Məhkəmə qərarları › İş №1(101)-584/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-584/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-584/2022 09.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Abşeron rayonunun Masazır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu Masazır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda bildirilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda bildirilir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı “Eyyub” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlməklə yanaşı, sonuncuya bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi həmin maddələri onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, bu məqsədlə “Eyyub” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 25,317 qram çəkidə narkotik vasitə heroini, 3,515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” İİ siyahısına daxil edilən, tərkibində təsir maddəsinin ümumi miqdarı 0,79 qram təşkil edən 19 ədəd bütöv, bir ədəd 1/4 hissə, bir ədəd 34 hissə narkotik vasitə metadon həblərini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"in l siyahısına daxil edilən 1,448 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan yerdə yerləşdirib bu barədə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib qeyd edilən çəkidə narkotik vasitə heroinin 0,870 qramını bir ədəd bükümdə, qeyd edilən çəkidə və sayda narkotik vasitə metadon həbinin təsir maddəsinin ümumi miqdarı 0,03 qram təşkil edən bir ədəd 34 hissə və bir ədəd 34 hissəsini bir ədəd bükümdə qablaşdırıb “Rothmans” siqaret qutusuna yerləşdirməklə üzərində, qalan 24,447 qram çəkidə narkotik vasitə heroini bir ədəd bükümdə, narkotik vasitə qurudulmuş marixuananı 0,365 qram, 0,535 qram, 0,640 qram, 0,764 qram, 1,211 qram olmaqla beş ədəd bükümdə, 1,448 qram çəkidə psixotrop maddə metamfetamini bir ədəd bükümdə və təsir maddəsinin ümumi miqdarı 0,76 qram təşkil edən 19 ədəd metadon həbini qablaşdırıb yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə daşıyıb özünə məxsus bir ədəd ağ rəngli parça çantanın içərisində gizlətməklə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 noyabr 2021 -ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 14:35-də ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilən zamanı onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 0,870 qram çəkidə narkotik vasitə heroin bir ədəd sellofan bükümdə, təsir maddəsinin ümumi miqdarı 0,03 qram təşkil edən bir ədəd 34 hissə, bir ədəd 34 hissədən ibarət narkotik vasitə metadon həbi bir ədəd kağız bükümdə, həmçinin üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd silindr formalı kağız əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 noyabr 2021-ci il tarixdə saat 19:30-də Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə razılığı və iştirakı ilə baxış keçirilən zaman onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda - 24,447 qram çəkidə narkotik vasitə heroin bir ədəd bükümdə, 3,515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 0,365 qram, 0,535 qram, 0,640 qram, 0,764 qram, 1,211 qram olmaqla 4 ədəd kağız və bir ədəd sellofan bükümdə, 1,448 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd sellofan bükümdə və təsir maddəsinin ümumi miqdarı 0,76 qram təşkil edən 19 ədəd metadon həbi iki ədəd konvalyutda olmaqla evin yataq otağındakı çarpayının üzərində olan döşəyin alt hissəsindən bir ədəd ağ rəngli parça çantada aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittiham aktında olan ifadəsini təstiq etdiyini bildirmişdir. Həmçinin o, narkotik vasitə və psixotrop maddə satmaq niyyətinin olmadığını qeyd etmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ittiham aktında olan ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, təxminən bir ildən artıqdır ki, narkotik vasitə heroindən çəkmə yolu ilə istifadə edir. Bundan başqa maddi imkanı yaxşı olmadığı üçün onda olan narkotik vasitələrin satışını da aparıb qazanc əldə edirmiş. Belə ki, əldə etdiyi qazancla yenidən öz istifadəsi üçün narkotik vasitə alırmış və bir qədər xərcliyi də qalırmış. Bir müddət əvvəl o, “İnstaqram" sosial şəbəkəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslə tanış olmuşdur. O, özünü Eyyub adı ilə İran İslam Respublikasının vətəndaşı kimi təqdim edirmiş. Daha əvvəl ondan bir dəfə narkotik vasitə heroin, psixotrop maddə metamfetamin əldə etmişdir. Eyyub ödənişləri ödəniş terminalları vasitəsi ilə onun göndərdiyi hesab nömrəsinə göndərməklə qəbul edirmiş. Daha sonra sifariş verdiyi narkotik vasitə və psixotrop maddələri bir yerə qoyub şəklin çəkib ona göndərmişdir. Sonuncu dəfə 15 noyabr 2021-ci il tarixinə keçən gecə o, Eyyubla əlaqə saxlamışdır. Ondan narkotik vasitə heroin, qurudulmuş marixuana, psixotrop maddə metamfetamin, eləcə də "metadon" həbləri sifariş vermişdir. Daha sonra onun göndərdiyi hesab nömrəsinə ödəniş terminalı vasitəsi ilə 600 manat pul göndərmişdir. Bir müddət sonra Eyyub bildirmişdir ki, həmin sifariş verdiyi maddələri “Nargilə" kafesinin yaxınlığında küçədə qara sellofana yığmaqla gizlətmiş və həmin yerin şəklini ona göndərmişdir. O da daha sonra tanımadığı taksi avtomobili ilə həmin yerə getmişdir. Oranın yaxınlığında düşüb piyada göstərilən yerə gedərək həmin sellofan torbanı tapıb götürmüş və daha sonra yaşadığı evə gəlmişdir. Həmin maddələri, yəni bir neçə bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı, bir bükümdə psixotrop maddə metamfetamini, metadon həblərini, eləcə də narkotik vasitə heroini yaşadığı evdə yatdığı otaqda gizlətmişdir. Daha sonra o, evdə həmin narkotik vasitələri ayırmışdır. Yataq otağında yatağının altında saxladığı ağ rəngli parça çantasının ciblərində həmin maddələri gizlətmişdir. Lakin narkotik vasitə heroindən bir qədər götürüb bir sellofan bağlama düzəltmiş və bir ədəd metadon həbini götürüb bir neçə hissəyə ayırmışdır. Onun ¼ hissəsini qəbul etmişdir. Daha sonra bir bükümdə həmin heroini və metadon həbinin qalan hissələrini üzərində olan “Rothmans” siqaret qutusuna qoymuşdur, Orada eləcə də narkotik vasitə heroini çəkmək üçün düzəltdiyi kağız borucuq da var imiş. Səhəri günü, onun atasının doğum günü olduğu üçün düşünmüşdür ki, 17 saylı cəzaçəkmə müəsissəsində cəza çəkən atasının yanına gedib ona sovqat aparsın. Buna görə də, o, əskər yoldaşı Şahid5 xahiş etmişdir ki, onu idarə etdiyi avtomobillə 17 saylı cəza çəkmə müəsissəsinə aparsın. Daha sonra atasının doğum gününə görə dostu Turqut da onunla gəlmək istədiyini bildirmişdir. Onlar birlikdə yola düşmüşlər. O, "Rothmans” siqaret qutusunu əynində olan boz rəngli şalvarın cibinə qoymuşdur. Lakin onun üzərində narkotik vasitə olmasından onunla gedən şəxslərin xəbərləri yox imiş. Onlar sadəcə onunla atasının ad günü ilə əlaqədar atasına sovqat aparmağa gedirmişlər. Onlar Binə qəsəbəsində “Araz” marketdən alış-veriş edib çıxmışlar. Daha sonra 17 saylı cəzaçəkmə müəsissəsinin yaxınlığında düşdükləri zaman saat təxminən 14:35 radələrində 3 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. 0, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib həmin idarəyə gəlmişdir. Onun yanında olan taksi sürücüsü Şahid5 və dostu Şahid4 da idarəyə gətirilmişdir. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda müdafiəçi, eləcə də onunla birlikdə gələn Turqut və Samir də iştirak etmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilən əşyaların olub-olmaması soruşulmuş, olduğu təqdirdə həmin əşyaları təqdim etmək təklif edilmişdir. O da bundan sonra əynində olan boz rəngli şalvarın yan cibində saxladığı bir ədəd “Rothmans” markalı siqaret qutusunu masa üzərinə qoymuşdur. Həmin qutuya baxış keçirlərkən orada iki ədəd siqaret, bir ədəd sellofan bükümdə narkotik vasitə heroin, daha sonra bir ədəd kağız bükümdə "Metadon” həbinin yarım hissəsi, və daha qalan % hissəsi, eləcə də bir ədəd kağız borucuq aşkar edilmişdir. Üzərində aparılan şəxsi axtarış zamanı başqa hər hansı bir qanunla qadağan edilən əşya aşkar edilməmişdir. Eləcə də üzərində 30 manat pul, şəxsiyyət vəsiqəsinin olduğunu və bir ədəd evin açarı olduğunu polis əməkdaşlarına göstərib təqdim etmişdir. Şifahi sorğu zamanı o, etiraf etmişdir ki, üzərində aşkar edilmiş maddə narkotik vasitə heroin və metadon həbidir. Həmin maddələri İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Eyyub adlı şəxsdən gecə almışdır. Aldığı maddələrin qalan hissəsi isə yaşadığı evdədir. Daha sonra şəxsi axtarış zamanı aşkar edilmiş maddələr qablaşdırılaraq üzəri möhürlənmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Lakin iki ədəd siqaret, açar və 30 manat pul ona geri qaytarılmışdır. Şəxsiyyət vəsiqəsinin İsə iş materialına əlavə olunacağı ona bildirilmişdir. Daha sonra onunla gətirilən Samir və Turqutun da üzərinə baxış keçirilmişdir. Onlar ciblərində olan əşyaları könüllü təqdim etmişlər. Onlarda pul və siqaret var imiş. Başqa hər hansı bir qanunla qadağan edilən əşya aşkar edilməmişdir. Eləcə də o, səmimi bildirmişdir ki, həmin şəxslərin onda narkotik vasitə olmasından xəbərləri yoxdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra o, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bu barədə ərizə ilə də müraciət etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə həmin günü yaşadığı Abşeron rayonu Masazır kəndinə gedilmişdir. Orada müdafiəçinin iştirakı və öz razılığı ilə evə baxış keçirilmişdir. Baxış videoçəkiliş aparılmaqla aparılırmış. Baxış zamanı yaşadığı ünvanda olan narkotik vasitələri və psixotrop maddələri təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, yaşadığı evin yataq otağında yatağının alt hissəsində ağ rəngli çantanın cibində saxladığı narkotik vasitələri və psixotrop maddələri təqdim etmişdir. Polis əməkdaşları həmin çantaya baxış keçirərkən çantada bir ədəd sellofan bükümdə narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə metamfetamin, 19 ədəd metadon həbi, 1 ədəd sellofan bükümdə və daha 4 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. O, şifahi sorğu zamanı onları da həmin gecə İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən Eyyub adlı şəxsdən aldığını bildirmişdir. Evindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan heroin, bir ədəd sellofan bükümdə və daha 4 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin bir ədəd kağız paketə qablaşdırılıb möhür ilə möhürlənərək iştirakçılar tərəfindən onun iştirakı ilə imzalanmışdır. Bundan sonra Baş İdarəyə gələrək yaşadığı ünvana baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərində olan narkotik vasitəni öz istifadəsi üçün ayırıb götürmüş, evdə saxladığını isə həm istifadə, həm də satış məqsədi ilə saxlayırmış. Eyyub adlı şəxsdən daha əvvəl də narkotik vasitə əldə etmiş, eyni ilə hazırda aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri əldə etmişdir. Daha əvvəllər yaşadığı Masazır kəndində eyni ilə onlayn ödəmə yolu ilə tanımadığı şəxslərdən narkotik vasitə əldə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı xüsusi rütbəsini daşıyır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı bir münasibət, düşmənçilik və ədavət olmamışdır. 15 noyabr 2021 -ci il tarixdə Abşeron rayonu Masazır kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bərədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə raportla rəhbərliyə müraciət etmiş və daha sonra Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq əməliyyat qrupu yaradılmışdır. Qrupa o, işlədiyi Baş İdarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 daxil edilmişlər. Qrupa rəhbərliy isə onun tərəfindən keçirilmişdir. 15 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında olması müəyyən edilmişdir. Qabaqcadan Təqsirləndirilən şəxs zahiri görünüşü dəqiqləşdirilmiş və qrup üzvləri onun tərəfindən təlimatlandırıldıqdan sonra qeyd olunan həmin yerə getmişlər. Saat 14:35-də həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, onun da özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Orada onun üzərində şəxsi axtarış aparılmasına şərait olmadığı üçün onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin zaman onun yanında tanışları özlərini Şahid5 və Şahid4 kimi təqdim edən şəxslər də olmuşdur. Onlar hər üçü idarəyə dəvət edilmişlər. Həmin şəxslər də etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlmişlər. Baş idarədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıla bilməsi üçün müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Baş İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Bundan başqa o təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edilmiş və üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışda Şahid5 və Şahid4 da iştirak etmişlər. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Videoçəkiliş isə baş əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılmışdır. Daha sonra əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və metadon olduğunu bildirib əynində olan tund boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret qutusunu, sağ arxa cibindən şəxsiyyət vəsiqəsini və 30 manat pulu, şalvarın ön sağ cibindən yaşadığı evin açarını çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Siqaret qutusuna baxış keçirilərkən qutunun içərisində 01 ədəd sellofan büküm, 01 ədəd kağız büküm, 01 ədəd silindrik formalı kağız qab və 02 ədəd siqaret aşkar edilmişdir. 01 ədəd sellofan bükümə baxış keçirilərkən bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd kağız bükümə baxış keçirilərkən ¼ və ½ hissədən ibarət iki ədəd həb aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd sellofan bükümdə olan maddənin narkotik vasitə heroin, həblərin isə narkotik vasitə metadon olduğunu, 01 ədəd silindrik formalı kağız bükümü narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd kağız bükümdə ¼ və ½ hissədən ibarət olan həblər və bir ədəd silindrik formalı kağız büküm əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 30 manat pul, 1 ədəd ev açarı və iki ədəd siqaret əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələri “İnstaqram” sosial şəbəkəsində tanış olduğu özünü İran islam Respublikasının vətəndaşı kimi “Eyyub” adı ilə təqdim edən şəxsdən onlayn sifariş verməklə aldığını, aldığı maddələrin bir hissəsinin isə Abşeron rayonu Masazır kəndində yaşadığı evdə saxladığını, həmin maddələri də könüllü şəkildə təqdim edə biləcəyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şəxsi axtarışda iştirak edən Şahid5 hərbi xidmətdən tanıdığını, Şahid4 isə dostu olduğunu, həmin şəxslərin onun üzərində və evində olduğu narkotik vasitələr və psixotrop maddələrdən xəbərsiz olduqlarını qeyd etmişdir. Daha sonra Şahid4 və Şahid5 üzərlərinə baxış keçirilmişdir. Həmin şəxslərə üzərlərində qanunla qadağın edilmiş əşyanın olub-olmaması, əgər vardırsa təqdim etmələri təklif edilmişdir. Lakin həmin şəxslər üzərlərində qanunla qadağan edilmiş əşyaların olmadığını bildirmişlər. Şahid4 üzərində 15 manat pul və şəxsiyyət vəsiqəsinin olduğunu bildirməklə təqdim etmişdir. Həmin pul və şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etmədiyi üçün özünə geri qaytarılmışdır. Şahid5 isə üzərində bir tək siqaret qutusunun olduğunu bildirməklə təqdim etmişdir. Həmin siqaret qutusu da əhəmiyyət kəsb etmədiyi üçün onun özünə geri qaytarılmışdır. Daha sonra baxış, şəxsi axtarış və götürmə barədə protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmamış və protokol doğru hesab edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə ilə müraciət etmiş və tədbirin davamı kimi onun şəxsi razılığı və müdafiəçinin iştirakı ilə onun Abşeron rayonu Masazır kəndində yaşadığı evə gedilmişdir. Orada da baxış videoçəkilişlə aparılmışdır.Videoçəkiliş Baş İdarənin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 tərəfindən aparılmışdır. Baxış başlamamışdan qabaq Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan edilən əşyaların olub-olmaması soruşulmuş və olduğu təqdirdə könüllü şəkildə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs iştirakçıları yaşadığı evin yataq otağına dəvət edərək, otaqda pəncərənin yanında olan yatağın üzərində olan döşəyi qaldırıb alt hissəsində olan parça materialından bir ədəd çantanı otaqda olan dolabın üzərinə qoymaqla içərisində narkotik heroin, metadon, qurudulmuş marixuana və psixotrop maddə metamfetamin saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs çantanı açaraq içərisindən 04 ədəd kağız bükümü, 02 ədəd qəhvəyi rəngli konyuktivi və 03 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin sellofan bükümlərə baxış keçirilərkən bükümün birinin içərisində narkotik vasitə heroinə oxşar maddə, birinin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə və sonuncunun içərisində isə narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar edilmişdir. Daha sonra 04 ədəd kağız bükümlərə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. 02 ədəd üzərində "Metadon” yazılan olan konyuktivin içərisində 19 ədəd həb aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs kağız bükümlərdə və bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin, digər bir ədəd sellofan bükümdə isə narkotik vasitə heroin olduğunu, həmin maddələri isə qeyd etdiyi kimi “Eyyub” adlı şəxsdən onlayn sifariş verdiyini, "Eyyub" adlı şəxsin həmin maddələri Bakı şəhəri, Xətai rayonunda “Nargilə” kafesinin yaxınlığında yol nişanının alt hissəsində gizlətdiyini, həmin yerin fotoşəklini ona göndərdiyini, o isə öz növbəsində həmin yerdən gedib maddələri götürüb yaşadığı evə gətidiyini və orada saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş 4 ədəd kağız büküm, 03 ədəd sellofan büküm və iki ədəd konyuktiv bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra iştirakçılarla birlikdə Baş İdarəyə qayıtmışlar və orada baxış və götürmə aparılması haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmadan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadələrində Təqsirləndirilən şəxs göstərdiklərini təsdiq edib əlavə olaraq bildirmişlər ki, 15 noyabr 2021 -ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd "Rothmans” markalı siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, daha sonra bir ədəd kağız bükümdə yarım hissədən və daha ¼ hissədən ibarət həblər, eləcə də bir ədəd kağız borucuq aşkar edilmişdir. Cinayət işinin 30-33-cü vərəqlərində olan "şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda bildirilir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 noyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 14:35-də ünvan 4 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara boz şalvarın sağ yan cibindən bir ədəd “Rothmans” siqaret qutusunda saxladığı bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, bir ədəd ½ hissədən və bir ədəd ¼ hissə həbdən ibarət narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Cinayət işinin 38-40-cı vərəqlərində olan “Baxış və götürmə aparılması haqqında” protokolda bildirilir ki, 15 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Abşeron rayonu Masazır kəndində yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud İş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs iştirakçıları yaşadığı evin yataq otağına dəvət edib, yataq otağında pəncərənin yanında olan çarpayım üzərində olan döşəyi qaldırıb alt hissəsində saxladığı bir ədəd ağ rəngli parça materialından olan çantanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi çantadan dörd ədəd kağız bükümdə və bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar, bir ədəd sellofan bağlamada narkotik vasitə heroinə oxşar və iki ədəd üzərində “Metadone" yazısı olan konyuktivin içərisində 19 ədəd həb formasında narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. İş üzrə maddi subut olan DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir. DVD disklərdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 68-73-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 16 noyabr 2021 -ci il tarixli 6/5067 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N6” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan: -üzərində “Təqsirləndirilən şəxs yaşadığı..." sözləri qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 24,447 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 1,448 qram olan ağ rəngli kristaliik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Üzərində “Methadone-40" göstəricisi olan iki ədəd konvalyutda ümumilikdə 19 ədəd qəhvəyi rəngli həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,76 qram müəyyən edildi. Təqdim olunmuş 19 ədəd bütöv həbdə metadounun təsir maddəsinin ümumi miqdarı 0,76 qram olduğu müəyyən edildi. -üzərində "Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı..." sözləri qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,870 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş bir ədəd ½ hissə və bir ədəd ¼ hissə olan həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,03 qram olduğu müəyyən edildi. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Təqdim edilmiş iki ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə!ər"-in siyahısına (Siyahı İİ) daxildir. Bir ədəd şilindir formalı kağızda psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər bir ədəd bükümdə olan metamfetamin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Qeyd: heroinin üm. təmiz çəkisi-25,317 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq- 25,217 qram. Metamfetaminin təmiz çəkisi 1,448 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,398 qram. Metadon həblərinin sayı 19 ədəd bütöv, bir ədəd Vz hissə və bir ədəd 1/4 hissə, tədqiqata sərf edildi bir ədəd bütöv, ½ hissə və ¼ hissə, qalıq-18 ədəd. Cinayət işinin 63-67-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 16 noyabr 2021-ci il tarixli 7/1179 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, -Tədqiqata təqdim olunmuş üzərində "Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Masazır kəndində yerləşən fərdi yaşayış evinin yataq otağından aşkar edilmiş 04 ədəd kağız bükümdə narkotik vasitə marixuanaya oxşar kütlə, bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə, 19 ədəd dərman həbləri” yazılar və imzalar olan kağız paketdə 4 (dörd) ədəd kağız bükümdə ( 3 ədəd qəhvəyi, bir ədəd gümüşü rəngli), bir ədəd ağız hissəsi bağlanan polietilen paketdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,365 qram; 0,535 qram; 0,640 qram; 0,764 qram; 1,211 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marxuanalardır. Həmin marixuanaların ümumi çəkisi-3,515 qramdır. Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 4 (dörd) ədəd kağız bükümdə, 1 ədəd ağız hissəsi bağlanan polietilen paketdə olan marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuanaların ümumi çəkisi-3,515 qram, tədqiqata sərf edildi cəmi-0,1 qram, qalıq cəmi 3,415 qram. Cinayət işinin 198-199-cu vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 08 dekabr 2021 -ci il tarixli 4962 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 200-202-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsindən daxil olmuş ambulator məhkəm əpsixiatrik ekspertizasının 13 dekabr 2021-ci il tarixli 2965 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxsf Lətif oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri İtına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 157-ci vərəqində olan "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə aşağıdakı məzmunda SMS mətnlərin daxil olması müəyyən olundu: **********73 - Oldu brat indi bir sey duzub qosa bilseydin ela olardi olurem allaha and olsun; **********37 - Qaqa mene yari daw yari torpaq lazim; **********79 - Exİ varundusa imkan varsa mene biraz vere bilersen?saba gedrem.gelenden sonra hormetivi edecem; **********08 - Menem, memmedemi, hardasan, yarm. .lazmdi,..ac.telfonu; **********92 - Murad telefonu galdir 1 dagigalix.gagaw nadi o verdiyin mal tuxda maldi ay gagaw???; **********03 - Evdesiz?gelmek isteyirem.2sindende var?sene yiqiram sen daniw men ewidirem; **********94 - Murad uzagi 1 saata gelirem memmed gile. Menim ya_50manatimi duzelt.YadakMGram kola 25_manatda pulumu.... **********94 - Murad menim emanetimi saxla heckime verme 1saata_1saat.yarima gelib gotrecem. Birde ki yarim qram pati demiwdim sene pulunu nagd verecem onuda saxla gotrecem... Cinayət işinin 183-cü vərəqində olan "xxxx" MMC-dən daxil olmuş CD diskdə olan məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə aşağıdakı məzmunda SMS mətnlərin daxil olması müəyyən olundu: **********67 Mehleye gel biden newe lazmdi; Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsindən göndərilən SMS- lərin siyahısı olan qovluqda göndərilmiş aşağıda qeyd olunan bir SMS müəyyən olundu: **********67 Ged mehleye men gelem bilirem ne isdeyirsen goturub gelirem də Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələr əldə etməsi və saxlaması iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə haqqında”, eləcə də “Baxış və götürmə haqqında” protokollarla və həmin protokollara əlavə edilmiş istintaq hərəkətlərini özündə əks etdirən 02 ədəd DVD disklərlə təsdiq edilmişdir. Həmin 02 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra ümumi 25,217 qram qalığı, psixotrop maddə metamfetaminin 1,398 qram qalığı, narkotik vasitə metadonun 19 ədəd həbdən ibarət qalığı, narkotik vasitə qurudulmuş marixuananın 3,415 qram qalığı və bir ədəd silindrik formalı kağız bükümü maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azercell” MMC və "Azerfon” MMC-dən daxil olmuş “CD” disklər cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 186-195-ci vərəqlərində olan istintaq zamanı götürülmüş Təqsirləndirilən şəxs məxsus “Huawei" markalı mobil telefona baxış keçirilən zaman, mobil telefonda olan “Whatsapp” mobil tətbiqinin “Kişilər" bölməsində İran İslam Respublikasına məxsus +98 914 *** **** mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir. Həmin nömrə ilə danışıq mobil telefonun yaddaşında 12 noyabr 2021-ci il tarixdən etibarən qalmışdır. 12 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs bir elektron tərəzi üzərində iki sellofan büküm qoyub çəkisinin fotoşəklini çəkib göndərmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə bir ədəd elektron tərəzi üzərində bir sellofan büküm şəkili və əlində bir ədəd sellofan büküm tutmasının şəklini çəkib göndərmişdir. Daha sonra aralarında səsli ismarıclar göndərilmişdir, adlı şəxs ilk səsdə “mənə zəng elə” səsi göndərmişdir. Daha sonra isə +98 914 *** **** mobil nömrəsinin istifadəçisi “14.99 elə 1 Sdirdə, ona 15 deyirlər” göndərmiş, daha sonra isə “Daşını da götürdün" səsi göndərmişdir. Təqsirləndirilən şəxs isə cavabında səsli mesaj göndərərək bildirmişdir ki, “o baxımdan hər hansı bir probelm yoxdur, sadəcə mal quru deyil, yaşdır, yaş malı isə kiməsə vermək olmur"; “Elə adam var ki, elə istəmir deyə səsli mesaj göndərmişdir.” Daha sonra Təqsirləndirilən şəxs yenə səsli mesaj göndərib bildirmişdir ki, “keçən dəfə atdırdığımız var idi Koroğlu qup quru var idi o yaxşı olardı elə bir şey",+98 914 *** **** mobil nömrəsinin istifadəçisi isə səsli mesaj göndərərək “İndidən sonra öz anbarımdan ataram qup ruru mal verəcəyəm” deyə bildirmişdir. Təqsirləndirilən şəxs isə “vururam pulu, patını imkan olsa normal at mənçün bir iki dənə çox at” səssli ismarıc göndərmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs “E manat" ödəmə terminalı vasitəsi ilə 320 manat pul göndərməsi barədə qəbz şəkli göndərmişdir. Bundan sonra 13 noyabr 2021-ci il tarixdə +98 914 *** **** mobil nömrəsinin istifadəçisi Təqsirləndirilən şəxs “Masazır" kruqunun yaxınlığında narkotik vasitə qoyması barədə dəqiq ünvan və narkotik vasitəni qoyduğu yer barədə şəkil göndərir. Bundan sonra həmin günü Təqsirləndirilən şəxs “götürdüm, orada təkcə daş idi, başqa hər hansı bir şey yox idi” deyə səsli mesaj göndərir. Daha sonra isə Təqsirləndirilən şəxs “Eyyub" deyə SMS göndərmişdir. “Eyyub” adlı şəxs isə “10 qramdı” deyə səsli mesaj göndərdi. 15 noyabr 2021-ci ıl tarixinə keçən gecə saat 00:37-də Təqsirləndirilən şəxs 600 manat pul göndərməsi barədə qəbz şəkili göndərir. Daha sonra isə “Eyyub” adlı şəxs bir neçə şəkil göndərməklə narkotik vasitələri “Nargilə” kafesinin yaxınlığında fotoşəkil göndərməklə həmin maddələri qoyduğu yeri işəraləyir və izah edir. Qeyd olunan danışıqların fotoşəkilləri çıxarılaraq protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Eyyub" adlı şəxslə əlbir olması ibtidai istintaq zamanı götürülmüş və baxış keçirilmiş Təqsirləndirilən şəxs məxsus “Huawei" markalı mobil telefonla bir daha təsdiq olunur. Təqsirləndirilən şəxs məxsus “Huawei” markalı mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs hərəkətlərini narkotik vasitələr və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmə, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Qüvvədə olan CM-nin 32-ci maddəsində cinayətin köməkçisinin anlayışı verilir. Qanunda köməkçiliyin mümkün üsullarının dəqiq siyahısı verilmişdir. Köməkçilik aşağıdakı üsullarla həyata keçirilir: 1) məsləhət vermə; 2) göstəriş vermə; 3) vasitə vermə; 4) maneələri aradan qaldırma; 5) cinayəti törədən şəxsi, cinayətin alət və vasitələrini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmə. Üsulundan asılı olaraq köməkçiliyin fiziki və intellektual növləri fərqləndirilir. Fiziki köməkçilik cinayətin törədilməsinə fiziki, yaxud da maddi köməyin edilməsini nəzərdə tutur. Belə köməkçilik alət və vasitələri verməyə, maneələri aradan qaldırmağa, cinayətin edilməsini asanlaşdıran digər əlverişli şərait yaratmağa yönələn hərəkətlərin edilməsini və s. nəzərdə tutur. İntellektual köməkçilik cinayətin törədilməsi ilə əlaqədar məsləhətlər, göstərişlər verməni, cinayətkarı, cinayətin alət və vasitələrini, cinayətin izlərini, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmə kimi alternativ hərəkətləri nəzərdə tutur. Məhkəmədə, Təqsirləndirilən şəxs ifadəsi araşdılarkən onun narkotik vasitə və psixotrop maddələri qaçaqmalçıdlıq yolu ilə xarici dövlətdən Azərbaycan Respublikasına gətirilməsinə köməkçilikdə ifadə olunan hərəkətləri müəyyən olunmadı. Məhkəmədə həmin hallar araşdırılarkən təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhəddindən qaçaqmalçılıq yolu ilə keçirmək üçün həmin narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsində iştirakını təsdiq edən mötəbər sübut müəyyən olunmadı. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs bu işin predmetini təşkil edən narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasının dövlət sərhədindən kənar, gizli keçirməsinə xidmət edən əməlin obyektiv tərəfinə aid hərəkət və hərkətsizliyi, subyektiv tərəfinə aid olan qəsdə aid əqli iştirakçılığını, cinayət əməlinin törədilməsinin vaxtı, yeri və şəraitini təsdiq edən mötəbər sübut müəyyən olunmaması baxımından da əsaslıdır. Bu əlamətlər olmadan şəxsin əməlində cinayət olmasını ehtimal etmək hüquqi baxımdan istisna olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, yuxarıda göstərilən halları və işin faktiki hallarını nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsinin tərkibi istisna olunur. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsinin xaric olunmasını əsaslı sayır. Məhkəmə, iş üzrə gəldiyi bu nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarı baxımından da əsaslı sayır. Qərarda birbaşa göstərilmişdir ki, bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olduğu qənaətinə gəlib onun əməlinin həmin maddələrlə tövsif edilməli olmasını əsaslı sayır. Qeyd olunan əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Həmin siyahının 12-ci bəndinə görə 500 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab edilmişdir. Həmin siyahının 13-cü bəndinə görə 1,6 qram narkotik vasitə olan metadon külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 19, 121-126-cı vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2021-ci il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan tələbamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 15 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CMnin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan 131,46 (yüz otuz bir manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar-Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra ümumi 25,217 qram qalığı, psixotrop maddə metamfetaminin 1,398 qram qalığı, narkotik vasitə metadonun 19 ədəd həbdən ibarət qalığı, narkotik vasitə qurudulmuş marixuananın 3,415 qram qalığı və bir ədəd silindrik formalı kağız bükümü məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 02 ədəd DVD disk, 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Huawei” markalı mobil telefon onun yaxın qohumlarına qaytarımalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 32.5, 206.2-ci maddəsi xaric edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 15 noyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan 131,46 (yüz otuz bir manat qırx altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar-Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra ümumi 25,217 qram qalığı, psixotrop maddə metamfetaminin 1,398 qram qalığı, narkotik vasitə metadonun 19 ədəd həbdən ibarət qalığı, narkotik vasitə qurudulmuş marixuananın 3,415 qram qalığı və bir ədəd silindrik formalı kağız bükümü məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsini, 02 ədəd DVD disk, 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Huawei” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhəri «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar