Məhkəmə qərarları › İş №1(101)-583/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-583/2025

19.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-583/2025 19.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X12 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Cəlilabad rayonu, Səhradabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Səhradabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir.

2. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Aydın» adlı şəxlə bir qrup şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Şollar” adlanan kafenin daxilində olan çoxsaylı müştərilərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, həmin kafedə müştəri qismində olan Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə yumruqla zərbələr vuraraq xuliqanlıq etmiş, bundan sonra aralarında yaranmış mübahisə ilə əlaqədar dava-dalaş zamanı Zərərçəkmiş şəxs2 ilə birlikdə kafedə müştəri qismində istirahət edən Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə bıçaqla bir dəfə vuraraq, qarının ön divarının sol yarısının qabırğaaltı nahiyədən periton boşluğuna nüfuz edən, mədəni zədələyən, daxili qanaxmaya (qarın boşluğunda 200 ml qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyatı üçün təhlükəli olan Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına ağır xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 1) görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

4. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 01:31-də vətəndaş zəng edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə Binəqədi rayonu, Xocəsən yolunda yerləşən kafedə münaqişə olması və bıçaqla hədələmə olması barədə məlumat vermişdir.

5. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 14) görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Şollar” adlı kafedə baş vermişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 hadisə barədə ilkin məlumatları vermiş, hadisə yerinin müayinəsi zamanı hər hansı bir iz və iş üçün əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Həmin kafedə quraşdırılmış müşahidə kamerasından video görüntülər CD diskə köçürülərək götürülmüşdür. Hadisə yerinin fotoşəkilləri “Samsung” markalı telefonla çəkililmiş və protokola əlavə edilmişdir.

6. 01.01.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan (cild 1, iş vərəqə 27) görünür ki, fiziki ziyan yetirilməsinə kifayət qədər əsaslar olduğunu nəzərə alaraq, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilmişdir.

7. 01.01.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan (cild 1, iş vərəqə 35) görünür ki, fiziki ziyan yetirilməsinə kifayət qədər əsaslar olduğunu nəzərə alaraq, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilmişdir.

8. 01.01.2024-cü il tarixli ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 42) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işinin başlamasına əsas və səbəb xx.xx.2023-cü il tarixdə, saat 01.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Şollar” adlı kafedə müştəri qismində olan Zərərçəkmiş şəxs1 xx.xx.2002-ci il tarixdə Cəlilabad rayonu, Səhradabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Səhradabad kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs tərəfindən qarın nahiyəsinə qəsdən vurularaq daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaraları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirilməsi və bununla bağlı Binəqədi RPİ-nin 40-cı PB-də toplanmış material olmuşdur. Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmadığından, həmçinin cinayət prosesini həyata keçirən orqandan gizləndiyindən və çağırışa gəlməkdən qəsdən boyun qaçırdığından onun tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir.

9. 01.01.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan (cild 1, iş vərəqə 44) görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə zəruri istintaq hərəkətlərin aparılması zərurəti yaransa da, sonuncu çağırışa gəlməkdən boyun qaçırmış və üzürlü səbəblərlə çağırışa gəlməməsi ilə bağlı istintaq orqanına hər hansı məlumat verməmiş və bu səbəbdən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxsin iştirakı olmadan istintaqı davam etdirmək mümkün olmadığına görə cinayət işinin istintaq icraatının dayandırılması haqqında qərar qəbul edilmişdir.

10. 17.01.2024-cü il tarixli, 2407 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən (cild 1, vərəqə 46-49) görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət qarının ön divarının sol yarısının qabırğaaltı nahiyədən periton boşluğuna nüfuz edən, mədəni zədələyən, daxili qanaxmaya (qarın boşluğunda 200 ml qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə deşici-kəsici alətlə, ola bilsin bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir.

11. 17.01.2024-cü il tarixli, 2449 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən (cild 1, iş vərəqə 50-53 ) görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol tərəfli almacıq-orbita kompleksinin (almacıq sümüyünün və qövsünün) sınığı, sol gözətrafı və almacıq nahiyəsinin şişkinlik fonunda qançırı, göz almasının ağlı qişasının aşağı-iç yarısına məhdud qansızma bərk küt əşyanın (alətin) təsirindən törənmişdir, göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxs (şəxslər) tərəfindən küt əşya ilə (əşyalarla) vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə sol gözətrafı yumşaq toxumaların qançırı və bu fonda gözün ağlı qişasına qansızına sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sol tərəfli almacıq-orbita kompleksinin sınığı isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olması baxımından sağlamlığa az ağır zərərvurmaya aiddir.

12. xx.xx.2024-cü il tarixli cinayət təqibi üzrə icraatın təzələnməsi haqqında qərardan (cild 1, iş vərəqə 55) görünür ki, Təqsirləndirilən şəxs tutularaq istintaq şöbəsinə təmin edildiyindən, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir.

13. xx.xx.2024-cü il tarixli tutma protokolundan (cild 1, vərəqə 69)görünür ki, Təqsirləndirilən şəxs tultularaq istintaq şöbəsinə təmin edildiyindən, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir.

14. xx.xx.2024-cü il tarixli cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif olunması haqqında qərardan (cild 1, vərəqə 83-84) görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinib tutularaq, saxlanılması üçün Binəqədi RPİ-nin MSY-nə təhvil verilmiş, aparılmış istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Şollar” adlanan kafedə müştəri qismində olan Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı, heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə sonuncunu üzərində olan deşici-kəsici alətlə (bıçaqla) vuraraq, ona qarının ön divarının sol yarısının qabırğaaltı nahiyədən periton boşluğuna nüfuz edən, mədəni zədələyən, daxili qanaxmaya (qarın boşluğunda 200ml qan) səbəb olmuş deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyatı üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuş, xx.xx.2024-cü il tarixdə törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif olunaraq, cinayət işinin istintaqı həmin maddə ilə davam etdirilmişdir.

15. xx.xx.2024-cü il tarixli Binəqədi Rayon Məhkəməsinin Qərarından (cild 1, iş vərəqə 110-114) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il saat 20:20 dəqiqədən hesablanmışdır.

16. Məhkəmə istintaqı zamanı diskə baxış keçirilən zaman DVD-R formatlı disk kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 02 ədəd video fayl olduğu müəyyən edilmişdir. «VİD-20240718- WA0002» adlı fayla baxış keçirilən zaman həmin faylda 1 dəqiqə 49 saniyəlik video görüntünün olduğu müəyyən edilmişdir. Görüntü Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən «Şollar» adlanan kafenin fasadına quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Video görüntünün yuxarı sol hissəsində tarix və saat qeydə alınmışdır. Həmin tarix və saat qeydinə əsasən görüntünün xx.xx.2023-cü il saat 01:19-dan 01:21-dək olan müddəti əhatə edildiyi müəyyən edilmişdir. Müşahidə kamerası ilə qeydə alınmış görüntülərin 01 dəqiqə 05-ci saniyəsində həmin kafenin həyətində Təqsirləndirilən şəxsla birlikdə bir nəfər əynində qara şalvar, ağ köynək, üzündə qara saqqal olan şəxsin Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə yuruqla zərbələr vurduqları, həmin yerə yığışmış çoxsaylı şəxslərin dalaşanları ayırdıqları müşahidə olunmuşdur. «VİD-20240718-WA0006» adlı fayla baxış keçirilən zaman, həmin faylda 1 dəqiqə 50 saniyəlik video görüntünün olduğu müəyyən edilmişdir. Görüntü Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən «Şollar» adlanan kafenin daxilində quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Video görüntünün yuxarı sol hissəsində tarix və saat qeydə alınmışdır. Həmin tarix və saat qeydinə əsasən görüntünün xx.xx.2023-cü il saat 01:11-dən 01:20-dək olan müddəti əhatə edildiyi müəyyən edilmişdir. Müşahidə kamerası ilə qeydə alınmış görüntüdə kafenin daxilində Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs arasında çaxnaşma müşahidə olunmuş, görüntünün 01 dəqiqə 10-cu saniyəsində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs masa arxasında oturduğu masaya yaxınlaşaraq əyləşdiyi, həmin zaman qarşısında oturan Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı aydınlaşdırıla bilməyən xoşa gəlməyən sözlər dediyi, bundan dərhal sonra Təqsirləndirilən şəxs sonuncunun sifət nahiyəsinə yumruqla zərbələr vurduğu və daha sonra həmin şəxsləri, kafedə olan şəxslərin araladıqları müşahidə olunmuşdur.

17. 24.07.2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan (cild 1, iş vərəqə 155-158) görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış və sonuncu ifadəsində göstərdiyini hadisə yerində bir daha əyani şəkildə göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş və tərtib olunmuş protokola əlavə olunmuşdur.

18. 20.07.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi RPİ-nin 40-cı PB-nin məktubndan (cild 1, iş vərəqə 159) görünür ki, əməliyyat-axtarış tədbirləri həyata keçirilərkən, “Aydın, Cəsur, Röyal və Şadəddin” adlı şəxslərin şəxsiyyətlərini və olduqları yeri müəyyən etmək, həmçinin qeyd olunan bıçağı tapmaq mümkün olmamışdır.

19. 21.02.2024-cü il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən (cild 1, vərəqə 160) görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, sonuncuya qarşı heç bir iddia və tələbi olmamışdır.

20. 22.07.2024-cü il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən (cild 1, vərəqə 161) görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, sonuncuya qarşı heç bir iddia və tələbi olmamışdır.

21. 05.07.2024-cü il tarixli Cəlilabad Rayon X7 Hüquqi Şəxsi konsultativ Poliklinika şöbəsinin arayışından (cild 1, iş vərəqə 163) görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də “Q21.1 mədəciklərarası çəpərin defekti” diaqnozu ilə dispanser qeydiyyatında olmuş və ambulator müalicə almışdır.

22. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan (cild 1, iş vərəqə 164) görünür ki, Təqsirləndirilən şəxs atası X6 “Şizofreniya, poronoid forma” diaqnozu ilə ikinci dərəcəli əlildir.

23. xx.xx.2024-cü il tarixli Cəlilabad Rayon X7 Hüquqi Şəxsi konsultativ Poliklinika şöbəsinin arayışından (cild 1, iş vərəqə 165) görünür ki, Təqsirləndirilən şəxs atası X6 həqiqətən də “Şizofreniya, poronoid forma” diaqnozu ilə ruhi-əsəb xəstəsi kimi qeydiyyatdadır.

24. 05.02.2021-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan (cild 1, iş vərəqə 166) görünür ki, Təqsirləndirilən şəxs anası X10 “xroniki diffuz bronxit astmoid komponentlərlə, tez-tez kəskinləşmələrlə ağ ciyərlərin emfizeması. TÇ İİ dər” diaqnozu ilə üçüncü dərəcəli əlildir

25. 23.08.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən (cild 1, iş vərəqə 171-172) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.

26. 08.06.2024-cü il tarixli ambulator məhkəmə-psixiatrik ekspertizasının 1686 nömrəli rəyindən (cild 1, iş vərəqə 173-175) görünür ki, Təqsirləndirilən şəxs ha-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.

27. 23.08.2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 176-185) görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinə tövsiv olunaraq ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 29, 120-ci maddəsinin tərkibi olmsdığından, həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlaması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlaması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əməllərində heç bir cinayət tərkib əlamətləri olmadığına görə, barələrində cinayət təqibinin başlaması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, ********* nömrəli cinayət işindən “Aydın” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış, ********* nömrəli cinayət işindən zəruri sənədlərin kserosurətləri çıxarılmaqla, ayrımış ********* nömrəli cinayət işinə əlavə olunmuş, Zərərçəkmiş şəxs2 həmin cinayət işi üzrə zərərçəkmiş şəx qismində tanınmış, cinayət işinin materiallarına əlavə olunmuş dava-dalaşı əks etdirən video görüntü 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət içinin materiallarında saxlanılmış, cinayət işi üzrə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, üzləşdirmə, diskə baxış keçirilməsi istintaq hərəkətinin protokolları və əhəmiyyət kəsb edən sənədlər iş materialları ilə ziddiyət yaratmadığından sübut növü kimi qəbul edilmişdir.

28. 26.08.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan (cild 1, vərəqə 195-197) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.

29. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş sonuncu müayinəyə dair məlumatda X4 şizofreniya diaqnozu qoyulmuş, ikinci dərəcəli əlillik verilmişdir.

30. “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” Cəlilabad rayon X7 Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki: Cəlilabad rayonu Serhadabad kənd sakini xx.xx.1964-cü il təvəllüdlü X10 xx.xx.2021-ci il tarixədək "Xroniki diffuz bronxit, astmoid komponentlərlə diaqnozu ilə İİİ-cü qrup əlillik almışdır. Onun övladları xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs "Ürəyin ritm pozulması olə nəticələn sinkopal vəziyyət" diaqnozu ilə 18 yaşadək sosial müavinət almışdır. xx.xx.2003cü il təvəllüdlü X2 "Ürəyin ritm pozulması ola nəticələn sinkopal vəziyyət diaqnozu ilə 18 yaşadək sosial müavinət almışdır. Müraciəti ilə əlaqədar telefon əlaqəsi yaradıb xx.xx.2022-ci il tarixdə Cəlilabad RMX-nın Həkim Məsləhət Komissiyasına dəvət etdik. Məlum oldu ki, heç biri əlillik müddəti bitdikdən sonra İxtisaslaşmış müayinə və müalicə almamışdır. Hər üç xəstəyə Cəlilabad RMX-sı tərəfindən ixtisaslaşmış müayinə olunması üçün göndəriş verilməsi məsləhət görülmüşdür.

31. Azərbaycan Respublikası Socar Dövlət Neft Şirkəti tərəfindən verilmiş xx.xx.2009cu il tarixli məktubdan görünür ki, X1 Mərkəzi Neftçilər Xəstəxanasında ARDNŞ-nin hesabına ödənişsiz ürək əməliyyatı olunmasının təmin edilməsi şirkətin müvafiq struktur bölməsinə tapşırılmışdır.

32. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur.

33. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur.

34. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə tərəflərin spirtli içki təsirində olması səbəbindən yaranmışdır. O, özü də həmin vaxt spirtli içki qəbul etmişdir. Hadisə ötən il baş vermişdir. Lakin mübahisənin nə səbəbə yarandığını özü də bilməmişdir. Mübahisə kafedən kənarda yaranmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi hadisə zamanı tanımış, lakin təqsirləndirilən şəxsi daha əvvəllər tanımamışdır. Hadisə yerində o və təqsirləndirilən şəxsdən başqa, İlyas, Röyal və Cəsur adlı tanışları da olmuşlar. Təqsirləndirilən şəxs onlardan arxadakı masada əyləşmişdir. Spirtli içki qəbul etmiş, hadisə zamanı sərxoş olduğundan, mübahisənin nə səbəbə yarandığını xatırlamır. Onlar əvvəlcə Sədrəddin əyləşən masaya yaxınlaşmışlar. Daha sonra münasibətlərini aydınlaşdırmaq üçün kafedən çölə çıxmışlar. Orada artıq nə baş vermişdirsə, o, həmin epizodu xatırlamır. Hadisənin anlaşılmazlıq yarandığı üçün baş verdiyini düşündüyünü bildirmişdir. Kafenin daxilində Sədrəddin ilə mübahisələri yaranmış, o daha sonra Sədrəddinə İlyasın qonağı olduğunu bildirmiş və gərginliyi azaltmaq üçün sonuncunu çölə dəvət etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməmişdir. O, kim tərəfindən vurulduğunu xatırlamamışdır. Təcili tibbi yardım tərəfindən ona iynə vurulmuş və ayılmışdır. Həmin vaxt bıçaqlandığını və polis bölməsinə gətirildiyini öyrənmişdir. Sədrəddin ona bir dəfə yumruq zərbəsi vurmuşdur. İlyas tərəfləri ayırmaq istəyən zaman bıçaqlanmışdır. O, İlyasın bıçaqlandığını polis bölməsində olarkən öyrənmişdir. Təcili tibbi yardım tərəfindən ona iynə vurulmuş və ayılmış, daha sonra ona İlyası Sədrəddinin bıçaqladığını demişlər. “Şollar” kafesi Xocəsən qəsəbəsi ərazisində, yolun kənarında yerləşmişdir. Hadisə gecə saat 00:00 radələrində baş vermişdir. Həmin vaxt kafedə digər müştərilər də olmuşlar. Kafenin digər müştərilərinin hadisəyə müdaxilə edib-etmədiyini xatırlamadığını qeyd etmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə təqsirləndirilən şəxs razılaşmış, hadisənin həqiqətən bu mexanizmdə baş verdiyini qeyd etmişdir. Hadisə zamanı ona yumruq zərbəsi vurulmuşdur. Sədrəddin həmin zaman ayaq üstə olmuşdur.

35. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sədrəddin ilə hadisədən əvvəl hər hansı tanışlıqları olmamışdır. Sədrəddini hadisə zamanı tanımışdır. Onlar kafedə yeyib-içən zaman, hadisə baş vermişdir. Hadisənin yaranma səbəbi spirtli içkinin təsiri altında olmaları olmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisənin neçə dəqiqə davam etdiyini xatırlamır, mübahisə kafenin həyətində baş vermişdir. O, çölə çıxandan sonra xəsarət almışdır. Kafenin içərisində heç bir mübahisə baş verməmişdir. O, Radim ilə Sədrəddini ayırmaq üçün araya girmişdir. Mübahisə edən şəxsləri ayırmaq üçün araya girən zaman, ona bıçaq zərbəsi dəymişdir. Şikayət və tələbi yoxdur. Onu bıçaqlayan təqsiriləndirilən şəxs olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməmişdir. O da spirtli içki qəbul etmişdir. Hadisə ilə bağlı çox az detalı xatırlayır. Onu bıçaqlayan şəxs Sədrəddin olmuşdur. Mübahisənin səbəbi həm onların, həm də Sədrəddinin spirtli içkinin təsirində olmaları olmuşdur. O, kafedə heç bir xanıma, heç bir söz deməmişdir. Hadisə zamanı onların yanında taksi sürücüsü “Cəsi” ləqəbli şəxs və Röyal adlı dostları da olmuşlar. Təqsirləndirilən şəxslə barışmışlar, heç bir şikayət və tələbləri yoxdur. Hadisə zamanı o özünü itirdiyindən, hadisə yerində kənar şəxslərin olub-olmadığını xatırlamır və hadisə gecə baş vermiş və ətraf qaranlıq olduğundan, Sədrəddinin həmin zaman nə vəziyyətdə olduğunu xatırlamamışdır.

36. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü eyni kafedə olmuşlar. Lakin ayrı masalarda əyləşmişlər. Hər iki tərəfi tanımışdır. Daha sonra ona mübahisə baş verdiyini demişlər. O, bir neçə dəfə tərəfləri sakitləşdirməyə çalışmışdır. O, Sədrəddini, Radim və İlyası sakitləşdirmiş və ayırmışdır. Daha sonra kafedən çıxıb getmişlər. Ona sonradan bıçaqlanma hadisəsinin baş verdiyi deyilmişdir. Lakin bu zaman o artıq kafedə olmamışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisənin yaranma səbəbini bilməmişdir. O, kafedə elə yerdə əyləşmişdir ki, nə Sədrəddini, nə də Radim və İlyası görməmişdir. Mübahisə tərəfləri həmin zaman kafenin həyətində olmuşlar. Ona mübahisə barədə məlumat verildikdə, o çölə çıxmış və tərəfləri ayırmışdır. İbtidai istintaqdakı ifadəsini təkzib edərək bildirmişdir ki, bu məzmunlu ifadə verməmişdir. Onun ümumiyyətlə oxuyub-yazma bacarığı olmamışdır. Azərbaycan əlifbasındakı hərfləri tanımış, lakin sərbəst şəkildə oxuyubyaza bilməmişdir. O, belə təxmin etmişdir ki, zərərçəkmiş şəxslərin içkili olması səbəbindən, təqsirləndirilən şəxsi səhv başa düşmüşlər.

37. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən “Şollar” kafesini icarə əsasında idarə etmişdir. Hadisə baş verən zaman o zalda olmamışdır. İşçilərdən biri onun otağına gələrək, zalda səs-küy olduğunu və münaqişə yarandığını bildirmişdir. O, cəld hadisə yerinə gedərək, tərəfləri bir-birindən aralamış və tərəfləri sakitləşdirməyə səy göstərmişdir. Bir qədər sonra mübahisə edənlərin artıq sakitləşdiyini düşünərək, yenidən otağına qayıtmışdır. Ona daha sonra həmin şəxslərin yenidən insident yaratdıqlarını bildirmişlər. O, yenə zala qayıdaraq, həmin şəxslərə xəbərdarlıq etmiş və kafedən çıxarmışdır. Daha sonra çöldə baş verənlər haqqında heç bir məlumatı olmamışdır. Çöldə baş verən dava və iki nəfərin bıçaqlanmasının şahidi olmamışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, zalda olmadığı üçün, mübahisənin səbəbi ona aydın olmamışdır. Mübahisə tərəfləri yuxarı dərəcədə sərxoş olduğundan, tərəflərin nə səbəbə mübahisə etdikləri nəinki ona, heç özlərinə də məlum olmamışdır. Sözlü mübahisə zamanı tərəflər müəyyən məntiqsiz danışıqlar aparmışlar. Ona mübahisə barədə məlumat verən kafedə işləyən işçi Şahid3 olmuşdur. O, Sədrəddini hadisədən sonra tanımışdır. Mübahisə edənlərdən biri Sədrəddin olmuşdur. O, zala daxil olan zaman, tərəflər yalnız sözlü mübahisə etmişlər. Həmin vaxta qədər hələ ki, mübahisə edən tərəflər bir-birinə qarşı zor tətbiq etməmişlər. O, zala gəlib tərəfləri ayıran zaman, Sədrəddin artıq mübahisəni bitirdiklərini demiş, keçib öz yerində əyləşmişdir. O, yalnız zalda olan mübahisəyə şahid olmuşdur. Kafedən bayırda baş verən mübahisə barədə məlumatı olmamışdır. Hadisə kafenin həyətində yox, kafeyə giriş üçün nəzərdə tutulmuş çöl qapısından bayırda baş vermişdir. O, sonuncu dəfə kafedəki müştərilərin çölə çıxdığını görmüşdür. Bayıra çıxan zaman yerdə qan izləri olmuş, lakin kimin-kimi bıçaqladığı ona məlum olmamışdır. Ona yalnız yaralıların dostları tərəfindən dərhal xəstəxanaya aparıldığı deyilmişdir. O, zala daxil olan zaman, hər iki tərəfi ayırıb, tərəflərə irad tutmuşdur. O, zala daxil olan zaman, tərəflər yalnız sözlü mübahisə etmişlər.

38. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə baş verən kafedə ofisiant işləmişdir. Sədrəddin və Radim hər ikisi həmin kafenin daimi müştəriləri olmuşlar və aralarında da normal münasibətləri olmuşdur. O, hadisə günü kafedə olmuşdur. Əllərini yumaq üçün sanitar qovşağa getmişdir. Oradan geri qayıdan zaman Sədrəddin və Radimin mübahisə etdiyini görmüşdür. Lakin sonuncuların nə səbəbə mübahisə etdikləri ona məlum olmamışdır. Sədrəddin və Radim bir neçə dəqiqə mübahisə etmişlər, lakin bu yalnız sözlü mübahisədən ibarət olmuşdur. O, daha sonra Şahid2 ora çağırmış, tərəfləri ayırmağını xahiş etmişdir. Elmir gəlib tərəfləri ayırmış və çölə çıxarmışdır. Bir neçə dəqiqə sonra Sədrəddin və Radim geri qayıtmışlar, öz masalarında əyləşmişlər. Daha sonra Radim ayağa qalxaraq, yenidən Sədrəddinə yaxınlaşmış, mübahisə yenidən başlamışdır. Sədrəddin və Radim bir-birinin yaxasından tutaraq, mübahisə etmişlər. Bu məsələ bir neçə dəqiqə daha davam etmiş və sonra Sədrəddin və Radim çölə çıxmışlar. Çöldən səs-küy eşidib çölə çıxan zaman, artıq polis əməkdaşlarının oraya gəldiyini və davanın başa çatdığını görmüşdür. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, o sanitar qovşaqdan çıxan zaman, mübahisə artıq başlamışdır.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır

39. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona elan olunan ittiham aktında yazılanların əksəriyyəti əsassızdır. Hadisə dekabr ayında, dəqiq xatırlamadığı tarixdə, Xocəsən qəsəbəsində yerləşən kafedə baş vermişdir. Həmin vaxt mübahisə yaranmış və bu mübahisə də səbəbsiz yaranmışdır. Belə ki, o, sanitar qovşağa qalxmış və növbə gözləmişdir. Həmin vaxt başqa iki nəfər də orada dayanıb söhbət etmişlər. Söhbət əsnasında həmin şəxslər elə başa düşmüşlər ki, o, həmin şəxslərə nə isə deyir və mübahisə də buna görə yaranmışdır. Daha sonra həmin şəxslər bir neçə dəfə ona yaxınlaşıb söhbət etmişlər və yenidən yerlərinə oturmuşlar. Sonra həmin şəxslər yenə ona yaxınlaşmışlar və danışmaq üçün kafedən çölə çağırmışlar. Saat təxminən 1-2 radələrində onlar çölə çıxmışlar və mübahisə də orada başlamışdır. Həmin şəxslər 3 nəfər, o isə tək olmuşdur. O, qeyd etmişdir ki, anadan gəlmə ürək çatışmazlığı qüsuru var. Müstəntiq ittiham aktında qeyd etmişdir ki, o həmin şəxslərə qərəzli olaraq qəsdən xəsarət yetirmişdir. Lakin elə olmamış, o özünü müdafiə etmişdir. Zərərçəkmiş şəxslər onu yerə yıxmışlar və o da özünü müdafiə etmək üçün nə isə etməyə məcbur olmuşdur. Lakin ittiham aktında bu şəkildə göstərilməmişdir. Zərərçəkən şəxslər ilə aralarında barışıq əldə olunmuşdur. Zərərçəkmiş şəxslər hadisədən sonra ondan üzr istəyərək içkili olduqları üçün bu hadisənin baş verdiyini və həmin şəxslərin də bu hadisənin baş verməsini istəmədiklərini bildirmişlər. İttiham aktında qeyd edilib ki, o guya özünü müstəsna şəxs hesab etmiş, bu əməli xuliqanlıq niyyəti ilə törətmişdir. Bunların heç biri isə əslində olmamışdır. O, özünü müdafiə etmiş və kiməsə xəsarət yetirmək niyyəti olmamışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, özünü təqsirli hesab etmir. Hadisə Xocəsən qəsəbəsində, “Şollar” adlı kafedə, saat təxminən 1 radələrində baş vermişdir. Kafedə 2-3 nəfər olmuş, lakin onların mübahisəsi kafedən çöldə baş vermişdir. Sədaqət adlı şəxs həmin kafedə ofisiant işləyir. Mübahisənin Sədaqət xanımla əlaqəsi belə olmuşdur ki, mübahisədən əvvəl zərərçəkmiş şəxslər iki nəfər söhbət edərkən, Sədaqət də zərərçəkmişlərin yanında olmuşdur. O, ehtimal etmişdir ki, həmin şəxslərlə arasında mübahisə olmuş və Sədaqət ona ona tərəf gələndə, həmin şəxslər düşünmüşlər ki, Sədaqət ona şikayətini bildirməyə gəlir. Yəni onun fikrincə zərərçəkmişlər bu cür düşünmüşlər və özləri də bildirmişlər ki, “o kimdir ki, bizi ona şikayət edirsən”. Zərərçəkmiş şəxslərin Sədaqətlə nə danışdıqlarını eşitməmişdir. Onların arasında təxminən 10-15 metr məsafə olmuşdur. Sədaqətə qarşı hər hansı bir kobudluq olduğunu görməmişdir. Zərərçəkmiş şəxslərin Sədaqət ilə aralarında olan danışıqla bağlı sonunculardan heç nə soruşmamışdır. O, spirtli içki qəbul etmişdir. İlyas və Radimi vurmuş, lakin özünü müdafiə məqsədilə həmin şəxslərə xəsarət yetirmək məcburiyyətində qalmışdır. Qəsd niyyəti olmamışdır. İlyas və Radim onu yerə yıxaraq döyməyə başlamışlar. Bu zaman o İlyasla Radimdən yaxa qurtarmaq məqsədilə, sonunculara xəsarət yetirmişdir. Bıçağı da həmin anda tapmış, əvvəlcədən üzərində bıçaq olmamışdır. Zərərçəkmiş şəxs1 01 dəfə bıçaq zərbəsi vurmuşdur. Mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

40. Maddə 126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma cinayəti törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

41. Maddə 221.2.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

42. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

43. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir

44. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir

45. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

46. Maddə 70. İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi

47. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

48. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

49. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

50. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

51. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

52. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

53. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir

54. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

55. Maddə 338.1. Məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tədqiq edildikdən sonra məhkəmə iclasında sədrlik edən cinayət prosesinin tərəfləri barəsində onlara məhkəmənin hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edəcəyi barədə xəbərdarlıq edir. Konsitusiya məhkəməsinin Plenumunun qərarları:

56. 2011-ci il 20 may tarixli qərar. Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun.Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərar

57. Qərarın 4-cü bəndi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsində tövsifedici əlamətlər və CM-in 121-123-cü, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zaman, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir.

58. Qərarın 6-cı bəndi. Məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarlarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqəsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanının zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqazidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.

Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qərarı

59. Qərarın 1-ci bəndi. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması, ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikidə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür.

60. Qərarın 5-ci bəndi. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır.

61. Qərarın 5-ci bəndi. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır.

Avropa Məhkəməsinin presedent hüququ:

62. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”.

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarı

63. Qərarın 21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.”

Məhkəmənin hüquqi dəyərləndirməsi:

64. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 münasibətdə qəsdən sağlamlığa ağır zərər vurma, Zərərçəkmiş şəxs2 münasibətdə isə bir qrup şəxs tərəfindən xuliqanlıq cinayət əməlini törətmişdir.

65. Məhkəmə istintaqı zamanı tətqiq edilən hadisənin görüntülərini özündə əks etdirən video görüntülərdən, o cümlədən təqsirləndirilən, zərərçəkmiş şəxslər və şahid ifadələri ilə müəyyən edilmişdir ki, hadisə zərərçəkmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 və təqsirləndirilən Təqsirləndirilən şəxs aralarında spirtli içkinin təsirində olduqlarından səbəbini xatırlamadıqları sözlü mübahisənin, daha sonra dava-dalaşa çevrilməsindən baş vermişdir.

66. Hadisənin görüntülərini özündə əks etdirən video görüntülərdən görünür ki, əvvəlcədən aralarında sözlü mübahisə olduqdan sonra saat 01:19:20 dəqiqədə kafenin həyətində əsəbi formada gəzən Zərərçəkmiş şəxs2 saat 01:19:32 dəqiqədə kafeyə daxil olaraq 01:19:35 dəqiqədə Təqsirləndirilən şəxs olduğu stola yaxınlaşmış, sonuncu ilə üzbəüz oturaraq ona qarşı aqressiv formada (üz ifadəsindən başa düşülən qədər) nalayiq ifadələr işlədərək onu kafedən çıxarmaq istəmiş, sonuncu həmin an ona qarşı işlədilən nalayiq ifadələri və ya hədələri qəbul etməyək 2 dəfə Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə yumruqla vurmuş, daha sonra kafedə müştəri qismində olan şəxslər sonuncunu həyətə çıxartmış, ardınca 01:20:20 dəqiqədə Təqsirləndirilən şəxs çıxmış və Zərərçəkmiş şəxs2 tərəf sürətlə gedərək yumruq zərbələri endirmişdir. Hadisənin görüntülərindən Zərərçəkmiş şəxs1 ayırd etmək mümkün olmasa da, məhkəmə zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxsin verdiyi ifadələrlə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2lə dost olması və hadisə ilə əlaqədar onun tərəfindən mübahisəyə qoşulmaqla Təqsirləndirilən şəxsla kafenin həyətində mübahisə edərək bir-birləri ilə əlbəyaxa olduqları və bu zaman Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməsi qənaətinə gəlmişdir.

67. Belə ki, məhkəmə kollegiyası tətqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində Zərərçəkmiş şəxs1 münasibətdə xuliqanlıq motivinin olmaması qənaətinə gəlmişdir. Belə ki, cinayət işinin materiallarında olan hadisənin görüntülərini özündə əks etdirən video görüntülər, o cümlədən təqsirləndirilən, zərərçəkmiş şəxslər və şahid ifadələrindən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin ona qarşı qanunsuz hərəkətləri nəticəsində cinayət törədiyini, bununla da səbəbli olaraq Zərərçəkmiş şəxs1 xəsarət yetirməsi müəyyən edildiyindən onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsi məhkəmə təcrübəsinə uyğun hesab edilmişdir.

68. Zərərçəkmiş şəxslərin qanunazidd hərəkətləri dedikdə - zərərçəkmiş şəxsin təqsirkarda güclü ruhi həyəcan vəziyyəti yaradan qanunsuz əməlləri başa düşülür. Məhkəmə kollegiyası onların ilkin olaraq Təqsirləndirilən şəxsla spirtli içkinin təsirindən səbəbini bilmədikləri sözlü mübahisəni başlatmalarını, sözlü mübahisədən sonra təqsirləndirilən şəxsin öz masasında əyləşərək mübahisəni bitmiş hesab etməsinə baxmayaraq Zərərçəkmiş şəxs2 həmin masaya yaxınlaşaraq mübahisəni kafedən kənarda aydınlaşdırmaq üçün onu kafedən çıxartmaq istəməsini, həmin vaxt onunla aqressiv formada təqsirləndirilən şəxsin mənəviyyatına toxunan hansısa ifadələr işlətməsini zərərçəkmiş şəxslərin qanunazidd hərəkətləri kimi qiymətləndirmişdir.

69. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər, şahidlər ifadələrində hadisə baş verməsinə səbəbin sözlü mübahisə olması, daha sonra həmin mübahisənin münaqişəyə çevrilməsi göstərilmişdir. Belə ki, kafenin dava-dalaş zamanı təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla 1 dəfə xəsarət yetirməklə onun sağlamlığına qəsdən ağır xəsarət yetirmişdir.

70. Məhkəmə xüsusi olaraq qeyd edir ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər, o cümlədən şahidlər hər hansı bir təsir altında qalmadan öz iradə ifadələrini əks etdirən və ibtidai istintaq dövründə verdikləri ifadədən fərqli məzmunda ifadə vermişdirlər. Məhkəmə kollegiyası hesab edir ki, onların məhkəmə istintaqı zamanı verdikləri ifadələrin həqiqiliyini şübhə altına alan hər hansı bir hal olmamış, o cümlədən cinayətin xarakteri cinayət hadisəsinin baş verməsinin səbəb və ona əsas olan halların dəqiq müəyyən edilməsini zəruri etdiyindən məhkəmə zərərçəkmiş şəxslərin, o cümlədən şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri iş üçün əhəmiyyətli və mötəbər sübut kimi qiymətləndirmişdir.

71. Həmçinin məhkəmə digər Zərərçəkmiş şəxs2 münasibətdə təqsirləndirilən şəxsin əməlində bir qrup şəxs tərəfindən zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq cinayətinin tərkibini müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs kafedə Zərərçəkmiş şəxs2lə aralarında olan mübahisəni bitirmək imkanı olmasına baxmayaraq, yəni onlar aralaşdırıldıqdan, sonuncu kafedən çıxdıqdan sonra mübahisəni davam etdirmiş, öz hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozmuş, bu pozuntu ilə cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmiş, vətəndaşlar üzərində zor tətbiq edilmə hədəsi ilə ətrafına insanları toplamaqla xuliqanlıq cinayəti törətmişdir.

72. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci və 221.2.1-ci maddəsi ilə tövsif edir.

73. Məhkəmə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti olmadan Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır xəsarət yetirmiş və digər Zərərçəkmiş şəxs2 qarşı şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Aydın» adlı şəxlə bir qrup şəxs halında şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmişdir.

74. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 47-ci bəndi).

75. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək, cinayət qanunun 221.2.1-ci maddəsi ilə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 40-41ci bəndləri)

76. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 42,43,44,45-ci bəndləri).

77. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, barışmalarını, ailə üzvlərinin xəstəliklərini, evin yeganə qazanc gətirən şəxsi olmasını, özünün ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir.

78. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir.

79. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

80. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, eyni zamanda onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevrilməsini, həmçinin ailəni maddi təminatının yalnız ondan asılı olduğunu, o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır.

81. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Başqa sözlə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmə ilə bağlı cəzanın təyin edilməsi və onun həmin cəzanı real şəkildə çəkməsi onun özünü və ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər və bu kimi hallar isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz.

82. Təqsirləndirilən şəxs tərəfindən zorakı ağır cinayət törədildiyi halda ona təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi nəticəsinə məhkəmə gələrkən ən vacib əsas kimi – onun zərərçəkmiş şəxslər ilə barışmasını nəzərə almışdır.

83. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli və davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

84. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından azad edilməlidir

85. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır.

86. Maddi sübut olan 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın.

87. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməli və 31 nömrəli qərarına dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə istintaqı mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 410 (dörd yüz on) manat məbləğində pul köçürülməlidir.

88. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Onun davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut olub bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 410 (dörd yüz on) manat məbləğində pul köçürülsün. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar