Məhkəmə qərarları › İş №1(101)-584/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-584/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-584/2024 13.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs1, 06 avqust 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olub, həmin ünvandada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə , Təqsirləndirilən şəxs2, 08 avqust 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib Bakı İstintaq Təcridxanasında saxlanılan , Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə Təqsirləndirilən şəxs2 və başqaları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı razılaşmaya və başqa şəxsin təlimatına əsasən, sonuncunun qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində onlara pul vədinə əsasən külli miqdarda, yəni 14 (on dörd) kiloqram 100 (yüz) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı gizlədildiyi yerdən götürüb özlərində saxlamaq və satışını təşkil etmək üçün digər şəxslərə vermək barədə tapşırğına əsasən Təqsirləndirilən şəxs1 başqa şəxsin naməlum vaxtda və şəraitdə yuxarıda istinad edilən miqdarda qurudulmuş marixunanı gizlədildiyi yerdən götürüb bir ədəd bükümdə qablaşdırıb üzərində saxlayaraq daşımış, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 18 yanvar 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saat 23:10-da Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində saxlanılaraq onların üzərinə baxış keçirilən zaman bir ədəd bükümdə külli miqdarda, yəni 14 (on dörd) kiloqram 100 (yüz) qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan Təqsirləndirilən şəxs2 tanıyır. Onunla ədavəti yoxdur. O, şəxsi maşını ilə taksi fəaliyyəti ilə məşğul olur. Digər təqsirləndirilən şəxslə qonşudurlar. Onun taksi xidmətindən istifadə etmişdir. O, tutulan tarixdə, yəni 18 yanvar 2023-cü il tarixdə öz istifadəsi üçün narkotik vasitəni götürməyə getmişdir. Orada da tutulub. O, iki ildir ki, narkotik vasitədən istifadə edir. O, günə 0.2-0.3 qram heroin istifadə edir. O, narkotik vasitə kimi heroin istifadə edir. O, İran İslam Respublikasının vətəndaşının kartına pul göndərməmişdir. O,tutulan zaman narkotik vasitəni götürüb başqa yerə qoymalı, bunun qarşılığında az bir hissəsini özümə götürməli olmuşdur. O, orada nə qədər narkotik vasitə olduğunu bilməmişdir. Hadisə 18 yanvar 2023-cü il tarixində baş verib. Onu polislər Pirşağı qəsəbəsində gecə 22:30 radələrində saxlayıblar. Onun üzərində narkotik vasitə olmayıb. O, İranlının dediyi ünvana öz istifadəsi üçün narkotik vasitə almağa getmişdir. O, marixuana istəmişdir. O, marixuananı sadəcə öz istifadəsi üçün istəmişdir. O, İran İslam Respublikasının vətəndaşına pul ödəməmişdir. Əvvəlcə dedilər pulu plastik karta at, o da səhv atmışdır. İtihamda göstərilən miqdarda marixunanın olmasını bilməmişdir. Həmin marixunanın ona aidiyyəti yoxdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs1 19 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək ilkin araşdırma zamanı verdiyi izahatında və şübhəli şəxs qismində ifadəsində göstərdikdərini təsdiq edərək bildirmişdir ki, hər hansı bir yerdə işləməmiş, iki ildir ki, narkotik vasitə heroindən çəkmə yolu ilə istifadə etmişdir. Son bir ildir ki, o, təsadüfi şəkildə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Şahruz” adlı şəxslə tanış olmuşdur. Ondan bir neçə dəfə istifadəsi üçün narkotik vasitə heroin almışdır. Sonradan Şahruz ondan xahiş etmişdir ki, onun göndərdiyi külli miqdarda narkotik vasitələri onun yerləşdirdiyi ünvandan götürüb ayrı-ayrı yerlərə aparıb yerləşdirsin, əvəzində isə ona istifadəsi üçün narkotik vasitə və ya pul verəcəkdir. O, da onunla razılaşmışdır. Əvvəllər bir dəfə onun göndərdiyi narkotik vasitəni götürüb apararaq başqa yerlərdə yerləşdirmişdir. Bunun əvəzində iranlı ona istifadəsi üçün 10 qram narkotik vasitə heroin vermişdir. Həmin narkotik vasitəni götürməyə qonşusu Təqsirləndirilən şəxs2 ilə getmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 onun qonşusudur. Onu çoxdan tanımış və aralarında yaxşı münasibətlər olmuşdur. Təqsirləndirilən şəxs2 idarə etdiyi "Nissan Sunny” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, həmin vaxt gedərkən o, Xaqaniyə narkotik vasitə götürməyə getdiklərini demişdir. 18 yanvar 2023-cü il tarixdə Şahruz yenidən onunla əlaqə saxlamış və bildirmişdir ki, Pirşağı qəsəbəsinə narkotik vasitə qurudulmuş marixuana yerləşdirmişdir. Onu götürüb başqa başqa ünvanlara yerləşdirməyini xahiş etmişdir. O, iranlı ilə razılaşmışdır. Bu dəfə də qonşusu Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə qeyd olunan ünvana getmişdir. Gedərkən Xaqani narkotik vasitə götürməyə getməklərini bilmişdir. Onlar Pirşağı qəsəbəsinə avtobus dayanacağının qarşısına getmişlər. Orada Xaqani avtomobildə qalmış, o, isə avtomobildən düşüb dayanacağın arxa hissəsində olan ağaclıq sahəyə getmiş və orada bir ədəd narıncı rəngli sintetik torba olduğunu görmüşdür. O, həmin torbanı götürən zaman saat 23.10 radələrində bir neçə şəxs ona yaxınlaşıb özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları olduğunu bildirmişlər. Onlar onun və tanışı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib yolun kənarında avtomobildə dayanan Təqsirləndirilən şəxs2 də onun yanına gətirmişlər. Daha sonra onu qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarla tanış etmişlər. Daha sonra ona izah etmişlər ki, videoçəkilişlə baxış keçiriləcək. O və Xaqani də buna heç bir etiraz etməmişlər. Daha sonra baxış keçirilməyə başlamışdır. Baxış zamanı onun ərazidən götürdüyü sintetik torbaya baxış keçirilmişdir. Baxış zamanı torbanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı o, etiraf etmişdir ki, həmin kütlə narkotik vasitə qurudulmuş marixuanadır və onu “Şahruzun” tapşırığı ilə gəlmişdir oradan götürüb onun deyəcəyi ünvanlara yerləşdirsin. Yəni bundan Xaqaninin də xəbəri olmuşdur. Əvəzində isə Şahruz ona narkotik vasitə və ya pul verəcəkmiş. Daha sonra yolun kənarında dayanan Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən Təqsirləndirilən şəxs2 məxsus "Redmi" markalı mobil telefon, bir ədəd hərbi bilet, bir ədəd pasport və 3 manat pul aşkar edilmişdir. Həmin əşyalar DTX əməkdaşları tərəfindən götürülərək bir ədəd zərfə qoyulub qablaşdırılmışdır. Bundan başqa avtomobildən ona məxsus 780 manat pul, bir ədəd Samsung markalı mobil telefon aşkar edilmişdir. Həmin əşyalar bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra baxış keçirilməsi haqqında protokol tərtib edilərərk ucadan oxunmuş və protokolin doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 tanıyır, qonşusudur, münasibətləri yaxşı olmuşdur, bəzi hallarda ona taksi xidməti göstərmişdir. Onunla ədavəti yoxdur. O, tutulduqları tarixdə Ceyhuna taksi sürücüsü kimi xidmət etmişdir. O, avtomobildə Ceyhunla heç nə danışmamışdır. O, narkotik vasitənin alınmasında, daşınmasında, satışında iştirak etməmişdir. Həmin narklotik vasitələrin ona aidiyyəti yoxdur. O, taksi sürücüsü kimi fəaliyyət göstərir. 18 yanvar 2023-cü il tarixdə o, Ceyhunu onun göstərdiyi ünvana aparıb onu zibil yeşiklərinin yanında düşürdüb onun gəlməsini gözləmişdir. O, taksi sürücüsü kimi digər vaxtlada da Ceyhunu istədiyi ünvana aparmışdır. O, Ceyhunun narkotik vasitənin satışı ilə məşğul olmasına dair heç nə eşitməmişdir. O,sürücüdür, narkotiklərin ona aidiyyəti yoxdur. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs2 ilkin araşdırma zamanı ifadələrində göstərmişdir ki, idarə etdiyi "Nissan Sunny” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmişdir. Təqsirləndirilən şəxs1 tanımış, onunla yaxşı münasibətləri olmuşdur. O, qonşuluqda yaşadığı üçün münasibəti yaranmışdır. Onun narkotik vasitə istifadə etdiyini bilmişdir. Bir müddət əvvəl Ceyhun onun istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək bildirmişdir ki, onunla bir ünvana gedib gəlsin. Həmçinin ona narkotik vasitə gedib götürəcəklərini demişdir. O, Ceyhunla razılaşmışdır. Aralarında pul danışığı olmamışdır. O, Ceyhunun ona nə qədər pul verəcəyini bilməmişdir. Onlar yolda gedərkən Ceyhun bildirmişdir ki, iranlı şəxs ona zəng edib və narkotik vasitə göndərib. Əvəzində isə yaxşı pul verəcəkdir. O, da pula görə onun dediklərinə aldanmış və onunla birlikdə iş görməyə razılıq vermişdir. Ceyhun yolda mobil telefonla danışmış və danışdığı şəxsin iranlı olduğunu ona demişdir. İranlı şəxs ona xəritə üzərində bir məkan göndərmişdir. Həmin məkanı avtomobili o, idarə etdiyi üçün Ceyhun ona göndərmişdir. Onlar birlikdə Sabunçu rayonu ərazisinə getmiş, lakin dəqiq ünvan yadında qalmamışdır. Ceyhun oradan bir kisə narkotik vasitə götürmüşdür. Həmin gün o, gətirib Ceyhunu evinə düşürtmüşdür. Ceyhun ona 20 manat pul vermişdir. Daha sonra səhəri günü həmin narkotik vasitəni onun avtomobili ilə aparıb Mehdiabad qəsəbəsi ərazisinə yerləşdirmişlər. Ondan sonra Ceyhun ona 30 manat pul vermişdir. Həmçinin qeyd etmişdir ki, onun hesab nömrəsini iranlıya vermiş və iranlı onun telefonuna pul vuracaqdır. Həmin pulu onun da başqa bir ünvana göndərməyini xahiş etmişdir. O, da onunla razılaşmışdır. Bundan bir neçə gün sonra onun hesabına 3700 manat pul oturmuşdur. O, da həmin pulu Ceyhunun ona dediyi hesaba göndərmişdir. 18 yanvar 2023-cü il tarixdə Binəqədi qəsəbəsində yenə də avtomobildə olduğu zaman Ceyhun ona zəng edib yenidən narkotik vasitə gedib götürmək lazım olduğunu bildirmişdir. O, da onunla yenə də razılaşmışdır. Bildiyinə görə Ceyhun bu dəfə ona yaxşı pul verəcəkdir. Halbuki hələ qiymət danışmamışlar. Lakin Ceyhun ona bu dəfə narkotik vasitəni götürüb lazımı ünvana çatdırdıqdan sonra yaxşı pul veəcəyini demişdir. O, da buna görə onunla belə bir iş görməyə razılıq vermişdir. Ceyhun ona Pirşağı qəsəbəsinə getmək lazım olduğunu demişdir. O, Ceyhunun dediyi yerə aparmışdır. Pirşağı- Mehdiabad yolunun Pirşağı qəsəbəsindən keçən hissəsində yol kənarında avtobus dayanacağında avtomobili saxmış, avtomobildə qalmış, Ceyhun isə dayanacağın arxa hissəsində olan ağaclığa getmişdir. Saat 23:10 radələrində avtomobilin şüşəsinin bir şəxs döydüyünü hiss edib avtomobilin qapısım açdıqda həmin şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu bildirmiş və onu Ceyhun olan ağaclıq hissəyə dəvət etmişdir. O, ora gəldikdən sonra orada onun və Ceyhunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bldirib onlara hüquq və vəzifələri izah etmişlər. Həmçinin əməliyyat-tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Sonra videoçəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Onlar heç bir etiraz etmədən onlarla razılaşmışlar. Orada ağacın alt hissəsində bir ədəd sintetik torba olmuş, Ceyhun həmin götürməli torbaya baxış keçirilmiş və içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin narkotik vasitəni iranlı “Şahruz” adlı şəxs ona göndərmiş və həmin narkotik vasitəni aparıb onun dediyi ünvana yerləşdirəcəkdi. Bundan sonra həmin kisə DTX əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun idarə avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildən ona məxsus “Redmi” markalı mobil telefon, 3 manat pul, hərbi bilet və xarici pasportu aşkar edilib bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefon və 780 manat pul aşkar edilərək bir ədəd zərfə qoyulub qablaşdırılmışdır. Həmin zərflər DTX əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra baxış və götürmə haqqında protokol tərtib olunub və iştirakçılara ucadan oxunmuşdur. Protokol doğru olduğu üçün o və Ceyhun tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 ilkin araşdırma zamanı verdiyi izahatında və şübhəli şəxs qismində ifadəsində eyni xüsusatları göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış 20 yanvar 2023-cü il tarixli 7/76 saylı məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kütlə, təmiz çəkisi 14 (on dörd) kiloqram 100 (yüz) qram olan miqdarında çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza təədqiqatından sonra qalıq miqdarı 14kq 099,8 qramdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC-dən 17 aprel 2023-cü il tarixli 2416/23 saylı məktubla daxil olan məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ***-***-**-**, X9 isə 077- ***-**-** saylı mobil telefon nömrələri istifadə etmişlər. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. X4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 070- ***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 18.02-dən xx.xx.2023-cü il tarixdə saat 20.32-dək olan müddət ərzində 37 telefon danışığının aparıldığı müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə X4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 09.05-dən xx.xx.2023-cü il tarixdə saat 20.32-dək olan müddət ərzində 27, X4 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında isə xx.xx.2022-ci il tarixdə saat 18.28-dən xx.xx.2023-cü il tarixdə saat 16.03-dək olan müddət ərzində 58 telefon danışığının aparıldığı müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işin materillarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 24 iyun 2023- cü il tarixli 00155-2023 saylı məktubla daxil olan məlumatlara baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan 4098 *** *** 0586 nömrəli kart xx.xx.2022-ci il tarixində onun adına açılmış, həmin tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində M10 pul köçürmə terminalı vasitəsi 1-25 manat məbləğində bir neçə əməliyyatlardan başqa, xx.xx.2023-cü il tarixdə saat 17.21-də 1.000 manat, xx.xx.2023-cü il tarixdə saat 18:07-də 1.299 manat və xx.xx.2023-cü il tarixdə saat 20:26-da 1.400 manat olmaqla, xx.xx.2023-cü il tarixdə ümumilikdə 3.699 manat pul vəsaitinin həmin karta mədaxil edildiyi müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işin materillarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı mobil telefon aparatlarına baxış protokollarından görünür ki, mobil telefonda olan “Vatsapp” mobil tətbiqində “Emi_” adı ilə qeydə alınmış İran İslam Respublikasına aid +98 905 *** **** nömrəli abunəçiyə Təqsirləndirilən şəxs1 17 yanvar 2023-cü il tarixdə saat 17:16-da səsli ismarıc göndərərək “Əmi başına dönərəm buna bir manat vur naxadı deyim sən, o biri deyir kart evdədi, nəbilim nədir, o günküdə, buna bir dənə bir manat vur” demişdir. Bundan sonra həmin gün saat 17:18-də yenə də həmin şəxsə “Əmi gəlib o bir manat, yəni bu kartda işləkdi, o biri də, ürəyin necə istəyir elə də elə” deyə səsli ismarıc göndərmişdir. Həmin gün saat 17:23-də yenə də həmin nömrəyə “Əmi min manatdı da bu hə? Nə edim gedim çıxardım bunu?” deyə səsli ismarıc göndərmişdir. Həmin gün saat 17:33-də qeyd olunan şəxs Təqsirləndirilən şəxs1 “200 kola biridi” “300 kola biridi” deyə sms-lər göndərmişdir. Bundan sonra həmin gün saat 18:03-də Təqsirləndirilən şəxs1 elektron tərəzi üzərinə qoyulmuş, üzərində “200K” yazısı olan sellofan büküm şəkli göndərmişdir. Həmin qeyd olunan abunəçi saat 18:03-də “Hara gəlsin, onu da denən də, hara gəlsin” deyə səsli ismarıc göndərmişdir. Təqsirləndirilən şəxs1 həmin gün saat 18:03-də qeyd olunan abunəçiyə “Əmi indi çəkdim atdım ki, sənə sonra sözsöhbət olmasın” və “Əmi elə bil maşın deyir 40 dəqiqəyə gəlib çıxacam, özüm belə gedim başqa buralara ata bilirəm yəni, bir söz denən mənə” deyə səsli ismarıc göndərmişdir. Qeyd olunan abunəçi saat 18:04-də “Yox çıx atginən, çıx at, işin var get sən işə, tez çıxart” deyə səsli ismarıc göndərmişdir. Həmin gün saat 19:13-də Təqsirləndirilən şəxs1 xəritə üzərində məkan və bir ədəd fotoşəkil göndərmişdir. Saat 19:19-da isə yenə də qeyd olunan abunəçiyə “Konum olan yerə çatdın marketin qabağında bulaq var, bulağın arxa tərəfində yekə daş var arxasında qara maskanın içərisindədi 200 kola” yazısı olan sms göndərmişdir. Həmin gün saat 19:48- də Təqsirləndirilən şəxs1 qeyd olunan abunəçiyə” Əmi mənə bayaq səs atmışdın ha, bir dənə ona qulaq as, ad soyad lazımdı, bir dənə öyrən ad soyadı ona denən atsın”. Deyə səsli ismarıc göndərmişdir. Həmin abunəçi isə saat 19:50-də “Osman Cobanoglu” kimi sms göndərmişdir. Həmin gün saat 21:50-də Təqsirləndirilən şəxs1 qeyd olunan abunəçiyə “Əmi elə bilginənki saat indi 12ni keçsin uje dəyişilirdə tarix, elə bilki 1700, 1700 yenə də göndərə bilirəm, başqa da nə cür variant deyirsən elə edək”, “Əmi elə bil 3700 iki dənə 840 göndərmişəm, 2003 manat pul qalıb” deyə səsli ismarıclar göndərmişdir. Bundan sonra həmin gün saat 21:58-də Təqsirləndirilən şəxs1 qeyd olunan abunəçiyə “Əmi elə bilki bunan da iki dənə getdi birinci, sonra təzdən biri qayıtdı, təzdən oldu iki min səkkiz yüz nə qədər kartda” deyə səsli ismarıc göndərmişdir. Saat 22:14-də yenə də “yox əmi təzdən qaytar, imtina yazır” deyə səsli ismarıc göndərmişdir. 18 yanvar 2023-cü il tarixdə saaat 00:10-da qeyd olunan abunəçi Təqsirləndirilən şəxs1 “Nə oldu pulu atdın karta yoxsa yox” deyə SMS-lər göndərmişdir. Saat 02:49-da Təqsirləndirilən şəxs1 qeyd olunan abunəçiyə “Əmi getdim çıxartdım deməli elə bilki məndə tər-təmiz 1100 manat pul var, min yüz otuz neçə idi otuz neçəni bir iki yerə sürmüşdü o özü üçün götürdü” deyə səsli ismarıc göndərmişdir. Təqsirləndirilən şəxs1 saat 17:42-də xəritə üzərində məkan və işarələnmiş bir fotoşəkil göndərmişdir. Bundan sonra “Konum olan yerdə, işarələnmiş yerdə, bakuş klokunda 30 kola götür” sms göndərmişdir. Bundan sonra saat 17:57-də Təqsirləndirilən şəxs1 yenidən xəritə üzərində məkan və həmin yerin işarələnmiş fotoşəklini qeyd olunan abunəçiyə göndərmişdir və “Konum olan yerde işarələnmiş yerdə smetan qabının içərisində 187 kola götür” deyə sms göndərmişdir. Bundan sonra qeyd olunan abunəçi 18 yanvar 2023-cü il tarixdə saat 22:04-də xəritə üzərində məkan və dörd ədəd fotoşəkil göndərmişdir. Fotoşəklin birində zibil tullantıları üçün nəzərdə tutulmuş qutunun yanında ağ sellofan torba şəkli, digərində sellofanın içərisində olan kütlə şəkilləri və sonuncu şəkil isə Təqsirləndirilən şəxs1 aşkar edilmiş maddi sübutun olduğu torbanın görünüşüdür. Təqsirləndirilən şəxs1 həmin gün saat 22:55-də “Götürdüm, çatım evə yığıram”, daha sonra isə” Hə hə qoydum” və “Qoydum evə çatım yığıram” deyə səsli ismarıclar göndərmişdir. Bundan sonra “Vatsapp” mobil tətbiqində “Xaqanı” adı ilə qeydə alınmış (055) *** ** ** nömrəli abunəçiyə Təqsirləndirilən şəxs1 17 yanvar 2023-cü il tarixdə saat 19:49-da “Xaqani elə bil səndən ad soyad istəyəcək göndərməyə indi onu da atıram sənə bir dənə səbrli ol”. Xaqani isə saat 19:50-də cavabında “Hə Ceyhun indi başqa yerdəyəm burdan çıxım göndərəcəyəm sənə” və “”Yaxşı qaqa at” deyə səsli ismarıclar göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 saat 19:54-də Xaqaniyə “elə bil kartdan karta göndərəndə səndən ad soyad istəyəcək, Osman Çobanogludu” deyə səsli ismaıc göndərmişdir. Saat 20:03-də isə Xaqani “Osman Cobanoğlu hə yaxşı” deyə sms göndərmişdir. Saat 20:04-də Təqsirləndirilən şəxs1 “Xaqani bu özündə görürsəndə səbirsiz adamdı” deyə səsli ismarıc və “osman Cobanoğlu” kimi sms yazmışdır. Xaqani isə saat 20:17-də cavabında "‘Ceyhun 5 dəqiqə səbrli ol göndərirəm” deyə səsli ismarıc göndərmişdir. Saat 20:31-də Təqsirləndirilən şəxs1 Xaqaniyə “Xaqani indi elə bil bu dəqiqə də pul vurdu ora bir dənə onu da at da o karta” deyə səsli ismarıc göndərmişdir. Bundan sonra 18 yanvar 2023-cü il atrixdə saat 00:18-də Təqsirləndirilən şəxs1 xaqani adlı abunəçiyə “Xaqani qaqaş neynirsən, bir dənə keçdə başqa bir dənə də kart atıb ataq onlara, gəl görək” deyə səsli ismarıc göndərmişdir. Həmin gün saat 16:34-də Xaqani Təqsirləndirilən şəxs1 “ceyhun qapıdayam” “Qapıda gözləyirəm səni çıx” deyə səsli ismarıclar göndərmişdir. Bundan sonra saat 22:28-də Təqsirləndirilən şəxs1 Xaqani adlı abunəçiyə xəritə üzərində məkanın fotoşəklini göndərmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən olunması məqsədilə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvanlanmış tapşırığa cavab olaraq daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satış məqsədi ilə əldə edib saxlamaları təsdiqini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə olunmuş 23 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 götürülmüş üç ədəd paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 14 kq 099,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 28 iyun 2023-cü il tarixli qərara əsasən cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də sonuncunun idarə etdiyi avtomobilə baxış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd rəqəmsal video disk, DVD, 28 iyun 2023-cü il tarixli qərarla "xxxx" ASC-dən götürülmüş məlumatları özündə əks etdirən 01 ədəd DVD disk, 28 fevral 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs2 götürülüş bir ədəd “Redmi” və Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd “Samsung”markalı mobil telefon cihazları cinayət işi üzrə maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə aparılmasını, bundan başqa sonuncunun idarə etdiyi avtomobilə baxış və götürmə keçirilməsini, eləcə də "xxxx" ASC-dən götürülmüş məlumatları özündə əks etdirən 02 ədəd DVD disk disk cinayət işinə əlavə olumuşdur. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinə əlavə olunmuş axtarış və götürmə, eləcə də baxış və götürmə aparılması barədə protokollardan görünür ki, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 18 yanvar 2023cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 23:10-da yuxarıda göstərilən Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində saxlanılaraq baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda 14 kiloqram 100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstintaq orqanı yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü qismən təqsirli bilib, cinayət işinin predmetini təşkil edən narkotik vasitələrin ona aidiyyəti olmadığını, həmin narkotik vasitəni başqa şəxsin tapşırığı ilə bir ünvandan başqa ünvana daşımağa söz verdiyini, bunun qarşılığında özünün istifadəsi üçün həmin narkotik vasitədən özü üçün götürməli olduğunu göstərdi. Təqsirləndirilən şəxs2 isə ümümiyyətlə nə Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etdiyini, nə də onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bilmədiyini, özünün taksi sürücüsü kimi Təqsirləndirilən şəxs1 xidmət göstərdiyini, cinayət işinin predmetini təşkil edən narkotik vasitələrin ona aidiyyəti olmadığını göstərdi. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədəki ifadələrini həm öz aralarında, həm onların ibtidai istintaq zamanı verdiyi ifadələri, həm də işin faktiki halları ilə müqayisəli təhlil edib onunların məhkəmədəki ifadələrinin həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir. Çünki məhkəmədə onların ifadələrində göstərdikləri halları təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onların məhkəmədə inkar etməyə yönələn ibtidai istintaq zamanı verdikləri ifadələrinin işin faktiki hallarına uyğun olması müəyyən olundu. Məhkmənin bu qənaəti ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər X2 və Təqsirləndirilən şəxs2 arasında keçirlən üzləşdirmə zamanı ifadələrində göstərdiklərini təsdiq etdikləri baxmından da əsaslıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirsizlik prezumpsiyası hüququna əsasən özlərinin təqsirsizliyini sübut etmə vəzifəsi daşımadıqlarını nəzərə alır, lakin bununla bərabər onların özlərinin müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığını qeyd edir. Müdafiə tərəfi isə bunu etmədi və məhkəməyə həmin halları təsdiq edən sübut təqdim etmədi. Məhkəmənin qənaətinə görə bu hallar özlüyündə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi halları inkar edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadələrini özlərinin müdafiələrinə yönələn ifadələr kimi qiymətləndirir və onların ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrini əsas götürür. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onlar tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyinin, onların əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilinib onların bu əməllərə görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onların təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədəiş üzrə ibtidai istsisntaq zamanı məhkəmə bioloji ekspertizasının keçirilməsinə 72(yetmiş iki) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğlərin dövlət büdcəsi hesabına ödənilməsini və məhkəmə xərci kimi bərabər hissələrlə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır. Çünkü onları bu ödəmədən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Azərbaycan Respublikas DİN-nin Baş Mütəşəkkil Cinayətəkarlıqla Mübarizə İdarəsininin maddi sübutların saxlanc yerinə verilmiş üç ədəd paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 14 kq 099,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanananın məhv edilməsini, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üstünə şəxsi axtarış və götürmə aparılmasını, eləcə də sonuncunun idarə etdiyi avtomobilə baxış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd rəqəmsal video disk və 28 iyun 2023-cü il tarixli qərarla "xxxx" ASC-dən götürülmüş məlumatları özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını, Təqsirləndirilən şəxs2 götürülüş bir ədəd “Redmi” və Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd “Samsung” markalı mobil teleofnunun sonucuların xahişi ilə qohumlarına qaytarılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmədə Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi, əvvəllər məhkum olunmaması, yaşadığı yerdən müsbət xarakterizə olunması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsi, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmamış uşağının olması, əvvəllər məhkum olunmaması, yaşadığı yerdən müsbət xarakterizə olunması və baş-beyində atrofik dəyişikliklər xəstəliyindən əziyyət çəkməsi müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəməyə qədərki davranışlarını, onun şəxsiyyətini xarakterizə edən məlumatları və məhkəmədəki davranışlarını nəzərə alıb onun islah olunmağa meyilli olması qənaətinə gəlir. Çünki onun bu davranışlarını şübhə altına alan hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb onların təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onlara qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 18 yanvar 2023-cü il tarixdən hazkı vaxta qədər həbsdə saxlanıldıqları müəyyən olundu. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddəti cəza təyin edərkən nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalandırılmalı və barələrində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış məcburi-narkoloji tibbi yoxlamasının 01 aprel 2023-cü il tarixli 1801 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin və opioidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məcburi-narkoloji tibbi yoxlamasının 01 aprel 2023-cü il tarixli 1800 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, əvvəl narkotik vasitə qurudulmuş marixuanadan çəkməklə istifadə edib. Məhkəmə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməsini və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, Təqsirləndirilən şəxs2 isə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onların həmin əməllərin törədilməsində eyni dərəcədə iştirak etdiklərini, onlar tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, onların məsuliyyətlərini yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3 –cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 ( yeddi ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın başlanğıcı 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3–cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 ( yeddi ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın başlanğıcı 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 72 ( yetmiş iki ) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, həmin məbləğ bərabər hissələrlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması Azərbaycan Respublikas DİN-nin Baş Mütəşəkkil Cinayətəkarlıqla Mübarizə İdarəsininin maddi sübutların saxlanc yerinə verilmiş üç ədəd paketdə qablaşdırılan tədqiqatdan sonra qalıq qalan 14 kq 099,8 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanana sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılmasını və sonuncunun avtomobilinə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd rəqəmsal video disk, 28 iyun 2023-cü il tarixli qərarla "xxxx" ASC-dən götürülmüş məlumatları özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd “Redmi” və Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon onların iradələrinə uyğun olaraq qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: xov mədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar