Məhkəmə qərarları › İş №1(101)-583/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-583/2022

28.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-583/2022 28.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6 zərər çəkmiş şəxsin Zərərçəkmiş şəxs6 arvadı olan hüquqi varisi olmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, onların anası olan qanuni nümayəndəsi Qanuni nümayəndə2 yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 və onun anası olan qanuni nümayəndəsi Qanuni nümayəndə1 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1979-cu il yanvarın 01-də Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağın atası olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4.-cü, 120.2.9.-cu, 29, 120.2.4.-cü, 29, 120.2.7.-ci və 29, 120.2.9.-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs xüsusi amansızlıq və ümumi təhlükəli üsulla aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş və bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib xüsusi amansızlıq və ümumi təhlükəli üsulla aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, istintaqla müəyyən edilmişdir ki Təqsirləndirilən şəxs 2021-ci il sentyabrın 18-də saat 15 radələrində yaşadığı ünvan 2 ünvanında arvadı Qanuni nümayəndə2 mobil telefonuna «Nərgiz Sulutəpə» adı ilə qeyd edilmiş nömrədən zəng gəldiyini görmüş, öz istifadəsində olan mobil telefondan həmin nömrəyə zəng edərək həmin şəxsin Emin adlı şəxs olduğunu müəyyən etmiş və bununla da arvadının ona xəyanət etdiyini başa düşərək arvadı ilə sözlə mübahisə etdikdə sonuncunun evi tərk etməsindən sonra arvadını axtarmaq üçün həmin tarixdə saat 22 radələrində övladları 2005-ci il 14 iyul təvəllüdlü Zərərçəkmiş şəxs3 və 2008-ci il 30 mart təvəllüdlü Zərərçəkmiş şəxs4 də özü ilə aparmaqla qayınatası Zərərçəkmiş şəxs6 və qayınanası Zərərçəkmiş şəxs1 yaşadıqları ünvan 4 ünvanına gedərək arvadının orada olmadığını, qayını oğlu 2015-ci il 03 iyul təvəllüdlü Zərərçəkmiş şəxs5 və baldızının qızı 2003-cü il 12 noyabr təvəllüdlü Zərərçəkmiş şəxs2 da göstərilən ünvanda olduqlarını görüb övladlarını mənzildə qoyaraq yenidən arvadını axtarmağa getmiş, spirtli içki qəbul edib bir neçə dəfə Zərərçəkmiş şəxs6 istifadəsində olan nömrəyə zəng etmiş, telefonu götürən qayınanası Tahirə Mirzə qızı X3 Tağıyevanın yerini deməsini istəmiş, əks təqdirdə onları öldürməklə hədələmiş, Qanuni nümayəndə2 bir xəbər çıxmadıqda qisas almaq məqsədi ilə 2021-ci il sentyabrın 19-da saat 03 radələrində özünə məxsus «VAZ-2107» markalı avtomobildə saxladığı, ikilitrlik plastik qabda olan benzini özü ilə götürüb yenidən qayınatasının yaşadığı mənzilə gələrək qapını döymüş, Zərərçəkmiş şəxs6 qapını açanda içəri keçmiş, dəhlizlə qonaq otağı arasında dayanmış sonuncunu, Zərərçəkmiş şəxs6 arxasında qonaq otağı ilə yataq otağının qapısının kandarında dayanmış Zərərçəkmiş şəxs1, qayınatasının yanında qonaq otağında dayanmış övladları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 görmüş, yataq otağında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 olduğunu bilmiş, bir daha soruşduqda Zərərçəkmiş şəxs6 və Tahirə Mirzə qızı X4 Tağıyevanın yerini bilmədiklərini demələrindən və həmin vaxt Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verməsindən sonra «sən məndən şikayət edirsən? sənin üçün pis olar, yandıracam hamınızı» bildirərək cinayətkar niyyətini həyata keçirmək üçün birinci qrup əlil olmaqla şəkərli diabet və hipertoniya xəstəliyindən əziyyət çəkən Zərərçəkmiş şəxs6, azyaşlı Zərərçəkmiş şəxs5, yetkinlik yaşma çatmayanlar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 aşkar surətdə köməksiz vəziyyətdə olduqlarını və diri-diri yandırmaqla ailə üzvlərinə xüsusi ağrılar, əzab və işgəncə verəcəyini, eyni zamanda onları ümumi təhlükəli üsulla öldürəcəyini dərk və arzu edərək əlində olan benzinin bir hissəsini döşəmə üzərinə, divarlara töküb sonuncuları evdən çıxmaq imkanlarından məhrum etməklə köməksiz vəziyyətə gətirmiş, benzinin bir hissəsini qarşısında dayanan Zərərçəkmiş şəxs6 üzərinə tökərək digər əlində olan alışqanla mənzili və sonuncunun arvadı Zərərçəkmiş şəxs1, göstərilən şəxslərin nəvələri Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 yanında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirib xüsusi amansızlıqla diri-diri yandıraraq hadisə yerindən qaçmış, yanğın zamanı Zərərçəkmiş şəxs6 insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır dərəcədə zərərvurma əlamətlərinə malik, yüksək hərarətin (alovun) yerli təsirindən törənmiş və yanıq xəstəliyi ilə əlaqədar inkişaf edən yanıq intoksikasiyası nəticəsində 2021-ci il sentyabrın 24-də ölümünə səbəb olmuş başın, boyunun, hər iki yuxarı və aşağı ətrafların, qarın nahiyəsinin ümumi bədən səthinin 63-65%-ni əhatə edən İİ-İİİ dərəcəli termiki yanıq yaraları xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs1 yüksək hərarətin (alovun) termiki təsirindən əmələ gəlmiş hər iki ayağın İİ dərəcəli termiki yanıq yaraları kimi xəsarətlər yetirmiş, lakin hadisədən dərhal sonra qonşuların, eləcə də evdə olan şəxslərin yanğını söndürmələri və Zərərçəkmiş şəxs1 tibb mərkəzinə vaxtında çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilməsi, həmçinin aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı Zərərçəkmiş şəxs5, yetkinlik yaşına çatmayanlar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 hadisə yerinə gəlmiş şəxslər (qonşular) tərəfindən xilas edilmələri səbəbindən bilavasitə cinayət törətməyə qəsdən yönəldilmiş əməli iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırıla bilməyib onları yaxın adamlarının yanında xüsusi amansızlıq və ümumi təhlükəli üsulla qəsdən öldürməyə, yəni aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi xüsusi amansızlıq və ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrumetməyə cəhd etmiş, aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs6 isə xüsusi amansızlıq və ümumi təhlükəli üsulla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü, 120.2.9.-cu, 29, 120.2.4.-cü, 29, 120.2.7.-ci və 29, 120.2.9.-cu maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, 2002-ci ildə X5 ilə bağladığı nikahdan 2005-ci il təvəllüdlü Kənan, 2008-ci il təvəllüdlü Taleh, 2010-cu il təvəllüdlü Ləman adlı övladları dünyaya gəlmişlər. 2021-ci il sentyabrın 18-də saat 15:00-da Lamiyənin mobil telefonunun səsinə oyanıb mətbəxə keçərək sonuncunun yemək bişirərkən əlindəki telefonu onu görən kimi stolun üstünə atdığını gördükdə fikir verməyib yenidən yerinə keçməklə yatmışdır. Lamiyənin telefonuna gələn mütəmadi zənglərdən sonra o, sonuncunun mobil telefonu götürüb söndürərək yanına qoymuş və yatmağa davam etmişdir. On beş dəqiqə ötmüş oyanıb telefonu açaraq yenə zəng gəldiyini gördükdə Lamiyəni çağırıb telefonun şifrəsini açmasını istəmişdir. Sonuncu şifrəni açdıqda sonuncu zənglərə daxil olub dəfələrlə zəng edənin «Nərgiz Sulutəpə» adı ilə qeyd edilmiş şəxs olduğunu görmüş və öz mobil telefonu ilə həmin şəxsə zəng etdikdə telefona bir nəfər kişi cavab vermişdir. O, sonuncudan niyə zəng etdiyini soruşanda həmin şəxs ona arvadının telefon nömrəsini Elşanə adlı şəxsin telefonundan təsadüfən götürdüyünü demiş, Elşanə onların məhəlləsində yaşayan əxlaqsız qadın olduğundan o, yalan danışıldığını anlamış, bir müddət keçmiş özünü həmin şəxsin xalası oğlu kimi təqdim edən biri telefonu götürüb həmin şəxsin xəstə uşaq olduğunu bildirmişdir. O, bunların yalan olduğunu başa düşərək arvadının ondan nəsə gizlətdiyini və ona xəyanət etdiyini düşünmüş, telefonla əsəbi danışdığı vaxt Lamiyənin qəfil evdən çıxıb getməsi ilə sonuncunun günahı olduğunu anlamışdır. O, məsələni aydınlaşdırmaq üçün qayınanası Zərərçəkmiş şəxs1 zəng edib sonuncunu və qayınatası Zərərçəkmiş şəxs6 evinə çağırmış, sonuncular gəldikdə söhbəti danışıb Lamiyənin düzgün yolda olmadığını dedikdə Mütəllim ona «qızıma istədiyini et, mən qarışmıram» söyləyib getmişlər. Gün ərzində bir neçə dəfə qayınanasına zəng edərək Lamiyənin harada olduğunu soruşsa da sonuncu bilmədiyini demişdir. 2021-ci il sentyabrın 19-da saat 02 radələrində Kənan və Talehi qayınanasıgilə qoymaqla çıxıb getmişdir. Bütün mikrorayonu axtarsa da Lamiyəni tapa bilməmiş, həmin müddətdə 8-9 butulka pivə içmiş, qayınanasının Lamiyənin yerini bildiyi halda demədiyini zənn edib qayınanasını qorxudaraq öyrənə biləcəyini düşünmüşdür. Buna görə o, içkinin də təsiri ilə ona məxsus «VAZ 2107» markalı **-OF-*** qeydiyyat nişanlı avtomobilin baqajında olan ikilitrlik plastik qabdakı 400 qram benzini götürüb qayınanasıgilə getmiş, qapını Tahirə açanda sonuncuya «Lamiyə evdədirsə göstər baxım, yoxdursa mənə nömrəni ver» demiş, Tahirə Lamiyənin evdə olmadığını bildirdikdən sonra əlindəki benzini gördükdə sonuncuya «özümü yandıracam» söyləyəndə Tahirə polisə zəng etmişdir. O, əsəbiləşib benzini giriş qapısının ağzına tökəndə yanacağın bir hissəsi şalvarına tökülmüş, bir-iki dəqiqədən sonra cibindən çıxartdığı siqareti yandırdıqda qığılcım üstünə düşməklə yanmış, o, tez əlindəki benzin qabını bloka atıb özünü söndürməyə çalışaraq oradan uzaqlaşmışdır. Yaxınlıqdakı məktəbin həyətində 5-10 dəqiqə oturub sakitləşdikdən sonra evinə getmiş, əynini dəyişdikdən sonra isə Lamiyə ilə bağlı məlumat almaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə yaxınlaşmış, qayınatasını öldürmək niyyəti olmamışdır. Əməlindən peşmandır. İş üzrə zərər çəkmiş şəxsin Zərərçəkmiş şəxs6 arvadı olan hüquqi varisi olmaqla zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, övladı Qanuni nümayəndə2 2002-ci ildə Təqsirləndirilən şəxs ilə bağladığı nikahdan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X9 adlı üç övladı vardır. Rövşən mütəmadi spirtli içki qəbul etdiyindən Lamiyə ilə aralarında narazılıq yaranmışdır. 2021-ci il sentyabrın 18-də günorta saatlarında Ləman zəng edərək onlara gəlmələrini istədiyindən o, mərhum əri Zərərçəkmiş şəxs6 ilə qızının evinə yollanmışdır, Rövşən onlara Lamiyənin telefonuna zəng gəldiyi üçün qaçıb getdiyini dedikdə onlar «bacarmırsan boşan, biz bir söz demirik» bildirərək evə getmişlər. Həmin tarixdə axşam saatlarında Rövşən Mütəllimə zəng edərək Lamiyənin harada olduğunu soruşanda o, qızının evdən çıxıb getdiyini başa düşmüşdür. Əri qızının onlarda olmadığını dedikdə Rövşən «yalan danışmayın» söyləmiş, o, Lamiyənin rəfiqəsinin yanında olduğunu bilsə də olduğu yer barəsində xəbəri olmamış, axşam tərəfi Rövşən nəvələri Kənanı və Talehi onlara gətirdikdən sonra Lamiyəni tapmadığından evi tərk etmişdir. Həmin vaxt nəvələri 2015-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs5 və 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 da onlarda olmuşlar. Rövşən bir neçə saat ötmüş yenə zəng edərək Lamiyənin gəlib-gəlmədiyini soruşduqda o, rədd cavabı versə də Rövşən təkidlə «sənə yarım saat vaxt verirəm, qızı tap, yoxsa bu saat gəlirəm» söyləmişdir. 2021ci il sentyabrın 19-da saat 02-03 radələrində o, Mütəllim və uşaqlar yatarkən qapı qəfil döyüldükdə Rövşənin gəldiyini düşünüb qapıya baxması üçün ərini oyatmış, qonaq otağına keçərək dəhlizə baxdıqda Rövşənin əlindəki iki ədəd birlitrlik qabda olan benzini irəliyə doğru Mütəllimin üzərinə, yerə və divarlara çilədiyini görmüşdür. Rövşən tez digər əlindəki alışqanı yandırıb yerə atmaqla «hamınız yanın» deyib açıq qapıdan qaçaraq uzaqlaşmışdır. Mütəllim yanmağa başladığından qışqırıb dərhal eyvana yaxınlaşmışdır, sonuncuya kömək etmək istəsələr də yanğın böyük olduğu üçün heç nə edə bilməmiş, səsə gələn qonşuların iştirakı ilə yanğını söndürmüşlər. Hadisədən sonra həyətdə olarkən Rövşən Talehə zəng vurmaqla Mütəllimin necə olduğunu soruşub «hələ nənəni də yandıracam» demişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən 2005-ci il 14 iyul təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, hadisə zamanı qapını nənəsi Zərərçəkmiş şəxs1 açmış, atası Təqsirləndirilən şəxs əlindəki ikilitrlik, yarıdan çoxu dolu olan plastik qabdakı mayeni qorxutmaq məqsədi ilə dəhlizdəki dəmir səbətin içinə tökmüşdür. O, yanğının necə başladığını görməmişdir. Atası həmin mayeni heç kimin üzərinə çiləməmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən 2008-ci il 30 mart təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4 zərər çəkmiş şəxs olan qardaşı Zərərçəkmiş şəxs3 ilə oxşar ifadə verdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən 2015-ci il 03 iyul təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2021-ci il sentyabrın 18-də axşam nənəsi Zərərçəkmiş şəxs1, babası Zərərçəkmiş şəxs6, bibisiqızı Zərərçəkmiş şəxs2 və o, babasıgildə olanda oraya digər bibisi Qanuni nümayəndə2 əri Təqsirləndirilən şəxs övladları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə birlikdə gəlmişdir. X11ra göstərib «əsəbimdən bunların başını kəsərəm, əsəbiyəm, qoy burda qalsınlar» deyib getmişdir. Gecə yataq otağında yatanda Könül onu oyadaraq çölə çıxartmaq istədikdə evin tüstü içində olduğunu, babasının yandığını görmüşdür. Kənan babasının paltarını balkonda əli ilə tez cırmış, nənəsi dəhlizi Talehlə söndürdükdən sonra babasını yorğana bükmüşdür. Qonşuların köməyi ilə yanğın söndürülmüşdür. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2021-ci il sentyabrın 18-də axşam saatlarında babası Zərərçəkmiş şəxs6gilə gedəndə orada sonuncu, nənəsi Zərərçəkmiş şəxs1, dayısıoğlu Zərərçəkmiş şəxs5 olmuşlar. Saat 21-22 radələrində xalası Qanuni nümayəndə2 əri Təqsirləndirilən şəxs övladları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə birlikdə oraya gəlmiş, biraz oturandan sonra əsəbi şəkildə «uşaqlar burda qalsın» deməklə getmişdir. 2021-ci il sentyabrın 19-da saat 03 radələrində hamısı yataq otağında yatanda evin qapısı bərk döyülmüş və babası qalxıb qapını açmağa getdikdə Kənan da qonaq otağına keçmişdir. Babası qapını açdıqda Rövşən «hanı Tahirə bura gəlsin» demiş, babası «qapını açmışam, nə sözün var mənə de, gecə vaxtı qapını açmışam, peşman etmə, get sabah ayıq başla gəl danışaq» söylədikdə Rövşənin səsindən içkili olduğu hiss olunmuş və sonuncu təkidlə Lamiyənin yerini soruşmuş, nənəsi qonaq otağına keçərək Rövşənə «bu vaxt kimə zəng edim, haradan öyrənim, mən bilmirəm» demiş, o isə yataq otağının qapısı tərəfdə durduğundan babasının dəhlizlə qonaq otağının qapısının ağzında dayandığını müşahidə etsə də Rövşəni görməmişdir. Nənəsi babasının telefonu ilə 102 xidmətinə zəng edərək Rövşənin içkili gəlib evi yandırmaq istədiyini bildirmiş, həmin vaxt Kənan «ata neynirsən? bizə keç, bizi də yandırassan?» desə də Rövşən əhəmiyyət verməyib «sən məndən şikayət edirsən? sənin üçün pis olar, yandıracam hamınızı» söyləmişdir. Elə bu vaxt babasının ayağının altından döşəmə boyunca benzin axdığını görmüş, ardınca dərhal alov qalxmaqla babası ayaqdan başa doğru alışmış, ev də yanmağa başlamışdır. Kənan balkona qaçan babasının arxasınca yüyürüb sonuncunu söndürməyə çalışmış, nənəsi isə yorğanla döşəmədəki yanğını söndürmüşdür. Yanğın baş verəndən sonra Rövşən çıxıb getmiş, o isə Mütəllimi qucağına götürərək çölə çıxartmaq istədikdə alov icazə vermədiyi üçün otağa qayıtmışlar və Mütəllimi pəncərəyə yaxın tutması üçün Talehə vermişdir. Bir müddət ötmüş nənəsi və qonşular su gətirərək yanğını söndürmüşlər, hadisə zamanı nənəsinin də ayaqları yanmışdır. İş üzrə şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, 2002-ci ildə Təqsirləndirilən şəxs ilə bağladığı nikahdan 2005-ci il təvəllüdlü Kənan, 2008-ci il təvəllüdlü Taleh, 2010-cu il təvəllüdlü Ləman adlı övladları dünyaya gəlmişlər. Rövşən fəhlə və ustalıqla, eyni vaxtda özünə məxsus avtomobil ilə taksi sürücüsü kimi işləyib ailəni dolandırsa da sonuncunun spirtli içki qəbul etməsinə görə aralarında dəfələrlə mübahisə olmuşdur. Bir müddət əvvəl evlərinin yaxınlığında olan marketə gedərkən tanış olduğu Şahid1la dost kimi mesajlaşmışlar və sonuncunun mobil nömrəsini Rövşən bilməsin deyə «Nərgiz Sulutəpə» kimi qeyd etmişdir. 2021-ci il sentyabrın 18-də günorta saatlarında o, mətbəxdə iş gördüyü vaxt Kənan evdə olmuş, Rövşən qonaq otağındakı divanda uzanıb «1 saat da yatım işə gedəcəm» dedikdə o, «vaxtdı, dur get işə» söylədiyi üçün Rövşən ona «məni niyə işə yola salırsan, telefonuvu gətir görüm bura» dedikdə verdiyi telefonu Rövşən masanın üzərinə qoyub çay içmişdir. Təxminən 10 dəqiqə keçmiş onun telefonuna «Nərgiz Sulutəpə» adlı nömrədən zəng gəldikdə Rövşən telefona cavab verməməklə zəng sonlandıqdan sonra sonuncunun tələbi ilə telefonun kodunu açmış və Rövşən öz telefonu ilə göstərilən nömrəyə zəng etdikdə Eminin səsini eşitmiş, sonuncu səhv düşdüyünü desə də adı telefonunda qeyd olunduğu üçün Rövşən əsəbi halda dəfələrlə həmin şəxsdən kim olduğunu soruşmuş, Emin telefonu söndürdükdə isə əri onun üstünə qışqıraraq həmin şəxsin kim olduğunu soruşub sonuncunu öldürəcəyi ilə hədələdiyindən o, qorxmaqla cəld qapıdan çölə çıxaraq digər binada yaşayan qonşusu Təhminəgilə getmiş, telefonu isə Rövşəndə qalmışdır. 2021-ci il sentyabrın 19-da səhər tezdən anasına zəng etdikdə qardaşı X2 ona «bu Rövşən atamı yandırıb, sən hardasan» demiş, o, ərinin ona nəsə edəcəyindən qorxub bir müddət də qonşuda qalsa da daha sonra xəstəxanaya atası Zərərçəkmiş şəxs5 yanına getdikdə Rövşənin tutulduğunu bilmişdir. İş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 onun qonşuları olmuşdur. 2021-ci il sentyabrın 19-da saat 01 radələrində evə gəlmiş, saat 03 radələrində qonşu evdən mübahisə edən bir nəfər kişi səsini, iki-üç dəqiqədən sonra kiminsə sürətlə pilləkənlərdən düşdüyünü eşitmişdir. Bu vaxt «kömək edin» deyə qışqırıq səsləri gəldiyindən o, pəncərədən çölə baxdıqda Mütəllimgilin eyvanından tüstü çıxdığının şahidi olmuşdur. Cəld vedrəyə su doldurub yuxarı çıxmış, mənzilin açıq qapısından evin divarları ilə döşəməsinin yandığını görmüş, bu zaman tanımadığı bir cavan oğlan tez əlindən suyu alıb evdəki alovun üzərinə tökmüşdür. Köməyə gələn digər qonşularla birlikdə daşıdığı suyu evə tökməklə alovu söndürmüşlər, daha sonra Mütəllimi çölə çıxartdıqda sonuncunun ayaqlarının yandığını müşahidə etmişdir. O, yanğının hansı şəraitdə baş verməsini görməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin yay aylarında «Spar» marketin qarşısında tanış olduğu Qanuni nümayəndə2 ilə söhbət zamanı sonuncu evli və övladları olduğunu, əri Təqsirləndirilən şəxs xəyanəti nəticəsində münasibətlərinin pisləşdiyini demişdir. Lamiyə ilə aralarında sevgi münasibətləri olmuşdur. 2021-ci il sentyabrın 18-də günorta saatlarında hal-əhval tutmaq üçün sonuncuya bir neçə dəfə zəng etsə də cavab verməmiş, bu vaxt ***-***-**-** saylı mobil nömrədən gələn zəngə cavab verdikdə bir nəfər kişi «mənim arvadıma zəng edən kimdi?» demiş, o, səhv düşdüyünü desə də həmin şəxs mübahisə edərək «bu səhv deyil, boynuna al harada görüşmüsən, nə vaxt danışmısan, qoy mən onu öldürüm, özüm də girim içəri» söylədikdə o, məsələni bağlamaqdan ötrü «xalamoğlu danışıb yəqin, rayonda qalan uşaqdı» demiş və zəngi sonlandırıb telefonu da söndürmüş, axşam isə nömrəni qıraraq atmışdır. Bir neçə gündən sonra Lamiyə onun digər nömrəsinə zəng etməklə ərinin atasını və evlərini yandırdığını demişdir. Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Zərərçəkmiş şəxs3 ibtidai istintaqda zərər çəkmiş şəxs qismində dindirilərkən hadisə tarixində atası Təqsirləndirilən şəxs babasıgilin evinin giriş qapısının ağzındakı dəhlizdə dayandığını, sonuncunun sağ əlində ikilitrlik, yarıdan çoxu dolu plastik qab, sol əlində isə alışqan olmaqla əsəbi və sərxoş halda «hanı o Lamiyə, onu çıxardın, evdə gizlətmisiz» dediyini, babası anasının evdə olmadığını bildirdikdə isə atasının əlindəki mayeni yerə töküb alışqanı yandırdıqda bir anda alov qalxdığını, sonuncunun və özünün alovun gücündən geri çəkilsə də babasının ayaqlarından alışdığını, atasının çıxıb getdiyini, babasını söndürmək üçün çox çalışdıqlarını və səsə gələn qonşuların köməyi ilə yanğını söndürdüklərini göstərmişdir (2ci cild, iş vərəqi 62-66). Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Zərərçəkmiş şəxs4 ibtidai istintaqda zərər çəkmiş şəxs qismində dindirilərkən zərər çəkmiş şəxs olan qardaşı Zərərçəkmiş şəxs3 ilə oxşar ifadə verməklə yanaşı əlavə olaraq 2021-ci il sentyabrın 18də saat 18 radələrində məşqdən evə qayıdanda Kənan və atası Təqsirləndirilən şəxs evdə olsa da anası Qanuni nümayəndə2 evdə olmadığını, atasının əsəbi halda anası barəsində «onu telefonda tutdum, qaçdı evdən» dediyini eşitdiyini, atası əsəbi olduğundan həyətə düşüb uşaqlarla birlikdə oturduğunu göstərmişdir (1-ci cild, iş vərəqi 218-222). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2021-ci il 19 sentyabr tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 hadisə zamanı əynində olan bir ədəd qara rəngli cins şalvara, bir ədəd tünd qəhvəyi rəngli uzunqol köynəyə, bir ədəd ağ rəngli ayaqqabıya və bir ədəd ağ rəngli papağa baxış zamanı köynəyin sağ qol və yan tərəflərinin istiliyin təsirindən büzülməsi, papağın arxa hissəsində istiliyinin təsiri ilə əriyib papağa yapışan bir ədəd tibbi maska olması, ayaqqabının arxa tərəflərinin istiliyin təsirindən qismən qaralması, şalvarda zədə olmaması aşkarlanmış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 45-49). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin tərtib etdiyi 2021-ci il 19 sentyabr tarixli protokoldan və 2021-ci il 22 dekabr tarixli 083- 18719-1221 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci il sentyabrın 20də könüllü olaraq gəlmişdir (1-ci cild, iş vərəqi 51; 2-ci cild, 150). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2021-ci il 19 sentyabr tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4.-cü və 29, 120.2.7.-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş, sonuncunun yaxın qohumuna məlumat vermək hüququ təmin edilmişdir (1-ci cild, iş vərəqi 63-64). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2021-ci il 20 sentyabr tarixli protokoldan görünür ki, ünvan 4 ünvanına baxış vaxtı mənzilin yaşayış otağında döşəmədə və eyvana çıxış hissəsindəki döşəmənin, ağ rəngli tül pərdənin üzərində qurumuş qana bənzər ləkələrin olması müəyyənləşdirilmiş, fotocədvəl və bir ədəd DVD diski protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 81-101). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun 2021-ci il 21 sentyabr tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4.-cü və 29, 120.2.7.-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub ona göstərilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 121-122). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2021-ci il 21 sentyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 4 ünvanını göstərib ifadəsini təqsdiqləmiş, fotocədvəl və bir ədəd DVD diski protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 136-142). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2021-ci il 22 sentyabr tarixli protokoldan görünür ki, Qanuni nümayəndə2 məxsus, üzərində ***-***- **-** saylı nömrə olan «Redmi Note 8» markalı mobil telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamış, çıxarış protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 151-152). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun 2021-ci il 24 sentyabr və 2021-ci il 30 sentyabr tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 29, 120.2.4.-cü və 29, 120.2.7.-ci maddələrindən həmin Məcəllənin 120.2.4.-cü, 29, 120.2.4.-cü və 29, 120.2.7.-ci maddələrinə tövsif olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilib ona göstərilən maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 158-159 və 162- 163). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2021-ci il 21 sentyabr tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü, 29, 120.2.4.-cü və 29, 120.2.7.-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il sentyabrın 19-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1ci cild, iş vərəqi 177-179). İş materiallarında olan 2012-ci il 04 aprel tarixli AZ-İİ seriyalı 862725 №-li doğum haqqında şəhadətnamənin və AZE seriyalı 11177148 №-li şəxsiyyət vəsiqəsinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2010-cu il 21 iyul təvəllüdlü Ləman adlı övladı vardır (1-ci cild, iş vərəqi 196). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2021-ci il 19 oktyabr tarixli protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən birincisi ifadəsini təsdiqləmiş, sonuncu onun dediklərini təkzib edərək benzinin bir hissəsini yerə, qalanını isə sadəcə öz üzərinə tökdüyünü, benzin tökdüyünü unudub cibindəki siqareti çıxarıb yandırmaq istədikdə hadisənin baş verdiyini bildirmişdir (2-ci cild, iş vərəqi 14-20). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2021-ci il 20 oktyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ünvan 4 ünvanını göstərib ifadəsini təqsdiqləmiş, fotocədvəl və bir ədəd DVD diski protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 23-25). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X10» publik hüquqi şəxsinin maddi sübutların ekspertizasına dair 2021-ci il 13 oktyabr tarixli 733/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 AB0 sistemi üzrə qan qrupu A beta /İİ/ olub tədqiqata təqdim edilən tənzif tamponu üzərindəki ləkədə aşkarlanan insan qanının qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda «A» antigeni və «Beta» aqqlyutinini alınmaqla həmin ləkə sonuncuya məxsus ola bilər (2-ci cild, iş vərəqi 76-79). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 20 oktyabr tarixli 6/4382 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunub üzərində yazılar olan doqquz ədəd bağlamadakı yanmış geyim əşyaları, taxta parçaları və digər yanğından sonrakı qalıqların üzərində yüksək temperaturun təsirindən şəklini dəyişmiş tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır; neft məhsulları yüksək temperatura və buxarlanmaya məruz qaldıqda tərkibində əsaslı dəyişikliklər baş verdiyindən həmin məhsulların növünü müəyyən etmək mümkün olmamışdır, üzərində «01 ədəd plastik qabda olan maye, müstəntiq Yusif Mehdizadə imza» yazıları olan bağlamadakı bir ədəd butulkadakıqırmızımtıl rəngli qoxulu maye tezalışan neft məhsulu olan benzindir, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (2-ci cild, iş vərəqi 81-84). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X10» publik hüquqi şəxsinin meyitin ekspertizasına dair 2021-ci il 25 oktyabr tarixli 105 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 eyitində aşkar edilmiş xəsarətlər – başın, boyunun, hər iki yuxarı və aşağı ətrafların, qarın nahiyəsinin ümumi bədən səthinin 63-65%-ni əhatə edən İİ-İİİ dərəcəli termiki yanıq yaraları yüksək hərarətin yerli təsirindən ölümündən 5-8 gün əvvəl törənməklə müddəti 2021-ci il sentyabrın 19-na uyğundur, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub ölümlə birbaşa səbəbli əlaqəsi vardır, sonuncunun ölümünə səbəb başın, boyunun, hər iki yuxarı və aşağı ətrafların, qarın nahiyəsinin ümumi bədən səthinin 63- 65%-ni əhatə edən İİ-İİİ dərəcəli termiki yanıq yaraları və yanıq xəstəliyi ilə əlaqədar inkişaf edən yanıq intoksikasiyası olmuşdur, Zərərçəkmiş şəxs6 meyitindən götürülən qanda etil spirti, narkotik və güclü təsirə malik maddə aşkar edilməmişdir (2-ci cild, iş vərəqi 86-89). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin publik hüquqi şəxsinin sağlamlığa zərər vurmanın təyini ekspertizasına dair 2021-ci il 31 oktyabr tarixli 979 nömrəli rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər – hər iki ayağın İİ dərəcəli termiki yanıq yaraları yüksək hərarətin termiki təsirindən törənməklə müddəti 2021-ci il sentyabrın 19-na uyğundur, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir (2-ci cild, iş vərəqi 91-92). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun tərtib etdiyi 2021-ci il 19 noyabr tarixli protokollardan görünür ki, «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 18 noyabr tarixli 23871 №-li və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 15 noyabr tarixli BKC/LGL-19746/21 №-li məktubları ilə daxil olan iki ədəd CD diskinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamış, həmin CD diskləri cinayət işinə əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 107- 109 və 111-114). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 06 dekabr tarixli 1504 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamışdır (2-ci cild, iş vərəqi 122). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il dekabrın 16-da tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2010-cu il 30 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay islah işləri cəzasına məhkum olunmuşdur (2-ci cild, iş vərəqi 124-125 və 148-149). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 22 noyabr tarixli 4599 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməməklə müalicəyə ehtiyacı yoxdur (2-ci cild, iş vərəqi 139-140). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixiloji ekspertizasına dair 2021-ci il 01 noyabr tarixli 2560 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkarlanmaqla sonuncuda hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyənləşdirilməmiş, Təqsirləndirilən şəxsttiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs fizioloji affekt vəziyyətində olmamışdır (2-ci cild, iş vərəqi 142-145). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin 2021-ci il 16 dekabr tarixli xx/xx-14446 №-li məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicədə olmamaqla qeydiyyatda yoxdur (2-ci cild, iş vərəqi 146). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 16 dekabr tarixli 10/6159 №-li rəyindən görünür ki, ünvan 4 ünvanında baş verən yanğın nəticəsində mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün aparılmalı olan təmir-tikinti işlərinin dəyəri mövcud orta bazar qiymətlərinə uyğun olaraq 2.356 manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri 50 manatdır (2-ci cild, iş vərəqi 152-154). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 17 dekabr tarixli 10/6936 №-li rəyindən görünür ki, ünvan 4 ünvanındakı neft məhsullarından odlama vasitəsi kimi istifadə edərək kənardan gətirilən alışdırma vasitəsinin təsiri nəticəsində baş verən yanğının mənbəyi mənzilin giriş hissəsində və hamam otağının qarşısında döşəmə səviyyəsində olmaqla mənzilin digər sahələrinə inkişaf etməmişdir, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (2-ci cild, iş vərəqi 156-154). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun 2021-ci il 24 dekabr tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi, habelə eyni tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittihamın elan olunması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü, 120.2.9.-cu, 29, 120.2.4.-cü, 29, 120.2.7.-ci və 29, 120.2.9.-cu maddələri ilə yenidən ittiham elan edilmiş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 186.1.-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, maddi sübut kimi tanınmaqla hadisə yerindən götürülən bir ədəd plastik qabdakı maye, bir ədəd yanmış plastik qab, bir ədəd bağlamada olan müxtəlif materiallardan yanmış qırıntılar, bir ədəd bağlamadakı üç ədəd yanmış ayaqqabı qalığı, bir ədəd bağlamada olan yanmış parça qalıqları, bir ədəd bağlamadakı üç ədəd kiçik və üç ədəd böyük taxta parçaları, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 hadisə zamanı əynində olan bir ədəd qara rəngli cins şalvar, bir ədəd tünd qəhvəyi rəngli uzunqol köynək, bir ədəd ağ rəngli ayaqqabı və bir ədəd ağ rəngli papaq saxlanılması üçün prokurorluğa təhvil verilmiş, iki ədəd CD və dörd ədəd DVD disklərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (2-ci cild, iş vərəqi 170-201). Məhkəməyə təqdim olunan 2022-ci il 20 iyun və 2022-ci il 04 iyul tarixli ərizələrdən görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxslə barışmışlar, sonuncuya qarşı onların və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü, 120.2.9.-cu, 29, 120.2.4.-cü, 29, 120.2.7.-ci və 29, 120.2.9.-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü, 120.2.9.-cu, 29, 120.2.4.-cü, 29, 120.2.7.-ci və 29, 120.2.9.-cu maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, zərər çəkmiş şəxsin hüquqi varisinin və zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunmuş zərər çəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasının, himayəsində bir azyaşlı övladının olmasının işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla əməlindən peşman olmasını, onunla aparılan profilaktik söhbətlər nəticəsində könüllü gəlib təqsirini boynuna almasını, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxslərin bir qismilə barışıq əldə etməsini, iki yetkinlik yaşına çatmayan uşağın atası olduğunu cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60.1.-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 60.2.-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduqda bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3.-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhərinin Nəsimi Rayon Prokurorluğuna təhvil verilmiş hadisə yerindən götürülən bir ədəd plastik qabdakı maye, bir ədəd yanmış plastik qab, bir ədəd bağlamada olan müxtəlif materiallardan yanmış qırıntılar, bir ədəd bağlamadakı üç ədəd yanmış ayaqqabı qalığı, bir ədəd bağlamada olan yanmış parça qalıqları, bir ədəd bağlamadakı üç ədəd kiçik və üç ədəd böyük taxta parçaları, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 hadisə zamanı əynində olan bir ədəd qara rəngli cins şalvar, bir ədəd tünd qəhvəyi rəngli uzunqol köynək, bir ədəd ağ rəngli ayaqqabı və bir ədəd ağ rəngli papaq məhv edilməli, iki ədəd CD və dörd ədəd DVD disklərinin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Məhkəmə eyni vaxtda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri «Fides» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 69 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Fides» vəkil bürosunun nəfinə (VÖEN: **********) 414 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxsun tutulduğu gündən, yəni 2021-ci il sentyabrın 19-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4.-cü, 120.2.9.-cu, 29, 120.2.4.-cü, 29, 120.2.7.-ci və 29, 120.2.9.-cu maddələri ilə təqsirli bilinib 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 2021-ci il sentyabrın 19-dan hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Fides» vəkil bürosunun nəfinə (VÖEN: **********) 414 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhərinin Nəsimi Rayon Prokurorluğuna təhvil verilmiş hadisə yerindən götürülən bir ədəd plastik qabdakı maye, bir ədəd yanmış plastik qab, bir ədəd bağlamada olan müxtəlif materiallardan yanmış qırıntılar, bir ədəd bağlamadakı üç ədəd yanmış ayaqqabı qalığı, bir ədəd bağlamada olan yanmış parça qalıqları, bir ədəd bağlamadakı üç ədəd kiçik və üç ədəd böyük taxta parçaları, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 hadisə zamanı əynində olan bir ədəd qara rəngli cins şalvar, bir ədəd tünd qəhvəyi rəngli uzunqol köynək, bir ədəd ağ rəngli ayaqqabı və bir ədəd ağ rəngli papaq məhv edilsin, iki ədəd CD və dörd ədəd DVD disklərinin cinayət işinə əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar