Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-581/2025 23.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X25 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X13 və X14, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçilər, Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “Azəriqaz” İstehsalat Birliyində nəzarətçi işləmiş, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274, 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən düşmən tərəfinə keçməklə dövlətə xəyanət etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş və bu cür məzmunlu materialları yaymış, eləcə də aşkar surətdə, o cümlədən sosial şəbəkələrdən istifadə etməklə qəsdən Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etmişdir. Belə ki, o, 24 iyun 2021-ci il tarixdən etibarən Bakı şəhərində Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadəsində olmuş “Facebook” sosial şəbəkəsində “Emin Gasimzadeh” (https://www/facebook.com/emingasimzadeh86) adı ilə qeydiyyatdan keçirdiyi səhifə vasitəsilə Azərbaycan Respublikasının Qarabağ bölgəsini “Artsax" adlandıraraq Ermənistan Respublikasının ərazisinə birləşdirilməsinin zəruriliyi barədə mövqeyi, Laçın-Xankəndi yolunda azərbaycanlı könüllü ictimai fəalların, vətəndaş cəmiyyəti təmsilçilərinin və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvlərinin Qarabağ bölgəsində faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulması tələbi ilə 12 dekabr 2022-ci il tarixdən başlatdıqları aksiyanın keçirilməsi, məqsədi, iştirakçıları, Azərbaycanda yaşayan etnik azlıqlar, Azərbaycan ordusunun, polisinin Qarabağ bölgəsindəki fəaliyyətinə dair məlumatları, habelə 2-ci Qarabağ müharibəsinə aid videomaterialları 2022-ci il ərzində Ermənistan Respublikasının Müdafiə Nazirliyinin və Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarətində olan kütləvi informasiya vasitələrinin rəsmi səhifələrinə, habelə sosial şəbəkələr vasitəsilə birbaşa əlaqə yaratdığı Ermənistan Respublikasının vətəndaşlarına Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və maraqları əleyhinə istifadə edilməsi məqsədilə ötürərək dövlətə xəyanət etmişdir. Bundan başqa, o, 07 iyul 2017-ci tarixdən etibarən Bakı şəhərində istifadəçisi olduğu “Facebook” sosial şəbəkəsində “Emin Gasimzadeh” (https://www/facebook. com/emingasimzadeh86) adı ilə qeydiyyatdan keçirdiyi səhifə vasitəsilə, xx.xx.2021-ci il tarixdən etibarən istifadəçisi olduğu “İnstagram” sosial şəbəkəsindəki “Эмин Гасымзаде” adlı profili vasitəsilə, 2020-ci il tarixdən etibarən “Youtube” sosial şəbəkəsində paylaşılan videomaterialların “şərhlər” bölmələrində, 29 aprel 2022-ci il tarixdə istifadəçisi olduğu “Youtube” sosial şəbəkəsindəki keçid linki Elektron ünvan 1 olan “Emin Gasimzadeh” adlı profilində qəsdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş və bu cür məzmunlu materialları yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəçisi olduğu “Facebook” sosial şəbəkəsində “Emin Gasimzadeh” (https://www/facebook.com/emingasimzadeh86) adı ilə qeydiyyatdan keçirdiyi səhifə vasitəsilə 07 iyul 2017-ci tarixdən etibarən qəsdən Azərbaycan Respublikasının vətəndaşları arasında milli zəmində nifrət və düşmənçiliyin salınmasına, nifrət ifadə edən ideyaların təbliğat və təşviqatını aparmaqla milli ləyaqətin alçaldılmasına, habelə milli mənsubiyyətindən asılı olaraq vətəndaşların üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətləri aşkar surətdə törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.2 və 283.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni yalnız Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, uşaqlıqda travma keçirmiş, xəstəliyi ilə əlaqədar xəstəxananın psixiatriya şöbəsində müalicə almışdır, dərmanlar qəbul etmiş, ev şəraitində də psixi problemləri ilə bağlı müalicə almış, müalicə müəssisəsində dərmanlar qəbul etmişdir. “Emin.Qasımzadeh” “Facebook” səhifəsində ittihamda göstərilənləri paylaşmağını qismən təsdiq eşdir. Həmin vaxt psixoloji xəstəlikdən əziyyət çəkmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, atası X23 mühəndis, anası Nəsimi rayonu ərazisində məktəbdə riyaziyyat müəlliməsi işləmişdir. O da anasının müəllimə işlədiyi məktəbdə oxuyub həmin məktəbi bitirmişdir. Hərbi xidmətdə olmuşdur. Ona psixi xəstəliyinə görə hərbi xidmətə yararsız olduğu deyilmiş, lakin özü könülü hərbi xidmətə getmiş və Goranboy rayonunda hərbi xidmətdə olmuşdur. X33 əslən İranlı olmaqla etnik olaraq tat olmuşdur. Evlərində onun tat olması barədə təbliğatlar aparılmamışdır. O özünü qismən tat hiss etmişdir. Babası bir dəfə evlərində tat olduqlarını, həmçinin azərbaycanlı olduqlarını demişdir. O, tat milliyyətini xüsusiləşdirməmişdir. Hərbi xidmətdə olduğu müddətdə işgəncələrə məruz qalmışdır. Əsgərlikdə psixoloji durumu yerində olmadığına görə problemlər yaşamışdır. Əsgərlikdə işgəncələrə məruz qalmasında Azərbaycan Respublikasının günahı olmamışdır. İşgəncələr onun psixoloji durumuna təsir etmişdir, onda aqressiya yaranmışdır. Onda nifrət həmin işgəncələrə görə yaranmışdır. Əsgərlikdə onda işgəncəni serjantlar və komandir vermişdir. Onu döymüşlər. Zəiflik göstərərək nifrətini Azərbaycan Respublikasının üstünə tökmüşdür. İşgəncələr barədə hərbi hissə komandirinə, tabor komandirinə şifahi formada məlumat vermişdir. Nifrətdən irəli gələn gərgin əsəblərini sakitləşdirmək üçün hazırda göz qabağında olan fəaliyyətlə məşğul olmuşdur. Onda yaranmış nifrətə görə dövlətdən qisas almaq istəmişdir. Özünü erməni vətəndaşı kimi qələmə verən şəxslə yazışmaları olmuşdur. Polis birləşmələrinin yerləri barədə məlumatları internetdən və televiziyadan götürmüşdür. Qarabağdakı ekofəallarla bağlı verilişlər onu qıcıqlandırmışdır. Hava proqnozları onu qıcıqlandırmamışdır. Təbrizlə, Ərdəbillə bağlı televiziyada məlumatlar veriləndə qıcıqlanmışdır. Erməni soyadlı şəxs ona “Facebook”da dostluq atmışdır. Həmin erməni vətəndaşı ondan ekofəalların çıxışları barədə soruşmuş, o da həmin erməni vətəndaşına Azərbaycan polisinin Şuşada və Xankəndində olmasını təsdiq edən şəkilləri və materialları televiziya kanalından götürüb atmışdır. Həmin görüntülərdən hamı məlumatlı olmuşdur. Həmin məlumatlar “ATV” kanalında verilmişdir. Ona pul təklif olunmamışdır, sadəcə qəzəbini, hirsini soyutmaq üçün həmin məlumatları erməni vətəndaşına göndərmişdir. Köçəryanın, Paşinyanın “siyasi uğurları” barədə fikirləri, münasibəti və təbliğatı olmamışdır. Erməni vətəndaşı ilə yazışdığı vaxtlarda dərman atmışdır, özündə olmamışdır. O, 2004-cü ilin oktyabr ayından 2006-cı ilin aprel ayına qədər xidmətdə olmuşdur. Hərbi xidmətdə psixoloji durumuna görə əsgərlərlə münaqişəyə girmişdir, ona görə döyülmüşdür. Gecələr onu yuxudan oyadıb mahnı oxutdurmuşlar, ona qarşı ləyaqətsiz hərəkətlərə yol vermişlər. Bütün bunlar onda nifrət hissi oyatmışdır. 2006-cı ilin aprel ayında hərbi xidmətdən qayıtmışdır. Əsgərlikdən 14 ildən sonra da onda travmalar qalmışdır, ona görə “Facebook”da erməni ilə yazışmağa başlamışdır. 05 il X23 işləmişdir, psixi xəstəliyi ilə bağlı işdən çıxmışdır. Sonra qaz idarəsində nəzarətçi vəzifəsində işə düzəlmişdir. Qaz idarəsində də yenə işçilərlə münaqişə yaşamışdır. Qaz idarəsində həm iş yoldaşları, həm də o, mübahisə yaratmışdır, mübahisənin əsas səbəbi ərazi bölgüsü ilə bağlı olmuşdur. O, hansısa ərazini istəyəndə, digərləri də həmin ərazini istəmələri səbəbindən mübahisə yaranmışdır. Erməni tərəfindən ona heç kim pul təklif etməmişdir, etdiklərinin hamısı öz təfəkkürünün məhsulu olmuşdur. “Dağlıq Qarabağ”ın “Artsax” olması internetdə yazılmışdır, oradan oxuyub bilmişdir. Qarabağın Ermənistana birləşdirilməsi ilə sülh yarana biləcəyini düşünmüşdür. Atası Gədəbəyin Başkənd kəndindəndir. Hava məlumatları barədə xəbərlərdə Gədəbəy rayonunun Başkənd kəndi anklav kimi göstərildiyindən həmin kəndin Ermənistana məxsus olduğunu fikirləşmişdir. O, əvvəllər Başkənd kəndində ermənilərin yaşadığına dair məlumat almışdır. “Arsax”ın xəritəsini “Google”dan tapmışdır. Həmin xəritənin şəklini erməniyə səbəbsiz atmışdır. Onu erməniyə məlumatları ötürməyinə heç kim və heç nə vadar etməmişdir, özü könüllü etmişdir. Azərbaycan xalqını ermənilərin yanında müdafiə etmək onun içindən gəlməmişdir, bu da əsgərlikdə olarkən məruz qaldığı işgəncələrə söykənmişdir. Hazırda həmin düşüncələrdə deyil, islah olunmuşdur, lazım gəlsə yenə də hərbi xidmətə gedib döyüşməyə hazırdır. “Youtube”da axtarış hissəsində “Başkənd gölü” yazanda qarşısına video çıxmış, Azərbaycan xəritəsinə baxanda videodakı ərazinin anklav ərazi olduğunu görmüşdür. Həmin vaxtlarda sinir sistemi çökdüyü üçün videonun altına o şəkildə şərh yazmışdır. Videonun şərh bölməsində “Artsvashen lake” və “Artsvashen Armenia” sözlərini yazmışdır. Başkənd gölünün adını “Artsvashen lake” yazan zaman psixoloji durumu yaxşı olmamışdır. Bununla yanaşı ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.2 və 283.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X2 Azərbaycan Xəzər Dəniz X51-Təmir zavodunda gəmi çilingəri işləyir. X3 Bakı şəhəri Nəsimi rayonu 54 nömrəli tam orta məktəbdə riyaziyyat müəlliməsi işləyir. Anasının atası, yəni ana babası X5 ona bildirdiyinə görə həmin babasının anası İrandan gəlmə tat millətindəndir. Bu səbəbdən o, özünü etnos olaraq tat millətinə aid olduğunu hesab etmişdir. 2004-cü ildə o, Bakı şəhəri Nəsimi rayonu 54 nömrəli tam orta məktəbi bitirmiş, həmin ilin oktyabr ayının 01-də hərbi xidmətə getmiş, ilk olaraq Müdafiə Nazirliyinin Tər-Tər rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət etmiş, bundan sonra isə Goranboy rayonunda yerləşən N saylı hərbi hissəyə köçürülmüşdür. 2006-cı ilin aprel ayında hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan və xeyli müddət işsiz qaldıqdan sonra ofisiant, fəhlə, kuryer kimi müxtəlif vəzifələrdə müvəqqəti olaraq qeyri-rəsmi işləmişdir. 2014-cü ildə "xxxx" QSC-də hərbiləşdirilmiş mühafizə xidmətinə mühafizəçi kimi işə başlamış və təxminən 5 il həmin vəzifədə işləmişdir. Mühafizəçi vəzifəsində işlədiyi dövrdə növbə rəisi dəfələrlə növbə zamanı yatdığını aşkarlayaraq onu tənbeh etmişdir. 2019-cu ilin avqust ayında o, bu tənbehlərə, ona qarşı olan mənfi münasibətə dözə bilməyərək öz ərizəsi ilə "xxxx" QSC-dəki işindən çıxmışdır. Bundan sonra bir müddət işsiz qalmışdır. Daha sonra “D.O.S.T” iş mərkəzinə müraciət etmiş və onu 2022-ci ildə “Azəriqaz” İstehsalat Birliyinə müqavilə əsasında işçi kimi işə götürmüşlər. Bir müddət işlədikdən sonra o, “Azəriqaz” İstehsalat Birliyinə işə qəbul edilmək üçün imtahan vermiş və müsahibədən keçərək işə qəbul edilmişdir. 2022-ci ilin payız aylarından tutulana kimi “Azəriqaz” X11 rayon İdarəsində nəzarətçi işləmişdir. Azərbaycan dövlətinə və millətinə olan nifrət və düşmənçiliyi müxtəlif səbəblərdən qaynaqlanmışdır. 2004-cü ilin oktyabr ayından 2006-ci ilin aprel ayınadək Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə əsgər kimi hərbi xidmət keçmiş, xidmətdə olarkən mütəmadi olaraq əsgər yoldaşları və çavuş heyəti tərəfindən təhqirlərə məruz qalmışdır. N saylı hərbi hissədə tibb məntəqəsində olarkən tanımadığı əsgər tərəfindən əxlaqsız hərəkətlərə məruz qalmışdır. O, həmin tibb məntəqəsində qarın ağrısından müalicə almış və tibb məntəqəsində gecələmişdir. Kazarma ilə yanaşı tibb məntəqəsində də matraslarda bit olduğu üçün bit alt paltarlarına hopmaması üçün gecə lüt yatmışdır. Tibb məntəqəsində təxminən 10 nəfər müalicə almışdır. Həmin əsgərlərin arasındakı köhnə əsgər gecə digərləri yatdıqdan sonra onu öz yatağına dəvət etmiş və cinsi orqanını ona masaj etdirmişdir. Bundan sonrakı günlərdə tibb məntəqəsindəki əsgərlər ona əxlaqsız təkliflər etməyə başlamış, bunlar ona pis təsir etmişdir. Goranboy rayonundakı hərbi hissədə olan şəraitsizlik və çirkli su onda qarın ağrısına və digər xəstəliklərə səbəb olduğundan çavuşlar onu xidmətdən yayınmaqda günahlandıraraq arada təpik və yumruq vurmuşlar. Həmçinin səsi yaxşı olduğuna görə ona mahnı oxutdurmuşlar. Hərbi xidmətdən qayıtdıqdan sonra iş tapa bilməməsi və özünə qarşı haqsızlıq edilməsi barədə düşüncələri onu daha da sıxmışdır. Özünə qarşı gördüyü haqsız davranışlar onda Azərbaycan Respublikasına və Azərbaycan xalqına qarşı nifrət və düşmənçilik hissi yaratmışdır. 2006-cı il tarixdən başlayaraq sosial şəbəkələrdən istifadə etmiş, “Facebook” sosial şəbəkəsində “Emin Gasimzadeh”, “İnstagram” sosial şəbəkəsində “Emin.2586”, “Twitter” sosial şəbəkəsində “emingasimzadeh”, “TikTok” sosial şəbəkəsində “@emingasimzadeh”, “Ok.ru” sosial şəbəkəsində “Емин Гасимзаде”, “Telegram”, “Youtube”, “Linkedin” sosial şəbəkələrində isə “Emin Gasimzadeh” adı ilə qeydiyyatdan keçmişdir. 2020-ci ilin oktyabr ayından başlayaraq internetdə müxtəlif mənbələrə istinad edərək əldə etdiyi və doğru olduğunu düşündüyü məlumatlara əsasən Gədəbəy rayonunda yerləşən Başkənd kəndini ermənilər kimi “Artsvaşen”, Qarabağı “Artsax”, Xankəndini “Stepanakert”, Şuşanı “Şuşi”, Ağdərəni “Mardakert” və Xocavəndi “Martuni” adlandırılmış xəritəsinin şəklini “Facebook” sosial şəbəkəsində “Emin Gasimzadeh” (https://www/facebook.com/emingasimzadeh86) adı ilə qeydiyyatdan keçirdiyi profilində 24 iyun 2021-ci il tarixdə paylaşmış və bu ərazilərin Ermənistanın anklavları olduğunu əsaslandıraraq öz fikirlərinin əks olunduğu yazıları Ermənistan Respublikasının sabiq prezidenti Robert Köçəryanın, hazırkı baş nazir Nikol Paşinyanın, Ermənistan Respublikasının Müdafiə Nazirliyinin rəsmi internet səhifələrinə, eləcə də siyasi ekspert kimi tanınan müxtəlif erməni əsilli şəxslərə göndərmişdir. Azərbaycanlılardan gördüyü ədalətsizliklər, ayrı-seçkiliklər, işgəncələr və digər haqsız davranışlar onda Azərbaycan Respublikasına və Azərbaycan xalqına qarşı nifrət və düşmənçilik hissi yaratdığına görə o, Azərbaycanın düşməni olan Ermənistan vətəndaşları ilə əlaqə qurmuşdur ki, onlarla yaxınlaşsın və lazım olsa onlara Azərbaycan əleyhinə köməklik etsin. Bununla yanaşı “Facebook” sosial şəbəkəsində “Sahar Azeri” səhifəsinə “Azərbaycanda Xəzər TV-də yayımlanmış hava proqnozunda Ərdəbilin, Təbrizin adını çəkməklə bir daha banbılı və sionist olduqlarını göstərirlər. Tarixi İran dövləti bunlara əhəmiyyət verməməlidir. Meymun kimi atılıb düşsün bu sionistlər” məzmunlu yazı yazmışdır. Həmçinin “Azəri xalqına gəldikdə isə bu xalqın itmiş qədim dili talış dilinə, İran tatlarının tati dilinə yaxın olmuşdur. Bu xalq əsasən İranın şimalında və qismən Azərbaycanın cənub torpaqlarında mövcud olmuşdur.” məzmunlu yazılar göndərmişdir. “Sahar Azeri” səhifəsinin İran səhifəsi olduğunu, İranın Ermənistanla yaxşı münasibətlərinin olduğunu, Ermənistanı dəsklədiyini bildiyindən və etnik etnos kimi özünü İrandan gələn tatlara aid etdiyindən həmin yazıları özünü İranlılara yaxın göstərmək üçün yazıb göndərmişdir. Əlavə olaraq erməni yönümlü Artsaxpress.com internet səhifəsinə 2020-ci ildə 2-ci Qarabağ Müharibəsi zamanı əsir düşmüş erməni əsgərlərinin videosunu, Qarabağın “artsax” olduğunu bildirən xəritələr, Azərbaycan polisinin Gorus-Qafan yolunda hərəkət edən ermənilərə məxsus mikroavtobusun üzərinə həkk olunmuş “artsax” bayrağını bıçaqla təmizləməsini, o cümlədən Azərbaycan əsgərlərinin döyüşlərdə zərərsizləşdirdiyi ermənilərə dair video materialları vandallıq adlandıraraq həmin səhifəyə məlumatlarının olması üçün Azərbaycana nifrət hissi ilə, qisas almaq üçün göndərmişdir. “Facebook” sosial şəbəkəsində “Novosti Armenia and Artsakh, hayk media” səhifəsinə ekoaktivistlərlə bağlı “Onlar hakimiyyət tərəfindən idarə olunurlar və ruslar bu provakasiyaya ehtiyatlı olmalıdırlar” mesajını göndərmişdir. Həmçinin Azərbaycan hakimiyyəti tərəfindən təşkil olunmuş bu provakasiyanın erməni əhalinin hüquqlarını kobudcasına pozduğunu, heç bir beynəlxalq hüquq normasına uyğun gəlmədiyini yazmış və qarşılığında onlar ona minnətdarlıq edərək təşəkkür bildirmişlər. Əlavə olaraq talışların mədəniyyətini qoruduğu bildiyi Zabil Məhərrəmov adlı şəxsin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə “Salam necəsiz, təbrik edirəm” məzmunlu mesaj göndərmişdir. Zabil Məhərrəmov ona “Facebook” sosial şəbəkəsində dostluq atmış və o, həmin şəxsin dostluğunu qəbul etmişdir. O, Zabil Məhərrəmovun “Facebook” sosial şəbəkəsində ortaq erməni dostları olduğuna görə ona dostluq göndərdiyini düşünmüşdür. Gədəbəy rayonunun Başkənd kəndinin “Artsvaşen” adlandırıldığı videomaterialı “youtube” sosial şəbəkəsində bəyənən ixtisasca jurnalist, əslən Başkənddən olan Karen Hekimyana 6 may 2022-ci il tarixdə ilkin olaraq “salam” yazaraq müraciət etmişdir. Qarabağ rayonlarını erməni adlarla göstərən xəritəni Karen Hekimyana göndərmiş, sonuncu bunun nə olduğunu ondan maraqlanmış, bu zaman internetdə bəyənib paylaşdığı videomaterialı Karen Hekimyana göndərmiş, xəritənin “artsax”a aid olduğunu bildirmişdir. Karen Hekimyan bununla bağlı məlumatlı olduğunu, lakin bir azərbaycanlı kimi necə Qarabağı “artsax” adlandırdığını ondan soruşduqda o, həqiqəti danışdığını, ana əcdadlarının türk yox, İranlı olduğunu bildirmişdir. Karen Hekimyan ona öz minnətdarlığını bildirmiş və Ermənistan-Azərbaycan münasibətlərinə dair ona müxtəlif suallar vermişdir. O, “artsakh”ın əvvəlki X39 Vilayətinin ərazisi və anklav olduğunu bildirmişdir. Karen Hekimyan başqa azərbaycınlıların da onunla eyni düşüncədə olub-olmadığını soruşduqda atasının Azərbaycan türkü olduğu, müharibə istəmədiyini və bəzi digər şəxslərin də onun kimi düşündüyünü qeyd etmişdir. Karen Hekimyan buna görə çox şad olduğunu, onun kimi düşünən insanların varlığına sevindiyini, lakin azlıq təşkil etməsindən məyusluğunu bildirmişdir. Bundan sonra Karen Hekimyan ona “Facebook” sosial şəbəkəsində özünün əsas profilinin linkini göndərmişdir. 2022-ci il may ayının 8-də Karen Hekimyan ona “salam” yazaraq Başkənd kəndinin və Şuşa şəhərini erməni toponimləri ilə adlandırdığı “Artsvaşen” və “Şuşi”nin fotoşəkillərini göndərməsini xahiş etmiş və o, eyni adlarla qeyd edilmiş həmin ərazilərin fotoşəkillərini göndərərək minnətdarlığını bildirmişdir. Belə ki, atası əslən Gədəbəy rayonunun Şınıx kəndindən olduğuna görə Gədəbəydə olarkən Başkənd gölünün yanına getmiş və orada çəkdirdiyi fotoşəkillərdən bir neçəsini Karenə “Facebook” sosial şəbəkəsi vasitəsilə göndərmişdir. 17 may 2022-ci il tarixdə o, Karen Hekimyanla təkrar “Facebook” sosial şəbəkəsində yazışaraq Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının rəsmilərinin təkrar görüşdüyü və sərhədlərin demarkasiyası və delimitasiya məsələlərinin müzakirə ediləcəyini, həmçinin status məsələsi həll olunmayana qədər konfliktin həll olunmayacağını bildirmişdir. Həmçinin “artsax”ın müstəqilliyinin tanınmasının zəruriliyini vurğulayaraq, yalnız müstəqillik tanındıqdan sonra azərbaycanlı əhalinin “artsax”a qayıtması məsələsi müzakirə olunmalı olduğunu bildirmiş və Karen Hekimyanın xahişi ilə 2022-ci ilin aprel ayında Şuşaya səfəri zamanı çəkdiyi 5 ədəd fotoşəkli sonuncuya göndərmişdir. Həmin vaxt Şuşaya 27 manata aldığı tur bileti ilə getmişdir. 20 may 2022-ci il tarixdə o, Karen Hekimyana Azərbaycanda yaşayan müsəlman və xristian tatlar barədə məlumat göndərmişdir. 6 iyun 2022-ci il tarixdə isə o, X40 dəhlizində olan dəyişikliklər barədə məlumat verərək Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurmasının erməni əhalinin hüquqlarını pozduğunu bildirmişdir. Ona hər hansı digər tapşırıq verilməmiş, belə bir tapşırığın veriləcəyi təqdirdə o, Azərbaycana qarşı nifrət hissinə görə onları necə olursa olsun icra edəcəkdi. “Facebook” sosial şəbəkəsindəki “Emin Gasimzadeh” adlı profili vasitəsilə 24 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının Qarabağ bölgəsinə daxil olan işğaldan azad edilmiş ərazilərin adlarının erməni toponimləri ilə qeyd edildiyi “Arsax” (“Арцаx”) sözü həkk edilmiş xəritəsini paylaşmışdır. Paylaşımının səbəbi Azərbaycanlılar tərəfindən ona qarşı haqsız davranış və həmin davranışın doğurduğu Azərbaycana qarşı nifrət hissi olmuşdur. Məqsədi ona qarşı edilmiş hərəkətlərə görə qisas almaq olmuşdur. Ümumiyyətlə sadaladığı sosial şəbəkələrdə edilmiş bütün paylaşımlar onun tərəfindən edilmişdir. Həmin paylaşımların hamısı ona məxsus olmuşdur. Sosial şəbəkələr vasitəsilə birbaşa əlaqə yaratdığı Ermənistan Respublikasının vətəndaşları ilə necə ünsiyyət qurmağı ilə bağlı sualı cavablandırarkən bildirmişdir ki, o, “google” internet axtarış səhifəsinə daxil olaraq orada mətnləri müxtəlif dillərə tərcümə edən “google translate”, yəni “google tərcümə” səhifəsinə daxil olmuş və ermənilərin yazdığı mətnləri kopyalayaraq həmin səhifə vasitəsilə tərcümə etmişdir, eyni zamanda yazmaq istədiyi fikirlərini də həmin səhifədə erməni, ingilis və ya rus dilinə tərcümə etmiş və tərcümə edilmiş mətni kopyalayaraq ünsiyyət qurduğu ermənilərə göndərmişdir. O, ermənipərəst olduğu üçün əksər vaxtlarda ermənilərin Qarabağ mövzusunda fikirlərini dəstəkləmiş, bu səbəbdən Gədəbəyin Başkənd kəndinin erməni torpağı olması barədə fikri dəstəkləyərək sosial şəbəkələrdə, o cümlədən “youtube” platformasında Başkəndin Ermənistan torpağı olmasını təbliğ etmişdir. Sosial şəbəkələr vasitəsilə Robert Köçəryana, Serj Sarkisyana, David Babayana, Ermənistanın Müdafiə Nazirliyinə, “Artsax” adı ilə Qarabağ ərazisində mövcud olmuş qondarma qurumun Xarici İşlər Nazirliyinə, Qarabağın Ermənistana məxsus olması ilə bağlı yazılar yazmış və “Artsax”ın erməni toponimləri ilə qeyd edilmiş xəritəsini göndərmişdir. Azərbaycanlılardan gördüyü ədalətsizliklər, ayrı-seçkiliklər və digər haqsız davranışlar onda Azərbaycan Respublikasına və Azərbaycan xalqına qarşı nifrət və düşmənçilik hissi yaratdığına görə o, Azərbaycanın düşməni olan Ermənistan vətəndaşları ilə əlaqə qurmuşdur ki, onlarla yaxınlaşsın və lazım olsa onların Azərbaycanda təxribat törətmək istiqamətindəki verdikləri tapşırıqları yerinə yetirsin. O, erməniyönümlü “Artsakhpress.am” kültəvi informasiya vasitəsinin səhifəsinə Azərbaycan polisinin Qarabağ bölgəsindəki fəaliyyətinə dair fotoşəkil göndərərək “Вандализм Азербайджанской полиции на дороге Горус Гафан” mətnli, tərcüməsi “Azərbaycan polisinin Gorus Qafan yolundakı vandallığı” olan mətn yazmış, həmin fotoşəkli o, internetdəki xəbər saytlarından götürmüş, şəkli göndərməsinin səbəbi Azərbaycan Respublikasına və Azərbaycan xalqına qarşı nifrət və düşmənçilik hissi olmuşdur, ermənilərə bu şəkli göndərməklə erməni mətbuatının bu şəkli dünya ictimaiyyətinə təqdim etməsini istəməsi olmuş və Azərbaycan polisinin avtomobillərin üzərinə yapışdırılmış qondarma “Artsax” adlı qurumun bayrağının təsvirlərini pozmasını vandallıq kimi təqdim edərək Azərbaycan polisi barədə mənfi təəssürat yaratmaq istəmişdir. Həmçinin o, “Artsakhpress.am” kütləvi informasiya vasitəsinin səhifəsinə əsir götürülmüş erməni hərbçilərinin videosunu ötürmüşdür ki, erməni tərəfi özlərinin hansı hərbi qulluqçularının əsir düşdüyü barədə, onların vəziyyəti barədə məlumatlı olsun. Bundan başqa o, Qarabağ bölgəsində Azərbaycan hərbçiləri ilə qanunsuz erməni silahlı dəstələri arasında aparılmış döyüşlər zamanı məhv edilmiş erməni hərbçilərinin sosial şəbəkələrdə yayılmış videosunu göndərərək Azərbaycan hərbçilərinin guya vandal olduqlarını göstərmək istəmişdir. O, erməniyönümlü “Новости Армении и Арцаха/HAYK media” (tərcüməsi: Ermənistan və Artsax xəbərləri/HAYK mediası) kütləvi informasiya vasitəsinin səhifəsinə “они верят, что этими протестами они чего-то добьются, это приказ властей, российские власти должны быть осторожны с этими провокациями” mətnli, tərcüməsi “onlar inanır ki, bu etirazlarla onlar nəyəsə nail olacaqlar, bu hakimiyyətin göstərişidir, rus hakimiyyəti bu təxribatlara qarşı ehtiyatlı olmalıdır” olan mətn yazmış, həmin yazını göndərməsinin səbəbi barədə bildirmişdir ki, Laçın-Xankəndi yolunda azərbaycanlı könüllü ictimai fəalların, vətəndaş cəmiyyəti təmsilçilərinin və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvlərinin Qarabağ bölgəsində faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulması tələbi ilə 12 dekabr 2022-ci il tarixdən başlatdıqları aksiyanın videogörüntülərini sosial şəbəkələrdə görmüş, onların əllərində Azərbaycan bayrağını tutmalarından güman etmişdir ki, bu Azərbaycan dövlətinin təşkil etdiyi aksiyadır. Bu səbəbdən o, həmin fikirlərimi erməniyönümlü “Новости Армении и Арцаха/HAYK media” (tərcüməsi: Ermənistan və Artsax xəbərləri/HAYK mediası) kütləvi informasiya vasitəsinin səhifəsinə ötürmüşdür. Qarabağ bölgəsində Rusiya sülhməramlıların olduğunu kütləvi informasiya vasitələrindən izlədiyindən həmin erməni KİV səhifəsinə bu aksiyanın təxribat olduğunu yazmış və rus sülhməramlılarının ehtiyatlı olmalı olduqlarını qeyd etmişdir. Bu əməlinin səbəbi Azərbaycan Respublikasına və Azərbaycan xalqına qarşı nifrət və düşmənçilik hissi olmuşdur. Karen Hekimyan, Vilen Mnatsakanyan, Tigran Shahinyan, Diana Mirzakhanyan, Anjelika Avanesyan, Gurgen Aghajanyan, Robert Muradyan, Yeghia, Nina Grigoryan adlı şəxslərlə apardığı yazışmaların səbəbi Azərbaycan Respublikasına və Azərbaycan xalqına qarşı nifrət və düşmənçilik hissi, eləcə də özünün türklərə deyil, tat etnosuna mənsub olduğunu düşünməsi, tatların Azərbaycan Respublikasının ərazisində öz dövlətlərinin mövcud olmasının zəruriliyini düşünməsi olmuşdur. Bu səbəbdən o, sosial şəbəkələrdə həmçinin tat etnosuna məxsus bayrağı paylaşmışdır. O, həmin ermənilərə üzərində “Арцах” (tərcüməsi: Artsax) yazısı həkk edilmiş Qarabağ bölgəsinin erməni toponimləri ilə qeyd edilmiş xəritələrinin fotoşəkillərini göndərmiş, bununla o, ermənilərə onları dəstəklədiyini, onlarla həmrəy olduğunu, Qarabağ bölgəsinin onlara aid olduğunu bildirmək, onlarla daha sıx dostluq əlaqələri qurmaq istəmişdir. O, mobil telefonundakı sosial şəbəkə tətbiqləri vasitəsilə 2022-ci ilin müxtəlif aylarında erməniyönümlü “Artsakh speaks” (tərcüməsi: danışır Artsax), “Artsakhpress.am” adlı kütləvi informasiya vasitələrinin səhifələrinə, eləcə də sosial şəbəkələr vasitəsilə birbaşa əlaqə yaratdığı erməni adlı şəxslərə üzərində “Арцах” (tərcüməsi: Artsax) yazısı həkk edilmiş Qarabağ bölgəsinin erməni toponimləri ilə qeyd edilmiş xəritələrinin fotoşəkillərini göndərmiş, bunun səbəbi özündə Azərbaycan Respublikasına və Azərbaycan xalqına qarşı nifrət və düşmənçilik hissi olduğundan o, erməniyönümlü “Artsakh speaks” (tərcüməsi: danışır Artsax), “Artsakhpress.am” adlı kütləvi informasiya vasitələrinin səhifələrinə, eləcə də sosial şəbəkələr vasitəsilə birbaşa əlaqə yaratdığı erməni adlı şəxslərə üzərində “Арцах” (tərcüməsi: Artsax) yazısı həkk edilmiş Qarabağ bölgəsinin erməni toponimləri ilə qeyd edilmiş xəritələrinin fotoşəkillərini göndərmişdir. Bununla o, ermənilərə onları dəstəklədiyini, onlarla həmrəy olduğunu, Qarabağ bölgəsinin onlara aid olduğunu bildirmək istəmişdir. “Samsung Galaxy J3” markalı (İMEİ kodu **********63175) mobil telefon, +**********85 və +**********85 nömrəli sim-kartların quraşdırıldığı “Samsung Galaxy A54 5G” markalı (İMEİ kodları **********62322 və **********62321) mobil telefon və “Samsung Galaxy A10s” markalı (İMEİ kodları **********42682 və **********42689) mobil telefon ona məxsus olmuşdur. O, ermənilərlə sosial şəbəkə vasitəsilə apardığı yazışmaları əsasən “Samsung Galaxy A10s” markalı (İMEİ kodları **********42682 və **********42689) mobil telefon vasitəsilə aparmışdır. Hər üç telefon təzəliyindən özündə olmuşdur. Qeyd olunan mobil telefon nömrələri də ona məxsus olmaqla öz istifadəsində olmuşdur. “Samsung Galaxy J3” markalı mobil telefonun “galeri” qovluğunda aşkar edilmiş üzərində “TAT” yazısı həkk edilmiş yaşıl, qırmızı və sarı rənglər əks edilmiş bayrağın fotoşəkli, Azərbaycan Respublikasının ərazisinin etnik tərkiblərlə əks edilmiş xəritəsinin fotoşəkli barədə bildirmişdir ki, həmin bayrağın və xəritənin fotoşəkillərini o, internet resurslarından əldə etmiş və sosial şəbəkələrdə paylaşmışdır. Buna səbəb isə özünü İran əsilli tat etnosuna mənsub olduğunu hesab etməsindən irəli gəlmişdir. “Youtube” sosial şəbəkəsində “Emin Gasimzadeh, @emingasimzadeh.2586” adı ilə qeydiyyatdan keçmiş hesab özünün istifadəsində olmuş, həmin profildəki videofayllar onun tərəfindən paylaşılmışdır. O, “youtube” sosial şəbəkəsində Gədəbəyin Başkənd kəndinə aid videoların şərh bölməsinə həmin kəndin Ermənistana aid olduğunu düşündüyündən Artsvaşen adlandıraraq bu kəndin Azərbaycana məxsus olmadığını, Ermənistana məxsus olmasını, Ermənistan hökumətinin həmin kəndin Ermənistana qaytarılmasını tələb etməli olduğunu bildirmişdir. Bu onun erməniyönümlü olmasından, erməniləri dəstəklədiyindən irəli gəlmişdir. “Facebook” sosial şəbəkəsində keçid linki https://www/facebook.com/ emingasimzadeh86 olan “Emin Gasimzadeh” adlı profil ona məxsus olmaqla öz istifadəsində olmuşdur. O, Qarabağ bölgəsinin ermənilərə məxsus olduğunu hesab etdiyindən “facebook” sosial şəbəkəsində keçid linki https://www/facebook.com/ emingasimzadeh86 olan “Emin Gasimzadeh” adlı profil vasitəsilə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki ərazilərin erməni toponimləri ilə qeyd edilmiş “Artsax” adlı xəritəsinin fotoşəklini, xx.xx.2021-ci il tarixdə Qarabağ bölgəsinin “X39 Vilayəti” adı və erməni toponimləri ilə qeyd edilmiş xəritəsinin fotoşəklini, xx.xx.2020ci il tarixdə Qarabağ bölgəsinin “Dağlıq Qarabağ” adı və erməni toponimləri ilə qeyd edilmiş xəritəsinin fotoşəklini paylaşmış, bu səbəbdən həmin bölgənin xəritəsinin fotoşəklini erməni toponimləri ilə “Artsax” adı ilə paylaşmışdır. O, “facebook” sosial şəbəkəsində tat bayrağının, tatların Azərbaycan Respublikasında məskunlaşdığı ərazilərin təsvirindən ibarət xəritələrin fotoşəkillərini özünü tat etnosuna aid olduğunu hesab etdiyindən paylaşmışdır. O, tatların Azərbaycan Respublikasının ərazisində öz dövlətlərinin olmasını arzulamış və bu məqsədlə təbliğat xarakterli həmin xəritələrin fotoşəkillərini paylaşmışdır. O, keçid linki https://www/facebook.com/taxmasib?mibextid=ZbWKwLElektron ünvan 1 olan “Emin Gasimzadeh” adlı profildə xx.xx.2022-ci il tarixdə Şuşa şəhərində çəkilmiş videomaterialı #nagornokarabakh#armenianenclave#artsakh#shushi(controlled by#azerbaijan military forces) (tərcüməsi: Dağlıq Qarabağ#ermənianklavı#Artsax#Şuşi (Azərbaycan hərbi qüvvələrinin nəzarətindədir) həştəqi ilə paylaşması ilə bağlı bildirmişdir ki, 2022-ci ilin aprel ayında o, turla Şuşa şəhərinə səfər edərək həmin videonu öz mobil telefonu ilə çəkmiş və daha sonra həmin videonu öz “youtube” profilində #nagornokarabakh#armenianenclave#artsakh#shushi(controlled by#azerbaijan military forces) (tərcüməsi: Dağlıq Qarabağ#ermənianklavı#Artsax#Şuşi (Azərbaycan hərbi qüvvələrinin nəzarətindədir) həştəqi ilə paylaşmış, məqsədi Şuşa şəhərinin ermənilərə məxsus olduğunu göstərmək və təbliğ etmək, onun Erməni anklavı olduğunu bildirmək olmuşdur. Bu onun ermənilərə olan rəğbətindən və Azərbaycana olan nifrətindən irəli gəlmişdir. Həmçinin “youtube” sosial şəbəkəsində yazdığı erməniyönümlü rəylər, Qarabağ bölgəsindəki rayonları erməni toponimləri ilə qeyd etməsi ermənilərə olan rəğbətindən və Azərbaycana olan nifrətindən irəli gəlmişdir (cild 2, iş vərəqi 23-27; 43-47; 78-82; cild 3, iş vərəqi 199-204; 205-220; cild 4, iş vərəq 158-160). Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, yay aylarında rayonda olan vaxt ona İdarəyə (DTX) çağırıldığı ilə bağlı zəng gəlmişdir. Səbəbin nə olduğunu tam olaraq İdarədə olanda öyrənmişdir. Belə ki, o, 2018-2019-cu illərdə “Youtube”da olan səhifəsinə Gədəbəy rayonunun Başkənd gölünün yanında çəkilən bir videonu yükləmişdir. Artıq bir neçə ildir ki, həmin səhifəni işlətmir, bağlamışdır. Yüklədiyi videonun altına kimsə şərh yazmışdır. İdarədə ondan şərhdən xəbəri olub-olmadığını, yazan şəxsi tanıyıb-tanımadığını soruşmuşlar. O da şəxsi tanımadığını, şərh barədə məlumatı olmadığını demişdir. İstintaq zamanı həmin videonun altında iki nəfərin erməni dilində şərh yazdığı bildirilmişdir. Təqsirləndirilən şəxs də ilk dəfə İdarəyə çağırılan zaman görmüşdür. Orada ona videonun altındakı şərhi Eminin yazdığı deyilmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin X3 ifadəsində göstərdi ki, 1988-ci ildən Nəsimi rayonu, 54 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi işləyir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Seçki Komissiyasının fəal iştirakçılarından olmuşdur. Həyat yoldaşı 40 ildir ki, X53 Təmiri zavodunda çilingər işləyir. Atası və anası X37 veteranı, birinci dərəcəli müharibə əlil və əmək veteranı olmuşlar. 1986-cı ildə oğlu Təqsirləndirilən şəxs ağır travma ilə ölü vəziyyətində dünyaya gəlmiş, həkimlərin çox böyük səyi nəticəsində yenidən həyata qaytarılmışdır. Uzun müddət xəstəxananın reanimasiya şöbəsində sistem altında müalicə almışdır. Müalicə müddəti başa çatdıqdan sonra isə həkimlər onun daima nevropatoloq, psixiatr və aftolmoloq nəzarətində olmasını bildirmişlər. Məhz bu çatışmazlıqlara görə oğlu ali məktəbə daxil ola bilməmişdir. Onu özü hazırlaşdırmış, amma imtahan zamanı çox həyəcanlandığından imtahanda uğurlu olmamışdır. Hərbi xidmətə getmə vaxtı çatan zaman bütün qohum-tanışlar Eminin xəstə olması səbəbindən əsgərliyə getməməli olduğunu məsləhət görmüşlər. Həm oğlunun, həm də özünün israrları nəticəsində hərbi xidmətə gedəcəyini, vətənə olan borcunu ödəyəcəyini bildirmişdir. Emin hərbi xidmətini cəbhə bölgəsi olan Goranboy rayonunda keçmişdir. Lakin hərbi xidmət dövründə çox xəstəliklər, o cümlədən, ağır sarılıq xəstəliyi keçirmişdir. Bu xəstəliklə əlaqədar onu Sarıcalı hərbi hospitalına aparmışlar, xəbər tutan kimi arxasınca getmişdir. Oraya gedəndə həkimlər artıq Eminin ölü vəziyyətində olduğunu, heç ümid olmadığını demişlər. Lakin bir həkim ona yaxınlaşaraq oğlunu yaşadacağını, ödənişsiz şəkildə ona sistem qoyacağını demişdir. Bir neçə ay müalicə aldıqdan sonra oğlu sağalmış, amma həkimlər ona sağalsa da, ağır yük qaldırmamalı olduğunu demişlər. Oğlu yenidən hərbi xidmətə qayıdanda rəis onu çağıraraq sərt şəkildə yorğan-döşəyi olmadığını, tez bir zamanda tapmalı olduğunu demişdir. Emin də bu barədə məlumatı olmadığını deyəndə onu yerə yıxıb döyməyə başlamışlar. Başına, qarnına, ayağına çox vurduqlarından yeni xəstəlikdən çıxmış oğlunda ağır travma yaranmasına səbəb olmuşdur. Onlar bu hadisədən gec xəbər tutmuş, xəbərləri olan kimi atası Eminin yanına getmiş, oraya gedəndə komandir onu çox gözəl qarşılamışdır. Onların əsas məqsədi intiqam almaq olmamış, sadəcə ədalət istəmişlər, haqsızlığın aradan qaldırılması üçün mübarizə aparmışlar. Emin hərbi xidmətdən qayıtdıqdan sonra sakit şəkildə həyatına davam etmişdir, heç bir insana pisliyi toxunmamışdır, bütün qonşuları ilə münasibəti çox yaxşı olmuşdur. Hətta oğlu bir ara 300 manata müqavilə əsasında işə düzəlmişdir. Oradan qazandığı pulla qonşuluğunda yaşayan yetim uşaqlara ərzaq almışdır, onlara maddi yardım göstərmişdir. Hər yardım etdikcə də, sevinə-sevinə ona gəlib demişdir. Emin pandemiya dövründə hörmətli prezidentin işsizlərə göstərdiyi yardımdan da yararlana bilməmişdir, çünki adına saxta kart açılaraq, guya, hansısa kursa getdiyi və oradan maaş aldığı deyilmişdir. Oğlu aylarla lazımi qurumlara getmiş, lakin heç kim onu dinləməmişdir. O, ittiham aktı ilə tanış olmuşdur, Eminə elan edilmiş ittiham ilə razı deyil, oğlu xəyanətkar deyil. Emin sadəcə əsəbi olduğu üçün bu əməli törətmişdir, onun psixoloji vəziyyəti yerində olmamışdır, o, Emini neçə dəfə intihardan xilas etmişdir. Pandemiya dövründə oğlu evdə onlara maska taxmaqla bağlı daim mübahisə etmişdir, özü də daim qaydalara riayət etmişdir. Bir gün Eminin telefonuna maska taxmadığına görə 100 manat məbləğində cərimə olunduğuna dair mesaj gəlmişdir. Emin də bununla bağlı məhkəməyə müraciət etmişdir. İş məhkəmədə baxıldıqdan sonra Eminin üzərinə qoyulmuş 100 manat cərimə ləğv olunmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat baş idarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş arayışdan görünür ki, Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasına qarşı mümkün təxribat-pozuculuq fəaliyyətinə qarşı mübarizə istiqamətində keçirilmiş tədbirlər zamanı müəyyən edilmişdir ki, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 84 ünvanında qeydiyyatda olmaqla yaşayan, "Azəriqaz” İstehsalat Birliyində nəzarətçi işləyən Təqsirləndirilən şəxs internetdə ölkəmizin tarixi və suveren ərazilərinin adlarını təhrif edərək erməni adlarına uyğunlaşdırmış, sosial şəbəkələr vasitəsilə bu ərazilərin Ermənistan Respublikasına məxsus olduğunu fotoşəkil və xəritələrlə sübut etməyə çalışmış, həmçinin sosial şəbəkələr vasitəsilə Azərbaycanda milli nifrət və düşmənçiliyin salınması, eləcə də ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayından başlayaraq müxtəlif mənbələrdən əldə etdiyi xəritələrlə Gədəbəy rayonunun Başkənd kəndinin "Artsvaşen", Qarabağın isə "Artsax" adlı Ermənistan Respublikasının anklavı olduğunu əsaslandırmağa çalışmış, təşəbbüskarlıq edərək Ermənistanın xeyrinə topladığı məlumatları internet vasitəsilə qarşı tərəflə əlaqə yaratmaq məqsədilə ER-in sabiq və hazırkı rəhbərlərinin (Robert Köçəryan və Nikol Paşinyan), Ermənistan Respublikasının və Rusiya Federasiyasının Müdafiə Nazirliklərinin rəsmi səhifələrinə, eləcə də birbaşa əlaqə yaratdığı erməni ad və soyadlı müxtəlif şəxslərin sosial şəbəkə ünvanlarına göndərmiş, həmçinin İran İslam Respublikası tərəfdarı olaraq bu ölkəyə müxalif mövqedə olan şəxsləri sionist adlandırmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.3 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilmiş talış separatçısı X9 təbrik xarakterli yazılar göndərmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs tərəfindən qarşı tərəfə Qarabağı "Artsax" kimi tanıması, Azərbaycan əsgərlərinin və polisinin oradakı fəaliyyətini "vandalizm" adlandırması, ictimai fəalların, vətəndaş cəmiyyəti təmsilçilərinin və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvlərinin Qarabağ bölgəsində faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulması tələbi ilə başlatdıqları aksiyanın Azərbaycan hökuməti tərəfindən idarə olunmasını iddia etməsi, etnik azlıqlar, xüsusilə ölkəmizdə məskunlaşan tatlar barədə məlumatlar ötürməsi diqqət çəkmişdir. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs "Facebook" sosial şəbəkəsində milliyyətcə erməni olduğu görünən Karen Hekimyan adlı profilin istifadəçisi ilə 2022-ci ildə apardığı yazışma zamanı 06 may tarixində öz təşəbbüsü ilə Qarabağ iqtisadi rayonunun erməni adlarla göstərildiyi "Artsax" xəritəsini qarşı tərəfə göndərmiş, qondarma adın əvvəlki "X39 Vilayəti"nə aid olduğunu və anklav statusu daşıdığını, müharibə tərəfdarı olmadığını, K.Hekimyanın xahişinə əsasən, Başkənd kəndi və Şuşa şəhəri ərazisində tərəfindən çəkilmiş fotoşəkilləri həmin şəxsə göndərdiyi, "X39 Vilayəti"nin müstəqilliyinin tanınmasının zəruriliyini, bundan sonra "Artsax"la Azərbaycan arasında anklavlarla bağlı məsələnin həll oluna biləcəyini, tat millətinin nümayəndəsi kimi kosmopolit düşüncəyə malik olduğunu bildirən yazışmalar apardığı müəyyənləşdirilmişdir. Aparılmış araşdırmalar zamanı K.Hekimyanın xx.xx.1970-ci il tarixdə İrəvan şəhərində doğulduğu, "Vətəndaş hüquqlarının müdafiəsi" adlı QHT-nin sədri və "Mühafizəkarlar" partiyasının idarə heyətinin üzvü olduğu və siyasi ekspert kimi fəaliyyət göstərdiyi müəyyənləşdirilmişdir. Hazırda +**********8 saylı mobil telefondan və Elektron ünvan 2 elektron poçt ünvanından istifadə edən K.Hekimyanın 2012-ci ildə Ermənistan Respublikası xəritəsində Başkəndin bərpası tələbi ilə bir sıra nümayişlər təşkil etdiyi məlum olmuşdur (cild 1, iş vərəqi 8-11). - məhkəmə-linqvistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/49 saylı rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ekspertiza üçün təqdim olunan materiallarda verbal və qeyri-verbal komponentlərin daxili məzmunu və təyinatı ekstremizm amili ilə bağlıdır. Ekstremizm başqa baxışların tərəfdarlarına qarşı zorakılıq tətbiqinə qədər dözümsüz xarakter daşıyan fikir və hərəkətləri nəzərdə tutur. "Ekstremizm" anlayışının özü "əsasən siyasi fəaliyyətdə tədbirlərə və baxışlara dağıdıcı bağlılıq, ictimai anlaşma və tolerantlıq ruhundan məhrum olma" kimi şərh olunur. Ekstremizm millətlərarası və konfessiyalararası ideoloji ziddiyyətlər, iğtişaşlar, vandalizm və xuliqanlıq aktları, insanların sosial, milli, irqi, dil və ya din mənsubiyyətinə görə üstünlüyünün və ya müstəsnalığının təbliği formasında münaqişə sferasında özünü göstərir. Ekstremizm, həm də ölkənin konstitusiya əsaslarının zorla dəyişdirilməsinə çağırışlar (inqilab, üsyan, silahlı üsyan, hakimiyyətə itaətsizlik) kimi başa düşülür. Müdafiə qabiliyyətinə və iqtisadi təhlükəsizliyə xələl gətirən təxribata çağırış da ekstremizmin tərifinə daxildir. Nitq amili ekstremist fəaliyyətin müəyyən edilməsində aparıcı amillərdən biridir, çünki nitq (müraciət) vasitəsilə insanları qiymətləndirmə, mühakimə, manipulyasiya və motivasiya etməklə onların hərəkətlərini yönləndirmək, müəyyən fəaliyyətə təhrik etmə mümkündür. Düşmənçilik və nifrətin qızışdırılması ilə bağlı qanunsuz hərəkətlərin düzgün keyfiyyətli qiymətləndirilməsi də linqvistik təhlil nəticəsində aşkarlana bilər. Belə ki, nitq materialı müəyyən meyarlara cavab verdikdə ekstremist çağırışa yönəlmiş hesab olunur. Həştəqlər tanıtım üçün ən vacib vasitələrdən biridir. Onlardan istifadə edildikdə izləyici sayının artması, daha çox tanınma kimi effektiv nəticələr verə bilir. Eyni kateqoriyaya aid olan paylaşımları təsnifləndirməyə xidmət edən həştəqlər sayəsində paylaşımın nə üzrə olmağı aydınlaşır və post kimlərə məsləhət görülə bildiyi müəyyən olunur. Nəticə etibarilə, həştəqlər effektiv bir formada istifadə edildiyi zaman izləyici sayı və paylaşımlara gələn bəyənmələrin sayının artmasına müsbət təsir göstərir. Təqdim edilən həştəqlərdə "Arsvaşen" kəndi Ermənistanın torpağı kimi göstərilmiş, eksklav ərazi (ölkəsinin əsas ərazisindən aralıda olan və digər dövlətlər tərəfindən əhatə olunan qeyri-suveren region) hesab edilmişdir. "Arsvaşen" 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən Ermənistana verilmiş Başkənd qəsəbəsinin ermənicə adıdır. Ermənistan SSR X41 Heyətinin xx.xx.1978-ci il tarixli fərmanı ilə kəndin adı Ardzvaşen (ermənicə: Qartalkənd) qoyulmuşdur. Ərazisi 61 km²-dir. Başkənd - Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati-ərazi vahidində kənddir. Qarabağ müharibəsinə kimi ermənilərin məskunlaşdığı kənd Ermənistanın Azərbaycan ərazisində anklavı idi. 1992-ci ilin 6-8 avqust tarixlərində həyata keçirilən əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarəti altına keçmişdir. Tarixi adı Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülmüşdürlər. Sosial şəbəkə istifadəçiləri tərəfindən Başkəndin Azərbaycan torpağı olması ilə bağlı yazılan şərhləri Təqsirləndirilən şəxs qətiyyətlə rədd edir, Başkəndin qondarma ad olduğunu bildirir. Yeri gəlmişkən o, Xankəndini də Stepanakert deyərək qəbul edir. Hətta "Karen Heqimyan" adlı profili istifadə edən erməni millətinə mənsub şəxsdən həmin kəndin şəklini istəyir. O, Başkəndin strateji vacibliyini vurğulamaqla Ermənistan hakimiyyətinin sərhədlər müəyyən olunanda mütləq bu kəndin geri qaytarılmasını tələb etməli olduğunu, onun heç cür mübahisələndilmədiyini deyir. "Mehemmed İbrahimov" adlı istifadəçi Azərbaycan vətəndaşının öz torpağını erməni ərazisi adlandırmağını Təqsirləndirilən şəxs utanverici hərəkət olduğunu bildirsə də sonuncu "Birincisi sən utan ki, saxta məlumat verirsən. Korsan? Get xəritəyə bax da. Bizim xəritədə bu kənd Ermənistan kəndi olaraq göstərilir" məzmununda cavab verir. Təqsirləndirilən şəxs öz tarixi torpağı olan Başkəndin Azərbaycan Silahlı Qüvvələri tərəfindən İşğal olunduğunu iddia edir. Ekspertizaya təqdim edilən başqa Kurds, Vazidi, #Kurmanci, #Kurdish, #Kurdi, #Kurdı həştəqlərdən istifadə olunmaqla İran və Kürdistan bayraqları təsvir edilir, Azərbaycanın xəritəsi üzərində onun ərazisinin parçalanması ilə müşayiət olunan sərhədlər çəkilir: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı ekstremizm münasibətlərinə digər materiallarda da rast gəlinir. Tədqiqat üçün təqdim edilmiş material həm nitq, həm də vizual formada məzmun baxımından ekstremizm elementlərini əks etdirməsi ilə diqqət çəkir. Xəritədə Azərbaycan toponimləri erməni dilində qeyd edilməklə yanaşı Qarabağ ərazisi "Artsax" adı ilə ifadə olunur: Həmçinin, Təqsirləndirilən şəxs tərtib etdiyi digər xəritələrdə insanların birgə yaşayış tərzinə xələl gətirən təxribatçı, tolerantlıq ruhundan məhrum olan baxışlarına da rast gəlmək mümkündür. Xəritələrdən birində Tat bayrağında əks olunan rənglərin mənası (İşıqlı gələcək Demokratiya və iradə; Sülh; Təmiz həyat və doğruluq; Simurqun sarı rəngdə verilməsi tatların, İran xalqı, sasanilərin də onların əcdadı olması kimi təqdim edilir) şərh olunur. 1886-1890-cı illərə aid olduğu qeyd edilən başqa bir xəritədə isə onların məskunlaşdığı ərazilər tatların çoxluq təşkil etdiyi ərazilər, Qafqaz tatarları ilə tatların qarışıq əraziləri, digər etnik qruplar ayrı-ayrı məskunlaşmış ərazilər) təsvir edilir. Diqqət çəkən digər məqam təqdim olunan şəkildə Azərbaycan xəritəsi alleqorik məzmunda verilməklə dövlətə və xalqa qarşı hörmətsizlik edilməsidir: Təqsirləndirilən şəxs istifadəçisi olduğu digər profildə ("Эмин Гасымзаде") vikipediya məlumatına əsaslanaraq tatların (adların variantları - Qafqaz farsı, Cənubi Qafqaz farsı) iran etnosu olduğu qeyd edilir. Təqdim olunan materialların bir qismi X34 və X12 Cəmiyyətinin (Tastbus) fəaliyyətinə, elmi-kütləvi tədbirlərinə, nəşr edilən kitabların təqdimatına aiddir. Ekspertiza üçün təqdim edilmiş materiallarda tatların tarixən məskunlaşdığı ərazilərin təsvirindən ibarət xəritələrin tərtib edilməsi və tat bayrağının nümayiş olunması Azərbaycanın ərazi bütövlüyünə bilavasitə təhdid kimi qiymətləndirilməlidir. Məsələn, "TAT PEOPLE" (ingilis dilindən tərcümədə tat milləti, xalqı demakdiezen yazılmış şəkildə tat bayrağı əks olunduğu bir şəxsin görüntüləri nümayiş edilmişdir. Nitq aktları nəzəriyyəsinə görə (Дж. Остин и Дж.Р. Серль: Новое в зарубе лингвистике. Вып. 17. Теория речевых актов. М., 1986), milliyyətinə, dininə və ya mənsubiyyətinə görə müəyyən edilmiş bir qrup şəxsə qarşı cinayətlərin (soyqırım, kütləvi repressiyalar, deportasiyalar, digər qanunsuz hərəkətlər, o cümlədən qanunsuz zorakılıq tətbiqi) edilməsinin zəruriliyini əsaslandıran ifadələr məzmununda aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: Kommunikativ istiqamətinə, niyyətinə görə, bu cür ifadələr ya adları çəkilən obyektlərə münasibətdə düşmənçilik və ya qeyri-qanuni fəaliyyətə çağırışlar, ya da adları çəkilən obyektlərə münasibətdə kiminsə düşmənçilik və ya qeyriqanuni hərəkətlərinə və ya ən azı onların zəruriliyinə) haqq qazandıran mühakimələrdən ibarət olmalı və ya bu cür bəyanatların məzmununun obyektləri hansısa mühüm əsaslarla (irq, milliyyət, ideologiya, din və s.) birləşmiş fərdlər və ya insanların sosial qrupları olmalıdır. Təqdim olunan materialda olan məsələ ilə bağlı elementlər müşahidə olunur. Digər bir ekstremizm elementi - əsaslandırma üsuluna da təsadüf edirik. Əsaslandırma nitq obyektinin mövcud qiymətləndirilməsinin onun təkmilləşdirilməsi istiqamətində dəyişdirilməsi problemini həll edir. Əsaslandırma aşağıdakı formada olur: başqaları (bu halda qanun) tərəfindən qəbuledilməz hesab edilən hər hansı hərəkət və baxışların düzgünlüyü (ədalətliliyi, zəruriliyi, mümkünlüyü və ya arzuolunanlığı haqqında ifadələr və başqaları tərəfindən mənfi qiymətləndirilən bir insan və ya hərəkətin müsbət qiymətləndirilməsi. Təqdim olunan materialda təsadüf etdiyimiz çağırış məhz bu baxımdan səciyyəvidir. Ümumilikdə təqdim olunmuş materialların verbal və qeyri-verbal hissələrində milli nifrət və düşmənçiliyin salınmasına, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönəlmiş dağıdıcı xarakterli aqressiv fikirlərin geniş şəkildə işləkliyi diqqəti cəlb edir. Nəticə: Təqsirləndirilən şəxs sosial şəbəkələrdə etdiyi paylaşımlarında nifrət və düşmənçiliyin salınması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların olduğu müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 150 (yüz əlli) manat təşkil edir (cild 1, iş vərəqi 12-206). - Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat baş idarəsindən daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı disk müvafiq qaydada kompüterə yerləşdirilmiş və yaddaşında Təqsirləndirilən şəxs sosial şəbəkələr vasitəsilə Ermənistan Respublikasının dövlət orqanları, müxtəlif erməni adlı şəxslərə apardığı yazışmaların ekran görüntülərinin əks olunduğu müəyyən edilmişdir. Həmin görüntülər çap edilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 212-356). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 31). - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 32-33). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" Publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 4668 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqi 128). - Mobil telefonlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J3” və “Samsung Galaxy A54 5G” markalı mobil telefonlara baxış keçirilmiş, “Samsung Galaxy J3” markalı mobil telefona baxış zamanı mobil telefonun “galeri” qovluğunda Azərbaycan Respublikasının ərazisinin etnik tərkiblərlə əks edilmiş xəritəsinin, həmçinin üzərində “TAT” yazısı həkk edilmiş yaşıl, qırmızı və sarı rənglər əks edilmiş bayrağın fotoşəklinin mövcud olduğu müəyyən edilmişdir. “Samsung Galaxy A54 5G” markalı mobil telefonun “Chrome” internet brauzerinə baxış keçirilərkən mətnlərin tərcüməsi üçün istifadə edilən “Translate.google.com” saytına çoxsaylı daxilolmaların qeydə alındığı müəyyən olunmuşdur. “Samsung Galaxy A54 5G” markalı mobil telefonun yaddaşında istifadəçilər arasında yazışmaların aparılması üçün tətbiq olunan WhatsApp, Gmail, Facebook, Tiktok, Messenger, Telegram, İnstagram, Linkedin, Snapchat, Threads proqram təminatlarının olduğu müəyyən edilmişdir. Baxış zamanı mobil telefonun zənglər, mesajlar, elektron poçt məktubları, qeyd edilmiş notlar, media tipli fayllar, verilənlər bazaları, "Google" hesablarında və digər bölmələrində iş üçün əhəmiyyət kəsb edən yazışma və ya məlumatlar aşkar edilmədi (cild 2, iş vərəqi 129-149). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur (cild 2, iş vərəqi 150). - Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10s” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, mobil telefonun yaddaşında istifadəçilər arasında yazışmaların aparılması üçün tətbiq olunan WhatsApp, Gmail, X, Facebook, Tik-tok, Messenger, Telegram, İnstagram, Linkedin proqram təminatları vardır. “Emin Gasimzadeh” adlı Facebook profilinə bağlı olan “Facebook Messenger” tətbiqinə oflayn (offline) rejimdə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq Ermənistan Respublikasının Müdafiə Nazirliyinin və Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarətində olan kütləvi informasiya vasitələrinin rəsmi səhifələrinə, habelə sosial şəbəkələr vasitəsilə birbaşa əlaqə yaratdığı Ermənistan Respublikasının vətəndaşlarına Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və maraqları əleyhinə istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının Qarabağ bölgəsini “Artsax" adlandıraraq Ermənistan Respublikasının ərazisinə birləşdirilməsinin zəruriliyi barədə mövqeyini, Laçın-Xankəndi yolunda azərbaycanlı könüllü ictimai fəalların, vətəndaş cəmiyyəti təmsilçilərinin və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvlərinin Qarabağ bölgəsində faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulması tələbi ilə 12 dekabr 2022-ci il tarixdən başlatdıqları aksiyanın keçirilməsi, məqsədi, iştirakçıları, Azərbaycanda yaşayan etnik azlıqlar, Azərbaycan ordusunun, polisinin Qarabağ bölgəsindəki fəaliyyətinə dair məlumatları, habelə 2-ci Qarabağ müharibəsinə aid videomaterialları ötürdüyü müəyyən edilmişdir. Baxış zamanı mobil telefona quraşdırılmış “Telegram” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ********** mobil telefon nömrəsi ilə “Emin Gasimzadeh” istifadəçi adı ilə qeydiyyatdan keçdiyi, erməniyönümlü “Telegram” kanallarını izləməsi müəyyən edilmişdir. Baxış zamanı mobil telefona quraşdırılmış “Youtube” mobil tətbiqində istifadəçinin “@emingasimzadeh.2586” adı ilə qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Mobil telefonun “qalereya” bölməsində 30 iyul 2021-ci il tarixə aid olan Azərbaycan Respublikasının Qarabağ bölgəsinin “Artsakh” olaraq adlandırılmış xəritəsinin fotoşəkilinin olması müəyyən edilmişdir. Baxış zamanı mobil telefonun zənglər, mesajlar, elektron poçt məktubları, qeyd edilmiş notlar, media tipli fayllar, verilənlər bazaları, “X”, "Google" hesablarında və digər bölmələrində iş üçün əhəmiyyət kəsb edən yazışma və ya məlumatlar aşkar edilmədi (cild 2, iş vərəqi 151-337). - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Yasamal rayon idarəsinin xx.xx.2024-cü il tarixli, 1572 nömrəli məktubundan və ona əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatda olmaqla atası – 1961-ci il təvəllüdlü X7, anası – 1964-cü il təvəllüdlü X8, qardaşı – 1989-cu il təvəllüdlü X10 ilə birlikdə yaşamış, yaşadığı dövr ərzində onun barəsində MKİS-ə hər hansı şikayət daxil olmamışdır (cild 3, iş vərəqi 16-19). - Sosial şəbəkə hesablarına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, internet provayderinə qoşulmuş "Dell" markalı kompüterlə ardıcıllıqla Təqsirləndirilən şəxs mövcud sosial şəbəkə hesablarına daxil olunaraq müxtəlif sosial şəbəkələrdə iş üçün əhəmiyyətli ola biləcək aşağıdakı paylaşımlar və rəylər müəyyən edildi:
1. Təqsirləndirilən şəxs "Youtube" sosial şəbəkəsində "Emin Gasimzadeh, @emingasimzadeh.2586" adı ilə qeydiyyatdan keçdiyi hesabına 19 aprel 2022-ci il tarixdə Şuşa şəhərində çəkilmiş videomaterialı yerləşdirərək həmin videonu #nagornokarabakh #armenianenclave #artsakh #shushi (controlled by#azerbaijan military forces) (İngilis dilindən tərcüməsi: #Dağlıq Qarabağ, #Ermənistan anklavı, #Artsax, #Şuşa (Azərbaycan silahlı qüvvələri tərəfindən nəzarət edilir) məzmunlu həştəqlə paylaşmışdır.
2. Bundan başqa Təqsirləndirilən şəxs "Youtube" sosial şəbəkəsində "Emin Gasimzadeh, @emingasimzadeh.2586" adı ilə qeydiyyatdan keçdiyi hesabı vasitəsilə "Youtube" sosial şəbəkəsində yayımlanmış digər videomateriallara qeyri-məhdud sayda şəxslərin görə biləcəyi aşağıdakı rəyləri yazdığı müəyyən edilmişdir: 2.1 "Yurik Ghulyan" adlı erməni olduğu görünən "Youtube" sosial şəbəkə hesabının istifadəçisinin 29 dekabr 2014-cü il tarixdə paylaşdığı "Artsvashen" adlı videomateriala 4 il əvvəl "Artsvashen (Armenia exclave" (İngilis dilindən tərcüməsi: Artvaşen (Ermənistan eksklavı) və 1 il əvvəl Artsakh (the former X19 Area) (İngilis dilindən tərcüməsi: Artsax (keçmiş X39 Vilayəti)) məzmunlu rəylər yazmışdır. 2.2. "Murad Huseynov" adlı "Youtube" sosial şəbəkə hesabının istifadəçisinin 09 dekabr 2019-cu ildə paylaşdığı "Gədəbəy başkənd gölü (Gadabay bashkend lake)" adlı videomateriala 4 il əvvəl "Artsvashen Lake" (İngilis dilindən tərcüməsi: Artvaşen gölü) məzmunlu rəy yazmışdır. 2.3. Karen Heqimyan (@karenheqimyan4110) adlı "Youtube" sosial şəbəkə hesabının istifadəçisinin 18 fevral 2020-ci il tarixdə paylaşdığı "Artsvashen-1, นักปุน-1, Арцвашен-1" (İngilis, erməni və rus dillərindən tərcüməsi: Artsvaşen 1) adlı videomateriala "İ went to Artsvashen last year" (İngilis dilindən tərcüməsi: mən keçən il Artsvaşenə getdim) məzmunlu rəy və həmin rəyə cavab olaraq "Ermənistan köyü" (Türk dilindən tərcüməsi: Ermənistan kəndi), "Köye Azerbaycan türkleri Başkent diyorlar. İsmini deyişmişler. Azerbaycan işkalinde" (Türk dilindən tərcüməsi: Kəndə Azərbaycan türkləri Başkənd deyir. Adını dəyişmişlər, Azərbaycanın işğalı altındadır), "Dağlık Karabağ aslında işkal olunmamış. X47 dönemində özgür oldu. Fakat savaş sırasında çevresini işkal etdi. X47 döneminde özerk oblastdı" (Türk dilindən tərcüməsi: Dağlıq Qarabağ əslində işğal olunmamışdır. Sovet dövründə müstəqil oldu, lakin müharibə vaxtı ətrafını işğal etdi. Dağlıq Qarabağ sovet dövründə muxtar vilayət idi.) "ermeniler çevresini Azerbaycana veriyor, fakat Dağlık Karabağın özgürlüyünün tanınması şartını koyuyuyor.Azerbaycan buna karşı çıkıyor. Savaşın bitmesini Azerbaycan istemiyor aşlında" (Türk dilindən tərcüməsi: X21 müstəqilliyinin tanınması şərti ilə Dağlıq Qarabağın ətrafını Azərbaycana verməyə razıdırlar, lakin Azərbaycan bununla razılaşmır. Müharibənin bitməsini əslində Azərbaycan istəmir), "Dağlık Karabağ denilən yer Artsah. Orası Kosova kimi özgür oldu" (Türk dilindən tərcüməsi: Dağlıq Qarabağ deyilən yer Artsaxdır, ora Kosova kimi müstəqil olmuşdur.) "X54 Cumhuriyyeti de müsteqil olmuş, fakat Artsah kimi tanınmıyor" (Türk dilindən tərcüməsi: X55 Cümuriyyəti də müstəqil olmuşdur, lakin Artsax kimi tanınmır), "Правительство Армении должно потребовать вернуть это село Армении, когда будут восстановлены границы, и это село не может быть скомпрометировано никаким образом." (rus dilindən tərcüməsi: Ermənistan hökuməti sərhədlər bərpa olunanda bu kəndin Ermənistana qaytarılmasını tələb etməlidir və bu kəndə heç bir şəkildə güzəştə getmək olmaz.), "В Азербайджане бытует мнение, что Арцваше останется в Азербайджане, Карки в Армении. Такое мнение в ходе дискуссии выразил человек в Азербайджане." (rus dilindən tərcüməsi: Azərbaycanda belə bir fikir var ki, Artsvaşen Azərbaycanda, Kərki də Ermənistanda qalacaq bu fikri müzakirə zamanı Azərbaycanda olan bir nəfər deyib), "Из-застратегической важности" (rus dilindən tərcüməsi: Strateji əhəmiyyətinə görə), "Да, я был в Арцвашене в 2019 году." (rus dilindən tərcüməsi: Bəli, mən 2019-cu ildə Artsvaşendə olmuşam), "Башкенд вымышленное имя" (rus dilindən tərcüməsi: Başkənd uydurma addır), "Село Карки в Садараке и 7 сел в Газахе находятся под армянской оккупацией." (rus dilindən tərcüməsi: Sədərəyin Kərki kəndi, Qazaxın 7 kəndi erməni işğalı altındadır), "Я не хочу новой войны, считаю, что единомышленники есть в Армении и Арцахе." (rus dilindən tərcüməsi: Mən yeni müharibə istəmirəm, mən inanıram ki, Ermənistanda və Artsaxda həmfikir insanlar var), "Когда я говорю #Арцах, я имею в виду территорию бывшей Нагорно-Карабахской Автономной Области." (rus dilindən tərcüməsi: #Artsax deyəndə mən keçmiş X39 Vilayətinin ərazisini nəzərdə tuturam.), "Есть ли вероятность того, что #Шуши будет передан Азербайджану "Шуша" в качестве анклава и в обмен на статус независимости Нагорного Карабаха?" (rus dilindən tərcüməsi: Şuşinin Azərbaycana verilməsi ehtimalı varmı? #Şuşa anklav kimi və Dağlıq Qarabağın müstəqillik statusu müqabilində), "Да, Шуши находится под оккупацией, вы когда-то оккупировали 7 районов вокруг Арцаха. После установления статуса Лачинский коридор должен быть возвращен Азербайджану. Город Лачин будет возвращен Азербайджану в 2023 году. Арцах -это анклав." (rus dilindən tərcüməsi: Bəli, Şuşi işğal altındadır, siz vaxtilə Artsax etrafında 7 rayonu işğal etmisiniz. Status müəyyən edildikdən sonra Laçın dəhlizi Azərbaycana qaytarılmalıdır. Laçın şəhəri 2023-cü ildə Azərbaycana qaytarılacaq. Artsax anklavdır.), "В Арцахе есть анклавы и эксклавы, анклавы должны быть возвращены Азербайджану. Гадрутский эксклав 1. Аскеранский 1 эксклав, земли и пашни, 2 села в 1 эксклаве Кельбаджар, 2 села в 2 эксклаве Физули, 1 село в 1 эксклаве Джебраила." (rus dilindən tərcüməsi: Artsaxda anklavlar və eksklavlar var, anklavlar Azərbaycana qaytarılmalıdır. Hadrut eksklavı 1, Əsgəran eksklavı 1, torpaqlar və əkin sahələri, 1 Kəlbəcər eksklavında 2 kənd, 2 Füzuli eksklavında 2 kand, 1 Cəbrayıl eksklavında 1 kend). "He "Ханкенди", а #Степанакерт 1" (rus dilindən tərcüməsi: "Xankəndi" yox, #Stepanakert!) məzmunlu rəylər yazmışdır. 2.4. "Nicat Cabbarlı, @nicatcabbarlı812" adlı "Youtube" sosial şəbəkə hesabının istifadəçsinin 25 avqust 2021-ci il tarixdə paylaşdığı "X42 (tərcüməsi: Başkənd gölü Gədəbəy) adlı videomateriala 1 il əvvəl "Artsvashen məzmunlu rəy yazmışdır. 2.5. "Youtube" sosial şəbəkəsində "AzadliqRadiosu" kanalının 10 oktyabr 2021-ci il tarixdə paylaşdığı "Başkənddən reportaj: Bu torpaq qaytarılsa, Gədəbəydə onlarla kənd çörəksiz qalacaq" adlı videomateriala 2 il əvvəl "bəzi savadsızlara diyimki heç olmasa xəritəmizə baxsalar görəcəylər o kənd erməni kəndi olaraq anklav formada göstərilib. Burda boş-boş qırıldamaqla deyil" məzmunlu rəy, həmçinin "@gunelatayeva8123" adlı hesab istifadəçisinin "Başkəndə getmişəm. Çox gözəl yerdi. Başkənd bizimdi məzmunlu rəyinə cavab olaraq "Xeyir sizin deyil, Erməni anklavı kimi ərazimizlə əhatələnib." məzmunlu rəy, "@zumrudhaciyeva4471" adlı hesab istifadəçisinin "Adına başkənd deyilirsə erməni nə deməkdi Başkənd bizim sözdü axı" rəyinə cavab olaraq "Artsvaşendi adı. Sadəcə türklər Başkənd diyir məzmunlu ray. "sahmarallahverdizade33" adlı hesab istifadəçisinin "Başkənd Azərbaycandı!" məzmunlu rəyinə və digər oxşar məzmunlu rəylərə gülüş smaylikləri ilə rəy yazmışdır. 2.6. "Mansur Asadov.A @Mansur Asadov" adlı "Youtube" sosial şəbəkə hesabının istifadəçisinin 4 il əvvəl paylaşdığı Azərbaycan Gədəbəy. Başkənd gölü adlı videomateriala 4 il əvvəl "Artsvashen" məzmunlu rəy yazmışdır. 2.7. "Güllü İsmayılova adlı "Youtube" sosial şəbəkə hesabının istifadəçisinin xx.xx.2020-ci il tarixdə paylaşdığı Başkənd gölü, Gədəbəy (2020) | "Sevgili canan" adlı videomateriala 1 il əvvəl "Artsvashen" məzmunlu rəy yazmışdır. 2.8. "CİVİLNET @CivilNetTV" adlı "Youtube" sosial şəbəkə hesabının istifadəçisinin 09 iyul 2021-ci il tarixdə paylaşdığı "Future of Artvashen, an armenian enclave inside Azerbaijan" (Artsvaşenin gələcəyı, Azərbaycanın daxilində olan erməni anklavı) adlı videomateriala "Vahe Galumyan is talking about a territorial Exchange #Artsvashen, the territory of #Armenia with Karki for territorial exchange. This is a betrayal of his state (İngilis dilindən tərcüməsi: Vahe Galumyan ərazi dəyişikliyindən danışır, Ermənistan ərazisi olan Artvaşenin Kərki ilə dəyişdirilməsindən. Bu onun ölkəsinin xəyanətidir.)
3. Təqsirləndirilən şəxs "Youtube" sosial şəbəkəsində "Emin Gasimzadeh, @emingasimzadeh.7812" adı ilə qeydiyyatdan keçdiyi hesabı vasitəsilə "Youtube" sosial şəbəkəsində yayımlanmış digər videomateriallara qeyri-məhdud sayda şəxslərin görə biləcəyi aşağıdakı rəyləri yazdığı müəyyən edilmişdir: 3.1. "CİVİLNET @CivilNetTV" adlı "Youtube" sosial şəbəkə hesabının istifadəçisinin avqust 2017-ci il tarixdə paylaşdığı "Արծվաշեն Հայաստան- Ադրբեջանանկլավներիպատմությունից | The Story of Armenia-Azerbaijan Enclaves (Erməni və ingilis dillərindən tərcüməsi: Azərbaycan və Ermənistan anklavlarının tarixi) adlı videomateriala 2 il əvvəl "Soviet Azerbaijan had 4 enclaves within Soviet Armenia. Yukhari Askipara, Barkhudarli, Sofulu (Khazakh district), Jaradollo" north and south" (Agstafa district), Karki (Sadarak district/X6) Soviet Armenia had 1 enclave within Soviet Azerbaijan.Artsvashen (Gegharkunik province" (İngilis dilindən tərcüməsi: Sovet Azərbaycanının Sovet Ermənistanının tərkibində 4 dənə anklavı olub. Yuxarı əskipara, Bərxudarlı, Sofulu (Qazax rayonu), Caradolla "şimal və cənub" (Ağstafa rayonu), Kərki (Sədərək rayonu, Naxçıvan Muxtar Respublikası). Sovet Ermənistanının Sovet Azərbaycanının tərkibində 1 dənə anklavı vardır. Artsvaşen (Gegarkunik vilayəti). 3.2. "Nurlan Surxay" adlı "Youtube" sosial şəbəkə hesabının istifadəçisinin 26 iyun 2015-ci il tarixdə paylaşdığı "GEDEBEY BASKEND" adlı videomateriala 6 il əvvəl "Bu ərazi xəritədə bizim ərazi kimi göstərilmir." məzmunlu rəy yazmışdır.
4. Təqsirləndirilən şəxs "Facebook" sosial şəbəkəsində Emin Gasimzadeh istifadəçi adı ilə qeydiyyatdan keçdiyi profilə baxış keçirildi. Onun "Facebook" sosial şəbəkəsində iş üçün əhəmiyyət kəsb edə biləcək aşağıdakı paylaşımları etdiyi müəyyən edildi: 4.1. 02 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının xəritəsində "Artshvashen" adı və ərazisi qeyd olunmuş fotoşəkili paylaşaraq təsvir hissəsində "Bashkend (Gedebey)" məzmunlu yazı yazmışdır. 4.2. 07 iyul 2017-ci il tarixdə "tat bayrağı", "tat people" (İngilis dilindən tərcüməsi: Tat xalqı) yazısı və öz fotoşəkli əks olunmuş fotoşəkili paylaşmışdır. 4.3. 15 iyun 2018-ci il tarixdə İran İslam Respublikasının bayrağı ilə fotoşəkil çəkdirmiş futbol həvəskarlarının fotoşəkilini paylaşmışdır. 4.4. 15 iyun 2018-ci il tarixdə İran İslam Respublikasının milli futbol komandasının Mərakeş Krallığının milli futbol komandası üzərində 1:0 qələbəsini əks etdirən fotoşəkli paylaşmışdır. 4.5. 20 iyun 2018-ci il tarixdə "İran çox gözəl oynadı. İrana haqsızlıq onu 1 xaldan ayırdı" məzmunlu paylaşım etmişdir. 4.6. 23 noyabr 2020-ci il tarixdə paylaşdığı Azərbayca Respublikası və Ermənistanın xəritəsinidə Başkənd kəndini xüsusi göstərərək paylaşımının təsviri hissəsinə "The territory of Armenia occupied by Azerbaijan 1. Gegharkunik province, Artvashen village" (İngilis dilindən tərcüməsi: Azərbaycan Respublikası tərəfindən işğal olunmuş erməni kəndi 1. Geqarkunik vilayəti Arvaşen kəndi) məzmunlu yazı yazmışdır. 4.7. 23 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikasının Qarabağ bölgəsinə daxil olan işğaldan azad edilmiş ərazilərin adlarının erməni toponimləri ilə qeyd edildiyi "Арцах" (tərcüməsi: "Artsax) sözü həkk edilmiş xəritəsinin fotoşəklini paylaşmışdır. 4.8. 09 sentyabr 2021-ci il tarixdə Dağlıq Qarabağ ərazisinin "Artsax bayrağı” ilə rəngləndiyi xəritəsinin fotoşəklini paylaşmışdır. Təqsirləndirilən şəxs "İnstagram" sosial şəbəkəsinə @emin.2586 (Emin Gasimzadeh) istifadəçi adı ilə qeydiyyatdan keçirdiyi profilə daxil olundu. İstifadəçinin 104 ədəd paylaşım etdiyi müəyyən edildi. İş üçün əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilmədi. Təqsirləndirilən şəxs "Tiktok" sosial şəbəkəsində @emin_gasimzadeh (EminGasimzadeh2586) istifadəçi adı ilə qeydiyyatdan keçirdiyi sosial şəbəkə hesabına daxil olundu. Hesabında hər hansı paylaşım və iş üçün əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilmədi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək materiallar çap edilərək protokola əlavə edildi (cild 3, iş vərəqi 30-91). - Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Əks-Kəşfiyyat baş idarəsindən daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı disk müvafiq qaydada komputerə yerləşdirilmiş və yaddaşında olan fayllar çap edilərək protokola əlavə edilmişdir (cild 3, iş vərəqi 105-191). - Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirak etdiyi “youtube” sosial şəbəkəsinin "İNK TV X20" və “İrada Malikova” adlı profillərində yayımlanmış verilişlərə baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir:
1. Baxış zamanı "youtube" sosial şəbəkəsinin "İNK TV X20" adlı internet kanalına daxil olundu. https://www.youtube.com/watch?v=wGlsliG6FdQ linkində yayımlanmış "İradə Dodonun qonaqları". Lil buraxılış. Tatlar və Zərdüştilik. İNK TV-də yeni proqram." başlıqlı "Dodo" talış dilindəki ictimai qəzetin baş redaktoru, talış dili üzrə müstəqil tədqiqatçı və araşdırmaçı İradə Məlikovanın aparıcısı olduğu verilişdə "X34 və X12 cəmiyyəti"nin sədri və "Azərbaycan zərdüşt tatları" dini icmasının nümayəndəsi, Azərbaycan gənc zərdüştlər cəmiyyətinin sədri, Norveçdə yaşayan Aydın Talıbov, həmin cəmiyyətin sədr müavini Türkiyədə yaşayan Ümid Ələkbərzadə ilə yanaşı həmçinin Təqsirləndirilən şəxs iştirak etdiyi və çıxış etdiyi müəyyən edildi. Verilişə başlayan İradə Məlikova verilişin qonaqlarının tat icmasının nümayəndələri olduğunu bildirmişdir. Ümid Ələkbərzadə çıxışı zamanı "X34 və X12 cəmiyyəti"nin sədr müavini və müşavir olduğunu, Aydın Talıbovu həmin cəmiyyətin sədri və eyni zamanda Azərbaycan gənc zərdüştlər cəmiyyətinin sədri kimi, Təqsirləndirilən şəxs tatşünas və coğrafiyaçı kimi təqdim etmişdir. Ümid Ələkbərzadə "X34 və X12 cəmiyyəti"nin 2013-cü ildə X34 və X12 məqsədilə yaradıldığını, tatların Bakı kəndlərində, Siyəzən, Şabran, Quba, İsmayıllı, Şamaxıda yaşadıqlarını, İsmayıllının Lahıc qəsəbəsinin tat mədəniyyətinin mərkəzi olduğunu bildirmişdir. Aydın Talıbov çıxışı zamanı 18 ildir ki, Norveçdə yaşadığını Norveç Zərdüşt cəmiyyətinin idarə heyətinin üzvü olduğunu, Azərbaycan gənc zərdüştlər cəmiyyətinin sədri olduğunu, "X34 və X12 cəmiyyəti"nin sədri seçildiyini, tat dilinin fars dilinin qədim forması olduğunu, tatşünaslıq dedikdə fars dili fakültəsi və fars ədəbiyyatını nəzərdə tutduqlarını, tat mədəniyyətinin qədim tarixə malik olduğunu, talışların əsil-nəcabəti ilə yaxın olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs çıxışı zamanı "X34 və X12 cəmiyyəti"nin nümayəndə heyətinin üzvü, tatşünas, coğrafiyaşünas olduğunu, tatların savadlanması, texniki biliklərinin olması istiqamətində xidmətlərinin olduğunu, Azərbaycanda müsəlman, yəhudi və zərdüşt dinlərinə məxsus tatların olduğunu, dədəbabalarının zərdüşt dininə mənsub olduğunu, bu səbəbdən onun həmin dinə böyük hörmətinin olduğunu bildirmişdir. Qeyd olunan verilişin əks edildiyi videomaterialın həmçinin "youtube" sosial şəbəkəsinin "Ирада Маликова" (tərcüməsi: İradə Məlikova) adlı profilində https://www.youtube.com/watch?v=4wzzF-a4N5s linkində "Dodo TV 16, "İradə Dodonun qonaqları" İİİ buraxılış Tatlar və Zərdüştilik İNK TV də yeni proqram" başlığı ilə yayımlandığı müəyyən edildi. Baxış zamanı həmçinin "youtube" sosial şəbəkəsinin "İNK TV X20" adlı internet kanalında https://www.youtube.com/watch?v=NXFiWHQD1lk linkdə "İradə Dodonun qonaqları - Tatlar" başlıqlı "Dodo" talış dilindəki ictimai qəzetin baş redaktoru, talış dili üzrə müstəqil tədqiqatçı və araşdırmaçı İradə Məlikovanın aparıcısı olduğu verilişdə "X34 və X12 cəmiyyəti"nin sədri və "Azərbaycan zərdüşt tatları" dini icmasının nümayəndəsi, Azərbaycan gənc zərdüştlər cəmiyyətinin sədri, Norveçdə yaşayan Aydın Talıbov, həmin cəmiyyətin sədr müavini Ümid Ələkbərzadə ilə yanaşı həmçinin Təqsirləndirilən şəxs iştirak etdiyi və çıxış etdiyi müəyyən edildi. Qeyd olunan verilişin əks edildiyi videomaterialın həmçinin "youtube" sosial şəbəkəsinin "Ирада Маликова" (tərcüməsi: İradə Məlikova) adlı profilində https://www.youtube.com/watch?v=bWl6ypsV-dk linkdə "İradə Dodonun qonaqları Tatlar" başlığı ilə yayımlandığı müəyyən edildi. X22 2013-cü ildə özü tərəfindən "TASTBYC", yəni "X34 və X12 cəmiyyəti"ni yaratmasından, Təqsirləndirilən şəxs tatlara aid kitablardan, Aydın Talıbov isə tatların öz dillərində radio və televiziya kanallarında çıxış etmələrini arzulaması barədə danışmışdır (cild 3, iş vərəqi 221-227). - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ***-***-**-** və ***- ***-**-** saylı nömrələr Azercell Telekom MMC-yə məxsus olmadığı üçün həmin qərarın icrası mümkün olmamışdır (cild 3, iş vərəqi 231). - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ***-***-**-** saylı nömrənin satışı "xxxx" MMC-nin bağlı distributoru “Azphone” şirkəti tərəfindən həyata keçirilmişdir, lakin müvafiq qaydada sənədləşmə aparılmadığına görə istifadəçinin müqavilə surətini təqdim etmək mümkün olmamışdır (cild 3, iş vərəqi 232). - Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1037 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqi 234-236). - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə yaranmış zərurətlə əlaqədar Təqsirləndirilən şəxs məxsus 3 ədəd mobil smartfonlar tədqiq olunmuşdur. Təqdiqatlar zamanı mobil smartfonların yaddaşından mövcud və bərpa olunmuş məlumatların üzərində tədqiqat işləri aparılmış, axtarış və bərpa prosedurlarına uyğun metodikalar tətbiq edilmiş və nəticədə iş üzrə müəyyən məlumatlar aşkarlanmışdır (cild 3, iş vərəqi 238-252). - Baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin X1 istintaqa 30 may 2024-cü il tarixdə daxil olmuş 9-1658 saylı məktuba əlavə edilmiş iş üzrə Təqsirləndirilən şəxs məxsus mobil telefonun yaddaş nüsxəsinin alınması nəticəsində aparılmış tədqiqatlar zamanı əldə olunmuş məlumatların yazıldığı DVD disk müvafiq qaydada açıldı. DVD diskin yaddaşında smartfonların adlarına uyğun "A10", "A54" və "J3" adlı qovluqların olması müəyyən edildi. Qovluqlarda iş üçün əhəmiyyət kəsb edən fayllar çap edilərək və tərcümə edilərək protokola əlavə edilmişdir (cild 3, iş vərəqi 254-319). - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli sorğuya cavab olaraq məlumatlar CD şəklində təqdim edilmişdir (cild 4, iş vərəqi 1- 10). - məhkəmə-linqvistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/672 nömrəli rəyindən görünür ki:
1. Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində keçid linki https://www/facebook.com/emingasimzadeh86 olan “Emin Gasimzadeh” adlı profilində xx.xx.2021-ci il tarixdə paylaşdığı Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki ərazilərin erməni toponimləri ilə qeyd edilmiş “Artsax” adlı xəritəsinin, xx.xx.2021-ci il tarixdə Qarabağ bölgəsinin “X39 Vilayəti” adı və erməni toponimləri ilə qeyd edilmiş xəritəsinin, xx.xx.2020-ci il tarixdə Qarabağ bölgəsinin “Dağlıq Qarabağ” adı və erməni toponimləri ilə qeyd edilmiş xəritəsinin fotoşəklinin məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma kimi hərəkətlərin olduğu müəyyən edilmişdir.
2. Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində nümayiş etdirdiyi tat bayrağının fotoşəklinin, tatların Azərbaycan Respublikasında məskunlaşdığı ərazilərin təsvirindən ibarət xəritələrin fotoşəkillərinin məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar, habelə bu cür məzmunlu materialları yayma, milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin olduğu müəyyən olunmuşdur.
3. Təqsirləndirilən şəxs “Youtube” sosial şəbəkəsində keçid linki Elektron ünvan 1 olan “Emin Gasimzadeh” adlı profilində xx.xx.2022-ci il tarixdə Şuşa şəhərində çəkilmiş videomaterialı # nagornokarabkh#armenianenclave#artsakh#shushi (controllled by#azerbaijan military forces) (tərcüməsi: dağlıq Qarabağ#ermənianklavı#Artsax#Şuşi (Azərbaycan hərbi qüvvələrinin nəzarətindədir) həştəqi ilə paylaşımında Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma müəyyən olunmuşdur.
4. “Youtube” sosial şəbəkəsinin youtube.com/watch?v=YCKzsOjB5VY linkində paylaşılan videomaterialın “şərhlər” bölməsinə Təqsirləndirilən şəxs yazdığı “Анклавы Арцаха: 2 села Кельбаджар в одном анклаве, 2 села Физули в 2 анклавах, 1 село Джебраил в 1 анклаве Арцахский эксклав: 1 эксклав Гадрутского земельного участка, 1 пастбищный эксклав Аскеран.Арцах не имел границы с Арменией, а его территория -это территория бывщей Нагорно-Карабахской автономной области.”(tərcüməsi: Artsax anklavları: Kəlbəcərin 2 kəndi 1 anklavda , Fizulinin 2 kəndi 2 anklavda, Cəbrayılın 1 kəndi 1 anklavda. Artsax eksklavları: Hadrut torpaq sahəsi 1 eksklavda, Əsgəran 1 otlaq eksklavı. Artsaxın Ermənistanla sərhədi olmayıb, onun ərazisi isə keçmiş X39 Vilayətinin ərazisidir) mətnli şərhinin məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma müəyyən olunmuşdur.
5. “Youtube” sosial şəbəkəsinin youtube.com/watch?v=RSROwPCNhls linkində paylaşılan videomaterialın “şərhlər” bölməsinə X4 yazdığı “Dağlık Karabağ denilen yer Artsakh. Orası Kosovo gibi özgür oldu” (tərcüməsi: Dağlıq Qarabağ deyilən yer Artsaxdır. Ora Kosovo kimi müstəqil oldu) məzmunlu, “правительство Армении должно потребовать вернуть это село Армении, когда будут восстоновлены границы, и это село не может быть скомпрометировано никаким образом.” (tərcüməsi: Ermənistan hökuməti sərhədlər bərpa olunanda bu kəndin Ermənistana qaytarılmasını tələb etməlidir və bu kəndə heç bir şəkildə güzəştə getmək olmaz) mətnli şərhlərinin məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma müəyyən olunmuşdur.
6. “Youtube” sosial şəbəkəsinin youtube.com/watch?v=o FpnsNJbjvE linkində paylaşılan videomaterialın “şərhlər” bölməsinə Təqsirləndirilən şəxs yazdığı “Artsakh (The former X19 Area)” (tərcüməsi: Artsax (keçmiş X39 Vilayəti) mətnli şərhinin məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma müəyyən olunmuşdur.
7. Təqsirləndirilən şəxs “youtube” sosial şəbəkəsində Gədəbəy rayonunun Başkənd kəndi ilə bağlı yayımlanmış videomaterialların şərh bölmələrində həmin kəndin Ermənistana məxsus “Artsvaşen” kəndi olduğu, Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edildiyi və Ermənistan hakimiyyətinin həmin kəndi geri qaytarmalı olduğunu bildirdiyi ilə bağlı rəylərin məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma müəyyən olunmuşdur.
8. Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsindəki “Эмин Гасымзаде” adlı profilində xx.xx.2022-ci il tarixdə Qarabağ bölgəsinin xəritəsini Xocavənd rayonunu “Martuni” olaraq, Şuşa şəhəri “Şuşi” olaraq, Ağdərə rayonunu “Mardakert” olaraq erməni toponimləri ilə həştəq edilmiş paylaşımlarında, xx.xx.2021-ci il tarixdə “Эксклавы Нагорно-Карабахской автономной области (территории НКАО, окруженные территорией других районов АзССР)” (tərcüməsi: AzSSR-in digər rayonları ilə əhatələnmiş X39 Vilayətinin eksklavları DQMV-nin əraziləri) yazılmış mətnin fotoşəklini “Арцах” (tərcüməsi:Artsax) həştəqi ilə, “Анклавы Нагорно-Карабахской автономной области (территории внутри НКАО, не входящие в ее состав)” (tərcüməsi: X39 Vilayətinin anklavları, (ona daxil olmayan DQMV-nin daxilindəki ərazilər) yazılmış mətnin fotoşəklini “Арцах” (tərcüməsi Artsax) həştəqi ilə edilmiş paylaşımlarında Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 550 (beş yüz əlli) manat təşkil edir (cild 4, iş vərəqi 11-18). - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Əks-Kəşfiyyat baş idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İstintaq baş idarəsində xx.xx.1986-cı il təvəllüdlü, AR vətəndaşı Təqsirləndirilən şəxs barəsində aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqla bağlı, xx.xx.2024-cü il tarixli 9/1519 saylı əməliyyat tapşırığı ətrafında həyata keçirilən tədbirlər zamanı aşağıda qeyd edilən məqamlara aydınlıq gətirilmişdir: Müxtəlif sosial şəbəkələrdə qeydiyyatdan keçdiyi hesablardan Azərbaycan əleyhinə yönəlmiş, yəni erməni separatizmini dəstəkləyən, etnik azlıqların hüquqlarının təbliğatını həyata keçirərək, eyni zamanda ER ilə yanaşı, İİR və RF XXO-larının maraqlarına xidmət edən paylaşımlar etmiş Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin şahidi olmuş (rəy yazmış) "@muradhuseynov7330", "@user-nk3tz5ti6j", "@eljanmammadli9867", "@tural499", @mehemmedibrahimov7865", "@rafaelquliyuyev4205", "@feridseyidov4392" sosial şəbəkə istifadəçiləri müəyyən edilmişdir. Aparılmış araşdırma tədbirləri zamanı "@muradhuseynov7330" adlı profilin xx.xx.1997-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeyiyyatda olan Şahid, "@user-nk3tz5ti6j" adlı profilin xx.xx.2008-ci il təvəllüdlü, Gəncə şəhəri Kəpəz rayonu ünvan 4 ünvanında qeydiyyatda olan X15, "@eljanmammadli9867" adlı profilin isə xx.xx.2000-ci il təvəllüdlü Tovuz rayonu Vahidli kəndində qeydiyyatda olan X16 istifadəsində olduğu müəyyənləşdirilmişdir. Qeyd edilənlərlə yanaşı Təqsirləndirilən şəxs ER XXO-nun nəzarətində olan, eləcə də qondarma rejimə məxsus müxtəlif sosial şəbkələrdə yaradılmış "artsakh_24", "Atsakh_tv", "РЦАХ + НАГОРНЫЙ КАРАБАХ † АРМЕНИЯ" və s. kimi hesabları izlədiyi, "ЧВК Вагнер | Сводки СВО", "СПЕЦНАЗ | ВДВ | ФСБ | СОБР", "МФК АНИ (АРЦАХ)" adlı icmalara üzv olduğu, eləcə də ER-də siyasi ekspert kimi fəaliyyət göstərən xx.xx.1970-ci il təvəllüdlü, "Vətəndaş hüquqlarının müdafiəsi" adlı QHT-nin sədri və "Mühafizəkarlar" partiyasının idarə heyətinin üzvü Karen Hekimyanla yazışmalar apardığı, Qarabağ iqtisadi rayonunun erməni adlarla göstərildiyi "Artsax" xəritəsini qarşı tərəfə göndərdiyi, qondarma adın əvvəlki "X39 Vilayəti"nə aid olduğunu və anklav statusu daşıdığını söylədiyi, K.Hekimyanın xahişinə əsasən, Başkənd kəndi və Şuşa şəhəri ərazisində tərəfindən çəkilmiş fotoşəkilləri həmin şəxsə göndərdiyi, "X39 Vilayəti"nin müstəqilliyinin tanınmasının zəruriliyini, bundan sonra "Artsax"la Azərbaycan arasında anklavlarla bağlı məsələnin həll oluna biləcəyini, tat millətinin nümayəndəsi kimi kosmopolit düşüncəyə malik olduğunu bildirdiyi məlum olmuşdur. Əməliyyat tapşırığında qeyd olunan, QEA-nın ER və digər XXXO tərəfindən məxfi əməkdaşlığa cəlb edilibedilməməsinin müəyyən edilməsi, eləcə də təqsirləndirilənlə yanaşı qeyd olunan cinayətlərin törədilməsində digər şəxslərin iştirak etməsi müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs barədə araşdırma tədbirləri davam etdirilir, əldə ediləcək məlumatlar ünvanınıza göndəriləcəkdir (cild 4, iş vərəqi 20-21). - Maddi sübut kimi tanımaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********42682 və **********42689 İMEİ nömrəli 01 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefon, 01 ədəd “Samsung Galaxy J3” markalı mobil telefon və +**********85 və +**********85 nömrəli sim-kartların quraşdırıldığı 01 ədəd “Samsung Galaxy A54” markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 4, iş vərəqi 44-45). - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Əks-Kəşfiyyat baş idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində xx.xx.1986-cı il təvəllüdlü AR vətəndaşı Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə verilmiş xx.xx.2024-cü il tarixli 9/1881 saylı əməliyyat tapşırığı əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "Messenger" mobil tətbiqi üzərindən əlaqə saxladığı "İbrahim Əliyev" adlı "Facebook" sosial şəbəkə istifadəçisi xx.xx.2000-ci il tarixdə RF-nin Tümen vilayətində anadan olmuş, Tərtər rayonunun Qapanlı kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Koorporasiya Universitetində Kibertəhlükəsizlik ixtisası üzrə magistr təhsili alan X17r. İ.Əliyev sosial şəbəkə hesabları üzərindən ""Ronahi" kürd mədəniyyət mərkəzi"nin fəaliyyətini işıqlandırılmasını həyata keçirir. Həmçinin "youtube" sosial şəbəkəsində yayımlanmış "Tatlar və Zərdüştlük" başlıqlı verilişdə Təqsirləndirilən şəxs ilə birlikdə iştirak etmiş, özünü "X34 və X12 cəmiyyəti"nin sədri, "Azərbaycan zərdüşt tatları dini icmasının nümayəndəsi, "Azərbaycan gənc zərdüştlər cəmiyyəti"nin sədri kimi təqim edən şəxsin xx.xx.1972-ci il tarixə Bakı şəhərində anadan olmuş, Norveç vətəndaşı, hazırda qeyd edilən ölkədə daimi yaşayan X32 və özünü qeyd edilən cəmiyyətin sədr müavini kimi təqdim edən şəxsin xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, hazırda Türkiyədə yaşayan, X18 olması müəyyən edilmişdir. Araşdırmalar zamanı "X34 və X12 cəmiyyəti" və "Azərbaycan zərdüşt tatları" dini icmasının rəsmi dövlət qeydiyyatının mövcud olmadığı müəyyən edilmiş, "Ronahi" kürd mədəniyyət mərkəzi"nin isə 1990-cı ildə rəsmi dövlət qeydiyyatına alındığı, hazırda mərkəzin sədrinin xx.xx.1970ci ildə Laçın rayonunda anadan olmuş, həmin rayonun Qarakeçidli kəndində qeydiyyatda olan X26 olması müəyyən edilmişdir. Qeyd edilənlərlə yanaşı Təqsirləndirilən şəxs ER XXO-nun nəzarətində olan, eləcə də qondarma rejimə məxsus müxtəlif sosial şəbəkələrdə yaradılmış "artsakh_24", "Atsakh_tv", "РЦАХ + НАГОРНЫЙ КАРАБАХ † АРМЕНИЯ" və s. kimi hesablar, eləcə də ER-də siyasi ekspert kimi fəaliyyət göstərən, xx.xx.1970-cı il təvəllüdlü, "Vətəndaş hüquqlarının müdafiəsi" adlı QHT-nin sədri və "Mühafizəkarlar" partiyasının idarə heyətinin üzvü Karen Hekimyanla yazışmalar apardığı, Qarabağ iqtisadi rayonunun erməni adlarla göstərildiyi "Artsax" xəritəsini qarşı tərəfə göndərdiyi, qondarma adın əvvəlki "X39 Vilayəti"nə aid olduğunu və anklav statusu daşıdığını söylədiyi, K.Hekimyanın xahişinə əsasən, Başkənd kəndi və Şuşa şəhəri ərazisində tərəfindən çəkilmiş fotoşəkilləri həmin şəxsə göndərdiyi, "X39 Vilayəti"nin müstəqilliyinin tanınmasının zəruriliyini, bundan sonra "Artsax"la Azərbaycan arasında anklavlarla bağlı məsələnın həll oluna biləcəyinı, tat millətinin nümayəndəsi kimi kosmopolit düşüncəyə malik olduğunu bildirdiyi məlum olmuşdur. Əməliyyat tapşırığında qeyd olunan, İİR mobil operatoruna məxsus nömrələrin istifadəçiləri ilə bağlı aparılmış araşdırmalar zamanı +**********93 saylı telefon nömrəsinin beynəlxalq axtarış sistemlərində "Hamid Abbaszadeh", +**********25 saylı telefon nömrəsinin isə "Arslan Siyami" kimi qeyd olunduğu müəyyən edilmiş, lakin qeyd edilən nömrələrin, eləcə də təqsirləndirilən şəxsə məxsus mobil telefonların adlı siyahısındakı nömrələrin xarici xüsusi xidmət orqanları ilə əlaqəsının müəyyən edilməsi mümkün olmamışdır (cild 4, iş vərəqi 46-47). - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (cild 4, iş vərəqi 146-147). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Belə ki, Təqsirləndirilən şəxs həm məhkəməyə həm də ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, hələ hərbi xidmətdə olduğu müddətdə digər hərbi quluqçular tərəfindən işgəncələrə məruz qalmış, ona qarşı əxlaqsız hərəkətlər edilmiş, bu da onun psixoloji durumuna mənfi təsir göstərmiş və bu səbəbdən onda Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı nifrət hissi yaranmış və onda yaranmış nifrətə görə dövlətdən qisas almaq qərarına gəlmişdir. Ona görə o, özünü erməni vətəndaşı kimi qələmə verən şəxslə yazışmaları olmuş və həmin şəxsə məlumatlar ötürməyə başlamışdır. Təqsirləndirilən şəxsin etirafına görə ittiham aktında qeyd edilmiş məlumatları könüllü olaraq erməni tərəfinə ötürmüş, buna heç kim onu məcbur etməmişdir. Təqsirləndirilən şəxs, bütövlükdə müdafiə tərəfi onun bu hərəkətlərini psixi durumunda olan çatışmazlıqla əlaqələndirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmədə verdiyi həmin ifadələrə tənqidi yanaşır və onun bu ifadələrini müdafiə taktikası kimi qiymətləndirir və habelə həmin ifadələr cinayət işi üzrə toplanmış mötəbər subutlarla təkzib olunduğundan inandırıcı hesab olunmur. Belə ki, məhkəmədə müəyyən edildi ki, hərbi xidmətdə olarkən digər hərbi qulluqçular tərəfindən Təqsirləndirilən şəxs qarşı əxlaqsız hərəkətlər edilməsi, həmçinin döyülmə iddiaları ilə bağlı ibtidai istintaq orqanı tərəfindən bir sıra araşdırma aparılmış, o cümlədən təqsirləndirilən şəxslə eyni vaxtda hərbi qulluqda olmuş şəxslərin fotoşəkilləri əldə edilərək həmin fotoşəkillər təqsirləndirilən şəxsə təqdim edilərək ifadəsi alınmışdır. Təqsirləndirilən şəxs ona təqdim olunmuş şəxslər arasında ona qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxsləri tanımamışdır. Bununla yanaşı o, həmin fotoşəkillər arasında birgə xidmət etdiyi şəxsləri tanımış, həmin şəxslərlə münasibətlərinin yaxşı olduğunu bildirmiş, lakin həmin şəxslərə özünə qarşı edilmiş qanunsuz hətərəkətlərin olması barədə söyləmədiyini qeyd etmişdir. Bu hal onu göstərir ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlillərin təsdiq olunması üçün hər hansı konkret addımların atılmasından yayınmışdır. Buradan da məhkəmə o nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qeyd edilən iddiaları uydurmalara söykənmiş fərziyyədən ibarətdir. Digər tərəfdən, müddafiə tərəfinin qanunsuz hərəkətləri törədərkən təqsirləndirilən şəxsin psixi durumunda problemlər olması iddiası ilə məhkəmə razılaşmır. Belə ki, məhkəməyədək icraat zamanı keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar cinayət işinin materiallarında olan istintaq materialları ilə tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bu kimi məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən düşmən tərəfinə keçməklə dövlətə xəyanət etməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etməsi və bu cür məzmunlu materialları yayması, eləcə də aşkar surətdə, o cümlədən sosial şəbəkələrdən istifadə etməklə qəsdən Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsi təsdiq olunur, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 274, 281.2 və 283.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur, o, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 274-cü maddəsinin sanksiyasında on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası, 281.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 283.1-ci maddəsinin sanksiyasında səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq xüsusilə ağır, ağır və az ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinin tələblərinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 05 aprel 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 aprel 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 2, iş vərəqi 13-14, 56-60; cild 4, iş vərəqi 37-40). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 04 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək iş materiallarında saxlanılan **********42682 və **********42689 İMEİ nömrəli 01 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefon aparatı, 01 ədəd “Samsung Galaxy J3” markalı mobil telefon aparatı və +**********85 və +**********85 nömrəli sim-kartların quraşdırıldığı 01 ədəd “Samsung Galaxy A54” markalı mobil telefon aparatı onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 700 (yeddi yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274, 281.2 və 283.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 274-cü maddəsilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 281.2-ci maddəsilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 283.1-ci maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 04 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək iş materiallarında saxlanılan **********42682 və **********42689 İMEİ nömrəli 01 ədəd “Samsung Galaxy A10s” markalı mobil telefon aparatı, 01 ədəd “Samsung Galaxy J3” markalı mobil telefon aparatı və +**********85 və +**********85 nömrəli sim-kartların quraşdırıldığı 01 ədəd “Samsung Galaxy A54” markalı mobil telefon aparatı onun yaxın qohumlarından birinə qaytarılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 700 (yeddi yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (Sədrlik edən) Telman Hüseynov
Aygün Qurbanova
Fərid Namazov