Məhkəmə qərarları › İş №1(101)-582/2019

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-582/2019

03.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-582/2019 03.06.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, X4 və Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə, 03 iyun 2019-cu il Bakı şəhərində xx xxxxxx 1985-ci il tarixdə Rusiya Federasiyasının Amur vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 yetkinlik yaşına çaytmayan uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış. işləməyən, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qarabağlar kəndinidə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs ona qarşı mütəmadi olaraq kobud rəftar etməsi, dəfələrlə pul tələb etməsi, ona məxsus telefonu girov qoyması, onu döyməsi, sonuncu dəfə isə 15 iyul 2017-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanında yeni tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının yaxınlığında onun vasitəsilə tanışı Şahid2 icarəyə götürdüyü avtomobilin icarə pulunun ödəməməsi ilə bağlı aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlərlə söyüb təhqir etməsi və sinəsinə yumruqla vurması, habelə əvvəllər də ona qarşı etdiyi bu kimi hərəkətlərdən əsəbləşərək qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib əvvəlcə sonuncuya yumruq zərbələri vuraraq dərəcəsinə görə sağlamlığa zərər vurmayan alın nahiyəsinin sol yarısında, tüklü-tüksüz hissə sərhədinin və qaşlararası hissə sıyrıqlan ilə müşayiət olunan xəsarətlər yetirmiş, daha sonra isə əvvəlcədən istintaqa məlum olmayan mənbədən əldə edib üzərində gəzdirdiyi bıçaqla sonuncunun ürək və qarın nahiyəsinə ardıcıl iki dəfə zərbə vuraraq sol ağciyərin yuxarı payının, ürək kisəsinin, ürəyin sol mədəciyinin ön divarının və nazik bağırsaq ilgəklərinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol və qarnın ön divarının sağ yarısının döş və qarın boşluqlarına nüfuz edən iki ədəd deşilmiş-kəsilmiş yaraları kimi kəskin daxili qanitirməyə səbəb olmaqla ölümü ilə nəticələnən həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs qisas niyyəti ilə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Səbail rayonu, Bayıl qəsəbəsində olan Aptekin içərisindən kirayə yer götürüb Optika işi ilə, yəni eynəklərin təmiri, düzəldilməsi, hazırlanması işləri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs 2017-ci ilin aprel ayından sonuncu, cəzaçəkmə müəssisəsindən çıxan zaman tanımış, ilk vaxtlar aralarında çox yaxşı münasibətlər olmuşdur. Lakin, daha sonra Nail onu sıxışdırmağa başlamış, tez-tez pul tələb edib almış, həmin pula narkotik vasitə'alıb istifadə etmişdir. Əvvəllər ona bir neçə dəfə pul versə də, sonar pul verməkdən imtina etmişdir. 2017-ci ilin may ayında Telman adlı tanışından taksi sürücülüyü ilə məşğul olmaq üçün aylıq 200 manat olmaqla kirayə “Tofaş” markalı avtomobil götürmüşdür. Avtomobili kirayə götürdükdən sonra iki gün ərzində təmir etdirmiş, həmin avtomobillə taksi sürücülüyü etmək istəyərkən Nail avtomobili ona verməsini, sürücülük etmək istədiyini bildirmişdir. Nailə özü taksi sürücülüyü edib ailəsini dolandırmaq istədiyini bildirsə də, Nail maşını ona verməyi xahiş etmişdir. Bundan sonra Nail 50 manat pul verərək yerdə qalan pulu da qısa müddət ərzində qaytaracağını bildirmiş, lakin həmin pulu qaytarmamışdır. Nailin təkidi ilə Telman ilə danışmış və Nailə etibarnamə verməsini, bundan sonra avtomobili Nailin idarə edəcəyini və aylıq kirayə haqqını onun verəcəyini bildirmişdir. Telman avtomobili idarə etmək üçün etibarnaməni Nailə vermişdir. Lakin, Nail taksi sürücülüyü ilə məşğul olacağını desə də, bu işlə məşğul olmamış, avara-avara gəzmiş, narkotik vasitə qəbul edib tüfeyli həyat tərzi yaşamışdır, iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs həmin “Tofaş” markalı avtomobillə qəza törətmiş, lakin onu təmir etdirməmiş, həmçinin Telman aylıq arendasının pulunu da verməmişdir. Bir neçə dəfə Nailə arendanın pulunu verməsini söyləmiş, Nail pulu olmadığını demişdir. Nail onun “LG” markalı mobil telefonunu dostu ilə danışmaq adı ilə alıb aparıb girov qoyub narkotik vasitə alıb istifadə etmiş, Naildən telefonunu istəyəndə ona telefonu girov qoyduğunu söyləmişdir. Üzərində 30 manat olduğundan qaynı Vüqardan da 20 manat pul götürüb 50 manat düzəltdikdən sonra gedib girovda olan telefonunu adını bilmədiyi bir cavan oğlandan götürmüşdür. Bundan sonra 11 iyul 2017-ci il tarixədək Naili bir-iki dəfə Bayılda görmüş, Nail ondan pul istəmiş, o, isə pulunun olmadığını bildirmişdir. 11 iyul 2017-ci il tarixdə əkiz övladları olan Zəhra və Hüseynin doğum günü olduğundan uşaqları üçün Bayıl qəsəbəsində yerləşən “Bublik” şirniyyat dükanından tort alan zaman Nail onu görmüş və yaxınlaşaraq tortu kimə aldığını soruşmuşdur. Tortu uşaqlarının doğum günü münasibətilə aldığını bildirmiş, Nail isə onu kənara çəkərək “uşaqlara tort almağa pulun var, mənə verməyə pulun yoxdu?” deyə bildirmiş, cavabında Nailə bir manat pulunun olduğunu, həmin pulu verə biləcəyini deyəndə, Nail ona hücum çəkmiş, aralarında sözlə mübahisə yaranmışdır. Nail tortu onun başına vurmuş, bundan sonra Nailə gözləməsini, gələcəyini söyləyib tortu aparıb Bayıl qəsəbəsində taksi dayanan Hüseynə vermiş və evlərinə aparmasını söyləmişdir. Daha sonra Nailin yanına gedərək onunla söhbət edə-edə yaxınlıqda olan Nailin yaşadığı binalarına tərəf getmişlər. Orada aralarında münaqişə baş vermiş, Nail yumruqla onun burnuna vurmuş, burnu qanamışdır. Bundan sonra Nail onun üstünə bıçaq çıxarmış, bu vaxt Nailin yanında olan və adını bilmədiyi dostu onu aralamışdır. Gecə evə gedən zaman yoldaşı Xatirə təkidlə ondan burnuna nə olduğunu soruşmuş, Xatirəyə heç bir şey söyləməmişdir. Səhəri gün, yəni 12 iyul 2017-ci il tarixdə qardaşı Şahid5 Naillə onu barışdırmışdır. Nail avtomobili idarə etməsinə görə Telman pulunu vermədiyi üçün, Telman tez-tez onun mobil nömrəsini yığıb, ya pulu ya da maşını verməsini söyləmiş, Telman avtomobilin Naildə olduğunu deyəndə Telman onu tanıdığını, ona görə Nailə avtomobili verdiyini bildirmişdir. Daha sonra Nailə avtomobili Telmana qaytarmasını, ya da aylıq arendanın pulunu verməsini söyləmiş, Naillə bununla bağlı bir neçə dəfə mübahisəsi olmuşdur. 15 iyul 2017-ci il tarixdə saat 22 radələrində Bayıl qəsəbəsində işlədiyi Aptekin qarşısında dayanan zaman Nail oraya gəlmiş və ona bir az gəzmələrini söyləmişdir. Birlikdə Bayıl bağına gedib orada söhbətləşib gəzmişlər. Naillə söhbət edə-edə Bayıl qəsəbəsində olan “Bayıl” marketin yaxınlığına gəlmiş, həmin marketin yanında dayanan taksi sürücüləri ilə görüşdükdən sonra, ara küçə ilə 203 saylı orta məktəbin arxa küçəsinə tərəf getmişlər. Həmin vaxt Telman onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş, cavab verəndə Telman ona sərt şəkildə Nailin avtomobilin pulunu vermədiyini, ya pulu, ya da avtomobili verməsini, əks təqdirdə başqa söhbət edəcəyini bildirmişdir. Telmana Nailin yanında olduğunu, onunla danışıb xəbər edəcəyini bildirmişdir. Nailə ya pulu, ya da maşınıqaytarmasını söyləyəndə Nail qəzəblənmiş və ona bildirmişdir ki, maşını heç kimə verməyəcək, ya maşını yandıracaq, ya da metalloma verəcək.” Bundan sonra əsəbiləşərək Nailə nə üçün maşını yandırırsan deyə aralarında mübahisə yaranmış, Nail ona yumruq atmış, öz növbəsində o, Nailin sinəsindən vurmuşdur. Bundan sonra Nail üzərində olan bıçağı çıxarıb ona hücum çəkmiş və həmin vaxt onun mərhum anasının ünvanına ağır söyüşlər söymüşdür. Münaqişə zamanı Nailin əlində olan bıçağı alıb bir neçə dəfə ona tərəf atmış, bıçağın Nailin bədəninə girdiyini hiss etmiş, lakin həmin ərazi qaranlıq olduğu üçün bıçağın bədəninin hansı nahiyyəsinə girdiyini görməmişdir. Bundan sonra onlar yerə yıxılmış, Nailin bıçağının tiyəsinin qan olduğunu görüb bıçağı hadisənin olduğu yerə atmış və Q.Abbasov küçəsi boyunca qaranlığa tərəf qaçmışdır. X6 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək təcili “Sahil” metrostansiyası ilə üzbəüz Dənizkənarı Bulvara gəlməsini söyləmiş, özü də bayılda yerləşən FHN-nin Yanğınsöndürmə idarəsinin yaxınlığından “Mercedes” markalı taksiyə əyləşib Sahil metrosuna tərəf getməsini bildirmişdir. Sahil metrostansiyası ilə üzbəüz, Raminin onu gözlədiyini görüb ona avtomobilə əyləşməsini bildirmiş, Ramin nə baş verdiyini maraqlanan zaman o, Raminə işi olduğunu bildirmişdir. Birlikdə bir az da irəli gedib "Bentley” avtosalonunun yaxınlığında düşmüşlər. Ramin yenə də ondan nə olduğunu soruşmuş, Raminə rayona yola çıxdığını, işlərinin olduğunu, ondan 50 manat borcunu qaytarmasını və uzunqol köynək verməsini bildirmişdir. Ramin 50 manat pulu qaytarmışdır. Özündə də 48 manat pul olmuşdur. Onlar taksi avtomobili ilə Nizami rayonunda yerləşən, 8-ci kilometr bazarının yaxınlığında Raminin yaşadığı binanın qarşısına getmişlər. Ramin evə qalxıb ona qara rəngli uzunqol köynək gətirmiş, həmin köynəyi geyinərək öz köynəyini Raminin yaşadığı binanın həyətində qoyulmuş dəmir zibil qabına atmışdır. Ramin onunla sağollaşmaq istəyəndə, ona rayona getdiyini, yola salmasını söyləmiş, Ramin haraya getdiyini soruşanda Raminə Qazax rayonuna getdiyini işlərinin olduğunu bildirmişdir. Sonra gecə saat 02 radələrində Raminlə 8-ci kilometr bazarının qarşısına gəlmiş və birlikdə taksi ilə Bakı Beynəlxalq Avtovağzalına getmişlər. Orada ağ rəngli “Vito” markalı avtomobilin sürücüsü ilə Qırmızı Körpüyə 30 manata getməyə razılaşmışdır. Yola düşən zaman Raminə Naili bıçaqla vurduğunu söyləmişdir. Ramin bunu eşidən zaman dəhşətə gəlmiş və ondan Nailin sağ qalıb-qalmadığını, nə üçün vurduğunu soruşanda Raminə Nailin sağ olub-olmamasından məlumatsız olduğunu söyləmişdir. Bunu eşidən kimi Ramin onunla xudahafizləşib getmişdir. 16 iyul 2018-ci il tarixdə saat 10-11 radələrındə Qırmızı Körpüyə çatmış, oradan Gürcüstan Respublikasına qeyri-qanuni yolla keçmək istəmiş, lakin keçə bilməyəcəyini anlayıb Qırmızı Körpüdə bir nəfər qoca kişidən telefon alıb Rusiya Federasiyasında yaşayan atası ilə mobil telefon əlaqəsi saxlamış və atasına adam vurduğunu, Gürcüstana keçmək istədiyini, ona köməklik etməsini bildirmişdir. Atası ona xəbər edəcəyini bildirmiş, 10 dəqiqə sonra geri yığıb Zaqatala rayonuna gedib həmin rayonun giriş hissəsində olan plakatın yanında yolun kənarında aydın yerdə dayanmasını, “Qoça” adlı bir nəfərin gəlib onu Gürcüstan Respublikasına keçirəcəyini, həmin ölkənin ərazisinə keçdikdən sonra isə “Yormuğanlı” kəndinə getməsini, həmin kənddə dostu Musa adlı şəxsin evində qalmasını bildirmişdir. O, Zaqatala rayonuna getmiş, rayonun girəcəyində atasının dediyi yerdə dayanmışdır. Bir neçə saat sonra, 17 iyul 2017-ci il tarixdə gecə saat 01 radələrində təxminən 40 yaşlarında olan Gürcüstan Respublikasının vətəndaşı “Qoça” adlı həmin şəxs gəlib onu meşə və dağ yolları ilə qanunsuz Gürcüstan Respublikasına keçmirmişdir. Gürcüstan Respublikasının ərazisində Qoçanın “Walksvagen Golf” markalı avtomobili ilə atasının köhnə dostu Musa adlı şəxsin evinə getmişlər. Həmin vaxtdan da Musanın evində qalmış. 2017-ci ilin oktyabr ayında Gürcüstan polisləri tərəfindən “Yormuğanlı” kəndində tutulmuşdur. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələri, ekpertiza rəyləri və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsinn hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 15 iyul 2017-ci il tarixdə öldürülmüş Zərərçəkmiş şəxs onun oğludur. 2013-cü ildə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126.1 -ci maddəsi ilə həbs edilmiş və azadlıqdan məhrum edilmişdir. 2017-ci ilin mart ayında Zərərçəkmiş şəxs əfv edilmiş, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra heç bir işlə məşğul olmamışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə görmüş, Nail cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra Əli idarə etdiyi arendada olan bilmədiyi 'Tofaş” markalı avtomobili Nailə satmışdır. Nail həmin avtomobili aldıqdan sonra avtomobilin bəzi problemləri olmuş, yəni cəriməsi ödənilməmiş, sığorta edilməmişdir. Həmin xərcləri özləri çəkmişlər. Qeyd edilən məsələlərlə bağlı Nail ilə Əlinin arasında mübahisə olmuş, anası kimi Naildən xahiş etmişdir ki, Əli ilə işi olmasın. Nail də Əli ilə heç bir işinin olmayacağını bildirmişdir. 15 iyul 2017-ci, il tarixdə saat 22 radələrindən etibarən Nailin istifdadəsində olan ***-***-**-** nömrəli mobil telefona bir neçə dəfə zəng etsə də, nömrəyə zəng çatmamış, Nailin həmin mobil nömrəni evdə qoyduğunu görmüşdür. Gecə saat 00 radələrində əri Natiq ona təcili X7 xəstəxanasına getmələrini bildirmiş, nə baş verdiyini maraqlanan zaman Natiq oğlu Nailin bıçaqla vurulduğunu söyləmişdir. Dərhal onlar həmin xəstəxanaya getmiş, xəstəxanaya çatarkən artıq Nailin öldüyünü bildirmişlər. Təsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Əli kirayə “Tofaş” markalı avtomobil götürüb işdən sonra taksi fəaliyyəti ilə məşğul olmuşdur. Əri sakit, ailəsi üçün çalışan bir insan olmuş, heç kimlə düşmənçilik və ədavət saxlamamışdır. Əli ilə Nail arasında münasibətlərin olmasını 2017-ci ilin təxminən mart-aprel aylarında öyrənmişdir. Nail həbsdən çıxdıqdan sonra Əli arendaya götürdüyü və idarə etdiyi avtomobili Nailə satmışdır. Əli həmin avtomobilə xeyli xərc çəkmiş, lakin Nail avtomobilin pulunun bir qismini verməmişdir. Onların münasibətləri əvvəllər mehriban olmuş, lakin daha sonra Nail Əliyə qarşı sərt münasibət saxlamağa başlamışdır. Əlidən tez-tez pul almış, onu hədələmiş, döymüşdür. Əli avtomobilin pulunu Naildən istəsə də, sonuncu verməmiş, bundan başqa Əlinin “LG” markalı mobil telefonunu əlindən almış, girov qoymuşdur. Əli sonradan həmin telefonu özü pul verib götürmüşdür. Hadisə baş verməzdən əvvəl, yəni 11 iyul 2017- ci il tarixdə onların əkiz övladları olan Zəhra və Hüseynin doğum günü olduğu üçün Əli tort almağa getmiş, lakin geriyə qayıtmamışdır. Tortu evə qonşuları Hüseyn gətirmiş, Hüseyndən Əlinin harada olmasını soruşanda Hüseyn ona Əlinin harada olmasını bilmədiyini bildirmişdir. Sonra Əlinin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş, lakin həmin vaxt Əlinin telefonu bağlı olmuşdur. Əli evə gec gəlmiş, həmin vaxt onun əynində olan maykasının qan içində olduğunu görüb nə baş verdiyini soruşmuş, burnunun qanadığını, maykası ilə sildiyini bildirmişdir. Əlidən nə baş verdiyini, burnunun nə üçün qanadığını soruşanda heç bir şey söyləməmişdir. 15 iyul 2017-ci il tarixdə gecə saat təxminən 23:50 radələrində Səbail rayon polis idarəsinin 8-ci PB-nin əməkdaşları onların evinə gəlmiş və Əlinin Zərərçəkmiş şəxs bıçaqla vurub öldürdüyünü söyləmişlər. O, Əlinin atasına zəng etmiş və Əliyə gəlib təsim olmasını bildirmiş, lakin Əli gəlib təslim olmamışdır. Daha sonra təxminən 2017-ci ilin sentyabr ayının əvvəllərində istifadəsində olan ***- ***-**-** saylı mobil nömrənin ‘‘VVhatsapp" sosial şəbəkəsinə Əli Gürcüstan nömrələri ilə yazmağa başlamışdır. Əlidən Naili nə üçün öldürdüyünü, özünü hansı səbəbə görə bədbəxt etdiyini soruşanda Əli Nailin son zamanlar onu alçaltdığını, söydüyünü, bir neçə dəfə vurduğunu, pulunu əlindən aldığını, hətta 11 iyul 2017-ci il tarixdə Nailin onunla mübahisə edib tortu başına vurduğunu, daha sonra tortu Hüseyn vasitəsilə evə göndərdib, Nail ilə “söhbət”ə getdiyini, Nailin həmin vaxt onun burnunu vurub əzdiyini 15 iyul 2017-ci il tarixdə Nail ilə görüşmüş, Nailə ona verdiyi “Tofaş” markalı avtomobilini qaytarmasını söyləmiş, Nail isə ona avtomobili verməyəcəyini söyləyib Əlinin anasının gorunu söymüş, Əli üzərində olan bıçaqla Nailə iki dəfə zərbə vurmuş və qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci ilin təxminən may ayının əvvəllərində özünə məxsus olan “Tofaş” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobili Bayıl qəsəbəsində yaşayan Həsən adlı bir şəxsə taksi sürücülııyü ilə məşğul olmaq üçün kirayə vermiş, Həsən həmin avtomobili ehtiyatsızlıqdan ağaca vurmuş, onu düzəltdirməyə isə imkanı olmamışdır, Həmin ərəfədə Təqsirləndirilən şəxs onunla mobil telefon əlaqəsi saxlayaraq “Tofaş” markalı avtomobili düzəltdirəcəyini, sonra isə özünün idarə edib, taksi fəaliyyəti ilə məşğul olub kirayə haqqı verəcəyini bildirmişdir. Onunla razılaşmış, Əli həmin “Tofaş” markalı avtomobili 20-ci sahə dairəsi yaxınlığında təmir etdirmişdir. Əli 2017-ci ilin iyun ayının əvvəllərində onunla mobil telefon əlaqəsi saxlayaraq Nail adlı qohumunun həbsdən yeni çıxdığını, "Tofaş” markalı həmin avtomobili idarə edib “çörək pulu” qazanması üçün ona etibarnamə verməsini xahiş etmişdir. Əli ilə razılaşmış 03 iyun 2017-ci il tarixdə Nail ilə görüşüb “Tofaş” markalı avtomobillə Badamdar qəsəbəsində olan 28 saylı notarial kontoruna gedib ona etibarnamə vermişdir. Yolda olarkən Nail bir neçə dəfə məhkum edildiyini, bir neçə nəfəri vurduğunu bildirmiş, bundan sonra avtomobildən düşüb kənara çəkilərək Əlinin istifadəsində olan mobil telefona zəng edərək Nailin təhlükəli adam olduğunu bildirmişdir. Əli isə Nailin yaxşı oğlan olduğunu, avtomobilə dair ona etibarnamə verməsini xahiş etmişdir. Nail ilə Əli arasında söz-söhbət olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bacısı Şahid1 həyat yoldaşıdır. Zərərçəkmiş şəxsla eyni məktəbdə oxumuşdur. Nail əvvəllər məhkum olunmuş, 2017-ci ilin aprel ayında azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra Nailin Əli ilə münasibətləri yaranmış, ilk vaxtlar münasibətləri çox yaxşı olmuşdur. Bayılda bir neçə nəfərdən Nailin narkotik vasitə qəbul etdiyini eşidib, Əliyə Naildən uzaq durmasını, onsuz ailəsinin vəziyyətinin pis olduğunu, öz ailəsini dolandırmasını söyləsə də, Əli ona məhəl qoymamış, Naillə görüşüb, onunla birlikdə olmuşdur. Sonralar Əli ilə Nailin arası dəymiş, münasibətləri korlanmışdır. Nailin Əlini sıxışdırdığını, ondan pul aldığını eşitsə də, Əlinin özü bu barədə heç bir söz deməmişdir. Əli əvvəllər Səbail rayonunda yaşamış Telman adlı şəxsdən taksi sürücülüyü ilə məşğul olmaq üçün kirayə “Tofaş” markalı avtomobil götürmüş, lakin Nail xahiş edərək həmin avtomobili Əlidən almışdır. 2017-ci ilin təxminən iyun-iyul aylarında Əli ilə Bayılda görüşən zaman Əlinin mobil telefonunun olmadığını görmüş, telefonun necə olduğunu soruşanda Əli telefonu Nailin zəng etmək adı ilə götürdüyünü, lakin geri qaytarmadığını, aparıb girov qoyub pul götürdüyünü, hazırda telefonu götürmək üçün 50 manat pul lazım olduğunu demişdir. Əli Naili onun idarə etdiyi avtomobilə çağırmış, Nail “Lada 2170” markalı avtomobilə gəlmiş və həmin vaxt Nailə pul düzəltdiyini, gedib telefonu götürmələrini bildirmişdir. 30 manat özü, 20 manat isə Əli qoymuş, 50 manat düzəltdikdən sonra Nail və Əli ilə birlikdə özünün idarə etdiyi avtomobil ilə “Sovetski” deyilən yerə gəlmişlər. Nail tanımadığı bir nəfərlə mobil telefon əlaqəsi saxlayıb girov qoyduğu telefonu götürmək üçün gəldiyini bildirmişdir. Qeyd edilən yerə çatdıqdan sonra Nail avtomobildən düşmüş, üzü saqqallı bir oğlan gəlmiş, Nail pulu verib telefonu həmin oğlandan aldıqdan sonra Əliyə qaytarmışdır. 15 iyul 2017-ci il tarixdə saat 23 radələrində “Bayıl” marketin yaxınlığında digər taksi sürücüləri ilə birlikdə dayanan zaman Əli ilə Nail söhbət edə-edə gəlib onların yanından keçərək 203 saylı məktəbin aşağı tərəfinə, qaranlıq yerə getmişlər. Təxminən 15 dəqiqə sonra səs-küy düşmüş, taksi sürücüləri qaranlıq yerə tərəf qaçaraq Nailin vurulduğunu bildirmişlər. Bir müddət sonra polis əməkdaşları onların yaşadığı evə gələrək Əlinin Naili xəsarətləndırərək qətlə yetirdiyini bildirmişdirlər. Daha sonra Əlinin Azərbaycan Respublikasının sərhədlərini çıxaraq Gürcüstan dövlətinə- qaçdığını bacısı Xatirədən eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nağıyev Elvin Rəfael oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Əli ilə Nail arasında münasibətləri Nail həbsdən çıxdıqdan sonra yaranmışdır. Əli arendaya götürdüyü və idarə etdiyi avtomobili Nailə satmışdır. Əli həmin avtomobilə xeyli xərc çəkmiş, lakin Nail avtomobilin pulunun bir qismini verməmişdir. Onların münasibətləri əvvəllər mehriban olmuş, lakin daha sonra Nail Əliyə qarşı sərt münasibət saxlamağa başlamışdır. Əlidən tez-tez pul almış, onu hədələmiş, döymüşdür. Özünün isə bunların heç birindən xəbəri olmamışdır. Əli avtomobilin pulunu Naildən istəsə də, sonuncu verməmiş, bundan başqa Əlinin “LG” markalı mobil telefonunu əlindən almış, girov qoyaraq narkotik vasitə alıb istifadə etmişdir. Əli sonradan həmin telefonu özü pul verib götürmüşdür. 11 iyul 2017- ci il tarixdə Əlinin əkiz övladları olan Zəhra və Hüseynin doğum günü olduğu üçün Əli tort almağa getmiş, lakin geriyə qayıtmamışdır. Tortu evə qonşuları Hüseyn gətirmiş, Hüseyndən Əlinin harada olmasını soruşanda Hüseyn ona Əlinin harada olmasını bilmədiyini bildirmişdir. 15 iyul 2017-ci il tarixdə gecə saat 23:50 radələrində Səbail rayon polis idarəsinin 8-ci PB-nin əməkdaşları Əligilin evinə gəlmiş və Əlinin Zərərçəkmiş şəxs bıçaqla vurub öldürdüyünü söyləmişlər. Gürcüstan nömrəsi ilə Whatsappda yazışarkən bildirmişdir ki, 15 iyul 2017-ci il tarixdə Nail ilə görüşmüş, Nailə ona verdiyi “Tofaş” markalı avtomobilini qaytarmasını söyləmiş, Nail isə ona avtomobili verməyəcəyini söyləyib anasının gorunu söymüşdür. Sonra Əli üzərində olan bıçaqla Nailə iki dəfə zərbə vurmuş və qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Q.Abbasov küçəsi ilə Xanlar küçəsinin kəsişməsində olan “Bayıl” marketin yaxınlığında taksi sürücüsü kimi dayanır. Zərərçəkmiş şəxs onunla birlikdə Bakı şəhəri, Səbail rayonu, 91 saylı tam orta məktəbdə oxumuşdur. Nail kriminal aləmə meyilli olmuş, bundan başqa narkotik vasitə qəbul etdiyini eşitmişdir. Zərərçəkmiş şəxs cəzasını çəkdikdən sonra onu görmüşdür. 15 iyul 2017-ci il tarixdə Bayıl marketin yaxınlığında dayanıb müştəri gözləyirmiş. Saat 23:10 radələrində Əli ilə Nail birlikdə oraya gəlmişlər. Hər ikisi ilə görüşmüş, söhbətləşmişdir. Özünə məxsus “BMW” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildən ətir götürmüş və vurması üçün Nailə vermişdir. Nail ətirə baxaraq içərisində az qaldığını, ona verməsini xahiş etmiş, onunla razılaşaraq ətiri Nailə vermişdir. Bundan sonra Əli ilə Nail Q.Abbasov küçəsi ilə qaranlığa tərəf getmişlər. Təxminən 10 dəqiqə sonra səs-küy düşmüş, həmin tərəfə qaçan zaman yıxılan şəxsin Nail olduğunu, qan içərisində olduğunu, görən zaman onun vurulduğunu anlamışdır. Orada olan şəxslərin yaxınlaşmadıqlarını görüb taksi sürücüsü Kənanla birlikdə Naili Kənanın idarə etdiyi “Opel” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına uzatmışlar. Özü də avtombilin arxa oturacağına oturub yaxınlıqda olan təcili tibbi yardım stansiyasına Nailə ilkin tibbi yardım göstərildikdən sonra TTYS avtomobili ilə X8 aparılmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Bayıl qəsəbəsində yerləşən 91 saylı orta məktəbdə oxumuşdur. Nail taksi sürücüsü kimi dayandıqları yerə tez-tez gedib-gəlmişdir. Təqsirləndirilən şəxs Bayıl uşağı kimi tanımış, o, Bayılda Optik dükanda işləmiş, eynək hazırlamış və satışı ilə məşğul olmuşdur. 15 iyul 2017-ci il saat 23:05 radələrində idarə etdiyi avtomobilə bir nəfər müştərini 3-cü Bayıla aparmış, qayıdanda taksilərin dayandığı yerin yaxınlığında səs-küy olduğunu eşitmiş, avtomobili saxlayıb ora qaçan zaman Nailin yerdə yıxılmış vəziyyətdə, kürəyi üstə olduğunu görmüşdür. Nailin sinəsindən qan gəlmiş, vəziyyəti yaxşı olmadığından köməklik etmək lazım olmuşdur. Qaça-qaça idarə etdiyi avtomobilə tərəf gedib həmin avtomobili Nailin olduğu yerə sürmüşdür. Orada olan taksi sürücülərinin köməkliyi ilə idarə etdiyi “Opel” markalı avtomobilin sürücü tərəfdən arxa qapısını açıb Naili avtomobilin arxa oturacağına uzandırmış və digər taksi sürücüsü Şahid6 də arxadan sağ oturacaqda əyləşərək Nailin başını qucağına almışdır. Dərhal avtomobili yaxınlıqda olan təcili tibbi yardım stansiyasına sürmüş, Naili avtomobildən çıxarıb TTYS-in içərisinə daxil olmuşlar. Orada Nailə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilmiş və təcili tibbi yardım avtomobili ilə X8 aparmışlar. Elə həmin vaxt Səbail RPİ- nin 8-ci PB-nln əməkdaşları gəlib onu və yanındakı taksi sürücüsünü bölməyə aparmışlar. Daha sonra Nailin aldığı xəsarətlərdən öldüyünü öyrənmişdir. Məhkəmə tibb ekspertizasının 07 avqust 2017-ci ıl tarixli, 65 saylı rəyindən müəyyən edilir ki, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol ağ ciyərin yuxarı payının ürək kisəsinin, ürəyin sol mədəciyinin ön divarının və nazik bağırsaq ilgəklərinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol və qarnın ön divarının sağ yarısının (cəmi iki ədəd) döş və qarın boşluğlarına nüfuz edən kəsilmiş-deşilmiş yaraları nəticəsində inkişaf etmiş kəskin daxili qanitirmə (ürək kisəsində 150 ml-dək, sol plevra boşluğunda 2,3 litr, və qarın boşluğunda 100 ml-dək) olmuşdur, ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olur ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən 8-10 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədən səthi üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir və onlar 3 qrupa bölünürlər, “a” döş qəfəsinin ön səthinin sol və qarnın ön divarının sağ yarısının kəsilmiş- deşilmiş yaraları, "b" alın nahiyyəsinin sol yarısının sıyrıqları, döş qəfəsinin və qarnın ön divarının hər iki bazu və said nahiyyələrinin çoxsaylı çapıqları “a’: bəndində göstərilmiş xəsarətlər döş qəfəsinin ön səthinin sol yarısının İV qabırğalararası sahədən plevra boşluğuna nüfuz edən, döş qəfəsinin yumşaq toxumalarını, sol ağciyərin yuxarı payını, ürək kisəsini və ürəyin sol mədəciyinin ön divarını zədələyən, kəskin daxili qanitirməyə səbəb olmuş və qarnın ön divarının sağ yarısının göbəkdən aşağı, sağ pararental xətt üzrə qarın boşluğuna nüfuz edən qarnın ön divarının yumşaq toxumalarını, nazik bağırsaq ilgəklərini zədələyən, daxili qanaxmaya səbəb olmuş kəsilmiş-deşilmiş yaraları kəsici-deşicı əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni 2017-ci ilin iyul ayının 15-dən 16-na keçən gecə qeyd olunan nahiyyələrə deşici-kəsici əşya ilə ola bilsin bıçaqla vurma zamanı əmələ gələ bilərdilər, həyati əlamətlərə malik olmaqla, ölümlə bilavasitə səbəbli əlaqələri vardır və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli Ağır zərər vurmanın əlamətlərinə malikdirlər. Döş qəfəsinin ön səthindəki yara kanalının istiqaməti öndən arxaya, sağdan bir qədər sola və qismən yuxarıdan-aşağıya, qarnın ön divarındakı yara kanalının istiqaməti öndən arxaya və qismən aşağıdan yuxarıyadır. “b” bəndində göstərilmiş xəsarətlər alın nahiyyəsinin sol yarısında, tüklü-tüksüz hissə sərhədinin və qaşlararası hissə sıyrıqları küt əşyanın təsirindən mərhumun ölümündən az əvvəl və ya ölüm anında törənmişlər. Ölümlə səbəbli əlaqələri yoxdur və belə xəsarətlər zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. “c” bəndində göstərilmiş xəsarətlər döş qəfəsinin və qarnın ön divarının, sağ və sol bazu said nahiyyələrinin, çapıq toxumaları, həmin nahiyyələrdə olmuş, kəsilmiş yaraların izləri olub iti kənarlı əşyanın təsirindən mərhumun ölümündən 1-1,5 ildən artıq müddətdə törənmişlər və belə xəsarətlər ümumilikdə yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs meyitinin döş qəfəsinin ön səthində və qarnın ön divarında aşkar edilmiş xəsarətlərin xarakterik xüsusiyyətlərinə eləcə də, döş qəfəsinin ön səthinin sol yarısından götürülmüş dəri parçasının tibbi-kriminalistik müayinəsinə- yəni yaranın forma, xarakteri və morfoloji əlamətlərinə əsasən demək olur ki, bu xəsarətlər deşilmiş-kəsilmiş yaralar olub ülgücü və küpü olan hər hansı bir deşici-kəsici alətin təsirindən əmələ gəlmişlər. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, fenotiazin, pirotolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə tibbi kriminalistik ekspertizasının 16 avqust 2017-ci il tarixli 326 saylı rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd köynəyin ön sol yarım hissəsindən 01 ədəd, ön orta hisəsində 01 ədəd, maykanın ön hissəsində bir qədər solda 01 ədəd, ön hissəsində ortada 01 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin tiyəsinin təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar, tuman və bir cüt corab üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar edilmədi. Məhkəmə-bioloji ekspertizasının. 16 avqust 2017- ci il tarixli, 493 saylı rəyindən müəyən edilir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi A-beta(H) ii Ekspertizaya təqdim edilmiş hadisə yerində olan ləkələrə hoptuturlmuş iki ədəd pambıq, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, mayka və trusik üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda A və H antingentləri alındı. Göstərilən qan ləkələri A-beta (H) /ii/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə-tibb ekspertizasının 11 iyul 2018-ci il tarixli, 354 saylı rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində 15 iyul 2017-ci il tarixə uyğun gələn hər hansı bir xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs adına tərtib edilmiş məhkumun tibbi kitabçasında qeyd olunan məlumata görə onun qan qrupunun O (i) RH+ olduğu qeyd olunur. Kompleks ambulator məhkəmə-pslxiatrik və məhkəmə psixoloji ekspertizasının məhkəmə-psixiatrik ekspertizası üzrə 10 iyul 2018-ci il tarixli, 1088 saylı rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı xroniki psixi xəstəlik müəyyən edilmir, Onda emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri- xasiyyətcə əsəbi, hövsələsiz, əsəbi gərginlik kəsmələrlə özünə çoxsaylı xəsarətlər yetirməsi, deməsinə görə əsəbiliyi ilə əlaqədar İran İslam Respublikasında həmçinin Rusiya Federasiyasında yaşadığı zaman psixiatrik tibbi müəssisələrə müraciətinin olması, hazırki müayinə zamanı əhval-ruhiyyəsinin dəyişkənliyi, emosional qeyrisabitliyi və.s təsdiq edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə öz hərəkətlərinin onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtiqarından məhrum etsin. Halhazırda psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-cı maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının məhkəmə-psixoloji ekspertizası üzrə 10 iyul 2018-ci il tarixli, 1088 saylı rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət tipi aşkar olunur, Konfliktə meyillilik, davakarlıq, kobudluq, tez özündən çıxmaq, qıcığa qarşı reaksiya, kinlilik, öz niyyətlərini axıra qədər həyata keçirmək istəyinin güclü olması və.s kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, qəzəbilik əmələ gəlmişdir. Həmin halın yaranması onda müəyyən edilən "Emosional davamsız şəxsiyyət pozuntusu” ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə başverən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə nark.oloji ekspertizasının 18 iyul 2018- ci il tarixli 1237 saylı rəyindən müəyyən edilir ki, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəsliyinin əlamətləri aşkar olunmayır. Halhazırda müayinə zamanı Nağıyev X5 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Rəfael oğlunun əvvəllər məhkumluğu olmayıb. Cinayət işinin materiallarından görünür ki, Səbail RPİ-dən daxil olmuş 19.09,2017-ci il tarixli 065- 22447/1217 nömrəli məktubda göstərilmişdir ki, “Axtarışda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası sərhədlərini qanunsuz yolla keçib Gürcüstan Respublikasında gizlənmiş və həmin Respublikanın mobil operatorlarından istifadə edərək ailə üzvləri ilə əlaqə saxlamışdır. Cinayət işinin materiallarından görünür ki, 02 oktyabr 2017-ci il tarixdə Təqsirləndirilən şəxs Gürcüstan Respublikası ərazisində tutulmuş, 27 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 3 yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 02 oktyabr 2017-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- Bakı şəhəri Səbail rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus köynək, mayka, tursik, şalvar, kəmər, “Blackberry” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. İş üzrə mülki iddianın və ekspertiza xərclərinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 02 oktyabr 2017-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- Bakı şəhəri Səbail rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus əşyalar zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. İş üzrə mülki iddianın və ekspertiza xərclərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar