Məhkəmə qərarları › İş №1(101)-581/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-581/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-581/2022 14.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 Ağalarovun sədrliyi ilə, hakimlər Rahib Vaqif oğlu Salmanov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihəminın müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1986-cı ildə Qubadlı rayonunun Padar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, Qubadlı rayonunun Padar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində fərdi evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bir müddət əvvəl tanışı Zərərçəkmiş şəxs onun əlaqələndirməsi sayəsində avtomatik darvaza dirəyi quraşdırdığı müştəriyə görə 300 manat vasitəçilik haqqı tələb etmiş, sonuncunun isə həmin müştəridən gəlir əldə etməməsi, əksinə quraşdırma prosesində yol verdikləri nöqsana görə ziyana düşməsi ilə bağlı izahını qəbul etməyib haqqında başqa şəxslərin yanında nalayiq ifadələr işlətməsinin səbəbini soruşmaq üçün telefonla zəng etmiş Zərərçəkmiş şəxs həmin nalayiq ifadələrə layiq olduğunu bildirməklə aralarında yaranmış mübahisə səbəbindən 24 avqust 2021-ci ildə saat 21 radələrində Bakı şəhəri Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi, Pirşağı yolu Zeytun bağında baş tutmuş görüş zamanı aralarında yaranmış mübahisə zəmnində üzərində olan soyuq silah hesab edilməyən bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs üzərinə gedib bıçaqla onun döş qəfəsinin sol nahiyəsinə qəsdən bir dəfə vuraraq döş qəfəsinin sol yarısının ön səthinin sol döş və ürək boşluğuna nüfuz edərək ürəyin yaralanmasına və sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Təxminən 2 il əvvəl sonuncu ilə "xxxx" şirkətində bir yerdə işləmişdir. Əjdər həmin şirkətdə sahə rəisi olmuş, o isə fəhlə olaraq çalışmışdır. Birgə işlədikləri müddətdə və sonradan münasibətləri yaxşı olmuşdur. Əjdər həm də avtomatik darvaza dirəyi quraşdırmaqla da məşğul olmuşdur. Hadisədən bir müddət əvvəl Əjdər üçün müştəri tapmış və aralarında olan razılaşmaya görə sonuncu ona müştəri tapdığına görə 300 manat pul verməli olmuşdur. Bir müddət sonra Əjdərdən pulunu tələb etdikdə, sonuncu quraşdırma zamanı müştərinin 7000 manatlıq darvazanı zədələyib ziyana düşdüyü üçün ona pul verməyəcəyini demişdir. Əjdərin dediklərinə əhəmiyyət verməyib pulunu tələb etmişdir. Bundan sonra Əjdər onunla soyuq davranmağa başlamış və hətta onun salamını belə almamışdır. Həyətlərində kirayədə qalan ümumi tanışları Ramidlə söhbət edərkən ona: «mən Əjdərə neynəmişəm, məni danışdırmır, salamını almır, adam kişi olar»demişdir. Ramidin deməsindən sonuncunun onun sözlərini Əjdərə çatdırdığı ona məlum olmuşdur. 24 avqust 2021-ci il tarixdə saat 12 radələrində Əjdər ona zəng edib, dediyi sözlərə görə irad bildirimiş, o, yanında adam olduğunu deyib telefonu söndürmüşdür. Bir qədər sonra Əjdər yenidən ona zəng edib, telefonu üzünə bağladığına görə onu söyüb təhqir etmişdir. Cavabında o da Əjdəri eyni qaydada söyüb təhqir etmişdir. Bir qədər sonra Əjdərin qardaşı Seymur ona zəng etmişdir. Telefon danışığı zamanı Seymura əvvəlcə Əjdərin onu söydüyünü, sonra isə özünün də Əjdərə cavab verdiyini və bununla da söhbətin qurtardığını bildirmişdir. Seymur axşam saatlarında Əjdəri də götürüb gələcəyini və bir yerdə söhbət edəcəklərini demişdir. Seymura hər şeyin bitdiyini deyib, ondan xahiş etmişdir ki, Əjdəri gətirməsin, əks halda dava düşəcəkdir. Buna baxmayaraq həmin gün, yəni 24 avqust 2021-ci il tarixdə saat 21 radələrində Seymur avtomobillə Kürdəxanı qəsəbəsinndə yeləşən məhəlləsinə gəlib onunla görüşmüşdür. O, mübahisədən yayınmağa çalışmış, lakin, Seymur təkidlə onu avtomobillə qəsəbədəki Zeytun parkının yanına aparmışdır. Orada avtomobildən düşən kimi Əjdər üstünə cumub, başı ilə onun üz nahiyyəsindən vurmuşdur. Sonuncuya gücünün çatmayacağını görüb, əvvəlcədən evdən özü ilə götürdüyü mətbəx bıçağını çıxarıb qorxutmaq üçün bir dəfə Əjdərə tərəf zərbə endirmişdir. Bıçağın Əjdərin bədəninin hansı nahiyyəsinə dəydiyini bilməmişdir. Bundan sonra Əjdər ondan aralanmışdır. Onun Əjdəri növbəti dəfə vurmağa imkanı olsa da, bunu etməmişdir. Taksi ilə 15-ci PB-yə gedib təslim olmuş, hadisəni törətdiyi bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Münaqişəyə səbəb Əjdərin onu söyüb təhqir etməsi, qardaşı Seymurun onu avtomobillə aparıb Əjdərlə görüşdürməsi və nəhayət sonuncunun onu baş zərbəsi ilə vurması olmuşdur. Özünü Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, "xxxx" MMC-də montaj heyətinin sədri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs həmin şirkətdən tanıyır. Belə ki, sonuncu şirkətdə fəhlə işləmişdir. Aralarında normal münasibət olmuşdur. Hadisədən əvvəl bir müştərinin həyətində darvaza qolu quraşdırmışdır. Düz quraşdıra bilmədiyi üçün 7.000 manatlıq darvazanı zədələmiş və nəticədə ziyana düşmüşdür. Həmin müştərini Elmir tapdığı üçün sonuncu ondan 300 manat pul istəmişdir. Elmirə ziyana düşdüyü üçün pul verə bilməyəcəyini demişdir. Bir neçə gün sonra tanışlarından Elmirin onun arxasınca təhqiramiz ifadələr işlətdiyini eşitmişdir. Odur ki, 24 avqust 2021-ci il tarixdə sonuncuya zəng edib, qazancı olmadığı üçün ona pul vermədiyini izah edib, barəsində söyüş söyməyinin səbəbini soruşmuşdur. Elmir onun söyüşə layiq olduğunu deyib, yenidən onu təhqir etmişdir. O da Elmiri təhqir edib, telefonu bağlamışdır. Elmir bundan sonra onun qardaşı Seymura zəng edib, onunla birlikdə Kürdəxanıya gəlmələrini tələb etmiş və telefonda qardaşını da söymüşdür. Həmin gün saat 18 radələrində qardaşı Seymurla telefon danışığı zamanı Elmirlə görüşüb, mübahisəyə aydınlıq gətirmək qərarına gəlmişlər. Həmin vaxt o, iş yoldaşı Ramidlə birlikdə onun avtomobilində olmuşdur. Qardaşı Seymur isə öz avtomobili ilə Elmiri götürmüşdür. Onlar Kürdəxanı qəsəbəsində yerləşən Zeytun parkına getmişlər. Həmin vaxt qardaşı Seymur Elmirlə birlikdə orada olmuşlar. Avtomobildən düşən kimi Elmir onu görüb üstünə gəlmiş və əlindəki bıçaqla bir dəfə onu vurub aralanmışdır. Qardaşı Seymur avtomobillə onu 3 saylı Sabunçu xəstəxanasına aparmışdır. Köynəyi cırıldığı üçün yolda tullamışdır. Elmirin onu növbəti dəfə vurmağa imkanı olmuş, lakin, bunu etməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, "xxxx" MMC-də işləmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin şirkətdə işlədiyi vaxtdan tanıyır. Hadisədən bir müddət əvvəl Əjdər bir nəfər müştərinin həyətinə darvaza qolu quraşdırarkən 7000 manatlıq darvazanı zədələmiş və ziyana düşmüşdür. Həmin müştərini Elmir tapdığından Əjdərdən pul istəmişdir. Sonuncu isə ziyana düşdüyündən pul verə bilməyəcəyini demişdir. Bundan sonra Elmir Əjdərin arxasınca xoşagəlməz ifadələr işlətməyə başlamışdır. 24 avqust 2021-ci il tarixdə işdən çıxandan sonra Əjdər Elmirlə görüşəcəyini demişdir. Həmin gün saat 21 radələrində sonuncu ilə birlikdə Pirşağı yolunda Zeytun bağlarının yanına getmişlər. Elmiri isə Əjdərin qardaşı Seymur öz avtomobili ilə gətirmişdir. Əjdərlə o, avtomobildən düşmüş, bu vaxt Elmir onların üstünə gəlib əlindəki bıçaqla Əjdəri bir dəfə vurub oradan aralanmışdır. X3 xəstəxanasına çatdırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, "xxxx" MMC-də elektromexanik vəzifəsində çalışır. Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs da həmin şirkətdə fəhlə işləmişdir. Aralarında normal münasibət olmuşdur. Hadisədən bir müddət əvvəl Əjdər bir nəfər müştərinin həyətinə darvaza qolu quraşdırmaq istəyərkən 7000 manatlıq darvazanı zədələdiyindən maddi ziyana düşmüşdür. Həmin müştərini Əjdərlə Elmir calaşdırmış, buna görə də, sonuncu Əjdərdən müştəri tapması müqabilində 300 manat pul istəmişdir. Əjdər isə ziyana düşdüyü üçün pul verə bilməyəcəyini demişdir. Bir neçə gün sonra tanışlardan Elmirin Əjdərin arxasınca nalayiq ifadələr işlətdiyini eşitmişdir. 24 avqust 2021-ci il tarixdə Elmirlə Əjdər telefonla danışmışdır. Danışıq zamanı Elmir Əjdəri təhqir edib görüşə çağırmışdır. Həmin gün Elmir ona da zəng edib, pul vermədiyinə görə qardaşı Əjdərin ünvanına nalayiq söyüşlər söymüşdür. O, Elmiri sakitləşdirməyə çalışmış, lakin, sonuncu onunla və qardaşı Əjdərlə görüşmək istədiyini bildirmişdir. Elmirin əl çəkmədiyini görüb onunla işdən sonra görüşməyə razılaşmışlar. Həmin günü axşam saatlarında Kürdəxanı qəsəbəsində Elmirlə görüşmüşdür. Sonuncu onun yanında qardaşı Əjdərin ünvanına söyüş söymüşdür. Elmirə mədəni şəkildə Əjdərin onun qardaşı olduğunu, sonuncuya qarşı söydüyü söyüşlərin ona da çatdığını bildirmişdir. Ətrafda çoxlu adam olduğundan Elmirə Əjdər gələnədək sakit yerə getməyi təklif etmişdir. Bundan sonra qardaşı Əjdərə zəng edib, Elmiri sakitləşdirə bilmədiyini, sonuncunun camaatın içində söyüşlər söydüyünü bildirib, Pirşağı yolunda olan zeytunluğa gəlməsini tapşırmışdır. Bundan sonra Elmiri öz avtomobili ilə həmin yerə aparmışdır. Saat 21 radələrində onlarla eyni vaxta qardaşı Əjdər də özünün idarə etdiyi avtomobillə həmin yerə gəlmişdir. Avtomobilini saxlayan kimi Elmir maşından düşüb Əjdərin üstünə cummuşdur. Yaxınlaşdıqda Əjdərin sinəsindən qan axdığını görüb, Elmirin Əjdərə bıçaqla xəsarət yetirdiyini bilmişdir. Dərhal qardaşı Əjdəri 3 saylı Sabunçu xəstəxanasına aparmışdır. Məhkəmə-tibbi ekspertizasının 20 noyabr 2021-ci il tarixli 1850 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının ön səthinin sol döş və ürək boşluğuna nüfuz edərək ürəyin yaralanmasına va sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava va qan yığılması) səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər. Törənmə müddəti qərarda göstərilən 24 avqust 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Ambulator məhkəmə-psixatrik ekspertizasının 20 oktyabr 2021-ci il tarixli 2523 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda har hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin isterik tip cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar va hal-hazırki psixatrik müayinənin nəticələri va s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hadisəni törədərkən öz hərəkətlərinin faktiki xarakterini va ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehliyacı yoxdur. Məhkəmə-ballistik ekspertizasının 7 dekabr 2021-ci il tarixli 3/1075 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat təyinatlı mətbəx bıçağıdır, üzərində dəyişiklik edilməmişdir və soyuq silah hesab edilmir. İşin 73-cü vərəqindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 20-21-ci vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 105-110-cu vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, iş üzrə bir ədəd bıçaq maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İşdəki doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 14 yanvar 2012-ci il təvəllüdlü Məmmədli Sevgi və 11 yanvar 2014-cü il təvəllüdlü Məmmədli Razi olmaqla iki azyaşlı uşağı vardır. İşdəki Zərərçəkmiş şəxs tədim etdiyi notarial qaydada təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə verilmiş ittihama əsasən o, bir müddət əvvəl tanışı Zərərçəkmiş şəxs onun əlaqələndirməsi sayəsində avtomatik darvaza dirəyi quraşdırdığı müştəriyə görə 300 manat vasitəçilik haqqı tələb etmiş, sonuncunun isə həmin müştəridən gəlir əldə etməməsi, əksinə quraşdırma prosesində yol verdikləri nöqsana görə ziyana düşməsi ilə izahını qəbul etməyib haqqında başqa şəxslərin yanında nalayiq ifadələr işlətməsinin səbəbini soruşmaq üçün telefonla zəng etmiş Zərərçəkmiş şəxs həmin nalayiq ifadələrə layiq olduğunu bildirməklə mübahisəyə təhrik edib, görüşə çağırmaqla onun təşəbbüsü ilə 24 avqust 2021-ci ildə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi, Pirşağı yolu Zeytun bağında baş tutmuş görüş zamanı haqlı olmadığı təqdirdə vasitəçiliklə bağlı tələb etdiyi pulun ödənilməməsini cüzi səbəb kimi bəhanə gətirib qəflətən üzərində olan, soyuq silah hesab edilməyən bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını çıxarıb heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə gedib xuliqanlıq niyyəti ilə bıçaqla döş qəfəsinin sol nahiyəsinə qəsdən bir dəfə vuraraq döş qəfəsinin sol yarısının ön səthinin sol döş və ürək boşluğuna nüfuz edərək ürəyin yaralanmasına və sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrindən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirməsi öz təsdiqini tapsa da, bu hadisənin xuliqanlıq niyyətilə etməsi öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrindən birmənalı şəkildə görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasındakı telefon danışığı zamanı onlar qarşılıqlı olaraq bir-birini söyüb təhqir etmiş, buna görə aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağır xəsarət yetirməsi də məhz bu mübahisə zəmnində baş vermişdir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xəsarət yetirməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə xəsarət yetirməsi öz təsdiqini tapmadı. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs bir müddət əvvəl tanışı Zərərçəkmiş şəxs onun əlaqələndirməsi sayəsində avtomatik darvaza dirəyi quraşdırdığı müştəriyə görə 300 manat vasitəçilik haqqı tələb etmiş, sonuncunun isə həmin müştəridən gəlir əldə etməməsi, əksinə quraşdırma prosesində yol verdikləri nöqsana görə ziyana düşməsi ilə izahını qəbul etməyib haqqında başqa şəxslərin yanında nalayiq ifadələr işlətməsinin səbəbini soruşmaq üçün telefonla zəng etmiş Zərərçəkmiş şəxs həmin nalayiq ifadələrə layiq olduğunu bildirməklə aralarında yaranmış mübahisə səbəbindən 24 avqust 2021-ci ildə saat 21 radələrində Bakı şəhəri Sabunçu rayonu, Kürdaxanı qəsəbəsi, Pirşağı yolu, Zeytun bağında baş tutmuş görüş zamanı aralarında yaranmış mübahisə zəmnində üzərində olan, soyuq silah hesab edilməyən bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs üzərinə gedib bıçaqla onun döş qəfəsinin sol nahiyəsinə qəsdən bir dəfə vuraraq döş qəfəsinin sol yarısının ön səthinin sol döş və ürək boşluğuna nüfuz edərək ürəyin yaralanmasına və sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və qan yığılmasına) səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Ona görə Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 25 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Ekspertiza tədqiqatına sərf edilmiş 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 357.0.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyəy minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar