Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-584/2023 30.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 və X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1986-cı ildə Cəlilabad rayonunun, Musalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan (fəhlə), əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatda olan, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar YYM-də nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar YYM-də küçəsində bacısı Şahid1 ilə nişanlı olan Zərərçəkmiş şəxs nişanı qaytararaq, bacısı ilə evlənməkdən imtina etməsindən özünü və ailə üzvülərini açaldılmış, habelə Zərərçəkmiş şəxs onun ünvanına «nakişi», «qeyrətsiz» və «cəsarətsiz» kimi şəxsiyyətini təhqir edici sözlər deməsindən özünü təhqir edilmiş hesab edərək bu səbəbdən aralarında yaramımış qərəzli şəxsi münasibətlər zəminində mübahisə edərkən üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən, bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol döş, sol bazu nahiyələrinə və sol əlinə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan, sol bazunun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin ovuc səthinin 1 (bir) ədəd və sol əlin İV barmağının 1 (bir) ədəd kəsilmiş yaraları,həyət üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid olan, döş qəfəsininin sol yarısının daxilə nüfuz edərək sol tərəfli hemopnevmotoraksa, diafraqmanın və mədənin yaranlanmasına səbəb olmuş 1 (bir) ədəd deşilmiş kəsilmiş yara xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 onun bacısıdır. Onun bacısı iş üzrə Zərərçəkmiş şəxslə nişanlı olmuşdur. Zərərçəkmiş şəxs tərəfindən onun bacısının nişanı geri qaytarılmışdır. Bundan sonra, yəni onun bacısının nişanı geri qaytarıldığına görə onunla Zərərçəkmiş şəxs arasında mübahisə yaranmışdır. O da Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. O, Zərərçəkmiş şəxs sonuncunun yaşadığı evin yaxınlığındakı küçədə bıçaqla vurmuşdur. O, Zərərçəkmiş şəxs məişətdə istifadə edilən mətbəx bıçağı ilə vurmuş, hadisənin nə vaxt və hansı saatda baş verdiyini isə xatırlamır. O, Zərərçəkmiş şəxs bıçaqla 3 (üç) dəfə zərbə vurmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, anası Mətanət Mayılova, bacısı Şahid1 qzı, həyat yoldaşı X7 və 2 (iki) azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində nömrəsiz ünvanda fərdi evdə yaşayır. Özü Qaradağ rayonu ərazisindəki müxtəlif daş karxanalarında fəhlə işləyərək fərdi əmək fəaliyyəti ilə məşğul olur. O, Zərərçəkmiş şəxs təxminən 6 ildir ki, tanıyır. Sonuncu ailəsi ilə birlikdə əvvəllər onlarla qonşuluqda yaşamışdır. Münasibətləri həmişə yaxşı olmuşdur. Lakin 2 (iki) il bundan əvvəl Dilqəm və ailəsi həmin ərazidə onların küçəsindən 2 (iki) küçə arxada ev alıb orada yaşamağa başlamşlar. Təxminən 5 il bundan əvvəl Dilqəmin anası bir neçə dəfə Dilqəm üçün Nigara elçi gəlmişdir. Onlar rədd cavabı versələr də təxminən 2 (iki) il bundan əvvəl növbəti dəfə Dilgəmgil onlara elçi gələndə onlar razılıq vermişlər və el adəti ilə nişan keçirilərək Nigarın barmağına nişan üzüyü taxmışlar. Beləliklə, Nigarla Dilqəm 2 (iki) ildir ki, nişanlı olmuşlar. Dilqəmin 36 yaşı, Nigarın isə 30 yaşı vardır. Dilqəmin və onların qohumları, habelə onları tanıyanlar, onların yaşadığı ərazidəki sakinlər Nigarla Dilqəmin nişanlı olduqlarını bilmişlər və mütəmadi olaraq Diqəm onların evinə gəlmiş, Nigarla birlikdə gəzməyə və başqa yerlərə getmişdir. X11 bir yerdə görmüşdür. Lakin təxminən 6 ay bundan əvvəl Nigar Dilqəmin anası Sadəgülün haradasa Dilqəm üçün Nigardan yaşça kiçik qız almaq istədiyini dediyini bilmiş və Sadəgül növbəti dəfə onların evinə gələndə Nigar özünün narazılığını Dilgəmin anasına bildirmişdir. Bundan sonra onların ailəsi ilə Dilqəmin ailəsi arasında narazılıq və münaqişə yaranmış, nəticədə Dilqəmin ailəsi nişanı qaytarmaq qərarına gəlmişdir. Onlar dəfələrlə qarşı tərəfdən xahiş etmişlər ki, narazılığı aradan götürsünlər, nişanı qaytarıb onları rüsvay etməsinlər. Amma Dilqəm və ailəsi buna məhəl qoymamışdır. Qeyd olunan hadisədən təxminən 4 (dörd) gün bundan əvvəl o, anası ilə birlikdə Nigarı aparıb Dilqəmin evinə qoymuş və Dilqəmin ailəsinə demişdir ki, nə olubsa olub, bundan sonra narazılığa son qoysunlar, bacısının adına söz çıxarmışlar, ona görə də bundan sonra da sahib çıxmalıdırlar. Həmin vaxt Dilqəm, Dilqəmin qardaşı İlham, anası Sadəgül də evdə olmuşlar və onun sözlərini qəbul etmişlər. Həmin gündən Nigar Dilqəmgilin evində qalmışdır. Lakin 05 avqust 2022-ci il tarixdə, təxminən saat 14:00 radələrində o, Sanqaçal qəsəbəsindəki daş karxanasında işdə olarkən onun anası ona zəng edib xəbər vermişdir ki, Dilqəm Nigarın evindən çıxarılması üçün polisə müraciət etmiş, indicə 14-cü PB-nin işçiləri onun anasını Dilqəmgilə çağırmışlar ki, Nigarı evdən çıxarıb anasına təhvil versinlər. Axşam saat 22:00 radələrində o, işdən çıxıb birbaşa Dilqəmgilin evinə getmişdir. Həmin vaxt orada Dilqəm, Sadəgül, onun anası və 2 (iki) nəfər polis əməkdaşı olmuşdur. Az sonra onun qardaşı Ruhid də ora gəlmişdir. Nigarın qolu sarıqlı olmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin gün səhər saatlarında Dilqəmgil ailəliklə Nigarı evdən çıxarmaq istədikdə, Nigar Dilqəmgilin evindən bıçaq götürüb öz qolunu kəsmişdir ki, “ya burda öləcək, ya da burada qalmalıdır”. Dilqəmgili də təcili yardım həkimi çağıraraq Nigarın qolunu sarıtdırmışlar. Məhz bundan sonra Dilqəmin ailəsi Nigarı polis vasitəsi ilə evdən çıxartmağı qərara alıb polis işçilərini çağırmışlar. Polis əməkdaşları da onlara demişlər ki, Dilqəmgili Nigarı öz evlərində saxlamağa məcbur etmək olmaz və onlar Nigarı öz evlərinə aparmalıdırlar. Ona görə də o, anası ilə birlikdə Nigarı evlərinə aparmışdır. Yolda olarkən o, Nigarın Dilqəmgilin evində olarkən həyətdəki masanın üzərindən götürüb öz qolunu kəsdiyi bıçağı sonradan da Nigarın əlində saxladığını görüb Nigarın yenə də özünə nə isə etməsindən ehtiyatlanaraq Nigarın əlindən almışdır. O, öz evlərinə çatmamış bir daha Dilqəmlə həll etmək üçün, öz anasını evə yol salaraq Nigarla birlikdə Dilqəmgilin evinə qayıtmışdır. O, yol gedərkən Ruhidə zəng edib harada olduğunu soruşduqda, Ruhid ona bildirmişdir ki, onlar Dilqəmgilə birlikdə 14-cü PB-si tərəfdən sonuncunun evinə tərəf gəlirlər. O, 128 saylı orta məktəbin yanına çatarkən Dilqəm və Ruhidlə qarşılaşdıqda, Dilqəmə «sən bununla bizim namusumuza sataşmış olursan, mən tələb edirəm ki, bacıma sahib olub bizi rüsvay etməyəsən, əgər bunu etməsən səni cəzalandıracağam» deyərək xəbərdar etmişdir. Dilqəm «səndə o kişilik, qeyrət yoxdur, mənə heç bir şey edə bilməzsən» söyləməklə əllərini yuxarı qaldırıb «cəsarətin, kişiliyin, qeyrətin çatarsa məni vur» deyərək əllərini qaldırıb onun üstünə gəlmişdir. O da Dilqəmin bu sözlərini özünün və ailəsinin alçaldılması kimi qəbul etmiş və cibindən bıçağı çıxarıb 1 (bir) dəfə Dilqəmin sol böyrünə vurmuşdur. O, növbəti zərbələri vuranda Dilqəm sol qolunu zərbənin qarşısına qoyduğuna görə bıçaq Dilqəmin sol çiyin nahiyəsinə dəymişdir. Sonra o, kənara çəkilmişvə bacısı Nigarı da götürüb taksi ilə evlərinə getmiş, sonra Nigarı evə qoyub özü oradan birbaşa 14-cü Polis bölməsinə gedərək Dilqəmi vurduğunu deyərək hadisə vaxtı istifadə etdiyi bıçağı təqdim etimişdir. Onun Dilqəmi məhz bıçaqla vuraraq cəzalandırmaq niyyəti olmuş, gələcəkdə müəyyən şəkildə pislik etməyi nəzərdə tutmuş olsa da, o, hadisə zamanı Dilqəmin «nə isə etməyə sənin kişiliyin, qeyrətin çatmaz» deməsi və əllərini yuxarı qaldırıb onu vurmaq istədiyinə görə özünü saxlaya bilməyib 2 (iki) dəfə bıçaqla Dilqəmi vurmuşdur ki, Dilqəmin canı ağrısın. O, Dilqəmi bıçaqla bir neçə dəfə vursa da, onun niyyəti Dilqəmi öldürmək olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələrini, habelə zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, eləcə də cinayət işinin materiallarında olan sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onunla Şahid1 arasında nişan olmuşdur. O, nişanlandıqdan sonra hiss etmişdir ki, Şahid1 psixoloji problemlər mövcud olmuşdur. O, Nigara söz deyirmiş və hiss edirmiş ki, onun dediyim söz Nigara gec çatmış, eyni zamanda Nigar onun verdiyi suallara cavab verməmiş, ancaq başını aşağı salaraq onun üzünə baxmamışdır. Bütün bunlara baxmayaraq o, Nigara buna görə heç nə deməmişdir. O, düşünmüşdür ki, zamanla düzələr. Son zamanlar o görmüşdür ki, onun anası böyük kimi Nigara hər hansı bir məsləhət verdikdə, Nigar inun anasına kobud cavab qaytarmışdır. Eyni zamanda mart ayında onun anası və bacısı birlikdə Nigarın evinə bayram hədiyyələri aparan zaman Nigar onun anası və bacısını evdən qovmuşdur. Həmçinin “Votsapda” ona və onun ailə üzvlərinə qarşı atmaca tipli statuslar qoymuşdur. Bundan sonra onların arasında Nigarla ədavət başlanmışdır. Nigar özü ona dəfələrlə ona nişanı qaytarmaq istədiyini demişdir. O da Nigargilin ona verdikləri nişan üzüyünü qaytarmışdır. Lakin Nigargili onun Nigara verdiyi nişan üzüyünü ona qaytarmamışlar. O da Nigargilə demişdir ki, “nişan üzüyünü vermirsiz, verməyin, mən üzüyü istəmirəm, yetər ki, məndən əl çəkin”. Bir gün o, iş yerində olduqda onu çağırıb demişlər ki, Nigar onun iş yerinə gəlmişdir. Sən demə Elçin Nigarı onun iş yerinə göndərmişdir. O, iş yerində hara gedirdisə, Nigar da onun arxasında düşərək ora gəlmişdir. O, Elçinə zəng edərək bunu bildirmişdir. Elçin də ona demişdir ki, Nigarı özü onun iş yerinə göndərmişdir. Bundan sonra iş bitmiş və o, evə gəlmişdir. Həmin gün Nigar, sonuncunun anası, digər qardaşı və Elçin onların evlərinə gəlmişlər. Nigarın anası onlara demişdir ki, Nigar onların evində qalmalıdır. Həmin vaxt onunla Nigar arasında hər hansı bir nikah olmamışdır. Elçinin anası həmin vaxt ona və onun ailə üzvlərinə qarşı xoşagəlməz sözlər işlətmişdir. Anası Elçinə demişdir ki, “əgər Dilqəm qızı qəbul etmirsə, hər ikisinin başını kəs”. Bundan sonra isə Nigarı onların evində qoyub getmişlər. Nigar da onların evində qalmış və evdən çıxmamışdır. Bundan sonra o, qardaşı ilə birlikdə Polis bölməsinə gedərək polisə məlumat vermişlər. Onlar düşünmüşlər ki, birdən gedib şikayət edib deyərlər ki, qızı qaçırdıblar. Onlar bu barədə polisə ərizə də təqdim etmişlər. İki gün sonra onların evinə Polis bölməsinin sahə müvəkkili gəlmiş və sahə müvəkkili özü ilə birlikdə 4-5 polis əməkdaşı da gətirmişdir. Bu zaman Nigarın anası da onların evində olmuşdur. Polislərin təkidi ilə Nigar onların evindən çıxarılmışdır. Nigar onların evindən çıxarılan zaman Nigarın psixoloji problemləri olduğuna görə özünə onların evindən götürdüyü bıçaqla xəsarətlər yetirmişdir. Nigarın anası bu zaman da Elçinə və digər oğlu Ruhidə demişdir ki, “Dilqəmi öldürmək lazımdır”. Bundan sonra Nigar və Nigarın anası onların evindən tamamilə çıxarılmışdır. Sonra o, qardaşı ilə birlikdə yenidən Polis şöbəsinə ərizə və izahat vermək üçün getmişlər. Onlar Polis şəbəsindən qayıdan zaman Ruhid də Polis şöbəsinin yanında olmuşdur. Elçin Ruhidə zəng edərək onların yerini öyrənmişdir. O, Elçinlə onların məhləsində rastlaşmışlar. Elçin ifadəsində bildirmişdir ki, guya o, Elçinin özünü və Elçinin ailə üzvlərinin şərəf və ləyaqətini alçaldan sözlər işlətmişdir. Lakin belə bir hadisə baş verməmişdir. Onun Elçinlə küçədə söhbəti olan zaman o, Elçinə demişdir ki, “üzüyü qaytardım, bacınıza sahib çıxın, sizə verdiyim nişan üzüyünü də tələb etmirəm”. Bu zaman Elçin bıçaqla onu ürək nahiyəsindən vurmağa cəhd göstərmişdir. O, düşünür ki, Elçin onu öldürmək istəmişdir. O, bir qədər çönmüş və bıçaq onun ürək nahiyəsindən deyil, bir qədər aralı hissədə qoltuq altı hissəsinə dəymişdir. Bundan sonra Elçin ona ikinci dəfə də bıçaqla zərbə vurmuş və yenə də onu ürək nahiyəsindən vurmaq istəmişdir. O, bu dəfə də bıçaq zərbəsindən yayınmağa çalışmış, lakin ikinci zərbə də onun kürək hissəsinə dəymişdir. Elçin üçüncü dəfə onu bıçaqla vurmaq istədikdə, o, bu vaxt həmin zərbəni əli ilə tutmuşdur. Bıçaq bu dəfə onun əlinin içərisini kəsmişdir. Bundan sonra Elçinin qardaşı Ruhid onları aralamışdır. Bu üçüncü zərbəyə qədər Ruhid onlara heç bir müdaxilə etməmişdir. İttiham aktında qeyd edilmişdir ki, Elçin onun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Lakin o, düşünür ki, Elçin ona ağır zərər vurmaq deyil, əksinə onu öldürmək məqsədi daşımışdır. O, özünü müdafiə etdiyinə görə zərbələr onun ürəyinə dəyməmişdir. Bundan sonra isə Elçin və Elçinin qardaşı təcili yardıma zəng etməmişlər, onu köməksiz vəziyyətdə qoymuşlar. Tanımadığı şəxslər onu xəstəxanaya aparmışlar və həkimlərin müdaxiləsi ilə o, əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə çıxışları zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, habelə onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirməklə təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş nişanlısıdır. Onun qardaşı Təqsirləndirilən şəxs ilə Dilqəmin arasında hadisə baş vermişdir. Onun qardaşı Təqsirləndirilən şəxs hazırda peşmandır. O, Zərərçəkmiş şəxs anasına qarşı hörmətsizlik etmişdir. Bu səbəbdən də onlar barışmaq üçün Dilqəmgilin evinə getmişlər, lakin onlarla Dilqəmgilin arasında barışıq olmamışdır. Bundan sonra onların evində mübahisə olmuş və onun böyük qardaşı onu otaqda bir neçə gün kilidli vəziyyətdə saxlamışdır. Daha sonra onu qardaşı və anası onu Zərərçəkmiş şəxs evinə yola salmışlar. O, həmin evdə 5-6 gün qalmışdır. Onun telefonu olmadığından o, Zərərçəkmiş şəxs anasından telefon istəmişdir ki, anası və qardaşlarına zəng edib desin ki, gəlib onu həmin evdən götürsünlər. Lakin Dilqəmgil ona telefon verməmişlər. Sonra Dilqəmgil özləri polis çağıraraq onu evdən çıxartmışlar. O, qoluna xəsarət yetirmişdir. Çünki o, qardaşından, evə qayıtmağından və rüsvay olmaqdan qorxmuşdur. Onun qardaşım ora gəldikdə onun özünə xəsarət yetirdiyini görmüşdür. Onun qardaşı əsəbiləşmiş və Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. O, qardaşının Dilqəmə xəsarət yetirdiyini görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onların şərəfini, ləyaqətini alçatmışdır. Onun qardaşı Təqsirləndirilən şəxs də buna dözməyərək Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. O, istəməzdir ki, onun qardaşı Elçin bu əməli törətsin. Onlar Zərərçəkmiş şəxs ilə barışmaq istəmişlər, lakin barışıq olmamışdır. O, Elçində bıçaq olmasından məlumatsız olmuşdur. Elçin və Dilqəm söhbət etmişlər, sonra sonuncular mübahisə etməyə başlamışlar və Elçin Dilqəmə üzərində olan bıçaqla xəsarət yetirmişdir. O, Elçinlə Dİlqəmi aralamağa çalışmış və Elçini oradan aralayıb, evə yola salmışdır. O, Dilqəmin yanında qalacaqdı, lakin həyəcanlanmışdır. Ona görə də o da oradan çıxıb getmişdir. O, Elçinin Dilqəmə xəsarət yetirməsini görmüşdür. Elçin təxminən 3-4 dəfə Dilqəmə xəsarət yetirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2022ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs həmin gün 14-cü Polis bölməsinin təhqiqatçısı Samir Allahverdiyevə tanışı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirmiş və cinayətin aləti qismində istifadə edilmiş 1 (bir) ədəd mətbəx bıçağını təqdim etmişdir. Bundan sonra 14-cü Polis bölməsinin təhqiqatçısı Samir Allahverdiyev tərəfindən cinayətin aləti qismində istifadə olunmuş bıçağa baxış keçirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 7-10) görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X13 Massivi, Hüseynzadə küçəsində yerləşən 128 nömrəli orta məktəbin yaxınlığında baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 18) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 avqust 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olması barədə polis orqanına məlumat verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 44-45) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 avqust 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-645/2022 saylı qərarından (cild 1, iş vərəqə 64-70) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 avqust 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 sentyabr 2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (cild 1, iş vərəqə 81) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 sentyabr 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-729/2022 saylı qərarından (cild 1, iş vərəqə 82-85) görünür ki, həmin gün müdafiə tərəfinin vəsatəti təmin edilməklə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalaından azad olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X12 2171 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 106-109) görünür ki, ekspertiza müayinəsi zamanı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar ediimiş xəsarətlər - döş qəfəsinin sol yarısının daxilə nüfuz edərək sol tərəfi hemopnevmotoraksa (sol döş boşluğuna hava və sərbəst qanın yığılması) diafraqmanın və mədənin yaralanmasına səbəb olan 1 (bir) ədəd, sol bazunun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin ovuc səthinin 1 (bir) ədəd, sol əlin İV barmağının kəsilmiş yaraları deşici-kəsici alət(lər) təsirindən törənmişdir, qərarda gstərildiyi kimi kənar şəxs tərəfindən ekspertizaya təqdim olunmuş bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə döş qəfəsinin sol yarısının daxilə nüfuz edərək sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna hava və sərbəst qanın yığılması) diafraqmanın və mədənin yaralanmasına səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamldığa ağır zərər vurmaya, sol bazunun 1 (bir) ədəd deşilmiş kəsilmiş yarası, sol əlin ovuc səthinin 1 (bir) ədəd, sol əlin İV barmağının kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamdığa yüngül zərər vurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 2626 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 113-114) görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs ona eittiham olunan əməl brəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbdaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1687 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 120-121) görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 123-128) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi, onun əməllərində Cinayət Məcəlləsinin 29,120, 126.2.4, 221.3 və 228.4-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağının maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 1, iş vərəqə 130- 131) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 dekabr 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-990/2022 saylı qərarından (cild 1, iş vərəqə 159-162) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 22 (iyirmi) gün müddətinə uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 117) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 yanvar 2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 204) görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, lakin təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, eləcə də irəli sürülmüş ittihamı və ittiham tərəfinin əldə etdiyi, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 dekabr 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birilərini tanımışlar. Onların bir-birini tanımasına səbəb isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxın qohumu olan bacısı Şahid1 ilə nişanlı olması olmuşdur. Eyni zamanda Elçin və Dilqəm Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində bir-birinə yaxın ərazidə yaşamışlar və hal-hazırda da yaşamağa davam edirlər. Belə ki, Dilqəmlə Nigar bir müddət nişanlı olmuşlar, lakin daha sonra onların münasibəti pozulmuş və Zərərçəkmiş şəxs təşəbbüsü ilə nişan geri qaytarılmışdır. Dilqəmlə Nigar nişanlı olduğu müddət ərzində onlar birlikdə (nişanlı şəxslər kimi) müxtəlif ictimai yerlərə getmişlər, yəni onların qohum-əqrəbası, tanışları, qonşuları və başqa şəxslər Dilqəmlə Nigarın nişanlı olmalarını bilmişlər. Eyni zamanda məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs və Şahid1 dini adətə görə Nigarla Dilqəmin arasında kəbinin bağlandığını bildirmişlər. Başqa sözlə, Təqsirləndirilən şəxs, Şahid1 sonuncu ilə Dilqəmin arasında rəsmi olmayan ər-arvad münasibətlərinin olduğunu iddia etmişlər. Lakin Zərərçəkmiş şəxs bu faktı inkar etdiyindən və qeyd edilən iddia ilə bağlı Təqsirləndirilən şəxs məhkəməyə heç bir sübut təqdim etmədiyindən məhkəmə istintaqında Nigarla Dilqəmin qeyri-rəsmi şəkildə ər-arvad olması təsdiq edilmədi. Zərərçəkmiş şəxs təşəbbüsü ilə nişan geri qaytarıldıqdan sonra Təqsirləndirilən şəxs ailə üzvləri ilə Zərərçəkmiş şəxs ailə üzvləri, o cümlədən Elçinlə Dilqəmin münasibətləri pozulmuşdur. Məhkəmə bu hissədə bir daha qeyd edir ki, cinayət hadisəsi baş verənədək Elçinlə Dilqəmin münasibətinin pozulması və bunun səbəbinin Dilqəmin nişanı geri qaytarması cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs və onun ailə üzvləri dəfələrlə Zərərçəkmiş şəxs müraciət edərək nişanı geri qaytarmaqdan vaz keçməsini və Nigarı qəbul etməklə sonuncu ilə barışmasını tələb etmişlər. Lakin Zərərçəkmiş şəxs hər dəfə mövqeyini qəti şəkildə bildirməklə Nigarla əvvəlki münasibətləri bərpa etməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs kifayət qədər müddət ərzində Nigarla nişanlı olmasını, dəfələrlə birlikdə görüşmələrini, qohumları, tanışları və yaxınlıqda yaşayan şəxslərin Dilqəmlə Nigarın nişanlı olmasını bilmələrini, başqa sözlə, bacısı Şahid1 adına “söz” çıxarılmasını əsas gətirərək Dilqəmə müraciət etməklə ləkə kimi qəbul etdiyi halın, yəni qaytardığı nişandan imtina edərək Nigarla barışmasını tələb etmişdir. Zərərçəkmiş şəxs isə hər dəfə bundan imtina etmişdir. Bütün bu baş verənlərdən sonra Təqsirləndirilən şəxs anası və bacısı Nigarla birlikdə Zərərçəkmiş şəxs yaşadığı evə gedərək Nigarı Dilqəmə və sonuncunun ailə üzvlərinə təhvil verərək geri qayıtmışdır. Başqa sözlə, Zərərçəkmiş şəxs buna razılığı olmadığı halda Təqsirləndirilən şəxs bacısı Nigarı Dilqəmgilin evinə aparaq ora qoymuşdur. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs bu hərəkətindən narazı qalaraq Nigarla barışmayacağını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Nigarı yaşadığı evdən çıxartmaq məqsədi ilə polis orqanına müraciət etmiş və polis əməkdaşlarının iştirakı ilə X5 yaşadığı evdən çıxarılmışdır. Bu hal baş verən vaxt Şahid1 evdən çıxarılmasına etiraz əlaməti olaraq və rüsvay olacağından qorxaraq Dilqəmin yaşadığı evdən götürdüyü bıçaqla özünə xəsarət yetirmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Təəssüf ki, ibtidai istintaq orqanı Şahid1 tərəfindən özünə xəsarət yetirməsi istiqamətində heç bir araşdırma aparmamışdır. Lakin qeyd edilən nəticə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin, o cümlədən Şahid1 məhkəmə istintaqında verdikləri ifadələr əsasında öz təsdiqini tapmışdır. Şahid1 Dilqəmin yaşadığı evdə özünə xəsarət yetirərkən Təqsirləndirilən şəxs orada olmamış və Şahid1 polis əməkdaşları tərəfindən evdən çıxarılmasını telefon vasitəsi ilə verilmiş məlumat əsasında bilmişdir. Təqsirləndirilən şəxs bacısı Nigarla bağlı baş verən hadisəni bildikdən sonra Dilqəmin yaşadığı evə gələrək bir daha Dilqəmə müraciət edib Nigarla pozulmuş münasibətinin yaxşılaşdırılmasını xahiş etmişdir. Lakin bu dəfə də Dilqəm Elçinin müraciətinə müsbət cavab verməmişdir. Sonra Təqsirləndirilən şəxs anası və bacısını yaşadıqları evə aparmış, anasını evə qoyduqdan sonra mətbəx bıçağı ilə silahlanaraq bacısı Nigarla birlikdə yenidən Dilqəmin yaşadığı evə qayıtmışdır. Təqsirləndirilən şəxs cinayətin aləti qismində istifadə etdiyi mətbəx bıçağını Şahid1 əlindən götürməsini, habelə Nigarın məhz həmin bıçaqla özünə xəsarət yetirməsini, bıçağı götürməkdə məqsədinin Nigarın özünə yenidən xəsarət yetirməsinin qarşısını alması olmasını iddia etsə də, ibtidai istintaq orqanının yol verdiyi səhvə görə, yəni Şahid1 ilə bağlı (özünə yetirdiyi xəsarətlə) araşdırma aparmadığından və bu hissədə ekspertiza keçirilmədiyindən Təqsirləndirilən şəxs iddia etdiyi halları müəyyən etmək mümkün olmamışdır. Lakin Təqsirləndirilən şəxs məhz bıçaqla silahlanaraq Dilqəmin yaşadığı evə gedib Dilqəmlə haqq-hesab etmək niyyətində olması cinayət işinin mübahisəsiz halıdır və aşağıda qeyd edilən hallarla tam şəkildə təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs 05 avqust 2022-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar YYM-də küçəsində Zərərçəkmiş şəxs ilə görüşmüş və bu dəfə də Dilqəmə müraciət edərək bacısı Nigar ilə barışmasını və Nigarı qəbul etməsini tələb etmişdir. Dilqəm isə bu vaxt Təqsirləndirilən şəxsa bacısı Nigarın özbaşına şəkildə gətirib onların evində qoyub getməsini irad kimi bildirmişdir. X6 arasında əvvəlcə sözlü mübahisə yaranmış, sözlü mübahisə zamanı isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhqiredici sözlər, yəni «nakişi», «qeyrətsiz» və «cəsarətsiz» kimi şəxsiyyətini alçaldan ifadələr işlətmişdir. Nəticədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində mübahisə edərkən üzərində olan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bir neçə dəfə bıçaq zərbəsi vurmuşdur. Bu zərbələrin nəticəsində Zərərçəkmiş şəxs sol döş, sol bazu nahiyələrinə və sol əlinə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid olan, sol bazunun 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin ovuc səthinin 1 (bir) ədəd və sol əlin İV barmağının 1 (bir) ədəd kəsilmiş yaraları, həyət üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid olan, döş qəfəsininin sol yarısının daxilə nüfuz edərək sol tərəfli hemopnevmotoraksa, diafraqmanın və mədənin yaranlanmasına səbəb olmuş 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Zərərçəkmiş şəxsin aldığı ağır bədən xəsarəti ilə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin bıçaqla ona yetirdiyi zərbə nəticəsində almışdır. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz sonuncunun ona qarşı sərgiləmiş olduğu əxlaqsız hərəkətlərinin (sözlərin) təsiri altında törətmişdir. Qeyd edilən hallar həm təqsirləndirilən şəxsin, həm zərərçəkmiş şəxsin, eləcə də şahidlərin məhkəmə istintaqında vermiş olduqları ifadələr əsasında tam şəkildə təsdiq olunduğundan sözügedən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz zərərçəkmiş şəxsin ona qarşı sərgiləmiş olduğu əxlaqsız hərəkətlərin (təhqiredici sözlərin) təsiri altında törətsə də, bu hallar onun cinayət törətməsinə haqq qazandıra bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs törətdiyi zoraki əmələ tənqidi yanaşaraq bu kimi halları qınayır. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında iddia etmişdir ki, o, cinayət əməlini törətdikdən sonra Zərərçəkmiş şəxs tibbi və ya digər yardım göstərmədən könüllü olaraq 14-cü Polis şöbəsinə gedərək cinayətin aləti qismində istifadə etdiyi mətbəx bıçağını təqdim edərək törətdiyi cinayət əməlini səmimi şəkildə etiraf etmişdir. Təəssüf ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs iddia etdiyi halla bağlı heç bir prosessual sənəd qəbul etməmişdir. Lakin məhkəmə istintaqında araşdırılmış sübutlar əsasında müəyyən edilmişdir ki, polis orqanına Zərərçəkmiş şəxs xəsarət alması ilə əlaqədar xəstəxana tərəfindən məlumat 08 avqust 2022-ci il tarixdə verilmişdir. Eyni zamanda cinayət işinin materiallarında olan 06 avqust 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 14-cü Polis bölməsinin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi mətbəx bıçağına baxış keçirilmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, təhqiqatçı tərəfindən qeyd edilən protokolda hansı şəraitdə Təqsirləndirilən şəxs bıçağı təqdim etməsi göstərilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 05 avqust 2022ci il tarixdə cinayət əməlini törətdikdən sonra, yəni 06 avqust 2022-ci il tarixdə 14-cü Polis bölməsinə olduğu vaxt cinayətin aləti qismində istifadə edilmiş bıçağı təqdim etmişdir. Lakin Polis bölməsində Təqsirləndirilən şəxs könüllü şəkildə gəlib təslim olması barədə prosessual sənəd qəbul edilmədiyindən və Təqsirləndirilən şəxs Polis bölməsinə həqiqətən də könüllü şəkildə getməsini təsdiq edə biləcək heç bir sübut olmadığından, ələlxüsus cinayət hadisəsi baş verdikdən dərhal sonra deyil, bir gündən sonra cinayətin aləti qismində çıxış edən bıçağı təhvil verməsi onun həqiqətən də könüllü şəkildə polis orqanına gedib təslim olması nəticəsinə gəlməyə imkan vermir. Odur ki, Təqsirləndirilən şəxs iddia etdiyi, yəni onun könüllü şəkildə polis orqanına gedib təslim olması nəticəsinə gəlmək mümkün olmadığından məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halı həqiqi hal kimi qəbul etmir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan, evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı etiraf etməsini, cinayət əməlini məhz zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, fəhlə işləməklə az təminatlı ailənin üzvü olmasını, habelə ailədə yeganə qazanc gətirən şəxs olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8ci maddə), təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı hissədə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi məhkəmə tərəfindən ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində onun cəzasını yüngülləşdirən bütün hallar həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və cinayət əməlinin ağırlığını, cinayətin törədilmə üsulunu və mexanizmini, törədilmiş cinayət əməlinin zoraki cinayət kateqoriyasına aid olmasını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, ələlxüsus onun fəhlə işləməklə ailəsini dolandırmasını, evli olmaqla, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin yuxarıda göstərilən yüngülləşdirici hallar nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında göstərilmiş ən aşağı həddə cəzanın təyin edilməsi cinayət əməlini törətmiş və öz əməlinə tənqidi yanaşan, habelə səmimi peşmançılıq hissi keçirən Təqsirləndirilən şəxs dövlət tərəfindən göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə ona təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün ilə hesablanır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında dərhal həbs edilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçaq məhv edilməlidir. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında dərhal həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-584/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-584/2023
30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver