Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-584/2020 15.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X5 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X6 Müdafiəçilər: X2 və Müdafiəçi iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 234.4.3, 228.1 və 234.1-ci maddələri maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zabrat kafesinin yaxınlığında tanışı Zərərçəkmiş şəxs təşəbbüsü ilə aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs nalayiq ifadələrlə təhqir etməsi ilə Təqsirləndirilən şəxs barışmayaraq üzərində olan bıçağı çıxarıb, Zərərçəkmiş şəxs vuraraq ona sağ budun 1 ədəd və sol budun 1 ədəd deşilmiş-kəsilmiş yaraları xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, sağ kürək sümüyünün akromion çıxıntısının zədələnməsinə səbəb olan sağ bazu oynağı nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, sol ağciyərinin yaralanmasına və soltərəfli hemopnevmotoraksa səbəb olan, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş xəsarətləri yetirərək həyat və sağlamlıq üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bundan başqa, o, şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda, 32,019 qram narkotik vasitə olan heroini və 29,454 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlamış, həmçinin bir ədəd Belçikada zavod üsulu ilə istehsal edilmiş, patron yatağının uzunluğu 70 mm olan, 16 kalibrli “18606” nömrəli, yivsiz qoşalüləli odlu ov tüfəngi, ilkin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi hesab edilən odlu silahı qanunsuz olaraq əldə edib daşıyaraq saxlamış, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının Təqsirləndirilən şəxs barəsində olan 50069 nömrəli axtarış işi ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx xxxx 2019-cu il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə aparılmış və orada onun üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan boz rəngli idman şalvarın sol yan cibindən təmiz çəkisi 0,900 qram olan narkotik vasitə olan heroin, idarə etdiyi “Mitsubishi Pajero” markalı **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilən zaman isə avtomobilin salonunda arxa oturacağın üzərində olan əl çantasının içərisindən külli miqdarda, yəni bir ədəd kağız paketdə 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,930 qram, 4,368 qram, 9,226 qram, 5,821 qram, 6,877 qram, 3,486 qram, 0,411 qram ümumi təmiz çəkisi 31,119 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eyni zamanda külli miqdarda 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,616 qram, 4,751 qram, 4,454 qram, 1,1964 qram, 1,889 qram, 1,892 qram, 0,441 qram, 0,421 qram, 0,940 qram, 0,936 qram, 0,910 qram, 0,410 qram, 0,515 qram, 0,890 qram, 0,425 qram ümumi təmiz çəkisi 29,454 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə hesab edilən metamfetamin, idarə etdiyi avtomobilin yük yerinin alt hissəsindən isə atəş açmaq üçün yararlı olan bir ədəd Belçikdada zavod üsulu ilə istehsal edilmiş, patron yatağının uzunluğu 70 mm olan, 16 kalibrli “18606” nömrəli, yivsiz qoşalüləli odlu ov tüfəngi, ilkin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyi hesab edilən odlu silah aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,976 qram, 0,195 qram, ümumi təmiz çəkisi 1,171 qram ağ rəngli kristal formada olan metamfetamin və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,306 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamış və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşlarının xx xxxxxxxx 2019-cu il tarixdə təxminən 10:20 radələrində Bakı İstintaq Təcridxanasının 5 saylı rejim korpusunun 65-ci kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarışbaxış tədbirləri zamanı Təqsirləndirilən şəxs düz bağırsağından iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,976 qram, 0,195 qram, ümumi təmiz çəkisi 1,171 qram ağ rəngli kristal formada olan metamfetamin və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,306 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə cəzaçəkmə müəssisəsində tanış olmuşdu və aralarında dostluq münasibəti yaranmışdı. Cəzaçəkmə müəssisəsindən azad olduqdan sonra da münasibətləri davam edirdi. Salahəddin içkili olanda ağzının danışığını bilmirdi, söyüşlə danışırdı. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında tanışı Şahid3la birlikdə sonuncuya məxsus “Mitsubishi Pajero” markalı avtomobillə ailəsini dostu gilə apararkən, Zabrat rayonu, Zabrat kafesinin yaxınlığında Səlahəddini görüb avtomobildən düşərək, onunla görüşdü və söhbət zamanı Səlahəddin ondan pul istədi, o isə pulun olmadığı üçün verə bilməyəcəyini bildirdikdə sonuncu onun və ailəsinin ünvanına ağır şəkildə təqhiredici ifadələr işlətdi.İlkin olaraq ona əhəmiyyət vermədi və avtomobilə əyləşdi. Avtomobildə olarkən ani olaraq ağlına Səlahəddinin təhqiredici ifadələri gəldi və o yenidən avtomobildən enərək, Səlahəddinin yanına getdi. Teymura isə ailəsinin yanında dayanmasını bildirdi. O Səlahəddinə yaxınlaşıb hansı səbəbə ailəsini və onu söyməyini soruşduqda, Səlahəddin qışqıra-qışqıra danışaraq gözləmədiyi anda sifət nahiyəsinə yumruqla zərbə endirdi. O da bundan əsəbləşərək, onu qorxutmaq və bir daha onun və əsasən də ailə üzvlərinin ünvanına təhqiredici ifadələr işlətməməyini başa salmaq üçün cibindəki bıçaqla onun sağ kürək nahiyəsinə 2 ədəd, sol buduna 1 ədəd, sağ buda 1 ədəd zərbə endirdi. Bundan sonra Səlahəddinin yerə yıxıldı və qışqırmağa başladı. Daha sonra səs-küyə Teymur da gəldi. O Teymurun avtomobilinə minərək, ailə üzvlərini yaşadığı evə aparıb düşürdü, sonra isə hadisə yerinə gələrək, Teymuru götürdü. Hadisə baş verəndən sonra o həmin bıçağı xatırlamadığı yerdə avtomobilin şüşəsindən yerə tulladı və Ağsu rayonuna çıxıb getdimişdı. Hazırda etdiyi əməldən peşimandır, istəməzdim ki, belə bir hadisə baş versin. Zərərçəkmişlə barışmış, zərərçəkmişin ona qarşı şikayəti və tələbi yoxdur. xx xxxx 2019-cu il tarixdə, saat 00:30 radələrində Nizami rayonu, Babək prospektində, Emin adlı tanışına məxsus olan idarə etdiyi “Mitsubishi Pajero” markalı, **- SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, ona 15-ci PB-nə dəvət etdilər. O da polis əməkdaşlarının dəvətinə etiraz etməyərək, onlarla birlikdə 15-ci PB-nə getdi. Polis əməkdaşları xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçiriləcəyini bildirdilər. Üzərinə baxış keçirilərkən vəkilin iştitakına ehtiyac olmadığını bildirərək, bu barədə ərizə yazmışdı. PBnin xidməti otaqlarından birində video çəkiliş etməklə üzərinə baxış keçirilərkən üzərindən hər hansı qanunsuz əşya aşkar edilmədi. Bundan sonra polis əməkdaşları tərəfindən idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilə də video çəkilişlə baxış keçirildi. O polis əmkdaşlarına avtomobilin sağ arxa oturacağının üzərində olan ona məxsus qara rəngli əl çantasının içərisində narkotik maddələrin olduğunu dedi. Bundan sonra polis əməkdaşları həmin əl çantasının içərisində olan qırmızı rəngli plastik qabdakı 7 ədəd şəffaf selofana bükülmüş “kakos” adı ilə tanıdığı narkotik maddəni və digər yaşıl rəngli plastik qabın içərisindəki 15 ədəd “şüşə” adı ilə tanıdığı narkotik maddələri orada aşkar etdikdən sonra götürərək, sənədləşdirməklə qablaşdırdılar. O həmin narkotik maddələri Salyan rayonunda yolun kənarından tapmışdı və öz istifasi üçün saxlamışdı. Bundan sonra həmin polis əməkdaşları avtomobilin yük hissəsinə baxış keçirtdilər və guya abrez silah aşkar edərək götürdülər. Həmin silah idarə etdiyi avtomobilə naməlum şəraitdə qoyulmuşdur, onun həmin silahdan xəbəri olmamışdır. xx xxxxxxxx 2019-cu il tarixdə saat 10 radələrində saxlanıldığı Bakı İstintaq Təcridxanasının 5 saylı rejim korpusunun 65 saylı kamerasında üzərimə baxış keçirilən zaman üzərindən 03 (üç) ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik maddə olan bükülü aşkar edilmişdir. Aşkar edilmiş həmin bükülülər xüsusi zərfə qoyularaq qablaşdırılmışdır. O həmin bükülüləri xx.xx.2019-cu il tarixdə Bakı İstintaq Təcridxanasında vəkili ilə görüşə gələrkən təcridxananın həyətində ağacların yanından tapmışdı. Narkotik vasitə aludəçisi olduğuna görə həmin 03(üç) ədəd bükülünü şalvarının cibinə qoymuşdu. Lakin həmin bükülülərin içərisində olan narkotik vasitəni istifadə etmək üçün şərait olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 234.4.3, 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona dəymiş zərərin tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, səhhəti ilə bağlı məhkəmə iclaslarına gəlmək istəmədiyini, istintaq zamanı verdiyi ifadəsinin nəzərə alınmaqla növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçıların fikirini nəzərə alıb onun iştirakı olmadən məhkəmə prosesini keçirilməsini mümkün hesab etmişdir. Cinayət işində olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İbtidai istintaqda ifadə vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, onun Vasif adlı şəxs ilə dostluq münasibəti olmuşdur. Onların arasında bir neç dəfə də söz mübahisəsi də olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Vasif Teymur ilə birlikdə Zabrat qəsəbəsində yerləşən “Zabrat” kafesinin qarşısına gəlmişlər. O, Vasiflə görüşdükdən sonra Vasifə ona pul lazım olduğunu bildirmişdir. Vasif pulunun az olduğunu və ona verə bilməyəcəyini bildirmişdir. O, Vasifə inanmayaraq ailəsinin yanında onu təhqir etmişdir. Onun Vasifi təhqir etdməyindən sonra Vasif avtomobilə minmiş və həmin avtomobil ilə onunla paralel şəkildə hərəkət etmişdir. O, yarımtikililər olan yerə çatdıqda Vasif onu çağıraraq Vasifə qarşı hansı səbəbə görə ailəsinin yanında Vasifi təhqir etməyini soruşmuşdur. O da “əcəb edirəm təhqir edirəm” deyə bildirmişdir. Bu zaman Vasif onun yanında dayanaraq bıçaqla kürək nahiyəsindən zərbə endirmişdir. Bundan sonra Vasif onun sağ çiyninə və sağ ayağına zərbə endirmişdir. Teymur onun qışqırtı səslərini eşitdikdən sonra həmin yerə gəlmiş və onları aralamışdır. O, Teymura ona kömək etməyini bildirmişdir. Teymur taksi avtomobili taparaq onu taksiyə mindirmiş və onu 3 saylı ŞKX-na gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə, saat 10 radələrində Bakı İstintaq Təcridxanasının 5 saylı rejim korpusunun 65-ci kamerasında hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbiri keçirilərkən, həmin kamerada saxlanılan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman düz bağırsağından 02 (iki) ədəd bükülünün içərisində ağ rəngli, 01 (bir) ədəd bükülünün içərisində isə qəhvəyi rəngli xüsusi iyə malik, narkotik vasitəyə oxşar maddə aşkar olundu. Təqsirləndirilən şəxsla söhbət zamanı bildirdi ki, o, həmin narkotik maddəyə oxşar maddələri xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində olarkən oranın sanitar qovşağından tapmış və narkotik maddələrin aludəçisi olduğuna görə tapdığı həmin 03 (üç) ədəd bükülünü düz bağırsağına yerləşdirərək sonradan istifadə etmək məqsədilə Bakı İstintaq Təcridxanasına gizli yolla keçirmişdir. Götürülmüş iki ədəd bükülüdə ağ rəngli, 1 ədəd bükülüdə isə qəhvəyi rəngli xüsusi iyə malik, narkotik vasitəyə oxşar maddənin narkotik vasitəyə aid olub-olmamasını və çəkisini müəyyən etmək məqsədi ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün hal şahidlərinin və həbs olunmuş şəxs Təqsirləndirilən şəxs iştirkı ilə qablaşdırılaraq xüsusi paketə qoyuldu və müəssisənin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürləndi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, Şahid7 və X1 Şahid4 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Cinayət-Axtarış xidməti üzrə baş əməliyyat müvəkkilidir. Təqsirləndirilən şəxs hadisə ilə bağlı tanımışdır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Vasifin barəsində axtarış elan edildiyi üçün o, axtarışda idi. Həmin axtarış işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Nizami rayonu, Babək prospektində tərəflərindən saxlanıldı və onu Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə dəvət etdilər. Saxlanılan vaxt Vasifin üzərində narkotik maddə var idi. Vasifin maşınını polis yoldaşları Rüstəm sürdü, o, Vasif və Turqay isə isə digər maşında getdilər. Vasif saxlanılan vaxt narkotikin təsiri altında idi. Vasifi bölməyə gətirdilər və ona bölmənin xidməti otaqların birində üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirməmişdən əvvəl hüquq və vəzifələrini izah etdikdən sonra, Təqsirləndirilən şəxs üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən müdafiəçinin iştirakına ehtiyac duymadığını bildirərək bu barədə ərizə yazdı. Bundan sonra, videoçəkilişlə şəxsin üzərinə baxış keçirilməsinə başlanılmışdır. Videoçəkiliş zamanı Vasifin bölməyə gətirilməsi səbəbi soruşulmuş və Vasif bölməyə gətirilməsinin səbəbini təhqiqatçıya izah etmişdir. Təhqiqatçı şəxsin üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olması təqdirdə təqdim etməyi bildirmişdir. Vasif əynində olan boz rəngli idman şalvarın sol yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, spesifik iyə malik olan, qəhvəyi rəngli maddəni təqdim edərək, onun özünə məxsus olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu və Salyan rayonunda yerdən tapdığını, təxminən bir ay yarım müddətinə həmin narkotik vasitədən iynəmək yolu ilə istifadə etdiyini bildirmişdir. Bundan sonra Vasifin üzərindən aşkar olunan narkotik vasitəyə bənzər olan maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mitsubishi Pajero” markalı **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə videoçəkilişlə baxış keçirilərkən Vasifdən həmin avtomobilin kimə məxsus olduğu soruşulmuş və Vasif həmin avtomobilin tanışına məxsus olmasını bildirmişdir. Vasifdən nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulduqda, Vasif həmin avtomobildə özünə məxsus əl çantasının içərisində narkotik maddələrin olduğunu və həmin çantanın avtomobilin arxa oturacağının üzərində olduğunu bildirmişdir. Həmin avtomobilin sağ arxa qapısını açdıqda orada oturacağın üzərində olan qara rəngli əl çantası və onun içərisində bir ədəd qırmızı və 1 ədəd yaşıl rəngli düzbucaq formalı plastik qablar aşkar olunmuşdur. Təhqiqatçı ilkin olaraq qırmız rəngli plastik qabın içərisində olan şəffaf sellefona bükülmüş qəhvəyi rəngli maddələrin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs həmin maddələrin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Sorğu zamanı Vasif həmin maddələri Salyan rayonunda yoldan sellofan bükülünün içərisindən tapdığını bildirmişdir. Bundan sonra təhqiqatçı həmin maddələrin neçə ədəd olduğunu saydıqda həmin maddələrin yeddi ədəd olduğu aşkar edilmişdir. Təhqiqatçı yaşıl rəngli plastik qaba baxış keçirərkən həmin qabdan 15 ədəd şəffaf sellofana bükülmüş büküm aşkar edilmiş və Təqsirləndirilən şəxs sorğu zamanı həmin bükülülərin içərisində olan maddənin kristal formalı “şüşə” kimi tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar olunan narkotik vasitəyə bənzər olan maddələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmişdir. Bundan sonra avtomobilin yük yerinin alt hissəsindən göy rəngli sellofan torbaya bükülmüş, üzərində heç bir seriya nömrəsi, yazısı olmayan, lüləsi və qundağı kəsilmiş tüfəng və avtomobilin qabaq sağ oturacağın alt hissəsindən üzərində yazılar olan göy rəngli sellofan torbaya bükülmüş, taxta tutacağı, dəmir qını olan, təxminən 50 sm uzunluğunda xəncər aşkar də lunmuşdur. Sorğu zamanı Vasif həmin xəncərin suvenir olduğunu və uzaq qohumu tərəfindən hədiyyə olaraq verildiyini, silahın isə ona məxsus olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş oğlu Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Fuzuli oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, dostudur. xx xxxxxx 2019-cu il tarixdə, saat 20 radələrində Vasif ona zəng edərək, ailəsini maşınla qohumları gilə aparmağını xahiş etmişdi. O da Vasifin bu təklifi ilə razılaşıb onu ailəsi ilə birlikdə yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhəllədə yerləşən ünvanından götürmüşdü. Zabrat qəsəbəsində yerləşən Zabrat marketin yanından keçərkən, Vasif tanışı Səlahəddini görüb avtomobili saxlatdıraraq düşüb sonuncu ilə görüşdü. Onlar söhbət edə-edə avtomobilin arxa hissəsinə keçdilər və biraz kənarlaşmışdılar. Bir qədər sonra Vasif gələrək, avtomobilə mindi. O avtomobillə hərəkətə başlayanda, Səlahəddin də idarə etdiyi avtomobil ilə paralel olaraq hərəkət edirdi. Vasif ona əsəbi halda avtomobili saxlamağını bildirdiyi üçün o avtomobili saxladı və Vasif avtomobildən düşərək, Səlahəddinin olduğu istiqamətə tərəf hərəkət etdi, o da Vasifin arxasınca getdi. Vasif Səlahəddini çağırdı və onlar birlikdə döngəni dönərək, yarımtikililər olan tərəfə getdilər. O Vasifin ailəsinin onun avtomobilində olduğu üçün onlara nəzarət etmək məqsədi ilə avtomobil olan tərəfdə qaldı. Bu zaman Səlahəddin ilə Vasifin olduğu tərəfdən qışqırtı səsləri eşitdi, o Vasiflə Səlahəddinin dava etdiyini başa düşərək, onlar tərəfə qaçdı. Onlar bir-biri ilə üzbəüz dayanaraq əlbəyaxa olmuşdular, onları tez ayırdı. Vasif dərhal oradan uzaqlaşdı. Səlahəddinin bədənindən qan axdığını görüb ətrafdakı taksi avtomobillərindən birinə mindirərək, Sabunçu qəsəbəsində yerləşən 3 saylı ŞKX-ya aparacağını bildirdi. Onlar getdikdən sonra Vasif onun avtomobili ilə həmin yerə gələrək onu da həmin yerdən götürdü və birlikdə 3 saylı ŞKX-ya getdilər. Ora çatdıqda Vasif ona içəri girməməyini bildirdi, bunun səbəbini soruşduqda Vasif ona “xəstəxanaya girsək başımız ağrıyacaq” deyə bildirmişdir. Vasif ona xəstəxanaya başqa bir şəxsin girə biləcəyini bildirmişdi. Vasif Natiq adlı şəxsə zəng vuraraq, Səlahəddinin olüb-ölmədiyini maraqlanmaq üçün xəstəxanaya getmək lazım olduğunu bildirmişdi. Onlar Sabunçu RPİ-nin 12-ci PŞ-nin yanında Natiq adlı şəxsi götürdülər və Koroğlu metrostansiyasının yanına getdilər. Vasif orada avtomobildən düşdü və Natiq ilə o 3 saylı ŞKX-ya qayıtdılar. O Natiqlə birlikdə xəstəxanaya girdilər və orada polis əməkdaşları da var idilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 234.4.3, 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 234.4.3, 228.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü onda odlu silahın olmamsına və eyni zamanda narkotikləri satmaq fikirində olmamasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2019-cu il tarixli 2505 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəsatəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin gaktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 17552 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət...X4 üzərindən aşkar olunmuş...” sözləri olan bir ədədzərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,900 qram olan maddəksutar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 17551 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət...Təqsirləndirilən şəxs idarə etdiyi... markalı avtomobildən...” sözləri olan bir ədəd kağız paketdəki 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,930 qram, 4,368 qram, 9,226 qram, 5,821 qram, 6,877 qram, 3,486 qram, 0,411 qram ümumi təmiz çəkisi 31,119 qram olan tünd-qəhvəyi rəngli maddələr narkotik vasitə heroindir. 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,616 qram, 4,751 qram, 4,454 qram, 1,1964 qram, 1,889 qram, 1,892 qram, 0,441 qram, 0,421 qram, 0,940 qram, 0,936 qram, 0,910 qram, 0,410 qram, 0,515 qram, 0,890 qram, 0,425 qram ümumi təmiz çəkisi 29,454 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 6/116 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman düz bağırsağından 3 ədəd şəffaf sellofan bükülü...” sözləri olan zərfdəkiiki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,946 qram, 0,165 qram ümumi təmiz çəkisi 1,111 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 2,256 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Üzərində “...Vət. Təqsirləndirilən şəxs...idarə etdiyi...markalı avtomobildən...” sözləri olan zərfdəki (zərf 2) 07 ədəd bükümdə ümumi təmiz çəkisi 31,049 qram olan heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər, 15 ədəd bükümdə ümumi təmiz çəkisi 29,379 qram olan metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 2 və 3 nömrəli zərflərdəki heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Cinayət işində olan məhkəmə-ballistik ekspertizasının xx.xx.2019-cu il tarixli 17602 saylı rəydən görünür ki, tədqiqtata təqdim edilmiş bir ədəd Belçikada zavod üsulu ilə istehsal edilmiş, patron yatağının uzunluğu 70 mm olan, 16 kalibrli “18606” nömrəli, yivsiz qoşalüləli odlu ov tüfəngi, alkin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, atəş açmaq üçün yararlıdır. Silahın üzərində istehsal ilini və modelini bildirəb işarələri olmadığından, onun istehsal ilini və modelini müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan məhkəmə-tibbi eskpertizasının xx.xx.2019-cu il tarixli 121 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol ağciyərin yaralanmasına və soltərəfli hemopnevmotoroksa səbəb olan, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən 1 ədəd, sağ kürək sümüyünün akromion çıxıntısının zədələnməsinə səbəb olan sağ bazu oynağı nahiyəsinin 1 ədəd, sağ budun 1 ədəd və sol budun 1 ədəd (cəmi 4 ədəd) deşilmiş kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alətin təsirindən , qərarda götərilən xx.xx.2019-cu il tarixdə törənə bilər. Dərəcəsinə görə sol ağciyərin yaralanmasına və soltərəfli hemopnevmotoroksa səbəb olan, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ kürək sümüyünün akromion çıxıntısının zədələnməsinə səbəb olan sağ bazu oynağı nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sağ budun 1 ədəd və sol budun 1 ədəd deşilmiş kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işində olan məhkəmə-trasoloji eskpertizasının xx.xx.2019-cu il tarixli 6866 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş şalvarın, puliverin və maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Təqdim edilmiş şalvarın, puliverin ə maykanın səthində zədələr öndən arxa istiqamətdə, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin iti tərəfi zərərçəkmişə nisbətdə solda olmaqla yetirilmişdir. Cinayət işində olan xx.xx.2020-ci il tarixli video və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan boz rəngli idman şalvarın sol yan narkotik vasitə olan heroin, idarə etdiyi “Mitsubishi Pajero” markalı **-SC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə baxış keçirilən zaman isə avtomobilin salonunda arxa oturacağın üzərində olan əl çantasının içərisindən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eyni zamanda külli miqdarda 15 ədəd bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə hesab edilən metamfetamin, idarə etdiyi avtomobilin yük yerinin alt hissəsindən isə atəş açmaq üçün yararlı olan bir ədəd yivsiz qoşalüləli odlu ov tüfəngi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan əşyaların ona məxsus olmasını bildirir və eyni zamanda videoda Təqsirləndirilən şəxs hərəkətlərindən onun narkotikin təsiri altında olması da görsənir. Cinayət işində olan məhkəmə-narkoloji eskpertizasının xx.xx.2019-cu il tarixli 2095 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və pxixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəsatəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1416\2017 saylı xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə, o 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək, 3500 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tamamilə birləşdirilərək, ona 3500 manat cərimə cəzası və 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2018-cı il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə 7 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğu sınaq müddətində qəsdən ağır cinayət törətmişdir. Buna görə də məhkəmə hesab edir ki, onun barəsində seçilmiş şərti məhkum etmə ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan xx xxxx 2019-cu il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun hər bir normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxx 2019-cu il tarixdən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətlərin residivini yaradır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Həmin məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti qismən etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, himayəsindəiki az yaşlı uşaqlarının olmasını, saxlanıldığı istintaq təcridxanasından müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, cinayətlərin residivi isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan üç bükümdə ekspertiza keçirildikdən sonra qalıq çəkisi 0,850 qram heroin, 31,049 qram heroin 29,379 qram olmuş metamfetamin məhv edilməli, bir ədəd Belçikada zavod üsulu ilə istehsal edilmiş, patron yatağının uzunluğu 70 mm olan, 16 kalibrli “18606” nömrəli, yivsiz qoşalüləli odlu ov tüfəngi, alkin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng, hökm qanuni qüvvəyə mindikdən sonra Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, 3 saylı ŞKX-dan götürülmüş Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd puliver və bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1 və 132.0.2-ci maddələrinə əsasən dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 428 manat 46 qəpik alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 234.4.3, 228.1 və 234.1-ci ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1416\2017 saylı xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3500 manat cərimə cəzası və 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Suraxanı rayon məhkəməsinin xx.xx.2018-cı il tarixli qərarı ilə müəyyən edilmiş 7 ay 15 gün vaxtından əvvəl şərti olaraq azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirməklə, Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə və 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 428 manat 46 qəpik alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan üç bükümdə ekspertiza keçirildikdən sonra qalıq çəkisi 0,850 qram heroin, 31,049 qram heroin, 29,379 qram olmuş metamfetamin məhv edilsin, bir ədəd Belçikada zavod üsulu ilə istehsal edilmiş, patron yatağının uzunluğu 70 mm olan, 16 kalibrli “18606” nömrəli, yivsiz qoşalüləli odlu ov tüfəngi, alkin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə kəsilərək dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng, hökm qanuni qüvvəyə mindikdən sonra Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin, 3 saylı ŞKX-dan götürülmüş Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd puliver və bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1 və 132.0.2-ci maddələrinə əsasən dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-584/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-584/2020
15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver