Məhkəmə qərarları › İş №1(101)-585/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-585/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-585/2024 18.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X14 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X4 və X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1983-cu ildə Lənkəran rayonu, Girdəni kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 38B, mənzil 31-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 16,431 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 14:55-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada həmin gün saat 17:01-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli gödəkcəsinin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə külli miqdarda 16,431 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun narkotik vasitələrə heç bir aidiyyəti yoxdur və cinayət işində göstərilən narkotik vasitələrlə ilk dəfə o, polis orqanında tanış olmuşdur. O, həyatı boyu narkotik vasitələrin istifadəsinə və qanunsuz dövriyyəsinə qarşı olmuşdur. Onu tanıyan hər kəs bunu təsdiq edə bilər. O, metamfetamin deyilən narkotik vasitəni heç vaxt görməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 14:24-də tanımadığı şəxslər tərəfindən onun həyatına sui-qəsd olmuşdur. Elə həmin gün saat 14:55-də o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 16:15-də onun barəsində ekspertiza aparılmış və ondan DNT nümunələri götürülmüşdür. Orada həmin gün saat 17:15-də onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Onun həmin narkotik vasitələrə heç bir aidiyyyəti yoxdur. O, Baş İdarənin əməkdaşları tərəfindən saxlanılarkən üzərində istifadəsi qanunla qadağan olunmuş heç bir əşya olmamışdır. O, Azərbaycan Diplomatik Akademiyasının qarşısında Baş İdarənin əməkdaşları tərəfindən tutulmuş və BMCMİ-nin inzibati binasına aparılmışdır. Baş İdarənin əməkdaşları onun avtomobilinin qarşısını kəsərək onu saxlamışlar. Bu zaman o, avtomobili ilə hərəkətdə olmuşdur. Baş İdarənin əməkdaşları tərəfindən tutularkən həyatına yeni sui-qəsd təşkil olunduğundan və ölümdən son anda qurtulduğundan o, affekt vəziyyətində olmuşdur. Baş İdarənin əməkdaşları ona azadlıqda qalmasının həyatı üçün təhlükəli olduğunu və bir müddət azadlıqdan məhrumetmə yerlərində saxlanılmalı olduğunu ona bildirmişlər. Buna görə də o, polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Bu isə o deməkdir ki, o, qanunsuz olaraq həsb edilmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı Dövlət Sirkinin qarşısında onun həyatına sui-qəsd olmuş, belə ki, o, həmin gün saat 14:24-də idman zalından çıxarkən tanımadığı şəxslər tapança ilə onun həyatına sui-qəsd təşkil etmişlər, həmin şəxsləri görsə də, sonuncuları tanımamış, atılan güllələrin heç biri ona dəyməmiş, sayını dəqiq xatırlamasa da ona 3-4 dəfə tapança ilə güllə atılmış, atılan güllələrdən yayınaraq yolun qarşı tərəfinə keçmiş, həmin vaxt sürücüsü maşını onun yanına sürmüş, maşın “Land-Cruiser” markalı olmuş, bundan sonra oradan uzaqlaşmış, maşına oturan kimi dostlarından birinə məxsus avtosalona getmiş, həmin avtosalon keçmiş Nəsimi bazarının arxasında yerləşmiş, eyni zamanda dostlarına zəng edərək həyatına sui-qəsd təşkil edildiyini bildirmiş, sonra dostları ilə görüşmüş, dostları ilə görüşdükdən sonra evinə tərəf yola düşmüş, evi “Çapayev” küçəsi, indiki Təbriz prospektində yerləşir, evə gedərkən “ADA” Universitetinin yaxınlığında BMCMİ-nin əməkdaşları onun olduğu avtomobilin qarşısını kəsərək onu saxlamışlar, saxlanılana qədər həyatına təşkil olunan sui-qəsdlə bağlı polis orqanlarına heç bir məlumat verməmiş, Baş İdarənin əməkdaşları tərəfindən tutularkən avtomobildə ondan başqa Asif adlı dostu da olmuş, Asifin soyadını dəqiq xatırlamır, Baş İdarənin əməkdaşları hərəkətdə olduğu avtomobili saxlayaraq özlərini təqdim etmişlər və ona BMCMİ-nə aparılmalı olduğunu demişlər, Baş İdarənin əməkdaşlarının dediklərindən elə başa düşmüşdür ki, sui-qəsd ona qarşı təşkil olunmuş, ona görə də həmin sui-qəsd hadisəsi ilə bağlı saxlanılaraq dostu Asiflə birlikdə BMCMİ-nə aparılmış, BMCMİ-nə aparıldıqdan sonra Asif azad edilmiş, Baş İdarədə olarkən ilkin olaraq Baş Prokurorluğun müstəntiqi tərəfindən ona qarşı təşkil olunmuş sui-qəsd hadisəsi ilə bağlı dindirilmiş, Baş Prokurorluğun müstəntiqinə izahat verənədək artıq üzərinə baxış keçirilmiş, lakin birinci dəfə keçirilən baxış zamanı üzərindən dövriyyəsi qanunla qadağan olunmuş heç bir əşya çıxmamış, sonra Baş İdarədə Baş Prokurorluğun müstəntiqinə ifadə vermiş, sonra onun ağzından ekspert tərəfindən DNT nümunələri götürülmüş, bütün bunlardan sonra, yəni xx.xx.2023-cü il tarixdə, saat 17:30-da guya onun üzərinə baxış keçirilmiş və həmin vaxt üzərindən guya metamfetamin çıxmış, xx.xx.2023-cü ildə, saat 14:24-də onun həyatına sui-qəsd olmuşdur. Bundan başqa, xx.xx.2023-cü ildə, saat 14:55-də BMCMİ-nin əməkdaşları tərəfindən tutulmuş, həmin gün saat 16:30-da isə Baş Prokurorluğun müstəntiqi tərəfindən dindirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl BMCMİ-nin əməkdaşları ona qarşı təşkil olunan sui-qəsd hadisəsini əsas gətirərək azadlıqda olmasının onun həyatı üçün təhlükəli olduğunu və buna görə də müəyyən miqdarda narkotik vasitəni boynuna götürərək bir müddət azadlıqdan məhrumetmə yerlərində saxlanılmalı olduğunu demişlər. Metamfetaminin onun üzərindən hansı şəraitdə çıxması ilə bağlı onun məlumatı yoxdur. Metamfetamin ona məxsus olan jaketin cibindən çıxsa da, metamfetaminin onun jaketinə necə qoyulması ilə bağlı dəqiq məlumatı yoxdur. O, ehtimal edir ki, metamfetamin adlı narkotik vasitə Baş İdarədə olarkən həmin idarənin əməkdaşları tərəfindən onun jaketinin cibinə qoyulmuşdur. Jaketinin cibindən narkotik vasitə çıxdıqdan sonra onun üzərinə baxış keçirən Baş İdarənin əməkdaşları ondan həmin narkotik vasitə ilə bağlı heç nə soruşmamışlar. Videoçəkiliş zamanı o, Baş İdarənin əməkdaşlarının təklifi ilə metamfetamini tanımadığı şəxsdən 50 manata aldığını demiş və bundan sonra o, təqdim olunan bütün sənədləri imzalamışdır. O, elə düşünmüşdür ki, metamfetaminin ona məxsus olduğunu boynuna götürdüyü halda qısa müddətə, yəni 1-2 ay müddətə azadlıqdan məhrum ediləcək. Lakin göründüyü kimi Baş İdarənin əməkdaşları aldadaraq ağır cinayətin törədilməsi ilə bağlı ona ittiham elan etmişlər. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİN-in BMCMİ-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. O da əməliyyat qrupunun üzvü olmuşdur. Sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmet varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərində olan “patı” kimi tanıdığı metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Sonra həmin metamfetaminin aşkar edilməsinə dair protokol tərtib edilmiş və metamfetamin qablaşdırılaraq tərəflərindən götürülmüşdür. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin olması ilə bağlı əməliyyat məlumatı ona xx.xx.2023-cü il tarixdə səhər saatlarında daxil olmuş, sonra onlar Təqsirləndirilən şəxsı Nərimanov rayonu ərazisində, daha dəqiq isə “ADA” Universitetinin yaxınlığında saxlamışlar, onlar Təqsirləndirilən şəxsı saxladıqları vaxt həmin gün Nicata sui-qəsd təşkil edilməsini bilməmişlər, onlar Təqsirləndirilən şəxsı saxladıqdan sonra BMCMİ-nə aparmışlar, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı yaradılmış əməliyyat qrupunda onunla birlikdə 03 nəfər polis əməkdaşı iştirak etmiş, Təqsirləndirilən şəxs saxlanılarkən piyada hərəkətdə olmuş, Təqsirləndirilən şəxsı Baş İdarəyə gətirdikdən sonra hüquqi yardım göstərilməsi üçün müdafiəçi dəvət edilmiş, müdafiəçi dəvət edildikdən sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Nicatın üzərindən psixotrop maddə metamfetamin aşkar edilmiş, metamfetamin Nicatın jaketinin cibindən çıxmış, Baş İdarədə Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi zorakılıq olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 17 noyabr 2021-ci il tarixdən 29 may 2023-cü ilədək Nəsimi RPİ-nin CAŞ-da işləmişdir. 29 may 2023-cü il tarixli əmrə əsasən o, Azərbaycan Respublikası DİN-nin İnterpolun Milli Mərkəzi Bürosuna təyin olunmuşdur. O, Nəsimi RPİ-də işlədiyi zaman bir dəfə Nəsimi rayonu ərazisində baş vermiş silahlı insidentlə bağlı onlara məlumat daxil olmuşdur. Həmin məlumat Nəsimi rayonu ərazisində yerləşən “Vurğun Residence” yaşayış kompleksinin qarşısında baş vermiş silahlı atışma ilə bağlı olmuşdur. Bu silahlı insident ilə bağlı Nəsimi RPİ-nin şəxsi heyətinə həyəcan siqnalı verilmiş və bundan sonra onlar polis əməkdaşları olaraq “Vurğun Residence” yaşayış kompleksinə yaxınlaşmışlar. O, hadisənin dəqiq tarixini xatırlamasa da, səhv etmirsə hadisə 2023-cü ilin mart ayında günorta radələrində, təxminən saat 12:00-15:00 aralığında baş vermişdir. Nəsimi RPİ-nin şəxsi heyəti hadisə yerinə gəldikdən sonra müəyyən edilmişdir ki, “Vurğun Residence” yaşayış kompleksinin qarşısında atışma baş vermiş, lakin silahlı atışmanın birtərəfli və yaxud ikitərəfli olub-olmaması barədə onun məlumatı yoxdur. Daha sonra isə silahlı insident nəticəsində xəsarət alan şəxslər ilə görüşmək məqsədi ilə o, Musa Nağıyev adına xəstəxanaya getmişdir. Çünki xəsarət almış şəxslər həmin xəstəxanada müayinə olunmuşlar. Səhv etmirsə, xəsarət alan şəxslərdən birinə iki güllə, digərinə isə bir güllə dəymişdir. Bir qədər sonra isə o, silahlı insident ilə bağlı şübhəli şəxsin tutulması barədə məlumat almış və buna görə işlədiyi idarəyə geri qayıtmışdır. İdarəyə qayıtdıqdan sonra silahlı insident ilə bağlı o, heç bir iş görməmişdir. Sadəcə olaraq qeyd etdiyi silahlı insident baş verdikdən təxminən 1 (bir) aydan az bir müddət keçdikdən sonra rəhbərlik tərəfindən BMCMİ-nə yaxınlaşaraq orada olan bir avtomobili “Dərnəgül” metrostansiyasının yaxınlığında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati binasına aparması barədə ona göstəriş verilmişdir. Bundan sonra o, BMCMİ-nin Növbətçi Hissəsinə yaxınlaşaraq ona verilmiş göstəriş barədə məlumat vermiş, sonra isə avtomobili təhvil alması barədə aktı imzalamış və qara rəngli “Land Cruiser” markalı avtomobili təhvil alıb oradan çıxmışdır. Həmin avtomobilin dövlət qeydiyyat nışanını tam xatırlamasa da, dövlət qeydiyyat nişanının sonu ya 090, ya da 099 olmuşdur. O, həmin avtomobili sürərək gətirib Baş Prokurorluğa təhvil vermiş, habelə avtomobili Baş Prokurorluğa təhvil verdikdən sonra həmin avtomobilə baxış keçirilməsində iştirak etmişdir. Avtomobilə baxış keçirilən zaman orada Təqsirləndirilən şəxs adlı şəxs və vəkillər olmamışdır. Avtomobilə keçirilən baxışda iştirak edənlər yalnız Baş Prokurorluğun əməkdaşları olmuşlar. Baxış zamanı avtomobildə qeyri-qanuni heç nə aşkar edilməmişdir. Eyni zamanda həmin avtomobil zirehli olmuşdur. O, bunu avtomobilin şüşələrinin qalınlığından başa düşmüşdür. O, tapşırığa əsasən BMCMİ-dən təhvil aldığı avtomobilin “Vurğun Residence” yaşayış kompleksinin qarşısında baş vermiş silahlı insident ilə əlaqəli olduğunu bilsə də, həmin avtomobilin kimə məxsus olmasını, maşının mülkiyyətçisinin kim olmasını bilməmişdir. Yadında qaldığına görə avtomobildə heç bir qadağan olunmuş əşya olmamış, lakin baxış zamanı avtomobildən nikah haqqında şəhadətnamə və xarici pasportlar aşkar edilmişdir. Həmin xarici pasportlar Təqsirləndirilən şəxs adlı şəxsə və sonuncunun arvadına məxsus olmuşdur. Şahid2 ibtidai istintaq orqanına vermiş olduğu ifadəsindən görünür ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı xüsusi rütbəsini daşıyır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün işlədiyi Baş İdarənin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq Şahid1 rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, həmin qrupa o və işlədiyi Baş İdarənin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 daxil edilmişdir. Onlar əməliyyat qrupu olaraq Təqsirləndirilən şəxs olduğu yer barədə əldə etdikləri məlumat üzrə hərəkət etməyə başlamışlar və xx.xx.2023-cü il tarixdə, saat 14:55-də ünvan 1 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Sonra onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsə narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər və Təqsirləndirilən şəxs DİN-in BMCMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə BMCMİ-nə gəlmişdir. İdarənin inzibati binasında xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Murad Azayev tərəfindən həmin şəxsin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan şalvarının sol arxa cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, şalvarının sol yan cibində olan 100 manat pulu və əynində olan gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açılmış və həmin bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə səhər saatlarında anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat pul müqabilində aldığını və öz istifadəsi üçün üstündə saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş və sonra həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “İphone” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, “Nicat” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat orqanına məlumat daxil olmuş, habelə raportda həmin şəxsin Təqsirləndirilən şəxs olduğu bildirilmişdir. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 14:55 radələrində ünvan 1 ünvanının yaxınlığında saxlanılmış və üstündə şəxsi axtarış aparılmasından ötrü polis əməkdaşları tərəfindən BMCMİ-nə aparılmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 18) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 26) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş 1 (bir) ədəd DVD diskdən (cild 1, iş vərəqə 27-29) görünür ki, həmin gün saat 14:55-də Təqsirləndirilən şəxs ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq DİN-in ünvan 2 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, orada həmin gün saat 17:01-dən etibarən onun üzərində şəxsi axtarış aparılmış və həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının sol arxa cibindən 01 ədəd “İphone” markalı mobil telefon, şalvarının sol yan cibindən 100 manat pul və əynində olan gödəkcəsinin sağ yan cibindən içərisindən 1 (bir) ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti xx.xx.2023-cü il tarixdə, ssat 17:01-də başlamış və həmin gün saat 17:15-də başa çatmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1493 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 41-45) görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” və s. yazılar, imzalar olan 01 ədəd kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 16,431 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Psixotrop maddə metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 68) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 325/2023 saylı qərarından (cild 1, iş vərəqə 93-97) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 98) görünür ki, həmin gün Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, telefonun arxa tərəfi parlaq boz rəngli olmaqla işlənmiş vəziyyətdədir, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsinin və səs tənzimi düymələrinin olması müəyyən edilmişdir. Telefonun ekranında çatlar olması aşkar edilmişdir. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman psixotrop maddənin əldə etmə mənbəyi ilə bağlı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli, 283 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 165-168) görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin 1474 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 163-164) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müəyinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın qanuniliyinin yoxlanılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 108-110) görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 10 mart 2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsin 1042/K nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 149-152) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabioid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan və xasiyyətnamədən (cild 1, iş vərəqə 146-148) görünür ki, Əkbərov X6 rayonu, Girdəni kəndində pasport qeydiyyatında olmaqla, Bakı şəhərində yaşayır, eləcə də Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və ailə üzvü xx.xx.1996cı il təvəllüdlü arvadı X2 ibarətdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 127-128) görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli hesab edilərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab olunmaqıa 01 il sınaq müddəti təyin edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Nərmanov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay 21 gün müddətə islah işləri cəzasına məhkum edilmişdir. Türkiyə Respublikasında cinayət məsuliyyətinə cəlb edilsə də, sonradan azad edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Fariz Vəliyev tərəfindən həmin idarənin rəisinə ünvanlanmış məktubdan (cild 1, iş vərəqə 138) görünür ki, ilkin əməliyyat məlumatında Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi qeyd edilsə də, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair heç bir məlumat əldə edilməmiş, bundan başqa, onun həmin psixotrop maddəni aldığı şəxsin müəyyən edilməsi, digər cinayət əməllərinin törədilməsində iştirakının olması, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli telefon zəngləri üzrə aparılmış danışıqlar haqqında məlumatlara baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 143) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 iyul 2022-ci il tarixdən 11 mart 2023-cü il tarixədək olan dövr ərzində daxil olan və çıxan zənglərin çıxarışlarına dair məlumatlara baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 171-181) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, şəxsi axtarış və götürmə aparılmasına dair 01 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 100 manat pulun onun özünə qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone” markalı mobil telefonun Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16,331 qram təşkil edən psixotrop maddə metamfetaminin saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1011/2023 saylı qərarından (cild 1, iş vərəqə 220-223) görünür ki, həmin gün X5 həbsdə saxlanılma müddəti 03 ay müddətə, yəni 10 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçidiyi müdafiəçiləri vasitəsi ilə suallar və müxtəlif vəsatətlər vermiş, habelə irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmartan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmartan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmartan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmartaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməlinə hüquqi qiymət verilməsi və əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş halların aydınlaşdırılmasını zəruri hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılanadək əməliyyat orqanına onun narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamış, habelə göstərilənlərlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məsələ ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasından az əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Vurğun Residence” kompleksinin yaxınlığında ona sui-qəsd edilmişdir. Yəni bir neçə şəxs ona odlu silahdan atəş açsa da, həmin vaxt Təqsirləndirilən şəxs heç bir xəsarət almamışdır. Bu hadisədən təxminən 20-30 dəqiqə sonra Təqsirləndirilən şəxs DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində saxlanılaraq göstərilən idarəyə aparılmışdır. Orada müdafiəçinin iştirakı ilə onun üzərində şəxs axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs üzərindən 16,431 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonrakı dövrdə polis əməkdaşları tərəfindən döyülmədiyini, işgəncəyə və qeyri-insani rəftara məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə metamfetamin olmadığını, ona edilmiş sui-qəsdən sonra dostu Asif adlı şəxslə görüşdüyünü, sonra Asiflə birlikdə “X13” markalı avtomobillə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını, yəni saxlanılarkən yanında Asif adlı şəxsin olduğunu, BMCMİ-də həmin idarənin səlahiyyətli şəxsləri tərəfindən onun həyatına təhlükə olduğunu və bu səbəbdən də bir müddət barəsində həbs qətimkan tədbirinin seçilməsinin vacib olduğunu bildirildiyini, onun da bununla razılaşaraq ona məxsus olmayan psixotrop maddə metamfetaminin ona məxsus olması barədə etirafedici ifadə verərək cinayət məsuliyyətinə cəlb olunduğunu iddia etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə iddia etdiyi hallar, yəni onun psixotrop maddə metamfetamin istifadə etməməsi, həmin gün “Gənclik” metrostansiyasının yanında olmaması, heç kimin ona yaxınlaşaraq idman zamanı yorulmamaq üçün metamfetamin təklif etməməsi, onun metamfetaminə ehtiyacı olmaması, sui-qəsd nəticəsində şok vəziyyətində olması, əgər üzərində metamfetamin olsaydı ifadə verməsi üçün polis əməkdaşlarının onu çağıracaqlarını bildiyindən istənilən vaxt həmin metamfetamini ata bilməsi halları məntiqli görünsə də, bu hallar digər sübutlarla təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən yanında Asif adlı dostunun olduğunu bildirsə də, bu şəxsin anket məlumatları barədə məhkəməyə məlumat verməmiş, habelə göstərilən şəxsin dindirilməsi barədə heç bir təşəbbüslə məhkəmədə çıxış etməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarının təkidi ilə həyatının təhlükədə olması səbəbindən bir müddət “cəmiyyətdən təcrid olunmasına” zərurətin yaranmasına görə ona aid olmayan, eləcə də məsuliyyətə səbəb olan psixotrop maddə metamfetaminin ona aid olması barədə etirafedici ifadə verməsi ağlabatan deyil. Bu hissədə qeyd edilməlidir ki, dövriyyəsi qadağan edilmiş psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülməsi müdafiəçinin iştirakı ilə həyata keçirildiyindən bu prosessual hərəkət qanunsuz sayıla bilməz. Hətta məhkəmə nəzarəti qaydasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatətə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılarkən o, üzərində psixotrop maddə metamfetamin olmadığını, eləcə də cibindən çıxartdığı kütlənin ona aid olmadığını bildirməmiş, əksinə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Faktiki olaraq Təqsirləndirilən şəxs buna kifayət qədər geniş imkanı olduğu halda məhkəmə nəzarəti qaydasında həbs məsələsinə baxılarkən polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış keçirilərkən üzərində psixotrop maddənin olmasını inkar etməmişdir. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə külli miqdarda psixotrop maddə metamfetamin ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda metamfetamin əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 16,431 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetaminin ona aid olmamasını, ümumiyyətlə həmin maddədən istifadə etməməsini, həmin maddənin polis əməkdaşları tərəfindən onun jaketinin cibinə qoyulmasını iddia etsə də, bununla bağlı inandırıcı məlumat verməmişdir. Yəni həmin psixotrop maddənin kimin tərəfindən, hansı şəraitdə və nə vaxt onun jaketinin cibinə qoyulmasını açıqlamamış, eləcə də qeyd edilən hissədə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən həqiqətən də 1 (bir) ədəd bükümdə təmiz çəkisi 16,431 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən videodiskə baxış keçirilərkən açıq-aşkar məlum olmuşdur ki, o, əynində olan jaketinin cibindən 1 (bir) ədəd bükümü çıxararaq masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs aid olmayan və əldə edilməsi, saxlanılması və sair hərəkətlər edilməsi cinayət məsuliyyəti yaradan halda həmin maddəni könüllü şəkildə cibindən çıxarıb masanın üstünə qoymasının heç bir məntiqli və ağlabatan cavabı yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 16,431 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən heç bir sübut yoxdur. Cinayət işinin materiallarında olan raportdan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələri əldə edib satışı ilə məşğul olması göstərilsə də, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu halların heç biri təsdiq olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulanadək onun psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni əməliyyat orqanı onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv və dəqiq məlumata sahib olmamışdır. Bundan başqa, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində və verilən suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onunla bağlı araşdırma aparıldığı zaman onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması təkzib edilmişdir. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən 1 (bir) ədəd bükümdə külli miqdarda psixotrop madə metamfetaminin aşkar edilməsi özü-özlüyündə həmin şəxsin psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotrop maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitə və psixotrop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, yəni “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən külli miqdarda ümumi təmiz çəkisi 16,431 qram olan psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini satmaq məqsədi ilə deyil, əksinə istehlak etmək üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən çəkidə psixotrop maddə metamfetamini istehlak məqsədi ilə əldə etməsi daha ağlabatan və inandırıcıdır. Hazırkı cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini və onun həmin maddənin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Təəssüf ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplayıb cinayət işinə əlavə etmədən ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmartan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan, ali təhsilli və evli olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindəki cəzanı yüngülləşdirən bütün halların məcmusunu, əlqərəz, cavan, ali təhsilli və evli olmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən halların Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən müstəsna hallar kimi qəbul edilməsi onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən Təqsirləndirilən şəxs göstərilən mərhəmət kimi qəbul edilməlidir. Beləliklə məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasından da az cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə ona və onun ailəsinə mənfi təsir göstərəcək. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək az həddə azadlıqdan məhrum etmə cəzası onu islah etməyə kifayət edəcək. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbi nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasından da az cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 mart 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müəyinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16,331 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 1 (bir) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 16,331 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar