Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-582/2020 04.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin Bakı Ağır cinayətlər məhkəməsi üzrə prokurorları Dövlət ittihamçısı, X9, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin nümayəndəsi:Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi X18, müdafiəçi: Bakı şəhər Probono vəkil bürosunun vəkili Müdafiəçi, iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx.xx.1981-ci il tarixdə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 01 azyaşlı övladı olan, işsiz, təqaüdçü, ünvan 1 13 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29, 178.2.2, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə təkrar cəhd etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təkrarən təhrik etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı sonuncunun əmisi oğlu Qax rayonu Çüdüllü kənd sakini Şahid1 2019-cu ilin avqust ayının əvvəllərində istintaqa məlum olmayan gündə İsmayıllı şəhəri Ərəstun Mahmudov küçəsi 94 ünvanda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında aralarında olan söhbət zamanı özbaşına özünü vəzifəli şəxs-Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşı kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, Şahid1 qohumu, Qax rayon məhkəməsinin xx xxxx 2018-ci il tarixli l(024)-08 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.3-ci maddəsi ilə təqsirli bilinməklə 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş X4 həbsdən azad olunmasına köməklik göstərməsi ilə bağlı müraciəti ilə əlaqədar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsul əməkdaşı olmaqla, polkovnik xüsusi rütbəsində olan tanışının olmasını, həmin tanışının vasitəsilə Süleyman Əhmədovun həbsdən azad edilməsi imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Süleyman Əhmədovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni S.Əhmədovu həbsdən azad etdirəcəyinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1500 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, Şahid1la sövdələşməklə onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2019-cu ilin avqust ayının əvvəllərində istintaqa məlum olmayan gündə İsmayıllı şəhəri, Ərəstun Mahmudov küçəsi 94 ünvanda yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında Şahid1 əvvəlcə 1500 manat, daha sonra vahid qəsdlə cinayət əməlini davam etdirərək eyni məqsədlə 2019-cu ilin sentyabr ayının 4-də Şəki Apelyasiya Məhkəməsində Süleyman Əhmədovun azadlığa buraxılması ilə bağlı keçiriləcək məhkəmə iclasında sonuncunun xeyrinə qərarın qəbul edilməsi üçün əlavə pul vəsaitlərinin səlahiyyətli vəzifəli şəxsə verilməsinin zəruri olduğunu yalandan bildirib aldadaraq Şahid1la sövdələşməni davam etdirməklə bu adla “xxxxxxxx” MMC-nin Qax rayon poçt filialının Zəyəm kəndində yerləşən poçt məntəqəsindən nağd pul köçürmə xidməti vasitəsilə sonuncunun tapşırığı əsasında cinayətdən xəbərsiz olan X12 tərəfindən öz adma köçürülən 300 manat pulu həmin MMC-in ünvan 3 ünvanda yerləşən 5 saylı filialının 3 saylı poçt şöbəsindən həmin tarixdə, yəni 2019-cu ilin sentyabr ayının 4-də nağdlaşdırıb çıxarmaqla, eyni məqsədlə 2019-cu ilin sentyabr ayının 6-da guya Şəki Apelyasiya Məhkəməsində səlahiyyətli vəzifəli şəxsə əlavə olaraq pulun verilməsinin zəruri olduğunu yalandan bildirib aldadaraq Şahid1la sövdələşməni davam etdirməklə bu adla “xxxxxxxx” MMCnin Qax rayon poçt filialının Zəyəm kəndində yerləşən poçt məntəqəsindən nağd pul köçürmə xidməti vasitəsilə sonuncunun tapşırığı əsasında cinayətdən xəbərsiz olan X12 tərəfindən öz adına köçürülən 250 manat pulu həmin MMC-in ünvan 3 ünvanda yerləşən 5 saylı filialının 3 saylı poçt şöbəsindən həmin tarixdə, yəni 2019-cu ilin sentyabr ayının 6-da nağdlaşdırıb çıxarmaqla, eyni məqsədlə 2019-cu ilin sentyabr ayının 13-də guya öz övladının yanıq xəsarəti almasına görə pula ehtiyacı olmasını və qısa müddət ərzində geri qaytaracağını belə niyyəti olmadan yalandan bildirib aldadaraq bu adla Şahid1 tapşırığı əsasında “xxxxxxxx” MMC-nin Qax rayon poçt filialının Zəyəm kəndində yerləşən poçt məntəqəsindən nağd pul köçürmə xidməti vasitəsilə cinayətdən xəbərsiz olan X12 tərəfindən Təqsirləndirilən şəxs adına köçürülən 450 manat pulu həmin MMCin ünvan 4 ünvanda yerləşən 2 saylı filialından həmin tarixdə, yəni 2019-cu ilin sentyabr ayının 13-də nağdlaşdırıb çıxarmaqla, eyni məqsədlə guya Şəki Apelyasiya Məhkəməsində əlavə pul vəsaitlərinin səlahiyyətli şəxsə verilməsinin zəruri olduğunu yalandan bildirib aldadaraq Şahid1la sövdələşməni davam etdirməklə bu adla cəmi 950 manat, o cümlədən sonuncunun tapşırığı əsasında 2019-cu ilin sentyabr ayının 17-də “xxxxxxxx” MMC-nin Qax rayon poçt filialının Zəyəm kəndində yerləşən poçt məntəqəsindən nağd pul köçürmə xidməti vasitəsilə cinayətdən xəbərsiz olan Şahid6 tərəfindən öz adına köçürülən 300 manat pulu həmin MMC-in ünvan 3 ünvanda yerləşən 5 saylı filialının 3 saylı poçt şöbəsindən həmin tarixdə, yəni 2019-cu ilin sentyabr ayının 17-də nağdlaşdırıb çıxarmaqla, 2019-cu ilin sentyabr ayının 18-do “xxxxxxxx” MMC-nin Qax rayon poçt filialının Zəyəm kəndində yerləşən poçt məntəqəsindən nağd pul köçürmə xidməti vasitəsilə cinayətdən xəbərsiz olan Şahid6 tərəfindən öz adma köçürülən 200 manat pulu həmin MMC-in Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 5 ünvanında yerləşən filialından həmin tarixdə, yəni 2019-cu ilin sentyabr aymın 18-də nağdlaşdırıb çıxarmaqla, 2019-cu ilin sentyabr ayının 19-da “xxxxxxxx” MMC-nin Qax rayon poçt filialının Zəyəm kəndində yerləşən poçt məntəqəsindən nağd pul köçürmə xidməti vasitəsilə cinayətdən xəbərsiz olan Şahid6 tərəfindən öz adına köçürülən 400 manat pulu həmin MMC-in ünvan 3 ünvanda yerləşən 5 saylı filialının 3 saylı poçt şöbəsindən həmin tarixdə, yəni 2019-cu ilin sentyabr aymın 19-da nağdlaşdırıb çıxarmaqla, 2019cu ilin sentyabr ayının 19-da yenidən “xxxxxxxx” MMC-nin Qax rayon poçt filialının Zəyəm kəndində yerləşən poçt məntəqəsindən nağd pul köçürmə xidməti vasitəsilə cinayətdən xəbərsiz olan Şahid6 tərəfindən öz adına köçürülən 50 manat pulu həmin MMC-in ünvan 3 ünvaııda yerləşən 5 saylı filialının 3 saylı poçt şöbəsindən həmin tarixdə, yəni 2019-cu ilin sentyabr aymın 19-da nağdlaşdırıb çıxarmaqla, ümumilikdə 3450 manat məbləğində pul vəsaitini 2019-cu ilin avqust ayının əvvəllərində istintaqa məlum olmayan gündən başlayaraq xx xxxxxxxx 2019-cu il tarədək olan dövrdə vahid niyyətlə Şahid1 alıb şəxsi ehtiyaclarına sərf edərək, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin yəni Şahid1 əmlakını vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin - Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Süleyman Əhmədovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitim rüşvət qismində verməyə Şahid1 təhrik etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə 2019-cu ilin avqust ayının sonlarında istintaqa məlum olmayan gündə və şəraitdə tanışı Zərərçəkmiş şəxs1 ilə sonuncunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə danışarkən söhbət əsnasında guya qohumunun kredit yolu ilə “Qazel” markalı avtomaşını 3500 manata satdığını, ilkin olaraq 1300 manat, qalan 2200 manat pulu isə istənilən vaxt verə biləcəyini deməklə, guya qohumu olan həmin yük maşının sahibinin hazırda Rusiya Federasiyasında olmasını, sonuncunun qısa müddət ərzində qayıtdıqdan sonra yük maşınını Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirə biləcəyini yalandan vəd verib sonuncu ilə bu barədə razılaşdıqdan sonra, onu aldadaraq, özgənin əmlakım əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edib sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” MMC-nin Qax şəhər 1 saylı filialından nağd pul köçürmə xidməti vasitəsilə öz;adma köçürülən 100 manat pulu ünvan 3 ünvanda yerləşən 5 saylı filialının 3 saylı poçt şöbəsindən həmin tarixdə nağdlaşdırıb çıxarmaqla, eyni məqsədlə xx.xx.2019- cu il tarixdə “xxxxxxxx” MMC-nin Qax şəhər 1 saylı filialından nağd pul köçürmə xidməti vasitəsilə öz adma köçürülən 450 manat pulu ünvan 4 ünvanda yerləşən 2 saylı filialından həmin tarixdə nağdlaşdırıb çıxarmaqla, eyni məqsədlə xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” MMC-nin ünvan 5 ünvanında yerləşən Qax rayon filialından nağd pul köçürmə xidməti vasitəsilə öz adma köçürülən 350 manat pulu ünvan 3 ünvanda yerləşən 5 saylı filialının 3 saylı poçt şöbəsindən həmin tarixdə nağdlaşdırıb çıxarmaqla, eyni məqsədlə xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” MMC-nin Qax şəhər 1 saylı filialından nağd pul köçürmə xidməti vasitəsilə öz adma köçürülən 200 manatpulu ünvan 4 ünvanda yerləşən 2 saylı filialından həmin tarixdə nağdlaşdırıb çıxarmaqla, 2019-cu ilin sentyabr ayının 13-də yenidən “xxxxxxxx” MMC-nin Qax rayon filialından nağd pul köçürmə xidməti vasitəsilə öz adına köçürülən 200 manat pulu ünvan 7 ünvanda yerləşən 5 saylı filialının 3 saylı poçt şöbəsindən həmin tarixdə nağdlaşdırıb çıxarmaqla, ümumilikdə 1300 manat məbləğində pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs1 alıb şəxsi ehtiyaclarına sərf edərək, etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını dələduzluq yolu ilə təkrar ələ keçirmiş, sonuncu aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 3500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə təkrar cəhd etmişdir. Bundan əlavə o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı sonuncunun xalası oğlu Şəki rayonu Baş Göynük kənd sakini, “xxxxxxxxxx” MMC-də aşpaz işləyən Şahid3 ilə 2019-cu ilin avqust ayının sonlarında istintaqa məlum olmayan gündə və şəraitdə tanışı Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi vasitəsilə öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə danışarkən söhbət əsnasında özbaşına özünü vəzifəli şəxs-Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşı kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, Şahid3 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hər hansı idarələrindən birində operator kimi işə qəbul olunmasına köməklik göstərməsi ilə bağlı müraciəti ilə əlaqədar, həmin Şirkətdə yüksək vəzifələrdə işləyən tanışlarımın olduğunu bildirib, həmin tanışları vasitəsilə Şahid3 Şirkətin idarələrindən birində operator kimi işə qəbul olunmasına köməklik göstərmək imkanına malik olduğunu yalandan bildirib, guya tanışı olan həmin vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 500 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, Şahid3lə sövdələşməklə onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” MMC-nin Şəki rayon filialının Aşağı Göynük poçt məntəqəsindən nağd pul köçürmə xidməti vasitəsilə öz adma köçürülən 490 manat pulu ünvan 3 ünvanda yerləşən 5 saylı filialının 3 saylı poçt şöbəsindən həmin tarixdə nağdlaşdırıb çıxarmaqla, daha sonra vahid qəsdlə cinayət əməlini davam etdirərək eyni məqsədlə 2019-cu ilin sentyabr ayında səlahiyyətli vəzifəli şəxsə 150 manat əlavə pul vəsaitinin verilməsinin zəruri olduğunu yalandan bildirib aldadaraq Şahid3lə sövdələşməni davam etdirməklə, bu adla sonuncu tərəfindən xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” MMC-nin ünvan 5 ünvanında yerləşən Qax rayon filialından nağd pul köçürmə xidməti vasitəsilə öz adma köçürülən 150 manat pulu ünvan 3 ünvanda yerləşən 5 saylı filialının 3 saylı poçt şöbəsindən həmin tarixdə nağdlaşdınb çıxarmaqla, ümumilikdə 640 manat məbləğində pul vəsaitini vahid niyyətlə Şahid3 alıb şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım vahid niyyətlə təkrarən dələduzluq yolu ilə ələ keçirmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin-Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid3 təkrarən təhrik etmişdir. Bundan başqa o, cinayətdən xəbərsiz olan tanışı Şahid1 vasitəsilə sonuncu ilə dostluq münasibəti olan Qax rayonu Marsan kənd sakini X19 ilə 2019-cu ilin sentyabr ayının əvvəllərində istintaqa məlum olmayan gündə və şəraitdə tanışı Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi vasitəsilə öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə danışarkən söhbət əsnasında özbaşına özünü vəzifəli şəxs-Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşı kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, Fərhad Əliyevin istifadəsində olan “VAZ 2101” markalı avtomaşına dövlət qeydiyyat nişanı verilməsinə köməklik göstərməsi ilə bağlı müraciəti ilə əlaqədar, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki Rayonlararası Qeydiyyat İmtahan şöbəsində işləyən yüksək vəzifəli tanışları vasitəsilə qeyd edilən avtomaşına dövlət qeydiyyat nişanı verilməsinə köməklik göstərmək imkanına malik şəxs olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Fərhad Əliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 400 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2019-cu ilin sentyabr ayının 16-da “xxxxxxxx” MMC-nin Qax rayon filialının Zəyən kənd məntəqəsindən nağd pul köçürmə xidməti vasitəsilə sonuncunun tapşırığı əsasında cinayətdən xəbərsiz olan Qax rayonu Zəyəm kənd sakini Şahid8 adından öz adına köçürülən 400 manat pulu ünvan 8 ünvanda yerləşən 5 saylı filialının 3 saylı poçt şöbəsindən həmin tarixdə nağdlaşdırıb çıxarmaqla şəxsi ehtiyaclarına sərf edərək, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib tamah məqsədilə hüquqi şəxsin-Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, təkrarən vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Fərhad Əliyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Fərhad Əliyevi və Şahid1 təhrik etmişdir. Bundan əlavə o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Volvo” markalı **-BH-*** qeydiyyat nişanlı maşınla Qax rayon Dəymədağlı kəndi ərazisində avtoqəza törətmiş və Qax rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 3(024)-199/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 1 ay müddətinə inzibati qaydada həbs edilmiş tanışı Zərərçəkmiş şəxs1 anası Şahid2 ilə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsilə zəng vurub danışarkən söhbət əsnasında Zərərçəkmiş şəxs1 inzibatı qaydada həbs olunmasını eşitdikdən sonra, özbaşına özünü vəzifəli şəxs-Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində məsul vəzifədə çalışmaqla polkovnik xüsusi rütbəsində olduğunu bildirib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, Zərərçəkmiş şəxs1 inzibati həbsdən azad olunmasına köməklik göstərməsi ilə bağlı müraciəti ilə əlaqədar, prokurorluq orqanında işləyən yüksək vəzifəli tanışları vasitəsilə Zərərçəkmiş şəxs1 inzibati həbsdən azad olunmasına köməklik göstərmək imkanına malik olduğunu yalandan bildirib, tanışı olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 1100 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2019-cu ilin sentyabr ayının 24- də “xxxxxxxx” MMC-nin ünvan 5 ünvanında yerləşən Qax şəhər 1 saylı filialından nağd pul köçürmə xidməti vasitəsilə Şahid2 Flacıbəy qızının adından öz adma köçürülən 1100 manat pulu ünvan 3 ünvanda yerləşən 5 saylı filialının 3 saylı poçt şöbəsindən həmin tarixdə nağdlaşdırıb çıxarmaqla, həmin məbləğdə Şahid2 məxsus əmlakı, yəni pul vəsaitini təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin- Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz ərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid2m təkrarən təhrik etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz olan tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı sonuncunun əmisi oğlu Qax şəhər sakini Şahid4 ilə 2019-cu ilin sentyabr ayının 25-də sonuncunun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə öz istifadəsində olan ***-***-**-** mobil telefonu vasitəsilə danışarkən söhbət əsnasında özbaşına özünü vəzifəli şəxs- Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində Anti Terror Mərkəzinin məsul əməkdaşı və zabiti kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək, sonuncunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəki rayonlararası X24 rayon Mühafizə şöbəsində polis nəfəri kimi işə qəbul olunmasına köməklik göstərməsi ilə bağlı müraciəti ilə əlaqədar, həmin Mühafizə İdarəsində işləyən yüksək vəzifəli tanışları vasitəsilə Şahid4 Mühafizə şöbəsində polis nəfəri kimi işə qəbul olunmasına köməklik göstərmək imkanına malik olduğunu yalandan bildirib, guya tanışı olan həmin vəzifəli şəxslərin xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 400 manat məbləğində pul vəsaitinin verilməsi müqabilində, həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib,Şahid4la sövdələşməklə onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2019-cu ilin sentyabr ayının 25-də “xxxxxxxx” MMC-nin ünvan 5 ünvanında yerləşən Qax rayon filialından nağd pul köçürmə xidməti vasitəsilə sonuncunun tapşırığı əsasında Şahid2 adından öz adına köçürülən 400 manat pulu ünvan 11 ünvanda yerləşən 5 saylı filialının 3 saylı poçt şöbəsindən həmin tarixdə nağdlaşdırıb çıxarmaqla, daha sonra vahid qəsdlə cinayət əməlini davam etdirərək eyni məqsədlə 2019-cu ilin sentyabr ayının 27- də guya Şahid4 iş yerinin Şəki Mühafizə şöbəsindən Qax Mühafizə şöbəsinə dəyişdirmək adı ilə eyni poçt filialından nağd pul köçürmə xidməti vasitəsilə sonuncunun tapşırığı ilə Şahid4 adından göndərilmiş 200 manat pulu ünvan 3 ünvanda yerləşən 5 saylı filialının 3 saylı poçt şöbəsindən həmin tarixdə nağdlaşdırıb çıxamaqla, ümumilikdə 600 manat məbləğində pul vəsaitini vahid niyyətlə Şahid4 alıb şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin, yəni Şahid4 əmlakını dələduzluq yolu ilə təkrar ələ keçirmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin - Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikasının müstəqil, suveren, demokratik dövlət kimi inkişafı naminə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarının yaradılmasını, xalqın və ölkənin milli maraqlarını, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərini və bu sahədə həyata keçirilən fəaliyyətini kölgə altına alaraq həmin Xidməti nüfuzdan salmaqla hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədərək vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şahid4 təkrarən təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29, 178.2.2, 310 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri Səbail rayonunda yaşamışdır. Bir gün Təbriz adlı şəxs internet saytında özünəməxsus olan “VAZ-21074” markalı maşını satışa qoymuşdur. O da öz istifadəsində olan 7500 manat dəyərində “Volvo” markalı maşınını barter yolu ilə dəyişmək istəyirmiş. O, Təbrizin internet saytında əlaqə saxlamaq üçün qeyd etdiyi nömrəsinə zəng edərək danışmışdır. Təbrizlə aralarında maşınlarını barter yolu ilə dəyişmək barədə razılaşmışlar. İsmayıllıda, qayınatasıgilin evindən 2 km uzaq məsafədə yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında görüşmüş və maşınları dəyişmişlər. O, Təbrizə notariusa getməyi təklif etmişdir. Təbriz də cavabında, “biz kişiyik, heç narahat olma mənim fındıq bağım olduğu üçün ona borclu olduğu pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Təbrizin də maşınını 1800 manat miqdarında qiymətləndirmişlər. O, Təbrizlə maşını dəyişdikdən sonra Bakıya gəlmişdir. Onu Bakıda polis saxlamış və dəyişdiyi maşının Qax rayonunda axtarışda olduğunu ona bildirmişlər. O, Yasamal rayon məhkəməsinin birinci mərtəbəsində yerləşən İcra şöbəsinə getmişdir. Orada icraçı ona dəyişdiyi maşının sahibinin 30000 manat borcu olduğunu və bu səbəbdən maşının axtarışda olduğunu bildirmişdir. İcraçı ondan həmin maşının harda olduğunu soruşduqda, maşının məhkəmənin həyətində olduğunu demişdir. İcra şöbəsindən dəyişdiyi maşının sahibinin nömrəsini almış və həmin adama zəng edərək görüşmüşdür. “21074” markalı maşının birinci sahibi ilə Yasamala getmiş və orada ona etibarnamə verilməsi mümkün olmamışdır. Maşının üzərində olan cərimələri ödəmişdir. Onun verdiyi maşının sahibi isə Rusiya Federasiyasında yaşayırmış. Həmin adamın qızı Bakıya gəlmiş və notariusa getmişlər. Orada həmin qız atasının adına “Volvo” markalı maşının sürülməsi üçün etibarnamə vermişdir. Təbriz ona “sənə bir nömrədən zəng gələcək, Şəki türməsinin təlim-tərbiyəçisidir” demişdir. Təbrizin əmisioğlu, Taleh ona 3500 manat, oranın təlim-tərbiyəçisinə də 3500 manat pulun verildiyini və sonra Şəki türməsindən bir nəfərin onunla görüşəcəyini demişdir. O da verilən pullardan xəbərinin olmadığını ona bildirmişdir. Şəki türməsindən də onunla heç kim görüşməmişdir. Sonra ona bir nəfər zəng edərək Nərimanovda görüşmək istədiyini bildirmiş, Nərimanova gəldikdə ona zəng edən şəxs “Qış Parkında” görüşməklərini demişdir. Onların sahə rəisi ilə ona bir nəfər yaxınlaşmış, amma onun kim olduğunu bilməmişdir. Həmin şəxs ondan bu olanlar nə məsələdir deyə soruşmuşdur. O da maşınını dəyişdiyini və Təbrizin ona borcu olduğunu demişdir. O, anasının şəxsiyyət vəsiqəsinin sürətini onlara vermişdir ki, onun borcunu hissə-hissə poçt vasitəsilə ona ödəsin. O, öz maşınının pulunu onlardan tələb etmişdir, başqa heç kimdən artıq pul istəməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, zərərçəkmişin nümayəndəsini və şahidləri dindirərək, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29, 178.2.2, 310 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin iyul-avqust aylarında özünə maşın almaq məqsədilə internet saytlarına baxarkən təsadüfən “Turbo.az” adlı saytda “Volvo” markalı avtomaşının 3500 manata satıldığını, hətta barter yolu ilə dəyişdirilə biləcəyi barədə məlumat olduğunu görmüş və həmin maşını almaq qərarına gəlmişdir. Saytdan maşının sahibinin mobil nömrəsini götürərək zəng vurmuş, həmin şəxs adının İlqar olduğunu, maşını barter yolu ilə dəyişə biləcəyini demişdir. O, İlqara “VAZ 2107” markalı maşınının olmasını bildirmiş, İlqar onunla görüşərək razılığa gələ biləcəklərini demişdir. İlqar ona Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini demişdir. Bundan sonra onun Təqsirləndirilən şəxsla münasibəti yaranmış, lakin onunla görüşməmişdir. 2019-cu ilin avqust ayının sonlarında İlqar ona zəng vuraraq “Qazel” markalı yük maşını satıldığını, istəsə, sərfəli şərtlərlə ona həmin maşını təşkil edə biləcəyini demiş, həmin dövrdə təsərrüfatlarına yük maşını lazım olduğundan İlqarla razılaşmışdır. İlqar maşının qiymətinin 3000 manat olduğunu, ilkin olaraq 1300 manat pulu verərək maşını götürə biləcəyini demişdir. İlqar ona həmin pulların poçt vasitəsi ilə göndərməyini istəmiş və o da İlqara inanaraq pulu göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur. 2019-cu ilin yay aylarında oğlu Təbriz İlqar adlı şəxslə tanış olmuş, İlqar özünü Təbrizə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək, istənilən işdə Təbrizə köməklik edəcəyini bildirmişdir Hətta, 2019-cu ilin təxminən avqust ayında Təbriz Talehlə birlikdə İsmayıllı rayonuna gedərək, İlqara məxsus “Volvo” markalı avtomaşını özünə məxsus “VAZ 2107” markalı avtomaşına barter yolu ilə dəyişmiş, söhbət zamanı İlqar onlara Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində rəis müavini vəzifəsində işlədiyini ona görə də istənilən problemi həll edə biləcəyini demişdir. Bundan sonra İlqar oğlu Təbrizə zəng vuraraq “Qazel” markalı maşını 3500 manata satdığını demiş, Təbriz də İlqarla razılaşmışdır. Sonradan Təbriz poçt vasitəsi ilə 1300 manat məbləğində pulu Təqsirləndirilən şəxs göndərsə də İlqardan bir xəbər çıxmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Təbriz avtoqəza törətmişdir. Təbriz avtoqəza törətdiyinə görə onun barəsində 1 aylıq inzibati həbs verilmişdir. İlqar ona zəng edərək Təbrizi həmin yerdən çıxara biləcəyini demiş və həmin zaman da bir qədər pullarını almış və işlərini həll etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur. 2019-cu ilin yay aylarında oğlu Təbriz İlqar adlı şəxslə tanış olmuş, İlqar özünü Təbrizə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmiş, istənilən işdə Təbrizə köməklik edəcəyini bildirmişdir. Hətta, 2019-cu ilin təxminən avqust ayında Təbriz Talehlə birlikdə İsmayıllı rayonuna gedərək, İlqara məxsus “Volvo” markalı avtomaşını ona məxsus “VAZ 2107” markalı avtomaşına barter yolu ilə dəyişmişdir, söhbət zamanı İlqar onlara Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində rəis müavini vəzifəsində işlədiyini ona görə də istənilən problemi həll edə biləcəyini demişdir. Bundan sonra İlqar oğlu Təbrizə zəng vuraraq “Qazel” markalı maşını 3500 manata satdığını demişdir, Təbriz də İlqarla razılaşmışdır. Sonradan Təbriz poçt vasitəsi ilə 1300 manat məbləğində pulu Təqsirləndirilən şəxs göndərsə də İlqardan bir xəbər çıxmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə Təbriz avtoqəza törətmişdir. Təbriz avtoqəza törətdiyinə görə onun barəsində 1 aylıq inzibati həbs verilmişdir. İlqar həyat yoldaşına və ona zəng edərək Təbrizi həmin yerdən çıxara biləcəyini demiş və həmin zaman da bir qədər pullarını almış və işlərini həll etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin sentyabr ayında əmisioğlu Təbrizin vasitəsi ilə Təqsirləndirilən şəxsla tanış olmuşdur. O, qohumu X3 həbsdən azad olunması üçün özünü ona vəzifəli şəxs kimi təqdim etmiş Təqsirləndirilən şəxs 1500 manat məbləğində pul göndərmişdir. İlqar bir həftə sonra 500 manat da pul istəmiş və o da göndərmişdir. Bu ardıcıllıqla daha 400 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs qohumu Süleymanın həbsdən azad edilməsi qarşılığında 3900 manat pul istəmiş və o da həmin məbləğdə pulu ona göndərmişdir. Təqsirləndirilən şəxs ona özünü Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini kimi təqdim edərək qohumu Süleymanın işini həll edə biləcəyini və onun bu səbəbdən narahat olmamağını demişdir. O, İlqardan Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini olmasını təsdiq edən sənədi istədikdə İlqar, gülümsəyərək “o, özüm sənədəm də” deyə ifadəsini işlətmişdir. O da İlqara inanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin təxminən sentyabr ayında özünə münasib iş axtarırmış, bu barədə bütün tanışlarına və qohumlarına bildirmişdir. 2019-cu ilin sentyabr ayının təxminən 17-18-də əmisioğlu Zərərçəkmiş şəxs1 ilə Qax şəhərində çayxanaların birində oturub çay içərkən ona “İlqarın istənilən şəxsə istənilən sahədə köməklik göstərə biləcəyini” demişdir. O, Təbrizdən Təqsirləndirilən şəxsla danışmasını, mümkünsə, İlqarın onun Daxili İşlər Nazirliyinin Mühafizə Xidmətində Qax rayonu üzrə hər hansı mühafizə işinə düzəltməsinə köməklik göstərməsini xahiş etmişdir. Təbriz onun yanında İlqara zəng vurub danışmış və onun iş axtarmağı barədə ətraflı məlumat vermiş, İlqar heç bir problem olmadığını bildirərək onlara məlumat verəcəyini demişdir. O, bundan sonra Təbrizdən İlqarın mobil nömrəsini götürmüş və özü əlaqə saxlamışdır, İlqar narahat olmamasını, onu Qax rayon Mühafizə Xidmətinə işə qəbul etdirəcəyini bildirmişdir. Sonradan İlqar ona zəng edib mühəfizəyə düzəltməsi üçün 2000 manat pula ehtiyac olduğunu demiş, o, həmin an İlqara o məbləğdə pulu göndərə bilməyəcəyini demişdir. İlqar ona 5-10 dəqiqə sonra zəng edərək “kasıb olduğunu anlayıram, o zaman 400 manat pul göndər” deyərək onu razı salmışdır. Bir müddət keçdikdən sonra İlqar ona zəng edərək artıq onun X27 idarəsinin əməkdaşı olduğunu və bu münasibətlə onu təbrik etdiyini demişdir. O da İlqara Qax rayonu Mühafizə şöbəsinə düzəlməyini istədiyi barədə onunla olmuş söhbətlərini xatırlatmışdır. İlqar ona Qax rayonu Mühafizə şöbəsinə düzəlməyi ilə əlaqədar 200 manat da pul istəmiş, o da göndərmişdir. Ümumilikdə Təqsirləndirilən şəxs 600 manat pul göndərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Zəyəm kəndində yaşayır. Qax rayon, Çüdüllü kənd sakini Şahid1la yaxın münasibəti var imiş. Bir gün Zəyəm kəndində olarkən Taleh ona zəng vurub bildirmişdir ki, təcili olaraq tanıdığı bir şəxsə poçt vasitəsilə pul göndərməlidir, lakin şəxsiyyət vəsiqəsi üzərində olmadığına görə pul köçürməsini həyata keçirə bilmir. Taleh ondan şəxsiyyət vəsiqəsilə həmin pul köçürməsini həyata keçirməyi xahiş etmişdir. Talehlə yaxın münasibəti olduğuna görə onunla razılaşmışdır. Bundan sonra onlar birlikdə Qax rayon Mərkəzi poçtunun Zəyəm kənd filialına getmişlər və onun adından Təqsirləndirilən şəxs adlı şəxsin adına köçürmə haqqı çıxıldıqdan sonra 300 manat pul vəsaiti köçürülmüşdür. Həmin vaxt o, Talehdən nə məqsədlə Təqsirləndirilən şəxs adlı şəxsə pul göndərməsini soruşmamış, Taleh də bu barədə ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Qax rayon, Çüdüllü kənd sakini Şahid1 anası evində olarkən ona tanıdığı bir şəxsə poçt vasitəsilə pul göndərməli olduğunu, şəxsiyyət vəsiqəsi üzərində olmadığına görə pul köçürməsini həyata keçirə bilmədiyini demişdir. Şahid1 anası, onun şəxsiyyət vəsiqəsindən istifadə edərək pulu göndərməyini istəmişdir. O razılaşmış və Qax rayon Mərkəzi poçtunun Zəyəm kənd filialına getmişlər. Onun adından Təqsirləndirilən şəxs adlı şəxsin adına köçürmə haqqı çıxıldıqdan sonra 300 manat pul vəsaiti köçürülmüşdür. Bir müddət sonra yenə də Talehin anasının xahişi ilə həmin poçt məntəqəsi vasitəsilə İlqar adlı şəxsin adına onun adından 250 manat bir, 450 manat da pul vəsaiti də bir göndərmişlər. O, həmin vaxt Talehin anasından nə məqsədlə Təqsirləndirilən şəxs adlı şəxsə pul göndərməsini soruşduqda pulu əmisioğluna köçürdüyünü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Qax rayonu Zəyəm kəndində yaşayır. Qax rayon, Çüdüllü kənd sakini Şahid1 onun uzaq qohumudur. Evində olarkən Taleh ona zəng vurub təcili olaraq tanıdığı bir şəxsə poçt vasitəsilə pul göndərməli olduğunu, amma şəxsiyyət vəsiqəsi üzərində olmadığına görə pul köçürməsini həyata keçirə bilmədiyini demiş, Taleh ondan şəxsiyyət vəsiqəsi olmadığına görə şəxsiyyət vəsiqəsindən istifadə edərək həmin pul köçürməsini həyata keçirməyini istəmişdir. Talehlə uzaq qohum olduğuna görə razılaşmış, bundan sonra birlikdə Qax rayon Mərkəzi poçtunun Zəyəm kənd filialına getmişlər və onun adından Təqsirləndirilən şəxs adlı şəxsin adına köçürmə haqqı çıxıldıqdan sonra 400 manat pul vəsaiti göndərilmişdir. Həmin vaxt o, Talehdən nə məqsədlə Təqsirləndirilən şəxs adlı şəxsə pul göndərməsini soruşmamış, Taleh də bu barədə ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 2009-cu ilin dekabr ayından daxili işlər orqanlarında polis nəfəri kimi çalışır, 2015-ci ildən isə Şəki rayonlararası Mühafizə şöbəsinin Qax rayonu üzrə manqa komandiri vəzifəsində işləyir. 2019-cu ilin sentyabr ayında telefonuna zəng gəlmiş, bir şəxs Qurban adlı tanışının Şəki rayonlararası Mühafizə şöbəsində polis nəfəri kimi işə qəbul olunmaq istədiyini bildirmiş, Qurbanı qəbul edərək sənədlərinə baxmağını, mümkün olarsa Qurbanın Qax rayon mühafizə şöbəsinə işə qəbul olunmasına köməklik göstərməyini xahiş etmişdir. O, razılaşmış, Qurbanın rəhbərlik etdiyi mühafizə şöbəsinə müraciət etməyini bildirmişdir. Sonra Qurbanın müvafiq sənədlərinə - hərbi bileti və şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra bildirmişdir ki, onun yaşı 35-dən çoxdur və bununla əlaqədar polisə qəbul ola bilməz. Onlara mühafizə polisinə düzələ bilməsi üçün rəisə müraciət etməklərini bildirmiş, onlar isə Qurbanın yalnız polis nəfəri olmaq istədiyini bildirmişlər. Həmin vaxtdan sonra onları bir də görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan edilmiş Şahid3 ifadəsindən görünür ki, o 2019-cu ilin avqust-sentyabr aylarında işlədiyi “xxxxxxxxxxx” MMC-dəki işi maddi cəhətdən onu qane etmədiyinə görə aylıq əmək haqqı yüksək olan iş yeri axtarmış, bu barədə bütün tanışlarına o cümlədən xalası oğlu Zərərçəkmiş şəxs1 da bildirmişdir. 2019-cu ilin avqust aymın sonunda Təbriz ona İlqar adlı şəxslə tanış olduğunu, sonuncunun özünü ona Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşı kimi təqdim edib, istənilən işi həll edə biləcəyini bildirdiyini demişdir. Təxminən 2 gün sonra Təbrizlə yaşadığı Qax rayon, Çüdüllü kəndindəki evində çay içərkən sonuncudan xahiş etmişdir ki, İlqarla əlaqə saxlayıb, ona münasib iş tapmaqda köməklik göstərməsini xahiş etsin. Təbriz istifadəsində olan mobil telefonla Təqsirləndirilən şəxs xatırlamadığı mobil nömrəsinə zəng edib, bir qədər danışdıqdan sonra onun barəsində məlumat vermiş, daha sonra isə telefonu ona verib, İlqarla danışmağını bildirmişdir. İlqar özünü ona Dövlət Təhlükəsizlik Xidmətinin məsul əməkdaşı kimi təqdim edib müvafiq işlə təmin edə biləcəyini demişdir. O, İlqara “xxxxxxxxxx” MMC- də aşpaz olaraq işlədiyini, ona görə də mümkünsə, həmin sahə üzrə onun başqa işə keçirilməyinə köməklik göstərməsini xahiş etmişdir, İlqar isə heç bir problem olmadığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində mühüm vəzifələrdə işləyən yaxın tanışlarının olduğunu, odur ki, həmin şəxslər vasitəsi ilə onu Dövlət Neft Şirkətinin idarələrindən birində operator işinə təyin etdirə biləcəyini demişdir. Həmçinin İlqara sonuncunun sözləri ilə sənədlərinin - şəxsiyyət vəsiqəsi, hərbi bilet, sürücülük vəsiqəsi və xidməti vəsiqəsinin fotoşəkillərini çəkib “whatsapp” proqramı vasitəsilə göndərmişdir. O, həmin proqram vasitəsilə qeyd olunan sənədləri İlqara göndərmiş, lakin sonradan mobil telefonunu dəyişib yenisini aldığı üçün İlqara sənəd göndərməsinə dair qeydlər silinmişdir. İlqar onu işə təyin etdirmək üçün Neft Şirkətində işləyən tanışlarına müəyyən məbləğdə pul verilməli olduğunu bildirmiş, o İlqarla razılaşmışdır. Belə ki, təxminən 2-3 gün sonra xx.xx.2019-cu il tarixdə İlqar ona zəng vurub bildirmişdir ki, “Səni təbrik edirəm, sənədlərini Neft Şirkətinə təqdim etmişəm. Həmin şirkətdə işləyən tanışım səni operator işinə qəbul etməyə razılıq vermişdir. Lakin həmin şəxsə təcili olaraq, 500 manat pul verilməlidir”. O, İlqarın sözləri ilə razılaşıb hazırda Şəki rayonu, Aşağı Göynük kəndindəki evində olduğunu bildirmiş, İlqar isə hazırda Bakı şəhərində olmasını demişdir. Ona görə də İlqar ona bildirmişdir ki, 500 manat pulu ona poçt vasitəsilə göndərsin. O da həmin gün yəni 28,08.2019-cu il tarixdə 9.60 manat köçürmə haqqı çıxılmaqla cəmi 490 manat pulu X33 şöbəsinin Aşağı Göynük filialı vasitəsilə İlqara göndərmişdir. Daha sonra İlqar ona zəng vurub bildirmişdir ki, “Narahat olma, məsələ həll olunub". Bundan sonra o, bir neçə dəfə İlqara zəng vurub işin nə yerdə olduğunu soruşmuş, sonuncu isə hər dəfə qısa müddətdə məsələni həll edəcəyini demişdir.xx.xx.2019- cu il tarixdə İlqar ona zəng vurub təcili olaraq işi həll edəcək şəxsə 200 manat pul verilməli olduğunu demiş, o, həmin vaxt neft daşlarında işində olmuş, həmçinin maddi vəziyyəti də yaxşı olmamışdır. Ona görə də, İlqara 200 manat deyil, 150 manat pulunun olduğunu bildirmişdir. İlqar razılaşıb, dərhal həmin pulu poçt vasitəsilə ona göndərməsini bildirmişdir. Həmin vaxt neft daşlarında işdə olduğuna görə xalası oğlu Zərərçəkmiş şəxs1 zəng vurub 150 manat pulu Təqsirləndirilən şəxs göndərməsini xahiş etmiş və həmin pulu ona qaytaracağını bildirmişdir. Sonradan Təbriz 150 manat pulu İlqara Qax rayon mərkəzi poçtu vasitəsilə göndərmişdir. Lakin bir müddət sonra ona məlum olmuşdur ki, İlqar onun Neft Şirkətində işə qəbul olunmağı üçün heç bir iş görməyib, ondan aldığı 640 manat pulu isə ona məlum olmayan başqa yerə sərf elmişdir. O, İlqara dəfələrlə zəng vursa da , sonuncunun mobil nömrəsi sönülü vəziyyətdə olmuşdur. Ona həmçinin sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan başqa qohumu Şahid1 sonuncunun yeznəsini həbsdən azad etdirmək adı ilə təxminən 4000 manat, digər qohumu Şahid4 sonuncunu mühafizə polisində işə düzəltmək adı ilə 600 manat, xalası oğlu Təbrizə “Qazel” maşını satmaq adı ilə 1300 manat, sonuncunun inzibati həbsdən azad olunması adı ilə isə atası Araz və anası Nazənindən 1100 manat pulu alaraq dələduzluq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadəsi elan edilmiş Şahid10 ifadəsindən görünür ki, o 2018-ci ildən hazıradək Penitensiar Xidmətin X6 rəis müavini (tərbiyə işləri üzrə) vəzifəsində işləyir, ədliyyə polkovnik-leytenantı xüsusi rütbəsindədir. Şəki Penitensiar müəssisəsi Şəki şəhərində yerləşir, dörd rejim korpusundan və istintaq təcridxanasmdan ibarətdir, müəssisədə dislokasiya üzrə Şəki, Qax, Balakən, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Yevlax, Mingəçevir, Ağsu, Ucar, Ağdaş, Göyçay və Zərdab rayonları ərazisində cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxslər və bu rayonlarda qeydiyyatda olan məhkumlar saxlanılır. Penitensiar Xidmətin X6 rəis müavini (tərbiyə işləri üzrə) kimi əsas vəzifəsi məhkumlara və həbs edilmiş şəxslərə aid hissədə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərlə tərbiyə işinin təşkili, yəni X10 və X11 tərkibini müəyyənləşdirmək və fəaliyyətinə nəzarət etmək, bayram və hüzn günləri ilə əlaqədar olaraq müəyyən tədbirlərin hazırlanaraq həyata keçirilməsinə nəzarət etmək, məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə rüb ərzində geniş tədbirlər hazırlayıb həyata keçirilməsinə nəzarət etmək, tərbiyə işinin təşkili şöbəsinin əməkdaşları tərəfindən müvafiq xidməti sənədlərin tərtibi işini nəzarətdə saxlamaq, məhkumların, həbs edilmiş şəxslərin və vətəndaşların qəbulunu həyata keçirmək, çətin tərbiyə olunan məhkumların islah prosesinə digər xidmət sahələrinin əməkdaşlarının cəlb olunmasını təşkil etmək, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi ilə bağlı məhkumlar arasında maarifləndirici söhbətlərin aparılmasına nəzarət etmək və sairdən ibarətdir. X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində həbs qətimkan tədbiri seçilərək saxlanılması üçün xx.xx.2018-ci il tarixdə Şəki Peniteıısiar müəssisəsinə gətirilmişdir. Süleyman Əhmədov xx.xx.2019-cu il tarixdə cəza çəkdiyi korpusda növbədənkənar olaraq telefon otağına keçmək istəyərkən xidmətdə olan nəzarətçi tərəfindən irad tutulduqda səs-küy salaraq kobudluq etmişdir və bu səbəbdən də barəsində müəssisə rəisi tərəfindən tənbeh tədbiri tətbiq edilərək ona “töhmət” elan edilmişdir. Bir müddət sonra istifadəsində olan 050-255-96- 62 mobil nömrəsinə əvvəldən tanımadığı və mobil nömrəsini xatırlamadığı bir nəfər şəxs zəng edərək özünü ona Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edib X3 qohumu olmasını və onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması üçün köməklik göstərməsini xahiş etmişdir. O, özünü ona İlqar kimi təqdim edən həmin şəxsə Süleyman Əhmədovun nümunəvi davranış göstərmədiyinə görə hazırda köməklik göstərməyin mümkün olmadığını bildirmiş, lakin İlqar adlı həmin şəxs prokurorluq orqanlarında işləyən yüksək vəzifəli şəxslərlə də Süleymanın azadlığa buraxılması ilə bağlı danışdığını, yalnız işlədiyi X6 rəisinin razılığı tələb olunduğunu bildirmişdir. Lakin o, təkrar olaraq İlqar adlı həmin şəxsə qanunvericiliyə əsasən Süleyman Əhmədovun azadlığa buraxılmasının mümkün olmadığını izah etmişdir. İlqar adlı həmin şəxs ondan israrla Süleymanın azadlığa buraxılmasına köməklik göstərməsini və sonuncunun qohumu, Qax rayon sakini Şahid1 da qəbul etməsini xahiş etmişdir. O, İlqara bir vətəndaş kimi Talehi qəbul edə biləcəyini, lakin sonuncuya da qanunun tələbini izah edəcəyini demişdir. İlqar onun sözləri ilə razılaşmış və Talehi bir vətəndaş kimi qəbul edib vəziyyəti izah etməsini xahiş etmişdir. Bir müddət sonra isə həqiqətən də Şahid1 onun qəbuluna gəlmiş, Talehin sözlərindən ona məlum olmuşdur ki, ona zəng vuran İlqar adlı həmin şəxs Talehi aldatmışdır. Belə ki, Taleh ona bildirmişdir ki, İlqar onun qohumu Süleymanı həbsdən azad etdirmək adı ilə ondan müxtəlif məbləğlərdə pul almışdır. O, yenə də Süleymanın hazırda azadlığa buraxılmasının mümkün olmadığını Talehə bildirmiş və İlqarla bağlı hər hansı şikayəti olduğu halda bu barədə hüquq mühafizə orqanlarına müraciət edə biləcəyini izah etmişdir. Təqsirləndirilən şəxs etibardan süi-stifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə təkrar cəhd etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təkrarən təhrik etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəməsi cinayət işinin istintaq materiallarında olan aşağıda göstərilən sənədlərlə də öz təsdiqini tapır. İş materiallarına əlavə olunan xx xxxxxx 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, telefon danışıqlarının «xxxxxxx» MMC-dən götürülməsi haqqında Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 5(001)-932/2019 saylı qərarı əsasında Təqsirləndirilən şəxs istifadəsində olmuş 077-550-51- 5 N°-li mobil nömrəyə 21.04.19cu il tarixdən 23.10.19-cu il tarixədək olan dövrdə daxil olan və çıxan telefon zənglərinin siyahısının, həmin mobil telefon nömrələrinin kimə məxsus olması, SMS-lərin yazılı mətnləri, habelə həmin zənglərin qeydə alındığı antenlərə dair məlumatlarına dair “xxxxxxx” MMCnin təqdim etdiyi 1 ədəd “CD” formatlı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən Şahid1 istifadəsində olan ***-***-**-** nömrə ilə xx.xx.2019-cu il tarixdə saat 17:52-də 165 saniyə, 15:20-də 228 saniyə, 15:28-də 34 saniyə, 15:46-da 25 saniyə, 15:47-də 281 saniyə, 16:35-də 35 saniyə, 17:10-da 148 saniyə, 19:21-də 32 saniyə, 19:30-da 27 saniyə, 20:13-də 27 saniyə, 20:56-da 27 saniyə, 22:00-da 40 saniyə, 23:14də 59 saniyə, 23:22-də 123 saniyə, 23:24-də 35 saniyə, 23:25- ə 265 saniyə xx.xx.2019-cu il tarixdə saat 00:52-də 182 saniyə, 01:12-də 69 saniyə, 03:33-də 32 saniyə, 08:30-da 56 saniyə, 08:31-də 867 saniyə, 08:58-də 161 saniyə, 10:30-da 121 saniyə, 10:38-də 36 saniyə, !0:52-də 32 saniyə, 13:05-də 108 saniyə, 13:09-da 19 saniyə cu il tarixdə saat 15;48-də 105 saniyə, 04.09.19-cu il tarixdə saat 10:11-də 485 saniyə, 10:25-də 92 saniyə, 12:03-də 2 saniyə, 15:51-də 2 saniyə, 05.09.19-cu il tarixdə saat 12:09-da 326 saniyə, 06.09.19-cu il tarixdə saat 17:10-da 28 saniyə, 07.09.19-cu il tarixdə saat 09:29- a 71 saniyə, 15:16-da 106 saniyə, xx.xx.2019-cu il tarixdə 10:46-da 265 saniyə, 11:15-də 51 saniyə, 12:03-də 10 saniyə, 10.09.19-cu il tarixdə saat tl:25-də 127 saniyə, cu il arixdə saat ll:00-da 19 saniyə, 15:13-də 135 saniyə, 17:37-də 127 saniyə, 17:47-də 49 aniyə, 17:56-da81 saniyə, xx.xx.2019-cu.il tarixdə saat ll:04-də 2 saniyə, ll:04-də 245 aniyə, ll:39-da 77 saniyə, 1 l:41-də 8 saniyə, 11:41-do 17 saniyə, ll:41-də 36 saniyə, 13:36- a 52 saniyə, 15:45-də 16 saniyə', 19:33-də 275 saniyə, xx.xx.2019-cu il tarixdə saat 10:31də 51 saniyə, ll:53-də 404 saniyə, 12:20-də 5 saniyə, 12:20-də40 saniyə, 12:21-də 574 saniya' 12:47-də saniyə, 13:34-də 14 saniyə, 13:34-də 35 saniyə, 14:33-də 60 saniyə, cu il tarixdə saat 16:l6-da 14 saniyə, 19:18-də 89 saniyə, cu il tarixdə saat 10:06-da 351 saniyə, 0:15-də 54 saniyə, 10:24-də saniyə, 10:39-da 51 saniyə, ll:02-də 303 saniyə, 1 l:14-də 32 aniyəl 1 l;15-də 302 saniyə, ll:27-də 204 saniyə, 15:39-da 20 saniyə, 17:21-də 34 saniyə, cu l tarixdə saat 12:20-də 72 saniyə, İ4:00-da 77 saniyə, 14:33-də 1766 saniyə, 15:16-da 118 aniyə, 15:22-də 192 saniyə, 15:55-də 37 saniyə, 16:48-də 7 saniyə, 17:18-də 19 saniyə, 17:49-da 19 saniyə , 19.-:03-də 34 saniyə, 19:56-da 28 saniyə, 22:32-də 7 saniyə, 22:33-də 8 saniyə, 23:22-də 418 saniyə, cu il tarixdə saat 09:03-də 95 saniyə, 09:İ4-də 29 saniyə, 9:42-də 31 saniyə, 10:09-da 559 saniyə, 10:34-də 41 saniyə, ll:29-da 23 saniyə, 12:05- də 64 saniyə, 12:10-da 73 saniyə, 12:19-da 22 saniyə, 13:47-də 63 saniyə, 15:23-də 119 saniyə, 15:31-də 9 saniyə, 15:31-də 199 saniyə, 15:45də 26 saniyə, 16:56-da 44 saniyə, 7:33-də 12 saniyə, 17:49-da 81 saniyə, 18:İ0-da 5 saniyə, 18:10-da 99 saniyə, İ8:12-də 34 saniyə, 8:24-də 44 saniyə, 18:49-da 231 saniyə, 19:53-də 341 saniyə, 20:30da 42 saniyə, 2:46-da 194 saniyə, xx.xx.2019-cu il tarixdə saat 09;02-də 31 saniyə, 09:55-də 56 saniyə, 12:09-da 61 saniyə, 12:37- də 561 saniyə, 13:03-də 515 saniyə, 13:41-də 462 saniyə, 3:50-də 103 saniyə, 13:52-də 658 saniyə, 14:13-də 110 saniyə, 14:46-da 1504 saniyə, 15:ll- ə 69 saniyə, 15:18-də 87 saniyə, 15:41-də 23 saniyə, 16:37-də 106 saniyə, 17:17də 132 aniyə, 19:11-də 77 saniyə, 19:54-də 22 saniyə, 20:27-də 276 saniyə cu il tarixdə saat 10:12- ə 66 saniyə, 10:27-də 10 saniyə, ll:35-də 52 saniyə, 12:50-də 42 saniyə, 15:11-də 21 aniyə, 15:12-də 37 saniyə, 15:31 -də 13 saniyə, İ5:31-də 446 saniyə, 15:39-da 16 saniyə, 15:44də 236 saniyə, 15:49- da 232 saniyə, 17:53-də 2621 saniyə, 21:51-də 136 saniyə, 3:28-də 739 saniyə, cu il tarixdə saat 08:54-də 19 saniyə, 09:09-da 26 saniyə, 09:31-də 17 aniyə, 09:33-də 12 saniyə, 09:34-də 64 saniyə, 10:10-da 10 saniyə, 10:12-də 36 saniyə, 0:16-da 62 saniyə, 10:36-da 100 saniyə, İ0;38-də 145 saniyə, 11:01- də 28 saniyə, ll:02-də 2 saniyə, ll:03-də 11 saniyə, ll:18də 295 saniyə, 11:27-də 156 saniyə, 12:04-də 33 saniyə, 12:27-də 156 saniyə, 14:33-də 40 saniyə, 14:46-da 07 saniyə, 14:47-də 139 saniyə, 14:49- a 51 saniyə, 14:54-də 43 saniyə, 15:13də 162 saniyə, 15:28-də27 saniyə, 15:34-də 15 aniyə, 15:56-da 39 saniyə, 16:56-da 61 saniyə, 17:27-də 124 saniyə, 17:35-də 158 saniyə, 7:51 - də 38 saniyə, 18:34-də 318 saniyə, 19:10-da 114 saniyə, 19:13-də 132 saniyə, 0:03- ə 86 saniyə, 21:26-da 714 saniyə, 23:06-da 141 saniyə, 00:03-də 11 saniyə, 09:53-də 40 saniyə, ll:22-də 102 saniyə, ll:44-də 110 saniyə, 12:44-də 141 saniyə, 13:23-də 15 saniyə, 3:59-da 65 saniyə, 17:l7-də 20 saniyə, 17:34-də 542 saniyə, 17:44də 23 saniyə, 17:59-da 4 saniyə, 19:14-də 30 saniyə, 22:51-də 338 saniyə, 23:02-də 104 saniyə, 23:47-də 70 aniyə, xx.xx.2019-cu il tarixdə saat 10:46-da 95 saniyə, ll:57-də 24 saniyə, 12;07-də 46 saniyə, 12:51-də 265 saniyə, 13:10-da 237 saniyə, 13:51-də 84 saniyə, 14:14-də 56, 14:51- ə 6 saniyə, 15:35-də 64 saniyə, 16:06-da 51 saniyə, 16:10-da 75 saniyə, İ6:31-də 98 saniyə, 16:49da 91 saniyə, 17:08-də 189 saniyə, 17:52-də 12 saniyə, 17:52-də 122 saniyə, 8:34-də 30 saniyə, 18:44-də 597 saniyə, 19:27-də 28 saniyə, 20:18-də 32 saniyə, xx.xx.2019-cu il tarixdə saat l5:33də 100 saniyə, 15:35-də 150 saniyə, 15:43-də 104 saniyə, 15:50-də 225 saniyə, 16:02-də 45 saniyə, 16:06-da 62 saniyə, 16:43-də 39 saniyə, 16:50-də 124 saniyə, 18:10-da 61 saniyə, 18:29da 148 saniyə, 20:50-də 54 saniyə, 20:52-də 92 saniyə, 2İ:08-də 51 saniyə, 21:15-də 78 saniyə, 21:34-də 23 saniyə, xx.xx.2019-cu il tarixdə saat 08:28-də 88 saniyə, 09:01-də 41 saniyə, 10:04də 158 saniyə, 14:43-də 201 saniyə, 15:17-də 175 saniyə, 18:24-də 265 saniyə, 18:46-da 65 saniyə, xx.xx.2019-cu il tarixdə saat ll:54-də 60 saniyə, 20:34-də 23 saniyə, 2 l:38-də 186 saniyə, 22:27-də 56 saniyə, xx.xx.25019-cu il tarixdə saat 07:06-da 74 saniyə, 13:56-da 1916 saniyə, 15:48- də 266 saniyə, 17:12-də 46 saniyə, 17:14-də 107 saniyə, 19:36-da 89 saniyə, 22:55-də 262 saniyə, xx.xx.2019-cu il tarixdə saat 10:00-da 32 saniyə, 12:24-də 192 saniyə, 14:04-də 44 saniyə, 15:27-də 97 saniyə, 16:52-də 182 saniyə, 18:49- da 84 saniyə, xx.xx.2019-cu il tarixdə saat 10:48-də 182 saniyə, 14:36-da 8 saniyə, 14:38-do 173 saniyə, 15:52-də 111 saniyə, 17:29da 45 saniyə, cu il tarixdə saat 09:10-da 279 saniyə, 09:15-də 394 saniyə, 09:22-də 32 saniyə, 12:40-da 190 saniyə, xx.xx.2019-cu il tarixdə saat 12:32-də 45 saniyə, 20:04-də 115 saniyə, 21:31-də 21 saniyə, xx.xx.2019-cu il tarixdə saat 12:29-da 915 saniyə, xx.xx.2019-cu il tarixdə saat 12:56-da 58 saniyə, 14:57-də 12 saniyə, 16:37-də 67 saniyə, 16:38-də 69 saniyə, xx.xx.2019-cu il tarixdə saat 07:20-də 19 saniyə, 07:21-də 13 saniyə, 08:07-də 96 saniyə, xx.xx.2019-cu il tarixdə saat İ4:47-də 202 saniyə Zərərçəkmiş şəxs1 istifadəsində olan 077- ***-**- ** nömrə ilə xx.xx.2019-cu il tarixdə saat 12:05-də 35 saniyə, Şahid5 istifadəsində olan ***-***-**- ** nömrə ilə 27.08,19- cu il tarixdə saat 13:09-da 40 saniyə, Şahid3 istifadəsində olan ***-***-**-** nömrə ilə xx.xx.2019-cu il tarixdə saat 19:12- də 238 saniyə, saat 09:39-da 90 saniyə, 09:41-də 374 saniyə, 09:54-də 56 saniyə, 09:59-da 11 saniyə,10:00-da 332 saniyə, 10:07-də 39 saniyə, 10:11-də 233 saniyə, 10:24-də 463 saniyə,10:41-də 296 saniyə,10:48-də 79 saniyə,10:55-də 137 saniyə,ll:06-da 126 saniyə, ll:16-da 27 saniyə, 13:45-də 543 saniyə,13:55- də 118 saniyə, 14:20də 336 saniyə, 14:30-da 2 saniyə,273 saniyə, 14:38-də 228 saniyə,14:46-da 342 saniyə, 15:19da 94 aniyə,!5:36-da 60 saniyə,15:39-da 73 saniyə, 15:50-də 69 saniyə, 16:01-də 24 saniyə, 17:21-də 25 saniyə, xx.xx.2019-cu il tarixdə saat ll:59-da 107 saniyə, 12:18-də 45 saniyə, xx.xx.2019-cu il tarixdə saat 16:0İ-də 189 saniyə, xx.xx.2019-cu il tarixdə saat 11:36-da 49 saniyə,14:05-də 51 saniyə, xx.xx.2019-cu il tarixdə saat ll:05-də 33 saniyə, 17:46-da 103 saniyə, xx.xx.2019-cu il tarixdə saat 10:50-də 47 saniyə, cu il tarixdə saat 16:ll-də 89 saniyə,xx.xx.2019cu il tarixdə saat 22:35-də 42 saniyə, xx.xx.2019-cu il tarixdə 21:07-də 40 saniyə, xx.xx.2019-cu il tarixdə saat 10:20-də 31 saniyə, 14:20-də 47 saniyə, l5:44-də 30 saniyə, 18:30- da 70 saniyə, 19:13-də 94 saniyə, xx.xx.2019-cu il tarixdə saat 09:15-də 79 saniyə,09:35-də 11 saniyə, 09;50də 115 saniyə, xx.xx.2019-cu il tarixdə 15:06- da 40 saniyə,18:56-də 22 saniyə, xx.xx.2019-cu il tarixdə saat 16:14-də 17 saniyə, xx.xx.2019-cu il tarixdə saat 17:13-də 45 saniyə,20:01-də 65 saniyə, cu il tarixdə saat 12:15-də 26 saniyə, 12:53-də 21 saniyə, xx.xx.2019- cu il tarixdə saat 10:46-da 38 saniyə,17:35-də 42 saniyə, xx.xx.2019-cu il tarixdə saat 19:00-da 64 saniyə müddətində telefon danışığı olmuşdur. Qeyd edilən telefon danışıqlarından da görünür ki, Təqsirləndirilən şəxs Şahid1 sonuncunun qohumu Süleyman Əhmədovun həbsdən azad olunması adı ilə bağlı 3450 manat, Zərərçəkmiş şəxs1 “Qazel” markalı maşının satmaq adı ilə 1300 manat, Şahid3 Dövlət Neft Şirkətində işə düzəltmək adı ilə 640 manat və Şahid4 Şəki rayonlararası X25 rayon mühafizə şöbəsində işə düzəltmək adı ilə 600 manat pulu 2019-cu ilin avqust ayından həmin ilin sentyabr ayının sonlarınadək olan müddətdə almış və sonuncularla da qeyd edilən dövrdə mütəmadi olaraq mobil telefon vasitəsilə danışıqlar aparmışdır. (cild 1, iş vərəqə 328-331) İş materiallarına əlavə olunan xx.xx.2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, işi üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid1 araşdırmaya təqdim etdikləri sonuncuların Təqsirləndirilən şəxsla aralarında olan telefon danışıqlarını əks etdirən 1 ədəd CD formatlı diskə baxış keçirərkən müəyyən olunmuşdur ki, diskdə 2 ədəd “taleh” və “Qurban” adlı qovluq vardır. “Qurban” adlı qovluğu açdıqda müəyyən edildi ki, həmin qovluqda 56 ədəd səs yazısı vardır. Qeyd edilən səs yazıları ardıcıllıqla dinlənildikdə müəyyən edildi ki, həmin telefon danışıqları Şahid4 ilə Təqsirləndirilən şəxs arasında aparılmışdır. Danışıqların əsəs məzmunu ondan ibarətdir ki, Təqsirləndirilən şəxs Şahid4 sonuncunu Şəki rayonlararası X24 rayon mühafizə şöbəsinə polis nəfəri kimi işə qəbul etdirmək adı ilə ondan iki dəfəyə cəmi 600 manat pulu poçt vasitəsilə göndərməsini bildirir. Şahid4 isə həmin məbləğdə pulu Təqsirləndirilən şəxs poçt vasitəsilə göndərdiyini deyir. Səs yazılarında həmçinin Təqsirləndirilən şəxs guya Bakı şəhərindən Qax rayonuna gəldiyini, Şahid4la görüşmək istədiyini bildirir. Qeyd edilən diskdə olan “taleh” qovluğuna da baxış keçirilərkən müəyyən olundu ki, həmin qovluqda 13 ədəd səs yazıları vardır. Qeyd edilən səs yazıları da ardıcıllıqla dinlənildikdə müəyyən edildi ki, həmin səs yazılarında Təqsirləndirilən şəxs Şahid1 sonuncunun qohumu Süleyman Əhmədovun azadlığa buraxılması adı ilə ondan pul aldıqdan sonra X7 rəis müavini vəzifəsində işləyən Elçin adlı şəxslə danışıb S.Əhmədovun azadlığa buraxılmasına köməklik göstərməsini ondan xahiş edir. Elçin adlı şəxs isə Təqsirləndirilən şəxs bunun mümkün olmadığını, belə ki, S.Əhmədova töhmət verildiyini, həmin töhmətin S.Əhmədovun şəxsi işinə əlavə olunduğunu, töhmət verilmiş məhbus barəsində isə müsbət rəy verilməsinin mümkün olmadığını bildirir. Təqsirləndirilən şəxs Elçin adlı həmin şəxsə prokurorluq orqanlarında rəis vəzifəsində işləyən Həsən və Yaşar adlı şəxslərlə danışdığını, həmin şəxslərin Süleyman Əhmədovun azadlığa buraxılmasına köməklik göstərəcəklərini, lakin X6 rəisinin də razılığı tələb olunduğunu, odur ki, həmin razılığın verilməsinə köməklik göstərməsini bildirir. Lakin Elçin adlı həmin şəxs bunun mümkün olmadığını bir daha Təqsirləndirilən şəxs bildirir. Təqsirləndirilən şəxs Elçin adlı həmin şəxsdən Süleyman Əhmədovun qaynı Şahid1 qəbul etməsini xahiş edir. Elçin adlı şəxs isə Şahid1 bir vətəndaş kimi qəbul edə biləcəyini, lakin ona da qanuna əsasən Süleyman Əhmədov barəsində müsbət rəy verilməsinin mümkün olmadığını izah edəcəyini bildirir. Həmin diskdəki səs yazılarından bir daha görünür ki, Təqsirləndirilən şəxs Şahid1 və Şahid4 özünü vəzifəli şəxs kimi təqdim etməklə, onların etibarından sui istifadə edib aldatma yolu ilə sonuncuların pullarını ələ keçirmiş və onları vəzifəli şəxsə rüşvət verməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs da öz ifadəsində də qeyd olunan danışıqları apardığını, səs yazılarında olan səsin özünə məxsus olduğunu bildirmişdir. (cild 1, iş vərəqə 336-337) İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxx” MMC-nin Qax rayon filialının 04/10 saylı məktubundan və həmin məktuba əlavə olunmuş cədvəldən görünür ki, Şahid1 tərəfindən Təqsirləndirilən şəxs adma “xxxxxxxx” MMC-nin Qax rayon filialından xx.xx.2019-cu il tarixli ********* saylı qəbz əsasında 300 manat, xx.xx.2019-cu il tarixli ********* saylı qəliz əsasında 250 manat, ********* saylı qəbz əsasında 450 manat, xx.xx.2019- cu il tarixli ********* saylı qəbz əsasında 400 manat, xx.xx.2019-cu il tarixli ********* saylı qəbz əsasında 300 manat, xx.xx.2019-cu il tarixli ********* saylı qəbz əsasında 200 manat, xx.xx.2019-cu il tarixli ********* qəbz əsasında 400 manat və həmin ********* saylı qəbz əsasında 50 manat, Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs adına “xxxxxxxx” MMC-nin Qax rayon filialından xx.xx.2019-cu il tarixli ********* saylı qəbz əsasında 100 manat, xx.xx.2019-cu il tarixli ********** saylı qəbz əsasında 450 manat, xx.xx.2019cu il tarixli ********* saylı qəbz əsasında 350 manat, ********* saylı qəbz əsasında 200 manat və cu il tarixli ********* saylı qəbz əsasında 200 manat, Şahid3 tərəfindən Təqsirləndirilən şəxs adma xxxxxxxx” MMC-nin Qax rayon filialından xx.xx.2019-cu il tarixli ********* saylı qəbz əsasında 150 manat, Şahid2 tərəfindən tlqar Məmmədovun adma “xxxxxxxx” MMC-nin Qax rayon filialından xx.xx.2019-cu il tarixli ********* saylı qəbz əsasında 1100 manat, Şahid4 tərəfindən Təqsirləndirilən şəxs adına “xxxxxxxx” MMC-nin Qax rayon filialından xx.xx.2019-cu il tarixli ********* saylı qəbz əsasında 400 manat və ********* saylı qəbz əsasında 200 manat pul vəsaiti mədaxil edilmiş və həmin pul vəsaitləri şəxsən Təqsirləndirilən şəxs tərəfindən “xxxxxxxx” MMCnin 2 və 5 saylı poçt filialları vasitəsilə qəbul edilmişdir. (cild 1, iş vərəqə 310-311) İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxx” MMC-nin X31 filialının 20.02,2020-ci il tarixli ŞRPF 92 nömrəli məktubundan görünür ki, Şəki şəhəri Baş Göynük kənd sakini Şahid3 filialın Aşağı Göynük kənd poçt şöbəsi tərəfindən Təqsirləndirilən şəxs adma xx.xx.2019-cu il tarixdə ********* saylı maniqramla göndərilmiş 490 manat məbləğində pul baratı həmin tarixdə “xxxxxxxx” MMC-nin 5 saylı Poçt filialının 3 saylı poçt şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ödənilmişdir. (cild 1, iş vərəqə 313) İş materiallarına əlavə olunan ambulator məhkəmə psİxiatrik ekspertizasının xx.xx.2020ci il tarixli 621 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül kəmağıllıq müəyyən edilir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı suallara mahiyyətinə uyğun cavab verməsi, məntiqli mülahizələr irəli sürməsi, tənqidi funksiyalarının kifayət qədər olması belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxsdə qeyd olunan kəmağıllıq əlamətləri yüngül ifadə olunduğundan onu törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altma düşmür: Yoxlanılan şəxsdə aşkar olunan yüngül kəmağıllıq onu hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa və məhkəməyə düzgün ifadə vermək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəydə bundan başqa göstərilmişdir ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən Təqsirləndirilən şəxs yüngül kəmağıllılıq müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan yüngül kəmağıllılıq onu öz hərəkətlərinə cavab verməkdən və onlara rəhbərlik etməkdən məhrum etməmişdir. Həmin rəydə bundan başqa qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasıı dərk etmək və onları idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onun həbsdə saxlanılmasına mane olmur. (cild 2, iş vərəqə 149-153) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2019-cu il tarixli 9016 saylı məktubundan görünür ki, 1981-ci il təvəllüdlü Bakı şəhəri, Cənub Dərə küçəsi, 13 ünvanda yaşayan Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2008-xx.xx.2010-cu il tarixlərdə qeyd edilən xəstəxanada müalicədə olmuşdur. (cild 1, iş vərəqə 129-130) İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixli **********61 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs və ailə üzvlərinin ümumi birgə (5 nəfər) adına Yevlax şəhərində 0.05 ha həyətyanı torpaq sahəsi aşkar edilmişdir. (cild 1, iş vərəqə 139-140) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin xx.xx.2019-cu il tarixli xx/xx-12071 saylı məktubundan; görünür ki, xx.xx.1981-ci ildə Ermənistan Respublikasında anadan olmaqla ünvan 113-də yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs Bakı şəhəri üzrə Respublika Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. (cild 1, iş vərəqə 136- 137) İş materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli (058)-26/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinməklə CM-in 69.4-cü maddəsinə əsasən 2000 manat məbləğində, Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli l-l(093)-8/2019-cu il saylı hökmünə əsasən Azərbaycan Respublikası CMnin 178.2.1, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinməklə CM-in 66.2, 66.5 və 69.4-cü maddələrinə əsasən 2500 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. (cild 1, iş vərəqə 131-132) İş materiallarına əlavə olunmuş Samux rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli l(058)-26/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinməklə CM-in 69.4-cü maddəsinə əsasən 2000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. (cild 1, iş vərəqə 148-154) İş materiallarına əlavə olunmuş Bakı Hərbi məhkəməsinin xx.xx.2019-cu il tarixli l-l(093)- 8/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinməklə CM-in 66.2, 66.5 və 69.4-cü maddələrinə əsasən 2500 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. (cild 1, iş vərəqə 246- 254) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin 02,04.2020-ci il tarixli 71792/2019-16-17/139 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 vo 178.2.4- cü maddələri ilə təqsirli bilinib 4500 (dörd min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun 06 ay 12 gün həbsdə olduğu müddət nəzərə alınaraq ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti cəza 2000 (iki min) manat məbləğində cərimə cəzası saxlanılması haqqında Samux rayon məhkəməsinin l(058)-26/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli hökmü, hökmün icrası barədə xx xxxxxxx 2017-ci il tarixli göstərişi Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinin icraatına xx xxxxxxx 2017-ci il tarixdə daxil olmuş və müvafiq qaydada icraya yönəldilməklə məhkum qeydiyyata götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Hərbi məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1-1 (093)-8/2019 saylı hökmü Samux rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Məhkum hökmlə ona təyin 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasından bu günə kimi 500 (beş yüz) manat miqdarında ödəniş etmişdir. (cild 2, iş vərəqə 156) İş üzrə Zərərçəkmiş şəxs1 xx.xx.2020-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 1, iş vərəqə 293-299) İş üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti xx.xx.2020-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 2, iş vərəqə 141-145) Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29, 178.2.2, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirliliyi özünün ifadəsi ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşmə protokolları və digər iş materialları ilə tam sübuta yetirildiyindən o həmin maddələr üzrə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsaslanaraq, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 1 azyaşlı övladının olması (2011-ci il təvəllüdlü X17) və zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42.0.12-ci maddəsində nəzərdə tutulmuş «müəyyən müddətə azadlıqdan məhrum etmə» cəza növü tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29, 178.2.2, 310 və 32.4, 312.2-ci maddələrinin sanksiyası hədlərində cəza təyin edilməsini mümkün hesab edir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır.» Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29, 178.2.2, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli qərar əsasında ittiham elan olunmuş və həmin tarixdə barəsində Bakı şəhəri Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs adına “xxxxxxxx” MMC-nin Qax rayon filialından pul vəsaitinin göndərilməsini əks etdirən xx.xx.2019-cu il tarixli **********, xx.xx.2019-cu il tarixli 256653185, xx.xx.2019-cu il tarixli 257373789, xx.xx.2019-cu il tarixli 257607102, xx.xx.2019-cu il tarixli 257796516, xx.xx.2019-cu il tarixli 257924875, xx.xx.2019-cu il tarixli ********* və xx.xx.2019-cu il tarixli ********* saylı, Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs adına “xxxxxxxx” MMC-nin Qax rayon filialından pul vəsaitinin göndərilməsini əks etdirən xx.xx.2019-cu il tarixli 255197595, xx.xx.2019-cu il tarixli, **********, xx.xx.2019-cu il tarixli 256920595, xx.xx.2019-cu il tarixli, ********* və xx.xx.2019-cu il tarixli ********* saylı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs adına “xxxxxxxx” MMC-nin Şəki rayon filialının Aşağı Göynük poçt məntəqəsindən pul vəsaitinin göndərilməsinin əks etidərn xx.xx.2019-cu il tarixli ********* saylı və həmin MMC-nin Qax rayon filialından göndərilən xx.xx.2019-cu il ********* saylı, Şahid2 tərəfindən Təqsirləndirilən şəxs adına “xxxxxxxx” MMC-nin Qax rayon filialından pul vəsaitinin göndərilməsini əks etdirən xx.xx.2019-cu il tarixli ********* və xx.xx.2019-cu il tarixli ********* saylı mədaxil qəbzləri, eləcə də Şahid1 və Şahid4 Təqsirləndirilən şəxsla aralarında olan telefon danışığını özündə əks etdirən 1 ədəd CD formatlı disk xx xxxxx 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsini əsas tuturaq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini araşdıraraq hesab edir ki, iş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə istintaqı zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, Mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxxxxx 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri Probono Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri Probono Vəkil Bürosunun nəfinə 300 (üç yüz) manat pul ödənilməlidir. Cinayət işi üzrə üzərinə həbs qoyulan və ya müsadirəyə məruz qala biləcək qeyri əmlak müəyyən edilməmişdir. Maddi sübutlar cinayət işinin materiallarında saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29, 178.2.2, 310 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 29, 178.2.2-ci maddələri ilə 03 il (üç) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 02 il (iki) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Hərbi məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1-1 (093)-8/2019 saylı hökmü Samux rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü ilə birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarında təyin edilmiş cərimə cəzasının ödənilməmiş 2000 (iki min) manat hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin olunmuş cəzaya tamamilə birləşdirilsin və ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə və 2000 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs adına “xxxxxxxx” MMC-nin Qax rayon filialından pul vəsaitinin göndərilməsini əks etdirən 04.09.19-cu il tarixli 256295708, 256653185,13.09.19-cu il tarixli 57373789, 257607102, 17.09.19-cu iltarixli 257796516, 257924875, 19.09.19-cu il tarixli ********* və ********* saylı, Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs adına '‘xxxxxxxx” MMC-nin Qax rayon filialından pul vəsaitinin göndərilməsini əks etdirən 27.08.19-cu il tarixli 255197595, **********, 09.09.19-cu il tarixli 256920595, ********* və 13.09.19-cu il tarixli ********* saylı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs adına “xxxxxxxx” MMC-nin Şəki rayon filialının Aşağı Göynuk poçt məntəqəsindən pul vəsaitinin göndərilməsinin əks etdirən xx.xx.2019-cu il tarixli ********* saylı və həmin MMC-nin Qax rayon filialından göndərilən xx.xx.2019-cu il tarixli ********* saylı, Şahid2 tərəfindən Təqsirləndirilən şəxs adma '“xxxxxxxx” MMC-nin Qax rayon filialından pul vəsaitinin göndərilməsini əks etdirən xx.xx.2019-cu il tarixli ********* saylı və Şahid4 tərəfindən Təqsirləndirilən şəxs adına “xxxxxxxx” MMC-nin Qax rayon filialından pul vəsaitinin göndərilməsini əks etdirən xx.xx.2019-cu iltarixli xx.xx.2019-cu il tarixli ********* və xx.xx.2019-cu il tarixli ********* saylı mədaxil qəbzləri, eləcədə Şahid1 və X2 İlqar Məmədovla aralarında olan telefon danışığını özündə əks etdirən 1 ədəd CD formatlı disk xx xxxxx 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş həmin maddi sübutlar cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Probono Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhəri Probono Vəkil Bürosunun nəfinə 300 (üç yüz) manat pul ödənilsin. Hökm elan edildiyi (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-582/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-582/2020
04.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver