Məhkəmə qərarları › İş №1(101)-582/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-582/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-582/2025 12.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və Əsgərova-X2 ibarət tərkibdə, Məmmədov Rüstəm Mirhadı oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri 35 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi - HGNS Kaunsilor Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxsi cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, Təqsirləndirilən şəxs hüquq verən və vəzifədən azad edən rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla qanunsuz hazırlayıb, bilə-bilə həmin saxta sənədlərdən istifadə etməklə öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 20 dekabr 2016-cı il tarixində təsis edilmiş, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin İdarə Heyətinin sədri (Baş meneceri) vəzifəsində çalışdığı zaman öz qulluq mövqeyindən istifadə edərək onun təklif və təkidi ilə həmin cəmiyyətin Qusar rayonu, Çağar kəndi ərazisində yerləşən torpaq sahələrində alma bağlarının salınmasında istifadə edilməsi üçün gətirilmiş, dostu Zərərçəkmiş şəxs məxsus, dəyəri 60000 manat olan bir ədəd “Aksa AD330” markalı 330 KVA generatoru və dəyəri 15000 manat olan bir ədəd ПAO «Укрзлектроаппарат» 250 KVA komplekt transformatoru 2016-cı ilin dekabr ayının sonlarında gələcəkdə istifadə etmək məqsədi ilə qanunsuz hazırladığı hüquq verən və vəzifədən azad edən rəsmi sənəd hesab olunan 27 dekabr 2016-cı il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsinə əlavə olan qiymətlərin razılaşdırılması protokolunda “Satıcı” qrafasındakı guya satıcının iradəsini ifadə edən Zərərçəkmiş şəxs imzasının təsvirlərini istintaqa məlum olmayan şəraitdə icra etdirməklə saxtalaşdırıb möhürü ilə təsdiqlətməklə bilə-bilə saxta sənədlərdən istifadə edərək sonuncudan xəbərsiz, rəhbərlik etdiyi "xxxx" MMC-yə 49500 manat müqabilində satmaqla öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 75000 (yetmiş beş min) manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin idarə Heyətinin sədri (Baş meneceri) vəzifəsində çalışdığı zaman öz qulluq mövqeyindən istifadə edərək dostu Zərərçəkmiş şəxs tərəfindən həmin cəmiyyətlə iş birliyi olduğundan yeni əkiləcək alma tinglərinin alınması üçün Fransa Respublikasının “Dalival” şirkətinin hesabına köçürülmüş 73225 avro pul vəsaiti sonradan buna lüzum olmadığından Zərərçəkmiş şəxs bank hesabına qaytarıldıqda etibarnamə əsasında həmin hesabdan məxaric edilmiş 146 640,45 manat pul vəsaitini 08 fevral 2017сi il tarixində saat 13 radələrində Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 3 ünvanında yerləşən "xxxx" ASC-nin “Mərkəz” filialında sonuncunun kürəkəni Şahid1 Zərərçəkmiş şəxs "Our Orchards” MMC-dəki pay hesabına köçürəcəyi vədi ilə alıb verdiyi vədə əməl etməməklə aldadaraq öz qulluq mövqeyindən istifadə edib etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs 146 640,45 (bir yüz qırx altı min altı yüz qırx manat qırx beş qəpik) manat külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İqtisad Universitetinə daxil olmuşdur. 1976-ci ildə həmin universiteti bitirmişdir. O, son iki ildə çox böyük təsirlərə məruz qalmışdır. Onu 4 prokuror, 2 böyük müstəntiq və polis idarəsi 32 saat dindirib. Həmin vaxt o, psixoloji təsirlərə məruz qalmışdır. Onu ilk dəfə Korrupsiya Qarşı Mübarizə baş İdarəsinə çağırmışlar. Orada onu 6 saat dindirmişlər. Prokuror onu dindirdikdən sonra heç bir günahı olmadığını və gedə biləcəyini bildirmişdir. 1 ay sonra onu yenidən Korrupsiya Qarşı Mübarizə baş İdarəsinə çağırmışlar. O, orada bir ay öncə ifadə verdiyini bildirmişdir. Orada ona «A Plastik» şirkəti ilə bağlı məsələdə şahid kimi çağırıldığını bildirmişlər. O, həmin şirkətə heç bir üzvlüyü və aidiyyatı olmadığını bildirmişdir. O, Namiklə 35 ildən artıqdır ki, yaxındır. Lakin bu yaxınlıqdan onların heç vaxt iş birlikləri olmayıb. Namikin iş birliyi Şahid5lə olub. Onların Xaçmaz rayonunda plastik qabların istehsalı ilə bağlı və karton sexləri olub. O, Azəri Namikə görə tanımışdır. Bir gün Azər Namikə bağ salmaq təklif etmişdir. Namik də həmin fikri onunla bölüşmüşdür. O bu fikrə etiraz etməmişdir. Azər ona düşən paydan hissələrin 35%-in 17,5%-ni bizə sata biləcəyini bildirmişdir. Onlar Namiklə buna razılıq vermişlər. Bütün sənədlər Azərin adına olduğu üçün onlar onunla şifahi formada razılıq əldə etmişlər. Bir gün X16 alma tinglərinin alınması üçün beh göndərmək lazım olduğunu bildirmişdir. Namik çox düşünmədən öz şəxsi hesabından Fransaya 74 000 euro göndərmişdir. Şirkət yarandıqdan sonra fransızlara 560 000 euro pul köçürülmüşdür. Fransızlar isə Namikin beh üçün aldıqları 74 000 euro pulunu geri qaytarmışlar. Müqavilə şirkətlə fransızlar arasında olduğu üçün 560 000 euro şirkətin hesabından onların hesabına köçən kimi Namikin beh olaraq göndərdiyi 74 000 euro pulu geri qaytarmışlar. Bir gün Namik ona zəng edərək bankda olmadığını, Azərin Elmanı banka göndərdiyini, Elşadın Elmanı tanımadığını və onun banka gedərək pulun Elmana çatdırılmasına kömək etməyini bildirmişdir. Elman Azərin iş ortağı idi və sonra onlarla işləməyə davam etmişdir. Elşad Namikin kürəkəni idi. O, bankdan pulu çəkmiş və ona vermişdir. O, orada pulu Elmana vermişdir. Elman səhəri gün pulu Azərin hesabına köçürtmüşdür. 245 000 Azn puldan 146 000 AZN Namikin, 99 000 Azn isə onun payı idi. Onlar üzərilərinə düşən pulu belə ödəmişlər. Qalan pulu isə Azər özü ödəyəcəkdi. Ümumi yığıncaqda belə bir məsələ qoyuldu ki, tranformator ve generator almaq üçün 50 000 pul ayrılması barədə qərar verildi. O Namiklə Türkiyədə qalan zaman Azər Namikə zəng edərək təcili olaraq bağda işıqlar söndüyündən və problemlər olduğundan transformator və generator lazım olduğunu bildirmişdir. Namik Azərə sürücüsü Təbrizin yanına getməyi və Təbrizin onu Hökməli qəsəbəsinə aparıb orada transformator və generator verəcəyini bildirmişdir. Azər də Namikin sürücüsü Təbrizlə Hökməli qəsəbəsinə gedərək transformator və generatoru götürüb Xaçmaz rayonuna aparmışdır. Onlar Türkiyədən qayıtdıqdan sonra Azərlə görüşmüşlər. Azər transformator və generatorun pulunu Namikə vermək lazım olduğunu bildirmişdir. O, həmin vaxt şirkətdə satıcı-menecer işləyirdi. Namik də pulu özü bankdan çıxara bilməzdi. Banka onunla Elman gedirdilər. Oradan pulu təsisçilərin icazəsi olmadan çıxara bilməzdilər. 2-3 gün sonra Elman onun yanına gəlmişdir və ona müqavilə vermişdir. O, müqaviləyə öz tərəfindən imza çəkmişdir. Müəyyən bir müddət sonra o, 49 500 AZN pulu bankdan çıxarıb üstünə də özü əlavə edib 30 000 dollar pul düzəldib Azərə vermişdir. Azər də həmin pulu Namikə vermişdir. Namik də Azərin onun pulunu qaytardığını bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, o, 2017-ci ildən həmin şirkətdə işləmişdir. Orada satıcı-menecer işləmişdir. Şirkətdə ona həm də direktor deyirdilər. Həmin vəzifəyə Şahid4 onu özü təyin etmişdi. Alqı-satqı müqaviləsinin və bütün sənədlərin hazırlanması Şahid2 həvalə edilmişdi, bu səlahiyyəti ona Şahid4 vermişdi. Onlar bütün günü birlikdə sənəd işləri ilə məşğul idilər. Azər ona generator və transformatorun ödənişin ödənilməsini və bunun üçün Elmana bankdan pul çıxarmaq lazım olduğunu bildirmişdir. Elman ona Namik tərəfindən imzalandığını bildirdiyi müqavilə vermişdir. O, həmin müqavilədə öz adının qarşısından imzanı atdıqdan sonra icra üçün Elmana geri qaytarmışdır. Müqavilə iki nüsxədən ibarət idi. İmzaladıqdan sonra hər iki nüsxəni Elmana geri qaytarmışdır. Müqavilədə tərəflərin adı kimi bir tərəf onun digər tərəf isə Zərərçəkmiş şəxs adı qeyd edilmişdi. Elman ona müqaviləni gətirəndə orada Namikin imzası var idi. O da öz adının qarşısından imzalayıb möhürü vurub sənədi Elmana geri qaytarmışdır. xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan müddətdə menecer işlədiyi dövrdə möhür arasıra onda da olmuş, Elmana vermək üçün Şahid4 da olmuşdur. Elvinin tapşırığı ilə ara-sıra möhürü Elmana da verirdi. Şirkətə məxsus rekvizitlər və blanklar onda olmamışdır. Üzərindən uzun zaman keçdiyi üçün bunu dəqiq xatırlamır. Elman onun müavini idi. Nizamnaməyə əsasən şirkətdə qərarları təsisçilər, yəni Elvinlə Azər verirdi. Onlar təsisçi olduqları üçün qərarı verirdilər, o, isə həmin qərarın icrasına nəzarət edirdi. O və müavini Elman isə verilən qərarları icra edirdilər. X21 keçmiş sədri, əməkdaşı olduğu üçün sənədləşmə, maliyyə və kargüzarlıq işlərinini yaxşı bilirdi. O da ali savadlı olduğu üçün Elvin onun direktor olmağını məsləhət görmüşdü. O, transformator və generator ilə bağlı alqı-satqı müqaviləsində öz imzasını atmışdır. O, həmin müqaviləni imzalayan zaman Zərərçəkmiş şəxs orada iştirak etməyib. Sənədlərin hazırlanması Elmana tapşırılmışdı. X17 hazırlayır, hesabatları da o verirdi. Elman müqaviləni onun yanına gətirəndə sənədlərə tez imza çəkməyini və Namikin pulu verməli olduğunu bildirmişdir. Sənədləri Elman yığırdı. Namik transformator və generatoru Azərə özü vermişdi. 40 illik dostluqlarına güvənərək, o cümlədən onunla birlikdə Namik xaricdə səfərdə olanda Azər zəng vurub generator və transformator istədiyi və gedib götürdüyü üçün, pul məsələsini də təsisçi olan Azərlə Namik danışıb razılaşmışdı. Bundan əlavə də transformator və generatorun alınması təsisçilərin ümumi yığıncağın iclasında da qərara alınmış və 50.000 manatadək büdcə ayrılmışdır. Elman imzalı müqavilə təqdim etdikdə heç bir şübhə duymadan öz adının qarşısında imza atmanın səbəbi olan etibardan irəli gəlirdi. O, Namikin imzasının saxta olduğunu düşünməmiş, ümumiyyətlə ehtimal verməmişdir. Çünki Azər və Namik arasında olan danışıqlar və razılaşmalar onun yanında olmuşdur. Azər pulu çıxara bilmədiyi üçün ona demiş və o,49500 manatı çıxarmış və Azərə vermiş, Namik də həmin pulun ona çatdığını etiraf etmişdi. Alıcı olmadan həmin sənədi imzalamağın qanunsuz olduğunu bilmirdi. O, Azərə 5 000 Azn pul təklif etməmişdir. Namikin Fransadan geri qaytarılan 74 000 avro pulunun şirkətin hesabına köçürülməsini o, təklif etməmişdir. xx.xx.2017-ci il tarixində Bank of Baku bankında pul çıxarılan zaman o da orada olmuşdur. Həmin pulları o, almamışdır. Elşad bankdan pulu çıxarıb ona vermişdir. O, sonuncunun yanında pulu Elmana vermişdir. Elman da həmin pulu səhərisi gün Azərin şirkətdəki hesabına nizamnamə payı kimi köçürmüşdür. Şirkət xx.xx.2016-cı ildə yaranıb. Pul Elman tərəfindən hesaba xx.xx.2017-ci ildə mədaxil edilmişdir. Şirkət açılmamışdan qabaq Elvin Namikdən tinglər üçün pul köçürülməsini xahiş etmişdir və razılaşmaya əsasən şirkət açıldıqdan sonra pulun geri qaytarılacağı və şirkətə yenidən dövr ediləcəyi bildirilmişdir. Həmin pulu Namik şirkətdə öz payını təsdiq etmək üçün köçürmüşdü. Razılaşmada da şirkət pulu geri qaytarandan sonra Namikin adına köçürüləcəyi bildirilmişdir. Namik həm tinglər, həm də torpaq üçün pul köçürmüşdü. Namik şirkətdə öz payını bu cür təsdiq etmişdi. O, öz payını Fransadan şirkət pulu geri köçürəndən sonra vermişdir, şirkətə dövr etmişdir, bunu da hər kəs təsdiq edir. O, Azəri Namikə görə tanımışdır. Namiklə aralarında heç vaxt narazılıq olmamışdır. Namikin pulu Fransadan geri qayıdandan sonra Elvin onlara pulu şirkətin hesabına köçürməklərini bildirmişdir. Onlar pulu hesaba köçürmüşlər. Pulu bank hesabına Elman tərəfindən Azərin adından hesabına köçürmüşdür. Qəbz Elmanda idi. Təsisçilərin ümumi iclasında razılaşma olurdu. Kimin nə iş görəcəyinə qərar verilirdi. Bütün müqavilələrin hazırlanmasını Elman təşkil edirdi. Elman ona müqaviləni gətirən zaman həmin müqaviləni Namikin imzaladığını bildirmişdi. O, Elmana inanmışdır ki, həmin imza Namikin imzasıdır. İşlədikləri dövrdə onların arasında etibarsızlıqla bağlı heç bir məsələ olmamışdır. Sənədi Elman tərtib etdiyinə görə sənədi də ona sonuncu gətirmişdir və ona Namikin həmin sənədə qol çəkdiyini onun da çəkməli olduğunu bildirmişdir. 370.000 dollar Azər bağa görə ondan almışdır, təsdiq də edib, sənədlərdə bu var. Elmanın pulu yox idi. Azər ondan 50.000 bir alıb, 70000 bir alıb, 100.000 bir alıb. Azər bu pulların hamısını ondan alıb. Azər ondan generator və transformatorun pulunun Namikə verilməsi məqsədilə hesabdan çıxarıb Azərə təqdim etməsini üçün pul istəmiş, o da, təsisçilər tərəfindən verilən qərarı icra etmişdir və pulun Namikə verildiyini də Azər ona bildirmiş, Namik də bunu təsdiq etmişdir. İndi isə belə deməyinin səbəbi isə sadəcə bir oyundur. O, bankdan çıxarılan 49.500 manat məbləği 30.000 ABŞ dollarına tamamlayaraq Azərə vermişdir. Dollara tamamlamasının səbəbi isə bütün tərəflər arasında ödənişlər dollar məzənnəsi ilə danışılıb razılaşdırıldığı üçün dollar şəklində vermişdir. O, heç generatorun və transformatorun ayrı-ayrılıqda qiymətini bilmirdi, çünki onun Namiklə Azər arasında olan danışıqlara aidiyyəti ona aidiyyəti yoxdur. Azər ilə Namik öz aralarında bunun qiymətini qiymətləndirmişlər, Mal Namikin idi, Azərdən də pulunu istəyirdi. Namik generatoru və transformatoru ona yox, Azərə vermişdi. Şirkətin baş mühasibi o, olmamışdır. Baş mühasib Elman olmuşdur. Kassa məxaric orderindəki imzalar ona məxsusdur. Kassa məxaric orderindəki imzaların niyə ona məxsus olduğunu bilmir. İmzaların ona məxsus olduğuna etiraz etmir. Həmin vaxt şirkətin mühasibi olmadığı üçün Elvin ona mühasibin yerinə imza etməyə ixtiyarının olduğunu demişdir. Kassa məxaric orderinin sonundakı imza isə ona məxsus deyil. Kassa məxaric orderinə imza çəklibçəkilmədiyini təsdiq edə bilməz, çünki hadisənin üzərindən uzun müddət keçib. Kassa məxaric orderində qeyd olunan məbləği götürüb Azərə vermişdir, Namikə verməmişdir. Təsisçi Azər olduğu üçün Azərin dediyinə görə də həmin pulu gətirib Azərə vermişdir. Namik Ona mal verilməyib, heç bir tansformator, generator görməmişdir. Azər onları bağa aparıb, orada lazım idi, hazırda da bağdadır. 49.500 manat pulu dollar şəkilində vermişdir. Həmin pulu Azərə vermişdir. Bu şirkətin sadəcə şirkət kimi adı var idi. Şirkətin adı kimi bir fəaliyyəti göstərmirdi. Şirkətin mühasibatçısı yox idi. Sadəcə tez elə onu, tez elə bunu deyirdilər. Mühasibatçı olmadığı üçün təsisçi ona problem olmadığını dediyi üçün mühasibatçının yerinə imza etmişdir. O da yəqin ki problem olmaz deyə imza etmişdir. Təsisçinin mühasibatçının yerinə imza etməyinə görə problem olmaz sözlərini Azər gəlsə təsdiq etdirə bilər. Kassa məxaric orderindəki imzanın Namikə məxsus olub-olmamasını dəqiq deyə bilməz, çünki sənədləri Elman hazırlayırdı. Müdafiəçisi ilə razıdır, onun özünü bütün məhkəmə iclaslarında təmkinli aparmağının səbəbi odur ki, o, özü belədir, amma bəzi adamlar elə hesab edirdilər ki, Nazim özünü günahkar hesab edir deyə danışmır, səs yazılarına məhkəmədə qulaq asıldı, hər şeyin şər olduğu proses iştirakçılarına aydın oldu. Zərərçəkmiş şəxs özü təsdiq edir ki, 94.000 özü qoymuşdur, 74.000 alma tinglərinə, 20.000 torpağa, 70.000 ABŞ dolları da Nazim qoymuşdur. Namik gedib hər yerdə yazıb ki, guya ki, Azəri sonuncu ilə o, tanış etmişdir, halbuki Azəri onunla Namik tanış edib. 74.000 avronun hesaba oturmasını Namik hamıdan yaxşı bilir. Sadəcə olaraq səhnə yaradır, ətrafında hüquqşünaslar var, onlar düzüb qoşurlar ki, belə etsələr, Nazimdən pul udacaqlar. Məhkəmədən əvvəl Namiklə razılıq üçün danışıqlara getmək istəməsinin səbəbi isə, Namikin onu hədələməsi, arxasında duran şəxslərin məhkəməyə təsir edə biləcəyini, onun bu yaşında nə olursa olsun, həbs ediləcəyini bildirməsi olmuşdur. Bu təzyiqləri məhkəmə prosesi zamanı mülki məhkəmə icraatında olan işlərə də şamil etməklə ifadə etmiş, buna görə də məhkəmə kollegiyası tərəfindən irad almışdır. Məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı institutunun “xalq təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı" fakültəsini bitirmiş, əvvəllər Kənd Tikinti Nazirliyində şöbə müdiri, sonra isə "xxxx" MMC-nin baş meneceri vəzifələrində işləmişdir. Zərərçəkmiş şəxs ilə o, 1980-ci ildə tanış olmuş, 2000-ci ilin əvvəllərindən etibarən isə tez-tez görüşmüş və dostluq münasibətləri yaranmışdır. Onlar birlikdə tez-tez səyahətlərə getmişlər. Namik ilə əvvəllər heç bir biznes əlaqələri olmamışdır. Lakin Namik həmişə ona Şahid5lə olan iş birliyindən danışıb sonuncudan çox razı olduğunu vurğulamışdır. X14 "xxxx" adlanan ortaq şirkətləri də olmuşdur. Həmin şirkət meyvələr üçün plastik ve taxta yeşiklər istehsal etmişdir. 2016-cı ildə Namik ona Azərin etdiyi təklifi bildirmişdir. Belə ki, Azər, Namikə ərəblərlə birlikdə alma bağları salmaq istədiyini və bu barədə ərəblərlə olan razılaşmaya əsasən həmin alma bağlarının salınması üçün tələb olunan vəsaitin 65%-nin ərəblər, yerdə qalan 35%-nin isə Azər tərəfindən təmin edilməli olduğunu bildirmişdir. Azər, Namikə təklif etmişdir ki, Azərin təmin etməli olduğu 35 %-i təkbaşına təmin edə bilməyəcəyindən, həmin vəsaitin tamamlanmasında Namik də iştirak etsin və nəticədə bu hissədə şərik olsunlar. Namik ona bu barədə bildirib təklif etmişdir ki, o da həmin vəsaitin tamamlanmasında iştirak etsin və nəticədə o da həmin alma bağlarından pay sahibi olsun. O həmin təklif üzərində bir müddət fikirləşdikdən sonra öz razılığını Namikə bildirmişdir. Aralarında olan razılaşmaya əsasən 35% vəsaitin təmin olunması üçün onun üzərinə düşən hissə 70000 ABŞ dolları təşkil etmiş və o həmin məbləği Namikin təklifindən təqribən bir ay sonra tam şəkildə Namikə vermişdir, sonuncu da həmin 70000 ABŞ dolları Azərə vermişdir. Eyni zamanda, bundan öncə Namik, Azərin təklif etdiyi torpaqların alınması üçün sonuncuya pul vermişdir. Namikin aldığı torpaqlarin sahəsi 8 ha, meyvə bağlarının ümumi ərazisi isə 20 ha olmuşdur. Torpaqların alınmasını Şahid2 və hər hansı tanışlığı olmadığı Baləmməd Baləmmədov həyata keçirmişdir. Azər, Namikin adına olan torpaqların şirkətin adına rəsmiləşdirilməsi üçün olan vəsait tamamlandıqdan sonra alma bağlarının 65%-i ərəblərin, 35%-i isə Azərin adına rəsmiləşdirilmişdir. Namiklə Azər arasında olan razılaşmaya əsasən sonuncu payına düşən 35% payın 17.5 % payını ona, digər 17.5 % payını isə Namikə verəcəyini öz öhdəsinə götürmüşdür. Lakin bu razılaşma ilə bağlı aralarında hər hansı bir rəsmi sənəd və ya müqavilə olmamışdır. Belə ki, Namik, Azərə çox inanmış və o da öz növbəsində Namikə çox inandığı üçün aralarında olan razılaşmaya dair rəsmi şəkildə hər hansı bir müqavilə bağlamağa gərək duymamışdır. xx.xx.2016-cı il tarixdə "xxxx" MMC təsis edilmiş və qeyri-rəsmi şərik olduqlarına görə razılıq əsasında o, baş menecer, Şahid2 da baş menecerin müavini vəzifəsinə təyin edilmiş, reallıqda isə bütün işləri Elman idarə etmişdir. Rəsmi sənədlərdə təsisçilər Şahid4 direktor olduğu "X5 Şirkəti" QSC və Xaçmaz rayonu, Armudpadar kəndində qeydiyyatda olan sahibkar X4 olmuş, həmin QSC tərəfindən "xxxx" MMC-yə ******* (bir milyon yüz beş min) manat, Şahid5 tərəfindən isə 595000 (beş yüz doxsan beş min) manat sərmayə qoyulması göstərilmişdir. Amma həqiqətdə Şahid5 tərəfindən qoyulmuş 595000 manat vəsaitin 245000 manatını xx.xx.2017-cı il tarixində onunla Zərərçəkmiş şəxs və Şahid2, qalan 350000 manatını isə Şahid5 qoymuş, 245000 manat "xxxx" MMC-in bank hesabına Şahid2 tərəfindən köçürülmüş və qəbzin surəti də sonuncunun özündə olmuşdur. Bununla da Zərərçəkmiş şəxs və Şahid2 "xxxx" MMC-nin paylarında qeyri-rəsmi şəkildə Şahid5 ilə şərik olmuşlar. Bundan başqa, Zərərçəkmiş şəxs alma tinglərinin alınması üçün də Fransaya pul göndərmişdir. Belə ki, fransızlar alma tinglərinin ucuz olduğunu və həmin vaxt alınmasının sərfəli olacağını demiş, bununla bağlı beh göndərilməsini bildirmişlər. Namik də "xxxx" ASC-də olan hesabından təxminən 74000 avro vəsaiti Fransaya "Dalival" şirkətinə köçürmüşdür, lakin alma tinglərinin pulu "xxxx" MMC tərəfindən ödənildikdən sonra Namikin pulu geri qaytarılmışdır. Bununla yanaşı 2017-ci ilin yanvar ayında o, "X5 Şirkəti" QSC-nin direktoru Şahid4 və Şahid2la birlikdə Fransaya gedib Fabian adlı əcnəbi şəxslə görüşdükdən sonra alma tinglərinin alınması üçün müqavilə bağlanmışdır. Azərbaycana qayıtdıqdan sonra "xxxx" MMC-nin bank hesabından sözügeden Fransadakı şirkətin bank hesabına təxminən 600000 manat pul köçürülmüşdür. Təxminən 2 ay sonra Şahid2 Fransaya tək gedərək alma tinglərini gətirmişdir. O, "xxxx" MMC-nin icraçı direktoru olsa da, işləri Şahid2 idarə etmiş, Şahid4 icazəsi və razılığı olmadan MMC-in hesabından bir manat da olsun vəsait xərclənməmişdir. Bundan başqa, 2016-ci ildə Azər, Namikə gilas biznesi üçün 200000 AZN pula ehtiyacı olduğunu bildirmiş, sonuncu da Azərin bu xahişini yerə salmamaq və həmin pulu vermək üçün kredit götürmək məqsədi ilə banka müraciət etmişdir. Sözügedən məbləğdə kreditin verilməsi məqsədilə bank qarşısında girov qoyulması üçün ev tələb olunmuşdur. Namik öz evini girov qoyaraq həmin krediti götürmək istəsə də, bank Namikin evinin tələb olan məbləğdə kredit verilməsi üçün yetərli dəyərdə girov sayılmadığını bildirmiş və bu səbəbdən əlavə bir evin də girov qoyulmalı olduğunu tələb etmişdir. Namik ondan kömək etməyini, onun evini də bu kredit müqabilində banka girov qoymağını xahiş etmişdir. O, Namiki 40 ilə yaxın müddət ərzində tanıdığı və yaxın dostluq münasibətlərinin olması səbəbindən bu xahişi yerə salmayıb öz evini də həmin kreditin alınması üçün bank qarşısında girov qoyulmasına razılıq vermişdir. Sözügedən kreditin alınmasında onun heç bir marağı olmamış və o kreditdən hər hansı məbləğ ona verilməmişdir. Həmin kreditin alinması üçün evinin girov qoyulmasında da heç bir maddi marağı olmamışdır və sadəcə Namiklə olan çox yaxın dostluq münasibətlərinə görə bu xahişini yerinə yetirmişdir. Bu hadisələrdən bir müddət sonra Şahid5 ölkədən qaçdığı məlum olmuşdur. Şahid4 onların təkidi ilə alma bağlarının Azərin adına olan 35% hissəsinin 17,5% hissəsi onun, digər 17.5% hissəsini isə Azərin yaxını olan Şahid2 adına rəsmiləşdirmişdir. Bu hadisədən on gün sonra Azər vətənə məcbur qaytarılmışdır. Təxminən 3 ay sonra isə Şahid4 ərəblərin gəlməyi barədə onlara məlumat vermiş və paylarını yenidən Şahid5 adına qaytarılmasını xahiş etmiş, lakin 15 gündən sonra yenidən onlara qayıdacağına söz vermişdir. Paylar Azərin adına qayıdandan sonra Şahid5 adında olan 35% payı onlardan xəbərsiz Şahid4 satmışdır. Bütün problemlər həmin gündən başlayaraq bu günə qədər davam edir. Namik ilə aralarında olan mübahisəyə səbəb sonuncunun bankdan alaraq Azərə verdiyi kreditin 50%-ni əsassız olaraq ondan istəməsi olmuşdur. Lakin onun Şahid5 ilə heç bir dostluğu, iş əlaqəsi və ya digər hansısa yaxın münasibəti olmamışdır. O, Şahid5 yalnız dostu Namikə görə tanımış və Azərlə ikilikdə heç bir iş əlaqəsinə girməmişdir. O, Şahid5 yalnız Namikin tanıtdığı qədər tanımışdır. Alma bağlarının salınması üçün 70000 ABŞ dolları məbləği Namikə verməsi və yuxarıda qeyd olunan 200000 AZN məbləğində kreditin alınması üçün heç bir maddi marağı olmadığı halda öz evini girov qoymağının əsas səbəbi də məhz Namiklə aralarında olan dosluq münasibətləri və ona hədsiz dərəcədə inamı olmuşdur. Alma bağlarının salınması fikri Şahid5 məxsus olmuşdur və həmin bağlarda pay sahibi olmağı təklifi ona Namik tərəfindən edilmişdir. Sözügedən alma bağlarında sahibi olduğu pay Şahid5 tərəfindən ona bildirilmədən və razılığı alınmadan Şahid4 yaxını olan Sərxan Nəsibova satılmışdır. Həmin bağların salınması üçün qoyduğu 70000 ABŞ dolları bu günə qədər ona qaytarılmamışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə 40 ildir dostluq edir. Qusar rayonunda alma bağı salmışlar. Alma bağı salmaq üçün 8 hektar torpaq sahəsi almışdır. 8 hektar torpaq sahəsini Elvin adlı şəxsin adına keçirtmişlər. Sumqayıt şəhərində yerləşən notariusda torpağı qarşılığında 1 manat belə almadan Elvin adlı şəxsin adına keçirtmişdir. 230.000 manat pul məbləğini Bank of Baku ASC-dən çıxardıb Nazimgilə vermişdir. Verdiyi bu pulla bağlı Azərin və Nazimin barəsində artıq məhkəmənin qətnaməsi var. Ona dəymiş 580.000 manat pul məbləği ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Bundan əlavə bildirmək istəyir ki, Təqsirləndirilən şəxs generator və transfarmatora görə 49.500 manat pul məbləğini şirkətdən alıb mənimsəyib. Onun da bundan xəbəri yox idi. 1 il yarım bundan əvvəl bununla bağlı Elman adlı şəxs ona müqavilə göstərib nə baş verdiyini demişdir. O da bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişdir. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində müqavilədə onun adından çəkilən imzanın ona məxsus olmadığını görmüşlər. Generator və transfarmatora görə 49.500 manat pul məbləğini şirkətdən mənimsəyiblər. Daha sonra alma bağları saldıqları ərazidə işıq problemi olduğu üçün generator və transfarmatoru ora sürücüsü ilə göndərmişdir. Telefon vasitəsi ilə danışıb Azərə generator və transfarmatoru Qobu rayonundan Qusar rayonuna göndərmişdir. Daha sonra isə 74.000 Avro pul məbləğini Fransa Respublikasına göndərmişdir. Həmin pulu Bank of Baku ASC-nin Səbail filialı vasitəsi ilə Fransa Respublikasına göndərmişdir. Sonradan o pulu geri qaytarmışlar. Pul geri qaytarılan vaxt o, ölkə xaricində olmuşdur. Ölkə xaricində olduğu üçün kürəkəninə həmin pulları götürüb Təqsirləndirilən şəxs verməyi xahiş etmişdir. Kürəkəni ilə əlaqə saxladığı vaxt kürəkəni pulları Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Təqsirləndirilən şəxslə telefon danışıq zamanı pulu aldığını, şirkətin hesabına köçürdüyünü və pulu şirkətin hesabına köçürməsi ilə bağlı qəbzin onda olduğunu demişdir. Bununla bağlı cinayət işi materiallarında səs yazıları da var, amma o vaxtdan Təqsirləndirilən şəxs həmin qəbzi təqdim edə bilmir. Xaçmaz Rayon Məhkəməsində o, Nazim, Elman və Elşən iştirak etmişlər. Nazim məhkəmədə pulu Elmana verdiyini demiş, amma Elman ona pul verilmədiyini bildirmişdir. Nəsimi rayonunda Nazim barəsində vəzifə səlahiyyətlərində istifadə etməklə mənimsəmə ilə bağlı cinayət işi başlanılmışdı və sonradan Səbail RPİ-yə göndərilmişdir. Sentyabr ayının 18-i təqsirləndirilən şəxsin oğlu onunla görüşərək sentyabr ayının 28-i pul verəcəyini demişdir. Təqsirləndirilən şəxslə bağlı yaxınları yanına çox gəlib getmişlər. Ona barışmağı təklif etmişlər. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şirkət əvvəllər yox idi. Bütün məsələlərin içərisində Nazim var idi. O, sadəcə görülən işlərlə bağlı pullar verirdi. Ona ilk öncə bu işlərlə bağlı Azər adlı şəxs fikir bildirmişdir. O da Təqsirləndirilən şəxs bu barədə gəlib demişdir. Təqsirləndirilən şəxslə ona dediyi işlə bağlı 10 gün fikirləşməyinə vaxt istəmiş və 10 gündən sonra təklifin yaxşı olduğunu demişdir. Təhsili olmadığı üçün belə işlərlə bağlı Təqsirləndirilən şəxs hər şeyi deyirdi. Təhsil almışdır, amma heç nədən anlayışı yox idi. Özünün olan pullarını sadəcə Allah yetirirdi. 10 hektar torpaq sahəsini o, almışdır, amma sonradan 10 hektar olduğunu bilmişdir. O, 8 hektar torpaq sahəsi aldığını bilirdi, amma sonradan 10 hektar olduğunu bilmişdir. Nazim gəlib onu evdən notariusa aparmış və torpağın şirkətin adına keçməli olduğunu demişdir. O da Nazimlə 40 ilin dostu olduqları üçün dediyi kimi etmişdir. Torpaq sahələrinin alınması ilə bağlı hesabından təxminən 200.000 manat pul vəsaiti çıxarılmışdır. Generator və transfarmatorla Qobu rayonunda olmuşdu. O da həmin vaxt xaricdə idi. Telefonla zəng edib həmin texnikaları Qusar rayonuna göndərmişdi. Generator və transformator hər ikisi ona məxsus olub. Arif adlı tanışından almışdı. Arif adlı tanışının ona pul borcu var idi. Sonuncu da ona pulun qarşılığında generator və transformator vermişdir. Təqsirləndirilən şəxs generator və transformatorun ona aid olduğunu bilirdi, amma necə əldə etdiyini bilmirdi. Generator və transformatoru şirkətə pay verməmişdi, qarşılığında ona pul verilməli idi. Generator və transfarmatoru Qusar rayonunda yerləşən torpaq sahəsində işıqla bağlı yaranmış problemlə əlaqədar göndərmişdir. Generator və transfarmatorun Qusar rayonuna aparılmasında iştirak etməmişdir. Generator və transfarmatorun daşınmasını Azər istəmiş, o da Azərə gedib götürməyini demişdir. Generator və transformatorun alqı-satqısı ilə bağlı sənədlərdəki imzalar ona məxsus deyil, amma həmin sənədlərdə Nazimin imzası və möhürü var idi. Ona görə də, texnikaların Nazim tərəfindən mənimsənilməsi ona deyilmişdir. Azər yaradılmış şirkətin təsisçisi idi, təqsirləndirilən şəxs isə həmin şirkətin direktoru idi. Generator və transformatorla bağlı bütün hərəkətlər, məsuliyyət Nazimin səlahiyyətində idi. Təqsirləndirilən şəxs generator və transformatorla bağlı heç bir söz dəməmişdir. Azər adlı şəxsdən də generator və transformatorla heç nə soruşmamışdır. Sonradan Elman adlı şəxs sənədləri ona gətirib göstərmiş, generator və transformatorun mənimsədildiyini bildirmişdir. Nazim onunla görüşlərə gəlmədiyi, ortalığa çıxmadığı üçün baş verənlər barəsində heç nə soruşa bilməmişdir. Təqsirləndirilən şəxs oğlu atasının ona vurduğu ziyanın ödənilməsi ilə bağlı ona müraciət etmiş və yanına da gəlmişdir. Təqsirləndirilən şəxs oğlu ilə axşam görüş zamanı ona evlərində olan 100.000 manat pulun verəcəyini demişdir. Müstəntiqin yanına getdikdən sonra cinayət işinin 3-4 gündür məhkəməyə göndərildiyini bildikdən sonra heç bir ödəniş olmamışdır. Fransa Respublikasına göndərilən pul geri qayıtdıqdan sonra Nazim ona təxminən 70.000 Avro dəyərində pul lazım olduğunu demişdir. O da həmin ərəfədə ölkə xaricində idi. Kürəkəni ilə əlaqə saxlayıb ona verdiyi etibarnamə ilə Bank of Bakı ASC-nin Mərkəzi filialına yaxınlaşıb lazım olan miqdarda pul vəsaitini çıxardıb Nazimə verməsini xahiş etmişdir. Kürəkəni də deyilən məbləğdə pul vəsaitini çıxardıb bankın binasının içərisində Təqsirləndirilən şəxs vermişdir. Telefon danışığıq zamanı da Nazim pulun ona çatdığını demişdir. Təqsirləndirilən şəxslə restoranda oturub söhbət etdikləri vaxt pulu götürdüyünü və şirkətin hesabına köçürtdüyünü və köçürülməsi ilə bağlı olan qəbzin onda olmasını bildirmişdir, amma bu günə qədər də həmin qəbzi təqdim edə bilməmişdir. Qeyd etdiyi məsələlərlə bağlı hər şeyin məsuliyyəti Nazimin üzərində idi. Təqsirləndirilən şəxslə 40 il dostluq etdiyi üçün onun dediklərinə inanırdı. Təqsirləndirilən şəxs həmin pulun köçürülməsi ilə bağlı qəbzi ona təqdim etdiyi təqdirdə pul köçürülən şirkətdən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət edəcək. Bağda işıqla bağlı problem olduğundan, Nazim onda olan generatoru bağa gətirilməsini dedikdə, onlar generatoru istifadə üçün bağa gətirmişlər. Generator istifadə olunmuşdur. Sonradan prokurorluqda onun xəbəri olmadan və imzası olmadan generatorun satılması məlum olmuşdur. Nazim alıcı, o isə satıcı olmuşdur. Ekspertizada onun imzası təyin olunmamışdır. Generatoru işıqda olan problemlərə görə gətirmişdir, tarix yadında deyil. Həmin generator və trasformatorun Xaçmaz və Qusar rayonlarına gətirilib istifadə olunduğunu özü görmüşdür. Generator və transformator xəbəri olmadan satılmışdır. Alqı-satqı müqaviləsini Elman gətirib ona vermişdir, o da onu korrupsiyaya vermişdir. Təqsirləndirilən şəxs müavini Şahid2, alqı-satqının qəbzini gətirib ona vermişdir, orda 49.500 manat pul silinmişdir. Həmin pulu Nazim mənimsəmişdi. Həmin qəbzdə onun imzası yox idi. İmza ona məxsus olmayıb. Nazimin göstərişi ilə alman çilingləri almaq üçün Fransa Respublikasına şirkətə 74.000 Evro pul köçürmüşlər. Şirkət özü pulu köçürdüyündən, göndərilən pul geri qayıtmışdır. Nazim pulu şirkətə verilməsini dedikdə pul Nazimə verilmişdir, Nazim pulu şirkətə vermişdir. Pul faizə görə şirkətə verilmişdir. O, pulun aqibətini maraqlandıqda, Nazim pulu ödədiyini və ödədiyi pulun qəbzi onda olduğunu və gətirəcəyini bildirmişdir, lakin qəbz bu günə kimi yoxdur. O, Bakıda olmadığına görə kürəkəni Elşada etibarnamə vermişdir, Elşad da pulu alıb əlbəəl Nazimə vermişdir. Pulu verəndə Elşadın yanında Elman olmuşdur. Onun dediklərini kürəkəni Elşad təsdiq edə bilər. Nazimin pulu şirkətə gətirib verilməsi barədə əl yazısı və səs yazısı telefonunda var. Səs yazısını və bütün sənədləri prokurorluğa vermişdir. O, məlumatı olmadan heç bir sənədə imza etmir. İstintaq gedişi zamanı istintaq orqanı tərəfindən ona təzyiq altında hər hansı bir sənəd imzalatdırılmamışdır. 2019-2020-ci ildə Nazimlə birlikdə eyni tərəf olaraq işi məhkəməyə vermişlər. Məhkəmə xüsusi qərar çıxardıb prokurorluğa göndərmişdir, prokurorluq da bu məsələni aydınlaşdırmışdır. Bu lahiyə üçün o, ümumiyyətlə 580.000 manat pul xərcləmişdir, həmin pulun içində 74.000 Evro var, bunun qarşılığında ona 35% pay verilməli idi, verilməmişdir. Nazim ondan şirkətə verilməsi üçün 74.000 evro pul istəyib, həmin pulu Nazimə vermişdir. Şahid2 tərəfindən bu bağa nə qədər pul qoyulması barədə məlumatı yoxdur. Nazim və Azər tərəfindən bu bağa nə qədər pul qoyulması barədə məlumatı yoxdur. Nazim onun şəxsi bank hesabına gələn pul barədə hardan məlumat aldığını bilmir, məlumatı yoxdur. Nazim özü bilir. O, Bakıda olmamışdır, bütün işlərin başında Nazim olmuşdur. Gəlib deyib burda qol çək, çəkmişdir. Onun kürəkəni ilə birlikdə bankda Elmanın olması barədə heç nə bilmir. Elmanı banka dəvət edən Nazim olmuşdur. Nazimə pul verilməsi barədə Elşada o, demişdir. Şirkətlə şərik olduğundan Nazim pulu şirkətə keçirməli idi. 8 hektar torpağının alqı-satqı sənədinə Nazim gətirib ona imza çəkdirib, şirkətin adına keçirdib, ordan Nazim 210.000 manat pul alıb. Alğqı-satqıdan ona düşən 35% pul verilməyib. Bu barədə özünün də yazısı var. İştirak etmədiyi alğqı-satqıda o, Azərə etibarnamə vermişdir. 2019-cu ildə müəssisə ilə bağlı audit yoxlaması keçirilməsi barədə məlumatı yoxdur. Arif Muradov dostlarıdır, ona pul borc olduğundan generatorla transformatoru sonuncudan almışdır. Arif Muradovun ona 60.000 manat borcu olmuşdur. Arif Muradov generatorla transformatoru eyni vaxtda ona verib. Transformatoru və 15.000 manatı da o borcludur. İşlə bağlı Arif Muradovla birlik fəaliyyəti olmayıb. Generatorla transformator Qusar rayonunda alma bağındadır. İşıq probleminin olduğu barədə ona Nazim demişdir. Həmin zaman o, xaricdə olmuşdur. Xaricə tək getmişdir. Generatoru qardaşı Mamed götürüb sürücüsü ilə birlikdə aparıb bağa qoymuşdur, amma kimə təhvil verdiyini bilmir. Azər Qusarda olub, qardaşı ilə sürücüsü generatoru Qobudan aparıblar. Generator və transformatorla bağlı çoxsaylı mülki iddialarının içində tələbi olmamışdır. Elmanın ona alqı-satqı olması barədə sənədi nə məqsədlə verilməsini bilmir. Sənədlərin hamısını Nazim hazırlayırdı. Ona bir manat da olsa pul verməyiblər. Təqsirləndirilən şəxs yalan ifadə verir. Bu işlərdən onun heç bir xəbəri yoxdur. O, ümumiyyətlə Bakı şəhərində çox az olmuşdur. Səs yazıları və sübutlar da var ki, həmin pulun şirkətin hesabına köçürülməsini Nazim bildirmişdir. Onun özünün ona yazdığı kağızı var ki, 5000 dolları Nazim ona təqdim edib. Nazim göndər demiş, o da göndərmişdir. Generatoru sürücü Təbriz aparıb, onun yerinə imza da çəkib. O, bu işlər barədə korrupsiyada prokurorluqda demişdir. Kassa məxaric orderindəki imzaların heç biri onun tərəfindən imzalanmayıb. Ona vurulmuş ziyan ödənilməyib, təqsirləndirilən şəxsdən şikayətçidir. Nümayəndəsinin dedikləri ilə razıdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxslə "xxxx"nun Mərkəzi filialına getmişlər. O, Zərərçəkmiş şəxs kürəkənidir. Həmin vaxt Zərərçəkmiş şəxs Bakı şəhərində olmadığından, sonuncunun göstərişi ilə o, etibarnamə əsasında daxil olan 78.000 Evro pul vəsaitini götürmüş və Təqsirləndirilən şəxs vermişdir, sonuncu pulu götürüb çıxıb getmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Banka fevral ayında getmişlər, il yadında deyil. Mərkəzi Univermaqla üzbəüz yerləşən "xxxx"nun mərkəzi filialına getmişlər. Onda etibarnamə olduğuna görə Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs gəldiyini və pulu bankdan çıxardıb ona verəcəyin demişdir, o da pulu bankdan çıxardıb Təqsirləndirilən şəxs vermişdir. Həmin pul Fransa Respublikasına göndərilmişdir, qayıtmalı idi və şirkətə mədaxil olmalı idi. Bu barədə ona Təqsirləndirilən şəxs demişdi. Bir-birinə qarşılıqlı inam olduğundan hansısa bir sənədin tərtib edilməsinə ehtiyac yox idi. Dəfələrlə Təqsirləndirilən şəxslə söhbətləri olmuşdur. Təqsirləndirilən şəxs pulu şirkətə mədaxil etdiyini, qəbzi gətirib onlara verəcəyini bildirirdi. Təqsirləndirilən şəxs indiyə qədər qəbzi gətirib təqdim etməmişdir. Qəbz barədə Təqsirləndirilən şəxs dəfələrlə soruşmuşdur, qəbzin onda olduğunu gətirəcəyini demişdir. Onlar Təqsirləndirilən şəxslə banka daxil olanda, sonuncunun yanında bir yoldaş var idi, həmin yoldaşın kim olduğunu soruşduqda həmin yoldaşın Elman olduğunu və onlarla birlikdə işlədiyini bildirmişdir. Sonradan həmin yoldaşın Şahid2 olduğunu, şirkətdə hansısa vəzifədə işlədiyini bilmişdir. O, sonra Şahid2la bir neçə dəfə görüşmüşdür. Şahid2 hamı görüşəndə orda olduğunu görmüşdür. 78.000 Evro konvertasiya olunub manatla ona verilib, pullar rezinlə bağlanmışdı. O da pulları bankda Təqsirləndirilən şəxs vermişdir. O, pulu kassadan götürən kimi dərhal Təqsirləndirilən şəxs vermişdir, yanındakı yoldaşının kim olduğunu soruşduqda, Elmandır onlarla bağ salınmada birlikdədir demişdir. Prokurorluqda Elman dindirilib, Elman həmin vaxt orda olduğunu və pulun Təqsirləndirilən şəxs verildiyini bildirib. Pulun aqibəti bilinmir, nə mədaxil oldu kassaya, nə də üzə çıxdı, pul mənimsənilib. Dəfələrlə Təqsirləndirilən şəxslə görüşmüşlər, yanında oğlu da olub, ondan pulların harda olduğu barədə soruşulub, Təqsirləndirilən şəxs bildirmişdir ki, pul götürülüb mədaxil olub şirkətə, qəbz ondadır, gətirəcək, lakin qəbz indiyə kimi gəlib çıxmayıb. O, elə başa düşür ki, pul mənimsənilib. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Onun işi etibarnamə əsasında gəlib bankdan pulu götürüb Təqsirləndirilən şəxs verməyi olub. N. Məmmədmuradovun kürəkəni olduğundan, dost tanış görüşəndə o da orda olmuşdur. Şirkətin incəliyi barədə məlumatı yoxdur. Həmin görüşlərdə payla bağlı, payın verilib-verilməməsi ilə bağlı müzakirələrdə iştirak etməmişdir. Xaçmaz prokurorluğunda bu iş təzəlikcə 2023-cü ya 2024-cü illərdə gedib. Xaçmaz prokurorluğunda bu iş araşdırılan zaman üzləşmə olmuşdur. Prokurorluqda məhkəmədə verdiyi ifadəni vermişdir. Nəticəsi qəbzin olmamasıdır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ifadəsində göstərilən xüsusatları təsdiq edir. O, bu gün suallara qısa cavab vermişdir, elan olunan ifadəsində hər şey dəqiqliyi ilə göstərmişdir. Səs yazılarında o, iştirak etməmişdir, amma səs yazısına qulaq asmışdır. Səs yazısının məzmunu pulların hara getməsidir, torpaqla olan məsələlər olub. Orda da Təqsirləndirilən şəxs pulu götürüb şirkətə mədaxil etdiyini, qəbzin onda olduğunu təsdiq edir və həmin qəbzin gətirəcəyini bildirir. O, səs yazılarında işirak etməmiş, qulaq asmışdır, görüşlər barədə, pulların niyə gəlib və hara getməsi barədə məlumatı var, sadəcə olaraq həmin görüşlərdə və şirkətdə o, iştirak etməmişdir. Tofiq müəllim ümumi tanışlarıdır, şirkətlə bağlı heç bir əlaqəsi yoxdur, sadəcə olaraq Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında olan söhbətda iştirak edib. O, bankdan pulu götürüb Təqsirləndirilən şəxs vermişdir. Bankdan birlikdə çıxmışlar. O, onlardan ayrılıb getmişdir. Təqsirləndirilən şəxs həmin vaxtdan pulu götürüb hesaba qoyduğunu və qəbzi gətirəcəyini bildirmişdir. Lakin sonuncu qəbzi gətirməmişdir. “Pulu Elmana vermişəm” məsələsi son 1 aydı ortalığa çıxıb. Elman həmin vaxt bankda idi. O, sonuncunu tanımırdı. Nazimin orada pulu Elmana verdiyini o, görməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, generator və transformatorla bağlı o, məlumatsız olmuşdur. Bildiyinə görə hadisə 2017-ci ildə baş verib. Onu keçən il Nəsimi rayon prokurorluğundan çağırmışlar, o, orda bildirmişdir ki, onun bu barədə məlumatı yoxdur. Onların törəmə bağları müəssisəsinə Zərərçəkmiş şəxs tərəfindən ona hazırda şirkətə məxsus bağda olan transformator və generator üçün ödəniş olub-olmaması barədə onlara heç bir müraciət olmayıb. Onlar bu problemi keçən il, 2024-cü ildə bilmişlər. Ona görə də bu barədə məlumatsızdır. İstintaqda ifadəsində onların şirkəti barədə məlumat vermişdir. Onların şirkəti «X5 Şirkəti» XBİŞ qeyri neft sektoruna sərmayə cəlb etmək məqsədi ilə Dövlət tərəfindən «Azərbaycan İnvestisiya Şirkəti»dir, digər tərəfləri beynəlxalq qurumlardır, X22, X6, X18. Məqsədləri yeni iş yerlərin yaradılması və yeni lahiyələrin həyata keçirilməsidir. Bununla bağlı onlar indiyə qədər 10-a yaxın lahiyəni həyata keçirmişlər. Onların ən kiçik lahiyələrindən biri də bu alma bağlarının yaradılması lahiyəsidir. Həmin lahiyəyə onlar 2016-cı ildə 1.105.000 manat məbləğində investisiya qoyuluşu həyata keçirmişlər. Daha sonra ora Azərin təklifi ilə rəhbər şəxslər Təqsirləndirilən şəxs və Şahid2 təyin olunmuşlar. Qaydaya əsasən onlar pulu həmin təzə yaranan MMC-nin hesabına köçürürlər və artıq ordan vəsaitin istifadəsi ilə bağlı bütün qərarları təsisçilər verir, oranın rəsmi nümayəndələrisi - direktoru Təqsirləndirilən şəxs və müavini Şahid2 qərar isə icra edirdi verirlər. Şirkətdə həmin alma bağları lahiyəsi ilə bağlı mənimsəmə faktı olmuşdur. Orda torpaqların qiymətinin süni şəkildə şişirdilməsi ilə bağlı onlar bir neçə dəfə Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinə müraciət etmişlər. 8000 manat dəyərində olan torpağı 140.000 manat dəyərində rasmiləşdirmişlər və pulu hesabdan çəkmişlər. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, şirkətin adı "xxxx" MMC şirkətidir. O, təsisçi kimi və onların və tərəfdaşı Şahid5 təsisçi olaraq Təqsirləndirilən şəxs və Şahid2 alma bağlarının lahiyəsinə rəhbər vəzifəsinə təyin etmişlər. Bundan əvvəl o, sonuncuları tanımamışdır. O, Zərərçəkmiş şəxs ümumiyyətlə tanımamışdır, o, sonuncunu Xaçmazda bir dəfə görmüşdür. Aralarında olan pul məsələsi ilə bağlı məlumatı yoxdur. İstintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs həmin şirkətə baş menecer vəzifəsinə təyin etmişlər. Sonuncunun müavini Şahid2 olub. Şirkətin möhürü, ştamp və blankları şirkətin rəhbəri Təqsirləndirilən şəxs olub. Şirkətin möhürü, ştamp və blankları başqa heç kimdə o bildiyi qədər olmayıb. Azər Adullayev lahiyədə tərəfdaşdır. Onlar 65%, yəni 1.105.000 məbləğində pay qoymuşlar, Şahid5 595.000 manat qoyub. Maliyyənin onun tərəfindən qoyulması barədə qəbzlər yadında deyil, amma qəbzlər onun adından qoyulub, çünki vergidən qeydiyyatdan keçirilib. Təqsirləndirilən şəxs və Şahid2 orada rəsmi payı yox idi. Kapitallar Azərin adından Azərin hesabına qoyulurdu. Onlarda təsis müqaviləsi var, notarial qaydada onu imzalayırlar ki, bu lahiyəni həyata keçirirlər və hərənin pay deməsinə görə 65-in 35-dir və ona uyğun nizamnamə kapitalın qoyuluşu həyata keçirilir. Notarial qaydada bağladıqları müqavilədə təsisçilər və icra orqanları var. Həmin müqavilədə nizamnaməyə əsasən təsisçilərin qərarları var, icra orqanının da özünün səlahiyyətləri var. İcra orqanları təsisçilərin razılığı olmadan qərar verib müqavilələr bağlaya bilirlər, buna onların səlahiyyətləri var. Onların verdiyi qərarlara, bağladıqları müqavilələrə əslində təsisçi nəzarət etməlidir. Təqsirləndirilən şəxs və Şahid2 pay qoyuluşunu həyata keçirməmişlər, pay qoyuluşunu Şahid5 həyata keçirib və onların namizədliyini Şahid5 vermişdi. O, nə Təqsirləndirilən şəxs nə də Şahid2 tanımır. Onların işdən çıxış səbəbləri mənimsəmə olmuşdur. Torpaq alqı-satqı zamanı onlara alqı-satqı müqaviləsi çıxarışları təqdim olunmamışdır. Lahiyəyə əsasən onlar bir miqdar torpaq almalı idi, onlara 2018- 2019-cü ilin iyul-avqust aylarında təqdim olunmuşdur, onlar orda dərhal görmüşlər ki, onlar hər yerdə torpağların hektarını 8.000 manata almışlar, orda 140.000 manat gördükdə mənimsəmə olduğunu müəyyən etmişlər, həm də audit yoxlaması olmuşdur. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, onlarda ilkin olaraq biznes plan hazırlanır və sonra konsultant cəlb olunur. Onlar konsultantı icra evindən cəlb etmişlər, onun tədqiq etdiyi sənədə əsasən qiymətləri müəyyənləşdirmişlər, ona əsasən biznes planı, smetanı təsdiq etmişlər. Smeta yuxarıda olan təsisçiləri, yəni ərəblər tərəfindən təsdiq olunur. Təsisçilərin təsdiqi olmadan İdarə heyətinin üzvləri heç bir ödəniş həyata keçirə bilməzdi. O, bildiyinə görə Təqsirləndirilən şəxslə Şahid2 iş bölgüsünü öz aralarında bölüblər, amma nizamnamə ilə təsdiq olunmuş onlara aid olan səlahiyyətlər var. Smetanı onların təsisçiləri, xaricilər təsdiq edir. QSC-nin beş təsisçisi var. Onlar fəaliyyəti müəyyən edirlər, icra edənlər düzgün qaydada icra etməlidirlər. Qərarlar qəbul olunan zaman, müqavilələr bağlanan zaman onların nümayəndəsi orda iştirak etmir. Pozuntuların üzə çıxması üçün auditin keçirilməsi onların təşəbbüsü ilə olur. Pozuntular üzə çıxarıldıqdan sonra məlumatla bağlı onların hüquqşünası məşğuldur, detallarını tam deyə bilməz. Hüquqi şəxslərlə pozuntularla bağla hər hansı bir dialoqları olmur, onlar birbaşa pozuntularla bağlı sənədləri Korrupsiya qarşı Mübarisə baş İdarəsinə göndərirlər. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs torpaq sahəsinin alğqı-satqısında bir yerdə iştirak ediblər, torpaq sahəsinin alqı-satqısında əlbir olublar. Audit rəyi onların təşəbbüsü ilə keçirilib, tərtib olunub, hazırlanıb, audit rəyi onlara təqdim olunub, audit rəyi ilə tanış olmuşlar və audit rəyinin nəticələrinə uyğun olaraq müvafiq aidiyyatı quruma müraciət etmişlər. Zərərçəkmiş şəxs tərəfindən onlara hansısa bir tələb irəli sürülməmişdir. Transformator və generatorun fəaliyyəti ilə bağlı heç bir məlumatı yoxdur. Hazırda "xxxx" MMC fəaliyyətini davam edir, generator və transformator ordadır və bugünədək də Zərərçəkmiş şəxs tərəfindən nə ödəniş tələbi ilə bağlı nə də qeyd olunanların qaytarılması ilə bağlı şirkətə hər hansı müraciəti olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onlar bağ salmışlar. Həmin bağ onların əllərindən çıxandan sonra müəyyən problemlər yaranmışdır. Onlar Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və A. Abdullayevlə birlikdə şərik olmuşlar. Bağ əllərindən çıxandan sonra onların arasında dəfələrlə mübahisələr yaranmışdır. Onlar birlikdə söhbət etmişlər və bu işdə kimin günahkar olduğunu müzakirə etmişlər. Sonra bu işlər polisə və Korrupsiyaya qarşı Mübarizə baş İdarəsinə qədər gedib çıxmışdır. Məhkəmələrdə xeyli proseslər getmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs yaxın dost olmuşlar. Onlarla onu Şahid3 tanış etmişdir. Transformator və generator Namikin idi və sonradan məlum oldu ki, onu şirkətə satıb. Əvvəllər bu hadisənin necə baş verdiyi bilinmirdi. Məsələ sonradan məlum olmuşdu. Generator və transformator necə satılmağı barədə o, məlumatsız olmuşdur. Bağ əllərindən çıxandan sonra onlar məcbur olmuşlar ki, bağı geri qaytarmaq üçün münasibətləri bərpa etsinlər. Bundan sonra məlum oldu ki, transformator və generator Namikin olub və onları satıb pulunu ala bilməyib. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaq dövründə 2-3 dəfə ifadə vermişdir. Tam olaraq həmin ifadələri xatırlamır. Onlar bağı ilk dəfə Şahid5lə birlikdə salmışlar. Azər sonradan ona belə bir adamlar olduğunu bildirmişdir. Zərərçəkmişlə heç bir tanışlıqları olmamışdır. Onları Şahid3 tanış etmişdir. O, bir müddət sonra transformator və generatorun Namikin olduğunu və onu şirkətə satdığını bilmişdir. Başqa heç nə bilmir. O, 2017-ci ildə Bakı şəhərində "xxxx" bankının mərkəzi ofisində olmuşdur. Bir gün Nazim onu Bakıya çağırmışdır. O da "xxxx" ya gəlmişdir. Nazimlə Elşadı bankda görmüşdür. Onlar bir müddət sonra bankdan çıxıb getmişlər. O, Nazimə zəng edərək onu niyə Bakıya çağırdığını soruşmuşdur. Sonuncu ona sözü olduğunu və sonra zəng edəcəyini bildirmişdir. O, onların bankda kassaya yaxınlaşdıqlarını və Elşadın Nazimə çanta verdiyini görmüşdür. Bankda o, Elşad və Nazimdən başqa heç kim olmamışdır. Ona orada heç kim pul verməmişdir. Bu söhbət uzun müddətdir ki, var. Lakin ona pul verilmək söhbəti ortalığa yeni çıxmışdır. Onda müəyyən müqavilələr və sənədlər var idi. Bu hadisədən sonra Namik transformator və generatoru satdığını, lakin pulunu almadığını bildirmişdir. O, Namikə alqısatqı müqaviləsi vermişdir. O, "xxxx" MMC-də baş menecerin müavini olmuşdur. Baş menecer Təqsirləndirilən şəxs idi. Onun sənəd icra etməyə səlahiyyəti yox idi. Sənədləri Təqsirləndirilən şəxs icra edirdi. Şirkətin möhürü, ştampı və blankları Nazimdə idi. O, şirkətə pul qoyan zaman ilk dəfə 100 000 Azn Azərə vermişdi. Bir dəfə də 245 000 Azn pulu şirkətin hesabına özü qoymuşdu. 245 000 Azn pulu hansı tarixdə şirkətin hesabına qoyduğunu xatırlamır. 345 000 Azn onun şəxsi payı idi. 100 000 Azn pulu o, Azərə 2016-cı ildə vermişdir. Sonradan onlar haqq-hesab edən vaxt o, öyrənmişdir ki, Nazim də bu işdə var. O, Şahid3 və Zərərçəkmiş şəxs şirkətə nə qədər pay qoyduqlarını bilmir. Şahid3 ona özü Namiklə haqq-hesab edəcəyini bildirmişdir. Azər şirkətin 17,5%-nin onun olduğunu bildirmişdir. Şirkətdə Azərə aid məbləğ 595 000 AZN idi. O, Elşadı ilk dəfə bankda görmüşdür. Lakin sonuncunu tanımırdı. Onun Elşadla arasında heç bir dialoq, alış-veriş olmayıb. Namiklə onu Şahid3 tanış etmişdi. Baş verən hadisələrdən sonra araları pozulmuşdu. Namik ona etibarnamə verə bilər, Elşad verməyib, sonuncu ilə münasibət olmamışdır. Məhkəməyə vurduğu teleqramı özü Bakı poçt idarəsindən ünvanlamışdır. Onlar 2015-ci ildə işə başlayan zaman Azər Namikin çox etibarlı adam olduğunu və torpaqları onun adına almaqlarını və sonra öz adlarına keçirməklərini bildirmişdir. O da buna etiraz etməmişdir. Torpaq alqı-satqısından başqa Namiklə heç bir iş görməmişdir. Bağ salmaq işini çox yaxşı bilir. Onun fransalı aqronom dostu var idi. Bağ salan zaman sonuncu onlara biznesplan hazırlamışdır. Plan elə idi ki, 1-ci il bağda məhsula pul qoyursan, 2-3-cü il həmin pulu geri alırsan. Bu hadisə 2013-2014-cü illərdə başlamışdır. Onların şirkətinin mühasibi Zaur adlı şəxs idi. Sonuncu həm də "xxxx" plastik MMC-də mühasib işləyirdi. Şirkətdə imza hüququ yalnız Təqsirləndirilən şəxs məxsus idi. Xaçmazda şirkətə audit gəlmişdi. O, sonuncunu bağa aparıb orada sütunları yazmağı təklif etmişdi. Bağda 57288 ədəd sütun var idi. O, hiss etmişdir ki, həmin audit kiminsə marağına görə sütunların sayını az yazırdı. Transformator və generatorun qiymətinin nə qədər olduğunu o, bilmirdi. O, "xxxx" MMC-də heç bir sənəd işinə baxmırdı. Zaur "xxxx" MMC-nin mühasibi olduğu üçün o, müqaviləni ona vermişdi. Həmin vaxt Azərin qardaşı Şahid3lə meyvə məsələsinə görə məhkəmə prosesləri olmuşdu. Sonradan Ağasi meyvədən pul almadığını bildirdi. Onlar görüşəndə Namik pulları özünün verdiyini bildirdi. O, düşünmüşdür ki, yəqin Təqsirləndirilən şəxs bura pul qoymayıb.Transformatoru kimdən aldığını barədə məlumatsız olmuşdur. Sonradan məlum oldu ki, Namikin verdiyi pulları Nazim öz adına qoyub. Namik verdiyi pulların 94 000 ABŞ dolları, təxmini 230-250 000 kredit və generatorla transformatorun pulu olduğunu bildirdi. Onlar görüşəndə Namik bu pulların hamısının özünün qoyduğunu bildirdi. Sənədlər həmişə yığılandan sonra o və ya sürücü həmin sənədləri Bakıya gətirib Təqsirləndirilən şəxs verirdi. Təqsirləndirilən şəxs həmin sənədlərə baxırdı və bir neçə gün sonra onlara geri qaytarırdı. Onun Namiklə heç bir münasibəti olmayıb. Onunla görüşməyi, ondan müqavilə alıb Nazimə aparmağı mümkünsüzdü. Onun Namiklə ümumiyyətlə münasibəti yaxşı olmayıb, daha çox mübahisələri olub. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, «Alma bağları» lahiyəsi, salınması birinci Şahid2 fikri olub, sonra müştərək yığılmışlar, Zərərçəkmiş şəxs, sonra Nazim, o, Elman bir yerdə, bağların salınmasına məsləhətləşmişlər. Hər biri orada payçı olmuşlar. İlk dəfə torpaqlar üçün Zərərçəkmiş şəxs torpaq alınması üçün pul vermişdir. Torpaqlar alınmış sonra şirkət müştərək bağ salınmasına razılıq vermişdir. O, Nazimi Zərərçəkmiş şəxs dostu kimi tanımışdır, sonra münasibətləri yaranmışdır. Orda olan məbləğləri dəqiq deyə bilməz, orda «Xəzər» investisiya şirkəti olub, bir də onlar 4 yoldaş olmuşlar. Üstündən uzun müddət keçidiyinə görə o, nə qədər məbləğ qoyduğunu xatırlamır. Pul onun hesabına, onun adına oturmuşdur. Onlar razılaşmışlar ki, hamısı payşı olaraq pul qoysun, amma kim nə qədər pul qoyub xatırlamır. Şahid2 dəqiq bilər. Şahid2 direktor müavini olub, sənədləşmə işini, Elman görüb, o, ümumiyyətlə iştirak etməmişdir, ona görə dəqiq bilmir. Sənədləşmə işində Nazim və Şahid2 iştirak edib, sənədləşmədən məlumatlı deyil. Ağacların gətirilməsi ilə bağlı bir proses yadında qalıb ki, Zərərçəkmiş şəxs pul vermişdi, səhv etmirsə 74.000 Evro idi, o pul köçmüşdü Fransa şəhərinə, pulu şirkət ödədiyinə görə pul geri qayıtdı. Sonra onlar “Torqovı” deyilən yerdə yığışmışlar, pulun qayıtmasının müzakirəsini etmişlər. Orda Nazim 74.000 Evro pulu alıb şirkətə köçürtdüyünü demişdir, sonra Tofiq ona qəbz hardadır soruşmuş, onda olduğunu, təqdim edəcəyini bildirmişdir. O, ümumiyyətlə səlahiyyətli şəxs deyildir, pulu yığıb hesaba daxil etməyi icraçı direktor edə bilirdi, bir də onun müavini edə bilərdi. MMC yaradılmamışdan qabaq işə başlayanda razılaşmalarına uyğun olaraq pulun bir hissəsini Zərərçəkmiş şəxs vermişdi, sonra o da ora müəyyən pul qoymuşdu. Nazim ora nə qədər pul qoyub deyə bilməz. Onun problemləri çıxmışdı, o, Azərbaycandan getmişdi, həmin dövrdə o, qardaşına etibarnamə yazıb vermişdi ki, payları həm onların plastmas sexində, həm də alma bağında Zərərçəkmiş şəxs adına keçirilsin. Çünki pulun çox hissəsini bu adam qoymuşdu. Amma gələndən sonra görmüşdür ki, orda proses başqa cür gedir. O, iştirak etməmişdir, xəbəri olmamışdır. Orda prosesin başqa cür getdiyini görmüşdür, sonra o, aldadılmışdır, payları pulsuz, parasız şirkət aldadıb götürmüşdür. O, qardaşına etibarnamə vermişdir ki, getsin onun payını Namikin adına keçirtsin, amma o, verdiyi etibarnamə ilə pay Nazimlə Elmanın adına keçirilib. Bundan xəbəri olmamışdır, xəbəri olduğu zaman razılaşmışlar, sonradan paylar onun özünə qaytarıldı. O, Namikə pulu qaytarmamışdır, çünki şirkət, yəni Xəzər İnvestiya şirkəti aldadaraq ona vəd vermişdir ki, “payları bizdən şirkətdən yaxın dostun adına keçirək, sənə 1000.000 manat pul ayıracayıq, 80 hektar alma bağı salırıq, 4.000 tonluq soyuducu anbar tikirik”, o da inanmışdır, ona görə payını onların adına pulsuz keçirtmişdir. Bu proseslərə Şahid4 nəzarət edirdi, o, rayonda olmuşdur, bağda olmuşdur, bağın salınmasında iştirak etmişdir. Bütün prosesin hamısına ancaq Şahid4 nəzarət edirdi. O, daimi olaraq bağda olmuşdur. Bağda istifadə olunan avadanlıqlar, generator, transformator göndərilmişdir, o, yerləşdirmiş, qoşmuşdur. Transformatoru o, gedib götürməmişdir, generatoru xatırlaya bilmir, o, adam göndərmişdir, yoxsa maşın göndərmişdir, dəqiq yadında deyil. Zərərçəkmiş şəxsla belə razılaşmışlar ki, «Alma bağları» şirkəti pul ödəsin və Zərərçəkmiş şəxs transformatorla generatoru alsın. İstintaq dövründə 2-3 dəfə ifadə vermişdir. Tam olaraq həmin ifadələri xatırlamır. Sənədləşməni Nazim direktor olduğuna görə, Elman müavin olduğuna görə apara bilərlər. Dedilər ki, Zərərçəkmiş şəxs generatorla transformator üçün pul ödənilir, gətirirlər. Nazim dedi generatorla transformatoru ödəmək üçün şirkətin pulu yoxdur, pul Namikə verilməlidir. Qalan prosesləri o, bilmir, pul verildi, verilmədi bilmir, xəbəri yoxdur. Zərərçəkmiş şəxs onlarla ortaq olduğuna görə pulun verilməməyi barədə onun xəbəri olmayıb, o, elə bilmişdir ki, sonuncu generatorla transformatorun pulunu alıb. Sonradan ortaya çıxdı ki, Zərərçəkmiş şəxs pulu almayıb, söz-söhbət əsasında Namik generatorla transformatorun pulunu götürmədiyini dedi. Onlar necə götürmədiyini demişlər. Belə bir söhbətlər olmuşdur. Şahid4 dedi ki, şirkətin hesabından pul götürülüb generatorla transformator üçün, ancaq Zərərçəkmiş şəxs həmin pul ödənilməyib. O, bağda olmuşdur, bu proseslərdə iştirak etməmişdir, Elvin buna nəzarət edirdi. O, bağın salınmasına, fəhlələrə, hamısına nəzarət etmişdir. Suvarma sisteminə görə, işıqların tez-tez kəsildiyinə görə generator qoyulmalı idi. Əvvəldən o bağa generatorun alınması nəzərdə tutulmuşdu. Lahiyəni Şahid4 hazırlanmışdı, Şahid2 və ya Nazimin orda iştirakı olub ya yox bilmir. O, bildiyi sahələr üzrə nələr lazım olduğunu deyirdi. Söhbət etmişlər ki, bunlar olmalıdır, amma incəliklər yadına gəlmir. Birinci bağın salınmamışdan qabaq onun planı hazırlanır, nələr lazımdır o bağa, onun əsasında iş gedir. Dedilər ki, generator danışılıb, Namikə pul ödəniləcək, generatoru gətirmək lazımdır. Onun sadəcə olaraq yadına gəlmir ki, özü getmişdir, yoxsa maşın göndərmişdir. Qalan proseslərdən onun xəbəri yoxdur. Ona Nazim əvvəlcədən pul verməyib, Nazim ortalığa bağın salınmasına pul qoymamışdır. 35.000 dollar gətirib dəftərə yazmağını, 35.000 dollar pul qoyduğunu demişdir. Pulu saymışdır, 30.000 dollar idi, 5000 dolları trasformator üçün Namikə verdiyini demişdir. Sonradan söhbət əsasında o, Namikə 5000 dollar verilməsi barədə deyəndə, Namik 5000 dollar ümumiyyətlə pul almadığını dedi. Şahid2 onu bilirdi. Yəni 5000 dolların Namikə verilməsi yazılıb, amma sonuncuya verilməyib. Nazim pulu Namikə verdiyini demişdir. Nazim pay kimi ortaya 35000 dollar pul yazdırdı, baxmışdır ki, pul 30.000 dollardır, onun kitabçası var, orda qeyd olunub, bu barədə Şahid2 da bilir. Bir müddətdən sonra o, Namikdən soruşmuşdur, Namik ümumiyyətlə generatorla transformator üçün pul almadığını, ona pul çatmadığını demişdir. Direktor imza çəkməsə, direktor təsdiq etməsə, möhür vurmasa o, həmin pulu çıxarda bilməz. O, Namikə pulun götürülməsi barədə deyəndə, Namik ümumiyyətlə pul götürmədiyini demişdir, o, sonuncuya bu pulun silinməsi barədə demişdir. Namik generatoru qaytarılmasını deyib, deməyib xatırlamır. O, kitabçada yazını Elmana göstərəndə, Elman dedi bağ salınıb qurtarıb, Nazim hələ də pul qoymayıb. O, kitabçasında yazılanı sonuncuya göstərib demişdir ki, Nazim burda 35.000 dollar qoyduğunu yazdırıb, deyib ki, 5000 dolları Namikə vermişdir, 30.000 dollar da payına yazın. Ümumiyyətlə istintaq zamanı verdiyi ifadələrin heç birində ona heç bir təzyiq göstərilməyib. Anlaşılmazlıqları aydınlaşdıra bilərlər. Yaddaşı yoxdur, ona görə çox şeyi xatırlaya bilmir. Nazim hesabdan pulu çıxartmışdır. Həmin pulun tarixləri araşdırılsa ona verdikləri tarixlə heç bir aidiyyatı yoxdur. Nazim bağın salınmasına pul qoymamışdı. Bağ salınıb qurtarandan sonra pulu gətirmişdir. Elman da demişdir ki, bu necə ortaqlıqdır, pulu ancaq Namik qoyur, pul yoxdur, Nazim pulu qoymur. Elman bağ salına-salına pul qoymuşdur. Sonradan bağ salınıb qurtarmışdı, bağdan meyvə də yığırdılar, Nazim gətirdi, o, bunu kitabda yazmışdır, Elmana da göstərmişdir ki, Nazim bağ üçün 35.000 dollar pul verib. Ondan 5000 dollar Namikə verdiyini demişdir. 30.000 dolları onlar fəhlələrin işləməsinə, texnikanın salınmasına, gündəlik xərclərə sərf olunub, orda Elmanın da işçisi var idi Vüqar adında oğlan, hesabatı o aparırdı, onlara pul verilibsə Elman bu hesabatları götürüb Bakıya gəlirdi, Nazimlə oturub araşdırırdılar. Ancaq generatorla transformatorun pulu şirkətdən çıxarılmışdı, Namikə ödənilməli idi, çünki pulu ödəmişdir. O, bunu sonradan bilmişdir, o, elə bilmişdir ki, Namik pulu alıb, çünki sonuncu səsini çəxartmırtdı. Onun Nazimə borcu yoxdur, onun Namikə borcu var. Borc çox olduğuna görə, Namik ona verdiyi pulu Namiklə Nazim dost olduğundan notariusda danışıb razılaşmışlar ki, məbləği iki yerə bölüb yarısını Namikin adına, yarısını Nazimin adına yazdırsınlar. Böyük məbləğdir, yadında deyil. Namiklə aralarında işləri olub, borc kimi götürmüşdür. Borcun məbləği çox olduğuna görə onu iki yerə bölmüşlər. Sənəddə nə qədər borc olduğu var. Notarial qaydada hər ikisi ilə müqavilə imzalanıb. Nazim müdir idi, direktor olub. Aldığı travmaya görə yaddaş pozğunluğu var, bu səbəbdən Nazimin baş menecer, yoxsa direktor olduğunu xatırlaya bilmir. Nazim icra orqanının rəhbəri olub. Şirkətin möhürü, ştampı, rekvizitləri olan blanklar Nazimdə ola bilərdi. Başqa kimdə ola biləcəyini bilmir. O və digər təsisçilər tərəfindən icra orqanının fəaliyyətinə kənardan o, təsir göstərməmişdir. Zərərçəkmiş şəxs adlı şəxsə məxsus transformator və generatorun "xxxx" MMC-yə alqı-satqısı ilə bağlı saxta müqavilə bağlanması haqda hər hansı məlumatı yoxdur, xatırlamır. Sadəcə eşitdiyinə görə, alqı-satqı olub, Zərərçəkmiş şəxs pul ödənilməyib. Bununla bağlı hər hansı bir sənəd görməmişdir, xatırlamır. Transformator və generatorun alqı-satqısı ilə bağlı hər hansı maliyyə sənədi gördüyünü xatırlamır. Hadisənin üzərindən bir neçə il keçdiyinə görə yalnız bir hadisə yadında qalıb. Təqsirləndirilən şəxs öz adına pay kimi 35.000 dollar yazdırmasını, 30.000 dolları ödədiyini və 5.000 dolları isə Namikə generatora görə verdiyini dediyini xatırlayır. Bunlar qeyri-rəsmi dəftərdə qeyd olunub, rəsmi yazılar yoxdur. O, Təqsirləndirilən şəxs 73.225 Avro məbləğındə pul vəsaitinin şirkət hesabına köçürüldüyünü eşitmişdir. X19 adlı şəxsin yeməkxanasında oturmuşlar. Orada Tofiq, Nazim, Namiklə birlikdə söhbət etmişlər. Tofiq Nazimdən pulu soruşmuşdur. Nazim isə pulu şirkətə köçürdüyünü, qəbzin də özündə olduğunu demişdir. Tofiq ona qəbzi gətirməyini tapşırmışdı. Tofiq Namikin dostu idi. O da Tofiqə zəng edib soruşanda qəbzin hələ olmadığını demişdi. Söhbəti bu qədər xatırlayır. O, Namikə 5.000 dollar pul verməmişdir. Nazim dedi o, vermişdir. Bütün pullar onun hesabına gedib. Pay məbləğlərini kim tərəfindən və necə hesabına daxil edildiyini xatırlamır. Görülən işləri Elman yazıb Bakıya gətirirdi. Bakıda Nazim, Elvin və Elman ilə birlikdə hazırlayırdılar, o, orada iştirak etmirdi. Bağı o və Elman salmışlar. Təqsirləndirilən şəxs məsul şəxs olduğuna görə bağın salınmasında birbaşa özü iştirak etmişdir. Hamısı iştirak etmişlər, yalnız Namik iştirak etmirdi. O, "xxxx" MMC-də təsisçi idi, başqa vəzifəsi yox idi. O, adətən bağda, fəhlələrin yanında olurdu. Şəhərdə isə Nazim, Elvin olurdu. Baş verən proseslərdə yaxından iştirak etmirdi. Sənədləşmə, pul köçürmədə iştirak etmirdi, baş verənləri ancaq eşidirdi. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən 2018-ci ilin mart ayına kimi qardaşı Şahid5 Şahid4la birlikdə yaratdığı “A-Plastik" MMC-nin direktoru kimi çalışmışdır. Qardaşı Azər plastik tara istehsalı ilə məşğul olmuş və onun qeyri-rəsmi şəriki Zərərçəkmiş şəxs adlı şəxs olmuşdur. "xxxx" MMC təsis edilib yarananda Zərərçəkmiş şəxs payçı kimi qeyd olunmasa da qardaşı Azərin adına olan paya şərik olmuşdur. 2017-ci ildə Azər müalicə olunması üçün Türkiyəyə getmiş, 10 gündən sonra qayıtmış və Şahid4la birlikdə 2016-cı ildə yaratdığı "xxxx" MMC-dəki payını və "xxxx" MMC-dəki payını Şahid4 hiyləsi ilə sonuncunun dostları Pərviz və Seymur adlı şəxslərin adına keçirmişdir. Buna görə qardaşı Azərə pul verilməmişdir. O, “A-Plastik" MMC-də işləyərkən orada təxminən 250 KVA-lıq transformator olmuş, generator isə olmamışdır. Həmin transformator hələ o, "xxxx" MMC yaradılmamışdan əvvəl həmin sexin ərazisində olmuşdur. O, "xxxx" MMC-nin Qusar rayonundakı Cağar kəndində alma bağının olduğunu bilmiş, lakin Zərərçəkmiş şəxs tərəfindən həmin şirkətə transformator və generator satılması barədə məlumatsız olmuşdur. Ona təqdim olunmuş alqı-satqı müqaviləsindəki “Satıcı” qrafasında icra edilmiş imzanın kimə məxsus olmasını bilmir və ümumiyyətlə həmin imzalaları tanımır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 01c-24 saylı material üzrə CM-in 313-cü maddəsi ilə cinayət işi başlanılmışdır. (l cild i.v. 1) "xxxx" MMC-nin NAK-R-№010 saylı, 15 iyul 2019-cu il tarixli "xxxx" MMC-nin təsisçisi 65% paya sahib olan “X5 Şirkəti” QSC ilə bağlanmış 05 iyul 2019-cu il tarixli 012 saylı müqaviləyə əsasən "xxxx" MMC-nin 21 dekabr 2016-cı il tarixdən 01 may 2018-ci il tarixə kimi olan dövrün, təqdim olunmuş sənədlər əsasında aparılmış audit yoxlamasının nəticəsi barədə auditor hesabatından görünür ki, audit zamanı audit olunan dövrdə təsisçilər tərəfindən investisiya məqsədi üçün qoyulmuş vəsaitlərin qanunsuz yollarla xərclənməsinə yol verildiyi müəyyən edilmişdir. Bunlar aşağıda qeyd olunan hallardır: torpaq alqı-satqısı zamanı əmlakların dəyərinin şişirdilməsi, alınmış mal-materialların miqdarının, dəyərinin artıq göstərilməsi, kassa məxaric orderlərinə imza edilmədən kassadan vəsaitlərin silinməsi, bağ sahəsində görülən xidmət işlərinin təkrar olaraq digər fiziki şəxslərin adlarına rəsmiləşdirilərək vəsaitlər köçürülməsi, xidmət işləri görülmədən artıq vəsaitlər ödənilməsi, xidmət işlərinə qabaqcadan vəsaitlərin ödənilməsi kimi hallara yol verilməsi. Həmçinin qeyd olunmuşdur ki, X1 vasitəçiliyi və Şahid2 rəhbərliyi altında sənədlərin saxtalaşdırılması yolu ilə alqı-satqı müqavilələrində qiymətlərin şişirdilməsinə yol verilmişdir. Maliyyə sənədləri Şahid2 tərəfindən hazırlanmışdır. Bunu audit zamanı təqdim olunmuş kassa hesabatlarında da müəyyən etmək mümkün olmuşdur. Belə ki, tərtib olunmuş kassa hesabatları mühasibat uçotu haqqında qanunun tələblərinə cavab verməsə də, kassa hesabatları tərtib olunarkən göstərilmişdir ki, hesabatı təhvil verdi Şahid2. (l cild i.v. 18-31) xx.xx.2015-ci il tarixli təsis müqaviləsindən görünür ki, təsisçilər Şahid5, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsdur. "xxxx" MMC-dən 33%-ni və "xxxx" MMC-dən isə 35% payını Zərərçəkmiş şəxs (daha sonra "xxxx" MMC-dən qeyd olunan 35 % paydan 17.5 %-i Şahid5 8.75 %-i Təqsirləndirilən şəxs) adına rəsmiləşdiriləcəkdir. (İ cild, i.v. 46) xx.xx.2015-ci il tarixli əməkdaşlıq müqaviləsindən görünür ki, “mülkiyyətçi” adlanacaq - Zərərçəkmiş şəxs, “İcraçı”, ayrı-ayrılıqda “İcraçı-1” adlfnacaq - Şahid5, “İcraçı- 2” adlanacaq - Təqsirləndirilən şəxs arasında müvafiq şərtlər daxilində qarşılıqlı razılaşma əsasında müqavilə bağlamışlar. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən özünə məxsus satın aldığı Qusar rayon ərazisində yerləşən 8 ha. torpaq sahəsində yeni alma bağı salınması üçün hazırlaması və Fransa növlü alma cilinglərinin alınması üçün tələb olunan 73.500 avronu ödəməsi, cilinglərin gətirilib, 8 ha. torpaq sahəsində əkdirməklə, yeni növlü alma bağını hazır vəziyyətdə gətirdikdən sonra, mülkiyyət sənədlərini təqdim etməsi, “İcraçı-2” və ya onun göstərdiyi şəxs vasitəsi ilə (“Alma bağı”) "xxxx" MMC-yə alqı-satqısı yolu ilə, amma əvəzində pul almadan dövr edilməsini həyata etməsi “mülkiyyətçi” tərəfin öhdəliyindən biridir. (İ cild, i.v. 47-49) 001 nömrəli əmək müqaviləsindən görünür ki, "xxxx" MMC-nin təsisçisi –Şahid5 “işəgötürən”, Təqsirləndirilən şəxs “işçi” qismində müvafiq şərtlər daxilində müqavilə bağlamışlar. Təqsirləndirilən şəxs əmək müqaviləsinə əsasən əmək funksiyaları Our Orchards MMC-nin Baş menecer vəzifəsi üzrə öhdəliyini, sahibkarın tapşırıqlarını yerinə yetirmək, yerinə yetirdiyi işlər barədə sahibkara məlumat vermək və s. ibarətdir. (İ cild, i.v. 62-64) "xxxx" ASC-dən təqdim olunmuş “Hesab üzrə məlumat”dan görünür ki, xx.xx.2016-cı il tarixində Zərərçəkmiş şəxs "xxxx" ASC-də olan hesabındakı 73,445 avrodan komissiya çıxmaqla yerdə qalan 73225 avro pul vəsaiti başqa bir hesaba köçürülmüşdür. Sonradan Zərərçəkmiş şəxs hesabına qaytarılmış pul vəsaiti 08 fevral 2017-ci il tarixində saat 12:28də həmin hesabdan 146 640,45 manat şəklində məxaric edilmişdir. (lİ cild i.v. 29) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən ibtidai araşdırmaya təqdim olunmuş bir ədəd CD diskdə olan səs yazılarına keçirilmiş baxışla əlaqədar alınmış izahatlarla müəyyən edimişdir ki, həmin səs yazıları ümumi razılıq əsasında yazılmış və X9, Zərərçəkmiş şəxs, Şahid5, habelə Təqsirləndirilən şəxs məxsusdur. Həmin səs yazılarında Təqsirləndirilən şəxs bildirir ki, Fransa Respublikasından geri qaytarılmış Zərərçəkmiş şəxs məxsus 74000 avro pul vəsaiti onun, yəni Təqsirləndirilən şəxs tərəfindən götürülərək şirkətdəki hesaba köçürülmüş, bununla bağlı qəbz ondadır və qısa müddət ərzində təqdim edəcəkdir. (lİ cild i.v. 135) 330 KVA-lıq AKSA generatorun və 250 KVA-lıq transformatorun alqı-satqısına dair olan xx.xx.2016-cı il tarixli, 01 nömrəli saxta müqavilədən və həmin alqı-satqı müqaviləsinə əlavə olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir tərəfdən alıcı "xxxx" MMC-nin adından Baş Menecer Təqsirləndirilən şəxs və digər tərəfdən satıcı fiziki şəxs Zərərçəkmiş şəxs arasında guya bağlanılmış, müvafiq rekvizitlərlə, imza və möhürlərlə təsdiq edilmiş müqavilənin predmeti kimi nəzərdə tutulmuş bir ədəd 330 KVA-lıq AKSA generatorunun qiyməti 31000 AZN, bir ədəd transformatorun (komplektin) qiyməti 18500 AZN, cəmi isə 49500 AZN göstərilmişdir. (İlİ cild i.v. 12-13) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, ПAO «Укрзлектроаппарат» 250 KVA komplekt transformator "xxxx" MMC-yə məxsus Qusar rayonu, Caqarqışlaq kəndindəki meyvə bağının əsas girişindən təxminən 100 metr sol tərəfdə yerləşir. Transformator arxa, yan və üst tərəfdən dəmir listlərlə əhatə olunmuşdur, üzərində göy rəngdə “X20 Cəmiyyəti 199 Qaynar xətt” yazılmışdır, yanında “Yağmur” markalı plastik su çəni və üzərində “D Esel Generator UZM RİC 170 KVA” yazılmış generator vardır. Baxış zamanı Zərərçəkmiş şəxs sözügedən transformatorun ona məxsus olduğunu və 15000 manata aldığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İlİ cild i.v. 34-38) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Aksa AD330” markalı 330 KVA generator "xxxx" MMC-yə məxsus Xaçmaz rayonu, Yergüc kəndindəki tara istehsalı sexinin əsas girişindən təxminən 100 metr düz istiqamətdə sol tərəfdə yerləşir. Generator arxa tərəfdən sexin divarlarından təxminən 1 metr aralıdadır, üst hissəsi isə dəmir listlərlə örtülüdür. Generator sarı rəngdədir, üzərində “Aksa power generator” sözləri yazılmışdır. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs sözügedən generatorun ona məxsus olduğunu və 60000 manata aldığını bildirmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İlİ cild i.v. 39- 42) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1710 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş, xx.xx.2016-cı il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin “10.Tərəflərin rekvizitləri” bəndində “Alıcı” qrafasındakı imza, 01 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan qiymətlərin razılaşdırılması protokolunda “Alıcı” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim edilmiş, xx.xx.2016-cı il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinin “10.Tərəflərin rekvizitləri” bəndində “Satıcı” qrafasındakı imza, xx.xx.2016-cı il tarixli 01 nömrəli alqı-satqı müqaviləsinə əlavə olan qiymətlərin razılaşdırılması protokolunda “Satıcı” qrafasındakı imza - Zərərçəkmiş şəxs tərəfindən yox, Təqsirləndirilən şəxs tərəfindən yox, Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. (İlİ cild i.v. 62-67) "xxxx" MMC-nin xx.xx.2016-cı il tarixli, 01 nömrəli “Kassa məxaric orderi”ndən görünür ki, xx.xx.2016-cı il tarixli 01 saylı alqı-satqı müqalivəsi əsasında Zərərçəkmiş şəxs 49500 manat pul vəsaiti verilmişdir. (İlİ cild i.v. 239) xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokollardan görünür ki, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid2 ifadələrində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər. (İlİ cild i.v. 290-298) xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 3 ünvanında yerləşən "xxxx" ASC-nin “Mərkəzi” filialının yanına gəlib istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (İV cild, i.v. 139-143) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İV cild, i.v. 157) "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Arayış”dan, Şahid4 tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin Nizamnaməsi” və digər sənədlərinin surətindən görünür ki, "xxxx" MMC xx.xx.2016-cı il tarixində təsis edilmişdir. Həmin MMC-nin təsisçilərinin xx.xx.2016-cı il tarixli təsis qərarı ilə Təqsirləndirilən şəxs "xxxx" MMC-nin idarə Heyətinin sədri (Baş meneceri) vəzifəsinə təyin etmişlər. "xxxx" MMC xx.xx.2016-cı ıl tarixində dövlət qeydiyyatına alınmış və xx.xx.2016-cı il tarixindən Təqsirləndirilən şəxs öz vəzifələrinin icrasına başlamışdır. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tutduğu vəzifədən azad edilmişdir. "xxxx" MMC- nin həmin dövrdə qüvvədə olan nizamnaməsinə əsasən İdarə Heyəti MMC-nin cari fəaliyyətinə rəhbərliyi həyata keçirən kollegial icra orqanı olmuşdur. İdarə Heyəti 2 üzvdən ibarət olmuşdur: Baş menecer (İdarə Heyətinin sədri) və Baş menecerin müavini. İdarə Heyəti "xxxx" MMC-ni üçüncü şəxslər qarşısında nizamnamə ilə müəyyən edilmiş həddə təmsil etmişdir. Baş menecerin aşağıdakılara riayət olunmaq şərti ilə heç bir etibarnamə və digər xüsusi bir səlahiyyətvermə olmadan "xxxx" MMC-nin adından çıxış edərək müqavilələri, digər əqdləri və sənədləri imzalamaq səlahiyyəti olmuşdur: "xxxx" MMC-in bütün maliyyə hesabatları, proqnozları və planlarına İdarə Heyəti tərəfindən baxılır və bunlar təsdiq tələb etdikdə Baş menecer və Baş menecerin müavininin hər ikisi tərəfindən təsdiq olunur; "xxxx" MMC tərəfindən ödənişin həyata keçirilməsi barədə hər hansı sənədə (ödəniş tapşırığı, kassa məxaric orderi və s.) Baş menecer və Baş menecerin müavininin hər ikisi tərəfindən icazə verilməli və onlar tərəfindən imzalanmalıdır. Baş menecer "xxxx" MMC biznesinin dayanıqlı və gəlirli olmasına, MMC-in işinin düzgün qurulmasına, Ümumi Yığıncağın və idarə Heyətinin qərarlarının icra olunmasına görə məsuliyyət daşımışdır. Həmin dövrdə "xxxx" MMC-in Baş menecerinin müavini Şahid2 olmuşdur. Təqsirləndirilən şəxs adından "xxxx" MMC-yə nizamnamə kapitalı ödənişi, borc və hər hansı başqa bir təyinatla heç bir ödəniş edilməmişdir. 4.2.2-ci bəndində Şahid3 595000 manat, 595 pay; 35% Cəmiyyətin qeydiyyat tarixindən sonra 3 ay ərzində ödəniləcəkdir. 6.1.10-cu bəndində cəmiyyət tərəfindən bağlanılmalı olan və dəyəri ən azı 5000 manat olan hər hansı bir borc, təminat və digər oxşar əqdləri təsdiq etmək, 6.1.11-ci bəndində cəmiyyət tərəfindən bağlanılmalı olan və dəyəri ən azı 5000 manat olan hər hansı bir digər əqdi təsdiq etmək Ümumi yığancağın müstəsna səlahiyyətlərinə aiddir. (İV cild, i.v. 165-200, V cild, i.v. 25 ) xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan görünür ki, şahidlər Şahid1 və Şahid2 Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 3 ünvanında yerləşən "xxxx" ASC-nin “Mərkəzi” filialının yanına gəlib istintaqda verdikləri ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişlər. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. (V cild, i.v. 26-29, 36-39) xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 3 ünvanında yerləşən "xxxx" ASC-nin “Mərkəzi” filialının yanına gəlib istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (V cild, i.v. 60-62) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ictimai-təhlükəli əməl CM-in 178.3.2 və 320.1-ci maddələrindən həmin Məcəllənin 178.3.2, 320.1 və 320.2ci maddələrinə tövsif edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş bir ədəd CD disk, "xxxx" ASC-dən təqdim olunmuş “Hesab üzrə məlumat”, bir ədəd 330 KVA-lıq AKSA generatorun və bir ədəd 250 KVA-lıq transformatorun alqı-satqısına dair tərtib edilmiş 27 dekabr 2016-cı il tarixli, 01 nömrəli saxta müqavilə və həmin alqı-satqı müqaviləsinə əlavə olan “Qiymətlərin razılaşdırılması protokolu”, ”Our Orchards” MMC-nin 29 dekabr 2016-cı il tarixli, 01 nömrəli “Kassa məxaric orderi”, "xxxx" MMC tərəfindən tərtib edilərək təqdim edilmiş 29 avqust 2024-cü il tarixli “Arayış”, habelə Şahid4 tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin Nizamnaməsi” və digər sənədlərinin surəti maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (V cild, i.v. 64-86) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (V cild i.v. 89-91) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (V cild, i.v. 108-111) Şahid1 tərəfindən Zərərçəkmiş şəxs daşınmaz əmlakına dair hüquqları Şahid2 etibar edilmiş, Bakı şəhəri 46 saylı notariat ofisi, xüsusi notarius X3 tərəfindən xx.xx.2016-cı il tarixində etibarnamə qeydiyyata alınmış və həmin etibarnamə xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuşdur. Zərərçəkmiş şəxs tərəfindən ona məxsus bütün əmlak və hüquqlar Şahid2 etibar edilmişdir. Etibarnamə 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisində xx.xx.2017-ci il tarixində qeydiyyata alınmış və xx.xx.2017-ci il tarixinədək qüvvədə qalmışdır. xx.xx.2017-ci il tarixli, FJB**********068 nömrəli Paşa Bankın qəbzindən də göründüyü kimi 245.000 manat Şahid2 tərəfindən Şahid5 Şirkətdəki nizamnamə kapitalına mədaxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, 2(102)- 1236/2024 nömrəli məhkəmə qərarında xx.xx.2017-ci il tarixli qəbzə istinad olunur. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş ittihama daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin olmaması Cinayət- Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada sübuta yetirildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. 178.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq dedikdə şəxsin etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (qərarın 1-ci bəndi). Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər (qərarın 2-ci bəndi). Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (qərarın 3-cü bəndi). Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər (qərarın 5-ci bəndi). İttihamın Təqsirləndirilən şəxs rəhbərlik etdiyi "xxxx" MMC-yə 49500 manat müqabilində satmaqla öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 75000 manat külli miqdarda ziyan vurma ilə bağlı hissəsində məhkəmə aşağıdakı hüquqi dəyərləndirməni aparır. Belə ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli şikayət ərizəsində transformator və generatorun qiymətini 49.500 manat olaraq qeyd etmişdir. xx.xx.2023-cü il tarixli izahatında isə generatorun qiyməti 60000 manat, transformatorun qiyməti 15000 manat olduğunu, transformatoru haradan əldə etməyini dəqiq bilmədiyini qeyd etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 da ifadəsində qeyd etmişdir ki, MMC-də icra orqanları təsisçilərin razılığı olmadan qərar verib müqavilələr bağlaya bilirlər, buna onların səlahiyyətləri var. Onların verdiyi qərarlara, 5000 manatadək bağladıqları müqavilələrə əslində təsisçi nəzarət etməlidir. Zərərçəkmiş şəxs tərəfindən şirkətə hansısa bir tələb irəli sürülməmişdir. İş materiallarına əlavə olunmuş məhkəmələrin yekun qərarlarından da görünür ki, generator və transformatorla bağlı ittihamda irəli sürülmüş məbləğ, həmçinin 146 640,45 manat da Zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilməmişdir. Müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, Nazim, o, Elman razılaşmışlar ki, hamısı pul qoysun, amma kim nə qədər pul qoyub xatırlamır. Zərərçəkmiş şəxsla belə razılaşmışlar ki, «Alma bağları» şirkəti pul ödəsin və Zərərçəkmiş şəxs transformatorla generatoru alsın. Əvvəldən o bağa generatorun alınması nəzərdə tutulmuşdu. Lahiyəni Şahid4 hazırlanmışdı, Şahid2 və ya Nazimin orda iştirakı olub ya yox bilmir. Təqsirləndirilən şəxs 35.000 dollar gətirib dəftərə yazmağını, 35.000 dollar pul qoyduğunu demişdir. Pulu saymışdır, 30.000 dollar idi, 5000 dolları trasformator üçün Namikə verdiyini demişdir. Təqsirləndirilən şəxs 73.225 Avro məbləğındə pul vəsaitinin şirkət hesabına köçürüldüyünü eşitmişdir. "xxxx" MMC-nin kassa məxaric orderində də göründüyü kimi “təhvil aldım” qrafasında Zərərçəkmiş şəxs imzası əks olunmuş və nə ibtidai istintaq nə də məhkəmə istintaqı zamanı həmin imzanın Zərərçəkmiş şəxs aid olub-olmaması zərərçəkmiş şəxs tərəfindən mübahisələndirilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli İştirakçılararası müqavilə və Nizamnamənin 6-cı maddəsinə əsasən ümumi yığıncağın müstəsna səlahiyyətlərindən biri də 5000 manatdan yuxarı olan borc, təminat və digər oxşar qeydləri təsdiq etmək səlahiyyətidir. Başqa sözlə 5000 manatdan yuxarı məbləğlə olan müqavilələrin təsdiq edilməsi yalnız təsisçilərin ümumi yığıncağının səlahiyyətindədir. Həmin Nizamnamənin 6.2.3-cü maddəsinə əsasən Şirkət tərəfindən ödənişin həyata keçirilməsi barədə hər hansı sənəd (ödəniş tapşırığı, kassa məxaric orderi və s. ) baş menecer və baş menecerin müavinin hər ikisi tərəfindən icazə verilməli və onlar tərəfindən imzalanmalıdır. xx.xx.2019-cu il tarixli Auditor hesabatının 4-cü vərəqindən qeydə əsasən, aparılmış sənədləşmələrdən məlum olmuşdur ki, X1 vasitəçiliyi və Şahid2 rəhbərliyi altında sənədlərin saxtalaşdırılması yolu ilə alqı-satqı müqavilələrində qiymətlərin şişirdilməsinə yol verilmişdir. Həmin hesabatın 5-ci vərəqində qeyd olunur ki, maliyyə sənədləri Şahid2 tərəfindən hazırlanmışdır. Bunu audit zamanı təqdim olunmuş kassa hesabatlarında da müəyyən etmək mümkün olmuşdur. Belə ki, tərtib olunmuş kassa hesabatları mühasibat uçotu haqqında qanunun tələblərinə cavab verməsə də, kassa hesabatları tərtib olunarkən göstərilmişdir ki, hesabatı təhvil verdi Şahid2. Bundan başqa ittiham tərəfin təqdim etdiyi sübutlardan olan səs yazılarını məhkəmə kollegiyası tədqiq edərək müəyyən etmişdir ki, 15 dəqiqəlik səsdə: “Namik müəllimə gələn pulu şirkətə qoyublar Nazim müəllim vasitəsilə şirkətə yatırılıb. Şirkətə 260000-280000 şərikinə pul qoymuşdular Namiklə birlikdə şərikinə. Generatora görə pul verilibmi, Azər deyir ki, səsin 8 ci dəqiqəsində pul işinin “requlirovkasını” Elman edib, Nazim müəllim sənədləri təsdiq edirdi, pulu Elman idarə edirdi. 11-ci dəqiqədə Azər deyir ki, Elvin nə deyirdi, Elman da onu edirdi, torpağın qiymətlərini artırmağı da Elvin demişdi Elman etmişdi. Sadalanan faktiki hallardan göründüyü kimi, generator və transfarmatorla bağlı məbləğ Təqsirləndirilən şəxs tərəfindən mənimsənilməmişdir. Belə ki, ilk növbədə audit rəyindən də göründüyü kimi hesabatı təhvil verən Şahid2dur, 5000 manatdan yuxarı məbləğlə olan müqavilələrin təsdiq edilməsi yalnız təsisçilərin (Our Orchards) ümumi yığıncağının müstəsna səlahiyyətindədir. Bundan başqa Şirkət tərəfindən ödənişin həyata keçirilməsi barədə hər hansı sənəd baş menecer və baş menecerin müavinin hər ikisi tərəfindən icazə verilməli və onlar tərəfindən imzalanmalıdır. Həmçinin "xxxx" MMC-in kassa məxaric orderində də göründüyü kimi “təhvil aldım” qrafasında Zərərçəkmiş şəxs imzası da zərər çəkmiş tərəfindən mübahisləndirilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs Şahid2 hüquqlarının həyata keçirilməsi üçün müvafiq etibarnamə vermişdir. Generator və transformatorun alınması Nazim Xudaverdiyin nə məqsədi, nə də tələbi olmamışdır. Belə ki, əməlin cinayət əməli sayılması üçün subyektiv cəhətdən birbaşa qəsdlə törədilməli və niyyət olmalıdır. Təqsirləndirilən şəxs alqı-satqı müqavilələrini imzalayıb, ica etməsinin tək bir səbəbi var idi. O da Təsisçilərin ümumi yığıncağının qərarına əsasən alınmış generator və transformatorun pulunun ödənilməsi, əmək müqaviləsindən, əmək funksiyalarından irəli gələn vəzifə öhdəliklərinin icra edilməsi idi. Göründüyü kimi burada Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir dələduzluq əməlinin törədilməsi niyyəti mövcud deyildir. Ümumi Yığıncağın qərarı, Şahid5 tələbi, Zərərçəkmiş şəxs razılığı ilə Şirkətə transformator və generator alınmış, Şahid5 tərəfindən Xaçmazdakı bağ sahəsinə aparılmış, ödəniş isə Şirkətin bank hesabından çıxarıldıqdan sonra, Şahid5 tərəfindən Təqsirləndirilən şəxs 30.000 ABŞ dolları Zərərçəkmiş şəxs verilməsi məqsədilə alınmışdır. Təqsirləndirilən şəxs əmək müqaviləsinə əsasən əmək funksiyaları Our Orchards MMC-nin Baş menecer vəzifəsi üzrə öhdəliyini, sahibkarın tapşırıqlarını yerinə yetirmək, yerinə yetirdiyi işlər barədə sahibkara məlumat vermək və s. ibarətdir. İttiham tərəfinin Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə irəli sürülən ittihamla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu il tarixli Plenum Qərarında qeyd olunur ki, saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Subyektiv cəhətdən isə cinayət birbaşa qəsdlə törədilir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə görə, məqsəd (rəsmi sənəddən, dövlət təltifindən, ştampdan, möhürdən və blankdan istifadə etmək) cinayət tərkibinin zəruri əlamətidir və həmin əməllərin törədilməsində belə məqsəd olmazsa, bu cinayətin tərkibini yaratmır. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilənin Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılması sübuta yetirilmir. Bundan başqa, şahid ifadələrindən, iş materiallarında olan ifadələrdən, məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallardan, 2019-cu il tarixli audit rəyindən sənədlərin, hətta həmin müqavilə ilə bağlı hesabatların Şahid2 tərəfindən tərtib olunduğu və müvafiq qurumlara göndərildiyi sübuta yetirir ki, MMC-in fəaliyyəti zamanı bütün sənədlər Şahid2 tərəfindən hazırlanmışdır. Zərərçəkmiş şəxs daşınmaz əmlakına dair hüquqları Şahid2 etibar edilmiş, Bakı şəhəri 46 saylı notariat ofisi, xüsusi notarius X3 tərəfindən xx.xx.2016-cı il tarixində etibarnamə qeydiyyata alınmış və həmin etibarnamə xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuşdur. Zərərçəkmiş şəxs tərəfindən ona məxsus bütün əmlak və hüquqlar Şahid2 etibar edilmişdir. Etibarnamə 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzində notariat ofisində xx.xx.2017-ci il tarixində qeydiyyata alınmış və xx.xx.2017-ci il tarixinədək qüvvədə qalmışdır. İttihamın Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs "Our Orchards” MMCdəki pay hesabına köçürəcəyi vədi ilə alıb verdiyi vədə əməl etməməklə aldadaraq öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs 146 640,45 manat külli miqdarda ziyan vurması ilə bağlı hissədə aşağıdakı hallar qeyd olunmalıdır. xx.xx.2015-ci il tarixli Təsis müqaviləsinin 3-cü bəndində qeyd olunur ki, 35 faiz payı Şahid5 Zərərçəkmiş şəxs adına rəsmiləşdirəcəyini öhdəsinə götürür ( 8.75 faiz Nazimə və 17.5 faiz Azərin adına). xx.xx.2015-ci il tarixli Müqavilənin 2.2-ci maddəsində Mülkiyyətçinin, yəni Zərərçəkmiş şəxs Alma Bağının (Our Orchards MMC) salınması ilə bağlı öz payının təsdiqi üçün 73.500 avronu ödəməklə ağac çilingləri almaq öhdəliyi müəyyən edilir. Məhkəmə iclaslarında şahidlərin və zərərçəkmiş şəxsin verdiyi ifadələrdən müəyyən olunur ki, şirkət yaradılana qədər Zərərçəkmiş şəxs tərəfindən Fransaya ödənilən pul, geri qaytarıldıqdan sonra Zərərçəkmiş şəxs payı kimi Şirkətə dövr edilməli idi. Etibarnamə əsasında Şahid1 tərəfindən 146 640,45 manat və Təqsirləndirilən şəxs məxsus 99000 manat, cəmi ümumilikdə 245000 manat pul vəsaiti Şahid5 şirkətdəki pay hesabına mədaxil edilməsi üçün maliyyə və sənədləşmə işlərini görən baş menecerin müavini Şahid2 təqdim edilir. xx.xx.2017-ci il tarixli FJB**********068 nömrəli Paşa Bankın qəbzindən də göründüyü kimi 245.000 manat Şahid2 tərəfindən Şahid5 Şirkətdəki nizamnamə kapitalına mədaxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, 2(102)- 1236/2024 nömrəli məhkəmə qərarında xx.xx.2017-ci il tarixli qəbzə istinad olunur. Səs yazılarınının əks olunduğu yaddaş kartı tədqiq olunarkən müəyyən olunmuşdur ki, “8 dəqiqəlik səsdə: 5.15 dəqiqədə danışan bildiririr ki, Nazim müəllimdən heç kim pul tələb etməyəcək, çünki onların arasında pul söhbəti olmayıb, borc sənin borcundur, sən bu kişiyə söz vermisən ki, 17.5 faiz pay sənindir. Azər də qəbul və etiraf edir ki, bəli, Namik müəllimlə sənin aranda 1 milyon borc var, 7-ci dəqiqəsində deyir ki, Elvin sizi aldadıb, 17.5 faiz pay qaytarılmalı idi, Azərin 35 faizi qaytarılmalı idi qaytarılmayıb, etibardan sui-istifadə edərək aldadıblar sizi (Elvin)”. 19:33 dəqiqəlik səsdə: “1-ci dəqiqədə Azər deyir şirkətə köçürülən pul lazımdır o da budur, Namik də deyir ki Fransaya köçürülən pul qayıdıb hesaba, o da 74000 oturdulub hesaba. Və qeyd olunur ki, o pul Namikə qaytarılmamalı idi də, çünki şirkətdəki payı onunla təsdiqlənir. 7-ci dəqiqəsində Azər deyir ki, Alma bağının salınması təklifini mən elədim Namikə. Deyirlər ki, Namikin adından Elman etibarnamə ilə iştirak edib, hazır sənədləri verib, nə Namik, nə də Nazim iştirak etməyib. 9-cu dəqiqə də Nazim aydınlaşdırır, Azər də izah verir ki, Elman etibarnamə ilə hər şeyi Namikin də, mənim də (yəni Azərin) əvəzimə edir, torpaqları alır, sonra da Elman torpaqları öz adına keçirib, bundan da Azərgilin xəbəri olmayıb, sonradan Baləhməd tərəfindən üstü açıldığı qeyd olunur. 12-ci dəqiqədə pay məsələsində Nazimin də Azərin də aldadıldığını deyir. 13cü dəqiqə də Azər deyir ki, Elman dedi ki,korrupsiyaya versə, hamımızın başı ağrıyacaq. Elman deyir ki, ödənişləri rəsmi etməmişik, 1000 manat rüşvət verdilər mən (Azər) notariusa verdik ki, banksız həll olunsun. 17-ci dəqiqədə Nazim Namiki müdafiə edərək, haqqını qorumağa çalışır ki, hər şeyi Namik edib, amma ortada Namikə aid heç nə yoxdur”. 12:52 dəqiqəlik səsdə 12-ci dəqiqədə Tofiq soruşur ki, hanı Namikin qayıdan pulu, Azər deyir ki, Nazim Elmanla birlikdə hesaba oturdub.” Qeyd olunan səsdə iş materiallarından da göründüyü kimi, Zərərçəkmiş şəxsla eyni ifadəni verən Tofiq Azərə deyir ki, gedib Elmana heç nə demə, Əlavə olaraq da, generator və transformatorun pulunun Namikə ödənildiyini desə də, Namik hər hansı reaksiya vermir, ödənilmədiyini və ya hər hansı tələbinin olmasını bəyan etmir. 9.40 dəqiqəlik səsdə: “Nazimdən soruşurlar ki, Fransadan bank hesabına qayıdan pul hanı? Nazim Namikin və öz payı əvəzinə Azərin adına MMC-nin hesabına oturtduqlarını deyir. 9-cu dəqiqədə deyir, Nazim 70000 dollar Namik 74000 avro qoyub, manatla edir 245000 manat. Namik danışır deyir ki, 164000 Azərdə pulumuz var, 94000 Namikin, 70000 Nazimin, 164000 payın alma bağında var və bunu heç kim inkar etmir. Hamı da razılaşır. 20000 Namik torpağa verib, 74000 hesaba köçürüləndir. Azər 9-cu dəqiqədə deyir ki, qayıdan pul şirkətə oturdulub. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da qeyd olunduğu kimi, dələduzluq cinayət əməlinin əsas tərkib əlamətlərindən biri niyyətdir. Təqsirləndirilən şəxs banka Zərərçəkmiş şəxs xahişi ilə, guya bir-birini tanımayan Elman və Elşad arasında pul təqdim edilməsində kömək etmək üçün gedib. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şəxsi hesabına pul məbləğinin qayıtmasını bilmirdi və bununla da bağlı hər hansı bir niyyəti olmamışdır. Təsvir olunanlardan görünür ki, Zərərçəkmiş şəxs əvvəlcədən 73225 avro pul vəsaitini Fransanın Dalival şirkətinə köçürür, MMC sonradan bütün məbləği köçürdüyünə görə sonuncunun həmin məbləğ geri qaytarılır və Təqsirləndirilən şəxs həmin məbləği bankdan xx.xx.2017-ci il tarixdə çıxararaq üzərinə məbləğ əlavə edərək Şahid2 verilir, Şahid2 tərəfindən xx.xx.2017-ci il tarixdə qəbzdən də göründüyü kimi Şahid3 Şirkətdəki nizamnamə kapitalına mədaxil edilir. Başqa sözlə həmin məbləğ Zərərçəkmiş şəxs qaytarılmalı məbləğ deyildi, sonuncu, Təqsirləndirilən şəxs və Şahid3 arasında təsis müqaviləsi bağlanmış, orada paylar müəyyən olunmuş və əməkdaşlıq müqaviləsində yuxarıda qeyd olunan öhdəliklər müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şərh edilən əməllərində dələduzluq cinayətinin tərkibinin olması və həmin əməllərə görə onun CM-in 178.3.2, 320.1, 320.2-ci maddələri ilə təqsirli bilinməsi barədə ibtidai istintaq orqanının gəldiyi nəticə qanuni, əsaslı və mötəbər sayıla bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət hökmü çıxarılır. 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa şəxsin barəsində bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, cinayət işindəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə CM-in 178.3.2, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri mövcud deyil və ona həmin maddələr ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, CPM-in yuxarıda göstərilən maddələrinə əsasən ona bəraət verildiyindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurumuş ziyanın, məhkəmə xərclərini ödənilməsi tələbi ilə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarının 74-cü bəndində göstərilir ki, bəraət hökmü CPM-in 42.1.2ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi olmaması əsası ilə bəraət verildiyindən həmin tələblər törədilmiş cinayət nəticəsində vurulmuş ziyan kimi qəbul edilə, həll edilə bilməz. Bu səbəblərdən zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pul CPM-in 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş bir ədəd CD disk, "xxxx" ASC-dən təqdim olunmuş “Hesab üzrə məlumat”, bir ədəd 330 KVA-lıq AKSA generatorun və bir ədəd 250 KVA-lıq transformatorun alqı-satqısına dair tərtib edilmiş 27 dekabr 2016cı il tarixli, 01 nömrəli saxta müqavilə və həmin alqı-satqı müqaviləsinə əlavə olan “Qiymətlərin razılaşdırılması protokolu”, ”Our Orchards” MMC-nin 29 dekabr 2016-cı il tarixli, 01 nömrəli “Kassa məxaric orderi”, "xxxx" MMC tərəfindən tərtib edilərək təqdim edilmiş 29 avqust 2024-cü il tarixli “Arayış”, habelə Şahid4 tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin Nizamnaməsi” və digər sənədlərinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibinin olmaması əsası ilə ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş bir ədəd CD disk, "xxxx" ASC-dən təqdim olunmuş “Hesab üzrə məlumat”, bir ədəd 330 KVAlıq AKSA generatorun və bir ədəd 250 KVA-lıq transformatorun alqı-satqısına dair tərtib edilmiş 27 dekabr 2016-cı il tarixli, 01 nömrəli saxta müqavilə və həmin alqı-satqı müqaviləsinə əlavə olan “Qiymətlərin razılaşdırılması protokolu”, ”Our Orchards” MMC-nin 29 dekabr 2016-cı il tarixli, 01 nömrəli “Kassa məxaric orderi”, "xxxx" MMC tərəfindən tərtib edilərək təqdim edilmiş 29 avqust 2024-cü il tarixli “Arayış”, habelə Şahid4 tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin Nizamnaməsi” və digər sənədlərinin surəti hazırkı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci kimi məhkəmə məsrəfini təşkil edən 110 manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə üzərinə xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınsın. Mülki iddia baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar