Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-584/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X10 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X5 Qanuni nümayəndə: Qanuni nümayəndə Müdadiəçi: Nümayəndə iştirakı ilə xx xxxxxx 1991-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağsu şəhəri, T.İsmayılov küçəsi, dalan 3, ev 3-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsi, uXoş gəldin” yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşamış, Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarix iyul 2020-ci il tarixli 4(012)-573/2020 saylı qərarı ilə cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olmuş, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə təhlükəsizlik tədbiri qisminsə xüsusi tibb müəssisəsinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi haqqında qərar qəbul edilmiş və hazırda orada saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.8-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi üçün barəsində tibbi xarakterli məcburi tətbirlərin tətbiq edilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, «Xoş Gəldin» yaşayış massivi nömrəsiz fərdi evdə rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs qızma başını yumaq üçün su qızdırıb suyu başına tökməsini tələb edib sonuncu buna əməl etmədikdə bu zəmində aralarında yaranan mübahisədən sonra arvadının başqa şəxslə cinsi əlaqədə olaraq xəyanət etməsinə şübhələri yaranıb qısqanclıq zəminində ondan qisas almaq niyyəti ilə yaşadığı evin mətbəxindən soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb otağa qayıdaraq divanda oturmuş vəziyyətdə ayaqlarının üzərində xx.xx.2018-ci il təvəllüdlü qızı Əsma Bəkirovam yatızdıran və 22-23 həftəlik hamilə olması ona bəlli olan Zərərçəkmiş şəxs bıçaqla döş qəfəsinin sol yan səthinə, arxa qoltuq xətti üzrə V-Vİİ qabırğaların proyeksiyasına 03 (üç) ədəd, döş qəfəsinin sol yarısında orta körpücük xətt üzrə sol döş giləsindən 2 sm sağa 01 (bir) ədəd, sol kürək nahiyəsinin iç hissəsində ayaq altından 125 sm məsafədə 01( bir) ədəd, onurğa sütunu üzrə 8-9-cu döş fəqərələri səviyyəsində 01 (bir) ədəd və sol kürəkaltı nahiyənin bayır səthinə 02 (iki) ədəd daxilə nüfuz etməyəndərəc əs in ə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilən 08 ədəd deşilmişkəsilmiş yaralar, kəskin qanitirmə ilə müşayət olunan ürək kisəsinin,ürəyin və sol ağciyərin yaralanmaları, döş qəfəsinin sol yarısında orta körpücük xətt üzrə, sol süd vəzinin üst hissəsinə 01 (bir) ədəd, döş qəfəsinin sol yan səthinin, orta qoltuq xətti üzrə 06 ( altı) ədəd, sol kürək nahiyəsinin iç hissəsində ayaq altından 125 sm məsafədə 01 (bir) ədəd, sol kürəkaltı nahiyənin bayır səthinə 01 (bir) ədəd daxilə nüfuz edən deşilmişkəsilmiş yaraları kimi deşilmiş-kəsilmiş xəsarətlər yetirdikdən sonra onun ölmədiyini görüb cinayətkar niyyətini başa çatdırmaq üçün müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq nümayiş etdirib müqavimət göstərib səsinin çıxmasına imkan verməmək üçün onu yerə yıxıb əlini ağzına salaraq bıçaqla boyun nahiyəsinin ön və yan səthlərini əhatə edən, traxeyanı, qida borusunu, yuxu arteriyaları və vidaci venalarını yaralayan kəsilmiş yarası kimi həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan, 10 ədəd sağlamlığa AĞİR zərərvurmaya aid edilən kəsilmiş-deşilmiş xəsarətlər yetirib aşkar surətdə hamilə vəziyyətində olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməklə öldürmüşdür. Məhkəmə iclaslarında Təqsirləndirilən şəxs iştirakının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına bildiriş göndərilsə də, xəstəxandan onun psixi vəziyyətinə əsasən məhkəmə iclaslarında iştirak etməsi mümkün olmadığı bildirilmişdir. Məhkəmə tərəflərin fikirini və cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunduğunu nəzərə alıb onun iştirakı olmadan məhkəmə iclaslarını keçirilməsini mümkün hüsab etmişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs ilkin olaraq ona Azərbaycan Respublikası CM-nin 120.2.8-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, 1986-cı il təvəllüdlü X3 və 1989-cu il təvəllüdlü Qanuni nümayəndə adlı qardaşları var, 2009-cu ildə Ağsu rayonunda orta məktəbi, 2011-ci ildə hərbi xidməti başa vurub Ağsu rayonuna qayıtmış, daha sonra Bakı şəhərinə köçüb əvvəl şadlıq evlərinin birində ofisiant, daha sonra adına ********** saylı VÖEN hesabı açaraq «Vizor Domofon» firması adı ilə işə başlamış, 2014-cü ildə sosial şəbəkədə Leyla adlı qızla tanış olub onunla yazışmağa başlamış,bir müddətdən sonra ona mobil telefon nömrəsini verib artıq telefonla danışarkən sonuncunun səsini eşidəndə dərhal həmin qızın əmisi nəvəsi X12 olduğunu bilmişdir. Bundan sonra onlar bir müddət görüşüb 2017-ci ildə ailə qurmuşlar və bu nikahdan onların xx.xx.2018-ci ilə Əsma adlı qızları olmuş, qardaşı Elvin ona Abşeron rayonu Qobu qəsəbəsində «Xoş gəldin» yaşayış massivində həyət evi almış, onlar hadisə baş verən tarixədək həmin ünvanda yaşamışlar. 2020-ci ilin əvvəllərində Leyla ona ikinci uşağa hamilə olduğunu demiş, o, arvadını hamiləliyi ilə bağlı həkim müayinələrinə aparıb- gətirmiş, Leylanın hamilə olması barədə ailə üzvlərinə və qohumlarına bildirmiş və 2020-ci ilin sentyabr ayında həmin hamiləlikdən onların oğlan uşağı olacağını gözləmişlər. Arvadı Zərərçəkmiş şəxs Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli yaşayış massivində 276 saylı körpələr evi və uşaq bağçasında işləyib bağçada uşaqların qidalanması işinə baxmış, amma dəqiq nə işlədiyini bilməmişdir. Ölkədə Covid- 19 pandemiyası ilə əlaqədar sərt karantin rejimi tətbiq edildiyindən nə özü nə də Leyla işə getməyib evdə olmuşlar. xx.xx.2020-ci il tarixdə saat 20-21 radələrində arvadı Leylaya başını yumaq üçün su qoymasını tapşırmışdır. Sonuncu suyu qoyub su qızanda onu istisoyuq etməkdən imtina etdiyi üçün özü suyu ilıq edib Leyladan başına su tökməyi xahiş etdikdə sonuncu əsəbi tərzədə «hər şeyi mən edirəm, sən heç nə eləmirsən» deyib onun başına su tökməkdən imtina etdikdə Leylanın hərəkətlərinə əsəbləşib başım yumayıb onunla bu zəmində mübahisə edib sonuncuya uşağı yatızdırmağı tapşırmışdır. Arvadı Leyla divanda arxası otağm girişinə, üzü pəncərəyə doğru oturub ayaqlan üzərində olan yastığa uzatdığı qızı Əsmanı yelləməklə yatırtmış, amma körpə yatmamışdır.O evin məbəxinə keçib oradan bıçaq götürüb şalvarının kəmərinə keçirərək Leylanın olduğu otağa qayıdıb Leylanın qarşısına keçib bıçağı çıxarıb solaxay olduğundan sol əli ilə yuxarıdan aşağı Leylanın ürək nahiyəsindən bir dəfə möhkəm zərbə endirmiş. Leyla həmin zərbədən qışqırıb ayaqlarını özünə tərəf çəkib bir qədər dayanıb sonra ayağa qalxmış, uşaq balış üzərində divanda qalmış, o isə əlində bıçaq dayanmışdır. Leyla ayağa qalxıb onu kənara itələdikdə əlindəki bıçaqla onun kürək nahiyəsinə xatırlamadığı sayda bıçaq zərbələri endirib onu yerə yıxmış və Leylaya «Allah keçsin günahımdan» deməsini tələb etmiş, Leyla isə «eləməyəcəm, qardaşın Elvini çağır gəlsiıı» deyəndə səsinin çıxmaması üçün sağ əlini onun ağzına salıb sol əlində olan bıçaqla Leylanın başını kəsməyə başlamış, həmin vaxt Leyla onun əlini dişləsə də sonra artıq müqavimət göstərə bilməmişdir.O, Leylanın başını kəsib qardaşı Elvinin mobil telefon nömrəsinə zəng edib arvadı Leylanı bıçaqlayıb başını kəsdiyini xəbər etmiş, qardaşı əvvəlcə ona inanmayıb düz danışmağı tələb etmiş və az sonra Elvin özünü ona çatdırmışdır. Qardaşı Elvin gələnədək o döşəmədə olan qan ləkələrini və qızının qana batmış ayaqlarım yuyub Leylanın meyitini xalçaya bükmüşdür. Elvin evə gələndə Leylanın meyitini görüb nə üçün belə bir hərəkət etdiyini soruşub daha sonra hadisə barədə dərhal polis orqanlarına məlumat vermiş, hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə gəlmişlər. Anar Bəkırov ifadəsində daha sonra göstərmişdir ki, Leyla ilə ailə qurduqdan sonra bir müddət münasibətləri yaxşı olsada sonradan aralarında mübahisələr yaranmış, buna səbəb Leylanın sözə baxmaması, eyni zamanda arvadına xəyanət etməsi ilə əlaqədar olmuş, həmin mübahisələr zamanı Leylanı hətta bir-iki dəfə sillə ilə vurmuş, bıçağı götürüb onun yanma qayıtmasına səbəb onu əsəbləşdirməsi, ailəsinin və onun ünvanına növbəti dəfə söyüşlər edib aqressiv cavablar qaytarması olmuşdur. Leyla ilə ailə qurmazdan əvvəl Leylanın kiminləsə telefonla yazışdığını görmüş, onda son dövrdə cinsi problemlər yarandığından onunla cinsi əlaqədə ola bilməmiş,ona görə arvadının ona xəyanət etməsinə şübhələri yaranmış, onu çox sevdiyindən ona xəyanət etməsini istəməyib göstərdiyi həmin səbəblərə görə onu öldürmək qərarına gəlmişdir, hadisəni törədərkən evdə Leyla və azyaşlı qızı Əsmadan başqa şəxs olmamış,son vaxtlar narkotik vasitə olan marixuanadan, bir dəfə şüşə adlanan narkotik vasitə qəbul etmiş, sonralar isə bu onda vərdişə çevrilmiş, bu barədə arvadının və ailə üzvlərinin məlumatı olmuşdur.Hadisə törədərkən əynində tünd göy rəngli penjama şalvarı, tuman və corab olmuş, hadisəni törətdikdən sonra isə bıçağı evdə stolun üzərinə qoymuşdur. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 fadəsində göstərmişdir ki, X13 onun qızıdır o əmisi oğlu Anarla sevgi əsasında alə qurub və bu nikahdan xx.xx.2018-ci il təvəllüdlü Əsma adlı qızları olmuşdur. Anar Leylanın istəklərini yerinə yetirmiş, ailələrində heç bir vaxt mübahisə olmamış, bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs Leylanı çox qısqanmış, Leyla evdən çölə çıxan kimi Anar dərhal mobil telefonda görüntülü danışıb onun hara qedib hardan gəldiyini soruşub əyani görmüşdür. Qızı Leyla əri Anara qarşı nəzakətli, diqqətli olub hörmətlə yanaşmış, Anarm məlumatı olmadan, icazə almadan heç yerə getmirdi. Hadisədən təxminən bir il əvvəl Anarda baş ağrıları şiddətləndiyindən onu həkim müayinəsinə aparmışlar, həkim Anarda qaymarit xəstəliyi olduğunu deyib müalicə təyin etmişdir. Hadisədən təxminən 5-6 ay əvvəl qızı Leylanın ikinci uşağa hamilə olduğunu eşitmişdir. Hadisədən bir həftə əvvəl Anar gecələr yuxusuz qalması, onda yuxu pozuntusu yaranması ilə əlaqədar həkimə müraciət etmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində qızı Leylagilə getmiş, həmin vaxt Anar da evdə olmuş, orada olduğu müddətdə qızının ailəsində gərginlik, narazılıq hiss etməmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində onlar üçün xörək bişirmiş, Anar isə sakit oturub ara-sıra fikrə qedirdi. Həmin gün saat 13 radələrində evinə qayıtmış Leyla ilə "WlıatsApp” və mobil telefonla zəng edib danışmış, qızının yenə hər hansı şikayəti olmamış, sonuncu dəfə isə qızı Leyla ilə həmin gün saat 21:24-də danışmışdır. xx xxxxx 2020-ci il tarixdə saat 03 radələrində qardaşı Zaur ona zəng edib qızının Anar tərəfindən qətlə yetirilməsini xəbər vermişdir. Anar əvvəllər bu kimi və ya sair cinayətlər törətməyə cəhd etməmiş, arvadı Leylanın hamilə olduğunu bilirdi, Anar əvvəllər üzərində soyuq silah qismində istifadə edə biləcək nə isə qəzdirdiyinin şahidi olmamışdır amma nason vaxtlar narkotik istifadə etməsini eşitmişdi və cinayəti törədərkən narkotik vasitələrin təsiri altında olmasını istisna etmir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Müsavir oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğludur, Təqsirləndirilən şəxs uşaqlıqda onlara tez-tezə gəlmiş, sakit təbiətli olmuşdur. 2017-ci ildə Təqsirləndirilən şəxs onun bacısı qızı X13 ilə qarşılıqlı sevgi əsasında ailə qurmuş, həmin nikahdan 1 uşaqları olmuşdur. Təqsirləndirilən şəxs arvadı Leylanı sevmiş amma qısqanmış, Leyla evdən çölə çıxan kimi Anar onu dərhal mobil telefonla görüntülü yığıb onun hara gedib hardan gəlməsi barədə məlumat alırdı. Leyla da Anara qarşı nəzakətli, diqqətli və hörmətlə yanaşmış, qonşular onların ailəsi barədər narazılıq və narahatlıq eşitməmişdir. Anarda baş ağrıları yarandığından atası və qardaşı onu həkim müayinəsinə apardıqda onda qaymarit əlamətləri olduğu müəyyən edilib müalicə yazılmışdır. Hadisədən təxminən 5-6 ay əvvəl Leylanın ikinci uşağa hamilə olduğunu eşidib bilmişdir. Hadisədən bir həftə əvvəl Anarm Leyla ilə həkimə gedib analizlər verdiyini eşidib bilmiş, onunla maraqlananda Anarın gecələr yuxusuz qaldığına və yuxu pozuntusuna görə həkimə getdiklərini bilmişdir. Anar mənzil və ofislərə damafon quraşdırma ustası işləyirdi. Anar Leylaya qarşı cox qısqanc idi. xx xxxxx 2020-ci il tarixdə saat 23 radələrində qohumu onun mobil telefonuna zəng edib Anarın Leylanı öldürdüyü xəbərini vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, Anar orta məktəbi kafi qiymətlərlə bitirib təhsilə marağı olmadığından təhsilini davam etdirməmiş, hərbi xidməti başa vurub mənzil və ofislərə damafon quraşdırmaq peşəsini öyrənib həmin peşə üzrə Bakı şəhərində sərbəst işə başlamışdır. 2017-ci ildə xx xxxxxx 1993-cü il təvəllüdlü qardaşı X1 nəvəsi Zərərçəkmiş şəxs İlə ailə qurmuş,həmin nikahdan onların xx xxxx 2018-ci ildə Əsma adlı qızları olmuşdur. Oğlunun ailə münasibətləri normal olmaqla Leylanın xətrinə deyməmiş, Leyla Bakı şəhərində Yeni Günəşli yaşayış massivində uşaq bağçasında işləmiş, Anar Leylanı ara-sıra qısqansa da amma onlar arasında mübahisə və dava-dalaş olmamış, gəlininin xoşagəlməz hərəktləri və ya yüngül həyat tərzi keçirməsi barədə eşitməmiş, oğlu arvadı Leylanın hər hansı hərəkətindən ona şikayət etməmişdir. Əvvəllər oğlu Anarın özünü qeyri-adi apardığını görüb onun narkotik vasitə qəbul etməsinə şübhələri yarandığından onu narkoloji dispanserdə qeyri rəsmi müayinədən keçirib hətta Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən narkoloji dispanserə aparıb qan və sidiyindən analiz vermiş, amma onda narkotik vasitə və psixatrop maddələrin elementləri aşkar edilməmişdir. Hadisədən təxminən bir il əvvəl oğlu Anar cinsiyyət zəifliyi ilə əlaqədar şikayət etdiyi üçün onu Bakı şəhərində yerləşən «Nərgiz klinikası»na həkim müayinəsinə aparmışlar. Bir müddət müalicə qəbul edib sonra artıq buna ehtiyacı qalmadığını bildirib müalicəni dayandırmışdır. Sonra bu problemlərin əsəb və yuxusuzluqla əlaqədar olduğunu düşünərək onu "Nəsirəddin Tusi” adma klinikaya həkim müayinəsinə aparmışlar. Anarın yuxusuzluqla bağlı şikayətləri qurtarmadığından DTX-nin hospitalına müraciət etmişlər. Həmin ərəfələrdə gəlinin ikinci uşağa hamilə olduğunu eşidib bilmişdir. Oğlu ilə hadisədən təxminən 15 gün əvvəl görüşmüş, görüşərkən Anarın davranışında qəribə hal his etməmiş, oğlu ona şikayətlənməmişdir. Hadisədən təxminən 5 gün əvvəl gəlini Leyla zəng edib Anarın artıq son günlər yatmadığını demiş, o, Leylaya Anarı həkimə aparmasını xahiş etmiş, sonuncu isə həkimə getmək üçün lazım olan vəsaitlərinin olmadığını bildirmişdir. Səhəri Anar arvadı Leyla ilə Nərgiz klinikasında ona müayinə aparıb ona müalicə təyin edilmişdir və eşitdiyinə görə ona arterial təzyiqlə əlaqədar təyinat verilmişdir. Leyla həkimə Anarın vəziyyətini danışıb izah etdikdə həkim Anarın vəziyyətinin pis olduğunu, ona görə mütləq müalicə qəbul etməyini demişdir. O gəlini Leyla ilə sonrakı günlərdə telefon əlaqəsi saxlayarkən, gəlini Anarnartıq yaxşılaşdığını və yemək yeməyə başladığını demişdir. xx xxxxx 2020-ci il tarixdə saat 22:46 da Anar, qardaşı Elvinin mobil telefonuna zəng edib Leylanı bıçaqlayıb başın kəsdiyini demişdir, oğlu Elvin də hadisə barədə ona məlumat vermişdir. Onun cinayəti törədərkən psixotrop preparatların və ya narkotik vasitələrin təsiri altında olmasını istisna etmir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 1994-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib həmin ildə Baki şəhəri 2 saylı kliniki psixiatriya xəstaxanasmda, 2016-cı ildən isə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Məhkəmə-X4 stasionar şöbəsinin müdürü vəzifəsində işləyir. Təqsirləndirilən şəxs barəsində "'kompleks stasionar məhkəmə psixiatrik-psixoloji ekspertiza” təyin olunması haqqında qərara əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə xəstəxananın stasionar şöbəsinə yerləşdirilmiş, ona soma tik nevroloji və psixi müayinələr aparılmış, eyni zamanda instrumental, funksional müayinələrdən keçirilmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs sayıqlama xarakterli qısqanclıq fikirləri aşkarlanmış, həmin fikirlərin korreksiya olunmadığı, əks arqumentləri qəbul etmədiyi müəyyənləşdirilmişdir. Ona görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqsız hesab edilmiş və barəsində ixtisaslanmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tədbiq edilməsi məsləhət görülmüşdür. Təqsirləndirilən şəxs marixuanadan mütəmadi bir neçə dəfə ""şüşə” (metamfetamin) çəkdiyi və ""qara” (tiryək) atdığını və cinayət hadisəsini törətməzdən təxminən bir(l) həftə əvvəl psixostimulyator təsirli maddədən istifadə etməsini, həmin maddənin güclü oyandırıcı xüsusiyyətə malik olmasını, təqribən 5 gündən artıq yuxusuz qalmasını, yuxusuzluq və başqa problemlərlə bağlı həkimnevroloqa müraciət etməsini bildirmişdir. Təyin edilmiş preparatları qəbul etməsinə baxmayaraq yuxusunun bərpa olunmaması onda psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində yaranan, əsasən sayıqlama pozuntusunun üstünlüyü ilə gedən psixotik pozuntu (əvvəlki terminologiyaya görə "‘intoksikasion psixoz”) formasında psixi patalogiya olmasından şübhələnməyə əsas vermişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 41 saylı rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində kəskin qanitirmə ilə müşayət olunan ürək kisəsinin, ürəyin və sol sağ ağ ciyərin yaralanmaları, döş qəfəsinin sol yarısında orta körpücük xətt üzrə sol süd vəzinin üst hissəsinin 01 (bir ) ədəd, döş qəfəsinin sol yan səthinin, orta qoltuq xətti üzrə 06 (altı ) ədəd, sol kürək nahiyəsinin iç hissəsində ayaq altından 125 sm məsafadə olan 01(bir ) ədəd sol kürəkaltı nahiyənin bayır səthinin 01 (bir) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralan, döş qəfəsinin sol yan səthində arxa qoltuq xətti üzrə V-Vİİ qabırğaların proyeksiyasında olan 03(üç) ədəd, döş qəfəsinin sol yarısında, orta körpücük xətt üzrə sol döş giləsindən 2 sm sağda olan 01 (bir) ədəd, sol kürək nahiyəsinin iç hissəsində ayaq altından 125 sm məsafədə olan Ol(bir) ədəd, onurğa sütunu üzrə 8-9-cu döş fəqərələri səviyyəsində olan 01 (bir) ədəd və sol kürəkaltı nahiyənin bayır səthinin 02 (iki) ədəd daxilə nüfuz etməyən deşilmiş kəsilmiş yaralan; boyun nahiyəsinin ön və yan səthlərini əhatə edən 01 (bir) ədəd, traxeyanı, qida borusunu, yuxu arteriyaları və vidaci venaları yaralayan kəsilmiş yarası. Bu xəsarətlər birlikdə həyatidirlər,ölümün dən az əvvəl ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (lərin) və ya əşyamn(əşyalarm) təsirindən törənmişdir, yaraların formasına və xarakterinə əsasən demək olar ki, ekspertizaya təqdim edilmiş bıçaq və ya ona oxşar bıçaqların təsirindən törənə bilərdi. Dərəcələrinə görə kəskin qanitirmə ilə müşayət olunan ürək kisəsinin,ürəyin və sol ağciyərin yaralanmaları, döş qəfəsinin sol yarısında orta körpücük xətt üzrə, sol süd vəzinin üst hissəsinin 01 (bir) ədəd, döş qəfəsinin sol yan səthinin, orta qoltuq xətti üzrə 06 ( altı) ədəd, sol kürək nahiyəsinin iç hissəsində ayaq altından 125 sm məsafədə olan 01 (bir) ədəd,sol kürəkaltı nahiyənin bayır səthinin 01 (bir) ədəd,daxilə nüfuz edən deşilmiş- kəsilmiş yaralan, boyun nahiyəsinin ön və yan səthlərini əhatə edən 01 (bir) ədəd, traxeyanı, qida borusunu, yuxu arteriyaları və vidaci venaları yaralayan kəsilmiş yarası,-həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər, ölümü ilə səbəbli əlaqədardir. Döş qəfəsinin sol yan səthində, arxa qoltuq xətti üzrə V-Vİİ qabırğaların proyeksiyasında olan 03 (üç) ədəd, döş qəfəsinin sol yarısında orta körpücük xətt üzrə sol döş giləsindən 2 sm sağda olan 01 (bir) ədəd, sol kürək nahiyəsinin iç hissəsində ayaq altından 125 sm məsafədə olan 01( bir) ədəd, onurğa sütunu üzrə 8-9-cu döş fəqərələri səviyyəsində olan 01 (bir) ədəd və sol kürəkaltı nahiyənin bayır sətihinin 02 (iki) ədəd daxilə nüfuz etmə yəni deşilmiş-kəsilmiş yaralarıdərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmanm əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşkar edilmiş digər xəsarətlərbaşın təpə nahiyəsinin dəri altı hemotomaları həyatidirlər,ölümdən bir qədər əvvəl bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində törənmişlər,dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərərvurmanm əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə səbəbli əlaqəsi yoxdur.X2 ölümünə səbəb-boyun nahiyəsinin ön və yan səthlərini əhatə edən traxeyanın, qida borusunun, yuxu arteriyaları və vidaci venalarını yaralayan kəsilmiş yarası, eləcə də döş qəfəsinin sol yarısının daxilə nüfuz edən ürək kisəsini, ürəyi, sol ağciyəri yaralayaraq kəskin qanitirmə törədən çoxsaylı deşilmiş-kəsilmiş yaralan olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx.xx.2020-ci il tarixdə, saat 10:-da) təxminən 12-16 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsərətlərin xarakterinə və yerləşməsinə görə demək olar ki, xəsarət yetirilən anda mərhumun bədəninin ön və arxa hissələri xəsarət yetirən şəxslə qarşılıqlı təmas vəziyyətində eləcə də uzanıqla və yaxud ona yaxın vəziyyətlərdə ola bilərdi. Bu məsələnin dəqiq həlli istintaq yolu ilə aydınlaşa bilər. «Qarşılıqh Mübarizə» hüquqi termin olduğu üçün, onun tibbi ııöqteyi nəzərdən qiymətləndirilməsi məhkəmə tibbi ekspertizasının səlahiyyətlərinə aid deyil. Mərhum Zərərçəkmiş şəxs 22-23 həftəlik hamilə olmuşdur. Meyitin məhkəmə tibb ekspertizası zamanı aşkar edilmiş kişi cinsli ölü dölün antropometrik göstəricilərinə əsasən döl bətindaxili inkişafı 22-23 həftəliyə uyğundur, dölün ölümünün səbəbi Zərərçəkmiş şəxsnm almış olduğu xəsarətlərdən sonra kəskin qanitirmə nəticəsində baş vermiş bətindaxili kəskin anoksiya (dölün bədən daxili oksigen çatışmamazlığı) olmuşdur. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimya təhqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş üzrə təyin edilmiş kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 222- MTKŞ/2020 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus büzqalterin sol döş hissəsinin yuxarı sərbəst kənarında 01 (bir) ədəd kənarı, sol yan nahiyəsində 06 (altı) ədəd, gecə köynəyinin ön səthində solda 01 (bir ) ədəd, sol yan nahiyəsində 07 (yeddi ) ədəd, arxa səthində yuxarıda 06 (altı) ədəd, uzunqol koftanın ön səthində solda 01 ( bir) ədəd, ön sol yan nahiyəsində 05 ədəd, arxa səthində solda 09( doqquz) ədəd deşilmiş- kəsilmiş zədələr vardır, bu zədələr qabırğaları özlərini bir qədər biruzə verən küpü, iti ucu və kafi itilikdə ülgücü olan yastı tipli deşicikəsici alətin (alətlərin) təsirindən törənmişdir. Zərərçəkmiş şəxs qızma məxsus paltarlara (buzqalter,gecə köynəyi və kofta) aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin biri-biri ilə müqayisəli müayinəsi zamanı onların arasında qrup əlamətləri üzrə aşkar edilmiş oxşarlıq güman etməyə əsas verir ki, L.S. Bəkirovaya məxsus paltarlarda aşkar edilmiş deşilmişkəsilmiş zədələr eyni bir alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş deşilmiş-kəsilmiş zədələri əmələ gətirən alətin iz törədən hissələrin maksimal eni (tiyənin daxil olma səviyyədə eni) 1,7-3,0 sm-ə bərabər ola bilərdi, Zərərçəkmiş şəxsnm bədənindəki deşilmiş-kəsilmiş xəsarətlərin yara kanalının uzunluqları barəsində hər lıanst bir məlumat olmadığı üçün sözü gedən alətin tiyəsinin uzunluğu haqqında fikir söyləmək mümkün deyildir. Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş deşilmiş- kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törətməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus paltarlarda aşkar edilmiş zədələrə görə o, həmin zədələri alan zaman müxtəlif duruş və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə olmaqla, zədə nahiyələri iz törədən alətə doğru yönəlmiş vəziyyətdə olmuşdur.Zərərçəkmiş şəxs məxsus qolsuz gecə köynəyinin ön səthinin aşağı orta nahiyəsində bir ədəd cırılmış zədə vardır. Bu cırılma küt yaranma mexanizminə malikdir, paltarın müvafiq nahiyəsinin dartılması nəticəsində əmələ gələ bilərdi Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir cüt corab, trusik və idman şalvarı, Təqsirləndirilən şəxs məxsus trusik, alt şalvarı və bir ədəd uşaq koftası üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş maddi sübütların üzərində məhkəmə- bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələri əmələ gəlmə mexnizminə görə aşağıdakı kimi qiymətləndirmək olar. Təqsirləndirilən şəxs məxsus alt şalvarın ön aşağı nahiyələrində uşaq koftasında və kağız parçasında aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə ) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus buzqalterin, qolsuz maykanın uzunqol koftanın trusikin idman şalvarın və bir cüt corabın üzərində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə ) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində və sonra materialın fiziki-kapilyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin əsasında aşkar edilmiş qan ləkələri yaxma xarakterikdir, qan mənbəyi ilə (qanlı səthi ilə) dinamik (hərəkəti) kontaktı nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsülü ilə hazırlanmış bıçaqlara uyğun gəlir və soyuq silah hesab edilmir, təqdim edilmiş bıçaq üzərində sonradan hər hansı əlavə dəyişiklik edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə tibbi bioloji ekspertizasının xx.xx.2020 tarixli 357/2020-MTBS saylı rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O alfabeta /İ/- dir. X11 məxsus şalvar (alt paltar) və Zərərçəkmiş şəxs qızma məxsus buzqalter, qolsuz mayka, uzunqol kofta, tuman, şalvar,(idman) bir cüt corab üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanm qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigen alındı. «H» antigen O alfabeta /İ/ qrupunun əsası üzrə Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Ekspertizaya təqdim edilən zakolka və Təqsirləndirilən şəxs məxsus tuman üzərində qana şübhəli ləkə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş maddi sübutlarda olan qan ləkələrin hamilə qadın və ya doğan qadına məxsusluğu canlı insanın yoxsa meyitin qanında əmələ gəlməsi barədə olan suallara dəqiq elmi əsaslandırmaq metod olmadığı üçün cavab vermək mümkün deyildir. İş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1000 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti ilə əlaqədar barəsində istintaqın qarşıya qoyduğu suallara ambulator şəraitdə cavab vermək çətin olduğundan, Təqsirləndirilən şəxs cinayət hadisəsi törətdiyi zaman və hazırki vəziyyətinin düzgün qiymətlədirilməsi ətraflı və uzun müddətli müayinə tələb etdiyini nəzərə alaraq onun stasionar məhkəmə psixiatrik ekspertisına göndərilməsi zəruridir. İş üzrə təyin edilmiş kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 71 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs fərdi xüsusiyyətləri və hadisə şəraitini nəzərə alaraq belə qənatə gəlmək olur ki, o, psixiatrik müayinə zamanı onda müəyyən olunan psixi pozuntu nəticəsində törətdiyi hadisə anını qavraya bilməsədə hal- hazırda iş üçün əhəmiyyətli olan hallar düzgün qavraya və bu barədə məlumat verə bilmir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi dövrdə onda aşkarlanan psixi pozuntuya uyğun surətdə sayıqlama fikirlərinin təsiri altında olmuşdur. Onda başqalarının təsiri altında hərəkət etməyə meyillik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs özündə uydurmaya meyilük əlamətləri aşkar edilmədi, onun söylədiyi fikirlər sayıqlama pozuntusunun strukturuna daxil olan fikirlərdir. Təqsirləndirilən şəxs onda müəyyən edilmiş psixi pozuntuya xas olan şübhəlilik, öz fikirlərini üstun tutmaq impulsivlik, hövsələsizlik, qıcığa qarşı həssasızhq, tez özündən çıxmaq neqativ amillərə qarşı dözümsüzlük özünə qarşı hörmət etmək kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs müəyyən edilən pataloji dəyişikliklərlə əlaqədar olaraq o cinayət əməlini törədərkən emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törədərkən psixi-emosional halın səbəbləri onda hazırki psixiatrik müayinə zamanı müəyyən edilən sayıqlama pozuntusu ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan, fizioloji affekt vəziyyətində olmamışdır. Psixiatrik ekspertizasının rəy hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətiməzdən bir müddət qabaq həmin əməlini törədərkən onda müşahidə olunan sayıqlama pozuntusu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək habelə onları idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs həyat yoldaşını qətlə yetirdikdən sonra qısqanclıq və xəyanət fikirlərinin aktuallığının bir qədər azalmasına baxmayaraq sayıqlama fikri tam dezaktuallamamış, arvadını öldürdüyünü və övladını anasız qoyduğunu fikirləşməklə əlaqədar olaraq onda orta dərəcəli depressiv pozuntu yaranmışdır. Buna görə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə zərurət vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə uyğun olaraq ona qarşı ixtisaslaşlırılmış pisixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbiq edilməsi məsləhət görülür. İş üzrə təyin edilmiş təkrar kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 105 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində yaranan əsasən sayıqlama pozuntusunun üstünlüyü ilə gedən psixotik pozuntu (intoksion psixoz) formasında psixi patalogiya keçirmişdir. Psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində yaranan intoksikasiyasmm yoxlanılan şəxsdə əsasən sayıqlama pozuntusunun üstünlüyü ilə təzahür etdiyi üçün sayıqlama pozuntusu keçirməsi, yəni Təqsirləndirilən şəxs «sayıqlama pozuntusu» formasında psixi pozuntudan əziyyət çəkməsi nəticəsinə gəlirəm. Təqsirləndirilən şəxs cinayət hadisəsi dövründə və ondan sonra davranışı ilə bağlı sualları cavablandırdıqda bəzi məqamları xatırlaya bilməməsi onda intoksikasion psixoz zamanı baş vermiş flaqmentar amneziya etməsi ilə əlaqədardır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmamışdır. Onun əməli AR CM-nin 21.1maddəsinin təsiri altma düşür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında deyildir. Buna görə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 95.0.4- cü maddəsinə müvafiq olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Həmin rəyin məhkəmə psixoloji ekspertizası hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hövsələsizlik, qıcığa qarşı həssaslıq, eqoseııtrizm, neqativ amillərə qarşı dözümsüzlük, şübhəlilik, kobudluq kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı, cinayət hadisəsini törədərkən psixi-emosional vəziyyətində impulsivlik, aqressivlik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyacan (fizioloji affekt) vəziyyətində olmamışdır. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 3075 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixoaktiv maddələrin müştərək qəbulu nəticəsində asilliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 71 saylı rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 95.0.4 maddəsinə uyğun olaraq ona qarşı ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəkilində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar həmçinin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs narkoloji məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 4 ay müddətinə həbs qətimkan tətbiri seçilmişdir. İş materiallarından müəyyən olunur ki, Abşeron rayon məhkəməsinin 21 noyabr 2020-ci il tarixli 4(012)-573/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarından müəyyən olunur ki, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə təhlükəsizlik tədbiri qisminsə xüsusi tibb müəssisəsinə, yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı X15 yerləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü və 120.2.8-ci maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4cü və 120.2.8-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Resplikasının Cinayət Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız olmuş,yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictmai təhlükəlilityini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə,məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və ona qarşı Azərbaycan Respublikası CM-nin 95.0.4-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs məxsus əmlakına həbs qoyulmamış, cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi tanınmış Abşeron rayon prokurorluğunda saxlanılan 1 ədəd mətbəx bıçağı, mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd şalvar uzunqol kofta, qolsuz mayka buzqalter, tuman, bir cüt corap, Zərərçəkmiş şəxs şalvarının cibində olmuş kağız, zakolka və saç rezin, hadisə yerindən götürülmüş qan nümunələri, azyaşlı uşağın koftası, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd şalvar və trusik dəyəri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 384 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.8-ci maddələri nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən və cəzadan azad edilsin və Azərbaycan Respublikası CMnin 95.0.4-cü maddəsinə uyğun olaraq barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə yerləşdirilməsi ilə əvəz olunması nəzərə alınsın və qərar qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Abşeron rayon prokurorluğunda saxlanılan 1 ədəd mətbəx bıçağı, mərhum Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd şalvar uzunqol kofta, qolsuz mayka buzqalter, tuman, bir cüt corap, Zərərçəkmiş şəxs şalvarının cibində olmuş kağız, zakolka və saç rezin, hadisə yerindən götürülmüş qan nümunələri, azyaşlı uşağın koftası, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd şalvar və trusik dəyəri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-584/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-584/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver