Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-582/2021 02.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Abasov Əliövsəd Məzahir oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi İsmayıl Süleyman oğlu Fətəliyev, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Xırdalan şəhəri vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə « 02 » iyun 2021-ci il Bakı şəhərində xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, ev 43 A-da qeydiyyatda olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 235.4.2-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri anlaqsız vəziyyətdə törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olan digər şəxs ilə birlikdə tanışları Zərərçəkmiş şəxs yaşadığı evində müxtəlif növlü narkotik vasitələrin saxlandığını bilərək həmin narkotik vasitələri talama qərarına gəlmiş, bu barədə Şahid1la qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 mart 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin pəncərəsini dəmir parçası ilə təzyiq edib açaraq mənzilə daxil olub, orada sonuncunun qanunsuz olaraq əldə edib mənzilin qonaq otağında yerləşən dolabında saxladığı narkotik vasitələri -bir ədəd bükümdə təmiz çəkisi 0,644 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, iki ədəd şəffaf sellofan bükümdə ümumi çəkisi 1,215 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki, üç ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1,860 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 8,352 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini oğurlamaqla talamış, aralarındakı razılaşmaya əsasən həmin narkotik vasitələrdən bir ədəd bükümdə təmiz çəkisi 8,352 qram narkotik vasitə heroini özü, qalanlarını isə tanışı Şahid1 götürmüş, taladığı narkotik vasitələri satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlayaraq daşımış, Nəsimi rayon polis idarəsinin 21-ci PB-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 16.03.2020-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında şübhəli şəxs kimi saxlanılaraq polis bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən qeyd edilən narkotik vasitələr əynindəki göy rəngli üzərində “Nike” yazısı olan idman köynəyinin sol qolun iç hissəsində bir ədəd şəffaf rəngli sellofan torbacığın içərisində ayrı-ayrı bükümlərdə aşkar edilib götürülmüş, habelə həmin tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmiş qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroini yaşadığı ünvanda gizlətməklə saxladığını etiraf edərək könüllü olaraq təqdim etmək istədiyini bildirmiş, həmin tarixdə saat 21:10 radələrində onun yaşadığı ünvan 3 ünvanında yerləşən binanın ikinci mərtəbəsinin dəhlizinə baxış keçirilərkən su sayğacının plastik qabının içərisindən təmiz çəkisi 8,352 qram narkotik vasitə heroin bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər başından travma aldığı üçün xəstəliyi olmuş, hadisə barədə heçnə xatırlamır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təxminən 3-4 ildir ki, narkotik vasitədən qurudulmuş marixuanadan siqaret kimi çəkmək yolu ilə istifadə edir. 14 mart 2020-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon polis idarəsinin arxasından keçən Mirəli Qaşqay küçəsində yerləşən mənzilə tanışı Kənanla birlikdə daxil olmuşdur. Kənanı yaşadığı məhəllədən xeyli vaxtdır ki tanıyır. Həmin gün Kənanla adı çəkilən mənzilə getməyinə səbəb mənzildə yaşayan Əli adlı şəxslə görüşmək olmuşdur. Belə ki, Əlini təxminən 5-6 ay olar ki, tanıyır. Əlidən 1-2 dəfə “nəşə” adlanan narkotik vasitə alıb çəkmişdir. Ümumiyyətlə Əli digər narkotik vasitələrin satışı ilə də məşğul olmuşdur. Əliyə bir neçə dəfə xəbərdarlıq etmişdir ki, digər növ, daha ağır tipli narkotik vasitələrin satışı ilə məşğul olmasın. Bir neçə gün əvvəl isə Əlinin mikrorayon deyilən ərazidə narkotik vasitə satması barədə məlumat əldə etdiyinə görə onunla görüşmək istəmişdir, lakin Kənanla onu evdə tapa bilməmişlər. Əlini evinin yaxınlığında təxminən 20 dəqiqə gözləmişlər, lakin gəlmədiyini görüb evin içinə eyvandan baxmışlar. Evin içərisində qaz plitəsinin yandığını görüb şübhələnmişlər ki, Əli evdədir sadəcə olaraq onlardan gizlənir. Ona görə də qərara gəlmişlər ki, evə daxil olaq. Həmin zaman yerdən armatur dəmir parçası taparaq mətbəxin nəfəsliyinə təzyiq edib açılmasından istifadə edərək içəri daxil olmuşlar. Evə daxil olanda evdə heç kimin olmadığını görüb evin içərisini axtarmağa başlamışlar və qonaq otağında yerləşən şkafa baxanda orada yerləşən parça torbada 4-5 siqaret qutusunun olduğunu görüb qutulara baxanda müxtəlif növ narkotik vasitələrin olduğunu müəyyən etmişlər və həmin maddələri götürmək qərarına gəlmişlər. Şahid1 bir neçə büküm o, isə bir ədəd böyük bükümü götürmüşdür. Bundan sonra evi tərk edib oradan uzaqlaşmışlar. Əlinin yaşadığı evdən götürdüyü içərisində narkotik vasitə olan bükülünü Nəsimi rayonu Cavadxan küçəsi 40 ünvanında yerləşən binanın ikinci mərtəbəsində su sayğacının içərisində gələcəkdə istifadə etmək məqsədi ilə gizlətmişdir. 16.03.2020-ci il tarixdə tutulduqdan sonra PB-də hər şeyi olduğu kimi bildirəndən sonra gizlətdiyi narkotik vasitənin yerini göstərmişdir. Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərinin yalan olduğunu bildirərək Zərərçəkmiş şəxs evində qızıl əşyaları ümumiyyətlə görməmiş, nağd pulu görsələr də həmin pulu götürməmişlər. Zərərçəkmiş şəxs evinə Kənanla daxil olduğunu və hazırda ***-***-**-** saylı GSM nömrədən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Əli narkotikin satışı ilə məşğul olur. Hadisədən bir gün sonra məni 21—ci PB-nə dəvət etdikləri üçün o PB-nə gələrək Əlinin evindən pul və qızıl deyil Kənanla birlikdə narkotik vasitə oğurladığını bildirmişdir, həmin narkotik vasitə olan bükülünü gizlətdiyi yerdən götürüb polis əməkdaşlarına təqdim etmişdir. Kənanda isə konkret olaraq hansı narkotik vasitələr qalmasını bilmir. O, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və Zərərçəkmiş şəxs evindən taladığı narkotik vasitəni satmaq fikri olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14.03.2020-ci il tarixdə Rəşadla birlikdə qərara gəlmişlər ki, Əlinin yaşadığı evə gedib onunla söhbət etsinlər. Bu məqsədlə taksi ilə Əlinin yaşadığı evin yaxınlığına gəlib Əlinin istifadə etdiyi mobil telefona Rəşadın istifadə etdiyi mobil telefonla whatsapp ani mesajlaşma proqramı ilə zəng etsələr də Əli Rəşadın mobil telefonuna cavab vermədiyi üçün Əlinin yaşadığı mənzilinin qapısını döymüşlər, lakin qapını açan olmamışdır. Orada 15-20 dəqiqə Əlini gözləmişlər, sonra düşünmüşlər ki, Əli evdədir, lakin, onları eşitmir. Ona görə də əli ilə plastik pəncərəni itələyəndə pəncərə açılmış, əvvəlcə Rəşad, sonra isə o, mənzilə daxil olmuşdur. Əli ilə yenidən əlaqə saxlamışlar və o, onlara demişdir ki, evdə onu gözləsinlər. Onlar orada 40 dəqiqə gözləyəndən sonra Əlinin gəlmədiyini görüb evdən çıxmışlar. O, hadisədən bir neçə gün əvvəl Maştağa kəndindən tanımadığı şəxsdən öz istifadəsi üçün narkotik vasitə marixuana və tiryək almışdır. Həmin narkotik vasitələri üzərində gəzdirmişdir. 16.03.2020-ci il tarixdə saat 07 radələrində onu polis əməkdaşları ünvan 4 ünvanında saxlayıb 21-ci PB-nə gətirmişlər və ondan PB-də Zərərçəkmiş şəxs evindən pul və qızıl oğurlanması barədə sual verəndə o, Əlinin evindən pul və qızıl-zinət əşyaları oğurlamadığını bildirmişdir. Həmin vaxt əynində olan idman köynəyinin sol qolundan üç büküm içərisində narkotik vasitə, bir bükümdə marixuana və iki bükümdə tiryək olan bükümlər düşmüşlər. Hazırda xatırlamadığı polis əməkdaşı həmin bükümləri götürüb harasa çıxıb getmişdir. Daha sonra bir bükümdə olan sellofanı onun idman köynəyinin sol qoluna qoymuşlar. Baxış zamanı həmin sellofan torbacıqdan 8 ədəd ayrı-ayrı içərisində narkotik vasitəyə bənzər bükümlər aşkar edilmişdir. Həmin bükümlərdən yalnız içərisində marixuana olan bir büküm və tiryək olan iki büküm ona məxsus olmuşdur. Qalan bükümlər ona məxsus deyil. Əlinin evinə Rəşadla getdikləri zaman onun evindən narkotik vasitələr götürməmişlər. O,Rəşadı 6-7 ildir ki, tanıyır.Rəşad psixi xəstə olmuşdur. O, həmin gün Əlinin evinə Rəşadla ona görə getmişdir ki, Rəşad orada dava salmasın. Əligilə gedəndə narkotik vasitə üzərində olmuşdur, Rəşadın üzərində isə narkotik vasitə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 14.03.2020-ci il tarixdə saat 23:57 də Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı evdən 1150-1200 manat pul və 1000-1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat vermişdir. 21-ci PB-nin baş əməliyyat müvəkkili Şahid3 Kənan adlı şəxsin Zərərçəkmiş şəxs evindən oğurluq etməsi və həmin şəxsin narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Kənan adlı şəxsin şəxsiyyəti müəyyən edildiyi zaman məlum oldu ki, o, Şahid1dur. Nəsimi rayonu H.Seyidzadə küçəsi ev 2, mənzil 27 də qeydiyyatda olmaqla yaşayır. Onun Zərərçəkmiş şəxs evindən narkotik vasitələrin talaması barədə daxil olmuş əməliyyat məlumat əsasında Şahid1 cinayət əməllərinin ifşa edilməsi üçün 16.03.2020-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı bölmənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 da daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq 16.03.2020-ci il tarixdə saat 16 radələrində əməliyyat tədbiri keçirilməyə başlanılmışdır. Əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq həmin tarixdə saat 16:00 da Şahid1 ünvan 5 ünvanında yaşadığı evin yaxınlığında olduğu zaman əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün yaradılmış əməliyyat qrupunun üzvü Şahid3la birlikdə ona yaxınlaşıb özlərini təqdim edib, onu 21-ci PB-nə dəvət etmişlər Kənan da onların dəvətinə əsasən Nəsimi RPİ-nin 21-ci PB-nə gəlmişdir. Şahid1 üzərinə videokamera ilə şəxsi axtarış keçirilmişdir. X1 xidməti otağında Şahid1 üzərində, paltarında və paltarlarının cibində əşya və bədənində ola biləcək əşyaları təqdim edilməsi təklif edildiyi zaman Şahid1 əynində olan şalvarın sol yan cibindən 450 manatlıq əskinazı çıxardaraq masanın üzərinə qoymuşdur. Sonra isə göy rəngli “Nike” yazısı olan idman köynəyinin sol qolun iç tərəfindən bir ədəd şəffaf rəngli sellofana çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan açılıb baxılanda içərisində ümumilikdə 8 ədəd büküm olması aşkar edilmişdir. Həmin bükümlərdən 3 ədəd şəffaf sellofana bükülmüş spesfık iyə malik olan qara rəngli maddə, 3 ədəd şəffaf sellofana bükülmüş açıq qəhvəyi rəngli toz şəkilli maddə, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində ağ və qırmızı rəngli kapsula bənzər maddə, 1 ədəd ağ rəngli kağıza bükülmüş içərisində ovulmuş, qurudulmuş ota bənzər maddə aşkar olunmuşdur. Sonra Şahid1 üzərində qanunla qadağan edilmiş əşya olub-olmaması barədə sorğu edilmiş, o, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Şahid1 üzərinə şəxsi axtarış aparılsa da üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdi. Sonra isə Şahid1 təqdim etdiyi əşyalardan marixuanadan başqa qalan əşyaların narkotik vasitə olduğunu və onları tanışı Rəşadla əvvəllər narkotik vasitə aldığı Əlinin yaşadığı evdən oğurladıqlarını bildirmişdir. Daha sonra Şahid1 təqdim etdiyi bükümlər zərflərə qoyulub qablaşdırılaraq möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Şahid1 bildirmişdir ki, 14.03.2020-ci il tarixdə saat təxminən 19 radələrində tanışı Rəşadla Əli adlı şəxslə söhbət etmək məqsədi ilə onun yaşadığı Nəsimi rayonu, M.Qaşqay küçəsinə getmiş Əlinin evdə olmadığını və onlardan gizləndiyini görüb, əsəbləşərək onun evinə daxil olub qonaq otağında yerləşən dolabdan həmin maddələri götürüb oradan çıxıb getdiklərini və bu günə kimi üzərində olduğunu bildirmişdir. Yalnız marixuananın özünə məxsus olmasını bildirmişdir. Şahid1 şəxsi axtarış zamanı evdə pul gördüklərini bildirsələrdə, lakin həmin pulu götürmədiyini bildirmişdir. Həmçinin evdən qızıl qolbağı talamadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, narkotik vasitələri talayandan sonra həmin narkotik vasitələri idman köynəyinin sol qolun iç tərəfində qoymuş və ondan sonra sexdə işlədiyi üçün yadından çıxıb həmin yerdə qalmışdır.Bundan sonra Rəşadın şəxsiyyətini PB-nin əməliyyat müvəkkili X2 müəyyən edərkən məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Onun 055 - ***-**-** mobil telefon nömrəsindən istifadə etdiyini müəyyən edərək PB-nə dəvət etdik, o, özü PB-nə gəlmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması üçün raportla PBnin rəisinə müraciət etmişlər. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra onun üzərinə videokamera ilə təhqiqatçı Şahin Fərhadovun xidməti otağında 21-ci PB-nin əməliyyat müvəkkili Elmin İsmayıllının iştirakı ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs sağ yan cibindən ümumilikdə 35 manat pul, sol yan cibindən İki ədəd açar və bir ədəd “Bakı kart” əynində olan gödəkcənin iç qoltuq cibindən qara rəngli “Xiomi” markalı mobil telefon təqdim etdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evdən pul və qızıl qolbağı oğurlanması barədə sual verildikdə o, bildirmişdir ki, “mən Zərərçəkmiş şəxs evindən pul və qızıl deyil, Kənanla birlikdə narkotik vasitə götürmüş və həmin narkotiki Kənanla birlikdə öz aralarında bölmüş, Kənanda müxtəlif növ narkotik vasitələr var, o yalnız narkotik maddə olan “kakos” götürmüşdür, həmin kakosu hadisə törətdiyi gün Nəsimi rayonu, Cavadxan küçəsi 40 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində quraşdırılmış su sayğacının qutusunun içərisində gizlətmiş və təqdim edə biləcəyini qeyd etdiyi üçün çəkiliş dayandırılmış və çəkilişin davamı onun bildirdiyi ünvanda aparılacağı izah edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs göstərməsinə uyğun olaraq ünvan 6 ünvanında yerləşən dəmir qapıdan içəri daxil olaraq həmin binanın ikinci mərtəbəsinə qalxmışlar. Təqsirləndirilən şəxs həmin mərtəbənin divara bərkidilmiş yaşıl rəngli su sayğacının qapağını açaraq oradan qara rəngli parça torbadan şəffaf sellofana bükülmüş bir ədəd büküm çıxardaraq təqdim etmiş, həmin büklünü Əli adlı şəxsin mənzilindən götürdüyünü və kakos adlanan narkotik vasitə olduğunu, sonradan həmin yerdə gizlətdiyi bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü götürülüb qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə fıziki-kimyəvi ekspertizasının 16.03.2020-ci il tarixli 6/208 №-li nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Saxlanılan şəxs Fətəlİyev» yazısı olan 1 ədəd bükümdəki təmiz çəkisi 8,352 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroin Azərbaycan respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına (siyahı İ) daxildir. Məhkəmə fıziki-kimyəvi ekspertizasının 16.04.2020-ci il tarixli 6/298 №-li nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Tədqiqat obyekti 66» və «Tədqiqat obyekti 60» nömrəli ştamp əksləri olan paketlərdə, Şahid1 götürülmüş 3 ədəd bükümlərdəki heroinlər, Təqsirləndirilən şəxs götürülmüş 3 ədəd bükümlərdəki heroinlər, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd bükümdəki heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 01.06.2020-ci il tarixli 1418 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə- psixiatrik ekspertizasının 30.06.2020-ci il tarixli 1193 saylı rəyindən görünür ki, onun hazırki psixi vəziyyəti ambulator şəraitində düzgün qiymətləndirmək, ona ittiham olunan əməl dövründə və hal-hazırda anlaqlı olub-olmamasım müəyyən etmək bir qədər çətin olması, həmçinin yoxlanılan şəxsin cinayət əməli törətməzdən əvvəl əsəbiliyi ilə əlaqədar fərdi qaydada müalicə almasını, əvvəllər qeydiyyatda olmasını nəzərə alaraq daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Stasionar məhkəmə-psixiatrik ekspertizasının 21.09.2020-ci il tarixli 83 saylı rəyindən görünür ki, -Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. -Təqsirləndirilən şəxs hal-hazırda Öz hərəkətlərinə cavab verə bilmək iqtidarında deyildir. -Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşür. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi travma mənşəli üzvü şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti hal-hazırda davam etdiyimdən onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psİxatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. -Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı, psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, törətdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımı səviyyədə yerinə yetirmək, törətdiyi hadisə barəsində istintaqa düzgün ifadə vermək və digər məhkəmə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Təkrar stasionar məhkəmə- psixiatrik ekspertizası 16.11.2020-ci il tarixli 124 saylı rəyindən görünür ki, -Təqsirləndirilən şəxs hal-hazırda Travma mənşəli İfadəli üzvi şəxsiyyət pozuntusu, psixoaktiv maddələrdən asılı olmaqdan ağırlaşmaqla kimi psixi patologiya müşahidə edilir. -Təqsirləndirilən şəxs şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barədə anlaqsız hesab edilməlidir. -Təqsirləndirilən şəxs əziyyət çəkdiyi travma mənşəli üzvü şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti hal-hazırda davam etdiyinidən onun məcburi müalicəyə ehtiyacı vardır. Onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. -Təqsirləndirilən şəxs hal-hazırki, psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən hallan, törətdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımı səviyyədə yerinə yetirmək, törətdiyi hadisə barəsində istintaqa düzgün ifadə vermək və digər məhkəmə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. -Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyət olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşür. Təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının 03.05.2021-ci il tarixli 56 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və törətməzdən əvvəl «Travma mənşəli ifadəli üzvi şəxsiyyət pozuntusu, psixoaktiv maddələrdən asılı olmaqdan ağırlaşmaqla» kimi psixi patologiyadan əziyyət çəkmişdir. Ona ittiham olunan cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları İdarə etmək İqtidarında olmamışdır. Təqsirləndirilən şəxs düçar olduğu travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti hal- hazırda da davam edir və ekspertiza zamanı onun məcburi müalicəyə ehtiyacı olduğu müəyyənləşir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin apanlmasına, habelə cəzaçəkmə müəssisəsi şəraitində saxlanılmasına imkan vermir. Hal-hazırkı ekspertizaya təqdim olunan tibbi sənədlərə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusu onda təqribən 1997-ci ilə qədər artıq yaranmışdır. Belə ki, onun yeniyetmə yaşlarında avtomobil qəzası nəticəsində kəllə-beyin travması alması, travmadan sonra onda əsəbilik, hövsələsizlik, yuxu rejiminin pozulmasının yaranması, əsəbi gərginliklər zamanı kəsmələrlə özünə xəsarətlər yetirdiyini söyləməsi, 06.11.1997-ci il tarixdən Ruhi-Əsəb Dispanserində «Oyanıq tipli psixopatiya, anamnezində baş beyin travması» diaqnozu ilə qeydiyyatda olması bunu təsdiq edir. Həmin psixi patologiyanın gedişində kompensasiya və dekompensasiya vəziyyətləri olur. Odur ki, travma mənşəli üzvi şəxsiyyət pozuntusu kimi psixi patologiyanın davam etdiyi bütün müddət ərzində kompensasiya və dekompensasiya vəziyyətləri müxtəlif vaxtlarda növbələşir. Toplanmış anamnestik məlumatlar, verilmiş ifadələr, hal-hazırkı ekspertiza zamanı aparılmış psixiatrik müayinənin nəticələri Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməllərini törədərkən onun əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti olduğunu və həmin vəziyyətin hal-hazırda da davam etdiyini göstərir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən onun əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməllərini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmamışdır. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinə görə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşür. R.S. Fətəliyevin yenidən bu əlamətlərlə olan hər hansı bir cinayəti törədə bilməsi məsələsinə gəldikdə onun əziyyət çəkdiyi «Travma mənşəli ifadəli üzvi şəxsiyyət pozuntusu, psixoaktiv maddələrdən asılı olmaqdan ağıriaşmaqla» formasında psixi pozuntunun gedişində məhz hansı vəziyyətin saxlanılacağına diqqət yetirilməsi zəruridir. Psixi pozuntu dekompensasiya vəziyyətinə keçdikdə şəxsin cinayət əməli törətmə ehtimalı artır. Psixi pozuntunun kompensasiya vəziyyətinin saxlanılması kriminogenliyin prevensiyasının (cinayətin törədilməsi hallarının vaxtında qarşısının alınmasının) ümdə şərtidir. Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinin məsləhət görülməsində güdülən başlıca məqsəd onun əziyyət çəkdiyi psixi pozuntunun gedişində kompensasiya vəziyyətinin yaranmasına nail olmaqdır. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi xroniki psixi patologiya hal-hazırda davam etdiyinə görə onun müalicəyə ehtiyacı yarandığı müəyyənləşir. Odur ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun otaraq ixtisaslaşdınlmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18 mart 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli qərarı ilə anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri əvəzinə barəsində təhlükəsizlik tədbiri tətbiq edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-psixatiriya Ekspertiza mərkəzinin stasionar məhkəmə psixatrik ekspertiza şöbəsinə yerləşdirilməsi barədə qərar qəbul edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19.11.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 235.4.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən İctimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin növü olan ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 477.2.3 və 477.2.4-ci maddələrinə əsasən məhkəmə qərar çıxararkən əməlin anlaqsız vəziyyətdə törədildiyini və həmin şəxsin məhkəmə baxışı zamanı həmin vəziyyətdə olmasını, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olduğunu həll etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxa bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” 08 noyabr 2012-ci il tarixli, 8 №-li qərarın 14-cü bəndinə əsasən, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Narkotik vasitələr- 0,266 qram marixuana, 1,115 qram tiryək, 0,624 qram həşiş qətranı, 1,700 qram və 8,282 qram heroin, bir ədəd preqabalin kapsulasının Şahid1 təqsirləndirilməsinə dair cinayət işində maddi sübut kimi tanınması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1, 21.2, 95.0.3, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.2.3, 477.2.4, və 477.3cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 235.4.2-ci maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməlləri anlaqsız vəziyyətdə törətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.2 və 95.0.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş təhlükəsizlik tədbiri yəni, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” Publik Hüquqi şəxsdə saxlanılması qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya xəstəxanası” Publik Hüquqi şəxsə tapşırılsın. Narkotik vasitələr- 0,266 qram marixuana, 1,115 qram tiryək, 0,624 qram həşiş qətranı, 1,700 qram və 8,282 qram heroin, bir ədəd preqabalin kapsulasının Şahid1 təqsirləndirilməsinə dair cinayət işində maddi sübut kimi tanınması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-582/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-582/2021
02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver