Məhkəmə qərarları › İş №1(101)-582/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-582/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-582/2022 26.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsi, ev 66-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 18 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 sentyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədi ilə naməlum şəraitdə və vaxtda istintaqa məlum olmayan mənbədən xalis çəkisi 3.982 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə etmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin (bundan sonra: RPİ-nin, PB-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 sentyabr 2021-ci il tarixdə, saat 16:05 radələrində ünvan 1 ünvanında yerləşən istirahət parkında piyada hərəkətdə olduğu zaman şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami RPİ-in 23-cü PB-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə etdiyi 1 ədəd bükümdə qəhvəyi rəngdə, spesifik iyə malik olan külli miqdarda təmiz çəkisi 3.982 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanının qənaətinə görə qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində müəyyənləşdirilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - bir ədəd bükümdə təmiz çəkisi 3,982 qram təşkil edən heroin narkotik vasitəsini əldə edib daşıyaraq üzərində saxlamış və satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Nizami RPİ-in 23cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 sentyabr 2021-ci il tarixdə, saat 16:05 radələrində ünvan 1 ünvanında yerləşən istirahət parkında piyada hərəkətdə olduğu zaman şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami RPİ-in 23-cü PB-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə əldə etdiyi 1 ədəd bükümdə qəhvəyi rəngdə, spesifik iyə malik olan təmiz çəkisi 3,982 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyədək icraatın sonrakı – 02 dekabr 2021-ci il tarixdə və ondan sonra vermiş olduğu ifadələrində qeyd etdiyi xüsusatları bir daha təsdiq edib göstərdi ki, o, heç bir yerdə işləməmiş, peşəkar idmanla - klassik, yunan-roma güləşi ilə məşğul olmuşdur. Yunan-roma güləşi üzrə üç dəfə Azərbaycan, üç dəfə isə beynəlxalq turnirlərdə çempion olmuş, beynəlxalq yarışlarda Azərbaycanın dövlət bayrağını zirvələrə qaldırmışdır. O, həmişə dövlətinə, qanunlara inanmış, hörmətlə yanaşmış və dövlətçiliyi dəstəkləmişdir. X4 İ Qarabağ müharibəsi iştirakçısı olmuş, döyüşlərdə fəal iştirak etmişdir. Həmçinin qardaşı X11 İİ Qarabağ - Vətən müharibəsinin iştirakçısı olmuş, Suqovuşan və Talış kəndi istiqamətində keçirilən döyüş əməliyyatlarında ağır yaralanmış və buna görə ölkə başçısının müvafiq sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında ona qarşı irəli sürülən ittihamın mahiyyəti üzrə göstərdi ki, o, narkotik vasitə istifadə edənlərə və narkotikdən istifadə edən insanlara həmişə pis baxmış, peşəkar idmançı olduğundan narkotikə və nifrət etmiş, özü heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Soyuqdəymədən gözlərində yaranan narahatçılığa görə 24 və ya 25 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən poliknikaya getmiş, poliklinikada həkim onu müayinə etmiş və müalicə yazmışdır. Təkrarən 18 sentyabr 2021-ci il tarixdə poliklinikaya gedib həkimi ilə görüşmüş və oradan çıxdıqdan sonra o, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən parkın içərisində yerləşən dönərxanaya getmişdir. Təxminən saat 16 radələrində o, dönərxanada olan masanın ətrafında əyləşib dönər sifariş verib gözləməyə başlamış, yemək yedikdən sonra məşqə getməyi planlaşdırmışdır. Təxminən 20-25 dəqiqə sonra 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onunla salamlaşmış, polis əməkdaşı olduqlarını bildirmiş və Nizami RPİ-nin Cinayət Axtarış Şöbəsinin (bundan sonra: CAŞ-nin) rəisi Firdovsi müəllimin onunla işi olmasını və onu görmək istədiyini bildirərək onu Nizami RPİnin 23-cü Polis Bölməsinə dəvət etmişlər. O, ona müraciət edən polis əməkdaşlarına Firdovsi müəllimin onunla nə işi ola biləcəyini soruşmuş, valideynlərinə məlumat vermək istədiyini bildirmişdir. Lakin polislər ona “səni necə aparırıqsa, eləcə də qaytarıb gətircəyik” cavabını vermişlər. Odur ki, valideyinlərinə məlumat verməmişdir. O, Firdovsi adlı şəxsi tanımamış, onunla heç bir münasibəti olmamışdır. Bundan sonra o, polis əməkdaşlarına heç bir tabesizlik göstərmədən Nizami RPİ-nin 23-cü PB-nə getmiş, orada PB-nin rəisi Şahid7 iş otağına aparılmışdır. Şahid7, gözlənilmədən, ondan nəyə görə narkotik vasitə satdırdığını soruşmuşdur. O, Şahid7 heç vaxt narkotik vasitə satmadığını və narkotik vasitənin nə olmasını bilmədiyini qeyd etmiş, professional idmanla məşğul olduğunu bildirmişdir. Şahid7 əsəbləşərək ona otaqdan çıxarılması göstərişini vermiş və bundan sonra onu inzibati binanın İ mərtəbəsinə endirib onu otaqlardan birində saxlamışlar. Otaqda onun üst-başı təmiz yoxlanılmış, yoxlama zamanı üzərindən bir ədəd “Samsung” markalı mobil telefon və 15 manat nəğd pul çıxmışdır. Polislər sonradan onun qardaşı Ramal Həkimovu PB-nə çağırmış və ona məxsus həmin telefonu və 15 manat pulu sonuncuya vermişlər. Bundan təxminən yarım saat sonra onu təkrarən İİ mərtəbəyə rəis Şahid7 xidməti otağına çıxartmışlar. Xidməti otaqda olan zaman Şahid7 və RPİ-nin CAŞnin rəisi Firdovsi adlı şəxs və onun yanında Niyaməddin adlı əməliyyatçı da olmuşdur. Şahid7 xidməti otaqda təkrarən ona narkotik vasitə satmasını iddia etdikdə, o, da rəisə təkrarən narkotik vasitə satmadığını bildirmişdir. Bundan sonra Firdovsi müəllim ona qarşı konkret olaraq «səni narkotik vasitə ilə bağlıyırıq» ifadəsini işlətmiş, yəni ona narkotik vasitə «yükləyəcəklərini» demək istəmişdir. O, Firdovsi müəllimə də narkotik vasitə istifadə etmədiyini və satışı ilə də məşğul olmadığını demişdir. Onun bu cavabından sonra Firdovsi müəllim ona “Rəvan, sən yaxşı oğlansan, lakin getməlisən” demişdir. O, Firdovsi bu müəllimin sözləri ilə razılaşmayıb ona “niyə məni bədbəxt edirsiz, göydən Allah baxır, bunu heç kim götürməz” demişdir. Firdovsi müəllim ona «sroka gedirsənsə, hörmətlə get» demiş, əks təqdirdə onun üçün pis olacağı ilə onu hədələmişdir. Bundan sonra o, həmin otaqdan çıxarılaraq xidməti otaqların birinə aparılmış, orada əvvəlcədən hazırlanmış sənədlərə imza atdırılmışdır. Həmin vaxt otağa əvvəllər heç vaxt görmədiyi iki nəfər şəxs girib çıxmış, onunla söhbət aparmış, lakin onların kimliyi barədə ona məlumat verilməmişdir. Bundan sonra o, Nizami RPİ-yə aparılmışdır. Daha sonra Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Nizami RPİnin 23-cü PB-də heç bir izahat verməmiş, imza etdiyi izahatda nə yazılmasından xəbəri olmamış, lakin ona təzyiq altında izahatlara imza etdirilmişdir. İzahatı imzalaması üçün ona əl-qol atılmış, atasının, qardaşının da PB-nə gətirilib narkotik vasitə yükləyəcəkləri ilə hədələnmiş, odur ki, carəsiz qalıb razılaşmış və izahata imza etmişdir. Sonradan tanış olduqda izahatında guya onun narkotik vasitəni hansısa zibilliyin yanından tapdığını, özünün istifadə etmədiyini və narkotikə ehtiyacı olan tanımadığı şəxslərə verməsi üçün saxladığını bildirməsinin qeyd olunduğunu görmüşdür. Onun üzərində şəxsi axtarış rəsmləşdirilərkən onun yanında heç bir vəkil olmamış, narkotik vasitə ona məxsus olmadığından o, boynuna götürməmiş, videoçəkilişin alınmayacağını görüb iki nəfər hal şahidinin iştirakı ilə sənədləşmə aparılmışdır. İbtidai istintaq zamanı müstəntiq tərəfindən ona hər hansı təzyiq olunmasa da, onu dindirmə protokolu müstəntiq tərəfindən yazılıb hazırlanmış və o, təqsirləndirilən şəxsin dindirmə protokolunu oxumadan imzalamışdır. O, onun adına rəsmləşdirilən narkotik vasitəni o, görməmiş, bunu ona polislər özləri demişdir. Polis tərəfindən ona heç bir növdə narkotik vasitə verilməmiş, şəxsən o, özü polisə narkotik vasitə təqdim etməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirak edib-etməməsinə o, şəxsən münasibət bildirməmiş, ondan ümumiyyətlə belə bir şey soruşulmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən o, narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin onun boynuna qoyulduğunu hakimə də demiş, hətta hakim «bu adamda narkoman görünüşü yoxdur» deməklə münasibət də bildirmişdir. Lakin buna baxmayaraq, nədənsə onun həbsinə qarar vermişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhəlsində şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu müvafiq olaraq 19 və 20 sentyabr 2021-ci il tarixli ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs həmin ifadələri məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrindən görünür ki, sonuncu ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, üzərində olan narkotik vasitəni təxminən 3 gün əvvəl yaşadığı evin yaxınlığından zibil qutularının yanında aşkar etmiş və zərurət olarsa narkotik vasitələrdən əziyyət çəkən tanışlarına hədiyyə etmək məqsədi ilə üzərində saxlamışdır.18 sentyabr 2021-ci il tarixdə, saat 16:05 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən istirahət parkında piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşmış və üzərində hər hansı bir sənədinin olub olmamasını soruşduqda o, əməkdaşlara üzrərimdə heç bir sənədinin olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. O, 23-cü polis bölməsində olan zaman otaqların birində polis əməkdaşı ona hüquq və vəzifələrini izah etdikdən sonra hal şahidlərinin iştirakları ilə üzərinə baxış keçirən zaman üzərində hər hansı bir qanunsuz əşyaların olub-olmamasını soruşduqa o, əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən 1 ədəd şəffaf sellofona bükülmüş qəhvəyi rəngdə olan narkotik vasitəyə oxşar maddəni masanın üzərinə qoymuşdur. Üzərindən aşkar edilmiş maddənin narkotik vasitə olan “heroin” olduğunu səmimi etiraf etmiş və təxminən 3 gün əvvəl yaşadığı evin yaxınlığından zibil qutularının yanında aşkar etdiyini və zərurət olarsa, narkotik vasitələrdən əziyyət çəkən tanışlarına hədiyyə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona heç bir zor tətbiq olunmamışdır. Üzərində daşıdığı narkotik vasitəni özü könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, heç bir yerdə narkotik vasitə saxlamamışdır (iş vərəqə: səh. 65-66). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, o, fəhlə işləyir. 2021-ci ilin sentyabr ayının ortalarında, günortadan sonra saat təxminən 15-16 radələrində Nizami RPİ-nin 23-cü PB-nin yaxınlığından piyada keçərkən, mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, bir nəfər şəxsin şübhəli şəxs qismində saxlanılaraq 23-cü polis bölməsinə gətirildiyini bildirmiş və həmin şəxsin üzərinə baxış keçiriləcəyini bildirmiş və onu hal şahidi qismində iştirak etməsi üçün Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına dəvət etmişlər. 23-cü PB-nin inzibati binasında birinci mərtəbədə xidməti otaqlardan birində saxlanılan şəxs Təqsirləndirilən şəxs olaraq onlara təqdim edilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti olmamışdır. Baxış keçirilməli olan Təqsirləndirilən şəxs üzərində qadağan olunmuş hər hansı əşya olduğu təqdirdə, könüllü olaraq təqdim etməsi izah olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindəın 1 ədəd şəffaf sellofona bükülmüş, təxminən fındıq boyda olan maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Polislər bükülünü açıb baxmış və narkotik vasitəyə şübhəli maddə olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs aşkar olunmuş maddə polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırlıb möhürlənərək götürülmüş və zərfin üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Yekunda tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə və düzəlişlər olunmamış və onlar tərəfindən imzalanmışdır. Şahid Eldəniz Güləlıyev ifadəsində daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs təqdim etdiyi maddə bükülüdən açılsa da, onun rəngi və ya qoxusu, aşkar edilmiş maddə ilə bağlı Təqsirləndirilən şəxs hansı sözləri deməsi onun yadında qalmamışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya mənəvi təsir göstərilməsinin şahidi olmamışdır. Şahid qismində dindirilən X3 məhkəmə baxışı zamanı iş üzrə verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlə bağlı onun ibtidai istintaq mərhələsində dindirildiyi şahid ifadəsi elan edilməklə tədqiq edildi. Şahid Eldəniz Güləlıyev tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanda yaşayır. 18 sentyabr 2021-ci il tarixdə, saat təxminən 16:36 radələrində Nizami RPİ-nin 23-cü PB-nin yaxınlığından piyada keçərkən, mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və bir nəfər şəxs şübhəli şəxs qismində saxlanılaraq 23-cü polis bölməsinə gətirildiyini, həmin şəxsin üzərində dövriyyəsi qadağan olunmuş əşya və ya predmetin olduğu şübhə edildiyini, bunu dəqiqləşdirmək məqsədilə onun üzərinə baxış keçirilməli olduğunu, baxışda isə iki nəfər hal şahidinin iştirakının zəruri olduğunu bildirmişlər. O, polis əməkdaşları tərəfindən şübhəli hesab edilən şəxsin üzərinə keçirilən baxış zamanı hal şahidi qismində iştirak etmək təklifi ilə razılaşmışdır. Bundan sonra Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına daxil olmuş, orada, xidməti otaqlardan birində ona və hal şahidi kimi dəvət edilmiş tanımadığı digər şəxsə əvvəllər tanımadığı, sonradan şəxsiyyəti Təqsirləndirilən şəxs kimi bəlli olan şəxs təqdim edilərək onun şübhəli şəxs qismində saxlanıldığını və üzərinə baxış keçiriləcəyini bildirilmişdir. Sonra ona hüquq və vəzifələri izah edilərək, baxış zamanı gördüyü bütün halları diqqətlə izləyərək yadda saxlaması və baxışın nəticəsinə dair tərtib olunacaq protokolda həmin qaydada da əks olunacağına əmin olduqdan sonra tərtib ediləcək protokolu imzalaması barədə məlumat verilmişdir. Polis bölməsinin xidməti otaqlarından birində saxlanılmış və üzərinə baxış keçirilməli olan Təqsirləndirilən şəxs üzərində dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan olunmuş əşya və ya predmet saxlayırsa könüllü olaraq təqdim etməsi izah olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindəın 1 ədəd şəffaf sellofona bükülmüş, qəhvəyi rəngdə, spesefik iyə malik olan narkotik vasitəyə oxşar maddəni masanın üzərinə qoymuş və üzərindən aşkar edilmiş maddənin heroin olduğunu, təxminən 3 gün əvvəl yaşadığı evin yaxınlığından zibil qutularının yanında aşkar etdiyini, zərurət olarsa narkotik vasitələrdən əziyyət çəkən tanışlarına hədiyyə etmək məqsədi ilə üzərində saxladığını və bu məqsədlə də bu gün 18 sentyabr 2021-ci il tarixdə həmin narkotik vasitəni özü ilə götürdüyünü bildirmişdir. Şahid Eldəniz Güləlıyev tədqiq olunan həmin ifadəsinin yekununla göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti olmamışdır. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfdə qablaşdırlıb möhürlənərək götürülmüşdür. Yekunda tərtib edilmiş protokol ucadan oxunmuş, əlavə və düzəlişlər edilməmiş və həmin protokolu o, imzalanmışdır (iş vərəqə: səh. 127-129). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən – hal şahidi Şahid2 ifadəsində göstərdi ki, o, ev ustası kimi fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, 2021-ci ildə tarixi unutduğu günlərin birində axşamüstü işdən çıxıb evinə getmək üçün marşrut avtobusu gözləyərkən iki nəfər polis əməkdaşı mənə yaxınlaşıb bir nəfəri saxladıqlarını, onun üstünə baxış keçirəcəklərini bildirmiş və onu hal şahidi kimi iştirak etməsi üçün Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. O, etiraz etməyib onlarla birlikdə PB-nə getmiş və birinci mərtəbədə olan otaqlardan birində ona və əvvəllər görmədiyi və tanımadığı başqa bir hal şahidinə hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya pedimet olduğu təqdirdə, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs cibindən şəffaf selofanda bir ədəd yumru vəziyyətdə olmaqla təqribən şəhadət barmağın ucu böyüklükdə olan bükülünü çıxarıb stolun üstünə qoymuş, narkotik maddə olduğunu bildirmiş və həmin maddəni tapdığını, özünün istifadə edəni olduğunu demişdir. Lakin o, sellofan bükülünün içərisindəkinin nə olduğunu və hansı formada olduğunu görməmiş və bilməmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, 23-cü PB-də ilk dəfə gördüyü anadək Təqsirləndirilən şəxs ümumiyyətlə görməmiş və ya onu tanımamışdır. Nizami RPİ-nin 23cü PB-də Təqsirləndirilən şəxs ilk gördüyü vaxt sonuncunun əynində göy rəngdə cins şalvar, “palasatı” poliver və qolu kəsik gödəkçə olmuş, hətta təqsirləndirilən şəxs polis əməkdaşları ilə söhbət etmiş, danışıb gülmüşdür. O, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı formada təzyiq-təsir göstərməsinin şahidi olmamışdır. Şahid qismində dindirilən Şahid2 məhkəmə baxışı zamanı iş üzrə verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi arasında müəyyən olunan ziddiyyətlə bağlı onun ibtidai istintaq mərhələsində dindirildiyi şahid ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, Şahid2 iş üzrə digər hal şahidi Eldəniz Güləlıyevin ibtidai istintaq mərhələsində vermiş olduğu və məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsi ilə eyni məzmunda ifadə vermişdir(iş vərəqə: səh. 113-114). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nizami RPİ-in 23-cü PBnin cinayət axtarış üzrə əməliyyat müvvəkili Şahid3 ifadəsində göstərdi ki, 18 sentyabr 2021-ci il tarixdə «Rəvan» adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatı barədə raportla Nizami RPİ-nin 23-cü PBnin rəisinə məruzə etmiş və bundan sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Qərar əsasında əməliyyat qrupu yaradılmış və qrupun üzvləri birlikdə elə həmin gün ünvan 1 ünvanında yerləşən istirahət parkında hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs əməliyyat məlumatında qeyd olunan əlamətlərinə uyğun olaraq saxlanılmışdır. Onu saxlayarkən özlərini təqdim etmiş, qarşı tərəf də özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdə ona narkotik vasitələrini qanunsuz olaraq əldə edib saxlanılmaqla daşımaqda və istifadəsində şübhəli olması bildirilərək sonuncu Nizami RPİ-nin 23-cü PB-nə aparılmışdır. Bundan sonra X17 Həkimovun üzərinə baxış keçirilməsi üçün iki nəfər hal şahidinin iştirakı təmin edilmiş və hal şahidlərinin iştirakı ilə Nizami RPİin 23-cü PB-nin təhqiqatçısı, Surac Əhmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxışdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindəın 1 ədəd şəffaf sellofona bükülmüş, qəhvəyi rəngdə, spesefik iyə malik olan narkotik vasitəyə oxşar maddəni çıxırıb masanın üzərinə qoymuşdur. Sorğulara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin heroin olduğunu, təxminən 3 gün əvvəl yaşadığı evin yaxınlığından zibil qutularının yanında aşkar etdiyini, zərurət olarsa narkotik vasitələrdən əziyyət çəkən tanışlarına hədiyyə etmək məqsədi ilə üzərində saxladığını və bu məqsədlədə həmin gün, yəni 18 sentyabr 2021-ci il tarixdə həmin narkotik vasitəni özü ilə götürdüyünü bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə bir ədəd kağız zərfdə qablaşdırlıb möhürlənərək götürülmüşdür. Yekunda tərtib edilmiş protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər edilməmiş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Şahid3 ifadəsinin davamında göstərdi ki, lakin Təqsirləndirilən şəxs istintaq mərhələsində əsil həqiqəti boynuna almamış, narkotikin ona məxsus olmadığını, polis tərəfindən qanunsuz olaraq onun üzərinə qoyulduğunu, ona qarşı qeyri-insani hərəkətlərə yol verildiyindən şikayətlər etmişdir. İbtidai istintaq orqanı tərəfindən əməliyyatda iştirak etmiş polis əməkdaşları ilə Təqsirləndirilən şəxs arasında üzləşmələr keçirilmişdir. Üzləşmə zamanı hazırda məhkəmə baxışı zamanı verdiyi ifadəsində qeyd etdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək cinayət faktını bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş, ona qarşı hər hansı qanunsuzluğa yol verilməmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Əməliyyat tədbirləri istintaq mərhələsində də davam etdirilmiş, lakin Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni real olaraq əldə etdiyi mənbəni, konkret olaraq kiməsə satmasını və ya pay verməsini müəyyənləşdirmək mümkün olmamışdır. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Nizami RPİ-in 23-cü PBnin cinayət axtarış üzrə əməliyyat müvvəkili Şahid4 və eyni bölmənin kiçik əməliyyat müvəkkili Şahid5 ifadələrində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verilmədiyini, ibtidai istintaq mərhələsində keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyini, konkret olaraq onun kiməsə narkotik vasitə satmasını və ya pay verməsini müəyyənləşdirmək mümkün olmadığını bildirmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Nizami RPİ-in 23-cü PB-nin əməliyyat müvvəkili X6 ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, şahid Elçin Səfərov məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid3, Şahid4 və Şahid5lə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: səh. 130-132, 185-187). İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Nizami RPİ-nin CAŞ-nin rəisi Şahid6 ifadəsində göstərdi ki, 18 sentyabr 2021-ci il tarixdə xidməti zərurətlə əlaqədar Nizami RPİ-nin 23-cü PB-nə getmiş, Bölmənin inzibati binasının həyətində 23-cü PB-nın rəisi Şahid7 onu qarşılamış və birlikdə bölmə rəisinin xidməti iş otağına ketmişlər. O, Şahid7 iş otağında olan zaman bölmənin təhqiqatçısı X25 Çələbiyevin xidməti iş otağına gəlib, keçirilmiş əməliyyat tədbirləri zamanı bölməyə gətirilmiş vətəndaş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı bir ədəd bükümdə heroin narkotik vasitəsinə bənzər maddə aşkar edilib götürüldüyünü məruzə etmişdir. Təhqiqatçının deməsinə görə saxlanılan Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofona bükülmüş, qəhvəyi rəngdə, spesefik iyə malik olan narkotik vasitəyə oxşar maddəni təqdim etmişdir. Həmçinin təhqiqatçının deməsinə görə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin heroin olduğunu, təxminən 3 gün əvvəl yaşadığı evin yaxınlığından zibil qutularının yanında aşkar etdiyini, zərurət olarsa narkotik vasitələrdən əziyyət çəkən tanışlarına hədiyyə etmək məqsədi ilə üzərində saxladığını və bu məqsədlədə 18 sentyabr 2021-ci il tarixdə həmin narkotik vasitəni özü ilə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs heroin narkotik vasitəsinə bənzər maddə aşkar edilib götürülməsinin hal şahidlərinin iştirakı ilə protokollaşdırıldığını təhqiqatçının məruzəsindən öyrənib bilmişdir. Şahid6 ifadəsinin davamında göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər heç vaxt tanımamış, onu Nizami RPİ-yə və ya 23-cü PB-nə çağırtdırmamışdır. Təqsirləndirilən şəxs hər hansı məqsədlə narkotik vasitələr əldə edib saxlaması, daşıması barədə onda hər hansı məlumat olmamışdır. Təhqiqatçının məruzəsindən sonra istər Şahid7 və istərsə də o, özü həm protokolla və həm də Təqsirləndirilən şəxs özü ilə tanış olmuşlar. Amma Təqsirləndirilən şəxs 23-cü PB-də olarkən o, sonuncu ilə heç bir söhbət aparmamış, onu qəbul etməmiş, ona heç bir hədə-qorxu gəlməmişdir. Hətta Rəvanın onun əleyninə ifadə verməsi ilə bağlı onlar arasında üzləşmə də aparılmış, o, ifadəsində göstərdiyi xüsusatları üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı da bildirmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Nizami RPİ-nin 23-cü PB-nın rəisi Şahid7 Bahadur oğlu ifadəsində göstərdi ki, 18 sentyabr 2021ci il tarixdə «Rəvan» adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat müvəkkili Şahid3 bu barədə ona məruzə etmiş və təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və o, həmin qərarı təsdiq etmişdir. Onun əmrinə əsasən Şahid3 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən istirahət parkında saxlanıldığını və 23-cü PB-nə gətirildiyini o, əməliyyat müvəkkili Şahid3 raportuna əsasən öyrənib bilmişdir. Sonradan bölmənin təhqiqatçısı, polis kapitanı, Surac Əhmədov Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirildiyini, baxış prosesində Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofona bükülmüş, qəhvəyi rəngdə, spesefik iyə malik olan narkotik vasitəyə oxşar maddəni təqdim etdiyini və protokollaşdırıldığını məruzə etmişdir. Surac Əhmədovun deməsinə görə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin heroin olduğunu, təxminən 3 gün əvvəl yaşadığı evin yaxınlığından zibil qutularının yanında aşkar etdiyini, zərurət olarsa narkotik vasitələrdən əziyyət çəkən tanışlarına hədiyyə etmək məqsədi ilə üzərində saxladığını və bu məqsədlədə 18 sentyabr 2021-ci il tarixdə həmin narkotik vasitəni özü ilə götürdüyünü bildirmişdir. Təhqiqatçı məruzə edərkən Nizami RPİ-nin CAŞ-ın rəisi Şahid6 də xidməti işləri ilə bağlı bölmədə, onun xidməti iş otağında olmuş və məruzəni o da dinləmişdir. İstər Şahid6 və istərsə də o, Təqsirləndirilən şəxs görmüş, tərtib olunan protokolla da tanış olmuşlar. Təqsirləndirilən şəxs polisin hər hansı qanunsuz hərəkəti barədə onlara şikayət etməmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin bir ədəd kağız zərfdə qablaşdırlıb möhürlənərək götürüldüyü tərtib edilmiş protokolda öz əksini tapmışdır. Şahid qismində dindirilmiş Şahid7 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs onun xidməti iş otağında olmamış, nə o, və nə də Şahid6 Təqsirləndirilən şəxsla heç bir söhbət aparmamışdır. Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarması üçün onlardan şikayət etmiş, lakin onun şikayətləri təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı onun narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun konkret olaraq kiməsə narkotik vasitə satmasını və ya pay verməsini, onun əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şahidlər X9 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında ayrı-ayrılıqda keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs qanunsuz saxladığını və onun üzərində heç bir narkotik vasitə olmadığını israr etsə də, şahidlər Eldəniz Gülalıyev və Şahid2 üzləşməyədək sərbəst ifadələrində göstərdikləri xüsusatları, o cümlədən baxış zamanı Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindəın 1 ədəd şəffaf sellofona bükülmüş, qəhvəyi rəngli, spesefik iyə malik olan narkotik vasitəyə oxşar maddəni çıxırıb masanın üzərinə qoyduğunu, sonuncunun aşkar edilmiş maddənin heroin olduğunu, təxminən 3 gün əvvəl yaşadığı evin yaxınlığından zibil qutularının yanında aşkar etdiyini, zərurət olarsa narkotik vasitələrdən əziyyət çəkən tanışlarına hədiyyə etmək məqsədi ilə üzərində saxladığını və bu məqsədlə də həmin gün, yəni 18 sentyabr 2021-ci il tarixdə həmin narkotik vasitəni özü ilə götürdüyünü bildirməsini sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişlər(iş vərəqə: səh. 190-193, 214-217). Bundan öaşqa, məhkəmə baxışı zamanı tədqiq olunan iş üzrə şahidlər – polis əməkdaşları Şahid3, Şahid4 və Şahid5 ilə Təqsirləndirilən şəxs arasında ayrı-ayrılıqda keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs qanunsuz saxladığını və onun üzərində heç bir narkotik vasitə olmadığını, narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmasını və ona qarşı zor tətbiq olunduğunu israr etsə də, şahidlər Şahid3, Şahid4 və Şahid5 üzləşməyədək sərbəst ifadələrində göstərdikləri xüsusatları, o cümlədən baxış zamanı Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindəın 1 ədəd şəffaf sellofona bükülmüş, qəhvəyi rəngli, spesefik iyə malik olan narkotik vasitəyə oxşar maddəni çıxırıb masanın üzərinə qoyduğunu, sonuncunun aşkar edilmiş maddənin heroin olduğunu, təxminən 3 gün əvvəl yaşadığı evin yaxınlığından zibil qutularının yanında aşkar etdiyini, zərurət olarsa narkotik vasitələrdən əziyyət çəkən tanışlarına hədiyyə etmək məqsədi ilə üzərində saxladığını və bu məqsədlə də həmin gün, yəni 18 sentyabr 2021-ci il tarixdə həmin narkotik vasitəni özü ilə götürdüyünü bildirməsini sonuncunun üzünə qarşı deməklə bir daha təsdiq etmişlər(iş vərəqə: səh. 202-205, 206- 209, 210-213,). Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Təqsirləndirilən şəxs qardaşı X12 ifadəsində göstərdi ki, hadisə günü, 18 sentyabr 2021-ci il tarixdə günorta saatlarında evdə olarkən dayısı X1 həyat yoldaşı Sədaqət İsgəndərova özünə məxsus ***-***-**-** mobil telefonla onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib, ona qardaşı Rəvanın tutulduğunu və 23-cü PB-də olduğunu bildirmişlər. O, 23-cü PB-nə getmiş, lakin onu içəri buraxmamışlar. Saat təxminən 5-6 radələrinədək orada gözləmiş və nəhayət onu içəri çağırmışlar. Orada Niyaməddin adlı polis əməkdaşı ona qardaşının mobil telefonunu, bel kəmərini və 15 manat pulunu vermişlər və o, həmin əşyaları qəbul etmişdir. Lakin Rəvanı görə bilməmişdir. Bundan sonra daha 1-2 saat gözləmiş, artıq hava qaralımağa başladıqda qardaşı Rəvanın Bölmədən çıxarıldığını, bir maşına otuzdurub harada aparıldığının şahidi olmuşdur. Həmin vaxt atası, böyük dayısı orada olmuş, lakin Rəvanın nəyə görə tutulduğunu öyrənmək üçün çox cəhd etsələr də, öyrənə bilməmişlər. X23 Təcridxanasına göndərildikdən sonra onun narkotikə görə tutulmasını öyrənə bilməmişlər. Qardaşı idmançı olmuş, spirtli içkilərdən, narkotik vasitələrdən kənar biri olmuşdur. İstintaq Təcridxanasında qardaşıyla görüşərkən işkəncələrə məruz qalması barədə onun özündən eşitmiş və buna görə özü müxtəlif dövlət idarələrinə və Prezidentə ərizələr yazıb şikayətlər etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Şəxsi axtarış və götürmə haqqında” 18 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən istirahət parkında saxlanılaraq 23-cü PB-nə gətirilmiş, hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs təhqiqatçının təklifinə əsasən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofona bükülmüş, qəhvəyi rəngdə, spesefik iyə malik olan narkotik vasitəyə oxşar maddəni təqdim etmişdir. Təqdim olunan bir ədəd şəffaf sellofan bükülüdə olan narkotik vasitəyə şübhəli maddə bir ədəd zərfə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib olunmuş, protokol şəxsi axtaprış aparılması və götürmə prosesində iştirak etmiş polis əməkdaşları, iki nəfər hal şahidi və şübhəli şəxs Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır (iş vərəqə: səh. 32-34). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «axtarış aparılmasına dair» 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanında axtarış aparılmış, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir (iş vərəqə: səh. 86-93). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi (materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi”) ekspertizasının 19 sentyabr 2021-ci il tarixli 6/4137 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bir ədəd şəffaf selofana bükülmüş maddə kustar üsulla hazırlanmış heroin narkotik vasitəsidir, təmiz çəkisi külli miqdarda olmaqla 3,982 qram təşkil edir(iş vərəqə: səh. 41-46). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 06 noyabr 2021-ci il tarixli, 4361 nömrəli rəyi ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları istisna olunmur. Lakin hal-hazırda, yəni ekspertiza tədqiqatı prosesində Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 148-149). İbtidai istintaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda, təmiz çəkisi 3,982 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra həmin narkotik vasitənin qalıq qalmış 3,932 qram hissəsi saxlanılması üçün Nizami RPİ-nin MSK-na təhvil verilmişdir (iş vərəqə: səh. 236). Məhkəmə baxışı elan edilməklə tədqiq olunan "xxxx" MMC-dən əldə olunan BKC/LGL-18481/21 nömrəli, 06.10.2021-ci il tarixli müşaiyət məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona daxil olmuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən bir ədəd CD formatlı diskə baxış keçirilərkən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olan və iş üçün əhəmiyyət kəsb edə biləcək SMS yazışmaları və ya telefon danışıqları müəyyən edilməmişdir(iş vərəqə: səh. 133- 143). Bundan başqa, məhkəmə baxışı elan edilməklə tədqiq olunan "xxxx" MMC-dən əldə olunan AZF/LGL-20585/21 nömrəli 01.10.2021-ci il tarixli müşaiyət məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona daxil olmuş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən bir ədəd CD formatlı diskə baxış keçirilərkən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli olan və iş üçün əhəmiyyət kəsb edə biləcək SMS yazışmaları və ya telefon danışıqları müəyyən edilməmişdir(iş vərəqə: səh. 118-122). "xxxx" MMC-dən və "xxxx" MMC-dən əldə olunan cəmi iki ədəd CD formatlı disklər iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 218-228). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini külli miqdarda əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, üzləşmə protokolları, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış və götürmə aparılmasına dair protokol, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri və digər prosessual sənədlər sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq etmir. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və CPM-nin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Lakin baxılan cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən sübut kimi qiymətləndirilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş və məhkəmə baxışı zamanı tədqiq olunan Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili tərəfindən Polis Bölməsinin rəhbərliyinə ünvanlanmış 18 sentyabr 2021-ci il tarixli raportun, eyni əməkdaş tərəfindən qəbul edilmiş və Polis Bölməsinin rəhbəri tərəfindən təsdiq edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” eyni tarixli qərarın, həmçinin əməliyyat qrupunun təşkil edilməsi haqqında eyni tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı onun satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə olmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan digər əməliyyat xarakterli sənədlərlə müəyyən edilmişdir ki, Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili tərəfindən Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar yazılmış 18 sentyabr 2021-ci il tarixli raportun və “şəxsi axtarış və götürmə aparılması haqqında” eyni tarixli protokolda Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmada şübhəli şəxs qismində saxlanıldığı qeyd olunmuş, hətta Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Lakin məhkəmə araşdırması prosesində müəyyən olundu ki, məhkəməyədək iclaat mərhələsində nə ibtidai istintaq və nə də əməliyyat yolu ilə Təqsirləndirilən şəxs narkotik vasitəni konkret olaraq hansı mənbədən, hansı şəraitdə və hansı üsulla əldə etməsini, sonuncunun konkret olaraq kiməsə narkotik vasitə satmasını və ya pay verməsini müəyyənləşdirmək mümkün olmamışdır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 20 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin 20 sentyabr 2021-ci il tarixli həmin qərardan görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edərkən heç bir sübuta istinad etməmiş, əməlin tövsifini əsaslandırmamışdır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 18 sentyabr 2021-ci il tarixdə şəxsi axtarış və götürmə aparılarkən, müvafiq olaraq 19 və 20 sentyabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində 18 sentyabr 2021-ci il tarixdə, saat 16:05 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsində yerləşən istirahət parkında piyada hərəkətdə olan zaman polis əməkdaşlarının ona yaxınlaşdığını və üzərində hər hansı bir sənədi olmadığından Nizami RPİ-nin 23-cü PB-nə dəvət olunduğunu, hal şahidlərinin iştirakları ilə üzərinə baxış keçirildiyini, əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən 1 ədəd şəffaf sellofona bükülmüş qəhvəyi rəngdə olan narkotik vasitəyə oxşar maddəni çıxarıb masanın üzərinə qoyduğunu, üzərindən aşkar edilmiş maddənin narkotik vasitə olan “heroin” olduğunu səmimi etiraf etdiyini və təxminən 3 gün əvvəl yaşadığı evin yaxınlığından zibil qutularının yanında aşkar edib götürdüyünü və zərurət olarsa, narkotik vasitələrdən əziyyət çəkən tanışlarına hədiyyə etmək məqsədi ilə üzərində saxladığını bildirdiyini, polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq edilmədiyini göstərsə də, ibtidai istintaqın sonrakı mərhələlərində və məhkəmə baxışı zamanı yuxarıda qeyd olunanları inkar etmiş, 18 sentyabr 2021-ci il tarixdə qanunsuz olaraq Nizami RPİ-nin CAŞ-nin rəisi Firdovsi müəllimin tapşırığı ilə Nizami RPİ-nin 23-cü PB-nə aparıldığını, Nizami RPİ-nin 23-cü PB-nin rəisi Şahid7 və Nizami RPİ-nin CAŞ-nin rəisi Firdovsi adlı şəxs tərəfindən ona qarşı narkotik vasitələrin satışı ilə məşğtul olmaqda günahlandırıldığını, hüquqlarının pozulduğunu, boynuna narkotik vasitə qoyulduğunu, qəbul etməyəcəyi təqdirdə onun üçün daha pis olacağı ilə hədələndiyini, əvvəlcədən hazırlanmış sənədlərə təzyiq altında imza atdırıldığını, narkotik vasitəni hansısa zibilliyin yanından tapması, özünün istifadə etmədiyi və narkotikə ehtiyacı olan tanımadığı şəxslərə verməsi üçün üzərində saxlaması ilə bağlı ifadələrin ona məxsus olmadığını bildirmiş, üzərində şəxsi axtarış aparılarkən təqdim etdiyi göstərilən narkotik vasitə ona məxsus olmadığını, ona heç bir növdə narkotik vasitə verilmədiyini, şəxsən o, özü polisə narkotik vasitə təqdim etmədiyini, lakin protoklda o cür qeyd olunduğunu göstərmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında 20 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, sonuncu təqsirləndirilən şəxs qismində dindirilməsində sonra məhkəmə qarşısına çıxdığı ilk məqamda haqqında qaldırılan vəsatətdə və verilmiş təqdimatda göstərilən xüsusatları, yəni narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxladığını və üzərində daşıdığını inkar etmişdir. İbtidai istintaq orqanının şahid ifadəsi olaraq sübut növü kimi qiymətləndirdiyi Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları məhkəmə baxışı zamanı ifadələrində göstərdilər ki, ibtidai istintaq mərhələsində keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyini, konkret olaraq onun kiməsə narkotik vasitə satmasını və ya pay verməsini müəyyənləşdirmək mümkün olmamışdır. Lakin ibtidai istintaq orqanı tərəfindən sübutlar qiymətləndirilərkən və həm də iş üzrə tərtib olunan ittiham aktında şahid ifadələrinin hər birinə ayrı-ayrılıqda, həmçinin üzləşmədə dindirmələrə sübut növü kimi qiymət verilərkən istər sərbəst və istərsə də üzləşmələr zamanı verilmiş ifadələri əsassız olaraq təqsirləndirilən şəxsi satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib daşımaqda və üzərində saxlamaqda ifşa etmiş ifadələr kimi qiymət verilmişdir. Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan istintaq orqanı tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli əməliyyat tapşırığına əməliyyat xidməti tərəfindən ümumiyyətlə cavab verilməmiş, nə ibtidai istintaq və nə də əməliyyat orqanı tərəfindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamış, həmçinin onun satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamasını və daşımasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 18 sentyabr 2021-ci il tarixli qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 19 sentyabr 2021-ci il tarixli, 6/4137 saylı ekspert rəyinin Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın sübut etmə predmetinə gəldikdə isə məhkəmə qeyd edir ki, tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının həmin rəyi təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin növünün, tərkibinin və kütləsinin müəyyənləşdirilməsinə dair hissədə sübut əhəmiyyətinə malikdir və bu rəylər Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə edib saxlamasını, daşımasını və s. təsdiq edə biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Bundan başqa, yuxarıda göstərildiyi kimi, ibtidai istintaq orqanı həm də məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının rəyini Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın təsdiqi üçün sübut əhəmiyyətli sənəd kimi qiymətləndirmişdir ki, tədqiq olunan həmin rəy ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsini özündə ehtiva edir, yəni təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin olub-olmaması, belə bir xəstəlik müəyyən olunduğu təqdirdə isə şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli tədbirlərin tətbiq edilib-edilməməsi məsələsi məhkəmə tərəfindən həmin rəyin nəticəsinə uyğun həll edilir. Odur ki, bu rəydən təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını, daşımasını və s. təsdiq edən sübut kimi istifadə oluna bilməz. İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan 14 dekabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işindən sonuncunun əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə ayrıca icraatda ********* saylı cinayət işi ayrıldığı müəyyən edilmişdir. Daha sonra, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda aparılmış axtarış nəticəsində ünvandan hər hansı növdən olan narkotik vasitələr və s. aşkar edilməmiş, o, narkotik vasitələri satarkən və ya satmağa cəhd edərkən yaxalanmamış, onun hər hansı istehlakçı və s. cinayətkar şəxslə istər fiziki və ya istərsə də mobil əlaqəsi müəyyənləşdirilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi məhkəmənarkoloji ekspertizasının 06 noyabr 2021-ci il tarixli, 4361 saylı rəyindən də göründüyü kimi, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları istisna olunmadığı müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun bir ədəd bükümdə aşkar edilb götürülmüş heroin narkotik vasitəsini qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamasını və daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyn edilməmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib bir ədəd bükümdə götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisi 3,982 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar təşkil edir və bu miqdar qanunla müəyyən olunan külli miqdar həddini az bir miqdar fərqlə aşmışdır. Lakin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisinin 3,982 qram olmaqla külli miqdar təşkil etməsi, bu miqdar narkotik vasitənin bir ədəd bükümdə aşkar edilib götürülməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilməməlidir və bu miqdar şəxsi istehlak miqdarından artıq miqdar kimi qəbul edilməlidir. Qeyd olunan həmin qərardan da göründüyü kimi, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin və ya psixotrop maddənin tək kütləsinin külli miqdar təşkil etməsi və bir ədəd bükümdə olması onun narkotik vasitələri və ya psixotrop maddələri satmaq niyyətində olması qənaətinə gəlməyə əsas vermir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutların olması zəruridir və işin digər halları nəzərə alınmalıdır. Araşdırmaya əsasən məhkəmə qeyd ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin kütləsinin 3,982 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi və saxlanılması məhkəmə baxışı nəticəsində təsdiq olunmadığından, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətə tövsifinə öz təsirini göstərə bilməz. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, həmçinin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini və ya ondan satış məqsədilə hər hansı avadanlıq aşkar edilməsini təsdiq edən heç bir sübut növü müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına və Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyyələrə əsasən məhkəmə qeyd edir ki, narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması öz təstiqini tapmamış, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar edilib götürülən heroin narkotik vasitəsinin bir ədəd bükümdə olmaqla külli miqdar meyarına, istintaqçının özünün hüquq düşüncəsinə, fərziyyə və şübhələrinə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsindən həmin Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsifi məsələsinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Reqina Xəlilovanın əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif olunmalı, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla sonuncu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadələrində özünü ümumiyyətlə təqsirli bilməyib, ondan narkotik vasitə aşkar edilib götürülməsini inkar etmiş, onda ümumiyyətlə narkotik vasitə olmadığını, hər hansı miqdarda narkotik vasitə əldə edib saxlamadığını, üzərində gəzdirmədiyini, hər hansı miqdarda narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmiş, narkotik vasitənin polis tərəfindən onun boynuna qoyulduğunu, qanunsuz saxlanıldığını, təzyiqlərə məruz qaldığını göstərmişdir ki, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı gətirdiyi həmin dəlilləri özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması və üzərində daşıması məhkəmə baxışı zamanı təkzib edilməz və mötəbər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild 111-112). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs idmançıdır, idmanın Yunan-Roma güləşi üzrə dəfələrlə Azərbaycan Respublikası çempionatlarında və başqa titullu yarışlarda İ-İİİ yerləri tutmuş və buna görə xüsusi medal və diplomlarla təltif olunmuşdur. Daha sonra məhkəməyə təqdim olunan sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs atası X13 İ Qarabağ müharibəsində iştirakına görə Azərbaycan Respublikasının müharibə veteranıdır. Ən nəhayət, məhkəməyə təqdim olunan sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qardaşı X5 Müharibəsi iştirakçısıdır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidmətlərinə görə Azərabycan Respublikası Prezhidentinin 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən «Cəsur döyüşçü» medalı ilə təltif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, atasının Azərbaycan Respublikasının müharibə veteranı olmasını və qardaşının Vətən Müharibəsi iştirakçısı olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidmətlərinə görə «Cəsur döyüşçü» medalı ilə təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmənarkoloji ekspertizasının nəticələrinə münasibət bildirib qeyd edir ki, təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyin aşkar olunmaması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ekspertlərin tövsiyəsinə uyğun olaraq yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhnum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 sentyabr 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 20 sentyabr 2021-ci il tarixdə barəsində Nizami rayon Məhkəməsi tərəfindən barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət təqibinin bundan sonrakı müddətində məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhz buna görə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,932 qram narkotik vasitə heroin məhv edilməli; - "xxxx" MMC və "xxxx" MMC-yə aid mobil məlumatlar yüklənmiş iki ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 109,90 (yüz doqquz manat, 90 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 18 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməsin, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 3,932 qram narkotik vasitə heroin məhv edilsin; - "xxxx" MMC və "xxxx" MMC-yə aid mobil məlumatlar yüklənmiş iki ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 109,90 (yüz doqquz manat, 90 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar