Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-581/2024 01.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X7 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1993-cü ildə Tərtər rayonu, Seydimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasının 11 ay 26 gün hissəsi çəkilməmiş qalan, Tərtər rayonu, Seydimli kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Araz» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2023-cü ilin mart ayının ikinci yarısında naməlum vaxt və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində gizlədilmiş külli miqdarda 10,369 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 10,595 qram çəkidə psixotrop maddə metamfetamini əldə etdikdən sonra o, külli miqdarda narkotik vasitə heroini, Təqsirləndirilən şəxs2 isə külli miqdarda psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və orada saat 13:20-də onun və Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı onun əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,369 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 isə əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,595 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bununla da o, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı «Araz» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2023-cü ilin mart ayının ikinci yarısında naməlum vaxt və şəraitdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Suiutupə qəsəbəsi ərazisində gizlədilmiş külli miqdarda 10,595 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 10,369 qram çəkidə narkotik vasitə heroini əldə etdikdən sonra o, külli miqdarda psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs1 isə külli miqdarda narkotik vasitə heroini üzərində saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə saat 11:20 radələrində DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Təqsirləndirilən şəxs1 ilə ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və orada saat 13:20-də onun və Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı onun əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,595 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 isə əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 10,369 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bununla da o, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Arazı Vasif adlı umum dostları vasitəsilə tanımışdır. Arazı 1 ildən çox tanımağına baxmayaraq, ancaq tutulmamışdan 2-3 gün qabaq Arazla telefonla ünsiyyətdə olmuşdur. Özü narkotik vasitə istifadəçisidir və buna görə də özünü təqsirli bilir. Özündə heroin olub, lakin ittihamda göstərildiyi kimi 11 qram yox, şəxsi istifadəsi üçün 1 qrama yaxın heroini olub. 29 mart 2023-cü il tarixdə səhər Vasiflə Araz onlara gəlmişdir. O, təklif etmişdir ki, bir yerdə narkotik qəbul etsinlər. Arazla evə girmişlər və 3 dəqiqə keçməmiş polislər evə girib onları tutmuşdur. Həmin vaxt stolun üstündəki heroin 1 qramdan az olmuşdur. O, həmin heroini Xocasən qəsəbəsindən tək almışdır, Arazla birlikdə almamışdır. Əlavə olaraq bildirmişdir ki, evdə oturub narkotik qəbul edəcəklərini polislərə kim tərəfindən məlumat verilməsini bilmir. Özü narkotik satanı deyil, narkotiki ordan-burdan güclə alır. Onu aparıb polis bölməsinə, orda döyüblər. Bölmədə narkotiki Anar adlı əməliyyatçı onun qarşısına qoymuş və onun qarşısına şərt qoymuşlar ki, bu bükülüdəki narkotiki götürməsə, evindəki qohumları ilə bərabər evindən 1 kilo narkotik çıxarıb gətirəcəklər. O, da məcbur olub polislərin dediklərini qəbul etmişdir. Onları bölməyə gətirdikdən 2 saat yarım keçəndən sonra videoçəkiliş olmuş və vaxtın da bu qədər uzanmasına səbəb onun polislərin təklif etdikləri narkotiki öz boynuna götürməməyi olmuşdur. O, heroini evdə şpris vasitəsi ilə iynə vurmaq yolu ilə qəbul etmiş, Araz isə onun evinə gözlənilmədən gəlmişdir. Araz gələndən sonra da Araza falqa düzəldib heroin çəkməyi təklif etmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, təxminən 1-2 aydır ki, narkotik vasitə hesab edilən heroin və psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən İran İslam Respublikasının vətəndaşı ‘Araz” adlı şəxsin vasitəsilə narkotik vasitə heroini 220 manata əldə etmişdir. Həmin narkotik vasitənin bir hissəsini istifadə etmiş qalan hissəsini istifadə etmək üçün üzərində saxlayırmış. 30 mart 2023-cü il tarixdə saat təxminən 11:20 radələrində ünvan 4 ünvanının yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu və Arazı Binəqədi RPİnin 40-cı PB-nə dəvət etmişlər. Orada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri öz vəkili tərəfindən izah edilməklə buna dair təhqiqatçı tərəfindən bildiriş təqdim edilmişdir. Müdafiəçilərin iştirakı ilə onun və Arazın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra o, əynindəki boz rəngli şalvarının sol yan cibindən 1 ədəd içərisində (055)-882-19- 05 GSM nömrə olan İphone markalı mobil telefonunu, sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin narkotik vasitə elektron tərəzi ilə çəkilən zaman çəkisinin 11 qram olması müəyyən edilmişdir. Həmin maddə 1 ədəd zərəfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Ondan sonra Arazın üzərinə də şəxsi axtarış keçirlmiş və onun üzərindən 1 ədəd sellofan bükümdə metamfetamin aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, təxminən 1 ildən çoxdur heroindən istifadə edir. Həmin gün o, evdə olmuş. Taksi sürücüsü işləyən Vasif adlı dostu ona zəng edib soruşmuşdur ki, boşdursa gəlib onu da götürüb, yoldaşlı bir yerdə getsinlər. O, da razılaşmışdır. Onlar Mirzənin evinin yanından avtomobillə keçəndə o, Mirzə ilə bir az narkotikdən istifadə etmək üçün düşüb Mirzənin evinə getmişdir. O, Mirzəgildə olarkən heç 3 dəqiqə çəkməmişdir ki, polislər evin içinə girib onları həbs etmişlər. Onun heç bir iranlı ilə heç bir vaxt danışığı olmayıb. O, narkotik istifadəçisi kimi Mirzənin yanına getmişdir ki, birlikdə narkotik qəbul etsinlər. Əlavə olaraq bildirmişdir ki, narkotiki Xocasən qəsəbəsində Sulutəpədən hər dəfə məxtəlif şəxslərdən alırmış. İstifadə etmək üçün o, Mirzəyə narkotik verməmiş, Mirzə də ona istifadə etmək üçün narkotik verməmişdir. Onları saxlayarkən evdə narkotiki çəkmək yolu ilə qəbul etməyə hazırlaşırmışlar. O, Mirzədən narkotiki götürməmişdir, Mirzə narkotiki ortaya qoymuşdur ki, birgə qəbul etsinlər. Polmədə polislər hər ikisini də döymüşlər ki, ittihamı qəbul etsinlər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə hesab edilən heroin və psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən İran İslam Respublikasının vətəndaşı “Araz” adlı şəxsin vasitəsilə psixotrop maddə metamfetamin 200 manata əldə etmişdir. Həmin psixotrop maddənin bir hissəsini istifadə etmiş qalan hissəsini istifadə etmək üçün üzərində saxlayırmış. 30 mart 2023-cü il tarixdə saat təxminən 11:20 radəiərində ünvan 4 ünvanının yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə piyada hərəkət edən zaman 4 nəfər mülki geyimli şəxs bizə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Mirzənin külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu və Mirzəni Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət etmişlər. Orada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri öz vəkili tərəfindən izah edilməklə buna dair təhqiqatçı tərəfindən bildiriş təqdim edilmişdir. Müdafiəçilərin iştirakı ilə onun və Mirzənin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra o, əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd içərisində (055)-829-92-59 GSM nömrə olan KGtel markalı mobil telefonunu, 1 ədəd sellofan bükümdə metamfetamini, 5 manat pulunu, əynindəki tünd qəhvəyi rəngli qısa qol gödəkcənin sol iç cibindən 1 ədəd azadlığın məhdudiaşdırılmas cəzası üçün nəzərdə tutulmuş cihazını, sağ yan cibindən 20 manat pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Ona məxsus telefonu ona izah edilməklə götürülsə də ona məxsus 25 manat pulu və həmin cihaz ona qaytarılmışdır. Həmin psixotrop maddə elektron tərəzi ilə çəkilən zaman çəkisinin 11 qram olması müəyyən edilmişdir. Həmin maddə 1 ədəd zərəfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Ondan sonra Mirzənin üzərinə də şəxsi axtarış keçirilmiş və onun üzərindən 1 ədəd sellofan bükümdə heroin aşkar edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, məlumat əsasənda əməliyyat qrupu yaradılmış və 20 mart 2023-cü il tarixdə keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs1 Binəqədi rayonunda “Sulutəpə” deyilən ərazidə yanındakı şəxs Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılmışdır. Həmin şəxsləri Binəqədi rayon 40cı Polis Bölməsinə gətirmişlər, bölmədə vəkilin iştirakı ilə videoçəkilişlə saxlanılan şəxslərin üzərilərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən telefon və narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs2 üzərindən isə telefon, metanfetamin və 20-25 manat pul aşkar olunaraq götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, Mirzə ilə Arazı “Sulutəpə” deyilən ərazidə küçədə saxlamışlar. Saxlanılan şəxslərin üzərilərinə baxış Bölmədə xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə videoçəkilişlə təhqiqatçının rəhbərliyi ilə keçirilmişdir. Saxlanılan şəxslərə qarşı heç bir fiziki və ya psixoloji zor və ya təzyiq göstərilməmişdir. Saxlanılan şəxslər bildirmişlər ki, narkotik vasitəni Binəqədi rayon ərazisindən Araz adlı iranlıdan almışlar. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Mirzə adlı şəxslə bağlı məlumat daxil olmuşdur. Binəqədi rayonu “Sulutəpə” ərazisində Həmid Sultanov küçəsi ev 122 saylı evin yaxınlığında 30 mart 2023-cü il tarixdə Mirzə ilə Arazı bir yerdə görüb onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra onları Binəqədi rayon 40-cı Polis Bölməsinə dəvət etmişlər və bölmədə onların üzərinə baxış keçirmişlər. Baxış zamanı Mirzənin üzərindən narkotik vasitə heroin aşkarlanmışdır. Mirzə ifadəsində bildirmişdir ki, narkotik vasitəni İranlı Araz adlı şəxsdən həm öz istifadəsi üçün alıb. Həmçinin Arazın da üzərinə baxış zamanı psixotrop maddə metanfetamin aşkarlanmışdır. Araz da bildirmişdir ki, naroktiki İranlı Araz adlı şəxsdən 200 manata almışdır. Əlavə olaraq bildirmişdir ki, saxlanılan şəxslərə qarşı heç bir fiziki və ya psixoloji zor və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsləri küçədə saxlamışlar. Arazı Mirzə ilə bir yerdə olduğu üçün ikisini bir yerdə saxlamışlar. İbtidai araşdırma zamanı qismində Şahid1 ifadəsində bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs1 cinayət xarakterli əməllərinin ifşa edilməsi və bu məqsədlə əməliyyat tədbirinin keçirilməsi qərara alınmışdır. Bu məqsədlə 30 mart 2023-cü il tarixdə saat 11:00 radələrində ünvan 5 ünvanın yaxınlığında gəlmişlər. 30 mart 2023-cü il tarixdə saat 11:20 radələrində yuxarıda göstərilən ünvanın yaxınlığında olan zaman orada xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs1 bənzəyən şəxsi görmüşlər. Həmin zaman Təqsirləndirilən şəxs1 yanında başqa bir şəxsdə var idi. Bir qədər həmin şəxsləri müşahidə etdikdən sonra əlverişli şərait yaranmış və dərhal onlara yaxınlaşmışlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirmişlər. Sonra hər iki şəxsi Binəqədi RPİ 40-cı PB-nin inzibati binasına gətirmişlər. Orada məlum olmuş ki, Təqsirləndirilən şəxs1 yanında olan şəxs Təqsirləndirilən şəxs2dur. Sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə edilməsi üçün müdafiəçi dəvət edərək həmin vəkillərin və onların iştirakı ilə onları şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələri izah etmişdir. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd İphone markalı mobil telefonu, sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə çəkisinin 11 (on bir) qram olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd KGtel markalı mobil telefonu, 01 ədəd sellofan bükümü, 5 manat pulu, əynindəki tünd qəhvəyi rəngii qısa qol gödəkcəsinin sol iç cibindən 01 ədəd azadlığın məhdudlaşdırılmas cəzası üçün nəzərdə tutulmuş cihazı, sağ yan cibindən 20 manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunia qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 25 manat pul və 01 ədəd azadlığın məhdudlaşdırılması cihazı özünə qaytarılmış, 01 ədəd mobil telefon isə götürülmüşdür. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristall şəkilli, psixotrop maddə maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin büküm elektron tərəzi ilə çəkilmiş və qablaşdırılma ilə birlikdə çəkisinin 11 (on bir) qram olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni həm öz istifadəsi, həm ona deyiləcək yerlərə qoymaq üçün üzərində saxladığını, həmin maddələri İran İslam Respublikasının vətəndaşı “Araz” adlı şəxsin vasitəsilə təxminən 3-4 gün bundan öncə Bakı şəhəri, Binəqədi rayonu ərazisində götürdüyünü, özünün narkotik tərkibli maddə istifadəçisi olmasını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını saxlanılan zaman və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını, həmin maddələri İran İslam Respublikasının vətəndaşı “Araz” adlı şəxsin vasitəsilə təxminən 2-3 gün bundan öncə Bakı şəhəri, Binəqədi rayonu ərazisində götürdüyünü, buna görə 200 manat pul ödədiyini, özünün 7 aya yaxındır ki, narkotik tərkibli maddə istifadəçisi olmasını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını saxlanılan zaman və polis bölməsində olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Binəqədi rayonu “Sulutəpə” ərazisində Həmid Sultanov küçəsi ev 122 saylı evin yaxınlığında 30 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 saxlanılaraq Binəqədi rayon 40-cı Polis Bölməsinə gətirilmişlər. Bölmədə təhqiqatçı və müdafiəçinin iştirakı ilə videoçəkilişlə onların üzərinə baxış keçirmişdir. Təhqiqatçı onlara üzərlərində hər hansı bir qanunsuz əşya varsa təqdim etmələrini təklif etmişdir. Təqsirləndirilən şəxs1 şalvarının cibindən, Təqsirləndirilən şəxs2 isə gödəkçəsinin cibindən, hər biri ayrıayrılıqda hərəsində bir ədəd büküm maddəni çıxararaq təqdim etmişlər. Əlavə olaraq bildirmişdir ki, saxlanılan şəxslərə qarşı heç bir fiziki və ya psixoloji zor və ya təzyiq göstərilməmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs1 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Şahid2 və Şahid3 ibtidai araşdırma zamanı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid4 Mirzə qızı ifadəsində bildirmişdir ki, hadisə günü evə birdən 5-6 nəfər adam evə girmiş, o isə qorxduğundan o biri otağa qaçmışdır. Əlavə olaraq bildirmişdir ki, Mirzə qardaşı oğludur. Həmin 5-6 nəfər şəxsin üzlərini görməmiş, kim olduqlarını və evə nə üçün girdiklərini bilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 30 mart 2023-cü il tarixdə saat 11:20-də ünvan 6 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarədə xidməti otaqların birində üzərində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd mobil telefonu (mobil nömrə), sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik maddə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd mobil telefonunu, 1 ədəd sellofan bükümü, 5 manat pulu, əynindəki tünd qəhvəyi rəngli qısa qol gödəkcəsinin sol iç cibindən 1 ədəd azadlığın məhdudlaşdırılmas cəzası üçün nəzərdə tutulmuş cihazını, sağ yan cibindən 20 manat pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 25 manat pulu və 1 ədəd azadlığın məhdudlaşdırılması cihazı özünə qaytarılsa da, sonuncuya məxsus 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Onların üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddə ilə ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli 6/1852 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş kütlə...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 10,369 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. üzərində “...A.İbrahimovun üzərindən aşkar edilmiş kütlə...” və s. yazılar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 10,595 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş qalıq çəkisi 10,269 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq çəkisi 10,495 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi saxlanmasından ötrü Binəqədi RPİ-nin saxlanc anbarına - kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 3873 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 3874 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında müdafiə tərəfinin vəsastəti əsasında təqsirləndirilən şəxslərin istifadəsində olan mobil nömrələrlə bağlı "xxxx" MMC-dən təqdim olunmuş bir ədəd CD diskə və həmin diskdə olan məlumatlara baxış zamanı 28 mart 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “6 manat gəlməyib 25 manat atdılar” məzmununda, 28 mart 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqa mənəm aç 10 manat düzəltmişəm” məzmununda, 29 mart 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “məni fırlatmağı fikirləşirsənsə düz eləmirsən” məzmununda, 28 mart 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “at karta pulu göndər” məzmununda, 28 mart 2023-cü il tarixdə ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “3 dəq qapınızdayam ya mal ya da pul elinde olsun” məzmununda, 28 mart 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “kömey ele qaqaş, senin meselene göre tutulmuşam” məzmununda, 28 mart 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “mene tas qoyublar 1000 manat, özüvü men deyen yerə çatdılr” məzmununda, 28 mart 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “indi gelib mal, 1-2 saata atacaq gul de goturerem, 15-20 qram oturecem sene” məzmununda, 28 mart 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “o gün den dedin ureyim isdeyir, heç kime vermedim, hec ozum de cekmedim, faliqamdakınıda götürüb getirdim sene” məzmununda mesajlar yazılması müəyyən edilmişdir. Mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş sms mətnləri və digər məlumatları özündə əks etdirən 01 ədəd disk (CD) cinayət işinin materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxslər irəli sürülən ittiham üzrə özlərini tam təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər aşkar olunmuş narkotik vasitənin - psixitrop maddənin onlara məxsus olmadığını və üzərlərinə qoyulduğunu, narkotik vasitəni və psixitrop maddəni satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadıqlarını, narkotik vasitəni psixitrop maddəni satmaq fikirlərinin (məqsədlərinin) olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən onlara psixoloji və fiziki təzyiqlər edilməsini bildirsələr də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxslərin gətirdikləri bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxslərin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxslər tutularkən onların müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmişlər, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onların üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxslərin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıbqalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxslərin saxlandığı müvafiq Müvəqqəti saxlama yerindən və İstintaq Təcridxanasından onların tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onların İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı yeni xəsarətlərinin aşkar olunmadığı qeyd edilmişdir. Bundan başqa, iş materiallarında olan Binəqədi Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslərin tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq müvafiq tibbi sənədlər və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Probasiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün icrası zamanı üzrə Təqsirləndirilən şəxs2 bir neçə dəfə elektron nəzarət vasitəsini işlək vəziyyətdə saxlamaq vəzifəsini pozmuş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə saat 09:03-dən sonra elektron nəzarət vasitəsini işlək vəziyyətdə saxlamaq vəzifəsini pozmuşdur. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxslərin özlərini tam təqsirli bilməmələrinə dair ifadələrinə, həmçinin aşkar olunmuş narkotik vasitənin psixotrop maddənin onlara məxsus olmadığı və üzərlərinə qoyulduğu, narkotik vasitəni - psixotrop maddəni satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadıqlarını, narkotik vasitəni - psixotrop maddəni satmaq fikrində olmadıqlarını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsi barədə verdikləri ifadələrinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onların ifadələrinin həmin hissəsini özlərini müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin özlərinin ifadələrini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verkləri ifadələrini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin - psixotrop maddənin külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxslərdən aşkar olunmuş narkotik vasitənin - psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmçinin təqsirləndirilən şəxslərə məxsus mobil telefondan nömrələrdən aşkar olunmuş məlumatların (sms yazışmaların) məzmununu nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxslərin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş digər tələbnamədən (hökmdən) görünür ki, Təqsirləndirilən şəxs2 Xətai rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.8-ci bəndinə əsasən həmin cəzadan azad edilmişdir. Bundan sonra isə Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının 11 ay 26 gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 bundan əvvəl azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, təqsirini qismən etiraf etməsini və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin - psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, bundan başqa Təqsirləndirilən şəxs2 bundan əvvəl də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayət əməlinə görə məhkum edilməsinə (məhkumluğunun ödənilməməsinə və ya götürülməməsinə) baxmayaraq yenidən eyni xarakterli cinayət törətməsini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı real olaraq çəkməklə islah oluna bilərlər. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının 11 ay 26 gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə görə, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, təqsirləndirilən şəxslər xx.xx.2023-cü il tarixdə tutulmuşlar. Cinayət işinin materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalarını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və onlar, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Binəqədi RPİ-nin saxlanc anbarında (maddi sübutların saxlanılma yerində) saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş qalıq çəkisi 10,269 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq çəkisi 10,495 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış (baxışgötürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə hər biri ayrı-ayrılıqda 70 saat vaxt sərf etmişdirlər. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-426/2022 nömrəli hökmünə əssasən təyin edilmiş (üzərində CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq saxlanılmış) 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 ay 26 gün müddəti (hissəsi) Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 gün azadlığın məhdudlaşdırılması cəzası 01 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla (əvəz edilməklə) cəmi 05 (beş) ay 28 gün Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş qalıq çəkisi 10,269 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş qalıq çəkisi 10,495 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxslərin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 110 manat təqsirləndirilən şəxslərdən birgə qaydada (hər birinə münasibətə 55 manat olmaqla) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-581/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-581/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver