Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-583/2024 19.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 3 iyun 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 3,669 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və 343,357 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib, istintaqa məlum olmayan vaxtda narkotik vasitə heroinin 1,992 qram hissəsini yaşadığı ünvan 1 ünvanında tanışı Şahid2, narkotik vasitə heroinin 2,223 qram hissəsini isə əmisi Şahid4 sataraq heroinin külli miqdar təşkil edən 339,142 qram hissəsini və külli miqdarda 3,669 qram psixotrop maddə metamfetamini özündə saxlamaqla daşımış, 14 mart 2023-cü il tarixdə saat 10:45-də Bakı şəhəri Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 4 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis bölməsinə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan idman gödəkcəsinin cibindəki qabın içərisindən 1 bükümdə 2,436 qram və 1 plastik qabda 1,233 qram olmaqla ümumi təmiz çəkisi 3,669 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin və 9 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,091 qram, 5,684 qram, 120,405 qram, 75,106 qram, 120,022 qram, 0,306 qram, 0,264 qram, 0,070 qram və 0,194 qram olmaqla ümumi təmiz çəkisi 339,142 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 26 aprel 2021-ci il tarixdə Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 6 oktyabr 2021-ci il tarixdə cəzasını çəkib azadlığa çıxmışdır. Narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Gündəlik 30-35 manata bir qram narkotik vasitə alıb istifadə etmişdir. X2 Respublikası vətəndaşı kimi tanıdığı «İnami» adlı şəxsdən və digər şəxslərdən almışdır. Hərdən tanıdığı narkotik vasitə istifadəçilərinə narkotik vasitə vermiş, bəzən isə satmışdır. Atası keçmiş polis əməkdaşıdır. Narkotik vasitələrdən istifadə etdiyinə görə aralarında problemlər yaranmış və buna görə evdən gedib qonşusu, həm də əmisi Rəşad Nuriyevin evində yaşamışdır. Əmisi də narkotik vasitə istifadəçisidir. Əmisinə, eləcə də onunla eyni məhəllədə yaşayan Aydın Mustafayevə tutulmamışdan bir gün əvvəl narkotik vasitələr vermişdir. 14 mart 2023-cü il tarixdə əmisinin evində olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və Nəsimi RPİ-nin 20-ci PB-nə aparılmışdır. Həmin vaxt onda iki bükümdə 2 qram metamfetamin, beş bükümdə 10 qram heroin olmuşdur. Bölmədə baxış keçirilən çanta ona məxsus olsa da, ittiham aktında göstərilən ümumi təmiz çəkisi 339,142 qram təşkil edən narkotik vasitələr ona məxsus deyildir. Həmin narkotik vasitələr çantaya polis əməkdaşı tərəfindən qoyulmuşdur. Fiziki təzyiq altında üzərində şəxsi axtarış keçirilərkən qeyd edilən narkotik vasitələrin özünə məxsus olduğunu bildirmişdir. Belə ki, polislər onun belinə taxta ilə vurmuş və yumruqla zərbələr endirmişdir. Buna baxmayaraq bədənində xəsarət yaranmamışdır. Bu səbəbdən prokurorluğun müstəntiqinə ekspertizadan keçmək istəmədiyini bildirmişdir. Onun "xxxx"a məxsus 4169-7387-4536-6165 nömrəli «Birkart» kartı vardır. İstifadəsində ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 14 mart 2023-cü il tarixdə saat 10 radələrində bölmənin baş əməliyyat müvəkkili Şahid3 ilə ünvan 2 ünvanda xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, ona yaxınlaşmışlar. Özlərini təqdim edib həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini xahiş etmiş, sonuncu üzərində sənəd olmadığını bildirmişdir. Özünü şübhəli apardığından və həm də üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onlar həmin şəxsi 20-ci PB-nə dəvət etmişlər. Sonuncu etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilmiş, sonra isə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs əynində olan sarı rəngli idman gödəkcəsinin sol içəri cibindən açıq mavi rəngli üzərində «Scar-L» yazılmış silah şəkili olan dəri materialdan hazırlanmış qabı çıxarıb həmin qabın zəncirbəndini açaraq içərisindən 5 ədəd 1 manatlıq pul əskinaslarını, 1 ədəd "xxxx" ASC-yə aid bank kartını, 2 ədəd şprisi, 1 ədəd içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olan sellofan bükümü, 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan damadama kağız bükümü, 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan siqaretin gümüşü rəngli kağız bükümünü, 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan ağ kağız bükümü, 6 ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan sellofan bükümləri, 1 ədəd içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olan qabı, şalvarının cibindən isə 1 ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmiş, bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümləri İran İslam Respublikası vətəndaşı «İnami» adlı şəxsə «Whatsapp» mobil tətbiqi vasitəsilə sifariş verdiyini, onun bank kartına 600 manat pul göndərdikdən sonra sonuncu, narkotik vasitə və psixotrop maddəni yerləşdirdiyi «Neapol» dairəsinin yanındakı yerin fotoşəkilini göndərdiyini, həmin yerə gedib qeyd olunan narkotik vasitə heroin və psixotrop maddə metamfetamini götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər, mobil telefon, bank kartı, şprislər təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Sonda protokol tərtib olunmuş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə əsdiq etmişlər. Təqsirləndirilən şəxs Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 4 ünvanının qarşısında saxlamış, onun yaşadığı evə daxil olmamışlar. Polis bölməsində Təqsirləndirilən şəxs qarşı təsir-təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşamışdır. Nəsimi rayon məhkəməsinin 7 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə üzərindən aşkar edilmiş narkotik vasitə heroini Təqsirləndirilən şəxs alması göstərilsə də, həqiqətdə sonuncudan narkotik vasitə almamışdır. İbtidai istintaq vaxtı təzyiqi altında Təqsirləndirilən şəxs narkotik vasitə aldığını deməyə məcbur edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, təxminən 10 ildir ki, narkotik vasitə istifadə edir. Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Sonuncu onun evində yaşamış və birlikdə narkotik vasitə qəbul etmişlər. Belə ki, Orxan narkotik vasitə alıb gətirmiş və birlikdə inyeksiya yolu ilə qəbul etmişlər. Orxan pul müqabilində ona narkotik vasitə satmamışdır. 14 mart 2023-cü il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmışdır. Həmin vaxt üzərində narkotik vasitə olmasa da, polis əməkdaşlarının təzyiqi ilə üzərindən narkotik vasitə olması və həmin narkotik vasitəni qardaşı oğlu Orxandan aldığı barədə ifadə verməyə məcbur edilmişdir. Həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 45-52-ci vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan sarı rəngli idman gödəkcəsinin sol içəri cibindən açıq mavi rəngli üzərində «Scar-L» yazılmış silah şəkili olan dəri materialdan hazırlanmış qabdan 1 ədəd "xxxx" ASC-yə aid bank kartı, 2 ədəd şpris, 1 ədəd içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olan sellofan büküm, 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan dama-dama kağız büküm, 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan siqaretin gümüşü rəngli kağız büküm, 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan ağ kağız büküm, 6 ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan sellofan bükümlər, 1 ədəd içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olan qab, şalvarının cibindən isə 1 ədəd «Samsung» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. İşin 177-179-cu vərəqlərindəki baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon ilə aparılan danışıqlara dair məlumatlar və SMS mübadilələrinə dair məlumatlar təhlil olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə və həmin nömrədən narkotik vasitələrin alqı-satqısına dair aşağıdakı məzmunda SMS mübadilələri aşkar olunmuşdur: «Qaqas diyur kii goture bilmedim tema pulu verdim qaldi sabaha eemanet», «İndi gorum brat yari istesinler goturerik 10 m men qoyaram», «40m duzelt musallnin malinan bidene temiz 08 gotur verim sene», «Salam rosen terexiye bu deyqe yarim verirem okus», «Birdeqe catir uwag sen cani bayağ verdiyinden olsun o birinden olmasin», «Kola verde», «Qaqas bidene xais edim men cixinci bidene o puldan 15 m bu karta vur 4169 7388 1283 2198 cekide gotur gel pramoy vzv at cixim verim», «Qaqaw necesen neynirsen? salamatciliqdi?, «Qaqa qadan alaram imkan olar 5 diy patron goturmeye gelim tema var mende biraz veziyyetden cixag», «Qaqas 4169 7387 4536 6165 bes manat at bu karta 20 m gotur gel». İşin 56-62-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2023-cü il tarixli, 6\1562 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №188» dairəvi möhür əksi, «şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...» yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,436 qram və 1 ədəd dairəvi formalı plastik qabda təmiz çəkisi 1,233 qram, ümumi təmiz çəkisi 3,669 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №188» dairəvi möhür əksi, «şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...» yazısı və imzalar olan paketdəki 6 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,091 qram, 5,684 qram, 120,405 qram, 75,106 qram, 120,022 qram və 0,306 qram və 3 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,264 qram, 0,070 qram və 0,194 qram, ümumilikdə təmiz çəkisi 339,142 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşin 180-181-ci vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 10 iyun 2023-cü il tarixli, 3646 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 101-111-ci vərəqlərindəki iş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Namiq Məlikov küçəsi, ev 15-də yaşayan Şahid4 14 mart 2023-cü il tarixdə saat 10:45-də Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında saxlanılaraq 20-ci PB-nə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın cibindən 2,223 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin xüsusat ilə bağlı Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılması üçün Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilmiş, istintaq şöbəsində Şahid4 əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmaqla sonuncu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. Sənəd surətlərindən həmçinin müəyyən edilir ki, Şahid4 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik vasitə heroini qardaşı oğlu Təqsirləndirilən şəxs aldığını göstərmişdir. İşin 117-137-ci vərəqlərindəki iş materiallarına əlavə olunmuş sənədlərin surətlərindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Namiq Məlikov küçəsi, dalan 7, ev 17-də yaşayan Şahid2 14 mart 2023-cü il tarixdə saat 15:50-də Nəsimi RPİ-nin 20-ci PBnin əməkdaşları tərəfindən yaşadığı ünvanın qarşısında saxlanılaraq 20-ci PB-nə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın cibindən 1,992 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, həmin xüsusat ilə bağlı Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaq aparılması üçün Nəsimi RPİ-nin İstintaq şöbəsinə göndərilmiş və Şahid2 həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Sənəd surətlərindən həmçinin müəyyən edilir ki, Şahid2 üzərindən aşkar olunmuş narkotik vasitə heroini Təqsirləndirilən şəxs aldığını göstərmişdir. İşin 176-cı vərəqindəki Nəsimi RPİ-nin 20-ci polis bölməsindən daxil olmuş cavab məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin, «İnami» adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Həmçinin əməliyyat tapşırığında göstərilən digər xüsusatlar üzrə müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi agentlər təlimatlandırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirir, sonuncu dəfə tanışı Şahid2 və əmisi Şahid4 narkotik vasitə heroin satmışdır. Lakin bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs hər hansı bir şəxslə, o cümlədən «İnami» adlı şəxslə və ya Şahid2 və Şahid4 ilə narkotik vasitələrin və psixotrop maddələrin satışının həyata keçirilməsi ilə bağlı əlbir olmalarını təsdiq edəcək hər hansı bir əməliyyat məlumatı əldə olunmamışdır. İşdəki Nəsimi rayon məhkəməsinin 7 noyabr 2023-cü il tarixli hökmdən görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə Şahid2 üzərindən aşkar edilmiş narkotik vasitə heroini Təqsirləndirilən şəxs alması müəyyən edilmişdir. İşdəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli hökmdən görünür ki, Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 185-195-ci vərəqlərindəki 7 iyul 2023-cü il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 339,142 (tədqiqatdan sonra qalan 338,374 və 0,408) qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 3,669 (tədqiqatdan sonra qalan 3,569) qram psixotrop maddə metamfetamin və bir ədəd **********366165 nömrəli bank kartı maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi RPİ-nə təhvil verilmişdir. İşin 163-165-ci vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 6 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İşin 21-22-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə təcridxanaya gətirilmişdir. Müayinə zamanı onun sağ baldırının ön aşağı 3/1-də 1-2 sm ölçüdə üzəri qərtməkli yara müşahidə edilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi rayon prokurorluğunun Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə toplanmış 168-C-23 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar və cəzaya məruz qalması, ona işgəncə verilməsi, hər hansı xəsarət yetirilməsi sübuta yetmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2ci madəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı məhkəmə baxışı gedişində Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibindən imtina etdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək saxlanılarkən üzərində iki bükümdə 2 qram metamfetamin, beş bükümdə 10 qram heroin olduğunu, ittiham aktında göstərilən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminlərin ona məxsus olmadığını, onların çantaya polis əməkdaşları tərəfindən qoyulduğunu, sonuncuların fiziki təzyiqi altında üzərində şəxsi axtarış keçirilərkən özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Bundan başqa şahidlər Şahid4 və Şahid2 məhkəmədə Təqsirləndirilən şəxs onlara narkotik vasitə satmadığını bildirdilər. Onların bu ifadələri təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, şahidlər Şahid4 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmədə dindirilmiş şahidlər Şahid1 və Şahid3 ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar, Şahid2 barəsində olan Nəsimi rayon məhkəməsinin 7 noyabr 2023-cü il tarixli hökmü, Şahid4 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli hökmü və işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə, ifadələrinə tənqidi yanaşır, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə bu nəticəyə gələrkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının tövsiyyələrini də nəzərə alır. Belə ki, həmin Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək qərara gəlir ki, ona CM-in 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 339,142 (tədqiqatdan sonra qalan 338,374 və 0,408) qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 3,669 (tədqiqatdan sonra qalan 3,569) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd **********366165 nömrəli bank kartı isə Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsi və «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 320 (üç yüz iyirmi) manat onun işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Nəsimi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 339,142 (tədqiqatdan sonra qalan 338,374 və 0,408) qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 3,669 (tədqiqatdan sonra qalan 3,569) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd **********366165 nömrəli bank kartı isə Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına 320 (üç yüz iyirmi) manat onun işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-583/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-583/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver