Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-585/2021 08.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 20 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 iyun 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3.-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli psixotrop maddə metamfetamini əldə edib daşımaqla özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti məlum olmayan «Vaqif» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 19 iyun 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsində yerləşən «Retro Şam» restoranı ilə üzbəüz binanın qarşısında yararsız vəziyyətdə olan avtomolbilin altından, sonuncu tərəfindən gizlədilmiş külli miqdarda 183,027 qram çəkidə psixotrop maddə metamfetamini və külli miqdarda 10,219 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq saxlamış, bir müddətdən sonra həmin yerdə narkotik vasitənin qaldığı ona məlum olduğuna görə vahid niyyətlə əhatə olunan qəsdlə taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 idarə etdiyi «Great» markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana gedərkən əvvəlcə əldə etdiyi psixotrop maddə və narkotik vasitəni gizli olaraq avtomobilə qoymuş, 20 iyun 2020-ci il tarixdə saat 00:40-da həmin yerdə külli miqdarda 1009 qram çəkidə narkotik vasitə heroin aşkar edildiyi vaxtı Bakı şəhəri, Binəqədi RPİ 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci Polis bölməsinə gətirilmiş və orada keçirilmiş baxış zamanı Şahid1 Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi 1 ədəd paketdəki 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 504 qram və 505 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 1009 qram olan narkotik vasitə heroin və avtomobildən 1 ədəd selofan paketdə külli miqdarda, yəni təmiz çəkisi 183,027 qram olan ağ rəngli kristalşəkilli kütlə - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,861 qram və 1,358 qram olmaqla külli miqdarda, yəni ümumi təmiz çəkisi 10,219 qram olan qəhvəyi rəngli maddə kütləsi - kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən, yəni narkotik vasitə və psixotrop maddələrin istifadəsində təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 7-8 ay əvvəl bədənində ağrılar olduğundan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin gəbul etmiş, qəbul etdiyi narkotik vasitələri çox vaxt Nəsimi rayonu ərazisində «Kubinka» adlanan yerdən tanımadığı şəxslərdən əldə etmişdir. O, metamfetamini bir istifadəlik üçün 10-15 manata, heroini isə 20-25 manata almışdır. 2020-ci ilin iyun ayının əvvəllərində Nəsimi rayonu ərazisində «Kubinka» adlanan yerdən tanımadığı şəxsdən metamfetamin alarkən həmin şəxs bundan sonra ona metamfetamin sata bilməyəcəyini demiş, bunun səbəbini polis tərəfindən izlənilməsi isə əlaqələndirmişdir. O, başqa kimdən narkotik ala biləcəyini soruşanda, həmin şəxs onun nömrəsini narkotik vasitə satan şəxsə verə biləcəyini demişdir. O da, həmin şəxslə razılaşmış, mobil nömrəsini ona vermişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, 19 iyun 2020-ci il tarixdə saat 20 radələrində onun «votsap» nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş, həmin şəxs özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edərək adının Vaqif olduğunu bildirmişdir. Vaqif adlı şəxs tanışlıq verərək nömrəni tanışının verdiyini demiş və ona narkotik vasitə vermək imkanı olduğunu söyləmiş və nə qədər narkotik lazım olduğunu soruşmuşdur. O, ölkə ərazisində karantin rejminin olmasını, şəhərə giriş-çıxışın məhdudlaşdırıldığını fikirləşərək, bir qədər çox narkotik vasitə alıb istifadə etmək qərarına gəlmiş, bunun üçün Vaqif adlı şəxsdən 500 manat müqabilində həm metamfetamin, həm də heroin istəmişdir. Vaqif həmin gün saat 22 radələrində istədiyi metamfetaminin və heroinin Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsində yerləşən «Retro Şam» restoranı ilə üzbəüz binanın qarşısında yolun kənarında dayanmış vəziyyətdə olan gümüşü rəngli «Opel» markalı avtomobilin arxa sağ təkərin iç tərəfində yerdə qoyulacağını bildirmiş, həmçinin 500 manat pulu da «Kent 4» markalı boş siqaret qutusunun içinə qoyaraq narkotik vasitəni götürüldüyü yerə qoyulmasını tapşırmışdır. O, Vaqiflə razılaşmış və həmin gün saat 22 radələrində tanımadığı taksi ilə qeyd olunan ünvana getmiş, ətrafa nəzər saldıqda yolun kənarında nömrəsini xatırlamadığı dayanmış vəziyyətdə olan gümüşü rəngli «Opel» markalı avtomobil görmüşdür. Həmin avtomobilə yaxınlaşaraq avtomobilin sağ təkərinin iç tərəfinə baxmış, orada 1 ədəd «Natura» adlı meyvə şirəsi qutusu olmuş, həmin qutunu götürüb Vaqifin dediyi kimi 500 manat pulu boş «Kent 4» qutusunun içinə qoyaraq avtomobilin təkərinin iç tərəfində yerə qoymuş, daha sonra yolun kənarında tanımadığı taksiyə əyləşərək Yeni Günəşli qəsəbəsinə gəlmişdir. Həmin meyvə şirəsi qutusuna baxdıqda, onun içində 1 ədəd selofanda metamfetamin, 1 ədəd plastmas qapağın içində isə iki bükümdə heroin olduğunu görmüş, verdiyi pulun qarşılığında narkotikin az olduğunu anlamış və Vaqif adlı şəxsə zəng vuraraq narazılığını bildirmişdir. Bu zaman Vaqif şirə qutusundan əlavə də həmin yerdə bir ədəd bağlama olmasını demiş, onun da içində iki selofan bükümdə heroin olmasını bildirmişdir. O, həmin yerə təkrar getmək üçün taksi fəaliyyəti ilə məşğul olan dostu Amillə əlaqə saxlamışdır. Amillə Günəşli qəsəbəsində görüşmüş, ondan Binəqədiyə gedib-qayıtmaq lazım olduğunu bildirmiş, Amil də onun sözünü yerə salmamışdır. Amilin avtomobilinə əyləşəndə həmin şirə qutusunun içindən heroini götürüb cibinə qoymuş, içində metamfetamin olan şirə qutusunu isə arxa oturacağın üzərinə qoymuşdur. Binəqədi rayonu ərazisində olanda Amil yolun kənarında avtomobili saxlayıb siqaret almaq üçün dükana girmiş, həmin vaxt ehtiyat etmək məqsədi ilə cibindəki heroini Amildən xəbərsiz avtomobilin bardaçokuna qoymuşdur. Amil dükandan gəldikdən sonra yoluna davam etmiş və «Retro Şam» restoranı ilə üzbəüz yerləşən binanın qarşısına çatmışlar. Həmin vaxt artıq 20 iyun 2020-ci il gecə saat 00:30 radələri olmuşdur. Amil həmin yerə niyə gəldiyini soruşanda, Amilə yalandan bir neçə saat qabaq burada taksiyə minib evə gələndə əlində olan kiçik torbanı yerdə düşürdüyünü, onu tapmaq üçün gəldiyini bildirmiş və avtomobildən düşərək yolun kənarında dayanmış «Opel» markalı avtomobilə yaxınlaşıb onun ətrafını axtarmağa başlamış, lakin axtardığı narkotiki tapa bilməmişdir. Bunu görən Amil avtomobildən düşərək ona yaxınlaşmış, bir daha nə axtardığını soruşmuş, ona yenə də eyni sözləri təkrar etmişdir. Həmin vaxt Amil də ona qoşularaq ətrafı axtarmağa başlamış, onları birdən zibilə sala biləcəyini demiş, o isə, Amili yola verərək konkret cavab verməmişdir. Sonra Amildən 3-4 metr aralanaraq Vaqifə zəng edib narkotik vasitənin harda olmasını dəqiqləşdirmək istəmiş, lakin Vaqifə zəng çatmamış, bu zaman Vaqifin polisə islədiyini anlamış, bunun üçün də telefonunun «votsap»ından Vaqiflə danışıqlarnı silmişdir. Amilin yanına qayıtmaq istədikdə, sonuncu, «qaqaş, bunu axtarırdın?» sözlərini demiş, Amilə yaxınlaşanda onun əlində selofan paket olduğunu görmüş və Amilə həmin paketi axtardığını bildirmişdir. Bu zaman mülki geyimdə olan iki nəfər onlara yaxınlaşaraq, özlərini Binəqədi RPİ 5-ci Polis bölməsinin əməkdaşları kimi təqdim edərək onları polis bölməsinə dəvət etmişlər. Həmin vaxt içərisində heroin olan selofan paket də Amilin əlində olmuş, onları sonuncunun maşınına mindirib polis bölməsinə gətirmişlər. Polis bölməsində onlar ayrı-ayrı otaqlara salınmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhəli şəxs qismidə tutulmuş, daha sonra üzərinə axtarış keçirilmiş, lakin heç bir narkotik vasitə aşkar olunmamışdır. Həmin vaxt o, özünə məxsus metamfetamini Amilin avtomobilinin arxa oturacağında şirə qutusunun içində, heroinin bir hissəsini həmin avtomobilin bardaçokunda, bir hissəsinin isə Amildə olmasını etiraf etmişdir. Belə olan halda, Amilin iştirakı ilə avtomobilə baxış keçirilərkən avtomobilin bardaçokunda Amildən xəbərsiz qoyduğu həmin plastmas qapaqda olan iki bükümdə heroin, şirə qutusunun içindən isə metamfetamin aşkar olunaraq götürlmüş, özünə məxsus olan digər heroin isə Amilin əlində tutuqlduğundan Amildən götürülmüşdür. Həmçinin onun iştirakı ilə yaşadığı evə də baxış keçirilmiş, lakin heç bir qanunsuz maddə aşkar edilməmişdir. Verilən suallara cavabında Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin hamısının özünə məxsus olduğunu, Amilin həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən ümumiyyətlə məlumatı olmadığını, ondan xəbərsiz onun avtomobilinin bardaçok hissəsində və arxa oturacaq hissəsində həmin heroini və metamfetamini özünün qoyduğunu, həmçinin yerdən Amilin tapdığı heroin barədə də Amilin məlumatı olmadığını, həmin narkotik vasitəni də öz istifadəsi üçün əldə etdiyini, narkotikləri satmaq məqsədinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs məhlə uşağı kimi tanımış, özü idarə etdiyi avtomobillə taksi kimi fəaliyyət göstərmiş, arabir Əlihüseyn də onun avtomobilindən istifadə etmişdir. 19 iyun 2020-ci il tarixdə təqribən 23 radələrində Əlihüseyn «votsap»la zəng edərək onu Binəqədi rayon ərazsinə aparmağı xahiş etmiş, Əlihüseynlə Günəşli qəsəbəsində yaşadıqları binanın qarşısında görüşmüşlər. Həmin vaxt Əlihüseyn Binəqədi rayonuna gedib-qayıdacağını deyib avtomobilə əyləşmiş, Əlihüseyn maşina qabaq oturacağa oturarkən əlində olan nəyisə arxa oturacağa qoymuşdur. Lakin o, Əlihüseynin arxa oturacağa nə qoymasına əhəmiyyət verməmiş və bu barədə heç nə soruşmamışdır. Onlar maşında Əlihüseynlə söhbət edə-edə Binəqədi rayonuna gəlmiş, o, yolun kənarındakı siqaret dükanının qarşısında saxlayaraq siqaret almaq üçün düşmüş, Əlihüseyn isə avtomobildə qalmışdır. Siqaret alıb qayıtdıqdan sonra yola davam etmiş, həmin vaxt Əlihüseynin dediyi istiqamətdə sürərək onun dediyi ünvana çatmışlar. Həmin yer hansısa restoranın yaxınlığı olmuş, amma yeri dəqiq xatırlamamışdır. Həmin vaxt Əlihüseyn avtomobildən düşərək yolun kənarında dayanmış markasını və nömrəsini xatırlamadığı avtomobilin yanında gəzərək nəsə axtarmış, o isə, maşında oturub telefonda mahnıya qulaq asmışdır. 2-3 dəqiqə keçdikdən sonra Əlihüseynin hələ də axtarmağa davam etdiyini görüb, maşından aşağı düşərək ona yaxınlaşıb gülə-gülə «qaqaş, elə axtarırsan ki, elə bil qızıl itirmisən» deyərək nə axtardığını soruşmuş, Əlihüseyn isə evə çatası bir şeyi burada düşürdüyünü deyərək axtarmağa davam etmişdir. Həmin vaxt Əlihüseyn bir qədər aralanaraq telefonla kiməsə zəng etməyə başlamışdır. O isə, avtomobilin digər tərəfinə keçib altına əlində olan alışqanın işığı ilə baxarkən, maşının təkərinin altında selofan paket olduğunu görmüş, həmin paketi götürərək Əlihüseyni çağırmış, «qaqaş, bəlkə bunu axtarırdın» demişdir. Əlihüseyn bunu görüb «hə qaqaş, odur» deyərək ona yaxınlaşmış, Əlihüseyn ona çatmağa təxminən yarım metr qalmış iki nəfər mülki geymdə olan şəxslər yaxınlaşaraq özlərini Binəqədi RPİ 5-ci Polis bölməsinin əməkdaşları olduqlarını deyərək onları bölməyə dəvət etmişlər. Həmin vaxt tapdığı paket onun əlində olmuş, bu zaman onu avtomobilinə əyləşdirərək polis bölməsinə gətirmişlər. Polis bölməsinə gətirildikdən sonra onlar ayrı-ayrı otaqlara salınmış və onun üzərinə baxış keçirilərək tapdığı paketlə bağlı şübhəli şəxs qismində tutulmuşdur. Selofan paketi açdıqda 4 ədəd iç-içə keçirilmiş selofan paketdən 2 ədəd büküm çıxarıb masanın üzərinə qoyulmuş, həmin vaxt paketin içərisində narkotikvasitə olan heroin olmasını bilmişdir. Ürəyində Əlihüseyini söyərək onu işə saldığını fikirləşmiş, sual verildikdə, həmin narkotik vasitənin Əlihüseynə aid olduğunu demişdir. İstintaq zamanı da düzgün ifadə verərək ümumiyyətlə Əlihüseyinin avtomobildə saxladığı narkotik vasitələrdən, həmçinin əlində aşkar olunmuş narkotik vasitədən məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ 5-cı Polis bölməsinin Cinayətaxtarış üzrə əməliyyat müvəkkiili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi ilə məşğul olması barədə bölməyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmış və 20 iyun 2020-ci il tarixdə Binəqədi RPİ 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:40 radələrində Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsindəki «Retro Şam» restoranı ilə üzbəüz yerləşən yaşayış binasının qarşısında saxlanılmışdır. Bu zaman onun yanında sonradan adı məlum olan Şahid1 da olmuş, həmin vaxt Şahid1 əlində paket olmuşdur. Saxlanılarkən Təqsirləndirilən şəxs Şahid1 təxminən 1 metr aralı məsafədə olmuş, həmin şəxslərə özlərini təqdim etdikdən sonra onlar polis bölməsinə dəvət etmişlər. Həmin vaxt Şahid1 oraya avtomobillə gəlməsini demiş, buna görə onlar həmin avtomobilə əyləşdirilərək 5-ci Polis bölməsinə gətirilmişlər. Həmin şəxslərin hər birinin üzərində şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs üzərində və ya digər bir yerdə qanunla qadağan olunmuş başqa hər hansı bir əşyanın olubolmaması sual edildikdə, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olmadığını, narkotik vasitələrin istifadə etdiyini və özünə məxsus narkotik vasitələrin dostu Şahid1 idarə etdiyi avtomaşında və əlində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə və əşyalarına keçirilmiş axtarış zamanı qanuna zidd əşya və maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs və Şahid1 iştirakl ilə sonuncuya məxsus avtomobilə baxış keçirlmiş, baxış zamanı Təqsirləndirilən şəxs Amilə məxsus avtomobilin bardaçokundan ağ plastmas qapağın içində olan iki selofan bükümdə olan maddəni açaraq metamfetamin olduğunu və özünə məxus olduğunu, Amilin avtomobilinə əşləşib Binəqədi rayonuna gedərkən yolda Amil avtomobili saxlayıb dükandan siqaret alarkən həmin vaxtı Amildən xəbərsiz həmin heroini avtomobilin bardaçokuna qoyduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilin arxa qapısını açaraq arxa oturacağının üstündə olan “Natura” şirə qabını götürərək təqdim etmişdir. Həmin şirə qutusu ortasından kəsilmiş vəziyyətdə olmuş, Əihüseyn Hüseynov qutunun içindən selofan bükümdə ağ kristallardan ibarət maddəni göstərmiş və metamfetamin olduğunu, həmin narkotik vasitə heroini, metamfetamini və həmçinin Amilin əlində tutulmuş heroini öz istifadəsi üçün 500 manat müqabilində İran İslam Respublikasının vətəndaşı Vaqif adlı şəxsdən sifariş verərək aldığını bildirmişdir. Həmin avtomobildən çıxan metamfetamin və heroini 19 iyun 2020-ci il tarixdə Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən «Retro Şam» restoranı ilə üzbəüz binanın qarşısında nömrəsi və markası məlum olmayan avtomlbilin altından götürdüyünü demişdir. Həmin metamfetamini və heroini götürdükdən sonra az olduğunu görüb Vaqiflə əlaqə saxlayaraq malın az olduqunun dedikdə, Vaqif ona həmin yerə yaxşı baxmadıqını və heroinin həmin yerdə qaldığını bildirmişdir. Bunun üçün ikinci dəfə dostu Amilin avtomobili ilə həmin yerə getmiş və axtarmaqa başlamış, axtardıqda tapa bilmədiyi üçün Vaqifə zəng etmək üçün Amil bilməsin deyə, oradan aralanaraq kənara çəkilmiş, lakin Vaqifə zəng çatmamış, elə bu zaman Amil paket tapdıqını deyərək, onu yanına çağırmışdır. O da, Amilə yaxınlaşarkən polis işçiləri tərəfindən saxlanılmışlar. Daha sonra həmin narkotik vasitə heroin və metamfetamin qablaşdırlaraq möhürlənmiş, protokol tərti edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ 5-ci Polis bölməsinin əməkdaşı Şahid3 öz həmkarı Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 20 iyun 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, həmçinin şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən qanunsuz əşya və maddə aşkar olunmamış, lakin o, bildirmişdir ki, ona məxsus olan narkotik vasitə metamfetamin dostu Şahid1 idarə etdiyi «Great» markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilin bardaçokunda, heroinin bir hissəsi həmin avtomobilin arxa oturcağında, bir hissəsi isə Şahid1 özündədir (cild 1, iş vərəqi 30-31). İş materiallarına əlavə edilmiş 21.06.2020-ci il tarixli «Great» markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs və Şahid1 iştirakı ilə keçirilmiş baxış protokolundan və baxış zamanı aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs avtomobilin bardaçokundan ağ plastmas qapağın içində olan iki selofan bükümdə olan maddəni təqdim etmiş, həmin maddənin metamfetamin olduğunu qeyd edərək özünə məxus olmasını bildirmiş, avtomobilin arxa qapısını açaraq oturacağın üzərində olan “Natura” şirə qutusunu təqdim etmiş, həmin qutunun içindən selofan bükümdə ağ kristallardan ibarət maddəni göstərərək həmin maddənin metamfetamin olduğunu və özünə məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqi 38-41). Cinayət işində olan 20.06.2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və aparılmış videoçəkilişdən görünür ki, Şahid1 əlində olan selofan torbaların içərisindən iç-içə keçirilmiş vəziyyətdə olan açıq göy, tünd göy və çəhrayı rəngli selofan torbaların içindən 2 ədəd sarı rəngli yapışqana bükülmüş vəziyyətdə olan bükülünü çıxarmış, həmin bükümlərdəki heroinin Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir (cild 1, iş vərəqi 78-79). İş materiallarında olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağında aşkarlanmış 1 ədəd selofan paketdəki təmiz çəkisi 183,027qram ağ rəngli kristalşəkilli kütlənin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin avtomobilin bardoçokunda aşkarlanmış 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,861 qram və 1,358 qram olmaqla, ümumi təmiz çəkisi 10,219 qram qəhvəyi rəngli maddə kütləsinin kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin Şahid1 əlində aşkarlanmış 1 ədəd paketdəki 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 504 qram və 505 qram olmaqla, ümumi təmiz çəkisi 1009 qram maddə kütləsinin kustar üsulla hazırlanmış narkotik vasitə heroin olduğunu, həmin narkotik və psixotrop maddələri Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsində yerləşən «Retro Şam» restoranı ilə üzbəüz yaşayış binasının qarşısında yolun kənarında istintaqa məlum olmayan avtomobilin altından əldə etdiyini bildirərək, sərbəst ifadəsindəki göstərdiyi xüsusatları hadisə yerində də ətraflı göstərməklə təsdiq etmişdir (cild 1, iş vərəqi 190). Cinayət işində olan üzləşdirmə protokoluna əsasən, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Şahid1 məxsus avtomobilin arxa oturacağında aşkarlanmış 1 ədəd selofan paketdəki təmiz çəkisi 183,027qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetaminin, həmin avtomobilin bardoçokunda aşkarlanmış 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,861qram və 1,358 qram olmaqla, ümumi təmiz çəkisi 10,219 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin, həmçinin Şahid1 əlində aşkarlanmış 1 ədəd paketdəki 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 504 qram və 505 qram olmaqla, ümumi təmiz çəkisi 1009 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroinin Təqsirləndirilən şəxs məxsus olması öz təsdiqini tapmışdır (cild 2, iş vərəqi 8-13). İş materiallarına əlavə edilmiş ambulator məhkəmə psixatrik ekspertizasının 11.08.2020-ci il tarixli 1500 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur, ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti poulması əlamətləri aşkar olunmayıb, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 209-211). Məhkəmə-narkoloji ekspertizasının 31.08.2020-ci il tarixli 2393 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticələnən asıllıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 294-295). Məhkəmə-kimyəvi ekspertizasının 20.06.2020-ci il tarixli 6/1139 nömrəli rəyindən görünür ki, 1 ədəd paketdəki 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 504 qram və 505 qram olmaqla, ümumi təmiz çəkisi 1009 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ümumi çəkisi 1009 qram heroindən 1 qram tədqiqata sərf edilmiş, 1008,9 qram qalıq qalmışdır (cild 1, iş vərəqi 87-90). Məhkəmə-kimyəvi ekspertizasının 20.06.2020-ci il tarixli 6/1140 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd selofan paketdəki təmiz çəkisi 183,027 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 8,861qram və 1,358 qram olmaqla, ümumi təmiz çəkisi 10,219 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ümumi çəkisi 10,219 qram heroindən 0,08 qram tədqiqata sərf edilmiş və 10,139 qram qalıq qalmışdır (cild 1, iş vərəqi 47-500. İbtidai istintaq orqanının 05.12.2020-ci il tarixli qərarına əsasən, iş üzrə ümumi təmiz çəkisi 1019,219 qram çəkidə narkotik vasitə olan heroin və 183,027 qram çəkidə psixotrop maddə metamfetamin cinayətin predmeti olduğundan, ekspertiza təqdiqatından sonra qalıq qalmış 1019,039 qram narkotik vasitə heroin və 182,947 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk və **-PD-*** dövlət qeydiyyat nişanlı «Great Wall» markalı avtomobilə baxış zamanı videoçəkilişin qeydə alındığı DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 14-40, 62). İş materiallarında olan 27.06.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur (cild 1, iş vərəqi 256). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3.-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 20 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ, 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 20 iyun 2020-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Binəqədi rayon Polis idarəsinin Saxlanc yerinə təhvil verilmiş cinayət işi üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza təqdiqatından sonra qalıq qalmış 1019,039 qram narkotik vasitə heroin və 182,947 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd DVD disk və **-PD-*** dövlət qeydiyyat nişanlı «Great Wall» markalı avtomobilə baxış zamanı videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 219 (iki yüz on doqquz) manat 90 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 219 (iki yüz on doqquz) manat 90 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 25 iyun 2020-ci il tarixli 1749 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və məcburi muailicəyə ehtiyacı olduğundan, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3.cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 iyun 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutlar – ekspertiza təqdiqatından sonra qalıq qalmış 1019,039 qram narkotik vasitə olan heroin və 182,947 qram psixotrop maddə metamfetamin məhv edilsin, 2 ədəd DVD disk iş materiallarınada saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 219 (iki yüz on doqquz) manat 90 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-585/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-585/2021
08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver