptekə daxil olmaması, heçkimə qarşı quldurluq törətməməsi haqqında, Təqsirləndirilən şəxs1 öz müdafiəsinə yönələn, onun cinayət əməli törətməməsi barədə olan idialarına münasibətdə qeyd edir ki, həmin ifadələr Təqsirləndirilən şəxs1 17 yanvar 2024-cü il tarixdə saat təxminən 15 radələrində Elmiyə şəhərə getməyi təklif edib onun ilə birlikdə evdən çıxaraq 28 may metrostansiyası tərəfə getdiklərini, həmin vaxtı onun üzərində uşaq üçün nəzərdə tutulmuş qara rəngli oyuncaq tapança olduğunu, həmin tapançanı evdən çıxanda götürərək şalvarının arxa hissəsində kəmərə keçirtdiyiyni, pulu olmadığı üçün həmin oyuncaq tapançanı üzərində gəzdirməkdə məqsədi hansısa obyektə daxil olub həmin tapançanı göstərib pul əldə etmək olduğunu, saat təxminən 20:20 radələrində hava qaranlıq olduğundan o, Elmi ilə birlikdə Əmircan qəsəbəsində fəaliyyət göstərən «Zeytun-272» adlı aptekin qarşısından keçən zaman onun Elmiyə hazırda üzərində pul olmamasını, buna görə də aptekə daxil olub kassada olan pulları götürəcəyini bildirməsini, Elminin ona heç bir söz deməyib, bundan sonra Elmi ilə birlikdə aptekə daxil olduqlarını, həmin vaxtı aptekdə iki nəfər müştəri və bir nəfər şüşənin arxasında dayanmış təxminən 30-35 yaşlı satıcı əczaçı olduğunu, həmin əczaçıdan adını xatırlamadığı dərman istədiyini, əczaçı şüşəli olan piştaxtanın arxasından dərmanı vermək istəyən zaman özünün əynindəki şalvarının arxa hissəsində şalvarının kəmərinə keçirtdiyi oyuncaq tapançanı çıxardaraq əczaçının üzərinə tərəf tutub ondan kassada olan pulları tələb etdiyini, həmin vaxtı Elmi onun yanında olduğunu, əczaçının qorxub qışqırmağa başlamasını, ona tuşlanmış silahı aşağı endirməsini xahiş etdiyiyni, həmin vaxtı aptekə kənar şəxs daxil olduğnu, bu vaxtı əzzaçının ucadan qışqırmağa başladığını, bundan sonra özünün və Elminin qaçaraq apteki tərk edərək oradan uzaqlaşdıqlarını, Əmircan qəsəbəsindən avtobusa əyləşib Elminin «Koroğlu» metrostansiyasında, özünün isə 20 yanvar metrostansiyasında avtobusdan düşdüyünü, hadisədən sonra Elmi ilə əlaqə saxlamadığını təsdin edən ibtidai istintaq zamanı verdiyi ifadələri və həmin ifadələrində göstərdiyi halları təsdiq edən onun iştirakı keçirilmiş ifadələrinin yerinedə yoxlanılması protokolu ilə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 tandığını, 17 yanvar 2024-cü il tarixdə saat təxminən 15 radələrində onlar evdə olan vaxtı Fərid ona şəhərə getməyi təklif etdiyiyni, onun Fərid ilə razılaşıb onunla evdən çıxaraq saat təxminən 20:20 dəqiqə radələrində hava qaranlıq olarkən Fərid ilə birlikdə Əmircan qəsəbəsində fəaliyyət göstərən «Zeytun-272» adlı aptekin qarşısından keçəndə Fəridin aptekə daxil olduğunu, özünün isə aptekin içərisinə daxil olaraq qapının yanında dayandığını, həmin vaxtı aptekdə iki nəfər müştərinin, bir nəfər isə şüşənin arxasında dayanmış təxminən 30-35 yaşlı satıcı əczaçı olduğunu, iki müştəri çıxdıqdan sonra Fərid həmin əczaçıdan adını xatırlamadığı dərman istəyib əczaçı şüşəli olan piştaxtanın arxasından dərmanı vermək istədikdə Fərid ani olaraq əynində olan şalvarının arxa hissəsində şalvarının kəmərinə keçirtdiyi tapançanı çıxardaraq əczaçının üzərinə tərəf tutub ondan kassada olan pulları tələb etdiyini, əzzaçının qorxub qışqırmağa başladığını, Fəriddən ona tuşlanmış silahı aşağı endirməyi xahiş etdib ucadan qışqırmağa başladığını, həmin vaxtı aptekə kənar şəxs daxil olduğunu, vaxtı əzzaçının ucadan qışqırmağa başladığını, özünün və Fəridin də qaçaraq apteki tərk edərək oradan uzaqlaşıb Əmircan qəsəbəsində avtobusa əyləşdiklərini, özünün Koroğlu metrostansiyasında avtobusdan düşdüyünü, bu hadisədən sonra o, Fərid ilə əlaqə saxlamadığını təsdiq edən ibtidai istintaq zamanı verdiyi ifadələri və həmin ifadələrində göstərdiyi halları təsdiq edən onun iştirakı keçirilmiş ifadələrinin yerində yoxlanılması protokolu ilə, Zərərçəkmiş şəxs 2023-cü ilin sentyabr ayından Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, T.Bayram küçəsində fəaliyyət göstərən «Zeytun-272» adlı apektdə əzzaçı işlədyiyni 17 yanvar 2024-cü il tarixdə saat 16:00 dəqiqədə o, işlədiyi aptekə gedib işdə olduğunu, saat 20:25 dəqiqədə iki nəfər şəxs aptekə daxil olduğu, həmin şəxslərin sifətlərində tibbi maskalar olduğunu, həmin vaxtı aptekdə digər müştərilərdə olduğunu, müştərilər aptekdən çıxdıqdan sonra həmin şəxslərin ona yaxınlaşaraq soyuq dəyməyə aid dərmanlar istədiklərini, özünün onlara soyuq dəyməyə aid olan dərmanlar gətirərək piştaxtanın qarşısına qoyduğunu, dərmanların pulunu hesablayıb onlara demək istədikdə həmin şəxslərdən birinin ani olaraq onun üzərinə silah tutaraq aptekin kassasında olan pulları tələb etdiyini, digər şəxsin isə həmin şəxsin yanında dayanıb ona baxdıbını, o da bərk qorxduğundan özünü itirib həmin şəxsə kassada pulun olmamasını dediyini, həmin şəxsin isə silahı ona tərəf tutaraq ondan kassada olan pulları təkrar olaraq tələb etdiyini, özünün də kassaya yaxınlaşaraq pulları götürüb onlara vermək istəyəndə aptekə müştəri daxil olduğunu görüb ucadan qışqıraraq kömək istədiyini, bu vaxt həmin şəxslərin aptekdən qaçaraq oradan uzaqlaşdıqlarını təsdiq edən ibtidai istintaq zamanı verdiyi ifadələri və bu ifadələr fonunda təsdiqini tapan işin faktiki halları ilə təkzib olundu. Məhkəmə, göstərilənlərlə bərabər qeyd edir ki, Təqsirləndirilən şəxs1 işin materiallarında olan imzaların ona məxsus olmaması barədə ifadələri məhkəmə-xətşünaslıq ekspertizasının 17 fevral 2025-ci il tarixli 4/28 №-li ekspert rəyi və məhkəmədə dindirilmiş ekspert X9 ifadələri ilə təkzib olundu. Bu səbəbdən məhkəmə onun bu ifadələrini həqiqətə uyğun olmayan və öz müdafiəsinə yönəlmiş uydurma ifadələr kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxslərin bu iddiaları ilə əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”ya, yəni qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrini onların təqsirləndirilən şəxs kimi malik olduğu ifadə verməkdə sərbəst olmaq hüququndan yanlış yararlanmaq cəhdi kimi qiymətləndirir. Məhkəmənin gəldiyi bu qənaət təqsirləndirilən şəxslərin ittiham olunduqları vaxtda aptelə daxil olduqlarını təsdiq etdikləri ifadələri, lakin onların aptekə girmək üçün tibbi zərurət olmamasını və onların aptekdən dərman almamalarını təsdiq edən işin mahiyyəti baxımından da əsaslıdır. Bu səbəbdən də, məhkəmə, Təqsirləndirilən şəxs2 da ona elan olunmuş ittihamı inkar edilməsinə və ibtidai istintaqı aparmış müstəntiqin ona qeyri-prosessual təklifi barədə yönələn ifadələrini özünün müdafiəsinə yönlən ifadələr kimi qiymətləndirir. Çünki o, bu iddialarını təsdiq edən sübut təqdim etmədi, məhkəmədə də belə sübut müəyyən olunmadı. Məhkəmə, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadələrilə ibtidai istintaq zamanı verdiyi ifadələrini öz aralarında, ittihamı təsdiq edən ittihamedici sübutlarla və işin faktiki halları ilə müqayisəli təhlil edib onun ibtidai istintaq zamanı verdiyi ifadələrinin işin faktiki hallarına uyğun, məhkəmədəki ifadələrini isə təqsirləndirilən şəxslərə yararlanmaq cəhdi kimi qiymətləndirir. Məhkəmə, onun bu ifadələrini mərhəmətlilik haqqında yanlış düşüncəsinin məhsulu kimi nəzərə alır. Çünki məhkmədə onun ifadələrində nisbi uyğunsuzluq olması üçün başqa səbəb müəyyən olunmadı. Məhkəmə göstərilənlərlə bərabər qeyd edir ki, qrupun silahdan və ya silah qismində başqa əşyanın istifadə olunması dedikdə, həmin silah və ya silah qismində istadə olunan əşyanın canlı hədəfi, yəni hucuma məruz qalan şəxsə deşici, kəsici təsir edib qurbanının həyat və səhhəti üçün təhlükə yaradan xəsarətlər yetirmək qabilliyyətinə malik əşyalar ehtiva olunur. Hücum edən şəxsin bunu bilməsi onun əməlini Azərbaycan Respublikası CM-nin CM-nin 181.2.5-ci maddəsi tövsif olunması üçün əsas amildir. Çünki o, basqın zamanı istifadə etdiyi əşyanın hücuma məruz qalan şəxsin həyat və səhhəti üçün təhlükə yaratdığını bilməli və bunu arzu etməlidir. Məhkəmə hazırkı iş üzrə təqsirləndirilən şəxslərin istifadə etdikləri əşyanı silah və ya silah qismində istfadə olunan əşya kimi deyil, onlar tərəfindən zərərçəkmiş şəxsə etdikləri hədənin reallığına inandırmaq üçün istifadə olunan əşya kimi qiymətləndirir. Məhkəmənin bu qənaəti Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs1 nümayiş etdirdiyi silaha bənzər ouyncağı silah kimi qiymtləndirib həyatının təhlükədə olması kimi qəbul edib qorxub qışqıraraq aptekin kassasında olan pulları ona vermək istəyərkən başqa müştərilərin aptekə daxil olmalarını görüb yenidən qışqırıb onlardan kömək istəməsini təsdiq edən sübutlar baxımından da əsaslıdır. Məhkəmənin gəldiyi bu qənaət, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarı baxımından da əsaslıdır. Belə ki, həmin qərarın 25 ci bəndində göstərilmişdir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin istifadə etdikləri oyuncaq tapançanın qeyd olunan funksiyaları yerinə yetirmək qabiliyyətinə malik olmadığnı nəzərə alır. Məhkəmə, göstərilənləri nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə həyatı üçün təhlükə yaradan hədə nümayiş etdirdiklərini, istifadə etdikləri oyuncağın bu hədənin real olduğunu təsdiq etmək üçün istifadə olunduğunu qəbul edir, lakin bu alətin silah olmadığını, təqsirləndirilən şəxslərin bunu bildiklərini nəzərə alıb onlara elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin CM-nin 181.2.5-ci maddənin xaric olunmasını və Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CMnin 170.3 və 181.2.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməllərini Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Çünki onlar zərərçəkmiş şəxsi həyatı ilə hədələyib ondan pul tələb etmişlər. Zərərçəkmiş şəxs də hədənin real qəbul edib qışqıraraq, ona tuşlanmış silaha bənzər oyuncağı silah kimi qəbul edib, onu, yəni silahı aşağı salmağı xahiş edib hədənin təsiri altında aptekin kassasında olan pulu verməyə razılıq vermiş, lakin kənar müştərilər aptekə daxil olduğundan zərərçəkmiş şəxs yenidən ona edilən basqından qorxaraq qışqırmış, təqsirləndirilən şəxslər də yalnız kənar şəxslərin hadisəyə müdaxilə edəcəklərindən ehtiyatlanaraq hadisə yerindən qaçıb getmişlər. Məhkəmənin gəldiyi bu qənaət, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarı baxımından da əsaslıdır. Belə ki, qərarın 25-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, şəxs silahı yalnız nümayiş etdirmişdirsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli xəsarət niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa( məsələn silah maketi, oyuncaq xəncəl və i.a) digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarrından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsi ilə məsuliyyət daşıyır. Zərərçəkmiş silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətəbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soyğunçuluq kimi tövsüf edilmələidir. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı bu mövqenin fonunda qeyd edir ki, zərərçəkmiş şəxs hazırkı iş üzrə ona tuşlanmış əşyanı real silah kimi qəbul etmiş, həyatının təhlükədə olduğunu dərk edib qorxaraq qışqırmışdır. Əks halda o, ona tuşlanmış əşyanın həqiqi silah olmadığını bildiyi halda qorxaraq təqsirləndirilən şəxslərdən silahı aşağıya salmağı xahiş edib sərəncamında və maddi məsuliyyətində olan özgənin kassada toplanmış pulu onlara verməyə razılıq verməsi ağlabatan deyildir. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin soyğunçuluq kimi tövsif olunması üçün əsas olmadığı qənaətinə gəlir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası CM-nin 170.3, və 181.2.1, Təqsirləndirilən şəxs2 əməllərinin isə Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlləri qəsdən törətdikləri qənaətinə gəldiyindən onların təqsirli bilinib bu əməllərə görə həmin maddələrdə nəzərdə tutulan qaydada cəzalanmalarını əsaslı sayır. Çünki onların təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 “De Fendo” Vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən 50 saat hüquqi yardım göstərilməsi və bu səbəbdən də ona 550 (beş yüz əlli) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına ödənilməsini təmin edib Təqsirləndirilən şəxs1 bu ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş qara rəngli oyuncaq silahın istehlak dəyəri olmayan əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən və Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Məhkəmə cinayət qanunun həmin normasına əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu dövründə cinayət törətdiyi qənaətinə gəlir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivi olması qənaətinə gəlir. Məhkəmədə Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hallar kimi ibtidai istintaq zamanı qismən etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi və zərərçəkmiş şəxsin onunla barışması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivi olması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hallar kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi, zərərçəkmiş şəxsin onunla barışması və cinayət əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzaların növünü müəyyən edərkən onlara azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Çünki Təqsirləndirilən şəxs1 əvvəllər məhum olunmuş, lakin o islah olunmamışdır. Təqsirləndirilən şəxs2 isə qanunvericilikdə ağır cinayətlər kateqoriyasına aid edilmiş cinayət törəmiş, lakin törətdiyi əməli inkar etməklə, qanuna münasibətdə riskli olmasını nümayiş etdirdi. Bu səbəbdən də, onun hazırkı vaxta davranışına kənar intensiv müdaxilə etmədən islah olunmasını ehtiva etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb onların təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və Təqsirləndirilən şəxs1 əməllərində cinayətlərin residivi olması səbəbindən ona təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını, Təqsirləndirilən şəxs2 isə qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 29 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub hazırki vaxtadək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə bu halı Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını, Təqsirləndirilən şəxs2 isə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsini, barəsində həbs qətimkan tədbiri seçilməsini və onun məhkəmə iclas zalından dərhal həbsə alınmasını, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, ibtidai istsisntaq zamanı bui ş üzrə Təqsirləndirilən şəxs2 30 yanvar 2024-cü il tarixdən 01 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığıı iki günü ona təyin edilmiş cəza müddətinə daxil edilməsini əsaslı sayır. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışdıqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzası yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Məhkəmə cinayət qanununun bu tələblərini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən onlar tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, onların məsuliyyətlərini yüngülləşdirən halların olmasını, Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran halın olmasını, Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran halın olmamasını, ona hazırkı əmələ görə qanunvericiliklə on ildən artıq cəza verilməsinə yol verilmədiyini, zərərçəkmiş şəxsin onunla barışmasını və ona təyin ediləcək cəzanın təyin edilməsinə qanunla yol verilən yuxarı həddinə münasibətdə təyin olunmasına dair tələblərini, o cümlədən də, təyin ediləcək cəzanın onların islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 170.3 və 181.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 170.3-cü maddəsi ilə 7 (yeddi ) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı qismən toplamaq yolu ilə ona qəti olaraq 9 (doqquz ) il 6 altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 181.2.5ci maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 181.2.5ci maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs2 30 yanvar 2024-cü il tarixdən 01 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət onun cəza müddətinə daxil edilsin və onun tərəfindən çəkilməli olan cəzanın müddəti 7 (yeddi) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 04 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət büdcəsi hesabına məhkəmədə Təqsirləndirilən şəxs1 göstəridiyi hüquqi yardıma görə “De Fendo” Vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 550 (beş yüz əlli) manat Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 həmin məbləğin ödənilməsindən azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilən qara rəngli oyuncaq silah istehlak dəyəri olmayan əşya kimi məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar